Məhkəmə qərarları › İş №1(101)-786/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-786/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-786/2023 31.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X13 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı: Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin nümayəndəsi: Bakı şəhəri “Presedent” Vəkil Bürosunun vəkili Nümayəndə2, Müdafiəçilər – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Mütəxəssis (müəllim-psixoloq)- X1 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Goranboy rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, həmçinin özgənin əmlakını ələ keçirmək məqsədilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq edib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixdə saat 08 radələrində ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə sonuncunun arvadı Qanuni nümayəndə ilə aralarında olan münasibətlərlə bağlı söhbət etmək istədikdə Zərərçəkmiş şəxs arvadı ilə olan münasibətlərə görə onunla mübahisə edib nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı üzərində olan təyinatı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs üz nahiyəsindən vurub sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid qaş ətrafı nahiyənin hematoması və əzilmiş yarasından ibarət xəsarət yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 06 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 133 saylı binanın qarşısına gələrək Zərərçəkmiş şəxs övladı Şahid2 görüb onun arxası ilə hərəkət edərək sonuncunun yaşadığı qeyd edilən ünvanda yerləşən 133 nömrəli binanın 4-cü mənzilini açıb daxil olmasından istifadə edib sonuncunun arxasınca qanunsuz olaraq mənzilə girərək orada yaşayan Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib, hücuma məruz qalmış Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən bir neçə dəfə yumruqla vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid üst dodağın iç səthinin qansızması ilə müşayiət olunan əzilmiş yarası, tənəffüs çətinləşməsi ilə müşayiət olunan burun belinin şişkinlik halında əzilməsi kimi bədən xəsarəti yetirdikdən sonra üzərində olan təyinatı istintaqa məlum olmayan bıçağı nümayiş etdirərək Zərərçəkmiş şəxs 2800 manat məbləğində pulunu ələ keçirərək mənzildən çıxıb hadisə yerini tərk etməklə ümumilikdə Zərərçəkmiş şəxs 2800 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qanuni nümayəndə “İnstagram” sosial şəbəkəsindən tanımış, sonradan münasibətləri yaranmışdır. O, Turanə ilə sonuncunun evində görüşmüş, görüşlərinin birində Turanənin evində olan zaman Turanənin əri Mikayıl onları evdə birlikdə görmüşdür. Mikayıl ondan kim olduğunu soruşmuş, ondan nömrəsini istəmiş, o da Mikayıldan nə üçün nömrəsini istədiyini soruşduqda, ona demişdir ki, “görüşərik”. O da razılaşmış və nömrəsini Mikayıla vermiş, oradan çıxıb getmişdir. O, özü Mikayıla zəng etmiş və görüşmək istədiyini demişdir. Mikayıl da onunla razılaşmışdır. O, bazarın yanından keçəndə Turanə ilə görüntülü danışan zaman Mikayılın gəldiyini görmüş və onun arxası ilə gəlmişdir. O, Mikayıla sillə vurub çıxıb getmişdir. O, bir həftə Turanəyə zəng etmiş, lakin Turanə zənglərə cavab verməmişdir. Mikayıl Turanə ilə onun münasibətini bildikdən sonra hər gün Turanəni döymüş, hətta onun burnunu da sındırmışdır. Ona görə də Turanə onun telefon zənglərini açmamışdır. O da narahat olmuş və Turanənin evinin həyətinə getmişdir. Həyətdə onun oğlu Mirsalamı görmüş, ondan anasının evdə olub-olmadığını soruşmuşdur. Mirsalam da anasının evdə olduğunu bildirmişdir. O, Mirsalamla birlikdə evə daxil olmuş, həmin vaxt Mikayılın da evdə olduğunu bilməmişdir. Mikayıl onu görüb ondan nə üçün evə gəldiyini soruşmuş, o da demişdir ki, Turanəyə görə narahat olmuşdur. Turanə həmin zaman mətbəxdə olmuş, o da mətbəxə keçmişdir. Onlar mətbəxdə olan zaman uşaqlar koridorda dayanmış, Turanə uşaqlara öz otaqlarına getməsini tapşırmış, onlar da otaqlarına getmişlər. Mikayıl ona nalayiq sözlər deməyə başlamış, o da əsəbləşib Mikayıla bir sillə vurub, çıxıb getmişdir. Hadisə zamanı onun üstündə bıçaq olmamış, nə də ki, o, Mikayıldan pul almamışdır. O, Mikayıla sillə vurduğuna görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilir, qalan ittihamlar isə hamısı şər və böhtandır. O, heç kimdən pul almadığına, heç kimə maddi ziyan vurmadığına görə mülki iddianı da qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Qanuni nümayəndə ilə bu hadisədən 2 il əvvəl tanış olmuş, onunla yaxın münasibəti olmuşdur. O, Turanəni heç nəyə məcbur etməmiş, Turanənin də onunla münasibəti yaxşı olmuşdur. O, ilk dəfə Turanə ilə tanış olanda onun ailəli olduğunu bilməmiş, görüşəndən sonra bu barədə öyrənmişdir. Hadisədən bir il yarım əvvəl Turanənin evli olduğunu bilmişdir. Mikayıl Turanə ilə onun əlaqəsi olduğunu evdə onu görəndən sonra bilmiş, həmin gün ayın neçəsi olduğunu xatırlamır. Mikayıl onu evdə görən gün uşaqlar da evdə olmuş, onlar öz otaqlarında olmuşlar. O, Turanənin evinə Turanənin çağırışı üzrə getmişdir. Mikayıl onu görəndə vurmağa gəlmiş, Turanə araya girmiş, talış dilində ona nə isə demişdir. Bu hadisədən sonra Turanə ilə arada bir danışmış, danışıq zamanı Turanə Mikayılın onu döydüyünü demişdir. Onun Turanə ilə münasibət saxlamaqda heç bir məqsədi olmamış, onun Turanə ilə ailə qurmaq niyyəti olmamışdır. Turanə ilə görüşəndə Turanə ondan pulunun olub-olmadığını soruşmuş, o da pulu olmadığını demişdir. Bundan sonra Turanə özü onun telefonunu lombarda qoymağı təklif etmiş, onlar telefonu lombarda qoyub 170 manat pul əldə edərək həmin pulları birlikdə xərcləmişlər. Hadisədən sonra Turanə ilə arada bir danışmış, lakin görüşməmişlər. Turanəyə görə narahat olduğu üçün onun evinə getmiş, evdə olarkən də Mikayıla sadəcə bir dəfə sillə vurmuşdur. O, Mikayıla hədə-qorxu mesajları yazmamışdır. 12 iyul 2022-ci il tarixdə o, Turanəyə mesaj yazaraq Mikayılı öldürməyə getdiyini deməmiş, həmin tarixdə bazarın yanından keçərkən, uzaqdan Mikayılı görmüş, keçib getmək istədikdə Mikayıl onun arxası ilə gəlib onu vurmaq istəmişdir. 18 avqust 2022-ci il tarixdə Turanə ilə görüşərkən Mikayıldan 400 manat pul tələb etməmiş, Mikayıldan pulu Turanə istəmişdir. 6 sentyabr 2022-ci il tarixdə Mikayıl Turanəni döydüyü üçün narahat olmuş və onun evinə getmişdir. O, Mikayıla şikayətini geri götürməsini deməmişdir. Onun əlində bıçaq olmamış, Mikayıla hədə-qorxu gəlməmiş, Mikayılın Turanəni döyməsi ilə bağlı 102 xidmətinə müraciət etməmiş, 12 iyul 2022-ci il tarixdə gecə saatlarında Turanənin yaşadığı evə getməmişdir. İstintaq zamanı müstəntiq onu Turanə ilə üzləşdirmiş, üzləşmədə müstəntiq Turanədən onun Mikayıla bıçaq çıxarıb-çıxarmadığını və ondan pul tələb edib-etmədiyini soruşduqda Turanə də belə halların olmadığını bildirmişdir. Müstəntiq ona üzləşmə protokolunu oxumağa imkan verməmiş, yalnız imzalamağı tələb etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 15 ildir ki, 8-ci kilometr bazarında işləyir, tərəvəz satmaqla ailəsini dolandırır. Hadisə günü günorta saat 13 radələrində evə gəlmiş, həmin vaxt qapı açıq olmuşdur. Qonaq otağına girmək istədikdə otağın qapısının bağlı olduğunu görmüşdür. Turanədən qapının niyə bağlı olduğunu soruşduqda, Turanə ona heç nə deməmişdir. O, qapını açdıqda içəridə tanımadığı bir kişinin olduğunu görmüşdür. Həmin şəxs hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs olmuşdur. O, Elmandan kim olduğunu soruşmuş, Elman ona cavab verməmişdir. Turanə ona talış dilində demişdir ki, “onu burax getsin, mən sənə özüm hər şeyi izah edərəm”. Elman evdən çıxanda Elmana demişdir ki, “sən mənim ailəli olduğumu bilirsən, sən nə üçün mənim evimə gəlmisən, sənin qeyrətin yoxdur.” Elman gedəndən sonra Turanə ona demişdir ki, “mən yolda gedərkən Elman mənim arxamca düşüb, nömrəmi alıb, mənə hədə-qorxu gəlib ki, sənin yoldaşına nömrənin məndə olduğunu deyəcəm, mənimlə əlaqə saxlamasan sənin uşaqlarının başını kəsəcəm, yoldaşını öldürəcəm.” Elman onun bazarda olan şəkillərini çəkib Turanəyə göndərmişdir. O, Turanənin telefonundan öz telefonuna ötürmə edərək onun bütün yazışmalarını oxumuşdur. Elman bu hadisədən 10 gün sonra onu izləmiş, o, bazara gedəndə arxası ilə düşmüşdür. Turanə ona Elmanın çempion olduğunu, onu öldürə biləcəyini demişdir. O, uşaqlarını Lənkərana aparmış, Turanə ilə hər gün əlaqə saxlamışdır. Sonra Elman ona bilmədiyi nömrələrdən yazmağa başlamışdır. Elman onun rayona getdiyini bilmişdir. Sonra Elman ona Turanə ilə olan yazışmalarını göndərmiş, Turanənin “patı” çəkdiyini, onda Turanənin əxlaqsız şəkillərinin olduğunu demişdir. O, evə qayıtmış və Turanədən Elmanla əlaqə saxlayıb-saxlamadığını soruşmuşdur. Turanə ona Elmanın əlində bıçaq evə daxil olduğunu demiş, Elman onun yatağına girərək əxlaqsız şəkillər çəkib ona yollamışdır. O, bunları görəndən sonra halı pisləşmiş, qonşular gəlmiş, ona kömək etmişlər. Həmin vaxt Turanə taksiyə minib qaçmışdır. O, Turanədən hara getdiyini soruşduqda Turanə Elmandan şikayət etmək üçün 24-cü polis bölməsinə getdiyini bildirmişdir. O da taksiyə minib bölməyə getmiş, orada Turanənin ifadə verdiyini görmüşdür. Daha sonra o, özü də polis bölməsində ifadə vermiş və evə qayıtmışdır. Daha sonra uşaqları da götürüb yenidən rayona getmişdir. Rayondan gələndən sonra gecə saat 00.00 radələrində ona zəng gəlmiş, lakin o, açmamışdır. O, həmin vaxt evə kamera yerləşdirmişdir. 5-10 dəqiqə sonra kameradan görmüşdür ki, Elman evə gəlib, o da onun şəklini çəkmişdir. Səhər işə gedəndə Turanəyə demişdir ki, “Elman yenə gəlib, məni öldürəcək”. Turanə də ona demişdir ki, “getmə, o, səndən əl çəkməyəcək, çünki sən ona qeyrətsiz demisən”. O, səhər bazara getmiş, Elman Turanəyə demişdir ki, guya onu öldürüb. O, Turanənin narahat olduğunu görmüş, bazarın arxası ilə evə gedəndə Elmanla üz-üzə gəlmişdir. Elman ona yumruq atmış, zərbə ona dəyməmiş, sonra arxa cibindən bıçaq çıxarmışdır. O, özünü itirmiş, Elmanın ona atdığı bıçaq başına dəymiş, başından xəsarət almışdır. O, qaçmış, irəlidə çevik polis əməkdaşlarını görmüş, ondan nə olduğunu soruşduqda, onu öldürmək istədiklərini bildirmişdir. Polislər də onu 24-cü Polis Bölməsinə aparmışlar. Bölmədən onu ekspertizaya aparmışlar. Bu hadisədən 10-15 gün keçməmiş Elman Turanəni həyətdə gedəndə tutub aparmışdır. O, Turanəyə zəng edəndə, Turanə telefonu açmamış, Turanə telefonu açmadığına görə narahat olmuş, sonra ona bilinməyən nömrədən zəng gəlmiş, o, başa düşmüşdür ki, zəng edən Elmandır. Elman ona demişdir ki, “Turanə mənim yanımdadır, kartıma 400 manat pul göndər, yoxsa Turanəni buraxmayacam”. O, Elmanın kartına pul göndərmiş, daha sonra 102-yə zəng edərək Elmanın Turanəni qaçırdığı barədə məlumat vermişdir. 24-cü polis bölməsindən polislər gəlmiş və yoxlama aparmışlar. Elman axşam saat 9-da Turanəni buraxmışdır. Elman Turanənin telefonunu da lombarda qoyub oradan pul götürmüşdür. Onun pullarını dağıdan Elman olmuşdur. Elman sonra ona demişdir ki, “məndən şikayət etmə”. Elmanı polis bölməsinə aparmışlar, lakin sonradan buraxmışlar. Bu hadisədən 3 gün sonra o ,oğlu Mirsalamı çörək almağa yollamış, uşaq gələndə Elmanın da onunl abirlikdə gəldiyini görmüşdür. Elman ona nalayiq söyüşlər söymüş və şikayət ərizəsini geri götürməsini demişdir. O da ərizəsini geri götürməyəcəyini bildirmişdir. Bundan sonra Elman yenə onu vurmuş, daha sonra bıçaq çıxarmış və həbs olunmaması üçün Nicat adlı müstəntiqə 5000 manat pul verdiyini demiş, həmin pulu ondan tələb etmişdir. O da özünü itirmiş, cibində olan 2800 manat pulu çıxarıb ona vermişdir. Elman ona demişdir ki, “əgər gedib polisə ifadə versəz, sizin başınızı kəsərəm, mənim üçün 7-8 il içəridə qalmaq heç nədi, yenə çıxıb səni öldürərəm”. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, evində Elmanı görənə qədər onu tanımamış, Turanə ona Elman haqqında heç nə deməmişdir. Elman Turanəyə demişdir ki, ondan boşanıb onunla evlənsin. Övladları Müşfiq və Mirsalam evdə Elmanın ona bıçaq çıxardıqlarını görmüş, Turanə də həmin vaxt orada olmuşdur. Elman hər gün gecə saat 12-dən sonra onun evinə gəlib qapısını döymüşdür. Elmanı ilk dəfə görəndə onu vurmamışdır. 30-cu polis böməsindən ona bir nəfər zəng edərək “burada bir qadın var, ağlayır, bir qadını döyüblər, pis vəziyyətdədir, onu aparın” demişdir. O da 24-cü polis bölməsinə zəng edib, həmin yerə getmişdir. Orada Turanənin pis vəziyyətdə olduğunu görmüşdür. O da Turanədən niyə elə olduğunu soruşduqda, Elmanın ona narkotik vasitə verdiyini bildirmişdir. Turanə hal-hazırda onunla yaşayır. Turanə Elman tutulandan sonra narkotik vasitə qəbul etmir, evdə uşaqlarına baxır. Elmanın anası hər gün Turanəyə zəng edərək şikayəti geri götürmələrini xahiş edir. Elmanın ona bıçaq çıxarmağını Turanə görmüşdür. Elman arxa cibindən qara rəngli bıçaq çıxarmış, Elman onu yumruqla vurmuş, pul tələb etmişdir. O,da pulu olmadığını demiş, daha sonra Elman bıçaq çıxaranda qorxmuş və cibində olan 2800 manat pulu Elmana vermişdir. Onun Elmana pulu verməsini, Elmanın pulları saymağını uşaqları da görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxsla sonradan tanış olmuş və onlar bir-birilərini sevmişlər. Daha sonra həyat yoldaşı Mikayıl Elmanla onun münasibətini öyrənmiş, belə ki, o, Elmanla evdə oturarkən Mikayıl evə gəlmiş və onları evdə birlikdə görmüşdür. Bundan sonra Mikayılla Elman arasında problemlər yaranmağa başlamış, Mikayıl Elmana söyüşlər yazmış, onun Elmanla olan münasibətini bildikdən sonra onu döymüş və valideynlərinə bu barədə məlumat verəcəyi ilə onu hədələmişdir. O da bu hadisədən valideynlərinin xəbər tutmasını istəməmiş, bunun qarşılığında Mikayıl ondan Elmanın əleyhinə ifadələr verməsini tələb etmişdir. O, istintaq zamanı Mikayılın ona dediyi tərzdə ifadələr vermiş, olmayan şeyləri yazmışdır. Sonra Mikayıl bu hadisələri onun valideynlərinə danışmış, guya onun narkotik vasitələrdən istifadə etməsi və guya Elmanın ona hədə-qorxu gələrək ondan pul alması barədə məlumatlar vermişdir. O, Mikayıldan nə üçün bunları valideynlərinə dediyini soruşduqda, o da bildirmişdir ki, “mənə lazım idi ki, sən mənim istədiyim məzmunda ifadə verəsən”. Valideynləri hər şeyi bildikdən sonra o da düzgün ifadə vermək qərarına gəlmiş, kiminsə həyatının ona görə məhv olmasını istəməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid Qanuni nümayəndə bildirmişdir ki, o, Mikayılla 2010-cu ildə ailə qurmuş, Təqsirləndirilən şəxs tanıyana qədər onun Mikayılla problemləri olmuş, onlar yola getməmişlər. O, Elmanla “İnstagram” sosial şəbəkəsində tanış olmuş, Mikayıl Elmanla onu evdə birlikdə gördüyü vaxtdan xeyli əvvəl Elmanla görüşməyə başlamışdır. Elmanla adətən kənarda görüşmüş, həmin vaxta qədər onunla evdə görüşməmişdir. Elmanı uzun müddət görmədiyindən, onu görmək istəmiş, ona görə də onu evinə dəvət etmişdir. Mikayılla aralarında faktiki ər-arvad münasibəti olmamışdır. Mikayıl gəlib, Elmanı görəndə onun kim olduğunu soruşmuş, Elman da ona “biz bir-birimizi sevirik” demişdir. Elman ona birlikdə çıxıb getməyi təklif etmiş, lakin Mikayıl onun getməsinə icazə verməmişdir. Elman Mikayıldan onu vurub-vurmayacağını soruşduqda Mikayıl Elmana onu vurmayacağını demiş və çıxıb getməsini tələb etmişdir. Elman gedəndən sonra Mikayıl onu döymüş, dəfələrlə burnunu sındırmış, buna görə əməliyyat olunmuşdur. Bu məsələlər açılandan sonra o, Mikayıldan boşanmaq istəmiş, lakin Mikayıl buna razı olmamışdır. O, Elmanla birlikdə olanda xərcləmək üçün onlara pul lazım olmuş, o da Mikayıldan pul istəmişdir. Mikayıla telefonu lombarda qoyduğunu və telefonu götürmək üçün pul lazım olduğunu demişdir. İyul ayının 11-dən 12-nə keçən gecə Elman evə gələrək qapını döyməmiş, Mikayıl onun Elmanla olan münasibətini bildikdən sonra o, Elmanla tez-tez görüşə bilməmişdir. 6 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Elmana zəng edəndə o, telefonu götürməmiş, sonradan saat 12 radələrində ona zəng etmiş, lakin o, telefonu söndürüb şkafa qoyduğundan Elmanın ona zəng etdiyini görməmişdir. Balaca oğlunu çörək alması üçün dükana göndərmiş, qayıdanda Elmanın da onunla gəldiyini görmüşdür. Elman gəlib mətbəxə keçmiş, o, Elmandan niyə gəldiyini soruşduqda Mikayılın ona zərər verəcəyindən qorxduğunu demişdir. Mikayıl otağından çıxıb mətbəxə gələndə Elmanı görmüş, o, uşaqları mətbəxdən çıxarıb, otaqlarına göndərib, mətbəxin qapısını bağlamışdır. Elman Mikayıldan nə üçün onu döydüyünü soruşmuş, Mikayıl da Elmana, “sən mənim arvadıma sataşırsan” demişdir. Elman da birbirilərini sevdiklərini və istəyərək münasibətdə olduqlarını demiş və sadəcə əlinin arxası ilə Mikayıla sillə vurmuş, Mikayıl da yerə oturmuşdur. Mikayıl onu guya Elmanın onu döyməsi ilə bağlı 102 xidmətinə müraciət etməyə məcbur etmişdir. O, “Astoria” otelinə öz istəyi ilə getmişdir. Elman Mikayıldan pul almamış və pul tələb etməmişdir. Valideynlərinin Elmanla olan münasibətindən xəbər tutumaması üçün istintaq zamanı Elmanın əleyhinə ifadələr vermişdir. Mikayıl uşaqlara Elmanın guya ona bıçaq çəkdiyini demələrini tapşırmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin və müəllim-psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid2 ifadəsində göstərmişdir ki, onun 10 yaşı var, 4-cü sinifdə oxuyur. Evdə bəzən anası və atası arasında mübahisələr olmuş, lakin o, heç vaxt anasını hər hansı bir şəxsin incitdiyinin şahidi olmamışdır. Atası evdə olmayanda hər hansı yad bir şəxsin evə gəldiyini görməmiş, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, lakin evlərində bir dəfə görmüşdür. Həmin gün Elman evlərinə tək gəlmiş, onun nə üçün gəldiyini bilmir. O, Elmanı çörək almağa gedərkən evlərinin həyətində görmüş, Elman ondan atasının evdə olub-olmadığını soruşmuş, o, əvvəl həmin şəxsin atasının dostu olduğunu düşünmüş, evin qapısı açıq olduğundan Elman da onunla birlikdə evə girmişdir. Daha sonra o, atasının qolundan itələyərək mətbəxə aparmış və mətbəxin qapısını örtmüşdür. Bu zaman anası Turanə də evdə olmuş və anası ona və qardaşına öz otaqlarına getmələrini tapşırmışdır. Otaqdan çıxanda Elman adlı şəxsin anası və atasının telefonunu apardığını görmüşdür. Atası onu Elmanın arxasınca göndərmişdir ki, telefonları gətirsin. O, Elmanın arxasınca getmiş, Elman dayanmış və telefonları ona vermişdir. Geri qayıdanda anasının ağladığını, atasının isə üzündə qızarıqlıq olduğunu görmüşdür. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, onlar birinci otağa girəndə atası otağında oturmuş, anası da mətbəxdə olmuşdur. Elman onunla birlikdə evə girmiş, evin qapısı açıq olmuşdur. Elman onun atasını itələyərək mətbəxə salmış, qapını bağlamış, anası da qapını kilidləmişdir. Anası onlara, otaqlarına keçmələrini tapşırmışdır. Qardaşı qorxub ağlamış, o isə qorxmamışdır. Həmin vaxt içəridən qışqırıq səsləri eşitmiş, onların otağının qapısı açıq olmuş, lakin mətbəxin qapısı bağlı olmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin və müəllim-psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid1 ifadəsində göstərmişdir ki, onun 12 yaşı var, 6-cı sinifdə oxuyur. Evdə anası ilə atasının mübahisə etdiklərini görmüş, təqsirləndirilən şəxsi evlərində görmüşdür. Qardaşı çörək almağa gedib evə qayıdarkən Elman onun arxası ilə evə gəlmiş, o, həmin vaxt yatılı olmuş, daha sonra oyanmış və oyananda onlar mətbəxdə olmuşlar. O, qardaşı ilə birlikdə öz otaqlarında olmuşdur. Mətbəxdən qışqırıq səsləri eşitmiş, anası qapını kilidləmişdir. Çıxanda Elmanın atasının və anasının telefonlarını apardığını görmüşdür. Qardaşı gedib telefonları alıb geri gətirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, mətbəxin qapısı içəridən kilidlənir. Mətbəxdən qışqırtı səsi gəldiyi üçün qardaşı ilə o, mətbəxin qapısını döymüşlər, lakin qapı açılmamışdır. O, istintaq zamanı bu şəxsin atasını vurduğunu deməmiş, onun atasını vurmasını görməmiş, lakin atasının üzündə qızartı olmuşdur. O, Elmanın əlində heç nə görməmişdir. Elmanın onun atasını vurduğunu görməmiş, lakin atasının üzündə yara izi olmuşdur. Elman getdikdən sonra evdə pul barədə atası ilə anası arasında söhbət getdiyini eşitmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin Nizami RPİ-nin 24-cü PŞ-nə yazdığı izahatdan görünür ki, 12 iyul 2022-ci il tarixdə saat 08 radələrində həyat yoldaşı Turanə ona zəng edərək Elman adlı şəxsin onu öldürəcəyi ilə hədələməsini bildirmiş, mart ayının əvvəlində yol ilə gedən zaman Elman ona yaxınlaşmış heç bir söz demədən əlində olan bıçaqla bir dəfə sol göz nahiyəsindən, yumruq ilə isə 2-3 dəfə baş nahiyəsindən vurmuş, həmin vaxt bazarda işləyən şəxslər onları aralaşdırmışdır. (i/v: cild İ, səh. 4). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Qanuni nümayəndə yazmış olduğu izahatda göstərilmişdir ki, Elmanla tanış olduqdan sonra Elman ondan Mikayıldan ayrılıb onunla yaşamasını təklif etmiş, o, uşaqları olduğu üçün bunu edə bilməyəcəyini bildirdikdə, Elman ona Mikayıldan ayrılmayacağı təqdirdə Mikayılı öldürəcəyi, övladlarını qaçıracağı ilə hədə-qorxu gəlmiş, bir neçə dəfə gecə evinə gəlib qapını döyərək onu narahat etdiyini, 12 iyul 2022-ci il tarixdə Elman ona zəng edib görüşməyi tələb etdikdə o, razılaşmadığı təqdirdə Mikayılı öldürəcəyini bildirmiş, o isə zəng edib bu barədə Mikayıla demişdir. (i/v: cild İ, səh. 10). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2022-ci il tarixli raportdan, ərizədən və izahatdan görünür ki, Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs adlı şəxsin onun arvadı Qanuni nümayəndə girov götürməsi, buraxması müqabilində pul istəməsi, Zərərçəkmiş şəxs ona 400 manat pul göndərsə də Turanəni buraxmamışdır (cild İ, səh. 52; 53; 54-55). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «hadisə yerinə baxış keçirilməsi haqqında» 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 06 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evinə gəlmiş, o, Elmanın onun evinə gəldiyinə görə nalayiq sözlər işlətmiş, Elman arvadının və uşaqlarının yanında ona yumruqla zərbə endirib onu mətbəxə aparmış, onun burnundan qan açılmış və yerə yıxılmışdır. Sonra Elman cibindən düyməli bıçağı çıxarıb onun şikayəti nəticəsində 5000 manat ziyan çəkdiyini bildirmiş və həmin pulu ondan tələb etmişdir, o, özü və ailəsi üçün qorxuğundan 2800 manat pulu çıxarıb Elmana vermişdir. Elman isə ona bu barədə polisə məlumat verəcəyi təqdirdə onu öldürəcəyini bildirmişdir. ( cild İ, səh. 135-136). Cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs ona qarşı törədilmiş quldurluq cinayətini Təqsirləndirilən şəxs üzünə söyləmiş və təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin dediklərini qismən təsdiqləmiş, lakin həmin vaxt onun üzərində bıçaq olmadığını Zərərçəkmiş şəxs onun barəsində şikayətini geri götürmədiyi təqdirdə ona qarşı başqa hərəkətlər edəcəyini bildirmişdir (i/v: cild İ, səh. 160-162) Eləcə də cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə Qanuni nümayəndə arasında keçirilmiş üzləşdirmə zamanı Qanuni nümayəndə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək, onu yumruqla vurub şikayət nəticəsində ona dəymiş 5000 manat pulu Zərərçəkmiş şəxs tələb etdiyini və Zərərçəkmiş şəxs 2800 manat pulu çıxarıb Təqsirləndirilən şəxs verdiyini sonuncunun üzünə söyləmiş və təqsirləndirilən şəxs şahidin dediklərini qismən təsdiqləmişdir (i/v: cild İ, səh. 163-165). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X14 Nizami rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının 15 iyul 2022-ci il tarixli 590 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarət - sol qaş ətraf nahiyənin hematoması və əzilmiş yarası - bərk-küt əşyanın təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin İokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də, öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyildir. (i/v: cild İ, səh. 11-13) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X14 Nizami rayon şöbəsindən alınmış məhkəmə- tibbi ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 845 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu - üst dodağın iç səthinin qansızma ilə müşayiət olunan əzilmiş yarası; tənəffüs çətinləşməsi ilə müşayiət olunan burun belinin şişkinlik halında əzilməsi - bərk-küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (i/v: cild İ, səh. 142-144) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 daxil olmuş 31 avqust 2022-ci il tarixli 8039 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. (i/V: cild İ, səh. 134) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v: cild İ, səh. 115) Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində ona Azərbaycan Respublikası CM-nin 128, 181.2.3, 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, həmçinin xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ailəsi ilə birgə yaşadığı mənzilə daxil olaraq sonuncuya xəsarət yetirsə də, həmin vaxt üzərində bıçaq olmadığını, bıçaqla Zərərçəkmiş şəxs hədələmədiyini, sonuncudan pul istəmədiyini və almadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128, 181.2.3, 181.2.5-ci maddələrinin tərkiblərinin olması məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri, o cümlədən tədqiq edilmiş cinayət işinin materialları- hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılması protokolları, dindirmə protokolları, üzləşdirmə protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü tam təqsirli bildiyindən, həmin hissədə tərəflərin ifadələri üst-üstə düşdüyündən və qeyd olunan hallar işin mübahisəsiz halını təşkil etdiyindən məhkəmə həmin hissədə geniş əsaslandırma aparmağı zəruri hesab etmir. Bununla belə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsə qarşı quldurluq cinayəti törətmədiyini bildirsə də, aşağıda sadalanan sübutlarla ona qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmışdır. Belə ki, istintaq zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla təsadüfən tanış olmuş, tanışlıqları dövründə Elman özünü ona mehriban göstərdiyinə görə sonuncuya inanmış, təxminən 2 ildir ki, onunla yaxın münasibətdədir. Elmanla “İnstaqram” sosial şəbəkəsində tanış olmuş, həmin vaxtlar əri Zərərçəkmiş şəxsla münasibətləri yaxşı olmamışdır. Həmin vaxtlarda darıxdığı üçün Elman qarşısına çıxmış və onunla tanış olmuşdur. Elmanla mütəmadi olaraq görüşüb, cinsi əlaqədə olmuşdur. Elman onun evli və uşaqlı olduğunu da bilmişdir. 2022-ci ilin əvvəllərində Elmanla aralarında olan münasibəti bitirmək qərarına gəlmiş və bu barədə Elmana demişdir. Elman onunla razılaşmasa da, o, Elmanın mesajlarına və zənglərinə bacardığı qədər cavab verməməyə çalışmışdır. 2022-ci ilin mart ayında, dəqiq tarixini xatırlamadığı bir gündə Elman yaşadığı ünvan 2 ünvanına gəlmiş, o, Elmanın gəldiyini görüb, qonşuların onu görəcəyindən qorxub qapını açmışdır. Həmin vaxt o, evdə tək olmuşdur. Onlar evdə söhbət edən zaman əri Mikayıl evə gəlmiş, Elmanı görüb onun kim olduğunu soruşmuş və Elmanı söymüşdür. O, Mikayılı sakitləşdirmiş, daha sonra isə Elmanı evdən çıxartmışdır. Bu hadisə zamanı Mikayıl Elmanı tanımış və o, Mikayıla Elmanla yolda tanış olduğunu demişdir. Lakin həmin vaxta kimi Mikayıl Elmanı tanımamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 08 radələrində Elman ona zəng edərək onunla görüşməsini istəmiş, o isə Elmana münasibətlərini bitdiyini deyərək ona evdən çıxmayacağını demişdir. Elman onunla görüşməsə ərinə gedib hər şeyi danışacağını, ərinə nəyisə edəcəyini demişdir. O da dərhal bu barədə Mikayıla zəng edərək məlumat vermiş, həmin vaxt orada nə olduğunu bilməmiş, lakin sonradan Mikayıl ona Elmanın onu bıçaqla üzündən vurduğunu demişdir. Həmin ərəfələrdə o, Elmanın nə mesajlarına, nə də ki, telefon zənglərinə cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, gözəllik salonuna getmək üçün təkbaşına binadan enib küçəyə çıxmış, yolda olarkən Elmanın arxasınca gəldiyini görmüşdür. Elman ona nəyə görə mesajlarına, zənglərinə cavab vermədiyini soruşmuşdur. O, Elmana münasibətlərini bitirmək istədiyini demiş, Elman isə ondan münasibətlərini bitirməməyi xahiş etmişdir. Söhbət əsnasında Elman ona maddi vəziyyətinin yaxşı olmadığını və pula ehtiyacının olduğunu demişdir. Elmanla onun arasında heç vaxt pul məsələsi olmamışdır. Belə ki, bəzən Elman, bəzən də o, yedikləri yeməyin, getdikləri otelin pulunu vermişlər. Elman həmin vaxt ondan pul istədikdə o, pulunun olmadığını demişdir. Onlar birlikdə Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “Maklerlər bağı” kimi tanınan yerə getmişlər və orada oturaraq söhbət etmişlər. Söhbətləri münasibətləri barədə olmuşdur. Elman onunla münasibəti bitirməməyi bildirmiş, o isə artıq münasibətlərinin sona çatdığını demişdir. Söhbət əsnasında Elman ona təklif etmişdir ki, mobil telefonunu lombarda qoyub pul götürsünlər. Elmanın pula çox ehtiyacının olduğunu görüb onunla razılaşmış, lakin Elmanın pulu nəyə xərcləyəcəyini bilməmişdir. Onlar birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən lombard dükanına getmişlər. Orada olarkən o, özünə məxsus “Samsunq A32” markalı mobil telefonu lombarda qoyub 170 manat pul götürmüşdür. Sənədləşmə işləri onun adından həyata keçirilmişdir. O, bunu daxilində istəməsə də, Elmanla olan münasibətlərinin xətrinə sonuncunun xahişini nəzərə almaya bilməmişdir. Bundan sonra onlar yaxınlıqda olan ödəmə terminalına getmişlər və Elman lombarddan götürdüyü pulun 160 manatını öz kart hesabına yükləmişdir. Daha sonra yaxınlıqda yerləşən kafeyə gedib orada yemək yemişlər. Yemək yeyərkən Elman mobil telefonunda oyun oynamış, o, sonradan bilmişdir ki, Elman 160 manat pulu mərc oyununa xərcləmişdir. Elman uduzduğu üçün də həmin vaxt əsəbləşmişdir. Onlar yemək yedikdən sonra Elman mobil telefonunu yaxın zamanda lombarddan götürərək ona qaytaracağını demiş, lakin o, Elmandan ərinə nə deyəcəyini soruşmuş, Elman da ərinə nəyisə düşünüb deməyi bildirmişdir. O, Elmanla razılaşmayıb mobil telefonunu götürməli olduğunu demişdir. Elman ona Mikayıla bu barədə deməyi, sonuncunun da pul göndərməyini və mobil telefonu da o halda götürə biləcəklərini ona bildirmişdir. Bundan sonra o, Elmanın mobil telefonu ilə Mikayıla zəng edib 400 manat pul göndərməyini xahiş etmiş, həmçinin vəziyyəti sonuncuya izah etmişdir. Mikayıl ondan evə gəlməyi tələb etsə də, o, Mikayıla Elmanın yanından ayrıla bilmədiyini, telefonunu götürməli olduğunu demişdir. Ondan sonra Elman Mikayılla danışaraq pul göndərməyi bildirmişdir. Bundan sonra Elman lombardda işləyən Fəridə məxsus kart məlumatlarını Mikayıla göndərmiş və Mikayıl da Fəridin kartına 400 manat pul köçürmüşdür. Mikayıl 400 manat pulu karta göndərdikdən sonra Fərid yaxınlıqda yerləşən terminaldan 200 manat pulu çıxarıb Elmana vermişdir. Həmçinin “Samsunq A 32” markalı mobil telefonu da ona geri qaytarmışdır. Bundan sonra o və Elman Nizami rayonunda yerləşən “My Life” otelinə getmişlər. Elman çox istədiyi üçün o, oteldə Elmanla cinsi əlaqədə olmuş, daha sonra o, taksi ilə yaşadığı evə getmişdir. 06 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində o, əri Mikayıl, övladları Mirsalam və Müşfiq evdə olmuşlar. Mikayıl Mirsalamı çörək almaq üçün dükana göndərmişdir. Bir az sonra Mirsalam içəri daxil olmuş və sonuncunun arxasınca Elman mənzilə daxil olmuşdur. Həmin vaxt Elman Mikayılı çağırmış və sonuncu otağından çıxmışdır. Mikayıl Elmanı gördükdə nə üçün gəldiyini soruşmuş, Elman həmin vaxt Mikayılı mətbəxə aparmışdır. Mətbəxdə olarkən Elman Mikayılın üz nahiyəsindən bir dəfə yumruqla vurmuş və Mikayıl yerə yıxılmışdır. Bundan sonra Elman üzərindən bıçaq çıxardaraq Mikayılı hədələyib ondan pul istəmişdir. Mikayıl üzərində pul olmadığını Elmana dedikdə, sonuncu təkrar əlindəki bıçaqla Mikayılı hədələmişdir. Bunu görən Mikayıl qorxduğu üçün cibindən çıxartdığı pulu saymış və Elmana vermişdir. X10 2800 manat pul verdiyini demişdir. Elman pulu götürdükdən sonra oradan getmişdir. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs onu 18 avqust 2022-ci il tarixdə və digər vaxtlarda nə hədələməmiş, nə də ki, ona pul verməyə məcbur etməmişdir. Belə ki, onlar yaxın münasibətdə olmuşlar və bəzi vaxtlarda Elman borca ondan pul istəmiş və o da vermişdir. Sonradan da Elman borcunu geri qaytarmışdır. 18 avqust 2022-ci il tarixdə Elman onu zorla harasa aparmamış, əgər zorla qaçırılsaydı getdikləri yerlərdə qışqırıb adamları köməyə çağırardı. O, Elmanla olarkən bir neçə dəfə psixotrop dərman qəbul etmiş, lakin Elman ona zorla hər hansı bir dərman verməmişdir. Elman ona fotoşəkilləri barədə olan rüsvayedici məlumatları yaymaqla, uşaqlarını oğurlamaqla, həmçinin özünü də öldürməklə hədələməmişdir. Elman onunla zorla, istəyinə zidd olaraq deyil, ikisinin də istəyi ilə cinsi əlaqədə olmuşlar. Əgər o, Elmanı və ya Elman onu istəməsəydi onlar görüşməzdilər. Lakin aralarında olan münasibət yalnız cinsi əlaqə ilə bağlı olmamış, yəni bir-birilərini çox istəmişlər. (i/v: cild İ, səh. 127-130) Şahid Qanuni nümayəndə məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul tələb etməsi ilə bağlı vermiş olduğu ifadəsini təsdiq etmədiyini bildirmiş və bunun səbəbini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs onun Təqsirləndirilən şəxsla olan münasibətini valideyinlərinə bildirəcəyi ilə hədələdiyindən bunun qarşısını almaq məqsədi ilə istintaq zamanı Təqsirləndirilən şəxs əleyhinə ifadə vermişdir. Məhkəmə hesab edir ki, əksinə şahid Qanuni nümayəndə məhkəmə istintaqı zamanı səmimi ifadə verməmiş, onun Təqsirləndirilən şəxsla olan münasibəti barədə Zərərçəkmiş şəxs onun valideyinlərinə məlumat verməsi ilə bağlı sonuncudan qisas almaq məqsədi ilə, eyni zamanda istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı o, Təqsirləndirilən şəxs sevdiyini, onunla könüllü olaraq birlikdə olduğunu bildirmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli məzmunda ifadələr vermişdir. Bu səbəbdən də məhkəmə şahid Qanuni nümayəndə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini səmimi qəbul etmir və onun ifadəsinə tənqidi yanaşır. Eləcə də, azyaşlı Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında atası Zərərçəkmiş şəxs və anası Qanuni nümayəndə ilə birlikdə yaşayır. Hazırda Nizami rayonunda yerləşən 220 saylı məktəb-liseyinin 5d sinfində azərbaycan dili bölməsində təhsil alır. 06 sentyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində anası, atası, qardaşı Mirsalam və o evdə olmuşlar. Atası Mikayıl qardaşı Mirsalamı çörək almaq üçün dükana göndərmişdir. Bir az sonra yaşadıqları mənzilin giriş hissəsində səs eşidib öz otağından giriş hissəyə çıxmışdır. Həmin vaxt orada Mirsalam, atası, anası və tanımadığı, sonradan adının Elman olduğunu öyrəndiyi şəxs olmuşdur. Elman ilə atası mübahisə etmişlər. Mübahisə vaxtı Elman atasını mətbəxə aparmışdır. Mətbəxdə olarkən Elman atasının üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Atası yerə yıxılmışdır. Bundan sonra Elman üzərindən bıçaq çıxardaraq atasını hədələyərək sonuncudan pul istəmişdir. Atası üzərində pul olmadığını demişdir. Elman təkrar əlində bıçaq tutaraq atasını hədələmişdir. Bunu görən atası qorxmuş və cibindən çıxartdığı pulu sayaraq Elmana vermişdir. Sonradan o, öyrənmişdir ki, atası Elmana 2800 manat pul vermişdir. Elman pulu götürdükdən sonra oradan getmişdir. Atasının isə üzündə qan olmuşdur. Elman getdikdən sonra o, ağlayaraq atasının yanına qaçmışdır. O, həmin vaxt qorxmuş və bıçağı uzaqdan görmüşdür. Buna görə həmin bıçağın uzunluğu və tiyəsinin rəngi yadında qalmamışdır. (i/v: cild İ, səh. 230-231) Eyni zamanda şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında atası Zərərçəkmiş şəxs və anası Qanuni nümayəndə ilə birlikdə yaşayır. Hazırda Nizami rayonunda yerləşən 220 saylı məktəb-liseyinin 3b sinfində azərbaycan dili bölməsində təhsil alır. 06 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində anası, atası, qardaşı Mirsalam və o, evdə olmuşlar. Atası Mikayıl onu çörək almaq üçün dükana göndərmiş, o da buna görə yaşadıqları mənzildən liftlə binanın birinci mərtəbəsinə enmişdir. Liftdən çıxdıqdan sonra tanımadığı bir oğlan, sonradan adının Elman olduğunu öyrəndiyi şəxs onun dalınca gəlmişdir. Elman atasının harada olduğunu soruşmuş və o da Elmana atasının evdə olduğunu demişdir. O, yaxınlıqdakı dükandan çörək alıb binaya daxil olmuş və həmin şəxs də onunla birlikdə binaya daxil olmuşdur. O, Elmanın atasının tanışı olduğunu düşünmüşdür. Onlar birlikdə yuxarı qalxmışlar və o, mənzilin qapısını açıb içəri daxil olmuşdur. Onun arxasınca isə Elman evə daxil olmuşdur. Həmin vaxt Elman atasını səsləmiş və atası otağından çıxmışdır. Atası Elmanı gördükdə evə gəlməsinin səbəbini soruşmuş, həmin vaxt qardaşı Müşfiq də otağından çıxmışdır. Bu zaman Elman atasını mətbəxə aparmışdır. Mətbəxdə olarkən Elman atasının üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Atası yerə yıxılmışdır. Bundan sonra Elman üzərindən bıçaq çıxardaraq atasını hədələmiş və pul istəmişdir. Atası üzərində pul olmadığını Elmana dedikdə sonuncu təkrar əlində bıçaq tutaraq atasını hədələmişdir. Bunu görən atası qorxduğu üçün cibindən çıxartdığı pulu saymış və Elmana vermişdir. Sonradan atası onlara Elmana 2800 manat pul verdiyi demişdir. Elman pulu götürdükdən sonra oradan getmişdir. Atasının isə üzündə qan olmuşdur. Elman getdikdən sonra o və qardaşı ağlayaraq atasının yanına qaçmışlar. Həmçinin o, bildirmişdir ki, həmin vaxt qorxmuş və bıçağı uzaqdan görmüşdür. Buna görə həmin bıçağın uzunluğu və tiyəsinin rəngi yadında qalmamışdır. (i/v: cild İ, səh. 239-240) Göründüyü kimi hadisənin birbaşa şahidi olmuş hər üç şahid və zərərçəkmiş şəxs istintaq zamanı eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətməsini təsdiq etmişlər. Məhkəmə iclasında azyaşlı Şahid1 öz ifadəsində Təqsirləndirilən şəxs atasını vurduğunu görmədiyini, lakin atasının üzündə qızartı və yara izi olduğunu, Elmanın əlində heç nə görmədiyini, Elman getdikdən sonra evdə pul barədə atası ilə anası arasında söhbət getdiyini eşitdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmədə fərqli ifadə verərək zərərçəkmiş şəxsə qarşı quldurluq cinayətini törətmədiyini bildirməklə, yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. İş üzrə aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, həmçinin özgənin əmlakını ələ keçirmək məqsədilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq edib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 3 mart 2005-cı il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2800 manat pulunu ələ keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyəsindən bir neçə dəfə, qəsdən vurmaqla sonuncuya ümumilikdə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Həmçinin həmin vaxt təqsirləndirilən şəxs zərərçəkmış şəxsi öldürməklə, sağlamlığına zərər vurmaqla hədələyib təsir göstərmiş, bundan başqa təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirərkən onun üzərində bıçaq olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra, üzərində olan bıçaqla onu hədələyib pul istəmiş və yekunda ondan 2800 manat məbləğində pul almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s, kimi hərəkətlər də aiddir.yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə (ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq İcinayətlərinin tövsifedici əlamətidir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mənzilə sonuncunun uşağının arxasınca daxil olmuş, evə daxil olmağı ilə bağlı Zərərçəkmiş şəxs ona etiraz etsə də, o, quldurluq cinayətini törətdikdən sonra evi tərk etmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı mənzildə sonuncuya xəsarət yetirib, onu bıçaqla hədələyib pulunu ələ keçirdikdən sonra həm zərərçəkmiş şəxsə, həm də onun arvadı Qanuni nümayəndə məxsus mobil telefonları da götürmüş, bu davranışı ilə zərərçəkmiş şəxsin dərhal hüquq-mühafizə orqanlarına məlumat verməsini əngəlləmiş və taladığı məbləğ üzərində sərəncam vermək üçün vaxt əldə etmişdir. Lakin sonradan zərərçəkmiş şəxsin oğlunu telefonları alması üçün onun arxasınca göndərməsindən sonra mobil telefonları geri qaytarmışdır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarından görünür ki, quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CMnin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs mənzilində ilk öncə sonuncunun üz nahiyəsindən bir neçə dəfə vurub ona sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirkdikdən dərhal sonra üzərində olan bıçağı çıxarmış və hədələyərək Zərərçəkmiş şəxs pul istəmiş, buna görə də sonuncu üzərində olan 2800 manat məbləğində pulu ona vermişdir. Bu hadisə qısa zaman ərzində baş vermiş və Təqsirləndirilən şəxs pulu götürdükdən sonra mənzili tərk etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə o, X2 ailəsi ilə birgə yaşadığı mənzilə daxil olaraq sonuncuya xəsarət yetirsə də, həmin vaxt onun üzərində bıçaq olmamış, o, bıçaqla Zərərçəkmiş şəxs hədələyərək sonuncudan pul istəməmiş və almamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, şahid Qanuni nümayəndə və Zərərçəkmiş şəxs üzləşdirmə istintaq hərəkəti aparılarkən ifadələrində göstərilənləri, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onların yaşadığı evə daxil olaraq Zərərçəkmiş şəxs xəsarət yetirdiyini, daha sonra üzərində olan bıçaqla Zərərçəkmiş şəxs hədələyərək sonuncunun 2800 manat pulu zorla ələ keçirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. Bundan əlavə baş vermiş hadisə zamanı evdə olmuş X4 və X3 ibtidai istintaq ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs onların yaşadığı mənzilə daxil olaraq ataları Zərərçəkmiş şəxs xəsarət yetirmiş, daha sonra üzərində olan bıçaqla Zərərçəkmiş şəxs hədələyərək sonuncunun 2800 manat pulu zorla ələ keçirmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs və Qanuni nümayəndə ərizə ilə müraciət edərək istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etdiklərini, həmçinin Təqsirləndirilən şəxs ilə bir dəfə üzləşdiklərini və buna görə da sonuncuyla üzləşməkdən imtina etdiklərini bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsin onun üzərində bıçaq olmaması ilə bağlı quldurluq cinayətini törətməməsi ilə əlaqədar özünümüdafiə mövqeyi ilə bağlı bəzi məqamları qeyd etməyi zəruri hesab edir. Belə ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 3 mart 2005-ci il tarixli qərarından da görünür ki, quldurluq cinayətinin tərkibinin yaranması üçün silah qismində hər hansı bir predmetin istifadə olunması zəruri deyil, həmin cinayətin tərkibinin yaranması üçün zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsinə məruz qalması kifayət edir. Həmin zorakılıq hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin mənzilinə daxil olduğu vaxt üzərində bıçaq olması, zərərçəkmiş şəxsə üzərində olan bıçağı nümayiş etdirməklə ondan 2800 manat məbləğində pul alması tədqiq edilmiş sübutlar və ifadələrlə tam təsdiqini tapsa da, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin üzərində bıçaq olmaması ilə bağlı mövqeyi ilə razılaşsaq belə, onun zərərçəkmiş şəxsin mənzilinə qanunsuz olaraq daxil olub, onu itələyərək mənzilin mətbəxinə salıb, mətbəxin qapısını bağlayıb, ona bir neçə dəfə yumruq zərbəsi vuraraq xəsarət yetirməsi və zərərçəkmiş şəxsin ondan şikayət etməsi ilə bağlı 5000 manat xərcə düşdüyünü bildirib, ondan pul tələb etməsi və 2800 manat məbləğində pulunu ələ keçirməsi artıq özü-özlüyündə quldurluq cinayətinin (181.2.3) tərkibini yaradır. Belə ki, təqsirləndirilən şəxsin peşəkar idmançı olub, yunan-roma güləşi idman növü üzrə dəfələrlə çempion olması, güclü fiziki hazırlığa sahib olması və həmin halın zərərçəkmiş şəxsə bəlli olması, təqsirləndirilən şəxsin əvvəllər də zərərçəkmiş şəxsi döyəcəyi və öldürəcəyi ilə hədələməsi, 12 iyul 2022-ci il tarixdə də zərərçəkmiş şəxsi vuraraq ona xəsarət yetirməsi, hadisənin məhz zərərçəkmiş şəxsin iki azyaşlı uşağının olduğu, ona məxsus mənzildə baş verməsi də nəzərə alındıqda, təqsirləndirilən şəxsin yumruq zərbələrinin zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zor tətbiqetmə olması və həmin hədənin zərərçəkmiş şəxs üçün real olması müəyyən edilir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi sms yazışmalarından da görünür ki, ********** GSM nömrəsindən “Mikayıl” adı ilə müraciət edilən şəxsə müxtəlif vaxtlarda arvadının onu aldatması, onunla görüşməsi barədə məlumatlar verilir və Mikayıl adlı şəxsin ünvanına nalayiq ifadələrdən istifadə edilir. Zərərçəkmiş şəxs qeyd olunan yazışmaları təqdim edərək həmin yazışmaların Təqsirləndirilən şəxs ilə onun arasında aparıldığını bildirmişdir. Həmçinin qeyd olunmalıdır ki, həmin yazışmaların arasında “..... məni tutdurursan sən. Zor elədim hədə qorxu gəldim sənə. Məni tutdurmayan .... (söyüş ifadələr)” məzmununda sms olduğu müəyyən edilmişdir. İş materiallarından və məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxsin sözlərindən müəyyən olunur ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli araşdırma zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə, üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılması protokolu, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə-psixatrik və məhkəmə-tibbi ekspertizalarının rəyləri və maddi sübutla təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməlinin həmin şəxs tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs idman yarışlarında iştirak etməklə yunan-roma güləşi idman növü üzrə dəfələrlə çempion olmasını, o cümlədən Yeniyetmələrin Olimpiya oyunlarının qızıl medal mükafatçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 278 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs yunan-roma güləşi idman növü üzrə “İdman ustası” dərəcəsi verilmişdir. Həmçinin müdafiə tərəfinin təqdim etdiyi diplom və fəxri fərmanların surətindən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif idman oyunları və yarışlarının iştirakçısı və qalibi olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələrində təqsirləri tam sübuta yetmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 avqust 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, müvəqqəti saxlama yerindən azad edilmiş, 01 oktyabr 2022-ci il tarixdə barəsində axtarış elan olunmuş və 27 oktyabr 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün ona təyin ediləcək qəti cəzadan çıxılmaqla cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs maddi ziyana görə 13.200 (on üç min iki yüz) manat, məhsulların xarab olmasına görə 14.000 (on dörd min) manat, itirilmiş gəlirə görə 2.000 (iki min) manat, arvadının müalicəsinə sərf etdiyi 1290 (min iki yüz doxsan) manat olmaqla, ümumilikdə 30490 (otuz min dörd yüz doxsan) manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi qismən təmin olunmalı, 2800 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməli, digər tələblərə münasibətdə iddia ərizəsi əsaslandırılmadığından qalan hissədə mülki iddia təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 187.1-ci maddəsinə əsasən, mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilnərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi qismən təmin olunsun, 2800 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia tələbi qalan hissədə təmin olunmasın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar