Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-784/2024 05.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:20 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi - “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, yaşadığı və təhsil aldığı Türkiyə Respublikasının Kayseri şəhərindən tanıdığı, dostluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs1 tanışı - şəxsiyyəti istintaqa məlum olmayan qeyrisinin cinayət törətməsinə görə Polşa Respublikasında problemlərinin yaranması səbəbindən istənilən bir yolla Türkiyə Respublikasına qayıtmasına köməklik göstərməsi üçün Zərərçəkmiş şəxs1 ona müraciət etməsindən istifadə edərək, külli miqdarda əmlak əldə etmək məqsədi ilə 2023-cü ilin aprel ayında Kayseri şəhərində qeyd olunan şəxslə bağlı mümkün araşdırma zamanı sonuncu ilə əlaqədə olmasına görə Zərərçəkmiş şəxs1 hüquq-mühafizə orqanlarında problemlərinin yaranmaması və ya onların həlli üçün özünün Türkiyə Respublikası ərazisində bütün hüquqi məsələləri ilə məşğul olan etibarlı vəkil tanışı vasitəsilə həll edilməsini yalandan təklif etmiş, Zərərçəkmiş şəxs1 inanaraq vəkillə bağlı bu təklifini qəbul etmiş və Təqsirləndirilən şəxs onu aldadaraq bu məsələlərin həlli üçün vəkilə 68000 manata ekvivalent olan 40000 ABŞ dolları pul ödənilməli olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 bu barədə anası Zərərçəkmiş şəxs2 məlumat vermiş, sonuncu 26 aprel 2023-cü il tarixdə yaşadığı ünvan 2 ünvanda Təqsirləndirilən şəxs ilə görüşmüş, aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək niyyətini başa çatdırmaq üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldadaraq yaranmış vəziyyətlə bağlı araşdırmaya vəkilin vasitəsilə müdaxilə olunması zərurətinə və vəkilə ödəniləcəyi adı ilə ona külli miqdarda pulun verilməli olmasına inandırmış, ələ keçirməyə cəhd etdiyi külli miqdarda əmlakın – 68000 manat pulun 2000 manatının Zərərçəkmiş şəxs2 tərəfindən 26 aprel 2023-cü il tarixdə saat 21:53 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən “Bravo” supermarketində quraşdırılmış “E-manat” terminalı vasitəsi ilə onun **********837727 nömrəli “Express bank” kartına köçürülməsinə nail olaraq həmin məbləği ələ keçirmiş, bundan sonra vəkillə məsləhətləşən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldanıldıqlarını başa düşmüş və daha sonra - 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan əməlinin davamı kimi Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində «Qələbə» dairəsində yerləşən “Baku Mall” Ticarət Mərkəzindəki “Mado" restoranında Zərərçəkmiş şəxs1 üzərində “etibarsızdır” yazıları olan 100 ədəd ümumilikdə 10000 ABŞ dollarına bənzər oyuncaq pulları həqiqi pul kimi bilərək almış və qeyd olunan restorandan çıxarkən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş hədə-qorxu ilə tələb etmə ittihamı üzrə təqsirli bilməyərək göstərdi ki, 2014-cü ildən etibarən Türkiyə Respublikasının Kayseri şəhərində kirayədə yaşamış, orada fərdi şəkildə ticarətlə, azərbaycanlı tələbələrin sənəd qəbulu, yataqxana və digər problemlərinin həlli ilə məşğul olmuşdur. 2018-ci ildə o, Türkiyə Respublikasında Erciyes Universitetinin tibb fakültəsinə qəbul olunmuş Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 Kayseriyə hər iki valideyni ilə gəlmiş, onun valideynləri ilə də yaxından tanış olmuşdur. Sevincin Kayseridə universitetdə qeydiyyat məsələlərinə köməklik göstərmişdir. Həmçinin Kayseri şəhərini yaxşı tanıdığından Sevincə ev kirayələməsində, sığorta məsələlərində də yardım etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs1 ilə aralarında çox yaxşı münasibətlər yaranmış, sonralar da Sevinclə arabir telefonla danışıb hal-əhval tutmuşdur. Özü Türkiyədə olan işləri ilə bağlı lazım olan hallarda daimi hüquqi yardım göstərməsi üçün Feyzi Başer adlı vəkillə müqavilə bağlamışdır. Həmin vəkil bir neçə fərdi ticarətlə məşğul olan şəxslərə də hüquqi yardım göstərmişdir. 23 aprel 2023cü il tarixdə Sevinc onunla əlaqə saxlayaraq tanışı olan Kaan, ya Hakan adlı şəxsin Polşa Respublikasında qaçaq həyatı sürdüyünü, işlədiyi iş yerində müdiri ilə dalaşdığını və buna görə onun polis tərəfindən saxlanılacağını demiş, həmin tanışının Türkiyə Respublikasına gəlməyinə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Danışıqdan bu şəxsi gözləyə bilən həbs cəzası barədə və sair məqamlarla bağlı məlumatlar da eşitmişdir. Ona görə də Sevincə uzunmüddətli həbs cəzası olan bir şəxsin işinin fərqli məsələ olduğunu demişdir. Sonra Sevinc onun istifadə etdiyi mobil telefonun nömrəsini Kaana vermiş və Kaan onunla əlaqə saxlayaraq təhlükədə olduğunu və polis tərəfindən tutulacağını bildirmişdir. O, Kaandan səbəbini soruşduqda sonuncu qanunsuz qaçaq silah alverçisi olduğunu demişdir. Bu sözlərdən sonra o, Kaandan özünün işləri barədə Sevincin xəbəri olubolmamasını soruşmuş, Kaan da Sevincin onun vəziyyətindən xəbərdar olduğunu bildirmişdir. Danışıqları zamanı həmin şəxsə köməklik edə bilməyəcəyini bildirmiş və bir daha onu narahat etməməsini xahiş etmişdir. Sonra Sevinclə əlaqə saxlayıb həmin şəxsdən uzaq durmağını və dərhal da telefonunda onun nömrəsini bloklamasını məsləhət görmüşdür. Aralarındakı söhbət zamanı Sevincin özü də həmin tanışının işləri ilə bağlı məlumatlı olduğunu etiraf etmişdir. Belə bir şəxslə telefon danışığı olması faktına görə sonradan mümkün araşdırma zamanı problemlə üzləşməməsi üçün özünü sığortalamaq məqsədi ilə 28 aprel 2023-cü il tarixdə Kayseri şəhərində vəkili Fevzi Başerdən xahiş etmişdir ki, könüllü olaraq onun adından Kayseri prokurorluğuna məlum telefon əlaqəsi barədə izahat versin, əlaqə yaratmalarının səbəbi barədə bildirsin, həm də danışıqdan öncə Kaanın əməlləri ilə bağlı məlumatsız olmasını qeyd etsin. Sonra özü öz təşəbbüsü ilə Sevinclə əlaqə saxlayıb ona bu barədə məlumat vermiş və əgər istəyirsə problem olmaması üçün ona da vəkil tutmasını, tutulacaq vəkilin lazım olanda onun adından Kayseri prokurorluğunda iştirak etməsini təklif etmişdir. Sevinc narahat olmuş və problemin həlli üçün vəkil tutulmasına razılaşmış, məsələnin həllinə köməklik göstərməsini ondan xahiş etmişdir. O da öz növbəsində vəkillə danışmış və Sevincə dönərək bu işə görə vəkilə 40000 ABŞ dolları pul ödənilməli olmasını bildirmişdir. Bu rəqəm ilk baxışdan böyük görünə bilsə də Türkiyədə vəkillər əslində çox böyük məbləğlərdə müqavilələr bağlayırlar. Ona görə də qeyd olunan rəqəm orada adi bir məbləğ kimi görünür. Bununla bağlı Sevinclə, onun anası Səidə xanımla aralarında xeyli danışıqlar olmuş, nəhayət, öncədən vəkilə vermək üçün Sevincin anası Səidə köçürmə yolu ilə ona 2000 manat pul göndərmişdir. Amma onların təklif olunan pulu vermək istəmədiklərini və onun dediyi məbləğdə pulları olmadığını görüb, həm də özünün o ərəfədə başqa ölkəyə səfərə getməsi ilə əlaqədar 29 aprel 2023-cü il tarixdə Sevincin anası Zərərçəkmiş şəxs2 göndərdiyi pulun geri qaytarılması üçün bank kartı istəmişdir. Sevinc isə növbəti gün anasının kart atacağını və onunla özünün görüşəcəyini bildirmişdir. 29 aprel 2023-cü il tarixdə Sevinclə Bakıda “Qələbə dairəsi”ndəki “Mado” restoranında görüşmüş və söhbət əsnasında Sevinc ona vəkilə təqdim etməsi üçün içərisində 10000 ABŞ dolları pul olduğunu bildirdiyi ağ kağız bükülünü vermişdir. O, həmin bükülünü ümumiyyətlə açmamış və içərisinə baxmamış, pulları saymamışdır. Sevinclə birlikdə həmin restorandan çıxan anda onu polis əməkdaşları saxlamış və Yasamal rayon Polis İdarəsinə aparmışlar. İdarədə onunla aparılan söhbətlər zamanı əməliyyatçılar oyuncaq pulun Sevinc tərəfindən ona verilməsi əməliyyatını özlərinin təşkil etdiklərini bildirmişlər. Baş vermiş bütün bu proseslərin gedişində o heç bir halda nə Sevincdən, nə də anası Səidədən pul tələb etməmişdir, bu şəxslərə heç bir halda hədə-qorxu gəlməmişdir. Hansısa rüsvayedici məlumatların yayılmasından ümumiyyətlə söhbət belə gedə bilməz. O, Sevinc barədə belə bir məlumata malik deyil. Bütün danışıqları zamanı o problem yaranacağı halda onun əvəzindən vəkilin çıxış edə biləcəyini, bunu istədikləri təqdirdə isə vəkilə pul ödəməli olduqlarını bildirmişdir. Sevincin anasının ondan xəbərsiz şəkildə yazaraq istintaqa təqdim etdiyi onunla olan danışıqlarına diqqətlə qulaq asıldıqda bütün mənzərə aydın görünür. Baş vermiş hadisəyə görə peşmandır. Aldığı 2000 manat pulun 1000 manatını valideynləri ibtidai istintaq vaxtı geri qaytarmışlar. Qalan 1000 manatı isə maddi imkansızlıq səbəbindən hələ də qarşı tərəfə ödəyə bilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Rasim qızı göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildə Türkiyə Respublikasında ilk dəfə ali məktəbə daxil olduğu zaman Kayseri şəhərində universitet sənədləşməsi ilə bağlı, yəni qeydiyyat işlərini görərkən ailəsi ilə birlikdə tanış olmuşlar. Əlixan orada azərbaycanlılara və xarici vətəndaşlara belə işlərdə köməklik göstərməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs onun ailəsi və özü ilə münasibəti yaxşı olmuş, aralarında heç bir anlaşılmazlıq olmamışdır. Tanışlıqdan sonrakı dövrlərdə illər boyu Əlixan ona tez-tez iş, təqaüd proqramları, habelə öz şirkətində iş və sair təkliflər etmişdir. Amma o, bunların heç birini qəbul etməmişdir. Ən son olaraq tərcüməçi işlədiyi iş yerində müəyyən problem yaranmışdır. Belə ki, iş yerində Hakan adlı şəxslə tanış olmuş, tanışlıqlarından cəmin bir gün sonra Hakan Polşaya getmişdir. Hakan sonradan ona Polşadan zəng edib iş yerində müdirlə dalaşıb onu bıçaqladığını, həmçinin anasının xəstə olduğunu, Polşadan Türkiyəyə gəlmək istədiyini demişdir. Əlixanın logistika şirkətində işlədiyini bildiyi üçün, həmçinin nə kömək lazım olsa ona deməsini bildirdiyi üçün Əlixana zəng etmiş, Hakanın məsələsi ilə bağlı ondan kömək istəmişdir. Əlixan da Hakanla danışıb məlumat verəcəyini demişdir. Əlixan Hakanla telefonla danışdıqdan sonra ona Hakanın nömrəsini bloka atmasını məsləhət görmüş, həmçinin özünün də Hakanın nömrəsini bloka atdığını, Hakanın qara əməllərlə məşğul olduğunu bildirmişdir. O da Hakanın nömrəsini blok etmişdir. Əlixan ona Hakanın “İnterpol” tərəfindən axtarıldığını, onun başının bəlada olduğunu, Hakanla necə tanış olduğunu soruşmuşdur. Rəfiqəsi Gizem isə Hakanı daha yaxşı tanımışdır. Bu tanışlıq barədə də Əlixana demişdir. Əlixan da “Gizem türkdür, sən azərbaycanlı olduğun üçün deport olacaqsan” demişdir. Əlixan 50 min dollar müqabilində bu işdə ona kömək etməyi təklif etmişdir. Əlixan ona mütləq Bakıya gəlməli olduğunu bildirmişdir. Əlixan özü Bakıda olmuş, özü hətta onun üçün Bakıya bilet almaq da istəmişdir. Əlixan ona zəng edib “vəkillə danışdım, sənin çarən qalmayıb, oturub gözləyəcəksən, yaxşı halda institutdan qovulub deport ediləcəksən, pis halda 8-12 il müddətə həbs ediləcəksən” demişdir. Əlixan ona bu barədə heç kimə, həmçinin polisə deməməyini tapşırmışdır. O, məsələni açıb anasıgilə danışmış, anası Əlixanla Bakıda görüşmüşdür. Əlixan onlardan bu işi həll etmək üçün 40 min dollar pul istəmiş, o da bu qədər pullarının olmadığını, evlərini satsalar bəlkə düzəldə biləcəyini demişdir. Əlixan isə “dərhal 2 günə ödəməlisən, mən başqa ölkəyə getməliyəm” demiş, 20 min dolları nağd, qalan 20 min dolları isə 6 aya ödəməyi anasına təklif etmişdir. Əlixan ona “anan 20 min dollar ödəsin, sonra sən Bakıya gələndə qalan 20 min dolları öz aramızda həll edərik” deyə bildirmişdir. O, Əlixandan necə həll edəcəyini soruşmuş, Əlixan isə “öz aramızda 1-2 saata həll edərik” demişdir. O, bunun nə demək olduğunu, yəni əxlaqsız təklif olduğunu başa düşmüşdür. Sonra anası polisə şikayət etmiş, onun Bakıya gəlməyini qərarlaşdırmışlar. Əlixan onun Bakıya gəlməyi üçün anasından 2000 manat pul tələb etmişdir. Əlixan “Sevincin problemi olacaq, gələ bilməyəcək” demiş, anası da Əlixanın kartına həmin pulu atmışdır. X5 rayonunda yerləşən “Mado” restoranında görüşmüşlər. O, Əlixanın səsini yazmış, sonuncuya saxta pul vermiş, anası da həmin vaxt çəkiliş etmişdir. Sonra Əlixan polislər tərəfindən tutulmuşdur. Zərərçəkmiş şəxs1 Rasim qızı məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, “Mado” restoranında görüşəndə onları anası kənardan çəkmişdir. Əlixana saxta pulları vermişdir, həqiqi pulları olsa idi onları verəcəkdilər. Bu oyuncaq pul ideyası anasına məxsus olmuşdur. Əlixan ona “Bakıya gələndə mənim evimdə qal, ancaq evdəkilərin xəbəri olmasın” demişdir. Yaxın günlərdə həmin Hakan ona “Teleqram”da “sən niyə məni bloklamısan” deyə mesaj atmışdır. İlk dəfə oxumağa gedəndə Əlixanla tanış olmuşdur, bütün Türkiyədə oxuyan azərbaycanlı tələbələr problemlərinin həlli üçün Əlixana müraciət edirlər. Hakanın anası xərçəng xəstəsi olması səbəbindən ona ürəyi ağrımışdır. Hakanın müdirini niyə bıçaqladığını bilmir. O, Hakanın polisdən gizlənmək üçün saxta pasport aldığını, bu yolla polisdən gizləndiyini deməmişdir. Saxta pul verənə qədər o, özü Yasamal rayon Polis idarəsinə getməmiş, ancaq buna qədər anası polisə müraciət etmişdir. “Mado” restoranında polis əməkdaşları olmamış, polislərin harda olduğunu bilməmiş, onlar kafedən çıxanda polislər Əlixanı tutmuşdur. Türkiyədən çıxarılmanın yalnız Türkiyənin rəsmi dövlət orqanları tərəfindən həyata keçirilə bilindiyini Əlixandan eşidib bilmişdir. Universitetdən isə o ancaq universitet rəhbərliyi, dekan tərəfindən xaric edilə bilərdi. Əlixanın ona qarşı bir qadın kimi simpatiyasını 2020-ci ildən etibarən hiss etmişdir, amma o bu münasibəti istəmədiyindən Əlixanla əlaqəni kəsmişdir. Əlixan onun anasından aldığı 2000 manat pulun 1000 manatını qaytarmışdır, qalan 1000 manatın da qaytarılmasını istəyir. Qalan pulu qaytarsa belə Əlixandan şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, qızı Zərərçəkmiş şəxs1 2018-ci ilin yay ayında Türkiyə Respublikasının Kayseri şəhərində yerləşən Erciyes Univerisitetinin tibb fakültəsinə daxil olmuşdur. Həmin ilin sentyabr ayında onlar universitetdə sənədləşmə aparılması üçün həyat yoldaşı Şahid ilə birlikdə Kayseri şəhərinə getmiş və orada işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Əlixan onlara universitetdəki sənədləşmə işlərində köməklik etmişdir. 2023-cü ilin aprel ayında qızı Sevinc ona zəng edərək problemi olduğunu bildirmişdir. Ondan nə məsələ olduğunu soruşduqda Sevinc Əlixanın onlarla gəlib Bakıda görüşərək hər bir şeyi danışacağını demişdir. Əlixan həmin vaxt Bakı şəhərində olmuşdur. Əlixan ona zəng etmiş və yaşadıqları evə gəlmişdir. Evdə Əlixan onlara Sevinclə bağlı baş verənləri danışmış, qızı Sevincin Hakan adlı cinayətkar şəxslə görüşməsinə görə universitetdən çıxarıla biləcəyini demişdir. O, Əlixandan bu məsələnin necə həll oluna biləcəyini soruşduqda Əlixan narahat olmamasını xahiş edib vəkilin köməkliyi ilə bu məsələni həll edəcəyini bildirmişdir. Əlixan bununla əlaqədar adam tapacağını və onlara bu məsələni necə həll edəcəyini bildirəcəyini demişdir. Ertəsi gün Əlixan ona zəng edərək bu məsələnin çox yüksək məbləğə həll olunacağını bildirmişdir. Əlixan ona dayısının yüksək vəzifələrdə işlədiyini, narahat olmamağını və tez bir zamanda qızı Sevincin işini həll edəcəyini bildirmişdir. Əlixan yüksək vəzifəli şəxslər vasitəsilə bu məsələni 50000 ABŞ dollarına həll edəcəyini demişdir. Bundan sonra Əlixan dəfələrlə zəngləşərək pul istəmişdir. O, Əlixana bu pulun çox böyük məbləğdə olduğunu və həmin pulu tapa bilməyəcəyini bildirmiş, pul tapmaq üçün möhlət verməsini xahiş etmişdir. Qızı Sevincin bu məsələsi ilə bağlı vəkil Nümayəndə ilə görüşüb danışmış və vəkil onu dinlədikdən sonra Əlixanın onları aldatdığını bildirmişdir. Bundan sonra növbəti dəfə Əlixandan zəng gələndə telefon danışıqlarını videoya çəkmişdir. 2023cü ilin aprel ayının 27-də qızı Sevincə Türkiyədən Bakıya gəlməsi üçün bilet almışlar. Ayın 28-də sessiya başlamış, qızı sessiyaya girmədiyi üçün bir ilin haqqı da itmişdir. Axşam Əlixan telefonla ona “20000 pulu indi verin, evinizi satandan sonra 6 ay müddətində hissəhissə qalan pulu ödəyərsiniz” demiş, o da “bəs mən necə qızımı oxutdurum?” deyə bildirmişdir. Daha sonra Əlixan qızının Bakıya gələcəyini biləndə Sevinc aeroportdan keçə bilsin deyə karta 2000 manat pul ödəməli olduğunu, əks halda Sevincin aeroportda saxlanacağını demişdir. O da həmin axşam evlərinin yanında yerləşən “Bravo market”dəki terminaldan həmin pulu Əlixanın kartına köçürmüşdür. Sevinc Bakıya gələndən sonra birlikdə Yasamal rayon Polis İdarəsinə gedib ərizə yazmışlar. Əlixan 20000 manat pul tələb etdiyindən evdən yalançı pulu da götürmüşdür. O, pulları polisə şikayət etməmişdən əvvəl alıb hazırlamışdır. Onlar “Baku mall”da “Mado” restoranında Əlixanla görüş təyin etmişlər. X8 daha tez gedib çay sifariş etmiş, Əlixanın səsini yazmaq üçün telefonu stolun üstünə qoymuşdur. Görüş zamanı qızı Sevinc yalançı pulları Əlixana vermiş, Əlixan isə nə qədər pul olduğuna açıb baxmamışdır. Həmin görüşdən sonra “Mado” restoranından çıxanda Əlixanı polislər tutmuşlar. Sonra bu məlumat sosial şəbəkədə yayılmış, qızına onu universitetdən xaric edəcəklərini demişlər. Hal-hazırda isə qızı Türkiyədə qəbul olunduğu həmin universitetdə eyni qaydada təhsilini davam etdirir. Zərərçəkmiş şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, 2000 manat pulu qorxduğu üçün Əlixana göndərmişdir. Əlixan bu pulu öz vəkilinə verəcəyini, vəkilin işləməyə başlayacağını, o zaman qızının aeroportdan keçə biləcəyini demişdir. Əlixan 2000 manat pulu bilet alındıqdan sonra tələb etmişdir. Əlixan 2000 manat pulu istəyəndə qızı Sevinc hələ Türkiyədə olmuşdur. Əlixanın vəkilinin kim olduğunu bilmir. Həqiqətən qızı Sevinc hələ Bakıya çatmamış Əlixan ondan kart atmağını, 2000 pulu geri qaytaracağını demişdir. Amma o, qızı Sevinc hələ Bakıya çatmadığı üçün pulunu geri qaytarması məqsədilə kartı Əlixana göndərməmişdir. Oyuncaq dollarlar olan bağlamanı Əlixanla pul söhbəti başlayanda almışdır. Əlixana həmin gün pul verəcəyi barədə polisə heç nə deməmişdir. Saxta pulu verməklə Əlixana qarşı sübut əldə etməyi planlaşdırmışdır. İnterpolda axtarışda olan Hakan adlı şəxsin özünü tanımır, Sevincin ona bildirməsinə görə o şəxsin anası azərbaycanlıdır, Hakanla Sevincin şəxsi münasibəti olmayıb, tətildə 1-2 gün bir yerdə işləmişlər, ondan sonra münasibətləri olmamışdır. Sadəcə qızı Əlixan bəydən xahiş etmişdir ki, sonuncu Hakanla danışsın, əgər problemli işdirsə həllini boynuna götürməsin. Hal-hazırda Əlixandan şikayətçidir. Əlixanın atası üzr istəyərək 2000 manatın 1000 manatını ödəmişdir, qalan 1000 manat isə hələ də ödənilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, hadisə baş verən ərəfədə bu məsələni həyat yoldaşı və qızı bir neçə gün ondan gizlətmişlər. Sonradan məsələ barəsində məlumatı olmuş və qızı Sevinclə əlaqə saxlamışdır. Qızı stresli şəkildə, ağlayaağlaya ona həqiqətən belə bir hadisə baş verdiyini, universitetdən qovula biləcəyini, həm də cinayət məsuliyyətinə cəlb oluna biləcəyini demişdir. Ondan bunu kimin dediyini soruşanda Əlixanın dediyini bildirmişdir. Onlar Əlixanı uzun müddətdir ki, tanıyırlar. O, qızından Əlixanla necə əlaqə saxlaya biləcəyini soruşduqda qızı bu məsələni anasına dediyini, anasının Əlixanla görüşməli olduğunu demişdir. Əlixan elə həmin gün onların yaşadığı evə gəlmiş və birlikdə əyləşib söhbət etmişlər. O, Əlixana belə bir şey ola bilməyəcəyini demiş, Əlixan isə vəkillə danışdığını, bu işin ağır olduğunu, Sevincin axtarışda olan bir şəxslə yazışdığını, özünün isə Türkiyədə tanınan bir adam olduğunu, bu məsələnin onun işinə xələl gətirə biləcəyini bildirmişdir. O, Əlixandan bu işə necə müdaxilə etdiyini soruşmuş, Əlixan isə Sevincin ondan xahiş edərək “Əlixan əmi, belə bir adam var, o səninlə danışmaq istəyir, icazə verirsinizsə, sizin nömrənizi ona verim” dediyini bidirmişdir. Əlixan vəkili ilə araşdırdığını, həmin adamın “İnterpol”da axtarışda olan bir cinayətkar olduğunu, onunla əlaqə saxlanılmasının çox ağır bir iş olduğunu, öz vəkilinin yazılı şəkildə rəsmi müraciət edəcəyini, onların da bu məsələ ilə bağlı rəsmi müraciət etməli olduqlarını bildirmişdir. Həmin ərəfədə çox stress keçirmiş, hətta hirsindən “çıxarırlar, çıxarsınlar” demişdir. Sonradan səhhəti ilə bağlı Əlixanla çox danışmamış, həyat yoldaşı Səidə Əlixanla görüşmüşdür. O, ikinci dəfə Əlixanla metronun “İnşaatçılar” stansiyasının yanında maşında görüşmüş, Əlixana “mənim səhhətim problemlidir, mən dünyagörmüş adamam, gedək Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna, hüquqmühafizə orqanlarına müraciət edək” demişdir. Əlixan isə qəti şəkildə etiraz etmiş, bu işin Türkiyənin hüquq-mühafizə orqanlarının səlahiyyətində olduğunu, səfirliyə də müraciət etdiyini, Daxili İşlər Nazirliyində dayısının yüksək vəzifədə olduğunu, onunla da məsləhətləşdiyini, onun da bu işdən yan keçdiyini bildirmişdir. O, Əlixana bu halda qızı Sevincin özünün müraciət etməli olduğunu demiş, Əlixan isə yenə razı olmayıb bu hadisə yayılarsa onun işinə xələl gələcəyini, bu işi özünün həll etməli olduğunu bildirmişdir. Əlixandan işi necə həll edəcəyini soruşduqda sonuncu bunun üçün yüksək məbləğ lazım olduğunu, amma onlar tanışdılar deyə hörmət edəcəyini və bu işi təxminən 50000 dollara həll edəcəyini, vəkil tutacağını, vəkilin həm onun özünün, həm də onların işini həll edəcəyini, sadəcə universitetdən çıxarılma məsələsinin həllinin bir müddət çəkəcəyini, çünki artıq universitetdə xəbərin yayıldığını bildirmişdir. O, dəqiqləşdirmək üçün qızına zəng etmiş, qızı isə “hə ata, mənə basqı ediblər” demişdir. O, Əlixana onda bu qədər pul olmadığını demiş, səhəri gün Əlixan “mən artıq danışmışam, bu iş 40000 ABŞ dollarından aşağı həll olan deyil, birinci 20000 verəcəksiniz, iş həll olunacaq, daha sonra 20000 daha verəcəksiniz” deyə bildirmişdir. O isə Əlixana “məndə pul yoxdu, sən mənim evimi görmüsən, mən maklerlə danışmışam, evi satışa çıxarmışam, gəlib mənə deyiblər ki, bu evə o qədər pul verən yoxdu” demişdir. O, Əlixana “uşağın özü gəlsin” demiş, Əlixan isə “yox olmaz, uşaq evdən mənim icazəm olmadan çıxmamalıdır, çıxsa onun qolunu qandallayıb aparacaqlar” bildirmişdir. Qızı isə “ay ata, niyə belə edirsiniz, onun əlindən gəlməyən iş yoxdur, bu işi o həll etməlidir” deyə bildirmişdir. Bundan sonra onun Əlixanla nə telefonla, nə də üzbəüz əlaqəsi olmamışdır. Hadisənin qalan hissəsindən səhhəti ilə bağlı xəbəri olmamış, arada evdə bununla bağlı söhbət olanda eşitmişdir. Şahid məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Əlixan ona “Express Bank”a aid kartı göndərərək həmin karta 2000 manat göndərməklərini, həmin pulu vəkilə verəcəyini, vəkilin Sevincin müdafiəsini boynuna götürəcəyini demişdir. Həyat yoldaşının Əlixana yalançı 10000 ABŞ dolları verməsi məsələsindən sonradan xəbəri olmuşdur. O, Əlixanı 2018-ci ilin sentyabrın ayının ya 7-si, ya da 8-dən tanımış, onunla universitetdə tanış olmuşdur. Orada sənədləşmələrlə bağlı Azərbaycandan gələn tələbələri üç nəfər azərbaycanlı müşayiət etmiş, Əlixan da orada olmuşdur. Əlixan ona onların özlərinin Türkiyədə vəkil tuta bilməyəcəyini, bunun mümkün olmadığını, Əlixanın vəkilinin bu işi aparacağını, onların sadəcə pul verməli olduğunu bildirmişdir. O, bu hadisəni eşidən kimi qızına zəng etmiş, qızı isə həmin şəxsin “İnterpol”da axtarışda olmasını bilmədiyini, təsadüfən tanış olduğunu, həmin şəxsin anasının da azərbaycanlı olduğunu, aralarında münasibət yarandığını, daha sonra onu görmədiyini demişdir. Həmin şəxs oradakı işin onu qane etmədiyini, dostları ilə Avropaya gedəcəyini demişdir. Həmin şəxs Londonda yaşamış, zəng edərkən anasının xəstə olduğunu, amma polisdə axtarışda olduğunu, gələ bilmədiyini demişdir. Sevinc də onun gələ bilməsi üçün yol tapmaq istəmişdir. Yalançı pul məsələsi ona görə ortaya çıxmışdır ki, o günlərdə Əlixan Qırğızıstana, ya da Qazaxıstana gedəcəyindən onu tutdurmaq üçün lazım olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmələr zamanı zərərçəkmiş şəxslər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 63-67,140-143). Baxış keçirilməsi haqqında 30 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Ə.Əhədov küçəsindəki “Bravo market”də yerləşən “E-manat” terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərdiyi hesaba 2000 manat pul göndərdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 52-55). Sənədə baxış keçirilməsi haqqında 14 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş əşya 100 ABŞ dollarına bənzər oyuncaq pullardır. Həmin oyuncaq pulun ön hissəsinin sol tərəfində qırmızı yazı ilə “ETİBARSİZDİR” yazısı yazılmışdır. Pulun üzərində “one hundurd dollars X10 of America” sözləri yazılmışdır. Bundan başqa nömrə yerində “LB 99000999 İ” seriya qeyd edilmişdir. Orta hissəsində tünd göy rəngli düzünə xətt vardır. Arxa hissəsində isə sağ tərəfdə qırmız hərflə hissəsində tünd göy rəngli düzünə xətt vardır. Arxa hissəsində isə sağ tərəfdə qırmızı hərflə “ETİBARSİZDİR” yazısı, “X10 of America, İn God WE X11 Dollars” və “100” yazıları yazılmışdır. Həmin pulların sayı 100 ədəddir və hamısı eyni üsulla işarələnmişdir (cild 1, iş vərəqə 106-107). Götürmə və baxış keçirilməsi barədə 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd DVD diskə baxış zamanı 04 ədəd videogörüntünün olduğu müəyyən edilmişdir. Birinci video 1 dəqiqə 31 saniyədən ibarətdir. Həmin görüntüdə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs masa arxasında əyləşmişlər. Videogörüntüdə onların söhbət etməsi və söhbət zamanı Zərərçəkmiş şəxs1 özünə məxsus qara rəngli çantadan ağ rəngli kağıza bükülmüş oyuncaq pulları Təqsirləndirilən şəxs verməsi müəyyən olunmuşdur. İkinci, üçüncü və dördüncü fayllarda Təqsirləndirilən şəxs məxsus +90***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 arasında dialoqların olması müəyyən edilir. Zərərçəkmiş şəxs2 pul tapmaq üçün evini satmaq istədiyini, lakin evinə az pul verildiyindən satmaq istəmədiyini, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 işinin həlli üçün minimum 20000 ABŞ dollara danışdığını bildirmişdir. Zərərçəkmiş şəxs2 isə əlində 5000 manat pul olduğunu, Təqsirləndirilən şəxs isə həmin pulu özünün də tamamlaya biləcəyini, yerdə qalan pulu isə sonra ona verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 bu məsələnin həlli üçün bir az vaxt istədiyini, Təqsirləndirilən şəxs isə özü pul qoyduğunu və daha sonra onlar tərəfindən qaytarılacağını bildirmişdir (cild 1, iş vərəqə 110-112). Mobil telefona baxış keçirilməsi haqqında 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 13Pro” markalı mobil telefona baxış zamanı "WhatsApp” sosial tətbiqinə daxil olduqda Sevinc adlı şəxsə aid +90 ***-***-**-** saylı mobil nömrə ilə yazışmalar aparılması müəyyən edilmişdir. Həmin mesajlarda X3 adlı şəxslə danışdığından böyük problemlə üzləşəcəyini və ona kömək etmək üçün öz vəkili ilə danışacağını bildirmişdir. Bundan sonra Sevinc Təqsirləndirilən şəxs vəkilin nömrəsini ona atmağını istəmiş, lakin həmin şəxs vəkilin onunla danışmaq istəmədiyini və onun vasitəsi ilə danışacağını və ona köməklik edəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “Bir də Ankarayacan gəlməyə pulun varmı? Yoxdursa pul göndərim sənə irdə baqajın olacaq ya yox?, Sevinc mən səndən cavab gözləyirəm”, “Mən vəkillə danışdım Sevinc dedim ki, mən Sevinci gətirim həl edək. O mənə dediki boş boşuna özüvüzü yormayın. Universitet onu çıxardacaq. Özüvü yormayın. Mən özümdə çıxılmaz vəziyyətdə qalmışam. İndi vəkilnən yenə danışacam görüm necə həl edirəm”, “Sevinc ailənlə danışdım heç bir narahatçılığa səbə yoxdur. Səni qısa zamanda Azərbaycana gətirəcəyik. Ailən çox yaxşı İnsanlardı. Sən heç bir şeydıən narahat olma”, “Sevinc məni səni heçnədə ittiham eləmirəm. Sən nə deyirsən ocürdü. Mən onuszda vəkilimə hər şeyi demişəm, inşallah sənin üçün hər şey yaxşı olar”, “Mən bununla əlaqədar mən ananlada danışdım və hətda dedim ki mən verməyədə hazıram. Özün bilərsən”, “Sevinc sənin ailən ümumilkdə mənə 50000 manat pul verməlidirlər bu iş üçün. Mən sənə demişdinki, əgər tapmırsısza mən qoyum” məzmunlu, Zərərçəkmiş şəxs1 isə “aaa mən eləbildim 50000 dollar vso anladım inşallah bu iş həll olunar” məzmunlu mesajlar göndərmişdir. Bundan başqa “Ramiz.DR” adlı şəxsə aid +99***-***-**-** saylı mobil nömrə ilə danışıqlar zamanı “Əlixan bəy sabah inşaliah sizə 2000 manaı verəcəm ki, vəkil məsələsini həl edin” məzmunlu mesajın göndərildiyi, buna cavab olaraq “bu gün karta ata bilərsiniz? çünki o sabah tezdən savcılıqda olacaq mən bu gün onun hesablna atım deyə” mesajın, bundan sonra isə kart şəkilin göndərilməsi müəyyən edilmişdir. Bundan başqa “Sevincin anası” adlı mesajlara daxil olduqda Təqsirləndirilən şəxs “Xanım xahiş edirəm mən Qırğıztana gedəcəyəm mənə kart atın boş vaxtım olanda sizə geri göndərim pulu sonra üstümdə qalmasın” məzmunlu mesaj göndərdiyi, Zərərçəkmiş şəxs2 isə cavab olaraq “Axşamın ceyir, Sevincin halı yaxşı deyil sabah səhər vaxt tapıb sizinlə danışarıq” məzmunlu mesaj göndərdiyi, xx.xx.2023-cü il tarixdə 21:53:51-də 1990 manat məbləğin gəldiyini və xx.xx.2023-cü il tarixdə 22:16:50-də 1900 manat pulu digər karta keçirilməsi müəyyən edilmişdir. Əlixan Məhərrəməli həmin pulu borcu ilə əlaqədar göndərdiyini bildirmişdir (cild 1, iş vərəqə 119-132). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 95). Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqları və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqları və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 125-ci maddəsində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Telfner Avstriyaya qarşı» işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittiham əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. «Berbera, Messege və Habordo İspaniyaya qarşı» işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirlən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ özündə tərəflərin bərabərliyi, çəkişməli məhkəmə prosesi və sair prinsiplərlə yanaşı, həmçinin məhkəmə qərarlarının əsaslandırılması prinsipini ehtiva edir. Bu prinsipə əsasən məhkəmələr qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidirlər («Papon Fransaya qarşı iş»). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı «Bratyakin Rusiyaya qarşı», «Fadin Rusiyaya qarşı», «Lenskaya Rusiyaya qarşı» və «Radçikov Rusiyaya qarşı» işlər üzrə qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 25-ci maddəsinə görə hakimlər ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər, cinayət işlərini və cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 28-ci maddəsində göstərilir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxılmalıdır. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedura daxilində tətdiq edilənədək sübut və digər mateirallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsi). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Azərbaycan Respublikası CPM-nin 391.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət edilməsi və bununla da, işin ədalətli həll məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məkhum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə, təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi ilə bağlı gəldiyi nəticə əsassızdır. Belə ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, «... o, tamah niyyəti ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaqla özgənin əmlakını hədəqorxu ilə tələb etmişdir…» Əvvəla, irəli sürülmüş bu ittiham mahiyyət etibarilə müvafiq tövsifedici əlamətlə hədə-qorxu ilə tələb etmə cinayətini ehtiva etsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsinin dispozisiyasını dəqiqliklə əks etdirməmiş, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları artıq yayması kimi təqdim edilmişdir. Halbuki, qanunverici qeyd olunan normanı formalaşdırarkən maddədə birbaşa olaraq belə məlumatları yaymanı deyil, yayma hədəsini nəzərdə tutmuşdur. Belə əməl hədə ilə bağlı baş vermədikdə onun tövsifi ilə bağlı fərqli yanaşma tələb edir. İş üzrə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı baş vermiş hadisənin müəyyənləşdirilmiş və mübahisələndirilməyən mənzərəsi ondan ibarətdir ki, Türkiyə Respublikasının Kayseri şəhərində yerləşən “Erciyes Üniversitesi”nin tibb fakültəsinin tələbəsi olan Zərərçəkmiş şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan, silah alveri, yaxud qanunsuz miqrasiya ilə bağlı, yaxud başqa cinayətlər törətdiyinə görə İnterpol - Beynəlxalq Cinayət Polisi Təşkilatının xətti ilə beynəlxalq axtarışa verilmiş “Hakan” adlı tanışının gizli yolla - sərhəddən qanunsuz keçməklə və sair üsullarla Türkiyə Respublikasına qayıtmaq imkanları ilə bağlı kömək üçün 2018-ci ildən tanıdığı, vaxtilə universitetdə qeydiyyat məsələlərində, mənzil kirayələməsində, sığorta işlərində və başqa problemlərinin həllində ona köməklik göstərmiş Türkiyə Respublikasının Kayseri şəhərində yaşayan və əlaqələri olan bir şəxs kimi bildiyi tanışı Təqsirləndirilən şəxs müraciət etmişdir. Zərərçəkmiş şəxs1 onu Hakan adlı həmin şəxslə telefon vasitəsilə əlaqələndirmiş, həmin şəxs vəziyyəti ilə bağlı məlumat verərək polis tərəfindən tutulacağından qorxduğunu və sair halları danışmış, danışıq zamanı Təqsirləndirilən şəxs Hakan adlı şəxsdən sonuncunun işləri və düşdüyü vəziyyətlə bağlı Zərərçəkmiş şəxs1 məlumatlı olmasını bilmişdir. Hakan adlı şəxslə danışdıqdan sonra sonuncunun nömrəsini Təqsirləndirilən şəxs bloka atmış, Zərərçəkmiş şəxs1 da cinayət törədərək axtarışda olan, “qara işlərlə məşğul olan” Hakanın nömrəsini bloka atmasını məsləhət görmüş, Zərərçəkmiş şəxs1 da bu məsləhətə əməl etmişdir. Həmin andan etibarən Təqsirləndirilən şəxs yaranmış vəziyyətdə malik olduğu təcrübəyə, fəaliyyət göstərdiyi yerə və əhatəsinə görə gəldiyi qənaətə əsasən, xarici ölkədə təhsil alan qızlarının bu və ya digər probleminə həssaslıqla yanaşacaqlarına əmin olaraq Zərərçəkmiş şəxs1 və valideynlərini aldadıb külli miqdarda əmlak – pul ələ keçirmək niyyətinə düşmüşdür. Bu niyyətini həyata keçirmək üçün özünün düşünüb planlaşdırdığı ssenariyə uyğun olaraq Təqsirləndirilən şəxs ünsiyyətdə olduğu şəxsin cinayətlə əlaqəli olması səbəbindən gələcəkdə hüquq-mühafizə orqanlarının mümkün araşdırmasına məruz qala biləcəyi ehtimalı ilə guya vəkili vasitəsilə öncədən prokurorluğa məlumat verib özünü sığortalayacağını Zərərçəkmiş şəxs1 bildirmişdir. Bununla bərabər, həmin məlumatı verdikdən sonra məntiqi olaraq Hakan adlı şəxslə əlaqəsinin Zərərçəkmiş şəxs1 vasitəsilə yarandığının ortaya çıxacağının labüd olması mənzərəsi yaranmış və bu faktın, yəni cinayət törədərək axtarışda olan şəxslə əlaqələrinə görə Zərərçəkmiş şəxs1 gələcəkdə Türkiyə Respublikasında qalıb təhsilini davam etdirməsində problemlər yarana biləcəyini demişdir. Hakan adlı şəxsin vəziyyəti ilə bağlı daha məlumatlı olan Zərərçəkmiş şəxs1 bu vəziyyət aydın olduğundan onda narahatlıq yaratmış, mövcud durumu ilə bağlı Əlixan Məhərəmlidən köməklik göstərməsini xahiş etmişdir. Belə olan halda yaranmış “əlverişli” vəziyyətdə aldatma yolu ilə külli miqdarda əmlak – pul ələ keçirmək fürsətinin reallaşa biləcəyini görən Təqsirləndirilən şəxs məsələnin guya qanun çərçivəsində hüquqi yolla həlli üçün Feyzi Başer adlı tanış vəkillə müqavilə bağlanmalı olduğunu, zərurət yaranacağı halda Kayseri prokurorluğuna gedib onun əvəzindən izahat vermək də daxil olmaqla bütün məsələlərin həlli üçün həmin vəkilə 40000 ABŞ dolları pul ödənilməli olmasını yalandan bildirmişdir. Beynəlxalq axtarışda olduğu bildirilən Hakan adlı şəxslə təsvir olunan müntəzəm əlaqələrini etiraf edən Zərərçəkmiş şəxs1 belə əlaqələrə görə ola biləcək araşdırma nəticəsində gələcəkdə təhsil aldığı universitetdən xaric edilmək və həmin hərəkətinə görə Türkiyə Respublikasından çıxarıla biləcəyi ehtimalını real qəbul etmiş, eyni zamanda, belə vəziyyətin yaranmaması üçün Təqsirləndirilən şəxs vəkilə ödəniləcək 40000 ABŞ dolları pulun müqabilində hər şeyin müsbət həllinə dair yalanına inanmış və həmin məbləğin ödənməsi üçün valideynlərinə müraciət etmişdir. Təqsirləndirilən şəxs hətta Zərərçəkmiş şəxs1 valideynlərinin yaşadığı mənzilə gedib onlarla görüşmüş, dələduzluq əməlini həyata keçirmək üçün aldatma ilə bağlı hərəkətlərini onlarla danışıqları zamanı davam etdirmişdir. Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ələ keçirməyə cəhd etdiyi 40000 ABŞ dolları - müvafiq kurs üzrə 68000 manat pulun 2000 manatını 26 aprel 2023-cü il tarixdə saat 21:53 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən “Bravo” supermarketində quraşdırılmış “E-manat” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs 4724 9425 3683 7727 nömrəli “Express bank” kartının hesabına köçürmüşdür. Yaranmış vəziyyətdə narahatlıqları ilə bağlı Zərərçəkmiş şəxs2 Bakı şəhərində vəkil Nümayəndə ilə görüşüb məsləhətləşmiş və vəkil onu dinlədikdən sonra «Əlixanın onları aldatdığını» bildirmişdir. Artıq aldadıldıqlarını - məhz aldadıldıqlarını başa düşdükdən sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs aldatma ilə bağlı hərəkətlərinə dair dəlillər toplamağa başlamış, bu məqsədlə Təqsirləndirilən şəxs ilə apardığı telefon danışıqlarının bir hissəsini – özünün sonuncuya qarşı dəlil kimi təqdim edə biləcəyi hissələrini videoya çəkmişdir. Bu ərəfədə artıq digər xarici ölkəyə gedəcəyini deyib 2000 manatı qaytarmaq istədiyini bildirən Təqsirləndirilən şəxs pulu geri ödəməsi üçün kart göndərməyən Zərərçəkmiş şəxs2 2023-cü ilin aprel ayının 27-də qızı Sevincə Türkiyədən Bakıya gəlməsi üçün bilet almışdır. 29 aprel 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs1 planlı şəkildə Təqsirləndirilən şəxs ilə görüş təyin etmiş, qabaqcadan hazırlanmış, üzərində “Etibarsızdır” yazıları olan 100 ədəd ümumilikdə 10000 ABŞ dollarına bənzər oyuncaq pulları Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində “Qələbə dairəsi”nin yaxınlığında yerləşən “Baku Mall” Ticarət Mərkəzindəki “Mado" restoranında Təqsirləndirilən şəxs verdikdən sonra sonuncu polis əməkdaşları tərəfindən saxlanmışdır. Məhkəmə, aparılmış hərtərəfli, tam və obyektiv məhkəmə istintaqının nəticəsi olaraq təqsirləndirilən şəxsin əməli ilə bağlı gəlinmiş yekun hüquqi nəticənin – əməlin tövsifində yol verilmiş yanlışlıqla bağlı mövqeyini şərh etməyi zəruri hesab edir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın mahiyyətinə əsasən törədilməsi israr edilən cinayətin obyektiv cəhəti kimi “zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi” çıxış etməlidir. Zərərçəkmiş şəxs1 verdiyi ifadələrdən və işin digər materiallarından birbaşa müəyyən olunur ki, konkret olaraq zərərçəkmiş şəxs hər hansı şəkildə rüsvay olmaq düşüncəsini daşımamışdır. Şəxsi narahat edən əsas məsələ özünün hüquq pozuntusu, qanunazidd əməl kimi bilmədiyi, axtarışda olan şəxslə əlaqələrinə görə nəticə etibarı ilə təhsil aldığı universitetdən xaric olunma və məntiqi davamı kimi təhsil aldığı ölkədən həmin əsasla çıxarılma təhlükəsi olmuşdur. Mövcud hüquq normalarının mənasına görə rüsvayedici məlumatlar dedikdə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək məlumatlar nəzərdə tutulur. Bəlli şərhlərə görə şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət isə şəxsin özünə, özünün daranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs1 təsvir edilən şəkildə məlum əsaslarla universitetdən xaric edilə bilmək ehtimalı nəticə etibarilə onun konkret şəxs – təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən şərəf və ləyaqətinə xələl gətirə biləcək məlumatların yayılması kimi dəyərləndirilməsi mümkünsüzdür. Zərərçəkmiş şəxsin universitetdən xaric edilməni özü üçün guya şərəf və ləyaqətinə xələl gətirən vəziyyət kimi qiymətləndirmə düşüncəsinə gələcəyi halında belə, gələcəkdə baş verə bilməsi yalnız ehtimal oluna biləcək bu məsələnin təqsirləndirilən şəxs tərəfindən yayılması ilə bağlı hərəkətlərin ediləcəyi hədəsi ümumiyyətlə mövcud deyil. Zərərçəkmiş şəxs1 Hakan adlı şəxslə əlaqəsini heç bir halda gizli saxlamamış, özü öz təşəbbüsü ilə bu barədə Təqsirləndirilən şəxs danışmış, türk rəfiqəsi olan Gizəm adlı qadının da Hakanla münasibətləri barədə məlumat vermişdir. Ümumiyyətlə Hakan adlı şəxsin dəqiq anket məlumatları, həqiqətən də belə şəxsin silah qaçaqmalçılığı, yaxud qanunsuz miqrasiya cinayətləri ilə bağlı beynəlxalq axtarışda olmasını təsdiq edən heç bir sübut mövcud deyildir. Hədə-qoxu ilə tələb etmə cinayəti Cinayət Məcəlləsinin 182-ci maddəsində göstərilmiş tələblərlə birləşmiş hədənin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Konkret halda təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 nəinki tələbli hədənin çatdırıldığı an, ümumiyyətlə tələb və hədənin irəli sürülməsi faktı mövcud deyildir. Təqsirləndirilən şəxs bütün hərəkətləri əslində problem kimi qabardılmış vəziyyətin normallaşdırılması, məsələnin guya mümkün qanuni və hüquqi əsaslarla həlli görüntüsü ilə vəkilə ödəniş adı altında 40000 ABŞ dollarının – 68000 manat pulun ələ keçirilməsi cəhdinə yönəlmişdir. Bütövlükdə Təqsirləndirilən şəxs hərəkətlərində Zərərçəkmiş şəxs1 şərəf və ləyaqətini təhlükə altına alan heç bir xüsusat müəyyən olunmur. Yəni, Təqsirləndirilən şəxs törətdiyi əməlin obyekti yalnız mülkiyyət hüququdur, əlavə obyekt – şərəf və ləyaqətlə bağlı məqam ümumiyyətlə mövcud deyildir. İş üzrə müəyyən edilmiş və mübahisəsiz olan daha ciddi bir məqam isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 valideynləri Səidə İiyasova və Şahidlə 2018-ci ildən tanışlıq münasibətlərində olmuşdur. Problem kimi ortaya qoyulan məsələ araya gəldikdən bir müddət sonra 2023-cü ilin aprel ayında Azərbaycana gəlmiş Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs1 xahişi ilə onun valideynləri ilə sonuncuların bilavasitə yaşadıqları mənzildə görüşmüş, övladlarının bəlli şəxslə əlaqəsi barədə məlumat vermiş, övladlarının təhsili ilə bağlı narahatlıq keçirən valideynlərə qarşı Təqsirləndirilən şəxs nəinki hədə-qorxu gəlməmiş, əksinə, onları sakitləşdirmiş, amma bununla bərabər aldatma ilə bağlı hərəkətlərini davam etdirib qabaqcadan düşündüyü plana əsasən valideynlərə məsələni məhz vəkilin köməyi ilə həll edəcəyini bildirmişdir. Qarşı tərəfin maddi vəziyyətinin imkan verməməsi səbəbindən nəzərdə tutduğu məbləğdə pulu dələduzluq yolu ilə ələ keçirməsində çətinliklər yarandığını başa düşən Təqsirləndirilən şəxs niyyətini başa çatdırmaq üçün hətta ilkin olaraq 20000 ABŞ dolları verilməsini, qalan 20000 ABŞ dollarını isə altı ay ərzində ödənilməsini təklif etmişdir. Dələduzluq əməlini həyata keçirmək üçün cəhdləri davam etdirən Təqsirləndirilən şəxs hətta telefon danışıqları zamanı cəmi 5000 manat pulları olduğunu bildirən Zərərçəkmiş şəxs2 qalan pulu özündən qoyub düzəldəcəyini bildirir, özünün qoyacağı pulu sonradan düzəldib ona “qaytarmalarını” da təklif edir. Bu hallar Zərərçəkmiş şəxs1 və onun hər iki valideyninin ifadələri, habelə Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd DVD diskindəki səs yazıları, videogörüntülərlə birbaşa təsdiq olunur. Bəlli danışıqlardan sonra Təqsirləndirilən şəxs kart hesabına köçürülməklə 2000 manat pul verilmiş, amma ertəsi gün Zərərçəkmiş şəxs2 vəkillə görüşüb baş verənləri danışmış və sonuncu onlara aldadıldıqlarını - məhz aldadıldıqlarını bildirmişdir. Həmin an üçün aldığı 2000 manatı pulu da geri qaytarmağa cəhd edən Təqsirləndirilən şəxs imkan yaratmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, məhz bundan sonra vəkilin məsləhəti ilə Təqsirləndirilən şəxs ifşa etmək üçün oyuncaq pullar hazırlayıb sonuncuya vermək və həmin anı videogörüntüyə almaq qərarına gəlmişlər. Məhz həmin düşüncələrlə də qızı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə “Baku Mall” ticarət mərkəzində yerləşən “Mado” restoranında görüşüb ona yalançı pul vermiş, o da həmin anı telefon vasitəsi ilə videogörüntüyə almışdır. Diqqəti cəlb edən daha bir məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tərəfindən “problem”in həlli üçün təklif edilən variantla – Türkiyə Respublikasında fəaliyyət göstərən vəkilə pul ödənilməklə məsələnin həlli ilə bağlı danışıqların gedişində aldanıldıqlarından şübhələnən Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 vəkillə məsləhətləşib aldanıldıqlarını tam dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs ifşası üçün dəlillər toplamağa başlamışlar. Bu məqsədlə Zərərçəkmiş şəxs2 ayrı-ayrı vaxtlarda özü öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs zəng vurmuş, həmin telefon danışıqlarınının “lazımlı” bildiyi hissələrini özü videogörüntüyə alaraq sonradan sübut kimi ibtidai istintaq orqanına təqdim etmişdir. İbtidai istintaq orqanının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamının sübutu kimi təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş həmin danışıq proseslərinin məzmununda və videogörüntüsündə isə heç bir halda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaq hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmə hərəkətləri etməsini təsdiq edən xüsusatlar mövcud deyildir. Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd DVD diskdə olan üç telefon danışığı ilə bağlı görüntülərin məzmunu əslində yalnız aldatma yolu ilə əmlakın ələ keçirilməsinə cəhd edilməsinin birbaşa təsdiqinə yönəlmişdir. Danışıqlardan aşkar görünür ki, vəkillə məsləhətləşdikdən sonra aldanıldıqlarını tam başa düşmüş və artıq qarşı tərəfi ifşa etmək məqsədi güdən Zərərçəkmiş şəxs2 faktiki olaraq Təqsirləndirilən şəxs ilə ünsiyyətin təşəbbüskarı kimi çıxış edir, Təqsirləndirilən şəxs tutulmasından iki gün öncə aparılmış telefon danışıqlarında öz səsinə süni şəkildə həyəcan, qorxu tonları qatmaqla təkidlə özü yaşadıqları mənzilinin satılması və mənzilə az qiymət verilməsi, mənzilin uzun müddətə satıla biləcyi ilə bağlı halları Təqsirləndirilən şəxs “sənə qurban olum... sən də mənim balam Əlixan bəy” sözləri ilə xitab etməklə danışır, Təqsirləndirilən şəxs isə sakit tərzdə onu başa düşdüyünü bildirir, eyni zamanda, dələduzluq niyyətini başa çatdırmaq, pulu ələ keçirmək üçün cəhdlərini davam etdirərək vəkilə ödənilməli olan pulun böyük hissəsini hətta özünün də öz vəsaiti hesabına qoya biləcəyini, amma onların əvəzinə qoyacağı pulu ona təxmini hansı müddət ərzində geri ala biləcəyini dəqiqləşdirməyə çalışır. Öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs növbəti zəngində danışıq zamanı “... o qədər həyəcanlıyam ki..” deyib ağlamsınan Zərərçəkmiş şəxs2 mənzillə bağlı “makler”lərə müraciət etdiklərini danışır. Onun ağlamsınmasına reaksiya verən Təqsirləndirilən şəxs “xahiş edirəm Siz sakit olun, nə olar, çox xahiş edirəm...” ricasına Sevinc İlyasova “çox həyəcanlıyam, əsirəm, ayaqlarım əsir” deyir və Təqsirləndirilən şəxs öz dilindən bir daha məbləğin dəqiqləşdirilməsinə çalışır. Artıq aldanıldıqlarını tam başa düşmüş Zərərçəkmiş şəxs2 dəlil toplamaqla məşğul olaraq danışıqlarını yazmasından xəbərsiz olan Əlixan Məhərəmli də danışdığı şəxsin – ehtimal olunan vəkilin adından bəlli rəqəmləri səsləndirir, hətta özünün səmimi olması görüntüsünü möhkəmləndirmək, niyyətini həyata keçirmək üçün israrla özünə inandırmaqda davam etmək məqsədilə vəkilin ödəniləcək həmin məbləğdən ona da qazanc kimi müəyyən məbləği təklif etdiyini, amma bundan imtina etdiyini bildirir. “O qədər həyəcan keçirdirəm, qorxu keçirdirəm, qorxu içindəyəm...” sözlərindən istifadə edən Zərərçəkmiş şəxs2 “Siz də mənim anam” deyə cavab verən, az qala yalvarış tonu ilə danışan Əlixan Məhərəmliyə sonuncunun onların əvəzindən pul qoymasına da razı olmadığını deyir. Bir daha onların əvəzindən vəkilə pul verə biləcəyini və bu məsələdə heç bir problem olmadığını deyən Təqsirləndirilən şəxs “...mən başa düşürəm Sizi, başa düşürəm nə demək istədiyinizi, Allah Sizin ürəyinizcə versin, amma alınmır Siz deyən kimi...” deyən Zərərçəkmiş şəxs2 buna guya razılaşmır və özünün tanışlarından və başqa şəxslərdən pul alıb verəcəyini bildirir. Məhkəmə, ibtidai istintaq orqanının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamının sübutu kimi təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş digər videogörüntü ilə bağlı da bir sıra xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd DVD diskdə olan 1 dəqiqə 31 saniyə davam edən həmin videogörüntüdə Zərərçəkmiş şəxs1 29 aprel 2023-cü il tarixdə özünə məxsus qara rəngli çantadan ağ rəngli kağıza bükülmüş oyuncaq pulları Təqsirləndirilən şəxs verməsi, daha sonra Təqsirləndirilən şəxs tərəfindən həmin bağlamanın götürülməsi təsviri vardır. Zərərçəkmiş şəxs2 qızı Sevinclə Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə görüşünün həmin videogörüntüsünü «Baku Mall» ticarət mərkəzində yerləşən «Mado» restoranının çöl tərəfində dayanmaqla özünün çəkdiyini və sonradan görüntünü polisə təqdim etdiyini bildirmişdir. Zərərçəkmiş şəxslərin özlərinin də bildirdiyi kimi, oyuncaq pulları verməklə əlaqədar həmin videogörüntünün çəkilməsi də aldanıldıqlarını başa düşdükdən sonra Təqsirləndirilən şəxs ifşa etmək üçün dəlil toplamaları prosesi ilə bağlı olmuşdur. Videogörüntünün məhkəmədə tədqiqi zamanı müəyyən edilmişdir ki, əslində çəkiliş Zərərçəkmiş şəxs2 israr etdiyi kimi «Mado» restoranının çöl tərəfində dayanmaqla özü tərəfindən çəkilməmişdir. Çəkiliş kafenin içərisində, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs əyləşdikləri masanın qonşuluğunda əyləşmiş ən azı iki nəfər olduqları bilinən kişi cinsindən olan şəxslər tərəfindən aparılmışdır. Həm də nəzərdə saxlanılmalıdır ki, Zərərçəkmiş şəxs1 məhz çəkilişin aparıldığı gün, yəni 29 aprel 2023-cü il tarixdə «Mado» restoranının təxminən bir neçə yüz metrliyində yerləşən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cinayət işinin materiallarına əsasən həmin şikayət ərizəsi ilə əlaqədar təhqiqatçı tərəfindən eyni tarixdə NK-473 saylı məktubla «…təhqiqat zərurəti ilə əlaqədar, Təqsirləndirilən şəxs şəxsin şəxsiyyətinin və yerinin müəyyən edilərək Yasamal RPİ-nin TŞ-nə gətirilməsi üçün» Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinə tapşırıq verilmişdir (cild 1, iş vərəqə 11). Bu xüsusatlarla bağlı yaranmış ziddiyyətli vəziyyətlə əlaqədar Zərərçəkmiş şəxs2 ifadə verərək şikayət ərizəsini polisə həmin gün səhər saat təxminən 10-11 radələrində verdiklərini, “Mado” restoranındakı çəkilişi isə bundan sonra etdiyini, qızının məhz onun tapşırığı ilə Təqsirləndirilən şəxs ilə həmin restorana görüş təyin etdiyini, qızının Təqsirləndirilən şəxs verdiyi yalançı pullara sonuncunun açıb baxmadığını, həmin restorandan çıxarkən Təqsirləndirilən şəxs polislər tərəfindən tutulduğunu bildirmişdir. Qeyd olunan mənzərə ilə bağlı məhkəmə əlavə dəyərləndirmə aparmağı zəruri hesab etmədən görüntünün özü ilə bağlı daha bir neçə məqamı vurğulamağı zəruri hesab edir. Belə ki, videogörüntüdə kiçik masada üzbəüz əyləşmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında hər hansı gərginlik müşahidə olunmayan, səmimi ünsiyyət ab-havasında, qarşılıqlı gülümsəmələrlə müşayiət olunan söhbət səhnəsi mövcuddur. Qarşılıqlı ünsiyyətdə olma prosesinin ortasına doğru Zərərçəkmiş şəxs1 tərəf müqabili ilə danışa-danışa masanın üzərindəki qara rəngli əl çantasını açaraq ağ bükülünü Təqsirləndirilən şəxs verir və sonuncu onu götürürərək masanın üzərinə qoyur. Yəni, tədqiq olunmuş bu videogörüntüdə də külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaq hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə hərəkətlərini təsdiq edən heç bir xüsusat mövcud deyildir. Amma bu videogörüntü, bütün ünsiyyət və davranışı ilə səmimiyyət abhavası yaratmaqla özünün dələduzluq yolu ilə əmlak ələ keçirməklə bağlı gözləntisini reallaşdırmaq üçün qarşı tərəfi yanıltmaqla bağlı Təqsirləndirilən şəxs əməlini təsdiq edən əsaslı dəlildir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1998-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, dələduzluq hədə-qorxu ilə tələb etmə cinayətindən (CM-nin 182-ci maddəsi) onunla fərqlənir ki, dələduzluğun törədilməsi zamanı zərər çəkmiş şəxsin iradəsinə aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə, CM-nin 182-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zamanı isə zərərçəkmişə ünvanlanmış hədə-qorxu (zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakının tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətləri etməyi tələb etmə) vasitəsilə təsir göstərilir. Dələduzluq maddi tərkibli cinayət olduğundan, həmin cinayət əmlak (əmlaka olan hüquq) ələ keçirildikdən sonra təqsirkarın ona sərəncam vermək imkanının yarandığı andan, hədə-qorxu ilə tələb etmə isə formal tərkibli cinayət kimi müəyyən edildiyindən, təqsirkar tərəfindən yuxarıda sadalanan hərəkətlərin edildiyi andan əmlakın (əmlaka olan hüququn) ələ keçirilib-keçirilməməsindən və ya əmlak xarakteri daşıyan hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq başa çatır. Həmin Qərarın 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən həmin Məcəllənin 29, 178.3.2-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən həmin Məcəllənin 29, 178.3.2-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmamış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş cəmi 2000 manat ziyanı qismən, yəni 1000 manatını ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 29 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 42, 90-94). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş 100 ədəd üzərində “etibarsızdır” yazısı olan 100 ABŞ dollarına oxşar oyuncaq pullar məhv edilməli, 01 ədəd “İphone 13 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, səs yazıları və videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət əməli nəticəsində onlara vurulmuş ziyanın tam ödənilməsi ilə bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2ci maddəsinin tələbinə əsasən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş 100 ədəd üzərində “etibarsızdır” yazısı olan 100 ABŞ dollarına oxşar oyuncaq pullar məhv edilsin; - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, 01 ədəd “İphone 13 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Səs yazıları və videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-784/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-784/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver