Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-786/2020 20.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Allahmanov Şöhrət Nəbi oğlunun iştirakları ilə xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, əvvəllər fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmuş, barəsində həbs qətimkan tədbiri seçilməklə ƏN Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanıla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsini əsas gətirərək qısqanclıq niyyəti ilə üzərində olan kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs alt çənəsinin sol yarısının ağız boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid, habelə hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması ilə) müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edən və dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid 2 ədəd deşilmiş-kəsilmiş yaraları kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Belə ki, o Kristina ilə 2002-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 5 övladları vardır. Kristina ilə Münasibətləri əvvəllər normal olmuş, 2017-ci ildə Kristinə ilə aralarında qısqanclıq üstündə mübahisələr başlamışdır. Həmin ərəfədə ona məlum olmuşdur ki, Kristina sinif yoldaşı olmuş, Anar Ağayev adlı şəxslə ona xəyanət etmişdir. Belə ki, 2017-ci ildə Kristinanın telefonunda yazışmalar tutmuş və sübut olaraq Kristinadan soruşanda həmin Anar adlı şəxslə elə-belə yazışdığını demişdir. O inanmasa da 5 uşaqlarının xətrinə səbir etmiş və ailəsini dağıtmamış, lakin sonralar da qısqanclıq üstündə mübahisələri olmuşdur. Təxminən iki ay əvvəl qısqanclıqla bağlı mübahisələri daha da dərinləşmiş, xx.xx.2020-ci il tarixdə Kristina ilə səhər saatlarında evdə yenidən mübahisələri olmuşdur. Kristina yenə ona xəyanət etməsini bonuna almamış, o saat 13 radələrində Kiristinya demişdir ki, əgər «boynuna almırsan, gedək söhbət edək». Onlar yaşadıqları evdən saat 13 radələrində çıxıb gəzişə-gəzişə Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlığa tərəf getmişlər. Saat 14 radələrində onlar qəbiristanlığa daxil olub, qəbirlərin birinin ətraf hasarından içəri daxil olub və söhbət etməyə başlamışlar. O, evdən çıxarkən Kristinanı cəzalandırmaq üçün qatlanan bıçağı götürüb cibinə qoymuşdur. 0O Kristinaya demişdir ki, «mən hər şeyi bilirəm xəyanət etməyini özün etiraf elə» demişdir. Bu zaman Kristina demişdir ki, «hə anamgildə olanda evdən çıxıb gedib Anarla görüşmüşdüm və sənə xəyanət etdim». O əsəbiləşərək özünü saxlaya bilməyib cibindən çıxardığı qatlanan bıçaqla bir dəfə çənəsinin altından, 2 dəfə sinəsindən, çiyin nahiyəsindən bıçaqla zərbə endirmişdir. Sonra oturduğu daşın üstündən qaldırıb yerə uzatmış və DİN-in 102 xidmətinə və 103 təcili tibbi yardıma zəng vurub məlumat vermişdir. Təcili yardım 15 dəqiqəyə gəlmişdir. O təcili yardıma təhvil verdikdən sonra çıxıb getmiş, bir neçə gün sonra polis əməkdaşları onu yaxalamışlar. Bildirmişdir ki, törətdiyi əməldən səmimi peşmandır, hal-hazırda zərərçəkmiş şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs ilə barışmışdır və himayələrində 5 azyaşlı uşaqları vardır. Bütün bu halların cəza təyini zamanı nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda göstərilən ünvanda qayınanası Bibixanım Ələsərova və 5 uşağı ilə birlikdə yaşayır. Həyat yoldaşı Təqsirləndirilən şəxs həbs olunduqdan sonra həyat yoldaşı ilə birlikdə yaşadığı evdən çıxmış və uşaqları ilə birlikdə qayınanasının yanında yaşayır. 2001-ci ildə Ziyad ilə ailə həyatı qurmuş, birgə nikahdan 5 uşaqları olmuş, ailəli olduqları müddət ərzində müxtəlif ünvanlarda kirayə qalmışlar. Əvvəllər ailədə heç bir mübahisə olmasa da, son 2-3 il ərzində birbirini qısqandıqları üçün aralarında müxtəlif vaxtlarda mübahisələr olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə günorta vaxtı evdə Ziyad ilə aralarında mübahisə baş vermiş, belə ki, Ziyad ona qışqıraraq ondan tələb etmişdir ki, ona xəyanət etməsini desin. O da heç bir xəyanətin olmadığını demiş, saat təxminən 13 radələrində Ziyad ona demişdir ki, «etiraf etmirsənsə gəl gedək mən sənə sübut edəcəm ki, sən xəyanət etmisən». O da Ziyadla birlikdə evdən çıxmış, birlikdə Sabunçu qəsəbəsindən Bakıxanov qəsəbəsinə istiqamət alaraq piyada getməyə başlamışlar. Ziyad qabaqda getmiş, o isə Ziyadın ardınca getmiş, lakin biri-biri ilə heç bir söhbət etməmişlər. Saat təxminən 14 radələrində Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlığa çatanda Ziyad dayanmış və qəbirlərin birinin hasarı daxilində yenidən ona demişdir ki, «bilirəm xəyanət etmisən etiraf et». O Ziyadın hər şeydən xəbərdar olmasını bilib qorxduğu üçün etiraf edərək demişdir ki, «bəli xəyanət etmişəm, bir dəfə Anar adlı şəxslə xəyanət etmişəm». Bunu deyən kimi Ziyad reaksiya verərək hirslənmiş və bıçaqla çənəsinə 1 dəfə və sol sinə nahiyəsinə 2 dəfə bıçaqla vurmuş, sinəsindən qan gəldiyi üçün onu yerə uzatmışdır. Sonra təcili tibbi yardıma zəng vuraraq çağırmış, 15 dəqiqə sonra təcili yardım gəlib onu 3 saylı ŞKX-na aparmışdır. Orada o, əməliyyat olunmuş, Anar adlı şəxs əslində onun sinif yoldaşı olmuş, Anarla «Odnoklassniki» saytı ilə əlaqə saxlayıb görüşmüş, ondan sonra görüşməmiş və Anar barədə başqa məlumatı olmamışdır. Hazırda tam olaraq sağalmış və üzündə hər hansı iz qalmamış, hazırda Ziyadı bağışlamış, ondan şikayəti və tələbi yoxdur. Hazırda onların 5 uşaqlarının olmasını, onunla barışmasını, ər və arvad olmalarını nəzərə alıb Ziyada həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ziyad onun iş yoldaşı olmuş, onlar bir-birinə pul borc verib almışlar. Ziyad bir neçə dəfə ona arvadı Kristinanın sinif yoldaşı ilə onu aldatması barədə danışmışdır. xx xxxxxx 2020-ci il tarixdə Ziyadın anasına 600 manat borc pul vermiş, oda söz vermişdir ki, hər ayın 25-i olmaqla ayba-ay 100 manat hissəhissə pulu qaytaracaqdır. xx xxxxxx 2020-ci il tarixdə bir neçə dəfə Ziyadın mobil telefonuna zəng vurmuş lakin onun telefonu bağlı olmuş, ona görə də Ziyadın anasına zəng vurmuşdur. Anası isə ona «Ziyad arvadını bıçaqlayıbdır» demiş, o Ziyadın anasının bu sözlərinə inanmamış, «pulumu qaytarmamaq üçün yeni oyununuzdur demişdir». Sonra Ziyadın dostu Vofkaya zəng vurmuş və Ziyadın harada olmasını soruşanda o da Ziyadın arvadını bıçaqladığını bildirmiş, bundan sonra o inanmışdır və bir daha Ziyadı axtarmamışdır. 0 Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Ziyad 2001-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və bu nikahdan onların 5 uşaqları vardır. Uzun illər onların normal münasibətləri olmuş və aralarında heç bir münaqişə olmasa da son bir neçə il ərzində, daha doğrusu 2017-ci ildən Ziyad və Kristina arasında qısqanclıq üstündə dəfələrlə mübahisələr və münaqişələr olmuşdur. Əvvəllər Ziyad dəfələrlə əsəbiləşərək evdə dava-dalaş salmış, o bir müddət onların mübahisələrindən bezdiyi üçün Ziyadgildən ayrı yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində yaşadığı evdə olarkən oğlu Ziyad ona 055 *** ** ** saylı mobil nömrədən zəng vurub demişdir ki, «Krsitinanı bıçaqladım, təcili yardım apardı». O əvvəlcə Ziyadın dediklərinə inanmayaraq bu nə danışıqdır ki, danışdığını soruşmuş, Ziyad demişdir ki, «İnanmırsan inanma amma Krsitinanı bıçaqladım». O yenə tam olaraq Ziyadın bu sözlərinə inanmayaraq harada olmasını soruşmuş, Ziyad demişdir ki, «neynirsən hardayam» yerini deməmişdir. Sonra telefonu söndürmüş, o dərhal yaşadığı evdən çıxıb Ziyadın, arvadı Kristina və 5 azyaşlı uşaqları ilə kirayə yaşadığı Sabunçu qəsəbəsində yerləşən evlərinə getmişdir. Uşaqların evdə tək olduqlarını və televizora baxdıqlarını görüb ata və analarını soruşanda demişlər ki, Ziyad Kristinaya demişdir ki, «paltarını geyin gedək», sonra harasa çıxıb getmişlər. Təxminən 20 dəqiqə sonra polis əməkdaşları zəng vuraraq Ziyadın arvadı Kristinanı bıçaqladığını bildirmiş, o da təsdiq etmiş lakin Ziyadın harada olduğunu bilmədiyini onlara demişdir. Həmin günü 3 saylı ŞKX-na gedərək gəlini Kristinaya baş çəkmiş, Kristinanı əməliyyat olunmuş və onun vəziyyəti normal olmuşdur. Kristinadan hadisə barədə soruşanda bildirmişdir ki, «Ziyada xəyanət etməsini etiraf etdiyi üçün onu bıçaqlamışdır». Bir neçə gün xəstəxanada yatdıqdan sonra Kristina xəstəxanadan çıxmış və hazırda gəlni Kristina və 5 azyaşlı uşağı ilə bir yerdə yaşayırlar. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 741 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edən iki ədəd və alt çənənin sol yarısının ağız boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş (ümumilikdə 3 ədəd) yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər bıçağın təsirindən törənmişdir. Qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2020-ci il tarixə və şəraitə uyğun əlir. Dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, alt çənənin sol yarısının ağız boşluğuna ağız boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. (iş vərəqə 94-97) İş materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 580 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 89-90) İş materiallarında olan Məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 3/70 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır. Soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. (iş vərəqə 85-87) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəyini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs Qazax rayon Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1 və 334.1ci maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 02 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilmişdir. Fizuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddələri ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. (iş vərəqə 92-93) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə istinad olunan sənədlər və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsi əsasında Təqsirləndirilən şəxs əməlində hazırkı iş üzrə cinayətlərin residivi halının müəyyən edilmədiyini qeyd edir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx xxxx 2020-ci il tarixli notarial qaydada təsdiq edilən ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həbsdə olduğu müddətdə davranış qaydalarını pozmamışdır və müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2002, xx.xx.2003, xx.xx.2005 təvəllüdlü 3 yetkinlik yaşına çatmayan və xx.xx.2007, xx.xx.2015 təvəllüdlü 2 azyaşlı övladı vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlini tam etiraf edərək səmimi peşmançılıq çəkməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan övladlarının olmasını, ər-arvad olmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza şərti olaraq tətbiq edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan, 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 64 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçildiyindən onun hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət, yəni 05 ay 21 gün ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı 300 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 90 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni 05 ay 21 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sabunçu rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Onun barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan, 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X1 təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüququ yardımla bağlı dövlət büdcəsinin hesabından Xırdalan şəhəri vəkil bürosunun hesabına 300 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 90 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-786/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-786/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver