Məhkəmə qərarları › İş №1(101)-789/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-789/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-789/2023 06.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, üzərində məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman (Dəmiryol) küçəsi, ev 88-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlamaqla daşımış, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,107 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 16:30 dəqiqədə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, 88 nömrəli evin yaxınlığında saxlanılaraq ünvan 3a yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ cibində saxladığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,107 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,345 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 16:25 dəqiqədə Suraxanı RPİ-nin NMB-nin və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3a yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ cibində saxladığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,345 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Suraxanı RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən və xx.xx.2022-ci il tarixdə barəsində axtarış qərarı çıxarılmış Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,258 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış, həmin axtarış qərarının icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə, saat 13:00 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, 88 nömrəli evin qarşısında saxlanılaraq ünvan 3a yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ cibində saxladığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,258 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ittiham aktında yazılanlarla razı deyil. O, narkotik vasitələrin istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, əvvəlcə polis əməkdaşları tərəfindən 1 (bir) dəfə istifadə üçün nəzərdə tutulmuş miqdarda (yəni bir “çet” olmaqla) narkotik vasitə ilə saxlanılmışdır. Həmin vaxt polislər onun üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarını artırmışlar və həmin narkotik maddənin miqdarını 1 qram həddində sənədləşdirmişlər. Lakin ibtidai araşdırma aparan prokuror onun barəsində həbs seçməyərək onun azad etmişdir. Çünki o, ancaq narkotik vasitələrin istifadəçisidir, yəni narkomandır. Bu hadisədən 1 (bir) həftə keçəndən sonra polislər onu yaşadığı evdən “götürmüşlər” və onu Polis İdarəsinə aparmışlar. O, evdən zorla çıxarılaraq Polis İdarəsinə aparılmışdır. Bu dəfə onun üzərində hər hansı qadağan olunmuş əşya və ya narkotik vasitə olmamışdır. Lakin polislər ona demişlər ki, “sən tutulmalısan”. Sonra polislər Polis İdarəsində onu döymüşlər. Onun başına kitabla və şillə ilə vurmuşlar. Polislər ona demişlər ki, “səni başından vurmaqla səni gic edəcəyik”. Bu dəfə də onu prokurorun yanına aparmışlar, yenə də prokuror onun barəsində həbs seçməyərək onu buraxmışdır. O, həmin vaxt prokurora demişdir ki, “mən heç nə etməmişəm, məni yenə də tutub gətiriblər”. Prokuror da ona demişdir ki, “bəli, həqiqətən də səni 1 (bir) həftə əvvəl buraxmışdım”. Onu polislər yenidən tutandan sonra məhkəmə qarşısına çıxartmışlar və həmin vaxt onun barəsində məhkəmə tərəfindən həbs seçilmiş, bundan sonra istintaq orqanı tərəfindən də cinayət işi başlanmışdır. Halbuki o, heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış və ona görə də təqsirsizdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona yüngül cəza təyin edilməsini, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə isə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə istintaqında onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, 1 (bir) il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. O, istifadə etdiyi narkotik vasitəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. 29 iyul 2022-ci il tarixdə, saat təxminən 16:30 dəqiqədə o, yaşadığı evin qarşısında olan vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O, əynində olan qara rəngli şalvarının sağ cibində saxlayaraq daşıdığı 1 (bir) büküm narkotik vasitə heroini cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi 1 (bir) ədəd bükümdə olan kütlənin nə olduğunu ondan soruşduqda, o, təqdim etdiyi 1 (bir) ədəd bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman üzərində saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə onun üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, tərtib edilmiş protokol onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin fakt üzrə başlanmış cinayət işi üzrə o, Suraxanı RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, 09 avqust 2022-ci il tarixdə, saat təxminən 16:25 dəqiqədə ünvan 2 ünvanının qarşısında olan vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək Suraxanı rayon Polis İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O, əynində olan qara rəngli şalvarının sağ cibində saxlayaraq daşıdığı 1 (bir) bükümdə olan narkotik vasitə heroini cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi 1 (bir) ədəd bükümdə olan kütlənin nə olduğunu ondan soruşduqda, o, təqdim etdiyi 1 (bir) ədəd bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman üzərində saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra tərtib edilmiş protokol onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə, saat təxminən 13:00 dəqiqədə o, yaşadığı evin qarşısında, yəni Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsində olan vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun istintaqdan gizləndiyi üçün axtarışda olduğunu bildirərək onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə razılaşaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Suraxanı RPİ-nin 31ci PB-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etsin. O da əynində olan qara rəngli şalvarının sağ cibində saxlayaraq daşıdığı 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi 1 (bir) ədəd bükümdə olan kütlənin nə olduğunu ondan soruşduqda, o, təqdim etdiyi 1 (bir) ədəd bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman üzərində saxlanılması və daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra tərtib edilmiş protokol onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar 31-ci PB-də axtarış elan olunmuşdur. Daha sonra o, digər polis əməkdaşı Şahid6 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlamış və sonra onlar həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, eləcə də həmin şəxsin axtarışda olduğunu və buna görə də onlarla birlikdə Polis bölməsinə getməli olduğu bildirmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə Polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs səmimi etiraf edərək üzərində narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs video çəkiliş zamanı üzərində olan narkotik vasitəni könüllü surətdə polis əməkdaşlarına təqdim edərək həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 29 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nə “Vahid” adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar dərhal 31-ci Polis bölməsində əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu olaraq onlar Bülbülə qəsəbəsinə yollanmışlar və orada Vahid adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Eləcə də onlar həmin şəxsə polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar saxladıqları şəxsə özlərini təqdim edən zaman həmin şəxsə onlarla birlikdə 31-ci Polis Bölməsinə getməli olduğunu, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onlar saxladıqları şəxsi 31-ci Polis bölməsinə gətirdikdən sonra təhqiqatçının iştirakı ilə həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bükümdə narkotik vasitəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik maddə barədə verilən suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik maddəni şəxs istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs narkotik maddələrin dövriyyəsi ilə məşğul olması, həmçinin narkotik vasitələri üzərində gəzdirməsi barədə olmuşdur. Daxil olan əməliyyat məlumatını aydınlaşdırmaq məqsədilə əməliyyat qrupu yaradılmışdır. Hadisə yay aylarında baş vermişdir. Əməliyyat qrupu olaraq 09 avqust 2022-ci il tarixdə, təxminən saat 16:25-16:30 radələrində onlar Təqsirləndirilən şəxs yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onlar mülki geyimdə olmuşlar. Sonra onlar həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də öz növbəsində özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış həyata keçirilməsi məqsədilə onlar Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə dəvət etmişlər. Suraxanı RPİ-nin 31-ci PB-də Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 1 (bir) büküm sellofanda narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini kimdən alması barədə sual verildikdə, Təqsirləndirilən şəxs cavabında həmin narkotik vasitə heroini tanımadığı şəxsdən 5 manata aldığını bildirmişdir. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşı Şahid1 ilə yanaşı, həmçinin o da daxil olmuşdur. 09 avqust 2022-ci il tarixdə, saat 16:25-də onlar əməliyyataxtarış tədbiri keçirmişlər və Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında görüb yaxınlaşmışlar və xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Suraxanı RPİ-nin 31-ci PBnə dəvət etmişlər. 31-ci Polis bölməsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə Bakı şəhər 09 saylı Vəkil Bürosunun vəkili X3 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa həmin əşyanı masanın üzərinə qoyması təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm “kakos” kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 5 manat pul ödəməklə şəxsi istifadəsi üçün almışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 135) görünür ki, “Vahid” adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 137) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsində olacağı və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat ısasında onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 141) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsində saxlanılaraq 31-ci Polis bölməsinə aparılmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 157) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 158) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 169-170) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin vaxt onun əynindəki qara rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin vasitəni Suraxanı rayonu ərazisində 10 manata aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4100 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 177-179) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “(imza) Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,107 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 134) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 187-188) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 202-204) görünür ki, həmin gün Suraxanı rayon prokuroru Rəşid Mahmudov ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatəti müdafiə etməkdən imtina etmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş və həmin gün o, MSY-dən həbsdən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 1, iş vərəqə 205-206) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 207) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 56) görünür ki, “Vahid” adlı şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 59) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ünvan 7 ünvanının qarşısında saat 16:25 radələrində saxlanılaraq 31-ci Polis bölməsinə aparılmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 69) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 81-82) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin vaxt onun əynindəki qara rəngli şalvarın sağ cibindən 01 ədəd siqaret qutusunun üzünə çəkilmiş şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin bükümü Suraxanı rayonu ərazisində 5 manata aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4260 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 92-94) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,345 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 53) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 105-106) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 107-108) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 121-122) görünür ki, həmin gün Suraxanı rayon prokuroru vəzifəsini icra edən X5 ibtidai istintaqı aparan müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatəti müdafiə etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 1, iş vərəqə 123-124) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 218-220) görünür ki, Təqsirləndirilən şəxs 2004-cü ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, 2006-cı ildə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi, 2013-cü ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, 2017-ci ildə Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və sonuncu dəfə xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət təqibi üzrə icraatın birləşdirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 130-131) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işlərinin bir icraatda aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 4632 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 21-22) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin şərtləri pozulduğuna görə şəxsin tutulması barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 240) görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə onun tutulması və axtarış verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 2) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində çıxış edən və axtarışda olan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:00-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsində, yəni yaşadığı evin qarşısında saxlanılaraq 31-ci Polis bölməsinə gətirilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 12) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 13) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 24-25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin vaxt onun əynindəki qara rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin bükümü Suraxanı rayonu ərazisində 5 manata aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5136 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 33-35) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,258 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraatın birləşdirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 49-50) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi ilə birləşdirilmiş və bununla da cinayət təqibinin bir icraatda aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli 31-ci Polis bölməsinin 09810957-1222 saylı cavab məktubundan (cild 1, iş vərəqə 243) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 246) görünür ki, fakta görə başlanmış cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 1-2) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-533/2022 saylı qərarından (cild 2, iş vərəqə 18-20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 2, iş vərəqə 69-81) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilməsi, göstərilən maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 90-92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon prokurorluğunun 466-x-23 saylı cavab məktubundan və prokurorluqda toplanmış 382-c-22 nömərli araşdırma materialından (cild 2, iş vərəqə 186-213) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonra döyülüb-döyülməməsi və sair formada qeyri-insani rəftara məruz qalıb-qalmaması barədə Suraxanı rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı ekspertiza təyin edilmiş, xx.xx.2022-ci il tarixli, 37 saylı t/s saylı ekspertiza rəyi ilə istintaq təcridxanasına təhvil verilərkən onun üzərində hər hansı xəsarətin olması müəyyən edilməmiş, nəticədə isə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aid şəxsi işdən (cild 2, iş vərəqə 214-246) görünür ki, o, istintaq təcridxanasına təhvil verilərkən üzərində hər hansı xəsarət izinin olması barədə qeydiyyat aparılmamış, eləcə də üzərində xəsarətin olmasını və polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasını bildirməmişdir. xx.xx.2017-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-236/2017 saylı hökmün surətindən (cild 1, iş vərəqə 235-237) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermiş, eləcə də irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 iyun 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, əməliyyat orqanına narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılmış, orada onun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,107 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkarlanmasını, həmin narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmiş, əksinə üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Qeyd edilən epizod üzrə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən qanunla müəyyən edilmiş qaydada vəsatət verilsə də, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin vəsatəti müdafiə etməkdən imtina etmiş, nəticədə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə ondan bu barədə iltizam alınmışdır. Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildikdən və MSY-dən azad olunduqdan sonra o, üzərindən aşkarlanaraq götürülmüş narkotik vasitə heroinin çəkisini və irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəzi hallarıdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat orqanına yenidən məlumat daxil olmuş və o, xx.xx.2022-ci il tarixdə, saat 16:25 radələrində Suraxanı RPİ-nin NMBnin və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılmış, orada video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,345 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkarlanmasını, həmin narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmiş, əksinə bu dəfə də üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Qeyd edilən epizod üzrə də onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən qanunla müəyyən edilmiş qaydada vəsatət verilsə də, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru əvəz edən səlahiyyətli vəzifəli şəxs həmin vəsatəti müdafiə etməkdən imtina etmiş, nəticədə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində yenidən həbslə bağlı olmayan qətimkan tədbiri seçildikdən sonra da o, üzərindən aşkarlanaraq götürülmüş narkotik vasitənin növünü, çəkisini və ağır cinayətin törədilməsi ilə bağlı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs onun barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərini pozduğundan xx.xx.2022-ci il tarixdə onun barəsində axtarış elan edilməklə tutulması qərara alınmışdır. Nəticədə o, xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi 88 nömrəli evin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, orada video çəkilis vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,258 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkarlanmasını, həmin narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmiş, əksinə bu dəfə də üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Nəticədə qeyd edilən epizod üzrə məhkəmə tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hər 3 (üç) epizod üzrə qanunsuz olaraq narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıdığını, şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə heroinin aşkar edildiyini və həmin vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etsə də, məhkəmə istintaqında vermiş olduğu ifadəsində 1-ci epizod üzrə cəmi birdəfəlik istifadə etmək üçün narkotik vasitə heroinin olduğunu, yəni üzərində 1,107 qram çəkidə narkotik vasitə heroinin olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin polis əməkdaşları tərəfindən çoxaltıldığını, digər epizodlar üzrə isə ümumiyyətlə üzərində narkotik vasitə heroinin olmadığını, eləcə də polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki təzyiqə qaldığını və Polis bölməsində ona işgəncə verildiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları ayrı-ayrılıqda yoxlayıb belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi ifadəsi həqiqəti əks etdirmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz və ona görə də məhkəmə onun məhkəmədə verdiyi ifadəsini yalan ifadə kimi qiymətləndirir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə yuxarıda göstərilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulsa da, xx.xx.2022-ci il tarixdə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyindən saxlanıldığı MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs həmin gün üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitənin aşkar edildiyini bildirmişdir. O, aşkarlanmış həmin vasitənin növünü və çəkisini mübahisələndirməmişdir. Eyni zamanda o, MSY-dən azad olunduqdan, başqa sözlə, azadlıqda olduğu müddət ərzində heç bir səlahiyyətli orqana əsassız şəkildə cinayət məsuliyyətinə cəlb olunması, eləcə də üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi barədə müraciət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərdiklərinin həqiqət olduğu halda irəli sürülmüş ittihamı azadlıqda olduğu müddət ərzində mübahisələndirməməsi ağlabatan və inandırıcı deyil. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində cinayət işinin ibtidai istintaqı aparıldığı vaxt onun barəsində yenidən əməliyyat məlumatının daxil olması səbəbindən xx.xx.2022-ci il tarixdə, saat 16:25 radələrində onun barəsində əməliyyat-axtarış tədbirləri keçirilmiş və o, ünvan 2 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılmış, orada video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,345 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hissədə qeyd edilməlidir ki, o, bu dəfə də üzərindən narkotik vasitənin aşkarlanmasını, həmin narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmiş, əksinə üzərindən aşkar edilmiş narkotik vasitənin növü və çəkisi ilə razılaşaraq həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Onun azadlıqda olduğu halda bu epizod üzrə də göstərilən halları, əlavə olaraq irəli sürülmüş ittihamı mübahisələndirilməməsi ona dəlalət edir ki, o, göstərilənlərlə razılaşmış və həmin halların həqiqət olmasını təsdiq etmişdir. Barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməklə tutulması barədə qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi 88 nömrəli evin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31ci PB-nin inzibati binasına aparılmış, orada video çəkilis vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,258 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkarlanmasını, həmin narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmiş, əksinə üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Əvvəllər bir neçə dəfə məhkum olunmuş və cinayət işi üzrə həyata keçirilən prosessual hərəkətlər və həmin prosessual hərəkətlərlə bağlı tərtib edilmiş prosessual qərarların nəticəsi və mahiyyəti barədə kifayət qədər təcrübəyə malik olan Təqsirləndirilən şəxs tərəfindən hər üç epizod üzrə ona aid olmayan narkotik vasitənin ona aid olmasını bildirməsi ağlabatan və inandırıcı sayıla bilməz. Eyni zamanda məhkəmə onun polis əməkdaşları tərəfindən döyülməsi və sair formada işgəncəyə məruz qalması hallarını da yoxlamış və araşdırma nəticəsində onun üzərində tutulduğu günə təsadüf edən hər hansı formada xəsarətin olması və xəsarət izinin olması halları müəyyən edilməmişdir. Bu səbəbdən də yuxarıda göstərilən halları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə yuxarıda göstərilən hissədə yalan ifadə verməklə qanunsuz əməllərinə haqq qazandırmaq, eləcə də cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Bununla da onun əməllərində Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri var. Bu hissədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin qarşılıqlı şəkildə şərh edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətinə dair qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə müəyyən edilən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı cinayət tərkibinin konkretləşdirilmiş əlamətlərini təşkil edir. Yəni qanunverici narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinin yaranmasını məhz həmin vasitələrin və maddələrin miqdarı ilə şərtləndirmişdir. Həmçinin təqsirləndirilən şəxsin hər bir əməli aşkarlanmış narkotik vasitə və ya psixotrop maddənin çəkisindən asılı olaraq ayrı-ayrılıqda törədilmiş müstəqil və başa çatmış cinayət əməlləri kimi qəbul edildikdə, təqsirkar şəxsə cinayətlərin məcmusu qaydasında cəza təyin olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun əməllərinin hər biri ayrı-ayrılıqda başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-ci maddədə nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət kateqoriyasına, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələr ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, himayəsində 2 (iki) azyaşlı uşağının və yaşlı anasının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə, məhkəmədə isə qismən etirafedici ifadə verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi cinayətin təkrar törədilməsi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, o, əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılsa da, hazırkı cinayət işi üzrə cinayət əməllərini törədərkən onun çəkilməmiş cəzası və üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Lakin o, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə yenidən eyni cinayət əməlini törətmişdir. Bu da Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə nisbətdə cinayətin təkrar törədilməsini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.1.-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və xüsusilə ağır cinayətlər daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, eləcə də onun 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, 09 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, ümumilikdə isə şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 4632 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,057 qram, 1,208 qram və 2,245 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 3 (üç) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 305 (üç yüz beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 305 (üç yüz beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, 09 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, ümumilikdə isə şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət qəti cəza müddətinə daxil edilsin və onun üzərində 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və üzərində saxlanılan cəzanın əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,057 qram, 1,208 qram və 2,245 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 3 (üç) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 305 (üç yüz beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar