Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-784/2022 21.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Çingiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Çingiz oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Çingiz oğlu şəxsiyyəti istintaqa məlum olmayan Hüseyn adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini, külli miqdarda güclü təsir edən maddə preqabalini əldə edib daşıyaraq çox hissəsini yaşadığı ünvan 3 ünvanının həyətindəki yarımtikilidə gizlədərək saxlamış, 02 dekabr 2021-ci il tarixdə saat 18:10 radələrində DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Qaradağ RPİnin 10-cu Polis bölməsinin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 19:30-da üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 15,090 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən həyətdəki yarımtikiliyə müdafəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkliş aparılmaqla həmin gün saat 20:25-də baxış keçirilərkən həmin yarımtilikinin giriş hissəsinin sol tərəfindəki otaqdan içərisində 01 ədəd bükümdə təmiz çəkisi 236,602 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 52,490 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 45 ədəd üzərlərində “Pregabalin 150” göstəriciləri olan dərman konvolyutlarında 675 ədəd (hər konvolyutda 15 ədəd olmaqla) həmin dərman kapsulalarının tərkibində təsir maddəsinin ümumi miqdarı 101,25 qram olan külli miqdarda güclü təsir edən maddə preqabalin və 02 ədəd elektron tərəzi olan idman çantası aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bimədi və ifadəsində göstərdi ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ailəsi ilə birlikdə yaşamışdır. Saxlanıldığı gün Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları evə basqın etmişlər. Həmin vaxt o, həyətdə olmuş, onu qandallayaraq, yarım kilo narkotik vasitələrinin onda olduğu bildirilmiş və qaytarmasını tələb etmişlər. Daha sonra məhəllə yoldaşı Əhmədi də tutub gətirmişlər. Onlara hər ikisinin həbsə göndəriləcəyi deyilmiş və onlar 2 saat həyətdə qalmışlar. Onun üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona təzyiq göstərilib şantaj edilmiş, o da məcbur qalıb narkotik vasitələri üstünə götürməli olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, 3-4 ildir ki, narkotik vasitə istifadəçisidir və metamfetamindən istifadə etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni sifariş etdiyi adam müəyyən yerlərə qoymuş, o da gedib götürmüşdür. Ona narkotik vasitə satanların adını bilmir və demək istəmir. Hüseyn adlı şəxsi və Ələsgəri tanımır. O, taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, narkotik vasitəni istifadə etdiyimi etiraf edir və buna görə əməlindən peşmandır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, bir il olar ki, psixotrop maddə metamfetamini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul edir. Təxminən 15 gün əvvəl “Facebook” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı olan özünü Hüseyn kimi təqdim edən şəxs ilə tanış olmuşdur. Həmin şəxs ilə sosial şəbəkədə yazışarkən ona birlikdə qazanc əldə etməyi təklif etmişdir. O, birlikdə qazanc əldə etməyin yolunu soruşanda Hüseyn adlı İran İslam Respublikası vətəndaşı ona bildirmişdir ki, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, güclü təsiredici maddə olan pereqabalin tabletkalarını və 02 ədəd elektron tərəzini idman çantasının içərisinə qoyacaq, həmin idman çantasını da Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yolun kənarına qoyacaq. Həmin çantanı götürüb içərisindəki maddələri onun dediyi yerlərdə yolun kənarına aparıb qoyar, müqabilində isə ona pul verərəcəkdir, hər ikisi pul qazanacaqdır. Lakin o, həmin şəxslə etdiyi işə görə alacağı pulun miqdarı barədə söhbət etməmişdir. Beləliklə o, Hüseyn adlı İran İslam Respublikası vətəndaşı ilə razılaşmış və təxminən 1 həftə əvvəl onun dediyi yerə, yəni Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə gedib yolun kənarından içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici maddə olan pereqabalin tabletkaları olan idman çantasını götürüb Lökbatan qəsəbəsinə gəlib yaşadığı ünvan 1 ünvanının həyətindəki yarımtikilinin içərisində gizlətmişdir. Səhv etmirsə həmin gündən 1 gün sonra Hüseyn adlı İran İslam Respublikası vətəndaşı sosial şəbəkədə onunla əlaqə saxlayıb ona bildirmişdir ki, idman çantasındakı narkotik vasitə heroinin bir bükümünü götürüb Lökbatan dairəsindən Şıxov qəsəbəsi istiqamətində olan yolun kənarına qoysun. O, da həmin gün idman çantasındakı narkotik vasitə heroinin bir bükümünü götürüb Lökbatan dairəsindən Şıxov qəsəbəsi istiqamətində olan yolun kənarına aparıb qoymuşdur. Hüseyn adlı İran İslam Respublikası vətəndaşı ona sosial şəbəkədə yazıb bildirmişdir ki, onunla əlaqə saxlayıb gördüyü işə görə ona pul verəcəkdir. O, isə Hüseyn adlı İran İslam Respublikası vətəndaşına bildirmişdir ki, gördüyü işə görə yerdə qalan narkotik maddələri özünə götürəcəkdir, əvəz-əvəz olacaqlar. Bundan sonra mobil telefonundan həmin şəxslə sosial şəbəkdə yazışdığı saytı silmişdir. Fikri ondan ibarət olmuşdur ki, yerdə qalan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici maddə olan pereqabalin tabletkalarından özü üçün istifadə etsin. Buna görə də 02 dekabr 2021-ci il tarixdə həmin idman çantasından 01 bükümdə narkotik vasitə heroini istifadə etmək üçün götürüb üzərində saxlamışdır. 02 dekabr 2021-ci il tarixdə axşam saat təxminən 18:10 radələrində yaşadığı ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq öz xidməti vəsiqələrini təqdim edərək DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan adını və soyadını soruşmuşlar. O, da polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər, onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Onun üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. Bundan sonra o, əynində olan qara rəngli qısa qol qalın qış gödəkcəsnin sol yan cibindən içərisində 13 (on üç) ədəd siqaret olan ağ rəngli 1 (bir) ədəd siqaret qutusunu, 1 (bir) ədəd alışqanı, 1 (bir) ədəd yaşadığı evin həyətinin girişi qapısının açarını, sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli “Redmi” markalı mobil telefonunu, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli qısa qol qış gödəkçəsinin sol iç cibindən özünə məxsus sürücülük vəsiqəsindən başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi yaşadığı evin həyətinin giriş qapısının açarı, siqaret qutusu və alışqan özümə qaytarılsa da, 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu, sürücülük vəsiqəsi ona izah edilməklə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Onunla sorğu-sual edəndə bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitənin bir hissəsini də yaşadığı evin həyətindəki yarımtikilidə gizlətmişdir, həmin narkotik maddələri də təqdim edə bilər. Beləliklə o, razılıq ərizəsi əsasında polis əməkdaşları və vəkili ilə birlikdə yaşadığı evin həyətinə getmişdir. Yaşadığı evin həyətindəki yanmtikilidən içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, güclü təsiredici maddə olan pereqabalin tabletkaları və 02 ədəd elektron tərəzi olan idman çantası polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür (cild 1, iş vərəqi 64-67, 80-83). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvvəkkili vəzifəsində xidmət edir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuş, ona görə də Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, həmin İdarənin baş əməliyyat müvvəkkili Şahid1 də əməliyyat qrupuna daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən 02 dekabr 2021-ci il tarixdə saat 18:00 radələrində o, Şahid1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 20 nömrəli fərdi yaşayış evinin yaxınlığına getmiş və ətrafa nəzarət etməyə başlamışlar. Təxminən 10 dəqiqə sonra ünvan 7 ünvanının yaxınlığında bir nəfər cavan oğlanın piyada hərəkətdə olduğunu görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini ona təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşagəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsinə dəvət etmişlər. 10-cu Polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol qalın qış gödəkçəsinin yan cibindən 1 ədəd ağ rəngli "Redmi" markalı mobil telefonunu, əynindəki göy rəngli cins şalvarının yan cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qol qış gödəkçəsinin iç cibindən özünə məxsus sürücülük vəsiqəsindən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Təqsirləndirilən şəxs sorğu-sual edəndə o, bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümdəki maddə narkotik vasitə heroindir, öz istifadəsi üçün üzərində saxlamışdır, həmin maddəni 15 gün əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı Hüseyn adlı şəxsin vasitəsilə təxminən 6 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində ona bildirilən yerdən götürmüşdür, həmin narkotik maddələrin bir hissəsini də yaşadığı evin həyətindəki yarımtikilidə gizlətmişdir, həmin narkotik maddələri də təqdim edə bilər. Beləliklə, Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında o, baş əməliyyat müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs vəkili birlikdə onun yaşadığı evin həyətinə getmişlər. Təqsirləndirilən şəxs ilə birlikdə yarımtikiliyə daxil olan zaman Təqsirləndirilən şəxs girişdən sol tərəfdə yerləşən otağı göstərib bildirmişdir ki, torpaq qatının üzərində olan idman çantasının içərisində narkotik tərkibli maddələr vardır. Tərəflərindən həmin yerdən idman çantası götürülmüş və evin həyətində idman çantasına baxış keçirilmişdir. İdman çantasının içərisindən 02 ədəd sellofan büküm, 02 ədəd elektron tərəzi, üzərində "Pregabalin" sözü yazılan 675 ədəd həblər aşkar olunmuşdur. Əməkdaşlar tərəfindən həmin bükümlər açılanda bir bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər sellofan bükümdə isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra aşkar edilmiş maddələr qablaşdırlaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 Nizami oğlu eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdikləri xüsusatlatı tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02.12.2021-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərǝk Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 02.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02.12.2021-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 02 dekabr 2021-ci il tarixdə, saat 18:10 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanlarin intensiv olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 12). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 02.12.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkilişdən istifadə edilməklə aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qol qalın qış gödəkçəsinin sol yan cibindən içərisində 13 (on üç) ədəd siqaret olan ağ rəngli 1 (bir) ədəd siqaret qutusunu, 1 (bir) ədəd alışqanı, 1 (bir) ədəd yaşadığı evinin həyətinin girişindəki dəmir qapının açarını, sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli “Redmi” markalı mobil telefonunu, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1(bir) ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli qısa qol qış gödəkçəsinin sol iç cibindən özünə məxsus 1 (bir) ədəd sürücülük vəsiqəsi aşkar edilsə də, bundan başqa sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı evin həyətinin giriş qapısının açarı, siqaret qutusu və alışqan özünə qaytarılsa da, 1 (bir) ədəd "Redmi" markalı mobil telefon, sürücülük vəsiqəsi iş üzrə ehəmiyyət kəsb etdiyi üçün götürüldü. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edildi. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 16 qram (on altı qram) olması müəyyən edildi. Həmin sellofan büküm 1 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, həmin maddəni təxminən 15 (on beş) gün öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsin vasitəsilə təxminən 6 gün öncə Abşeron rayonu Xırdalan şəhəri ərazisində ona bildirilən yerdən götürdüyünü, həmin Hüseyn adlı şəxsin mobil nömrəsini telefonundan sildiyini, özünün ***-***-**-** saylı GSM nömrəni istifadə etdiyini, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini ona deyilən yerlərə qoysa da qalan hissəsini özünün yaşadığı evinin həyətyanı sahəsində gizlətdiyini, bu əməli törətməkdə məqsədinin pul əldə etmək olduğunu, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını, saxlanılan zaman və polis bölməsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirdi (cild 1, iş vərəqi 34-36). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 02.12.2021-ci il tarixli protokoldan görünür ki, videçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə aparılmış baxış zamanı Təqsirləndirilən şəxs həyətə girişdən sol tərəfdə yerləşən otağı göstərərək torpaq qatının üzərində olan idman çantasının içərisində narkotik tərkibli maddələrin qalan hissəsini saxladığını söylədi. Həmin yerdən narkotik tərkibli maddələr götürüldü və həmin yerdə uyğun şəraitin olmaması səbəbindən aşkar edilmiş 1 (bir) ədəd idman çantasına baxış evin həyətində keçirildi. Burada həmin idman çantasına baxış keçirilən zaman içərisindən 2 (iki) ədəd sellofan büküm, 2 (iki) ədəd elektron tərəzi, üzərində "Preqabalin" sözü əks olunmuş 675 (altı yüz yetmiş beş) ədəd həblər aşkar edilərək götürüldü. İdman çantasının içərisindən aşkar edilmiş sellofan bükümlər baxış keçirilən zaman bükümlərdən birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər sellofan bükümdə isə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edildi. Həmin bükümlərün təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfıranmış halda elektron tərəzi ilə çəkildi. Qablaşıdırlma ilə birlikdə içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün təxmini çəkisinin 245 (iki yüz qırx beş) qram, digər bükümdəki ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlənin təxmini çəkisinin isə 63 (altmış üç) qram olması müəyyən edildi. Həmin sellofan bükümlər həmçinin aşkar edildikləri qara rəngli idman çantasına qoyularaq qablaşdırıldı. Üzəri möhürlənərək götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətində olan yarım tikilidəki otaqlaradan birində aşkar edilmiş qara rəngli idman çantasının içərisində olan maddələri Xırdalan şəhəri ərazisindən götürdüyünü, çantanın içərisindəki sellofan bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu həmin maddələri İran İslam Respublikasının vətəndaşı, Hüseyn adlı şəxsin vasitəsilə əldə etdiyini, həmin maddələrin bir hissəsini ona deyilən yerlərə qoyduğunu bildirdi (cild 1, iş vərəqi 39-40). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videodiskə baxış keçirilməsi barədə 03.12.2021-ci il tarixli protokoldan görünür ki, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qol qalın qış gödəkçəsinin sol yan cibindən içərisində 13 (on üç) ədəd siqaret olan ağ rəngli 1 (bir) ədəd siqaret qutusunu, 1 (bir) ədəd alışqanı, 1 (bir) ədəd yaşadığı evin həyətinin girişi qapısının açarını, sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli "Redmi" markalı mobil telefonunu, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qol qış gödəkçəsinin sol iç cibindən özünə məxsus sürücülük vəsiqəsindən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı evin həyətinin giriş qapısının açarı, siqaret qutusu və alışqan özünə qaytarılır, 1 (bir) ədəd "Redmi" markalı mobil telefonu, sürücülük vəsiqəsi ona izah edilməklə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinǝ bənzər kütlə olması müəyyən edilir. Həmin büküm elektron tərəzi ilə çəkilir və çəkisinin 16 qram olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənir. Təqsirləndirilən şəxs şifahi olaraq sorğusual zamanı bildirir ki, üzərindən aşkar edilmiş bükümdəki maddə narkotik vasitə heroindir, öz istifadəsi üçün üzərində saxlamışdır, həmin maddəni 15 gün əvvəl sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı Hüseyn adlı şəxsin vasitəsilə təxminən 6 gün əvvəl Abşeron rayonunun Xırdalan şəhəri ərazisində ona bildirilən yerdən götürmüşdür, həmin narkotik maddələrin bir hissəsini də yaşadığı evin həyətindəki yarımtikilidə gizlətmişdir, həmin narkotik maddələri də təqdim edə bilər (cild 1, iş vərəqi 68). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videodiskə baxış keçirilməsi barədə 03.12.2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd DVD diskə baxış zamanı müəyyən edildi ki, diskdə 1 ədad videoyazı vardır. Videoyazı 20 dəqiqə, 07 saniyə davam edir. Həmin video görüntüdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Hasanquliyev, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvvəkkilləri Şahid2, X5, vəkil X6 və Təqsirləndirilən şəxs ünvan 1 ünvanının həyətinə gəlirlər və birlikdə yarımtikiliyə daxil olan zaman Təqsirləndirilən şəxs girişdən sol tərəfdə yerləşən otağı göstərib bildirir ki, torpaq qatın üzərində olan idman çantasının içərisində narkotik tərkibli maddələr vardır. Həmin yerdən idman çantası götürülür və evin həyətində idman çantasına baxış keçirilir. İdman çantasının içərisindən 02 ədəd sellofan büküm, 02 ədəd elektron tərəzi, üzərində "Pregabalin" sözü yazılan 675 ədəd həblər aşkar olunur. Polis əməkdaşları tərəfindən həmin bükümlər açılanda bir bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər sellofan bükümdə isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Həmin bükümlər elektron tərəzi ilə çəkilir və içərisində narkotik vasits heroinə bənzər kütlə olan bükümün təxmini çəkisinin 245 qram, digər bükümdəki ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin təxmini çəkisinin 245 qram olması müəyyən edilir. Daha sonra idman çantasından aşkar edilmiş 02 ədəd büküm və həblər yenidən çantaya qoyularaq qablaşdırılır və üzəri möhürlənərək götürülür (cild 1, iş vərəqi 69). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 1655 nömrəli, 10.12.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə 08.04.2011- 06.05.2011; 27.05.2013-12.06.2013; 09.01.2016-29.01.2016-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub (cild 1, iş vərəqi 124). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 1/2190 nömrəli 13 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməyib (cild 1, iş vərəqi 125). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi barədə 08.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonu Xiaomi markalıdır. Həmin mobil telefonun üst hissəsi ağ, arxa hissəsi qızılı rənglidir, arxa hissəsində Xiaomi sözləri yazılıb. Mobil telefonun ekranında kiçik ölçüdə zədə vardır. Həmin mobil telefon paroldadır, mobil telefon parolda olduğuna mobil telefona daxil olmaq mümkün olmadı (cild 1, iş vərəqi 139). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş əməliyyat tapşırığına 11.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindəki yarımtikilidən aşkar edilmiş narkotik vasitə heroini, psixotrop maddə metamfetamini, preqabalin kapsulalarını aldığı İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən "Hüseyn" adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən müəyyən edib istintaqa təmin etmək mümkün olmamışdır (iş vərəqi 140). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilməsi barədə 12.01.2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 04 ədəd fayl vardır. 1-ci faylda həmin nömrənin məxsusluluq tarixçəsi, 2-ci faylda Təqsirləndirilən şəxs 055 ***-**-** CSM nömrəsinə daxil olan SMS məlumatları, 3-cü faylda Təqsirləndirilən şəxs ***-***-**-** CSM nömrəsindən çıxan SMS məlumatları, 4-cü faylda Təqsirləndirilən şəxs ***-***-**-** CSM nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatlar qeyd edilmişdir. 1-ci, 3-cü və 4-cü fayllarda istintaq əhəmiyyəti kəsb edən halalr aşkar edilmədi. 2-ci faylda isə Təqsirləndirilən şəxs ***-***-**-** CSM nömrəsinə daxil olan SMS məlumatlarının mətnlərində aşağıdakı SMS mətnləri əhəmiyyət kəsb etdi. Belə ki, 27.10.2021-ci il tarixdə saat 09:25-də ***-***-**-** CSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** CSM nömrəsinə "Brat bidene 10 luqum var pati duz qow eliye bilersen 2 miz qoyaq", 27.10.2021-ci il tarixdə saat 12:08-da ***-***- **-** CSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** CSM nömrəsinə "Cix bidene qanimi qarald denen alinmadi pati", 08.11.2021-ci il tarixdə saat 22:13-də **********082 CSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** CSM nömrəsinə "Gaga derman var orda?" SMS məlumartları daxil olmuşdur (cild 1, iş vərəqi 141-142). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 27.12.2021-ci il tarixli, 3083 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (2021-ci ilin dekabr ayında) öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma remissiya vəziyyəti xroniki psixi xəstəliyi aşkar edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə şizofreniya paranoid forma psixi xəstəliyin remissiya (yaxşılaşma) mərhələsində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə şizofreniya paranoid forma psixi xəstəliyinin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma xroniki psixi xəstəliyin remissiya (yaxşılaşma) mərhələsindədir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 144-147). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05.01.2022-ci il tarixli, 18 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 148-149). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 03.12.2021-ci il tarixli, 6/5346 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 15,090 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - üzərində Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış kağız yapışdırılmış çantadakı 01 ədəd bükümdə təmiz çəkisi 236,602 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 52,490 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 45 ədəd üzərilərində “Pregabalin 150” göstəriciləri olan dərman konvolyutlarında 675 ədəd (hər konvolyutda 15 ədəd olmaqla) dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 101,25 qram təşkil edir. İki ədəd elektron tərəzi və bir ədəd çantada narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Kağız paketdəki və çantadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 251,692 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı 1) daxildir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səkən iki qəpik) təşkil edir (cild 1, iş vərəqi 47-54). İşdə olan maddi sübutların tanınması haqqında 04.12.2021-ci il tarixli qərardan və raportdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 15,090 qram olan narkotik vasitə heroin, içərisində 01 ədəd bükümdə təmiz çəkisi 236,602 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 52,490 qram olan psixotrop maddə metamfetamin, 45 ədəd üzərlərində "Pregabalin 150” göstəriciləri olan dərman konvolyutlarında 675 ədəd (hər konvolyutda 15 ədəd olmaqla) həmin dərman kapsulalarının tərkibində təsir maddəsinin ümumi miqdarı 101,25 qram olan güclü təsir edən maddə preqabalin, 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 14,990 qram narkotik vasitə heroin, 236,502 qram narkotik vasitə heroin, 52,390 qram psixotrop maddə metamfetamin, 660 ədəd preqabalin kapsulu və 02 ədəd elektron tərəzi saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına verilmişdir (cild 1, iş vərəqi 104-105,107). İşdə olan sübutların qiymətləndirilməsi barədə 16.02.2022-ci il tarixli qərardan görünür ki, 02.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçiirlmiş şəxsi axtarış və götürmə, yaşadığı evinin həyətindəki yarımtikiliyə baxış və götürmə istintaq hərəkətinin videogörüntüyə alındığı 02 DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 150-160). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi barədə 17.02.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Hüseyn adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ********* saylı cinayət işi icraata ayrılmışdır (cild 1, iş vərəqi 162-163). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ RPİ İstintaq şöbəsi tərəfindən 05.06.2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə məsuliyyətə cəlb edilmiş və 10.06.2015-ci il tarixdə AR CPM-nin 40.2.2-ci madəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 143). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Çingiz oğlunun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin və metamfetaminin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən pregabilin preparatının 5 qramı və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması, satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona edilmiş təzyiq, şantaj nəticəsində məcbur qalıb narkotik vasitələri üstünə götürməsi ilə bağlı məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş narkotik vasitə olan heroinin, psixotrop maddə metamfetaminin və güclü təsir edən maddə olan preqabalinin miqdarlarının şəxsi istehlak miqadarından dəfələrlə artıq olması, onun üzərindən və evindən aşkar edilmiş heroinin eyni kompanentlərə malik olması, onların çəkilərə ayırlması üçün nəzərdə tutulmuş elektron tərəzilərin olması halları, habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini və yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə olan heroini, psixotrop maddə metamfetamini və güclü təsir edən maddə olan preqabalini o, məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə əldə edib üzərində daşıyaraq saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə, onun 2-ci qrup əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 240.3.2-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 04 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 98- 103). Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 02 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 14,990 qram narkotik vasitə heroin, 236,502 qram narkotik vasitə heroin, 52,390 qram psixotrop maddə metamfetamin, 660 ədəd preqabalin kapsulu və 02 ədəd elektron tərəzi məhv edilməlidir. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, yaşadığı evinin həyətindəki yarımtikiliyə baxış və götürmə istintaq hərəkətinin videogörüntüyə alındığı 02 DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması barədə məhkəmə-narkoloji ekspertizasının rəyi ilə əlaqədar aşağıdakıları bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-sosial Ekspertiza və Sosial Reabilitasiya Xidmətinin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının verdiyi 26.02.2016-cı il tarixli arayışın surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 27.01.2016cı il tarixdə “Şizofreniya paranoid forma natamam remissiya” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İş üzrə məhkəmə-narkoloji ekspertizasının rəyində isə bu hal ümumiyyətlə öz əksini tapmamışdır. Qeyd edilən halları, habelə məcburi müalicə nəticəsində gələcəkdə baş verə biləcək mümkün fəsadları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin etməni məqsədəuyğun hesab etmir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səkən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Çingiz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Çingiz oğluna təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Çingiz oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Çingiz oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 14,990 qram narkotik vasitə heroin, 236,502 qram narkotik vasitə heroin, 52,390 qram psixotrop maddə metamfetamin, 660 ədəd preqabalin kapsulu və 02 ədəd elektron tərəzi məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə keçirlmiş şəxsi axtarış və götürmə, yaşadığı evin həyətindəki yarımtikiliyə baxış və götürmə istintaq hərəkətinin videogörüntüyə alındığı 02 DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Çingiz ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səkən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs Çingiz oğluna isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-784/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-784/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver