Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-783/2023 09.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvəllər məhkum olunmamış, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, internet vasitəsi ilə tanış olduğu İlqar adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 13 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 42 ünvanının yaxınlığında, yolun kənarında yerləşən ağacın dibində sonuncu tərəfindən gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq 54,836 qram külli miqdarda psixotrop maddə metamfetamini və 2977,562 qram külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində və avtomobilində saxlamaqla daşımış, 16 sentyabr 2022-ci il tarixdə saat 21:00-da Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən «SOCAR» X1 yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə gətirilmiş və həmin gün saat 22:50-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin iç sol cibindən 06 ədəd qara sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 12,157 qram, 9,321 qram, 10,573 qram, 7,558 qram, 7,457 qram, 7,770 qram olmaqla ümumi təmiz çəkisi - 54,836 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və 04 ədəd ağ sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,470 qram, 3,630 qram, 3,572 qram, 3,980 qram olmaqla ümumi təmiz çəkisi - 15,662 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 18 sentyabr 2022-ci il tarixdə saat 1l:30da ünvan 4 ünvanında olan **-TX-*** qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilə baxış zamanı avtomobilin yük yerindən üç ədəd qara sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1004,5 qram, 962,3 qram, 995,1 qram olmaqla ümumi təmiz çəkisi 2961,9 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, uzun müddət narkotik vasitədən istifadə etmişdir. Əvvəllər narkotik vasitəni üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərdən alıb istifadə etmişdir. Təxminən 2022-ci ilin iyul ayında “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan İlqar adlı şəxslə tanış olaraq onun mobil nömrəsini əldə etmiş və sonuncu ilə “WhatsApp” proqramı vasitəsi ilə danışmışdır. İlqar ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş, o da həmin vaxtdan etibarən öz istifadəsi üçün narkotik vasitəni İlqardan almağa başlamışdır. O, İlqarın üzünü belə görməmiş, yalnız onun xatırlamadığı hesab nömrəsinə 50-60 manat pul köçürmüş, sonuncu da bunun qarşılığında ona narkotik vasitə vermişdir. İlqar ona zəng edərək narkotik vasitənin qoyulduğu yeri demiş, o da həmin yerə gedib narkotik vasitəni götürərək istifadə etmişdir. 2022-ci ilin avqust ayının əvvələrində İlqar ona narkotik vasitələri Bakı şəhəri ərazisində müxtəlif yerlərə çatdırması müqabilində pul təklif etmiş, o da İlqarın bu təklifi ilə razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən İlqar ona zəng edərək narkotik vasitənin qoyulduğu yeri işarə etmiş, o da həmin yerə gedərək narkotik vasitəni götürüb onun dediyi yerlərə qoymuş, bunun qarşılığında isə İlqar onun kartına pul yükləmişdir. Hər bir çatdırılmada ona 500 manat pul verilmişdir. 2022-ci ilin avqust ayının əvvəllərindən başlayaraq bu qaydada İlqarın dediyi yerlərdən narkotik vasitələri götürərək onun qeyd etdiyi digər ünvanlara qoymuş və bunun qarşılığında kart vasitəsi ilə pulunu almışdır. İlqarın bu kimi sifarişini ümumilikdə üç-dörd dəfə yerinə yetirmiş və bu işdən 2000 manat pul əldə etmişdir. Sonuncu dəfə isə 13 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Opel” markalı avtomobillə İlqarın ona dediyi Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 42 ünvanına getmiş və orada yolun kənarında yerləşən ağacın dibində gizlədilmiş bir ədəd ağ rəngli sellofan torbanı götürüb avtomobilə qoymuşdur. Sellofanın içərisinə baxdıqda həmin sellofanla iç-içə keçirilmiş bir ədəd qara rəngli sellofan olduğunu, qara rəngli sellofanın içərisində isə üzərində 1 kq yazılmış və skoçla bağlanmış üç ədəd böyük, yeddi ədəd isə balaca qara rəngli sellofan bükümlər olduğunu görmüşdür. Üç ədəd böyük həcmli bükümün içərisinə baxdıqda orada heroin olduğunu aşkar etmişdir. Digər yeddi ədəd bükümün içində isə əlavə üç ədəd də büküm olmuşdur. Həmin bükümlərin altısında metamfetamin, dörd ədəd bükümdə isə heroin olmuşdur. O, kiçik bükümləri əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoymuş, içərisində heroiıı olan üç ədəd iri həcmli bükümü isə həmin ağ rəngli sellofanda idarə etdiyi “Opel Astra” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində olan ehtiyat təkərin altında gizlətmişdir. 16 sentyabr 2022-ci il tarixdə İlqarla zəngləşmiş və onun göstərişi ilə heroin və metamfetamin olan kiçik həcmli bükümləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən «Socar» X1 yaxınlığında yolun kənarında yerləşdirməli olmuşdur. Bu məqsədlə həmin gün idarə etdiyi “Opel Astra” markalı avtomobillə ünvan 5 ünvanında ara küçəyə daxil olmuş və orada avtomobili hasarın yanında saxlamışdır. O, avtomobilin qapılarını açarla bağlayaraq açarı avtomobilin sol təkərinin yanında otluqda gizlətmiş, özü isə piyada hərəkət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən «Socar» X1 yaxınlığına getmişdir. O, İlqarın dediyi kimi üzərində olan metamfetamini və heroini həmin yerdəki torpaq sahədə gizlətmək istəyərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxslər onun üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirərərək onu Binəqədi rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı bir qanunsuz əşya olub- olmadığı soruşulmuş, o da əyinindəki qara rəngli gödəkçənin iç sol cibindən içərisində heroin və metamfetamini olan 7 ədəd (içiçə isə 10 ədəd) bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlərdən 06 ədədində metamfetamin, 04 ədəd bükümdə isə heroin olmuşdur. Aşkar olunmuş heroin və metamfetamin zərflərə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Təhqiqat zamanı, həmçinin ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilərkən avtomobilində üç büküm heroin olduğunu deməmiş, lakin təqsirləndirilən şəxs qismində ifadə verərkən avtomobilində də üç büküm heroin olduğunu etiraf etmişdir. Sorğu zamanı avtomobilini ünvan 5 ünvanda saxladığını bildirmişdir. 18 sentyabr 2022-ci il tarixdə həmin ünvanda saxladığı “Opel Astra” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. O, baxış zamanı avtomobilin yük hisəsində olan ehtiyat avtomobil təkərinin altında saxladığı bir ədəd ağ rəngli sellofan bükümü təqdim etmişdir. Həmin sellofana baxış keçirildikdə onun içərisindən üç ədəd qara sellofan bükümdə heroinə bənzər maddələr aşkar edilmişdir. O, həmin heroinləri də 13 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 42 ünvanında yolun kənarından əldə etmişdir. Daha sonra onun yaşadığı ünvan 2 ünvana baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Məhkəmədən əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin cinayətaxtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, etimad doğuran qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət başında və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyataxtarış qrupu yaradıldı. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən «SOCAR» X1 yaxınlığında olduğu müəyyən edilmiş və sonuncu 16 sentyabr 2022-ci il tarixdə saat 21:00-da Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Binəqədi rayon Polis İdarəsinə gətirilmişdir. Həmin gün saat 22:50-də onun üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunmuş, sonuncu da əynində olan qara rəngli gödəkçənin sol iç cibindən yeddi ədəd qara rəngli sellofan bükümü, gödəkçəsinin sağ yan cibindən bir ədəd “İpone” markalı mobil telefonu, gödəkçəsinin sol yan cibindən isə bir ədəd pul kisəsini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin yeddi ədəd qara rəngli sellofan bükümlər açıldıqda əlavə olaraq iç-içə olan ağ rəngli bükümlər aşkar olunmuşdur. Həmin bükümlərin ümumilikdə sayı 10 büküm olmuşdur. 6 ədəd bükümdə ağ rəngli kristallardan ibarət metamfetaminə bənzər maddələr və 4 ədəd bükümdə isə qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddələr aşkar olunmuşdur. Pul kisəsinin içərisindən 3 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 3 manatlıq pul əskinazları, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və bir ədəd “Kapital bank”a məxsus kart aşkar olunmuşdur. Bundan başqa, 18 sentyabr 2022-ci il tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs idarə etdiyi, ünvan 4 ünvanında saxladığı **-TX-*** qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin yük yerindən üç ədəd qara sellofan bükümlərdə qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş heroini və metamfetamini İlqar adlı İran İslam Respublikası vətəndaşının göstərişi ilə 13 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 42 ünvanının yaxınlığında, yolun kənarında yerləşən ağacın dibindən götürdüyünü, onları İlqarın göstərişi ilə onun dediyi yerlərə çatdırcağını və bunun qarşılığında İlqardan pul alacağını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, döngə 10 ünvanda yerləşən nömrəsiz fərdi evə də baxış keçirilmiş, lakin evdən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 114-115) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 16 sentyabr 2022-ci il tarixli protokoldan və həmin prosessual hərəkətin videogörüntüsünün köçürüldüyü DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən ona üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu da əynində qara rəngli gödəkçənin sol iç cibindən 7 ədəd qara rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlərin içərisindən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 32-34, 149-150). Avtomobilə baxış keçirilməsi haqqında 18 sentyabr 2022-ci il tarixli protokoldan və həmin prosessual hərəkətin videogörüntüsünün köçürüldüyü DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında saxlanılmış vəziyyətdə olan “Opel Astra” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin yük hisəsində olan ehtiyat avtomobil təkərinin altından bir ədəd sellofan torba, həmin torbadan isə içərisində heroinə bənzər maddələr olan üç ədəd qara sellofan büküm aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 94, 151). Məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2022-ci il tarixli, 6/5292 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №172” dairəvi möhür əksi və “...Şübhəli şəxsin üzərindən aşkar olunmuş bükümlər - Təqsirləndirilən şəxs imza; dörd-imza, Təhqiqatçı A.Kazımlı- imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 6 ədəd bükümdə təmiz çəkiləri - 12,157 qram, 9,321 qram, 10,573 qram, 7,558 qram, 7,457 qram, 7,770 qram olmaqla ümumi təmiz çəkisi - 54,836 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümün içərisində 4 ədəd bükümdə təmiz çəkiləri - 4,470 qram, 3,630 qram, 3,572 qram, 3,980 qram olmaqla ümumi təmiz çəkisi - 15,662 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ Siyahısına daxildirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 15,582 qram, metamfetaminin qalıq çəkisi 54,716 qram təşkil etmişdir (cild 1, iş vərəqə 43-48). Məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 6/5323 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Nol72” dairəvi möhür əksi və”.... Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxsimza iştirak etdilər imzalar, müstəntiq-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen bağlamada 03 ədəd bükümdə təmiz çəkiləri - 1004,5 qram, 962,3 qram, 995,1 qram olmaqla ümumi təmiz çəkisi 2961,9 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Ekspert rəyi N6/5292 Təqsirləndirilən şəxs... yazısı və imza” yazı əlavəli paketin içərisində olan “....Şübhəli şəxsin üzərindən aşkar olunmuş bükümlər - Təqsirləndirilən şəxs-imza, dörd 0imza, Təhqiqatçı: A.Kazımlı imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 04 ədəd bükümdə olan heroinlər 18 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən aşkarlanmış 3 ədəd bükümdə olan heroinlər ilə kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra heroinlərin qalıq çəkiləri 2961,6 qram və 15,502 qram təşki etmişdir (cild 1, iş vərəqə 122-127). Məhkəmə ambulator-psixiatrik ekspertizasının 04 noyabr 2022-ci il tarixli 2935 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 164-166). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 noyabr 2022-ci il tarixli, 6600 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimiyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 162-163) . Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 167). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 86-90). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2977,102 qram təşkil edən heroin və qalıq çəkisi 54,716 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 184 (bir yüz səksən dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2977,102 qram təşkil edən heroin və qalıq çəkisi 54,716 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 184 (bir yüz səksən dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-783/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-783/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver