Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-785/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə; məhkəmə iclas katibi X1, X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorı Dövlət ittihamçısı, müdafiəçilər: “Pro Bono” Vəkil Bürosunun vəkilləri X5 və X6 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə; xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla eyni ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1, narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddələri və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş Türkiyə Respublikasında yaşayan “Elşən” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddələrin və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlmiş, bu məqsədlə “Elşən” adlı şəxsin Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddələri onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, “Elşən” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 8,698 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 20,203 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən 2 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin ekztazi) tərkibli həbi, külli miqdarda “Güclü təsir edən maddələrin siyahısına” daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 15,15 qram təşkil edən 56 ədəd preqabalin tərkibli dərman preparatını və külli miqdarda “Güclü təsir edən maddələrin siyahısına” daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 40 ədəd tropikamid tərkibli dərman preparatını Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroini 6 bükümdə qablaşdırıb bir bükümdə olan 0,448 qramını, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini 18 bükümdə qablaşdırıb bir bükümdə olan 0,113 qramını Təqsirləndirilən şəxs2, bir bükümdə olan 0,526 qramını Təqsirləndirilən şəxs1 üzərində saxlamış, qalan beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,442 qram, 2,013 qram, 0,989 qram, 2,142 qram və 0,664 qram olmaqla ümumi təmiz çəkisi 8,25 qram narkotik vasitə heroini, 16 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,027 qram, 2,549 qram, 3,00 qram, 2,366 qram, 2,302 qram, 2,642 qram, 0,710 qram, 0,734 qram, 1,16 qram, 0,115 qram, 0,132 qram, 0,168 qram, 0,145 qram, 0,143 qram, 0,237 qram və 0,134 qram olmaqla ümumi təmiz çəkisi 19,564 qram psixotrop maddə metamfetamini, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən 2 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin ekztazi) tərkibli həbi, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 15,15 qram təşkil edən 56 ədəd preqabalin tərkibli dərman preparatını və tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 40 ədəd tropikamid tərkibli dərman preparatını Təqsirləndirilən şəxs1 istifadəsində olan “Kia Optima” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 aprel 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 19:30-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman təmiz çəkisi 0,448 qram narkotik vasitə heroin bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, təmiz çəkisi 0,113 qram psixotrop maddə metamfetamin bir ədəd qara rəngli kağız bükümündə olmaqla əynindəki qara rəngli cins şalvarın sol yan cibindən, Təqsirləndirilən şəxs2 icazəsi və iştirakı ilə idarə etdiyi, 19 aprel 2020-ci il tarixli 717 nömrəli icarə müqaviləsinə əsasən qohumu Təqsirləndirilən şəxs1 istifadəsində olan “Kia Optima” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı 2,442 qram çəkidə narkotik vasitə heroin bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindəki bir ədəd şəffaf sellofan bükümdə olmaqla qabaq oturacaqların ortasında yerləşən dirsəkaltı saxlanc yerindən, ayrı-ayrılıqda təmiz çəkiləri 2,013 qram, 0,989 qram, 2,142 qram və 0,664 qram olmaqla ümumi təmiz çəkisi 5,808 qram narkotik vasitə heroin dörd ədəd şəffaf polietilen paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,027 qram, 2,549 qram, 3,00 qram, 2,366 qram, 2,302 qram, 2,642 qram, 0,710 qram, 0,734 qram və 1,16 qram olmaqla ümumi təmiz çəkisi 18,49 qram psixotrop maddə metamfetamin doqquz ədəd şəffaf polietilen paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,132 qram, 0,168 qram, 0,145 qram, 0,143 qram, 0,237 qram və 0,134 qram olmaqla ümumi təmiz çəkisi 1,074 qram psixotrop maddə metamfetamin yeddi ədəd kağız bükümlərdə, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən 2 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin ekztazi) tərkibli həb, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 15,15 qram təşkil edən 56 ədəd preqabalin tərkibli dərman preparatı, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 40 ədəd tropikamid tərkibli dərman preparatı və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi avtomobilin salonunun cihazlar panelində yerləşən saxlanc yerindən bir ədəd sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 21 aprel 2020-ci il tarixdə saat 22:20-də ünvan 4 ünvanının qarşısında saxlanılıb həmin idarənin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman təmiz çəkisi 0,526 qram psixotrop maddə metamfetamin bir ədəd qara rəngli kağız bükümündə olmaqla əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Türkiyə Respublikasında yaşayan “Elşən” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 8,698 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 20,203 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən 2 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin ekztazi) tərkibli həbi, külli miqdarda “Güclü təsir edən maddələrin siyahısına” daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 15,15 qram təşkil edən 56 ədəd preqabalin tərkibli dərman preparatını və külli miqdarda “Güclü təsir edən maddələrin siyahısına” daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 40 ədəd tropikamid tərkibli dərman preparatını Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroini 6 bükümdə qablaşdırıb bir bükümdə olan 0,448 qramını, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini 18 bükümdə qablaşdırıb bir bükümdə olan 0,113 qramını Təqsirləndirilən şəxs2, bir bükümdə olan 0,526 qramını Təqsirləndirilən şəxs1 üzərində saxlamış, qalan beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,442 qram, 2,013 qram, 0,989 qram, 2,142 qram və 0,664 qram olmaqla ümumi təmiz çəkisi 8,25 qram narkotik vasitə heroini, 16 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,027 qram, 2,549 qram, 3,00 qram, 2,366 qram, 2,302 qram, 2,642 qram, 0,710 qram, 0,734 qram, 1,16 qram, 0,115 qram, 0,132 qram, 0,168 qram, 0,145 qram, 0,143 qram, 0,237 qram və 0,134 qram olmaqla ümumi təmiz çəkisi 19,564 qram psixotrop maddə metamfetamini, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən 2 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin ekztazi) tərkibli həbi, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 15,15 qram təşkil edən 56 ədəd preqabalin tərkibli dərman preparatını və tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 40 ədəd tropikamid tərkibli dərman preparatını Təqsirləndirilən şəxs1 istifadəsində olan “Kia Optima” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 aprel 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 19:30-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman təmiz çəkisi 0,448 qram narkotik vasitə heroin bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, təmiz çəkisi 0,113 qram psixotrop maddə metamfetamin bir ədəd qara rəngli kağız bükümündə olmaqla əynindəki qara rəngli cins şalvarın sol yan cibindən, Təqsirləndirilən şəxs2 icazəsi və iştirakı ilə idarə etdiyi, 19 aprel 2020-ci il tarixli 717 nömrəli icarə müqaviləsinə əsasən qohumu Təqsirləndirilən şəxs1 istifadəsində olan “Kia Optima” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı 2,442 qram çəkidə narkotik vasitə heroin bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindəki bir ədəd şəffaf sellofan bükümdə olmaqla qabaq oturacaqların ortasında yerləşən dirsəkaltı saxlanc yerindən, ayrı-ayrılıqda təmiz çəkiləri 2,013 qram, 0,989 qram, 2,142 qram və 0,664 qram olmaqla ümumi təmiz çəkisi 5,808 qram narkotik vasitə heroin dörd ədəd şəffaf polietilen paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,027 qram, 2,549 qram, 3,00 qram, 2,366 qram, 2,302 qram, 2,642 qram, 0,710 qram, 0,734 qram və 1,16 qram olmaqla ümumi təmiz çəkisi 18,49 qram psixotrop maddə metamfetamin doqquz ədəd şəffaf polietilen paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,132 qram, 0,168 qram, 0,145 qram, 0,143 qram, 0,237 qram və 0,134 qram olmaqla ümumi təmiz çəkisi 1,074 qram psixotrop maddə metamfetamin yeddi ədəd kağız bükümlərdə, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən 2 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin ekztazi) tərkibli həb, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 15,15 qram təşkil edən 56 ədəd preqabalin tərkibli dərman preparatı, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 40 ədəd tropikamid tərkibli dərman preparatı və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi avtomobilin salonunun cihazlar panelində yerləşən saxlanc yerindən bir ədəd sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Həmin maddələri Türkiyə Respublikasında yaşayan Elşən adlı şəxsdən əldə etmişdir. O, onunla əlaqə saxlayırmış, Onunla “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayırmış, Elşənlə ilk dəfə 2019-cu ilin yay aylarında əlaqə saxlamışdır, belə ki, Elşənə yazıb istədiyi narkotik vasitənin adını və miqdarını yazmışdır, Elşən də bunun müqabilində ödəməli olduğu pulun miqdarını və ödəyəcəyi bank hesab nömrəsini ona yazırmış, onun dediyi məbləği həmin bank hesabına göndərdikdən sonra qəbzin şəklini ona göndərirmiş, daha sonra Elşən sifariş verdiyi narkotik vasitəni harada yerləşdirilməsi barədə ona məlumat verib həmin yerin şəklini ona göndərirmiş və gedib həmin narkotik vasitəni oradan götürürmüş. Təqsirləndirilən şəxs2 bibisi oğludur. Seymur anasının soyadını götürdüyü üçün onların soyadları eynidir. Onun icarə əsasında idarə etdiyi Kia optima markalı avtomobilin saxlanc yerində narkotik vasitələr olmuşdur. 21 aprel 2020-ci il tarixdə saat 18 radələrində Seymur idarə etmək üçün avtomobili ondan istəmiş, avtomobili Seymura vermişdir, Seymur isə avtomobili götürüb getmişdir, Seymur maşında narkotik vasitə olduğunu bilmirmiş. 21 aprel 2020-cİ il tarixdə saat 22 radələrində bir neçə mülki geyimli şəxs evə daxil olaraq evi axtarmağa başlamışlar, evdən heç nə aşkarlanmamışdır. Evə daxil olan polis əməkdaşları 7 nəfər olmuşlar. Onun maşınından dərman vasitəsi olan lirika, psixotrop maddə olan metanfetamin çıxmışdır. Narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir, onun maşınından və ya evindən tərəzi akarlanmamışdır, ümumiyyətlə onun evində tərəzi olmamışdır. O, maşınına baxışda iştirak etməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, dayısı oğlu Fəridin maşınını işi olduğu üçün götürmüşdür, dostu ilə görüşə gedirmiş, dostugilin evinin yaxınlığında onu saxlamışlar, maşını axtarmışlar və maşından narkotik vasitələr aşkar etmişilər, onun üzərində də 3 qram kakos növlü narkotik vasitə aşkar olunmuşdur, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir, orada sənədləşmə işi aparılmışdır. Maşının saxlanc yerindən aşkar olunan narkotik vasitələr Fəridin olmuşdur, onun maşının saxlanc yerində narkotik vasitələr olduğundan xəbəri olmamışdır. O, narkotik vasitə satışı ilə məşğul olmamışdır, narkotik vasitələri öz istifadəsi üçün əldə edirmiş. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərindən 3 qram metanfetomin aşkarlanmışdır. Polis əməkdaşları maşında axtarış aparan zaman maşında tək olmuşdur. Maşından aşkar olunanları götürərək sənədləşmə işlərini aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Riyad oğlu ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 21 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olmuşdur, daxil olmuş məlumat Baş İdarə rəhbərliyinə məruzə edilmiş və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir, qərara əsasən tədbirə rəhbərlik etmişdir, yaradılmış əməliyyat qrupuna isə Şahid1 və polis baş serjantı X10 daxil edilmişdir. Əməliyyat qrupu yaradıldıqdan sonra Təqsirləndirilən şəxs2 olması ehtimal edilən Yasamal rayonu, S.Dadaşov küçəsinə yollanmış, həmin vaxt saat 19:30 olmuş orada xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs2 bənzər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxsə özünü təqdim etmək təklif edilmiş o özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir, daha sonra Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması izah edilmişdir, onu Baş İdarəyə dəvət etmişlər Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə baş İdarəyə gətirilmişdir, orada üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sol yan cibində 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə narkotik vasitə heroin, 01 ədəd qara rəngli kağız bükümdə olmaqla təmiz çəkisi 0,113 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin maddələri Badamdar qəsəbəsi ərazisində yaşayan Emin adlı tanışından aldığını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs2 özünə məxsus “Xiaomi” markalı mobil telefonu da, təqdim etmişdir, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlələr zərfə yerləşdirilərək möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır, eyni zamanda Təqsirləndirilən şəxs2 məxsus mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür, bundan sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 özünün icazəsi və iştirakı ilə idarə etdiyi “Kia Optima” markalı, **- TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq oturacaqlarının ortasında yerləşən saxlanc yerindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə 2.442 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir, Təqsirləndirilən şəxs2 həmin maddənin də, özünə məxsus olduğunu bildirmiş, baxış davam etdirlən zaman avtomobilin ön cihaz panelindəki saxlanc yerindən narkotik vasitə heroinə bənzər maddələr, psixotrop maddə metamfetaminə bənzər maddələr, müxtəlif dərman preparatları və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 avtomobilin ön cihazlar panelindəki saxlanc yerindən aşkar edilərək götürülmüş narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələrin, dərman preparatlarının və elektron tərəzinin qohumu Təqsirləndirilən şəxs1 məxsus olduğunu qeyd etmişdir, daha sonra aşkar edilmiş maddələr, dərman preparatları və elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş, üzəriləri iştirakçılar tərəfindən imzalanmış, bundan sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Bundan başqa əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 həmin gün saat 22:20-də ünvan 4 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmişdir, orada Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin edildikdən sonra onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd qara rəngli kağız bükümündə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, eyni zamanda Təqsirləndirilən şəxs1 özünə məxsus “Rədmi” markalı mobil telefonu da, təqdim etmişdir, sorğu zamanı Təqsirləndirilən şəxs1 “Kia Optima” markalı avtomobilin ön cihazlar panelindəki saxlanc yerindən aşkar edilərək götürülmüş narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələrin, dərman preparatlarının və elektron tərəzinin ona məxsus olmasını etiraf etmişdir, eyni zamanda Təqsirləndirilən şəxs1 narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələri, dərman preparatlarını və elektron tərəzini “Elşən” adlı şəxsin vasitəsilə əldə etdiyini bildirmişdir, belə ki, o həmin maddələri bir neçə gün əvvəl “Elşən” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi ilə əlaqə saxladıqdan sonra onun dediyi yerdən götürdüyünü bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir, daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd qara rəngli kağız bükümündə olan psixotrop maddə metamfetaminə bənzər kütlə zərfə yerləşdirilərək möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır, eyni zamanda Təqsirləndirilən şəxs1 məxsus mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür, təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyirdi, hal-hazırda təqüdə çıxmışdır, 21 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olmuşdur, daxil olmuş məlumat Baş İdarə rəhbərliyinə məruzə edilmiş və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmidşir, qərara əsasən tədbirə rəhbərliyi Şahid2 edirmiş. Yaradılmış əməliyyat qrupuna isə o, və polis baş serjantı X10 daxil edilmişdir. Əməliyyat qrupu yaradıldıqdan sonra Təqsirləndirilən şəxs2 olması ehtimal edilən Yasamal rayonu, S.Dadaşov küçəsinə yollanmış, həmin vaxt saat 19:30 olmuş, orada xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs2 bənzər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxsə özünü təqdim etmək təklif edildikdə o özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir, daha sonra Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması izah edilmişdir, onu Baş İdarəyə dəvət etmişlər, Təqsirləndirilən şəxs2 İdarə etdiyi avtomobillə baş İdarəyə gətirilmişdir, orada üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sol yan cibində 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə narkotik vasitə heroin, 01 ədəd qara rəngli kağız bükümdə olmaqla təmiz çəkisi 0,113 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin maddələri Badamdar qəsəbəsi ərazisində yaşayan Emin adlı tanışından aldığını bildirmişdir, həmçinin Təqsirləndirilən şəxs2 özünə məxsus “Xiaomi” markalı mobil telefonu da, təqdim etmişdir, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlələr zərfə yerləşdirilərək möhürlənmişdir və iştirakçılar tərəfindən imzalanmışdır, eyni zamanda Təqsirləndirilən şəxs2 məxsus mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür, bundan sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 özünün icazəsi və iştirakı ilə idarə etdiyi “Kia Optima” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq oturacaqlarının ortasında yerləşən saxlanc yerindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə 2.442 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir, Təqsirləndirilən şəxs2 həmin maddənin də, özünə məxsus olduğunu bildirmişdir, baxış davam etdirlən zaman avtomobilin ön cihaz panelindəki saxlanc yerindən narkotik vasitə heroinə bənzər maddələr, psixotrop maddə metamfetaminə bənzər maddələr, müxtəlif dərman preparatları və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 avtomobilin ön cihazlar panelindəki saxlanc yerindən aşkar edilərək götürülmüş narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələrin, dərman preparatlarının və elektron tərəzinin qohumu Təqsirləndirilən şəxs1 məxsus olduğunu qeyd etmişdir, daha sonra aşkar edilmiş maddələr, dərman preparatları və elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş, üzəriləri iştirakçılar tərəfindən imzalanmışdır, bundan sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Bundan başqa əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 həmin gün saat 22:20-də ünvan 4 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, orada Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin edildikdən sonra onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd qara rəngli kağız bükümündə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, eyni zamanda Təqsirləndirilən şəxs1 özünə məxsus “Rədmi” markalı mobil telefonu da, təqdim etmişdir, sorğu zamanı Təqsirləndirilən şəxs1 “Kia Optima” markalı avtomobilin ön cihazlar panelindəki saxlanc yerindən aşkar edilərək götürülmüş narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələrin, dərman preparatlarının və elektron tərəzinin ona məxsus olmasını etiraf etmişdir, eyni zamanda Təqsirləndirilən şəxs1 narkotik vasitəyə və psixotropmaddəyə bənzər maddələri, dərman preparatlarını və elektron tərəzini “Elşən” adlı şəxsin vasitəsilə əldə etdiyini bildirmişdir, belə ki, o həmin maddələri bir neçə gün əvvəl “Elşən” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi ilə əlaqə saxladıqdan sonra onun dediyi yerdən götürdüyünü bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir, daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd qara rəngli kağız bükümündə olan psixotrop maddə metamfetaminə bənzər kütlə zərfə yerləşdirilərək möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır, eyni zamanda Təqsirləndirilən şəxs1 məxsus mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür, təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin bilavasitə törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan onlar 21 aprel 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsininin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən şübhəli şəxs kimi tutulmuşlar. (cild 1, iş vərəqə 19-20, 55-56) Aparılmış zəruri istintaq hərəkətləri nəticəsində toplanmış ilkin sübutların məcmusu əsas verdiyindən X12 tərəfindən qəbul edilmiş 23 aprel 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuş və həmin tarixdə barələrində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X3 qərarı ilə həbsetmənin əvvəli 21 aprel 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 122-124, 135-137, 148-169) 17 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay olmaqla 07 ayadək, yəni 22 noyabr 2020-ci il tarixədək uzadılmışdır. 18 avqust 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun qərarı ilə cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətləri 03 ay olmaqla-07 ayadək uzadılmışdır. X12 X20 Mübarizə İdarəsinə ezam edildiyinə görə 07 sentyabr 2020-ci il tarixdə cinayət işi üzrə istintaqın aparılması Vüsal Həsənquliyeva həvalə edildiyindən icraata qəbul edilərək istintaq davam etdirilmişdir. 17 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla 09 ayadək, yəni 22 yanvar 2021-ci il tarixədək uzadılmışdır. 18 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun qərarı ilə cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətləri 02 ay olmaqla-09 ayadək uzadılmışdır. 13 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 01 ay olmaqla 10 ayadək, yəni 22 fevral 2021-ci il tarixədək uzadılmışdır. 14 yanvar 2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Tural Ələkbərouvn qərarı ilə cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətləri 01 ay olmaqla-10 ayadək uzadılmışdır. (cild 1, iş vərəqə 223-246, cild 2, iş vərəqə 34-59, 86-115) 21 yanvar 2021-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 tərəfindən külli miqdarda, 8,698 qram narkotik vasitə heroinin, külli miqdarda, 20,203 qram psixotrop maddə metamfetaminin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən 2 ədəd həbdən ibarət külli miqdar, 0,34 qram metilendioksimetamfetamin (MDMA) tərkibli dərman preparatının, 56 ədəd kapsullardan ibarət təsiredici maddəsi preqabalinin külli miqdarda 15,15 qram təşkil edən preqabalin tərkibli dərman preparatının və 40 ədəd kapsullardan ibarət təsiredici maddəsi tropikamidin ümumi miqdarı 0,2 qram təşkil edən preqabalin tərkibli dərman preparatının əldə edilmə mənbəsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (cild 2, iş vərəqə 133-137) İş üzrə 21.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif edilmiş və 22.01.2021-ci il tarixdə ona qeyd olunan maddələrlə, Təqsirləndirilən şəxs2 isə 21.01.2021-ci il tarixdə CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 139-140, 171-173) İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 aprel 2020-ci il tarixli 6/504 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” yazısı olan 1N-li paketdə, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,526qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində:” vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomiobilin qabaq sağ saxlanc yerindən aşkar edilərək götürülmüş” yazısı olan 2N-li paketdə, -7(yeddi) ədəd kağız bükümlərdə, ümumu təmiz çəkisi 1,074qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 4 (dörd) ədəd şəffaf polietilen paketlərdə ümumi təmiz çəkisi 5,808qr bozumtulsarı rəngli daşlaşmış vəziyyətdə maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -9 (doquz) ədəd şəffaf polietilen paketlərdə, ümumi təmiz çəkisi 18,49qr ağ rəngli uzunsov və xırda kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -2 ədəd üzərində “ V” yazısı həkk olunmuş yaşıl rənğli həb kustar üsulla hazırlanmış MDMA (metilendioksimetamfetamin “ekztazi”) tərkibli həblərdir və 2 ədəd həbdən ibarət təsiredici maddəsi MDMA ümumi miqdarı 0,34qr-dır ( bir həbdə 0,17qr MDMA olmaqla). Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və idarə etdiyi avtomobilin qabaq sağ saxlanc yerindən götürülmüş metamfetaminin ümumi təmzi çəkisi 20,09 qr-dır və F. Şamxalovun üzərindən götürülmüş metamfetamin,onun idarə etdiyi avtomobilindən götürülmüş metamfetaminlərlə tərkibindəki komponentlərinə görə fərqlidir. Tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomiobilin qabaq saxlanc yerindən aşkar edilərək götürülmüş..” yazısı olan 3N-li paketdə, -zavod üsulu ilə qablaşdırılmış, üzərində “Regapen ( preqabalin) 300qr” yazısı olan konvalyutdaki 45 ədəd ağ-qəhvəyi rəngli kapsul və üzərində “Alyse(preqabalin) 150mq': yazısı olan konvalyutdaki 11 ədəd ağ rəngi kapsul preqabalin tərkibli dərman preparatıdır; -45 ədəd kapsuldan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 13,5 qr( bır kapsulda 0,3qr preqabalin olmaqla) ,11 ədəd kapsuldan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 1,65qr( bir kapsulda 0,15qr preqabalin olmaqla) və ümumi sayı 56 ədəd kapsulda preqabalinin ümumi miqdarı 15,15qr-dır ; -zavod üsulu ilə qablaşdırılmış 40 ədəd üzərində “Mydrax 1 %" yazısı olan qırmızı qapaqlı şəffaf plastik qablarda şəffaf rəngsiz maye tropikamid tərkibli dərman preparatıdır və 40 ədəd qablarda təsiredici maddəsi tropikamidin ümumi miqdarı 0,2qr ( bir qabda 0,005qr tropikamid omaqla) təşkil edir; -bir ədəd, üzərində” Digital Scale 550g” markalı” markalı elektron tərəzinin üzərində paixotrop maddə-metamfetaminin izləri vardır. (cild 1, iş vərəqə 84-89) İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 aprel 2020-ci il tarixli 6/505 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində : “vət. Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş..” yazısı olan paketdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,113qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,448qr qəhvəyi rəngli tozşkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində:” vət. Təqsirləndirilən şəxs2 saxlanılarkən idarə etdiyi avtomobilin qolunu qoyulan üçün nəzərdə tutulmuş saxlanc yerindən götürülmüş...” yazısı olan paketdəki , üzərində Kent” yazısı olan siqaret qutuda 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 2,442qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Vət. Təqsirləndirilən şəxs2 götürülmüş heroinin ümumi təmiz çəkisi 2,890qr və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. (Cild 1, iş vərəqə: 90-94) İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 aprel 2020-ci il tarixli 6/521 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş narkotik vasitə heroin və avtomobilin qolunu qoyulan üçün nəzərdə tutulmuş saxlanc yerindən götürülmüş heroin, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin qabaq sağ saxlanc yerindən aşkar edilərək götürülmüş heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidirilər. -Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş bir ədəd metmafetamin, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bir ədəd bükümdəki metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. -Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş bir ədəd bükümdəki metamfetamin Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin qabaq sağ saxlanc yerindən aşkar edilərək götürülmüş 16 ədəd bükümlərdəki metamfetaminlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidir. (Cild 1, iş vərəqə 116-121) İş üzrə keçirilmiş ambulator məcburi narkoloji ekspertizasının 06.07.2020-ci il tarixli 1840 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 təxminən 8 ildir ki, arabir, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Narkotik vasitələrə, psixotrop maddələrə qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşıb. Öz psixi vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə 82-83) İş üzrə keçirilmiş ambulator məcburi narkoloji ekspertizasının 20.07.2020-ci il tarixli 2005 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 təxminən 1 ildir ki, arabir, düşəndə güclü təsiredici dərman preparatı olan lirika həblərindən istifadə edib. Həmçinin arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. Öz narkoloji anamnezi haqqında tam məlumat vermir. Öz psixi vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Müayinə zamanı Təqsirləndirilən şəxs1 eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bax: İİ cild iş vərəqə: 84-85 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Xanlar oğlu və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 8,698 qram heroin 20,203 qram psixotrop maddə metamfetamin, 45 və 11 ədəd kapsullar, 2 ədəd yaşıl rəngli həb, 40 ədəd plasmas qablar və 01 ədəd elektron tərəzi sübut kimi tanınaraq, tədqiqatdan sonrakı qalıq- 8,278 qram heroinin, 20,203 qram 19.883 qram psixotrop maddə metamfetaminin, 44 və 10 ədəd kapsulların, 1 ədəd yaşıl rəngli həbin, 38 ədəd plasmas qabların qalığının və 01 ədəd elektron tərəzinin DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi barədə qərar qəbul edilmişdir. (cild 1, iş vərəqə 193-195) 21 aprel 2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 saat 19:30-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada üzərinə aparılan şəxsi axtarış zamanı ondan 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroin və 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına tikilmişdir. (cild 1, iş vərəqə 31-33) 21 aprel 2020-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, “Kia Optima” markalı ** TD *** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı oradan narkotik vasitə olan heroin, psixotrop maddə metamfetamin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına tikilmişdir. (cild 1, iş vərəqə 36-38) 21 aprel 2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 saat 22:20-də ünvan 4 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada üzərinə aparılan şəxsi axtarış zamanı ondan 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına tikilmişdir. (cild 1, iş vərəqə 66-69) Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin hakimi X4 29 aprel 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 21 aprel 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 207-208) 20.06.2020-ci il tarixli, 008-2742-1220 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələri nə vaxt, harada, kimdən əldə etməsi, “Elşən” və “Emin” adlı şəxslərin şəxsiyyətini, onların digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmamalarının müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Eyni zamanda bu istiqamətdə tapşırıqda göstərilən digər xüsusatların yoxlanılması məqsədilə əməliyyat tədbirləri davam etdirilir. “xxxx” MMC-dən 10.08.2020-ci il tarixdə daxil olmuş diskə baxış keçirilmiş və tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********60 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri və aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********60 saylı mobil telefon nömrəsinə gələn ismariclər:
1. 17.03.2020-ci il tarixdə saat 21:44 və 21:50-də +**********95 saylı mobil nömrəsindən “X21 var brat sabah 100 faiz pulu vururam sənə”, “5 dənə lazımdı brat 2sini nağd verirəm 3ü sabah karta vururam”
2. 27.03.2020-ci il tarixdə saat 00:19-da + **********47 mobil nömrəsindən “Qaqaw men girdim eve karopkani qoyuram bizim blokda qapinin arxasinda turba var onun arxasina goturersen o birinde atarsanda ora yaxwi”
3. 27.03.2020-ci il tarixdə saat 20:02-də +**********01 saylı mobil nömrəsindən “spicka karobkasinda zadda blokmuznan uzbeuz diananda sag terefne at plekannarin”
4. 06.04.2020-ci il tarixdə saat 15:04-də +**********85 saylı mobil nömrəsindən “Lirika gotumey lazimdi cavav ver sen now bele aparisan”
5. 07.04.2020-ci il tarixdə saat 18:34-də +**********79 saylı mobil nömrəsindən “Orginal liri var Birdeki ag alisa var, Brat yoxdu diyene weherde senol hamsi ozun dartir 80 da deyir”
6. 10.04.2020-ci il tarixdə saat 16:23-də +**********31 saylı mobil nömrəsindən “10 MANATDİG QOYA BİLERSEN PULU KARTA VURDURUM” Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********60 saylı mobil telefon nömrəsindən gedən ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi:
1. 07.04.2020-ci il tarixdə saat 18:28-də +**********71 saylı mobil nömrəsinə “Brat inanki 100 manata gore geldim bura ucuz duwsun.sene heresine 1 manat qoyiram.bele atamin cani uwaq var onun ucun listini 130 manatdan awagi demirem”
2. 09.04.2020-ci il tarixdə saat 21:41-də +**********55 mobil nömrəsinə “Abbas Bax orda iki dene kagizdi?kawlokuma baxdim bir dene 20 lik pati gordum ama mende pati olmali deyildi.deyesen sene az verdim Bax mene yazda”
3. 10.04.2020-ci il tarixdə saat 15:28-də +**********79 mobil nömrəsinə “Gelende falqa gotur malbrodan Yada siqaret satilan yerden 30 40 qep lik dorinko wokolad gotur icimde falqa olir qalx jyuxari simagilfeyem p var bir falqaliq” 4.13.04.2020-ci il tarixdə saat 17:27-də + **********79 mobil nömrəsinə “Mahir lirikaya gore demirdim Men sene bele eleseydim Sen neyniyerdin? 7 denesi ,8 manatdan 56 manat 5 manatda Yola verer.bu sefer az aliram yola” (cild 2, iş vərəqə 9-21) “xxxx” MMC-dən götürülmüş mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələrinin əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq və cinayət işi materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 116-132) “xxxx” MMC-dən 07.08.2020-ci il tarixdə daxil olmuş CD diskə tərəfimdən baxış keçirilmiş və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********47 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********47 saylı mobil telefon nömrəsinə gələn ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi:
1. 19.04.2020-ci il tarixdə saat 20:55 +**********83 saylı mobil nömrəsindən “Seymur axwamun xeyir imkanun var 10 manatdiq kola veresen bir iki gune qaytaracam alinarsa denen gelimde”
2. 20.04.2020-ci il tarixdə saat 16:14 +**********55 saylı mobil nömrəsindən “Sima o dayin oqluna deki onun basina oyun acacam deyirem pul verirem ac gotur aqridan olurem sima duranda ver ona meni almir. gede bilmir aqri nedi kefimnen durub gelmemisemki bidene qapidan pul goturmek nediki goturmedi.qurban olum dur meniyiq olurem sima nolarqaq” Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********47 saylı mobil telefon nömrəsindən gedən ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi:
1. 15.04.2020-ci il tarixdə saat 19:27 +**********60 saylı mobil nömrəsinə “ferid menim beynim yig ushaga da day mehlevizdedi dolamisan”
2. 18.04.2020-ci il tarixdə saat 21:21 +**********60 saylı mobil nömrəsinə “iki dene menimcun cola goturde o ushaglardan, olqcag yoxsa uzanir yada elemey istemirsen birini denen bilim” (cild 2, iş vərəqə 22-28) Odur ki, “xxxx” MMC-dən götürülmüş mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələrinin əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqə 116-132) Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Mobil telefonun qalereyasındakı şəkillərə nəzər yetirdikdə şəkillərin üzərində olan istiqamətverici işarələr nəzərə çarpır. Bundan əlavə qalereyada olan 21.04.2020-ci il tarixdə qeyd alınmış videogörüntüyə nəzər yetirdikdə Təqsirləndirilən şəxs1 Samir adlı şəxsə görüntüdə olan tərəzini Seymurun aldığını bildirir. Bundan başqa 21.04.2020-ci il tarixdə qeydə alınmış videogörüntüdə Təqsirləndirilən şəxs1 elektron tərəzidə müxtəlif maddələri çəkməsi müşahidə edilir. Qalereyeda olan 21.04.2020-ci il tarixdə qeydə alınmış sonuncu videogörüntüdə Fərid Təqsirləndirilən şəxs2 20 dəqiqədir ki, qayıtmadığını qeyd edir. Bundan əlavə mobil telefonun kontaktına nəzər yetirdikdə Türkiyə mobil operatorlarına məxsus +90 546 *** ** ** nömrəsi “Eliw Pp”, +90 545 *** ** ** nömrəsi “Eliwin işçisi Pp”, +90 538 *** ** ** nömrəsi “Elwen Pp” kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi barədə qərar qəbul edilmişdir. (cild 2, iş vərəqə 71-81) İstintaq zamanı Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilmədiyini göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz müdafiələri üçün gətirdikləri dəlillər iş üzrə toplanmış ilkin araşdırma materialları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, şahid ifadələri, telefon danışıqları, maddi sübutlar və iş üzrə toplanmış digər sənədlərlə təkzib edilmişdir. (cild 2, iş vərəqə 154-157, 185-188) Cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Xanlar oğlu və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 8,698 qram heroin 20,203 qram psixotrop maddə metamfetamin, 45 və 11 ədəd kapsullar, 2 ədəd yaşıl rəngli həb, 40 ədəd plasmas qabların tədqiqatdan sonrakı qalığı- 8,278 qram heroin, 20,203 qram 19.883 qram psixotrop maddə metamfetamin, 44 və 10 ədəd kapsullar, 1 ədəd yaşıl rəngli həb, 38 ədəd plasmas qabların qalığı və 01 ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. 2 ədəd CD disk, 03 ədəd DVD disk, 01 ədəd “Xiamo” markalı mobil telefon, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcədə cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirici hallar müəyyən edilməsədə məhkəmə onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, istintaq zamanı həmin narkotik vasitələrin ona məxsus olmasını səmimi etiraf etməsini, həmçinin məhkəmə istintaqı zamanı həmin narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf etməsədə həmin vasitələrdən istifadə etdiyini əməlindən peşman olduğunu, ümumi iş üzrə özünü qismən yəni narkotik vasitələrin istifadəsində təqsirli bilməsini məhkəmə yüngülləşdirici hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirici hallar müəyyən edilməsədə məhkəmə onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, istintaq zamanı həmin narkotik vasitələrin ona məxsus olmasını səmimi etiraf etməsini, həmçinin məhkəmə istintaqı zamanı həmin narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf etməsədə həmin vasitələrdən istifadə etdiyini əməlindən peşman olduğunu, ümumi iş üzrə özünü qismən yəni narkotik vasitələrin istifadəsində təqsirli bilməsini məhkəmə yüngülləşdirici hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 21.04.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barələrində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Seymur Xanlarovun cəza çəkmələrinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu 21.04.2020-ci tarixdən, hesablanmalı, həmçinin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər cəza çəkdikləri müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmaqla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 Xanlar oğlu və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 8,698 qram heroin 20,203 qram psixotrop maddə metamfetamin, 45 və 11 ədəd kapsullar, 2 ədəd yaşıl rəngli həb, 40 ədəd plasmas qabların tədqiqatdan sonrakı qalığı- 8,278 qram heroin, 20,203 qram 19.883 qram psixotrop maddə metamfetamin, 44 və 10 ədəd kapsullar, 1 ədəd yaşıl rəngli həb, 38 ədəd plasmas qabların qalığı və 01 ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitə məhv edilməli, 2 ədəd CD disk və 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Xiamo” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 342 (üç yüz qırx iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X8 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Qurbanov Pərviz Sahib oğluna 360 (üç yüz altmış) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1 Seymur oğlu Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhtum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 Seymur oğluna qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Seymur oğlu cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhtum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 Xanlar oğlu və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 8,698 qram heroin, 20,203 qram psixotrop maddə metafetamin, 45 və 11 ədəd kapsullar, 02 ədəd yaşıl rəngli həb, 40 ədəd plasmas qabların tədqiqatdan sonrakı qalığı- 8,278 qram heroin, 20,203 qram 19.883 qram psixotrop maddə metafetamin, 44 və 10 ədəd kapsullar, 01 ədəd yaşıl rəngli həb, 38 ədəd plasmas qabların qalığı və 01 ədəd elektron tərəzi məhv edilsin; Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Xiamo” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın; 02 ədəd CD disk və 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 342 (üç yüz qırx iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X8 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Qurbanov Pərviz Sahib oğluna 360 (üç yüz altmış) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.