Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-788/2025 20.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X4 (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Göyçay rayonu Ulaşlı Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Göyçay rayonu, Ulaşlı Şıxlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olan xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə təxminən saat 22:37 - də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, “Antalya” adlı restoranın salon hissəsində Zərərçəkmiş şəxs qapını açarla bağlamamasını, çölə çıxaraq telefonla danışmalı olduğunu bildirməsi, lakin sonuncunun onunla razılaşmayaraq qapını açmaması səbəbindən aralarında yaranmış və bir neçə dəqiqə davam edən mübahisə və əlbəyaxa dava-dalaş zəminində qisas almaq məqsədilə restoranın digər hissəsində yerləşən mətbəxdən soyuq silah hesab olunmayan mətbəx bıçağını götürmüş və yenidən restoranın salon hissəsinə qayıdaraq Zərərçəkmiş şəxs sinə sol kürəkaltı nahiyyəsindən mətbəx bıçağı ilə vuraraq sonuncuya sol tərəfli pnevmotaraksla müşayiət olunan döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən deşilmiş- kəsilmiş yarası kimi xəsarətlər yetirərək, qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisənin baş verməsindən 4 gün əvvəl Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən “Antalya” restoranında işə başlamışdır. İşə başladığı gün restoranın müdiri zərərçəkmiş şəxsi orada işləyən fəhlə kimi təqdim etmiş və həmin gündən zərərçəkmiş şəxs ona qarşı soyuq rəftar etməyə başlamışdır. O, həmin axşam onunla oturub mehriban danışmış, sonradan onun hərəkətlərindən şübhələndiyi üçün dostu Elcana may ayının 18-dək işləyib, əmək haqqını alaraq işdən çıxmağı bildirmişdir. Həmin gün restoranın müdiri axşam saat 11-dən etibarən qapıları bağlayıb, çöldən içəri kimsənin girməməsini bildirmişdir. Səhəri gün saat 12 radələrində restoranın həyətində həmişə çay içdikləri yerdə çay içməyə getmək istəyərkən Zərərçəkmiş şəxs qapını bağladığını görmüşdür. O da müdir Qadir müəllimə bu haqda bildirmiş, sonuncu isə ona Zərərçəkmiş şəxs elə bir şey demədiyini və qapını bağlı saxlamağın işçilərə aid olmadığını və sonuncuya qapını açmağı deyəcəyini bildirmiş o, isə qapını açmışdır. Həmçinin bildirmişdir ki, restorana işləmək üçün bir nəfər də gəlmiş, həmin şəxs siqaret çəkdiyi zaman Zərərçəkmiş şəxs ona siqaret çəkməməyi bildirmişdir. Zərərçəkmiş şəxsla həmin şəxs arasında mübahisə başlamış, sonuncu Zərərçəkmiş şəxs vurmaq istəyərkən o maneə olmuşdur. Hadisə baş verən gün o, nişanlısı ilə danışmaq üçün Zərərçəkmiş şəxs qapını açmasını və danışacağını bildirmişdir. O isə qapıların bağlı olduğunu, çıxmağa icazə olmadığını, müdiriyyətin bu barədə tapşırıq verdiyini və yatdıqları yerdə danışmasını bildirmişdir. Yatdıqları yerdə də işıq yanmadığından o, Zərərçəkmiş şəxs orda ailə ilə danışmaq mümkün olmadığını və qapını açmasını xahiş etmişdir. Lakin sonuncu qapını açmamış və nəticədə bu hadisə baş vermişdir. Belə ki, o, ilk öncə onu itələmiş, bu zaman Zərərçəkmiş şəxs onu itələmişdir. Dəfələrlə qapını açmasını, çölə çıxıb telefonla danışmağımı ondan tələb etməyinə baxmayaraq, o, qapını açmamışdır. Artıq səbri çatmadığı üçün işdən çıxdığını, sabah gəlib müdirlə som haqq-hesabını edəcəyini, bu səbəbdən qapını açmasını Zərərçəkmiş şəxs istəmişdir. Lakin sonuncu yenə də qapını açmamışdır. Həmin vaxt yemək yedikləri yerdə bıçağı görmüş, Zərərçəkmiş şəxs qorxutmaq məqsədilə bıçağı götürüb sonuncunun yaxasından tutmuş və o da onun yaxasın tutmuşdur. Bu zaman souncuya qapını açmasını, əgər qapını açmazsa bıçaqla vuracağını bildirmişdir. O, artıq bu dəfə işdən çıxmaq üçün qapını açmasını sonuncudan tələb etmiş, lakin Zərərçəkmiş şəxs qapını açmamışdır. Sonuncu onu vurmaq istəyərkən o, çox əsəbi olduğu üçün sonuncuya bir bıçaq zərbəsi yetirmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, bıçağı sadəcə sonuncunu qorxutmaq məqsədi ilə götürmüşdür. Daha sonra nə etdiyini anladıqda sonuncuya su gətirmişdir. Su gətirərkən çiyni qapının şüşəsinə dəymiş, sınmış şüşə onun əlini kəsmişdir. Bu zaman o, digər şəxslərə təcili tibbi yardım çağırmalarını bildirmişdir. Təcili yardım maşınına da Zərərçəkmiş şəxs o, özü mindirmişdir. Bundan sonra olda polis əməkdaşları onu saxlamışlar. Həmçinin bildirmişdir ki, o, zərərçəkmiş şəxslə barışmaq üçün addım atmış, lakin barışıq üçün ondan istədikləri məbləği vermək imkanı olmamışdır. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, əsəbi halda olduğundan sadəcə bir bıçaq zərbəsi vurmuşdur. Daha sonra özünü təqsirli bilərək əməlindən peşman olması və zərərçəkmiş şəxslə barışmağa cəhd etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, DVD diskdə olan videogörüntülər, ekspertiza rəyləri, hadisə yerinə baxış keçirilməsi protokolu, fotoşəkillər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əmək müqaviləsi bağlamaqla “Antalya” 4 ildir müddətdir ki, işləmişdir. xx.xx.2024-cü ildə saat 22 radələrində “Antalya” restoranında işləyən Təqsirləndirilən şəxs ondan qapını açmağını və çıxıb telefonla danışmaq istədiyini bildirmişdir. Bütün işçilər gecə restoranda qaldıqlarından o da Təqsirləndirilən şəxs müdirin icazə vermədiyini bildirmişdir. Bundan sonra restoranın zal hissəsində həmin hadisə baş vermişdir. Belə ki, sonuncu ilə aralarında mübahisə yaranmış, sonuncunun dostu onları ayırmış, daha sonra kababçı Səyavuş gəlmişdir. Təqsirləndirilən şəxs yumruqla onun burun nahiyəsindən vurmuş, yenidən ondan qapını açmağını tələb etmiş, o isə qapını açmamışdır. Bundan sonra ilk olaraq padnosu götürmüş, ancaq onunla heçnə etməmişdir. Təqsirləndirilən şəxs mətbəxə keçərək mətbəxdən balaca bir bıçaq gətirmiş və ondan qapını açmasını istəmiş, o isə yenə də qapını açmağa icazəsinin olmadığıı bildirmişdir. Daha sonra o bıçağı dəyişib böyük bıçaq gətirmiş və onu bıçaqla vurmaqla hədələmişdir. O sonuncuya onu vura bilməyəcəyini bildirdikdə Təqsirləndirilən şəxs bıçaqla ona qarşı həmlələr etmişdir. O, əliylə bunun qarşısını almağa çalışdıqda sonuncu əlindəki bıçaqla sol kürəkaltı nahiyəsindən onu vurmuşdur. Onu bıçaqla vurarkən Elcan, Səyavuş və orada olan fəhlə hadisənin şahidi olmuşlar. Hadisədən sonra o, açarı vermiş, qapını açmışlar və Təqsirləndirilən şəxs çölə çıxmışdır. Bundan sonra qapını yenidən bağlamışlar və sonuncu qapının şüşəsini sındıraraq içəri daxil olmuşdur. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və onu xəstəxanaya aparmışlar. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, qapını təkidlə açmamaq səbəbi işlədiyi restoranın müdirinin ona belə göstəriş verməsidir. Həmçinin təqsirləndirilən şəxs cəhd etsə də barışmamış və ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımışdır. Hadisənin baş verməsindən 4 gün əvvəl sonuncu ilə Hövsan qəsəbəsində, Bağlar massivində dəniz kənarında yerləşən “Antalya” restoranında ofisiant olaraq işə başlamışlar. Restoranın müdiri Qadir adlı şəxs onları işə götürmüşdür. Qalmağa yer olmadığından gecələr də orada qalmışlar. Həmin restoranda Zərərçəkmiş şəxs adlı şəxs özünün dediyinə görə mühafizəçi kimi işləmişdir. O, 4 il müddətdir ki, həmin yerdə işlədiyindən özünü müdir kimi aparmış, yersiz göstərişlər vermiş və digər işçilərə qarşı hörmətsiz yanaşmışdır. Hətta işçilərdən biri ilə yaranmış mübahisəsi dava-dalaş həddinə gəlib çatmış, lakin Təqsirləndirilən şəxs onları aralayıb mübahisəni sakitləşdirmişdir. Restoranın otaqlarının açarları Zərərçəkmiş şəxs olmuş, sonuncu gecələr qapıları bağlamış və onlara restorandan çıxmağa icazə verməmişdir. Axşam saat 9-dan restoranın müdirinin məlumatı olmadan qapını bağlamışdır. Onlar təmiz su içmək üçün belə çölə çıxa bilməmişlər. Zərərçəkmiş şəxs qapını bağlayıb gedirmiş və saat 1-2-də qayıdıb gəlirmiş. Hətta Təqsirləndirilən şəxs onun yanında müdirə zəng edərkən müdir Zərərçəkmiş şəxs belə bir göstəriş vermədiyini bildirmişdi. Son vaxtlar artıq işdən çıxmaq qərarı almışlar. Təqsirləndirilən şəxs toyu olacağından bir az pul toplamaq istəmişlər. xx.xx.2024-cü ildə saat 22:50 radələrində “Antalya” restoranında sonuncu ilə bir yerdə yemək yemişlər. Bu zaman Təqsirləndirilən şəxs telefonla danışmaq qərarına gəlmiş və müştərilər üçün nəzərdə tutulan 4 nəfərlik otağa keçmək istəmişdir. Zərərçəkmiş şəxs oraya gəlmiş, qeyri-etik ifadələr işlədərək Təqsirləndirilən şəxs həmin otağa daxil olmasına etiraz etmiş və həmin otağın qapısını bağlamalı olduğunu bildirmişdir. Bu zaman aralarında mübahisə başlamış, sonuncuları onlar ayırmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qapını açmasını, ümumiyyətlə restorandan və işdən çıxmaq istədiyini bildirmişdir. Sonuncu isə qapını açmamışdır. Sonuncu Təqsirləndirilən şəxs gedib yerində yatmalı olduğunu, müdirin qapını açamamağı tapşırdığını bildirmişdir. O və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəfələrlə qapını açmasını təkid etsə də sonuncu bununla razılaşmamışdır. Bu zaman Təqsirləndirilən şəxs əlinə bıçaq götürmüş və Zərərçəkmiş şəxs qapını açmasını tələb etmişdir. Lakin sonuncu yenə də qapını açmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki bıçağı yerə atmış, sonuncu Zərərçəkmiş şəxs qapını açmadığını və qeyri-etik ifadələr işlətdiyini görüb mətbəxə gedərək çörək kəsmək üçün nəzərdə tutulan bıçağı götürərək gəlmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qapını açmasını yoxsa sonuncunu bıçaqla vuracağını bildirmişdir. Lakin sonuncu vurmasını bildirərək Təqsirləndirilən şəxs təhrik etmişdir. O isə heçnə etməməyi üçün sonuncunun qolundan tutmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumruq atarkən sonuncu da bıçaqla onun sol qolaltı, böyrəküstü nahiyədən vurmuşdur. Sonuncu Zərərçəkmiş şəxs vurduqdan sonra qapını açmaq üçün açarı vermiş və o da qapını açmışdır. Bundan başqa məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilk tibbi yardımı Təqsirləndirilən şəxs göstərmiş, yarasını bağlamış, təcili tibbi yardıma zəng etmiş və təcili tibbi yardımla xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində qəsəbəsində yerləşən “Antalya” restoranı ona məxsusdur. Elcanla Həbibi təmizlik işləri ilə bağlı fəhlə olaraq xx.xx.2024-cü ildə işə götürmüşdür. Zərərçəkmiş şəxs isə 4 il müddətdir ki, nəzarətçi olaraq həmin restoranda işləyir. O, sonuncuya Elcanla Həbibə nə lazım olsa verməyini və nəyin harda olduğunu göstərməyini tapşırmışdır. O isə bəzən restorana gəlib-getmişdir. xx.xx.2024-cü ildə saat 23 radələrində kabaçı və aşbaz Səyavuş ona zəng edərək Həbibin Şirxanı bıçaqladığını bildirmişdir. O da dərhal təcili tibbi yardıma zəng etməli olduqlarını onlara bildirmişdir. Hadisənin sabəbi barədə soruşduqda isə Həbibin çölə çıxmaq istədiyini, lakin Şirxanın icazə vermədiyini, nəticədə aralarında mübahisə yarandığını və Həbibin mətbəxdən bıçaq gətirərək Şirxanı sol nahiyəsindən vurduğunu bildirmişlər. Bundan sonra o “102” Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisədən sonra Şirxanın yanına gedib köməklik etmişdir. Bundan başqa məhkəmə iclasında Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Şirxana axşam saat 9-dan sonra kiminsə çölə çıxmaması və qapını bağlı saxlaması barədə heç bir göstəriş verməmişdir. Sonuncunun işi sadəcə işçilərə nəzarət etməsi olmuşdur. Qapıların açarı Şirxanda olduğu üçün özü qapını bağlayıb Həbibin çölə çıxmasına icazə verməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 10 il müddətdir ki, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən “Antalya” restoranında kababçı kimi işləmişdir. Onun işi sezon başlayana qədər işçilərə yemək bişirmək olmuşdur. 2024-cü ildə onu yenidən yemək bişirməyə çağırmışlar. xx.xx.2024-cü ildə saat 10-11 radələrində Şirxandan o otağa getdiyi üçün qapını bağlamağı xahiş etmişdir. Otağa getdikdən 20-25 dəqiqə sonra Ərəstun adlı işçi onu çağıraraq Şirxanla Həbibin mübahisə etdiyini bildirmişdir. O oraya gəldikdə həqiqətən sonuncuların mübahisə etdiyi görmüşdür. Həbib Şirxana qapını açmağını, sonuncu isə qapını açmayacağını bildirmişdir. Lakin Şirxanın hansı səbəbdən qapını açmadığı barədə məlumatı olmamışdır. Daha sonra Həbib kolidorla içəri getmiş, əlində bıçaqla geri gəlmiş və bıçaqla Şirxanı vurmuşdur. O, Həbibi çölə çıxarıb, müdir Qadir müəllimə zəng etmişdir. Sonuncu “102” xidmətinə o da təcili tibbi yardıma zəng vurmuşdur. Şirxana ilk tibbi yardımı Həbib etmişdir. Bundan başqa məhkəmə iclasında Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, işlədikləri restoranda hər gün axşam qapı bağlanırmış. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü ildən Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən “Antalya” restoranında əmək müqaviləsi bağlamaqla işə başlamışdır. Onu restoranın müdiri Qadir işə götürmüşdür. Gecələri işlədiyi həmin restoranda qalmışdır. xx.xx.2024-cü ildə saat 22 radələrində restoranda ona ayrılmış yerdə yatarkən səs-küy eşitmiş və salona çıxmışdır. Bu zaman Həbiblə Şirxanın mübahisə etdiyini görmüşdür. Həbib təkidlə Şirxandan qapını açmasını tələb etmiş, lakin sonuncu qapını açmayacağını bildirmişdir. Həbib bir neçə dəfə tələb etdikdən sonra mətbəxə gedərək bıçağı götürüb birbaşa Şirxanın üstünə gəlib onun sol qol nahiyyəsindən bıçaqla vurmuşdur. Daha sonra Şirxan açarı Elcana vermiş və sonuncu da Həbibi çölə çıxartmışdır. Bu zaman şüşənin sındığını da eşitmişdir. Təcili tibbi yardım çağırılmış və Şirxan təcili tibbi yardım maşınına yerləşdirilərək xəstəxanaya aparılmışdır. Cinayət işinin 26-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-97-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 191-192-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-9-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşir və hadisə “Antalya” adlı restoranda baş vermişdir. Restoran açıq sahədə yerləşir. Hər hansı hasarla və ya digər maneə ilə əhatələnməmişdir. Restoran ümumi giriş, 7 kabinet, mətbəx və zaldan ibarətdir. Hadisə zal hissədə baş vermişdir. Zal hissə kamera vasitəsilə müşahidə olunur. Zalın son hissəsində sağ tərəfdə stolun üstündə mətbəx bıçağı vardır. Bıçağın üstündə qan izləri var. Zalın son hissəsində çıxış qarşısında zalın orta hissəsində qan izlərinin damcıları var. Cinayət işinin 99-102-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərilən xususatları hadisə yerində əyani şəkildə bir daha təsdiq etmişdir. Cinayət işinin 119 – 121 - ci vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1131 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və sonradan üzərində dəyişiklik edilməmişdir. Cinayət işinin 120-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 123-126-cı vərəqələrində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 12/466 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü ildə və şəraitdə bıçaqla yetirilə bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs ilkin məhkəmə-tibbi ekspertizası zamanı çənəaltı nahiyədə xəsarət və xəsarət izləri müəyyən edilməmişdir, eləcə də adına tərtib edilmiş tibbi sənəddə bu haqda hər hansı yazılı qeydlər yoxdur. Xəsarətin xarakterinə və lokalizasiyasına görə yuxarıda qeyd olunan xəsarətin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işinin 127-129-cu vərəqələrində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 2292 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməlləri törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 79-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli əşyanın tanınması haqqında protokoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs soldan sağa nömrələnmiş 3-cü dəstəyi aşağı hissədən yuxarıya doğru qara rəngli bıçağı göstərərək həmin bıçağı “Antalya” restoranının mətbəxindən götürərək Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisənin görüntülərinin gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü ildə saat 22:29-dan 22:37-dək Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən “Antalya” restoranında qeydə alınmışdır. İlkin olaraq Təqsirləndirilən şəxs restoranın zalına daxil olaraq plastik qapını açmağa çalışır. Onun ardınca Zərərçəkmiş şəxs və bir nəfər şəxs də zala daxil olur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üstünə gəlir və sonuncu Zərərçəkmiş şəxs itələyir. Bu zaman hər ikisi bir-birinə yumruq zərbələri endirir. Təqsirləndirilən şəxs yumruq və təpiklə Zərərçəkmiş şəxs üz və bədəninin müxtəlif nahiyyələrindən vurur. Bir nəfər şəxs isə onları bir-birindən ayrımaq istəyir. Onlar dayanıb söhbət etməyə başlayırlar və bir neçə dəqiqə söhbət edirlər. Daha sonra hər üç şəxs zaldan çıxır və bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs ardınca Təqsirləndirilən şəxs zala daxil olurlar və sonuncu Zərərçəkmiş şəxs üstünə tərəf yeriyir. Onlar yenidən mübahisə edir. Bu zaman bir nəfər şəxs isə onları müşahidə edir. Təqsirləndirilən şəxs zalda stolun üstündən 01 ədəd bıçağı götürərək Zərərçəkmiş şəxs üstünə gedərək ona qorxuducu həmlələr edir. Bir nəfər şəxs də onları ayırmağa çalışsa da bu mümkün olmur. Zalda olan şəxslər zaldan çıxır və bir neçə dəqiqə sonra geri qayıdır. Bu dəfə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və üç nəfər şəxs də zala daxil olurlar. Yaşlı şəxslə Təqsirləndirilən şəxs söhbət edir. Zərərçəkmiş şəxs isə yanlarında duraraq onları dinləyir. Zalda olan şəxslər zaldan çıxır və zalda yalnız sonuncu qalır. Daha sonra Təqsirləndirilən şəxs əlində bıçaqla və digər 3 nəfər şəxs də zala daxil olurlar. Zərərçəkmiş şəxs onun üstünə gəlir. Təqsirləndirilən şəxs əli ilə onu itələyir. O, yenidən Təqsirləndirilən şəxs üstünə gəlir və əl hərəkətləri ilə ona həmlələr edir. Zərərçəkmiş şəxs ona doğru gəldikdə Təqsirləndirilən şəxs sonuncunun köynəyinin yaxasından tutur və irəli doğru itələyərək ona bıçaqla həmlələr edir. Sol əli ilə boğazından tutaraq sağ əli ilə bıçaq həmlələri edərkən saat 22:37-də sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs sol nahiyyəsindən bıçaqla vurur. Daha sonra onu itələməyə davam edərək qarşı tərəfdə yerləşən stola qədər aparır və onlar bir-birindən uzaqlaşır. Zərərçəkmiş şəxs əli ilə kürəyinin sol nahiyyəsində bıçaqla deşilmiş hissəyə bir neçə dəfə toxunur və qanayıbqanamadığını yoxlayır. Təqsirləndirilən şəxs o başa bu başa gedib-gəlir və yenə ona qarşı hansısa ifadələr işlədir. Onlar yenidən mübahisəyə davam edirlər. Zalda olan şəxslərdən biri Zərərçəkmiş şəxs qapının açarını alır və Təqsirləndirilən şəxs çölə çıxır. Cinayət işinin 151-161-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, fotoşəkillər, ekspert rəyləri, məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığına dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olan xəsarət yetirmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, yəni gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci ildən, saat 14:30-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-in 207.6-cı maddəsinin tələblərinə müvafiq olaraq Zərərçəkmiş şəxs və Şahid4 əməllərinə hüquqi qiymət verilməsi üçün Suraxanı rayon prokuroruna məlumat verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2024-cü il tarixdən, saat 14:30-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinin tələblərinə müvafiq olaraq Zərərçəkmiş şəxs və Şahid4 əməllərinə hüquqi qiymət verilməsi üçün Suraxanı rayon prokuroruna məlumat verilsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-788/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-788/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver