Məhkəmə qərarları › İş №1(101)-783/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-783/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-783/2022 18.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə, 7 aprel 1990-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Kristal ünvan 3 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə saat 17:04-də “BC” kateqoriyalı AD 078456 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi tanışı Zərərçəkmiş şəxs1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Heydər Əliyev" prospektinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən keçən hissəsində Heydər Əliyev adına X12 istiqamətində 100-110 km/saat sürətlə hərəkətdə olarkən istiqaməti üzrə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Heydər Əliyev prospekti 276 ünvanda yerləşən birinci yerüstü keçidin altında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, qanunun bu tələblərinə riayət etməməklə, yol hərəkəti qaydalarını pozaraq, hərəkətdə olduğu istiqamətdə yolun hərəkət hissəsinin sol tərəfində dayanmış piyada X6 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurub ona ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş Vüqar Babayevin ölümünə səbəb olmuş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan 720 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təxminən 2021-cı ilin aprel ayında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Bijan” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, 200 №-li binanın yaxınlığında yerləşən yararsız yarımtikilinin qarşısında yerləşdirdiyi bir ədəd boz rəngli polietilen bağlamada qablaşdırılmış ümumi təmiz çəkisi 2.003,807 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini 23 avqust 2021-ci il tarixdə gecə saatlarında həmin yerdən götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində daşıyaraq həmin yararsız yarımtikilinin giriş hissəsində sol tərəfdə divarın yanında yastığın altında gizlətməklə saxlamış, 23 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində qeyd olunan yararsız yarımtikilinin giriş hissəsində sol tərəfdə divarın yanında saxladığı narkotik vasitə hesab edilən həmin heroinin 23,807 qram çəkidə olan hissəsini bir bükümdə ayırıb istintaqa məlum olmayan şəxlərə satıb gəlir əldə etmək niyyəti ilə əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq həmin yarımtikilidən çıxmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 04:00-da Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, 200 №-li binanın yaxınlığında saxlanılaraq baş idarənin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olmaqla təmiz çəkisi 23,807 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 08:15-də təqdim etdiyi ünvan 5 ünvanının yaxınlığında yerləşən yararsız yarımtikiliyə baxış və götürmə aparılarkən həmin yarımtikilinin giriş hisəsində sol tərəfdə divarın yanında yastığın altında saxladığı bağlamadan iki ədəd bükümdə olmaqla ayrı-ayrılqıda təmiz çəkisi 995 qram və 985 qram olmaqla ümumi təmiz çəkisi 1.980 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 236.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2017-ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə etmişdir, 24 iyul 2021-ci il tarixdə xaricdən gələn tanışını qarşılamaq üçün “Heydər Əliyev adına X8” getmək məqsədlə dostu Zərərçəkmiş şəxs1la məxsus “Nissan Tida” markalı **-MF-*** qeydiyat nişanlı avtomobili götürmüş, həmin vaxt Rasim ona avtomobili idarə etmək üçün onlayn qaydada etibarnamə vermək istəmiş, lakin Rasimin sənədi sistemdə çıxmadığı üçün etibarnamə verə bilməmiş və etibarnamə olmadan “Nissan Tida” markalı **-MF-*** qeydiyat nişanlı avtomobili idarə etmişdir. Heydər Əliyev prospekti ilə üzü Mərdəkan istiqamətində hərəkət hissəsinin soldan birinci hərəkət zolağında icazə verilən hərəkət sürəti ilə hərəkət etmiş, qardaşı Şahid3 yanında sağ ön oturacaqda əyləşmiş, qarşısıedakı avtomlbilin sürətinin azaldığını görüb sonuncunu sağdan keçib hərəkəti soldan ikinci hərəkət zolağında davam etdirmək üçün bir sağ zolağa keçmiş, keçdiyi hərəkət zolağının sol tərəifndəki qırıq-qırıq xətlərdən təxminən bir metr məsafədə soldan birinci hərəkət zolağında piyadanın dayandırılığını görmüş, dayanmış piyadanın idarə etdiyi avtomobili keçməsinigözləyəcəyini düşünərək hərəkətini davam etdirmiş, lakin piyada qəfildən iti yerişlə sağ tərəfə doğru keçməyə başlamış, əyləci sıxıb tormozlama etsə də kimliyini sonradan bildiyi X9 mşının qabaq sol orta tərəfinə və ön alın şüşəsinə çırpılmış, maşın tam dayandıqdan sonra maşının qarşısında yerə düşmüş, piyada onun görünüş sahəsinə daxil olduğu yerdən maşınla vurulduğu yerədək 3 metrə qədər məsafə qət emişdir. Dərhal 103 xidmətinə zəng etsə də zənginə cavab verilməmişdir. Qardaşı saxlatdığı maşınla yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırmış, hadisə vaxtı yaxınlıqdap yolun hərəkət təhlükəsizliyini təmin etmək üçün xidmət aparan 2 nəfər Yol Patrul Xidmətinin əməkdaşının yolu bağlaması köməkliyi ilə maşını hərəkət hissəsinin sağ kənarına çəkib hadisə ilə bağlı gələcək polis əməkdaşlarının gəlməsini gözləmişdir. Sonradan öyrəndiyinə görə xəsaərt almış Babayev Vüqar bütün lazımi tibbi müayinə müalicə və cərrahiyyə əməliyyatları olunmasına baxmayaraq hadisəndən təxminən 30 saat sonra xəstəxanada vəfat etmişdir; İbtidai istintaq zamanı narkotik vasitəlrlə bağlı verdiyi ifadələrin heç birini təsdiq etməyərək göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həmin idarəyə aparılarkən üzərində narkotik vasitə omlamış, polis əməkdaşlarının təsiri, təzyiqi və işgəncələri altında etirafedici ifadələr verməyə məcbur edilmiş, Baş Narkotiklərlə mübarizə idarəsində 11 saat saxlanılaraq işgəncələrə məruz qaldıqdan sonra təhqiqatçı Şahid4 tərəfindən oraya Mina Cəfərova adlı müdafiəçi dəvət olunmuş, polis əməkdaşlarının onun cibinə qoyduğu və içərisində narkotik vasitələr olan bükümləri videoçəkiliş aparılarkən çıxardıb təqdim etməyə məcbur edilmiş, ünvan 6 ünvanın yaxınlığındakı sahibsiz tikilidəki narkotik vasitələr ona məxsus olmamış, həmin narkotik vasitələri oraya elə polis əməkdaşları özləri qoymuş və yenidən işgəncələrə və təzyiqlərə məruz qaldığından videoçəkilişlə apaılan baxış zamanı etirafedici ifdələr verməyə məcbur edilmişdir. İbtidai araşdırma zamanı verdiyi və məhkəmə zamanı tədqiq edilərək elan edilmiş ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 17 radələrində “Nissan Tida” markalı **-MF-*** qeydiyat nişanlı avtomobillə Bakı şəhəri, Heydər Əliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edərkən, avtomobildə qabaq sağ oturacaqda qardaşı Şahid3 əyləşmişdir. Saat 17:11 radələrində prospektin Suraxanı rayonu, Bülbülə qəsəbəsindən keçən hissəsində “Komsomol dairəsi” adlanan yerdə 276 ünvanda yerləşən birinci yerüstü keçidə yaxınlaşan zaman avtomobili yolun soldan sağa doğru soldan birinci hərəkət zolağı ilə təxminən 100-110 km/saat sürətlə idarə etmiş və qarşısında eyni hərəkət zolağında və eyni istiqamətdə hərəkətdə olan xatırlamadığı avtomobil tormoz verərək sürətini azaltdığını görüb idarə etdiyi avtomobili sağa dorğu hərəkət etdirib, sol tərəfdən ikinci hərəkət zolağına keçmişdir. Bu zaman qarşısında hərəkətdə olan avtomobilin qabaq sağ yan tərəfində qırıq-qırıq ağ xətlərdən təxminən bir metr məsafədə yolun soldan birinci hərəkət zolağında piyada X5 dayanmış vəziyyətdə olduğunu görmüş, piyadanın idarə etdiyi avtomobilin keçəcəyini gözləyəcəyini zənn edib hərəkətini davam etdirmiş və piyadanın yanından keçməyə az qalmış, piyada dayandığı yerdən qəflətən onun yoluna daxil olaraq iti yerişlə yolu sağ tərəfə doğru keçdikdə idarə etdiyi avtomobilin qabaq sol tərəfinə çırpılaraq qabaq alın şüşəsinə dəymişdir. Dərhal avtomobili saxlayaraq düşmüş və 103 xidmətinə zəng etmiş, lakin zənginə cavab verilmədiyi üçün qardaşı saxlatdığı tanımadığı maşınla piyadanı 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Vüqar Babayev xəstəxanada cərrahiyyə əməliyyatı olunmuş, lakin bir gün sonra vəfat etmişdir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Bijan” adlı şəxslə tanış olmuş və münasibətləri yaranmış, “Whatsapp” proqramı vasitəsilə ilə əlaqə saxlamışlar. Bijan ona +1(220)203-01-01 nömrədən “Whatsapp’’ proqramı vasitəsilə yazmış və “Whatsapp” proqramı vasitəsilə göndərdiyi kordinatlara qoyduğu paketləri götürüb, daha sonra dediyi ünvanlara çatdırmış və bunun müqabilində Bijan müxtəlif məbləğlərdə pulları “Beynəlxalq Banka” məxsus kart hesabına göndərmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bijan “Whatsapp” proqramı vasitəsilə ona yazaraq, Bakı şəhəri Yasamal rayonu ərazisində ünvan şəkili atacağını və həmin ünvana gedib orada gizlətdiyi narkotik vasitə heroini götürüb deyəcəyi ünvana aparmasını demişdir. xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Bijan “Whatsapp” proqramı vasitəsilə ona şəkil atıb həmin ünvana getməli olduğunu və orada narkotik vasitəni harada gizlətdiyini deyəcəyini bildirmiş, Bijanin telefon vasitəsilə bələdçiliyi ilə ünvan 8 ünvanın yaxınlığına getmiş, Bijan ona içərisində narkotik vasitə heroin olan sellofan torbanı gizlətdiyi yerin şəklini atıb həmin maddələri oradan götürüb saxlamağı və deyəcəyi vaxtda dediyi ünvana çatdırmağı tapşırıb bunun müqabilində pul verəcəyini demişdir. Bijanın göndərdiyi kordinatlar əsasında M.Xiyabani küçəsi 200 ünvanın yaxınlığına yerləşən yarasız halda olan uçmuş tikilinin qabağına gələrək orada Bijanın atdığı şəkil əsasında içərisində narkotik vasitə heroin bükümləri olan sellofan torbanı götürmüş, sellofan torbada olan bükümlərin birinin içərisindən bir qədər narkotik vasitə heroin götürüb şəffaf sellofana bükərək əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Götürdüyü sellofan torbada olan iki ədəd iri bükümdə narkotik vasitə heroini həmin yarım tikilinin içərisinə girərkən sol tərəfdə balaca döşəkcənin altında gizlətmişdir. 23 avqust 2021-ci il tarixdə axşam saat 04:00 radələrində ünvan 6 ünvanın yaxınlığında piayada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə şəxsi axtarış keçirilərkən, üzərində qanunla qadağan olunmuş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunmuş və bundan sonra qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroini təqdim etmiş və həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Bijana məxsus +1(220)203-01-01 mobil nömrə ilə istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** mobil nömrələrlə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamış, Bijan “Whatsapp” proqramı vasitəsilə ona hər hansı bir foto göndərdikdə və ya söz yazdıqda sonradan həmin məlumatları telefonundan silmişdir. Bijanla tanış olduğu vaxtdan bir neçə dəfə sonuncunun dediyi yerlərdən narkotik maddələri götürüb Bijanın dediyi ünvanlara çatdırmış və bunun müqabilində Bijan onun bank kartına müxtəlif məbləğlərdə pul göndərmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş X7 ifadəsində göstərmişdir ki, X9 onun atasıdır. X16 fərdi olaraq təmir işləri ilə məşğul olmaqla usta kimi fəaliyyət göstərirmişdir. 24 iyul 2021-ci il tarixdə saat 17 radələrində X16 işdən evə qayıdarkən “Heydər Əliyev” prospektinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən keçən hissəsində yolun şəhərin mərkəzi istiqamətində yerüstü piyada keçidinin altından yolu keçərkən Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə X16i vurmuş və atası 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılmışdır. Vüqar Babayev həmin xəstəxanada cərrahiyyə əməliyyatı olunmasına baxmayaraq 25 iyul 2021-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Hadisə təsadüfən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törəndiyindən, hadisəni törətmiş Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur (2-ci cild iş vərəqi 24-25). Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, mülkiyyətində olan “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili 24 iyul 2021-ci il tarixdə dostu Təqsirləndirilən şəxs xaricdən gələn qonağını qarşılamaq məqsədi ilə “Heydər Əliyev adına X8” getmək üçün vermiş və həmin vaxt avtomobili sürmək üçün Saula onlayın qaydada etibarnamə verə bilməmiş və bu səbəbdən avtomobilini Təqsirləndirilən şəxs etibarnamə olmadan sürmək üçün vermişdir. 24 iyul 2021-ci il tarixdə saat 17:50 radələrində Saul ona zəng edərək “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törədərək bir nəfər şəxsi vurduğunu demişdir. Təqsirləndirilən şəxs təxminən 700 manat məbləğində təmir xərci ödəyərək avtomobili təmir etdirmiş və saz vəziyyətdə ona qaytarmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya maddi tələbi yoxdur. Həmin hadisədən bir müddət sonra Təqsirləndirilən şəxs narkotik vasitələrlə əlaqəli tutulduğunu eşitmiş, lakin sonuncunun narkotik vasitələrdən istifadə etməsini və ya həmin maddələrin satışı ilə məşğul olmasını bilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Baş Naroktiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə tərəfindən 22 avqust 2021 -ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2021 -ci il tarixdə saat 04:00-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ünvan 9 ünvanının yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib onun şəxsiyytini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən l(bir) ədəd büküm çıxardıb təqdim etmişdir. Həmin bükümün içinə baxış keçirilmiş və bükümün içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Sonra həmin narkotik vasitə heroinin tamlığını qorumaq üçün qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd açar, 1 ədəd plastik bank kartı, 30 manat məbləğində nağd pul, həmçinin əynində olan qara rəngli şalvarın sol arxa cibindən 1 ədəd “Huawei” markalı və 1 ədəd “ Xiomi Redmi” markalı mobil telefonlar aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs çiynində olan çantanın içərisinə baxış keçirilsədə həmin çantada iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş çanta, açarlar və 30 manat nağd pul Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Lakin 2 ədəd mobil telefonlar,' plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən ona hüquqları izah olunduqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş bir bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 27 qram (iyirmi yeddi qram) təşkil etmişdir. Həmin büküm iştirakçıların gözü qarşısında içi boş olan ağ rəngli zərfin içərisinə qoyulub DİN-nin 7 saylı möhürü ilə möhürlənərək üzəri orada olan iştirakçılar tərəfindən imzalanmışdır. Orada Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd biikümdəki açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlə narkotik vasitə heroindir. O, həmin narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı “Bijan” adlı şəxsin vasitəsilə əldə etdiyini həmin narkotik maddələri “Bijan” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul aldığını, qazandığı pulları üzərindən aşkar olunan plastik bank kartına köçürüldüyünü, əlavə olaraq ünvan 10 ünvanım yaxınlığında yerləşən dağılmış, yararsız halda olan tikilidə narkotik maddə saxladığım, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin yerə baxış keçirilməsinə etirazı olmadığını qeyd edərək bu barədə razılıq ərizəsi verməklə həmin yerə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 08;15-də ünvan 10 ünvanın yaxınlığında yerləşən dağılmış, yararsız halda olan tikiliyə baxış keçirilməsi üçün o, DİN-nin BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı polis baş leytenantı Şahid4, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil bürosunun vəkili X10, şübhəli şəxs Təqsirləndirilən şəxs və DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 birlikdə getmişlər. Həmin ünvanda baxış keçirilən zaman baş təhqiqatçısı Şahid4 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri saxadığı yeri göstərməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin yerdə yerləşən yararsız haldaki yarım tikilinin girişindən sol tərəfdə olan yastığın altında gizlətdiyi 1 (bir) ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 2 (iki) bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq 35 qram (iki kq otuz beş qram - 2.035 kq) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra həmin yerin digər hissələrinə baxış keçirilsədə əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi yerdən və üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bijan” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Bijan” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb pul qazandığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, hər hansı fiziki və psixi probleminin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumat daxil olmuşdur. Onlarda həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək S. Məmmədovu saxlamışlar. S. Məmmədov saxlanılan zaman İran İslam Respublikasının vətənadaşı olan Bijan adlı şəxsin vasitəsi ilə həmin maddələrin satışı ilə məşğul olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs qarşı o və ya başqa bir şəxs tərəfindən heç bir psixi və fiziki zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslədə də təsdiq edə bilərlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Baş Naroktiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin fatiki hallarına uyğun iadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 24 iyul 2021-ci il tarixdə saat 17 radələrində qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi və sonuncunun tanışı Zərərçəkmiş şəxs1 məxsus “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Heydər Əliyev adına X8” qardaşının dostunu qarşılamaq üçün Bakı şəhəri, H.Əliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətində, saat 17:11 radələrində H.Əliyev prospektinin Suraxanı rayonu, Bülbülə qəsəbəsindən keçən hissəsində dörd hərəkət zolağından soldan birinci zolaqla hərəkətdə olarkən onlarla eyni istiqamətdə qarşı tərəfdə hərəkət edən avtomobil sürətini azaltmış, bu zaman qardaşı Saul həmin avtomobilin arxasından sağ hərəkət zolağına, yəni hərəkətdə olduqları istiqamətdə soldan sağa doğru ikici zolağa keçmiş və təxminən 45-50 metr irəlidə soldan birinci hərəkət zolağı ilə ikinci hərəkət zolağını ayıran qırıq-qırıq xətdən təxminən 0,5-1 metr məsafədə soldan birinci hərəkət zolağında bir nəfər orta yaşlı kişi cinsli şəxsin dayandığını görmüş, piyadanın yerində dayandığını görüb gəldikləri sürətlə hərəkət edən zaman, piyada Vüqar Babayevə çatmağa təxminən 25-30 metr məsafə qalmış, həmin şəxs onların hərəkət zolağına, yəni soldan ikinci hərəkət zolağına doğru iti addımlarla irəliləməyə başlamış və təxminən 2-3 addım məsafə qət etdikdən sonra Saul idarə etdiyi avtomobillə piyadanı vurmuş, Vüqar Babayev avtomobilin qabaq sol tərəfinə mühərrikxananın qapağının üzərinə, daha sonra ön şüşəyə və avtomobilin damının qabaq hissəsinə dəymişdir. Bundan sonra Saul ilə avtomobildən düşüb həmin şəxsə yaxınlaşaraq köməklik etməyə çalışmışlar. Həmin vaxt Saul 103 X18 Xidmətinə zəng etsə də, zəngə cavab verən olmamış, Saul hadisə yerində qalmış, yoldan təsadüfən keçən avtomobili saxladıb Vüqar Babayevi həmin avtomobillə 3 saylı Şəhər Kİiniki Xəstəxanasına aparmışdır. Vüqar Babayev xəstəxanaya yerləşdirildikdən təxminən bir və ya bir gün yarım sonra xəstəxanada vəfat etmişdir. Qardaşı Saulun narkotik vasitələrdən istifadə etməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir məlumatı olmamış və bu barədə Saul polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra məlumat almışdır. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş təhqiqatçısı Şahid4 ifadə verərək göstərmişdir ki, əməkdaş olduğu Baş Narkotiklərlə Mübarizə İdarəsinə 23 avqust 2021-ci il tarixdə saat 04 radələrində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə ələd edib dövriyqəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs gətirilmiş, bundan sonra tərəfindən idarəyə Bakı şəhəri Yusif Alahverdiyev və partnyorları vəkil Bürosuna ünvanladığı qərar əsasında təyin edilmiş həmin büronun vəkili Mina Cəfərovanı zəng edilərək çağırılmış, müdafiəçi gəldikdən sonra tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonuncuya bütün hüquq və vəzifələri izah olunmuş, bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 1 büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə olmuş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, İran vətəndaşı «Bijan» adlı şəxsdən əldə etdiyini, qalan narkotik vasitələri Bakı şəhəri, Yasmal rayonunda yerləşən kimsəsiz yarımtikilidə saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yerə vəkil Mina Cəfərovanın iştirakı ilə gedilmiş və həmin yarımtikilidə olan yastığın altından 1 ədəd sellofan torbanı Təqsirləndirilən şəxs özü təqdim etmiş, torbanın içərisində narkotik vasitə heroinə bənzər maddə olmuşdur. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili olmuş X10 ifadə verərək göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Şahid4 saat təxminən 06:30 radələrində ona zəng edərək idarəyə dəvət etmiş, oraya gedərək idarəyə şübhəli şəxs qismində gətirilmiş Təqsirləndirilən şəxs görmüş, sonuncudan ona sözü olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs ona sözü olmamasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təhiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonuncunun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirlmiş, axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən bir büküm çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs bildirdiyi yerə, yəni Yasmal rayonu ərazisində yarımtikiliyə gedilmiş, orada bir torba aşkar edilmş və torbanın içərisində narkotik vasitələr olması müəyyən edilmişdir. İşdə olan 24 iyul 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış protokolundan görünür ki, qeyd olunan yol nəqliyyat hadisəsi “Heydər Əliyev” prospektinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş, həmin yolda hərəkət axımı iki tərəfli tənzimlənir, yolda eyni istiqamətdə 4 hərəkət zolağı var, hər bir hərəkət zolağının eni 3 metr təşkil edir, hərəkət zolaqlarını bir-birindən ağ rəngli qırıq-qırıq xətlər ayırır, qeyd olunan yolun Mərdəkan qəsəbəsi istiqamətində hərəkət hissəsi sağdan dayancaqla birləşir, piyada Sabunçu qəsəbəsindən Bülbülə qəsəbəsi istiqamətində yolun hərəkət hissəsini eninə doğru keçən zaman yol nəqliyyat hadissi baş vermiş, hadisə yerində olan “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin yolla Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən zaman piyadanı vurmuşdur. 25 iyul 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən avtomobil 2006-ci il buraxılışlı “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobilin kapot, ön alın şüşəsinin və damının zədələnməsi və deformasiyaya uğraması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 11-15). İşdə olan 28 avqust 2021-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Koroğlu” metro satansiyası istiqamətindən Mərdəkan qəsəbəsi istqamətində Heydər Əliyev prospektinin Suraxanı rayonu, Bülbülə qəsəbəsinə daxil olarkən saatın yaxınlığındakı yerüstü piyada keçidinin yanında 4 istiqamətli hərəkət yolu görünür. Həmin hərəkət istiqamətinə nəzərən yolun qarşı hərəkət zolağında bir nəfər piyadanın yolu Bülbülə qəsəbəsi istiqamətində eninə doğru keçməyə başlaması, qarşı hərəkət yolunu keçib hərəkət zolağını ayıran dəmir məhəccərin üstünə çıxaraq digər yola, yəni hadisənin baş verdiyi yola daxil olması və çoxsayda avtomobillərin hərəkət etməsi səbəbindən dəmir məhəccərin yanında dayanıb gözləməsi müşahidə olunur. Saat 17:04 dəqiqədə həmin piyadanın yola daxil olaraq Bülbülə qəsəbəsinə doğru hərəkət etməsi, bu zaman həmin yolun hərəkət hissəsinə soldan ikinci hərəkət zolağında bir avtomobilin ön hissəsi ilə piyadanı vurub önünə atması, həmin piyadanın havaya qalxıb yerə düşməsi və piyadanı vuran avtomobilin hadisə yerində dayanması müşahidə olunmuşdur (2-ci cild iş vərəqi 48). İşdə olan 24 iyul 2021-ci il tarixli 1/2463 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoş olmamışdır (2-ci cild iş vərəqi 7). İşdə olan Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-dən verilmiş 10 noyabr 2021-ci il tarixli 540 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin X1 Təqsirləndirilən şəxs məxsus AD 078456 nömərli “BC” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur və Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat yoxdur (1-ci cild iş vərəqi 209). İşdə olan məhkəmə-tibb ekspertizası 26 iyul 2021-ci il tarixli 83 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin qişalarına, qişaları altına toxumasına və mədəciklərinə qansızma, ağ ciyərin əzilməsi, iki tərəfli hemopnevmotoraks, qara ciyərin, diafraqmanın, köndələn çənbər bağırsaq müsariqəsinin cırılması, bədənin sıyrıq və əzilmiş yaraları həyati olub, mərhumun xəstəxanaya müraciətindən bir qədər əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən 24 iyul 2021-ci il tarixdə yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş beyinə qansızma nəticəsində inkşaf etmiş baş beyinin travmatik ödemi olmuşdur. Ölüm 25 iyul 2021-ci il tarixdə saat 22:30-da xəstəxanada baş vermişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 5 avqust 2021-ci il tarixli 2269/K nömrəli ekspert rəyindən görünür ki, X4 götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik vasitə və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır (2-ci cild iş vərəqi 25-28). İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 23 noyabr 2021-ci il tarixli 8/2727 nömrəli ekspert rəyindən görünür ki, “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (2-ci cild iş vərəqi 59-62). İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 1 fevral 2022-ci il tarixli 9/744 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş 21 2022-ci il tarixli 01/b nömrəli ziyan aktına əsasən 2006-cı il buraxılışlı “Nissan Tiida” markalı 9**-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 720 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -400,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 320,00 manat (2-ci cild iş vərəqi 154-158). İşdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofan büküm, həmçinin əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd **********059719 nömrəli plastik bank kartı, şalvarın sol arxa cibindən iki ədəd “Huawei” və “Xiomi Redmi” markalı mobil telefon aparatları aşkar olunaraq götürülmüşdür (1-ci cild iş vərəqi 32-34). İşdə olan “baxış keçirilməsi və götürmə aparılması haqqında” 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ünvan 10 ünvanın yaxınlığında yerləşən yaşayış olmayan köhnə yarımtikiliyə baxış keçirilməsi və götürmə aparılması zamanı həmin yarımtikiliyə daxil olarkən sol tərəfdə divarın yanında döşəkçənin alıtndan çıxardıb təqdim etdiyi içərisində 02 büküm narkotik vasitə heroin olan boz rəngli polietilen torba götürülmüşdür ( 1-ci cild iş vərəqi 37-38). İşdə olan “CD” diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm çıxarıb təqdim etmiş, büküm açıldıqda həmin bükümdə açıq qəhvəyi rəngli spesfık iyə malik toz şəkilli narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar olunmuş, Təqsirləndirilən şəxs şalvarının sol arxa cibindən 01 ədəd “Huawei” markalı və 01 ədəd “Redmi” markalı mobil telofon aparatları aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdəki narkotik vasitə heroini sosial şəbəkələrdən tanıdığı İran İslam Respublikasının vətandaşı “Bijan” adlı şəxsin göndərdiyi kordinatlar əsasında Yasamal rayonu Yeni Yasamalda yerləşən “Bravo” marketin yaxınlığındakı sökülüb dağınıq vəziyyətdə yaşayış olmayan köhnə tikilinin qarşısından əldə etdiyini və həmin maddələri Bijanın dediyi ünvana çatdıracağı təqdirdə Bijanın onun bank kartına köçürmələr etməklə pul verəcəyini, üzərindən aşkar olunan narkotik vasitəni əldə etdiyi Yasamal rayonu, Yeni Yasamalda yerləşən “Bravo” marketin yaxınlığındakı yaşayış olmayan sökülmüş köhnə tikilidə gizlətdiyi narkotik maddələri də təqdim edə biləcəyini bildirmişdir (1-ci cild iş vərəqi 173-174). İşdə olan DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 7 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Bijan” adlı şəxsin vasitəsilə əldə edib Yasamal rayonu, M.Xiyabani küçəsi 200 ünvanın yaxınlığında yerləşən yaşayış üçün yararsız, uçurulmuş tikilidə gizlətdiyi narkotik vasitələri həmin yarasız tikilinin içərisində sol tərəfdəki divarın kənarında olan mavi rəng parçadan üzlənmiş yastığın altındakı 1 ədəd boz rəngli üzərində “çinici” yazılmış sellofan torbanı yerdən götürüb təqdim etmiş, həmin boz rəngli sellofan torba iştirakçıların gözü qarşısında açıldıqda içərisində 2 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələrin olması aşkar olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən aşkar olunmuş 2 ədəd bükümdə narkotik vasitə heroini İran İslam Respublikasının vətandaşı “Bijan” adlı şəxsin vasitəsi ilə baxış keçirilən Yasamal rayonu, M.Xiyabani küçəsi 200 ünvanın yaxınlığında yerləşən yaşayış üçün yararsız olan uçurulmuş tikilinin qarşısından götürüb aşkar olunduğu yerdə gizlətdiyini və İran İslam Respublikasının vətandaşı “Bijan” adlı şəxsin tapşırığı ilə həmin maddələri Bijanin dediyi ünvanlara çatdıracağı təqdirdə Bijanin plastik bank kartına göndərməklə pul verəcəyini bildirmişdir (1-ci cild iş vərəqi 200-201). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 23 avqust 2021-ci il tarixli 6/3645 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 23,807 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən aşkar olunmuş” yazısı olan paketdə 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 995 qr və 985 qr, ümumi təmiz çəkisi 1980 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Təqsirləndirilən şəxs üzərindən və təqdim etdiyi yerdən aşkar edilərək götürülmüş heronin ümumi təmiz çəkisi 2.003,807 qram (2 kq 3,807 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər (1-ci cild iş vərəqi 46-52). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 8 sentyabr 2021-ci il tarixli 3176 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövürdə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 -ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild iş vərəqi 117-119). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 27 oktyabr 2021-ci il tarixli 4167 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 122-123). İşdə olan məhkəmə-kompyuter texniki ekspertizası üzrə 24 sentyabr 2021-ci il tarixli 5/987 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Mi6”markalı, arxa marakalanma göstəricisinə görə “MCE 16” modelli mobil smartfon hal hazırda işlək vəziyətdədir; təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Huawei” markalı arxa marakalanma göstəricisinə görə “ANE-LX1” modelli mobil smartfon hal hazırda işlək vəziyətdədir; rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Xiomi Mi6” markalı “MCE 16” modelli və “Huawei” markalı “ANE- LX1” modelli mobil smartfonlara istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik təsvirlə (parolpassword) mühafizə olunan ekran kilidindən keçidi həmin smartfonun yaddaşından məlumatları silmədən ləğv etmək mümkün olmadı; rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Xiomi Mi6” markalı “MCE 16” modelli və “Huaweı” markalı “ANE-LX1” modelli mobil smartfonların yaddaşından hər hansı bir (“WhatsApp” proqram təminatı və sosial şəbəkələrlə aparılan məlumat müabdiləsi foto, audio, video fayllar və sairə) məlumatların olub-olmaması, eləcədə həmin smaartfonların yaddaşından hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümükün olmadı (2-ci cild iş vərəqi 113-116). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və təqdim etdiyi yerdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2.003,807 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2.003,507 qramı maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmişdir (2-ci cild iş vərəqi 163-188, 236). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 01 ədəd **********059719 nömrəli plastik bank kartı, 01 ədəd “Huawei” və 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon aparatları maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmişdir (2-ci cild iş vərəqi. 163-188, 236). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, 23 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (2-ci cild iş vərəqi 163-188). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, 23 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi ünvan 5 ünvanın yaxınlığında yerləşən uçurulmuş yarımtikilidə aparılmış baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd “CD” diskə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (2-ci cild iş vərəqi 163-188). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüləri olan 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (2-ci cild iş vərəqi. 163-188). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Nissan Tiida” markalı, **-MF- *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır (2-ci cild iş vərəqi. 163-188, 235). İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, zərərşəkmiş şəxsin hüquqi varisi X2 Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 31 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 137-138). İşdə olan şübhəli şəxsin tutulması haqqında 23 avqust 2021-ci il tarixli protokoldan və Yasamal Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 22-23, 91-95). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına daha uyğun gəlir. Beləliklə, Məhkəmə zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasıisə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 263.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 23 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına və ehtiyatsızlıqdan törədiliən az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 263.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanın çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2.003,507 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən video görüntüləriin köçürüldüyü 2 ədəd DVD disk, DİN-in “Təhlükəsiz Şəhər Xidmətinin” TŞ 10-058 nömrəli müşahidə qurğusunun 3-cü kamerasının qeydə aldığı içərisində baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüləri olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd “Huawei” və 1 ədəd “Xiaomi Redmi” markalı mobil telefon aparatları Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı, 1 ədəd “Nissan Tiida” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə nəqliyyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququdan məhrum etmə cəzası icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətinin və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Yasamal RPİnin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2.003,507 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən video görüntüləriin köçürüldüyü 2 ədəd DVD disk, DİN-in “Təhlükəsiz Şəhər Xidmətinin” TŞ 10-058 nömrəli müşahidə qurğusunun 3-cü kamerasının qeydə aldığı içərisində baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüləri olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Huawei” və 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon aparatları Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın, 1 ədəd “Nissan Tiida” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar