Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-782/2025 12.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X7, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 hüquqi varisi X11, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə, saat 01 radələrində alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda "B1, B, C1, C" kateqoriyalı BD 043059 nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan “Mercedens Benz C 230” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Goradil bağlar massivində hərəkətdə olarkən “Yol hərəkətləri haqqında” Azərbaycan 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili icazə verilən sürətlə idarə etməli, qarşıda yolayrıcının olmasını nəzərə almalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edilməsi ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməli olduğu halda həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək və sərxoş halda yaşayış məntəqəsində avtomobili maksimum icazə verən 60 km/saat surətdən artıq, yəni 90-100 km/saat surətlə idarə edərək avtomobilin idarəetməsini itirib avtomobilin ön hissəsi ilə yolayrıcında olan beton maneyə dəyməklə avtomobildə ön sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma ilə müşayiət olunan sol alıngicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, burun və sol almacıq sümüklərinin sınıqları, sağ mil-bilək oynağının sınığı, soldan 11-111-İV dişlərin travmatik sınıqları, burun belinin, sol almacıq nahiyəsinin, boyun nahiyəsinin, sol mil-bilək nahiyəsinin, sol əlin qançırları, sol qaş nahiyəsinin, sol yanaq nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin İ barmağının sıynqları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 hadisə yerində ölümünə, eləcə də avtomobildə arxa oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan sol said sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan sol said nahiyəsinin əzilmiş yarası, sağ bazu və sağ baldır nahiyələrinin əzilmiş yaralan kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri və Zərərçəkmiş şəxs3 ehtiyatsızlıqdan qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu sümüyünün cərrahi boynunun qapalı, qəlpəli yerdəyişən sınığı, sağdan İX qabırğanın, sol qasıq sümüyünün qapalı azyerdəyişən sınıqları, hər iki əng və burun sümüklərinin qapalı yerdəyişən sınıqları, sağ diz oynağı nahiyəsinin və sağ baldır nahiyəsinin əzilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, hadisə ilə bağlı çox şeyi xatırlamır, hadisə günü günorta vaxtı pivə içmişdir. Hadisənin necə baş verməsi, maşının hara çırpılması tam yadında deyil. Mərhumun babası qonşusudur. Digər iki nəfər zərərçəkən isə dostlarıdır. Hal-hazırda zərərçəkənin hüquqi varisi ilə və zərərçəkənlərlə barışmışdır, törətdiyi əməldən peşmandır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Psixoloji durumu qaydasındadır və və heç bir psixoloji dispanserdə qeydiyyatda deyil. **-UR-*** dövlər qeydiyyat nişanlı, Mercedes Benz C230 markalı avtomobili bir neçə ay Öncə tanışı X2 alsa da avtomobilə dair borcunu tam ödəmədiyindən Süleyman ilə aralarında olan razılığa əsasən avtomobili idarə etməyinə dair 3 ay 01 gün müddətinə etibarnamə verilmişdir. Etibarnamənin bitmə müddətinədək avtomobilə dair borcunu Ödəsə də maddi durumu aşağı olduğundan avtomobili öz adma rəsmiləşdirməmişdir. Həmçinin avtomobili idarə etməyinə dair etibarnamənin müddəti xx.xx.2024-cü il tarixdə bitsə də bunu unutduğundan yenidən etibarnamə almamış və bu səbəbdən avtomobili etibarnamə olmadan idarə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kafelərdən birində əyləşərək spirtli içki olan pivə qəbul etmiş və oradan birbaşa yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman onunla qonşuluqda yaşayan dostu Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi yaradıb görüşməyi təklif etmişdir. Bu zaman Allahverdi ona etiraz etməyərək razılaşdığından evdən yaşadığı küçəyə çıxmış və **-UR-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C230 markalı avtomobili ilə küçənin giriş hissəsinə getmişdir. Bir qədər sonra Allahverdi də həmin ünvana gələrək avtomobilə əyləşmişdir. Bundan sonra birlikdə ortaq dostları olan Zərərçəkmiş şəxs3 Mehdiabad qəsəbəsində yerləşən işlədiyi kafeyə getməyi qərara almışlar və bu məqsədlə avtomobillə həmin ünvana getmişlər. Sözü gedən ünvana çatdıqda isə kafenin bağlandığını görmüşlər. Bir qədər hərəkət etdikdə isə Mehdiabad qəsəbəsində yerləşən “Bolmart” adlı marketin yaxınlığında Orxanla Zərərçəkmiş şəxs1 piyada hərəkət etdiyini görmüşlər. Bu zaman avtomobilini Orxanla Tofiqin yanında saxlamış və avtomobildən enmədən həmin şəxslərə salam vermişdir. Söhbət əsnasında Orxan onlardan haraya getdiklərini soruşduqdan sonra onlarla getmək istədiyini demişdir. Həmin zaman Tofiq də onlarla birlikdə Fatmayi qəsəbəsində yerləşən kafelərdən birinə getmək istədiyini demiş və onlar birlikdə avtomobildə arxa oturacaqda əyləşmişlər. Birlikdə Fatmayi qəsəbəsində yerləşən adsız kafelərdən birinə getmiş və orada əyləşərək çay-su qəbul etmişlər.Həmin zaman Orxan dəniz qırağına getməyi təklif etdikdə o, gecə saatları olduğundan valideyinlərinin icazə verməyəcəyini desə də dostları israr etdiyindən onlarla razılaşmışdır.Daha sonra ödənişi edərək kafeni tərk etmişlər. Avtomobilinə yaxınlaşan zaman Tofiq Allahverdidən xahiş edib ön oturacaqda əyləşmək istədiyini dedikdə Allahverdi heç bir etiraz etməmiş və bundan sonra Tofiq avtomobildə ön sağ oturacaqda, Allahverdi arxa sağ oturacaqda, Orxan isə arxa sol oturacaqda əyləşmişdir. Bundan sonra Goradil qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Binəqədi rayonu, Goradil qəsəbəsi, Goradil bağlar massivində **-UR-*** dövlər qeydiyyat nişanlı, Mercedes Benz C230 markalı avtomobillə 90-100 km/saat surətlə hərəkətdə olarkən avtomobilə idarəetməni anidən itirmiş və tormoz vermək istədikdə əyləcin bərkidiyini hiss etmişdir. Bu zaman həyacanlanaraq avtomobili saxlamağa çalışsa da buna nail ola bilməmiş və avtomobil yol kənarında olan hasarın beton hissəsinə çırpılmışdır. Bundan sonra hadisə yerinə gələn şəxslər onları avtomobildən çölə çıxarmışlar. Hadisədən sonra xəsarətlər aldığından hadisə yerinə çağırılmış həkim briqadası ilə X16 PHŞ-ə aparılmış və orada həkim nəzarəti altında saxlanmışdır. Qeyd edilən yol nəqliyyat hadisəsi baş verməmişdən bir neçə saat öncə spirtli içki olan pivəni 2-3 bakal miqdarında qəbul etmişdir. Spirtli içkini baş vermiş yol nəqliyyat hadisəsindən bir neçə saat öncə qəbul etdiyindən və özünü ayıq hiss etdiyindən avtomobili normal idarə edə biləcəyini düşünmüşdür. Hadisənin baş verməsinə səbəb isə avtomobilə idarə etməni itirməyi olmuşdur. Hadisədən bir neçə gün öncə avtomobilini ustada yoxlatdıran zaman əyləc sisteminin borularının dəyişdirilməsini ona məsləhət görmüşlər və o, hadisə anında idarə etməni itirdikdə həyacanlanıb tormoz sisteminin işləmədiyini düşünmüşdür. Ekspertiza rəyi ona elan olunmuşdur və həmin rəydə göstərilənlərlə razıdır və heç bir etirazı yoxdur. Hadisə anında avtomobilinin surəti 90-100 km/saat olmuşdur. Hadisə anında avtomobilində yük olmamışdır, hava şəraiti yağmursuz olmuşdur. Yol örtüyü isə asfaltbeton olmaqla quru halda və hadisə vaxtı hava şəraiti qaranlıq olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 huquqi varisi X11 ifadəsində bildirmişdir ki, hadisə ilə bağlı may ayının 16-da gecə saat 2-3 radələrində ona məlumat verilmişdir ki, avtoqəza olub və uşaqları xəstəxanaya aparıblar. Sonradan isə məlum olmuşdur ki, hadisədən sonra oğlu rəhmətə gedib. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı iddiası, şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 huquqi varisi X11 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun doğma övladıdır. Tofiq normal həyat tərzi keçirmişdir. Həmçinin Tofiq hadisə baş verən zaman Bakı Dövlət Universitetinin informatika fakültəsinin 4-cü kurs tələbəsi olmuşdur. Tofiq oxuduğu müddətdə işləyərək ailəsinə maddi yardım etmişdir və subay olmuşdur. Tofiq tanışı Zərərçəkmiş şəxs3 ilə birlikdə sonuncunun qohumlarına məxsus restoranda ofisiant kimi çalışmışdır. Tofiq gündəlik olaraq axşam saatlarında işdən çıxmışdır. Tofiq xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yenidən işə getmək məqsədilə yaşadığı evi tərk etmişdir. Həmin gün o, oğlu Tofiqlə telefon əlaqəsi yaratmamışdır Lakin xx.xx.2024-cü il tarixdə saat 02 radələrində yaşadığı ünvanda olan zaman tanışları ona zəng edərək Tofıqin qəza keçirdiyini bildirib hadisə olan yerə çağırmışlar. O, hadisə yerinə gələnədək övladının vəfat etdiyini bilməmişdir. Lakin hadisə yerinə gəldikdən sonra övladının baş vermiş yol nəqliyyat hadisəsi zamanı öldüyünü öyrənmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi 90-90-UR- 638 dövlət qeydiyyat nişanlı, Mercedens Benz markalı avtomobilin Bakı şəhəri, Goradil qəsəbəsi, Bağlar massivində hərəkətdə olan zaman daş hasara çırpılması nəticəsində həmin avtomobildə ön oturacaqda sərnişin qismində əyləşmiş övladı Zərərçəkmiş şəxs1 vəfat etmişdir. Hadisə vaxtı o, yaşadığı ünvanda olmuş və hadisə barədə ona tanışları məlumat vermişdir. Zərərçəkmiş şəxs1 heç bir xəstəliyi olmamışdır və Tofiq spirtli içki aludəçisi olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X6 ifadəsində bildirmişdir ki, onlar bir yerdə gecə saat 12 radələrində çay içmişlər və oradan çıxandan sonra hadisə baş vermişdir. Maşında 4 nəfər olmuşlar. Hadisə isə gecə saat 1-2 radələrində baş vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlamışdır, ona qarşı iddiası, şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi Ərazi dairəsi, Mehdiabad qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 1/8 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Heç bir yerdə işləmir. 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və qazidir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman onunla qonşuluqda yaşayan dostu Təqsirləndirilən şəxs əlaqə saxlayıb gəzməyi təklif etdikdə o, etiraz etməyərək küçəyə çıxmışdır. Həmin zaman Piruzun etibarnamə əsasında idarə etdiyi **-UR-*** dövlət qeydiyyat nişanlı, Mercedens Benz C 320 markalı avtomobillə küçədə dayandığını görmüşdür. Həmin zaman Piruz tək olmuşdur və o, Piruza yaxınlaşaraq avtomobilinə əyləşmişdir. Onlar birlikdə kafelərdən birində əyləşərək çay içməyi qərara almışlar. Avtomobillə hərəkətdə olarkən Mehdiabad qəsəbəsində yerləşən Bolmart adlı marketin qarşısında dostları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 görmüşlər. Bu zaman həmin şəxslərə də birlikdə çay içməyi təklif etdikdə adları qeyd edilən şəxslər onlarla gəlməyə razılıq vermişlər. Həmin zaman Orxanla Tofiq maşında arxa oturacaqda əyləşmişlər. Onlar birlikdə Fatmayi qəsəbəsi kimi xatırladığı ünvanda adsız kafelərdən birində əyləşmiş və orada bir qədər söhbət edərək “kola” və çay içmişlər. Bundan sonra Goradil qəsəbəsində dəniz qırağı kafelərdən birinə gedərək orada əyləşməyi qərarlaşdırmışlar və hesabı ödəyərək kafedən çölə çıxmışlar. Bu zaman Tofiq ön oturacaqda əyləşmək istədiyini bildirib ondan arxa oturacaqda əyləşməyini xahiş etmişdir. O isə Tofiqə heç bir etiraz etməyib arxa oturacaqda əyləşmişdir. Belə ki, Piruz sükan arxasında, Tofiq ön oturacaqda, o, Tofıqin arxa hissəsində yəni arxa sol oturacaqda və Orxan isə arxa sağ oturacaqda əyləşmişdir. Bundan sonra hərəkətə başlamışlar. Fatmayi qəsəbəsindən Goradil qəsəbəsi istiqamətində hərəkətdə olan zaman avtomobilin əyləc sisteminin zəif işlədiyini hiss etmişdir. Bir qədər hərəkət etdikdən sonra Goradil qəsəbəsində olan zaman Piruz anidən əyləc sisteminin işləmədiyini bildirmişdir və qısa zaman kəsiyində maşın daş hasara çırpılmışdır. O, arxa oturacaqda əyləşdiyindən ön tərəfi görə bilməmiş və hadisə də anidən baş vermişdir. Hadisədən bir iki dəqiqə sonra ayılaraq dostlarını səslədikdə onların huşsuz vəziyyətdə olduğunu görmüşdür. Həmin zaman sol qolunun xəsarət aldığını görüb maşınının qapısını açıb yola çıxmış və yoldan keçən maşınları saxlatdıraraq köməyə çağırmışdır. Bundan sonra oraya gələn şəxslərin köməkliyi ilə digər şəxslər də maşından çıxarılmışdır. Lakin hadisə yerinə gələn TTY həkimləri Tofiqin aldığı xəsarətlərdən hadisə yerində vəfat etdiyini bildirmişlər. Piruz, Orxan və onu isə xəstəxanaya aparmışlar. Hadisə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Goradil qəsəbəsində baş vermişdir. Həmin zaman avtomobili dostu Təqsirləndirilən şəxs idarə etmişdir. Digər dostu Zərərçəkmiş şəxs1 ön oturacaqda, Zərərçəkmiş şəxs3 isə onunla arxa oturacaqda əyləşmişdir. Avtomobildə başqa bir şəxs və yük olmamışdır. Hadisə baş verən zaman Fatmayi qəsəbəsindən Goradil qəsəbəsində dəniz qırağı kafelərdən birinə getmək istəmişlər. Hadisə anında avtomobilin surətinin çox olmadığını deyə bilər və təxminən 50- 60 km/saat civarında olduğunu ehtimal edir. Hadisədən öncə Fatmayi qəsəbəsində kafelərdən birində əyləşərək yalnız çay və kola qəbul etmişlər. Piruzun spirtli içki qəbul etdiyinin şahidi olmamışdır. Piruz avtomobili idarə edən zaman ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı sol qolundan xəsarət alsa da Piruzun barəsində heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, hadisə həmin günü 1 yerdə əyləşib şay içdikdən sonra qayıdan zaman baş vermişdir. Hadisə vaxrı maşında 4 nəfər olmuşlar. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlamışdır, ona qarşı iddiası, şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi Ərazi dairəsi, Mehdiabad qəsəbəsi, Sidqi Abbasov küçəsi, ev 21 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Fərdi əməklə məseul olur. xx.xx.2024-cii il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 ilə birgə çalışdıqları kafedən çıxaraq yaşadıqları evə getməyi qərara almışlar. Bu məqsədlə bir qədər piyada hərəkət etmişlər. Mehdiabad qəsəbəsində yerləşən Bolmart adlı marketin qarşısında piyada hərəkətdə olan zaman yanlarında tanışı Təqsirləndirilən şəxs idarə etdiyi **-UR-*** dövlət qeydiyyat nişanlı, Mercedens Benz C 230 markalı avtomobili dayanmışdır. Həmin zaman avtomobildə ön oturacaqda sərnişin qismində digər tanışı Zərərçəkmiş şəxs2 da olmuşdur. Həmin zaman Piruz maşına əyləşərək kafelərdən birinə gedərək söhbət etməyi onlara təklif etmişdir. O, heç bir etiraz etməmiş və yanında olan Tofiq də onlarla getmək istədiyini demişdir. Bundan sonra Tofiqlə Piruzun idarə etdiyi avtomobilə əyləşmiş və Fatmayi qəsəbəsi kimi xatırladığı ünvanda adsız kafelərdən birinə getmişlər. Orada bir qədər söhbət edərək “kola” və çay içmişlər. Bundan sonra Goradil qəsəbəsində dəniz qırağı kafelərdən birinə gedərək orada əyləşməyi qərarlaşdırmışlar və hesabı ödəyərək kafedən çölə çıxmışlar. Bu zaman Tofiq ön oturacaqda əyləşmək istədiyini bildirib Allahverdidən arxa oturacaqda əyləşməsini xahiş etmişdir. Allahverdi isə Tofiqə heç bir etiraz etməyib arxa oturacaqda əyləşmişdir. Belə ki, Piruz sükan arxasında, Tofiq ön oturacaqda, Allahverdi Tofiqin arxa hissəsində yəni arxa sol oturacaqda və onun özü isə arxa sağ oturacaqda əyləşmişdir. Bundan sonra hərəkətə başlamışlar. Fatmayi qəsəbəsindən Goradil qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Bir qədər hərəkət etdikdən sonra Goradil qəsəbəsində olan zaman Piruz anidən əyləc sisteminin işləmədiyini bildirmiş və qısa zaman kəsiyində maşm daş hasara çırpılmışdır. O, arxa oturacaqda əyləşdiyindən ön tərəfi görə bilməmiş və hadisə də anidən baş vermişdir. Bundan sonra hadisə yerinə gələn şəxslər onları avtomobildən çıxardığını və xəstəxanaya apardıqlarını xatırlayır. Tofiqin hadisə nəticəsində öldüyü ona xəstəxanada məlum olmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Goradil qəsəbəsində baş vermişdir. Həmin zaman avtomobili dostu Təqsirləndirilən şəxs idarə etmişdir. Digər dostu Zərərçəkmiş şəxs1 ön oturacaqda, onunla Zərərçəkmiş şəxs2 isə arxa oturacaqda əyləşmişdir. Avtomobildə başqa bir şəxs və yük olmamışdır. Hadisə baş verən zaman Fatmayi qəsəbəsindən Goradil qəsəbəsində dəniz qırağı kafelərdən birinə getmək istəmişlər. Hadisə anında avtomobilin surətinin çox olmadığını deyə bilər və təxminən 50-60 km/saat civarında olduğunu ehtimal edir. Hadisədən öncə Fatmayi qəsəbəsində kafelərdən birində əyləşərək yalnız çay və kola qəbul etmişlər. Piruzun spirtli içki qəbul etdiyinin şahidi olmamışdır. Piruz avtomobili idarə edən zaman ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı sol qolundan xəsarət alsa da Piruzun barəsində heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə hadisə Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Goradil bağlar massivində baş vermişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərədə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin 08 iyun 2024-cü il tarixli 103 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi ekspertizasına və əlavə müayinələrin cavablarma əsasən, hadisə haqqında qərarda yazılan ilk məlumatı nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdakı nəticəyə gəlinir:
1. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: -Baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma ilə müşaiyət olunan sol alın-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları; -Burun və sol almacıq sümüklərinin sınıqları. -Sağ mil-bilək oynağının sınığı; -Soldan 11-111-İV dişlərin travmatik sınıqları; -Burun belinin, sol almacıq nahiyəsinin, boyun nahiyəsinin, sol mil-bilək nahiyəsinin, sol əlin qançırları; -sol qaş nahiyəsinin, sol yanaq nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin İ barmağının sıynqları; Qeyd olunan xəsarətlər həyatı olub, onun ölümündən az əvvəl bərk küt əşyaların təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər.
2. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb sol alın-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları ilə əlaqədar inkişaf edən, baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma olmuşdur. Beləliklə, mərhum Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2024-cü il tarixdə saat 03.15-də başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir.
3. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demek olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol- nəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomobilin maneyəyə çırpılması nəticəsində əmələ gələ bilərdilər.
4. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi barədə” protokoldan görünür ki, “Mercedes Benz C230” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ağ rəngdə olması, avtomobilin ön hissəsinin bütünlükdə zədəli və ön alın şüşəsinin tam qırılaraq yararsız halda olduğu, salon hissədə sürücü və ön sərnişin hava yastıqlarının (şarlarının) açıldığı və yararsız halda olduğu, sürücü və ön sərnişin oturacaqların söykənəcək hissələrinin qırıldığı, avtomobilin hər iki ön qanadığının və ön sağ qapının əzildiyi müəyyən edilmişdir. Avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanması barədə” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması zamanı, istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin 06 avqust 2024-cü il tarixli 1437 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizasına və onun adma tərtib edilmiş tibbi sənəddə yazılanlara əsasən, iş haqqında qərarda olan məlumatları nəzərə alıb və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:
1. Vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər - sol said sümüyünün yerdəyişən sınığı ilə müşaiyət olunan sol said nahiyəsinin əzilmiş yarası, sağ bazu və sağ baldır nahiyələrinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün “X16” PHŞ-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər.
2. Vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomobilin daş hasara çırpılması nəticəsində əmələ gələ bilərdilər. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin 06 avqust 2024-cü il tarixli 1438 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizasına və onun adma tərtib edilmiş tibbi sənəddəyazılanlara əsasən, iş haqqında qərarda olan məlumatları nəzərə alıb və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.Vət Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan alm nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu sümüyünün cərrahi boynunun qapalı, qəlpəli yerdəyişən sınığı, sağdan İX qabırğanın, sol qasıq sümüyünün qapalı azyerdəyişən sınıqları, hər İki əng və burun sümüklərinin qapalı yerdəyişən sınıqları, sağ diz oynağı nahiyəsinin və sağ baldır nahiyəsinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün “X16” PHŞ-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024- cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər.
2. Vət. Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomobilin daş hasara çırpılması nəticəsində əmələ gələ bilərdilər. Səhiyyə Nazirliyi məhkəmə-kimyəvi ekspertizasının 23 may 2024-cü il tarixli 1709/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı - 1,2%-dir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin 06 avqust 2024-cü il tarixli 1473 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, iş haqqında qərarda olan məlumatları nəzərə alıb və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:
1. Vət. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəlləbeyin travması və baş beyin silkələnməsi, sağ bud sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, sağ diz qapağının alt qütbünün sınığı ilə müşaiyət olunan sağ diz oynağı nahiyəsinin əzilmiş yarası, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin əzilmiş yaraları, sağ əlin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün “X16” PHŞ-nə müraciət etdiyi yə qərarın təsviri hissəsində göstərilən xx.xx.2024- cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər.
2. Vət. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı sürücüsü olduğu avtomobilin daş hasara çırpılması nəticəsində əmələ gələ bilərdilər. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/1811- 8/1900 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Baxışa təqdim olunmuş Mercedes Benz C230 markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemi hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yəni avtomobilin tormoz sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz C230 markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü P.X14 C230 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin DYP Şöbəsindən təqdim olunmuş 07 oktyabr 2024-cü il tarixli məktubda qedy olunmuşdur ki, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydə alınmış "B1, B, C1, C" kateqoriyalı BD043059 nömrəli (etibarlıq müddəti xx.xx.2032-ci il) sürücülük vəsiqəsinin olması Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminə baxış zamanı müəyyən edilmişdir. Hal-hazırda həmin sürücülük vəsiqəsi aktiv olmaqla vət.Təqsirləndirilən şəxs hər hansı bir müddətdə hüquqdan məhrum edilməsi barədə məlumat mövcud deyildir. "Mercedes" markalı Az**-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu 802-803 məhəlləsində yaşayan X3 adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə isə Bakı şəhər 54 saylı notariat ofisində vətəndaş Təqsirləndirilən şəxs idarə olunması üçün etibar edilmişdir. xx.xx.2024-cü il tarixli əqddə (qəbzdə) qeyd olunmuşdur ki, X8 özünə məxsus olan ** UR *** dövlət qeydiyyat nişanlı mercedes-benz C230 minik markalı avtomobili təhvil almışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri) ilə yanaşı, istintaq hərəkətlərinin ptotokolları, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, o cümlədən ekspertiza rəyləri və biri digərinə uyğun gələn digər sübutlarla tam sübuta yetirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarında qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından və ifadələrdən görünür ki, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı şikayət, tələb və ya iddiaları yoxdur və onu bağışlamışlar. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini, əməlini (təqsirini) etiraf etməsini, zərər çəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin iddia, şikayət və tələbinin olmamasını, barışıq əldə olunmasını və təqsirləndirilən şəxsin gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə görə cəzanı yüngülləşdirən hallar aşağıdakılardır. 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd olunan cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə əsas cəza, həmçinin həmin maddənin sanksiyasında nəzərdə tutulan əlavə cəza da təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın (əsas və əlavə cəzasının) çəkilməsi müddətinin başlanğıcı onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cinayət işinin materiallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan iş üzrə maddi sübut olan “Mercedes-Benz” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 (qəbz əsasında) təhvil verilməsi - qaytarılması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs cəzasının (əsas və əlavə cəza) əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən hazırkı hökmlə təqsirləndirilən şəxsə təyin olunmuş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hazırkı hökmlə əlavə cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Mercedes-Benz” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 (qəbz əsasında) təhvil verilməsi - qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 200 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.