Məhkəmə qərarları › İş №1(101)-785/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-785/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-785/2023 19.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 sentyabr 2022-ci il tarixli qərarı ilə «həbs» növündə qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi külli miqdarda 1212 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və ümumi çəkisi külli miqdarda 115,287 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin bir hissəsini üzərində saxlayaraq daşımış, bir hissəsini isə yaşadığı ünvan 1 ünvanda saxlamış, 16 sentyabr 2022-ci il tarixdə saat 10:05 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanılmasında şübhəli bilindiyi üçün ünvan 3 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanda yerləşən Suraxanı rayon Polis İdarəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı 01 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi-76,143 qram, sol yan cibindən 07 (yeddi) ədəd bükümlərdə 1,666 qram, 0,550 qram, 0,475 qram, 0,651 qram 0,786 qram, 0,456 qram və 0,414 qram, ümumi ümümi təmiz çəkisi külli miqdarda -4,998 qram, 04 ədəd kağız bükümlərdə təmiz çəkiləri 1,110 qram, 1,093 qram, 1,115 qram, 1,125 qram ümümi təmiz çəkisi külli miqdarda-4,443 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, həmçinin şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə ağ rəngli salfetdə təmiz çəkisi-100,9 qram, şalvarının sol yan cibindən isə 01 ədəd kibrit qutusunun içərisində 10 ədəd bükümlərdə təmiz çəkıləri-0,280 qram, 0,278 qram, 0,323 qram, 0,295 qram, 0,269 qram, 0,293 qram, 0,275 qram, 0,293 qram, 0,296 qram, 0,286 qram ümumi təmiz çəkisi külli miqdarda 2,888 qram; 03 ədəd kağız bükümdə (01 ədəd bükümün içərisində 02 ədəd büküm olmaqla) ümumi 04 ədəd bükümlərdə təmiz çəkiləri-0,415 qram, 0,418 qram, 0,461 qram, 0,369 qram, ümumi təmiz çəkisi 1,663 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, əynində olan göy rəngli köynəyinin döş cibindən bir ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 17:10-dan 17:40-a kimi olan müddət ərzində yaşadığı ünvan 6 ünvanında yerləşən evinə baxış və götürmə aparılarkən evin yataq otağında olan güzgülü taxta dolabın üstündəki üzərində «Pinar Labne» yazısı olan plastik qutunun içərisindən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 05 (beş) ədəd tibbi şprits və 02 (iki) ədəd şüşə qablar, çarpayının döşəyinin altından qara rəngli sellofana skoçlanmış vəziyyətdə olan bağlamada təmiz çəkisi 1104,0 qram, üzərində «Milla» yazısı olan plastik qutunun içərisində 03 (üç) ədəd şəffaf sellofan bükümlərində təmiz çəkiləri külli miqdarda 3,742 qram, 5,264 qram, 6,027 qram ümumi təmiz çəkisi külli miqdarda 15,033 qram, 13 (on üç) ədəd siqaretin kağızı bükümlərində təmiz çəkiləri 0,702 qram, 0,273 qram, 0,912 qram, 1,107 qram, 0,679 qram, 0,758 qram, 1,245 qram, 0,479 qram, 0,570 qram, 0,341 qram 0,382 qram, 0,396 qram, 0,527 qram, ümumi təmiz çəkisi külli miqdarda 8,371 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 (dörd) ədəd şəffaf sellofan bükümlərində təmiz çəkiləri külli miqdarda 3,651 qram, 3,117 qram, 1,318 qram, 1,580 qram ümumi təmiz çəkisi külli miqdarda 9,666 qram, 03 (üç) ədəd siqaret kağızı bükümlərində təmiz çəkiləri 0,095 qram, 0,050 qram, 0,025 qram ümumi təmiz çəkisi 0,170 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, ona qarşı irəli sürülən ittihamlar həqiqəti əks etdirmir. Polis əməkdaşları ona əziyyət verərək, onkoloji xəstəliyinə məhəl qoymadan uşaqlarının, qonşuların gözü qarşısında sürüyərək evdən çıxarmışdırlar. Polis əməkdaşları onun ailəsinin gözü qarşısında mənzilə daxil olmuş, onu apararaq razılaşması üçün əziyyət vermiş, təhqir edilmiş, o da həmin sənədlərə imza çəkmişdir. Onu döyərək, imza etmədiyi təqdirdə narkotik vasitə yükləyəcəklərini bildirmiş, o da özü istifadəçi kimi razılaşmışdır. Çəkiliş zamanı üzərindən aşkar edilən maddələri “Anar” və “Siyavuş” adlı şəxslər ona təqdim etmişdirlər. Evə baxış zamanı o da iştirak etmiş, evdə aşkar edilən narkotik vasitələrinin hamısını polis əməkdaşları yerləşdirmişdir. Onu bölməyə gətirdikdən sonra polis əməkdaşları onun evinə getmiş, hamını evdən çıxarmış, daha sonra çəkiliş olacağını bildirmiş, narkotik vasitələri otağa yerləşdirmişdirlər. Bütün bunları təsdiq edən şəxs var. İki kiloqram narkotik vasitəni evə Anar adlı polis əməkdaşı olmuşdur. Onun vaxtaşırı ağrıları olduğuna görə narkotik vasitə istifadə etmişdir. Narkotik vasitənin aludəçisi olmamışdır. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 1 il yarım, iki il cəza çəkmiş, iki dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir dəfə isə 234.2ci maddəsi ilə məhkum olunmuşdur. Bir müddət öncə polis əməkdaşları, tərəflərindən saxlanılan qonşusunun evinə girib sonuncuya məxsus əşyalarını götürdükdə o, biraz içkili olmuş, beş ailənin o evdə yaşadığını, əşyalarını niyə apardıqlarını soruşmuşdur. Bu söhbətdən sonra polis əməkdaşları qonşularının, ailə üzvlərinin yanında onu da qonşusunun yanına göndərəcəyini bildirmişdirlər. Həmin vaxtdan 1 il keçmiş, o rayona müalicə olunmaq üçün getmişdir. Övladlarının yanına qayıtdıqda isə qeyd edilən hadisələr baş vermişdir. O, sadəcə olaraq narkotikdən istifadə etmişdir. Vahid adlı şəxs onun bibisi oğludur, idman müəllimidir və narkotik vasitədən istifadə etmir. Başqa Vahid adlı şəxs tanımır. Onun mobil telefonuna “Vahid” adlı şəxsin narkotik vasitəni istəməsi ilə bağlı sms daxil olsa da həmin şəxsi tanımır. Narkotik vasitəni “Faiq” adlı şəxsdən əldə etmiş, onun tutulub-tutulmadığını isə bilməmişdir. Onkoloji dərmanlar baha olduğuna görə dostları tərəfindən əldə edilən narkotik vasitə istifadə etmişdir. Saxlanılan zaman üzərində 0.6 qram narkotik vasitə və lampalar olmuşdur.Üzərindəki heroini şəxsi istifadəsi üçün saxlamışdır. İstintaq təcridxanasında yerləşdirilən zaman, müayinə olunmuş, xəsarət faktı aşkar olunmuş, xəsarətlər tibbi kitabçasında qeyd olunmuşdur. Döyülməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Suraxanı Rayon Məhkəməsinin hakiminə yazmışdır. “Faiq” adlı şəxsi tanıyır, o, Suraxanıda yaşayır. “Faiq” adlı şəxslə onu üzləşdirməyiblər. “Faiq” ona zəng edərək danışmış, ona narkotik vasitənin satışı ilə bağlı mesaj yazmamışdır. Saxlanılan zaman üzərində bir telefon olmuş, şəxsi axtarış zamanı telefonları ondan götürmüşdürlər. 994 55 *** ** ** və 994 55 919 74 75 nömrələri ona məxsusdur. Bu nömrələrə ondan narkotik istənilməsi ilə əlaqədar məsajlar gəlsə də həmin məsajları cavablandırmamışdır. Sonuncu dəfə 2016-cı ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin olunmuş cəzadan şərti olaraq 8 ay əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı rayon Polis İdrarəsinin əməkdaşı Şahid2 Mehdi oğlu ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı rəhbərliyə raport şəklində məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. 2022-ci ilin sentyabr ayı, səhər, saat 10-11 radələrində, Bülbülə qəsəbəsində, yaşadığı ünvanın qarşısında mülki formada Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onu narkotik vasitələrin daşınmasında şübhəli olduğu üçün Suraxanı rayon Polis İdarəsinə gətirmişdirlər. Müdafiəçi dəvət olunaraq şəxsin üzərinə baxış keçirilmiş, şəxsin üzərindən kibrit qutuları və sellofan torba içərisində narkotik maddə, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Şəxsin razılığı ilə evinə baxış keçirilmiş, evində də narkotik vasitə aşkar edilmişdir. Əməliyyat məlumatının məzmunu narkotik vasitələrin istifadəsi, daşınması və satılması olmuş, əməliyyat qrupunda 3 nəfər olmuşdurlar. Evə şəxsin razılığı, müdafiəçinin iştirakı ilə birlikdə baxış keçirilmişdir. Onlar evə baxış keçirən zaman təqsirləndirilən şəxsin ailə üzvləri evdə olmuşdur. “Faiq” və “Kamil” adlı şəxslər eyni küçədə fəaliyyət göstərmişdirlər. Onlar “Faiq” adlı şəxsi də tutmuşdurlar. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı rayon Polis İdrarəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının məzmunu narkotik vasitələrinin daşınması, istifadəsi və satışı ilə bağlı olmuşdur. 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, daha sonra Bəydəmirov küçəsində xidmət aparan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq, polis işçisi olduqlarını bildirmiş, onu narkotik maddələrinin daşınmasında, istifadəsində, satışında şübhəli olduğundan bölməyə dəvət etmiş və şübhənin mahiyyətini saxlanılan şəxsə izah etmişdirlər. Polis idarəsində Təqsirləndirilən şəxs üzərində qanunsuz nə varsa təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs üzərindən “patı”, “kola” yazılmış kibrit qutularını və 2 ədəd mobil telefonu, 5-10 manat pulu təqdim etmişdir. Saxlanılan şəxsin evinə baxış keçirən zaman çarpayının altından 1 qara sellofan bükümdə kütlə aşkar edilmişdir. Əməliyyat məlumatının məzmununda narkotik vasitələrin satışı olmuşdur. Saxlanılan şəxs narkotik vasitəni “Faiq” adlı şəxsdən əldə etmişdir. Saxlanılan şəxsin narkotik vasitəni kimə satdığı haqqında məlumat yoxdur. Onlar saxlanılan şəxsə qarşı hər hansı bir müqavimət göstərməmişdirlər. Adını hal-hazırda xatırlamasa da tərəfindən tutulan şəxslər ifadələrində narkotik vasitələri “Kamil” adlı şəxsdən aldıqlarını bildirmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı rayon Polis İdrarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı ünvan ərazisində 2016-ci ildən etibarən xidmət göstərir. Ona əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının məzmunu Kamil adlı şəxsin narkotik vasitələrini daşıması, istifadəsi və satışı ilə bağlı olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, o, əməliyyat qrupunun rəhbəri olmuş, digər qrup üzvləri isə Şahid3, Siyavuş Səfərov olmuşdur. Şəxsin yaşadığı ünvanın qarşısına gələrək, ona yaxınlaşmış, ona narkotik vasitələrinin istifadəsində və satışında şübhəli olduğunu bildirərək idarəyə dəvət etmişdirlər. İdarədə videoçəkiliş vasitəsilə şəxsin üzərinə baxış keçirmiş, üzərindən “patı” və “kola” yazılmış balaca qutular, telefonlar olmuşdur. Şəxsi üzərindən aşkar edilərək götürülən mobil telefonları istintaq orqanına təhvil vermişdirlər. Narkotik vasitələrin necə qablaşdırıldığı onun yadında qalmamışdır. Saxlanılan şəxs ərizə yazaraq, evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, onlarla birlikdə evə baxışda iştirak etmişdir. Şəxsin otağında qara rəngli selofan bükümdə kütlə aşkarlanmış, saxlanılan şəxs bükümün ona məxsus olmadığını bildirmişdir. Onlar saxlanılan şəxsin evindən kristal şəkilli, heroinə bənzər maddə, tərəzi, telefon və dərman tabletka aşkar etmişdirlər. Evə baxış zamanı saxlanılan şəxsin yaxınları gəlmişdir. Şəxsi saxlayarkən qaçmağa meyilli olmasına baxmayaraq ona qarşı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsin evinə baxış keçirilən zaman qaça bilsin deyə camaatı ətrafına yığmışdır. Əvvəllər də onlara şəxsin narkotik vasitələrinin istifadəsi əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi “Faiq” adlı şəxsin ortağı olan, öz qapı qonşusu, narkotik maddənin satışı ilə məşğul olan “İnnaş” adlı şəxsin qapısını ona narkotik vasitə verməsi üçün kəsmişdir. Həm “İnnaş”, həm də Faiq adlı şəxslər onların tərəfindən tutularaq saxlanılmışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır, o, özü kuryer işləyir, qardaşı onkoloji xəstəlikdən əziyyət çəkir. Saat 9-10 radələrində işə getməyə hazırlaşarkən qardaşıgilin evinə girən şəxslərdən kim olduqlarını soruşmuş, onlara içəri daxil olmağa icazə verməmişdir. Evə 5-6 nəfər polis əməkdaşı gəlmiş və onlar evə əllərində taxta ilə daxil olmuşdular. O, yalnız sonuncu polis əməkdaşını içəri daxil olarkən görmüşdür. O, evə girməyə, qardaşının üzərindən aşkar edilən maddələri görməsinə imkan yaradılmasını xahiş etdikdə, polis əməkdaşları ona “elə etmə ki, sənə də cəza verək” demiş, qonşulardan heç kəsə evə baxışda iştirak etməyə icazə verməmiş, onlar da çəkilib kənara durmuşdurlar. Onlara qarşı “Anar” adlı polis əməkdaşı tərəfindən haqsızlıq olunmuşdur. Onun qardaşı Kamil “ay qonşular bunlar mənim üzərimə yük qoymaq istəyirlər” şəklində qışqırmışdır. Daha sonra çaxnaşma başlamış və Kamili sürüyə-sürüyə aparmışdırlar. O, qardaşının taxta ilə döyülməsini yox, polis əməkdaşları tərəfindən süründüyünü görmüşdür. O, qardaşının narkotik vasitələrdən istifadə etdiyini bilirdi, lakin qardaşı narkotik vasitə satmamışdır. Qohumlardan heç kəs qardaşının evdə narkotik vasitə saxladığını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşuluqdan tanıyır. O, qonşusunun saxlanılması ilə əlaqədar səs-küyə çıxmış, uzaqdan mübahisənin olduğunu, Kamilin əllərində qandal olduğunu və onu maşına salmaq istədiklərini görmüşdür. Bu şəxslərdən iki nəfəri polis işçisi, 2-3 nəfər isə mülki formalı şəxs olmuşdur. Kamil həmin vaxt nəyəsə etiraz etmişdir. Mülki formada olan şəxslərdən birinin əlində göy rəngli bağlı sellofan paket olmuşdur. Sellafon paketin içində nə olduğunu o bilmir və onların əllərində başqa nəsə görməmişdir. Bütün bunları o, hadisə yerinə yaxınlaşarkən görmüşdür. O, hadisə yerinə çatdıqda Kamil artıq maşında olmuşdur. Bu hala təkcə o yox, onun kimi digər qonşular da şahidlik etmişdir. Orada Kamilə polis əməkdaşları zor tətbiq etməklə küçənin əks istiqamətində maşına tərəf aparmışlar. Kamilin qardaşıgil də çöldə olmuş və o da mübahisəyə qoşulmuşdur. İçəridə nə olduğunu bilməsə də, Kamili güc ilə maşına saldıqlarına şahid olmuş, Kamilin üzərinə baxdıqda mübahisə əlamətləri hiss olunmuşdur. Hətta Kamilin qardaşı ona su vermək istəsə də suyun verilməsinə də icazə verilməmişdir. Bu hadisə təxminən 16:30-17:00 radələrində baş vermişdir. Kamil onkoloji xəstə olduğu üçün narkotik vasitə qəbul etdiyini bilmiş, lakin narkotik vasitə satmasına dair məlumatı olmamışdır. Mübahisəyə səbəb Kamilin polis əməkdaşları ilə getmək istəməməsi olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 16 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur(Cild 1, iş vərəqə 5). 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifaşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 8-9). Şəxsi axtarış və götürmə aparılması haqqında 16 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 2 ədəd bükümdə, yəni birisi şəffaf sellofanda olan ağ rəngli salfetin içərisində narkotik vasitə metamfetaminə bənzər kütlə və şəffaf sellofan içərisində narkotik vasitə heroinə bənzər kütləni, həmin şalvarın sol yan cibindən 3 ədəd kibrit qutularının içərisində ümumilikdə 24 ədəd büküm, ayrı-ayrılıqda “Паты” yazısı olan kibrit qutusunun içərisində 10 ədəd siqaret kağızına bükülmüş bükümlər, “Кола” yazısı olan kibrit qutusunun içərisində 7 ədəd siqaret kağızına bükülmüş bükümlər və adı kibrit qutusunun içərisində 7 ədəd siqaret kağızına bükülmüş bükümlər və onun əynində olan göy rəngli köynəyin döş cibindən 1 ədəd kiçik həcmli tərəzi və 01 ədəd “Nokia” markalı mobil telefon və 01 ədəd “Samsung Duos” markalı mobil telefon və ayriayrılıqda iki ədəd 5 manat əskinaz olan ümumilikdə 10 manat pul təqdim edilmişdir (cild 1, iş vərəqə 32-33). Yaşadığı evə baxış keçirilməsinə və götürmə aparılmasına etiraz etməməsi ilə əlaqədar Təqsirləndirilən şəxs yazılı ərizəsinə əsasən sonuncunun yaşadığı evə baxış və götürmə aparılması haqqında 16 sentyabr 2022-ci il protokoldan görünür ki, evə baxış keçirilən zaman “Pinar Labne” yazısı həkk olunmuş plastik qutunun içərisində 05 ədəd şprits və 02 ədəd şüşə qabı, üzərinə “Dove” yazısı həkk olunmuş qutunun içərisində ağ rəngli kütlə, üzərində «Milla» yazısı olan plastik qutunun içərisində 07 ədəd şəffaf sellofan bükümdə narkotik vasitəyə bənzər maddələr və 16 ədəd siqaret kağızı bükümdə narkotik vasitəyə bənzər, ümumilikdə 23 ədəd narkotik vasitəyə bənzər maddələr, 1 ədəd üzəri “Paratesetamol” həkk olunmuş həbb və həmin otaqda yerləşən yatağın altında 1 ədəd qara rəngli sellofanın içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir (cild 1, iş vərəqə 34, 37). Məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2022-ci il tarixli rəyində görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 45» dairəvi möhür əksləri «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd edilmiş zərflərdə 01 ədəd bükümdə təmiz çəkisi -76,143 qram; 07 ədəd bükümlərdə 1,666 qram, -0,550 qram 0,475 qram, 0,651 qram, 0,786 qram, 0,456 qram, 0,414 qram, ümumi təmiz çəkisi 4,550 qram 0,475 qram, 0,651 qram, 0,786 qram, 0,456 qram, 0,414 qram, ümumi təmiz çəkisi 4,998 qram; 04 ədəd kağız bükümlərdə təmiz çəkiləri-1,110 qram, 1,093 qram, 1,115 qram, 1,125 qram, ümumi təmiz çəkisi 4,443 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 100,9 qram; 01 ədəd kibrit qutusunun içərisində 10 ədəd bükümlərdə təmiz çəkiləri 0,280 qram, 0,278 qram, 0,323 qram, 0,295 qram, 0,269 qram, 0,293 qram, 0,275 qram, 0,293 qram, 0,296 qram, 0,286 qram, ümumi təmiz çəkisi 2,888 qram; 03 ədəd kağız bükümdə (01 ədəd bükümün içərisində 02 ədəd büküm olmaqla) ümumi 0-4ədəd bükümlərdə təmiz çəkiləri 0,415 qram, 0,418 qram, 0,461 qram, 0,369 qram, ümumi təmiz çəkisi 1,663 qram ağ rəngli kristallardan ibarət maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, «Azərbaycan Respublikası DİN zərflər üçün № 45» dəirəvi möhür əksləri, «Təqsirləndirilən şəxs yaşadığı evin fərdi yaşayış otağından aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd edilmiş zərflərdə 01 ədəd bükümdə təmiz çəkisi 1104,0 qram; 03 ədəd bükümlərdə təmiz çəkiləri 3,742 qram, 5,264 qram, 6,027 qram, ümumi təmiz çəkisi 15,033 qram; 13 ədəd bükümlərdə təmiz çəkiləri-0,702 qram, 0,273 qram, 0,912 qram, 1,107 qram, 0,679 qram, 0,758 qram, 1,245 qram, 0,479 qram, 0,570 qram, 0,341 qram, 0,382 qram, 0,396 qram, 0,527 qram, ümumi təmiz çəkisi 8,371 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 04 ədəd bükümlərdə təmiz çəkiləri 3,651 qram, 3,117 qram, 1,318 qram, 1,580 qram, ümumi təmiz çəkisi 9,666 qram; 03 ədəd bükümlərdə təmiz çəkiləri 0,095 qram, 0,050 qram, 0,025 qram ümumi təmiz çəkisi 0,170 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd plastik qabın içərisində təmiz çəkisi, 75,4 qram iri ölçülü ağ rəngli kristallardan ibarət maddələr narkotik vasitələrə, psixotrop maddələrə və güclü təsir edən maddələrə aid deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində, 05 ədəd şprits və 02 ədəd şüşə qabların içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və maddə nümunələri ilə müqayisəli tədqiqat aparmaq mümkün deyidir. Tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroinlər və psixotrop maddə metamfetaminlər Təqsirləndirilən şəxs yaşadığı evin fərdli yaşayış otağından aşkar edilmiş narkotik vasitə heroinlər və psixotrop maddə metamfetaminlər ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edirlər. Heroinlərin ümumi təmiz çəkisi-1212 qram, metamfetaminlərin ümumi təmiz çəkisi 115,287 qramdır. Ekspert tədqiqatından sonra heroinlərin qalıq çəkisi 1211,7 qram, metamfetaminlərin isə qalıq çəkisi 114,978 qram təşkil etmişdir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş, vərəqə 45-48). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəsətəxanası” X9 03 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada qeydiyyatda olmamışdır ( cild 1, iş vərəqə 109). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”nin 21 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə xx.xx.2008 – xx.xx.2008 və xx.xx.2015xx.xx.2015-ci il tarixlərdə göstərilən xəstəxanada qeydiyyatda olmuşdur ( cild 1, iş vərəqə 113). Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsi ilə bağlı aparılan telefon danışıqlarını, yazışmaların mətni barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən 14 dekabr 2022-ci il tarixli müşaiyət məktubu ilə daxil olan CD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx-xx-2022-ci il tarixdə saat 22:40:43-də, ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsinə «Qerdew gec galarsan eva?1d kola ehtiyac idi.imkan var duzub qowmaga?» xx-xx-2022-ci il tarixdə saat 11:59:41-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə «yəqenki otkaz elamarsan manə bidənə к və daş balaca qret elə manə 6 dənə sdelay 25 man verecem Vahiddi aç» (cild 1, iş vərəqə 127-130). Məhkəmə narkoloji ekspertizanın 16 dekabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. (cild 1, iş vərəqə 154-155). Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ümumi təmiz çəkisi 1212 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 115,287 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və 05 (beş) ədəd şprits, 02 (iki) ədəd şüşə qab iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1211,7 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 114,978 qram təşkil edən psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və 05 (beş) ədəd şprits, 02 (iki) ədəd şüşə qab maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd «DVD» disk, Təqsirləndirilən şəxs adına olan 055 -376-44-63 saylı mobil telefon nömrəsi ilə aparılan danışıqları, sms yazışmaların mətnini, anten dairəsi məlumatlarını özündə əks etdirən 1 ədəd CD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 174-187). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, tutularkən üzərində cəmi 0.6 qram narkotik vasitə və lampalar olması, nə şəxsi axtarış zamanı üzərindən, nə də evinə baxış zamanı aşkar edilən narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması, şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitənin əvvəlcədən göstərilmiş fiziki təzyiq altında könüllü təqdim etməsi barədə məhkəmədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun 21 noyabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları X4 və Şahid2 tərəfindən işgəncələrə məruz qalması faktı ilə bağlı Suraxanı rayon prokurorluğunun müstəntiqi X2 tərəfindən araşdırma aparılmış, cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul edilmişdir(cild 1, iş vərəqə 116-117). Qərar çıxarılarkən istinad edilən məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş baş təpə nahiyəsinin səthi əzilmiş yarası və sağ baldırın sıyrıqları xəsarətləri bərk küt əşyaların təsirindən törənmişdir. Xəsarətlərin xarakterik xüsusiyyətləri tibbi sənəddə ətraflı təsvir edilmədiyindən törənmə müddəti barədə konkret fikir söyləmək mümkün olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı ilə bağlı Suraxanı rayon prokurorluğunun 21 noyabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məhkəmə iclasında şikayət verib-verməməsi müəyyənləşdirilərkən aydın olmuşdur ki, sonuncu həmin qərardan şikayət etməmişdir. Məhkəmə həmçinin 16 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zamanı özündə olan narkotik vasitələri təqdim etməsini fiziki təzyiqə məruz qalması ilə əsaslandırsa da eyni gündə evinə baxış keçirilərkən, habelə baxış keçirildikdən sonra verdiyi izahatında evindən aşkar edilən narkotik vasitənin ona məxsus olmasını rədd etməsini, hər üç istintaq hərəkətinin eyni polis əməkdaşları tərəfindən həyata keçirilməsini, həmçinin Təqsirləndirilən şəxs aşkar edilən xəsarətlərin məhkəmə tibbi ekspertizası rəyi ilə hansı günə təsadüf etməsinin qeyri-müəyyən olmasını nəzərə alaraq hesab edir ki, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərinin mötəbərliliyini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar yoxdur. Həmin video görüntülərdən isə görünür ki, şəxs özü evə baxış keçirilməsinə etiraz etməmiş və evdə də ona məxsus narkotik vasitələrin olmasını bildirmişdir. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Təqsirləndirilən şəxs qardaşı əvvəlcə polis əməkdaşlarının evə əlində taxta ilə daxil olduğunu bildirsə də, evə girən polis əməkdaşlarının əlində başqa nəyinsə olub-olmaması barədə sualı evə yalnız sonuncu polis əməkdaşının daxil olarkən gördüyü kimi ziddiyyətli ifadələ vermiş, digər şahid isə polis əməkdaşlarının evə daxil olarkən deyil, yalnız Təqsirləndirilən şəxs apararkən gördüyünü bildirmişdir. Göründüyü kimi hətta müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlərin heç biri Təqsirləndirilən şəxs da iddia etdiyi kimi evindən aşkar edilən narkotik vasitələrin əvvəlcədən onun evinə polis əməkdaşları tərəfindən qoyulması halını təsdiq edə bilməmişlər. Göründüyü kimi həm şəxsi axtarış, həm evə baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, elektron tərəzinin Təqsirləndirilən şəxs məxsus olması işin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı özünün də dediyi kimi üzərindən aşkar edilən narkotik vasitələri və psixotrop maddələri bir gün əvvəl əldə edərək üzərində gəzdirməsi, həmin maddələrin müxtəlif növdə olması (heroin və metamfetamin), çoxsaylı bükümlərdə ayrı-ayrı qutularda yerləşdirilməsi, üzərində aşkar edilən narkotik vasitə və psixotrop maddənin evindən aşkar edəilən narkotik vasitə və psixotrop maddə ilə eynilik təşkil etməsi, həmçinin üzərindən elektron tərəzinin aşkar edilməsi kimi halları nəzərə alaraq, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixdə verilmiş müayinə vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs sidik kisəsinin qeyri-müəyyən və ya nəməlum xarakterli törəməsi diaqnozu qoyulmuşdur (Cild 1, iş vərəqə 162) Təqsirləndirilən şəxs qeyd edilən xəstəliyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, İsakov X5 rayon Məhkəməsinin 29 aprel 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 12 dekabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa X7 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 6 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 2 il 6 ay, 234.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla üzərində 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 01 iyul 2016-cı il tarixli qərarı ilə ona Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilmişdir. 16 iyul 2020-ci il tarixli Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 7 ay 09 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 28 fevral 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 01 iyul 2016-cı il tarixli qərarı ilə üzərində saxlanılmış 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır.(cild 1, iş vərəqə 136-138). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayətin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi üçün zəruri olan iki il müddətdən sonrakı müddətə təsadüf etdiyindən məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xəstəliyi cəzasının yüngülləşdirici halı kimi nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 21), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 91-96). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 154-155). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Suraxanı rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş iş üzrə maddi sübut olub ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1211,7 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 114,978 qram təşkil edən psixotrop maddə metamfetamin, bir ədəd elektoron tərəzi və 05 (beş) ədəd şprits, 02 (iki) ədəd şüşə qab məhv edilməli, şəxsi axtarış və götürmə və evə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 02 ədəd «DVD» disk, Təqsirləndirilən şəxs adına olan 055 -376-44-63 saylı mobil telefon nömrəsi ilə aparılan danışıqları, sms yazışmaların mətnini, anten dairəsi məlumatlarını özündə əks etdirən 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46-49). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən nhəyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 28 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Suraxanı rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1211,7 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 114,978 qram təşkil edən psixotrop maddə metamfetamin, bir ədəd elektoron tərəzi və 05 (beş) ədəd şprits, 02 (iki) ədəd şüşə qab məhv edilsin; - Şəxsi axtarış və götürmə, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən 02 ədəd «DVD» disk, Təqsirləndirilən şəxs adına olan 055 -376-44-63 saylı mobil telefon nömrəsi ilə aparılan danışıqları, sms yazışmaların mətnini, anten dairəsi məlumatlarını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 28 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar