Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-787/2021 02.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X1 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-cİ il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmuş, Sumqayıt şəhəri 47-ci məhəllə ev 2 mənzil 12-də qeydiyyatda olan, barəsində Sumqayıt şəhər məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə, müəyyən etdi: Təqsirləndirilən şəxs başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqınla özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2020ci il tarixdə saat 01 radələrində qabaqcadan əldə olunmuş razılaşmaya əsasən Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri 4-cü mikrorayon ev 13/15 mənzil 4-ə tamah niyyəti ilə qanunsuz daxil olmaq məqsədi ilə başqası binanın blokunda gözləyərək kənar şəxs gəldikdə məlumat vermək üçün ətrafı müşahidə etmiş, başqası mənzilin qapısını döyüb, Zərərçəkmiş şəxs qapını açmasına nail olduqdan sonra o, başqası ilə birlikdə mənzilə qanunsuz daxil olaraq sonuncu əlində olan silah qismində istifadə etdiyi beşbarmaqla Zərərçəkmiş şəxs baş nahiyəsindən bir zərbə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirdikdən sonra, mənzilin qonaq otağında saxlanc yeri olan dolabin rəfindən 1 ədəd 50 (əlli) manat dəyəri olan üzərində “LUÇ- Quartz” sözləri yazılmış qol saatı, 1 ədəd 700 (yeddi yüz) manat məbləğində qol saatı, dəyəri 60 (altmış) manat olan pul kisəsi və 1450 manat (min dörd yüz əlli) manat nağd pulu, o isə həmin dolabın digər rəfindən 1 ədəd 300 ( üç yüz) manat dəyəri olan üzərində “Roza de Prive” yazıları olan 50 faiz istifadə edilmiş ətiri, evin giriş qapısında isə sonuncuya məxsus olan 1 cüt 80 (səksən) manat dəyərində Türkiyə Respublikası istehsallı ayaqqabını götürərək evdən çıxıb getmiş və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 2580 (iki min beş yüz səksən) manat məbləğində əmlakım ələ keçirərək, quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Şahid1 2 ilə yaxındır ki, tanıyır və onun vasitəsi ilə Sahib və Adilə ləqəbli Ayseli tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə Rəşadla kafelərin birində əyləşib çörəy yeyib spirtli içki qəbul etdikdən sonra, onunla söhbət zamanı Adilə ilə yaxın münasibəti barədə ona demiş və birlikdə Rəşadın yaşadığı evə getmişdir. Evə gələn zaman Adilə və Sahibi evdə görmüşdür. Adilə ilə söhbət edən zaman Adilə Mübariz adlı şəxslə münasibətinin olduğunu və birlikdə yaşadığını, lakin aralarında mübahisə səbəbi ilə evdən çıxdığını və əşyalarının onun evində qaldığını eyni zamanda Mübarizin narkotik alverçisi olduğunu bildirmişdir. Bundan sonra aralarında Mübarizin evinə gedib Adilənin paltarlarını götürməyi və narkotik vasitə almağı planlaşdırmışdır. Bu məqsədlə onlar Mübarizin evinin olduğu ünvana getmişlər. Orda olanda Rəşad evin həyətində dayandıqdan sonra Sahib və Adilə ilə birlikdə Mübarizin qapısına çıxmış, Adilə qapını döydükdən sonra Mübarizin qapını açdığı üçün Adilə çıxıb getmişdir. Bundan sonra Sahiblə içəri daxil olub Mübarizin üz nahiyyəsindən bir şillə vurmuş və Mübarizlə söhbət edərək, narkotik vasitələrin satışı ilə məşğul olub olmamasını soruşduqda o, satmadığını dediyi üçün evi axtarmağa başlamış, evdən müxtəlif markalı mobil telefonlar və dəhlizdə olan ayaqqabıların içərisindən metanfetamin və heroin tapmışdır. O, Mübarizdən narkotik vasitə olduğu halda niyə demədiyini soruşduqda o, söyüş söyərək narkotik vasitədən xəbəri olmadığını demiş bu səbəbdəndə o, əsəbləşərək sonuncunun baş nahiyyəsindən 2 yumruq vurmuşdur. Bundan sonra Sahib evdə olan ətiri götürmüş və xoşuna gəldiyini Mübarizə demiş, sonuncu isə ona bağışlamış və onlar evdən çıxmışdırlar. Həyətdə Rəşadı görmüşlər, lakin Adiləni görmədi. Bundan sonra birlikdə evə gəlmiş, qapıda Adiləni görmüş evə daxil olduqdan sonra narkotik vasitəni bölüşdürdükdən sonra çıxıb getmişdir. O Mübarizi vursa da ona qarşı quldurluq etməmişdir, özünü başqa cinayətdə təqsirli bilsə də, quldurluqda özünü təqsirli bilmir. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Zərərçəkmiş şəxs məhkəməyə məlumat verərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməməsini nəzərə alıb, onun iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb, məhkəmə proseslərini zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayından xx.xx.2020-ci il tarixədək Sumqayıt şəhəri 4-cü mikrorayon ev 13/15 mənzil 4-də kirayəşin yaşamış, təxminən 3 il bundan əvvəl Özünü Aysel adlandıran Şahid3 ilə Sumqayıt şəhəri ərazisində yerləşən Türkan kafesində tanış olmuş, o, arada yaşadığım evə gələrək evdə təmizlik işləri görür və birgə yaşayırmış, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Adilə evdə olarkən ondan özünə qış gödəkçəsi almaq üçün pul istəmiş, o pulunun olmadığını deyərək, keçən dəfə ona aldığı gödəkçəni nə etdiyini soruşduqda Adilə gödəkçəni iş yerində qaldığını deyərək təkidlə ondan pul istəmiş, bu səbəbdəndə ona 15 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə saat 01 radələrində evin çöl qapısı döyülmüş, o, qapıya yaxınlaşaraq qapıdan baxdıqda qaranlıq olduğu üçün kimsəni görməmiş, o, qapıda kimin olmasını soruşduqda Adilə olduğunu dediyi üçün qapını açmış, bu zaman iki nəfər şəxs içəri daxil olmuş, içəri daxil olan kimi onlardan biri əvvəllər tanımadığı qarabuğdayı, yaşı təxminən 32-35 arası, idman bədən quruluşlu, təxminən 178 sm boyunda, əynində qara rəngli kapeşonlu gödəkçə olan oğlan sol əli ilə boğazından tutaraq əlindəki beşbarmaqla sol qulağından və baş nahiyəsindən bir neçə zərbə vurmuş, bu zaman evə daxil olmuş əvvəllər tanımadığı sarışın, yaşı təxminən 40 yaşlı olan, arıq bədən quruluşlu boyu təxminən 185 sm olan, əynində sarımtıl bənövşəyi rəngli gödəkçə olan digər şəxs otaqda axtarış aparamağa başlamış, lakin heçnə tapa bilməmişdir. Həmin şəxs tanışına onu vurmamasını dedikdə, həmin şəxs haradansa tapança çıxararaq qarın nahiyəmi sıxaraq pulların harada olmasını soruşmuş, ona pulun servantda olduğunu demişdir. Digər şəxs bu zaman servantda olan özünə məxsus 1450 manat pulu götürərək cibinə qoymuş, pulun yanında isə ona məxsus 01 ədəd “Luç" markalı saat və 01 ədəd markasını xatırlamadığı İsveçrə istehsallı saatı isə onu vuran şəxs onların da götürməsini sarışın oğlana demiş, O, saatları götürərək onu vuran şəxsə vermiş, həmin şəxs də “Luç” markalı saatı digərinə qaytarmışdır, hər ikisi saatı qollarını taxmış, sarışın oğlan servantdan 300 manat dəyərində markasını xatırlamadığım 01 ədəd ətiri, onu vuran qarabuğdayı oğlan isə divanın üzərindən ona məxsus 01 ədəd pul qabı və dəhlizdən ona məxsus qara rəngli ayaqqabını götürərək şikayət etməməyi deyərək evdən çıxıb getdiyini bildimişdır. Eyni zamanda ifadəsində evində narkotik vasitə olmadığını və həmin şəxsləri polis bölməsində görərək tanıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Raufu tanışı Şahid1 vasitəsilə tanıyır, birlikdə narkotik də qəbul etmişlər. xx xxxxxx 2020-ci il tarixində Rəşadın evində olanda, Adilə də orda idi. Rəşad dedi ki, Adilə ilə əvvəllər qonşu olub, gedəsi yeri olmadığı üçün onun evində qalır. Rauf da ondan bir az sonra Rəşadın evinə gəldi. Adilə Rəşada 40 manat verdi ki, gedib narkotik alsın. Rəşad da gedib həmin pula narkotik aldı, hammısı ondan istifadə etdilər. Söhbət əsnasında Adilənin qeyrirəsmi nikah münasibətində olduğu Mübariz adlı şəxslə arasının dəydiyi üçün Rəşadın evində qaldığını öyrəndilər. Adilə onlara Mübarizin narkotik vasitə satdığını da dedi. Rauf təklif etdi ki, Adiləni aparıb Mübarizin evinə qoysunlar, onları barışdırıb, həm də narkotik alsınlar. Onlar təxminən xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində onun maşını ilə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisinə, Mübarizin yaşadığı binanın qarşısına getdilər. Rəşad binanın girişində dayanmışdı ki, gələn-gedən olsa xəbər versin. Adilə 2-ci mərtəbədə idi. Raufla o isə 3-cü mərtəbədə dayanmışdılar. Adilə qapını bir neçə dəfə döydü, Mübariz Adilə olduğunu görüb qapını açdı, Adilə isə aşağı düşdü, evə girmədi. Birinci Rauf evə daxil oldu, sonra isə o. O evə daxil olanda Raufla Mübariz dalaşırdı, o onları araya girib onları ayırdı. Daha sonra hər ikisi sakitləşdi. Onlar Mübarizdən narkotik vasitə aldılar. Həmçinin Mübariz ona bir ədəd ətir, Raufa isə saat verdi. Rauf həmin saatı daha sonra ad günündə ona hədiyyə etmişdi. Onlar evdən çıxdıqda, Rəşad aşağıda idi, ancaq Adiləni tapmadılar. Evə çatanda Adilə qapının qarşısında onları gözləyirdi. Onlar birlikdə evə qalxıb, Mübarizdən aldıqları narkotik vasitəni birlikdə qəbul etdilər. Onun Raufda beşbarmaq olmasından xəbəri olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs quldurluq etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci tarixli 87 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın təpə nahiyyəsinin, sol qulaq seyvanının, ənsə nahiyyəsinin yarası kimi sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər var və küt əşyanın təsirindən yetirilməklə xx.xx.2020-ci il tarixə uyğundur. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/283 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 1 ədəd Çində istehsal edilmiş üzərndə “LUÇ-Quartz” yazıları olan, qolbaq hissəsi süni dəri materialından hazırlanmış qol saatının istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 50.00 manat müəyyən edilmişdir. Digər bir ədəd üzərində “ROSE D PRİVE”yazıları olan 50 ml tutumlu ətirin təzə vəziyyətdə 2020-ci ilin yanvar ayında olan orta bazar qiyməti təxminən 35 manat, hal hazırda təxminən yarıdan çoxu istifadə edildiyindən qitmətləndirilmir. Cinayət işində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmdən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid3 xx xxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-cı il tarixə qədər həbsdə saxlanıldığı 5 (beş) ay 1 (bir) günün hər günü azadlıqdan məhrum etmə cəzanın 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxmaqla, Şahid3 qəti olaraq 4 (dörd) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, çəzasını ümumi rejimli rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmışdır. İş üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxs Şahid3 tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cinayət işində olan tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin 1120 saylı xx.xx.2015-cu il tarixli ƏFV sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətdiyi vaxtda əvvəlki törətdiyi cinayətdən 6 il müddət keçməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işində olan doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il və xx.xx.2012-ci il tarixdə doğulmuş iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan xx xxxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilir. Məhkəmə təqsirləndirilən şəxs oğlunun əməlindən peşman olmasını, himəyəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını iş üzrə cəzasını yüngülləşdiriən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd Çində istehsal edilmiş üzərində “LUÇ-Quartz” yazıları olan, qolbaq hissəsi süni dəri materialından hazırlanmış qol saatı, bir ədəd üzərində “ROSE D PRİVE”yazıları olan 50 ml tutumlu ətir sahibinə qaytarılması və ekpertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxs Şahid3 tutulması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd Çində istehsal edilmiş üzərində “LUÇ-Quartz” yazıları olan, qolbaq hissəsi süni dəri materialından hazırlanmış qol saatı, bir ədəd üzərində “ROSE D PRİVE”yazıları olan 50 ml tutumlu ətir sahibinə qaytarılması və ekpertiza xərci 50 (əlli) manat Şahid3 tutulması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-787/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-787/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver