Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-783/2020 10.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, ev 33 A-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 4:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyasının yaxınlığında yerləşən “Qala” klubunun həyətində tanışı Zərərçəkmiş şəxs onun ünvanına nalayıq sözlər deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qarnın ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edərək qaraciyərin yaralanmasına səbəb olan 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında dostu Zərərçəkmiş şəxs ilə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində söhbət edərkən Vasif ona “bəlkə axşam Qızılqum sanatoriyasının yaxınlığında yerləşən Qala kluba gedib pivə içək” demişdir. O da etiraz etməmiş və həmin gün axşam saatlarında Vasiflə birlikdə “Qala” klubuna gedib pivə içmişlər. Təxminən saat 4:30 radələrinə klub bağlanmış, Vasiflə klubdan çıxmışlar ki, evə getsinlər. Yolda gedərkən Vasiflə söhbət etmiş, bu vaxt gözləmədiyi halda Vasif öz aləmində guya zarafat mənasında anasına söymüşdür. Həmin vaxt Vasifdən nəyə görə anasını söyməsinin səbəbini soruşanda sonuncu gülə-gülə “burda nə var ki, mən dostlarımla hər cür zarafat edirəm, səninlə də zarafat etdim” demişdir. O isə Vasifə “yenə söysən səninlə başqa cür söhbət edəcəm” deyəndə, Vasif onunla kobud səs tonu ilə danışmağa başlamış və demişdir ki, “sən kim olmusan, uşaq vaxtı mənim yanımda böyümüsən, siqaretimi alırdın, indi niyə üzümə ağ olursan?”. Bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Vasif şillə ilə sifətinə vurub demişdir ki, “ay bala, ağıllı ol, uşaqsan mənim yanımda”. Sonra da Vasif qolundan tutub demişdir ki, “bura yoldu, gəl kənarda söhbət edək.” Bundan sonra yenidən “Qala” klubunun həyətinə gəlmişlər, lakin həmin vaxt artıq klub bağlanmış, fikirləşmişdir ki, Vasif onu yenə təhqir etsə onu bıçaqla vuracaq, ona görə də Vasifə demişdir ki, “yaxşısı budur ki, söhbətimizi səhər davam edək”. Vasif isə dediklərinə fikir verməmiş və aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı Vasif bədəninin müxtəlif nahiyələrinə yumruq və ayaq zərbələri vurub onu yerə yıxmışdır. Vasifə gücü çatmadığı üçün, həmçinin anasına söyməsinə əsəbləşərək üzərində olan bıçaqla onun qarın nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Vasifin xəsarət aldığını görüb qorxmuş və ona demişdir ki, “narahat olma, gözlə məni, maşın tapıb gəlirəm”. Bundan sonra maşın yoluna tərəf getmiş, yoldan keçən tanımadığı taksi tapib Vasifi Sabunçu rayon 3 saylı X2 aparmışdır. Evə gəldikdən bir neçə saat sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları yaşadığı evə gələrək onu həmin PB-nə dəvət etmişlər. O da polislərlə birlikdə Sabunçu RPİ-nin 15-ci PB-nə gəlmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında dostu Təqsirləndirilən şəxs ilə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində söhbət edərkən ona demişdir ki, “bir az işlərim var, qurtarıb axşam Qızılqum sanatoriyasının yaxınlığında yerləşən Qala klubuna pivə içməyə gedək”. Sonra həmin gün axşam Əliheydərlə birlikdə “Qala” kluba gedib pivə içmişlər. Təxminən saat 4:30 radələrində klubdan çıxıb yolda gedərkən Əliheydərlə zarafat etməyə başlamışdır. Əliheydər isə ona zarafat mənasında dediyi sözlərdən xoşu gəlmədiyini demişdir. Lakin o, yenə də Əliheydərlə zarafat etmiş və bu vaxt aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Əliheydər bildirmişdir ki, “yenə zarafat etsən səninlə başqa cür danışacam”. O da Əliheydərə demişdir ki, “yekə kişisən, burda nə var ki, mən tanıdığım, özümə yaxın bildiyim uşaqlar ilə zarafat edirəm”. Onun zarafatlarına əsəbləşən Əliheydər üstünə tərəf gələrək “elə etmə ki səni döyüm” demişdir. O da Əliheydərə bildirmişdir ki, “döymək istəyirsənsə gəl kənara çəkilək”. Bundan sonra onlar yenidən “Qala” klubunun həyətinə gəlmiş, orada əlbəyaxa olmuşlar. Bu vaxt Əliheydər bıçaqla qarın nahiyəsindən bir dəfə zərbə vurmuş və o, xəsarət almışdır. Xəsarət aldığını görən Əliheydər onu gözləməyini deyib maşın yoluna tərəf qaçmışdır. Bir neçə dəqiqədən sonra Əliheydər tanımadığı maşınla yanına gələrək onu maşına əyləşdirib Sabunçu rayon 3 saylı X2 aparmışdır. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının x xxxx 2020-ci il tarixli 3826 saylı məktubundan görünür ki, xx.xx.1996cı il təvəllüdlü, ünvan 1 A ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 106). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 x xxxxx 2020-ci il tarixli 505 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarnın ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edərək qaraciyərin yaralanmasına səbəb olan 1 ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Həmin xəsarət deşici-kəsici alətin təsirindən törənmiş, müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olmuşdur. Lokalizasiyasına və xarakterinə görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olumuşdur (cild 1, iş vərəqə 77-79). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxx 2020-ci il tarixli 3/421;422 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində hər hansı əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab olunmamışdır. Tədqiqata təqdim edilmiş maykanın üzərindəki zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, həmçinin təqdim edilmiş bıçağın tiyəsi də aid olmuşdur. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlə ona məxsus maykanın üzərində olan zədə uyğunluq təşkil etmiş və üst-üstə düşmüşlər (cild 1, iş vərəqə 109-110). Cinayət işinin materiallarından görünür ki, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağı və 1 ədəd mayka maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 111-112). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 66). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 1, iş vərəqə 94). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra Zərərçəkmiş şəxs yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönələn hərəkətlər etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra Zərərçəkmiş şəxs yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönələn hərəkətlər etdiyindən, həmçinin Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 63-64). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağı və 1 ədəd mayka Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağı və 1 ədəd mayka Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-783/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-783/2020
10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver