Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-783/2021 27.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və X25 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X9 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X20, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Anatolyevna, X5, X10, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi X29 və mütəxəssis (müəllim-psixoloq) X6, müdafiəçilər: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri: Müdafiəçi1 və Hacıyev Aydın Məhəmməd oğlunun, tərcüməçi X35 qızının iştirakı ilə açıq məhkəmə iclasında, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə; 12 avqust 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 03 iyun 2020-ci il tarixdən 12 iyun 2020-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllədə Zərərçəkmiş şəxs2 yaşadığı evə qapını qıraraq qanunsuz içəri daxil olub oradan 1 ədəd 1600 manat dəyərində qızıl boyunbağı, 1 cüt 480 manat dəyərində qızıl sırğanı, 1 ədəd 250 manat dəyərində qızıl üzüyü, 1 ədəd Nokia markalı 100 manat dəyərində mobil telefonu və 1 ədəd 20 manat dəyərində təsbehi gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 2450 manat maddi ziyan vurmuşdur. Bundan əlavə o, təkrarən Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29cu məhəllə yeni sahədə Zərərçəkmiş şəxs5 kirayə yaşadığı fərdi evə qapının açıq olmasından istifadə edərək daxil olub yataq otağında yastığın altında olan 1200 manat pulu gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş şəxsə 1200 manat maddi ziyan vurmuşdur. Bundan əlavə o təkrarən 12 sentyabr 2020-ci il tarixdə saat 14-15 radələrində X7 məxsus Pirallahı qəsəbəsi, Xanlar küçəsi, Dənizkənarı yaşayış massivindəki fərdi evinə daxil olaraq oradan 90 manat məbləğində pul və 31 manat dəyərində 25 metr uzunluğunda elektrik kabelini gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş şəxs X7 gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş şəxsə 131 manat maddi ziyan vurmuşdur. Bundan əlavə o təkrarən 16 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Pirallahı qəsəbəsi, Dənizkənarı yaşayış massivində X3 məxsus fərdi evə plastik pəncərəni sındırma yolu ilə daxil olaraq evdəki paltar şkafından 207 manat pulu, 60 manat dəyərində gün eynəyini, 1 ədəd 20 manat dəyərində papağını, 1 ədəd 35 manat dəyərində üzqırxan maşını gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş şəxsə 322 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində onun köməksiz vəziyyətindən istifadə edərək qəsdən seksual xarakterli zorakılıq hərəkətləri etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz olaraq daxil olub özgəsinə məxsus əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 25.04.2020-ci il tarixdə saat 15 radələrində qonşuluqda yaşayan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə edərək Bakı şəhəri, Pirallahı rayonu, C.Cabbarlı küçəsində yerləşən «köhnə hamam» adlanan yerdə öz cinsiyyət orqanını zərərçəkmiş Zərərçəkmiş şəxs1 arxa keçəcəyinə soxaraq, qeyri-təbii üsulla cinsi əlaqədə olmaqla uşaqbazlıq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə yeni sahədə Zərərçəkmiş şəxs5 kirayə yaşadığı fərdi evə qapının açıq olmasından istifadə edərək daxil olub yataq otağında yastığın altında olan 1200 manat pulu gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş şəxsə 1200 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş bütün epizodlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Pirallahı qəsəbəsində yaşayır, subaydır, heç bir yerdə işləmir. Narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə edirdi, asılılığı yaranmışdır, narkotik vasitəyə olan ehtiyacını ödəməkdən ötrü o Pirallahı qəsəbəsində müxtəlif ünvanlardan oğurluqlar törədərək pul əldə edirdi. Təqsirləndirilən şəxs2 qəsəbə sakini kimi tanıyır, oğurluq epizodlarından birini Zərərçəkmiş şəxs5 evindən oğurluğu Təqsirləndirilən şəxs2la birlikdə törətmişdir. Törətdiyi oğurluqlar barədə bildirir ki, 2020-ci ilin iyun ayının əvvəllərində onunla eyni məhəllədə yaşayan və poçtda işləyən Yuliya Vasilyevnanın evdə olmamasından istifadə edərək giriş qapısından evinə girərək oradan 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və 1 ədəd slayd formalı açılıb bağlanan köhnə bir mobil telefon oğurlamış, oğurladığı qızıl-zinət əşyalarından 1 ədəd üzüyü Pirallahı qəsəbəsində qızıl mağazasının satıcısı Rasimə satmış, digər 1 ədəd qızıl boyunbağını və 1 cüt sırğanı ondan şübhələnməsinlər deyə 29-cu məhəllədə yaşayan Ceyhun adlı qonşusu vasitəsi ilə üenə də əmin Rasimə satdırmışdır. Rasimə qızıl üzüyü 90 manata satmış, Rasim Ceyhundan qəbul etdiyi qızıl-zinət əşyalarına görə isə sonuncuya 480 manat ödəmiş, Ceyhun da həmin pulu ona vermişdir. Ceyhuna oğurluq etməsi barədə bir söz deməmişdir. Bundan başqa, 10 sentyabr 2020-ci il tarixdə axşam Pirallahı qəsəbəsində yaşayan və göyərti satmaqla məşğul olan Zərərçəkmiş şəxs5 həyətinə hasardan aşaraq girmiş, Mövludun evdə olmamasına əmin olduqdan sonra həyətdə saxladığı VAZ 21065 markalı avtomobilin içindən 40 manat pul aşkar edib götürmüş, düşünmüşdür ki, Mövludun evində daha çox pul ola bilər, oğurluq törətmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 həmin evə girib oğurluq etməyi təklif etmişdir. Bundan sonra, növbəti gün axşam saatlarında ikisi birlikdə Mövludun evinə qapısı açıq olduğu üçün daxil olub pul və digər bahalı əşyalar axtarmış, Rövşən Mövludgilin yataq otağındakı yataq dəstinin altından 1000 manat pul tapmış, həmin pulu götürüb ikisi də evi tərk etmşlər. 1000 manatdan 500 manatı Rövşənə vermişdir. Qeyd etmək istəyir ki, Mövludun avtomobilinin içərisindəki avtomobilin ötürücü qutusunun yanında qol dayağındakı saxlanc yerindən aşkar etdiyi 40 manat pulun hamısı 50 qəpiklərdən ibarət olmuşdur. Oğurladığı pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan əlavə, o, Pirallahı qəsəbəsində bir neçə başqa evlərə girərək oradan oğurluqlar törətmişdir. 12 sentyabr 2020-ci il tarixdə o günorta 14-15 radələrində Pirallahı qəsəbəsi, Xanlar küçəsi, Dənizkənarı küçəsində olarkən Pirallahı sakini olan Sadiqin evinə girməyi qərara almışlar. Sadiqi və onun qardaşı Elxanı o Pirallahı qəsəbə sakinləri kimi tanıyırmışlar, onlarla heç bir qərəzli və düşmənçilik münasibətləri yoxdur. Təxmini olaraq Sadiqin və Elxanın MKTBdə fəhlə işlədiklərini bilirmiş və evlərində heç kimin olmadığını dəqiqləşdirdikdən sonra onların yaşadığı evin həyətinə qapını açaraq içəri daxil olmuşdur, həyətə daxil olduqdan sonra birotaqlı evin açıq pəncərəsindən içəri girərək evdəki şkafın siyirtməsindən iki ədəd 10 manatlıq əskinasdan ibarət 20 manat pulu oğurlamışdır. Pulu götürdükdən sonra dərhal evi və həyəti tərk edərək uzaqlaşmışlar. Bundan əlavə 16 sentyabr 2020-ci tarixdə gündüz saatlarında Pirallahı qəsəbəsi, Dənizkənarı yaşayış sahəsində tanımadığı bir evə açıq qapıdan həyətə, həyətdən isə həmin evin qapısının qıfılını həyətdəki dəmir lomla qıraraq evin içərisinə girərək evdəki şkafın içərisindən bir ədəd sellofan torbada təxminən 1 kiloqram 600 qram mis qırıntılarını, 1 ədəd qara rəngli yay kepka-papağı, 1 ədəd kiçik şüşə qabda ətiri oğurlayaraq evi tərk etmişdir. Elə həmin evdən çıxdıqdan sonra Dənizkənarı küçəsində yenidən hasardan aşaraq digər həyət evinə daxil olmuşdur. Oradakı evin plastik pəncərəsinə güc tətbiq edərək açmış və içəri daxil olduqdan sonra evdəki paltar şkafından bir ədəd qutuda üzqırxan maşın aşkar edərək götürüb çıxıb getmişdir. Həmin gün oğurladığı mis qırıntılarını Pirallahı qəsəbəsində metal qəbulu ilə məşğul olan Adilə satmışdır. Digər evdən oğurladığı üzqırxan maşını Pirallahı qəsəbəsində fəhlə kimi işləyən «Kostya» kimi tanıdığı şəxsə 10 manata satmışdır. Etdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 tanıyır. Belə ki, 09 sentyabr 2020-ci il tarixdə o, tanışı olan Pirallahı qəsəbə sakini Təqsirləndirilən şəxs1 birlikdə Pirallahı qəsəbəsi, 29-cu məhəllədəki həyət evlərindən birinə daxil olaraq oradan oğurluq etmişlər. Həmin evin sahibi Mövlud adlı göyərti alverçisi idi. Murad ona danışmışdır ki, Mövlud meyvə-tərəvəz satışı ilə məşğul olduğundan onun evində mütləq pul olmalıdır. Lakin Murad artıq Mövludun həyətində olan maşından 40 manat pul oğurlaması barədə bir söz deməmişdir. Muradın birlikdə oğurluq etmək təklifi ilə razılaşmışdır. 09 sentyabr 2020-ci il tarixdə axşam saat təxminən 22 radələrində Muradla Mövludun qaldığı evin hasarından aşaraq həyətinə daxil olmuş, evin qapısına yaxınlaşdıqda görmüşlər ki, qapı açıqdır, yəni sadəcə örtülmüşdür və heç bir qıfıl və ya açarla bağlanmamışdır. Qapıdan içəri daxil olan kimi otaqda iki ədəd çarpayının olduğunu, çarpayıların arasında kiçik bir masa və siyirtməli şkafın olduğunu görmüşlər. Masanın yanındakı siyirtmələrinə baxdıqda orada heç bir şey aşkar etməmişlər, çarpayıların üzərindəki döşəkləri axtardıqda isə qapıdan girdikdə sağ tərəfdəki çarpayının döşəklərinin altından 1 ədəd qara rəngli pul kisəsi tapmışdır. Həmin pul kisəsini o tapmış və içərisinə baxdıqda orada müxtəlif vəsiqələr, müxtəlif əskinaslardan ibarət pullar aşkar etmişlər. Dərhal həmin pulları götürüb evi, sonra isə həyəti hasardan aşmaqla tərk etmişlər. Mövludun evindən uzaqlaşdıqdan sonra pulları saymışlar və məlum olmuşdur ki, orada 1000 manat vardır. Həmin pulları yarı bölmüşlər, ona çatan 500 manat pulu öz məqsədləri üçün xərcləmiş, ibtidai istintaq zamanı Mövluda ona çatan 500 manat pulu qaytarmışdır. Digər Zərərçəkmiş şəxs1 qarşı uşaqbazlıq etməmişdir. Özünü Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilmir. Belə ki, Tərlan,Tərlanın atası Anar və anası Nəzirə qonşularıdır. Aralarında heç bir qərəzli münasibətlər yoxdur. Əksinə Tərlanın atası Anarla dostluq münasibətləri vardır. Tərlan atası Anar, həmçinin onun qardaşı Adillə də dostluq münasibətlərindədir. Anarla Nəzirənin münasibətləri pisləşdiyi üçün və Anar faktiki ailəsindən ayrı yaşadığı üçün 10 yaşında olan Tərlan baxımsız qalmışdır. Həmçinin Tərlan yalan danışmaqla fərqlənən uşaqdır, özündən çox şey uydurur. 25.04.2020-ci il tarixdə həyətində olan bir ədəd dəmir borunu metal qəbulu məntəqəsinə təhvil vermək, əldə etdiyi pulla araq alıb içmək məqsədilə saat 15 radələrində evindən çıxmış, həyətdə bir neçə uşaq oynayırdı, onların arasında Zərərçəkmiş şəxs1 görmüşdür. Tərlanın təxminən 10 yaşı vardır. Tərlan digər uşaqlarla oynayırdı. Tərlana demişdir ki, onunla dəmir qəbul edən Adilin köşkünə gedib qayıtsınlar. Tərlan onu tanıdığı üçün razılaşmış və onun yanına düşüb birlikdə getmişlər. Dəmir qəbul edən Adillə görüşüb danışdıqdan sonra Tərlanla məhlləyə geri qayıdırdılar. Həmin vaxt o siqaret çəkirdi. Tərlan ona dedi ki, o da çəkmək istəyir, o isə Tərlana demişdir ki, o hələ uşaqdır, ona siqaret çəkmək olmaz. Lakin Tərlan təkid etdiyi üçün ona da siqaret vermişdir. Tərlan da siqaretdən iki tüstü alıb başının fırlandığını deyib yerə yıxılmışdır. O, Tərlanı yerdən qaldırıb onu ayıltmış,Tərlan yavaş-yavaş özünə gəlmiş, birlikdə yoluna davam etmişlər. Məhlləyə çatanda Tərlan orada oynayan uşaqlara qoşularaq onlarla oynamış, o isə evə getmişdir. Həmin gün Adilə borunu satıb əldə etdiyi pula araq alıb qardaşı ilə birlikdə qəbul etmişdir. Həmin gün saat 23 radələrində Tərlan, Tərlanın anası Nəzirə və nənəsi Nailə onlara gələrək mübahisə etmişlər. Nəzirə və Nailə qışqıra-qışqıra soruşmuşlar ki, o, Tərlana nə etmişdir?. O isə cavab vermişdir ki, Tərlana heç nə etməmişdir. Nəzirə bildirmişdir ki, bəs oğlu ona deyib ki, «Rövşən mənə nəşə verib çəkməyə, sonra da köhnə hamamda onunla arxadan cinsi əlaqədə olmuşdur». Nəzirənin bu sözünə qəti etiraz etmiş və bildirmişdir ki, Tərlana çəkmək üçün nəşə deyil, siqaret vermişdir. Tərlan özü çəkmək istəmişdir. O ki, qaldı Tərlana qarşı əxlaqsız hərəkət etməyə, belə bir şey olmamışdır. Tərlan yalan danışır. Bundan sonra Tərlanın anası və nənəsi polisə ondan şikayət etmişdir. O da onlara bildirmişdir ki, hara istəyirlər, gedib şikayət etsinlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Anatolyevna ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri qəsəbə sakinləri kimi tanıyır, heç biri ilə ədavəti və düşmənçiliyi yoxdur. O, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi ev 7, mənzil 18-də uşaqları ilə birgə yaşayır. Əri Dmitriy isə rəhmətə getmişdir. O, özünə məxsus qızıl-zinət əşyalarını Pirallahı qəsəbəsində 29-cu məhəllədə yaşayan mərhum ərinin anası, yəni qaynanası X1 üçün vermişdi. Həmin qızıl zinət əşyaları 1 ədəd 1600 manat dəyərində qızıl boyunbağıdan, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində 1 ədəd üzük və 480 (dörd yüz səksən) manat dəyərində 1 cüt sırğadan ibarət idi. ƏLavə olaraq mərhum əri Vasilyev Dmitrinin ölməmişdən əvvəl istifadə etdiyi bir ədəd qara rəngli Nokia markalı sadə mobil telefon və ərindən qalma bir ədəd əldə düzəldilmə qara rəngli lakla boyanmış taxta təsbeh də evdən oğurlanmışdır. Oğurluq keçən il iyun ayının əvvəllərində qaynanası evdə olmadığı zaman baş vermişdir. Oğru evə qapını sındıraraq girib yuxarıda sadaladığı əşyaları aparmışdır. Oğurluq barədə qəsəbə polisinə müraciət etmiş, polislər cinayəti törədən Təqsirləndirilən şəxs1 yaxalasalar da sonuncu qızıl-zinət əşyalarını satdığı üçün vurulmuş ziyan ona ödənilməmişdir. Ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri qəsəbə sakinləri kimi tanıyır. O, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dənizkənarı yaşayış massivində fərdi evində yaşayır. 16 sentyabr 2020-ci il tarixdə səhər saatlarında o evdən çıxıb işə getmiş, həyətində it saxladığı üçün qonşusu Elmandan xahiş etmişdir ki, evinə göz-qulaq olsun və gün ərizində bir dəfə günorta saatlarında həyətindəki itinə yemək versin. Həmin gün günorta saatlarında qonşusu Elman ona zəng edərək evin pəncərəsi və nəfəsliyinin sındırıldığını, çox guman ki, evə kənar şəxsin və ya şəxslərin girməsini demişdir. O dərhal işdən çıxaraq evinə gəlmiş, otağın içərisindəki paltar şkafındakı gödəkçəsinin cibindən 200 manat pul, həmin gödəkçənin cibindən 60 manat dəyərində gün eynəyi, 1 ədəd təxminən 20 manat dəyərində köhnə «Aerodrom» adı ilə tanınan papaq, 1 ədəd yeni markasını xatırlamadığı hazır qutunun içərisində olan 30 manat dəyərində üzqırxan maşın, 1 ədəd markasını xatırlamadığı 5 manat dəyərində dezodarant, 1 ədəd 6 manat dəyərində fleshkartyaddaş kartı, dolabın üzərində olan 7 manat məbləğində pulu və 1 ədəd 2 manat 20 qəpik dəyərində «Vest» markalı təzə qutuda siqaretin oğurlandığını aşkar etmişdir. Hadisə barədə 17 sentyabr 2020-ci il tarixdə Pirallahı rayon Polis şöbəsinə şikayət ərizəsi yazmış, oğurluğu törədən Təqsirləndirilən şəxs1 müəyyən edilsə də sonuncu vurduğu zərəri ona ödəməmiş, həmin zərərin ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri qəsəbə sakinləri kimi tanıyır. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, Bakı şəhəri, Pirallahı qəsəbəsi, 29-cu məhəllə yeni sahədə fərdi evdə kirayəşin kimi yaşayır. Təxminən 8 ildir ki, Pirallahı qəsəbəsində VAZ 21065 markalı avtomobili ilə səyyar şəkildə meyvə-tərəvəz satışı ilə məşğul olur. 10 sentyabr 2020-ci il tarixdə səhər 06 radələrində o evdən çıxaraq idarə etdiyi VAZ 21065 markalı avtomobili ilə yenidən səyyar şəkildə Pirallahı qəsəbəsində meyvə tərəvəz satmaq üçün həyətdən çıxan zaman avtomobilinin sürücü sükanı tərəfdən kiçik pəncərəsinin əyilmiş vəziyyətdə açıldığını, avtomobilinin sağ qolaltı saxlanc yerindən isə hamısı əlli qəpikliklərdən ibarət olmaqla, ümumilikdə 50 manat pulunun oğurlandığını aşkar etmişdir. Tələsdiyindən və satış üçün malları götürməli olduğundan avtomobilini işə salaraq evini tərk etmişdir. Həmin gün günorta saat təxminən 13:30 radələrində kirayə yaşadığı evinə nahar etmək üçün gəldikdə yatdığı yastığının altında qara rəngli pul kisəsinin içinə baxdıqda aşkar etmişdir ki, bir gözündə olan 2000 manat pulu yerindədir, lakin pul kisənin digər gözündəki 1200 manat pulu oğurlanmışdır. 17 sentyabr 2020-ci il tarixdə Pirallahı rayon Polis şöbəsindən onunla polis əməkdaşları əlaqə saxlayaraq son bir həftə ərzində evindən və avtomobilindən pul oğurlanması barədə maraqlanmışlar, bundan sonra o, ərizə ilə şöbəyə müraciət etmişdir. Ümumilkdə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1275 məbləğində maddi ziyan dəymiş, həmin ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərişdir ki,təqsirləndirilən şəxsləri tanımır. O, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, Dənizkənarı yaşayış massivindəki fərdi evində yaşapyır. Evi iki otaqdan ibarətdir. 12 sentyabr 2020-ci il tarixdə saat 14:30 radələrində evdən çıxaraq işə getmiş, saat təxminən 15 radələrində oğlu ona zəng edərək bildirmişdir ki, evə oğru girmişdir. O dərhal evə qayıdaraq görmüşdür ki, naməlum şəxs hasardan keçərək açıq qalmış pəncərəsinin torunu çıxararaq içəri girərək övladlarının qaldığı yataq otağındakı şkafın içərisindəki şüşə bankanın içərisindən qəpiklərdən ibarət 50 manat məbləğindəki pulu, şkafın siyirtməsindən içərisində 40 manat məbləğində pulu olan pul kisəsini, şkafın aşağısında saxladıqları 1 metrinin dəyərin 1 manat 25 qəpik olan 25 metr uzunluğunda elektrik kabelini oğurlamışdır. Qonşuluqdakı evlərdə də oğurluq baş verməsini eşitdikdən sonra polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona oğurluq nəticəsində vurulmuş 131 manat məbləğində ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında qanuni nümayəndəsi olan anası X29 və mütəxəssis (müəllimpsixoloq) X6 iştirakları ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır. Rövşən onun əvvəllər yaşadığı Pirallahı qəsəbəsində qonşuları olmuşdur. O, hadisə günü həmyaşıdları olan Elvin və Zəhra adlı uşaqlarla həyətdə oynayırdı. Bu zaman Rövşən ona yaxınlaşaraq onunla dəmir qəbulu məntəqəsi olan köşkün yanına gedib-qayıtmağı təklif etmişdir. O da razılaşaraq Rövşənlə birlikdə Rövşənin dediyi yerə getmiş, oradan qayıdanda Rövşən onu köhnə hamama salmış, cibindən siqaret çıxararaq ona təklif etmişdir ki, çəksin. Hətta Rövşən ona bildirmişdir ki, həmin siqaretin içərisindəki nəşədir. O həmin siqaretdən 2 tüstü almış, bu zaman başı gicəllənmiş, özünü pis hiss etmişdir. Bundan sonra Rövşən ona demişdir ki, şalvarını aşağı çəksin və əlini divara qoyaraq əyilsin. O Rövşənin dediyi kimi etmişdir. Bundan sonra Rövşən özü də şalvarını çəkərək ona arxadan öz şeyini soxmuşdur. O, bərk ağrıdan qışqırmış və Rövşən şeyini arxasından çıxarmışdır. Rövşən ona demişdir ki, hadisə haqqında heç kəsə deməsin. Həmin gün axşam ayaqyoluna getdikdə arxasından qan gəlmiş, ağrısı olmuş, o da ağlayaraq bilməmişdir nə etsin. Ağlamaq səsinə ayaqyoluna anası gəlmişdir. Onun bu halını görərək nə olduğunu soruşmuşdur. Anasına demişdir ki, qorxur ki, o onu döyəcəkdir. Anası demişdir ki, döyməyəcək, nə olubsa danışsın. Bundan sonra o, anasına demişdir ki, günorta vaxtı Rövşən ona nəşə çəkdirib, məhəllədəki köhnə hamama salmış, orada onun və öz paltarını aşağı salaraq şeyini arxasına soxmuşdur. Anası öz növbəsində nənəsi Nailəni qonşu otaqdan çağırıb qışqıra-qışqıra onun dediklərini nənəsinə demişdir. Anası, nənəsi və o Rövşəngilə getmiş, orada nənəsi ilə anası Rövşənin üstünə qışqırıb iradlarını bildirmiş, Rövşən isə onları evlərindən qovmuşdur. Bundan sonra anasıgil Rövşəndən polisə şikayət etmişlər. Polisdən onu həkimə göndərmişlər, həkimə də hər şeyi olduğu kimi anasının yanında danışmışdır. Bu gün məhkəmədə də hər şeyi olduğu kimi danışır, yalan demir. Məhkəmə iclasında azyaşlı Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi olan anası X29 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Tərlan onun doğma oğludur, hdisə zamanı 10 yaşı olmuşdur. Təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır. Rövşən onun keçmiş əri Anarın dostudur. Hadisə baş verən günü o işdə olmuş, axşam evə gəldikdə oğlunun bikef və narahat olduğunu hiss etsə də səbəbini bilməmişdir. Oğlu ayaqyoluna getmiş, oradan Tərlanın çıxmadığını görüb ayaqyolunun qapısını açıb görmüşdür ki, Tərlan ağlayır. Tərlandan nə üçün ağladığını soruşduqda o, demişdir ki, desə onu döyəcəkmi. O da cavab vermişdir ki, döyməyəcəkdir, nə olduğunu desin. Oğlu da qapıya çgündüz vaxtı qonşu Rövşənin ona nəşə çəkdirdiyini, sonra isə köhnə hamamda onun və özünün paltarlarını aşağı salaraq öz şeyini onun arxa keçəcəyinə soxduğunu, ağrıdan qışqırdığı üçün Rövşən şeyini çıxarıb heç kimə deməməsini bildirərək çıxıb getməsini demişdir. Unitaza diqqət yetirdikdə üzərində qan ləkələrini görmüş, oğlu qanın onun arxa keçəcəyindən töküldüyünü demişdir. Tərlanın ağlamağına evdə olan nənəsi Nailə gəlmiş, ona da Rövşənin Tərlanın başına açdığı hadisəni danışmışdır. Bundan sonra üçü də Rövşənin yaşadığı evə getmişlər. Qapını Rövşənin qardaşı açmış, ondan Rövşənin yerini soruşmuş, o da Rövşəni qapıya çağırmış, Rövşənə qəzəbli halda demişdir ki, bun ə işdir, oğlunun başına açmışdır. Rövşən isə etdiyini inkar edərək Tərlana yalnız nəşə verdiyini, başqa heç nə etmədiyini demişdir. Bu zaman o, Rövşənə ondan polisə şikayət edəcəyini demiş, Rövşən isə əlindən nə gəlir get elə demişdir. O, uşağı və qaynanası ilə birlikdə polis şöbəsinə gedərək ərizə təqdim etmiş, polis əməkdaşları Rövşənin yaşadığı evə getdikdə onun artıq evdə olmadığını görmüşlər. O, Tərlanın qanuni nümayəndəsi kimi istintaqda, məhkəmə-tibbi ekspertizada, məhkəmə-psixoloji ekspertizada iştirak etmiş, bu hərəkətlərin hər birində Tərlan müstəntiqə və həkimlərə hadisəni olduğu kimi danışmışdır. Bu gün məhkəmədə də oğlu Tərlan düzgün ifadə verir. İbtidai istintaq zamanı işlədiyi mağazadan tez-tez polisə çağırıldığı və buna görə mağazanın müdiri narazılıq etdiyi üçün o, müstəntiqə 2 dəfə yazılı müraciət edərək oğlunun verdiyi ifadələrinin yanlış olduğunu bildirmişdir. Bunu ona görə etmişdir ki, onu tez-tez şöbəyə çağırmasınlar, əks halda onu işdən çıxaracaqlar. O isə yaşadığı kirayə evinin pulunu ödəməli, ailəsini saxlamalıdır. Əri Anardan boşanmışdır. Həmin ərəfədə Anar dənizdə olmuş, hadisədən xəbər tutsa da bir ay sonra evinə gəlmiş, onunla mübahisə etmiş, nəticədə o oğlunu da götürərək Pirallahı qəsəbəsini tərk etmişdir. Bu gün məhkəmədə düzünü danışır. Təqsirləndirilən şəxs2 layiqli cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, təqsirləndirilən şəxsləri qəsəbə sakinləri kimi tanıyır. Özü Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 6, mənzil 33də yaşayır. Pirallahı qəsəbəsində Əzizbəyov küçəsində icarəyə mağaza sahəsi götürərək zərgərlik məmulatlarının, yəni qızıl-zinət əşyalarının satışı və qızıl-zinət əşyalarının alışı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 03 iyun 2020-ci il tarixdə öz şəxsiyyət vəsiqəsini təqdim edərək bir ədəd 2 qram çəkidə qızıl üzüyü təqdim etmiş, həmin qızıl üzüyü o Muraddan 90 manata almışdır. Bundan əlavə 2020-ci ilin mart ayının 19-da da Murad ona daha bir ədəd qızıl üzük gətirmiş, həmin qızıl üzüyə görə o, Murada 100 manat ödəmişdir. Bundan savayı, Pirallahı qəsəbəsi sakini X13 03 iyun 2020-ci il tarixdə bir cüt qızıl sırğaya görə 220 manata ödəmişdir. Təkrarən Məmmədrəhimov Ceyhun 12 iyun 2020-ci il tarixdə ona bir ədəd 12,49 qram çəkidə qızıl boyunbağını gətirmiş, həmin boyunbağa görə ona 587 manata ödəmişdir. Hər iki şəxs qızıl-zinət əşyalarını şəxsiyyət vəsiqələrini təqdim etməklə ona satmışlar. Artıq sonra bilmişdir ki, Ceyhun Məmmədrəhimov ona gətirdiyi qızıl-zinət əşyaları Təqsirləndirilən şəxs1 almışdır. Onun bu məmulatların oğurluq olması barədə məlumatı olmamışdır. O həmin qızılzinət əşyalarını əldə etdiyi həftə ərzində aparıb Bakı şəhərində «Moskva» Univermağında lom qızıl kimi satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qonşu və oğlu Anarın dostudur, digər təqsirləndirilən şəxsin isə onların məsələsnə aidiyyati olmadığı üçün tanımır. O, gəlini Nəzirə, nəvəsi Tərlanla qəsəbədə kirayə tutduqları evdə yaşayırlar. Gəlini də, o da işləyirlər, oğlu Anar isə aylarla dənizdə qalıb balıqçılıq edirdi. 25.04.2020-ci il tarixdə axşam işdən evə gəldikdə gəlini onu öz otağına dəvət edərək Tərlanın ona dediklərini deyərək Rövşənin Tərlana gündüz vaxtı nəşə çəkdirdiyini, sonra isə köhnə hamamda arxadan Tərlanla cinsi əlaqədə olduğunu demişdir. O, şəxsən özü də Tərlandan hadisə ilə maraqlandıqda Tərlan ona da demişdir ki, Rövşən ona nəşə çəkdirb və köhnə hamamda belə bir iş görmüşdür. Bunu eşidərək çox qəzəblənmiş, gəlini və nəvəsi ilə birlikdə qonşuluqda yaşayan Rövşəngilə getmiş, qapıya Rövşən çıxdıqda ondan uşağın başına nə oyun açdığını soruşmuşlar. Rövşən bildirmişdir ki, o, gündüz vaxtı Tərlana nəşə çəkdirmiş, başqa heç bir hərəkət etməmişdir. Ondan polisə şikayət edəcəklərini dedikdə Rövşən əcəb etdiyini deyərək onları evdən qovmuşdur. Bundan sonra polisə şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hər ikisini tanıyır. Murad da onun kimi Pirallahı qəsəbə sakinidir. 17 sentyabr 2020-ci il tarixdə Pirallahı qəsəbəsində məhəlləsində olarkən təsadüfən Muradla rastlaşmış, sonuncu ona demişdir ki, təzə özünə məxsus saç qırxan maşın satır və əlində olan qutunu ona göstərərək qutunun içərisində təzə və saz vəziyyətdə saç qırxan maşını təqdim etmişdir. Həmin maşın xoşuna gəlmiş və Muraddan qiymətini soruşmuşdur. Murad həmin maşını 15 manata satdığını bildirmiş, lakin o zaman cəmi 10 manat olduğu üçün həmin pulu Murada təklif etmiş, Murad da saçqırxan maşını ona 10 manata satmışdır. Sonradan o, Pirallahı rayon Polis şöbəsinə dəvət olunmuş, orada ona bildirmişlər ki, Muraddan aldığı saçqırxan maşını Murad başqa şəxsin evindən oğurlamışdır. Bundan sonra o, saçqırxan maşını gətirib polisə təhvil vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı qismində şahid dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, onun xx.xx.2010-cu il təvəllüdlü Tərlan adlı oğlu vardır. Ailəsi ilə Pirallahı qəsəbəsində yaşamışlar, anası X27 da onlarla birlikdə yaşamışlar. Anası Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyində dalandar işləyir. Həyat yoldaşı Nəzirə “Laçın” marketdə satıcı işləyirdi. 2020-ci ilin fevral ayında o işlə əlaqədar olaraq Cilov adasına getmiş və orada kirayələdiyi evdə qalırdı. Həmin ərəfədə yol ilə əlaqədar evə ayda 1 dəfə gələ bilirmiş, bundan başqa həyat yoldaşı ilə aralarında ailə problemləri olduğu üçün münasibətləri yaxşı deyilmiş. 2020-ci ilin may ayının əvvəllərində anası Nailə ona zəng edərək bildirmişdir ki, həyat yoldaşı Nəzirə oğlu Tərlanı da götürüb bacısı Nəcibənin Masazır qəsəbəsində yerləşən evinə köçmüşdür. Söhbət əsnasında anası Nailə ona demişdir ki, arvadı Nəzirə uşağa qarşı seksual hərəkətlər etməsi ilə əlaqədar qonşuları Rövşəndən polisə şikayət etmişdir. O nə məsələ olduğunu soruşduqda anası demişdir ki, o özü də dəqiq bilmirmiş, uşaq Nəzirə ilə danışıb, Nəzirə də demişdir ki, qonşu Rövşən uşağa qarşı seksual hərəkətlər etmişdir, Ondan sonra Rövşənin qapısına getmişlər, daha sonra məsələni aydınlaşdırması üçün polisə şikayət etmişlər. 2020-ci ilin iyun ayının sonlarında o, Cilov adasından yaşadığı Pirallahı qəsəbəsinə qayıtmış, həmin vaxtdan bu günədək nə Nəzirəni, nə də oğlu Tərlanı görməmişdir. Hərdən telefon vasitəsilə Tərlanla danışırmış, lakin telefon danışığı zamanı bu mövzu ilə bağlı nə uşaqdan, nə də anasından heç nə soruşmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Bakı şəhər Şöbəsinin rəisi vəzifəsini icra edən Şahid4 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, onun tərəfindən verilmiş 29 aprel 2020-ci il tarixli 209 №li məhkəmə tibbi ekspertizası rəyinin nəticə hissəsində müayinə olunan Zərərçəkmiş şəxs1 arxa keçəcəyin girəcəyində sıyrıntının müəyyən edildiyi, bu xəsarətin bərk küt əşyanın o cümlədən kişi cinsiyyət üzvünün arxa keçəcəyi yeridilməsi nəticəsində zamanı əmələ gələ bilməsi, müddətinin müayinədən1-3 gün əvvələ uyğun gəldiyini rəydə göstəmişdir. Rəyin nəticə hissəsində qeyri-təbii yolla cinsi əlaqədə olma tək-tək hallarda baş verirsə, yəni mütəmadilik yoxdursa müayinə zamanı aşkar etmək mümkün olmur. Arxa keçəcəyin girəcəyində müəyyən edilmiş sıyrıntı araya hər hansı bərk küt əşyanın o cümlədən gərjinləşmiş kişi cinsiyyət orqanının arxa keçəcəyinə yeridilməsi zamanı əmələ gələ bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirlilikləri qismən özlərinin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Pirallahı RPŞ-nin rəisinə Zərərçəkmiş şəxs5 ünvanladığı 17.09.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 10.09.2020-ci il tarixdə şəxsiyyətini bilmədiyi adamlar ona məxsus “VAZ-2106” markalı avtomobilindən 150 manat pulunu, 1 ədəd 5 manat dəyərində kəlbətini, 1 ədəd 20 manat dəyərində ətrini, kirayə yaşadığı fərdi evin yataq otağında yastığın altında olan 1000 manat pulu oğurlanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» 17.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29cu məhəllə yeni yaşayış sahəsində fərdi həyət evidir. Fərdi ev iç-içə otaqlardan ibarətdir. Evə qapıdan giriş birdaşa içərisində stol, 2 çarpayı və tumba olan otağa açılır. Otaq dağınıq vəziyyətdədir, baxış zamanı Zərərçəkmiş şəxs5 çarpayını göstərərək yastıq hissəsinin altında pul kisəsini qoyduuğunu və həmin pul kisəsindən oğurluq baş verdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Pirallahı RPŞ-nin rəisinə X21 ünvanldığı 25.04.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 25.04.2020-ci il tarixdə, saat 15 radələrində qonşuluqda yaşayan Rövşən adlı şəxs 2010-cu il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs1 C.Cabbarlı küçəsində yerləşən «köhnə hamam»a apararaq köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı uşaqbazlıq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 26.04.2020-ci il tarixli, L/2365 saylı «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından müəyən olunur ki, Təqsirləndirilən şəxs2 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış videoçəkilişlə aparılmış «ifadənin yerində yoxlanılması haqqında» 26.08.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 valideyinlərinin iştirakı ilə Bakı şəhəri, Pirallahı rayonu, C.Cabbarlı küçəsində yerləşən «köhnə hamam» adlanan yerə gətirmiş Zərərçəkmiş şəxs1 baş vermiş hadisənin yeri və istiqamətini göstərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 21.12.2020ci il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi olan anası Nəzirə Həsənovanın iştirakı ilə Təqsirləndirilən şəxs2 onu günorta vaxtı uşaqlarla oynayan zaman çağırdığını, onunla bir yer var oraya gedib-gələk deyərək “köhnə hamama” apararaq orada ona cibindən siqaret çıxarıb verərək içərisindəkinin nəşə olduğunu dediyini, o həmin siqaretdən iki tüstü aldıqdan sonra Təqsirləndirilən şəxs2 şalvarını aşağı çəkməsini və əlini divara qoyaraq əyilməsini tələb etdiyini, o onun dediyi kimi etdiyini, bundan sonra Rövşənin özünün də şalvarını çəkərək soyunduğunu və ona arxadan öz şeyini soxduğunu, həmin vaxt qışqırdığını və Rövşənin həmin hərəkətini dayandırdığını, sonra Rövşənin ona getməsini və heç kimə olanı deməməsini göstərmişdir. O isə axşam anasına bu haqda demiş, anası da Rövşənin qapısına gedərək ona irad bildirmişdir. Təqsirləndirilən şəxs2 üzünə qarşı yalan ifadə verir, o, onu 25.04.2021-ci il tarixdə Pirallahı qəsəbəsindəki “köhnə hamam”a apararaq ona qraşı əxlaqsız hərəkətlər etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Pirallahı RPŞ-nin rəisinə Zərərçəkmiş şəxs2 ünvanladığı ərizəsindən müəyyən olunur ki, 03 iyun 2020-ci il tarixdə 12 iyul 2020-ci il tarixədək olan müddət ərzində dövri olaraq yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə Yeni sahədəki evinin qapısını qıraraq naməlum şəxslər içəri daxil olub paltar şkafının içərisindən 1 ədəd 1600 manat dəyərində qızıl boyunbağı, 1 cüt 480 manat dəyərində qızıl sırğanı, 1 ədəd 250 manat dəyərində qızıl üzüyünü oğurlamışlar. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” 21.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə Yeni sahədə yerləşən fərdi həyət evinə baxış keçirilmişdir. Baxış zamanıZərərçəkmiş şəxs2 evinin qapısından içəri daxil olmuş şəxslərin 1 ədəd 1600 manat dəyərində qızıl boyunbağı, 1 cüt 480 manat dəyərində qızıl sırğanı, 1 ədəd 250 manat dəyərində qızıl üzüyü, 1 ədəd Nokia markalı 100 manat dəyərində mobil telefonu və 1 ədəd 20 manat dəyərində təsbehi şkafın içərisindən oğurlandığını bildirmişdir. Baxış zamanı heç bir iz aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Pirallahı RPŞ-nin rəisinə zərərçəkmiş şəxs X2 ünvanladığı 17.09.2020-ci il tarixli əizəsindən müəyyən olunur ki, 16.09.2020-ci il tarixdə yaşadığı Pirallahı qəsəbəsi, Dənizkənarı yaşayış massivində yerləşən fərdi evindən naməlum şəxslər pəncərəni sındıraraq içəri daxil olmaqla şkafın içərisindəki gödəkcənin cibindən 200 manat pulu, 60 manat dəyərində gün eynəyini, 20 manat dəyərində papağını, 1 ədəd üzqırxan maşını və 7 manat puulunu oğurlamışlar. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” 17.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Pirallahı qəsəbəsi, Dənizkənarı yaşayış massivində X3 məxsus fərdi həyət evnə baxış keçirilmişdir. Naməlum şəxslər evə pəncərədən daxil olmuşdur. Baxş zamanı 10 ədəd əl barmaq izləri götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Pirallahı RPŞ-nin rəisinə X4 ünvanladığı 17.09.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 12 sentyabr 2020-ci il tarixdə saat 14.30-15 radələrində naməlum şəxslər ona məxsus fərdi evə daxil olaraq oradan 90 manat məbləğində pul və 31 manat dəyərində 25 metr uzunluğunda elektrik kabelini oğurlamışlar. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” 17.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Pirallahı qəsəbəsi, Dənizkənarı küçəsində X8 məxsus fərdi ev ayrıayrı qapıları olan iki otaqdan ibarətdir. Otaqlardan birinin pəncərəsi plastik vardır. Zərərçəkmiş şəxs4 bildirdi ki, pəncərədən içəri daxil olan şəxs 800 qramlıbankada olan qəpiklərdən ibarət 50 manat məbləğində pul və 25 metr uzunluğunda elektrik kabelini oğurlamışlar. Məhkəmədə elan edilib araşdırılmış “pul vəsaitinin zərərçəkmiş şəxsə ödənilməsi haqqında” 21.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 anası X24 dəymiş ziyana görə verdiyi 500 manat pul Zərərçəkmiş şəxs5 təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 sentyabr 2020-ci il tarixli protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Pirallahı rayon məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 19 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Pirallahı rayon məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 valideyinləri tərəfindən Zərərçəkmiş şəxs5 evindən oğurlanan pulun 500 manatı ödənildiyi, şikayət və tələbinin olmadığı üçün həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs2 məhkəmə zalından həbsdən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 19.09.2020-ci il tarixdən 21.09.2020-cu il tarixədək-cəmi 03 gün həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-daktiloskopik ekspertizasının 8 yanvar 2021-ci il tarixli, 3/2049 saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdən götürülmüş 1 saylı daktilolentin səthindəki ovuc izi və 2,3 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri və 2 rəqəmi ilə işarələnmiş zərfdən götürülmüş 1 saylı daktilolentin səthindəki ovuc izi və 2, 5, 6, 7, 8, 8, 9 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır, izlər toxunma nəticəsində qalmışdır və iz qoymuş şəxs xüsusi əlamətlərə (barmağın olmaması, qabarın, kəsiyin və s. olması) malik deyil. -Təqdim edilmiş 2 rəqəmi ilə işarələnmiş zərfdən götürülmüş 2,3,4,5,6 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. -Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdən götürülmüş 1 saylı daktilolentin səthindəki ovux izi Təqsirləndirilən şəxs1 sol ovucun tenar İİİ hissəsindən, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin şəhadət barmağından, 3 saylı daktilolentin səthindəki əlbarmaq izi onun sol əlinin orta barmağından və 2 rəqəmi ilə işarələnmiş zərfdən götürülmüş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 sol ovucun tenar İV hissəsindən, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 onun sağ əlinin şəhadət barmağından, 5 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 sağ əlinin orta barmağından, 6 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin baş barmağından, 7 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin çeçələ barmağından, 8 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin adsız barmağından və 9 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 sağ əlinin orta barmağından qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 dekabr 2020-ci il, 9/5520 saylı ekspertiza rəyindən müəyyən olunur ki, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən bir ədəd üzərində Hairclipper, model 90059 markalanma yazıları olan təzə elektrik saç qırxan aparatın, 2020-ci ilin sentyabr ayına, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 35,00 manat müəyyən edilir. Qərarın təsviri hissəsində göstərilən lakin ekspertiza tədqiqatına maddi sübut qismində təqdim edilməyən digər tədqiqat obyektlərinə ekspert baxışı keçirilmədən faktiki olaraq onların markası, modeli, çəkisi, əyarı, texniki göstəriciləri, ölçüləri, yararlığı, hansı vəziyyətdə olması, istismarı müddəti və digər texniki keyfiyyət göstəriciləri barədə məlumat olmadığından onların qiymətlərini müəyyən etmək mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 29 aprel 2020-ci il tarixli, 209 saylı rəyindən müəyyən olunur ki, 27.04.2021-ci il tarixdə 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinədən keçirilmişdir. Zərərçəkmiş şəxs1 deməsinə görə 25.04.2020-ci il tarixdə günorta vaxtı qonşusu Rövşən aparıb yarımtikili binaya, orada ona nəşə çəkməyə və arxadan qeyri-təbii yolla cinsi əlaqəda olmağa məcbur edib. Bu zaman Tərlan qışqırıb Rövşən onu evə buraxıb, sonradan uşağın arxa keçəcəyindən qan gəlmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs1 arxa keçəcəyin girəcəyində sıyrıntı müəyyən edildi. Bu xəsarət küt əşyanın o cümlədən gərginləşmiş kişi cinsiyyət üzvünün arxa keçəcəyinə yeridilməsi zamanı əmələ gələ bilərdi, müddəti müayinədən 1-3 gün əvvələ uyğun gəlir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 29 aprel 2020-ci il tarixli, 210 saylı rəyindən müəyyən olunur ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.T.R.Yukubxanoviçin cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks-məhkəmə psixiatrik və psixoloji ekspertizasının 07 oktyabr 2020-ci il tarixli, 2002 saylı rəyindən müəyyən olunur ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə:
1. Zərərçəkmiş şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik və kəmağıllıq aşkar olunmur.
2. Zərərçəkmiş şəxs1 əvvəllər hər hansı psixi xəstəlik qeyd olunmamışdır.
3. Azərbaycan Respublikası CM-in 93-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər (məcburi müalicə) cinayət törətmiş şəxslər barəsində tətbiq oluna bilər. Zərərçəkmiş şəxs1 yetkinlik yaşına çatmadığını və cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçdiyini nəzərə alaraq onun barəsində məcburi müalicə təyin oluna bilməz. Qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs1 hal-hazırda psixi pozuntu aşkar olunmadığından onun psixiatrik müalicəyə ehtiyacı yoxdur.
4. Azərbaycan Respublikası CM-in 21-ci maddəsinə əsasən «anlaqsızlıq» anlayışı ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə aid edilə bilər. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçdiyindən onun anlaqlı olub-olmamasının müəyyən edilməsi mümkün deyil. Eyni zamanda qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs1 hal-hazırda hər hansı psixi pozuntu müəyyən edilmədiyindən o, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə:
1. Zərərçəkmiş şəxs1 qıcığa qarşı həssaslıq, impulsivlik, şıltaqlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.
2. Zərərçəkmiş şəxs1 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur.
3. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı nəzərə alınmaqla, o, öz hərəkətlərinin mənasını dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Ekspertin suallarını cavablandıran Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisə gün uşaqlarla oynamış, Rövşən adlı şəxs onu çağırmış, onunla birlikdə dəmir satmağa getmiş, Rövşənin ona nəşə adı ilə verdiyi siqareti çəkdirdikdən sonra özünü pis hiss etmiş, halı dəyişmiş, özünə gələndən sonra Rövşən onu köhnə hamam deyilən yerə aparmış, orada Rövşən şalvarını soyunub ona qarşı seksual hrəktlər etmişdir. Hadisə vaxtı Rövşəni itələyərək ona müqavimət göstərməyə çalışmışdır. Rövşən onu döyməklə hədələmiş və hadisə barədə evdə heç kimə deməməsini tapşırmışdır. Yoxlanılan şəxs ekspertizaya göndərilməsinin məqsədini düzgün başa düşür, öz vəziyyətinə və yaranmış sitiuasiyaya qarşı tənqidi münasibəti kifayət qədərdir. Ekspertiza zamanı cinayət işində olan Zərərçəkmiş şəxs1 qonşuları X34, X33, X37, həmçinin 234 nömrəli orta məktəbin müəllimi X16 ifadələri təhlil edilmişdir. Həmin ifadələrdə Zərərçəkmiş şəxs1 davranışında bəzi qəribəliklər təsvir olunmşdur. Qeyd olunmlıdır ki, Zərərçəkmiş şəxs1 davranışında təsvir olunmuş dəyişikliklər hər hansı psixi pozuntunun klinik mənzərəsinə uyğun gəlmir. Bundan əlavə Zərərçəkmiş şəxs1 hazırkı psixiatrik müayinəsi zamanı ifadələrdə təsvir olunmuş əlamətlər öz təsdiqini tapmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğuna dair Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsinə verilən sorğuya cavabdan müəyyən olunur ki, onlar əvəllər məhkum olunmamışlar. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməllərini isə həmin Məcəllənin 150.3.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmələri, Təqsirləndirilən şəxs2 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli hərəkətlər törətməsi tam sübutia yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 243 saylı tam orta məktəbin 59 saylı, 26.08.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2010-cu il təvəlludlu Zərərçəkmiş şəxs1 həmin məktəbdə 4-cü sinifdə təhsil alır. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilən normalarda qabaqcadan əlbir olan dəstənin hər hansı formada iştirakçılığı deyil, qabaqcadan əlbir olan dəstənin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığı nəzərdə tutulur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilmələri cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Zərərçəkmiş şəxs5 dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 oğlnun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinin ağırlıq dərəcəsi nəzərə alınmaqla, onların islah olunmaları yalnız cəmiyyətdən təcrid olunma yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayətlərin təsnifatına görə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməlləri Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 150.3.3-cü maddəsi xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli i19 sentyabr 2020-ci il il tarixdən, Təqsirləndirilən şəxs2 isə həbsə alındığı 27 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə maddi sübut 1 ədəd “Hairclipper” markalı saç qırxan maşının Zərərçəkmiş şəxs3 saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X17, Təqsirləndirilən şəxs2 hüquqlarını isə X30 (c.2, i/v 269,270), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla təqsirləndirilən şəxslərin huquqlarını Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Hacıyev Aydın Məhəmməd oğlu müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə X17 üçün 150 AZN (yüz əlli manat), X30 üçün 300 AZN (üç yüz manat), müdafəçilər Müdafiəçi1 və Hacıyev Aydın Məhəmməd oğluna hər biri üçün 540 AZN (beş yüz qırx manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli 19 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq Təqsirləndirilən şəxs2 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 19.09.2020-ci il tarixdən 21.09.2020-cu il tarixədək həbsdə saxlanıldığı – 03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 12 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli “27” iyul 2021-cu il tarixdən hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İşi üzrə maddi sübut - 01 ədəd “Hairclipper” markalı saç qırxan maşın Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər X17 üçün 150 AZN (yüz əlli manat), X30 üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 8 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi1 və Hacıyev Aydın Məhəmməd oğlun hər biri üçün 540 AZN (beş yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Azər Paşayev Əsli ilə düzdür. Hakim: Rasim Sadıxov