Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-789/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sultan Əliyev küçəsi, ev 37-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 9,966 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, özündə saxlamaqla daşımış, 29 avqust 2021-ci ildə saat 01:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış sahəsində özünü şübhəli apardığı üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 14-cü Polis bölməsinə dəvət olunmuş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz əldə edib daşıyaraq saxladığı bir ədəd bükümdə təmiz çəkisi 9,966 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 28 avqust 2021-ci il tarixdə axşam saat 10-11 radələrində tanışı Elşən Babayevi evlərinə aprarkən dörd nəfər polis əməkdaşı onu Bakı şəhəri, Maştağa qəsəbəsində saxlamış və onları Sabunçu rayon polis İdarəsinin 14-cü polis bölməsinə aparmışlar. X2 inzibati cərimə yazaraq sərbəst buraxmışlar, lakin onun üzərinə 9 qram narkotik vasitə qoymuşlar. Saxlanılan zaman onun üzərində üç ədəd mobil telefon olmuş, lakin narkotik vasitə olmamışdır. İlkin olaraq polis əməkdaşlarının onun üzərinə qoyduqları narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyi kimi sənədləşdirmişlər və o, həmin sənədləri imzası ilə təqsdiq etmişdir. Lakin sonradan həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyi kimi sənədləşdirildiyini bilmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona təzyiqlər göstərilmiş, lakin bu barədə heç bir yerə şikayət etməmişdir. O, 28 avqust 2021- ci il tarixdə saxlanılmış, lakin çəkilişlə üzərinə baxış 29 avqust 2021-ci il tarixdə aparılmışdır. O, narkotik vasitələrin istifadəçisidir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bununla belə, ibtidai istintaq zamanı 29 avqust 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs və 30 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, o, 29 avqust 2021-ci ildə gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən bir ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamini 230 manata alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirərək saxlamışdır. 29 avqust 2021-ci ildə saat 01:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış sahəsində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər şəxs yaxınlaşıb özlərini Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşaları kimi təqdim etmişlər. Həmin vaxtı üzərində olan psixotrop maddəyə görə narahat olduğundan özünü şübhəli aparmışdır. Bundan sonra polis əməkdaşları ondan şübhələnib 14-cü Polis bölməsinə dəvət etmişlər. Söhbət əsnasında üzərində psixotrop maddənin olmasını etiraf edərək video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddəni təqdim etmişdir. Sonra polis əməkdaşları həmin bükümü onun və polis əməkdaşlarının iştirakları ilə qablaşdırmış, tərkibinin və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan, 14-cü Polis bölməsinə gətirilən və üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Bundan başqa ibtidai istintaq zamanı 16 fevral 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs əvvəlki ifadələrindən fərqli ifadə verərək bildirmişdir ki, 2019-cu ildən narkotik vasitə heroin, 2021-ci ildən isə psixotrop maddə metamfetamini çəkmə yolu ilə qəbul etməyə başlamışdır. 28 avqust 2021-ci ildə saat 22-23 radələrində o, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Xankar küçəsi, nömrəsiz evdən çıxmış və tanışı Elşən Babayevi götürmək üçün idarə etdiyi Daewoo Gentra markalı avtomobillə Bakı şəhəri, Maştağa qəsəbəsi, Tavaylı deyilən yerə getmiş və Elşən Babayev avtomobilə əyləşmişdir. İdarə etdiyi avtomobillə təxminən 200 metr getmiş, dəmir yolunun üstündə Bakı şəhəri 14-cü Polis bölməsinin əməkdaşları avtomobili saxlamış və 14-cü Polis bölməsində dəvət etmişlər. Bundan sonra o Elşən Babayevlə birlikdə 14-cü Polis bölməsinə getmiş və 14-cü Polis bölməsində üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxtı o, mobil telefon və siqareti stolun üzərinə qoymuşdur. Bundan sonra ona əməliyyat müəvəkkili demişdir ki, sənə 30 qram Bakı şəhəri, Yasamal rayonuna “mal” göndəriblər, həmin mal gedək götürək. O, əməliyyat müvəkkilinə demişdir ki, o, getmir. Təxminin bir saatdan sonra o, razılaşmış və 4 nəfər polis əməkdaşları ilə Bakı şəhəri, Yasamal rayonuna getmişlər. O, avtomobildə əyləşmiş, Elçin və Azər adlı polis əməkdaşı düşmüşlər və təxminən 5-6 dəqiqədən sonra avtomobilə qayıdıb gəlmişlər. Bundan sonra birlikdə 14-cü Polis bölməsinə gəlmişlər. Səhər saat 7-8 radələrində onu təhqiqatçınm otağına dəvət etmişlər və bir büküm onun qarşısına qoymuşlar və demişlər ki, 10 qram “şüşə”dir, sənindir. O, demişdir ki, bu onun deyil. Ona demişlər ki, cibinə qoy, video çəkiliş olacaq. O, da həmin bükümü cibinə qoymuş və video çəkiliş zamanı demişdir ki, həmin bükümü ona məxsusdur. Həmin vaxtı onun üzərində iki ədəd sadə Nokia markalı və bir ədəd Samsung A6 mrkalı mobil telefon olmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi –saxlanılan zaman üzərindən çıxan psixotrop maddə metamfetaminin ona məxsus olmaması, həmin psixotrop maddənin onun üzərinə polis əməkdaşlarının qoyması, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olması və heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamasına dair xüsusatları özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsində Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 29 avqust 2021-ci ildə saat 01:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşyış sahəsində 14-cü Polis bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə xidmət apararkən bir nəfər kişi cinsli şəxsi özünü şübhəli apardığı üçün saxlamış, özlərini həmin şəxsə təqdim etmiş və həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməyini xahiş etmişlər. Həmin şəxs sənədinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Bundan sonra həmin şəxsin üzərində nəsə gizlətməsi ilə əlaqədar şübhələr yaranmış və suallara dağınıq cavab verərək nədənsə narahat olduğuna görə həmin şəxsin üzərində qanunla qadağan olunmuş maddə, əşya və predmetin olmasına dair şübhələr yarandığı üçün onu Bakı şəhəri Sabunçu Rayon Polis' İdarəsinin 14-cü Polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə 14- cü Polis bölməsinə gəldikdən sonra müəyyən edilmişdir ki, həmin şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sultan Əliyev küçəsi, ev 37də qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Polis bölməsinə gələn zaman Təqsirləndirilən şəxs səmimi olaraq etiraf etmişdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir və üzərində psixotrop maddə metamfetamin vardır. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini haradan və kimdən aldığını soruşmuşlar. Təqsirləndirilən şəxs demişdir ki, həmin şəxs Yasamal rayonu, Tiblisi prospekti ilə İnqilab prospektinin kəsişməsində olan “Şaurma №1” kafesinin yanında olan “Şərab evi” mağazasının qarşısına gələcək və onun mobil telefonuna 20-25 dəqiqəyə zəng vuracaq. Bundan sonra Təqsirləndirilən şəxs mobil telefonunu götürmüşlər, həmin şəxsin müəyyən etmək üçün o, əməliyyat müvəkkili Şahid2la xidməti avtomobillə deyilən yerə getmişlər “Şərab evi”nin qarşında heç kim olmamış və Təqsirləndirilən şəxs mobil telefonuna heç kim zəng vurmamışdır. Bundan sonra o, Şahid2la birlikdə 14-cü Polis bölməsinə qayıtmış və Təqsirləndirilən şəxs heç kimin olmadığını və heç kimin zəng vurmadığını bildirmişdir. Təqsirləndirilən şəxs demişdir ki, yəqin gəlməyib, gəlsəydi zəng vurardı. Xidməti otaqların birində 14-cü Polis bölməsinin baş təhqiqatçısı polis mayoru Samir Allahaverdiyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 7 nömrəli Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştikarı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə psixotrop maddə metamfetamindir. 29 avqust 2021-ci ildə gecə vaxtı Bakı şəhəri, Yasamal rayonunda üzdən tanıdığı və anket məlumatlarım bilmədiyi şəxsdən 230 manata istifadə etmək üçün almış və üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və “Zərflər üçün” 100 saylı möhürlə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, 14-cü Polis bölməsinə gətirilərkən və 14-cü Polis bölməsində ona qarşı heç bir zor və təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsində Cinayət- axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 avqust 2021-ci il tarixli 6/3762 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” və sair yazılar, imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 9,966 qram kustar üsulla hazırlanmış psioxotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələf’in siyahısına daxildir. Metamfetamin təmiz çəkisi, 9,966 qram; tədqiqata istifadə olundu cəmi, 0,05 qram, qalıq 9,916 qram. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının 22 noyabr 2021-ci il tarixli 2746 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda hər hansi psixi xəstəlikəziyyət çəkinmişdir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 29 noyabr 2021-ci il tarixli 4780 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə edilmiş 29 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 29 avqust 2021-ci ildə saat 02:35-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etməsi zamanı videoçəkiliş aparılmış və həmin videogörüntü olan bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işininə əlavə edilmiş 26.01.2022-ci il tarixli "xxxx" MMC-dən və 10.02.2022ci il tarixli "xxxx" MMC-dən daxil olmuş SMS yazışmalarına dair 31 yanvar 2022-ci il tarixli və 13 fevral 2022-ci il tarixli diskə baxış keçiriməsi haqqında protokoldan görünür ki, +**********10 nömrədən +**********44 nömrəyə daxil olan mesajdan görünür ki, “xalaoğlu 1 q kako da istayiram. duzalar?” “Man sana 1 pay patiya kofe versam. Mana anawa verarsan? Yani barter alinar...,” +**********21 nömrədən +**********44 nömrəyə daxil olan mesajdan görünür ki, “Brt malda getr mencun”, +**********81 nömrədən +**********15 nömrəyə daxil olan mesajdan görünür ki, “Brt neynirsen o gunki kimi 3 deneye 20 Uy barter elyey brt ne dir sen ??”, +**********65 nömrədən +**********15 nömrəyə daxil olan mesajdan görünür ki, “Cavad sencanb 15 ManatM var oy ağsan öilrem yarbya oxmar öuzey,qomagda”, +**********30 nömrədən +**********15 nömrəyə daxil olan mesajdan görünür ki, “Cavad rehmanın canna havalanmşam desdey ol çox pis ağryr ayağlarm, sızıldyr pul var”, +**********21 nömrədən +**********15 nömrəyə daxil olan mesajdan görünür ki, “Mene 25 manat verecem sene dobruyari verersen”, +**********81 nömrədən +**********57 nömrəyə daxil olan mesajdan görünür ki, “Brt lomkadayam gelim qapiya liderdeyem bide 20 loy verde mene, Payunda var mendevo” sair bu kimi narkotik vasitələri alqı-satqısına dair mesajlar aşkar olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi ifadələrində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək saxlanılan zaman üzərindən psixotrop maddənin çıxmaması, narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə deyil, yalnız öz istifadəsi üçün əldə etməsi cinayət işi üzrə dindirilmiş şahid ifadələri, sms yazışmaları və iş üzrə toplanmış digər sübutların məcmusu ilə təkzib edilir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 -cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 9,916 qram psixotrop maddə metamfetamin məhv edilməli və bir ədəd Nokia markalı TA 1114 modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarmalıdır. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə videoçəkilişləri əks etdirən 01 ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 9,916 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd Nokia markalı TA 1114 modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə videoçəkilişləri əks etdirən 01 ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-789/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-789/2022
03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver