Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-79/2023 06.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Nümayəndə1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 nümayəndələri – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə3 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkilləri: Müdafiəçi6, Müdafiəçi4 və Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «LCG» Vəkil Bürosunun vəkili Müdafiəçi5, tərcüməçi - X1 iştirakları ilə, xx xxxxx 1969-cu il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Ağcabədi rayonunun Qaravəlli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-cii maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxxxxxx 1988-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-cii maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirib zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1 qeyrirəsmi rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ünvan 6 ünvanında yerləşən binadan ofis icarəyə götürərək nüfuzlu bir iş adamı kimi Respublikanın müxtəlif şəhər və rayonlarında tikinti işləri aparmaları görüntüsünü yaradıb tikinti materiallarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs direktoru Nümayəndə1 etibarından sui-istifadə edərək guya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra ediləcək tikinti işlərində istifadə edib pulunu qısa müddətdə ödəyəcəklərinə dair yalan vəd verib aldadaraq, əvvəlcədən 100000 manat ödəniş edərək götürdükləri armatur tikinti materiallarının dəyərini bütövlükdə qaytarmaq niyyətində olmalarına inandırmaqla əslində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək niyyətləri olmadan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən satış mərkəzindən bir tonu 950 manatdan hesablanmaqla 03 sentyabr 2020-ci il tarixdə 100652,5 manat dəyərində 105,95 ton, 04 sentyabr 2020-ci il tarixdə 194448,85 manat dəyərində 204,683 ton və 07 sentyabr 2020ci il tarixdə 118540,05 manat dəyərində 124,779 ton çəkidə ümumilikdə 435,412 ton olmaqla 413641,40 manat dəyərində müxtəlif diametrli armatur tikinti materiallarını vahid niyyətlərini əhatə edən qəsdlə ələ keçirib orta bazar dəyərindən aşağı qiymətə yəni, bir tonu 800 manatdan satıb ələ keçirmiş olduqları pulu öz məsrəfləri üçün xərcləyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnə ümumilikdə 313641,40 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1 qeyrirəsmi rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ünvan 6 ünvanında yerləşən binadan ofis icarəyə götürərək nüfuzlu bir iş adamı kimi Respublikanın müxtəlif şəhər və rayonlarında tikinti işləri aparmaları görüntüsünü yaradıb tikinti materiallarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs direktoru Nümayəndə1 etibarından sui-istifadə edərək guya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra ediləcək tikinti işlərində istifadə edib pulunu qısa müddətdə ödəyəcəklərinə dair yalan vəd verib aldadaraq, əvvəlcədən 100000 manat ödəniş edərək götürdükləri armatur tikinti materiallarının dəyərini bütövlükdə qaytarmaq niyyətində olmalarına inandırmaqla əslində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək niyyətləri olmadan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən satış mərkəzindən bir tonu 950 manatdan 03 sentyabr 2020-ci il tarixdə 100652,5 manat dəyərində 105,95 ton, 04 sentyabr 2020-ci il tarixdə 194448,85 manat dəyərində 204,683 ton və 07 sentyabr 2020-ci il tarixdə 118540,05 manat dəyərində 124,779 ton çəkidə ümumilikdə 435,412 ton olmaqla 413641,40 manat dəyərində müxtəlif diametrli armatur tikinti materiallarını vahid niyyətlərim əhatə edən qəsdlə ələ keçirib orta bazar dəyərindən aşağı qiymətə yəni, bir tonu 800 manatdan satıb ələ keçirmiş olduqları pulu öz məsrəfləri üçün xərcləyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnə ümumilikdə 313641,40 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1 qeyrirəsmi rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ünvan 6 ünvanında yerləşən binadan ofis icarəyə götürərək nüfuzlu bır iş adamı kimi Respublikanın müxtəlif şəhər və rayonlarında tikinti işləri aparmaları görüntüsünü yaradıb tikinti materiallarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs direktoru Nümayəndə1 etibarından sui-istifadə edərək guya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra ediləcək tikinti işlərində istifadə edib pulunu qısa müddətdə ödəyəcəklərinə dair yalan vəd verib aldadaraq, əvvəlcədən 100000 manat ödəniş edərək götürdükləri armatur tikinti materiallarının dəyərmi bütövlükdə qaytarmaq niyyətində olmalarına inandırmaqla əslində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək niyyətləri olmadan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən satış mərkəzindən bır tonu 950 manatdan 03 sentyabr 2020-ci il tarixdə 100652,5 manat dəyərində 105,95 ton, 04 sentyabr 2020-ci il tarixdə 194448,85 manat dəyərində 204,683 ton və 07 sentyabr 2020-ci il tarixdə 118540,05 manat dəyərində 124,779 ton çəkidə ümumilikdə 435,412 ton 413641,40 manat dəyərində müxtəlif diametrli armatur tikinti materiallarını vahid niyyətlərini əhatə edən qəsdlə ələ keçirib orta bazar dəyərindən aşağı qiymətə yəni, bir tonu 800 manatdan satıb ələ keçirmiş olduqları pulu öz məsrəfləri üçün xərcləyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnə ümumilikdə 313641,40 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2006-2007-ci illərdə 11 saylı Vergi İdarəsində qeydiyyatdan keçmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olmuşdur. Sonradan həmin Məhdud Məsuliyyətli Cəmiyyəti bağlamış və bundan sonra müxtəlif şəxslərin adma Məhdud Məsuliyyətli Cəmiyyət yaradaraq müəyyən fəaliyyətlərlə məşğul olmuş, həmin Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri tərəfindən onlara etibarnamə verilmiş və həmin etibarnamə əsasında fəaliyyət göstərmişlər. Nümayəndə1 2020-ci ilin sentyabr ayından tanımış, həmin vaxta qədər heç bir tanışlığı və şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təxminən 3 il olar ki, tanıyır, tanışlığı Göygöl rayonunda inşa ediləcək X23 Zavodunda yaranmış, təxminən beş-altı ay keçəndən sonra orada hüquqşünas kimi X9 da işə başlamışdır, Xoşqədəmlə də tanışlığı yaranmışdır. X6 isə uzun müddətdir ki, tanıyır, Bakı şəhərində bir yaxın qonşu rayon adamı kimi tanış olmuşdur, münasibətləri normal olmuşdur. 2019-cu ildə Zaur adlı tanışı vasitəsilə X23 Zavoduna qeyri-rəsmi sərmayə qoymuşdur. Bunun üçün müəyyən məbləğdə pul lazım olmuş və 2019-cu ilin fevral ayından aprel ayına qədər olan müddət ərzində tanışları X7 və X3 ümumilikdə 1.157.000 ABŞ dolları pul götürmüş, hər ay 115700 ABŞ dolları məbləğində faiz ödənişi etmişdir. Həmin pulun təxminən 400000 manatını zavodun inşasına qeyri-rəsmi olaraq yatırsa da, sonradan həmin pul orada batmış və buna baxmayaraq Məzahir və İlhamın hər ay faiz ödənişlərini etmişdir. 2020-ci ilin mart ayına qədər də Toğrul, Aleksey, Xoşqədəmlə bir yerdə işləmişlər. 2020-ci ilin mart ayında tanışı İlahə Kərbalayevanın atası Hidayətin adına olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti etibarnamə əsasında götürərək işlətməyə başlamışdır. Həmin vaxtlarda X4 adına etibarnamə verilmiş, X12 Cəmiyyətin icraçı direktoru olsada faktiki olaraq aylıq 500-600 manat əmək haqqı vermiş, heç nəyə Ceyhun qarışmamış, Məhdud Məsuliyyətli Cəmiyyətdə rəsmi olaraq heç bir işi olmasa da, faktiki olaraq özü rəhbərlik etmiş, Toğrul rəsmi olaraq həmin Məhdud Məsuliyyətli Cəmiyyətdə təchizatçı kimi işləmiş, Aleksey mühasibatlıq işlərini aparmış, Xoşqədəm isə hüquqşünas kimi işləmişdir, Məhdud Məsuliyyətli Cəmiyyətlə bağlı etibarnamə alandan sonra faktiki olaraq heç bir iş görməsələr də, özünün başqa işləri olmuş və həmin işlərin hesabına Ceyhunun, Toğrulun, Xoşqədəm və Alekseyin əmək haqqısını ödəmişdir, Alekseyə hər ay 1000 manat, Xoşqədəmə hər ay 800 manat, Toğrula 800 manat, Ceyhuna isə ayda 500 və ya 600 manat əmək haqqı vermiş, Məhdud Məsuliyyətli Cəmiyyətin möhürü daimi olaraq mühasibatlıqda saxlanılmış, lazım olan halda Ceyhun ofisə dəvət olunmuş və lazımi sənədləri imzalamışdır. Özünün icazəsi olmadan Məhdud Məsuliyyətli Cəmiyyətdə hər hansı bir iş görülməmiş, nəsə bir iş olduqda onunla məsləhətləşib birlikdə qərar vermişlər. Məhdud Məsuliyyətli Cəmiyyətin yerləşdiyi binanın sahibini tanımır, onu Toğrul və Aleksey tanıyır, hər ay 1400 manat icarə haqqının pulunu onlara verir, özləri ödəyirlər. Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi olan X5 da tanımamış, onun qızı İlahə xahişi əsasında atasından X4 adma etibarnamə almışdır ki, onlar Məhdud Məsuliyyətli Cəmiyyəti sərbəst şəkildə idarə edə bilsinlər. Sadəcə olaraq Hidayətin qızı İlahəyə demişdir ki, onu da yanında işə götürəcək və birlikdə işləyəcəklər, lakin sonradan işləri alınmadığı üçün İlahəni işə götürməmişdir. Faktiki olaraq Məhdud Məsuliyyətli Cəmiyyətlə bağlı etibarnamə alandan sonra heç bir işlə məşğul olmamışlar. Buna baxmayaraq hər ay Məzahir və İlhama faiz ödənişlərini etmişdir. 2020-ci ilin may ayında ünvan 7 ünvanında yerləşən 3 otaqlı 153 kvadrat metr ölçüdə olan yeni tikili binadakı mənzilini məcburiyyətdən sataraq Məzahir və İlhamın aylıq faiz ödənişlərini ödəmişdir. Həmin evin dəyəri 260-270 min manatdan artıq olar, lakin bunlar pulu tələb etdikləri üçün məcbur olub evi 200000 satmış, həmin pulun hamısını Məzahir və İlhama ödəmiş, bundan sonra ailəsində müəyyən problemlər yaranmağa başlamış, arvadı və övladı ilə birlikdə Əhmədli metrostansiyasmın yaxınlığında yaşayan bacısı gildə qalmağa başlamış, o isə müxtəlif günlük kirayə verilən evlərdə qalmışdır. Ancaq artıq İlham və Məzahirə pul ödəyə bilməmiş, 2020-ci ilin avqust ayının sonlarında İlham və Məzahirlə aralarında olan pul məsələsi ilə bağlı ofisdə mübahisə olan zaman Toğrul su və ya çay gətirmiş, içən keçib vəziyyəti görəndən sonra orada demişdir ki, bəs problem deyil pulun verilməsi mümkün deyilsə, əvəzində tikinti materialları götürüb ya satarıq pulunu versinlər, ya da ki, əvəzində armatur tikinti materialı versinlər. İlham və Məzahir də hansı miqdarda armatur verəcəklərini soruşduqda Toğrul demişdir ki, hələlik dəqiq məlum deyil, ancaq dəqiqləşdirək görək nə qədər armatur götürə bilirlər. Bundan sonra Məzahir ona demişdir ki, bir-iki ay müddətində pulu tamamilə bağla deyib çıxıb getmişlər, bundan sonra Toğrul və Alekseylə söhbət edən zaman Toğrul demişdir ki, adam var ondan armatur götürüb satıb onların pulunu versinlər. O da, razılaşmışdır. Bundan təxminən 3 və ya 4 gün sonra Toğrul və Aleksey iki nəfərlə onun ofisinə gəlmişlər, həmin şəxslərdən birini əvvəlcədən tanımış, həmin şəxsin adı Şahin idi, digər şəxs isə Budaq adında şəxs idi, Budağı isə ümumiyyətlə tanımamışdır. Orada söhbət zamanı Toğrul demişdir ki, armaturun götürülməsində həmin şəxslər köməklik edəcəklər. Bundan sonra Şahinlə tanış olduğu üçün söhbət zamanı demişdir ki, bəs armaturu götürüb öz tikinti işlərində istifadə edəcəklər və pulu sonradan ödəcəklər, lakin armaturun satılması və ya borcun əvəzində verilməsi ilə bağlı Şahin və Budağa heç bir söz deməmişlər. Bundan sonra Şahin və Budaq bu işdə onlara köməklik edəcəklərini bildirmişlər və belə danışmışlar ki, formal olaraq bizim Məhdud Məsuliyyətli Cəmiyyətlə armaturun satan şəxsin arasında müqavilə bağlanacaq, Toğrul və Aleksey həmin müqaviləni tərtib edərək hazırlamışlar. Ceyhun da həmin müqaviləni bağlayandan sonra artıq armatur götürülməsi üçün əvvəlcədən 100000 manat pul ödənilməlidir, onun isə pulu yox idi, Toğrul və Aleksey səhv etmirsə, onlara ofisi icarəyə verən şəxslərdən iki gün müddətində qaytarmaq şərtilə pul götürmüşlər və armaturu satan sonradan adının Ramiz olduğunu bildiyi şəxsə ödəmişlər və onlara armatur verilməsinə razılıq verilmişdir. Bundan sonra 03 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixləri arasında bir neçə dəfəyə Torğul və Aleksey ona gətirib ümumilikdə 176000 manat pul vermişlər və demişlər ki, ümumilikdə 375 ton armatur götürülüb həmin armaturun tonunu 740 manatdan satıblar, 100000 manat borc götürdükləri adama verilib, qalan pul isə bu puldur, məndə həmin puldan iki dəfəyə 40000 manat bir, 60000 manat da bir ofisdə Məzahirə pulu vermiş, bundan başqa qalan puldan Toğrul və Alekseyin hərəsinə 2000-2500 manatdan olmaqla pul vermiş, digər pulları isə müxtəlif vaxtlarda Məzahirgilə ödənilməsi üçün borc götürdüyü şəxslərə ödəmişdir. Bundan sonra sonuncu iki yük avtomaşınında armatur satılan zaman təsadüfən armaturun sahibi Ramizə təklif olunmuşdur, belə olan halda o da, armaturların özünə məxsus olduğunu bildiyi üçün aləm qarışmış və onu da keçmiş 4 nömrəli trestin həyətinə çağırmışlar, orada Nümayəndə1 söz vermişdir ki, qısa müddətdə pulu tam şəkildə ödəyəcəyək. 15 sentyabr 2020-ci il tarixdə Nümayəndə1 yanına getmişlər, orada akt tərtib olunmuş və öhdəlik götürmüşdür ki, armaturun pulunun qalıq hissəsi olan 256375,40 manat pulu 10 oktyabr 2020-ci il tarixdə tam şəkildə ödəyəcək. Həmin aktı o, Məzahir, Budaq, İlham və armaturun sahibi Ramiz imzalarla təsdiq etmişlər. Lakin sonradan pul tapa bilməmiş və qeyd olunan tarixdə pulu ödəyə bilməmişdir. Xoşqədəm, Toğrul və Aleksey söhbət əsnasında bilmişlər ki, onun 100000 manat verəcəyi vardır, bu zaman təklif etmişlər ki, armatur götürülüb satılsın, qalan puldan 100000 manatını o götürüb borcuna versin, yerdə qalan pul da Toğrul və Alekseyə verilsin. Hamısı razılaşandan sonra Nümayəndə1 armatur götürülüb satılmış, 116700 manatı o götürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Nümayəndə1 2020-ci ilin avqust ayının axırlarından tanıyır, heç bır düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Əvvəllər 2019-cu ilin payız aylarından "xxxx" MMC-də təchizat üzrə menecer vəzifəsində işləməyə başlamışdır. Həmin MMC-nin qeyri-rəsmi rəhbəri Təqsirləndirilən şəxs1 olmuş, X10 isə həmin şirkətin icraçı direktoru vəzifəsində işləmişdir. Ondan əvvəl "xxxx" MMC-də təchizatçı vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs1 də orada maliyyə direktoru vəzifəsində işləmişdir. Onunla birlikdə həmin şirkətdə Təqsirləndirilən şəxs3 baş mühasib vəzifəsində işləmiş, Xoşqədəm Əliyeva isə həmin şirkətdə hüquqşünas vəzifəsində işləmişdir. 2019-cu ilin payız aylarında Müşfiq onlara təklif etmişdir ki, özü ayrıca tikinti şirkəti açır və onları da birlikdə işləməyə dəvət etmiş, həmin vaxtlarda onların işlədiyi şirkətdə də müəyyən problemlər yarandığından və işçilərin əmək haqqı almasında problemlər olduğundan razılaşmış və Müşfiqin açacağı "xxxx" MMC şirkətinə işləməyə getmişlər. Həmin vaxt Müşfiq onları Ceyhun Orucovla tanış edərək xalası oğlu olduğunu və onu da şirkətin icraçı direktoru vəzifəsinə işə götürdüyünü bildirmişdir. Bundan sonra onlar Müşfiqin yanında işləməyə başlamışlar, ilk əvvəl bir neçə ay işləri olmamış, həmin müddətdə az-az olsa da, Müşfiq onların əmək haqqını ödəmiş, 2020-ci ilin avqust ayında Müşfiq demişdir ki, artıq işləri başlayır, ona bir təchizatçı kimi demişdir ki, alınacaq tikinti materiallarının qiymətini çıxarsınlar, ilk əvvəl armaturun qiymətini dəqiqləşdirmək lazımdır, həmçinin MMC-nin mühasibi Təqsirləndirilən şəxs3 da tapşırmışdır ki, ona bu işdə köməklik etsin. Həmçinin Müşfiq demişdir ki, şirkət Mingəçevir, Gəncə şəhərlərində, Bakı şəhəri, Yasamal rayonu ərazisində, Xaçmaz, Ağcabədi və Hacıqabul rayonlarında tikinti işlərini görəcək və onlara ümumilikdə 1500 ton armatur lazım olacaqdır. Həmçinin Müşfiq demişdir ki, armatur satan adamla danışsınlar ki, 100000 manat əvvəlcədən pul veriləcək, sonradan hissə-hissə armatur götürülüb pulu da hissə-hissə ödəniləcəkdir. Bundan sonra o və Aleksey bu barədə maraqlanmağa başlamışlar, Alekseylə bazar adamlarından haradan sərfəli qiymətə armatur götürə biləcəyini soruşmuş, beləliklə onlar Budaq və Şahin adlı şəxslərlə rastlaşmışlar, onlarla söhbət zamanı təklifini demiş, bundan sonra onları armaturu satan Nümayəndə1 ilə tanış etmişlər, Ramiz özü də şəxsən ünvan 8 ünvanında yerləşən ofisə gəlib baxmış və onlarla danışıq aparmış, həmin vaxt Müşfiq olmadığı üçün görüşə bilməmişlər, ikinci dəfə ofisdə görüşən zaman Müşfiqlə də görüşmüşlər və bundan sonra Ramizlə onların şirkətinin direktoru Ceyhun arasında 01/09- 20 saylı müqavilə imzalanmış, daha sonra Alekseylə ona bir neçə gün sonra Müşfiq onlara 80000 manat pul vermişdir ki, gedib Ramizə ödəsinlər və ondan malları götürəcək avtomaşınları isə Müşfiq demişdir ki, özü göndərəcək, malı qəbul etsin. Onlar pulu götürüb Nümayəndə1 yanına getmişlər, həmin 80000 manat pulu Ramizə ödəyib demişlər ki, əlavə gün ərzində 20000 manat da ödəyəcək, Ramiz də onlara 356375,40 manatlıq armatur verəcək. Ramiz isə o qədər malı nisyə verə bilməcəyini demiş, bundan sonra çıxıb getmək istəyən zaman Şahin Ramizin ofisinə gəlmişdir. Şahin ofisə gəlib Ramizi razı salmışdır ki, malı versin, narahat olmasın, bundan sonra 80000 manat pulu Ramizə ofisində vermişlər, Müşfiq avtomaşınlar göndərmiş və mallar yüklənməyə başlanmış, həmin vaxt artıq Müşfiq 20000 manatı da göndərmiş, həmin pulu da birbaşa malı qəbul etdikləri Ramizin işçisinə ödəmişlər. Bundan sonra bir neçə günün içərisində Ramizdən armatur götürülmüş, həmin armaturların dəqiq hara getməsini yalnız Müşfiq bilmiş, bundan heç bir xəbəri olmamış, sonuncu mal yəni 07 sentyabr 2020-ci il tarixdə armatur Ramizdən götürüləndən sonra Şahin ya da ki, Budaq ona zəng edib demişlər ki, bəs Ramizdən götürülmüş armatur ucuz qiymətə yenidən onun özünə satılan zaman tutulmuşdur, bundan sonra onu Dərnəgüldə bir ünvana çağırmışlar, o da həmin yerə getmiş və görmüşdür ki, iki ədəd yük avtomaşınında armaturlar vardır və orada artıq danışılmışdır ki, tonunu 950 manata aldıqları armaturlar 740 və ya 760 manatdan Ramizə yenidən Müşfiqin adamı olan başqa bir şəxs tərəfindən satılan zaman Ramiz armaturların ona məxsus olduğunu bilmişdir. Bundan sonra həmin yerə Müşfiqlə Alekseyi çağırmış, onlar gələndən sonra Müşfiq demişdir ki, armaturu o götürüb, özü bilər nə edir, problem yoxdur, pulunu tam şəkildə ödəyəcəkdir. Bundan sonra Ramiz aldadıldığını başa düşdüyü üçün həmin iki yük avtomaşınında olan armaturu geri almış, qalan ilə bağlı onun Ceyhunun, Alekseyin, Xoşqədəmin və Müşfiqin iştirakı ilə akt yazılmışdır ki, Müşfiq götürdüyü 2563/5,40 manat dəyərində armaturun pulunu ödəyəcəkdir. Ümumilikdə götürülmüş armaturun dəyəri 356375,40 manat təşkil etsə də, 100000 manat əvvəlcədən ödəniş edilmişdir. Həmçinin iki yük avtomaşınındm başqa digər armaturların da geri qaytarılması Müşfiqdən tələb olunsa da, Müşfiq artıq həmin armaturların geri qaytarılmasının mümkün olmadığını bildirmişdir, həmçinin Müşfiq söz vermişdir ki, növbəti həftənin ikinci günü pulu tam şəkildə ödəyəcəkdir, lakin sonradan qaçıb gizlənmiş, gətirib pulu ödəməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Nümayəndə1 2020-ci ilin avqust ayının axırlarından tanıyır, heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Əvvəllər 2020-ci ilin mart ayından "xxxx" MMC-də mühasib vəzifəsində işləməyə başlamışdır. Həmin MMC-nin qeyri-rəsmi rəhbəri Təqsirləndirilən şəxs1 olmuş, X10 isə həmin şirkətin icraçı direktoru vəzifəsində işləmişdir. Əvvəl "xxxx" MMC-də mühasib vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs1 də orada maliyyə direktoru vəzifəsində işləmişdir. Birlikdə həmin şirkətdə Təqsirləndirilən şəxs2 təchizatçı vəzifəsində işləmiş, Xoşqədəm Əliyeva isə həmin şirkətdə hüquqşünas vəzifəsində işləmişdir. 2020-ci ilin mart ayında Müşfiq ona təklif etmişdir ki, özü ayrıca açdığı tikinti şirkətində onunla birlikdə işləsin, bunun müqabilində 1500 manat əmək haqqı verəcəkdir. O da, etiraz etməyərək razılaşmışdır. Həmin vaxt X21 tanış edərək xalası oğlu olduğunu və onu da şirkətin icraçı direktoru vəzifəsinə işə götürdüyünü bildirmişdir. Bundan sonra onlar Müşfiqin yanında işləməyə başlamışlar, ilk əvvəl bir neçə ay işləri olmamış, həmin müddətdə az-az olsa da, Müşfiq onlara əmək haqqı vermiş, o, Müşfiqin tanışı kimi Məzahir İsmayılov və İlham Pirquluyevi qiyabi olaraq tanımış, heç bir tanışlığı və şəxsi ədavəti olmamışdır. 2020-ci ilin avqust ayında Müşfiq demişdir ki, artıq işləri başlayır, Məzahir və İlham üçün tikinti materialları təchiz edəcək və İlhamla Məzahir də onlara bunun müqabilində tikinti işlərini görməyi tapşıracaqlar. Həmin vaxt Müşfiq Toğrula demişdir ki, tikinti materiallarının qiymətini çıxarsın, Müşfiq onun xatırladığına görə demişdir ki, armatur, taxta, dikt, mismar və sair tikinti materiallarının qiymətini çıxarıb təchiz etmək lazımdır, həmçinin Müşfiq Toğrula demişdir ki, götürüləcək tikinti materiallarını nisyə olaraq götürmək lazımdır, Toğrul isə Müşfiqin tərtib etdiyi siyahıdakı tikinti materiallarının miqdarına baxandan sonra demişdir ki, heç kim bu qədər tikinti materiallarını nisyə olaraq verməyəcəkdir, əvvəlcədən ödəniş etmək lazımdır. Müşfiq də demişdir ki, hər bir halda maraqlansın və bundan sonra danışılsın. Müşfiq ona da demişdir ki, bu işdə Toğrula köməklik etsin. O da, etiraz etməyərək razılaşmışdır. Bundan sonra o, Toğrulla birlikdə bu barədə maraqlanmağa başlamış, Toğrulla bazar adamlarından haradan sərfəli qiymətə armatur götürə biləcəklərini soruşmuşlar, beləliklə onlar Budaq və Şahin adlı şəxslərlə rastlaşmışlar, söhbət zamanı təkliflərini demişlər, yəni nisyə onlar üçün armatur alınmasına köməklik göstərmələrini xahiş etmişlər, həmin vaxt onlar armaturun sahibi Nümayəndə1la danışandan sonra razılıq verəcəklər. Səhəri gün Şahin və Budaq onlarla əlaqə saxlamışlar və Şahin və Budaq ünvan 8 ünvanında yerləşən onların ofislərində Müşfiqlə görüşmüşlər, Müşfiqlə Şahin tanış çıxmışlar və belə razılıq olmuşdur ki, ümumilikdə 1500 ton armatur alınacaqdır, bunun müqabilində ilkin olaraq 100000 manat pul veriləcək, armaturun verilməsinə başlanılacaq və 3 və ya 4 gündən sonra əlavə 300000 manat da verilməlidir və bu qaydada armatur veriləcəkdir. Bundan sonra Ramizlə onların şirkətinin direktoru Ceyhun Orucov arasında 01/09-20 saylı müqavilə imzalanmış, daha sonra Toğrula və ona bir neçə gün sonra Müşfiq 80000 manat pul vermişdir ki, gedib Ramizə ödəsinlər və ondan malları götürəcəklər, avtomaşınları isə Müşfiq demişdir ki, özü göndərəcək, mal qəbul etsin. Onlar pulu götürüb Nümayəndə1 yanına getmişlər, həmin 80000 manat pulu Ramizə ödəyib demişlər ki, əlavə gün ərzində 20000 manat da ödəyəcək, Ramiz də onlara 356375,40 manatlıq armatur veriləcəkdir. Ramiz isə o qədər mal nisyə verə bilinəcəyini demiş, bundan sonra onlar çıxıb getmək istəmişlər ki, Şahin Ramizin ofisinə gəlmiş, bu səbəbdən Şahin ofisə gəlib Ramizi razı salmışdır ki, mal versin, narahat olmasın, bundan sonra onlar 80000 manat pulu Ramizə ofisində vermiş, bundan sonra Müşfiq avtomaşınlar göndərmiş və mallar yüklənməyə başlanmış, həmin vaxt artıq Müşfiq 20000 manatı da göndərmişdir, onlar da həmin pulu da birbaşa malı qəbul etmiş, Ramizin işçisinə ödəmişlər. Bundan sonra bir neçə günün içərisində Ramizdən armatur götürülmüş, həmin armaturların dəqiq hara getməsini yalnız Müşfiq bilmiş, bundan heç bir xəbəri olmamışdır. Bildiyinə görə guya X13, Gəncə şəhərlərində və digər yerlərdə olan tikinti işləri aparır, bunun müqabilində onlar üçün tikinti işi verəcəklər. Sonuncu mal yəni 07 sentyabr 2020-ci il tarixdə armatur Ramizdən götürüləndən sonra Toğrulla evə gedən zaman Şahin ya da ki, Budaq Toğrula zəng edib demişdir ki, bəs Ramizdən götürülmüş armatur ucuz qiymətə yenidən onun özünə satılan zaman tutulmuşdur, bundan sonra Toğrulu Dərnəgüldə düşürəndən sonra ofisə gedib Müşfiqi götürüb Toğrulun yanına qayıtmış, həmin yerə getmiş və görmüşdür ki, iki ədəd yük avtomaşınında armaturlar vardır, Müşfiq demişdir ki, armaturu o götürüb özü bilər nə edir, problem yoxdur, pulunu tam şəkildə həftənin ikinci günü ödəyəcəkdir. Götürülmüş armaturla bağlı onun, Ceyhunun, Toğrulun, Xoşqədəmin və Müşfiqin iştirakı ilə akt yazılmışdır ki, Müşfiq götürdüyü 256375,40 manat dəyərində armaturun pulunu ödəyəcəkdir. Ümumilikdə götürülmüş armaturun dəyəri 356375,40 manat təşkil etsə də, 100000 manat əvvəlcədən ödəniş edilmişdir, lakin sonradan Müşfiq qaçıb gizlənmiş, gətirib pulu ödəməmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərdi ki, nizamnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu ərazisində “ARAZ” marketin üstündə icarəyə götürdüyü ofisdə fəaliyyət göstərən Zərərçəkmiş şəxs direktorudur. Cəmiyyət tikinti materialları, əsasən də armatur satışı ilə məşğul olur. 01 sentyabr 2020-ci il tarixdə ofisdə gündəlik işi ilə məşğul olan zaman biznes fəaliyyətində tanıyıb müəyyən qədər etibar etdiyi Şahid4 Şahin adlı tanışı ilə ofisə gələrək yaxın adamlarının işlətdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə müqavilə əsasında, Respublikanın müxtəlif rayonlarında aparılan tikinti işlərində istifadə olunması üçün Rusiya istehsalı olan armatur satılmasını xahiş etdilər, hətta onların vaxtında pulu ödəyəcəklərinə “zamin” durduqlarını da bildirdilər. Həmin şirkətə hər tonunun qiyməti 950 manatdan olmaqla 1.425.000 (bir milyon dörd yüz iyirmi beş min) manat dəyərində 1500 ton miqdarda müxtəlif ölçülərdə armatur satılacağına dair müvafiq müqavilə, protokol tərtib olunub imzalanmışdır. 2020-ci il sentyabr ayının 3-də alıcı şirkətin əməkdaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 razılaşmaya uyğun olaraq gəlib əvvəlcədən 100000 manat pul ödəmişlər. Həmin gündən başlayaraq 3-7 sentyabr tarixlərində "xxxx" MMC- yə pulunun tezliklə ödənilməsi şərtilə 15 maşında müxtəlif ölçülərdə Rusiya Federasiyasının Çelyabinsk şəhərində istehsal olunan armatur vermişlər, armaturlar yüklənərkən alıcı şirkətin menecerləri sayılan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 mal qəbul edib avtomaşınlara yükləndikdən, qaimə-faktura tərtib olunduqdan sonra avtomaşını müşayət edib aparmışlar. xx.xx.2020-ci il tarixdə ******* nömrəli qaimə-faktura əsasında 20 mm ölçüdə 24,055 ton, ******* nömrəli qaimə-faktura əsasında 22 mm ölçülü 24,810 ton, ******* nömrəli qaimə-faktura əsasında 14,16 mm ölçülü 31,620 ton, ******* nömrəli qaimə-faktura əsasında 20 mm ölçülü 25,465 ton, 4.09.2020-ci il tarixdə ******* nömrəli qaimə-faktura əsasında 14,16,18 mm ölçülü 31,784 ton, ******* nömrəli qaimə-faktura əsasında 12 mm ölçülü 24,198 ton, ******* nömrəli qaimə-faktura əsasında 12 mm ölçülü 21,835 ton, ******* nömrəli qaimə-faktura əsasında 16,18 mm ölçülü 33,005 ton, ******* nömrəli qaimə-faktura əsasında 14,16,18 mm ölçülü 30,650 ton, ******* nömrəli qaimə- faktura əsasında 14,16 mm ölçülü 31,430 ton, ******* nömrəli qaimə-faktura əsasında 16,18 mm ölçülü 31,780 ton, 7.09.2020-ci il tarixdə ******* nömrəli qaimə-faktura əsasında 25,28 mm ölçülü 31,084 ton, ******* nömrəli qaimə-faktura əsasında 20,22 mm ölçülü 29,245 ton, ******* nömrəli qaimə-faktura əsasında 22 mm ölçülü 31,035 ton, ******* nömrəli qaimə-faktura əsasında 20,22 mm ölçülü 33,415 ton armatur yüklətdirərək qeyd edilən şəxslərə təhvil vermişlər. Bundan sonra 07 sentyabr 2020-cı il tarixdə əvvəlcədən tanıdığı metal alış-verişi ilə məşğul olan Şahid1 onunla əlaqə saxlayaraq bazar qiymətindən ucuz qiymətə tonu 880 manatdan 2 yük maşını armatur satıldığını bildirmiş, həmin vaxt Kamran ona demişdir ki, həmin armaturları ona satmağı Şahid2 təklif etmişdir. Həmin armaturlar bazar dəyərindən ucuz qiymətə satıldığı üçün onlara sərf etmiş və bu məqsədlə armaturlara baxmaq istəmişlər. Bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən keçmiş 4 saylı tikinti trestinin həyətinə gəlmiş və orada görmüşdür ki, həmin gün Müşfiqgilin ondan ******* nömrəli qaimə-faktura əsasında 20,22 mm ölçülü 29,245 ton və ******* nömrəli qaiməfaktura əsasında 20,22 mm ölçülü 33,415 ton armaturlar elə onun yanından yüklənmiş ** LV *** və ** LM *** dövlət qeydiyyat nişanlı avtomaşınlarda dayanaraq satılır. Həmin vaxt artıq ona aydın olmuşdur ki, Müşfiqgil onu aldadıb tonunu 950 manata aldıqları armaturu dəyərindən ucuz qiymətə yəni 880 manata satırlar və onun pulunu verməyəcəklər. O isə öz növbəsində Budaq və Şahin, eləcə də alıcı sayılan sahibkar Müşfiq Sariyevi ora çağırmışdır. Həmin şəxslər malın Bakıda tikinti materialı bazarında satışını kimin təşkil etdiyini araşdıracaqlarını, bu məsələni bir-birinin üstünə atdıqlarını görüb ofisə dəvət etmişdir. Araşdırıb bu nəticəyə gəlmişlər ki, Müşfiq onlardan ümumilikdə bir tonu 950 manatdan olmaqla 375,132 ton armatur almış, həmin armaturun pulundan 100000 manat ödəniş etsələr də, qalan 256.375.40 məbləğində pulu ödəməmişlər, bu barədə müvafiq akt tərtib edilmiş və Təqsirləndirilən şəxs1 həmin məbləğdə pulu ödəyəcəyinə söz versə də, bu günə qədər pulu ödəməmişdir. Təqsirləndirilən şəxs1 onun etibarından sui-istifadə edib, öz əməlini müqavilə və aktlarla pərdələyərək, qısa müddətə pulunu qaytaracağı adı ilə ona maddi ziyan vurmuşdur. 07 sentyabr 2020-ci il tarixdə satılmaq istəyən 62,66 ton çəkidə olan armatur onun tərəfindən geri götürülmüş və Müşfıqgilin ümumilikdə aldığı armaturdan çıxılmışdır. Ümumilikdə pulunu ödəmədikləri 03 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək olan 20 mm ölçülü 24,055 ton, 22 mm ölçülü 55,845 ton, 14 mm ölçülü 51,96 ton, 16 ölçülü 77,375 ton, 18 mm ölçülü 49,24 ton, 12 mm ölçülü 46,033 ton, 28 mm ölçülü 47,134 ton, 25 mm ölçülü 15,73 ton miqdarda armaturun ümumi dəyəri 356.375 man 40 qəpik etmiş, onun da inam yaratmaq üçün əvvəlcədən 100000 manatını ödəmişlər, qalan 256.375.40 manat pul isə bu günə qədər ödənilməmişdir. Ona vurulmuş maddi ziyanın qalan hissəsini tələb etdiyini, Təqsirləndirilən şəxs1 ağır cəza, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə yüngül cəza təyin olunmasını xahiş etdiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olur. Belə ki, tikinti materiallarının alınıb satılmasında köməklik edir və bu yolla özünü dolandırır. Tanışlardan kimlərəsə dəmir materialları lazım olanda alış-verişinə köməklik edir. Nümayəndə1 təxminən 10 il olar ki, tanıyır, heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Ramiz armatur tikinti materialının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X10, Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, heç bir tanışlığı olmamışdır. Təxminən bir müddət bundan qabaq onun kimi dəmir alış verişinə köməklik edən Ruslan adlı şəxs onunla əlaqə saxlayaraq bir nəfər adamda armatur olduğunu, ucuz qiymətə satdığını bildirmişdir. Həmin armaturun neçəyə satılmasını hazırda dəqiq xatırlamasa da, ucuz qiymətə satıldığı üçün armatur alış-verişi ilə məşğul olan Nümayəndə1 zəng vuraraq ucuz qiymətə armatur satıldığını bildirmiş, Ramizə də armaturun qiyməti münasib gəldiyi üçün armaturu almaq istədiyini bildirmişdir. Hazırda armaturun miqdarı dəqiq yadında qalmamış, ancaq həmin vaxt satılan armaturun dəqiq miqdarını Ramizə demişdir. Ramiz onunla danışandan sonra oturub özündə götürqoy edən zaman ona şübhəli gəlmişdir ki, həmin gün ondan iki yük maşını armatur nisyə alınmış və miqdarı da onun Ramizə dediyi miqdardadır. Bundan sonra Ramizdə şübhə yaranıb ki, ondan nisyə olaraq götürülmüş armatur nağd ucuz qiymətə satılır, həmin avtomaşınları gəlib Dərnəgüldə tapandan sonra görmüşdür ki, elə onun özündən götürülmüş mallardır və ucuz qiymətə satılır. Bundan sonra Ramizlə danışan zaman ona demişdir ki, həmin şəxslər onunla danışaraq əvvəlcədən 100000 manat ödəniş etmək şərtilə 356000 manatlıq armatur götürüblər, həmin armaturu tikintidə istifadə edəcəklərini desələr də, sonradan gətirib bazarda ucuz qiymətə satıblar. Həmçinin sonradan ona məlum olmuşdur ki, Ramiz həmin şəxslərdən polisə şikayət etmişdir. Həmin armaturu götürən şəxsləri, o cümlədən bazarda ucuz qiymətə satan şəxsləri tanımır, ona sadəcə olaraq Ruslan adlı tanışı ucuz qiymətə armatur satıldığını dediyi üçün o da, sözünü Ramizə demiş, sonradan məlum olmuşdur kı, həmin armatur elə Ramizin özünə məxsusdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi kı, fərdi əməklə məşğul olur, belə ki, tikinti materiallarının alınıb satılmasında köməklik edir və bu yolla özünü dolandırır. Tanışlardan kimlərəsə dəmir materialları lazım olanda alış-verişinə köməklik edir. Nümayəndə1 şəxsən tanımır, lakin qiyabi olaraq tanıyır ki, tikinti materiallarının satışı ilə məşğul olur, heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X10, Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, heç bir tanışlığı olmamışdır. Təxminən bir müddət bundan qabaq Bakı şəhəri, Nərimanov rayonu, Qızlar yanacaq doldurma məntəqəsi kimi tanınan yerin arxasında armatur alış-verişi ilə məşğul olan Teymur adlı şəxsin yanında işləyən Elşad ona zəng vuraraq iki yük maşınında hazırda yadında olmayan diametrdə armatur olduğunu və satmaq istədiklərini bildirmişdir, həmin vaxt armaturun neçəyə satılmasını hazırda xatırlamır, amma dəqiq bilir ki, bazar qiymətindən ucuz qiymətə satılır. Bu səbəbdən ondan xahiş etmişdir ki, həmin armaturun satılmasında köməklik etsin. Armatur ucuz satılanda həmin armaturu alan şəxs ona hörmət edir. Bu səbəbdən eyni onun kimi tikinti materiallarının alınıb satılmasında köməklik edən Kamranla əlaqə saxlayararaq iki yük maşınında bazar dəyərindən ucuz qiymətə armatur satıldığını bildirmiş və xahiş etmişdir ki, həmin armaturun satılmasında köməklik etsin və onlar da pul qazansınlar. Kamranda onunla razılaşmış və ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra ona məlum olmuşdur kı, Kamranda həmin armaturları almağı Nümayəndə1 təklif etmiş, Ramizdə həmin armaturlara baxdıqda görmüşdür ki, ondan baha qiymətə alınmış armatur özünə ucuz qiymətə satılır. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur, atası X15 ilə şəriki X2 işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən «Qızlar Zapravkası» kimi tanınan yerin arxa hissəsində yerləşən armatur və katinka materialının satışı mağazasında anbardar kimi fəaliyyət göstərir. Əsasən “X27” şirkəti ilə işləyirlər, onlar həmin şirkətdən nağd pulla armatur alıb satışını təşkil edirlər. Şahid2 işlədikləri bazardan tanıyır, o, Ruslandan və ya Ruslan ondan armatur materialı alıb satmış, ancaq onun konkret olaraq harada metal satmasını bilmir, bildiyinə görə həmişə keçmiş trest deyilən yerdə olur, həmin yer Ziya Bünyadov prospektində “Hyundai Servis” mərkəzini keçəndən sonra yerləşir. Şahid1 da bazardan tanıyır, Kamran da armatur alıb satışı ilə məşğul olan adamlardan biridir. Nümayəndə1 qiyabi olaraq tanıyır, onun yalnız adını eşitmiş, başqa heç bir tanışlığı və şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X10, Təqsirləndirilən şəxs3 heç birini tanımır, heç biri ilə münasibəti yoxdur. Bazardan kənar yalnız Sənan və Nizami adlı şəxslərdən armatur alıb satışını həyata keçirmişlər. Sənan bildiyinə görə Günəşli qəsəbəsində tikinti işləri ilə məşğul olur. Nizami armaturu onlara bazar dəyərindən hər tonunu 30-40 manat ucuzuna satır, yalnız armatur almışlar, heç bir zaman barter yəni dəyişmə etməmişlər. Sənan adlı şəxsi isə təxminən 7 və ya 8 ay olar ki, tanıyır, sonuncudan təxminən 1 və ya 2 dəfə armatur almışlar, amma bir neçə dəfə də armatur barter etmişlər, belə ki, Sənan ona məsələn 14 mm-lik armatur gətirmiş, o da Sənana əvəzində 16 mm-lik armatur vermişdir. Ümumiyyətlə gətirib armatur təklif edəndə əgər onlarda həmin ölçülü armatura ehtiyac olduqda ya atasına ya da ki, Teymura zəng vuraraq onlarla məsləhətləşəndən sonra armaturu alır, əgər həmin armatura ehtiyac olmadıqda isə ümumiyyətlə armaturu almırlar. Təxminən bir müddət qabaq Nizami ona zəng vuraraq təxminən 120 və ya 140 ton armatur olduğunu və satmaq istədiklərini bildirmiş, həmin armaturun hazırda satış qiyməti onun yadında qalmasa da, bazar dəyərindən təxminən 20 və ya 30 manat aşağı olmuş, səhəri gün Nizami ona yenidən zəng vuraraq artıq 2 yük maşınında armaturun gəldiyini və satılmalı olduğunu bildirmiş, onun özündə pul olmadığı üçün Şahid2 zəng vuraraq 2 yük maşınında armatur olduğunu və həmin armaturun satıldığını bildirmiş, Şahid2 da ona demişdir ki, trestə göndər, o da, Nizamiyə zəng vuraraq armaturu trestə göndərməsini bildirmişdir. Təxminən yarım saat iyirmi dəqiqə keçəndən sonra Teymur ona zəng vuraraq həmin satılan armaturun armatur satışı ilə məşğul olan Nümayəndə1 məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olur, yaşadığı Gəncə şəhərində yerləşən evinin həyətində tikinti materiallarının satışı ilə məşğul olur. Gəncə şəhərində satdığı tikinti materiallarını Bakı şəhərində Dərnəgül adlanan yerdən alaraq satışını təşkil edir, arada da kimdəsə armatur və ya digər tikinti materialları artıq olanda onu da alıb satır, X8 ilə də bu minvalla tanışlığı yaranmışdır, Teymurun Bakı şəhərində Dərnəgül adlanan yerdə «Qızlar Zapravkası» adlanan yerin arxa hissəsində yerləşən mağazası vardır, əvvəllər bir neçə dəfə müxtəlif şəxslərdən armatur alaraq satmış, həmin vaxtlarda da orada olan fəhlələrdən Teymurun yanında işləyən Elşadın adını eşitmiş, əsas tanışlığı isə Teymurla olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Göygöl rayonundan tanıyır, Toğrul və Müşfiq təxminən 2019-cu ildə Göygöl rayonu ərazisində tikinti işlərini aparan Tuncay MMC-də işləmişlər, həmin MMC-nin rəhbəri Zaur adlı şəxs olmuş və arada onlardan tikinti materialları aldığı üçün Toğrul və Müşfiqlə tanışlığı yaranmışdır. Toğrulun telefon nömrəsi onda var. 2020-ci ilin sentyabr ayının əvvəllərində Toğrul ona zəng vuraraq müxtəlif ölçülərdə armatur olduğunu və həmin armaturların Rusiya istehsalı olduğunu, satmaq istədiklərini bildirmişdir. Həmin armaturu haradan əldə etdiklərini soruşduqda demişdir ki, Müşfiq onun müdiridir, Bakı şəhərində həm tikinti işləri ilə məşğul olurlar, həmçinin Rusiya Federasiyasından armatur gətirməklə məşğul olurlar. Bundan sonra Toğrul onu Müşfiqlə də danışdırmış, Müşfiq də Toğrulun dediklərini bir daha təsdiq edərək tikinti işləri ilə məşğul olduqlarını, həmçinin Rusiya Federasiyasından armatur gətirib satışını təşkil etdiklərini bildirmişdir, söhbət zamanı Toğrul və Müşfiq ona armaturun qiymətini bazarda satılan qiymətdən təxminən 30- 40 manat ucuzuna yəni təxminən 800 manatdan tonunu təklif etmişlər. Bundan sonra artıq həmin armaturu alan müştəri axtarmağa başlamış və təklifini Teymur Osmanova demiş, Teymur da ona demişdir ki, problem yoxdur, əgər Rusiya istehsalı olarsa, alacaqdır. 2020ci ilin sentyabr ayının əvvəllərində 4 yük maşınında armaturu gətirib «Çermet körpüsü» deyilən yerdə ona göstərmişlər, həmin vaxt Toğrul gəlmiş, Müşfiq isə orada olmamış, orada armatura baxandan sonra həqiqətəndə Rusiya istehsalı olan armatur olduğuna əmin olmuş və armaturu almağa qərar vermişdir. Orada yerləşən tərəzidə armaturları çəkmişlər və hazırda dəqiq yadında olmayan çəkidə gəlmiş və sonra Müşfiq gəlmiş və hər tonunu 800 manatdan Müşfiqə pulunu ödəmiş, daha sonra həmin 4 yük maşınında olan armaturu üstünə təxminən 10 və ya 20 manat qoymaq şərtilə elə oradan birbaşa Teymur Osmanovun yanına aparıb, orada pulunu alıb Teymurgilə satmışdır. Teymurgil özləri uzun müddətdir ki, armatur işi ilə məşğul olduqları üçün armaturun diametrinə və bağlamasına baxan kimi içərisində neçə ton armatur olduğunu bilir, bu səbəbdən tərəziyə çıxarmadan onun pulunu ödəmişlər. Pulu ona şəxsən Teymurun özü vermişdir. Pulunu alandan sonra səhəri gün yenə də Toğrulgil onunla əlaqə saxlayıb armatur olduğunu bildirmişlər və həmin gün bir neçə reys olmaq şərtilə ümumilikdə 7 yük maşınında armaturu onlardan alıb pulunu ödəyərək eyni qaydada Teymura aparıb satmış və Teymur ona pulunu tam şəkildə ödəmişdir. 07 sentyabr 2020-ci tarixdə Toğrul onunla əlaqə saxlayaraq 4 yük maşınında əlavə armatur olduğunu bildirmişdir. O da, Teymurla əlaqə saxlayaraq əlavə 4 yük maşınında da armatur olduğunu demiş, Teymurda ona demişdir ki, həmin armaturun 2 maşını 4 saylı trestin həyətinə getməlidir, iki maşını isə onun satış yerinə gətirilməlidir. O da, razılaşmış, «Çermet körpüsü» adlanan yerdə Toğrulla tərəziyə yük maşınlarını çıxarmış, dəqiq çəkini müəyyən edəndən sonra armaturların pulunu ödəmək üçün Müşfiqin ofisinə getmiş, oradan Müşfiq razılıq verəndən sonra armaturu aparmağı Toğrul icazə vermiş, Müşfiqin Nərimanov rayonu ərazisində yerləşən Şəki restoranının yanında Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə getmiş və orada bütünlüklə 4 yük maşınında olan armaturun pulunu Müşfiqə ödəmiş, bundan sonra Müşfiq razılıq vermiş və Toğrul yük maşınlarının getməsinə icazə vermiş, Müşfiqin yanında olan zaman Teymur ona zəng vuraraq demişdir ki, 4 saylı trestə göndərdikləri armaturun sahibi çıxmışdır, yəni həmin armatur başqa şəxsə məxsusdur, 2 yük maşını armatur isə Teymurun yanına gəlmişdir, həmçinin Teymur ona demişdir ki, trestin həyətinə göndərilən 2 yük maşınında olan armaturu sahibi götürmək istəyir, o da, Müşfiqə demişdir ki, bəs deyirdin armatur sənindir, narahat olmayaq necə olur ki, armaturun sahibi çıxır, belə olduqda Müşfiq ona demişdir kı, narahatçılıq üçün heç bir səbəb yoxdur və özü məsələni həll edəcəkdir. Teymur ona telefonda 2 yük maşınında olan 4 saylı trestin həyətindəki armaturları sahibi götürdüyünü dediyi üçün həmin yük maşmlanndakı armatura görə Müşfiqə verdiyi pulu geri almış, Teymurun yanına göndərdiyi 2 yük maşınında olan armaturun pulu isə Müşfiqdə qalmışdır. Müşfiq ona demişdir ki, heç bir problem yoxdur, onunla adını çəkmədiyi şərikinin arasında müəyyən problemlər yaranmış, özü məsələni yoluna qoyacaqdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda fərdi əməklə məşğul olur, belə ki, armatur tikinti materialının satışı ilə məşğul olan şəxslərdən armaturun satışına köməklik edir və bunun müqabilində ona müəyyən məbləğdə qazanc verilir və onunla dolanır. Nümayəndə1 da armatur satışı ilə məşğul olan bir şəxs kimi tanımış, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 2020-ci ilin sentyabr ayının əvvəllərindən tanımış, heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. X6 da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru kimi 2020-cı ilin sentyabr ayının əvvəllərindən tanımış, əvvəllər heç bir münasibəti olmamışdır. 2020-cı ilin avqust ayının sonlarında Şahın ona zəng vuraraq demişdir ki, Bakı şəhərində yeni bir şirkət yaradılmışdır, həmin şirkət Ukrayna ilə müştərək yaradılmış və Azərbaycan Respublikasının bir neçə bölgəsində tikinti işləri aparacaq, onlar bir neçə hərbi obyekt tikintisini həyata keçirəcəklər, bu məqsədlə külli miqdarda armatur tikinti materialı lazımdır, həmin şirkətin ofisinin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşdiyini bildirmişdir. O da, Ramız Mansurova zəng edərək Şahinin dediklərini demiş, bundan sonra Şahinlə görüşəndən sonra qərara gəlmişlər ki, üçü yəni o, Şahin və Ramiz həmin ofisə getsinlər, bundan sonra ofisin yerini Ramizə izah etmişlər və Şahinlə ona məxsus olan avtomobillə Əhməd Rəcəbli küçəsində yerləşən ofisin qarşısına getmişlər, çatanda artıq Ramizin orada olduğunu görmüşlər birlikdə ofisin üçüncü mərtəbəsində yerləşən yüksək səviyyədə təmir olunmuş ofisə qalxmışlar, orada Ukrayna, Azərbaycan və Türkiyə Respublikalarının bayraqları olmuş, ofisdə onları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və bir nəfər də yanlarında olan cavan oğlan qarşılamışlar, söhbət zamanı Toğrul və Alekseydə Şahinin ona dediklərini bir daha təsdiq edərək Azərbaycan Respublikasının Mingəçevir, Kürdəmir və Gəncə şəhərlərində hərbi obyekt tikəcəklərini, ilkin mərhələdə təməl tökmə mərasimi keçirilməsi üçün armaturlar götürülməlidir, Ukrayna Respublikasının hansısa naziri gəlib təməl tökmə mərasimində iştirak edəcəkdir, bundan sonra ilkin mərhələdə onların şirkətləri üçün pullar ayrılacaqdır və birinci mərhələdə götürəcəkləri armaturun pulunu tam şəkildə ödəyəcəklər. Həmçinin orada söhbət zamanı əlavə olaraq demişlər ki, Dövlət Gömrük Komitəsinin yeni inşa edilən binasında da müəyyən tikinti işlərini həyata keçirirlər. Bütün bu danışıqlarda Ramizdə iştirak etmiş və şirkətin rəhbəri ilə maraqlanmış, bu zaman Toğrul və Aleksey bildirmişlər ki, şirkətin rəhbəri Təqsirləndirilən şəxs1dur, Ramiz şirkətin direktoru ilə görüşmək lazım olduğunu bildirmişdir. Səhəri gün Şahin onunla əlaqə saxlamış və Müşfiqin ofisdə olduğunu və onları gözlədiyini bildirmiş, bundan sonra Şahinlə birlikdə bir gün əvvəl getdikləri ofisə gedən zaman Ramizi də həmin yerə dəvət etmişlər, Ramiz isə əlində işi olduğunu və onlarla görüşdükdən sonra onun ofisinə gəlməyi xahiş etmişdir. Onlarda razılaşmışlar və yenə də Əhməd Rəcəbli küçəsində yerləşən ofisə getdikdə orada Toğrul, Aleksey və yanlarında olan cavan oğlan qarşılamışlar və şirkətin rəhbərinin yanına aparmışlar, şirkətin rəhbərinin otağına keçdikdə orada Təqsirləndirilən şəxs1 olduğunu görmüşlər, bu zaman Şahin Müşfiqi tanımış və bir-birini qucaqlayıb görüşmüşlər, bundan sonra söhbət başlamış və bu səfər Müşfiq Toğrul və Alekseyin dediklərini təsdiq etmiş və onlara demişdir ki, ilkin mərhələdə 100000 manat beh olaraq qoyulacaq və 150-180 ton armatur götürüləcək, daha sonra əlavə olaraq da təxminən 170 ton armatur götürüləcək, həmin armaturun pulu da 28 sentyabr 2020-ci il tarixdə veriləcəkdir, ilkin beh ödəyəcəkləri 100000 manat pulu bir neçə gün içərisində düzəltmişlər və sonra birlikdə yəni o, Şahin, Müşfiq, Toğrul və Aleksey, o cümlədən Ceyhun Orucov ofisə getmişlər. Ceyhun danışıqlarda iştirak etməmiş, kim olmasını soruşduqda Müşfiq demişdir ki, özü "xxxx" MMC-nin təsisçisidir, Ceyhunu da özünə icraçı direktor təyin etmiş, Ceyhunu ona görə dəvət etmişdir ki, müqaviləni imzalasın və möhürlə təsdiq etsin. Ceyhun bütün danışıqlarda iştirak etsədə heç bır danışığa müdaxilə etməmiş, heç bir danışıq aparmamış və yalnız həmin gün yəni 01 sentyabr 2020-ci il tarixdə Ramizlə Ceyhun arasında müqavilə bağlanılmış və Ceyhunda həmin müqaviləni təsdiq etmişdir. Bundan sonra ilkin olaraq 80000 manat beh olaraq verilmiş, Ramizdə həmin pulu qəbul etmiş və daha sonra isə iştirak etməsə də, bildiyinə görə 20000 manat da aparıb Ramizin anbardan Etibara pul verilmişdir. Bundan sonra Ramizin anbarında olan zaman onlar çox sayda yük maşını göndərib armatur götürmək istəyən zaman görmüşdür ki, həddindən artıq çoxlu miqdarda armatur götürmək istəyirlər, bu səbəbdən Ramizə demişdir ki, o qədər armatur vermə, cəmi 100000 manatlıq armatur ver və demişdir ki, «mən bu işdə yoxam, vermə o qədər armatur». Bundan sonra kimsə ya Aleksey ya da ki, Toğrul Müşfiqə zəng edib məlumat vermiş, onlar Ramizin ofisində olan zaman Müşfiq özü şəxsən Şahinə zəng vurmuş və Şahin də Ramizə demişdir ki, narahat olma problemsiz adamdı pulu ödəyəcəkdir. Bundan sonra Ramız armaturu verməyə razılıq vermişdir, təxminən bir neçə gündən sonra ona Ramiz zəng vuraraq 4 nömrəli keçmiş trestin həyətinə dəvət etmiş, o da həmin yerə gələndə görmüşdür ki, Ramiz, Etibar, Toğrul və Aleksey dayanıblar, nə baş verdiyini soruşduqda Ramız ona demişdir ki, götürdükləri armaturu dəyərindən 50 manat ucuzuna satan yerdə tutmuş, o da, Toğrul və Alekseyə hirslənən zaman taksi ilə Müşfiqdə oraya gəlmiş və demişdir ki, heç bir problem yoxdur, pulu özü ödəyəcəkdir. Lakin pulu ödəməmişdir. 15 sentyabr 2020-ci il tarixdə Müşfiqi tapıb Ramizin Ramizin ofisinə gətirəndə orada akt tərtib olunmuş və Müşfiq 256375,40 manat dəyərində pulunu ödəmədən götürdükləri armaturun pulunu 10 oktyabr 2020-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X11 Şahid4 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etdi. Cinayət işinin 1-ci cildinin 8-9-cu vərəqlərində olan 01 sentyabr 2020-ci il tarixli, 01/09-20 saylı müqavilədən görünür ki, satıcı Zərərçəkmiş şəxs direktoru Nümayəndə1 ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 arasında tikinti materiallarının satışı ilə bağlı müqavilə bağlanılmış, müqavilədə müqavilənin əsasında tərtib edilmiş razılaşma protokolunda qeyd edilən tikinti materiallarım satıcı 5 təqvim günü ərzində göndərməyi, alıcı isə malı aldıqdan 10 gün ərzində pulu ödəməyi öhdəsinə götürür. Cinayət işinin 1-ci cildinin 10-cu vərəqində olan 02 sentyabr 2020-ci il tarixli 01 nömrəli razılaşdırma protokolundan görünür ki, 1500 ton hər tonu 950 manatdan olmaqla armatur tikinti materialı satıcı tərəfindən alcıya satılması, alıcı tərəfindən tikinti materiallarını alandan sonra ******* manat pulu ödəməsi razılaşdırılır. Cinayət işinin 1-ci cildinin 11-ci vərəqində olan 04 sentyabr 2020-ci il tarixli təhviltəslim aktından görünür ki, satıcı Zərərçəkmiş şəxs Procekt X» Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 sentyabr 2020-ci il tarixli, 01/09-20 saylı müqaviləyə əsasən 310,633 ton armatur tikinti materialını təhvil vermişdir. Cinayət işinin 1-ci cildinin 12-ci vərəqində olan 07 sentyabr 2020-ci il tarixli təhviltəslim aktından görünür ki, satıcı Zərərçəkmiş şəxs Procekt X» Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 sentyabr 2020-ci il tarixli, 01/09-20 saylı müqaviləyə əsasən 64,499 ton armatur tikinti materialını təhvil vermişdir. Cinayət işinin 1-ci cildinin 13-cü vərəqində olan 08 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs Procekt X» Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 375,132 ton hər tonu 950 manatdan ümumi dəyəri 356375,40 manat təşkil edən armatur tikinti materiallarım təhvil vermiş, alıcı tərəfindən həmin armaturun pulundan 100000 manat ödənilmiş, qalıq pul 256375,40 manat təşkil edir. Cinayət işinin 1-ci cildinin 14-cü vərəqində olan 15 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 armaturun pulundan qalan 256375,40 manat pulu 10 oktyabr 2020-ci il tarixədək ödəməyi öhdəlik götürür. Cinayət işinin 231-ci vərəqində olan protokolda bildirilir ki, «Azercell», «Bakcell» və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən göndərilmiş CD disklərə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-**, ***-***-**-** və ***-***-**-** nömrələri ilə Şahid6 istifadəsində olan ***-***-**-** və ***- ***-**-** nömrələri arasında danışıq qeydə alınmamış, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid6 istifadəsində olan ***-***-**-** nömrəsi arasında 02 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixləri arasında bir neçə dəfə telefon danışığı qeydə alınmış, bundan başqa Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**- ** nömrəsi ilə Şahid6 istifadəsində olan ***-***-**-** nömrəsi arasında 07 sentyabr 2020-ci il tarixdə bir neçə dəfə telefon danışığı qeydə alınmışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və onlara həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarında olan protokolda bildirilir ki, 28 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 könüllü olaraq istintaqa gəldiyindən cinayət işinin istintaqı həmin tarixdə təzələnib istintaqı davam etdirilərək Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, 30 aprel 2021-ci ildə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə olmaqla 28 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 12 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. 28 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan protokolda bildirilir ki, 15 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən maddə ilə ittiham elan edilməklə barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan protokolda bildirilir ki, 17 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən maddə ilə ittiham elan edilməklə barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1: Mingəçevir şəhər məhkəməsinin 05 yanvar 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Ali Məhkəmənin 09 mart 1999cu il tarixli qərarı ilə Mingəçevir şəhər məhkəməsinin 05 yanvar 1996-cı il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası 6 ilə endirilmişdir. Gəncə şəhəri Nizami rayon məhkəməsinin 13 dekabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 213.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin 17 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 14 gün müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Goranboy rayon məhkəməsinin 29 oktyabr 2013-cü ii tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 192.2.2, 213.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə əlaqədar 06 may 2016-cı il tarixli Qanuna əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 03 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ali Məhkəmənin 26 iyul 2016cı il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 dekabr 2015-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası 6 il 6 aya endirilmişdir. 27 may 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənildiyindən əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan AZ-İİİ 541531 və AZ-İİİ 806045 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3ın himayəsində iki azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan AZE 10392790 sənəddən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Nümayəndə1 cinayət nəticəsində dəymiş maddi ziyanın bir hissəsini könüllü olaraq ödəməsi məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3ın himayəsində iki azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərin cinayət əməllərinin iştirakçılıq dərəcəsinə qiymət verərək hesab edir ki, hər üç təqsirləndirilən şəxsə təyin olunacaq cəza onların cinayətdə iştirakçılıq dərəcələrinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 iştirakçılıq dərəcəsinin digər təqsirləndirilən şəxslərə münasibətdə daha aktiv, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs3 münasibətdə daha aktiv olmasını nəzərə alır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 2020-ci ilin sentyabr ayının əvvəllərində Toğrul ona zəng vuraraq müxtəlif ölçülərdə armatur olduğunu və həmin armaturların Rusiya istehsalı olduğunu, satmaq istədiklərini bildirmiş, həmin armaturu haradan əldə etdiklərini soruşduqda demişdir ki, Müşfiq onun müdiridir, Bakı şəhərində həm tikinti işləri ilə məşğul olurlar, həmçinin Rusiya Federasiyasından armatur gətirməklə məşğul olurlar. Bundan sonra Toğrul onu Müşfiqlə də danışdırmış, Müşfiq də Toğrulun dediklərini bir daha təsdiq edərək tikinti işləri ilə məşğul olduqlarını, həmçinin Rusiya Federasiyasından armatur gətirib satışını təşkil etdiklərini bildirmişdir, söhbət zamanı Toğrul və Müşfiq ona armaturun qiymətini bazarda satılan qiymətdən təxminən 30- 40 manat ucuzuna yəni təxminən 800 manatdan tonunu təklif etmişlər. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs2 iştirakçılıq dərəcəsinin digər Təqsirləndirilən şəxs3 münasibətdə daha aktiv olmasını nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikdəri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda təqsirləndirilən şəxslərin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. Təqsirləndirilən şəxs1 28 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay təyin edilən cəzaya hesablanaraq həmin cəzadan çıxılmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı 03 mart 2022-ci il tarixdən hesablanmaqla CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı 03 mart 2022-ci il tarixdən hesablanmaqla CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı 03 mart 2022-ci il tarixdən hesablanmaqla CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə məsrəfi yoxdur. İş üzrə maddi sübut kimi tanınmış «Azercell», «Bakcell» və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmaldır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi6 üçün 420 AZN (dörd yüz iyirmi manat), Müdafiəçi4 üçün 120 AZN (yüz iyirmi manat), Müdafiəçi1 üçün 120 AZN (yüz iyirmi manat) fəaliyyət göstərdikləri Bakı şəhər «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, 28 aprel 2021-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixədək tutularaq həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay təyin edilən cəzaya hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, cəzaçəkmə müddətinin 03 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, cəzaçəkmə müddətinin başlanğıcı 03 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, cəzaçəkmə müddətinin başlanğıcı 03 mart 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış «Azercell», «Bakcell» və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Göstərdikləri hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi6 üçün 420 AZN (dörd yüz iyirmi manat), Müdafiəçi4 üçün 120 AZN (yüz iyirmi manat), Müdafiəçi1 üçün 120 AZN (yüz iyirmi manat) fəaliyyət göstərdikləri Bakı şəhər «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov