Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-783/2025 15.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Səbuhi Sabir oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, 8 oktyabr 1983-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 7,663 qram olan külli miqdarda psixotrop maddə sayılan metamfetamini əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları
1. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 7,663 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımış, 23 may 2024-cü il tarixdə, saat 18:50-də müvəqqəti yaşadığı ünvan 2 nömrəsiz fərdi evin qarşısında olan zaman onun narkotik vasitələrin qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Sabunçu RPİ-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli şalvarın sol yan cibində satış məqsədi ilə əldə edib saxladığı bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 7,663 qram olan külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
2. Şəxsi axtarış və götürmə haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetamin olan büküm aşkar olunmuşdur.
3. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetamin qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 48 saylı möhürü ilə möhürlənib götürülmüşdür (cild 1, iş vərəqi 36-38, 81).
4. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 may 2024-cü il tarixli, 3-16-16/2-6/2941 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: “Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 48” dairəvi möhür əksi “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,663 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir”.
5. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir” (cild 1, iş vərəqi 44- 47).
6. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmuş və ünvan 2 nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Fərdi əməklə məşğul olub ailəsini dolandırmışdır. O, el arasında “Patı” kimi tanına psixotrop maddə olan metamfetamin alıb istifadə etmək istəmişdir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində olan zaman üzdən tanıdığı adını bilmədiyi şəxsdən 100 manata bir büküm psixotrop maddə olan patını alaraq istifadə üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, fərdi evin qarşısında qonşusu X11 ilə birlikdə olan zaman 2 nəfər şəxs ona yaxınlaşmışdır. Bundan sonra polis əməkdaşları özlərini təqdim edərək Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet həmçinin maddələrin olması barədə məlumat olduğunu bildirərək onu Sabunçu RPİ-yə gətirmişlər. Polis İdarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra onu xidməti otaqların birinə dəvət etmişlər. Otaqda olan zaman müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Lakin, əynində olan qara rəngli şalvarın sol yan cibində psixotrop maddə metamfetamin olduğundan hüquqlarını müdafiə edən vəkilin bunu görməsini istəmədiyi və onu gələcəkdə ürəklə müdafiə etməsini istədiyi üçün şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçıdan xahiş etmişdir ki, üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı olmadan keçirilsin. Təhiqiqatçı da, onun bu barədə ərizəsinin çap etmiş və o, həmin ərizəni imzalamışdır. Bundan sonra idarənin inzibati binasında xidməti otaqlardan birində üzərinə müdafiəçisinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən üzərində hər hansısa bir qanuni dövriyyəsi qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması soruşulmuş, əgər varsa onları masanın üzərinə qoymağı bildirilmişdir. O, əynində olan qara rəngli şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş və içərisində el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin olan bükümü təqdim etmişdir. Bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini Şirvan şəhərində üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş psixotrop maddə kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş və həmin protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin patını üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 100 manata alaraq istifadə üçün üzərində saxlamışdır. O, üzərindən aşkar edilmiş psixotrop maddədən başqa heç harada narkotik vasitə və psixotrop maddə saxlamamışdır. O, ruhi-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkmir və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda deyil. Ona polis bölməsində heç bir psixoloji təzyiq göstərilməmiş və ona heç bir xəsarət yetirilməmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə ona məxsus olmuşdur. O, saxlanıldığı zaman polis əməkdaşları tərəfindən heç bir fiziki zora məruz qalmamışdır. O, saxlanıldığı zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Psixotrop maddə metamfetamin alarkən yanında heç kim olmamış, həmin vaxt o, tək olmuşdur. Onun istifadəsində yalnız ***-***-**-** GSM nömrəsi olmuşdur (cild 1, iş vərəqi 76-80).
7. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 23 may 2024-cü il tarixdə, saat 18:50 radələrində qərəzsiz mənbədən daxil olan məlumat əsasında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ərazisinin yaxınlığında şəxs tərəflərindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sabunçu RPİ-yə aparılmışdır. Şəxs tərəflərindən saxlanılan zaman özünə məxsus olan mobil telefonunda onlara məlum olmayan bir sənədi silmək istədiyindən həmin telefonu şəxsin əlindən almışlar. İdarədə, təhqiqatçının xidməti otağında şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəyə bənzər bir maddəni təqdim etmişdir. Sonradan həmin maddənin psixotrop maddə olan metamfetamin olduğu məlum olmuşdur. Şəxsə məxsus olan mobil telefon isə aidiyyatı üzrə istintaq şöbəsinə təhvil verilmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ərazisində saxlamışlar. Şəxs saxlanılan zaman ərazidə tək olmuşdur. Hava şəraiti ala-toranlıq idi. Hadisə zamanı şəxs həyət evinin qarşısında dayanmışdır. Şəxsin yerini müəyyənləşdirmək üçün hər hansı bir vasitələrdən istifadə olunmamışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman hər hansı bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs hadisə günü həmin ərazidə olması barədə məlumatları olmuşdur. Şəxsi axtarışda iştirak etmişdir. Əməliyyat məlumatı mənə hadisə günü, təxminən saat 09:00-10:00 radələrində daxil olmuşdur. Əməliyyat qrupu məlumat daxil olduqdan təxminən 15-20 dəqiqə yaradılmışdır. Əməliyyat qrupu 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət olmuşdur. Təqsirləndirilən şəxs hadisə günü təxminən axşam saat 18:00-19:00 radələrində saxlamışlar. Şəxsi İdarəyə apardıqdan sonra təhqiqatçıya təqdim etmişlər. Şəxsi axtarış Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verildikdən dərhal sonra keçirilmişdir. Şəxsi axtarışda o, əməliyyat müvəkkili Şahid2, təhqiqatçı və səhv etmirsə müdafiəçi də iştirak etmişdir. Müdafiəçinin iştirak etdiyini dəqiq olaraq xatırlamır. Şəxsi axtarışdan sonra keçirilən əməliyyat tədbirlərində o, iştirak etməmişdir. Tərəflərindən saxlanılan zaman Təqsirləndirilən şəxs qara şalvar və qara köynək geyinmişdir. Hadisə yerində havada dronların olması barədə hər hansı bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxladıqları yerdə onun üzərinə baxış keçirməmişlər. Təhqiqatçının otağında vəkilin olub-olmamasını tam olaraq xatırlamır. Təqsirləndirilən şəxs təhqiqatçının otağı istisna olmaqla hər hansı bir otağa aparmamışlar. Şəxsi axtarışda iştirak etmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir.
8. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir.
9. Məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli əməliyyat raportundan görünür ki, Şirvan şəhəri, Ş.Çükürov küçəsi, döngə 5, ev 21-də qeydiyyatda olan Əli və Şirvan şəhəri, Nizami küçəsi, dalan 1, ev 12A-da qeydiyyatda olan Mehman adlı şəxslərin Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, daşıması və satması bildirilmişdir (cild 1, iş vərəqi 3).
10. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən müəyyən olunub saxlanılaraq Sabunçu RPİ-yə gətirilmişdir (cild 1, iş vərəqi 24).
11. Məhkəmə istintaqında tədqiq edilmiş videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videoçəkilişi aparılmışdır. Həmin videogörüntünü özündə əks etdirən 1 ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılan zaman qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofana bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükümü təqdim etmişdir (cild 1, iş vərəqi 81).
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X4 şəxsin 17 sentyabr 2024-cü il tarixli, 11374 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır (cild 1, iş vərəqi 164).
13. Əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə hallan istisna olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqi 197-198).
14. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 7,663 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 1 ədəd CD disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan 1 ədəd “İnfınix Note 30” markalı mobil telefon maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,563 qram olan psixotrop maddə metamfetamin və mobil telefon saxlanılması üçün Suraxanı RPİ-nin saxlancına verilmiş, 1 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 243-256).
15. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə əldə etməsi mənbəyi və araşdırılması məqsədi ilə hazırkı cinayət işinin materiallarından ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 258- 259).
16. xx.xx.2024-cü il tarixli “mobil telefonda olan yazışmalara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus və istifadəsində olmuş “İnfinix Note 30” markalı mobil telefonda olan “WhatsApp” sosial şəbəkəsində olan yazışmalara baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01:08 və 01:09-da Təqsirləndirilən şəxs Özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***- **-** saylı mobil nömrəyə “Yetim bu nə hərəkətdir mənə qarşı”, “İləyirsən” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:17-dən saat 01:21-dək Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus mobil telefonda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-**saylı mobil nömrədən “Ne hereketi”, “Qaqa o kaqzda olanan ortadan ayrdim”, “Verdim”, “Toz vermedimki”, “Daş verdimde”, “Seni niye bele eliyirsenki”, “Ses atma”, “Yaz”, “Yanmdadi”, “10 2 yere ayranda ele olur” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:22-dən 01:24-dək Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə “Buna feməydi yanımdadi nədi körpə uşaxsa ya başa düşmürəm”, “Camaat məni gözdəyir”, “Mən indiyə kimi kiminsə”, “Belə fırladmamışam”, “Sən amma gör” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:24-də Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən “Valahh onan başka yoxumdu day” məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:24-dən 01:26-dək Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adım “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə “Nə eləyirsən”, “Onu iki yerə böləndə elə”, “Rləmir”, “4dene balaca daşı”, “Atıb”, “Gətirmisən ki”, “Gələ”, “Camaat söz vermişəm” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:26-da Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən “Ay qardaş o balaca daşi ezende bilisen neqede olur” məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:26-da Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə “Məni pis vəziyyətə qoyma”, “Qaqaş mən bilirəm sənə” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:26da Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən “Andola allaha day yoxtu”, “Hamsi satildi” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:26-dan 01:28-dək Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda admı “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***- **-** saylı mobil nömrəyə “Nəyin necə olduğun”, “Yusif neynək sənin mənə qarşı elədiyi”, “Mənə borc olsun”, “Hər sey zayumni olacaq” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:28-dən 01:30-dək Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan 050-665-1 1-83 saylı mobil nömrəyə, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən “Qaqa qör sene neqede xeyir vermişem”, “Qaqa uşaq deyilem meni her bir insan xeyiri olmasa ecvaxti iş düzüb qoşmaz” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:30-da Təqsirləndirilən şəxs Özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə “Men sənlə alqı satqı eləməmisem” məzmunlu mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:30-da Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən “Qaqa niye uzadrxki” məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:32-də Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə “Harda satdun” məzmunlu mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:32-dən 01:34-dək Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən “Axrncisin biryerde eledik”, “Yarsin verdim adam varydi ona”, “Söz vermiştim”, “Daştarda sene saxladım” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:40-dan 01:41-dək Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə “Həm pulda həmdə çəkidə”, “60 m gedib alardunda” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:41-də Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən “Cünki meni 3 eliydim” məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:41 -də Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə “Duxda mal” məzmunlu mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:43-də Təqsirləndirilən şəxs Özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən “Qaqa 5m qörə bele söbetlerin yeri yoxtu” məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:43-dənsaat 01:45dək Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adını “Yusqa Qonsi” kimi qeyd etdiyi ***-***- **-** saylı mobil nömrəyə “Nə beşmanat”, “Sənə deremki”, “Ortaya qoyulan”, “Malı düzgün”, “Böl ver”, “Nə beş nə on”, “Pul derem sənə”, “X10 gətrəcəm”, “Sən verdiyin”, “Daşı gösdərəcəm”, “Görüm ebilə qoymuşdum” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:27-də Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adını “Zaur” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə “Havayı işin kayfı olmur” məzmunlu mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:29-da Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus mobil telefonunda adım “Zaur” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən “Siqatet aLafsan Menim ozumede DAS”, “Burde gedub gelnet yol puly senniy olacaq” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:10-da Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adını “Zaur” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə “Yetim sabaha qalıb”, “Sabah deyir düzələcək” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:11-dən 01:13-dək Təqsirləndirilən şəxs Özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus mobil telefonunda adını “Zaur” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən “Ya sida”, “Hecne yoxdi” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:16-da Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adını “Zaur” kimi qeyd etdiyi ***-***-**- ** saylı mobil nömrəyə “Ancag sabah” məzmunlu mesaj dönrəmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:17-dən xx.xx.2024-cü il saat 00:59-dək Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus mobil telefonunda adını “Zaur” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən “Patida?”, “iqbalda zeng vurhr”, “Arifin evi yixildi”, “Danis belke sene nese verrer”, “5_10 deq ktiru. Gedib yatacam”, “Yjrqunam”, “10 tjsdi olsaydu lap rahat yatmaq olardi”, “10 emwle gelur”, “Nece lomka iluqdi” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:59-dan saat 01:00-dək Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, özünə məxsus mobil telefonunda adını “Zaur” kimi qeyd etdiyi ***-***-**- ** saylı mobil nömrəyə “Xəbər elədə”, “Başım pardayır”, “Mənimdə” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:00-dan xx.xx.2024-cü il saat 01:23-dək Təqsirləndirilən şəxs özünə məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus mobil telefonunda adını “Zaur” kimi qeyd etdiyi 055-535-56- 76 saylı mobil nömrədən “Bes demedimki duzelecey Gozeeyurem”, “Yari emele geler Emin”, “Desen getirmez”, “Bejke bur yerde gedey” məzmunlu mesajlar gəlmişdir (cild 1, iş vərəqi 205- 219).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
17. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 22 may 2024-cü il tarix idi Şirvan şəhərində olmuşdur. O, saçını kəsdirmək üçün bərbərxanaya getmiş, bu vaxt saçını kəsdirmək üçün oturduqdan 5 dəqiqə sonra çöldən səs-küy gəlmişdir. O və bərbər səs-küyə çölə çıxmışlar, orada böyük bir kütlə yığışmışdır. Həmin kütləni aşıb orada olan maşına yaxınlaşan zaman qonşusu Əli İsayevin və mülki geyimdə olan polislərin maşında olduğunu görmüşdür. Həmin vaxt Əli “niyə belə edirsiniz, bu haqsızlıqdır, mənim cibimə niyə narkotik qoyursunuz” kimi sözlər demişdir. O, bu vaxt polislərə yaxınlaşıb bunu etməmələrini bildirmiş və hər kəsin içində Əlinin üstünün axtarılmağını, əgər onun üzərindən narkotik vasitə aşkar olunacaqsa heç kəsin onun polis bölməsinə aparılmasına etiraz etməyəcəyini bildirmişdir. O, Əlini tanıyır, sonuncu namaz qılan bir şəxsdir və belə işlərlə məşğul olmayacağını yaxşı bilir. Polislər onu ciddiyə almayıb ona qarşı nalayiq ifadələr işlətmişlər. O isə qarşılığında telefonunu götürüb olanları çəkməyə başlamışdır, bu vaxt polislər Əlinin qoluna bağladıqları qandalı açmışlar və ona çəkilişə görə etiraz etməmişlər, onlar isə həmin ərazidən uzaqlaşmışlar. Əli qolundan zədə almış, qan dayanmamışdır, o, ilkin tibbi yardım olaraq şalvarının bağını açıb Əlinin qolunu sıxmışdır ki, qanaxma azalsın. Yolda telefonu düşmüş, yaxın məhlə uşaqlarından biri telefonu götürüb ona qaytarmışdır. Əli onu təcili yardıma aparmağı bildirmişdir. Onlar Əligilə getmişlər, orada Təcili yardıma zəng etmiş, təcili yardım müxtəlif bəhanələr gətirərək gəlməmişdir. Bu vaxt ona atasından zəng gəlmiş, atası harada olduğunu soruşmuş, o isə Əligilin həyətində olduğunu bildirmişdir. Atası polislər tərəfindən bölməyə gətirildiyini bildirmiş və ondan bu gün neynədiyini soruşmuşdur. O isə atasından yanında olan polislərdən birinə telefonu verməyini istəmişdir. Sonradan adının Pərviz olduğunu bildiyi şəxs onunla görüşmək istədiyini bildirmiş, o, nəyə görə onunla görüşmək istədiyini soruşduqda həmin şəxs bunun telefon söhbəti olmadığını bildirmişdir, o isə cavabında görüşmək istəmədiyini bildirmişdir. Həmin şəxs sonra onunla videoya görə görüşmək istədiyini, həmin videonu silməyini və onunla video silinəndən sonra işinin olmayacağını bildirmişdir. O isə baş verən haqsızlıqlara görə həmin videonu silməyəcəyini və həmin videonu Daxili İşlər Nazirliyinə təqdim edəcəyini bildirmişdir. Bundan sonra ayrıayrı qohumlarından onu tutmaq üçün onların evlərinə və həyətlərinə polislərin girdikləri ilə bağlı məlumat almışdır. Buna görə də Əli İsayev ilə Bakıya gedib həmin videonu Daxili İşlər Nazirliyinə təqdim etmək qərarına gəlmişlər. 23 may 2024-cü il tarixdə Bakıda Sabunçuya Əlinin xalasıgilə getmişlər ki, Əli qolunun sarğısını və paltarını dəyişsin. Bu vaxt polislər onların telefon danışıqlarından yerlərini müəyyən etmişlər. O, Əlinin xalasıgilin həyətinə siqaret çəkmək üçün çıxmış, bu vaxt başının üstünən dronun irəli geri getdiyini görmüşdür. O, həmin an polislərin yerlərini müəyyən etdiyini və videonu təqdim etməklərinə mane olacaqlarını başa düşmüşdür. Həmin an 4 bir tərəfdən polislərin gəldiyini görmüş, polislər onları tutub Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirmişlər. Onları həm maşında, həm də polis bölməsində döyüb işgəncə vermiş və nalayiq ifadələr ilə təhqir etmişlər. İşgəncədən o, özündən getmiş, buna görə də bölməyə təcili yardım gəlmişdir. Oyanan vaxt otaqda ona işgəncə verənlərin başçısı olan “buna 3 qram qoyaq 5 qram qoyaq” demişdir. Həmin adam onlara “çıxış yolunuz yoxdur, hər birinizin üstünə 2 qram narkotik vasitə qoyacağıq, istəyirsiniz razılaşın, razılaşmasanız vəziyyətiniz bundan ağır olacaqdır”. Onlar isə narkotik vasitənin onlara aid olmadığını ona görə də qəbul edə bilməyəcəklərini bildirmişlər. Ona dövlət hesabına təyin olunmuş vəkilin gələ bilməyəcəyi üçün vəkilin iştirakı olmadan şəxsi axatrışın keçirilməsi ilə bağlı ərizə imzalatmışlar. Onları yenidən döyməyə başlamış və demişlər ki, “yenə də razılaşmasanız bu dəfə yuxarı mərtəbəyə çıxarıb pəncərədən sizi itələyəcəyik və özünüzün intihar etdiyinizi deyəcəyik” deyə bildirmişlər. Onlar də məcbur qalıb razılaşmışlar, üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl cibinə narkotik vasitə qoymuşlar və onların dediklərini deməyini bildirmişlər. Şəxsi axtarış zamanı səhvliklə onların dediklərini deməmiş, çəkilişi yarıda kəsib onu yenidən döymüşlər. Yenidən şəxsi axtarış keçirilmiş və onların dediklərini deməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, nə narkotik vasitənin satışı ilə məşğul olmuş, nə də ki, ondan istifadə etmişdir. Tutulmamışdan əvvəl ***-***-**-** saylı nömrəni işlətmişdir. Həmin nömrədə “Whatsapp” tətbiqi olmuşdur. Şəxsi axtarış zamanı özünə məxsus telefonu təqdim etmişdir. X15 xalasıgilin yaşadığı evdə tutmuşlar. Onları 25-30 nəfər polis əməkdaşı tutmuşdur. İbtidai istintaq zamanı verilən ifadələr ona məxsus deyil. Tutulan vaxt Əli İsayevi də saxlanılmışdır. Polislər onları tutub videoya çəkib Şirvandakı Pərviz adlı polisə göndərmişlər. Şirvandakı polislərdən Pərviz və Əlini tanımışdır. Əli İsayevin cibinə narkotik qoyan vaxt polislər mülki geyimdə olmuşlar. Onlar Bakıya getmək üçün 22 may axşam evdən çıxmış və 23 may səhər çatmışlar. O, Bakıya Əli İsayev ilə gəlmişdir. Videoçəkiliş ilə bağlı polislər ilə danışığı olmuşdur. Həmin video sosial şəbəkələrdə yayılmışdır. Onlar Bakıya saat 7-8 arasında çatmışlar. Onları saat 14:30 radələrində tutmuşlar. Orada balaca boylu bir nəfər var idi, o, polislərə “bunlar öldürün” deyə bildirmişdir. Şəxsi axtarış axşam vaxtı keçirilmişdir. Müdafiəçi şəxsi axtarış bitdikdən 20-25 dəqiqə sonra gəlmişdir. Onu sanksiya məhkəməsinə tutulduğundan sonrakı gün aparmışlar. Tutulduğu gün gecəni 12-ci polis bölməsinin MSY-də keçirmişdir. Orada ondan başqa 2-3 nəfər də olmuşdur. Onu sanksiya məhkəməsindən sonra Bakı İstintaq Təcridxanasına göndərmişlər. Təcridxanada bədənində olan bütün xəsarətlər yazılmışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığından onların üzlərini görə bilməmişdir. Vəkil polis əməkdaşları ona fiziki təzyiq göstərdikdən sonra xidməti otağa daxil olmuşdur. Vəkillə o, ancaq məhkəmədə, qətimkan tədbiri seçilən zaman təkbətək görüşə bilmişdir. Şəxsi axtarış zamanı vəkil iştiak etməmişdir. Ona vəkilin dəvət edilməsi və ya onun iştirakı barədə hər hansı məlumat verilməmişdir. Vəkildən imtina barədə ərizə yazmamış və həmin məzmunlu hər hansı bir sənədə imza etməmişdir. Şirvan Şəhər Polis İdarəsinin “Bəhruz” adlı əməkdaşını Sabunçu RPİ-nin 12-ci PŞ-də görmüşdür. Bakı İstintaq Təcridxanasında həkim onu müayinə edən zaman qabırğalarında, gözünün altında, dizlərində və dirsəklərində müxtəlif xəsarətlər aşkar olunmuşdur. Həkimin sualına cavab olaraq o, üzərində olan xəsarətləri polis əməkdaşların ona qarşı göstərdikləri fiziki təzyiq nəticəsində aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan, onun adından yazılmış ifadə, həmçinin ifadədə olan imzalar ona məxsus deyildir. Sms yazışmalarından başqa mənalar çıxsa da, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır.
18. Müdafiə tərəfinin vəsatəti əsasında X11 əlavə şahid qismində dindirilmişdir. O, ifadəsində göstərmişdir ki, Şirvan şəhərində yaşadığı evdən çıxıb mağazadan kartof soğan almağa getmişdir. Bu vaxt mülki geyimdə olan şəxslər onun üstünə hücum çəkib onu yerə yıxmışlar. O, həmin şəxslərdən kim olduqlarını soruşmuş, amma onlardan heç biri cavab verməmişdir. Bu vaxt polislər onu zorla maşına mindirmək istəyən vaxt Mehman gəlib ona qarşı niyə belə etdiklərini soruşmuşdur. Orada İsmayıl adlı polis Mehmanı təhqir etməyə başlamışdır. Bu vaxt polislər guya onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Mehman polislərə hər kəsin şahidliyi ilə onun üzərinə baxış keçirilməsini, əgər üzərindən narkotik vasitə aşkar olunarsa onu aparmalarına etiraz etməyəcəklərini bildirmişlər. Polislərdən Bəhruz isə həmin vaxt zorla cibinə narkotik vasitə qoymaq istəmişdir. O, isə etiraz edib, niyə görə cibinə narkotik vasitə qoymaq istədiyini soruşmuşdur. Bu vaxt baş verənləri Mehman telefona çəkmişdir. Həmin vaxt o, polislərin onu buraxması üçün üzərində olan ülgüclə özünü kəsmişdir. Bundan sonra polislər onu buraxmış və o, evə getmişdir. Evə gedən zaman Mehman da onun arxasınca gəlmişdir. Evdə təcili yardım çağırsalar da, təcili yardım gəlməmişdir. Həmin vaxt Mehmanın telefonu yerə düşmüş və onun çəkdiyi video naməlum şəxs tərəfindən sosial şəbəkələrdə yayılmışdır. Evə getdikdən sonra polislər onun evinə gəlmiş, bu vaxt onlar qonşunun həyətinə keçmişlər, polislər onları tuta bilmədilər. Videoya görə Mehmanın atası Aydın kişini bölməyə aparmışlar, Bəhruz adlı polis Mehmana zəng edib videonu silməyini və hadisəni dinc yolla həll etməyini bildirmişdir. Mehman isə onlarla razılaşmamışdır. Onlar həmin videonu göstərmək və baş verənləri bildirmək üçün DİN-ə getmək istəmişlər. Gecə saat 2-də öyrənmişlər ki, barəsində axtarış elan olunmuşdur. Həmin vaxt Daxili İşlər naziri Vilayət Eyvazova video ilə müraciət edərək baş verənləri bildirmişdir. Bundan sonra onlar videonu DİN-ə vermək üçün Bakıya onun xalasıgilə gəlmişlər. Onun vəziyyəti yaxşı olmamışdır. Mehman videonu aparmalı olduqlarını bildirən zaman vəziyyətinin yaxşı olmadığını və özünə gəldikdən sonra gedə biləcəyini demişdir. Mehman xalasıgilin həyətinə çıxıb telefon ilə oynadığı vaxt içəri girib başının üstündən dronun gedib-gəldiyini bildirmişdir. O, xalası oğlu Nicata nə baş verdiyi ilə bağlı çölə çıxmağını bildirmişdir. Nicat da siqaret almağa gedəcəyini bildirib çölə çıxmışdır ki, baş verənləri görsün. Xalası oğlu getmiş, ancaq gəlməmişdir. Bir müddətdən sonra polislərin məlumat əldə etmək üçün xalası oğlunu tutduqlarını öyrənmişlər. Xalası həmin zaman qonşu Rövşənin həyətinə keçmiş və Rövşənə onların həyətinə keçməklərinə icazə verməyini xahiş etmişdir. Rövşən onları evinə dəvət etmiş və çay içmişlər. Rövşən həmin vaxt siqaret almağa gedəcəyini bildirmiş, o da evdə uşaq olduğu üçün Rövşənə 5 manat pul vermişdir ki, uşağa nəsə alsın. Xalası həmin an gəlmişdir ki, polislər burdadılar. Həmin an qara rəngli bir avtomobil aralığa girmiş və polislər maşından düşmüşlər. Onlar bu vaxt çölə çıxmış, hasarı aşmış, bir sonrakı hasarı da aşmaq istəyən zaman polislərin orada olduqlarını görmüşlər. Bu zaman Mehman qarşıdakı aralığa girib su çəninin arxasında gizlənmiş, o da aralığa girmək istəyən zaman həmin yerə daxil ola bilməsə də, polislərdən gizlənə bilmişdir. Bu zaman polislər bütün evlərin üzərində və həyətlərdə onları axtarmışlar. Onlar qonşunun həyətində girmiş, həmin an evdə olan qadın polislərə yavaş olmalarını və uşağın qorxacağını bildirmişdir. Bu zaman qonşunun evinin pəncərəsi var idi ki, həmin pəncərə düz onlara tərəf baxırdı. Polislər həmin evə daxil olan zaman evdəki, kişi polislərə qışqırıb, nə etdiklərini soruşmuş, bu zaman polislər də kişinin üstünə qışqırıb, sən cinayətkarı evində saxlayırsan?-deyə soruşmuşlar. Polislər həmin evi nə qədər axtarsalar da onları tapa bilməmişlər. Həmin an onun ayağı orada olan daşa dəymiş, səs gəlmiş və polislər onları görmüşdür. Bu vaxt polislər onları tutub qandallamışlar. Onları polis bölməsinə aparana kimi dəfələrlə döyüb, yerlə sürümüşlər. Polis bölməsinə onları otağa salıb döyməyə başlamışlar. Həmin polislərin içində Şirvan RPİ-nin polisi Bəhruz da olmuşdur. Onları döyüb yerə yıxan zaman Bəhruz polis olan İsmayıla video ilə zəng edərək, onlara “görürsünüz adamın ağzını neynirlər” deyə bildirmişdir. Bundan sonra əməliyyatçılar onları rəisin yanına gətirmiş və işi həll etdiklərini bildirmişlər. Rəis isə bundan sonra onların işinin qutardığını və özlərinin hər şeyi edəcəklərini bildirmişdir. Yenə onları otağa salıb döymüşlər, o, vəziyyətinin pis olduğunu və həkim çağırmalarını bildirmişdir. Polislər həkim çağırmış, həkim gəlib onu müayinə etdikdən sonra təzyiqinin 50-nin 60-a olduğunu və xəstəxanaya aparılmasa öləcəyini bildirmişdir. Bundan sonra onu xəstəxanaya aparıb yarasını tikmiş, oradan isə Travmotologiya institutuna aparmışlar. Travmotoloq qoluna gips qoyduqdan sonra polis bölməsinə geri qaytarmışlar. Qabağına bir büküm narkotik vasitə qoyub üzərinə götürməli olduğunu bildirmişlər. O, isə etiraz etmiş və indiyə kimi yaşananların narkotikə görə baş verdiyini bildirmişdir. Polislər əgər narkotiki üzərinə götürməsə, onu binadan itələyəcəklərini və ehtiyatsızlıqdan öldüyünü bildirəcəklərini və ya üzərinə 3 kiloqram narkotik qoyacaqlarını bildirmişlər. O, məcbur qalıb onların dediklərini etmişdir. Şəxsi axtarış zamanı yenə etiraz edib üzərinə götürməyəcəyini bildirmiş, bu zaman onu yenə döymüşlər və bundan sonra polislərin dedikləri kimi narkotik vasitəni üzərinə götürmüşdür. Onun üzərinə şəxsi axtarış keçirildikdən sonra Mehmanın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı guya müdafiəçidən imtina etdiyi ilə bağlı ona ərizə yazdırmışlar. Şəxsi axtarış qutardıqdan sonra isə müdafiəçi gəlmişdir. Şahid X11 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Şirvanda onu tutmaq istəyən zaman orada polislərdən İsmayıl, Bəhruz və digər bir polis olmuşdur. Şirvanda polislərdən qurtulduqdan sonra Mehman ilə evinə qayıtmışdır. Polislər həmin vaxt 3-4 dəfə evinə gəlmişlər. Onlar Bakıya səhərə yaxın taksi ilə gəlmişlər. X1r. Tutulduqları gün xalası oğlu Nicatı da məlumat almaq üçün polislər tutmuşlar. Polislər onları tutan zaman döymüşlər. Polislərin onu tutacağını bildiyi üçün həkimə getməmişdir. Onlar həmin video ilə DİN-ə getmək istəmişlər. Ona polisə tabe olmadığı üçün əlavə ittiham verilməmişdir.
19. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi Təqsirləndirilən şəxs özünü “Bəhruz” kimi təqdim edən şəxslə telefon danışığını əks etdirən audifaylların olduğu 1 ədəd disk və şahid X7 görüntülərini əks etdirən videofaylların olduğu 1 ədəd olmaqla, cəmi 2 ədəd disk təqdim etmişlər. Həmin disklərə keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən və Təqsirləndirilən şəxs verilmiş ittihamı təkzib edən məlumat əldə edilməmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 25 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə təcridxanaya yerləşdirilmiş və ilkin tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı sol gözətrafı nahiyədə, sol dizin içəri səthində, sol bazunun ön səthində tünd bənövşəyi rəngli qançır, hər iki dirsək nahiyəsində üzəri qərtməkli yaralar müşahidə olunur (cild 2).
21. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əmisi X9 xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuşdur (cild 2).
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şirvan Müalicə Diaqnostika Mərkəzindən daxil olmuş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs “L5-S1 fəqərəarası diskin arxa sol tərəfli paramedian-lateral yırtığı, L4-L5 fəqərəarası diskin arxa sirkulyar protruziyası, onurğa sütunun aşağı döş və bel-oma şöbəsində degenerativ dəyişikliklər” diaqnozları əks olunmuşdur (cild 2). Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
23. CM-in 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
25. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
27. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
28. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
29. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
30. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
31. Maddə 83.3.3. və 83.6. maddələri. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
32. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
33. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
34. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
35. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
36. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
38. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetamin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
41. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
42. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
43. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
44. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
45. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı
46. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
47. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
48. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
49. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
50. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı sms yazışmalarının mətni təsdiq edir ki, o, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etmişdir. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
51. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 33-cü bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
52. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 41-44-cü bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
53. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində psixotrop maddə aşkar edilmədiyini, psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı fiziki və psixoloji təsir göstərildiyini, döyüldüyünü, işgəncəyə məruz qaldığını bildirərək özünü təqsirli bilməmişdir.
54. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 35, 45, 46, 47 və 48-ci bəndləri).
55. Analoji dəyərləndirmədən çıxış edərək məhkəmə təqsirləndirilən şəxsin onu müdafiə etmək üçün şahid kimi dəvət etdiyi tanışı X7 ifadəsini də həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsi müdafiəsi məqsədilə verilmiş ifadə kimi dəyərləndirir.
56. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.
57. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 32-ci bəndi).
58. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
59. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 24, 25, 26, 27-ci bəndləri).
60. Məhkəmə Təqsirləndirilən şəxs xəstəliyini və əmisinin şəhid olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
61. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
62. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Əliyev X5 Şəhər Məhkəməsinin 6 mart 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176.1-ci maddəsi ilə təqsirli bilinib 200 saat ictimai işlər cəzasına məhkum olunmuşdur. Bundan başqa o, Şirvan Şəhər Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 4 yanvar 2018-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 6 aya endirilmiş və 28 mart 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 155-157).
63. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən ödənilmişdir (qərarın 31-ci bəndi).
64. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
65. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 28-ci bəndi).
66. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 25 may 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23-24, 98-102). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 30, 36 və 37-ci bəndləri).
67. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 23 may 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
68. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
69. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 7,563 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videoçəkiliş faylının saxlanıldığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan 1 ədəd “İnfinix Note 30” markalı mobil telefon onun qohumlarına qaytarılmalıdır (qərarın 38-ci bəndi).
70. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 39-cu bəndi).
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 7,563 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videoçəkiliş faylının saxlanıldığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, -Təqsirləndirilən şəxs məxsus narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan 1 ədəd “İnfinix Note 30” markalı mobil telefon onun qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.