Məhkəmə qərarları › İş №1(101)-787/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-787/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-787/2020 19.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1968-ci ildə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olub, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində yaşamış, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsində olan zaman şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda bir ədəd göy sellofana bükülmüş bükümdə ümumi 42,681 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1250 manata alaraq şalvarının cibinə qoyub özü ilə Abşeron rayonu, Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, xx xxxxxx 2020-cu il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, “Sultan” adlı şadlıq sarayının yanında olarkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki şalvarının cibindən həmin miqdarda narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. xx xxxxxx 2020-ci il tarixdə narkotik vasitə almaq üçün Bakı şəhəri, 20 Yanvar dairəsinə getmişdir. Orada əvəllər də narkotik vasitə aldığı şəxslə görüşüb ondan narkotik vasitə olub-olmadığını soruşduqda, həmin şəxs ucuz qiymətə heroin sata biləcəyini dedi. O da həmin şəxsdən 50 qram çəkidə olan heroini 1250 manata alıb Xırdalan şəhərinə gətirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Xırdalan şəhərində yerləşən “Sultan” adlı şadlıq sarayının yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onu Abşeron Rayon Polis İdarəsinə dəvət etdilər. O, polis əməkdaşları ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə getmişdir. İdarədə onun üzərində şəxsi axtarış keçirildi. Axtarış zamanı da üzərində gədirdiyi heroin aşkar olunub götürüldü. Polis əməkdaşları da onun üzərindən aşkar edilərək götülmüş heroini zərfə qoyub möhürlədilər. Bundan sonra iştirak edənlərin hamısı zərfi imzaladılar. O da zərfin üzərinə imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olundu, o da protokolu imzalamışdır. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və yaxınlıqları olmayıb. O, Abşeron Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin alqısatqısı ilə məşğul olması barəsində məlumat daxil olmuşdu. O da Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitlərinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat barəsində raportla rəhbərliyə müraciət etmişdir. Ona həmin məlumatı yoxlamaq tapşırığı verildikdən sonra Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edildi. O da Şahid2la bir yerdə əməliyyat tədbiri keçirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Xırdalan şəhəri, “Sultan” adlı şadlıq sarayının yaxınlığında yerləşən ərazidə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə vəkil dəvət olunub Vidadinin üzərində şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyaları könüllü olaraq təqdim etməsi təklif olunduqda o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etdi. Həmin rəngli sellofanın içərisinə baxdıqda onun içərisində qəhvəyi rəngli toz şəkilli maddə müəyyən olundu. Təqsirləndirilən şəxs bu barədə şifahi sorğu edildikdə bildirdi ki, təqdim etdiyi bükümdə olan narkotik vasitə heroindir, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, 20 yanvar dairəsində olan zaman tanımadığı şəxsdən 50 qramına 1250 manat pul verib almışdır. Bundan sonra həmin büküm zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Şəxsi axtarış keçirilməsi başa çatdıqdan sonra bu barədə protokol tərtib olundu, ucadan oxundu və iştirakçılar tərəfindən imzalandı. Şahid2 oğlu ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və yaxınlıqları olmayıb. Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və Şahid1 ilə birlikdə əməliyyat tədbiri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Xırdalan şəhərində yerləşən “Sultan” adlı şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs Narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə Vidadi üçün dəvət olunmuş vəkililin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyalar, narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edildikdə o, şalvarının sol yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etdi. Sellofanın içərisinə baxdıqda onun içərisində qəhvəyi rəngli toz şəkilli maddə müşahidə olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofandakı bükümdə olan narkotik vasitə heroin olduğunu dedi. O, göy rəngli sellofan bükümdə olan maddənin heroin olduğunu və onu xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, 20 yanvar dairəsində olan zaman tanımadığı şəxsdən 1250 manata aldığını dedi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırıldı və üzəri möhürləndi. Şəxsi axtarış keçirilməsi başa çatdıqdan sonra bu barədə protokol tərtib olundu, ucadan oxundu, orada olan bütün iştirakçılar protokolu və aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzaladılar. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 01:20 dəqiqədən 02:20 dəqiqəyə qədər Abşeron Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan əşya, predmet olubolmadığı sorğu edildikdə o, göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək büküm içərisində 50 qram heroin olduğunu, ona məxsus olduğunu, öz istifadəsi üçün xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrostansiyasının yanında tanımadığı şəxsdən 1250 manata aldığını bildirmişdir. Təqdim edilmiş bükülü qablaşdırılıb, möhürlənmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılması barədə video çəkiliş görüntüləri olan sarı rəngli üzərində “HANSMAN DVD-R 16X-4.4GB120 MİN” sözləri yazılmış DVD formatlı diskə baxış keçirilmiş, baxış zamanı, əyninə qara rəngli gödəkçə, göy rəngli boğazı zəncirlə açılıb bağlanan poliver, göy rəngli cins şalvar geyinmiş olan orta boylu dolu bədənli şəxsin əynində olan göy rəngli cins şalvarının sol cibindən bir ədəd göy rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etməsi, həmin göy rəngli sellofanın içərisinə baxdıqda göy rəngli sellofanın içərisində qəhvəyi rəngli toz şəkilli maddə müşahidə olunduğu, sorğu zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçə, göy rəngli boğazı zəncirlə açılıb bağlanan poliver, göy rəngli cins şalvar geyinmiş olan olan orta boylu, dolu bədənli şəxsin özü olduğunu, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd göy rəngli sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin bir ədəd göy rəngli sellofan bükümdə olan narkotik vasitə heroini xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, 20 yanvar dairəsində olan zaman tanımadığı şəxsdən 50 qramına 1250 manat pul verib alaraq özü ilə Abşeron rayonu Xırdalan şəhərinə daşıdığını bildirməsi müəyyən edilmişdir. Məhkəmədə nümayiş etdirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması “HANSMAN DVD-R 16X-4.4GB120 MİN” sözləri yazılmış DVD formatlı diskə alınmışdır. Həmin diskdə əynində qara rəngli gödəkçə, göy rəngli boğazı zəncirlə açılıb bağlanan poliver, göy rəngli cins şalvar geyinmiş olan orta boylu dolu bədənli şəxsin əynində olan göy rəngli cins şalvarının sol cibindən bir ədəd göy rəngli sellofana bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etməsi, həmin göy rəngli sellofanın içərisinə baxdıqda göy rəngli sellofanın içərisində qəhvəyi rəngli toz şəkilli maddə müşahidə olunduğu, sorğu zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçə, göy rəngli boğazı zəncirlə açılıb bağlanan poliver, göy rəngli cins şalvar geyinmiş olan olan orta boylu, dolu bədənli şəxsin özü olduğunu, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd göy rəngli sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin bir ədəd göy rəngli sellofan bükümdə olan narkotik vasitə heroini xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, 20 yanvar dairəsində olan zaman tanımadığı şəxsdən 50 qramına 1250 manat pul verib alaraq özü ilə Abşeron rayonu Xırdalan şəhərinə daşıdığını bildirməsi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 137 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs” sözləri və imzalar yazılmış bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 42.681 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra 42.631 qram qalmış heroin iş üzrə maddi sübut kimi tanınıb saxlanılmasından ötrü Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılması barədə video çəkiliş görüntüləri olan sarı rəngli üzərində “HANSMAN DVD-R 16X-4.4GB120 MİN” sözləri yazılmış DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, yuxarıda sadalanan sübutları ittihamda nəzərdə tutulan cinayət hadisəsinin baş verməsini və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsində olan zaman şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda bir ədəd göy sellofana bükülmüş bükümdə ümumi 42,681 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1250 manata alaraq şalvarının cibinə qoyub özü ilə Abşeron rayonu, Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, xx xxxxxx 2020-cu il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, “Sultan” adlı şadlıq sarayının yanında olarkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki şalvarının cibindən həmin miqdarda narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi götürülməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 365 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması qənaətinə gəlir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 65 (altmış beş) manat xərclənmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Abşeron rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar ona 240 (iki yüz qırx) manat ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə Müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə də ona 150 (yüz əlli) manat pul ödənilməlidir. Məhkəmə həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş- Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş və ekspertizadan sonra 42.631 qram qalmış narkotik vasitə olan heroinin dövriyyəsi qadağan edildiyi üçün məhv edilməsini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan sarı rəngli üzərində “Hansman DVD-R 16x-4.4gb120 min” sözləri yazılmış DVD formatlı diskin cinayət işində saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli DİN-nin BƏSİİ tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarından və Azərbaycan respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin xx xxxxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Moskva şəhəri, Solçevski rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 30 maddəsinin 1-ci hissəsi, 228.1 maddəsinin 3-cü hissəsinin Q bəndi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının 5 ilini çəkdikdən sonra 2013-cü il tarixdə Azərbaycan Respublikasına ekstradisiya olunaraq barəsində yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası ərazisində icraaya qəbul olunmaqla əməli Azərbaycan Respublikası CM-nin 234.4.3, 28, 234.4.3 və 66-cı maddələrinə tövsif edilməklə cəzasının əvvəli xx xxxxxxx 2008-ci il tarixdən hesablanmaqla 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının bitməsinə 01 ay 11 gün qalmış cəzadan şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətmiş şəxslər cəzasını çəkib qurtardıqları gündən buraxıldıqdan 6 il keçdikdən sonra məhkumluq ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi və onun ağır cinayət törətməsi onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin etməyə imkan vermir Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayır və cəzasının Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli resedivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə onun cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 65 (altmış beş) manat vəsait Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 240 (iki yüz qırx) manat vəsait müdafiəçi X3 ödənilməsi üçün Abşeron rayon Vəkil Bürosunun hesabına, 150 (yüz əlli) manat vəsait Müdafiəçi ödənilməsi üçün Bakı şəhər 2 saylı vəkil bürosunun hesabına ödənilsin, həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş- Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş və ekspertizadan sonra 42.631 qram qalmış narkotik vasitə olan heroin dövriyyəsi qadağan edildiyi üçün məhv ediedilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan sarı rəngli üzərində “Hansman DVD-R 16x-4.4gb120 min” sözləri yazılmış DVD formatlı disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar