Məhkəmə qərarları › İş №1(101)-783/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-783/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-783/2024 16.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, subay, Lənkəran şəhəri, Əliağa Vahid küçəsi, ev 57-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 oktyabr küçəsi, nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan qurudulmuş marixuananı və metadon tərkibli “Methadone 40” göstəricili dərman həblərini əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxs və qeyriləri vasitəsi ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 6280 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda tərkibində narkotik vasitə metadon təsir maddəsinin ümumilikdə miqdarı 12,32 qram təşkil edən cəmi 31 ədəd konvalyutda üzərində “Methadone 40” göstəricisi olan 308 ədəd dərman həblərini əldə edib daşıyaraq həmin narkotik vasitələrdən qurudulmuş marixuananın 60 qram təmiz çəkidə olan hissəsini, eləcə də narkotik vasitə metadon təsir maddəsinin miqdarı 2,36 qram təşkil edən 06 ədəd konvalyutda üzərində “Methadone 40” göstəricisi olan 59 ədəd dərman həblərini öz üzərində, narkotik vasitələrin qalan hissələri olan 6220 qram təmiz çəkidə qurudulmuş marixuananı və metadon təsir maddəsinin miqdarı 9,96 qram təşkil edən 25 ədəd konvalyutda üzərində “Methadone 40” göstəricisi olan 249 ədəd dərman həblərini isə öz yaşadığı Bakı şəhəri, ünvan 1də gizlədərək saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə saat 01:05-də yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət etdiyi zaman saxlanılıb ünvan 2 ünvanında yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada 26 fevral 2023-cü il tarixdə saat 02:35-dən etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən 60 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 45,0 qram və 15,0 qram olmaqla 02 ədəd sellofan bağlamalarda, narkotik vasitə metadon təsir maddəsinin miqdarı 2,36 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 59 ədəd dərman həbləri isə 06 ədəd konvalyutda olmaqla Təqsirləndirilən şəxs çıxarıb təqdim etməsi əsasında onun əynindəki qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanına 26 fevral 2023-cü il tarixdə saat 04:00-dan etibarən onun öz razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı narkotik vasitələrin qalan hissələri olan 6220 qram təmiz çəkidə qurudulmuş marixuana ayrıayrılıqda təmiz çəkiləri 2000 qram, 1800 qram, 2050 qram, 65 qram, 85 qram, 95 qram və 125 qram təşkil etməklə 07 ədəd sellofan bağlamalarda, metadon təsir maddəsinin miqdarı 9,96 qram təşkil edən “Methadone 40” göstəricisi olan 249 ədəd dərman həbləri isə 25 ədəd konvalyutda olmaqla üzərində narkotik vasitə metadonun izləri olan 01 ədəd elektron tərəzi ilə birlikdə Təqsirləndirilən şəxs təqdim etməsi əsasında evin qonaq otağındakı çarpayının sol tərəfində yerləşən 01 ədəd qırmızı rəngli polietilen torbanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “Sea Breeze” adlanan ərazidə tikintidə işləmişdir. Təxminən 20-25 yanvar 2023-cü il tarixdə tanımadığı bir nömrədən ona zəng gəlmişdir. Ona yazan tanımadığı bir qadın olmuşdur. Ondan nömrəsini kimdən və necə əldə etdiyini soruşduqda bacısından aldığını bildirmiş, nə işlə məşğul olduğunu soruşduqda isə narkotik vasitələr və psixotrop maddələri ehtiva edən “patı”,“kakos”,“daş”,“gül”,“torpaq” kimi ifadələr işlətmişdir. Daha sonra həmin xanım ona “tiktok” sosial platformasında yerləşdirdiyi ona məxsus bir videonu göndərmiş və beləcə xanımla tanış olub ünsiyyət qurmağa başlamışlar. Həmin xanım ona “gül”, yəni marixuana verə biləcəyini bildirmişdir. O, həmin xanımdan marixuananı ona necə verəcəyini soruşduqda isə ona narkotik maddəni müəyyən yerə yerləşdirəcəyini və onun deyilən ünvana gedərək həmin narkotik maddəni götürə biləcəyini bildirmişdir. Bir müddət o, Qaraçuxur qəsəbəsi, köhnə qəbiristanlıqdan “Oba market”in yaxınlığından həmin yerləşdirilən narkotik maddələri götürmüşdür. O, həmin qadından ilk dəfə 1 bükümdə 5 qram, ikinci dəfə isə 10 qram olmaqla 2 dəfə narkotik maddə marixuana əldə etmişdir. Daha sonra həmin qadın onun nəyə görə onunla ünsiyyətdən qaçdığını sual etdikdə o, evli olduğunu, həmin qadının da evli olduğunu və bu səbəbdən aralarında hər hansı münasibətin yarana bilməyəcəyini bildirmişdir. O, həmin qadından harada yaşadığını və ona məxsus olan mobil nömrənin hansı dövlətə aid olduğunu soruşmuş, çünki həm mobil nömrənin spesifikliyindən, həm də həmin qadının danışığından onun Azərbaycanda yaşamadığını təxmin etmişdir. Qadın ona İranda yaşadığını və İran vətəndaşı olduğunu bildirmişdir. O, ikinci dəfə həmin qadının vasitəsi ilə marixuana əldə etdiyi zaman ona narkotik maddəni əvəzsiz verdiyini, bəyənsə yenə narkotik maddə verəcəyini, bəyənmədiyi halda 100 qram marixuananı ona 70 manat qarşılığında verəcəyini bildirmişdir. Son götürdüyü narkotik maddənin böyük hissəsini istifadə etməmişdir, çünki 3 gün sonra polis tərəfindən saxlanılmışdır. Həmin marixuananın yalnız kiçik bir hissəsini 2-3 dəfə tütün ilə qarışdıraraq istifadə etmişdir. O, ilk dəfə 2017-ci ildə ailə-məişət zəminində baş verən şəxsi problemləri səbəbilə marixuana istifadə etməyə başlamışdır. O, Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” adlanan ərazidə, fərdi evdə kirayə yaşamışdır. Polis tərəfindən saxlanılan gün o, yaşadığı kirayə evi dəyişdirərək başqa evə köçmək qərarına gəlmişdir. Emin adlı tanışından bu məqsədlə ona məxsus avtomobili müvəqqəti almışdır ki, 1 gün ərzində ev əşyalarını daşıya bilsin. O, əşyalarını daşıdıqdan və işlərini yekunlaşdırdıqdan sonra Eminə zəng edərək yorğun olduğunu və gəlib maşınını özünün aparmasını xahiş etmişdir. Eminlə telefon danışığından təqribən 10-15 dəqiqə sonra evə tanımadığı adamlar daxil olmuşdur. İttiham aktında onun evinə daxil olanların sayı 3 nəfər göstərilmiş, amma orada ən azı 7-8 nəfər şəxs olmuşdur. Onlar zor tətbiq edərək onun evində 10 kiloqram marixuana olması barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Videoçəkilişdə də ona zor tətbiq olunmasına və xəsarətlər almasına dair sübutlar vardır. Polis əməkdaşları ona daha əvvəl narkotik maddə yerləşdirilmiş yerdən götürərkən çəkilmiş videonu göstərmişlər. O, həmin videodakı şəxsin özü olduğunu bildirdikdən sonra ona zor tətbiq etməyi dayandırmışlar. Polislər ondan narkotik maddənin harada olduğunu soruşduqda o, narkotik maddənin evdə olduğunu bildirmişdir. Polis əməkdaşları ona şübhəli şəxs qismində saxlanıldığını və onlarla idarəyə getməli olduğunu bildirmişlər. O, tanışının maşınının onda olduğunu və birazdan gələcəyini, o gələnə qədər onu aparmamalarını, özünü təqsirli bildiyini və etiraz etmədiyini bildirmişdir. Polislər razılaşmışlar, amma bu müddət ərzində, yəni Emin gələnə qədər onlar bir-bir ona yaxınlaşaraq onu təhqir etməyə və nalayiq ifadələrlə onu alçaltmağa başlamışlar. Daha sonra Emin gəlmiş və onların hər ikisini polis bölməsinə aparmışlar. Polis əməkdaşları onları ayrı-ayrı otaqlara salmış, bu zaman onu yarıçılpaq vəziyyətdə soyunduraraq təhqir etməyə və şəxsiyyətini alçaltmağa davam etmişlər. O, bunun səbəbini soruşduqda isə 10 kiloqram “mal”ın yerini deməsini tələb etmişlər. O, onda 10 kiloqram narkotik maddə olmadığını, cəmi 10 qram marixuananı əldə etdiyini, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının iddia etdiyi halda telefonunda buna aid sübutlar olacağını və istədikləri halda telefonuna baxış keçirmələrini bildirmişdir. Daha sonra o, Eminin günahı olmadığını və Emini azad etmələrini polis əməkdaşlarından xahiş etmiş, bunun üçün onların təqdim etdikləri bütün sənədlərə imza etmək məcburiyyətində qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 26 fevral 2023-cü il tarixində narkotik maddələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında, tərəflərindən əməliyyat tədbiri keçirilmiş və Sabunçu rayonu, Zabrat qəsəbəsi, nömrəsiz evin yaxınlığında, şübhəli hesab etdikləri 2 nəfər şəxsi avtomobildə əyləşərkən saxlayıb Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs idarədə üzərinə baxış keçirilmiş, onun üzərindən qurudulmuş marixuana və metadon həbləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik maddələr olduğunu bildirmiş və daha sonra onun evinə baxış keçirilmiş, evdən təxminən 6-7 bükümdə marixuana və 250-ə yaxın metadon həbləri aşkar olunmuşdur. O, ifadəsində narkotik maddələri saxlanılmamışdan 1 gün əvvəl Qaradağ rayonu ərazisində İran vətəndaşından əldə etdiyini bildirmişdir. Ələ keçirilən narkotik maddələr qablaşdırılaraq zərfə qoyulmuş, möhürlənmiş və tədqiq olunması məqsədilə məhkəmə kimyəvi ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkəti olmamışdır. Evə baxış zamanı o, Şahid2, Şahid3, təhqiqatçı və vəkil iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 26 fevral 2023-cü il tarixində narkotik maddələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında, 26 fevral 2023-cü il tarixdə, saat təxminən 01:05 radələrində əməliyyat tədbiri keçirilmiş və Sabunçu rayonu, Zabrat qəsəbəsi, nömrəsiz evin yaxınlığında, şübhəli hesab etdikləri 2 nəfəri şəxsi avtomobildə əyləşərkən saxlayıb Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs idarədə üzərinə baxış keçirilmiş və onun üzərindən 2 bükümdə qurudulmuş marixuana, metadon həbləri və mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik maddələr olduğunu bildirmiş və daha sonra onun evinə baxış keçirilmiş, evdən 7 bükümdə marixuana və 250ə yaxın metadon həbləri, ümumilikdə 7 kiloqrama yaxın marixuana aşkar olunmuşdur. O, ifadəsində narkotik maddələri saxlanılmamışdan 1 gün əvvəl Qaradağ rayonu ərazisindən “Babək” adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs İran İİR vətəndaşının tapşırığı əsasında həmin narkotik maddələri bir ünvandan başqa bir ünvana daşıması müqabilində İran vətəndaşının ona 200 Azərbaycan manatı verməyi söz verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər-hansı formada fiziki zorakılıq tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ev əşyalarını daşıması üçün onun maşınını bir neçə saatlıq götürmüşdür. Ramin sonra ona zəng edərək yorğun olduğunu və gəlib maşınını özünün aparmasını xahiş etmişdir. O, maşını aparmaq üçün gəldikdə Raminin evinin qarşısında polis əməkdaşları hər ikisini saxlayaraq idarəyə aparmışlar. Həmin zaman Raminin üzərindən bağlama aşkar olunmuş, onun isə mobil telefonunu almışlar. Evə baxış zamanı o, iştirak etməmişdir. Onun üzərinə saxlanıldıqları yerdə, Raminin isə üzərinə polis idarəsində baxış keçirilmişdir. O, polis idarəsində videoçəkilişdə iştirak etmişdir. Raminə qarşı hər-hansı zorakılığın şahidi olmamış, hazırda ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini də təsdiq edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 fevral 2023-cü il tarixdə işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə Lənkəran şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 18 oktyabr küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, Bakı şəhərinin Sabunçu rayonu ərazisində həmin maddələrin qanunsuz ticarət dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Özü həmin məlumatı Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik baş əməliyyat müvəkkili Şahid1 həvalə olunmuşdur. Əməliyyat qrupu olaraq həmin şəxsin olduğu yer barədə aldıqları əlavə məlumata əsasən, həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsi 26 fevral 2023-cü il tarixdə gecə saat 01:05-də elə yaşadığı Bakı şəhəri, ünvan 1in yaxınlığında piyada müəyyən edib dərhal saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs olduğunu ehtimal etdikləri şübhəli şəxsin yanında tanışı olan bir nəfər oğlan da olmuş, bir-biriləri ilə söhbət etmişlər. Özləri onlara yaxınlaşmaqla əvvəlcə özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təkliflərinə əsasən şübhəli hesab etdikləri şəxs özünü təqdim edərək anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. Onun yanındakı tanışı olan şəxs də özünü təqdim edərək Şahid4 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah etməklə bilrdirmişlər ki, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəlidir, buna görə saxlanılmışdır. Eləcə də onun barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla da Təqsirləndirilən şəxs tanış etmişlər. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik maddə olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs səmimi şəkildə bildirmişdir ki, üzərində narkotik vasitə olan bir qədər qurudulmuş marixuana və metadon həbləri vardır. Dərhal Təqsirləndirilən şəxs özləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib aparmışlar, həmçinin onun yanında olan tanışı Şahid4 da həmin idarəyə dəvət etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs həmin idarənin Təhqiqat Qrupunun təhqiqatçısı Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilib təqdim olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin və tanışı Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Həmin proses zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz saxladığı əşya, maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs də əynindəki qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibində saxladığı iki sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və altı ədəd listdən ibarət metadon həblərini çıxarıb təqdim etmişdir. Onun üzərində şəxsi axtarış aparılmış, bu zaman üzərindəki 40 qəpik pulu, bir ədəd “Redmi” və bir ədəd “Samsung” markalı mobil telefonları, bir ədəd açar, öz şəxsiyyət vəsiqəsi və dörd ədəd plastik bank kartları da aşkar edilmişdir. Aşkar edilmiş həmin sellofan bağlamalar açılıb baxılmış, həmin bağlamalarda həqiqətən də narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olduğu müəyyən edilmişdir. Həmçinin altı ədəd listdə 59 ədəd metadon həbləri olduğu müəyyən edilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu həmin sellofan bağlamalar elektron tərəzi üzərinə qoyulub çəkisi müəyyənləşdirilmiş, sonra isə altı ədəd listdə metadon həbləri və həmin sellofan bağlamalar götürülüb qablaşdırılmışdır. Təqsirləndirilən şəxs məxsus “Redmi” və “Samsung” markalı mobil telefon aparatları, şəxsiyyət vəsiqəsi və dörd ədəd plastik bank kartları da iş üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq götürülmüş, açarı və 40 qəpik pulu isə onun özünə qaytarılmışdır. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik maddələri özü İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Babək adlı şəxsin sözü ilə Bakı şəhəri Qaradağ rayonu ərazisindən özü əldə etmişdir, İranlı Babək adlı şəxsin tapşırığı ilə sonradan özü həmin narkotik maddələri kimlərəsə çatdırılması üçün təyin edilmiş ayrı-ayrı ünvanlara qoymaq məqsədində olmuşdur, bunun üçün İranlı Babək ona pul verəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Zabrat qəsəbəsində öz yaşadığı evdə də narkotik maddələrin qalan hissəsini saxlamaqdadır, yaşadığı evə baxış keçirilməsinə də heç bir etirazı yoxdur. Şəxsi axtarış prosesində iştirak edən tanışı Şahid4 təəccüb içində qalmış, hiss olunmuşdur ki onun Təqsirləndirilən şəxs tərəfindən törədilən bu işlərdən xəbəri olmamışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs tanışı Şahid4 bu baş verənlərdən xəbərsiz olduğunu, onun təqsirinin olmadığını, Şahid4 sadəcə öz avtomobilini ondan təhvil götürmək üçün Zabrat qəsəbəsinə evin yanına gəldiyini bildirmişdir. Şahid4 da Raminin dediklərini təsdiq edib bildirmişdir ki, onun narkotiklərlə bağlı hərəkətlərindən heç bir məlumatı olmayıb, sadəcə Raminin xahişi əsasında öz avtomobilini müvəqqəti sürmək üçün əvvəldən Raminə təhvil vermiş, həmin gecə onun evinin yanına da öz avtomobilini Ramindən geri təhvil almaq üçün getmişdir. Sonda isə şəxsi axtarış prosesi başa çatdırılaraq videoçəkiliş dayandırılmış, təhqiqatçı Yelmar Vahabov tərəfindən bununla bağlı protokol yazılıb tərtib olunmuş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxladığı qalan narkotik maddələri təqdim etməsi üçün onun könüllü razılığı və dəvəti ilə, Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 oktyabr küçəsində yerləşən nömrəsiz evə getmişlər. Evə videoçəkilişlə baxış keçirilməyə başlanmış, baxış zamanı Təqsirləndirilən şəxs qalan narkotik maddələri evdə saxladığı yeri göstərib narkotik maddələri yığıb saxladığı qırmızı sellofan torbanı təqdim etmişdir. Belə ki, evdə qonaq otağındakı çarpayının yanında olan qırmızı torba açılıb baxıldıqda içində yeddi ədəd sellofan bağlamalarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, iyirmi beş listdən ibarət 249 ədəd metadon həbləri və bir ədəd də elektron tərəzi aşkar olunmuş, onlara baxış keçirilmiş, sayılmış, sonra isə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq hamısı götürülmüşdür. Təqsirləndirilən şəxs bir daha təsdiq edib bildirmişdir ki, həmin narkotik maddələr İranlı Babək adlı şəxsin sözü ilə özünün Bakı şəhəri Qaradağ rayonu ərazisindən əldə etdiyi qalan narkotik maddələrdir. Sonda evə baxış keçirilməsi prosesi də başa çatdırılaraq videoçəkiliş dayandırılmış, birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıdıb gəlmişlər. Baxış prosesində aşkar olunanlarla bağlı təhqiqatçı Yelmar Vahabov tərəfindən tərtib olunmuş protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib aparılarkən, şəxsi axtarış və götürmə, eləcə də yaşadığı evə baxış keçirmə prosesləri zamanı ona qarşı heç bir təzyiq, zorakılıq, başqa hansısa qanunsuz hərəkətlər edilməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2023-cü il tarixli 6/1150 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd qırmızı rəngli sellofan bağlamada olan: üzərində “Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə üzərində “Methadone 40” göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 59 ədəd qəhvəyi rəngli dərman həbində metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 2,36 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada üzərində “Methadone 40” göstəricisi olan 25 ədəd konvalyutda ümumilikdə 249 ədəd qəhvəyi rəngli dərman həbində metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 9,96 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə üzərindəki göstəriciyə əsasən eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan metadon izləri vardır. Metadon iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir. Həmin ekspert rəyinə əsasən ümumi sayı 308 ədəd metadon həblərinin 10 ədədi tədqiqata sərf edildikdən sonra qalıq 298 ədəd həb qalmışdır. (iş vərəqə 48-53) İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 26 fevral 2023-cü il tarixli 7/298 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan qırmızı rəngli polietilen bağlamadakı 07 (yeddi) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2000 qram, 1800 qram, 2050 qram, 65 qram, 85 qram, 95 qram, 125 qram və üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 45,0 qram və 15,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 6280 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Həmin ekspert rəyinə əsasən ümumi çəkisi 6280 qram olan marixuananın ümumi 0,9 qramı tədqiqata sərf edildikdən sonra qalıq 6279,1 qram marixuana qalmışdır. (iş vərəqə 54-58) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 may 2023-cü il tarixli 2913 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin ekspert rəyinin təsviri hissəsinə əsasən, məcburi narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir. (iş vərəqə 212-213) İş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında 26 fevral 2023cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdəki videoyazı materialından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə saat 01:05-də yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət etdiyi zaman saxlanılıb DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada 26 fevral 2023-cü il tarixdə saat 02:35-dən etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən onun əynindəki qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd sellofan bağlamalarda ümumilikdə çəkisi 73 (yetmiş üç) qram təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 59 (əlli doqquz) ədəd metadon həblərinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Həmçinin, şəxsi axtarış prosesi zamanı Təqsirləndirilən şəxs üzərindən ona məxsus 40 qəpik pul vəsaiti, içərisində ***-***-**-** simkart nömrəsi olan 01 ədəd “Redmi” markalı mobil telefon aparatı, içərisində simkart nömrəsi olmayan 01 ədəd “Samsung” markalı mobil telefon aparatı, 01 ədəd açar, 01 ədəd öz şəxsiyyət vəsiqəsi, 04 ədəd **********275923, **********869280, **********886200 və **********421171 nömrəli plastik bank kartları aşkar edilmiş, aşkar edilənlərdən 40 qəpik pul vəsaiti və 01 ədəd açar Təqsirləndirilən şəxs özünə qaytarılmaqla digər əşyalar iş üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınmaqla götürülmüşdür. (iş vərəqə 39-41) İş materiallarında olan evə baxış keçirilməsi və götürmə haqqında 26 fevral 2023-cü il tarixli protokol və ona əlavə edilmiş videogörüntülər olan 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanına 26 fevral 2023-cü il tarixdə saat 04:00-dan etibarən onun öz razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs təqdim etməsi əsasında evin qonaq otağındakı çarpayının sol tərəfində yerləşən 01 ədəd qırmızı rəngli polietilen torbanın içərisindən 07 ədəd sellofan bağlamalarda ümumilikdə çəkisi 6 (altı) kiloqram 550 (beş yüz əlli) qram təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 249 (iki yüz qırx doqquz) ədəd metadon həblərinə bənzər maddələr və 01 ədəd elektron tərəzi aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. (iş vərəqə 33-36) İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ona məxsus 01 ədəd “Samsung Galaxy J5” və 01 ədəd “Redmi” markalı mobil telefon aparatlarının yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı “Samsung Galaxy J5” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 938 *** **** saylı mobil nömrə istifadəçisinin “Konul” adı altında, İran İslam Respublikasının mobil operatoruna aid digər +98 930 *** **** saylı mobil nömrə istifadəçisinin “Terane” adı altında qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı “Konul” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 938 *** **** saylı mobil nömrə istifadəçisinə 25 fevral 2023-cü il tarixdə saat 22:11-də “Catdım”, “Cox”, “Şukur”, “Yaz” məzmunlu SMS mətnlərinin göndərilməsi, buna cavab olaraq +98 938 *** **** saylı mobil nömrə istifadəçisi tərəfindən həmin tarixdə saat 22:15-də “Qaqaş qurban olum indi çatdım, elə mən də yerbəyer eleyim, yazıram bax, yazacam sənə” məzmunlu səsli mesajın, həmin mesaja cavab olaraq +98 938 *** **** saylı mobil nömrə istifadəçisinə həmin tarixdə saat 22:34-də “Yaxşi” məzmunlu SMS mətninin göndərilməsi, daha sonra +98 938 *** **** saylı mobil nömrə istifadəçisi tərəfindən həmin tarixdə saat 22:57-də “200g”, “130g”, “90g”, “70g”, “100g” məzmunlu, saat 22:58-də “50g” məzmunlu, saat 23:40-da “Naxabar” məzmunlu SMS mətnlərinin, saat 23:41-də birinin üzərində ağ kağız kəsiyinə 100 rəqəmi, digərinin üzərində ağ kağız kəsiyinə 130 rəqəmi yazılmış, hər birinin içərisində yaşıl rəngli bitki kütləsinə oxşar şübhəli maddələrin olduğu 02 ədəd şəffaf sellofan bağlamaların fotogörüntüsünün, ardınca “100g” məzmunlu SMS mətninin, saat 23:41-də “Bu Mirzənin də haqq-hesabını alım?, alım onu da?” məzmunlu, saat 23:44-də “Qaqaş qurban olum, bu axırıncı yüzün də haqq-hesabını aldım, elə onu da bağla, çox da ünvanımız yoxdu e, dörd beş dənədi, altı dənə” məzmunlu, saat 23:49-da “Qaqaş qurban olum, doxsanı yüz elə bax, qadan alım sənin, doxsanı yüz elə, sənə on dənə artıq....” səsli mesajların göndərilməsi, 26 fevral 2023-cü il tarixdə saat 00:32-də və saat 00:33-də buraxılmış səsli zənglərin qeydə alınması barədə məlumatın, ardınca saat 00:43-də “Ay qardaş” məzmunlu SMS mətninin göndərilməsi, saat 00:43-də və saat 00:53-də buraxılmış səsli zənglərin qeydə alınması barədə məlumat faktlarının qeydə alındığı müəyyən edilmişdir. Eləcə də, baxış zamanı “Terane” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 930 *** **** saylı mobil nömrə istifadəçisinə 25 fevral 2023-cü il tarixdə saat 16:43-də “Salam bacim” məzmunlu SMS mətninin göndərilməsi, həmin SMS mətninin qeyd olunan tarixdə saat 16:45-də +98 930 *** **** saylı mobil nömrə istifadəçisi tərəfindən “Salam” SMS mətni ilə cavablandırılması, daha sonra +98 930 *** **** saylı mobil nömrə istifadəçisinə həmin tarixdə saat 16:46-da “Hə necəsiz bacı?, hə bacı ola bilsin sabah yüz dənə gül lazım olsun, deyəcəyəm sizə, o uşaq bu gün mənə zəng vurmuşdu, deyir sabah sənə zəng vuracam, dedim hə yaxşı, gül istəsə deyəcəm sənə sabah” məzmunlu və ardınca saat 16:47-də “Uşaqlar necədi?, balaca necədi, balaca? saçlı dostum, son beşik” məzmunlu səsli mesajların göndərilməsi, həmin mesajların qeyd olunan tarixdə saat 16:48-də +98 930 *** **** saylı mobil nömrə istifadəçisi tərəfindən “Salami var gardash sagull” məzmunlu SMS mətni ilə cavablandırılması faktlarının qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı “Samsung Galaxy J5” markalı mobil telefon aparatının yaddaşında “Kontaktlar” bölməsində də İran İslam Respublikasının mobil operatoruna aid +98 938 *** **** saylı mobil nömrə istifadəçisinin “Konul” adı altında, İran İslam Respublikasının mobil operatoruna aid digər +98 930 *** **** saylı mobil nömrə istifadəçisinin “Terane” adı altında qeydə alındığı müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində və “Kontaktlar” bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 930 *** **** saylı mobil nömrə istifadəçisinin “Terane” adı altında qeydə alındığı müəyyən edilmişdir. (iş vərəqə 131-153) İş materiallarında olan "xxxx" Telekom MMC-dən xx.xx.2023-cü il tarixli 10118 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında 20 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı ***-***-**-** saylı mobil nömrənin "xxxx" Telekom MMC-də X1 (Təqsirləndirilən şəxs qardaşının) adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Həmçinin, cinayət işinin materialları tədqiq edilməklə CD diskdə olan məlumatlara keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ona məxsus “Samsung Galaxy J5” və “Redmi” markalı mobil telefonların yaddaşında istifadəçisi “Terane” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 930 *** **** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 15 yanvar 2023cü il tarixdə saat 14:55-də zəng edilməklə 5 saniyə danışıq aparıldığına dair məlumat qeydə alınmışdır. Bundan başqa, baxış zamanı istifadəçisi istintaqa məlum olmayan ***- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 13 fevral 2022-ci il tarixdə saat 23:06-da “Ramin ot getiribler mencin satmaya, özde smert şeydi. 10 m di. bir başi. lazim olsa diyersen, patpres de var” məzmunlu SMS mətninin göndərilməsi faktının qeydə alındığı müəyyən edilmişdir. (iş vərəqə 185-188) İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 25 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 129-130) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli 3-13-7/2-3190/2023 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və metadon tərkibli “Metadon 40” dərman həblərini satış məqsədi ilə əldə edib saxladığını, bu maddələrin qanunsuz dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan Babək adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, Babək adlı şəxsin həmin narkotik vasitələri cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs göndərdiyinə, sonuncunun narkotik vasitələri satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdikdən sonra bu maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin Babək adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının, onların yaxın əlaqələrinin, həmçinin digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. (iş vərəqə 169) Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusu əsasında Bakı İstintaq Təcridxanasından göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, müayinə zamanı xəsarət aşkar olunmamış, sol bazu nahiyyəsində köhnə çapıq toxuma müşahidə edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, onda cəmi 10 qram marixuana olması, ittihamda qeyd edilən narkotik vasitələrin ona aid olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsinə dair ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə şahidlərin ifadələri, Bakı İstintaq Təcridxanasından göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş tibbi kitabçanın surəti, məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2023-cü il tarixli 6/1150 nömrəli, məhkəmə-bioloji ekspertizasının 26 fevral 2023-cü il tarixli 7/298 nömrəli, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 may 2023-cü il tarixli 2913 nömrəli rəyləri, olan Şəxsi axtarış və götürmə aparılması haqqında 26 fevral 2023-cü il tarixli protokol, evə baxış keçirilməsi və götürmə haqqında 26 fevral 2023-cü il tarixli protokol, onlara əlavə edilmiş videogörüntülər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ona məxsus 01 ədəd “Samsung Galaxy J5” və 01 ədəd “Redmi” markalı mobil telefon aparatlarının yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında 17 mart 2023-cü il tarixli protokol, "xxxx" Telekom MMC-dən xx.xx.2023-cü il tarixli 10118 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında 20 may 2023-cü il tarixli protokol, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərarı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli 3-13-7/2-3190/2023 nömrəli cavab məktubu, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələrində özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir neçə ay qabaq özü İranlı Babək adlı şəxslə internet üzərindən İnstaqram sosial şəbəkəsində tanış olmuş, sonradan aralarında bir neçə dəfə Vatsap proqramı ilə telefon danışıqları da olmuşdur. Babək özünü İran vətəndaşı kimi ona təqdim etmiş və bir neçə dəfə özü qəbul etmək üçün onun təklifi ilə Babəkdən narkotik maddə qurudulmuş marixuana da əldə etmişdir. Babəkin deməsinə görə bilmişdir ki, o narkotik maddəni İrandan Azərbaycana göndərir və satdırır. Özü qəbul etmək üçün ondan marixuana istəyəndə Babək həmin narkotiki Bakı şəhərində öz tanıdığı hansısa şəxslərin vasitəsi ilə müxtəlif ünvanlara qoydurmuş, Vatsap proqramı ilə onun mobil telefonuna «konum», yəni ünvan yeri, koordinat göndərmiş, özü isə gedib götürmüşdür. Təxminən 15 gün qabaq Babək yenə onunla İrandan əlaqə saxlayıb bildirmişdir ki, Bakı şəhərinə göndərib qoydurduğu narkotik maddə var, onu götürüb özündə saxlasın, sonra isə deyəcəyi vaxtda Bakı şəhərində hansısa ünvana aparıb qoysun, ünvan yerini də ona Vatsap proqramı ilə sonra göndərəcəkdir. Bu işi görməyi müqabilində Babək ona qazanc olaraq pul təklif etmiş, lakin məbləğini deməmişdir. Özü də Babəkin pul təklifi ilə razılaşmış, çünki maddi cəhətdən dolanışığı bir qədər zəif olmuş, bir qədər pula ehtiyacı olmuşdur. 25 fevral 2023-cü il tarixdə axşamüstü saatlarında Babək ona bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayonu ərazisində, Xocasəndən Meyvəli bazarına gedən yolun kənarında hansısa yol nişanın yaxınlığındakı yerə özü narkotik maddələr olan bir ədəd qara torba qoydurmuşdur, həmin narkotiki gedib götürsün. Babək ona həmin yerin ünvan koordinatını da göndərmişdir. Özü həmin yerə necə gedəcəyini fikirləşmiş, hansısa taksi avtomobili ilə getməyə ehtiyat etmişdir. Ona görə də tikinti işlərində onunla işləmiş, əvvəldən tanıdığı əslən Gəncə şəhərindən olan Şahid4 ona məxsus “Kia Optima” markalı, nömrəsini dəqiq xatırlamadığı avtomobili bir neçə saatlıq öz işləri üçün lazım olduğunu bildirib götürmüşdür. Lakin Eminə avtomobili hansı məqsədlə istifadə edəcəyi, nə üçün lazım olduğu, yaxud avtomobillə narkotik maddə daşıyacağı barədə heç nə bildirməmişdir. Emin də aralarındakı tanışlığa görə ona etiraz etməmiş, avtomobili müvəqqəti sürmək üçün ona verməyə hazır olduğunu demiş, özü də həmin gün, 25 fevral 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Qara Qarayev küçəsində həmin avtomobili Emindən təhvil almışdır. X2 rayonunda yol kənarına qoydurduğu narkotik bağlamasını götürüb Zabrat qəsəbəsində öz kirayədə yaşadığı evə aparıb qoymaq olmuş, bundan sonra avtomobili Eminə təhvil verməyi düşünmüşdür. Emindən avtomobili götürüb özü sürərək Qaradağ rayonu ərazisinə, Xocasəndən Meyvəli bazarına gedən yolun kənarına gəlmiş, İranlı Babəkin göndərdiyi ünvan yeri üzrə axtarıb orada yol kənarında bir yol nişanının yaxınlığında qoyduğu, içində narkotik maddələr olan torbanı tapıb götürmüş və avtomobilin salonuna qoyaraq onu öz yaşadığı, Bakı şəhəri, ünvan 1ə gətirmişdir. Evə gətirəndən sonra həmin qara sellofan torbanı açmış, onun içində bir neçə sellofan bağlamalarda narkotik maddə qurudulmuş marixuana və müxtəlif listlərdə Metadon dərman həbləri olmuşdur. Özü nisbətən kiçik ölçülü iki sellofan torbada olan marixuananı və altı list Metadon həblərini götürüb gödəkcəsinin cibinə qoymuş, qalan marixuana bağlamalarını və Metadon həbləri olan listləri digər qırmızı rəngli sellofan torbaya yığıb evdəki çarpayısının yanına döşəmə üzərinə qoymuşdur. İranlı Babəkdən xəbər gözləmişdir ki, həmin narkotik maddələrdən həmin gün harasa aparıb qoyubqoymayacağı barədə bildirsin. Özü də bir qədər həyəcanlanmış, birinci dəfə idi ki belə bir iş görmüş, ona görə avtomobili tanışı Eminə geri təhvil vermək üçün evdən çıxmağa ehtiyat etmişdir. Bu səbəbdən tanışı Eminlə telefonda danışıb bildirmişdir ki, özü çox yorğun olduğu üçün avtomobili təhvil verməyə gətirə bilməyəcək və xahiş etmişdir ki, Emin özü Zabrata onun yaşadığı ünvana gəlib avtomobili təhvil götürsün. Emin də onun xahişini yerə salmamış, özü ona avtomobilə görə təşəkkürünü bildirmiş, lakin avtomobillə narkotik maddə daşıdığı barədə ümumiyyətlə heç nə bildirməmişdir. 26 fevral 2023-cü il tarixə keçən gecə saatlarında, saat təxminən 01 radələrində tanışı Emin özünün Kia Optima markalı avtomobilini təhvil götürmək üçün Zabrat qəsəbəsinə onun qaldığı evin yaxınlığına gəlmişdir. Özü də küçəyə evin qabağına çıxıb Eminlə yenicə söhbət edib gəzişərkən kənardan özünə tərəf üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özünü saxlamışdır. Həmin şəxslər özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları bildirmişlər ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə özlərində məlumat var, əməliyyat axtarış tədbiri keçirilir. Həmin vaxt Emin təəccüblənib qalmış, özü isə artıq nə baş verdiyini başa düşmüşdür. Polis əməkdaşları ondan üzərində hər hansı narkotik maddə olub-olmadığını soruşduqda özü artıq yalan danışmağın mənasız olduğunu görüb bildirmişdir ki, üzərində bir qədər qurudulmuş marixuana və metadon həbləri var. Polislər onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, həmçinin yanında olan Emini də həmin idarəyə dəvət etmişlər. Orada özü şübhəli şəxs kimi tutulmuş, vəkil də dəvət edilib ona təqdim olunmuş, etiraz etməmişdir. Sonra polis əməkdaşları videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparmağa başlamışlar. Həmin proses zamanı polis əməkdaşı ona təklif etmişdir ki, üzərində qanunsuz saxladığı əşya, maddə varsa təqdim etsin. Özü əynindəki qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibində saxladığı iki sellofan bağlamada olan qurudulmuş marixuananı və altı ədəd listdən ibarət Metadon həblərini çıxarıb təqdim etmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmış, bu zaman üzərindəki 40 qəpik pulu, bir ədəd “Redmi” və bir ədəd “Samsung” markalı mobil telefonları, bir ədəd açar, öz şəxsiyyət vəsiqəsi və dörd ədəd plastik bank kartları da aşkar edilmişdir. Polis əməkdaşları sellofan torbalarda olan marixuananı açıb baxmış, sonra elektron tərəzi üzərinə qoyub çəkmişlər və götürüb zərfə qablaşdırmışlar. Həmçinin özünün “Redmi” və “Samsung” markalı mobil telefonlarını, şəxsiyyət vəsiqəsini və dörd ədəd plastik bank kartlarını da götürmüşlər, açarı və 40 qəpik pulunu özünə qaytarmışlar. Özü həmin narkotik maddəni hazırda ifadəsində qeyd etdiyi kimi İranlı Babəkin sözü ilə Bakı şəhəri Qaradağ rayonu ərazisində əldə edib gətirdiyini, həmçinin yaşadığı evdə də narkotik maddələr saxladığını, evinə baxış keçirilməsinə etirazı olmadığını polis əməkdaşlarına bildirmişdir. Şəxsi axtarış prosesində tanışı Emin də iştirak etmiş, Emin bütün bunları görüb təəccüb içində qalmış, çünki özündə narkotik maddələr ola biləcəyini heç gözləməmişdir. Özü də həmin proses zamanı tanışı Eminin bu baş verənlərdən xəbərsiz olduğunu, heç bir təqsiri olmadığını, onun sadəcə öz avtomobilini təhvil götürmək üçün Zabrata evin yanına gəldiyini polis əməkdaşlarına bildirmişdir. Sonda şəxsi axtarışla bağlı proses başa çatmış, polis əməkdaşı tərəfindən aşkar edilənlərlə bağlı protokol yazılıb tərtib olunmuş, özü də doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra yaşadığı mənzildə saxladığı qalan narkotik maddələri təqdim etməsi üçün özünün könüllü razılığı və dəvəti ilə öz yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 oktyabr küçəsində yerləşən nömrəsiz evə getmişlər. Sonra evə baxış zamanı özü qalan narkotik maddələri saxladığı yeri polis əməkdaşlarına göstərib narkotik maddələri yığıb saxladığı həmin qırmızı sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları da həmin otaqdakı çarpayının yanında olan həmin qırmızı torbanı açıb içində qalan yeddi sellofan bağlamada olan qurudulmuş marixuananı, iyirmi beş listdən ibarət Metadon həblərini və bir ədəd də elektron tərəzini aşkar etmişlər, onlara baxış keçirmişlər, saymışlar, elektron tərəzidə çəkmişlər, sonra isə qablaşdıraraq götürmüşlər. Özü həmin maddələrin İranlı Babək tərəfindən göndərilmiş olduğunu bir daha polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları onu özləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib gətirmiş, aşkar edilənlərlə bağlı protokol yazıb tərtib etmişlər, özü də digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. (iş vərəqə 69-75; 84-90) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş ümumilikdə 6280 qram narkotik vasitə qurudulmuş marixuana və 308 ədəd metadon həbləri 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla, külli miqdar təşkil edir, habelə narkotik vasitənin, psixotrop maddənin bir yerdən başqa yerə daşınması, bükümlərə ayrılması, elektron tərəzinin də mövcudluğu təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 154-155) İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 184) Həmçinin, Təqsirləndirilən şəxs saxlandığı Bakı İstintaq Təcridxanasından verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, saxlanıldığı müddət ərzində Təqsirləndirilən şəxs daxili rejim qaydalarına riayət edərək, qanuni tələblərə əməl etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)- 259/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 fevral 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 23; 102-107) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 15 may 2023-cü il tarixli 2913 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunsa da, 3-cü dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 143 (yüz qırx üç) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş ümumi çəkisi 6280 qram narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6279,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, ümumilikdə 308 ədəd metadon həblərindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 298 ədəd metadon həbləri, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd “Samsung Galaxy J5”, 01 ədəd “Redmi” markalı mobil telefonlar, 04 ədəd **********275923, **********869280, **********886200 və **********421171 nömrəli plastik bank kartları Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Şəxsi axtarış-götürmə aparılması, evə baxış keçirilməsi və götürmə haqqında 26 fevral 2023-cü il tarixli protokollara əlavə edilmiş videogörüntülər olan 02 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. . İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6279,1 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq qalmış 298 ədəd metadon həbləri, 01 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd “Samsung Galaxy J5”, 01 ədəd “Redmi” markalı mobil telefonlar, 04 ədəd **********275923, **********869280, **********886200 və **********421171 nömrəli plastik bank kartları Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Şəxsi axtarış-götürmə, evə baxış keçirilməsi və götürmə haqqında 26 fevral 2023-cü il tarixli protokollara əlavə edilmiş videogörüntülər olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 143 (yüz qırx üç) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar