Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-786/2021 27.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri- X44 və X49 qızı Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X77, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi4, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1960-cı il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt- Xaçmaz sektorunun müdiri vəzifəsində işləmiş, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Xidmətedici Mərkəzinin aparıcı mütəxəssisi vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə, xx xxxxx 1961-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5yan, əvvəllər məhkum olunmamış, barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə, xx xxxxxx 1967-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, A.Mustafayev küçəsi, ev 13-də qeydiyyatda olmaqla Siyəzən rayonu, Gilgilçay qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.2, 32.5,311.3.1 və 32.5,311.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlər, habelə xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 07 aprel 2003-cü il tarixli, 46-k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin müdiri, Balıqartırma İdarəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 19 mart 2004-cü il tarixli 170/ü nömrəli əmri ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamenti adlandırılmasından sonra Departamentin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsinə təyin edilib 7 dekabr 2018-ci il tarixədək həmin vəzifədə işləməklə “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 27 mart 1998-ci il tarixli Qanunu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 aprel 2002-ci il tarixli 1217/ü nömrəli “Su Hövzələrində X16 və Mühafizəsi Departamenti haqqında” Əsasnaməsi və Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin direktorunun 06 yanvar 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş funksional vəzifə təlimatına əsasən, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan təlimatların tələblərinə əməl etmək, balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək, xidməti vəzifəni vicdanla yerinə yetirmək, qanunsuz balıq ovlayanlara qarşı müfəttişlər tərəfindən düzgün və keyfiyyətlə sənədləşdirmələrə kömək göstərmək, sektor işçilərinin nizamlı olmasını, bütün sərəncamların danışıqsız və tez, keyfiyyətlə yerinə yetirilməsinə əməl edilməsini təmin etmək, departamentdə, sektorda dövlət sirlərini mühafizə üzrə lazımi tədbirlərə riayət olunması, qanun pozuntusu aşkar olunduqda müfəttişlər tərəfindən tərtib olunmuş protokollar, aktlar və digər sənədlərin qanunvericiliyə uyğun departamentə təqdim edilməsini təmin etmək, balıq ovu qaydalarının tələblərinin yerinə yetirilməsini təmin etmək, əmək qanunlarına müfəttişlərin iş və istirahət vaxtları haqqında qüvvədə olan Əsasnaməyə uyğun olaraq əmək və istirahət rejimini təşkil etmək, balıq ehtiyatlarına vurulmuş ziyanın Nazirliyin büdcəsinə köçürülməsinin icrasını təmin etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 15 sentyabr 2003cü il tarixli 75-k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi, 04 oktyabr 2016-cı il tarixli 656/k nömrəli əmrlə Nazirliyin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin baş müfəttişi vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs2 və 29 yanvar 2003-cü il tarixli 13-k nömrəli əmrlə Nazirliyin Balıqartırma İdarəsinin Xəzər dənizi və daxili suların bioloji sərvətlərinin mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə bölməsinin aparıcı mütəxəssisi, 02 may 2017-ci il tarixli 321/k nömrəli əmrlə Nazirliyin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə sektorunun baş müfəttişi vəzifəsinə təyin edilməklə 07 dekabr 2018-ci il tarixədək həmin vəzifədə işləmiş Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, xidməti ərazilərində həvəskar balıqçılıqla məşğul olan şəxslərin qanunvericiliyin tələblərinə uyğun olmadan fəaliyyət göstərmələrinə icazə verilməsi müqabilində həmin şəxslərdən müxtəlif məbləğlərdə rüşvət qismində pulların yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən razılaşdırılmış plana və rol bölgüsünə müvafiq olaraq cinayətkar əlaqəyə girərək, o cümlədən, sürücülük fəaliyyəti ilə məşğul olan Siyəzən rayonu, Gil-Gil çay kənd sakini Təqsirləndirilən şəxs4 məsləhət və məlumatları ilə yardım etməklə, habelə rüşvət yolu ilə əldə edilmiş pul vəsaitini alıb ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə balıq və digər su bioresurslarının növündən, onların ov üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən asılı olaraq balıq və digər su bioresurslarının qeyri-qanuni ovunun, habelə ovlanması nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri və onların ovunun yol verilən ümumi miqdarından (kvota) kənar balıq ovunun həyata keçirilməsinə baxmayaraq, 2005-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək olan müddətdə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətlər, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni balıq ovu sezonunda - hər ilin sentyabr ayından növbəti ilin may ayınadək şəxsi istifadələrində olan gəzinti təyinatlı mühərrikli və mühərriksiz qayıqlarla balıq və digər su bioresurslarının ovu məqsədilə xidməti ərazisini əhatə edən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub hissəsində Sumqayıt-Xaçmaz sahil zolağına aid hissədə qeyri-qanuni balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sərbəst çıxışlarına icazə verilməsi, həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması və göz yumulması müqabilində sürücülük fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs4 eyni xarakterli köməkçiliyi ilə özü, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitini Xaçmaz və Siyəzən rayonlarının ərazisində istintaqla dəqiq müəyyən edilməyən ayrı-ayrı yerlərdə vahid niyyətlə rüşvət qismində istəyib həmin niyyətlə ayrı-ayrı şəxslərdən, o cümlədən, X45 2005-ci ildən 2014-cü ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 21600 (iyirmi bir min altı yüz) manat, X10 2005-ci ildən 2007-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 3 (üç) ədəd qayığa görə, cəmi 30000 (otuz min) manat, 2007-ci ilin sentyabr ayından 2014-cü ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 2 (iki) ədəd qayığa görə, cəmi 52000 (əlli iki min) manat, 2014-cü ilin sentyabr ayından 2017-cü ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 1 (bir) ədəd qayığa görə, cəmi 12000 (on iki min) manat, ümumilikdə 94000 (doxsan dörd min) manat, X3 2008-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 6 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 6000 (altı min) manat, Şahid9 2008-ci ilin sentyabr ayından 2009-cu ilin may ayınadək, hər ay 100 manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat, Şahid14 2009cu ildən 2016-cı ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 3000 (üç min) manat, Şahid2 2010-cu ildən 2014-cü ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 40 manat olmaqla, ümumilikdə 1120 (bir min yüz iyirmi) manat, X15 2010-cu ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 7200 (yeddi min iki yüz) manat, X11 2010-cu ildən 2016-cı ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 16200 (on altı min iki yüz) manat, X12 2010-cu ildən 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 14400 (on dörd min dörd yüz) manat, X33 2010-cu ildən 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat, Şahid4 2010-cu ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 1500 (bir min beş yüz) manat, X4 2010-cu ilin sentyabr ayından 2015-ci ilin mart ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat, X13 2011-ci ilin yanvar ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, ümumilikdə 26000 (iyirmi altı min) manat, Şahid5 2011-ci ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 3 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 250 (iki yüz əlli) manat, Şahid1 2011-ci ilin dekabr ayından 2016-cı ilin yanvar ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 6600 (altı min altı yüz) manat, X5 2012-ci ilin yanvar ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 24800 (iyirmi dörd min səkkiz yüz) manat, X51 2012-ci ildə 500 (beş yüz) manat, Şahid10 2012-ci ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 6000 (altı min) manat, Şahid2 2013-cü ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 100 manat olmaqla, cəmi 1600 (bir min altı yüz) manat, 2015-ci ildən 2018-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, cəmi 3200 (üç min iki yüz) manat, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat, Şahid8 2013-cü ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 4 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat, Şahid3 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 1600 (bir min altı yüz) manat, X6 2013-cü ilin sentyabr ayından 2016-cı ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat, Şahid6 2013-cü ilin oktyabr ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 5600 (beş min altı yüz) manat, Şahid15 Səməndər oğlundan 2014-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 7200 (yeddi min iki yüz) manat, Şahid11 2015-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 1200 (bir min iki yüz) manat, X34 2015-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 7 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 2100 (iki min yüz) manat, X7 2015-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 7 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 2100 (iki min yüz) manat, Şahid7 2015-ci ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 1600 (bir min altı yüz) manat, Şahid12 2016-cı ildən 2018-ci ilədək, il ərzində bir qayda olaraq 3 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 180 (bir yüz səksən) manat, Şahid16 2016-cı ilin oktyabr ayından 2017-ci ilin may ayınadək, hər ay 50 manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində və Şahid13 2016-cı ilin noyabr ayından 2017-ci ilin may ayınadək, hər ay 300 manat olmaqla, ümumilikdə 1800 (bir min səkkiz yüz) manat qeyd edilən qaydada qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə 31 şəxsdən külli miqdarda maddi nemət olan cəmi 287.660 (iki yüz səksən yeddi min altı yüz altmış) manat məbləğində pul vəsaitini 2005-ci ildən 7 dekabr 2018-ci il tarixədək xidməti ərazisini əhatə edən Xaçmaz və Siyəzən rayonlarının ərazilərində istintaqla müəyyən edilməyən ayrı-ayrı yerlərdə sürücülük fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs4 köməkçiliyi ilə özü, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə vahid niyyətlə rüşvət qismində alaraq, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, həmin əməlləri ilə Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, habelə Xəzər dənizi akvatoriyasında və daxili su hövzələrində biloji resursların mühafizəsi sisteminin təşəkkülü və effektiv xidmətin təmin edilməsi istiqamətində dövlətin qanunla qorunan mənafeyinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs4 köməkçiliyi ilə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlər, habelə xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir Belə ki, Təqsirləndirilən şəxs2 15 sentyabr 2003-cü il tarixli, 75-k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi, Balıqartırma İdarəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 19 mart 2004-cü il tarixli 170/ü nömrəli əmri ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamenti adlandırılmasından sonra Departamentin Sumqayıt-Xaçmaz sektorunun müfəttişi vəzifəsinə təyin edilib 04 oktyabr 2016-cı il tarixədək həmin vəzifədə işləməklə “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 27 mart 1998-ci il tarixli Qanunu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 aprel 2002-ci il tarixli 1217/ü nömrəli “Su Hövzələrində X16 və Mühafizəsi Departamenti haqqında” Əsasnamə və Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin direktorunun 06 yanvar 2008-ci il tarixli və 14 yanvar 2011-ci il tarixli əmrləri ilə təsdiq edilmiş funksional vəzifə təlimatlarına əsasən, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan təlimatların tələblərinə əməl etmək, balıq ehtiyatlarının mühafizəsini və qorunmasını təmin etmək, balıq ehtiyatlarının qorunması və mühafizəsi sahəsində cinayətkarlığın və inzibati hüquqpozmaların qarşısını almaq və onları aradan qaldırmaq, xidmətə daxil olan protokolları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər daxilində sahə ilə bağlı inzibati hüquqpozmalar üzrə işləri məhkəmələrə göndərmək və məhkəmə qərarlarını icra etmək, balıqçılıq haqqında qanunvericiliyin pozulmasına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək, təhkim olunmuş sahələrdə qanunsuz balıq ovlarına qarşı daimi mühafizəni təmin etmək, qanunsuz ov alətlərinin və nəqliyyat vasitələrinin götürülməsini, eləcə də müvəqqəti saxlanılmasını, qanun pozanlardan götürülmüş balıq, başqa su heyvanat aləmlərinin qanuna uyğun ixracını təmin etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 07 aprel 2003-cü il tarixli, 46-k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin müdiri, Balıqartırma İdarəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 19 mart 2004-cü il tarixli 170/ü nömrəli əmri ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamenti adlandırılmasından sonra Departamentin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsinə təyin edilib 7 dekabr 2018-ci il tarixədək həmin vəzifədə işləmiş Təqsirləndirilən şəxs1 və 29 yanvar 2003-cü il tarixli 13-k nömrəli əmrlə Nazirliyin Balıqartırma İdarəsinin Xəzər dənizi və daxili suların bioloji sərvətlərinin mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin aparıcı mütəxəssisi, 02 may 2017-ci il tarixli 321/k nömrəli əmrlə Nazirliyin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun baş müfəttişi vəzifəsinə təyin edilməklə 07 dekabr 2018-ci il tarixədək həmin vəzifədə işləmiş Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, xidməti ərazilərində həvəskar balıqçılıqla məşğul olan şəxslərin qanunvericiliyin tələblərinə uyğun olmadan fəaliyyət göstərmələrinə icazə verilməsi müqabilində həmin şəxslərdən müxtəlif məbləğlərdə rüşvət qismində pulların yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən razılaşdırılmış plana və rol bölgüsünə müvafiq olaraq cinayətkar əlaqəyə girərək, o cümlədən, sürücülük fəaliyyəti ilə məşğul olan Siyəzən rayonu, Gil-Gil çay kənd sakini Təqsirləndirilən şəxs4 məsləhət və məlumatları ilə yardım etməklə, habelə rüşvət yolu ilə əldə edilmiş pul vəsaitini alıb ona sahiblik edərək özlərinə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə balıq və digər su bioresurslarının növündən, onların ov üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən asılı olaraq balıq və digər su bioresurslarının qeyri-qanuni ovunun, habelə ovlanması nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri və onların ovunun yol verilən ümumi miqdarıdan (kvota) kənar balıq ovunun həyata keçirilməsinə baxmayaraq, 2005-ci ildən 04 oktyabr 2016-cı il tarixədək olan müddətdə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətlər, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni balıq ovu sezonunda - hər ilin sentyabr ayından növbəti ilin may ayınadək şəxsi istifadələrində olan gəzinti təyinatlı mühərrikli və mühərriksiz qayıqlarla balıq və digər su bioresurslarının ovu məqsədilə xidməti ərazisini əhatə edən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub hissəsində Sumqayıt-Xaçmaz sahil zolağına aid hissədə qeyri-qanuni balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sərbəst çıxışlarına icazə verilməsi, həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması və göz yumulması müqabilində sürücülük fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs4 eyni xarakterli köməkçiliyi ilə özü, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitini Xaçmaz və Siyəzən rayonlarının ərazisində istintaqla dəqiq müəyyən edilməyən ayrı-ayrı yerlərdə vahid niyyətlə rüşvət qismində istəyib həmin niyyətlə ayrı-ayrı şəxslərdən, o cümlədən, X45 2005-ci ildən 2014-cü ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 21600 (iyirmi bir min altı yüz) manat, X10 2005-ci ildən 2007-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 3 (üç) ədəd qayığa görə, cəmi 30000 (otuz min) manat, 2007-ci ilin sentyabr ayından 2014-cü ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 2 (iki) ədəd qayığa görə, cəmi 52000 (əlli iki min) manat, 2014-cü ilin sentyabr ayından 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 1 (bir) ədəd qayığa görə, cəmi 8500 (səkkiz min beş yüz) manat, ümumilikdə 90500 (doxsan min beş yüz) manat, X3 2008-ci ildən 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 6 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 5.300 (beş min üç yüz) manat, Şahid9 2008-ci ilin sentyabr ayından 2009-cu ilin may ayınadək, hər ay 100 manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat, Şahid14 2009-cu ildən 2016-cı ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 3000 (üç min) manat, Şahid2 2010-cu ildən 2014-cü ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 40 manat olmaqla, ümumilikdə 1120 (bir min yüz iyirmi) manat, X15 2010-cu ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 7.200 (yeddi min iki yüz) manat, X11 2010-cu ildən 2016-cı ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 16.200 (on altı min iki yüz) manat, X12 2010-cu ildən 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 12300 (on iki min üç yüz) manat, X33 2010cu ildən 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 10600 (on min altı yüz) manat, Şahid4 2010-cu ildən 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 6 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 1.230 (min iki yüz otuz) manat, X4 2010-cu ilin sentyabr ayından 2015-ci ilin mart ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat, X13 2011-ci ilin yanvar ayından 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, ümumilikdə 22500 (iyirmi iki min beş yüz) manat, Şahid5 2011-ci ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 3 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 250 (iki yüz əlli) manat, Şahid1 2011-ci ilin dekabr ayından 2016-cı ilin yanvar ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 6600 (altı min altı yüz) manat, X5 2012-ci ilin yanvar ayından 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, 4 ədəd qayığa görə ümumilikdə 14400 (on dörd min dörd yüz) manat, X51 2012-ci ildə 500 (beş yüz) manat, Şahid10 2012-ci ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 6000 (altı min) manat, Şahid2 2013-cü ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 100 manat olmaqla, cəmi 1600 (bir min altı yüz) manat, 2015-ci ildən 2016-cı ilin oktaybr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, cəmi 2600 (iki min altı yüz) manat, ümumilikdə 4200 (dörd min iki yüz) manat, Şahid8 2013-cü ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 4 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat, Şahid3 2013-cü ilin sentyabr ayından 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 1250 (bir min iki yüz əlli) manat, X6 2013-cü ilin sentyabr ayından 2016-cı ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat, Şahid6 2013-cü ilin oktyabr ayından 2016cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat, Şahid15 Səməndər oğlundan 2014-cü ilin sentyabr ayından 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 5100 (beş min yüz) manat, Şahid11 2015-ci ildən 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 650 (altı yüz əlli) manat, X34 2015-ci ildən 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 7 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 1200 (bir min iki yüz) manat, X7 2015-ci ildən 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 7 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 1200 (bir min iki yüz) manat, Şahid7 2015-ci ilin sentyabr ayından 2016-cı ilin oktyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 1300 (bir min üç yüz) manat və Şahid12 2016-cı ilin yanvar ayından aprel ayınadək, hər ay 30 manat olmaqla, ümumilikdə 90 (doxsan) manat, məbləğində, qeyd edilən qaydada qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə 29 (iyirmi doqquz) şəxsdən külli miqdarda maddi nemət olan cəmi 257050 (iki yüz əlli yeddi min əlli) manat məbləğində maddi neməti 2005-ci ildən 4 oktyabr 2016-cı il tarixədək xidməti ərazisini əhatə edən Xaçmaz və Siyəzən rayonlarının ərazilərində istintaqla müəyyən edilməyən ayrı-ayrı yerlərdə sürücülük fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs4 köməkçiliyi ilə özü, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə vahid niyyətlə rüşvət qismində alaraq, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, həmin əməlləri ilə Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, habelə Xəzər dənizi akvatoriyasında və daxili su hövzələrində biloji resursların mühafizəsi sisteminin təşəkkülü və effektiv xidmətin təmin edilməsi istiqamətində dövlətin qanunla qorunan mənafeyinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs4 köməkçiliyi ilə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs3 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlər, habelə xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 29 yanvar 2003-cü il tarixli 13-k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin aparıcı mütəxəssisi, 02 may 2017-ci il tarixli 321/k nömrəli əmrlə Nazirliyin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun baş müfəttişi vəzifəsinə təyin edilməklə 7 dekabr 2018-ci il tarixədək həmin vəzifədə işləməklə “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 27 mart 1998-ci il tarixli Qanunu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 aprel 2002-ci il tarixli 1217/ü nömrəli “Su Hövzələrində X16 və Mühafizəsi Departamenti haqqında” Əsasnaməsi və Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin direktorunun 06 yanvar 2008-ci il tarixli və 14 yanvar 2011-ci il tarixli əmrləri ilə təsdiq edilmiş funksional vəzifə təlimatlarına əsasən, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan təlimatların tələblərinə əməl etmək, balıq ehtiyatlarının mühafizəsini və qorunmasını təmin etmək, balıq ehtiyatlarının qorunması və mühafizəsi sahəsində cinayətkarlığın və inzibati hüquqpozmaların qarşısını almaq və onları aradan qaldırmaq, xidmətə daxil olan protokolları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər daxilində sahə ilə bağlı inzibati hüquqpozmalar üzrə işləri məhkəmələrə göndərmək və məhkəmə qərarlarını icra etmək, balıqçılıq haqqında qanunvericiliyin pozulmasına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək, təhkim olunmuş sahələrdə qanunsuz balıq ovlarına qarşı daimi mühafizəni təmin etmək, qanunsuz ov alətlərinin və nəqliyyat vasitələrinin götürülməsini, eləcə də müvəqqəti saxlanılmasınıqanun pozanlardan götürülmüş balıq, başqa su heyvanat aləmlərinin qanuna uyğun ixracını təmin etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 07 aprel 2003-cü il tarixli, 46-k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin müdiri, Balıqartırma İdarəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 19 mart 2004-cü il tarixli 170/ü nömrəli əmri ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamenti adlandırılmasından sonra Departamentin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsinə təyin edilib 7 dekabr 2018-ci il tarixədək həmin vəzifədə işləmiş Təqsirləndirilən şəxs1 və 15 sentyabr 2003-cü il tarixli, 75-k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi, Balıqartırma İdarəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 19 mart 2004-cü il tarixli 170/ü nömrəli əmri ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamenti adlandırılmasından sonra Departamentin Sumqayıt-Xaçmaz sektorunun müfəttişi vəzifəsinə təyin edilib 04 oktyabr 2016-cı il tarixədək həmin vəzifədə işləmiş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, xidməti ərazilərində həvəskar balıqçılıqla məşğul olan şəxslərin qanunvericiliyin tələblərinə uyğun olmadan fəaliyyət göstərmələrinə icazə verilməsi müqabilində həmin şəxslərdən müxtəlif məbləğlərdə rüşvət qismində pulların yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən razılaşdırılmış plana və rol bölgüsünə müvafiq olaraq cinayətkar əlaqəyə girərək, o cümlədən, sürücülük fəaliyyəti ilə məşğul olan Siyəzən rayonu, Gil-Gil çay kənd sakini Təqsirləndirilən şəxs4 məsləhət və məlumatları ilə yardım etməklə, habelə rüşvət yolu ilə əldə edilmiş pul vəsaitini alıb ona sahiblik edərək özlərinə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə balıq və digər su bioresurslarının növündən, onların ov üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən asılı olaraq balıq və digər su bioresurslarının qeyri-qanuni ovunun, habelə ovlanması nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri və onların ovunun yol verilən ümumi miqdarıdan (kvota) kənar balıq ovunun həyata keçirilməsinə baxmayaraq, 2005-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək olan müddətdə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətlər, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni balıq ovu sezonunda - hər ilin sentyabr ayından növbəti ilin may ayınadək şəxsi istifadələrində olan gəzinti təyinatlı mühərrikli və mühərriksiz qayıqlarla balıq və digər su bioresurslarının ovu məqsədilə xidməti ərazisini əhatə edən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub hissəsində Sumqayıt-Xaçmaz sahil zolağına aid hissədə qeyri-qanuni balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sərbəst çıxışlarına icazə verilməsi, həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması və göz yumulması müqabilində sürücülük fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs4 eyni xarakterli köməkçiliyi ilə özü, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitini Xaçmaz və Siyəzən rayonlarının ərazisində istintaqla dəqiq müəyyən edilməyən ayrı-ayrı yerlərdə vahid niyyətlə rüşvət qismində istəyib həmin niyyətlə ayrı-ayrı şəxslərdən, o cümlədən, X45 2005-ci ildən 2014-cü ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 21600 (iyirmi bir min altı yüz) manat, X10 2005-ci ildən 2007-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 3 (üç) ədəd qayığa görə, cəmi 30000 (otuz min) manat, 2007-ci ilin sentyabr ayından 2014-cü ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 2 (iki) ədəd qayığa görə, cəmi 52000 (əlli iki min) manat, 2014-cü ilin sentyabr ayından 2017-cü ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 1 (bir) ədəd qayığa görə, cəmi 12000 (on iki min) manat, ümumilikdə 94000 (doxsan dörd min) manat, X3 2008-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 6 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 6000 (altı min) manat, Şahid9 2008-ci ilin sentyabr ayından 2009-cu ilin may ayınadək, hər ay 100 manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat, Şahid14 2009-cu ildən 2016-cı ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 3000 (üç min) manat, Şahid2 2010-cu ildən 2014-cü ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 40 manat olmaqla, ümumilikdə 1120 (bir min yüz iyirmi) manat, X15 2010-cu ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 7200 (yeddi min iki yüz) manat, X11 2010-cu ildən 2016-cı ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 16200 (on altı min iki yüz) manat, X12 2010-cu ildən 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 14400 (on dörd min dörd yüz) manat, X33 2010-cu ildən 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat, Şahid4 2010-cu ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 1500 (bir min beş yüz) manat, X4 2010-cu ilin sentyabr ayından 2015-ci ilin mart ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat, X13 2011-ci ilin yanvar ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, ümumilikdə 26000 (iyirmi altı min) manat, Şahid5 2011-ci ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 3 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 250 (iki yüz əlli) manat, Şahid1 2011-ci ilin dekabr ayından 2016-cı ilin yanvar ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 6600 (altı min altı yüz) manat, X5 2012-ci ilin yanvar ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 24800 (iyirmi dörd min səkkiz yüz) manat, X51 2012-ci ildə 500 (beş yüz) manat, Şahid10 2012-ci ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 6000 (altı min) manat, Şahid2 2013-cü ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 100 manat olmaqla, cəmi 1600 (bir min altı yüz) manat, 2015-ci ildən 2018-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, cəmi 3200 (üç min iki yüz) manat, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat, Şahid8 2013-cü ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 4 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat, Şahid3 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 1600 (bir min altı yüz) manat, X6 2013-cü ilin sentyabr ayından 2016-cı ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat, Şahid6 2013-cü ilin oktyabr ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 5600 (beş min altı yüz) manat, Şahid15 Səməndər oğlundan 2014-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 7200 (yeddi min iki yüz) manat, Şahid11 2015-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 1200 (bir min iki yüz) manat, X34 2015-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 7 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 2100 (iki min yüz) manat, X7 2015-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 7 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 2100 (iki min yüz) manat, Şahid7 2015-ci ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 1600 (bir min altı yüz) manat, Şahid12 2016-cı ildən 2018-ci ilədək, il ərzində bir qayda olaraq 3 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 180 (bir yüz səksən) manat, Şahid16 2016-cı ilin oktyabr ayından 2017-ci ilin may ayınadək, hər ay 50 manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində və Şahid13 2016-cı ilin noyabr ayından 2017-ci ilin may ayınadək, hər ay 300 manat olmaqla, ümumilikdə 1800 (bir min səkkiz yüz) manat qeyd edilən qaydada qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə 31 şəxsdən külli miqdarda maddi nemət olan cəmi 287660 (iki yüz səksən yeddi min altı yüz altmış) manat məbləğində maddi neməti 2005-ci ildən 07 dekabr 2018-ci il tarixədək xidməti ərazisini əhatə edən Xaçmaz və Siyəzən rayonlarının ərazilərində istintaqla müəyyən edilməyən ayrı-ayrı yerlərdə sürücülük fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs4 köməkçiliyi ilə özü, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə vahid niyyətlə rüşvət qismində alaraq, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, həmin əməlləri ilə Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, habelə Xəzər dənizi akvatoriyasında və daxili su hövzələrində biloji resursların mühafizəsi sisteminin təşəkkülü və effektiv xidmətin təmin edilməsi istiqamətində dövlətin qanunla qorunan mənafeyinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs4 köməkçiliyi ilə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs4 vəzifəli şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətlər, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özləri üçün birbaşa yolla şəxsən və özü vasitəsilə külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində istəyib almalarında və vəzifəli şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə vahid niyyətlə istifadə edərək dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 07 aprel 2003-cü il tarixli, 46-k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin müdiri, Balıqartırma İdarəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 19 mart 2004-cü il tarixli 170/ü nömrəli əmri ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamenti adlandırılmasından sonra Departamentin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsinə təyin edilib 7 dekabr 2018-ci il tarixədək həmin vəzifədə işləmiş Təqsirləndirilən şəxs1, 15 sentyabr 2003-cü il tarixli 75-k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi, 04 oktyabr 2016-cı il tarixli 656/k nömrəli əmrlə Nazirliyin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin baş müfəttişi vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs2 və 29 yanvar 2003-cü il tarixli 13-k nömrəli əmrlə Nazirliyin Balıqartırma İdarəsinin Xəzər dənizi və daxili suların bioloji sərvətlərinin mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə bölməsinin aparıcı mütəxəssisi, 02 may 2017-ci il tarixli 321/k nömrəli əmrlə Nazirliyin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun baş müfəttişi vəzifəsinə təyin edilməklə 07 dekabr 2018-ci il tarixədək həmin vəzifədə işləmiş Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti ərazilərində həvəskar balıqçılıqla məşğul olan şəxslərin qanunvericiliyin tələblərinə uyğun olmadan fəaliyyət göstərmələrinə icazə verilməsi müqabilində həmin şəxslərdən müxtəlif məbləğlərdə rüşvət qismində pulların yığılaraq sonradan aralarında bölünməsinə dair əvvəlcədən razılaşdırılmış plana və rol bölgüsünə müvafiq olaraq cinayətkar əlaqəyə girmələri ilə əlaqədar onlara məsləhət və məlumatları ilə yardım etməklə, habelə pul vəsaitini alıb sahiblik edərək onlara təqdim etməyi qabaqcadan vəd etməklə, balıq və digər su bioresurslarının növündən, onların ov üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən asılı olaraq balıq və digər su bioresurslarının qeyri-qanuni ovunun, habelə ovlanması nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri və onların ovunun yol verilən ümumi miqdarından (kvota) kənar balıq ovunun həyata keçirilməsinə baxmayaraq, 2005-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətlər, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni balıq ovu sezonunda - hər ilin sentyabr ayından növbəti ilin may ayınadək şəxsi istifadələrində olan gəzinti təyinatlı mühərrikli və mühərriksiz qayıqlarla balıq və digər su bioresurslarının ovu məqsədilə xidməti ərazilərini əhatə edən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub hissəsində Sumqayıt-Xaçmaz sahil zolağına aid hissədə qeyriqanuni balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sərbəst çıxışlarına icazə verilməsi, həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması və göz yumulması müqabilində özünün eyni xarakterli yardımı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özləri üçün birbaşa yolla şəxsən və özü vasitəsilə çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitini Xaçmaz və Siyəzən rayonlarının ərazisində istintaqla dəqiq müəyyən edilməyən ayrı-ayrı yerlərdə vahid niyyətlə rüşvət qismində istəyib həmin niyyətlə ayrı-ayrı şəxslərdən, o cümlədən, X45 2005-ci ildən 2014-cü ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 21600 (iyirmi bir min altı yüz) manat, X10 2005-ci ildən 2007-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 3 (üç) ədəd qayığa görə, cəmi 30000 (otuz min) manat, 2007-ci ilin sentyabr ayından 2014-cü ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 2 (iki) ədəd qayığa görə, cəmi 52000 (əlli iki min) manat, 2014-cü ilin sentyabr ayından 2017-cü ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 1 (bir) ədəd qayığa görə, cəmi 12000 (on iki min) manat, ümumilikdə 94000 (doxsan dörd min) manat, X3 2008-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 6 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 6000 (altı min) manat, Şahid9 2008-ci ilin sentyabr ayından 2009-cu ilin may ayınadək, hər ay 100 manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat, Şahid14 2009-cu ildən 2016-cı ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 3000 (üç min) manat, Şahid2 2010-cu ildən 2014-cü ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 40 manat olmaqla, ümumilikdə 1120 (bir min yüz iyirmi) manat, X15 2010-cu ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 7200 (yeddi min iki yüz) manat, X11 2010-cu ildən 2016-cı ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 16200 (on altı min iki yüz) manat, X12 2010-cu ildən 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 14400 (on dörd min dörd yüz) manat, X33 2010-cu ildən 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat, Şahid4 2010-cu ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 1500 (bir min beş yüz) manat, X4 2010-cu ilin sentyabr ayından 2015-ci ilin mart ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat, X13 2011-ci ilin yanvar ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, ümumilikdə 26000 (iyirmi altı min) manat, Şahid5 2011-ci ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 3 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 250 (iki yüz əlli) manat, Şahid1 2011-ci ilin dekabr ayından 2016-cı ilin yanvar ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 6600 (altı min altı yüz) manat, X5 2012-ci ilin yanvar ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 24800 (iyirmi dörd min səkkiz yüz) manat, X51 2012-ci ildə 500 (beş yüz) manat, Şahid10 2012-ci ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 6000 (altı min) manat, Şahid2 2013-cü ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 100 manat olmaqla, cəmi 1600 (bir min altı yüz) manat, 2015-ci ildən 2018-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, cəmi 3200 (üç min iki yüz) manat, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat, Şahid8 2013-cü ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 4 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat, Şahid3 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 1600 (bir min altı yüz) manat, X6 2013-cü ilin sentyabr ayından 2016cı ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat, Şahid6 2013-cü ilin oktyabr ayından 2017ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 5600 (beş min altı yüz) manat, Şahid15 Səməndər oğlundan 2014-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 7200 (yeddi min iki yüz) manat, Şahid11 2015-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 1200 (bir min iki yüz) manat, X34 2015-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 7 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 2100 (iki min yüz) manat, X7 2015-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 7 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 2100 (iki min yüz) manat, Şahid7 2015-ci ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 1600 (bir min altı yüz) manat, Şahid12 2016-cı ildən 2018-ci ilədək, il ərzində bir qayda olaraq 3 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 180 (bir yüz səksən) manat, Şahid16 2016-cı ilin oktyabr ayından 2017-ci ilin may ayınadək, hər ay 50 manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində və Şahid13 2016-cı ilin noyabr ayından 2017-ci ilin may ayınadək, hər ay 300 manat olmaqla, ümumilikdə 1800 (bir min səkkiz yüz) manat qeyd edilən qaydada qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə 31 şəxsdən külli miqdarda maddi nemət olan cəmi 287660 (iki yüz səksən yeddi min altı yüz altmış) manat məbləğində pul vəsaitini 2005-ci ildən 7 dekabr 2018-ci il tarixədək olan müddətdə xidməti ərazilərini əhatə edən Xaçmaz və Siyəzən rayonlarının ərazilərində istintaqla müəyyən edilməyən ayrı-ayrı yerlərdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində şəxsən və özü vasitəsilə birbaşa yolla vahid niyyətlə rüşvət qismində almalarında və sonuncuların həmin əməlləri ilə Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, habelə Xəzər dənizi akvatoriyasında və daxili su hövzələrində biloji resursların mühafizəsi sisteminin təşəkkülü və effektiv xidmətin təmin edilməsi istiqamətində dövlətin qanunla qorunan mənafeyinə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Siyəzən rayonunda qeydiyyatda olsa da, öz ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanda yerləşən mənzildə yaşayır. Onun özü ali təhsilli olmaqla, 1993-cü ildən “Azərbalıq" ASC-də müfəttiş və baş müfəttiş vəzifələrində işləmiş, sonra 1995-ci il tarixdə Təbiəti Mühafizə Komitəsinin Xüsusiləşdirilmiş Müfəttişliyin müfəttişi, 1997-ci ildə həmin komitə ləğv edilərək onun tərkibində nəzarət idarəsi yaradılaraq baş müfəttiş vəzifəsində işləmişdir. 2000-2001-ci illərdə həmin idarənin rəisi vəzifəsində işləmişdir. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra 07 aprel 2003-cü il tarixli, 46-k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqartırma İdarəsinin Sumqayıt- Xaçmaz regionu üzrə bölməsinin müdiri, Balıqartırma İdarəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 19 mart 2004-cü il tarixli 170/ü nömrəli əmri ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamenti adlandırılmasından sonra Departamentin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. Ondan başqa sektorda beş nəfər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Əli Bədəlov, Elşən və Budaq Əliyev adlı müfəttiş olmuşdur. Sektorun vəzifəsinin qanunsuz balıq ovu ilə məşğul olan şəxslərlə mübarizə aparmaq, kvotanın verilməsi, kvotadan artıq balıq ovunun həyata keçirib-keçirməməsinə nəzarət etməkdən ibarət olmuşdur. Şəxsən onun özü heç bir balıqçıdan hər hansı məqsədlə pul tələb etməmiş və pul almamışdır. Həmçinin heç bir işçisinə bu barədə göstəriş verməmişdir. Təqsirləndirilən şəxs4 onun sürücüsü olmadığını, Təqsirləndirilən şəxs3 tanışı olduğunu, onun Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə sonuncuların xidməti ərazilərində öz avtomobili ilə gəzdiyini, qanun pozuntusunun aşkarlanması zamanı isə Təqsirləndirilən şəxs4 adının hal şahidi olaraq protokolda qeyd edildiyini, pul yığımı ilə əlaqədar Təqsirləndirilən şəxs4 və ya sektorun işçiləri olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər hansı balıqçıdan pul yığmaqla bağlı göstəriş verməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müdiri kimi onun əsasə vəzifəsi “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və həmçinin müvafiq təlimatların tələblərinə əməl etmək, balıqçılıq haqqında qanunvericiliyin tələblərinə tabeçiliyində olan işçilər tərəfindən əməl edilməsinə nəzarət etmək, qanunsuz balıq ovlayanlara qarşı müvafiq qanuni tələblərin yerinə yetirilməsini tabeçiliyində olan müfəttişlərdən tələb etmək, qanun pozuntuları barədə müfəttişlər tərəfindən tərtib olunmuş protokolların və aktların uyğun departamentə təqdim edilməsini təmin etməkdən ibarət olmuşdur. Belə hesab edir ki, həmin vəzifədə işlədiyi dövrdə onun özü qanunvericiliyin tələblərinə əməl etmiş və həmçinin bunu tabeçiliyində olmuş işçilərdən də ğələb etmişdir. Həmin vəzifədə işlədiyi dövrdə balıq ovu qaydalarını pozmuş yüzlərlə vətəndaşın barəsində tərtib olunmuş aktlara əsasən bu kimi şəxslərin inzibati qaydada məsuliyyətə xəlb olunmasını təmin etmişdir. Belə hesab edir ki, onun özü və tabeçiliyində olmuş müfətişlərə aylıq olaraq haq verdiklərini bildirmiş balıqçıların əkmsəriyyəti qanunsuz hərəkətlərə yol verdikləri üçün onları dəfələrlə cərimələdikləri üçün onun özü və həmçinin tabeçiliyində olmuş işçilər barədə yalan və böhtan xarakterli ifadələr vermişlər. İş üzrə ibtidai istintaq zamanı 21 may 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, hmin vəzifədə işlədiyi dövrdə fəaliyyət göstərən balıqçılardan balqı mövsümü olan aylarda, yəni il ərzində səkkiz ay olmaqla aylıq təxminən 5000 manata yaxın pul yığdığı, həmin pulların həm Təqsirləndirilən şəxs4, həm də müfəttişlər İbrahim və Zahid tərəfindən yığıldığı, bunun qarşılığında müfəttişlər aylıq 200 manat pulu Təqsirləndirilən şəxs4 və ya tanıdıqları, etibar etdikləri balıqçılardan götürdüklərini bildirdii barədə olan ifadələrini hal-hazırda təsdiq etmir. İş üzrə ibtidai istintaq zamanı onun yaşadığı evdə aparılmış axtarış zamanı götürülərək Respublika Baş Prokurorluğunun depozit hesabına qoyulmş 44000 ABŞ dolları məbləğində pul onun özünə məxsus deyil və həmin pulu o, qanunsuz yolla əldə etməmişdir. Həmin pul onun qayınanası Sənubər Muradovaya məxsusdur. Həmin pulu qayınanası Sənubər Muradova öz mərhum əri ilə birgə toplamışlar. Pulun bir hissəsini isə qayınanası özünə məxsus mülki satdıqdan sonra əldə etmiş və cəmi 44000 ABŞ dolları pulu saxlamaları üçün onların evinə qoymuşdur. Bu barədə o, iş üzrə ibtidai istintaq zamanı da bildirmişdir. Buna görə də belə hesab edir ki, həmin pul onların ailəsinə qaytarılmalıdır. Bir daha bildirir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrinin hər-hansı biri üzrə o, özünü təqsirli hesab etmir. Buna görə də barəsində olan işə düzgün və ədalətlə baxılıb barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xidmətedici mərkəzinin aparıcı mütəxəssisi vəzifəsində işləyir, 2001-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Balıqartırma” İdarəsinin Salyan-Neftçala regionu üzrə bölmənin aparıcı mütəxəssisi vəzifəndə işləmişdir. 2003-cü ildə isə Sumqayıt-Xaçmaz regionu üzrə Sektorunun mütəxəssisi vəzifəsinə təyin edilmiş və 2016-cı ilə kimi həmin vəzifədə işləmişdir. Sektorun müdiri Təqsirləndirilən şəxs1 olmuşdur və onunla münasibətləri yaxşıdır. Onu da bildirmək istəyir ki, həmin Sektorun müfəttişləri olsalar da, onların daimi bir xidməti otaqları və ya iş yerləri olmamışdır. Belə ki, əsasən Bakıda öz şəxsi işləri ilə məşğul olublar və lazım olanda, yəni təxminən ay ərzində 7-10 gün xidməti ərazilərdə olublar. Onları işə Təqsirləndirilən şəxs1 çağırmış, onlar da hər dəfə maksimum üç gün gedib xidməti ərazilərində yoxlama apardıqdan sonra geri qayıtmışlar. Sektorda ondan başqa həmçinin, Əli Bədəlov, Təqsirləndirilən şəxs3 işləmişdir. Avtomobilləri olmadığından əsasən Təqsirləndirilən şəxs1 məxsus və “Bala Fikrət” kimi tanıdıqları Təqsirləndirilən şəxs4 idarə etdiyi Niva markalı avtomobillə ərazidə gəzmişlər. İşləri balıqçılar tərəfindən kvotalara əməl edilib edilmədiyinə, balıq ovlama biletində göstərilən şəxslərdən başqa şəxslərin dənizə çıxıb-çıxmamalarına, kvotada göstərilən balıq növlərindən başqa balıqların ovlanıb-ovlanmamasına nəzarət etməkdən ibarət olmuşdur. Qanun pozuntusu müəyyən etdikdə dərhal protokollaşdırıb rəhbərliyə məruzə etmişlər. Təqsirləndirilən şəxs2 ifadələrində bildirmişdir ki, o heç vaxt hər hansı balıqçıdan pul yığılmasında iştirak etməmişdir. O və Zahid ümumiyyətlə çox az hallarda xidməti ərazilərində olmuşlar. Ay ərzində Təqsirləndirilən şəxs1 onları cəmi 7-10 gün işə çağırmışdır. Həmin vaxt da hara getmişlərsə, “Bala Fikrəti” də onlarla birlikdə göndərmişdir. Nə o, nə də Zahid pul yığımında iştirak etməmişdir. Buna Təqsirləndirilən şəxs1 heç vaxt icazə verməmişdir. Bala Fikrəti də onlarla elə ona görə göndərmişdir. Dəniz kənarında işlərini qurtardıqdan sonra Təqsirləndirilən şəxs1 göstərişi ilə geri qayıtmışlar. Təqsirləndirilən şəxs1 onlara aylıq maaşlarından əlavə yol xərci və Siyəzəndə qalmaqları üçün 150-200 manat pul vermişdir. Onda başa düşmüşdür ki, balıqçılardan aylıq pullar yığılır ki, ordan da onların yol xərcləri ödənilir. Həmin pulu Təqsirləndirilən şəxs1 Bala Fikrət vasitəsilə yığmışdır. X129 Paşayevin yaxın adamı olmuş və əslən Siyəzəndəndir və orada yaşayır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o və Zahid heç vaxt müstəqil formada ərazilərinə çıxıb nəzarət həyata keçirməmişlər. Təqsirləndirilən şəxs1 sifarişi əsasında işləmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 onları xidmətə çağıranda konkret ərazi və ya balıqçı demiş ki, onlar gedib həmin şəxsi tutub protokollaşdırsınlar. Onlar da öz növbəsində Təqsirləndirilən şəxs1 göstərişi ilə həmin balıqçını protokollaşdırandan sonra onun göstərişi ilə geri Bakıya qayıtmışlar. Pulu əsasən şəxsən və ya Bala Fikrət vasitəsilə yığmışdır. O və ya Zahid pul yığımında iştirak etməmişlər. Onun əsas işi sənədləşdirmə işləri, məhkəmələrə mülki iddiaçı olaraq çıxmaq və s. olmuşdur. Ona qarşı irəli sürülmüş ittihamlar üzrə, yəni Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrinin hər-hansı biri üzrə o, özünü təqsirli hesab etmir. Buna görə də barəsində olan işə düzgün və ədalətlə baxılıb barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 1961-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur, lakin Azərbaycan Respublikası vətəndaşıdır. Onun özü 2003-cü ilə kimi "xxxx" Dövlət Konserninin işçisi olmuş, 2003- cü ildə Konsern ləğv ediləndən sonra idarənin əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Balıqartırma” İdarəsi yaradılmış, o da Xəzər dənizinin və daxili suların bioloji sərvətlərinin mühafizəsi xidmətinin Sumqayıt- Xaçmaz regionu üzrə bölməyə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə isə sektorun baş müfəttişi vəzifəsinə təyin edilmiş, 2018-ci ilin dekabr ayına kimi həmin vəzifədə işləmiş və dekabr ayında su hövzələrində bioresursların mühafizəsi xidməti ləğv edildikdən sonra işdən çıxmalı olmuşdur. İşlədiyi dövrdə əmək haqqı 250-300 manat arası olmuşdur. Sektorun rəisi Təqsirləndirilən şəxs1 olmuşdur. Sektorun müfəttişləri olsalar da, daimi bir xidməti otaqları və ya iş yerləri olmamışdır. Belə ki, Bakıda olmuşlar və lazım olanda, yəni təxminən ay ərzində 7-10 gün xidməti ərazilərinə getmişlər. Onları işə Təqsirləndirilən şəxs1 çağırırmış, onlar da hər dəfə maksimum üç gün gedib xidməti ərazilərində yoxlama apardıqdan sonra geri qayıdırlarmış. Maşınları olmadığından əsasən Təqsirləndirilən şəxs1 məxsus və “Bala Fikrət” kimi tanıdıqları Təqsirləndirilən şəxs4 idarə etdiyi Niva markalı avtomobillə ərazidə gəzmişlər. İşləri balıqçılar tərəfindən kvotalara əməl edilib edilməyinə, balıq ovlama biletində göstərilən şəxslərdən başqa şəxslərin dənizə çıxıb-çıxmamalarına, kvotada göstərilən balıq növlərindən başqa balıqların ovlanıbovlanmamasına nəzarət etməkdən ibarət olmuşdur. Qanun pozuntusu müəyyən etdikdə dərhal protokollaşdırıb rəhbərliyə məruzə etmişlər. Təqsirləndirilən şəxs3 əlavə olaraq göstərmişdir ki, o, heç vaxt hər hansı balıqçıdan pul yığılmasında iştirak etməmişdir. Amma məlumatı olmuşdur ki, ərazidə fəaliyyət göstərən ayrı-ayrı balıqçılar kvotanı pozmaqlarına göz yumulmasına görə Təqsirləndirilən şəxs1 sürücüsü “Bala Fikrət” vasitəsilə aylıq pul məbləğləri vermişlər. Amma həmin pulların yığılmasında o və ya sektorun digər işçilər iştirak etməmişdir. Onların hansı balıqçını yoxlamalı olduqlarını da Təqsirləndirilən şəxs1 müəyyən etmişdir və sürücüsü “Bala Fikrət” ləqəbli Təqsirləndirilən şəxs4 onları həmin balıqçının fəaliyyət göstərdiyi əraziyə aparmışdır. Onlar da Təqsirləndirilən şəxs1 göstərişi ilə qeyd edilən balıqçını yoxlayıb sənədləşdirmişlər. Lakin, hər balıqçını yoxlamağa icazə verilməmişdir. Təqsirləndirilən şəxs1 bəzən onlara göstəriş verib ki, hansısa balıqçı cərimələnməlidir. Amma yoxlama zamanı onda qanun pozuntusu müəyyən edilmədiyindən protokol tərtib olunmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs1 onun göstərişlərini yerinə yetirmədikləri üçün çox əsəbləşmişdir. Pul yığımını Təqsirləndirilən şəxs1 Bala Fikrətin iştirakı ilə həyata keçirmişdir. Hər dəfə balıqçıları protokollaşdıranda Təqsirləndirilən şəxs1 onlara əmək haqlarından əlavə 200-250 manat pul vermişdir. Bir daha bildirir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrinin hər-hansı biri üzrə o, özünü təqsirli hesab etmir. Buna görə də barəsində olan işə düzgün və ədalətlə baxılıb barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 32.5, 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.3-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o heç bir balıqçıdan Təqsirləndirilən şəxs1 çatdırılması üçün pul tələb etməmiş, heç bir balıqçı da ona Təqsirləndirilən şəxs1 çatdırılması üçün pul məbləği təqdim etməmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Balıqartırma idarəsində işlədiyi dövrdən tanımışdır. 1997-ci ildə işdən çıxdıqdan sonra onlarla münasibəti olmamışdır. Təxminən 2005-ci ildə Təqsirləndirilən şəxs3 onunla əlaqə saxlamış və ona təklif etmişdir ki, özünə məxsus “Niva” markalı avtomobillə onlara sürücü kimi işlərində köməklik göstərsin. O da razılaşmışdır. Təqsirləndirilən şəxs2la da həmin vaxtlarda tanış olmuşdur. Ayda 1-2 dəfə onlarla avtomobili vasitəsilə dəniz kənarına gedərək qeyri-qanuni fəaliyyət göstərən balıqçıları cərimələyib protokollaşdıranda o da hal şahidi kimi iştirak etmişdir. Bundan başqa, o hər hansı balıqçıdan pul almamışdır. Həmçinin iş yoldaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da balıqçılardan pul aldıqlarının şahidi olmamışdır. Belə hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 32.5,308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.3-cü maddələri ilə düzgün olmayan ittiham tirli sürülmüşdür və o, özünü hər-hansı bir cinaət törətməkdə təqsirli hesab etmir. Buna görə də barəsində olan işə düzgün və ədalətlə baxılıb barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları özlərinin mahiyyət etibarı ilə qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətlərinin protokolları və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus rezin taxta tipli «Yamaha 25» matorlu qayığı olmuş, və o həmin qayıqla dənizdə balıqçılıqla məşğul olmuşdur. Balıqçılıqla məşğul ola bilmək üçün hər hansı şəxsə rüşvət olaraq heç bir ödəniş verməmişdir. Ona elan edilməklə ona təqdim olunmuş cinayət işinin 2-ci cildinin 230-234-cü iş vərəqlərində olan 25 iyun 2020-ci il tarixdə şahid qismində dindilməsi barədə protokolda olan ifadə ona tanışdır. Həmin protokolda «Şahid1» qeydlərinin qarşısındakı imzalar və ifadənin sonunda “İfadəmi oxudum əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm. Şahid1” əlyazma ona məxsusdur. Həmin tarixdə dindirilən zaman özünə məxsus rezin taxta tipli «Yamaha 25» matorlu qayığı olduğu, dənizdə balıqçılıqla məşğul olmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun sabiq müdiri Təqsirləndirilən şəxs1 çatdırması üçün həmin sektorun İbrahim, Bala Fikrət və Zahid adlı işçilərinə aylıq 200 manat pul verdiyi, onların üçü də bir yerdə «Niva» markalı maşında gəlib aylıq pulu ondan dəniz kənarında yığdıqları, 2010-2016-cı illərdə 33 ay ərzində yuxarıda qeyd etdiyi şəxslərə ümumilikdə 9600 manat pul verdiyi məzmunlu ifadə ona tanışdır. Həmin ifadədə Təqsirləndirilən şəxs1 çatdırılması üçün 200 manat pul verdiyini bildirdiyi ona aydındır. Müstəntiq tərəfindən dindirilən zaman ona təzyiq göstərilməişdir. Məhkəmə iclasında fərqli ifadə verməsinin səbəbəni izah etməkdə çətinlik çəkir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 2-ci cildi, 234-cü iş vərəqində olan 25 iyun 2020-ci il tarixli ərizədə olan Şahid1 adının qarşısındakı imza ona məxsusdur. Həmin ərizədə Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı olmadığı və müraciətinin nəzərə alınmasını xahiş etməsi məzmunda olması ona aydındır. Həmin ərizə ilə o zaman müraciət etmişdir və bunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Şabran rayonu, Çayqaraqaşlı kəndində yaşayır və həmin kənddə fəhlə kimi işləyir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 tanıyır. Təqsirləndirilən şəxs1 isə tanımır. O, təqsirləndirilən şəxslərdən heç birinə heç vaxt hər hansısa məbləğdə pul verməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin ikinci cildinin 241-245-ci vərəqlərində olan 27 iyun 2020-ci il tarixdə şahid qismində dindilməsi barədə protokolda olan ifadə ona tanışdır, həmin protokolda imza xanasının qarşısındakı qarşısındakı imzalar və ifadənin sonunda “İfadəmi oxudum düz yazılıb, imzamla təsdiq edirəm. Məmmədov” əlyazma ona məxsusdur. Həmin tarixdə dindirilərkən “Ekologiya Nazirliyinin Sumqayıt-Xaçmaz sektorunun işçisi kimi tanıdığı Zahid və “Bala Fikrət” ləqəbli Təqsirləndirilən şəxs4 tələbi ilə, çox vaxtı Zahidə balıq ovu ilə məşğul olmaq üçün dənizə çıxdığı aylarda aylıq 30 manat pul ödədiyi, balıq ovuna çıxdığı 2010-2017-ci illərdə, ildə səkkiz ay olmaqla, 7 il ərzində təxminən cəmi 1500 manat pul ödədiyini məzmunda ifadə verdiyi ona aydındır. Həmin ifadəsində “Bala Fikrət” adlı şəxsə yeddi il ərzində təxminən cəmi 1500 manat pul ödədiyini desədə, məhkəmə iclasında fərqli ifadə verməsini izah etməkdə çətinlik çəkir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 2-ci cildi, 245-ci iş vərəqində olan 27 iyun 2020-ci il tarixli ərizədə olan «Məmmədov» adının qarşısındakı imza ona məxsusdur. Həmin ərizədə Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı olmadığı və müraciətinin nəzərə alınmasını xahiş etməsi məzmunda olması ona aydındır. Hazırda məhkəmədə ifadəsində balıq ovu ilə məşğul olmaq üçün heç kəsə pul vermədiyini bildirsə də, həmin ərizədə törətdiyi cinayət əməlinə görə cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etməsini izah etməkdə çətinlik çəkir. İbtidai istintaq zamanı verdiyi ifadəsində “Bala Fikrət”in tələbi ilə pul ödədiyi barəsində dediklərini indi təsdiqləmir. Həmin vaxt “Bala Fikrət” deyəndə kimi nəzərdə tutduğunu indi xatırlamır. O, heç vaxt balıq ovuna görə cərimə olunmamışdır. Onu atasının balıq ovuna görə cərimələnməsi barədə Şabran rayon Məhkəməsində iş olmuşdur. O, heç bir kəsə aylıq 30 manat olmaqla pul verməmişdir. İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman ona qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, təxminən 2011-ci ildən 2015-ci ilədək öz adına aldığı bir ədəd rezin tipli, mühərriksiz, AŞA8318 bort nömrəli qayıqla, hər il mart-may aylarında, ildə 3 ay ərzində balıq ovu ilə məşğul olmuşdur. Dənizə Şabran rayonu Çayqaraqaşlı kənidnə çıxmışdır. 2015-ci ildən sonra balıq ovuna çıxmamışdır. Balıq ovu ilə məşğul ola bilməsi üçün həş kəsə pul verməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 2-ci cildnin 264-269-cu vərəqlərində olan 28 iyun 2020-ci il tarixdə şahid qismində dindilməsi barədə protokolda olan ifadə ona tanışdır, həmin protokolda imza xanasının qarşısındakı qarşısındakı imzalar və ifadənin sonunda “İfadəmi oxudum mənim sözlərimlə düz yazılmış olduğunu təsdiq edirəm. Xeyrullayev” əlyazma ona məxsusdur. Həmin tarixdə dindirilən zaman balıqovlama biletinin alınması üçün (kvota) Ekologiya Nazirliyinin Xaçmaz sektorunun işçisi kimi tanıdığı Bala Fikrət və İbrahimə bir dəfə 2013-cü ildə 300 manat pul ödədiyi, bundan əlavə, balıq ovundan asılı olaraq aylıq 20-30 manat pulu da Bala Fikrət və İbrahimin tələbi ilə onlara verdiyi, aylıq pulu balıq ovuna çıxdığı aylarda ödədiyi, 2011- 2015-ci illərdə hər il balıq ovuna çıxdığı mart-may aylarda 20-30 manat və bəzi aylarda pulu ödəməməyini nəzərə alaraq, cəmi 250 manata yaxın X132 və İbrahimə, şəriki Elxan vasitəsilə ödədiyini bildirdiyi ona aydındır. Həmin ifadəsində göstərdikləri ilə hazırda fərlqi ifadə verdiyi ona aydındır və səbəbini izah etməkdə çətinlik çəkir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 2-ci cildi, 269-ci iş vərəqində olan 28 iyun 2020-ci il tarixli ərizədə olan «Xeyrullayev» adının qarşısındakı imza ona məxsusdur. Həmin ərizədə Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı olmadığı və müraciətinin nəzərə alınmasını xahiş etməsi məzmunda olması ona aydındır. Həmin ərizəsini bir daha təsdiq edir. Hazırda məhkəmədə ifadəsində balıq ovu ilə məşğul olmaq üçün heç kəsə pul vermədiyini bildirsədə, həmin ərizədə törətdiyi cinayət əməlinə görə cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etməsini izah etməkdə çətinlik çəkir. İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman ona qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2008-ci ildə öz adına bir ədəd taxta tipli, mühərriksiz AŞA 8297 bort nömrəli qayıq və bir ədəd taxta tipli, bir mühərrikli AŞA 8040 bort nömrəli qayıqlar olmuşdur. Mühərriksiz qayığı hazıradək özü istifadə edir. Həmin qayığla müxtəlif şəxslərə verdiyi etibarnamə əsasında balıq ovuna gedirlər. Mühərrikli qayığı isə 2013-cü ildə yararsız vəziyyətə düşmüşdür və onu istifadə etməmişdir. Həmin ildə Ruslan Bədəlov adlı şəxsdən baş etibarnamə əsasında digər bir mühərrikli taxta qayıq almışdır. Həmin qayıqla 2013-cü ildən hazıradək balıq ovu ilə məşğul olur. Daha doğrusu dənizə özü getmir, verdiyi etibarnamə əsasında yeznəsi Arif Vəlixanov gedir. Balıq ovuna hər il oktyabr-aprel aylarında Xaçmaz rayonu, Nabran qəsəbəsindən çıxır. Balıq ovu ilə məşğul olmaq üçün heş kəsə pul verməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 2-ci cildinin 235-240-cı vərəqlərində olan 26 iyun 2020-ci il tarixdə şahid qismində dindilməsi barədə protokolda olan ifadə ona tanışdır, həmin protokolda imza xanasının qarşısındakı qarşısındakı imzalar və ifadənin sonunda “İfadəmi oxudum mənim sözlərimlə düz yazılmış olduğunu təsdiq edirəm. Əliyev” əlyazma ona məxsusdur. Həmin tarixdə dindirilən zaman təxminən 2013-cü ildə Ekologiya Nazirliyinin Xaçmaz sektorunun işçiləri Bala Fikrət, İbrahim və Zahid bildirmişdirlər ki, balıq ovu ilə məşğul olmaq üçün onlara aylıq 200 manat pul ödədiyi, onlara qayıqları balıq ovuna çıxdığı aylarda hər ay 200 manat pul ödədiyi, 2013-cu ilin oktyabr- 2014-cü ilin aprel ayları, 2014-cü ilin oktyabr ayı-2015-ci ilin aprel ayı, 2015-ci ilin oktyabr-2016-cı ilin aprel ayları, 2016-cı ilin oktyabr-2017-ci ilin aprel aylarında, hər ay 200 manat olmaqla, cəmi 5600 manat pulu Ekologiya Nazirliyinin Xaçmaz sektorunun işçiləri Bala Fikrət, İbrahim və Zahidə qayıqları dənizə çıxdığı Xaçmaz rayonu Nabran qəsəbəsində dəniz kənarında ödədiyi məzmunlu ifadə verdiyi ona məlumdur. Həmin ifadədə hazırki ifadəsində fərlqi ifadə verdiyi ona aydındır və səbəbini izah etməkdə çətinlik çəkir. İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman ona qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki,Təxminən 2013-2015-ci illərdə öz adın aldığı bir ədəd rezin tipli, mühərriksiz, AŞA 8291 bort nömrəli qayıqla balıq ovu ilə məşğul olmuşdur. Hər il fevral-may aylarında, ildə 4 ay ərzində balıq ovu ilə məşğul olmuşdur. Dənizə Şabran rayonu Çayqaraqaşlı kəndindən çıxmışdır.2015-ci ildən sonra qayıq yarasız hala düşdüyündən balıq ovuna çıxmışdır.Balıq ovlama biletinin alınması üçün heç kəsə hər hansı ödəniş verməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 3-cü cildinin 1-7-ci vərəqlərində olan 28 iyun 2020-ci il tarixdə şahid qismində dindilməsi barədə protokolda olan ifadə ona tanışdır, həmin protokolda imza xanasının qarşısındakı qarşısındakı imzalar və ifadənin sonunda “İfadəmi oxudum mənim sözlərimlə düz yazılıb, imzamla təsdiq edirəm. Dünyamalıyev” əlyazma ona məxsusdur. Həmin tarixdə dindirilən zaman balıq ovuna çıxdığı aylarda, aylıq 30 manat pulu da Bala Fikrət, İbrahim və ya Zahidə ödəmişdir. Aylıq pulu balıq ovuna çıxdığı aylarda ödədiyi, 2013-2015-ci illərdə hər il balıq ovuna çıxdığım fevral-may aylarıda 30 manat olmaqla, cəmi 360 manata yaxın X132, İbrahim və ya Zahidə dənizə çıxdığı Şabran rayonu Çayqaraqaşlı kəndində dəniz kənarında və ya Şabran şəhər ərazisində təqdim etdiyi məzmunlu ifadə ona tanışdır. Həmin ifadədə hazırki ifadəsində fərqli ifadə verdiyi ona aydındır və səbəbini izah etməkdə çətinlik çəkir. İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman ona qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2010-cu ildən "xxxx"MMC-də sürücü işləyirəm. Əvvəllər təxminən 1996-cı ildən müxtəlif qayıqlarda balıqçılıq fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci iləd öz adına aldığı bir ədəd taxta tipli bir müghərrikli AŞA 8048 bort nömrəli qayıqla özü balıqçılıq etməyə başladı.Lakin təxminən bir il sonra, yəni 2009-cu ildə həmin qayığı baş etibarnamə əsasında hazırda xatırlamadığı bir şəxsə satmışdır. Həmin vaxtdan sonra balıqçılıqla məşğul olmamışdır. Dənizə sentyabr ayından may ayınadək 8 ay ərzində Dəvəçi rayonu Güləmli kəndindən çxımışdır. O, balıq ovu ilə məşğul olarkən, nə də ondan sonra heç kimə heç bir məbləğdə pul vermnəmişdir. O, balıq ovu ilə məşğul olduğu vaxtlarda yalnız rüsum ödəmişdir, əlavə vəsait verməmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 rayon adamı kimi tanımışdır. Balıq ovu fəaliyyəti ilə məşğul olduğu vaxtda Təqsirləndirilən şəxs1lə əlaqəsi olmayıb. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 3-cü cildinin 12-15-ci vərəqlərində olan 28 iyun 2020-ci il tarixdə şahid qismində dindilməsi barədə protokolda olan ifadə ona tanışdır, həmin protokolda imza xanasının qarşısındakı qarşısındakı imzalar və ifadənin sonunda “İfadəmi oxudum mənim sözlərimlə düz yazılıb, imzamla təsdiq edirəm.Məmmədov.İ.C” əlyazma ona məxsusdur. Həmin protokolda “Ekologiya Nazirliyinin Xaçmaz sektorunun işçisi kimi tanıdığı Bala Fikrət, İbrahim və Zahidin tələbi ilə, onlara balıq ovu ilə məşğul olmaq üçün dənizə çıxdığı aylarda aylıq 100 manat pul ödəmişdir. Belə ki, balıq ovuna çıxdığı 2008-ci ilin sentyabr ayından 2009- cu ilin may ayınadək, yəni 8 ay ərzində cəmi 800 manat pulu həmin şəxslərə ödədiyini bildirdiyi məzmunlu ifadə ona tanışdır. Həmin ifadədə hazırki ifadəsində fərqli ifadə verdiyi ona aydındır və səbəbini izah etməkdə çətinlik çəkir. İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman ona qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2015-ci ilin sentyabr ayından hal-hazıradək Xəzər dənizin Şabran rayonu, Hacıqaraqaşlı kəndi akvatoriyasının sahil sularında özünə məxsus uzunluğu 2,91 metr, eni 1.27 metr, bort hünürlüyü 1.48 metr olan D-23 rezin qayıqla balılq ovu ilə məşğul olmuşdur. Elan edilməklə ona təqdim edilmiş, cinayət işinin 2-ci cildinin 119-121-ci vərəqlərində olan 25 may 2020-ci il tarixdə şahid qismində dindilməsi barədə protokolda olan ifadə ona tanışdır, həmin protokolda imza xanasının qarşısındakı qarşısındakı imzalar və ifadənin sonunda “İfadəmi oxudum mənim sözlərimlə düzgün yazıldığı üçün,doğruluğunu imzamla təsdiq edirəm.Şahid12” əlyazma ona məxsusdur. Həmin tarixdə dindirilən zaman 2016-2017-ci illərin fevral-aprel ayları üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorun müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 çatdırması üçün onun işçiləri olmuş Bala Fikrət və İbrahimə Şabran rayonu ərazisində aylıq haqq kimi 30 manatdan olmaqla ümumilikdə 180 manat pul verdiyi məzmunlu ifadə verdiyi ona məlumdur. Həmin ifadədə hazırki ifadəsində fərqli ifadə verdiyi ona aydındır və səbəbini izah etməkdə çətinlik çəkir. İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman ona qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, özünə məxsus bir ədəd iki matorlu qayığı vardır. 2016-cı ildən həmin qayıqla dabalıq ovuna gedir, tutduğu balığı sataraq ailəsini dolandırmışıdr. Qayığı qeydiyyatdan keçmişdir. Qeydiyyatın etibarlılıq müddəti bir ildir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 1-ci cidlinin 18- 22-ci vərəqlərində olan 15 may 2020-ci il tarixdə şahid qismində dindilməsi barədə protokolda olan ifadə ona tanışdır, həmin protokolda imza xanasının qarşısındakı qarşısındakı imzalar və ifadənin sonunda “İfadəmi oxudum, doğrudur, əlavəm yoxdur, imzamla təsdiq edirəm. Şahid13” əlyazma ona məxsusdur. Həmin tarixdə dindirilən zaman dənizdə rahat balıqçılıqla məşğul olmaq üçün Təqsirləndirilən şəxs1 işçisi Zahidə hər ay 300 manat pul verdiyi, ümumilikdə Təqsirləndirilən şəxs1 çatdırılması üçün Zahidə 2016-cı ilin noyabr ayından 2017-ci ilin may ayınadək aylıq 300 manat olmaqla, 1800 manat pul təqdim etdiyini məzmunda ifadə verdiyi ona məlumdur. Həmin ifadədə hazırki ifadəsində fərqli ifadə verdiyi ona aydındır və səbəbini izah etməkdə çətinlik çəkir. İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman ona qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X46 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 qaynanasıdır. Onun öz əri öldükdən sonra ərindən qalan təxminən 24000 ABŞ dollrı pulu qızının evinə, yəni Təqsirləndirilən şəxs1 evinə saxlanılması üçün qoymuşdur. Bundan başqa onun ata mülkü satılıb övladları arasında bölündükdən sonra ona müəyyən məbləğdə pul qalmışdır. Həmin pulları da o, qızının, yəni Təqsirləndirilən şəxs1 evinə saxlamalaı üçün qoymuşdur. Onun öz qızının evinə, yəni Təqsirləndirilən şəxs1 yaşadığı evdə ona məxsus cəmi 44000 ABŞ dolları pul oluşdur və həmin pullar onun özünə məxsusdur. Sonradan ona məlum olmuşdur ki, kürəkəni Paşayevin evində axtarış aparılan zaman onun özünə məxsus həmin pullar götrülmüşdür. Bununla bağlı müraciət etməsinə baxmayaraq hal-hazırki vaxta qədər onun plu özünə qatarılmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus rezin taxta tipli motorsuz qayığı olmuşdur. Qayığı 2014-cü ildə tanımadığı şəxslərə satmışdır. İİ qrup Qarabağ müharibəsi əlilidir. Bu səbəbdən DSX əməkdaşları tərəfindən başqa balıqçılardan aylıq pullar yığılsa da ondan Qarabağ müharibəsi əlili olduğu üçün hörmət edilərək pul alınmayıb. Dənizdə balıqçılıqla məşğul olmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun sabiq müdiri Təqsirləndirilən şəxs1 çatdırması üçün həmin sektorun İbrahim adlı işçisinə aylıq 40 manat pul vermişdir. İbrahim Təqsirləndirilən şəxs1 Bala Fikrət ləqəbli sürücüsü ilə dənizkənarına gələrək hər ayın sonu ondan göstərilən 40 manat pulu yığmışdır. Onlar Niva markalı avtomobil ilə gələrək həmin pulu ondan almışlar. İl ərzində 8 ay dənizə çıxırmış. 2010-cu ilin sentyabr ayından etibarən aylıq 40 manat pulu İbrahimə vermişdir. 2010-2014-cü illərdə 28 ay ərzində İbrahimə ümumilikdə 1120 manat pul vermişdir. Pulu ona dəniz kənarında təqdim etmişdir. (cild 2, iş vər. 226-229). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildən X8 adına olan bir ədəd taxta tipli mühərriksiz AŞA 8120 nömrəli qayığı baş etibarnamə əsasında alıb özü balıq ovu ilə məşğul olur. Balıq ovuna sebtyabr-aprel ayları üzrə ildə 8 ay ərzində Xaçmaz rayonu Niyazoba kəndindən çıxır. 2013-cu ildə balıq ovu ilə məşğul olmağa başlayandan, Ekologiya Nazirliyinin Xaçmaz sektorunun işçisi kimi tanıdığı Zahid və Bala Fikrət balıqovlama bileti almağını, bundan əlavə aylıq 50 manat ödəməli olduğunu bildirmişlər. Lakin özü mühərriksiz qayıq işlətdiyini, kvotaya görə pul ödəyə bilməyəcəyini demiş və bu səbəbdən də ona balıqovlama bileti (kvota) verilməmişdir. Lakin, buna baxmayaraq onlara, yəni Zahid və Bala Fikrətə aylıq 50 manat ödəməklə balıq ovu ilə məşğul olmuşdur. Həmin pulu balıq ovu ilə məşğul olduğu aylarda, yəni 2013-cü ilin sentyabr-2014-cü ilin aprel ayları, 2014-cü ilin sentyabr- 2015-ci ilin aprel ayları, 2015ci ilin sentyabr-2016-cı ilin aprel ayları, 2016-cı ilin sentyabr- 2017-ci ilin aprel aylarında, hər il 8 ay olmaqla, cəmi 1.600 manata yaxın pulu Zahid və Bala Fikrətə balıq ovuna çıxdığı Xaçmaz rayonu Niyazoba kəndində dəniz kənarında vermişdir. Pulu onların özləri idarə etdikləri Niva markalı avtomaşınla gəlib götürmüşlər. 2017-ci ildən aylıq pul ödəməmişdir. Balıq ovu ilə məşğul olmağı ilə əlaqədar başqa heçkəsə pul ödəməmişdir. Hətta 2015-ci ildə aylıq pulun ödənilməsini geciktirəndə onu cərimələmişdirlər. Bu səbəbdən də məcbur olub, çörək pulu qazanmaq üçün həmin aylıq pulu onlara ödəmişdir. (cild 2, iş vər. 217-221). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, özünə məxsus taxta tipli iki matorlu qayığı olub. Matorlardan biri Yamaha 75 və 50 matorlu olub. Bort nömrəsi BH-2834 idi. Həmin qayığı 2018-ci ilin yanvar ayında almış və 2019-cu ildə tanımadığı balıqçıya satmışdır. Bundan əlavə, 2015-də aldığı və hal-hazırki tarixədək istifadə etdiyi taxta tipli iki matorlu qayığı var. Matorlardan biri Yamaha 55 və 48 matorludur. Həmin qayıq oğlu X19 adınadır. Digər balıqçıların bir çoxundan pul tələb olunaraq alınsa da, ondan heç bir DSX əməkdaşı pul tələb etməyib və heç bir DSX əməkdaşına pul verməmişdir. Çünki, onun qardaşı dənizdə batıb deyə onun ailəsinə də o baxdığından ondan pul tələb olunmayıb. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Zahid, İbrahimə və Bala Fikrət ondan rəisləri Təqsirləndirilən şəxs1 çatdırmaq üçün 2015ci ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayına kimi hər ay 100 manat pul tələb edərək almışlar. Beiə ki, onlara ümumilikdə 1.600 manat pul vermişdir. X132, İbrahim və Zahid dənizkənarında Niva markalı maşında almışlar. Lakin, 2017-ci ilin sentyabr ayında ondan pul tələb edəndə verə bilməyəcəyini bildirmiş və onlar da onu tutacaqlarını bildirmişlər. O, da məcburən qayığı çıxardıb evdə saxlamışdır. Lakin bundan sonra 2017-ci ilin sonlarında Təqsirləndirilən şəxs1 işdən çıxardıqdan sonra ondan pul tələb edən olmamış deyə o balıqçılığa davam eləmişdir. (cild 2, iş vər. 276-279). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, təxminən 2011- 2012-ci ildə baş etibarnamə əsasında aldığı bir motorlu taxta qayıqla balıq ovu ilə məşğul olmağa başlayıb. Dənizə Xaçmaz rayonu, Ərəbaltı kəndindən çıxıb. Təxminən 2012-ci ilin sentyabr ayından 2014-cı ilin may ayınadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt- Xaçmaz sektorunun işçiləri Bala Fikrət, Zahid və İbrahim balıq ovu etdiyi sentyabr-may ayları, cəmi 8 ay ərzində aylıq 300 manat olmaqla, ildə 2.400 manat, 2012-2014-ci illər, yəni 2 il ərzində cəmi 4800 manat pulu, 2014-cı ilin sentyabr-dekabr, cəmi 4 ay ərzində 1200 manat olmaqla, ümumilikdə 6.000 (altı min) manat pul ödəyib. Pulu dənizə çıxdığı sahil kənarında ödəyib. (cild 2, iş vər. 101-109). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2015-ci ildən bahqçılaq fəaliyyəti ilə məşğul olur. Dənizə Şabran rayonu, Hacıqaraqaşlı kəndindən çıxır. 1 ədəd rezin qayığı var, sənədlərinin hamısı qaydasında olub, balıq ovlama bileti olmamışdır. Balıq ovun sentyabr- oktyabr, yanvar-mart aylarında olmaqla, il ərzində 5 ay çıxmışdır. Rezin qayıq olduğuna görə dənizdə uzaq məsafəyə getməmişdir. Balıqçılıqla məşğul olmaq üçün, hər ay, yəni sentyabr ayından iyun ayınadək, ildə 8 ay ərzində, hər ay 50 manat olmaqla, ildə 400 manat, 2015-ci ildən 2017-ci ilədək cəmi 1200 manat pulu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresurslärın artırılması və mühafizəsi xidmətinin Sumqayıt- Xaçmaz sektorunun əməkdaşları Zahid, İbrahimə və Bala Fikrətin tələbi ilə onlara dənizə çıxdığı sahildə təqdim edib. (cild 2, iş vər. 110-118). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 2009-cu ildən halhazıradək yanvar-aprel, sentyabr-dekabr aylarında tanışı Adil Məmmədova məxsus uzunluğu 3.70 metr, eni 1.20 metr, bort hündürlüyü 0.50 metr olan avar çəkən taxta qayıqla Xəzər dənizinin Xaçmaz rayonu, Niyazoba kəndi akvatoriyasının sahil sularında balıq ovu ilə məşğul olur, qayığı etibarnamə ilə idarə edir, həmin qayığa görə gəmi bileti, eləcə də bahq ovu ilə məşğul olmağa görə “üzmə vasitələrinin qeydiyyat vəsiqəsi” kitabı və balıqovlama bileti vardır. 2009-2015-ci illərdə, bahq mövsümü vaxtlarında, yəni yanvaraprel, sentyabr-dekabr aylarında, eləcə də 2016-cı ilin yanvar-aprel aylarında bahq ovu ilə məşğul olmağa görə hər ayın axırına yaxın Xəzər dənizinin Xaçmaz • rayonu, Niyazoba kəndi ərazisində yerləşən hissəsində dəniz kənarında Təqsirləndirilən şəxs1 çatdırması üçün onun işçisi olmuş Zahid və İbrahim adlı şəxslərə aylıq haqq kimi 50 manatdan olmaqla ümumilikdə 3.000 manat pul vermişdir. Belə ki, hər ayın axırına yaxın ya Zahid, ya da İbrahim xatırlamadığı mobil nömrələrdən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək “haqq-hesabları hazırla, yoldayıq gəlirik” sözlərini demişlər. O da hər dəfə çalışmışdır ki, bir qədər vaxt uzadıb aylıq haqqı gec versin, çünki elə vaxtlar olmuşdur ki, pulu olmamışdır. Aylıq haqqı verməyəndə isə Zahid və İbrahim onun qayığını götürüb Siyəzən rayonunda hansısa dəniz kənarında yerləşən anbar hesab edilən yerə aparmışlar, bir dəfə aylıq haqqı gecikdirdiyinə görə Təqsirləndirilən şəxs1 özü Zahidlə birlikdə onun qayığını həmin anbara aparmış, xalası oğlu Zabil Rəsulov ilə birlikdə Siyəzənə gedib 50 manat aylıq haqqı Zahidə verdikdən sonra qayığını götürüb Xaçmaz rayonuna qayıtmışdır. 2018-ci ilin sentyabr ayından sonra isə Təqsirləndirilən şəxs1 işçilərindən heç kim gəlib ondan aylıq haqq istəməmiş və almamışdır. (cild 2, iş vər. 122- 126). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid15 Səməndər oğlu ifadəsində göstərmişdir ki, 2014-cü ilin sentyabr ayından baş etibarnamə əsasında aldığı bir ədəd bir motorlu taxta qayıqla balıqçılıq fəaliyyəti ilə məşğul olmağa başlamış və hazıradək bu fəaliyyətlə məşğuldur. Dənizə Xaçmaz rayonu, Müqtədir qəsəbəsindən çıxır. Ekologiya Nazirliyinin Xaçmaz sektorunun müdiri Təqsirləndirilən şəxs1 balqı ovu ilə məşğul olmaq üçün aylıq 300 manat ödəməli olduğunu bildirmişdir. Özü həmin məbləğdə pulu ödəmək imkanı olmadığını bildirsəm də, Fikrət müəllim qəti olaraq 300 manat ödəməli olduğunu bildirmişdir. Özü də fəaliyyət göstərdiyi 2014-cü ilin sentyabr-2015-ci ilin aprel ayları, 2015ci ilin sentyabr- 2016-cı ilin aprel ayları, 2016-cı ilin sentyabr ayı - 2017-ci ilin aprel ayları üzrə, hər ay 300 manat olmaqla, ildə 8 ay, ümumilikdə 3 il ərzində 7.200 manat (yeddi min iki yüz) manat pulu Fikrət müəllimə təqdim etmək üçün həmin sektorun işçiləri Bala Fikrət, Zahid və İbrahimə təqdim edib. Onlar pulu dənizə çıxdığı ərazidə dəniz kənarında gəlib özləri götrürürdülər. (cild 2, iş vər. 173-182). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, ümumiyyətlə Xaçmaz rayonu ərazisində balıq ovu ilə məşğul olan şəxslərdən balıq alıb Xaçmaz şəhər bazarında satmaqla məşğul olur. Əsasən 2016-cı ilin yanvar ayından dostluq münasibətlərində olduğu avar çəkən taxta qayıqla Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndi akvatoriyasının sahil sularında balıq ovu ilə məşğul olan həmkəndlisi Adil Məmmədovun tutduğu balıqları pulnan alıb satır. Balıq ovu ilə məşğul olmağa görə Xəzər dənizinin Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində yerləşən hissəsində dəniz kənarında Təqsirləndirilən şəxs1 çatdırması üçün onun işçisi olmuş Bala Fikrət, Zahid və İbrahimə hər ayın axırına yaxın 2016-cı ilin oktyabr-dekabr, 2017-ci ilin yanvar-aprel aylıq haqq kimi isə 50 manatdan olmaqla ümumilikdə 350 manat pul vermişdir. X132, Zahid və İbrahimin özlərinə təqdim etmişdir. (cild 2, iş vər. 193-198). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X92 ifadəsində göstərmişdir ki, bir ədəd taxta qayığı var və həmin qayıqla Xaçmaz rayonu, Niyazoba kəndində balıq ovu ilə məşğul olur. Qayığın Yamaha 48 və Yamaha 55 markalı iki mühərriki var. Qayığın bütün sənədləri qaydasındadır. 2005-ci ildə 2014-cü ilədək hər il balıq ovu mövsümü vaxtlarında, yəni yanvar-aprel və sentyabr-dekabr aylarında balıq ovu ilə məşğul olmağa görə Xaçmaz və Siyəzən rayonları ərazisində Təqsirləndirilən şəxs1 özünə, bəzən isə ona çatdırılması üçün sürücüsü “Bala Fikrət” ləqəbli Təqsirləndirilən şəxs4 300 manat məbləğində aylıq haqq vermişdir. Sonuncu dəfə də 2013-cü ilin dekabr ayında Xaçmaz rayonu, Seyidli kəndi ərazisində 300 manat pulu aylıq haqq kimi Təqsirləndirilən şəxs1 çatdırılması üçün onun sürücüsü “Bala Fikrəfə vermişdir. O, pulu Təqsirləndirilən şəxs1 özünün tələb etdiyini, bunu bir “qayda” halına saldığını, həmin pul məbləğinin verilmədiyi halda dənizə çıxmağa maneələr yaradacağını bildirdiyini, 2014-cü ildən etibarən Təqsirləndirilən şəxs1 bütün sənədlərinin qaydasında olduğu üçün və həm də dənizdə balıq az olduğuna görə pul verməyəcəyini dediyini qeyd etmişdir.(cild 2,i.v. 1-5, 49-51) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X35 ifadəsində bildirmişdir ki, uzun illərdir atası Nəcməddin ilə birlikdə balıq ovu ilə məşğul olur. O, 13 yaşından özünə məxsus qayıqlarla balıqçılıqla məşğul olmuşdur. 2002-2007-ci illərdə 3 ədəd, 2008-2014-cü illərdə iki ədəd, 2014-cü ildən isə bir ədəd qayığı olmuşdur. Hazırda istifadəsində özünə məxsus bir ədəd 8 metrlik, hər biri 55 at güclü “Mariner” markalı cüt mühərriklə təchiz edilmiş qayığı var. 2005-ci ilin sentyabr ayından 2007-ci ilin may ayınadək hər balıq ovu mövsümü ayında hər qayığa görə 500 manat olmaqla ümumilikdə üç qayığına görə 1500 manat, 2014-cü ilin may ayınadək hər balıq ovu mövsümü ayında hər qayığa görə 500 manat olmaqla, ümumilikdə iki qayığına görə 1000 manat, 2014-cü ilin senyabr ayından 2017-ci ilin may ayınadək isə tək qayığına görə 500 manat pulu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şimal sektorunun rəisi Təqsirləndirilən şəxs1 şəxsən Siyəzən şəhərində yerləşən özünə məxsus “Murad” şadlıq sarayında birbaşa yolla özünə, habelə Xaçmaz rayonu ərazisində “Bala Fikrət” ləqəbli sürücüsü Təqsirləndirilən şəxs4 vasitəsilə vermişdir. X100 Təqsirləndirilən şəxs1 pul vermədiyinə görə balıqovlama bileti olduğu halda atasının qayığını tutaraq guya qanunsuz balıq ovu ilə məşğul olması barədə barəsində toplanmış materialları X108 İdarəsinin İstintaq şöbəsinə göndərmişdir. Təqsirləndirilən şəxs1 atasının qayığını tutan zaman atası ürək infarktı keçirmişdir. (cild 2, i.v. 150-160). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, 2015-ci ilin əvəllərində balıqçılıq fəaliyyəti ilə məşğul olur. Balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 motorlu qayığı olmuşdur. O, fəaliyyət göstərdiyi dövrdə balıqovlama biletinin olduğunu, lakin buna baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 etibar etdiyi “Bala Fikrət” deyilən şəxsə 100 manat pulu ayın sonunda Şabran kəndində verdiyini, 2008-ci il tarixdən Təqsirləndirilən şəxs1 işdən çıxarılana kimi aylıq ödəniş edərək balıq ovuna çıxdığını bildirmişdir. (cild 2 i.v. 270-275). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X47 ifadəsində göstərmişdir ki, 15.02.2011-ci il tarixdən 2014-cü ilin mart ayına qədər “Vixr 30” mühərrikli uzunluğu 4 metr, eni 2 metr, bort hündürlüyü 0.35 metr olan taxta qayıqla Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndi akvatoriyasının sahil sularında balıq ovu ilə məşğul olmuş, həmin qayığın gəmi bileti öz adına olmuş, balıqovlama bileti əsasında balıq ovu ilə məşğul olmuşdur. 2014-cü ilin mart ayında həmin qayığı mühərriki ilə birlikdə etibarnamə ilə həmkəndlisinə 700 manata satmışdır. 2010-cu ilin sentyabr ayından qayığı satdığı 2015-ci ilə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun sabiq müdiri Təqsirləndirilən şəxs1 çatdırması üçün sonuncunun Bala Fikrət adlı sürücüsünə hər ay 200 manat pul vermişdir. İİ ərzində 8 ay işlədiyini, 2010-2015-ci illər ərzində 36 ay hər ay 200 manat olmaqla, ümumilikdə 7200 manat pulu X113 kəndi ərazisində dəniz kənarında təqdim etmişdir. Hər ayın 10-15-i arası “Bala Fikrət” ləqəbli Təqsirləndirilən şəxs4 zəng edərək pulu tələb edirmiş, o da aparıb pulu Fikrətə verirmiş. “Bala Fikrətə” pulu tutduğu balığa görə verirmiş. Belə ki, əgər həmin pulu verməsəydi, sektorun İbrahim və Zahid adlı əməkdaşları tutduğu balıqları yoxlayanda, həmin balıqlardan tutulmağa icazə verilməyən balıq olardısa onu cərimələyirlərmiş. Aylıq pulu verəndə isə buna göz yumublar.( cild 2, i.v. 212-216) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X104 ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2014-cü ilə qədər özünə məxsus Yamaha 55, Mariner 55 mühərrikli 01 ədəd uzunluğu 8 metr, eni 2.5 metr, bort hündürlüyü 1.40 metr olan taxta qayıqla, 2014-2016-cı ilə qədərə isə Mariner 55 mühərrikli uzunluğu 4 metr, eni 1.80 metr, bort hündürlüyü 1.20 metr olan 01 ədəd qayıqla Xəzər dənizinin Xaçmaz rayonu, Niyazoba qəsəbəsi akvatoriyasının sahil sularında balıq ovu ilə məşğul olmuşdur. Həmişə gəmi bileti, texniki talonu, “üzmə vasitələrinin qeydiyyat vəsiqəsi” kitabı, balıqovlama bileti olmuşdur. 2010-2015-ci illərin yanvar-may, sentyabr-dekabr aylarında Xaçmaz rayonunun müxtəlif yerlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorun müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 çatdırması üçün onun işçisi olmuş Zahid adlı şəxsə aylıq haqq kimi 300 manatdan olmaqla ümumilikdə 16.200 manat pul vermişdir. Çox vaxt Zahidin yanında İbrahim də gəlmiş, lakin aylıq haqqı Zahidin özünə əlbəəl vermişdir. Həmin aylıq haqqı verməyəndə Zahid ona məxsus qayığın mühərrikinin vintini açıb aparmış, aylıq haqqı verdikdən sonra qaytarmışdır. Digər balıqçılar kimi bu aylıq haqqı verməyə məcbur olmuş, başqa çıxış yolu olmamışdır.( cild 2, i.v. 141-145). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, 2010-cu ildən halhazıradək yanvar-aprel, noyabr-dekabr aylarında üzərində 02 ədəd Mariner 55 mühərrikləri olan uzunluğu 8 metr, eni 3 metr, bort hündürlüyü 1.10 metr olan taxta qayıqla Xəzər dənizinin Xaçmaz rayonu, Tikanoba kəndi akvatoriyasının.sahil sularında balıq ovu ilə məşğul olmuş, qayıq onun öz adınadır, həmin qayığı idarə etməsinə görə gəmi bileti, kiçik həcmli gəmilərin sürücülük vəsiqəsi, eləcə də balıq ovu ilə məşğul olmağa görə “üzmə vasitələrinin qeydiyyat vəsiqəsi” kitabı və balıqovlama bileti vardır. Qayıqda həmişə özü də daxil olmaqla ümumilikdə 3 nəfər balıqçı işləyir. 2010- cu ildən 2017-ci ilin yanvar ayınadək hər ilin yanvar-aprel, noyabr-dekabr aylarında, eləcə də 2017-ci ilin yanvar-aprel aylarında, Siyəzən rayonu ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorun müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 çatdırması üçün onun işçisi olmuş “Bala Fikrət” ləqəbli Təqsirləndirilən şəxs4 aylıq haqq kimi 300 manatdan olmaqla, ümumilikdə 14.400 manat pul vermişdir. Bu aylıq haqqı verməyə məcbur olmuş, çünki verməsə idi, balıq ovlamağa görə sektorun işçiləri olan İbrahim və Zahid onu tutaraq cərimələyiblər.( cild 2, i.v. 127-135). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X79 ifadəsində göstərmişdir ki, 2010-cu ildən halhazıradək balıq mövsümü vaxtlarında, yəni yanvar-aprel, sentyabr-dekabr aylarında özünə məxsus Mariner 55 əsas, Yamaha 75 ehtiyat mühərrikli uzunluğu 8 metr, eni 2.2 metr, bort hündürlüyü 1.1 metr olan taxta qayıqla Xəzər dənizinin Xaçmaz rayonu, Nabran kəndi akvatoriyasının sahil sularında balıq ovu ilə məşğul olmuş, qayıqda 4 balıqçı balıq ovuna çıxmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorun müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 çatdırması üçün onun işçisi olmuş “Bala Fikrət” ləqəbli Təqsirləndirilən şəxs4 hər ayın axırına yaxın 2010-2016-cı ilin yanvar-aprel, 2017-ci ilin yanvar-aprel aylarında aylıq haqq kimi 200 manatdan olmaqla ümumilikdə 12.000 manat pul vermişdir. Belə ki, hər ayın axırına yaxın “Bala Fikrət” istifadəsində olan xatırlamadığı nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək “nə vaxt görüşə bilərik” deyəndə onun aylıq haqqı istədiyini başa düşmüş, bundan sonra onunla görüşüb müəyyən edilən 200 manat aylıq haqqı bala Fikrətin özünə vermişdir. ( cild 2,i.v. 136-140). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, balıq ovu ilə məşğul olmaq qərarına gəldiyindən 2010-cu ilin avqust ayında 5.5 metrlik 55 at gücü olan “Mariner” markalı tək mühərrikli qayıq almışdır. Daha sonra balıq ovu ilə məşğul olmaq üçün lazım olan sənədləri, yəni Fövqəladə Hallar Nazirliyindən texpasport, textalon, Dövlət Sərhəd Xidmətindən gəmi kitabını, Ekologiya və Təbii sərvətlər Nazirliyindən balıqovlama bileti almışdır. 2010-cu ilin sentyabr ayında “Bala Fikrət” ləqəbli Təqsirləndirilən şəxs4la Xaçmaz rayonu, Müqtədir qəsəbəsindəki Batabat restoranının qarşısında görüşdükdə sonuncu balıq ovu ilə məşğul olmaq üçün balıq mövsümü aylarında, yəni sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel aylarında hər ay 300 manat pulu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz sektorunun müdiri Təqsirləndirilən şəxs1 çatdırması üçün ona verməli olduğunu bildirmişdir. 2010-cu ilin sentyabr ayından 2015-ci ilin mart ayınadək balıq mövsümü aylarının sonu Xaçmaz rayonu, Müqtədir qəsəbəsindəki Batabat restoranının qarşısında və ya həmin restoranla paralel dəniz sahilində “Bala Fikrət” ilə görüşərək Təqsirləndirilən şəxs1 çatdırması üçün hər dəfə 300 manat pul ona vermişdir. 2015-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 çatacaq 300 manat pulu “Bala Fikrətə” çatdıra bilmədiyinə görə 22 aprel 2015-ci il tarixdə həmin Nazirliyin Zahid və İbrahim adlı əməkdaşları qayığını tutaraq barəsində toplanmış materialları X108 İdarəsinin Təhqiqat şöbəsinə göndərmişdir. Həmin idarədə o, 1020 manat, 3 nəfər balıqçısı isə 1000 manat cərimə edilmiş və o, rəsmi olaraq cərimələri ödəmişdir. (cild 2, i.v. 168-172). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, özünəməxsus iki matorlu qayığı var, həmin qayıqla 9-10 ildir ki, balıqçılıqla məşğul olur, dənizə Xaçmaz rayonu, Tükənoba kəndindən çıxır. Fəaliyyət göstərdiyi dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Sumqayıt- Xaçmaz regionu üzrə sektorun müdiri əslən Kiçik Həmyə kəndindən olan Təqsirləndirilən şəxs1 ondan balıqçılıqla məşğul olmaq üçün hər balıq sezonunda il ərzində 8 ay olmaqla, hər ay 500 manat pul tələb edərək almışdır. 2011-ci ilin yanvar ayından 2017-ci ilin aprel ayı da daxil olmaqla, Təqsirləndirilən şəxs1 ümumilikdə 26.000 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs1 çatdırılması üçün pul məbləğini hər ay onun sürücüsü kimi tanıdığı “Bala Fikrət” ləqəbli Təqsirləndirilən şəxs4 vermişdir. (cild 3, i.v. 7-11). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, balıqçılıq fəaliyyət ilə həqiqətən də 2011-ci ildən məşğul olmağa başlamışdır. Həmin vaxt bir ədəd bir motorlu taxta qayığı olmuşdur. 2015-ci ilədək qayığı bir neçə dəfə təzələmiş, yəni alıb-satırdı, odurki həmin dövrdə istifadəmdə faktiki olaraq bir ədəd qayıq olmuşdur. Dənizə Xaçmaz rayonu, Nabran qəsəbəsindən çıxır. Balıq sezonu ildə 8 ay , yəni sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, aprel aylarınını əhatə edir, özü də həmin aylarda dənizə çıxmışdır. Faktiki olaraq bu fəaliyyətlə özü məşğul olura, lakin dənizə getmir. Dənizə hər qayıqda 2-3 nəfər olmaqla hər dəfə müxtəlif rayon sakinləri işçi kimi çıxırlar. Onlara ovladıqları balığın bir hissəsi verilir. O, ifadəsində qeyd etmişdir ki, balıqovlama ilə məşğul olmaq üçün, 2012-ci ilin yanvar ayından 2012-ci ilin may ayınadək, 2012-ci ilin sentyabr ayından 2013-cü ilin may ayınadək, 2013-cü ilin sentyabr ayından 2014-cü ilin may ayınadək, 2014-cü ilin sentyabr ayından 2015-ci ilin may ayınadək, hər ay bir motorlu qayığa görə 200 manat, cəmi 28 ay ərzində 5.600 manat pulu, 2015-ci ilin sentyabr ayından 2016-cı ilin may ayınadək, 2016-cı ilin sentyabr ayından 2017-ci ilin may ayınadək, ildə 8 ay, hər ay bir motorlu qayığa görə 200 manat, iki motorlu qayığa görə 400 manat olmaqla ayda 1200 manat, cəmi iki il ərzində 19.200 manat, ümumilikdə isə 24.800 manat pulu Təqsirləndirilən şəxs1 və ya onun sürücüsü X124. Həmin pulları əsasən Bala Fİktətə, onunla zəngləşib, Xaçmaz rayon ərazisində müxtəlif yerlərdə görüşüb təqdim edib. (cild 2, i.v. 161-167). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X38 ifadəsində bildirmişdir ki, 2012-ci ildən 2016-cı ilədək öz adına aldığı 1 ədəd taxta tipli, 1 mühərrikli, AŞA 8143 bort nömrəli qayıqla balıq ovu ilə məşğul olmuşdur. Hər il sentyabr-aprel aylarında, ildə 8 ay ərzində balıq ovu ilə məşğul olmuşdur. Dənizə Şabran rayonu, Çayqaraqaşlı kəndindən çıxmışdır. 2016-cı ildə qayığını satmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun sabiq müdiri Təqsirləndirilən şəxs1 çatdırması üçün sonuncunun sürücüsü olaraq tanıdığı “Bala Fikrət” ləqəbli Təqsirləndirilən şəxs4 aylıq 200 manat haqq ödəmişdir. Belə ki, 2013-cü ilin sentyabr ayından 2016-cı ilin aprel ayları ərzində hər ay 200 manat olmaqla, ümumilikdə 4.800 manat pulu Təqsirləndirilən şəxs4 dənizə çıxdığı Şabran rayonu, Çayqaraqaşlı kəndində ödəmişdir. Pulu “Bala Fikrət” özünün idarə etdiyi “Niva” markalı avtomobillə gəlib götürmüşdür. (cild 2, i.v. 259-263). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X80 ifadəsində göstərmişdir ki, 2015-ci ilin fevral ayından 2018-ci ilin yanvar ayına qədər balıq mövsümü vaxtlarında özünə məxsus AŞA 8377 bort nömrəli Yamaha 25 mühərrikli taxta qayıqla Xəzər dənizinin Şabran rayonu, Hacıqaraqaşlı kəndi akvatoriyasının sahil sularında balıq ovu ilə məşğul olmuşdur. 2015- 2017-ci illərin fevral-aprel ayları, sentyabr-dekabr ayları üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorun müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 çatdırması üçün onun işçisi olmuş X125 rayonu ərazisində aylıq haqq kimi 100 manatdan olmaqla ümumilikdə 2100 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 işdən çıxarıldıqdan sonra ona pul verməmişdir. Hər ayın axırına yaxın Bala Fikrət xatırlamadığı mobil nömrəsindən istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib görüşməyi təklif etdikdə onun aylıq haqqı istəmək üçün ona zəng etməsini bilmiş, onunla Şabran rayonu ərazisində müxtəlif yerlərdə görüşüb 100 manat aylıq haqqı ona vermişdir.( cild 2, i.v. 204- 206). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X23 göstərmişdir ki, 2000-ci ildən dolanışığında çətinliklər olduğuna görə balıq ovu ilə məşğul olmaq qərarına gəldiyindən 7 metrlik 48 at güclü “Yamaha” markalı cüt mühərrikli qayıq alaraq Xəzər dənizinin sahil xəttinin yaşadığı Tağay kəndindən keçən hissəsində balıqçılıqla məşğul olmağa başlamışdır. Dənizə qardaşı Ramil və həmkəndlisi Mətləblə birlikdə getmişdir. Səhhəti ilə əlaqədar bir ildir ki, balıq ovuna getmir. Balıq ovu ilə məşğul olmaq üçün gəmi bileti, texniki talon, üzmə vasitəsinin qeydiyyat vəsiqəsi, balıqovlama bileti almışdır. Təqsirləndirilən şəxs1 Ekologiya və təbii sərvətlər Nazirliyinə təyin ediləndən 2017-ci ilin aprel ayıda daxil olmaqla balıq mövsümü aylarında, yəni sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel aylarında hər ay “Bala” ləqəbli Fikrət Tağay kəndində dəniz kənarına gələrək Təqsirləndirilən şəxs1 çatacaq 200 manat pulu ondan almışdır. (cild 2, i.v. 207-210). Təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə və həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 20 noyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi materiallarından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin digər vəzifəli şəxslərinin, habelə iş üzrə digər təqsirlədirilən şəxslərin əməllərinə, eləcə də iş üzrə şahid qismində dindirilmiş balıqçıların ifadələrində göstərfikləri xüsusatlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2,311.2,311.3.2,311.3.3 və 312.2-ci maddələri ilə ********* sayıl cinayət işi ayrılması və icraata qəbul edilməsi qərara alınmışdır. (cild 1, iş vər. 1-3). “Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” 13.05.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi X60 tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 308.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (cild 1, iş vər. 11-13). “Cinayət əməlinin tövsif edilməsi haqqında” 14.04.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.2, 311.3.1, 311.3.3, 311.3.2 və 312.2-ci maddələrinə tövsif edilmişdir. (cild 1, iş vər. 16-17). “Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi və icraatın təzələnməsi haqqında” 19 may 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri tərəfindən Xaçmaz rayon prokurorunun böyük köməkçisi Tural Məhərrəmovun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz regionu üzrə sektor müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 əməlində vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiya ciayətləri və qulluq mənafeyi əlehinə olan digər cinayətlərin əlamətlərinin müəyyən edilməməsi, habelə onun əməlində cinayət tərkibinin olmaması qənaətinə gələrək cinayət işi üzrə icraata xitam verilməsi haqqında qəbul etdiyi 02 mart 2018-ci il tarixli qərar əsassız olduğundan ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. (cild 1, iş vər. 27-28). “Cinayət işləri üzrə icraatın birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” 19.05.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi X60 tərəfindən Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətlərin tam, hərtərəfli və obyektiv araşdırılması, cinayət təqibinin səməriliyinin təmin edilməsi məqsədilə ********* №-li ciayət işi ********* №-li cinayət işinə birləşdirilmiş və işin istintaqı Azərbaycan Respublikası CM-nin 308.2, 311.2, 311.3.1, 311.3.2, 311.3.3 və 312.2.-ci maddələri ilə davam etdirilmişdir. (cild 1, iş vər. 29-30). “Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” 14.09.2017-ci il tarixli qərardan görünür ki, Xaçmar rayon prokuroru, baş ədliyyə müşaviri Elxan Abdulrəhimov tərəfindən qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 308.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (cild 1, iş vər. 33-34). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X16 və mühafizəsi Departamentinin 30 iyun 2017-ci il tarixli №129-R saylı əmrindən görünür ki, 30.06.2017-ci il tarixdən Su Hövzələrində X16 və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun müdiri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 07.04.2003-cü il tarixli əmək müqaviləsi ləğv edilmişdir. (cild 1, iş vər. 42). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 16 mart 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 223). Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Həmyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də nümayəndəliyinin Balaca Həmyə kəndində yaşayır və qeydiyyatdadır, evlidir, üç övladı var, ali təhsillidir. Təqsirləndirilən şəxs1 ərazidə yaşadığı müddət ərzində özünü intizamlı və zəhmətsevər bir vətəndaş kimi tanıtmışdır. Yaşadığı kəndin cammatı və yaxın qonşuları ilə yaxşı münasibətdədir, özünə hörmət qazanmış, ictimaət arasında xeyirxah bir insan kimi tanınmışdır. Özündən kiçiklərə qarşı qayğıkeş olmaqla yanaşı böyüklərin hörmətini də saxlayır. Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi ərizə şikayət daxil olmamışdır. (cild 1, iş vər. 283). “Şübhəli şəxsin tutulması haqqında” 19.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 2, iş vər. 39-40). “Təqsirləndirilən şəxs qismində qismində cəlb etmə haqqında” 21 may 2020-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs1 ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. “Qətimkan tədbiri seçilməsi haqqında” 21.05.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas X60 tərəfindən Təqsirləndirilən şəxs1 barəsində ”Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vər. 79-80). İş materiallaırnda olan X47 tərəfindən verilmiş 23 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 2, iş vər. 216). İş materiallaırnda olan Şahid3 tərəfindən verilmiş 24 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 2, iş vər. 221). İş materiallaırnda olan Şahid2 tərəfindən verilmiş 25 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 2, iş vər. 229). İş materiallaırnda olan Şahid1 tərəfindən verilmiş 25 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 2, iş vər. 234). İş materiallaırnda olan Şahid6 tərəfindən verilmiş 27 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 2, iş vər. 234). İş materiallaırnda olan Şahid4 tərəfindən verilmiş 27 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 2, iş vər. 245). İş materiallaırnda olan X130 oğlu tərəfindən verilmiş 27 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 2, iş vər. 252). İş materiallaırnda olan X39 tərəfindən verilmiş 27 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 2, iş vər. 258). İş materiallaırnda olan X24 tərəfindən verilmiş 28 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 2, iş vər. 263). İş materiallaırnda olan Şahid5 tərəfindən verilmiş 28 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 2, iş vər. 269). İş materiallaırnda olan X25 tərəfindən verilmiş 28 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 2, iş vər. 275). İş materiallaırnda olan Şahid7 tərəfindən verilmiş 28 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 2, iş vər. 279). İş materiallaırnda olan Şahid8 Billa oğlu tərəfindən verilmiş 28 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 3, iş vər. 6). İş materiallaırnda olan X37 tərəfindən verilmiş 28 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 3, iş vər. 11). İş materiallaırnda olan Şahid9 tərəfindən verilmiş 28 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respubliaskı Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinin İtintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 312-ci maddəsi ilə bəraətverici əsas olmadan həmin maddənin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild 3, iş vər. 16). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Ekologiya və Təbii Sərvətlər nazirinin 04 aprel 2002-ci il tarixli 1217/ü nömrəli əmri ilə təsdiq edilmiş Əsasnaməsinə əsasən, Departamentin balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi və bərpası üçün tədbirlər hazırlayıb həyata keçirmək, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində və daxili sularda balıq və digər su bioresurslarının və onların həyat fəaliyyətinin məhsullarının mühafizəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində və daxili sularda bioloji sərvətlərdən səmərəli istifadə edilməsi, onların qorunması, artırılması və mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirmək, dövlətin balıqmühafizə və akvakultura sahəsində qanunla müəyyən edilmiş vəzifələrini fəaliyyət istiqamətlərinə uyğun həyata keçirmək və digər vəzifələri vardır. (cild 3, iş vər. 20-24). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin direktorunun 06 yanvar 2008-ci’il tarixli əmri ilə təsdiq edilmiş vəzifə təlimatına əsasən Mühafizə xidmətinin sektor müdirinin “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan təlimatların tələblərinə əməl etmək, balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək, xidməti vəzifəni vicdanla yerinə yetirmək, qanunsuz balıq ovlayanlara qarşı müfəttişlər tərəfindən düzgün və keyfiyyətlə sənədləşdirmələrə kömək göstərmək, sektor işçilərinin nizamlı olmasını, bütün sərəncamların danışıqsız və tez, keyfiyyətlə yerinə yetirilməsinə əməl edilməsini təmin etmək, departamentdə, sektorda dövlət sirlərini mühafizə üzrə lazımi tədbirlərə riayət olunması, qanun pozuntusu aşkar olunduqda müfəttişlər tərəfindən tərtib olunmuş protokollar, aktlar və digər sənədlərin qanunvericiliyə uyğun departamentə təqdim edilməsini təmin etmək, balıq ovu qaydalarının tələblərinin yerinə yetirilməsini təmin etmək, əmək qanunlarına müfəttişlərin iş və istirahət vaxtları haqqında qüvvədə olan Əsasnaməyə uyğun olaraq əmək və istirahət rejimini təşkil etmək, balıq ehtiyatlarına vurulmuş ziyanın Nazirliyin büdcəsinə köçürülməsinin icrasım təmin etmək və digər səlahiyyətləri vardır. (cild 3, iş vər. 26-27). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin direktorunun 06 yanvar 2008-ci il tarixli və 14 yanvar 2011-ci il tarixli əmri ilə təsdiq edilmiş vəzifə təlimatına əsasən mühafizə xidmətinin müfəttişlərinin “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan təlimatların tələblərinə əməl etmək, balıq ehtiyatlarının mühafizəsini və qorunmasım təmin etmək, balıq ehtiyatlarının qorunması və mühafizəsi sahəsində cinayətkarlığın və inzibati hüquqpozmaların qarşısım almaq və onları aradan qaldırmaq, xidmətə daxil olan protokolları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər daxilində sahə ilə bağlı inzibati hüquqpozmalar üzrə işləri məhkəmələrə göndərmək və məhkəmə qərarlarını icra etmək, balıqçılıq haqqında qanunvericiliyin pozulmasına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək, təhkim olunmuş sahələrdə qanunsuz balıq ovlarına qarşı daimi mühafizəni təmin etmək, qanunsuz ov alətlərinin və nəqliyyat vasitələrinin götürülməsini, eləcə də müvəqqəti saxlanılmasını, qanun pozanlardan götürülmüş balıq, başqa su heyvanat aləmlərinin qanuna uyğun ixracını təmin etmək və digər səlahiyyətləri vardır. (cild 3, iş vər. 25, 28-29). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin 17 dekabr 2018-ci il tarixli №262-K saylı əmrindən görünür ki, Muxtarov X81 hövzələrində 30.06.2017-ci il tarixdən Su Hövzələrində bioresursların mühafizəsi xidmətinin baş müfəttişi (ləğvetmə komissiyasının üzvü olduğunu nəzərə alaraq) 17.12.2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisə ləğv edildikdə) əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (cild 3, iş vər. 58). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin 04 oktyabr 2016-cı il tarixli №656/K saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 Seyidağa oğlu 04 oktyabr 2016-cı il tarixdən Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Su Hövzələrində bioresursların mühafizəsi xidmətinə baş nüfəttiş vəzifəsinə təyin edilmişdir. (cild 3, iş vər. 58). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin 04 oktyabr 2016-cı il tarixli №236-K saylı əmrindən görünür ki, Muxtarov X81 Hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt- Xaçmaz regionu üzrə sektorunun müfəttişi 04.10.2016-cı il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 15.09.2003-cü il tarixli əmək müqaviləsi ləğv edilmişdir. (cild 3, iş vər. 62). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin 15 sentyabr 2003-cü il tarixli №75-K saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 Seyidağa oğlu 15.09.2003-cü il tarixdən Sumqayıt- Xaçmaz regionu üzrə bölmənin mütəxəssisi vəzifəsinə təyin edilmiş və həmin tarixdən Salyan-Neftçala regionu üzrə bölmənin aparıcı mütəxəssisi vəzifəsindən azad edilmişdir. (cild 3, iş vər. 63). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin 18 oktyabr 2018-ci il tarixli №205-K saylı əmrindən görünür ki, X52 18.10.2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun müdiri vəzifəsinə bərpa olunmuşdur. (cild 3, iş vər. 81). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin 30 iyun 2017-ci il tarixli №129-K saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 30.06.2017-ci il tarixdən Su Hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun müdiri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 07.04.2003-cü il tarixli əmək müqaviləsi ləğv edilmişdir. (cild 3, iş vər. 84). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin 07 aprel 2003-cü il tarixli №46-K saylı əmrindən görünür ki, X53 07.04.2003-cü il tarixdən Sumqayıt-Xaçmaz regionu üzrə bölmənin müdiri vəzifəsinə təyin edilmiş və həmin tarixdən Sumqayıt-Xaçmaz regionu üzrə bölmənin baş mütəxəssisi vəzifəsindən azad edilmişdir. (cild 3, iş vər. 85). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin 29 yanvar 2003-cü il tarixli №12-K saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 29.01.2003-cü il tarixdən Xəzər dənizi və daxili suların bioloji sərvətlərinin mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməyə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. (cild 3, iş vər. 87). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin 02 may 2017-ci il tarixli №321/K saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs3 02.05.2017-ci il tarixdən Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun baş müfəttiş vəzifəsinə təyin edilmişdir. (cild 3, iş vər. 89). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X16 və Mühafizəsi Departamentinin 29 yanvar 2003-cü il tarixli №13-K saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs3 29.01.2003-cü il tarixdən Xəzər dənizi və daxili suların bioloji sərvətlərinin mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməyə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. (cild 3, iş vər. 92). “Pulun saxlanılması üçün depozit hesaba verilməsi haqqında” 05 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ünvan 7 ünvanından götürülmüş 44000(qırx dörd min) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təqdim edilmişdir. (cild 3, iş vər. 94-95). Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Gilgilçay qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 həyat yoldaşı X17 və oğlu X14 ilə birlikdə Siyəzən rayonu, Gilgilçay qəsəbəsində yaşayır. F.Abdukrəhimov Siyəzən rayonu, Gilgilçay qəsəbəsi tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çığırılmış, hərbi xidməti başa vurduqdan sonra Azərbaycan respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Barəsində nümayəndəliyə heç bir yazılı və şifahi ərizə, şikayət daxil olmamışdır. (cild 3, iş vər. 144-146). Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentı 141 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Gürcüstam Respublikası Bolnisi rayonu, Bolnisi qəsəbəsində anadan olmuş xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 23, mənzil 1 ünvanında qeydiyyatdadır, qeydiyyatda olduğu müddətdə müvafiq orqanlardan və qonşulardan şikayət daxil olmamışdır. (cild 3, iş vər. 147-148). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müfəttişlərinin 2005-2018-ci illərdə fəaliyyətlərində müəyyən edilmiş qanun pozuntuları ilə əlaqədar aparılmış araşdırmanın nəticəsinə dair 25 yanvar 2021-ci il tarixli mütəxəssis rətindən görünür ki, balıq ovlamalarına şəraitin yaradılması ilə əlaqədar 2005-2016-cı illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müfəttişi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 tərəfindən balıq ovlamalarına şəraitin yaradılması ilə əlaqədar 29 nəfərdən ayrı-ayrı şəxslərin vasitəçiliyi ilə və şəxsən ümumilikdə 257.050 manat, 2005-2018-ci illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt- Xaçmaz sektorunun müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt- Xaçmaz sektorunun müfəttişi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs3 tərəfindən balıq ovlamalarına şəraitin yaradılması ilə əlaqədar 31 nəfərdən ayrı- ayrı şəxslərin vasitəçiliyi ilə və şəxsən ümumilikdə 287660 manat alınmışdır. (cild 3, iş vər. 153-156). “Sübutların qiymətləndirilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 21 may 2020-ci il tarixdə elan edilmiş itthama əlavə və dəyişikliklər edilməklə Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə ona yeni ittiham elan edilmiş, onun barəsində 21 may 2020-ci il tarixli qərarla seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələ ona həmin maddələrlə ittiham elan edilməklə, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələ ona həmin maddələrlə ittiham elan edilməklə, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5, 308.2 , 32.5 , 311.3.1 və 32.5, 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmklə ona həmin maddələrlə ittiham elan edilsin və barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, X115 oglu, X36, X79, X104, X35, X66 oglu, X26, Şahid15 Səmədar oğlu, X101 oj X18, X98 oglu, Şahid3 Nadirşah oğlu, Şahid2, Şahid1, Şahid6, Şahid4, X105, X40, X38, Şahid5, X20, lsgəndərov Valeh İsgəndər oğlu, Şahid8, X41 ve X61 barəsində cinayət təqibinə CM-nin 312-ci maddəsinin qeyd hissəsinə və Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs1, habelə əlbir olduğu Təqsirləndirilən şəxs2 və şahid X1, X93. Baxışov şahverdi Əliağa oğlu, X106, X48 və ghmədov Aslan Rza oğlundan hər hansı məbləğdə pul tələb edərək alması öz təsdiqini tapmadığından göstərilən hissədə Təqsirləndirilən şəxs1. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cinayət təqibi üzrə icraata CPM-nin 39.1.1-ci maddəsi ilə xitam verilmiş, Təqsirləndirilən şəxs1 21,05.2020-ci il tarixdə təqsrləndirilən şəxs qismində dindirilərkən ifadəsində qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından, habelə sonuncu həyəcanlı olduğu və xəstəliyi ilə əlaqədar ağrıları olduğu üçün həmin məzmunda ifadə verdiyini bildirdiyindən, Rauf Hacıyev, Qabil Məmmədov, Füzuli Nağıyev və Rasim Həsənov barəsində cinayət təqibi üzrə icraata CPM-nin 39.1.1-ci maddəsi ilə xitam verilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 elan ediləcək ittihamları nəzərə alaraq, cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 308.2, 311.2, 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.3- cü maddələrinə tövsif edilmiş, ********* №-li cinayət işinin materiallarından Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin digər vəzifəli şəxslərinin, eləcə də iş üzrə şahid qismində dindirilmiş balıqçıların ifadələrində göstərdikləri xüsusatlar üzrə Azərbaycan Respublikası CM-nin 308.2, 311.2, 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.3-cü maddələri ilə ********* №-li cinayət işinin ayrıca icraata ayrılmışdır. (cild 3, iş vər. 157-183). “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi X60 tərəfindən hazırki ********** №-li cinayət işinin materiallarından Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin digər vəzifəli şəxslərinin, eləcə də iş üzrə şahid qismində dindirilmiş balıqçıların ifadələrində göstərdikləri xüsusutlar üzrə Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.2, 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.3-cü maddələri ilə ********* №-li cinayət işi ayrılmış və icraata qəbul olunmuşdur. (cild 3, iş vər. 184-186). “Təqsirləndirilən şəxs qismində qismində cəlb etmə haqqında” 25 yanvar 2021-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs3 ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. (cild 3, iş vər. 190-195). “Qətimkan tədbiri seçilməsi haqqında” 26.01.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas X60 tərəfindən Təqsirləndirilən şəxs3 barəsində ”Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 3, iş vər. 214-215). “Təqsirləndirilən şəxs qismində qismində cəlb etmə haqqında” 26 yanvar 2021-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs2 ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. (cild 3, iş vər. 217-222). “Qətimkan tədbiri seçilməsi haqqında” 26.01.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas X60 tərəfindən Təqsirləndirilən şəxs2 barəsində ”Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 3, iş vər. 241-242). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi X60 tərəfindən ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-c maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 4, iş vər. 1-6). «Avrasiya Klinikası» tərəfindən verilmiş arayışdan görünür ki, 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 27.05.2020-ci il tarixdə «Avrasiya» klinikasına hər iki aşağı ətraflarında olan şişkinlik, sağ ayağında yaranın olması, ümumi zəiflik, hərəkət məhdudluğu, halsızlıq şikayətləri ilə daxil olmuşdur. Sağ ayağının İİ, İİİ, İV barmaqlaırnın metotarzal amputasiyasından sonrakı yarası, hər iki aşğı ətraf arteriyalarının diabetik angiopatiyası, şəkərli diabet İİ tip, orta ağır forma, İnsulin tələbli diaqnozu qoyulmuşdur. Xəstənin ambulator olaraq sarğısı dəyişirilmiş, evə ambulator müalicə yazılmışdır. (cild 4, iş vər. 17). “Təqsirləndirilən şəxs qismində qismində cəlb etmə haqqında” 27 yanvar 2021-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs4 ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. (cild 4, iş vər. 32-36). “Qətimkan tədbiri seçilməsi haqqında” 26.01.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas X60 tərəfindən Təqsirləndirilən şəxs4 barəsində ”Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 4, iş vər. 54-55). Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentı 80 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 8 ünvanında qeydiyyatdadır və həmin ünvanda həyat yoldaşı X27 və oğlu X94 ilə birlikdə yaşayır. (cild 4, iş vər. 57). İşdə olan AZE № 12396509 nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxiyyət vəsiqəsinin surətindən görünür ki, Zahid Bəkiroun himayəsində 06 sentyabr 2007-ci il təvəllüdlü Turan adlı övladı vardır. (cild 4, iş vər. 58). İş materiallarında olan Siyəzən rayon İcra Hakimiyyəti başçısının Gilgilçay qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 iyul 2021-ci il tarixli, 90 nömrəli arayışdan görünür ki, Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının Gilgilçay qəsəbəsi iznibati ərazi dairəsi üzrə nümayədnəliyi tərəfindən Təqsirləndirilən şəxs4 odan ötrü verilmişdir ki, o, həqiqətən 1992-ci ildə şəhid olmuş X9 qardaşıdır. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən verilmiş 39224 saylı vəsiqə, Azərbaycan Respublikası Müharibə Veteranlığı haqqında 012958 saylı vəsiqədən görünür ki, X28 Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür. İş materiallarında olan Şahid9, X29, Şahid2, Şahid8, X80, Şahid12, X30, Şahid13 Şahid11, Şahid4 15.09.2021-ci il tarixli notrial təsdiqli ərizələr, həmçinin X54, Şahid3, Şahid16, Şahid14, Şahid10, X31, X104 tərəfindən verilmiş 05.08.2021-ci il tarixli notarial təsdqili ərizələrdən görünür ki, həmin şəxslər Təqsirləndirilən şəxs1, X42, Təqsirləndirilən şəxs3 və Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs4 tərəfindən onlara heç bir ziyan dəymədiyini və heç bir iddia və tələbləri olmadığını bildirmişlər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsləri və şahidləri dinləyərək, eləcə də məhkəmə iclasında ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələrini elan etməklə tədqiq edərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduqları cinayət əməllərində təqsirli olmaları onlar özlərini təqsirli bilməmələrinə baxmayaraq, iş üzrə ibtidai istintaq zamanı hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığı ilə bağlı iş materialları ilə uzlaşan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu və şahid ifadələrləri ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3nun həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı vəzifəli şəxslər kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs4 və qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətlər, ümumi himayədarlıq və laqeydlik müqabilində özləri və digər şəxslər üçün şəxsən və ya vasitəçidən istifadə etməklə yuxarıda qeyd edilən şəxslərdən hər-hansı bir məbləğdə şəxsən və ya başqasının vasitəsi ilə pul almadıqları və ya tələb etmədikləri, öz xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən sui-istifadə etmədikləri, onlara pul və ya digər məbləğlərdə aylıq haqq və digər ödənişlər etdiklərini bildirmiş balıqçılıq fəaliyyəti ilə məşğul olan yuxarıda qeyd edilən şəxslərin özlərinin qanunsuz hərəkətlərə yol verdikləri ilə bağlı dəfələrlə cərimələdiklərinə görə, onlara qarşı qərəzli mövqe tutaraq qeyri-obyektiv və yalan ifadələr verdikləri barədə, həmçinin Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittiham üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la heç bir cinayət əlaqəsinə girmədiyi, balıqçılıq fəaliyyəti ilə məşğul olan olan hər-hansı bir şəxsdən qanunsuz qaydada fəaliyyət göstərməsinə icazə verilməsi üçün heç vaxt pul almadığı və bu kimi pulları toplayaraq qeyd edilən şəxslərə vermədiyi barədə olan hissədə ifadələrinə tənqidi yanaşaraq, hesab edir ki, onların bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onların yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, yuxarıda qeyd edilməklə həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış obyektiv sübutların məcmusu üzrə tam təsdiq olunmuşdur. Bununla yanaşı məhkəmə, həmin iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid9 və Şahid12 balıqçılıq fəaliyyəti ilə məşğul olduqları dövrdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X32, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şəxsən və ya başqalarının vasitəsi ilə heç bir məbləğdə pul vermədikləri, bu barədə ibtidai istintaq zamanı etirafedici ifadələr vermələrinin səbəbələrini izah etməkdə hazırda çətinlik çəkdikləri barədə olan hissədə məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq, hesab edir ki, onların bu kimi ifadələri onların özlərinin qanunazidd hərəkətlərə yol verərək, iş üzrə təqsirləndirilən şəxslərə şəxsən və ya digər şəxslərin vasitəçiliyi ilə rüşvət verdikləri və məhz bu barədə istintaq orqanına könülü olaraq bildirdikləri nəzərə alınaraq, barələrində həmin iş üzrə Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə bəraətverici əsas olmadan cinayət təqibinə xitam verildiyi ilə bağlı öz qanunsuz hərəkətlərini bu yolla ört-basdır etmək məqsədi daşımaqla, onların özlərinin balıq ovu qaydalarının tələblərinin yerinə yetirməyərək qeyd olunan qanunazidd hərəkətlərə yol verərək, bu kimi hərəkətlərinə şərait yaradılması məqsədilə iş üzrə təqsirləndirilən şəxslərə aylıq haqq və sair ödənişlər etmiş olduqları, onların özlərinin həmin iş üzrə ibtidai istintaq zamanı vermiş olduqları tam etirafedici ərizə və ifadələri, həmçinin məhkəmə baxışı zamanı verdikləri ziddiyətli ifadələri ilə yanaşı iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış obyektiv sübutların məcmusu üzrə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən səlahiyyətlərindən sui-istifadə etməklə, vahid niyyətlə yuxarıda qeyd edilən otuz bir nəfər şəxsdən külli miqdarda maddi nemət olan cəmi 287660 (iki yüz səksən yeddi min altı yüz altmış) manat məbləğində pul vəsaitini 2005-ci ildən 7 dekabr 2018-ci il tarixədək xidməti ərazisini əhatə edən Xaçmaz və Siyəzən rayonlarının ərazilərində istintaqla müəyyən edilməyən ayrı-ayrı yerlərdə sürücülük fəaliyyəti ilə məşğul olmaqla onlarla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş Təqsirləndirilən şəxs4 köməkçiliyi ilə şəxsən və vasitəçidən istifadə etməklə vahid niyyətlə rüşvət qismində almaqla, bu kimi hərəkətləri ilə dövlətin qanunla qorunan mənafeyinə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs4 köməkçiliyi ilə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törətmiş olduqları cinayət əməlləri ilə bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri ibtidai stintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 əməlləri isə düzgün olaraq Azərbaycan Respublikası CM-nin 32.5, 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.3-cü maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli təqsirli bilinərək Qanunvericiliyin tələbləri nəzərə alınmaqla onlara müvafiq qaydada cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, sağ ayağının İİ, İİİ, İV barmaqlaırnın metotarzal amputasiyasından sonrakı yarası, hər iki aşağı ətraf arteriyalarının diabetik angiopatiyası, şəkərli diabet İİ tip, orta ağır forma, insulin tələbli diaqnozu olması, həmçinin cinayət nəticəsində dəymiş maddi zərəri könüllü olaraq ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, qardaşı X2 Vətən Müharibəsi iştirakçısı olmaqla Veteranlar Birliyinin üzvü olduğunu, həmçinin cinayət nəticəsində dəymiş maddi zərəri könüllü olaraq ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, həmçinin cinayət nəticəsində dəymiş maddi zərəri könüllü olaraq ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamasını, qardaşı X9 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olduğunu, həmçinin cinayət nəticəsində dəymiş maddi zərəri könüllü olaraq ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmçinin Azərbaycan Respublikası CMnin 308.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 müvafiq olaraq həmçinin Azərbaycan Respublikası CM-nin 32.5, 308.2-ci təqsirli bilindikləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanksiyasında həmçinin nəzərdə tutulmuş üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Bununla əlaqədar məhkəmə belə qənaətə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 faktiki olaraq vəzifəli şəxs olmamaqla qeyd edilən qurumda onun sürücü kimi işləmiş olduğu nəzərə alınaraq onun barəsində həmçinin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5, 308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müvafiq üddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhkum etmə növündə əlavə cəzanın təyin olünmaması məqsədəmüvafiqdir. Bununla yanaşı, məhkəmə Qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qəraralarının tələblərini nəzərə alaraq, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzanı yüngülləşdirən halların məcmusunu, onun törətmiş olduqları cinayətlərin xarakterini, onların şəxsiyyətlərini, ailə vəziyyəti və səhhət drumları, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın tam olaraq ödənilmiş olmasını nəzərə alaraq, barələrində təqsirli bilindiyi cinayət əməlinə görə təyin edilən azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmalarını mümkün sayaraq barələrində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunan əsas cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 öz davranışları ilə islah olunmalarını sübut etməlidir. Sınaq müddəti başa çatanadək onların davranışları üzərində nazarəti həyata keçərəcək orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 öz davranışları ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti başa çatanadək onların davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 davranışına nəzarət daimi yaşayış yerləri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs4 davranışına nəzarət daimi yaşayış yeri üzrə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “Polisin nəzəraəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.4-cü maddəsinə görə cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nətiçəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərərçəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1, 99-1.1.2, 99-1.2maddələrinin müddəalarına əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri həmin maddədə göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. O cümlədən,- şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Yuxarıda qeyd edildiyi kimi həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlər, habelə xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almış olduqları, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş olduqları öz təsdiqini tapmışdır. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi, həmin iş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün Təqsirləndirilən şəxs1 evinə 19 may 2020-ci il tarixdə aparılmış axtarış zamanı götürülmüş 44000 (qırx dörd min) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına qoyulmuşdur. İş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün Təqsirləndirilən şəxs1 evinə 19 may 2020-ci il tarixdə aparılmış axtarış zamanı götürülmüş Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına qoyulmş 44000 (qırx dörd min) ABŞ dolları məbləğində pul vəsaiti dövlətin nəfinə keçirilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmklak olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.2,311.3.1 və 311.3.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Təqsirləndirilən şəxs1 iş üzrə 19 may 2021-ci il tarixdən 21 may 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs1 bir vəzifə olaraq tapşırılsın. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 il 06 ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla 01 il 06 ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs2 bir vəzifə olaraq tapşırılsın. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.2,311.3.1 və 311.3.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla 01 il 06 ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs3 oğluna bir vəzifə olaraq tapşırılsın. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5, 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə əlavə cəza təyin edilmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.2-ci maddəsi ilə 03 (üç) il 06 altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.1, 32.5,311.3.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs4 oğluna təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs4 bir vəzifə olaraq tapşırılsın. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs4 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün Təqsirləndirilən şəxs1 evinə 19 may 2020-ci il tarixdə aparılmış axtarış zamanı götürülmüş Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına qoyulmş 44000 (qırx dörd min) ABŞ dolları məbləğində pul vəsaiti dövlətin nəfinə keçirilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmklak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-786/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-786/2021
27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver