Məhkəmə qərarları › İş №1(101)-788/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-788/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-788/2024 27.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X7, X10, X1 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, X4, ədliyyə müşaviri X8, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qəhraman qızının iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşamış, 16 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 2500,322 qram təşkil edən külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib üzərində və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 30, mənzil 15-də saxlayaraq daşımış, 16 may 2023-cü il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə aparılmış və üzərinə Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ döş cibindən 1 ədəd bükümdə, təmiz çəkisi 0,322 qram olan narkotik vasitə qurudulmuş marixuana, eləcə də əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi ev 30, mənzil 15-də olan qonaq otağındakı divanın altından satış məqsədi ilə saxladığı 01 ədəd qara rəngli sellofan torbanın içərisində ümumi çəkisi 2500 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, uşaq həkimidir, ATU-nun pediatriya fakultəsini bitirmiş, “Nova Med” klinikasında pediatr həkim işləmişdir. Narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitəyə olan tələbatını tanımadığı müxtəlif şəxslərdən alıb əldə etməklə təmin etmişdir. May ayının 16-sı saat 14:30 radələrində yaşadığı mənzildə olduğu vaxt polis əməkdaşları onun oturduğu otağın qapısını sındırıb otağa daxil olmuşlar. Mənzilin qapısnın döyülməsini eşitməmiş, yalnız otağın qapısının sındırılıb sürətlə içəri girdiklərini görmüşdür. Onu evinin içində saxlamışlar. Evə ümumilikdə 4 nəfər girmişdir. Polislər onun evinə daxil olarkən Şahid4 adlı şəxs də onun mənzilində olmuşdur. O, Mahirlə məktəbdə bir yerdə oxumuşdur. Şahid4 onun yanına bir həkim kimi müayinə olunmasından ötrü anası göndərmişdir. Evinin içində evə daxil olanların qrup rəhbəri Sabunçu RPİ-nin narkotiklərə qarşı mübarizə rəisi Bəxtiyar Abbasov olmuşdur. Ona mənzilində xasərət yetirib Sabunçu RPİ-yə aparmışlar. Onunla birlikdə Mahiri də aparmışlar. Mahirlə onun evdən çıxarılması cəmi 15-20-dəqiqə çəkmişdir. İdarədə ona qarşı fiziki zor tətbiq edib, xəbəri olmadığı halda, narkotiki üstünə götürməyə məcbur etmişlər. Bölmədə üzəri axtarılmış, lakin reallıqda üzərindən heç nə çıxmamışdır. Bölmədə ona Aydın adlı vəkil verilsə də, Aydın adlı vəkilin iştirakı ilə bölmədə onun üstünə baxış keçirilməmişdir. Bundan sonra onu döyərək evindən divanın altından özlərinin qoyduqları narkotik vasitəni çıxarıb onlara təqdim etməyi tələb etmişlər. Bundan sonra onu oradan 13-cü Polis Bölməsinə aparmışlar. 13 bölmədə ona qarşı fiziki təsir olmamışdır. Nə təhqiqatçı və nə də müstəntiq tərəfindən ona qarşı təzyiqlər olmamışdır. Bölmədə çəkiliş olmamışdır. 13 bölmədə o, sadəcə təqdim olunan sənədləri imzalamışdır. 13-cü Polis Bölməsində olarkən orada Mahirə təzyiq edildiyini görmüş, ona “yaz ki, məndən almısan” demişdir. Daha sonra bölmədən onun evinə baxış keçirməyə gedilmiş, o, yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Bölmədə şəxsi axtarış aparılarkən yaşadığı mənzilin açarları onun üzərində olmamışdır. Amma yuxarı, onun yaşadığı mənzilə qalxarkən mənzilin açarları ona verilmiş və o, qapını açmışdır. Açarı necə, kimdən, hansı şəraitdə əldə etmələrini o, bilməmişdir. Evdə həyat yoldaşı, qaynanası və hətta həyat yoldaşının iş yoldaşı da olmuşdur. Lakin ailə üzvlərinə və evdə olanlara baxış kekçirilməli olan otağa giriş qadağan edilmişdir. Çəkiliş zamanı onları balkona çıxarmışlar. Vəkil onun evinə baxış zamanı iştirak etməmişdir. Amma evində çəkiliş aparılmışdır. Evində çəkiliş zamanı divanın altında narkotik olması ona deyilmiş və həmin narkotiki çıxarıb verməsi ondan tələb edilmişdir. O da məcbur qalıb divanın altından bir bağlamada olan narkotiki – marixuananı çıxarıb polisə təqdim etmişdir. Amma bu dəfə o, döyülməmişdir. Mnzilindən çıxan bir bağlama marixuana ona məxsus olmamış, həmin bir bağlama marixuananın onun evinə necə gedib çıxmasını və divanın altına necə yerləşdirilməsini o, bilməmiş, bundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, barəsində tərtib olunan ittiham aktında onun narkotik vasitəni bölmədə təqdim etməsi yazılmışdır. Lakin belə bir hal olmamış, o, bölmədə narkotik təqdim etməmişdir. Onu terrorist kimi yerə yıxmış, əllərini ayaqları ilə əzmişlər. Həmin vaxt barmaqlarından xəsarətlər almışdır. Ona xəsarət yetirən şəxs elə Bəxtiyar Abbasov özü olmuşdur. Sabunçu RPİ-nin X3rkən də xəsarət almışdır. Orada tanımadığı bir serjant əli ilə onu vurmuş və nəticədə o, sol qulaq pərdəsinin yırtılmasına səbəb olan xəsarət almışdır. Bakı İstintaq Təcridxanasına da aparılarkən orada aparılan tibbi müayinə zamanı barmaqlarında qansızma olmamış, amma bir neçə vaxtdan sonra qaralma başlamışdır. Odur ki, prokurorluğa şikayət etmiş və barəsində tibbi ekspertiza keçirilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə qanunsuzluqlarla bağlı ondan heç nə soruşmamış, o, özü bir-iki kəlmə demiş, lakin heç kimin fikir vermədiyini görüb, aldığı xəsarətlərlə bağlı orda heç nə deməmişdir. Amma işgəncə faktı ilə bağlı prokurorluğa, obdudsmana yazmış, ordan da cavab gəlməmiş, araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, ittiham aktında adları göstərilən əməliyyatçı şahidlər onun evinə ilk dəfə daxil olan şəxslərin içində Nicat və Səyyad adlı əməliyyatçılar olmamış, Nicat və Səyyad adlı şəxslər onun tutulub bölməyə aparılmasında və ya ona qarşı təzyiqlər göstərilməsində iştirak etməmişlər. Evində baxışda isə ilk dəfə onu tutanlar yox, Səyyad, Elşən və digərləri iştirak etmişdir. Onun evi Bakıxanov qəbəsində, Mahir Əmirov küçəsi 30-da yerləşmiş, Şamil Kamilov küçəsi onlardan təxminən 50 metr aralıda yerləşmişdir. Onun mobil telefonunda ona məxsus olan nömrədə WhatsApp olmamışdır. Amma tələbə yoldaşı içki ilə bağlı ona “bir yarım senə götürürəm, bir yarım da özümə” məzmunda sms yazmışdır. Həmin sms içki ilə əlaqədar olmuş, həmin sms narkotiklə əlaqəli olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 17 və 18 may 2023-cü il tarixli, eyni məzmunlu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, ailəsiylə birlikdə yaşamış, evli olmuş, əvvəllər məhkum olunmuş, 050 751 65 23 mobil nömrəsini istifadə etmişdir. Uzun müddətdir ki, narkotik vasitədən istifadə etmişdir. Son 1 ildə narkotikdən mütəmadi istifadə etmiş, asılılığı yaranmış, ağrıları çox olmuşdur. 16 may 2023-cü il tarixdə, saat 18:30 dəqiqədə ünvan 2 binanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini ona polis əməkdaşı kimi təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan, qanunla qadağan olunmuş əşya olduğu təqdirdə onları təqdim etməsi təklif olundmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ döş cibindən 1(bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, üzərində aparılan şəxsi axtarışdan sonra o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, yaşadığı M.Əmirov küçəsi 30 saylı binanın 15 saylı mənzilində də narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış üçün polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana gedilmiş, evə baxış zamanı o, yaşadığı evin qonaq otağındakı divanın altından bir ədəd qara rəngli selofan torbanı çıxarıb təqdim etmişdir. Həmin bir ədəd qara rəngli torbanın içərisindən bir ədəd ağ kağıza bükülmüş açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin bağlama yenə də DİN-in möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, ona verilən suallara cavab olaraq o, yaşadığı evdən və üzərindən aşkar olunmuş kütləni 13 may 2023 tarixdə 94 saylı məktəbin yanında yerdən tapmışdır. O, Şahid4 adlı şəxsə narkotik verməmişdir. O, narkotik vasitələrin satışıyla da məşğul olmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Ona ciddi nəzarət olduğundan üzərindəki maddəni özündən kənara ata bilməmişdir. Onun üzərinə Sabunçu RPİ-nin 13-cü PB-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir(iş vərəqə: 55-59, 73-74). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs 31 avqust 2024-cü il tarixli ifadəsindən görünür ki, sonuncunun təqsirləndirilən şəxs qismində dindirilməsinə dair həmin protokolda Təqsirləndirilən şəxs 17 və 18 may 2023-cü il tarixli ifadələrində işin halları ilə bağlı göstərdiyi xüsusatlar bir daha yer almış olsa da, Təqsirləndirilən şəxs qeyd olunan dindirmə protokolunu imzalamaqdan imtina etmişdir(iş vərəqə: 165-168). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 ifadəsində göstərdi ki, 16 may 2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində “Vüqar” adlı şəxsin narkotik vasitəni daşıması və saxlaması barədə ona etibarlı mənbədən məlumat daxil olmuşdur. Buna görə əməliyyat qrupu yaradılmış, onun şəxsiyyəti müəyyən edilmiş, onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsla əlaqədar keçirilmiş əməliyyat tədbirinin gedişatında Mahir adlı şəxs Sabunçu rayonu ərazisində onlar tərəfindən marixuana narkotik vasitəsi ilə saxlanılmış, saxlanılan Mahir adlı şəxs narkotik vasitəni Vüqar adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamında Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi 30 saylı ünvanda yaşadığı evin qarşısında saxlanılmışdır. Vüqar saxlanılarkən axşam tərəfi olmuş, lakin dəqiq olaraq saat neçədə saxladıqlarını yadında saxlamamışdır. Əməliyyat tədbiri keçirilən ərazi onun xidməti ərazisi olduğundan o, Təqsirləndirilən şəxs üzdən tanımışdır. Mahir Vüqardan bir neçə saat əvvəl saxlanılmış, və ondan əvvəl sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs barəsində həm əməliyyat məlumatı daxil olmuş və həm də tutulmuş Mahir də fakt təsdiq etmişdir. Onlar Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib, onu 13-cü PŞ-nə dəvət etmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibindən 1 ədəd bükümdə qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs cibində aşkar olunan maddənin nə olması, haradan və nə məqsədlə əldə etdiyi soruşulduqda o, üzərində aşkar olunan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, həmçinin yaşadığı mənzildə də marixuana narkotik vasitəsi saxladığını təsdiq etmişdir. Şahid2 daha sonra ifadəsində göstərdi ki, əməliyyat tədbirlərinin davamı olaraq onlar əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı M.Əmirov küçəsi ev 30, mənzil 15-ə getmiş, orada video çəkiliş vasitəsi ilə mənzilə baxış keçirilmişdir. Yadında qaldığı qədər, onlar Vüqarın evinə baxış keçirərkən evdə kimliklərini xatırlamadığı adamlar da olmuş, evə baxış keçirilməsinə heç kim etiraz etməmişdir. Keçirilən baxış nəticəsində qonaq otağında olan divanın altından bir ədəd qara rəngli sellofan bükülüdə yenə qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. Şahid2 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılmasında o, və əməliyyat müvəkkili Şahid1 iştirak etmiş, NMB-nin rəisi X14 Rəhimovun saxlanılmasında iştirak etməmişdir. Lakin Təqsirləndirilən şəxs saxlanılması barədə məlumat verildikdə Bəxtiyar Abbasov sonradan Vüqarın evinə yox, binanın qarşısına gəlmişdir. O, X13 Rəhimovun mənzilində görməmişdir. X14 Rəhimovun evinə baxışda da iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs evində iki dəfə yox, cəmi bir dəfə, təhqiqatçı tərəfindən video çəkilişlə baxış keçirnilərkən iştirak etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşqları tərəfindən hər hansı formada fiziki və ya psixoloji təzyiqlər olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı üzrə şahid qismində dindirilən Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi, həmçinin göstərdi ki, bir nəfər şəxs Bakıxanov qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi və narkotik vasitələrin istifadəsi ilə məşğul olduğuna görə saxlanılmış və saxlanılan şəxs ifadəsində istifadə etdiyi narkotik vasitələri “Vüqar” adlı şəxsdən aldığını bildirmişdir. Odur ki, daxil olmuş həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılmışdır. Polis Bölməsində sonuncunun üzərində şəxsi axtarış keçirilib-keçirilməməsi, axtarış nəticəsində onun üzərindən marixiuana aşkar olunub-olunmaması onun yadında qalmamışdır. Amma Təqsirləndirilən şəxs özünün deməsi və etirafına əsasında onun yaşadığı ünvana baxış keçirilmiş, baxış mərhələsində Vüqar özünün evində olan sarımtıl rəngdə olan divanı qaldırıb altından özünün saxladığı marixuana narkotik vasitəsini təqdim etmiş və öznün istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Şahid - əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs ifadə verən Şahid1 onun ilk dəfə saxlanılmasında iştirak etməməsi, yalnız evində baxış keçirilməsi prosesində sonradan gəlib iştirak etməsi, ona təzyiqlər göstərilməsi barədə ifadələrinə münasibət bildirib göstərdi ki, o, ifadəsində göstərdiyi proseslərdə iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq göstərilməmişdir. Bəxtiyar Abbasov NMB-nin rəisi vəzifəsində xidmət edir və onun əməliyyat tədbirlərində iştirak etməsi mümkün olandır. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid olaraq dindirilən Təqsirləndirilən şəxs arvadı Şahid3 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs, M.Əmirov küçəsi, ev 30-da ictimai binada 5-ci mərtəbədə 15 №-li 3 otaqlı mənzildə yaşamışlar. Vüqarla nikahdan onların 20 yaşlı oğulları vardır ki, həmin uşaq onlarla birlikdə qeyd olunan ünvanda yaşamışdır. Dəqiq tarixini yadında saxlaya bilmədiyi günlərin birində günorta saat təqribən 2, 3-ə işləmiş (14,15) nahar etmək üçün yaşadığı mənzilə gəlmiş, evdə tanımadığı 3-4 nəfər olduğunu və evin dağınıq vəziyyətdə olmasını görmüşdür. Həmin vaxt Vüqarın otağının qapısı bağlı olmuşdur. O, həmin şəxslərin polis olduqlarını müəyyənləşdirmiş, onların həyat yoldaşı Təqsirləndirilən şəxs aparmaq istədiklərini öyrənmişdir. Nə məsələ olması, Vüqarı aparmaq istəmələrinin səbəbləri ilə maraqlandıqda, polislərdən biri “bilmirsiz nə olub?” deyə suala sualla cavab vermiş, o, “yox” dedikdə, onlar Vüqarın narkotiklə məşğul olduğunu bildirmişlər. Bundan sonra o verdiyi heç bir suala cavab verməmişlər. Həmin vaxt evdə Mahir adlı oğlan da olmuşdur. Mahir əri Vüqarın dostu olmuş, hərdən onlara gəlib-getmişdir. Vüqarın evdən aparılması prosesi təxminən 10-15 dəqiqə çəkmiş, birinci Vüqarı, daha sonra Mahiri aparmışlar. O, Vüqarı qapını açıb evdən çıxararkən görmüşdür. O, Vüqarı görəndə onda hər hansı xəsarət görməmiş, polislər onun özünə (Şahid3) qarşı kobudluq etməmişlər. Şahid3 ifadəsində daha sonra göstərdi ki, Vüqar aparılandan sonra o, işə qayıtmış və daha sonra axşam saat 7-8 radələrində polislərin 2-ci dəfə onların mənzilinə gəldiklərini öyrənmiş, evdən 2 kiloya yaxın narkotik vasitə çıxdığını eşitmişdir. Lakin o, işdə olduğundan onların ikinci gəlişini, evdən narkotik aşkar olunmasını görməmişdir. O, xüsusi təhsil məktəbində müəllimə işləmiş, həmin vaxtlarda loqaped kimi əlavə təhsillə bağlı uşaq hazırlaşdırmışdır. O, Vüqarın narkotik vasitə istifadəçisi olduğunu, buna görə əvəllər iki dəfə məhkum olunduğunu bilmiş, lakin evlərində və Vüqarda iki kiloqramadək qədər narkotik olduğunu görməmiş və məlumatı olmamışdır. Hadisələrdən sonra o, bir dəfə Mahirin işi üzrə Sabunçu məhkəməsinə çağrılmış və məhkəmə çağırışına gedib orada gördükləri və bildikləri barədə ifadə vermişdir. O, Mahirin üzrərində narkotik vasitə görməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid olaraq dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, əvvəllər məhkum olunub 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş, oradan cəzanın sonu ilə çıxmışdır. Hadisə günü yadında qaldığı qədər 16 may 2023-cü il tarixdə şəxsiyyət vəsiqəsi almaq üçün ASAN xidmətə getmiş, oradan barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs “baş çəkmək” üçün onlara getmişdir. O, 1 il 1 ay cəza çəkmiş, Vüqarı sonuncu dəfə tutulmazdan əvvəl görmüş, tutulana qədər isə onunla ara-sıra görüşmüşdür. Vüqar həkim olmuş, Vüqar onun bacısı ilə bir sinifdə oxumuşdur. O, Vüqarı uşaqlıqdan tanımış, lakin xüsusi dostluqları olmamışdır. Şahid4 ifadəsinin davamında göstərdi ki, Vüqar narkotik vasitə istifadə edən olmuş, o, əvvəllər Vüqarla bir yerdə nəşə çəkmişlər. Lakin narkotik vasitəni Vüqar ona pay verməmiş, yalnız bir yerdə istifadə etmişlər. Odur ki, o, Vüqarın tutulub-tutulmamasını öyrənmək üçün onlara getmişdir. Günortadan keçmiş mənzildə Vüqarla birlikdə söhbət edərkən saat 4 və ya 5 arası birdən 4 nəfər mənzildə Vüqarla onun oturduğu otağın qapısını sındıraraq içəri girmişlər. Hərəkətlərində polis olduqlarını başa düşmüş, lakin heç birini tanımamışdır. Onlar özlərini təqdim etməmiş, içəri girən kimi onları təpikləməyə başlamışlar. O, Vüqargildə olarkən onun oğlu evdə yatmış vəziyyətdə olmuşdur. Sonra onları evdən çıxarıb Sabunçu Polis İdarəsinə aparmışlar. Polislər onları Vüqargilin evindən çıxaranda onun həyat yoldaşı və padruqası (burada: rəfiqəsi) qapıda onları görmüşlər. O, əvəllər də Vüqargilə getdiyi vaxtlarda evin xanımını evdə görmüş, o, Vüqargildə həmişə xoş qarşılanmışdır. Polislər birinci onu, sonra isə Vüqarı evdən çıxarmışlar. İdarədə Bəxtiyar adlı şəxs onu və Vüqarı döymüş, əvvəl idarədə onları kilo ilə yükləmək istəmişlər. Bəxtiyar adlı şəxs ona 1, 2 baş nəşə yazdırmağı və inzibati qaydada sənədləşməni, ona narkotik vasitəni Vüqardan aldığını deməyi təklif etmişdir. Vüqar da ona tutulmaması üçün təkliflə razılaşmasını məsləhət bilmişdir. Bundan sonra o, polisin təklifini qəbul etmişdir. Onu Səyyad və Nicat adlı polislər sənədləşdirmiş, guya onu adı çəkilən şəxslər tutmuşlar. Vüqarı isə onun yanından aparmışlar. Lakin Vüqar reallıqda ona narkotik verməmişdir. Şahid4 ifadəsinin yekununda göstərdi ki, Vüqarla onu Vüqarın evində saxlanılarkən evdə və bölmədə onu və Vüqarı döymüş, onlara müxtəlif təzyiqlər göstərmişlər. Onun gözü göyərmişdir. Onun gözünün qabağında Vüqara elə təpik vurmuşlar ki, onun qulağı partlamışdır. Lakin Vüqarın əlinə yetirilən xəsarətləri o, görməmişdir. Polislər mənzildə onları saxlayarkən, onları incidərkən Vüqarın xanımı görməmişdir. Onlar saxlanıldıqları otaqda təzyiqə məruz qalmışlar. Onu da sənədləşdirib CM-nin 234.1 maddəsi ilə Sabunçu rayon Məhkəməsinə göndərmiş, lakin məhkəmə baxışı nəticəsində o, bəraət almışdır. O, məhkəmədə barəsində işə baxılarkən onları Bəxtiyarın tutduğunu, Nicatın tutmadığını demişdir. Ricat və Səyyad adlı polislər isə onun işində şahid kimi dindirilmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış və götürmə aparılması haqqında» 16 may 2023-cü il tarixli prokoldan görünür ki, protokol tərtib olunan gün Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin xidməti otağında Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən 16 may 2023-cü il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Mahir Əmirov küçəsində şübhəli şəxs qismində saxlanılmış və polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə, təyin edilmiş müdafiəçisi X11 iştirakı olmadan, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakı ilə videoçəkiliş müşaiyəti altında Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı X5 rəhbərliyi ilə «şəxsi axtarış və götürmə aparılması haqqında» 16 may 2023-cü il tarixli qərara əsasən şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, üzərinə “Sony” markalı video kameradan istifadə olunmaqla videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, buna etiraz olmadıqda ona üzərində qeyri-qanuni əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ döş cibindən 01 ədəd ağ kağızda olan bükümü çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm açıldıqda içərisində bitki mənşəli (qeyd olunmuşdur: ot şəklində), spesifik iyə malik kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs suallara cavab olaraq təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə «marixuana» olduğunu, həmin narkotik vasitəni 13 may 2023-cü il tarixdə, Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbin yanından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən bir kibrit qutusunda tanışı Mahirə pulsuz verdiyini və həmin marixuanadan yaşadığı mənzildə də saxladığını bildirmişdir. Tədqiq olunan protokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız büküm içərisində olan kütlə ilə birlikdə zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası DİN-nin «zərflər üçün №160» möhürü ilə möhürlənmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılan faktiki şəxsi axtarış nəticəsində sonuncuya məxsus bir ədəd eynək (özünə qaytarılmışdır) istisna olmaqla, iş üçün sübut əhəmiyyətli ola biləcək hər hansı əşya və ya sənəd aşkar edilməmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması 16 may 2023-cü il tarixdə, saat 20:00-da başlayıb 20:15-ədək davam etmiş, proses “Sony” markalı video kameradan istifadə olunmaqla videolentə alınmış və videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Yekunda tədqiq olunan həmin protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir (iş vərəqə: 31-32). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «mənzildə axtarış və götürmə aparılması haqqında» 16 may 2023-cü il tarixli prokoldan görünür ki, Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən 16 may 2023-cü il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Mahir Əmirov küçəsində şübhəli şəxs qismində saxlanılmış və polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi ev 30, mənzil 15-də Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə videoçəkiliş müşaiyəti altında Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı X5 rəhbərliyi ilə «mənzildə axtarış və götürmə aparılması haqqında» 16 may 2023-cü il tarixli qərara əsasən axtarış (baxış) keçirilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, mənzildə “Sony” markalı video kameradan istifadə olunmaqla videoçəkilişlə axtarış keçiriləcəyi bildirilmiş, buna etiraz olmadıqda ona mənzildə olması ehtimal edilən narkotik maddələr olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs qonaq otağındakı divanın altından bir ədəd yapışqanlı lentlə sarınmış qara rəngli sellofan torba bağlamanı çıxarıb təqdim etmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli torba açıldıqda içərisində bitki mənşəli (qeyd olunmuşdur: ot şəklində), spesifik iyə malik kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs suallara cavab olaraq təqdim etdiyi torba bağlamanın içərisindəki maddənin narkotik vasitə «marixuana» olduğunu, həmin narkotik vasitəni 13 may 2023-cü il tarixdə, Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbin yanından tapdığını bildirmişdir. Tədqiq olunan protokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli bağlama qablaşdırılmış, qablaşdırmanın üzəri Azərbaycan Respublikası DİN-nin «zərflər üçün №160» möhürü ilə möhürlənmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə faktiki aparılan axtarışın davamında mənzildən iş üçün sübut əhəmiyyətli ola biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması 16 may 2023-cü il tarixdə, saat 21:00-da başlayıb 21:25-ədək davam etmiş, proses “Sony” markalı video kameradan istifadə olunmaqla videolentə alınmış və videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Yekunda tədqiq olunan həmin protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir (iş vərəqə: 34, 35-36). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi ev 30, mənzil 15-də axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı disklərə baxış keçirilməsi haqqında 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan həmin disklərə təqsirləndirilən şəxs Vüqar Rəhmovun və onun müdafiəçisi Aydın Kərimovun iştirakları ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, baxış keçirilmiş hər iki DVD formatlı diskə yüklənmiş videogörüntülər şəxsi axtarış və götürmə, həmçinin sonuncunun yaşayış mənzilində axtarış keçirilməsi və götürmə proseslərinin məzmununu özündə ehtiva edir, videogörüntülərlə tədqiq olunan protokolların məzmunu arasında ziddiyyətlər müəyyən edilməmişdir. Tədqiq olunan protokoldan, həmçinin göbrünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Aydın Kərimov protokolun məzmunu ilə razılaşıb həmin protokolu imzalasa da, Təqsirləndirilən şəxs qeyd olunan protokolu imzalamaqdan imtina etmişdir (iş vərəqə: 145- 146). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi ev 30, mənzil 15-də axtarış keçirilməsi prosesinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı disklərdə olan videogörüntülərdən görünür ki, qeyd olunan disklərdəki videogörüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» və «mənzildə axtarış və götürmə aparılması haqqında» 16 may 2023-cü il tarixli prokolların məzmunu ilə uyğundur (iş materialları). İbtidai istintaq orqanının işdə olan 18 avqust 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi ev 30, mənzil 15-də axtarış keçirilməsi prosesinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materialldarına əlavə edilmişdir(iş vərəqə: 147- 149). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməbioloji ekspertizasının 17 may 2023-cü il tarixli, 7/711 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» 1 bükümdə olan 0,322 qram və sonuncunun «yaşadığı mənzildən» yazısı və imzalar olan polietilen bağlamadakı 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2500 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuana xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir (iş vərəqə: 47-51). Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 06 iyun 2023-cü il tarixli, 7/750 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilib götürülən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi ilə başqa cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid4 aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs aldığı iddia olunan 5,235 qram qurudulmuş marixuana narkotik vasitəsi müqayisəli tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid4 aşkar edilib götürülmüş marixuana Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş marixuana ilə tərkiblərinə görə eyni olmayıb, fərqlənirlər (iş vərəqə: 140, 141-142). İbtidai istintaq orqanının işdə olan 18 avqust 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması nəticəsində aşkar edilmiş 0,322 qram və onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi ev 30, mənzil 15-də aşkar edilərək götürüldmüş 2500 qram – cəmi 2500,322 qram qurudulmuş marixuana iş üzrə maddi sübüt kimi tanınmış və həmin narkotik vasitələrin 17 may və 06 iyun 2023-cü il tarixli ekspertiza tədqiqatlarından sonra qalıq qalmış cəmi 2499,972 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 151, 152). Qeyd olunanlardan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Azercell MMC-dən götürülmüş, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 ******* mobil nömrəsinə daxil olan-çıxan mesaj mətnlərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış nəticəsində 20 noyabr 2023 tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 ******* mobil nömrəyə 077 ******* mobil nömrəsindən «bidene 10 daş getirmek olar alınar», 23 feval 2023 tarixdə ******* nömrəsindən «cermetdan alıb galiram bir yarı ozuma birini sene» kimi sms-lər daxil olduğu müəyyən edilmişdir. Azercell MMC-dən daxil olmuş mobil məlumatlar yüklənmiş bir ədəd CD formatlı disk və mesaj mətnləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 117, 118, 119-125, 147-148). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-məcburinarkoloji ekspertizasının 20 may 2023-cü il tarixli, 3071 saylı rəyi ilə müəyyən edildi ki, iş üzrə Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 137-138). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 may 2023-cü il tarixli, 1384 saylı rəyi ilə müəyyən edildi ki, iş üzrə Təqsirləndirilən şəxs ekspertiza tədqiqatı mərhələsində hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmamışdır, onda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 133-136). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə olunma mənbəyinin müəyyən edilməsi məqsədi ilə istintaq orqanı tərəfindən əməliyyat orqanına verilmiş əməliyyat tapşırığının 15 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə olunma mənbəyinin müəyyən edilməsi və sonuncunun narkotik vasitələrin satışı ilə məşbul olub-olmaması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir (iş vərəqə: 101, 113). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs üzərindən və onun yaşadığı mənzildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2500,322 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin mənbəyini müəyyən etmək mümkün olmadığından ibtidai istintaq orqanının 31 avqust 2023-cü il tarixli qərarına əsasən baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 174-178). Qeyd olunanlardan başqa cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 16 may 2023-cü il tarixdə, saat 16:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü polis bölməsinə aparılmış Şahid4 5,285 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib götürülməsi faktına görə 17 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraatda cinayət işi başlanılmışdır. Aparılmış ibtidai istintaqla Şahid4 qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və məhkəmə məsuliyyətinə verilmişdir. Verilmiş ittihama əsasən Şahid4 satış məqsədi olmadan qanunsuz olaraq 5,285 qram qurudulmuş marixuana narkotik vasitəsini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair həmin cinayət işi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində araşdırılmış və məhkəmənin 14 fevral 2024-cü il tarixli hökmünə əsasən Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 may 2024-cü il tarixli qərarına əsasən Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmündən verilmiş apellyasiya protesti təmin olunmamış, Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahının konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş hapzırda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahıya əsasən marixuana narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 5 qram, külli miqdar olmaqla aşağı həddi 500 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 50000 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş hapzırda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahıya əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilib götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin ümumi çəkisi 2500,322 qram olmaqla külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq qurudulumuş marixuana narkotik vasitəsini külli miqdarda əldə edərək üzərində və yaşadığı ünvanda saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində video çəkiliş müşaiyəti ilə şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 17 və 18 may 2023-cü il tarixli ifadələrində aşkar olunub götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin özünə məxsusluğu ilə əlaqədar etirafları, Təqsirləndirilən şəxs barəsində əməliyyat orqanının məlumatları, məhkəmə-narkoloji və məhkəmə-bioloji ekspertizaların rəyləri təqsirləndirilən şəxsin qurudulmuş marixuana narkotik vasitəsini külli miqdarda satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi, məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsinin ona məxsus olması və həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri, barəsində olan sübutların qanun pozuntusu, o cümlədən ona qarşı fiziki təsirlər göstərilməsi və bədən xəsarətləri yetirilməsi nəticəsində əldə olunması, aşkar edilmiş külli miqdarda narpkotik vasitəni boynuna götürməyə məcbur edilməsi, heç kimə narkotik vasitələr və ya psixotrop maddələr satmaması barədə göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. İlk növbədə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qarşı məhkəməyədək icraat mərhələsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməmiş, o, işgəncəyə məruz qalmamış, ona hər hansı bədən xəsarəti yetirilməmişdir. Hansı ki, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədəki ifadələrində göstərmişdir ki, yaşadığı mənzildə saxlanılarkən polis əməkdaşları onu terrorist kimi yerə yıxmış, Bəxtiyar Abbasov adlı polis əməkdaşı onun əllərini ayaqları ilə əzmiş, həmin vaxt o, barmaqlarından xəsarətlər almışdır. Sabunçu RPİnin X9 isə tanımadığı bir serjant əli ilə onu vurmuş və nəticədə o, sol qulaq pərdəsinin yırtılmasına səbəb olan xəsarət almışdır. Bakı İstintaq Təcridxanasına aparılarkən barmaqlarında qansızma hiss olunmamış, amma bir neçə vaxt sonra qaralma başlamışdır. O, buna görə prokurorluğa şikayət etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı işgəncə faktının araşdırılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına (BİT) və Bakı şəhəri Sabunçu rayon prokurorluguna müvafiq sorğular verilmiş və adekvat cavablar alınmışdır. Ədliyyə Nazirliyinin BİT-də məhkəmə sorğusuna əsasən təqdim olunan xx.xx.2024cü il tarixli, 540/2024 saylı arayış görünür ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə, yəni saxlanılandan 48 saat ərzində BİT-ə gətirilmiş, sonuncu ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Tibbi müayinə zamanı xəsarət aşkar olunmamış, hər iki saidin ön səthində köhnə çapıq toxuma müşahidə edilmişdir. Tədqiq olunan BİT-dən təqdim olunmuş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs həbs olunmazdan əvvəl xəsarət almadığını bildirmiş, obyektiv müayinə zamanı yeni xəsarətlər aşkar olunmamış, hər iki saidin ön səthində köhnə çapıq toxuma müşahidə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən Sabunçu RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumata əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsində 700-C-23 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən 15 yanvar 2024-cü il tarixli qərarla cinayət işi başlanılması rədd edilmişdir. Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən 700-C-23 nömrəli material üzrə araşdırma aparılarkən iş üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası keçirilmişdir. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun 700-C-23 nömrəli material üzrə qəbul etdiyi 15 yanvar 2024-cü il tarixli həmin qərarın məzmunundan görünür ki, keçirilmiş 3049 saylı məhkəmə-tibb ekspertizası ilə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı ünvana baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin tədqiqi ilə müəyyən edilmişdir ki, şəxsi axtarış və ünvana baxış keçirilməsi prosesi boyu Təqsirləndirilən şəxs hər hansı bədən xəsarəti müşahidə olunmur və ya sonuncu özü polis əməkdaşları tərəfindən təzyiq, təsir, işgəncə və qeyri-insani rəftara məruz qalması ilə əlaqədar təhqiqat orqanına hər hansı məlumat verməmişdir. Eyni zamanda videogörüntülərin nümayişi prosesində Təqsirləndirilən şəxs təzyiq və ya təsir altında olmasına, onu törətmədiyi cinayəti boynuna götürməyə məcbur edilməsinə şübhə ilə yanaşmağa hər hansı əsas müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş təqdimata baxılması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, təqdimata baxılarkən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək barəsində verilmiş təqdimatın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə baraxmış, istər onun özü və istərsə də məhkəmə iclasında iştirak edən müdafiəçisi tərəfindən Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin əməkdaşları tərəfindən işgəncəyə, qeyri-insani rəftara məruz qalması barədə məhkəməyə heç bir məlumat verilməmiş, hər hansı vəsatət qaldırılmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı dindirilən şahid – təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs arvadı Şahid3 ifadəsində əri Təqsirləndirilən şəxs yaşadıqları mənzildə polis əməkdaşları tərəfindən narkotikə görə saxlanıldığını təsdiq etmiş, yaşadıqları mənzildə Vüqara qarşı zor tətbiq olunduğunu və ona hər hansı xəsarət yetirildiyini görmədiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin əməkdaşları tərəfindən işgəncəyə, qeyri-insani rəftara məruz qalması faktı ilə əlaqədar sonuncunun özünün və şahidlərin ifadələri arasında ziddiyyətlər olduğu müəyyən edilmişdir. Belə ki, Şahid4 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmünə əsasən bəraət almasına dair cinayət işinə, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxışı ilə Şahid4 və Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə sonuncuya məxsus mənzildə birlikdə saxlanılmalarının inkar olunmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs işgəncəyə, qeyri-insani rəftara məruz qalması xüsusatlarıyla bağlı yuxarıda qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs məhkəmədəki ifadələrində yaşadığı mənzildə saxlanılarkən Bəxtiyar Abbasov adlı polis əməkdaşının onun əllərini ayaqları ilə əzməsini, həmin vaxt barmaqlarından xəsarətlər aldığını, Sabunçu RPİ-nin X9 isə tanımadığı bir serjantın əli ilə onu vuraraq onun sol qulaq pərdəsinin yırtılması ilə nəticələnən bədən xəsarəti yetirməsini göstərsə də, iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxsla birlikdə sonuncunun mənzilində saxlanılmalarını təsdiq etmiş, həmçinin saxlanıldıqları otaqda onun gözünün qabağında polis əməkdaşlarının Vüqarı təpiklə vurmaları nəticəsində sonuncunun qulağının partlaması barədə ziddiyyətli ifadə vermiş, eyni zamanda Təqsirləndirilən şəxs əlinə xəsarətlər yetirilməsini görmədiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs bütün ibtidai araşdırma mərhələsində işgəncəyə, qeyri-insani rəftara məruz qalması barədə ifadələrində heç nə göstərməmiş, bu barədə özü və ya müdafiəçisi tərəfindən müvafiq vəsatətlər qaldırılmamış, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, məhkəmə nəzarətini həyata keçirən məhkəmə dərhal məlumatlandırılmamışdır. Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı isə Təqsirləndirilən şəxs prokurorluğa verdiyi izahatında polis əməkdaşları tərəfindən saxlanılıb zorla Sabunçu RPİ-nin inzibati binasına aparıldığını, orada təzyiqlərə məruz qaldığını və narkotiki boynuna götürməyə məcbur edildiyini göstərsə də, işgəncə nəticəsində bədən xəsarətləri alması barədə heç bir açıqlama verməmişdir. Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış nəticəsində əynində olmuş qara rəngli gödəkçəsinin sağ döş cibindən 1 ədəd bükümdə, təmiz çəkisi 0,322 qram, eləcə də yaşadığı mənzilə keçirilmiş baxış neəticəsində mənzildəki divanın altından 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 2500 qram – ümumilikdə 2500,322 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsinin aşkar edilərək götürülməsi məhkəmə baxışı zamanı araşdırılan mötəbər sübutlarla tam təsdiq olunmuş, qeyd olunan narkotik vasitənin Təqsirləndirilən şəxs özündən və onun mənzilindən aşkar edilib götürülməsini inkar edə və ya şübhə altına ala biləcək heç bir sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərindən görünür ki, mənzilə baxış keçirilərkən təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs mənzilindəki otaqlardan birnidə olan köhnə, demək olar ki, istifadəyə yararsız divanın oturacaq hissəsini qaldıraraq çox çətinliklə qara rəngli, üzəri yapışqan lentlə sarınmış bir ədəd polietilen kisədə olan marixuana narkotik vasitəsini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Belə ki, divanın oturacaq hissəsini qaldırıldıqdan sonra ilk növbədə əşya olaraq bir ədəd yaşıl rəngli yorğan adi gözlə görünür. Təqsirləndirilən şəxs həmin yorğanı divanın altından çıxarıb bir kənara qoyduqdan sonra divanın altına lap dib hissəyə uzanıb oradan nəyisə çıxarmağa çalışır. Bacarmadıqda o, kömək üçün polis əməkdaşlarına müraciət edir, polis əməkdaşları divanın oturacaq hissəsini bir az da qaldırdıqdan sonra Təqsirləndirilən şəxs çox çətinliklə içərisində narkotik vasitə olan bağlamanı sürüşdürə-sürüşdürə divanın gözlə görünməyən yerindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Qeyd olunan həmin videogörüntülər Təqsirləndirilən şəxs mənzilində olan divanın altına polis əməkdaşları tərəfindən əvvəlcədən içərisində narkotik vasitə olan bağlamanın yerləşdirilməsinə yönəlmiş şübhələri tamamilə aradan qaldırır. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi sərbəst ifadəsində, həmçinin məhkəməyədək icraat mərhələsində Sabunçu rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı prokurorluğa verdiyi izahatında iş üzrə şahid qismində dindirilmiş Şahid4 həkim peşəsi ilə əlaqədar müayinə və müalicəyə ehtiyacı olan pasiyenti kimi qələmə verməsinə baxmayaraq, Şahid4 ifadəsində Vüqarı uşaqlıqdan tanıdığını, Vüqarın narkotik vasitə istifadə edən şəxs olmasını bildiyini, əvvəllər Vüqarla bir yerdə nəşə çəkmələrini, özünün cəza çəkmə müəssisəsindən yeni çıxdığını, odur ki, 16 may 2023-cü il tarixdə Vüqarın tutulub-tutulmamasını öyrənmək üçün Vüqarın yaşadığı evə getdiyini bildirmiş, özünün xəstə olması, Vüqarın bir həkim kimi onu müayinə etməli olması, müayinə və müalicə üçün Vüqarın yaşadığı evə getdiyini göstərməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barsində olan cinayət işinin ibtidai istintaqı mərhələsində yalnız cinayət təqibinin 4-cü ayında – 17 avqust 2023-cü il tarixdə ilk dəfə istintaq hərəkəti protokoluna imza etməkdən imtina etmiş, həmin tarixədək özünü təqsirli bilməməsi, ona qarşı qanun pozuntularına yol verilməsi, külli miqdarda narkotik vasitəni boynuna götürməyə məcbur edilməsi və s. barədə mövqe bildirməmiş, əksinə özünü təqsirli bilib işin hallarına uyğun ifadələr vermişdir. Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 06 iyun 2023-cü il tarixli, 7/750 saylı rəyi ilə müəyyən edilmişdir ki, barəsində bəraət hökmü çıxarılmış Şahid4 aşkar edilib götürülməsi, Təqsirləndirilən şəxs alıb əldə etməsi iddia olunan 5,235 qram qurudulmuş marixuana narkotik vasitəsi baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş marixuana narkotik vasitə ilə tərkiblərinə görə eynilik təşkil etmirlər. Qeyd olunan fakt isə Təqsirləndirilən şəxsla Şahid4 arasında ümumi niyyətin olmadığını təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar istisna olunur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə, Ağdam Hərbi Məhkəməsinin 19 may 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin yenə də 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hər iki hökm üzrə təyin edilmiş cəzaları çəkmiş, 04 fevral 2010-cu il tarixdən sonra 16 may 2024-cü il tarixədək yeni cinayət törətməmişdir (iş vərəqə:110-112). Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs baxılan iş üzrə məhkumluğu olmayan şəxsdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə kateqoriyasına aid olması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 20 may 2023-cü il tarixli, 3071 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2023-cü il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbsetmənin əvvəli 16 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2499,972 qram hissəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, yaşadğı mənzilə baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin qeydə alındığı 02 (iki) ədəd DVD formatlı disk, Azercell MMC-dən daxil olmuş mobil məlumatlar yüklənmiş 1 (bir) bir ədəd CD formatlı disk və mesaj mətnləri cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə-bioloji ekspertizacının keçirilməsinə 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci sərf olunmuşdur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2499,972 qram hissəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, yaşadğı mənzilə baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin qeydə alındığı 02 (iki) ədəd DVD formatlı disk, Azercell MMC-dən daxil olmuş mobil məlumatlar yüklənmiş 1 (bir) bir ədəd CD formatlı disk və mesaj mətnləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – cəmi 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar