Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-784/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Türkmənistan Respublikasının Leban şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, türkmən, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzası sınaq müddəti ilə şərti hesab edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsi tətbiq edilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə cəzadan 1 ay 5 gün vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 mənzil 3 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etmişdir. Belə ki, o, özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 22:40-da Zərərçəkmiş şəxs məxsus və sonuncunun yaşadığı yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şin Bağları” adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub, həmin vaxt hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyətdə arxası ona tərəf işlədiyini görüb ona arxadan yaxınlaşaraq özü ilə gətirdiyi silah qismində istifadə etdiyi taxta parçası ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə, yəni əlində olan taxta parçasını başı üzərinə qaldıraraq zərərçəkmiş şəxsi vuracağı ilə real hədələyərək yerə uzanmasını, səs salmamasını bildirib üzərində olan pulları ona verməsini tələb etməklə basqın edərək sonuncuya məxsus üzərində olan 140 (yüz qırx) manat məbləğində pulu talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, milliyyətcə türkmənistanlı olsa da Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan dilində sərbəst şəkildə danışa, oxuya və yaza bilir, türkmən dilini isə bilmir. O, əvvəllər dəfələrlə məhkum olunmuş, azadlığa çıxdıqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Zığ qəsəbəsi ərazisində balıqçılıqla məşğul olmuşdur. Zığda onun kimi balıqçılıqla məşğul olan başqa şəxslər söhbət əsnasında ona Zirə ərazisində də yaxşı balıq olduğunu bildirmişlər. Buna görə balıq tutmaq üçün arabir Zirəyə də getmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən hal-hazırda adını xatırlamadığı kafelərin birində tək oturub yemək yemiş və maddi vəziyyəti çox pis olduğuna görə pul axtarmağın yollarını fikirləşmişdir. Buna görə əvvəllər tanıdığı, qəsəbə ərazisində market işlədən qəsəbə sakini Amin adlı şəxsi qorxudaraq ondan pul almaq qərarına gəlmişdir. Belə ki, marketdə işlədiyi üçün Amində pul olacağını düşünmüşdür. Buna görə həmin gün saat 22:40 radələrində Aminin Xəzər rayonu, Zirə qəsəbəsi, “Şin Bağlar” deyilən ərazidə yerləşən yaşadığı evinə getmişdir. Bir qədər ətrafa baxmış, heç kimin olmadığına əmin olduqdan sonra evin hasarından aşaraq həyətə daxil olmuş və Aminin evin həyətyanı sahəsində olduğunu görmüşdür. Amini qorxutmaq üçün yerdən əlinə təxminən bir metr uzunluğunda taxta götürərək ona yaxınlaşmışdır. Həmin vaxt Aminin arxası ona tərəf olmuş və sonuncu qəfildən ona tərəf çevrilmişdir. Bu zaman Aminə “səsini çıxarma, yoxsa səni əlimdəki taxta ilə vuraram. Mənə pul lazımdır, tez yerə uzan və üstündə olan bütün pulları mənə ver” deyə bildirmişdir. Amin əlindəki alışqanı yandırmaq istəyəndə onu tanımaması üçün ondan alışqanı söndürməsini tələb etmişdir. Amin alışqanı söndürmüş, lakin yerə uzanmamış və qorxaraq əlini sağ arxa cibinə ataraq cibindəki pulları çıxarıb ona vermişdir. Bundan sonra o, evə daxil olduğu qaydada evi tərk etmiş və oradan qaçaraq uzaqlaşmışdır. Evdən qaçarkən Aminin ona “mən səni tanıdım, səndən şikayət edəcəyəm” dediyini eşitmişdir. Lakin buna məhəl qoymayaraq oradan qaçıb getmiş və əlindəki taxta parçasını xatırlamadığı yerdə tullamışdır. Aminin evindən bir qədər uzaqlaşdıqdan sonra cibindəki pulu saymış və pulun bir ədəd 100 manatlıq və iki ədəd 20 manatlıq əskinaz olmaqla cəmi 140 manat olduğunu görmüşdür. Bundan sonra sürücüsünü və dövlət qeydiyyat nişanını xatrılamadığı ağ rəngli “VAZ-2107” minik markalı taksi avtomobilinə əyləşərək yaşadığı Xətai rayonu, Zığ Yolu küçəsi, ev 28, mənzil 3 ünvanında yerləşən evinə getmişdir. Taksi sürücüsünə onu gətirdiyi üçün 5 manat məbləğində pul vermişdir. Evə gəldikdən sonra yatmış, növbəti gün isə Amindən ələ keçirdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Tutulmamaq üçün bir müddət polisdən gizlənmiş, lakin xx xxxxxx 2020-ci il tarixdə balıq tutmaq üçün Zirə qəsəbəsinə gələrkən polislər tərəfindən yaxalanaraq polis idarəsinə gətirilmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı evə basqın edərkən ona hər hansı bir xəsarət yetirməmiş və xəsarət yetirmək niyyəti də olmamışdır. Taxtanı da əvvəlcədən əlinə ona görə götürmüşdür ki, Amini qorxutsun və ondan pul ala bilsin. Buna görə də Aminin həyətinə girən kimi ona yaxınlaşıb əvvəlcə “səsini çıxarma, yoxsa səni vuraram” sözlərini deyərək yerə uzanmasını və üstündə olan pullarını ona verməsini tələb etmişdir. Taxtanı götürməkdə məqsədi Amini vurmaq yox, onu qorxutmaq olmuş, Amin də ahıl adam kimi həqiqətən qorxub özünü itirmişdir. Törətdiyi əməldən peşman olmasının nəzərə alınaraq barəsində aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, yaşadığı Zirə qəsəbəsində özünə məxsus adsız ərzaq mağazası işlədir. Həyat yoldaşı da insult xəstəsidir, daim yataqda olur. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şin Bağları” adlı ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinə daxil olarkən həyat yoldaşının vəziyyətinin çox pis olduğunu görüb ona su gətirmək üçün həyətə düşmüş, su kranı da xarab olduğundan onu qurdalayıb düzəltmək, açıb su götürmək istədiyi vaxtda ayaq səsləri gəldiyini hiss edib geri dönmüş və bir nəfər şəxsin əlində təxminən bir metr uzunluğunda dəyənəklə dayandığını görmüşdür. Həmin dəyənəyin dəmir olduğunu ehtimal etmişdir. Qaranlıq olduğu üçün həmin şəxsin üzünü görməmişdir. Əlindəki alışqanı yandırıb işığını həmin şəxsin üzünə tutmaq istəyəndə sonuncu ondan dərhal alışqanı söndürməsini tələb etmişdir. O, həmin şəxsin dediyini etməsə əlindəki predmetlə onu vurub xəsarət yetirə biləcəyindən qorxduğu üçün tez alışqanı söndürmüşdür. Buna baxmayaraq, özünü toplayıb həmin şəxsdən nə istədiyini soruşmuş, «sən nə edirsən?» deyə sual etmiş, həyətə nə məqsədlə girdiyini soruşmuşdur. Həmin şəxs isə əlindəki dəmir hesab etdiyi uzun dəyənəyi başının üstünə qaldırıb zərbə endirməyə hazır vəziyyətə gələrək ondan danışmamasını və dərhal yerə uzanmasını, üstündə olan pulların hamısını ona verməsini tələb etmiş, əgər dediyini etməsə əlindəki ilə onu vurubu öldürəcəyini bildirmiş, həm də «səni də, ailəni də öldürəcəyəm» demişdir. Bu şəxsin artıq ona dəmir hesab etdiyi predmetlə zərbə vurub onu ən azı şikəst edə biləcəyinin real olduğunu görüb razılaşmış və ona «qoy gedim evdən pul gətirim» demişdir. Amma həmin şəxs «arxa cibində pul var sənin, onları çıxart» deyə tələb etmişdir. Həqiqətən də pullarını həmişə şalvarının arxa cibində saxlamışdır. Ona görə də çarəsiz qalıb tabe olmuş və əlini arxa cibinə salıb oradan imkan qədər az pul çıxartmağa çalışmışdır. Belə ki, mağazanın da pullarını həmişə arxa cibində saxlamışdır. Həm də ahıl yaşda olduğundan müqavimət göstərmək imkanı olmadığını başa düşmüşdür. Digər tərəfdən, bu şəxs onu öldürməsə belə, əlindəki dəmir hesab etdiyi dəyənəklə elə bir zərbəsi ilə onun qolu və ya qıçını sındıra bilərdi. Qoca yaşında sınığı da sağaltmaq mümkün deyil. Həyat yoldaşı yataq xəstəsi, özünün də bir tərəfdən belə vəziyyətə düşəcəyi halda vəziyyətlərinin dözülməz olacağını gözünün qarşısına gətirmişdir. Buna görə də pulun canından artıq olmadığını düşünərək əlini arxa sağ cibinə salmış və cibində olan bir ədəd 100 manat və iki ədəd 20 manatlıq pul əskinasını, yəni cəmi 140 manat məbləğində pulu çıxarıb həmin şəxsə uzatmışdır. Həm də bu şəxsə pul lazım olduğunu, pulu versə ondan əl çəkib çıxıb gedəcəyini fikirləşərək yerə uzanmamışdır. Həmin şəxs pulu ondan alıb cibinə qoymuş və dərhal çevrilərək getmişdir. O isə yerində donub qalmış, salamat qurtardığına sevinmişdir. Həmin şəxs qaçanda işığın altında onun qəsəbədə yaşayan, arabir onun işlətdiyi mağazaya gəlib-gedən, tüfeyli həyat tərzi keçirən Eldar adlı şəxs olduğunu görmüş və onun arxasınca qışqıraraq onu tanıdığını, ondan şikayət edəcəyini bildirmişdir. Lakin həmin şəxs onun sözlərinə heç bir məhəl qoymayaraq getmişdir. O, həmin gün təxminən saat 22:50 radələrində Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra 1-ci polis şöbəsinin əməkdaşları onun evinə gələrək baxış keçirmişlər. O, həmin vaxt baş vermiş hadisə barədə izahat vermişdir. O, hadisədən sonra polisə zəng edəndə Eldarın onun 300 manat pulunu ələ keçirdiyini bildirmiş, lakin sonradan xatırlamışdır ki, Eldara bir ədəd 100 manatlıq və iki ədəd 20 manatlıq pul əskinası vermiş, həmin pullar cəmi 140 manat təşkil etmişdir. Ona görə də izahat verərkən həmin səhvini düzəldərək Eldarın onun 140 manat pulunu ələ keçirdiyini bildirmişdir. Hadisə vaxtı Eldar ona hər hansı xəsarət yetirməmiş, amma yuxarıda qeyd etdiyi kimi Eldarın tələbini yerinə yetirməyəcəyi halda sonuncu çox asanlıqla ona ağır xəsarət yetirə, şikəst edə, hətta hansısa həyati əhəmiyyətli yerindən zərbə vurmaqla öldürə də bilərdi. Eldar əlindəki təxminən bir metr uzunluğundakı predmeti ona istiqamətləndirəndə artıq tam real təhlükəni hiss etmişdir. Belə təhlükə olmasaydı, pulu da verməzdi. Həm də ətrafda onun köməyinə çatacaq bir kimsə olmadığından daha təhlükəli vəziyyət olduğunu dərk etmişdir. Eldara əvvəllər heç bir pislik etməmiş, əksinə, həmişə imkanı olduqca kömək etmiş, dükandan nisyə mal vermiş, heç vaxt borcu qaytarması üçün tələsdirməmişdir. Eldarla barışmır və onu bağışlamır. Hesab edir ki, belə şəxslər cəmiyyət üçün təhlükəlidir. Ən azından ahıl bir insana qarşı belə yaramaz hərəkət, əl qaldırmaq, gecənin bir vaxtı həyətinə girib öldürməklə hədələmək bağışlanmazdır. Ona görə də məhkəmədən Eldarın qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə - Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şin Bağları”adlı ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi haqqında protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 6-7). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 74-77). İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı videçəkiliş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 79-82). Şəxsin tanınması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən şəxslərin fotoşəkilləri arasından Təqsirləndirilən şəxs tanıyaraq məhz həmin şəxs tərəfindən həyatı və sağlamlığı üçün real təhlükə törədilərək 140 manat pulunun ələ keçirildiyini bildirmişdir (cild 1, iş vərəqə 26-28). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 84 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 154-155). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə cəzası 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan əlavə, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsi tətbiq edilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə cəzadan 1 ay 5 gün vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 42-43, 135-152). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx xxxx 2021-ci il tarixli 21-1/186690/20 №-li məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum olunmasına dair hökm və hökmün icrası barədə göstəriş Xətai rayon İcra və Probasiya Şöbəsinə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Məhkum xəbərdarlıq edilməsinə baxmayaraq cərimədən ödəniş etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətə görə vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra iki il keçmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hökmlərin məcmusu üzrə bəzi məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş cərimə cəzasını ödəmədən yenidən cinayət törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti cəza təyin olunmalı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1000 manat cərimə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə tam birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğluna qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü və 181.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs oğlunun özünü təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 50, 53, 64, 86-87, 111-115). Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 2 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı sərf edilmiş real vaxt nəzərə alınmaqla X1 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 20 iş saatı həcminə görə 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1000 (bir min) manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə və 1000 (bir min) manat cərimə cəzaları təyin olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-784/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-784/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver