Məhkəmə qərarları › İş №1(101)-789/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-789/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-789/2021 20.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 və X5, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçilər Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi2anun, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Bakı şəhər 01 saylı vəkil bürosunun vəkili Nümayəndə2, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi «M.B.M» vəkil bürosunun vəkili Nümayəndə1 iştirakları ilə xx xxxxxx 1962-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin 9 oktyabr 2019-cu il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2000-cil il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin hakimi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək üçün yaxın münasibətləri olan qohumu Zərərçəkmiş şəxs1 Bakı şəhəri ərazisində torpaq sahəsi almaq istədiyini və bunun üçün 13.400 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 12.132 manat) məbləğində pulunun olmasını öyrəndikdən sonra, həmin pulu ələ keçirmək məqsədilə 2000-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs1la əlaqə saxlayaraq, sonuncuya qanuni əsaslarla tam mülkiyyət hüququ təsbit olunmuş torpaq sahəsi alacağına dair yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özünə və vəzifəsinə olan inamdan və qohumluq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 28 sentyabr 2000-ci il tarixdə həmin vaxt yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs1la görüşüb torpaq sahəsinin alınması üçün razılaşdırılan məbləği, yəni həmin dövrün məzənnəsi ilə 12.132 manat ekvivalentində 13.400 ABŞ dolları məbləğində nağd pul vəsaitini sonuncudan almış, 2003-cü ildə istintaqla müəyyən edilməyən gündə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Zərərçəkmiş şəxs1 özünə qarşı olan inamını möhkəmləndirmək məqsədilə sonuncu ilə birlikdə Bakı şəhəri Xətai rayonu Şahin Səmədov küçəsinə gəlib orada sahibi bilinməyən 7 sot torpaq sahəsi olan boş ərazini göstərib guya həmin torpaq sahəsini tam mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs1 adına aldığını bildirərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus həmin dövrün məzənnəsi ilə 12.132 manat ekvivalentində 13.400 ABŞ dolları məbləğində pulunu ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə öz cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs1 2006-cı ilin noyabr ayının sonlarında Bakı şəhərinin Novxanı, Mərdəkan və ya Bilgəh qəsəbələrindən birində dənizkənarı ərazidə torpaq sahəsi almaq istədiyini, bunun üçün 100.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 87.260 manat) məbləğində pulunun, hətta həmin məbləğdən daha da artıq pulunun olmasını dəqiqləşdirdikdən sonra, həmin pulu ələ keçirmək məqsədilə, qeyd olunan ərəfədə Türkiyə Respublikasında yaşayan Zərərçəkmiş şəxs1la istintaqla müəyyən edilməyən şəraitdə telefon əlaqəsi saxlayaraq sonuncu üçün Bakı şəhərinin ən gözəl sanatoriya yerlərindən birində, dəniz kənarında 12.000 kvadrat metrlik torpaq sahəsi tapdığını, həmin torpağın ümumi dəyərinin 500.000 ABŞ dolları təşkil etməsinə baxmayaraq tutduğu hakim vəzifəsinə görə 240.000 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 209.424 manat) ala biləcəyini, 100.000 ABŞ dollarının ilkin olaraq nağd qaydada verilib, qalan məbləğin isə növbəti vaxtlarda hissəhissə ödənilməsinin mümkün olduğunu bildirməklə yalan vəd verib, Zərərçəkmiş şəxs1 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və qohumluq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək torpaq sahəsinin alınacağı adı ilə 2006-cı ilin noyabr ayının sonlarında həmin vaxt yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 arvadı Şahid1 həmin dövrün məzənnəsi ilə 87.260 manat ekvivalentində 100.000 ABŞ dolları, eyni niyyətlə 2007-ci ilin mart ayında istintaqla müəyyən edilməyən gündə öz qayını və sürücüsü, cinayətdən xəbərsiz olan Şahid5 vasitəsilə Zərərçəkmiş şəxs1 qardaşı Şahid3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozu, Südçülük qəsəbəsindəki fərdi yaşayış evində həmin dövrün məzənnəsi ilə 65.085 manat ekvivalentində 75.000 ABŞ dolları, 2007-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid6 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən dəmir yolu xəttinin yaxınlığında həmin dövrün məzənnəsi ilə 22.245 manat ekvivalentində 25.000 ABŞ dolları məbləğində pulu əldə etdikdən sonra, eyni niyyətlə, Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2008-ci il tarixli, 2769 nömrəli Sərəncamı ilə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə baxmayaraq bunu Zərərçəkmiş şəxs1 gizlədib özbaşına özünü vəzifəli şəxs, yəni Suraxanı rayon məhkəməsinin sədri kimi təqdim edərək sonuncu dəfə 2008-ci ilin oktyabr ayının sonlarında ünvan 4 ünvanında yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid7 həmin dövrün məzənnəsi ilə 27.536 manat ekvivalentində 34.000 ABŞ dolları məbləğində olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə 202.126 manat ekvivalentində 234.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, sonuncuya külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin-Suraxanı rayon məhkəməsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa o, öz cinayətkar əməllərini davam etdirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 Ucar və Kürdəmir rayonlarında qaz, İsmayıllı rayonunda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı gördüyü işlərlə əlaqədar yaxşı qazanc olduğunu, sərmayə yatırdığı halda işin yekununda əldə ediləcək qazancdan guya ona da pay verə biləcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və tanışlıq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2012-ci ilin may ayının əvvəllərindən həmin ilin iyun ayının əvvəllərinədək olan müddət ərzində istintaqla müəyyən edilməyən gündə Bakı şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankdan həmin dövrün məzənnəsi ilə 15.716 manat ekvivalentində 20.000 ABŞ dolları məbləğində pulu, 2012-ci ilin iyun ayının ortalarında isə istintaqla müəyyən edilməyən gündə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Pervouralskiy şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankdan həmin dövrün məzənnəsi ilə 1.571 manat ekvivalentində 2.000 ABŞ dolları məbləğində pulu Bakı şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankda olan öz hesabına köçürülməsi yolu ilə, daha sonra eyni niyyətlə 2012-ci ilin avqust ayının əvvəllindən həmin ilin sentyabr ayının sonunadək olan müddət ərzində, müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Bakı şəhəri, Səbail rayonu, S.Vurğun adına parkın yaxınlığında yerləşən, “Atra Bank”ın Nəsimi rayon filialının 6 saylı valyuta dəyişmə məntəqəsində xəzinədar işləyən Şahid19 hissə-hissə ümumilikdə həmin dövrün məzənnəsi ilə 22.526 manat ekvivalentində 28.000 ABŞ dolları məbləğində pulu şəxsən və tanışı Şahid20 vasitəsilə almaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə 39.813 manat ekvivalentində 50.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, öz cinayətkar əməllərini davam etdirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 Gəncə şəhərində su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı gördüyü işlərlə əlaqədar yaxşı qazanc olduğunu, sərmayə yatırdığı halda işin yekununda əldə ediləcək qazancdan guya ona da pay verə biləcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və tanışlıq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Abşeron rayonu, Saray qəsəbəsi, “Bolmart” mağazasının qarşısında Zərərçəkmiş şəxs2 qardaşı Şahid21 9 aprel 2017-ci ildə həmin dövrün məzənnəsi ilə 5.109 manat ekvivalentində 3.000 ABŞ dolları, 24 aprel 2017-ci ildə həmin dövrün məzənnəsi ilə 3.404 manat ekvivalentində 2.000 ABŞ dolları, 2017-ci ilin may ayında müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Gəncə şəhərində Zərərçəkmiş şəxs2 qayını Şahid23 ümumilikdə həmin dövrün məzənnəsi ilə 6.809 manat ekvivalentində 4.000 ABŞ dolları, 30 may 2017-ci ildə Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar məhəlləsində işçisi Şahid24 həmin dövrün məzənnəsi ilə 1.191 manat ekvivalentində 700 ABŞ dolları məbləğində pulu şəxsən və adları qeyd olunan şəxslər vasitəsilə almaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə 16.513 manat ekvivalentində 9.700 ABŞ dolları məbləğində nağd pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2000-ci ildə mərhum bacanağı Abbas Əliyevin qardaşı Zərərçəkmiş şəxs1la Bakı şəhərində görüşən zaman sonuncu ona 13.000 ABŞ dolları məbləğində pulunun olduğunu deyib həmin pulun müqabilində özünə torpaq sahəsi alınmasına köməklik etməyi ondan xahiş etmişdir. Bundan bir müddət sonra, elə 2000-ci ildə mərhum qayınatası Fərrux Vəliyev onun hazırda qeydiyyatda olduğu ünvan 5 ünvanda yerləşən mənzilinə gələrək 13.000 ABŞ dolları məbləğində pulu verərək, pulun Zərərçəkmiş şəxs1 məxsus olduğunu və sonuncu üçün torpaq alınması üçün nəzərdə tutulduğunu ona demişdir. Bundan sonra o, Azada məxsus həmin dövrün məzənnəsi ilə 12.000 manat təşkil edən 13.000 ABŞ dolları məbləğində pulu, eləcə də özünə məxsus 18.000 manat pulu mərhum kirvəsi Əli Əliyevə vermişdir ki, Əhmədli bələdiyyəsinin sədri olan Xudayarla görüşüb həm Azad üçün, həm də onun üçün eyni ərazidən yan-yana torpaq sahəsi alsın. Mərhum kürəkəni Əli Əliyevin həmin vaxt Xudayarla münasibətləri yaxşı olduğundan o, torpaq sahələrinin alınması ilə bağlı Əlidən bunu xahiş etmişdir. Daha sonra Əli Əliyev ünvan 6 ünvanında olmaqla Zərərçəkmiş şəxs1 12.000 manat pulunun müqabilində sotu 3.000 manatdan olmaqla 4 sot, onun üçün isə 18.000 manat dəyərində sotu 3.000 manatdan olmaqla 6 sot yan-yana torpaq sahəsi almışdır. 2003-cü ildə Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasından Bakı şəhərinə gələndə o, öz torpaq sahəsinə bitişik olan 4 sot torpaq sahəsini göstərib həmin torpaq sahəsinin Azada məxsus olduğunu Azada demişdir. 2007-ci ildə Zərərçəkmiş şəxs1 öz xahişi ilə qeyd edilən 4 sot torpaq sahəsinə dair Azadın mərhum qardaşı, onun isə bacanağı Abbasın kürəkəni Şahid17lə Əhmədli bələdiyyəsinin sədri Xudayar Xudiyev arasında 49 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Zərərçəkmiş şəxs1 üçün torpaq sahəsi alınması ilə bağlı 2000-ci ildə ona 13.400 ABŞ dolları yox, 13.000 ABŞ dolları məbləğində pul verilmiş, 13.000 ABŞ dolları məbləğində pulu, mərhum qayınatası Fərrux Vəliyevin ona vermişdir. 2000-ci ildə Azad üçün torpaq sahəsi alınması ilə bağlı danışarkən Azada çıxarışla 7 sot torpaq sahəsi alacağına dair söz verməmişdir. 2005-ci ildə mərhum bacanağı Abbas Əliyev ona müraciət edərək Türkiyə Respublikasında yaşayan qardaşı Azadın Bakı şəhərində dəniz kənarı ərazilərin birində özünə torpaq sahəsi almaq istədiyini, Azadın torpaq sahəsi alınması ilə bağlı pul göndərdiyini deyib bu işdə köməklik etməyi ondan xahiş etmişdir. O, bununla bağlı Abbasa torpaq sahəsi axtarmağı məsləhət görmüş və bu işlə məşğul olan maklerlərin olduğunu demişdir. Həmin vaxt Abbas qardaşı Azadın torpaq sahəsi alınması ilə bağlı hansı məbləğdə pul göndərməsini deməmiş, o da bu barədə Abbasdan heç nə soruşmamışdır. Bir müddət sonra Abbas yenidən ona müraciət edərək Pirşağı qəsəbəsində, dəniz kənarında hasara alınmış ərazidə bir hektar torpaq sahəsi tapdığını, həmin torpaq sahəsinin hazırda icarədə olduğunu demişdir. Bundan sonra o, Türkiyə Respublikasında yaşayan Azada zəng edərək Pirşağı qəsəbəsində, dəniz kənarında hasara alınmış ərazidə bir hektar torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin icarəyə verildiyini Azada demişdir. Telefon danışığı zamanı Azad ona torpaq sahəsini üç il müddətinə icarəyə götürəcəyini, milliyyətcə Türk olan bir nəfər şəriki ilə Bakı şəhərinə gəlib həmin torpaq sahəsində istirahət mərkəzi tikəcəyini demişdir. Bu söhbətdən bir neçə il keçsə də Azad Bakı şəhərinə gəlməmişdir. 2008-2009-cu illərdə Azad Bakı şəhərinə gəlmiş və görüşən zaman o, Azada torpağın icarə haqqını vaxtlı-vaxtında ödəməyi Azada demişdir. Azad isə icarə haqqını ödədiyini ona demişdir. Hətta həmin ərəfələrdə o, bacanağı Abbasa boş qalmasın deyə torpaq sahəsində yonca və şam ağacları əkməyi də məsləhət görmüşdür. Bacanağı Abbas isə ona bu barədə Azada dediyini, Azadın isə cavabında torpağın ona məxsus olduğunu, nə istəsə edəcəyini dediyini ona bildirmişdir. Təxminən 2013-2014-cü illərdə Azad birlikdə gedib torpaq sahəsinə baxmağı ona təklif etmiş və o, Azadla birlikdə Pirşağı qəsəbəsinə torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmişdir. O, Azadla birlikdə torpaq sahəsinin yerləşdiyi əraziyə gələndə torpaq sahəsinin ətrafında olan hasarın bir hissəsinin söküldüyünü, daşların isə aparıldığını görmüşdür. Bu zaman o, bununla bağlı ərizə ilə polisə müraciət etməyi Azada demiş, Azad isə ona heç bir cavab verməmişdir. Bundan bir müddət sonra Azad onun yanına gələrək, hasarın sökülməsi ilə bağlı polisə müraciət etməsini, uçurulmuş hasarı yenidən bərpa etdirməsini və həmin torpaq sahəsinə çıxarışla rəsmiləşdirib təhvil verməsini ona demişdir. Bu zaman o, Azada torpaq sahəsinin uçurulmuş hasarını özünün bərpa etməli olduğunu, bununla bağlı polisə ərizə verməli olduğunu deyib, çıxarış alınması ilə bağlı məsləhət verə biləcəyini Azada demişdir. Bundan sonra onun Azadla heç bir əlaqəsi olmamışdır. O, Azad üçün Pirşağı qəsəbəsində torpaq sahəsinin alınması ilə bağlı Azadın arvadı, eləcə də yaxın qohumlarından pul almamış, Azadın torpaq sahəsini sənədləşdirə bilmədiyi üçün ona şər atmış, torpaq sahəsinin alınması ilə bağlı nəzərdə tutulmuş 234.000 ABŞ dolları məbləğində pulu Azadın qardaşı Abbasa vermiş, həmin torpaq sahəsini Pirşağı qəsəbəsinin axundu olan Hacı ləqəbli şəxs satmış, torpaq sahəsinin alınması ilə bağlı pulun Abbas tərəfindən Hacı ləqəbli şəxsə verilmiş, lakin konkret olaraq hansı məbləğdə pulun verilməsini bilməmiş, Abbas vəfat etdiyindən və Azadın hazırda torpaq sahəsini bəyənmədiyindən pulun ona verilməsi ilə bağlı ona şər ataraq pulu ondan tələb etmişdir. O, Zərərçəkmiş şəxs1 aldatmamış, Azada qarşı dələduzluq etməmişdir. Zərərçəkmiş şəxs2 ilə 2008-ci ildə Rusiya Federasiyasında yaşayan qohumu vasitəsilə tanış olmuşdur. O, 2009-cu ildə "xxxx" MMC adı altında hüquq şirkəti təsis etmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının müxtəlif bölgələrində aparılan tikinti işləri görmək məqsədilə avadanlıq almaq qərarına gəlmişdir. O, bu barədə Zərərçəkmiş şəxs2 məlumat verərək maliyyə vəsaiti qoymasını, birlikdə şərik işləyib mənfəət əldə edə biləcəklərini təklif etmişdir. Rüstəm onun bu təklifi ilə razılaşmış və ilkin olaraq ona 20.000 ABŞ dolları məbləğində pul vermişdir. Bundan sonra da Rüstəm bir ay müddətində Rusiya Federasiyasından ona 2.000 ABŞ dolları məbləğində pul göndərərək, əlavə vəsait lazım olacağı təqdirdə tapşırığına əsasən qardaşı Uğurludan götürə biləcəyini demişdir. Bundan sonra o, müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla Rüstəmin qardaşından ümumilikdə 23.000 ABŞ dolları məbləğində pul götürmüşdür. O, Rüstəmdən və onun qardaşından götürdüyü pulların müqabilində tikinti və qazıntı işlərində istifadə olunması üçün hər birinin dəyəri 10.000 manat olan 3 ədəd qaynaq aparatı, hər birinin dəyəri 800 manat olan 3 ədəd generator, hər birinin dəyəri 1.800 manat olan 5 ədəd sıxışdırıcı, hər birinin dəyəri 1.000 manat olan 5 ədəd nevril aparatı və 5.000 manat dəyərində 1 ədəd “Belorus” markalı traktor almışdır. 2012-ci ildə “Colin” şirkəti ilə təsisçisi olduğu "xxxx" MMC arasında subpodrat müqaviləsi bağlanmış və bağlanmış müqavilənin şərtlərinə əsasən o, İsmayıllı rayonu ərazisində su-kanalizasiya xətlərinin çəkilişi işinə başlamışdır. Müqavilənin şərtlərinə görə görüləcək işlərin hər bir metrinə görə ona 13 manat pul ödənilməsi nəzərdə tutulmuşdur. Həmin vaxt o, görüləcək işlərlə bağlı arada narazıçılıq yaranmasın deyə Rüstəmə ya özünün, ya da ki, yaxın bildiyi qardaşlarından birinin gəlib onunla bir yerdə olmağı təklif etmişdir. Rüstəm isə özünün işlərinin olduğunu, qardaşlarının birinin xəstə olduğunu, digər qardaşının isə ümumiyyətlə gələ bilməyəcəyini ona demişdir. O, məcbur qalıb işləri tək görməyə başlamışdır. O, bir il müddətinə İsmayıllı rayonu ərazisində qeyd olunan işlərin görülməsi ilə məşğul olmuş, qazanc əldə edə bilməyərək 60.000 manat zərər etməklə müqavilənin müddəti başa çatmışdır. O, bu barədə Rüstəmə də məlumat vermişdir. 2017-ci ilin may ayında “R-Servis LTD” şirkəti ilə təsisçisi olduğu "xxxx" MMC arasında 36 ay müddətinə müqavilə bağlanmış və bağlanmış müqavilənin şərtlərinə əsasən o, Gəncə şəhəri ərazisində su-kanalizasiya xətlərinin çəkilişi işinə başlamışdır. Müqavilənin şərtlərinə görə görüləcək işlərin hər bir metrinə görə ona 26 manat pul ödənilməsi nəzərdə tutulmuşdur. O, sonuncu müqavilə imzalanmamışdan öncə də Rusiya Federasiyasında yaşayan Rüstəmə zəng edərək müəyyən qədər vəsait lazım olduğunu bildirib, Gəncə şəhərinə onun yanına gəlməsini və şərikli qaydada işlərə nəzarət etməsini təklif etmişdir. Rüstəm Rusiya Federasiyasından bank vasitəsilə ona 4.700 ABŞ dolları məbləğində pul göndərmişdir. Bundan sonra da o, iki dəfə olmaqla Rüstəmin digər qardaşı Şahid21 ümumilikdə 5.000 ABŞ dolları məbləğində pul almış və qazıntı işlərinə başlamışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasından Gəncə şəhərinə onun yanına gəlmiş və onlar bir yerdə işlərini davam etdirmişlər. Bundan bir müddət sonra Rüstəm Gəncə şəhərində görüləcək işlərlə bağlı ona vermiş olduğu 9.700 ABŞ dolları məbləğində pulu başqa şəxslərdən borca alıb ona verdiyini və hazırda həmin şəxslərin pullarını tələb etdiyini bildirmişdir. O, “R-Servis LTD” şirkəti tərəfindən təsisçisi olduğu "xxxx" MMC-nin hesabına görülmüş işlərlə bağlı köçürülmüş pul vəsaitindən 18.000 manat məbləğində pul götürərək Zərərçəkmiş şəxs2 vermişdir. Elə bundan sonra da əslən Şəmkir rayonundan olan bir nəfər əvvəllər görmədiyi və tanımadığı şəxs Rüstəmin yanına gəlmiş və Rüstəm onun yanında həmin şəxsə borcundan 4.000 ABŞ dolları məbləğində pul qaytarmışdır. Bir müddət sonra “R-Servis LTD” şirkəti tərəfindən təsisçisi olduğu "xxxx" MMC-nin hesabına görülmüş işlərlə bağlı pul köçürülmədiyindən tabeçiliyində olan fəhlələr əmək haqqlarını ala bilməmələri ilə bağlı müxtəlif instansiyalara müraciət etmişlər. Fəhlələrin müraciəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanmış və o, istintaq dövründə icarədarlara, eləcə də fəhlələrə borclu qaldığı 130.000 manat məbləğində pulu hissə-hissə ödəmişdir. Elə bundan sonra da Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla ona vermiş olduğu ümumilikdə 54.700 ABŞ dolları məbləğində pulu geri tələb etməyə başlamışdır. O, 2012 və 2017-ci illər ərzində Zərərçəkmiş şəxs2 və qardaşlarından müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 54.700 ABŞ dolları məbləğində pul almış, Zərərçəkmiş şəxs2 ifadələrində ona 59.700 ABŞ dolları məbləğində pul verməsi ilə bağlı göstərdikləri yalandır, 2012-ci ildə Rüstəmdən aldığı 20.000 ABŞ dolları məbləğində pulun müqabilində avadanlıqlar almışdır, 2017-ci ildə Rüstəmin qardaşı Sultandan aldığı 5.000 ABŞ dolları məbləğində pul vəsaiti ilə Gəncə şəhərində görülən işlərlə bağlı fəhlələrin əmək haqlarını vermişdir, eləcə də gündəlik tələbata ödənildiyini, Gəncə şəhərində görüləcək işlərlə bağlı ziyan etdiklərini Rüstəmin də gördüyünü, Rüstəmlə xeyirə şərik olduqları kimi ziyana da şərik olduqlarını, Gəncə şəhərində qazıntı işləri gedə-gedə Zərərçəkmiş şəxs2 18.000 manat məbləğində puldan başqa bir dəfə də 3.000 ABŞ dolları məbləğində pul qaytarmışdır. O, Zərərçəkmiş şəxs2 aldatmamş, Rüstəmə qarşı dələduzluq etməmişdir. Təqsirləndirilən şəxs oğlunun yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2008-ci ildə Təqsirləndirilən şəxs Rusiya Federasiyasında yaşayan qohumu Əli Əliyev vasitəsilə tanımışdır. O, həmişə Bakı şəhərinə gələndə Təqsirləndirilən şəxslə dəfələrlə görüşmüş, Təqsirləndirilən şəxs bir ilə yaxın münasibətləri olmuşdur. Lətif söhbətləri zamanı Respublikanın müxtəlif rayonlarında tikinti işləri ilə məşğul olacağını ona demişdir. 2012-ci ildə o, Təqsirləndirilən şəxslə görüşən zaman ona Kürdəmir və Ucar rayonlarında qaz xətti çəkilişi işinə başlayacağını, bu işlərin görülməsi ilə bağlı avadanlıq almalı olduğunu deyib, pul vəsaiti verəcəyi təqdirdə onu da şərik kimi gördüyü işlərə cəlb edəcəyini bildirmişdir. Lətif ilkin olaraq təcili qaydada 20.000 ABŞ dolları məbləğində pulun lazım olduğunu ona demişdir. O, Lətifi uzun müddətdir ki, tanıdığından əvvəllər də hakim vəzifəsində işləməsini bildiyindən bu sözlərinə inanmış və bununla bağlı Lətifə razılıq vermişdir. 2012-ci ilin may ayında Lətif ona zəng edərək qaynı, eyni zamanda sürücüsü Sadığın ona yaxınlaşacağını, Sadıqla birlikdə Bakı şəhərində yerləşən, lakin hazırda xatırlamadığı hansısa banka getməli olduğunu və 20.000 ABŞ dolları məbləğində pulun hansısa hesaba köçürülməli olduğunu demişdir. Bu danışıqdan bir neçə dəqiqə sonra Sadıq Saray postunun yaxınlığına gələrək onu evdən götürmüş və Sadıq onu Bakı şəhərində xatırlamadığı hansısa banka gətirmişdir. Banka daxil olandan sonra Sadıq Lətifə zəng etmiş, daha sonra isə Sadıq telefonu bankda xəzinədə oturan qıza vermiş, Lətif həmin qızla telefonla danışandan sonra o, 20.000 ABŞ dolları məbləğində pulu öz adından hansısa hesaba köçürmüşdür. Buna dair bank tərəfindən ona iki ədəd qəbz təqdim olunmuş, lakin o, bir müddət sonra bu qəbzləri itirmişdir. Həmin vaxt Lətif ona yaxın günlərdə qaz xətlərinin çəkilişi işlərinin başlayacağına dair söz vermiş və pulu da təcili ödəməli olduğunu ona demişdir. O, 10-15 gün gözləmiş işlərin başlamadığını gördükdə Təqsirləndirilən şəxs zəng edib narazılığını bildirməklə, işlərin başlamamasının səbəbini soruşmuşdur. Lətif isə ona bu günlərdə işlərin başlayacağını demişdir. O, şəxsi işləri ilə bağlı 2012-ci ilin 10 iyun tarixində ailəsi ilə birlikdə Rusiya Federasiyasının Sverdlovsk vilayətinə getmişdir. 2012-ci ilin iyun ayında o, RF-na getdikdən bir müddət sonra Lətif yenə də ona zəng edərək daha da böyük işlərə başladığını, İsmayıllı rayonunda su-kanalizasiya işlərinin çəkilməsi işini götürdüyünü, bu işdə ona yenə də pul lazım olacağını, həmin pulun fəhlələrin əmək haqqına yönələcəyini, 2012-ci ilin 20 oktyabr tarixində gördüyü işlərin müqabilində pul götürəcəyini, bundan sonra ondan aldığı pulu əlavə qazancla birlikdə qaytaracağını deyib, əlində olan pulu ona verməsini xahiş etmişdir. O, həmin vaxt əlində 2.000 ABŞ dolları məbləğində pulunun olduğunu Lətifə dedikdə o, təcili olaraq həmin pulu göndərməsini ona demişdir. O, Lətifə inandığından özündə olan 2.000 ABŞ dolları məbləğində pulu 2012-ci ilin iyun ayında bank vasitəsilə Lətifə göndərmişdir. Lətif elə həmin gün pulu alan kimi ona zəng etmiş və pulun çatdığını demişdir. 2012-ci ilin avqust-sentyabr aylarında Lətif yenə də ona müxtəlif vaxtlarda bir neçə dəfə zəng edərək işlərinin daha da yaxşı getdiyini, təcili olaraq yenə də pul lazım olduğunu demişdir. O, 2012-ci ilin avqust ayında Gəncə şəhərində yaşayan qardaşı Şahid18 zəng edərək əvvəlcədən ona verdiyi öz pulundan Bakı şəhərinə Lətifə göndərməsini demişdir. 2012-ci ilin avqust-sentyabr aylarında olmaqla qardaşı Uğurlu onun tapşırığına əsasən Bakı şəhərində Təqsirləndirilən şəxs 3.000, 5.000 ABŞ dolları məbləğində olmaqla ümumilikdə 28.000 ABŞ dolları məbləğində pul vermişdir. Lətif həmin 28.000 ABŞ dolları məbləğində pulun bir hissəsini özü, qalan hisəsini isə dostu Şahid20 Bakı şəhərində valyuta dəyişmə məntəqəsində işləyən qardaşı Uğurlunun dostu Orucdan götürərək Lətifə vermişdir. Həmin 28.000 ABŞ dolları məbləğində pulun Orucdan götürülməsini isə qardaşı Uğurlu ondan xahiş etmişdir. Belə ki, Lətif hər dəfə ondan 3.000 və ya 5.000 ABŞ dolları məbləğində pul istədikdə o, Gəncə şəhərinə qardaşına zəng etmiş, qardaşı isə Bakı şəhərində Oruca zəng edərək Lətifin yaxınlaşacağını və deyilən məbləğin Lətifə çatdırılmasını xahiş etmişdir. Lətif və ya Şahid20 lazım olan məbləği Orucdan aldıqdan sonra qardaşı Uğurlu həmin pulu Oruca göndərmişdir. Hər dəfə pul Lətifə çatanda Lətif ona zəng edərək pulu aldığını, narahat olmamağı yaxşı pul qazanacağını və ona da əlavə qazanc verəcəyini demişdir. O, Təqsirləndirilən şəxs pulu qaytaracağına dair söz verdiyi vaxtda, yəni 2012-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs zəng edərək işin nə yerdə olduğunu soruşmuş, bu zaman Lətif işlərin yaxşı olduğunu, gördüyü işlərlə bağlı yaxın günlərdə ona pul ödəniləcəyini, 50.000 ABŞ dolları məbləğində pulunu üzərində əlavə qazancla qaytaracağını demişdir. Bir müddət sonra o, vaxtın uzandığını görüb bir neçə dəfə Lətifə zəng etmiş, Lətif isə öncə onu müxtəlif bəhanələrlə aldatmış, daha sonra isə ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. 2012-ci ilin 15 dekabr tarixində o, ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmiş və Lətifin dostu olan Şahid20 zəng edib İsgəndər ilə görüşmüş, İsgəndərə Lətifin onu aldatmasını demiş, İsgəndər öz telefonu ilə Lətifə zəng edib bununla bağlı iradlarını bildirmişdir. Lətif həmin danışıq zamanı Bakı şəhərində olmadığını, 5-10 günə gəlib onunla görüşəcəyini demişdir. Bu söhbətdən təxminən 10 gün sonra o, Təqsirləndirilən şəxslə Bakı şəhərində, Masazır qəsəbəsindəki Göyçə kafesində görüşmüş və Lətifdən 50.000 ABŞ dolları məbləğində pulunu və verməli olduğu əlavə qazancı tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona gördüyü işlərlə bağlı dövlətdən pulunu ala bilmədiyini, yaxın günlərdə məsələni həll edəcəyini demişdir. O, dəfələrlə Lətifdən verdiyi 50.000 ABŞ dolları məbləğində pulu və əlavə qazancı tələb etsə də o, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. 2014-cü ildən 2017-ci ilədək olan müddət ərzində isə Təqsirləndirilən şəxs ona bu gün, sabah “AKKORD” şirkətindən 200.000 manat məbləğində pul alacağını və həmin puldan ondan aldığı 50.000 ABŞ dolları və əlavə qazancı verəcəyini deyərək aldatmışdır. 2017-ci ilin mart ayında o, Bakı şəhərində Lətifin dəvəti ilə onunla görüşmüş, görüş zamanı Lətif ona “Binə” ticarət mərkəzinin sahibi olan Kəbrə ilə bu günlərdə qohum olacağını, Kəbrənin yaxın günlərdə ona tikinti işləri ilə bağlı böyük layihələr verəcəyini, birlikdə yaxşı pul qazanacaqlarını deyib, darıxmamağı, hər şeyin yaxşı olacağını bildirmişdir. O, Lətifin bu təklifinə də etiraz etməmişdir. 2017-ci ilin mart ayının ortalarında o, yenə də ailəsini götürüb RF-na getmişdir. 2017-ci ilin 8 aprel tarixində Lətif ona zəng edərək Kəbrənin köməkliyi ilə Gəncə şəhrində 590 km su-kanalizasiya xətlərinin çəkilişini tenderdə qazandığını, yaxşı pul qazanacaqlarını, ondan aldığı əvvəlki 50.000 ABŞ dolları məbləğində pulu da qaytaracağını deyib, onu birlikdə işləmək məqsədilə yanına dəvət etmiş və həmin işlərə başlanılması ilə bağlı təcili olaraq 3.000 ABŞ dolları məbləğində pul göndərməsini xahiş etmişdir. O, Lətifə verdiyi 50.000 ABŞ dolları məbləğində pulu geri almaq məqsədilə məcbur olub Lətiflə razılaşmış və qardaşı Sultana zəng edərək Lətifə 3.000 ABŞ dolları verməsini xahiş etmişdir. 9 aprel 2017-ci il tarixdə Lətif qardaşı Sultanla Saray qəsəbəsindəki “Bolmart” marketinin qarşısında görüşmüş və qardaşı Lətifə 3.000 ABŞ dolları məbləğində pul vermişdir. Bir neçə gün sonra Lətif yenə də ona zəng edərək təcili 2.000 ABŞ dolları məbləğində pul lazım olduğunu demişdir. O, yenə də qardaşı Sultana zəng edib qardaşında olan 2.000 ABŞ dolları məbləğində pulu Lətifə verməsini xahiş etmişdir. 24 aprel 2017-ci il tarixdə Lətif yenə də qardaşı Sultanla zəngləşib Saray qəsəbəsindəki “Bolmart” marketinin qarşısında görüşmüş və Sultan 2.000 ABŞ dolları məbləğində pulu Lətifə vermişdir. Hər dəfə Lətif ona zəng edərək pulu aldığını demişdir. 2017-ci ilin may ayının əvvəllərindən başlayaraq həmin ayın 20-dək olan müddət ərzində o, Lətifin tapşırığına əsasən RF-dan müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 4.000 ABŞ dolları məbləğində pulu qayını Şahid23 adına köçürmə qaydasında göndərmiş, Xalid də həmin pulları Gəncə şəhərində bankdan götürərək Lətifə çatdırmışdır. 2017-ci ilin 30 may tarixində isə o, yenə də Təqsirləndirilən şəxs ona göndərdiyi qohumu Şahid24 adına bank vasitəsilə 700 ABŞ dolları məbləğində pul göndərmişdir. 2017-ci ilin iyun ayında o, Gəncə şəhərinə Lətifin yanına gəlmiş və görüş zamanı Lətifə su-kanalizasiya xətlərinin çəkilişi işi ilə məşğul olmasına dair sənədlərlə tanış olmaq istəməsini demişdir. Lətif isə öz növbəsinə müxtəlif bəhanələr gətirərək sənədləri verməkdən yayınmışdır. O, Gəncə şəhərində Lətifin yanında olduğu 4-5 gün müddət ərzində fəhlələr və digər işçilərlə Lətifin arasında əmək haqqlarının verilməməsinə dair narazılıq olduğunu hiss etmişdir. O, təkidlə işlərin görülməsinə dair müqaviləni Lətifdən tələb etdikdə Təqsirləndirilən şəxs 5 may 2017-ci il tarixli müqaviləni ona təqdim etmişdir. O, müqavilənin şərtləri ilə tanış olanda, görüləcək işlərin hər paqonmetrinə dair 26 manat məbləğində pulun ödəniləcəyini gördükdə, həmin məbləğin az olduğunu, bu pulun müqabilində nəinki qazanc götürmək, hətta fəhlələrin əmək haqqlarının belə ödənilməsinin mümkün olmadığını bildiyindən, Təqsirləndirilən şəxs son ərəfələrdə verdiyi 9.700 ABŞ dolları məbləğində pulu dərhal, əvvəllər verdiyi 50.000 ABŞ dolları məbləğində pulu isə bir qədər sonra, lakin qısa müddət ərzində qaytarmasını tələb etmişdir. Bu zaman Lətif ona narahat olmamağı, hər ay 18.000 manat qazanc verəcəyini, daha sonra isə verdiyi pulları qaytaracağını demişdir. O, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşdüyündən, sonuncudan hansı-yolla olursa olsun verdiyi 59.700 ABŞ dolları məbləğində pulu geri almaq məqsədilə məcbur qaldığından Lətifə aylıq 15.000 manat qazanca da razı olduğunu demişdir ki, bəlkə bu yolla pullarını geri ala bilsin. O, 3 ay Lətiflə birlikdə Gəncə şəhərində qalmışdır. Gəncə şəhərində qaldığı müddət ərzində Lətif onun təkidi ilə hissə-hissə, yəni 300, 500, 1.000, 1.500, 1.700, və bir dəfə də 5.000 manat olmaqla ümumilikdə 10.000 manat məbləğində pul vermişdir. Vaxt keçdikcə o, Lətif tərəfindən fəhlələrin də aldadıldığını, qazancın gizlədildiyini, fəhlələrin əmək haqqlarının verilmədiyini görmüşdür. Bir müddət sonra fəhlələr Lətifdən əmək haqqlarını tələb edərək barəsində Korrupsiyaya Qarşı Mübarizə idarəsinə şikayət etmişlər. Bundan sonra o, təkidlə Lətifdən pulunu tələb etdikdə Lətif ondan aldığı 28.000 ABŞ dolları məbləğində pulun müqabilində özünə məxsus NZS qəsəbəsindəki torpaq sahəsini ona təklif etmişdir. O, bununla razılaşmamışdır. Daha sonra isə Lətif ona “Lalafo” internet saytında Bakı şəhəri, Sabunçu rayonu, Y.Saratov küçəsindəki 99 ünvanında yerləşən evini 120.000 manata satışa qoyduğunu, evi satıldıqdan sonra pulunu qaytaracağını demişdir. Daha sonra o, Lətifin oğlu Elxanla görüşən zaman sonuncu ona atasının yaşadıqları evi baha qiymətə satışa qoyduğunu, həmin evin dəyərinin 120.000 manat olmadığını demişdir. O, Lətifə zəng edərək evinin qiymətini aşağı salmasını, evi tez bir zamanda satıb pulunu qaytarmasını dedikdə Lətif ona ümumiyyətlə pul verməyəcəyini demişdir. Bundan sonra o, Lətifin barəsində DİN-in BMCMİ-nə şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişdir ki, o, 1993-cü ildə işləyib çörək pulu qazanmaq məqsədilə ailəsi ilə birlikdə yaşadığı Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasının Antalya şəhərinə getmiş və 17 il orada yaşayıb işləmişdir. 28 sentyabr 2000-ci il tarixdə o, topladığı pulla özünə mülk almaq məqsədilə Bakı şəhərinə gəlmiş və qardaşı Abbasın bacanağı Təqsirləndirilən şəxslə Bakı şəhərində görüşüb sonuncunun Sabunçu rayonu ərazisində yerləşən hazırda qeydiyyatda olduğu və həmin vaxt yaşadığı ünvan 8 ünvanındakı mənzilinə gəlmişdir. O, həmin vaxt Bakı şəhərini yaxşı tanımamış və şəhərə ilk dəfə gəlmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona narahat olmamağı onun üçün şəhərin yaxşı yerində ev tikmək məqsədilə torpaq sahəsi alacağını, şəhəri tanımadığı üçün aldadıla biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs inanıb həmin vaxt topladığı 13.400 ABŞ dolları məbləğində pulu yuxarıda qeyd edilən ünvanda Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs isə pulu alıb sayaraq saxlaması üçün arvadı Ərkinaza vermişdir. O, bir neçə gün Təqsirləndirilən şəxs evində qalmiş və yenidən Türkiyəyə qayıtmışdır. Bundan bir neçə ay sonra Təqsirləndirilən şəxs ona zəng edərək verdiyi 13.400 ABŞ dolları məbləğində pulun müqabilində Bakı şəhərinin ən yaxşı yerində onun üçün 7 sot sahəsi olan torpaq sahəsi aldığını, həmin torpaq sahəsini çıxarışla öz adına aldığını, Bakı şəhərinə gələndə onun adına rəsmiləşdirəcəyini, ona məxsus torpaq sahəsinə bitişik özünə də torpaq aldığını, gələcəkdə qonşu olacaqlarını demişdir. 2003-cü ildə o, Bakı şəhərinə gəlmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, kənd Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsindəki hal-hazırda yaşadığı evin sol tərəfindəki 7 sot sahəsi olan və ətrafı hasara alınmış torpağı aralı məsafədən göstərib həmin torpaq sahəsinin ona məxsus olduğunu demişdir. O, Lətifə inandığından, eləcə də həmin vaxt torpaq sahəsinin üzərində hər hansı bir tikinti-quraşdırma işləri aparmayacağından sonuncudan torpağa dair heç bir sənəd tələb etməmişdir. Bir neçə gün sonra o, yenə də Türkiyəyə qayıtmışdır. O, bir neçə il Türkiyədə yaşayıb işlədiyi dövrdə yenə də pul toplamış və topladığı pulun müqabilində gələcəkdə iş görüb pul qazanmaq məqsədilə Bakı şəhərində dəniz kənarı ərazilərdən birində torpaq sahəsi almaq qərarına gəlmişdir. 2006-cı ildə o, Novxanı, Mərdəkan və ya Bilgəh qəsəbələrindən dəniz kənarı ərazidən çıxarışlı torpaq sahəsi almaq məqsədilə Bakı şəhərində yaşayan qohumlarına zəng edərək onun üçün torpaq sahəsi tapmalarını xahiş etmişdir. Bundan qısa bir müddət sonra əmisinin oğlu Şahid8 ona zəng edərək Sumqayıt şəhərində dəniz kənarında 10.000 kv.m sahəsi olan çıxarışlı və tikintiyə icazəsi olan torpaq sahəsi tapdığını demiş və həmin torpaq sahəsinə baxa biləcəyini bildirmişdir. O, 2-3 gün ərzində düşünüb cavab verəcəyini Qabilə bildirmişdir. Bu telefon danışığından 1-2 gün sonra Təqsirləndirilən şəxs zəng edərək ona “eşitmişəm Sumqayıt şəhərində torpaq almaq istəyirsən, darıxma, ora nə yerdir ki, pul verirsən, mən sənə daha da yaxşı yer tapacağam” sözlərini demişdir. O, telefon danışığı zamanı Təqsirləndirilən şəxs milliyyətcə türk olan iş adamı ilə şərikli qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiyini, almaq istədiyi dənizkənarı torpaq sahəsində istirahət mərkəzləri yaradacağını deyərək Novxanı, Mərdəkan və ya Bilgəh qəsəbələrindən dəniz kənarı ərazidən çıxarışlı torpaq sahəsi axtardığını Lətifə bildirmişdir. Bundan başqa telefon danışığı zamanı o, Lətifə 100.000 ABŞ dolları məbləğində pulunun olduğunu, artıq pulunun olmadığını da demişdir. Bu danışıqdan 2-3 gün sonra Lətif zəng edərək onun üçün Bakı şəhərinin ən gözəl dəniz kənarı sanatoriya bölgəsindən 12.000 kv.m sahəsi olan və toplam dəyəri 240.000 ABŞ dolları təşkil edən çıxarışlı torpaq sahəsi tapdığını demişdir. O, torpaq sahəsinin harada olmasını Lətifdən soruşduqda sonuncu yenə də ona torpağın Bakı şəhərinin ən gözəl sanatoriya ərazisində yerləşdiyini demiş, lakin konkret olaraq məkan adı çəkməmişdir. Həmin vaxt o, artıq uzun müddətdir ki, Türkiyə Respublikasında yaşadığından, Bakı şəhərində az olduğundan, şəhəri elə də yaxşı tanımadığından buna elə də əhəmiyyət verməmiş və qohumu Lətifin onun üçün şəhərin ən yaxşı yerində torpaq sahəsi tapdığını düşünmüşdür. O, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin dəyərinin 240.000 ABŞ dolları olduğunu eşidən kimi Lətifə 100.000 ABŞ dolları məbləğində pulunun olduğunu və əlavə pulunun olmadığını bir daha demişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin torpaq sahəsini tərif etməyə başlayıb, torpaq sahəsinin dəyərinin əslində 500.000 ABŞ dolları məbləğində olduğunu, məhkəmənin hakimi olmasına görə torpaq sahəsini demək olar ki, yarı qiymətə verdiklərini, hakim olduğuna görə torpaq sahəsinin sahibinin münasibət yaratmaq istədiyini, torpaq sahəsinin qonşuluğunda yüksək rütbəli məmurların da torpaq sahələrinin olduğunu ona demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. O, həm qohumu kimi, həm də hakim kimi Təqsirləndirilən şəxs inanıb 100.000 ABŞ dolları məbləğində pulunun müqabilində həmin torpaq sahəsinin yarısını ala biləcəyini Lətifə demişdir. Bu zaman Təqsirləndirilən şəxs 1-2 günə əlaqə saxlayacağını ona demişdir. Bundan 1-2 gün sonra Təqsirləndirilən şəxs təkrarən ona zəng edərək torpaq sahibi ilə danışdığını, torpaq sahibinin həmin torpağı hissə-hissə satmadığını, yalnız Lətifə görə ilkin olaraq 100.000 ABŞ dollarını verdikdən sonra qalan pulu da hissə-hissə ödəyə biləcəyini ona bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs işləri ilə bağlı Türkiyədən gələ bilməyəcəyini deyib, torpaq sahəsinin sənədləşmə işlərinin hansı qaydada aparılacağını soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs ona torpaq sahəsini onun arvadı Şahid1 adına rəsmiləşdirə biləcəyini demiş və o, Lətiflə razılaşmışdır. 2006-cı ilin noyabr ayının ortalarında o, Naxçıvan MR-nın Şərur rayonunda yaşayan arvadı Elmiraya zəng edərək evdə olan 100.000 ABŞ dolları məbləğində pulu götürüb Bakı şəhərinə getməsini və qohumları olan Təqsirləndirilən şəxs verməsini tapşırmışdır. Hətta o, telefon danışığı zamanı arvadına Təqsirləndirilən şəxs onlara nə dərəcədə yaxşılıq etdiyini, onlar üçün yaxşı torpaq sahəsi tapdığını, həmin torpaq sahəsinin dəyərinin əslində baha olduğunu, Təqsirləndirilən şəxs görə onlara yarı qiymətə verdiklərini, torpaq sahəsinin arvadının adına rəsmiləşdiriləcəyini də demişdir. Bu telefon danışığından 1-2 gün sonra, yəni 2006-cı ilin noyabr ayının sonlarında arvadı Elmira 100.000 ABŞ dolları məbləğində pulu evdən götürüb Bakı şəhərinə gəlmiş və Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və həmin vaxt yaşadığı ünvan 8 ünvanındakı mənzilində Lətifə vermişdir. Elmira 100.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs verən kimi sonuncu ona zəng edərək narahat olmamağı, pulu aldığını, 1-2 günə torpaq sahəsini Elmiranın adına rəsmiləşdirəcəyini demişdir. Bundan 1-2 gün sonra Təqsirləndirilən şəxs təkrarən ona zəng edərək Elmiranın Naxçıvan qeydiyyatında olduğu üçün torpaq sahəsini sonuncunun adına rəsmiləşdirə bilməyəcəyini, torpaq sahəsini ilkin olaraq Bakı qeydiyyatında olan şəxsin, daha sonra isə Elmiranı dəvət edərək sonuncunun adına rəsmiləşdirəcəyini demişdir. O, qohum kimi Təqsirləndirilən şəxs dediyi bütün sözlərə inanmışdır. Bundan sonra o, arvadına zəng edərək Naxçıvan MR-na qayıtmasını, lazım olanda zəng edib məlumat verəcəyini demişdir. O, torpaq sahəsinə görə borclu qaldığı 140.000 ABŞ dolları məbləğində pulla bağlı çox narahatlıq keçirmiş və borcu tez bir zamanda bağlamağı düşünmüşdür. Bu məqsədlə də o, 2007-ci ilin mart ayında Antalya şəhərində olan yaşadığı evi 70.000 ABŞ dollarına satmışdır. Alqısatqı ilə bağlı evin sənədləşmə işləri başa çatmış və 2007-ci ilin mart ayında o, 70.000 ABŞ dolları məbləğində pulun üstünə 5.000 ABŞ dolları da əlavə edərək Antalya şəhərində onunla bir yerdə işləyən və yaşayan qardaşı Şahid2 verib Təqsirləndirilən şəxs çadırması üçün qardaşını Bakı şəhərinə göndərmişdir. Hətta həmin vaxt Bakı şəhərində yaşayan digər qardaşı Şahid3 də zəng edərək Hatəm vasitəsilə Təqsirləndirilən şəxs çatdırılması üçün 75.000 ABŞ dolları məbləğində pul göndərdiyini demişdir. Daha sonra o, dərhal Təqsirləndirilən şəxs də zəng edərək qardaşı Hatəm vasitəsilə 75.000 ABŞ dolları məbləğində pul göndərdiyini demişdir. Hatəmin Bakı şəhərinə getdiyi günün axşamı qardaşı İbrahim ona zəng edərək, pulu vermək üçün Təqsirləndirilən şəxs zəng etdiyini, lakin Təqsirləndirilən şəxs işdə olduğunu, pulu götürmək üçün sürücüsü, eyni zamanda qayını Şahid5 göndərdiyini, Sadıq gələn zaman qohumları Bayramın Binə sovxozunda yerləşən evində olduğunu, orada 75.000 ABŞ dolları məbləğində pulu sayaraq Təqsirləndirilən şəxs çatdırılması üçün sürücüsü Sadıqa verdiyini ona demişdir. Elə bu zəngdən sonra o, pulun alınıb alınmamasını dəqiqləşdirmək məqsədilə Təqsirləndirilən şəxs zəng etmiş, bu zaman Lətif narahat olmamağı, 75.000 ABŞ dolları məbləğində pulu sürücüsü Sadıqdan götürdüyünü ona demişdir. 2007-ci ilin iyun ayının sonlarında o, Antalya şəhərində onunla birlikdə yaşayıb işləyən əmisi oğlu Şahid6 25.000 ABŞ dolları məbləğində pul verib Təqsirləndirilən şəxs çatdırması üçün Bakı şəhərinə göndərmiş və bununla bağlı elə həmin gün zəng edərək Təqsirləndirilən şəxs məlumat vermişdir. Həmin günün axşamı o, Lətifə zəng edib pulu alıb-almamasını soruşduqda sonuncu ona narahat olmamağı, 25.000 ABŞ dolları məbləğində pulu aldığını, artıq vəzifəsini dəyişdiyini, Suraxanı rayon məhkəməsinin sədri vəzifəsinə təyin olunduğunu, hər şeyin yaxşı olacağını bildirib vətənə qayıtmasını ona məsləhət görmüşdür. O, yarım qalan işlərini qaydasına qoyub Bakı şəhərinə qayıdacağını Lətifə demişdir. Bundan sonra o, Asifə zəng edərək hansı səbəblərə görə Lətiflə görüşüb pul verməsini ona bildirməməsi ilə bağlı iradını bildirmiş, bu zaman Asif məlumat verməyi unutduğunu, Lətiflə Sabunçu qəsəbəsində dəmiryolunun yaxınlığında görüşüb 25.000 ABŞ dolları məbləğində pulu maşında Lətifə verdiyini ona demişdir. Bundan sonra da o, bir qohum kimi mütəmadi olaraq Lətiflə telefonla əlaqə saxlayıb ümumi söhbətlər etmiş və hər dəfə danışanda Lətif aldığı torpaq sahəsini ona tərif edərək, qiymətinin hər gün bahalaşdığını, hazırda həmin torpaq sahəsinin dəyərinin 1.000.000 ABŞ dolları olduğunu demişdir. O isə öz növbəsində dəyəri 1.000.000 ABŞ dolları təşkil edən torpaq sahəsini Təqsirləndirilən şəxs nüfuzuna görə 240.000 ABŞ dolları müqabilində aldığına görə sevinmiş və hər dəfə telefon danışığı zamanı Lətifə öz minnətdarlığını bildirmişdir. O, almış olduğu torpaq sahəsinə görə borclu qaldığı 40.000 ABŞ dolları məbləğində pulu çox çətinliklə 2008-ci ilin avqust ayında düzəltmiş və pulu Təqsirləndirilən şəxs çatdırılmasından ötrü Şərur rayonunda yaşayan arvadı Elmiraya göndərmişdir. Bununla bağlı bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etsə də telefonu sönülü olduğundan sonuncu ilə danışa bilməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs istirahətdə olduğu üçün telefonunun sönülü olması ona məlum olmuşdur. 2008-ci ilin oktyabr ayının sonlarında o, Təqsirləndirilən şəxs zəng edib telefonla danışan zaman 40.000 ABŞ dolları məbləğində qalan borcunu da düzəltdiyini, lakin telefonuna uzun müddət zəng çatmadığını, bu səbəbdən də ailə üzvlərində qalmış 40.000 ABŞ dolları məbləğində pulun 6.000 ABŞ dolları məbləğində olan hissəsinin gündəlik tələbatla bağlı xərcləndiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs ona istirahətdə olduğu üçün telefonunu söndürdüyünü, pulun əskik olmasında heç bir problrmin olmadığını demiş və 34.000 ABŞ dolları məbləğində pulu göndərməsini bildirmişdir. Bundan sonra o, Naxçıvan MR-da yaşayan əmisi oğlu Şahid7 zəng edərək arvadı Elmiradan 34.000 ABŞ dolları məbləğində pulu götürüb Bakı şəhərində Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. O, bu barədə zəng edib arvadına da məlumat vermişdir. 2008-ci ilin oktyabr ayının sonlarında Müseyib ona zəng edərək 34.000 ABŞ dolları məbləğində pulu Sabunçu rayonu ərazisində Sabunçu xəstəxanasının yaxınlığında Təqsirləndirilən şəxs verdiyini demişdir. Həmçinin ona məlum olmuşdur ki, Müseyibi Lətiflə görüşməyə əmisi oğlu Qabil öz maşını ilə aparmışdır. Müseyibin zəngindən sonra Təqsirləndirilən şəxs ona zəng edərək 34.000 ABŞ dolları məbləğində pulu Müseyibdən götürdüyünü, torpağa görə ödənilməli olan pulun tam şəkildə ödənildiyini bildirib onu təbrik etmiş və narahat olmamağı, artıq torpağın çıxarışını da əldə etdiyini demişdir. O, Təqsirləndirilən şəxs deməsinə görə artıq tam arxayın olmuşdur ki, Bakı şəhərində dəniz kənarı ərazidə onun da özünə məxsus 12.000 kv.m sahəsi olan torpaq sahəsi var. O, yenə də boş vaxtlarında Təqsirləndirilən şəxslə zəngləşib ümumi söhbətlər etmiş, hətta 2008-ci ilin sonu 2009-cu ilin əvvəllərində Təqsirləndirilən şəxslə telefonla danışan zaman sonuncu ona aldığı torpağın dəyərinin artıq 2.000.000 ABŞ dolları məbləğində olduğunu demişdir. 2009-cu ilin fevral ayının sonu mart ayının əvvəllərində o, Bakı şəhərinə gəlmiş və Təqsirləndirilən şəxslə görüşmüşdür. Təqsirləndirilən şəxslə görüşməsinə baxmayaraq bir müddət şəxsi işləri ilə məşğul olduğundan aldığı torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs heç nə soruşub maraqlanmamışdır. 2009-cu ilin sonlarında o, Lətifdən almış olduğu torpağa dair çıxarışı tələb etmiş, Təqsirləndirilən şəxs çıxarışın evdə olduğunu, işlərinin çox olduğunu deyib bir müddət onu gözlətmişdir. Daha sonra isə Lətif ona zəng edərək torpağa dair çıxarışı baldızı, onun isə mərhum qardaşı Abbasın arvadı olan Şəkərə verdiyini və çıxarışı Şəkərdən götürə biləcəyini demişdir. Həmin günün axşamı Şəkər Neftçilər metrostansiyasının yaxınlığında yerləşən kirayədə yaşadığı evinə gələrək sənədi zərfin içərisində ona vermişdir. O, həmin vaxt qardaşı arvadı Şəkəri uzun müddətdir ki, görmədiyindən bir yerdə oturub ümumi ailəvi söhbətlər etmiş, sonra isə gec olduğundan yatmış və zərfdəki çıxarışa baxmamışdır. Ertəsi gün o, zərfi açıb baxdıqda zərfin içərisində Pirşağı bələdiyyəsi tərəfindən Şahid12 və Gülzar Vəliyevanın hər birinin adına 5.000 kv.m sahəsi olan torpaq sahəsi ilə bağlı 2007-ci ilin 5 fevral tarixində on il müddətinə verilmiş iki ədəd icarə müqaviləsi və iki ədəd torpaq vergisinin ödənişinə dair qəbzin olduğunu görmüşdür. Bundan başqa o, icarə müqavilələrinə nəzər yetirərkən Gülzar və Nizami adlı şəxslərin də Naxçıvan qeydiyyatında olduqlarını görmüş və Lətifin ona arvadı Elmiranın Naxçıvan qeydiyyatında olması ilə bağlı sənədləşmə işlərinin sonuncunun adına aparıla bilməyəcəyini deməsi yadına düşmüşdür. O, dərhal Təqsirləndirilən şəxs zəng edib iradını bildirərək görüşməyi tələb etmişdir. Təqsirləndirilən şəxs bir neçə gün onu işlərinin olması adı ilə gözlətdikdən sonra görüşmüşdür. Bu zaman o, Təqsirləndirilən şəxs irad tutaraq çıxarışla torpaq sahəsi alınması ilə bağlı sonuncuya 234.000 ABŞ dolları məbləğində pul verdiyini, bu azmış kimi hələ 10 il müddətində hər il 200 manat icarə haqqı ödəməli olduğunu bildirib, nəyə görə 234.000 ABŞ dolları məbləğində pulu ödədiyini Lətifdən soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs ona Gülzar və Nizamini ilk öncə Bakı şəhərinə qeydiyyata saldırdığını, daha sonra isə bələdiyyə tərəfindən icarə müqavilələrinin həmin şəxslərlə bağlandığını, illik 200 manat məbləğində pulun vergi rüsümü üçün nəzərdə tutulduğunu, 2017-ci ildə, yəni müqavilənin müddətinin bitəcəyi tarixdə torpaq sahəsinin onun adına çıxarışla rəsmiləşəcəyini bildirmiş və ödəniş qəbzlərinin onun adından tərtib edilməsindən ötrü illik 200 manat vergi rüsumunun onun tərəfindən bələdiyyəyə ödənilməli olduğunu tapşırmışdır. O, yenə də Lətifə iradını bildirərək belə razılaşmadıqlarını, hazır çıxarışlı torpaq üçün 234.000 ABŞ dolları məbləğində pul ödədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona uzun müddətdir ki, Türkiyədə yaşadığından Azərbaycan qanunlarını bilmədiyini, böyük sahəli torpaq ərazilərinin çıxarışları ilə bağlı ilkin sənədləşmənin bu şəkildə aparıldığını demişdir. Həmin ərəfələrdə o, dəfələrlə Təqsirləndirilən şəxs aldığı torpaq sahəsini göstərməsini tələb etsə də, sonuncu hər dəfə işlərinin çox olmasını, darıxmamağı, torpaq sahəsinin xəritəsinin onda olduğunu, gedib həmin ərazini özünün də tapa biləcəyini demişdir. O, yenə də Təqsirləndirilən şəxs bir hakim kimi qanunları bildiyini düşünüb sonuncuya inanmış və torpaq sahəsinə baxmadan belə hər il vaxtlı-vaxtında Pirşağı bələdiyyəsinə gedərək vergi rüsumunu ödəmişdir. 2010-cu ilin əvvəllərində o, icarə müqaviləsinə əlavə edilmiş xəritə əsasında onun üçün alınmış torpaq sahəsini axtarmağa başlamış və bu məqsədlə Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamış, sonuncu torpaq sahəsinin təxmini yerini ona izah etmişdir. Bundan sonra o, xəritə ilə soraqlaşa-soraqlaşa Pirşağı qəsəbəsində, dəniz kənarı qumluq ərazidə, xəritədə çəkilmiş sxemə uyğun olan yan-yana torpaq sahəsi tapmış və sxemdəki cizgilərə əsasən həmin torpaq sahəsinin ona məxsus olmasına əmin olmuşdur. Daha sonra isə o, müxtəlif vaxtlarda gedib həmin torpaq sahəsinə baş çəkmişdir. 2013-cü ildə o, Pirşağı bələdiyyəsində torpaq vergisini ödəyərkən hazırda adını xatırlamadığı bir nəfər bələdiyyə işçisindən çıxarışla bağlı hansı sənədlərin tələb olunduğunu, torpağa dair çıxarışın tez bir vaxtda əldə edilməsinin qanuni yollarını soruşmuşdur. Bu zaman bələdiyyə işçisi onda olan müqavilələrə baxıb, müqavilələrdə göstərilən torpaq sahələrinin dövlətə məxsus olduğunu, torpağın ona yalnız icarəyə verildiyini, müqavilələrin müddətinin bitəcəyi halda torpaq sahəsinin ona heç bir aidiyyətinin olmayacağını demişdir. O, bu sözləri eşidən kimi dərhal Təqsirləndirilən şəxs zəng etmiş, lakin Təqsirləndirilən şəxs yenə də ona narahat olmamağı bələdiyyə işçisinin qanunları bilmədiyini, həmin şəxsin boş-boş danışdığını demişdir. 2016-cı ilin ortalarında o, yenə də torpaq sahəsinə baxmaq üçün gedərkən torpaq sahəsinin daş hasarının bir hissəsinin söküldüyünü görüb, Lətifə zəng edərək bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs bunun mümkün olmadığını deyib, bir neçə dəqiqəyə zəng edəcəyini ona demişdir. Təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs ona zəng edərək bir daha bunun mümkün olmadığını dedikdə, o, Lətifin bunun şahidi olması üçün sonuncunu torpaq sahəsinin olduğu yerə dəvət etmişdir. Təqsirləndirilən şəxs ona rayonda olduğunu, Bakı şəhərinə gələndən sonra birlikdə torpaq sahəsinə gedib baxacağını bildirmişdir. Bundan təxminən 1 ay sonra o, Təqsirləndirilən şəxslə zəngləşib görüşmüş və birlikdə ona məxsus torpaq sahəsinə, eləcə də sökülmüş hasara baxmağa gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əvvəllər polisdə işləmiş Tahir adlı dostu da yanında olmuşdur. O, Lətifə uçurdulmuş daş hasarı göstərdikdə sonuncu gülümsəyərək ona “bu nə torpaqdır, gəlib tapmısan, səncə mən sənə belə torpaq alaram? Mən sənə başqa yerdə super torpaq sahəsi almışam” sözlərini deyib həmin torpaq sahəsini göstərəcəyini ona bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs zəng gəlmiş və Lətif təcili şəhərə qayıtmalı olduğunu, torpaq sahəsini yaxın günlərdə göstərəcəyini ona demişdir. O, Lətif və Tahiri yenidən öz maşını ilə şəhərə qaytarmış, sonra isə öz işləri ilə məşğul olmağa getmişdir. Bundan iki gün sonra Lətif özü ona zəng edərək Pirşağı qəsəbəsində olduğunu bildirib, torpaq sahəsini göstərmək üçün onu dəvət etmişdir. O, evdən çıxmaq istəyətkən Lətif yenidən zəng edərək işlərinin olduğunu və ertəsi gün birlikdə gedəcəklərini demişdir. Ertəsi gün o, Lətiflə zəngləşmiş və birlikdə Pirşağı qəsəbəsinə gəlmişlər. Qəsəbədə olarkən Lətifin tapşırığına əsasən o, maşını ilə Əliyulla adlı axundu da qəsəbədən götürmüş və Lətifin onun üçün aldığını bildirdiyi torpaq sahəsinin qarşısına gəlmişdir. Lətif Əliyullanı onun üçün almış olduğu torpağa nəzarət edən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs təmamilə boş, ot-alaq və qamışlıq bitmiş sahəni ona göstərib həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirəndə o, buna dözməyib əsəbiləşmiş və Lətifə iradlarını bildirib, təcili olaraq pulunu qaytarmasını tələb etmişdir. Bu zaman Lətif ona “sən məndən 120 sot yer istəmişdin, mən isə sənə hektar yarım torpaq almışam” sözlərini demişdir. O, Lətifə torpaq sahəsinin dəyərinin 234.000 ABŞ dolları məbləğində olmadığını, torpaq sahəsinin sənədsiz olduğunu bildirmiş və pulunu qaytarmasını tələb etmişdir. Hətta Lətifin deməsinə əsasən ona göstərdiyi torpağın dəyərinin 2.000.000 ABŞ dolları təşkil edəcəyi halda torpağı satıb təcili pulunu qaytarmasını tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs isə Əliyulla ilə söhbət edərək sonuncuya torpaq sahəsinə görə kiməsə 234.000 ABŞ dolları məbləğində pul verdiyini demiş, Əliyulla isə “get verdiyin pulu geri al” deyə cavab vermişdir. Lətif isə Əliyullaya həmin adamın telefonuna zəng çatmadığını demişdir. Təqsirləndirilən şəxs onun çox əsəbiləşdiyini və durmadan pulunu tələb etdiyini görüb, narahat olmamağı, torpağı satıb pulunu verəcəyini, ya da ki, həmin torpağa dair onun adına çıxarış alacağını deyib ondan 5-6 ay vaxt verməsini xahiş etmişdir. O, həmin ərəfələrdə Lətifin rayonlarda nə isə tikinti işləri ilə məşğul olduğunu, bunun müqabilində pul qazandığını bildiyindən məcbur qalıb Lətifə vaxt vermişdir. 2016-cı ilin təxminən noyabr ayında o, Lətifdə olan pulunu geri almaq məqsədilə yenə də zəng edib sonuncu ilə Nizami rayonu ərazisində yerləşən “Nissa” şadlıq sarayının yaxınlığındakı çayxanada görüşmüşdür. Həmin vaxt Lətifin yanında yenə də Tahir adlı dostu olmuş, onun yanında isə dostu Nəsimi olmuşdur. Söhbət zamanı o, yenə də Lətifdən pulunu tələb etdikdə, sonuncu ona həmin torpaq sahəsinin 1.000.000 ABŞ dolları qiymətinin olduğunu, sadəcə olaraq satmağa heyfinin gəldiyini bildirib darıxmamağı demiş, yenə də ondan 4-5 ay vaxt verməsini xahiş etmiş və ona öz pulundan əlavə 166.000 ABŞ dolları, yəni ümumilikdə 400.000 ABŞ dolları verəcəyinə dair söz vermişdir. Bu razılaşmadan sonra o, Lətifdən ayrılmışdır. Eyni zamanda o, Lətif tərəfindən Pirşağı qəsəbəsindəki torpaq sahəsi ilə bağlı aldadılacağından ehtiyat etdiyindən 2000-ci ildə Lətif tərəfindən onun üçün alınmış 7 sot sahəsi olan torpağın çıxarışını tələb etmək qərarına gəlmişdir. Bu məqsədlə o, bir neçə gün sonra yenə də Lətiflə görüşmüş və Şahin Səmədov küçəsinə Lətifin 2003-cü ildə ona göstərdiyi torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmişdir. Bu zaman Təqsirləndirilən şəxs illər öncə ona göstərdiyi torpaq sahəsini deyil, yaşadığı evin sağ tərəfindəki “Q” şəkili 4 sot sahəsi olan torpağı göstərib həmin torpaq sahəsinin ona məxsus olduğunu demişdir. O, illər öncə başqa torpaq sahəsini ona göstərməsini, həmin torpaq sahəsinin 7 sot olmasını Təqsirləndirilən şəxs dedikdə sonuncu ona həmin torpaq sahəsinin bələdiyyə tərəfindən zəbt olunduğunu, daha sonra isə ərazilərin yenidən bölündüyünü ona demişdir. O, məcbur olub Lətiflə razılaşmış və sonuncudan onun adına alınmış 4 sot torpağa dair çıxarışı tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona Əhmədli bələdiyəsi ilə mərhum qardaşı Abbasın kürəkəni Şahid17 arasında 2007-ci ildə bağlanmış 49 il müddətinə olan icarə müqaviləsini təqdim etmişdir. O, Təqsirləndirilən şəxs 2000-ci ildə almış olduğu torpaq sahəsinə görə 2007-ci il tarixli icarə müqaviləsinin 2016-cı ildə ona təqdim edilməsinin səbəblərini soruşduqda, sonuncu ona qəsəbədə olan bütün torpaqlarla bağlı sənədlərin belə olduğunu demişdir. O, Pirşağı qəsəbəsindəki torpaqla bağlı Təqsirləndirilən şəxs tərəfindən aldadılacağından ehtiyat etdiyindən məcbur qalıb həmin müqaviləni götürmüş və bir neçə gün müddət ərzində Lətifin torpaq sahəsi ilə öz torpaq sahəsinin arasını daş hasarla hördürüb 4 sot ərazini ayırmış və öz sahəsinə qapı qoymuşdur. 2017-ci ilin ortalarında o, yenə də Lətiflə əlaqə saxlayıb Pirşağı qəsəbəsində olan torpaq sahəsi ilə bağlı pulunu verməsini bildirdikdə, Lətif ona Gəncə şəhərində yaxşı işlər gördüyünü və yaxın günlərdə pulunu qaytaracağını demişdir. 2017-ci ilin sonnlarında o, təkrarən Lətifə zəng etdikdə ona Gəncə şəhərində gördüyü işlərlə bağlı problemlərinin yarandığını, işçilərin əmək haqqlarını verə bilmədiyini, narahat olmamağı, pulunu verəcəyini deyib, bir müddət möhlət verməsini ondan xahiş etmişdir. O, qohum olduqları üçün yenə də bir müddət Lətifi narahat etməmişdir. 2018-ci ilin səhv may ayında o, artıq Təqsirləndirilən şəxs tərəfindən qəti olaraq aldadıldığını başa düşdüyündən sonuncunun barəsində ərizələr hazırlamış, lakin heç bir hüquq mühafizə orqanına ünvanlamadan Lətifə zəng edərək barəsində şikayətlər edəcəyini demişdir. Bundan təxminən iki saat sonra Təqsirləndirilən şəxs Ədalət adlı dostu zəng edərək ona “Lətif müəllim xahiş edir ki, Azad şikayət etməsin, ola bilsin ki, bir-birimizi düzgün başa düşməmişik, görüşək və məsələləri həll edək” sözlərini demişdir. O, Ədalət adlı şəxsə artıq on ildir ki, Təqsirləndirilən şəxs tərəfindən müxtəlif bəhanələrlə aldadıldığını deyib, artıq gec olduğunu və Lətifin barəsində şikayət edəcəyini bildirmişdir. Ertəsi gün o, Lətiflə Gənclik metro stansiyasının yaxınlığında görüşmüş və Lətif ona yenə də həmin torpağın hazırda 1.000.000 ABŞ dolları qiymətinin olduğunu deyib pulu qaytarması ilə bağlı 3 gün möhlət verməsini ondan xahiş etmişdir. Üç gün sonra o, Lətiflə Koroğlu metrostansiyasının yaxınlığında görüşmüş və birlikdə Pirşağı qəsəbəsinə torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmişlər. Orada olan söhbət zamanı Lətif ona torpağı hazırda 500.000 ABŞ dolları məbləğində sata biləcəyini, sadəcə olaraq ucuz olduğuna görə satmaq istəmədiyini, torpaq sahəsini hissələrə bölməklə daha da yüksək qiymətə satıb pulunu qaytaracağını, buna görə 3 ay da möhlət verməsini ondan xahiş etmişdir. O, məcbur qalıb yenə də Lətifə üç ay möhlət vermişdir. O, üç ayın tamamında Lətifin yenə də pulunu vermədiyini görüb sonuncunun barəsində Sabunçu RPİ-nə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. O, Lətif tərəfindən aldadılaraq 234.000 ABŞ dolları məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirməsini təsdiq edən səs yazılarını da diskə köçürməklə polisə təqdim etmişdir. 2019-cu ilin yanvar ayında Sabunçu RPİ-də aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs Ədalət adlı dostu dəfələrlə zəng edərək ona “Lətif deyir ki, Sabunçu rayonu ərazisində yerləşən və qeydiyyatda olduğu 20 sotluq həyəti və içərisində fərdi yaşayış evi olan 100.000 manat dəyərində mülkü sənin adına rəsmiləşdirir, əvəzində isə sən ərizəni geri götürəsən” sözlərini demişdir. O, artıq Lətifə inanmadığından buna razılıq verməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs özü də araşdırma dövründə ona müxtəlif vədlər verərək şikayət ərizəsini geri götürməsini xahiş etmişdir. 2019-cu ildə o, mərhum qardaşı Abbasın kürəkəni Şahid17lə görüşüb ona məxsus olan Şahin Səmədov küçəsindəki 4 sot sahəsi olan torpaqla bağlı çıxarış almaqdan ötrü ona razılıq ərizəsi verməsini xahiş etmişdir. Şahid17 həmin torpağın ona məxsus olduğunu bildiyini deyib, özəlləşmə işlərinin aparılmasına, eləcə də torpaq sahəsinə dair onun adına çıxarış alınmasına razılıq verməsinə dair ona ərizə tqdim etmişdir. 2020-ci ilin təxminən mart-aprel aylarında o, Şahin Səmədov küçəsindəki 4 sot sahəsi olan torpağı satmaq üçün müştəri apardıqda həyətyanı sahəyə qoyduğu qapının kilidinin açılmadığını, içəri tərəfdən qapının bağlı olduğunu görmüşdür. Qapının yanında olan arakəsmədən həyətə baxdıqda Lətifin həyətyanı sahəsi ilə öz torpaq sahəsini ayıran arakəsmə daş hasarın qismən uçurulduğunu görmüşdür. Bununla bağlı o, Lətifə zəng edərək həyətə çağırmış və Lətifdən hasarının hansı səbəblərə görə uçurdulmasının və qapının içəri tərəfdən bağlanmasının səbəblərini soruşmuşdur. Bu zaman Lətif ona bunu bilərəkdən etdiyini, ona məxsus torpaq sahəsini də öz həyətyanı sahəsinə qatacağını, barəsində etdiyi şikayəti geri götürməyəcəyi halda torpaq sahəsini əlindən alacağını demişdir. Təqsirləndirilən şəxs ümumiyyətlə Pirşağı qəsəbəsində onun üçün torpaq sahəsi almadığını, Təqsirləndirilən şəxs torpaq sahəsinin əvvəlki sahibi, həmin torpaq sahəsinin kimə məxsus olması, ondan aldığı 234.000 ABŞ dolları məbləğində pulu kimə verməsi barədə ona heç nə demədiyini, qardaşı Hatəm və əmisi oğlu Asif tərəfindən, hər birinin ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs 50.000 ABŞ dolları məbləğində pul verməsi ilə bağlı ilkin ifadələrində qeyri dəqiqliyə yol verdiyini, hazırda tam dəqiqliyi ilə xatırladığını, qardaşları Hatəm və İbrahimin Təqsirləndirilən şəxs çatdırılmasından ötrü sürücüsü və qayını olan Sadıqa 75.000 ABŞ dolları, əmisi oğlu Asifin isə 25.000 ABŞ dolları məbləğində pulu bir-başa Lətifin özünə verdiklərini, 234.000 ABŞ dolları məbləğində pulun 75.000 ABŞ dolları məbləğində olan hissəsindən başqa qalan məbləğlərin hamısının bir başa Lətifin özünə verildiyini, 75.000 ABŞ dolları məbləğində pulun isə sürücüsü və qayını Sadıq vasitəsilə Lətifə çatdırıldığını, Təqsirləndirilən şəxs onu aldadaraq 2000-ci ildə 13.400 ABŞ dolları, 2006-2008-ci illərdə isə 234.000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, hazırki vaxtadək pulunu qaytarmadığını, qardaşı Abbas vəfat etdiyinə görə 234.000 ABŞ dolları məbləğində pulun güya sonuncuya verilməsi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən qardaşına şər və böhtan atıldığını, mərhum qardaşı Abbasın kürəkəni Şahid17 qarşı heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, o, əri Zərərçəkmiş şəxs1la birlikdə 17 il Türkiyə Respublikasında yaşamışdır. X22 tikinti işləri ilə məşğul olmuşdur. Azad Türkiyədə yaşadığı müddət ərzində Bakı şəhərində torpaq sahəsi almaqla iş qurmaq qərarına gəlmişdir. Bu məqsədlə Azad əmisi oğlu Qabildən Sumqayıt şəhərində dəniz kənarı ərazilərin birində torpaq sahəsi tapmasını xahiş etmişdir. Bir müddət sonra o, Naxçıvan MR-da yaşadıqları evdə olarkən əri Azad ona zəng edərək qardaşı Abbasın bacanağı olan və Bakı Apellyasiya Məhkəməsində hakim olan Təqsirləndirilən şəxs zəng etdiyini, telefon danışığı zamanı Lətifin əri Azada “Sumqayıt nə yerdir ki, sən orada torpaq alırsan? Mən sənə Bakı şəhərində yaxşı yerdə torpaq sahəsi taparam” sözlərini dediyini bildirmişdir. 2006-cı ilin noyabr ayında əri Azad təkrarən ona zəng edərək Təqsirləndirilən şəxslə telefonla danışdığını, Lətifin onlar üçün 240.000 ABŞ dolları məbləğində pulun müqabilində 120 sot çıxarışlı torpaq sahəsi alacağını bildirib, evdə olan 100.000 ABŞ dolları pulu aparıb Bakı şəhərində Lətifə verməsini tapşırmışdır. Bundan sonra o, evlərində olan 100.000 ABŞ dolları məbləğində pulu götürüb Bakı şəhərinə, Təqsirləndirilən şəxs qonşuluğunda yaşayan qayını Abbasın evinə gəlmişdir. Həmin vaxt evdə qayını Abbas, sonuncunun arvadı Şəkər, qızı Aynurə və Elnarə də olmuşdur. Abbas, eləcə də Abbasın ailə üzvləri həmin vaxt onun torpaq sahəsi alınması ilə bağlı 100.000 ABŞ dolları məbləğində pul gətirməsini və torpaq sahəsinin alınmasında Təqsirləndirilən şəxs Azada köməklik edəcəyindən məlumatlı olmuşlar. Bir neçə dəqiqədən sonra Abbasın arvadı Şəkər qonşuluqda yaşayan Lətifgilə gedib onun gəlməsi barədə məlumat verib geri qayıtmışdır. Şəkər ona Lətifin evində qonaqlarının olduğunu, qonaqlar getdikdən sonra özünün məlumat verəcəyini demişdir. Saat təxminən 01 radələrində o, Şəkərlə birlikdə Lətifgilə keçmiş, Lətif onu çox yaxşı və səmimi qarşılamış və o, özü ilə gətirdiyi 100.000 ABŞ dolları məbləğində pulu çantasından çıxarıb Lətifi qarşısında masa üzərinə qoymuşdur. Lətif pulu saymış, düz olduğuna əmin olduqdan sonra onun Türkiyədə yaşayan əri Azada zəng edərək narahat olmamağı 100.000 ABŞ dolları məbləğində pulu aldığını demişdir. Həmçinin Lətif ona narahat olmamağı, əlavə 140.000 ABŞ dolları məbləğində pulun hissə-hissə olmaqla ödəniləcəyini demişdir. O, Lətifə alınacaq torpaq sahəsinin onun adına çıxarışla rəsmiləşdirilməli olduğunu ərindən eşitdiyini deyəndə Lətif ona bir neçə gün Bakı şəhərində qalıb gözləməsini, torpağın onun adına çıxarışla rəsmiləşdiriləcəyini bildirmişdir. O, iki gün qayını Abbasgilin evində qalmışdır. İki gündən sonra Lətif onu evinə dəvət edərək, ona Naxçıvan qeydiyyatında olduğuna görə torpağı adına rəsmiləşdirə bilmədiyini, bunun üçün Bakı qeydiyyatında olan şəxsin olmalı olduğunu, əri Azadla bu barədə danışdığını, Naxçıvan MR-na qayıtmasını, lazım olacağı təqdirdə onu Bakı şəhərinə dəvət edəcəyini demişdir. Bundan sonra o, Naxçıvan MR-na qayıtmışdır. Bundan sonra 2007-ci ilin mart ayında qayınları Hatəm və İbrahim vasitəsilə Lətifin sürücüsü və qayını Sadıqa verilməklə 75.000 ABŞ dolları, 2007-ci ilin iyun ayının sonlarında isə ərinin əmisi oğlu Asif vasitəsilə 25.000 ABŞ dolları məbləğində pul Təqsirləndirilən şəxs verilmişdir. Sadığı da Hatəm və İbrahimlə görüşüb 75.000 ABŞ dolları məbləğində pulu götürməsi üçün Təqsirləndirilən şəxs göndərmişdir. 2008-ci ilin oktyabr ayında əri Azad ona zəng edərək evdə olan 40.000 ABŞ dolları məbləğində puldan nə qədər qalmasını soruşmuş, o, ərinə evdə 34.000 ABŞ dolları məbləğində pul qaldığını demişdir. Bu zaman əri ona əmisi oğlu Müseyibin gələcəyini deyib, evdə olan 34.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs çatdırılması üçün verməsini demişdir. Telefon danışığından bir neçə dəqiqə sonra Müseyib onlara gəlmiş və o, evdə olan 34.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs çatdırması üçün Müseyibə vermişdir. O, ifadəsində Lətiflə əri Azad arasında olan razılaşmaya əsasən 120 sot sahəsi olan çıxarışlı torpaqla bağlı tələb olunan 234.000 ABŞ dolları məbləğində pulun tam şəkildə Lətifə ödənildiyini, Təqsirləndirilən şəxs ərini aldadaraq 2000-ci ildə 13.400 ABŞ dolları, 2006- 2008-ci illərdə isə 234.000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, hazırki vaxtadək pulu qaytarmadığını, qayını Abbas vəfat etdiyinə görə 234.000 ABŞ dolları məbləğində pulun güya sonuncuya verilməsi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən qayınına şər və böhtan atıldığını bildirmişdir. Daha sonra o, ifadəsində qayını Hatəm və ərinin əmisi oğlu Asif tərəfindən, hər birinin ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs 50.000 ABŞ dolları məbləğində pul verməsi ilə bağlı ilkin ifadələrində qeyri dəqiqliyə yol verdiyini, əslində qayınları Hatəm və İbrahimin Təqsirləndirilən şəxs çatdırılmasından ötrü sürücüsü və qayını olan Sadıqa 75.000 ABŞ dolları, ərinin əmisi oğlu Asifin isə 25.000 ABŞ dolları məbləğində pulu bir-başa Lətifin özünə verdiklərini, eləcə də ərinin əmisi oğlu Müseyibin 34.000 ABŞ dolları məbləğində pulu 2007-ci ilin oktyabr ayında Lətifə verməsi ilə bağlı ilkin izahat və ifadələrində qeyri dəqiqliyə yol verdiyini, əslində 34.000 ABŞ dolları məbləğində pulun Lətifə 2008-ci ilin oktyabr ayında verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadələrində bildirdiklərini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs 2006-cı ildə onlar üçün Pirşağı qəsəbəsində dəniz kənarı ərazilərin birində 12.000 kv.m sahəsi olan torpağı çıxarışla almasına dair əri ilə razılaşdığını, bu məqsədlə 2006-cı ilin noyabr ayından 2008-ci ilin oktyabr ayınadək olan müddət ərzində, müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla ümumilikdə 234.000 ABŞ dolları məbləğində pulun müqabilində ümumiyyətlə onlar üçün torpaq sahəsi almadığını, 2006-cı ilin noyabr ayında həmin pulun 100.000 ABŞ dolları məbləğində olan hissəsini Təqsirləndirilən şəxs yaşadığı evdə sonuncuya şəxsən verdiyini, Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq onlara qarşı külli miqdarda dələduzluq cinayətinin törədildiyini, onlara külli miqdarda maddi zərər vurulduğunu, Təqsirləndirilən şəxs bildirdiklərinin yalan olduğunu, özünü müdafiə etmək üçün uydurulduğunu Təqsirləndirilən şəxs üzünə qarşı deməklə sonuncunu bir daha ifşa etmişdir. Üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şahid1 2006-cı ildə Şahid10 ilə birlikdə onun evinə gəlməsini etiraf etsə də, Elmiranın torpaq sahəsi ilə bağlı onunla məsləhətə gəldiyini, ona hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, böyük qardaşı Zərərçəkmiş şəxs1la birlikdə uzun müddət Türkiyə Respublikasında yaşayıb işləmişdir. O, Təqsirləndirilən şəxs mərhum qardaşı Abbasın bacanağı kimi tanımışdır. Həmçinin o, ilk öncə Təqsirləndirilən şəxs Bakı Apellyasiya məhkəməsinin, daha sonra isə Suraxanı rayon məhkəməsinin hakimi olmasını bilmişdir. 2006-cı ildə qardaşı Azadın ona deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs Azad üçün Bakı şəhərində dəniz kənarı ərazilərin birində 240.000 ABŞ dolları məbləğində torpaq sahəsi almış və həmin pulun ilkin olaraq 100.000 ABŞ dolları məbləğində olan hissəsini Azadın arvadı Elmira artıq Bakı şəhərinə gedərək Lətifin evində sonuncuya vermişdir. Həmçinin ona məlum olmuşdur ki, Lətiflə Azadın arasındakı razılaşmaya əsasən Lətif qardaşı üçün almış olduğu 12.000 kv.m sahəsi olan torpaq sahəsini 240.000 ABŞ dolları məbləğində pulun müqabilində çıxarışla qardaşına verməli olmuş və 100.000 ABŞ dolları məbləğində puldan əlavə qalan pulu isə qardaşı Azad hissə-hissə Lətifə çatdırmalı olmuşdur. 2007-ci ilin mart-aprel aylarında o, Türkiyədə olarkən qardaşı Azad onu yanına çağırıb 75.000 ABŞ dolları məbləğində pul verərək, ona Bakı şəhərinə gedib həmin pulu Lətifə çatdırmasını tapşırmışdır. Hətta Azad Bakı şəhərində yaşayan böyük qardaşları Şahid3 də zəng edib xahiş etmişdir ki, onunla göndərdiyi pulu birlikdə Lətifə versinlər. Daha sonra isə Azad Lətifin mobil telefonuna zəng edərək torpaq üçün verilməli olan pulun bir hissəsini, yəni 75.000 ABŞ dolları məbləğində olan hissəsini onunla Bakı şəhərinə göndərəcəyini və pulun axşama Lətifdə olacağını demişdir. 2007-ci ilin mart-aprel aylarında o, Bakı şəhərində Binə qəsəbəsi, Binə sovxozunda yaşayan əmisi nəvəsi Bayramın evinə gələrək orada qardaşı İbrahimlə görüşmüşdür. O, 75.000 ABŞ dolları məbləğində pulu İbrahimə verəndən sonra qardaşı İbrahim Təqsirləndirilən şəxs mobil telefonuna zəng etmiş və Lətifə Azadın torpaq üçün 75.000 ABŞ dolları məbləğində pul göndərdiyini deyib, pulu hansı qaydada çatdırmasını Lətifdən soruşmuşdur. Bu zaman Lətif İbrahimə bundan məlumatlı olduğunu, artıq bu barədə Azadın zəng edərək dediyini, hazırda işdə olduğu üçün görüşə bilməyəcəyini, pulu götürməkdən ötrü sürücüsü, eyni zamanda qayını olan Şahid5 göndərəcəyini demişdir. Bundan sonra o, alış-veriş etmək məqsədilə evdən çıxmış və təxminən bir saatdan sonra evə qayıtmışdır. Evə qayıtdıqdan sonra qardaşı İbrahimin deməsindən bilmişdir ki, o, evdə olmadığı müddətdə Şahid5 gələrək qardaşı İbrahimdən 75.000 ABŞ dolları məbləğində pulu sayıb götürməklə getmişdir. Onun evə gəlməsindən bir müddət sonra qardaşı İbrahim Təqsirləndirilən şəxs zəng edib maraqlanmış, bu zaman Lətif narahat olmamağı, 75.000 ABŞ dolları məbləğində pulu artıq Sadıqdan götürdüyünü demişdir. Bundan sonra İbrahim qardaşı Azada zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, əmis oğlu Şahid6 25.000 ABŞ dolları, digər əmisi oğlu Şahid7 isə 34.000 ABŞ dolları məbləğində pulu müxtəlif vaxtlarda olmaqla Təqsirləndirilən şəxs vermişlər. Həmçinin ona məlum olmuşdur ki, qardaşı Azad aldığı torpaq sahəsinin ümumi dəyəri olan 234.000 ABŞ dolları məbləğində pulu tam həcmdə Təqsirləndirilən şəxs ödəmişdir. Qardaşı Azad 2009-cu ildə Bakı şəhərinə qayıtmış, o isə əlavə olaraq 1 il Türkiyədə qalıb tikinti işlərini davam etdirmişdir. O, Türkiyədə olduğu müddət ərzində Azadla mütəmadi telefonla danışmış, Azad ona torpaq sahəsinə baxdığını, işlərin qaydasında olduğunu demişdir. Yalnız 2018-ci ilin əvvəllərində Azadın ona deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs qardaşını aldadaraq 234.000 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, əvəzində isə qardaşına heç bir torpaq sahəsi almamışdır. Həmçinin ona məlum olmuşdur ki, qardaşı Azad Təqsirləndirilən şəxs tərəfindən qəti olaraq aldadıldığını 2016-cı ildə başa düşmüş, lakin ailədə qanqaraçılıq yaranmasın deyə bunu ondan, eləcə də digər ailə üzvlərindən gizlətmişdir. Bundan başqa o, bilmişdir ki, Lətifin dələduzluq əməllərinin üstü açılanda Lətif onun mərhum qardaşı Abbas Əliyevə şər ataraq güya 234.000 ABŞ dolları məbləğində pulun Azad tərəfindən Abbasa verildiyini və torpağın alınması işi ilə Abbasın məşğul olduğunu bildirmişdir. O, ilkin ifadələrində qohumlarının adlarının çox hallanmaması ilə bağlı bəzi xüsusatları daha da dəqiqliyi ilə göstərmədiyini, müxtəlif vaxtlarda olmaqla Lətifə iki dəfəyə, ilk öncə özünün 50.000 ABŞ dolları məbləğində pulu Sabunçu rayonunda xəstəxananın yaxınlığında verdiyini, daha sonra isə əmisi oğlu Asifin 50.000 ABŞ dolları məbləğində pul verdiklərini göstərdiyini, hazırki ifadəsində göstərdiklərinin dəqiq olduğunu, Təqsirləndirilən şəxs 75.000 ABŞ dolları məbləğində pulun qardaşı Şahid3 Şahid5 vasitəsilə göndərildiyini, 25.000 ABŞ dolları məbləğində pulun isə əmisi oğlu Asif tərəfindən birbaşa Lətifin özünə verildiyini, sonuncu 34.000 ABŞ dolları məbləğində pulun isə Lətifin özünə birbaşa digər əmisi oğlu Müseyib tərəfindən verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasının əmisi oğludur. Azadın böyük qardaşı Şahid3 də onun qonşuluğunda yaşayır. 2007-ci ilin mart-aprel aylarında İbrahim onun evində olarkən Azadla birlikdə Türkiyədə yaşayıb işləyən balaca qardaşı Hatəm onun evinə gələrək böyük qardaşı İbrahimə 75.000 ABŞ dolları məbləğində pul verib həmin pulun Lətifə çatacağını, Azad üçün alınacaq torpaq sahəsinin pulu olduğunu demişdir. İbrahim bundan məlumatlı olduğunu, artıq Azadla bu barədə telefonla danışdığını Hatəmə demişdir. Bundan sonra İbrahim Lətifə zəng etmiş və Lətif işdə olduğunu bildirib, bir neçə saatdan sonra sürücüsü Şahid5 onun evinə göndərmişdir. O, Təqsirləndirilən şəxs də uzaq qohumu kimi tanımış və Lətifin həmin ərəfələrdə hakim işlədiyini qohumlarından eşitmişdir. Şahid5 onun evinə gələn kimi İbrahim Hatəmin gətirdiyi 75.000 ABŞ dolları məbləğində pulu sayıb ona vermiş və bir daha pulu saymasını ondan xahiş etmişdir. O, pulu saymış, 75.000 ABŞ dolları məbləğində olmasına əmin olduqdan sonra pulu yenidən İbrahimə qaytarmışdır. İbrahim isə onun yanında pulu Təqsirləndirilən şəxs çatdırması üçün Şahid5 vermişdir. Sadıq pulu götürüb evdən çıxmışdır. Lakin 2018-ci ildə qohumların deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs Azad üçün torpaq sahəsi alacağını vəd edərək aldatmış və Azadın 234.000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Ərkinazın əridir. Zərərçəkmiş şəxs1 isə digər bacısı Şəkərin mərhum əri Abbas Əliyevin qardaşıdır. O, 2000-2007-ci illərdə, müxtəlif vaxtlarda Bakı Apellyasiya və Suraxanı rayon məhkəmələrinin hakimi işləmiş Təqsirləndirilən şəxs sürücüsü olmuş və sonuncuya məxsus “VAZ 2107” markalı avtomobili idarə etmişdir. Ona məlum olmuşdur ki, Türkiyədə yaşayan Zərərçəkmiş şəxs1 özünə Bakı şəhərində dəniz kənarı ərazilərin birində torpaq sahəsi almaq istəyir və bu işdə Azada mərhum qardaşı Abbas və Təqsirləndirilən şəxs köməklik edir. Sonradan isə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 üçün Təqsirləndirilən şəxs artıq Pirşağı qəsəbəsində torpaq sahəsi tapmışdır. 2007-ci ilin təxminən sonlarında Təqsirləndirilən şəxs onu yanına çağıraraq Binə qəsəbəsində Sovxoz kimi adlanan yerdə Azad və Abbasın İbrahim adlı qardaşının evinə getməsini, İbrahimin Azad üçün alınacaq torpaqla bağlı verəcəyi 75.000 ABŞ dolları məbləğində pulu götürüb Lətifə çatdırmasını tapşırmışdır. O, Təqsirləndirilən şəxs tapşırığına əsasən idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Binə qəsəbəsində Sovxoz kimi adlandırılan yerə gələrək Azadın qardaşı İbrahimlə görüşmüş, sonuncunun ona verdiyi 75.000 ABŞ dolları məbləğində pulu götürərək, Təqsirləndirilən şəxs yaşadığı evdə Lətifin özünə vermişdir. İbrahimin verdiyi 75.000 ABŞ dolları məbləğində pul Lətifin özündə qalmış, Lətif həmin pulun hər hansı bir başqa şəxsə çatdırılması ilə bağlı ona hər hansı bir tapşırıq verməmişdir. Bundan sonra isə baş verənlərdən məlumatı olmamışdır. Bundan uzun müddət keçdikdən sonra isə ona məlum olmuşdur ki, Pirşağı qəsəbəsində alınmış torpaq sahəsi ilə bağlı Azadla Lətif arasında mübahisə yaranmış və Azad Lətifin barəsində şikayət etmişdir. O, ifadəsində Təqsirləndirilən şəxs, eləcə də Zərərçəkmiş şəxs1 tapşırığına əsasən Pirşağı qəsəbəsindəki torpaq sahəsi ilə bağlı hər hansı bir vaxt hər hansı bir şəxsə pul çatdırmadığını, Azad üçün Pirşağı qəsəbəsindəki torpaq sahəsinin alınması ilə bağlı Təqsirləndirilən şəxs məşğul olduğunu, dəfələrlə bu işlə bağlı Lətifi Pirşağı qəsəbəsinə apardığını, Lətifin torpaq sahəsi ilə bağlı Əli adlı şəxslə telefonla danışdığını, lakin Əli adlı şəxsi tanımadığını, görmədiyini, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs torpaq sahəsi alınması üçün göndərdiyi 234.000 ABŞ dolları məbləğində pul barədə məlumatının olmadığını, yalnız 1 dəfə Təqsirləndirilən şəxs 75.000 ABŞ dolları aparıb vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmsinin oğludur. O, 1994-cü ildən 2010-cu ilədək Türkiyədə əmisi oğlanları Azad və Hatəmlə birlikdə yaşayıb işləmişdir. Sadəcə olaraq Azad ondan və Hatəmdən 1 il öncə yəni 2009-cu ildə Bakı şəhərinə gəlmişdir. O, Təqsirləndirilən şəxs də uzun müddətdir ki, tanımış, Təqsirləndirilən şəxslə qohum kimi münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs bir neçə il Bakı Apellyasiya və Suraxanı rayon məhkəmələrinin hakimi vəzifəsində işləmişdir. 2006-cı ildə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Azad üçün Bakı şəhərində dəniz kənarı ərazilərin birində 240.000 ABŞ dolları məbləğində torpaq sahəsi almış və bu pulun ilk olaraq 100.000 ABŞ dolları məbləğində olan hissəsini Azadın arvadı Elmira Bakı şəhərinə gedərək Lətifin evində sonuncuya vermişdir. Həmçinin ona məlum olmuşdur ki, Lətiflə Azadın arasındakı razılaşmaya əsasən Lətif əmisi oğlu Azad üçün almış olduğu 12.000 kv.m sahəsi olan torpaq sahəsini 240.000 ABŞ dolları məbləğində pulun müqabilində çıxarışla Azada verməli olmuş və 100.000 ABŞ dolları məbləğində puldan əlavə qalan pulu isə Azad hissəhissə Lətifə çatdırmalı olmuşdur. 2007-ci ilin mart-aprel aylarında Azad qardaşı Hatəmi yanına çağırıb 75.000 ABŞ dolları məbləğində pul vermiş və Bakı şəhərinə gedib həmin pulu Lətifə çatdırmasını tapşırmışdır. Hətta bununla bağlı Azad böyük qardaşı və Bakı şəhərində yaşayan Şahid3 də zəng etmişdir. Bundan sonra isə Azad Lətifin mobil telefonuna zəng edərək torpaq üçün verilməli olan pulun bir hissəsini yəni 75.000 ABŞ dolları məbləğində olan hissəsini Hatəmlə Bakı şəhərinə göndərəcəyini və pulun axşama onda olacağını demişdir. Bundan sonra Hatəm Bakı şəhərinə yola düşmüşdür. Hatəmin getdiyi günün axşamı o, Azadla bir yerdə olarkən Lətiflə Azad zəngləşmiş və telefon danışığı zamanı Lətif 75.000 ABŞ dolları məbləğində pulu artıq götürdüyünü Azada demişdir. Bundan təxminən bir ay sonra Hatəm yenidən Türkiyəyə onların yanına qayıtmışdır. 2007-ci ilin iyun ayının sonlarında Azad ona 25.000 ABŞ dolları məbləğində pul verərək almış olduğu torpaq sahəsinə görə qalan borcdan silinməsi üçün Bakı şəhərinə gedib həmin pulu Lətifə çatdırmasını ondan xahiş etmişdir. 2007-ci ilin iyun ayının sonlarında o, pulu götürüb Bakı şəhərinə gəlmiş və Təqsirləndirilən şəxslə Sabunuçu rayonu ərazisində dəmir yol vağzalının yaxınlığında görüşüb 25.000 ABŞ dolları məbləğində pulu Lətifə vermişdir. Lətif onun yanında pulu alan kimi Azadla telefonla danışıb 25.000 ABŞ dolları məbləğində pulu aldığını demişdir. Bundan bir neçə saat sonra Azad ona zəng edib irad bildirərək, nəyə görə pulu Lətifə çatdırması barədə məlumatlandırılmadığını ondan soruşmuşdur. O, Azada Lətifin onun yanında Azada məlumat verdiyi üçün əlavə olaraq zəng etməyinə ehtiyac bilmədiyini demişdir. Daha sonra o, yenidən Antalya şəhərinə Azad və Hatəmin yanına qayıtmışdır. Hətta 2007-ci ilin payız aylarında o, Hatəmlə Bakı şəhərində olarkən Lətif kənd Əhmədli qəsəbəsindəki yeni inşa etdirdiyi fərdi yaşayış evinin həyətyanı sahəsində ona və Hatəmə, eləcə də digər əmisi oğlanlarına ziyafət verərək Azad üçün dəniz kənarında aldığı torpaq sahəsini tərif etmiş və lazım olacağı təqdirdə onlara da başqa yerlərdə torpaq sahəsi ala biləcəyini demişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, balaca qardaşı Müseyib də Azadın tapşırığına əsasən torpaq sahəsinə görə qalıq borc olan 34.000 ABŞ dolları məbləğində pulu 2008-ci ilin oktyabr ayının sonunda Bakı şəhərində Lətiflə görüşərək sonuncuya vermişdir. Ona məlum olmuşdur ki, artıq Azadın aldığı torpaq sahəsinin ümumi dəyəri olan 234.000 ABŞ dolları məbləğində pul tam həcmdə Təqsirləndirilən şəxs ödənilmişdir. Azad 2009-cu ildə Bakı şəhərinə qayıtmışdır. O, Azadla mütəmadi telefonla danışmış, Azad ona torpaq sahəsinə baxdığını, işlərinin qaydasında olduğunu demişdir. Yalnız 2018-ci ilin əvvəllərində Azadın ona deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğlunu aldadaraq 234.000 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, əvəzində isə Azada heç bir torpaq sahəsi almamışdır. Həmçinin ona məlum olmuşdur ki, Azad Təqsirləndirilən şəxs tərəfindən qəti olaraq aldadıldığını 2016-cı ildə başa düşmüş, lakin ailədə qanqaraçılıq yaranmasın deyə bunu ondan, eləcə də digər ailə üzvlərindən gizlətmişdir. Bundan başqa o, bilmişdir ki, Lətifin dələduzluq əməllərinin üstü açılanda Lətif onun mərhum əmisi oğlu Abbas Əliyevə şər ataraq güya 234.000 ABŞ dolları məbləğində pulun Azad tərəfindən Abbasa verildiyini və torpağın alınması işi ilə Abbasın məşğul olduğunu bildirmişdir. O, ifadəsində ilkin araşdırma zamanı ifadə verərkən qeyri dəqiqliyə yol verdiyini, araşdırmanın uzanmamasından ötrü İbrahim və Bayramın adlarını ilkin ifadəsində qeyd etmədiyini, Lətifə Hatəm və onun tərəfindən verilən 100.000 ABŞ dolları məbləğində pulu iki dəfəyə olmaqla 50.000 ABŞ dolları kimi bildirdiyini, hazırki ifadəsində göstərdiklərinin dəqiq olduğunu, İbrahimin Lətifə 75.000 ABŞ dolları məbləğində pulu sürücüsü Sadıq vasitəsilə göndərdiyini, 25.000 ABŞ dolları məbləğində pulun isə onun tərəfindən şəxsən Lətifə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmisinin oğludur. Azad uzun müddət Türkiyədə yaşayıb işləmiş və Türkiyədə yaşadığı müddət ərzində Bakı şəhərində özünə iş qurmaq məqsədilə torpaq sahəsi almaq qərarına gəlmişdir. Bu məqsədlə 2006-cı ildə Azad qardaşı Abbasın bacanağı Təqsirləndirilən şəxslə telefonla danışan zaman Təqsirləndirilən şəxs 240.000 ABŞ dolları məbləğində pulun müqabilində Azada çıxarışlı 120 sot sahəsi olan torpaq alacağına dair söz vermişdir. Bundan sonra Azad arvadı Elmira vasitəsilə ilk olaraq Təqsirləndirilən şəxs 100.000 ABŞ dolları məbləğində pul göndərmişdir. Pulu alandan sonra Lətif Azadla telefonla danışmışdır. Daha sonra əmisinin oğlu İbrahim 75.000 ABŞ dolları məbləğində pulu Lətifin sürücüsü Sadıq vasitəsilə Lətifə çatdırmışdır. Bundan bir müddət sonra isə qardaşı Asif Azadın verdiyi 25.000 ABŞ dolları məbləğində pulu Lətifə çatdırmışdır. 2008-ci ilin oktyabr ayında o, Naxçıvan MR-da yaşadığı kənddə olarkən Azad ona zəng edərək arvadı Elmiradan 34.000 ABŞ dolları məbləğində pul götürməsini, həmin pulu aparıb Bakı şəhərində Ləitifə çatdırmasını tapşırmışdır. Bundan sonra o, Azadın arvadı Elmiradan 34.000 ABŞ dolları məbləğində pulu götürüb Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində o, əmisi oğlu Şahid8lə görüşmüş və sonuncu onu öz avtomobili ilə Sabunçu rayonu ərazisindəki Sabunçu xəstəxanasının yanına aparmışdır. 2008-ci ilin oktyabr ayında o, Lətiflə xəstəxananın yaxınlığında görüşüb 34.000 ABŞ dolları məbləğində pulu Lətifə vermişdir. Lətif ondan pulu aldıqdan sonra Azada zəng etmiş və pulu aldığını demişdir. Bundan bir neçə il sonra isə Təqsirləndirilən şəxs Azadı aldadaraq 234.000 ABŞ dolları məbləğində pulunu almasını, əvəzində isə ümumiyyətlə Azada heç bir torpaq sahəsi vermədiyini bilmişdir. O, ilkin izahat və ifadəsində 34.000 ABŞ dolları məbləğində pulun Təqsirləndirilən şəxs 2007-ci ilin oktyabr ayında verilməsinin səhv qeyd edildiyini, əslində həmin pulu Lətifə 2008-ci ilin oktyabr ayında vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Pirşağı məscidinin axundudur və Təqsirləndirilən şəxs 2006-cı ildən tanıyır. 2006-cı ildə o, Pirşağı məscidində olarkən bir nəfər şəxs ona yaxınlaşaraq özünü Təqsirləndirilən şəxs kimi təqdim edib ona Bakı Apellyasiya Məhkəməsinin hakimi olmasını, Pirşağı qəsəbəsində ona məxsus fermanın qonşuluğunda torpaq sahəsi aldığını deyib birlikdə həmin əraziyə getməyi ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxslə birlikdə ona məxsus fermanın yaxınlığına gəlmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona məxsus fermanın arxa tərəfindəki təxminən 10.000 kv.m sahəsi olan ətrafı mişar daşları ilə hasarlanmış sahəni göstərib həmin torpaq sahəsini aldığını və torpaq sahəsinin özünə məxsus olduğunu demişdir. O, Lətifin ona göstərdiyi əvvəlcədən hasarlanmış torpaq sahəsini Lətifdən öncə də fermaya gəlib-gedərkən görmüş və həmin torpaq sahəsinin Qızılqum sanatoriyasının ərazisi olmasını, sanatoriyanın direktorunun isə Rəşid adlı şəxs olmasını bilmişdir. O, Pirşağı qəsəbəsində yaşadığından nəzarət etmək məqsədilə özünə məxsus fermaya gün ərzində iki-üç dəfə gəlib-getmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ondan aldığı torpaq sahəsinə nəzarət etməyi, torpaq sahəsi ilə bağlı hər hansı bir problem olacağı təqdirdə dərhal zəng etməsini xahiş edib, öz mobil telefon nömrəsini ona vermişdir. O, Təqsirləndirilən şəxs torpaq sahəsi ilə bağlı xeyir-dua vermiş və narahat olmamağı, lazım olacağı təqdirdə zəng edəcəyini demişdir. Həmin görüş zamanı Təqsirləndirilən şəxs tək olmuş və söhbət zamanı ona maraqlı olmadığından Təqsirləndirilən şəxs torpaq sahəsini konkret olaraq hansı qiymətə və kimdən almasını soruşmamışdır. Lakin Təqsirləndirilən şəxs aldığı həmin torpaq sahəsinin sanatoriyanın ərazisi olmasını və 2006-2007-ci illərdə ətrafı daş hasarla hörüldüyünə görə həmin torpaq sahəsinin 1 sotunun təxminən 1.000 ABŞ dolları və ya 1.200 manat məbləğində olduğunu bildirmişdir. Bundan sonra o, hər dəfə özünə məxsus fermaya gəlib-gedərkən Təqsirləndirilən şəxs də torpaq sahəsinə nəzər yetirmişdir. Bu söhbətdən təxminən 1 il sonra o, fermaya gələrkən yük maşınları ilə Təqsirləndirilən şəxs məxsus torpaq sahəsindən qum daşınmasının şahidi olmuş və dərhal Təqsirləndirilən şəxs zəng edərək bu barədə məlumat vermişdir. Bu zaman Təqsirləndirilən şəxs ona xəstə olduğunu, narahat olmamağı, torpaq sahəsinə çıxarış alacağını deyib özünün bu məsələlərlə məşğul olcağını demişdir. Bundan təxminən 3-4 il sonra o, yenə də fermaya gələrkən Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinin daş hasarının bir hissəsinin uçurulduğunu görmüş və yenə də dərhal Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona 1-2 saat ərzində Pirşağı qəsəbəsinə torpaq sahəsinin olduğu əraziyə gələcəyini demişdir. Bundan 1-2 saat sonra Təqsirləndirilən şəxs torpaq sahəsinin olduğu yerə gəlmiş və zəng edərək onu da həmin yerə dəvət etmişdir. Lətif onunla birlikdə torpaq sahəsinə nəzər yetirib həqiqətən də ərazidən qumun aparıldığını, hasarın bir hissəsinin uçurulduğunu görüb, ona torpağın özəlləşmə məsələsi ilə bağlı söz verildiyini, çıxarışı əldə etdikdən sonra tikinti işləri aparacağını, işlərə rəhbərliyi ona tapşıracağını demişdir. O, özünə məxsus fermanın yerləşdiyi torpaq sahəsinə görə mütəmadi olaraq Pirşağı bələdiyyəsinə rüsum ödədiyi zaman dəfələrlə bələdiyyə işçilərinin ona qonşuluğunda olan torpaq sahəsinin sahibinin bir-neçə ildir ki, rüsum ödəmədiyini dediklərindən, o, bu barədə Təqsirləndirilən şəxs bildirmiş və sonuncu onunla birlikdə bələdiyyəyə gəlmişdir. Bələdiyyədə olarkən Təqsirləndirilən şəxs ödəməli olduğu rüsumun məbləğini öyrəndikdən sonra yaxın günlərdə rüsumu göndərəcəyini demiş və çıxıb getmişdir. O, yalnız həmin vaxt Təqsirləndirilən şəxslə bələdiyyədə olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aldığı torpaq sahəsi ilə bağlı iki nəfər şəxsin adına hər birinə 5.000 kv.m olmaqla bələdiyyədən icarə müqaviləsi verilmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək torpaq sahəsini satmaq istədiyini deyib müştəri olanda xəbər etməsini ondan xahiş etmişdir. Təxminən 2015-ci ildə Lətif Nəiyevin torpaq sahəsi ilə bir nəfər müştəri maraqlanaraq ona torpaq sahəsinin bir sotunu 5.000 manata ala biləcəyini demişdir. O, müştəriyə maraqlanıb cavab verəcəyini demişdir. Daha sonra o, Təqsirləndirilən şəxs zəng edib torpaq sahəsinə müştəri olduğunu, sotunu 5.000 manata almaq istədiyini demiş, bu zaman Təqsirləndirilən şəxs ona torpağı qohumunun satmadığını, həmin torpaq sahəsinə çıxarış alacaqlarını bildirmişdir. 2016-cı ilin təxminən sentyabr-oktyabr aylarında o, özünə məxsus fermada olarkən bayır tərəfdən qışqır-bağır səsləri eşidib küçəyə çıxmışdır. Bu zaman o, Təqsirləndirilən şəxs bir nəfər əvvəllər görmədiyi və tanımadığı şəxslə yüksək səslə söhbət etdiyini görmüşdür. O, dərhal Təqsirləndirilən şəxslə həmin şəxsin yanına yaxınlaşmış və Lətifdən nə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs yanında olan şəxsi ona təqdim edib bacanağının qardaşı olduğunu, adının Azad olduğunu demişdir. O, Azadı ilk dəfə həmin vaxt görüb tanımışdır. O, Azadla Lətifin söhbətindən başa düşmüşdür ki, Azad torpaq sahəsinin yeri ilə bağlı Lətifə öz narazılığını bildirir. Lətif isə həmin torpaq sahəsini Azada tərif edərək, narahat olmamağı, sahənin təmizlənəcəyini və torpaq sahəsinin yaxşı yerdə yerləşdiyini Azada demişdir. X16 söhbətindən ona məlum olmuşdur ki, torpaq sahəsinin əsl sahibi Azaddır və Azad Lətifin aldığı torpaq sahəsindən narazıdır. O, Azadla Lətifin söhbətinə heç bir müdaxilə etmədən aralanıb öz işinə getmişdir. 2018-ci ilin oktyabr ayında o, Sabunçu rayon Polis idarəsinin əməkdaşları tərəfindən dəvət olunmu, idarədə izahat verərəkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mərhum bacanağı Abbasın qardaşı Azadı torpaq alacağı adı ilə aldadaraq sonuncunun külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hətta o, polis əməkdaşları tərəfindən qeyd edilən torpaq sahəsinə baxış keçirilməsində iştirak etmişdir. 2019-cu ilin dekbar ayının ortalarında o, Pirşağı qəsəbəsində məsciddə olarkən Təqsirləndirilən şəxs yanında bir nəfər cavan oğlanla birlikdə onun yanına gəlmişdir. Təqsirləndirilən şəxs, eləcə də yanındakı şəxs onunla salamlaşmış, Təqsirləndirilən şəxs yanında olan cavan oğlanı ona kürəkəni kimi təqdim edib, həmin şəxsin eyni zamanda vəkili olduğunu bildirmiş və ona “bu günlərdə məni Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə ifadə vermək üçün dəvət edəcəklər, sən həmin idarədə olarkən ifadə verərsən ki, güya torpaq sahəsini mənə sən satmısan” sözlərini demişdir. O, bunun mümkün olmadığını, bildiyi bütün məlumatlar barədə düzgün ifadə verəcəyini Lətiflə vəkilinə demişdir. Bu zaman Lətif və yanındakı vəkil olan kürəkəni ondan xahiş edib “onda heç olmazsa ifadə ver ki, güya torpaq sahəsini mənim ölmüş bacanağım Abbasa satmısan, onsuzda Abbas ölüb, heç kim bunu müəyyən edə bilməyəcək və Azad da heç nə edə bilməyəcək, məsələ də bağlanıb gedəcək” məzmunda ifadə verməsini demişlər. O, yenə də Lətif və kürəkəni ilə razılaşmamış və olduğuğu kimi ifadə verəcəyini demişdir. 2020-ci ilin yanvar ayında o, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən dəvət olunmuş, o, bütün olanlar barədə olduğu kimi ifadə vermişdir. O, ifadəsində qeyd etdiyi torpaq sahəsinin alınması ilə bağlı 2006-cı ildən başlayaraq həmin ərazidə yalnız Təqsirləndirilən şəxs gördüyünü, torpaq sahəsinin sahibi kimi yalnız onu tanıdığını, Lətifin bacanağı, Azadın isə qardaşı olan mərhum Abbası ümumiyyətlə görmədiyini, “Qızılqum” sanatoriyasının direktoru olmuş Rəşid adlı şəxsin şəxsiyyəti, qeydiyyatda olduğu və yaşadığı ünvan, eləcə də əlaqə telefon nömrələri barədə heç nə bilmədiyini, yalnız Rəşid adlı şəxsin təxminən 2009-2010-cu illərdə vəfat etməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid9 ifadəsində bildirdiklərini bir daha təsdiq edərək, 2006-cı ildən başlayaraq Pirşağı qəsəbəsindəki “Qızılqum” sanatoriyasının torpaq sahəsinin alıması ilə bağlı yalnız Təqsirləndirilən şəxs orada gördüyünü, mərhum Abbası ümumiyyətlə tanımadığını, görmədiyini, Azadla Lətif arasında olan görüş zamanı Azadın torpaq sahəsi ilə bağlı iradlarını bildirdiyini, Təqsirləndirilən şəxs isə həmin vaxt yalnız torpaq sahəsini tərif etdiyini, Təqsirləndirilən şəxs kürəkəni, eyni zamanda vəkili olan şəxslə birlikdə onunla görüşüb, ondan Polis orqanlarında həqiqətə uyğun olmayan ifadələr verməsini xahiş etdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun mərhum əri Azad Əliyevin qardaşıdır. Təqsirləndirilən şəxs isə onun bacısı Ərkinazın əridir. Türkiyədə yaşayan Azad Azərbaycan Respublikasında özünə iş qurmaq qərarına gəlmiş, bu məqsədlə Azad 2006-cı ilin sonlarında əri Abbasla əlaqə saxlayıb, ərindən Bakı şəhərində, dəniz kənarında yaxşı torpaq sahəsi tapmasını xahiş etmiş, həmin torpaq sahəsində istirahət mərkəzi tikəcəyini demişdir. Əri Abbas qardaşı Azad üçün Pirşağı qəsəbəsində dəniz kənarında 1 hektar torpaq sahəsi tapmışdır. Torpaq sahəsinin alınması ilə bağlı Azadın arvadı Elmira 2006-cı ilin sonlarında onun yaşadığı evə gəlmiş və özü ilə gətirdiyi ABŞ dolları ilə pulu mərhum əri Abbasa vermişdir. Həmin vaxt o, Elmiranın verdiyi pulun məbləğini bilməmişdir. Bundan sonra onun əri Abbasın torpaq sahəsinin alınması ilə bağlı Azaddan hansı məbləğdə pul almasından məlumatı olmamışdır. O, mərhum əri Abbasın torpaq sahəsini kimdən və hansı qiymətə almasını bilməmişdir. 2007-ci ilin əvvəllərində Abbas aldığı torpaq sahəsini onun bacısı Gülzar Vəliyeva və onun qardaşının oğlu Şahid12 adına rəsmiləşdirmişdir. Belə ki, Abbas Gülzarı və Nizamini öz maşını ilə Pirşağı bələdiyyəsinə aparmış və aldığı torpaq sahəsi ilə bağlı hər iki şəxsin adına 10 illik icarə müqaviləsi bağlatdırmış və həmin müqavilələri evə gətirib saxlaması üçün ona vermişdir. Həmin müqavilələr 3 ilə yaxın onda qalmışdır. 2009-cu ildə Azad Türkiyədən qayıtmış və o, həmin müqavilələri Azada vermişdir. 21.09.2011-ci ildə əri Abbas ürək çatmamazlığından vəfat etmişdir. Bundan bir müddət sonra bacısı Gülzar Vəliyeva xərçəng xəstəliyindən əziyyət çəkdiyindən adına sənədləşdirilmiş torpaq sahəsinin qardaşı Şahid16 adına rəsmiləşdirilməsinə etiraz etməməsinə dair sonuncuya etibarnamə vermişdir. 2012-ci ildə bacısı Gülzar da vəfat etmişdir. Bundan bir neçə il sonra Azad torpaq sahəsi ilə bağlı narazılıq edib Təqsirləndirilən şəxs barəsində şikayət etməyə başlamışdır. O, ifadəsində mərhum əri Abbasa torpaq sahəsini alan zaman aldadılmamasından ötrü hüquqşünas olan Təqsirləndirilən şəxslə bu barədə məsləhət etməsini məsləhət gördüyünü, Abbasın Lətifə həmin torpaq sahəsini göstərdiyini, Lətifin həmin torpaq sahəsini bəyəndiyini, Azadın arvadı Elmiranın ifadəsində göstərdiklərinin yalan olduğunu, Elmiranın pulu Bakı şəhərinə gətirib mərhum əri Abbasa verdiyini, 3-4 gün onlarda qaldığını, Elmiranın onunla birlikdə 2006-cı ildə bacısıgilə, yəni Lətifgilə getmədiyini, Elmiranın Lətifə hər hansı bir məbləğdə pul vermədiyini, Lətifin Elmiraya adına torpaq sənədləşdirəcəyi ilə bağlı hər hansı bir formada söz verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə Şahid10 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində bildirdiklərini bir daha təsdiq edərək, 2006-cı ilin noyabr ayında Şahid10 ilə birlikdə Lətifin evinə gedərək torpaq sahəsi alınması ilə bağlı Lətifə 100.000 ABŞ dolları məbləğində pul verdiyini, Lətifin torpaq sahəsini onun adına çıxarışla rəsmiləşdirəcəyini, qalan pulu hissə-hissə ödəyə biləcəklərini dediyini Şahid10 üzünə qarşı demişdir. Üzləşdirmə istintaq hərəkəti zamanı Şahid10 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək sonuncunun üzünə qarşı dedikləri ilə razı olduğunu, Təqsirləndirilən şəxs onun bacısı Ərkinazın əri olduğu üçün, eləcə də bir neçə ilə kirayə haqqı ödəmədən ailəsi ilə birlikdə Lətifin evində kirayədə qaldığına görə özünə mənəvi borc bildiyindən ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs xeyrinə ifadə verdiyini, Nizami və Gülzarın adına icarə müqaviləsi bağlanması ilə bağlı mərhum əri Abbası da Lətifin bələdiyyəyə göndərdiyini düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası Ərkinazın əri, Zərərçəkmiş şəxs1 isə onun əmisidir. O, ifadəsində Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək torpaq sahəsi alacağı adı ilə aldadıb 234.000 ABŞ dolları məbləğində pulunu ələ keçirdiyini, Azadın arvadı Şahid1 2006-cı ilin payız aylarında onların evinə gəldiyini, torpaq alınması ilə bağlı özü ilə 100.000 ABŞ dolları məbləğində pul gətirdiyini, Elmiranın bir qədər onlarda oturduqdan sonra anası Şəkərlə birlikdə Lətifgilə getdiyini, gətirdiyi 100.000 ABŞ dolları məbləğində pulun hamısını Lətifə verdiyini, Lətifin alınacaq torpaq sahəsini Elmiranın adına rəsmiləşdirəcəyinə dair söz verdiyini, bu məqsədlə Elmiranın bir neçə gün onların evində qaldığını, Lətifin Azaddan aldığı 234.000 ABŞ dolları məbləğində pulu qaytara bilmədiyini görüb onun atası Abbasın ölməsindən istifadə edərək atasına şər atdığını, hamının yanında pulun güya Azad tərəfindən mərhum atası Abbasa verildiyini, əslində isə atasının bu işlərlə bağlı heç bir əlaqəsinin olmadığını, anası Şəkərin bacısı Ərkinazın ailəsi dağılmasın deyə Lətifin xeyrinə ifadələr verdiyini, anasının ona bir neçə il Lətifin evində kirayə haqqı ödəmədən yaşadıqları üçün mənəvi cəhətdən Lətifə borclu olduqlarını, Ərkinazın da ailəsinin dağılmasını istəmədiyini deməsini, bu məqsədlə də Lətifin tərəfini tutduğunu bildirməklə, Lətifin əmisi Azadın pulunu ələ keçirdiyinə, eləcə də ölmüş atasına şər atdığına görə qanun qarşısında cavab verməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi Ərkinazın əridir. Zərərçəkmiş şəxs1 mərhum qardaşı Abbas isə onun digər bibisi Şəkərin əri olmuşdur. 2007-ci ilin fevral ayında o, evdə olarkən Abbas arvadı Şəkərlə birlikdə onlara gələrək ondan və digər bibisi Gülzara Türkiyədə yaşayan qardaşı Azad üçün Pirşağı qəsəbəsində dəniz kənarında torpaq sahəsi aldığını və torpaq sahəsinin onunla bibisi Gülzarın adına rəsmiləşdiriləcəyini demişdir. Bundan sonra o, bibisi Gülzarla birlikdə Abbasın avtomobili ilə Pirşağı bələdiyyəsinə gəlmişdir. 5 fevral 2007-ci il tarixdə Zərərçəkmiş şəxs1 üçün alınmış torpaq sahəsinə dair bələdiyyə ilə həm bibisi Gülzar, həm də onun arasında icarə müqavilələri imzalanmışdır. O, müqavilələrlə tanış olarkən ona məlum olmuşdur ki, Azad üçün alınmış torpağın ümumi sahəsi 10.000 kvadrat metrdir və torpaq sahəsi iki hissəyə bölünüb hər biri 5.000 kvadrat metr olmaqla Gülzarla onun adına ayrı-ayrı müqavilələrdə göstərilmişdir. Həmçinin Abbasın deməsindən ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 Bakı şəhərinə gələndən sonra həmin torpaq sahəsində restoran və istirahət mərkəzi tikmək fikrindədir. Torpaq sahəsinin ona heç bir aidiyyəti olmadığından o, həmin torpaq sahəsinin hansı qaydada, hansı qiymətə alınmasını maraqlanmamışdır. Yalnız 2018-ci ildə ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin alınması ilə bağlı Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında nə isə anlaşılmazlıq olmuş və Azad Lətifin barəsində polisə müraciət etmişdir. Bundan sonra o, araşdırma zərurəti ilə bağlı dəfələrlə polis idarəsinə dəvət olunaraq izahatı alınmışdır. Araşdırma zamanı ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 2006-cı ildən 2008-ci ilədək olan müddət ərzində müxtəlif vaxtlarda çıxarışlı torpaq sahəsinın alınmasından ötrü Təqsirləndirilən şəxs müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 234.000 ABŞ dolları məbləğində pul göndərmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadaraq Azadən pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 Şahid12 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2004-cü ildən tanımış, belə ki, həmin vaxt o, hazırda yaşadığı Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsində yerləşən fərdi yaşayış evi olan torpaq sahəsini almış və ev tikməyə başlamışdır. Bu ərəfələrdə də Təqsirləndirilən şəxslə tanış olmuş və həyətinə bitişik olan fərdi yaşayış evinin Təqsirləndirilən şəxs məxsus olmasını bilmişdir. Sonradan ona Təqsirləndirilən şəxs Bakı Apellyasiya məhkəməsində hakim vəzifəsində işləməsi də məlum olmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxslə bir qonşu kimi həmişə münasibətləri normal olmuş və hal-hazırda da bu münasibətlər davam etməkdədir. O, Zərərçəkmiş şəxs1 da təxminən 2013-2014-cü illərdən tanımış, Azadı onunla Təqsirləndirilən şəxs tanış edərək, mərhum bacanağı Abbasın qardaşı olduğunu demişdir. Bundan başqa Lətifin deməsindən ona məlum olmuşdur ki, Lətifin hazırda yaşadığı evin hasarına bitişik qonşu ərazidə Azadın da 4 sot sahəsi olan torpağı vardır. 2016-cı ilin təxminən sonlarında o, yaşadığı evdən məhəlləyə çıxan zaman Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 bayırda söhbət etdiklərini görmüşdür. O, bir qonşu kimi Lətif və Azadla salamlaşmış, lakin aralarında konkret olaraq söhbətin nədən ibarət olmasını bilməmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona “əgər işin yoxdursa birlikdə gedib Pirşağı qəsəbəsində bir torpaq sahəsinə baxıb gələk” sözlərini demişdir. O, heç bir işi olmadığından Lətiflə razılaşmış və Lətif və Azadla birlikdə sonuncunun avtomobili ilə Pirşağı qəsəbəsində dəniz kənarı asfalt yolun kənarında bir əraziyə gəlmişdir. Azad yol kənarında olan təxminən 10.000 kvadrat metr sahəsi olan daş hasarla əhatəyə alınmış torpağı, eləcə də həmin torpaq sahəsinin qismən uçurdulmuş hasarının bir hissəsini Təqsirləndirilən şəxs göstərib torpaq sahəsinin hasarının uçurulduğunu Lətifə demişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsinin Azada məxsus olmadığını, Azadın həmin torpaq sahəsinin səhv olaraq özünün bildiyini, Azad üçün başqa yerdə torpaq aldığını bildirib həmin torpağı göstərəcəyini demişdir. Elə bu zaman Təqsirləndirilən şəxs zəng olunmuş və onlar hər üçü təcili şəhərə qayıtmışlar. O, şəhərə qayıdıb evinə getmişdir. Bundan təxminən bir ay sonra o, Lətiflə birlikdə Neftçilər metrostansiyası yaxınlığında diş həkimində olarkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək sonuncunu görüşməyə dəvət etmişdir. O, Lətiflə bir yerdə olduğundan Azadla bir yerdə görüşməyi Lətif ondan xahiş etmişdir. O, Lətiflə birlikdə yaxınlıqda olan çayxanaların birində Azadla görüşmüşdür. Həmin vaxt Azadın yanında da bir nəfər kök bədən quruluşlu adını bilmədiyi dostu da olmuşdur. X17 öz aralarında söhbət etməyə başlamışlar. O, söhbətə müdaxilə etməsə də Azadla Lətifin söhbətlərindən başa düşmüşdür ki, Lətiflə Azadın arasında Pirşağı qəsəbəsindəki torpaq sahəsi ilə bağlı nə isə anlaşılmazlıqlar var. O, ifadəsində Lətiflə Azad arasında torpaq sahəsi ilə bağlı narazılığın konkret olaraq nədən ibarət olmasını bilmədiyini, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs torpaq sahəsinin alınması ilə bağlı konkret olaraq hansı məbləğdə pul verməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 2010-cu ildən tanıyır, Azadla normal və səmimi münasibətləri var. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Lətifi ilk dəfə Azadın qardaşı Abbasın yas mərasimində, yəni 2011-ci ilin sentyabr ayında görmüşdür. O, Lətif barədə Azadın söhbətlərindən eşitmiş və Azadın deməsindən bilmişdir ki, Lətif uzun müddət hakim vəzifəsində işləmiş, Azadgilə qohumluğu çatır, hətta Azad Türkiyədə yaşayan zaman Lətif Azadın göndərdiyi 234.000 ABŞ dolları məbləğində pulun müqabilində sonuncu üçün torpaq sahəsi almışdır. O, mütəmadi olaraq bir dost kimi Azadla görüşmüşdür. Bir müddət sonra Azadın deməsindən ona məlum olmuşdur ki, Lətif 2006 və 2008-ci illərdə torpaq sahəsi alınması ilə bağlı Azaddan aldığı 234.000 ABŞ dolları məbləğində pulun müqabilində Azad üçün söz verdiyi ərazidə yox, təmamilə yararsız bir yerdə və sənədsiz torpaq sahəsi almışdır. Azad bununla bağlı dəfələrlə telefonla Lətiflə danışdığını, pulunu geri tələb etdiyini, lakin Lətif tərəfindən hər dəfə müxtəlif bəhanələrlə aldadıldığını ona demişdir. 2016-cı ilin noyabr ayının təxminən əvvəllərində o, Azadla elə-belə görüşmək məqsədilə sonuncuya zəng edib Neftçilər metrostansiyasının yaxınlığında görüşmüşdür. Söhbət əsnasında Azadın ona deməsindən bilmişdir ki, Azad ondan öncə Lətiflə görüşmək məqsədilə sonuncu ilə də zəngləşmişdir. Azad onun da həmin görüşdə iştirak etməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra o, Azadla birlikdə “Nissa” şadlıq sarayının yaxınlığındakı çayxanaya gəlmiş və çayxananın girişində Lətiflə görüşmüşlər. Həmin vaxt Lətifin yanında sonuncunun qonşusu Tahir adlı şəxs də olmuşdur. O, Azad, Lətif və Tahirlə birlikdə çayxanadakı otaqların birində oturmuş və Lətiflə Azad söhbət etməyə başlamışlar. Söhbət zamanı o, tam əmin olmuşdur ki, doğurdan da Lətif Azaddan 234.000 ABŞ dolları məbləğində pul alaraq sonuncunu aldatmış, Azada söz verdiyi yerdə yox, Pirşağı qəsəbəsində təmamilə yararsız bir yerdə sənədsiz torpaq sahəsi almışdır. Söhbət zamanı Azad əlacsız qaldığından Lətifə yararsız yerdə aldığı torpağa dair öz adına çıxarışı verməsini, ya da ki, vermiş olduğu 234.000 ABŞ dolları məbləğindən əlavə olaraq 166.000 ABŞ dolları, ümumilikdə 400.000 ABŞ dolları pul verməsini tələb etmişdir. Lətif isə Azada hazırda həmin torpaq sahəsinin dəyərinin aşağısı 1.000.000 ABŞ dolları məbləğində olduğunu, torpağı satmağa heyfisləndiyini demişdir. Hətta o, belə olduğunu görüb Azada təklif etmişdir ki, əgər torpağın qiyməti hazırda belə yaxşı qiymətədirsə Azad adına çıxarış alınmasına Lətifi razı salsın, daha sonra isə torpağı özü baha qiymətə satsın. Bu zaman Azad ona Lətifi tanımadığını, uzun müddətdir ki, Lətif tərəfindən bu kimi vədlər verilərək aldadıldığını ona demişdir. Uzun mübahisənin sonunda Lətiflə Azad belə razılığa gəlmişlər ki, ya Lətif həmin torpaq sahəsinə dair Azadın adına çıxarış verməlidir, ya da ki, Lətif həmin torpaq sahəsini satıb Azada ümumilikdə 400.000 ABŞ dolları pul verməlidir. Lətif bu təkliflə Azadla razılaşmış və Azadddan bununla bağlı 4-5 ay vaxt istəmişdir. Azad da məcbur olub Lətifə vaxt vermişdir. Bir müddət keçdikdən sonra o, hər dəfə Azadla görüşəndə Lətifin pulunu qaytarıb-qaytarmamasını və ya torpağa dair çıxarış alıb-almamasını soruşmuşdur. Lakin Azad hər dəfəsində yenə də Lətif tərəfindən müxtəlif vədlər verilərək aldadıldığını ona demişdir. 2018-ci ilin sonlarında Azad məcbur olduğundan Lətifin barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun mərhum qayınatası Abbasın bacanağıdır. Zərərçəkmiş şəxs1 isə arvadı Aynurənin əmisidir. Həm Lətif, həm də Azadla münasibətləri həmişə normal olmuş, hal-hazırda da münasibətləri davam edir, nə Lətiflə, nə də ki, Azadla heç bir düşmənçilik və ədavəti yoxdur. 2007-ci ilin təxminən əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək görüşmüş və ona Türkiyədə yaşayan Zərərçəkmiş şəxs1 üçün kənd Əhmədli qəsəbəsindəki Şahin Səmədov küçəsində torpaq sahəsi alındığını, sadəcə olaraq Azad Naxçıvan MR-sı qeydiyyatında olduğundan həmin torpaq sahəsi ilə bağlı bələdiyyə ilə müqavilənin onun adına rəsmiləşdiriləcəyini demişdir. Lətif və Azad qohumu olduğundan, eləcə də həmin şəxslərin hər ikisi ilə münasibəti olduğundan o, buna etiraz etməmişdir. Elə bu danışıqdan sonra da Lətif ona hansısa sənədləri təqdim etmiş, o, sənədlərlə tanış olamadan imzalamışdır. O, sənədlərlə tanış olmasa da, Lətifin deməsinə görə ona məlum olmuşdur ki, imzaladığı sənədlər Zərərçəkmiş şəxs1 üçün alınmış torpaq sahəsi ilə əlaqədardır. Həmin vaxt o, sözü gedən torpaq sahəsinin ölçülərini, torpaq sahəsinin hansı qiymətə, kimdən alınmasını, eləcə də Azadın bu torpaq sahəsinin alınması ilə bağlı Lətifə hansı məbləğdə pul verməsini bilməmiş, ona maraqlı olmadığından Lətifdən də bu barədə heç nə soruşmamışdır. Yalnız həmin torpaq sahəsinin qonşuluğunda Lətifin də torpaq sahəsinin olduğunu bilmişdir. Daha sonra Lətifin həmin müqaviləni Azada veribverməməsini və ya hansı şəraitdə harada verməsini bilməmiş və bununla maraqlanmamışdır. 2019-cu ilin sonlarında Azad onunla əlaqə saxlayıb görüşmüş və ondan torpaq sahəsinin öz adına rəsmiləşdirilməsinə etiraz etməməsi ilə bağlı ərizə verməsini xahiş etmişdir. O, torpaq sahəsinin Azadın adına rəsmiləşdirilməsinə etirazının olmamasına dair ərizəni yazaraq Azada təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun balaca qardaşıdır. Rüstəm əvvəllər Rusiya Federasiyasında yaşayıb işləmişdir. O, Təqsirləndirilən şəxs 2012-ci ildə qardaşı Rüstəmə görə şifahi tanımış, 2016-cı ildə isə Lətiflə görüşmüşdür. 2012-ci ilin yay aylarında Rüstəm Rusiya Federasiyasından ona zəng edərək, Təqsirləndirilən şəxs yaxşı tikinti işləri gördüyünü, onlara da qazanc verəcəyini, hazırda Lətifə pul lazım olduğunu, bunun üçün də onun mobil telefon nömrəsini Lətifə verəcəyini deyib, sonuncu zəng edən zaman Lətifə lazım olanda imkan daxilində pul verməsini ondan xahiş etmişdir. O, Rüstəmə tanımadığı adama pul verməyin təhlükəli olduğunu deyəndə Rüstəm ona narahat olmamağı, verilən pulların üstündə yaxşı qazanc əldə edəcəyini, Lətifin aldığı pulları 2012-ci ilin oktyabr ayının sonuna qaytaracağını ona demişdir. O, Lətifə pul verilməsi məsələsini Bakı şəhərində yaşayan və valyuta dəyişmə məntəqəsində çalışan Orucəli adlı tanışlarına deyəcəyini qardaşı Rüstəmə demişdir. Bundan bir neçə saat sonra Lətif onun mobil telefonuna zəng edərək, pulla bağlı ona müraciət etməli olduğunu Rüstəmin tapşırdığını demişdir. O, Gəncə şəhərində yaşadığını, lazım olan məbləğdə pulu Bakı şəhərində valyuta dəyişmə məntəqəsində çalışan Orucəli adlı dostundan götürə biləcəyini deyib, sonuncunun mobil telefon nömrəsini Lətifə vermişdir. Daha sonra isə o, Orucəliyə zəng edərək Lətif adlı şəxsin zəng edəcəyini, Lətifin Rüstəmin dostu olduğunu, ona məxsus puldan Rüstəmin deməsinə görə Lətifə 3.000 ABŞ dolları məbləğində pul verməsini tapşırmışdır. Ertəsi gün Orucəli ona zəng edərək Lətifin orada olduğunu deyib, nə qədər pul verməsini ondan soruşmuşdur. O, Orucəliyə 2.000 ABŞ dolları məbləğində pulu Lətifə verməsini tapşırmışdır. Bundan bir neçə dəqiqə sonra Orucəli ona zəng edərək Lətifə 2.000 ABŞ dolları verdiyini demişdir. Bundan sonra müxtəlif vaxtlarda olmaqla qardaşı Rüstəm Rusiya Federasiyasından ona zəng edərək Lətifə müxtəlif məbləğlərdə olmaqla pul verməsini tapşırmış, o isə Rüstəmin tapşırığına əsasən Orucəliyə zəng edərək Lətifə pul verməsini demişdir. Bu minvalla da Təqsirləndirilən şəxs Orucəlidən müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla ümumilikdə 28.000 ABŞ dolları məbləğində pul götürmüşdür. O, ifadəsində Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 şərikli iş görəcəkləri adı ilə aldadaraq 59.700 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, həmin məbləğin 28.000 ABŞ dolları məbləğində olan hissəsini Lətifin Rüstəmin və onun tapşırığına əsasən Bakı şəhərində Orucəlidən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, 1997-ci ildən 12 yanvar 2016-cı il tarixinədək olan müddət ərzində “Atra Bank”ın Nəsimi rayon filialının 6 saylı valyuta dəyişmə məntəqəsində xəzinədar işləmişdir. Şahid18 də həmin ərəfələrdə həmkarı kimi tanımış, belə ki, Uğurlu da Gəncə şəhərində “Zamin Bank”ın valyuta dəyişmə məntəqəsində xəzinədar işləmişdir. O, Uğurlunun vasitəsilə sonuncunun Rusiya Federasiyasında yaşayan qardaşı Zərərçəkmiş şəxs2 də tanımışdır. Onun həm Rüstəmlə, həm də Uğurlu ilə münasibətləri həmişə yaxşı olmuşdur. 2012-ci ildə Uğurlu ona zəng edərək qardaşı Rüstəmin dostu Lətif adlı şəxsin ona yaxınlaşacağını deyib ona məxsus puldan Lətifə verməsini xahiş etmişdir. Bundan bir neçə saat sonra Lətif ona zəng edərək valyuta dəyişmə məntəqəsində ona yaxınlaşmış və o, Uğurlunun dediyi 2.000 ABŞ dolları məbləğində pulu Lətifə vermişdir. Bundan sonra da o, müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Uğurlunun tapşırığına əsasən valyuta dəyişmə məntəqəsinə yaxınlaşan Təqsirləndirilən şəxs ümumilikdə 25.000-28.000 ABŞ dolları məbləğində pul vermişdir. O, ifadəsində qeyd edilən məbləğdə pulların Təqsirləndirilən şəxs hansı məqsədlə verilməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi vəzifəsində işləmişdir, hazırda isə heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun dostudur, Zərərçəkmiş şəxs2 isə Lətifə görə tanımışdır. 2012-ci ildə o, Lətiflə oturub domino oynayarkən Zərərçəkmiş şəxs2 də ora gələrək görüşmüş, bir qədər söhbət etdikdən sonra Rüstəm Lətifə “iş olsa, bir iş qurub şərikli işləyərdik” sözlərini demişdir. Bu zaman Təqsirləndirilən şəxs Rüstəmə "xxxx" MMC hüquq şirkətini təsis etdiyini, Respublika ərazisində tikinti işlərinin görülməsindən ötrü avadanlıqların lazım olduğunu, bununla bağlı pula ehtiyacının olduğunu demişdir. Bundan sonra o, Rüstəmin Lətiflə razılaşdığını və Lətifə 20.000 ABŞ dolları məbləğində pul verdiyini eşitmişdir. 2012-ci ilin təxminən avqust ayında Lətif ona zəng edərək Bakı şəhəri, Səməd Vurğun adına bağın yaxınlığında yerləşən “Atra Bank”ın valyuta dəyişmə məntəqəsinə yaxınlaşaraq orada işləyən şəxsdən 5.000 ABŞ dolları məbləğində pulu götürüb ona çatdırmasını xahiş etmişdir. O, Lətifin xahişinə əsasən həmin pulu valyuta dəyişmə məntəqəsində adını bilmədiyi şəxsdən götürərək Lətifə vermişdir. Bundan təxminən 1-2 ay sonra Lətif təkrarən ona zəng edərək yenə də eyni qaydada həmin valyuta dəyişmə məntəqəsindən 5.000 ABŞ dolları məbləğində pulu götürüb çatdırmasını ondan xahiş etmişdir. O, yenə də yuxarıda qeyd etdiyi valyuta dəyişmə məntəqəsinə gedərək 5.000 ABŞ dolları pulu götürüb Lətifə çatdırmışdır. Daha sonra o, Lətifdən İsmayıllı rayonunda su-kanalizasiya xətlərinin çəkilişi ilə bağlı tenderi qazandığını və orada işə başladığını eşitmişdir. Bir müddət sonra o, həmin işdə Lətifin 60.000 manat məbləğində ziyan etdiyini eşitmişdir. Daha sonra isə Lətifin başqa rayonlarda da işlər götürüb Rüstəmlə şərik olduqlarını bilmişdir. Bir müddət sonra Rüstəmdən şərikli qaydada iş görmək üçün Lətifə verdiyi 60.000 ABŞ dolları məbləğində pulu Lətifdən geri tələb etdiyini, bu pulu Lətifdən geri ala bilmədiyini eşitmişdir. O, Lətiflə görüşüb Rüstəmlə razılığa gəlməsini demişdir. Bir müddət sonra isə Rüstəmlə Lətifin qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmələrini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun balaca qardaşıdır. Rüstəm əvvəllər Rusiya Federasiyasında yaşayıb işləmişdir. Təqsirləndirilən şəxs isə 2017-ci ildə qardaşı Rüstəmə görə tanımışdır. 2017-ci ilin aprel ayının əvvəllərində qardaşı Rüstəm RF-dan ona zəng edərək 5.000 ABŞ dolları məbləğində pul göndərəcəyini, həmin pulu Lətif adlı şəxsin gəlib ondan götürəcəyini demişdir. Bundan 1-2 gün sonra o, Rüstəmin göndərdiyi 5.000 ABŞ dolları məbləğində pulu bankdan götürmüşdür. Bir neçə gün sonra bir nəfər şəxs ona zəng edərək adının Lətif olduğunu və Rüstəmin pul verməli olduğunu demişdir. O, Lətiflə Saray qəsəbəsindəki “Bolmart” marketinin qarşısında görüşmüş və o, Lətifə 3.000 ABŞ dolları məbləğində pul vermişdir. Bundan təxminən bir həftə sonra o, yenə də qardaşı Rüstəmin tapşırığına əsasən qonşusu Şahid22la birlikdə Lətiflə yenə də “Bolmart” marketinin qarşısında görüşmüş və Lətifə 2.000 ABŞ dolları məbləğində pul vermişdir. O, bir müddət sonra qardaşı Rüstəmin deməsindən bilmişdir ki, Rüstəm şərikli iş görmək məqsədilə Təqsirləndirilən şəxs əlavə olaraq 50.000 ABŞ dolları məbləğində pul vermiş və hazırda həmin pulu geri ala bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, Nəriman Nərimanov küçəsi ev 9-da ailəsi ilə birlikdə yaşayır və Şahid21 onun qonşusudur. O, Zərərçəkmiş şəxs2 Sultanın balaca qardaşı kimi tanıyır. 2017-ci ilin aprel ayının ortalarında qonşusu Sultan ona qardaşı Rüstəmin tanışı olan Lətif adlı şəxsə pul verməli olduğunu deyib, ondan xahiş etmişdir ki, avtomobili ilə onu Saray postunun yaxınlığında yerləşən “Bolmart” marketinin qarşısına aparsın. O, buna etiraz etməmiş və Sultanı marketin qarşısına gətirmişdir. “Bolmart” marketinin qarşısında Sultan Lətif adlı şəxslə görüşmüş və 2.000 ABŞ dolları məbləğində pulu sayaraq Lətifə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 onun yeznəsidir. Rüstəm 2005-ci ildən 2017-ci ilədək olan müddət ərzində Rusiya Federasiyasında işləmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 görə tanımışdır. 2017-ci ilin aprel ayının əvvəllərində Rüstəm RF-dan ona zəng edərək adına bank vasitəsilə pul göndərəcəyini və göndərdiyi pulları Lətifə verməsini ona tapşırmışdır. O, Rüstəmin bank vasitəsilə adına göndərdiyi bütün pulları bankdan götürərək Təqsirləndirilən şəxs vermişdir. O, Rüstəmin ona hissə-hissə göndərmiş olduğu ümumilikdə 4.000 ABŞ dolları məbləğində pulu Gəncə şəhərində Təqsirləndirilən şəxs vermişdir. Sonradan Rüstəmin ona deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs şərikli qaydada iş görəcəkləri adı ilə Rüstəmi aldadaraq sonuncunun 59.700 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. O, ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldatdığını, Rüstəmin verdiyi pulları Lətifdən geri almaq məqsədilə işlərini qoyub aylarla Gəncə şəhərində Lətifin yanında olduğunu, bunun müqabilində Lətifin hissə-hissə olmaqla Rüstəmə yalnız 10.000 manatadək pul verdiyini, qalan pullarını qaytarmadığını, Zərərçəkmiş şəxs2 çatdırılması üçün Təqsirləndirilən şəxs ona hər hansı bir məbləğdə pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 1984-1985-ci ildən, Zərərçəkmiş şəxs2 isə 2017-ci ilin iyun ayından tanıyır, adı çəkilən şəxslərin heç biri ilə qohumluq münasibəti yoxdur. O, 2017-ci ilin may ayında Lətifin Gəncə şəhərində su-kanalizasiya xətlərinin çəkilməsi işi ilə məşğul olduğunu eşidib, işlə təmin olunması məqsədilə sonuncuya Gəncə şəhərində müraciət etmişdir. Lətif ona etiraz etməyib Gəncə şəhərində görüləcək işlərlə bağlı onu iş icraçısı kimi işə götürmüşdür. 30 may 2017-ci il tarixdə Lətif onu yanına dəvət edərək şəriki Zərərçəkmiş şəxs2 RF-dan bank vasitəsilə onun adına 700 ABŞ dolları məbləğində pul göndərməsini deyib, həmin pulu bankdan götürməsini ona tapşırmışdır. O, Gəncə şəhərində yerləşən Mərkəzi Banka yaxınlaşaraq oradan adına göndərilmiş 700 ABŞ dolları məbləğində pulu götürüb, Gəncə şəhəri, Nizami rayonu, Bala Bağban qəsəbəsində Təqsirləndirilən şəxs vermişdir. 2017-ci ilin təxminən 8-12 iyun tarixlərində Rüstəm də Gəncə şəhərinə gələrək Lətiflə görüşmüşdür. Lətif Rüstəmi ona şəriki kimi təqdim edib, Rüstəmin də göstərişlərinin icra edilməli olduğunu tapşırmışdır. Həmin vaxt o, təxminən 15 gün Rüstəmlə işləmiş və Lətif olmadıqda o, Rüstəmin də göstərişlərini icra etmişdir. O, ailəsindən uzaq qaldığından 2017-ci ilin təxminən 24-25 iyun tarixlərində işdən çıxaraq Bakı şəhərinə ailəsinin yanına gəlmişdir. O, Gəncə şəhərində işdən çıxan zaman Zərərçəkmiş şəxs2 orada qalıb işlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 bacısının əri Təqsirləndirilən şəxs vasitəsilə 2008-ci ildə tanımışdır. O, Təqsirləndirilən şəxs tapşırığına əsasən Zərərçəkmiş şəxs2 bir neçə dəfə yaşadığı Saray qəsəbəsindəki evinə aparmışdır. 2012-ci ildə o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2lə birlikdə İsmayıllı rayonu ərazisində şərikli qaydada su-kanalizasiya xətlərinin çəkilişi işinə başladıqlarını eşitmişdir. O, ifadəsində birlikdə iş görmək məqsədilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pul almasının şahidi olmadığını, Lətifin Rüstəmdən pul almasını sonuncunun Lətifin barəsində polisə müraciət etməsindən sonra bildiyini, Lətifin Rüstəmdən konkret olaraq hansı məbləğdə pul alması barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs 20.000 ABŞ dolları məbləğində pul verilməsi ilə bağlı Zərərçəkmiş şəxs2 Bakı şəhərində hər hansı bir banka aparmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs 2012-ci ildən tanıyır. 2017-ci ilin təxminən noyabr-dekabr aylarında Rüstəm ondan xahiş etmişdir ki, avtomobili ilə onu, Şahid26, Şahid27 və Bəyistan Allahverdiyevlə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən avtomobil satışı bazarının yaxınlığındakı evinə aparsın. Buna səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 almış olduğu 60.000 ABŞ dolları məbləğində pulu qaytarmaması olmuşdur. Lətifgildə olan zaman sonuncu onlara 33 nəfər şəxsin Lətifin barəsində Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinə şikayət etdiyini, həmin şəxslərin pulunu verəndən sonra Rüstəmin də pulunu qaytaracağını demişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin vaxt Rüstəmə “AKKORD” şirkətindən alacağının olduğunu, NZS qəsəbəsindəki torpaq sahəsini, eləcə də Sabunçu rayonundakı evini satdığa qoyduğunu, pulunu yaxın günlərdə qaytaracağını deyib, barəsində şikayət etməməyi Rüstəmdən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid26 və Şahid27 Şahid25 ifadəsinə uyğun ifadə vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, balaca qardaşı Zərərçəkmiş şəxs1 uzun müddət Türkiyə Respublikasında yaşayıb işləmişdir. O, Təqsirləndirilən şəxs mərhum qardaşı Abbasın bacanağı kimi tanımışdır. Həmçinin o, ilk öncə Təqsirləndirilən şəxs Bakı Apellyasiya məhkəməsinin, daha sonra isə Suraxanı rayon məhkəməsinin hakimi olmasını bilmişdir. 2006-cı ildə qardaşı Azadın ona deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs Azad üçün Bakı şəhərində dəniz kənarı ərazilərin birində 240.000 ABŞ dolları məbləğində torpaq sahəsi almış və həmin pulun ilkin olaraq 100.000 ABŞ dolları məbləğində olan hissəsini Azadın arvadı Elmira artıq Bakı şəhərinə gedərək Lətifin evində sonuncuya vermişdir. Həmçinin ona məlum olmuşdur ki, Lətiflə Azadın arasındakı razılaşmaya əsasən Lətif qardaşı üçün almış olduğu 12.000 kv.m sahəsi olan torpaq sahəsini 240.000 ABŞ dolları məbləğində pulun müqabilində çıxarışla qardaşına verməli olmuş və 100.000 ABŞ dolları məbləğində puldan əlavə qalan pulu isə qardaşı Azad hissə-hissə Lətifə çatdırmalı olmuşdur. 2007-ci ilin mart-aprel aylarında qardaşı Azad Türkiyədən ona zəng edərək digər qardaşı Hatəm vasitəsilə 75.000 ABŞ dolları məbləğində pul göndərdiyini, pulun Təqsirləndirilən şəxs çatacağını, bunu təşkil etməsini ondan xahiş etmişdir. Bu danışıqdan sonra qardaşı Hatəm Binə qəsəbəsində, Binə sovxozunda yaşayan əmisi nəvəsi Bayramın evinə gəlmişdir. Hatəm 75.000 ABŞ dolları məbləğində pulu verəndən sonra o, Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək Azadın torpaq üçün 75.000 ABŞ dolları məbləğində pul göndərdiyini demişdir. Bu zaman Lətif ona bundan məlumatlı olduğunu, artıq bu barədə Azadla telefonla danışdığını, hazırda işdə olduğu üçün onunla görüşə bilməyəcəyini, pulu götürməkdən ötrü sürücüsü və eyni zamanda qayını olan Şahid5 göndərəcəyini demişdir. Bundan bir neçə dəqiqə sonra Şahid5 onun mobil telefonuna zəng etmiş, o, Bayramın evinin yerini başa salmış, təxminən 40 dəqiqədən sonra Sadıq Bayramgilə gəlmişdir. O, 75.000 ABŞ dolları məbləğində pulu sayıb Sadıqa vermiş və Sadıq çıxıb getmişdir. Bundan təxminən 2-3 saat sonra o, Təqsirləndirilən şəxs zəng edib maraqlananda sonuncu ona narahat olmamağı, 75.000 ABŞ dolları məbləğində pulu artıq Sadıqdan götürdüyünü ona demişdir. Daha sonra o, Azada zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, əmis oğlu Şahid6 25.000 ABŞ dolları, digər əmisi oğlu Şahid7 isə 34.000 ABŞ dolları məbləğində pulu müxtəlif vaxtlarda olmaqla Təqsirləndirilən şəxs vermişlər. Həmçinin ona məlum olmuşdur ki, qardaşı Azad aldığı torpaq sahəsinin ümumi dəyəri olan 234.000 ABŞ dolları məbləğində pulu tam həcmdə Təqsirləndirilən şəxs ödəmişdir. Qardaşı Azad 2009-cu ildə Bakı şəhərinə qayıtmışdır. Azad ona gedib torpaq sahəsinə baxdığını, işlərin qaydasında olduğunu demişdir. Yalnız 2018-ci ilin əvvəllərində Azadın ona deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs qardaşını aldadaraq 234.000 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, əvəzində isə qardaşına heç bir torpaq sahəsi almamışdır. Həmçinin ona məlum olmuşdur ki, qardaşı Azad Təqsirləndirilən şəxs tərəfindən qəti olaraq aldadıldığını 2016-cı ildə başa düşmüş, lakin ailədə qanqaraçılıq yaranmasın deyə bunu ondan, eləcə də digər ailə üzvlərindən gizlətmişdir. Bundan başqa o, bilmişdir ki, Lətifin dələduzluq əməllərinin üstü açılanda Lətif onun mərhum qardaşı Abbas Əliyevə şər ataraq güya 234.000 ABŞ dolları məbləğində pulun Azad tərəfindən Abbasa verildiyini və torpağın alınması işi ilə Abbasın məşğul olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2005-ci ildən tanımış, həmin vaxt Təqsirləndirilən şəxs Bakı Apellyasiya məhkəməsinin hakimi olmuşdur. O, bir həmyerli kimi Lətiflə mütəmadi olaraq görüşüb ümumi söhbətlər etmiş, Təqsirləndirilən şəxslə münasibətləri həmişə normal olmuş, düşmənçilik və ədavəti olmamış və hal-hazırda da yoxdur. O, Zərərçəkmiş şəxs1 da təxminən 2009-cu ildən tanımış, belə ki, Azad da təsisçisi olduğu müəssisədə icarədar kimi fəaliyyət göstərmişdir. Azad “Avtoqarant” şirkətinin həyətində olan sexlərdən birini icarəyə götürüb həmin sexi mebel sexi kimi işlətmişdir. O, Azadla yalnız görüşəndə salamlaşıb hal-əhval tutmuş, Azadla da heç bir düşmənçilik və ədavəti olmamış və hazırda da yoxdur. Təxminən 2018-ci ildə Azad “Avtoqarant” şirkətində icarədar olarkən onun da Lətifi tanıdığını bildiyinə görə ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsi alınacağı adı ilə aldadılaraq külli miqdarda pulunun ələ keçirildiyini və hal-hazırda pulunu Lətifdən geri ala bilmədiyini demişdir. O, Azada məsləhət vermişdir ki, əgər Lətifdən pulunu ala bilmirsə, Lətifin evini və ya hər hansı bir əmlakını razılaşma yolu ilə Lətifdən alsın. O, Lətifin konkret olaraq Azada nə qədər pul borclu olmasını, konkret olaraq Azad üçün harada torpaq sahəsi almasını, hansı şərtlər əsasında torpaq almasını bilməmiş, bundan məlumatı olmamışdır. Lətif də söhbətləri zamanı ona Azadla aralarında nə isə torpaq məsələsi ilə bağlı sıxıntı olduğunu demişdir. 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs ona zəng edərək, Zərərçəkmiş şəxs1 barəsində şikayət etməyə hazırlaşdığını deyərək, Azada zəng edib sonuncunu bu fikrindən çəkindirməyə və Lətiflə görüşüb üzbə-üz danışmasını təşkil etməsini xahiş etmişdir. O, Azada zəng edərək Lətifin barəsində şikayət etməməsini, ilk öncə Lətiflə görüşüb məsələləri aralarında həll etməsini xahiş etmişdir. Azad isə ona Lətifə inanmadığını, Lətif tərəfindən artıq 10 ilə yaxın vaxtdır ki, aldadıldığını bildirmişdir. 2018-ci ilin təxminən dekabr ayının sonlarında Lətif yenə də ona zəng edərək Azadın artıq barəsində polisə şikayət etdiyini, Sabunçu rayonu ərazisində yerləşən fərdi yaşayış evini Azada verə biləcəyini bildirib, şikayətini geri götürməsi ilə bağlı Azadla bir daha danışmasını ondan xahiş etmişdir. O, yenə də Azada zəng etmiş və Lətifin dediyi sözləri Azada çatdırmışdır. Azad isə ona yenə də Lətifə inanmadığını deyib şikayət ərizəsini geri götürməyəcəyini bildirmişdir. O, ifadəsində Zərərçəkmiş şəxs1 üçün Pirşağı qəsəbəsində Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin alınması, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs torpaq sahəsinin alınması ilə bağlı konkret olaraq hansı məbləğdə pul verməsi ilə bağlı hər hansı bir məlumatının olmadığını bildirmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 13 oktyabr 2020-ci il tarixli, 10/31 saylı sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, Kurortlar Şurasının xahişini nəzərə almaqla Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 9 oktyabr 1984-cü il tarixli 66/1675 saylı qərarı ilə uşaq və valideynlər üçün pansionatın tikintisi məqsədilə 13,0 hektar torpaq sahəsi ayrılmışdır. 2004-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına “Torpaqdan daimi istifadə hüququna dair dövlət akt”ı verilmişdir (JN-1042 Kod-********). Şahid12 və X3 istifadə etdiyi torpaq sahələri məhz həmin 13,0 hektar ərazidə yerləşir. 2011-2012-ci illərdə "xxxx" QSC-nin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman sözügedən torpaq sahəsinin bir neçə daş hündürlüyündə hasara alınması aşkar edildiyindən, inşa edilmiş hasar Sabunçu RPİ-nin əməkdaşlarının iştirakı ilə QSC-nin əməkdaşları tərəfindən sökülmüşdür. Sonralar həmin sahəyə yenidən hasar çəkilməsinə cəhd göstərilməmiş və həmin sahə kənar şəxslər tərəfindən heç bir zaman istifadə edilməmişdir. Sözügedən sahəyə aid Pirşağı Bələdiyyəsi tərəfindən fiziki şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı "xxxx" QSC-nə məlumat verilməmişdir. Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 234.000 ABŞ dolları məbləğində pulu tələb etməsinə dair aralarında olan telefon danışığı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən mobil telefonla yazılmış səs yazılarını özündə əks etdirən CD disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə-fonoskopik ekspertizasının 29 oktyabr 2020-ci il tarixli 4/775 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd “hp” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 1 ədəd “hp” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs1 məxsusdur. Tədqiqata təqdim olunmuş 1 ədəd “hp” markalı CD diskdə olan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmadı. 1 ədəd “hp” markalı CD diskdə olan mübahisəli fonoqramlarda danışıqlar telefon danışığı olduğundan danışıqların hansı akustik şəraitdə yazıldığını müəyyən etmək mümkün olmadı. Danışıqların mətni aşağıdakı kimidir: “call_10-21-47_OUT_**********0451” K1- Alo K2- Lətif məllim salam, K1- Əleykim salam, hər vaxtınız xeyir K2- Necəsən, kefin halın? K1- Sağ ol, yaxşılığ belə də K2- Bakıdasan, Gəncədə? K1- Gəncədə K2- İşdər necə gedir? K1- Belə də başdamışığ şükür K2- Hə, xeyirli olsun. Lətif məllim noldu bə bizim işdən bir xəbər yenə çıxmadı K1- İşimiz durur da indi darıxma K2- Ay Lətif məllim qadan alım, ə mən qalmışam küçələrdə e, Allaha and olsun. Kiramı ödüyə bilmirəm, bir şey eliyə bilmirəm. Qardaş mən iş görməliyəm, mən yaşamalıyam, yaşamaq mənim də haqqımdı axı K1- Narahat olma, narahat olma K2- Lətif məllim Allaha and olsun bax mən səni neçə illərdi gözdüyürəm. Deyirsən bugün, sabah, bugün /// K1- Sənnən çox, sənnən çox mən maraqlıyam orda K2- Ə maraq başqa şeydi, maddi ziyan başqa şeydi qardaş. Mən cibimnən pul vermişəm, sən cibinnən pul verməmisən ki? Allaha and olsun təbdən çıxıram deyirəm gedim verim məhkəməyə rəsmi şəkildə. O vəziyyətə gəldin çıxdın K1- E kefsən e K2- Vallah billah. Qardaş bə mən sənə 10 manat verməmişəm, 20 manat verməmişəm. Lətif məllim 234 min dollar mən əlimnən pul vermişəm. Bugünkü gündə o 1 milyonnan çox pul eliyirdi. Mən bu gün kiramı verə bilmirəm. Hə, kadın kimdi ki, gəlsin gündə maa desin ki, evimnən çıx. Xayiş eliyirəm işi yoluna qoyaq kutarsın getsin. Vallah mən isdəmirəm işi tökəm rəsmiyyətə ayıbdı, salam əleykim var üz-üzə baxırıq. K1- Narahat olma dedim də K2- Bilirəm e nə vaxta qədər? Qışda dedin yaz, yazda dedin ki, yayda, düzdümü? İndi də deyirsən ki, vaxtın bilmirəm amma həll olacaq. Sənin orda marağın başqa bir şeydi, mənim itirdiyim pul başqa bir şeydi. Mən illərimi vermişəm bu pulu qazanmışam, 3 günə, 5 günə qazanmamışam ki, Lətif məllim K1- Darıxma e, darıxma K2- Maa vaxt denən, gün denən. Denən flan vaxt mən sənin işini həll edəcəyəm. Sat neçiyə satırsan mənim 400.000-imi ver. K1- Darıxma, darıxma K2- Mən sənnən zəng gözdüyürəm “call_18-51-07_İN_**********0451” K1- Hə, salam qaqam, nə var nə yox? K2- Salam Lətif məllim, necəsən, kefin halın? K1- Sağ ol qaqa, yaxşı K2- İşin gücün? K1- Gəncədəyəm K2- Hə, həmişə/// İstirahətdə, işdə? K1- Ə işdə, nə istirahət. İstirahət vaxtımızdı da səndə, bəs döyül isdirahət K2- Hə, o da düzdü əsas odu iş-güc olsun K1- Hə, hə, hə K2- Şey, niyə zəng vurdum, qışda dedin yayda həll eliyəciyik narahat olma onun üçün. Nə oldu, nə yerdə qaldı bizim işimiz? K1- Gəlmişik də burdayıq. Neynək eliyək, gəlmişik də, Allah qoysa darıxma K2- Hə? K1- Darıxma, darıxma K2- Təxminən nə vaxta olar mən bilim də K1- Ə nəvağı mən də bilmirəm, darıxma da təzə gəlmişiy hələ K2- Helə? K1- Hə, darıxma, darıxma K2- Yaxşı mən xəbər gözdüyürəm sizdən K1- Sənnən çox mənim marağım var orda, darıxma K2- Yaxşı, gözdüyürəm “call_20-44-33_OUT_**********0451” K1- Alo K2- Lətif məllim salam K1- Hə, axşamınız xeyir, nə var, nə yox? K2- Sağ ol, sizdə nə var, nə yox? K1- Belə şükür Allaha K2- İşdər-güjdər necədir? K1- Belə də, kəntdəyik K2- Hə, Gəncədəsən? K1- Kəntdə, kəntdə K2- Hə, Gədəbəydə? K1- Hə, toya gəlmişiy K2- Hə, büyün səhərdən çox zəng vururam zəng çatmadı sizə K1- Hə, olar K2- Alo K1- Hə, eşidirəm K2- Neynədiy, nə yerdə qaldı bizim işimiz Lətif məllim? Danışırıq, 3 ay, 4 ay keçir bir də qayıdıram mən yenə zəng vururam, birdə K1- Azad əlimə pul keçsin birdəfəlik, sənin əlinə də düşsə gedəy o torpağı özəlləşdirəy, başqa yolu yoxdu K2- Ay Lətif məllim eyni şeyi danışıb durmaq lazım deyil e, mənim işimi həll eləməy lazımdı. Mən Neftçilərdə kiramı ödüyəmmədim çıxdım gəlmişəm Qaraçuxurun dərəsinin dibində qalıram K1- Niyə ödüyəmmirsən ki, nolub? K2- Ödüyəmmədim də, kiramı ödüyəmmədim, Neftçilərdə qalmırdım mən, çıxdım gəldim indi qalmışam əmioğlunun evində. Ə qardaş mən pisdiy eləmədim ki, Lətif məllim, mən sənə inandım da qardaş K1- Gələrəm Bakıya söhbət eliyəriy, yaxşı K2- Bilirəm gələssən, ama deyirsən gələcəm, gəlirsən söhbət eliyə bilmirik K1- Ədalət də deyir, Ədalət də deyir ancaq gələcəm söhbətimiz... eliyərik yaxşı K2- Ədalət nəyi deyir? K1- Nə bilim nəsə mənim qulağıma söz-söhbət çatır K2- Ədalətin yanında mən demişəm hə K1- Yaxşı eliyibsən K2- Qardaş mən Ədalətə demişəm, Ədalətdən soruş denən olmuyan bir şeyi demişəmsə denən ki, deyibsən. Qardaş mən pisdiy eləməmişəm, qardaşın qardaşa eləmədiyini eləmişəm, inanmışam sənə daveriya eləmişəm. Əlimnən qardaş mən sənə pul vermişəm, mən sənə başqa bir şey verməmişəm ki. Mən sənə Lətif məllim zəng də vurmamışam ki, mənə iş gör. Qardaş mən bu gün yeməyə çörəy tapa bilmirəm, borcnan yaşıyıram. Mən sənə 10 il bunnan əvvəl 234 min dollar pul vermişəm, o günün şərtlərində mən 5 dənə ev alardım. Ama bu gün mən kirədə qalıram, mənim evim yoxdu. Uşağı mən hazırlığa qoya bilmirəm. Mənim səhvim nədi qardaş? K1- Gəlirəm söhbət eliyərik də K2- Yaxşı, yaxşı K1- Sən telefonna danış mən danışım nolacaq K2- Yaxşı, yaxşı gözdüyürəm, sağ ol “Ses 010” K1- Alo K2- Lətif məllim salam K1- Salam qaqa, nə var nə yox? K2- Sağ ol, sizdə nə var nə yox? K1- Yaxşı, şükür salamatçılıq. Nağayrırsız? K2- Sağ ol. Bakıdasan, rayondasan? K1- Burda. Bakıdayam. K2- Lətif məllim bəs mən zəng vurmasam zəng vurmursan. Bəs noldu bizim məsələ, nə yerdə qaldı? K1- Nə məsələ? K2- O, 234 min, torpağın məsələsi K1- Torpağı neyniyəy, torpağın zaborun çəkməy lazımdı da. K2- Lətif məllim K1- Hə K2- Qardaş mən 10 ildi mən deyirəm, sən deyirsən belə olacağ, elə olacağ, yaxşı olacağ, həll eləmişəm, filandı, problem deyil. Mən zabor niyə çəkməliyəm? Niyə nəsə tikməliyəm orda qardaş. Mən sənə əlimnən pul vermişəm, 234 min dollar pul vermişəm. Mənə yer alıbsan, ya yerimi ver deyirəm, ya da 400 min dollar pulumu ver. Mən sənnən başqa bir şey isdəmirəm, sən mənə deyirsən zabor çəkməy lazımdır. Ə mənim yerim olannan sora mən zaboru neyniyirəm, mən zabor çəkmirəm elə buraxıram K1- Sənin zaborunu uçurublar da K2- Lətif məllim mənim yerim yoxdu ki, zaborumu da uçurdalar K1- Bə kimindi o yer? K2- Nə bilim kimindi Lətif məllim. 2017-nin fevralında da müqaviləm kutarır, 10 illiy müqaviləm kutarır. Dövlətin yeridi kimin olacaq ki? K1- Dövlətin yeri zad deyil, o yer sənin yerindi K2- Lətif məllim mənim yerimdirsə mənim yerimin özəlləşmiş sənədini gətir ver, ya da o dəfə dediyin kimi sat, demirsən 500 minə, 1 milyona alırlar, sat mənim pulumu ödə də. Mən sənə verdiyim o vaxtı 234 min dolla bugün ən azı 2 milyon dollar deməkdi. Qardaş sən mənə 400 min dollarımı ver, neçiyə satırsan sat. Sən mənə keçən illəri deyirsən ki, getmə yanvarda mən sənin işini həll eliyirəm. Yanvar gedir deyirsən apreldə həll eliyəcəm, apreldə deyirsən yayda həll eliyəcəm. Yay kutardı uje. 2016 kutardı. 2006 hara, 2016 hara. 10 il keçdi. Mənə konkret bi vaxt de, gün de, mənim pulumu ver. Mənim yeməyə çörəyim yoxdu e, bu gün evimdə. Alo K1- Havaxt gəlirsən bura? K2- Mən Bakıdayam. Hara gedəy? K1- ... K2- Necə? K1- Öydəyəm K2- Bilirəm e, evdəsən, Lətif məllim evə mən 50 dəfə gəldim də sənnən. Evdə bir şey ifadə olmadı ki, bir şey dəyişmədi ki. Qardaş mən sənə inanmışam, daverya eləmişəm pul vermişəm, mənim pulumu qaytar ver K1- Sən torpağ isdiyirsən torpağ da alınıb verilibdi də sənə K2- Ə nə torpağ alınıb verilib, hansı torpağ alıb vermisən mənə K1- Telefonnan danışma gəl. Nə vaxt gəlirsən gələrsən K2- Lətif məllim telefonnan illərdi e, sənnən danışıram. Telefonnan danışmamaq fərqi yoxdu. İllərdi telefonnan danışıram, üzbəüz danışıram xeyri yoxdu. Nəynən danışaq yaxşı? K1- Gəl də, gəl oturaq çay içək K2- Lətif məllim gəl başqa yerdə oturaq çay içək. Mən evə gəlirəm otururuq orda /// Hara deyirsən gedəy oturaq çay içək. 5 dənə də başı çıxan adam çağır denən qardaş mən filan tarixdə bu qədər pul almışam indi də ortada bir şey yoxdu. Mən haqsızamsa durub çıxıb gedəciyəm K1- Yaxşı, yaxşı K2- Nə vaxt görüşək? K1- Nə vaxt xətrin isdiyir K2- Elə indi görüşək K1- Evdəyəm K2- Gəl də yaxına hara isdiyirsən gəl orda oturaq söhbət eliyək K1- Sabah axşam K2- Necə? K1- Sabah axşam üsdü görüşək K2- Yaxşı K1- Oldu Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 noyabr 2020-ci il tarixli 9/3934 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən əvvəllər istismar edilmiş avadanlıqların 2012ci ilin iyun ayına və 2020-ci ilin sentyabr ayına, respublikadaxili orta bazar qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: - bir dəst beyin, idarəetmə pultu və 550 mm-dək boruları qaynaq etmək üçün nəzərdə tutulmuş, Türkiyədə istehsal edilmiş “Turan” markalı qaynaq aparatının ƏDV ilə birlikdə təzəsi 15930,00 manat, 40% köhnəlməsini nəzərə alaraq 9558,00 manat, iki ədədi 19116,00 manat; - bir dəst həmin əməliyyatı icra edən, yəni beyin, idarəetmə pultu və 300 mm-dək boruları qaynaq etmək üçün nəzərdə tutulmuş, dizel yanacağı ilə işləyən, Türkiyədə istehsal edilmiş “Turan” markalı qaynaq aparatının ƏDV ilə birlikdə təzəsi 11800,00 manat, 40% köhnəlməsini nəzərə alaraq 7080,00 manat; - bir dəst üstündə “KDE 12000 EA3 DİZEL JENERATOR MA BY RCİS HAVA FİLTRESİ” markalanma yazıları olan dizel yanacağı ilə işləyən generatorun təzəsi 5742,00 manat, 40% köhnəlməsini nəzərə alaraq 3445,00 manat, iki ədədi 3890,00 manat; - bir dəst sütündə “XONDA” markalanma yazısı olan, dizel yanacağı ilə işləyən kipləndirici, sıxıcı (trambovka) aparatının hazırki işlənmiş vəziyyətdə mənəvi və fiziki köhnəlməsini nəzərə alaraq 1200,00 manat, dörd dəsti 4800,00 manat; - bir dəst üstündə “BOMAG FİYAT CRUP” yazısı olan, dizel yanacağı ilə işləyən kipləndirici, sıxıcı (trambovka) aparatının hazırki işlənmiş vəziyyətdə mənəvi və fiziki köhnəlməsini nəzərə alaraq 1500,00 manat; - bir dəst üstündə “PALME 2011” markalanma yazısı olan, elektrik enerjisi ilə işləyən kipləndirici, sıxıcı (trambovka) aparatının hazırki işlənmiş vəziyyətdə mənəvi və fiziki köhnəlməsini nəzərə alaraq 1100,00 manat; - 1982-ci il buraxılışlı, ÖM3 markalı istismarda olmuş traktorun qiyməti 9500,00 manat, mühərriki sökülmüş vəziyyətdə təmirə dayanmış, hazırda təyinatı üzrə istifadəyə yararsız olan traktorun mənəvi və fiziki köhnəlməsini nəzərə alaraq 4750,00 manat. Cinayət işinin istintaqı zamanı 2000, 2006-2008, 2012 və 2017-ci il tarixlərdə Azərbaycan Respublikası manatının X10 dollarına nisbətdə məzənnəsini müəyyən etmək məqsədilə https://www.cbar.az/ internet saytına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, manatın 1 dollara nisbətdə məzənnəsi 2000-ci ilin 28 sentyabr tarixində 4,527 (01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası həyata keçirilmişdir), 2006-cı ilin noyabr ayında orta olaraq 0,8726, 2007-ci ilin mart ayında orta olaraq 0,8678, 2007-ci ilin iyun ayında orta olaraq 0,8898, 2008-ci ilin oktyabr ayında orta olaraq 0,8099, 2012-ci ilin may-iyun aylarında orta olaraq 0,7858, 2012-ci ilin avqustsentyabr aylarında orta olaraq 0,8045, 2017-ci ilin 9 aprel tarixində 1,7031, 2017-ci ilin 24 aprel tarixində 1,7022, 2017-ci ilin may ayında orta olaraq 1,7024, 2017-ci ilin 30 may tarixində isə 1,7020 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar Zərərçəkmiş şəxs1 28 sentyabr 2000-ci il tarixdə Təqsirləndirilən şəxs həmin dövrün məzənnəsi ilə verdiyi 60.661.000 AZM ekvivalentində 13.400 ABŞ dolları məbləğində pul təqsirləndirilən şəxsin ittihamında 12.132 manat kimi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş 5 oktyabr 2020-ci il tarixli, 06/12-688 saylı sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28 avqust 2000 – 15 iyul 2007-ci il tarixlərdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi olmuş, 28 iyul 2007-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi təyin edilmiş və 30 iyul 2007-ci il tarixdə ona Şuşa rayon Məhkəməsinin hakimi vəzifəsinin icrası həvalə edilmişdir. 24 aprel 2008-ci il tarixdə Təqsirləndirilən şəxs hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdir. Cinayət işinin istintaqı zamanı 2 ədəd 550 mm, 2 ədəd 300 mm diametr ölçülü (cəmi 4 ədəd) “Turan Makina” markalı qaynaq aparatı, 2 ədəd 1200 cərəyanlıq generator, 6 ədəd “Palme” markalı sıxışdırıcı (trampovka) və 1 ədəd “Belarus” markalı traktor maddi sübut kimi tanınmışdır. İstintaq zamanı İsmayıllı rayonu və Gəncə şəhərində su-kanalizasiya xətlərinin çəkilişi işlərinin görülməsi üçün nəzərdə tutulmuş və Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evinin həyətyanı sahəsində saxlanılan 2 ədəd 550 mm, 2 ədəd 300 mm diametr ölçülü (cəmi 4 ədəd) “Turan Makina” markalı qaynaq aparatlarına, 2 ədəd 1200 cərəyanlıq generatora, 6 ədəd “Palme” markalı sıxışdırıcı aparata (trampovka) baxış keçirilmiş, 1 ədəd “Belarus” markalı traktor isə İsmayıllı rayonunun Qurban Əfəndi kəndində olduğundan traktora baxış keçirilməsi mümkün olmamışdır. Qeyd edilən avadanlıqlar, eləcə də “Belarus” markalı traktor iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. Baxış keçirilməsinə dair fotoşəkillər aşağıdakılardır: Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamlara görə birinci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayətlərin təkrar törədilməsinin özünə məxsus əlamətlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Əvvəlki cinayət qanunvericiliyindən fərqli olaraq, cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin Ümumi hissəsində müstəqil normada nəzərdə tutulmuşdur. Əvvəlki Cinayət Məcəlləsində cinayətlərin təkrar törədilməsi Məcəllənin Xüsusi hissəsinin normalarında cinayət tərkibinin əlaməti kimi və ağırlaşdırıcı halları nəzərdə tutan zəruri tərkib əlaməti kimi müəyyən edilmişdi. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 16-cı maddəsində ümumi təkrarlıq anlayışından imtina edilmiş, xüsusi təkrarlığın isə iki müstəqil növü müəyyən olunmuşdur: Həmin Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi); Yalnız Cinayət Məcəlləsinin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci maddəsi). Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Beləliklə, Cinayət Məcəlləsinin 16-cı maddəsinə əsasən təkrarlıq, həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı, cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda, şəxsin iki və ya daha artıq cinayət törətməsi, eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Cinayətlərin çoxluğuna dair ətraflı açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında verilərək qeyd edilmişdir ki, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür. X20 görə “əgər şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən azad olunubsa və ya törətdiyi hərəkətlərə görə məhkumluğu ödənilibsə, habelə cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatıbsa, çoxluğun (təkrarlıgın) müəyyən edilməsi zamanı bu əməllər nəzərə alınmır”. Cinayətlərin çoxluğu (təkrarlıgı) dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür. (25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin sonuncu Plenum Qərarında da eyni mövqe sərgilənmişdir) Göründüyü kimi, hazırki cinayət işi üzrə epizodlar arasında cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində təkrarlıgın olması mubahisə doğurmur. Hazırki cinayət işinə analoji olan digər cinayət işləri və artıq formalaşmış məhkəmə təcrübəsindən bir sıra işləri misal gətirmək olar: Məsələn: X1 Azərbacan Respublikası CM-nin 310, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə irəli sürülmüş ittiham 2 epizoddan ibarət olmuşdur: 1-ci epizod 2009-cu ilin sentyabr ayında etibardan sui-istifadə etmə yolu ilə özünü vəzifəli şəxs kimi təqdim etməklə 16.129 manat xeyli miqdarda əmlakın ələ keçirilməsi ilə dələduzluq, 2-ci epizod isə eyni şəxsə qarşı 2014-cü ilin fevral ayında 7.844 manat xeyli miqdarda əmlakın ələ keçirilməsi ilə dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxslə Amid Hüseynov adlı şəxsi təkrar rüşvət verməyə təhrik etmişdir. Həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi 11 iyun 2019-cu il tarixli hökmündə X2 Azərbacan Respublikası CM-nin 310, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilmiş, Azərbacan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən 2009-cu il epizodu üzrə cəlb etmə müddətinin keçməsi əsası ilə cəza təyin etməmişdir. X11 Respublikası CM-nin 310, 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib müvafiq cəzaya məhkum edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, 1-ci epizod 2009-cu il tarixdə baş vermiş, hökm çıxarılan ana qədər 7 ildən çox müddət keçmişdir. Qeyd olunan hökmdən verilmiş apelyasiya protesti 26.08.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsində təmin edilmiş, hökm həmin hissədə ləğv edilmiş, X2 Azərbacan Respublikası CM-nin 310, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməklə müvafiq cəzaya məhkum edilmişdir. Bundan başqa, X4 Azərbacan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi 16 yanvar 2017-ci il tarixli hökmü ilə Nüşabə Baxışovaya müvafiq cəza təyin etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi 26 dekabr 2017-ci il tarixli qərarla hökmü dəyişdirmiş, əməlini Azərbacan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edərək müvafiq cəza təyin etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Azərbacan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tərkib yaradan əməllər 2013-2015-ci illər ərzində törədildiyindən və qərar qəbul edilənədək cəlb etmə müddəti olan 2 il keçdiyindən həmin epizodlar ittihamdan xaric edilmişdir. Həmin iş üzrə də verilən kassasiya protesti təmin edilmiş, məhkəmə tərəfindən epizdoların müstəqil qiymətləndirilməsinin doğru olmaması və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi qənaətinə gəlinmişdir Eyni zamanda X7 Azərbacan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2018ci il tarixli qərarı da Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qərarı ilə kassasiya protesti əsasında eyni hüquqi əsaslarla təmin edilmiş, qərar ləğv edilmişdir. Azərbaycan Respublikası CPM-nin 419-1-ci maddəsinin tələblərinə əsasən Kassasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi. 419-1.1. Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hökm və ya digər qərarının əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin cinayət kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. CPM-nin 416.2-ci maddəsinə əsasən - Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət üzrə Zərərçəkmiş şəxs1 12.132 manat məbləqində maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edərək, etibardan sui istifadə etmək yolu ilə dələduzluq cinayətini 2000-ci ilin sentyabr ayının 28 də törətmişdir. Həmin dövr üçün qüvvədə olan Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinə görə az ağır cinayət görə cinayət məsuliyyətinə cəlb etmə müddəti 5 il müəyyən olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs ittiham olunduğu zəzrərçəkmiş şəxs Zərərçəkmiş şəxs1la bağlı birinci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs ittiham olunduğu birinci epizod üzrə təqsirli bilinməli, lakin nəzərdə tutulan cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin hissədə icraata xitam verilməlidir. Məhkəmə əməlin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin tələblərinə əsasən cinayələrin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən suiistifadə etməklə törətmiş olduğu sonuncu cinayəti 2017-ci il tarixdə törətmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən ciayətin törədildiyi gündən 2 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz . Azərbaycan Respublikası CPM-nin 44.2-ci maddəsiin tələbinə əsasən bəraət hökmü və cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çüıxarır. Təqsirləndirilən şəxs ittiham edildiyi vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini törətdiyi gündən 2 il keçdiyinə görə, onun ittiham olunduğu Ciayət Məcəlləsinin 310-cu maddəsi ilə onun barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməisni nəzərə alaraq, təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə görə, həmin maddə ilə ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 66,513 manat, Zərərçəkmiş şəxs1, 202,126 manat maddi ziyan dəymişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən Zərərçəkmiş şəxs2 dəymiş ziyandan 10.000 manat ödənilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs2 56,513 manat ödənilməmiş borcu qalmışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı müddətində dəymiş ziyandan heç bir məbləq ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslərin məhkəmədə mülki iddia vermə hüquqları vardır. Zərərçəkmiş şəxs2 mülki iddia verərək Azərbaycan manatına nisbətdə 66.513 manat təşkil edən 59.700 ABŞ dolları real ziyanın, itirilmiş gəlirə görə 100.000 ABŞ dolları və mənəvi ziyana görə 50.000 ABŞ dolları məbləqində pulu Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 Rüstəm oğlu mülki iddia verərək Azərbaycan manatına nisbətdə 202.126 manat təşkil edən 234.000 ABŞ dolları real ziyanın, itirilmiş gəlirə görə 898.100 ABŞ dolları və mənəvi ziyana görə 100.000 ABŞ dolları məbləqində pulu Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin vermiş olduqları mülki iddialar itirilmiş gəlirə və mənəvi ziyan hissəsində tam əsaslandırılmadığından təmin edilməməli və əsas ziyan üzrə verilmiş mülki iddialar təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Zərərçəkmiş şəxs2 dəymiş ziyanın bir qisminin ödənilməsi Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin məcəllənin 46.2-ci maddəsində göstərilmişdir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi dövlət və yerli özünü idaretmə orqanlarında maddi və məsul vəzifə tutma hüququndan məhrumetmə cəzasının təyin edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli hökm elan olunduğu gündən, yəni 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 -ci maddəsi ilə 02 (iki) il dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma hüquqlarından məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialar qismən təmin olunsun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddilar qismən təmin edilsin, Təqsirləndirilən şəxs oğlundan 56,513 (əlli altı min beş yüz on üç) manat alınaraq Zərərçəkmiş şəxs2, 202,126 (iki yüz iki min yüz iyirmi altı) manat Zərərçəkmiş şəxs1 ödənilsin. Hökmdən, elan olunduğu, Təqsirləndirilən şəxs oğlu isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar