Məhkəmə qərarları › İş №1(101)-79/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-79/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-79/2024 23.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X19 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X27 və X10, zərərçəmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 nümayəndələri Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkilləri Nümayəndə və X2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi5 iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 233 və 320.1-ci maddələri ilə, xx xxxxxx 1959-cu il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 6 iyul 2022-ci il tarixli qərar ilə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin ictimai qaydanı kobud surətdə pozan, nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmiş və bu cür hərəkətlərdə fəal iştirak etmiş, eləcə də hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və satmışdır. Belə ki, o özgənin külli miqdarda əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 bir neçə il əvvəl beynəlxalq yükdaşıma xidmətləri həyata keçirərkən tanış olduğu, Türkiyə Respublikasının Antalya şəhərində beynəlxalq yükdaşıma işlərində qeyri-rəsmi vasitəçilik fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşı X20 Belarus Respublikasının vətəndaşına məxsus 41.200 kiloqram çəkidə təzə pomidor məhsullarının Türkiyə Respublikasının Antalya şəhərindən Belarus Respublikasının Minsk şəhərinə daşınması ilə bağlı sifarişinin olması barədə məlumatı 2018-ci ilin fevral ayının əvvəllərində internet informasiya ehtiyatları üzərindən idarə edilən mobil telefon tətbiqindəki beynəlxalq yükdaşıma qruplarından əldə etdikdən sonra daşınmanın özü tərəfindən həyata keçiriləcəyini Rüfət Quliyevdən gizlətmək üçün özünün həqiqi niyyətindən xəbərsiz olan və cinayətə aidiyyəti olmayan tanışı Şahid1 Rüfət Quliyevlə əlaqələndirərək sifariş olunan həmin yükün vaxtında və təhlükəsiz daşınmasının həyata keçiriləcəyini yalandan vəd edərək sonuncu ilə yükün daşınmasına dair razılıq əldə edilməsinə nail olmuş, daha sonra Təqsirləndirilən şəxs1 09 fevral 2018-ci il tarixdə Belarus Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun Türkiyə Respublikasının Antalya şəhərinin Fethiye bölgəsində kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan “MİRTAN TARİM URENLERİ.İC VE DİŞ TİC.LTD.STİ.KOCAVEZİR MAH.KARACAOĞLAN CAD.TAH İSHANİ NO: 32/1/01 SEYRAN/ADANA/TURKEY” adlı şirkətdən həmin dövrün milli məzənnəsi ilə 66.988,68 manat təşkil edən 78.847,32 belarus rublu ödəyərək aldığı ümumi çəkisi 41.200 kiloqram çəkidə təzə pomidor məhsullarının əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qrupun digər üzvü olan atası Təqsirləndirilən şəxs2 idarə etdiyi “Samro” markalı, 42ZA019 dövlət qeydiyyat nişanlı, furqon soyuducu tipli yarımqoşqusu olan “DAF TE105XF” markalı, 90SZ242 dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli yük avtomobilinə və özlərinin həqiqi niyyətindən xəbərsiz olan və cinayətə aidiyyəti olmayan sürücü X8 idarə etdiyi “Turbos” markalı, 10ZE172 dövlət qeydiyyat nişanlı, furqon soyuducu tipli yarımqoşqusu olan “DAF CF85.460” markalı, 99XE844 dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli yük avtomobilinə yüklənməsini təşkil edərək sifarişçi Zərərçəkmiş şəxs1 məxsus malların Belarus Respublikasının Minsk şəhərinin Zaqorodnaya küçəsi 5 ünvanındakı anbara vaxtında və təhlükəsiz çatdırılacağına dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan mobil telefon vasitəsilə davamlı tapşırıqlar verib hadisələrin gedişini şəxsən idarə etməklə həmin malların daşınaraq 24 fevral 2018-ci il tarixdə saat 15 radələrində Belarus Respublikasının Minsk vilayətinin Minsk rayonunda Minsk-Mikaşeviç R-23 avtomobil yolunun 17-ci kilometrliyində yerləşən “Minsk- Beltamojservis-2" respublika unitar müəssisəsinə məxsus nəqliyyat-logistika mərkəzinin yaxınlığında yerləşən mühafizə olunmayan avtomobil dayanacağına gətirilməsini təmin etmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 malların sahibi Zərərçəkmiş şəxs1 tərəfindən pomidor məhsulunun anbara boşaldılmasının tələb edildiyini oğlu Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə məlumat verdikdən sonra cinayətkar niyyətlərini həyata keçirmək üçün sonuncunun təklifinə əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 sürücü Rauf Məmmədovun idarə etdiyi “Turbos” markalı, 10ZE172 dövlət qeydiyyat nişanlı, furqon soyuducu tipli yanımqoşqusu olan “DAF CF85.460” markalı, 99XE844 dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli yük avtomobildə texniki nasazlığın yarandığını, bu səbəbdən avtomobilin hərəkət edə bilmədiyini yalandan bildirərək avtomobili səhəri gün təmir etdirib yükü lazımı ünvanda boşaldacaqlarına şəxsən söz vermiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 dediklərini həqiqət kimi qəbul edib oradan uzaqlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 tapşırığına əsasən atası Təqsirləndirilən şəxs2 hər iki yük avtomobilini apararaq pomidor məhsullarını gizlətmiş, Təqsirləndirilən şəxs1 isə öz növbəsində vaxt qazanıb məhsulu aşkarlanmadan ölkədən kənara çıxarmaq və satışını həyata keçirməklə cinayətkar niyyətlərini sonadək başa çatdırmaq məqsədi ilə mobil telefonla Zərərçəkmiş şəxs1lə əlaqə saxlayaraq guya Rüfət Quliyevin ona əvvəlcədən 15.000 ABŞ dolları və pomidor məhsulunun daşınmasına görə əlavə 10.000 ABŞ dolları pul borcunun olduğunu, ona həmin məbləğdə pul verilərsə məhsulu sahibinə tam şəkildə təhvil verəcəyini yalandan vəd edərək vaxt qazanmış, bu müddət ərzində isə Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1la aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən külli miqdarda dəyərə malik pomidor məhsullarının yükləndiyi hər iki yük avtomobili ilə azad gömrük nəzarəti zonasından keçməklə Rusiya Federasiyasının inzibati ərazisinə daşınmasını təmin edərək malın sahibi Zərərçəkmiş şəxs1lə bütün əlaqəni qəsdən kəsib Rostov şəhərində məhsulun satışını həyata keçirməklə əldə olunan pul vəsaitini əvəzsiz olaraq özlərinə götürmüş və nəticədə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs Belarus Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 məxsus 78.847,32 belarus rublu olmaqla, həmin dövrün milli məzənnəsi ilə 66.988,68 manat dəyərə malik 41.200 kiloqram çəkidə pomidor məhsulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2018-ci ilin mart ayının sonlarında Azərbaycan Respublikasında olduğu müddətdə Türkiyə Respublikasından Rusiya Federasiyasının Moskva şəhərinə təzə pomidor məhsulu ixrac edib orada şərikli satışını həyata keçirmək istəyən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə mobil telefonla və internet informasiya ehtiyatlarından istifadə etməklə əlaqə yaradıb özünü uzun müddət beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan etibarlı tərəfdaş kimi təqdim etməklə alacaqları pomidor məhsulunu Türkiyə Respublikasının Antalya şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə vaxtında və təhlükəsiz daşınmasını həyata keçirib tam şəkildə təhvil verəcəyinə dair yalan vəd verib inam qazandıqdan sonra o, öz cinayətkar niyyətindən çıxış edərək üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadığı halda etibarından sui-istifadə edib aldatdığı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının Antalya şəhərində aldıqları həmin dövrün milli məzənnəsi ilə 35.700 manat təşkil edən 21.000 ABŞ dolları dəyərində 18.500 kiloqram çəkidə pomidor məhsulunu 10 gün müddətində Rusiya Federasiyasının Moskva şəhərinə daşıyıb tam şəkildə təhvil verəcəyi adı ilə özünün həqiqi niyyətindən xəbərsiz olan və cinayətə aidiyyəti olmayan naməlum sürücünün idarə etdiyi markası və dövlət qeydiyyat nişanı yük avtomobilinə yükləyərək naməlum istiqamətdə aparmaqla ələ keçirmiş, bir neçə gün sonra Təqsirləndirilən şəxs1 vahid cinayətkar niyyətindən çıxış edərək 2018-ci ilin aprel ayının ilk günlərində saat 12 radələrində Zərərçəkmiş şəxs2la ünvan 3 ünvanında yerləşən “McDonalds” restoranında görüşərək guya həmin vaxt daşınmasını həyata keçirdiyi, yolda olan pomidor məhsulunun Rusiya Federasiyasının Moskva şəhərinə çatdırılması üçün yol, gömrük və digər xərclər adı ilə Zərərçəkmiş şəxs2 həmin dövrün milli məzənnəsi ilə 27.200 manat təşkil edən 16.000 ABŞ dolları nağd pul vəsaitini alıb ələ keçirərək sonrakı müddətdə vədinə əməl etməməklə cinayətkar əməllərini pərdələmək və məsuliyyətdən yayınmaq üçün guya daşınan pomidor məhsulunun yolda xarab olmasını yalandan deyərək zərərçəkmiş şəxsləri aldatmış, bununla da, o vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 məxsus 13.000 ABŞ dolları, Zərərçəkmiş şəxs4 məxsus 12.000 ABŞ dolları və Zərərçəkmiş şəxs3 məxsus 12.000 ABŞ dolları olmaqla, ümumilikdə həmin dövrün milli məzənnəsi ilə 62.900 manat təşkil edən 37.000 ABŞ dolları pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 2018-ci ilin iyul ayının əvvəllərində səfər sığorta şəhadətnaməsi almaq üçün telefon vasitəsilə ona müraciət etmiş Şahid17 100 manat pul müqabilində qanuni əsaslarda həmin sənədin verilməsini təmin edəcəyinə söz vermiş, bundan sonra Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə rəqəmsal çap qurğusundan istifadə edib elektrofotoqrafik çap üsulu ilə sənəddə olan möhür əksinin və imzaların təsvirlərini çap etməklə hüquq verən sənəd hesab olunan “PAŞA Sığorta Şirkəti”nin Sığorta Əməliyyatları Departmentinin adından Şahid17 adına verilməsi qeyd olunan 04 iyul 2018ci il tarixli, 52114-09025 nömrəli səfər sığortası şəhadətnaməsini istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şosesində yerləşən “Ər-Riyad” ticarət mərkəzindəki beynəlxalq yükdaşıma sahəsi üzrə fəaliyyət göstərdiyi ofisində özünün həqiqi niyyətindən xəbərsiz olan və cinayətə aidiyyəti olmayan tanışı Şahid1 vasitəsilə saxta sığorta şəhadətnaməsini Şahid17 çatdırmaqla hüquq verən saxta sənədi 100 manat pul müqabilində satmışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 11 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasında olduğu müddətdə İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə limon məhsulunu ixrac edib orada satışını həyata keçirmək istəyən Zərərçəkmiş şəxs5 ilə mobil telefonla və internet informasiya ehtiyatlarından istifadə etməklə əlaqə yaradıb özünü uzun müddət beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan etibarlı tərəfdaş kimi təqdim etməklə alacağı limon məhsulunu İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə vaxtında və təhlükəsiz daşınmasını həyata keçirib tam şəkildə təhvil verəcəyinə dair yalan vəd verib inam qazandıqdan sonra öz cinayətkar niyyətindən çıxış edərək üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadığı halda etibarından sui-istifadə edib aldatdığı Zərərçəkmiş şəxs5 İran İslam Respublikasının Astara şəhərində “SEYİD JAFAR MOUSAVİ.CO” şirkətindən aldığı həmin dövrün milli məzənnəsi ilə 88.400 manat təşkil edən 52.000 ABŞ dolları dəyərində 19.400 kiloqram çəkidə limon məhsulunu 11 aprel 2020-ci il tarixdə özünün həqiqi niyyətindən xəbərsiz olan və cinayətə aidiyyəti olmayan sürücü tanışı X32 idarə etdiyi “KRONE SDR 27” markalı, 99ZG562 dövlət qeydiyyat nişanlı, furqon soyuducu tipli yarımqoşqusu olan “DAF FTXF 105” markalı, 99VX537 dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli yük avtomobilinə yükləyib ələ keçirərək həmin malı Azərbaycan Respublikasının ərazisindən tranzit yolu ilə keçirməklə Rusiya Federasiyasının Moskva şəhərinin yaxınlığındakı ünvana daşınmasını təşkil etmiş, daha sonra Təqsirləndirilən şəxs1 vaxt qazanıb məhsulu aşkarlanmadan satışını həyata keçirməklə cinayətkar niyyətlərini sonadək başa çatdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs5la telefon əlaqəsi yaradaraq guya malların daşınmasına dair sənədlərdə limon məhsulunun dəyəri az göstərildiyi üçün gömrük ödənişlərinin ödənilməsindən yayınıldığını yalandan səbəb gətirməklə malları təhvil verməsi üçün əlavə olaraq 10.000 ABŞ dolları pul ödəməsini tələb edib sonradan guya pulların ona verilmədiyini bəhanə edərək ələ keçirdiyi malların qaytarılması ilə bağlı Zərərçəkmiş şəxs5 tələblərinə əhəmiyyət verməyərək sonuncu ilə bütün əlaqələri qəsdən kəsmiş, həmin malların Rusiya Federasiyasında satışını həyata keçirməklə əldə olunan pul vəsaitini əvəzsiz olaraq özünə götürmüş və nəticədə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 məxsus həmin dövrün məzənnəsi ilə 88.400 manat təşkil edən 52.000 ABŞ dolları dəyərə malik 19.400 kiloqram çəkidə limon məhsulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs5 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 09 sentyabr 2021-ci il tarixdən 15 fevral 2022-cİ il tarixədək olan müddət ərzində direktor vəzifəsində işlədiyi, beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən “R Group Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin X25 Xidməti tərəfindən xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin “İcazə” blankının verilməsi tələbinə qanunsuz şəkildə təsir göstərməklə nail olmaq məqsədi ilə əvvəllər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş Şahid5 “SCHMİTZ SKO 27" markalı, 50ZA300 dövlət qeydiyyat nişanlı, furqon soyuducu tipli yarımqoşqusu olan “DAF XF 105.410" markalı, 99BX972 dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli yük avtomobilinin, Şahid6 “KOEGEL” markalı, 99ZA042 dövlət qeydiyyat nişanlı, furqon soyuducu tipli yarımqoşqusu olan “DAF XF 105.410” markalı, 99VR716 dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli yük avtomobilinin və Şahid18 “SCHMİTZ SO1” markalı, 99ZA242 dövlət qeydiyyat nişanlı, furqon soyuducu tipli yarımqoşqusu olan “DAF XF 105.460” markalı, 01AB113 dövlət qeydiyyat 56 nişanlı, yəhərli dartıcı tipli yük avtomobilinin idarə olunmasına cəlb etməklə, özü isə “KRONE” markalı, 01ZA413 dövlət qeydiyyat nişanlı, furqon soyuducu tipli yarımqoşqusu olan “DAF” markalı, 01AB186 dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli yük avtomobilini idarə edərək 17 fevral 2022-ci il tarixdə gecə saat 04:39 dəqiqədən etibarən iriqabaritli həmin yük avtomobillərinin şəhər daxilində nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi X44nin Bakı şəhəri, Nərimanov rayonu 79 ünvanının qarşısından keçən hissəsində avtomobil yolunun hərəkət istiqamətində və hərəkət istiqamətinin əksinə üzbəüz saxlanılmasını təşkil etmiş və hərəkət üçün maneə yaradan həmin yük avtomobillərinin təxliyyə edilmədən uzun müddət ərazidə qalmasına nail olmaq üçün sürücülərlə birlikdə nəqliyyat vasitələrinin qapılarını bağlayaraq ərazidən uzaqlaşmış, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 17 fevral 2022-ci il tarixdə saat 04:39 dəqiqədən saat 11:24 dəqiqəyədək olan müddət ərzində avtomobil yolunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Koroğlu” stansiyası istiqamətindən Bakı şəhəri Nərimanov rayonu X44 79 ünvanınadək olan hissəsində çoxsaylı şəhərdaxili sərnişindaşıma xidmətləri göstərən, fərdi və digər nəqliyyat vasitələrinin hərəkətlərində qəsdən süni tıxac yaradıb ictimai qaydanı kobud surətdə pozan və nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmiş və bu cür hərəkətlərdə fəal iştirak etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin külli miqdarda əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə oğlu Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 bir neçə il əvvəl beynəlxalq yükdaşıma xidmətləri həyata keçirərkən tanış olduğu, Türkiyə Respublikasının Antalya şəhərində beynəlxalq yükdaşıma işlərində qeyri-rəsmi vasitəçilik fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşı X20 Belarus Respublikasının vətəndaşına məxsus 41.200 kiloqram çəkidə təzə pomidor məhsullarının Türkiyə Respublikasının Antalya şəhərindən Belarus Respublikasının Minsk şəhərinə daşınması ilə bağlı sifarişinin olması barədə məlumatı 2018-ci ilin fevral ayının əvvəllərində internet informasiya ehtiyatları üzərindən idarə edilən mobil telefon tətbiqindəki beynəlxalq yükdaşıma qruplarından əldə etdikdən sonra daşınmanın özü tərəfindən həyata keçiriləcəyini Rüfət Quliyevdən gizlətmək üçün özünün həqiqi niyyətindən xəbərsiz olan və cinayətə aidiyyəti olmayan tanışı Şahid1 Rüfət Quliyevlə əlaqələndirərək sifariş olunan həmin yükün vaxtında və təhlükəsiz daşınmasının həyata keçiriləcəyini yalandan vəd edərək sonuncu ilə yükün daşınmasına dair razılıq əldə edilməsinə nail olmuş, daha sonra Təqsirləndirilən şəxs1 09 fevral 2018-ci İl tarixdə Belarus Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun Türkiyə Respublikasının Antalya şəhərinin Fethiye bölgəsində kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan “MİRTAN TARİM URENLERİ.İC VE DİŞ TİC.LTD.STİ.KOCAVEZİR MAH.KARACAOĞLAN CAD.TAH İSHANİ NO: 32/1/01 SEYRAN/ADANA/TURKEY” adlı şirkətdən həmin dövrün milli məzənnəsi ilə 66.988,68 manat təşkil edən 78.847,32 belarus rublu ödəyərək aldığı ümumi çəkisi 41.200 kiloqram çəkidə təzə pomidor məhsullarının əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qrupun digər üzvü olan atası Təqsirləndirilən şəxs2 idarə etdiyi “Samro” markalı, 42ZA019 dövlət qeydiyyat nişanlı, furqon soyuducu tipli yarımqoşqusu olan “DAF TE105XF” markalı, 90SZ242 dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli yük avtomobilinə və özlərinin həqiqi niyyətindən xəbərsiz olan və cinayətə aidiyyəti olmayan sürücü X8 idarə etdiyi “Turbos” markalı, 10ZE172 dövlət qeydiyyat nişanlı, furqon soyuducu tipli yarımqoşqusu olan “DAF CF85.460” markalı, 99XE844 dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli yük avtomobilinə yüklənməsini təşkil edərək sifarişçi Zərərçəkmiş şəxs1 məxsus malların Belarus Respublikasının Minsk şəhərinin Zaqorodnaya küçəsi 5 ünvamndakı anbara vaxtında və təhlükəsiz çatdırılacağına dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan mobil telefon vasitəsilə davamlı tapşırıqlar verib hadisələrin gedişini şəxsən idarə etməklə həmin malların daşınaraq 24 fevral 2018-ci il tarixdə saat 15 radələrində Belarus Respublikasının Minsk vilayətinin Minsk rayonunda Minsk-Mikaşeviç R-23 avtomobil yolunun 17-ci kilometrliyində yerləşən “Minsk- Beltamojservis-2” respublika unitar müəssisəsinə məxsus nəqliyyat-logistika mərkəzinin yaxınlığında yerləşən mühafizə olunmayan avtomobil dayanacağına gətirilməsini təmin etmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 malların sahibi Zərərçəkmiş şəxs1 tərəfindən pomidor məhsulunun anbara boşaldılmasının tələb edildiyini oğlu Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə məlumat verdikdən sonra cinayətkar niyyətlərini həyata keçirmək üçün sonuncunun təklifinə əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 sürücü Rauf Məmmədovun idarə etdiyi “Turbos” markalı, 10ZE172 dövlət qeydiyyat nişanlı, furqon soyuducu tipli yarımqoşqusu olan “DAF CF85.460” markalı, 99XE844 dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli yük avtomobildə texniki nasazlığın yarandığını, bu səbəbdən avtomobilin hərəkət edə bilmədiyini yalandan bildirərək avtomobili səhəri gün təmir etdirib yükü lazımı ünvanda boşaldacaqlarına şəxsən söz vermiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 dediklərini həqiqət kimi qəbul edib oradan uzaqlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 tapşırığına əsasən atası Təqsirləndirilən şəxs2 hər iki yük avtomobilini ünvana apararaq pomidor məhsullarını gizlətmiş, Təqsirləndirilən şəxs1 isə öz növbəsində vaxt qazanıb məhsulu aşkarlanmadan ölkədən kənara çıxarmaq və satışını həyata keçirməklə cinayətkar niyyətlərini sonadək başa çatdırmaq məqsədi ilə mobil telefonla Zərərçəkmiş şəxs1lə əlaqə saxlayaraq guya Rüfət Quliyevin ona əvvəlcədən 15.000 ABŞ dolları və pomidor məhsulunun daşınmasına görə əlavə 10.000 ABŞ dolları pul borcunun olduğunu, ona həmin məbləğdə pul verilərsə məhsulu sahibinə tam şəkildə təhvil verəcəyini yalandan vəd edərək vaxt qazanmış, bu müddət ərzində isə Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1la aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən külli miqdarda dəyərə malik pomidor məhsullarının yükləndiyi hər iki yük avtomobili ilə azad gömrük nəzarəti zonasından keçməklə Rusiya Federasiyasının inzibati ərazisinə daşınmasını təmin edərək malın sahibi Zərərçəkmiş şəxs1lə bütün əlaqəni qəsdən kəsib Rostov şəhərində məhsulun satışını həyata keçirməklə əldə olunan pul vəsaitini əvəzsiz olaraq özlərinə götürmüş və nəticədə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs Belarus Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 məxsus 78.847,32 belarus rublu olmaqla, həmin dövrün milli məzənnəsi ilə 66.988,68 manat dəyərə malik 41.200 kiloqram çəkidə pomidor məhsulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs5 münasibətdə dələduzluq cinayəti törətməsi epziodu ilə əlaqədar elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Azər adlı sürücüsü İrandan Rusiyaya limon çatdırılması üzrə mükəlləfiyyətləndirilmiş, daşıma qiyməti 4000 $ məbləği müəyyənləşdirilmiş, ilkin olaraq ona İranda 400 $ ödənilmiş, qalan məbləğin ödənilməsi isə məhsullar çatdırılıqda verilməsi razılaşdırılmışdır. İranda məhsul avtomobilə yüklənərək onu almalı olan şəxsin şəxsiyyətini müəyyən edən hallar naməlum olmuş, İrandakı nümayəndə “Whats up” vasitəsilə həmin şəxsin əlaqə nömrəsinin göndəriləcəyini bildirmişdir. Əlikram adlı adamla şəxsi tanışlığı və müqaviləsi olmamışdır. Hətta mallar yüklənərkən Əlikramla telefon görüşməsi belə olmamış, ondan pul almamış, yükün verilməsində sonuncu iştirak etməmişdir. Əlikram ona malın özünə məxsus olduğunu bildirsə də malın çatdırılması ilə bağlı “CMR” qaimələr olmuş, həmin “CMR” qaimələrdə də Əlikramın adı olmadığına görə malları sonuncuya verməmişdir. Alıcı ilə müqavilə bağlamış və müqaviləyə əsasən pul ona nağd şəkildə verilməli olmuşdur. “CMR” qaimələrlərdə alıcı şirkət kimi “Respect” və onun nümayəndəsi, yəni Cəfər adlı şəxsin adı qeyd edilmiş və onlar da malların təhvil verilməsi ilə bağlı təsdiqləyici möhür vurulmuşdur. Malın rəsmi sənədlərdə qiyməti 11.000 dollar olmuş, lakin ona həmin malın dəyərinin 100.000 dollar olduğunu bildirmişdir. Belə ki, mal İrandan tranzit üçün Azərbaycana gəlmiş, yolda dəyişdirilməmiş, ona görə güman etmişdir ki mala aid olan sənədlərdə malın qiyməti barədə göstərilən məbləğ yanlışdır. Əlikramı mal Rusiyada boşalandan sonra tanımışdır. Sifariş verənlər şirkətlər olmuş və sifarişlər onlara rəsmi və sürücünün zəngi ilə şifahi qaydada daxil olmuşdur. Malın Rusiyaya daşınması barədə məlumat da “CMR” qaimədə qeyd edilmişdir. Malın çatdırılmasında daşıma sənədinin verilmədiyi hallarda daşıma ilə bağlı bütün məsələlər “CMR” qaimə ilə həll edilmişdir. Maşında sürücüdən başqa adam olmamış və malla bağlı sürücü ilə əlaqə saxlanamışdır. Mal boşaldıqdan sonra Əlikram onu yığaraq malın ona məxsus olmasını demişdir. Əlikrama onu tanımadığımı bildirmiş, malı “Respekt” firmasına çatdırdığını və həmin firmanı tanıdığını qeyd etmişdir. “CMR” qaimədə daşıma ilə bağlı hər şey qeyd olunmuşdur. Həmin qəiməyə görə ona pulu “Respekt” şirkətinin nümayəndəsi verməli olmuşdur. Əlikramı başından etmək üçün ondan pul istəmişdir. Çünki onu həmin epizod üzrə 50 nəfər yığmış və hamı malın yiyəsi olduğunu demişdir. “Respekt” özü alıcı şirkət olmuşdur. Ona zəng edən şəxslərdən biri Zərərçəkmiş şəxs5 olmuş, hətta Zərərçəkmiş şəxs5 məhsulun nümayəndəsi kimi onunla görüşmüşdür. Sürücü məhsulları Rusiyada “Respekt” şirkətinə təhvil vermişdir. Məhsulların pulunu isə “Respekt” şirkəti özü ödəmişdir. Zərərçəkmiş şəxs1 qarşı dələduzluq hərəkətlərinə yol verməsinə dair epizod üzrə ona elan edilmiş ittihamla əlaqədar özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Yuri adlı şəxsi tanımamışdır. Sonuncuya malların daşınması üzrə aralarında müqavilə bağlanmasa da daşımanı təsdiq edən “CMR” sənədi olmuşdur. “CMR” sənədində daşıma haqqının necə ödənilməsi göstərilmişdir. Sənəd ona Mirtan şirkəti tərəfindən verilmişdir. Sənəddə alıcı qismində Yuriy göstərilmişdir. Yuriyə məhsulların daşınmasında daşımanın CPT növündən istifadə edilmişdir, yəni daşıma pulu mallar Yuriyə çatdırıldığı zaman göndərən şirkət tərəfindən ödənməli olmuşdur. Pomidor məhsullarının tez xarab olmasını bildiyi halda daşıma pulunu təhvil alana qədər məhsulları girov kimi saxlamışdır. Yuriy mal göndərənlə qiyməti 17 000 dollar təşkil edən göndərmə müqaviləsi imzalamışdır. Daşıma haqqı 6 000 dollar olmuş və həmin daşıma haqqı da 17 000 dollara daxil olmuşdur. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 Sirali oğlu və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq hərəkətlərinə yol verməsi barədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs1 bildirmişdir ki, siyası məsələlərə görə Türkiyədən pomidor məhsullarının birbaşa Rusiya ərazisinə keçirilməsinə icazə olmadığından,o, adəti üzrə pomidor məhsullarını əvvəlcə Belarusiyaya aparmış, oradan isə Rusiya ərazisinə keçirtmişdir. Bu səbəblərdən həmin dövrdə yalnız 1-2 şirkət öz malını Türkiyədən Rusiyaya apara bilmişdir. Mallar ancaq Belarusiyaya qədər rəsmi olaraq gedə bilmişdir. Bu işlərin görülməsində ona Vüsal və sinif yoldaşı Fərid , Türkiyədən pomidorların alınmasında isə onlara Anar köməklik göstərmiş, alınmış pomidorlar dostlarının avtomobillərinə yüklənmişdir. Pomidor məhsulu ilə yüklənmiş üç yük avtomobili yola düşmüş, Belarusiyada gömrükdə gözləmişdir. Belarusiya gömrüyündən keçən pomidorla dolu yük avtomobili açılıb yoxlanılmış, mallarda hər hansı problem olmadıqda gömrükdən buraxılmışdır. Məhsulların Belarusiyaya keçirdikdən sonra Minskdən Moskvaya göndərilməsi nəzərdə tutulmuşdur. Həmin yüklərin daşınması üzrə ödənişlər edilməmişdir. Lakin məhsulları Belarusiyadan Rusiyaya keçirmək barədə qarşı tərəfə söz verdiyi üçün bu epizodla bağlı günahı özündə görmüş, niyyəti dələduzluq törədilməsi olmamışdır. Hətta vurulan zərərin qarşılığında yük avtomobilini də Zərərçəkmiş şəxs2 adına keçirmiş, vurulan zərəri ödəmişdir. Üç yük avtomobilində ikisi Zərərçəkmiş şəxs2 aid olmuş, həmin avtomobillərdən birində daşınan pomidor məhsulunda xəstəlik aşkar edildiyinə görə həmin avtomobil Türkiyə ərazisinə geri qaytarılmış, Türkiyə Respublikasında həmin məhsullar məhv edilmişdir, bir yük avtomobil Belarusiyada tutulmuş və məhv edilmiş, yalnız özünə məxsus pomidorla yüklənmiş yük avtomobili gizli yolla Moskva ərazisinə keçmiş və satış üçün bazara çıxarılmışdır. Məhsullar Türkiyədən sağlam məhsul kimi yola salınsa da Belarusiyaya gedən zaman məhsullarda xəstəlik aşkar edilmişdir. Məhsullar Antalyada yüklənmiş olsa da onların sağlamlıq vəziyyəti ilə bağlı həkim kağızı Mersində alınmışdır. Aprelin 19-unda Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi Yurinin işi ilə bağlı onu saxladığına görə Belarusiyadan malı Türkiyəyə qaytarmışdır. Onların fabrikdən aldıqları bütün pomidor məhsullarında “tuta” xəstəliyi aşkar edilmişdir. 1-ci maşın Belarusdan Rusiyaya keçən zaman tutulmuşdur. 2-ci maşının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olanda tutulduğunu bilmişdir. Fəridlə şərikliyi rəsmi olmamışdır. Fəridə olan borcunu qaytarmışdır. Pomidor məhsulunun xəstə olmasını bilməmişdir. İş materiallarında bununla bağlı sənəd vardır. Malların qeyri-qanuni keçməsi riskindən xəbəri olmuşdur. Anara görə özünə məxsus yük avtomobilini sinif yoldaşının adına keçirtmişdir. 7000 dollarında pul məbləğini sinif yoldaşına göre Farid və ortaqlarına geri qaytarmışdır. Malların Türkiyəyə qayıtması barədə sənədlər olmamışdır. Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, tərəfindən bağlanılan yol iki zolaqlı deyil, üç zolaqlı olmuşdur. Heç kəsə mane olmayacaq şəkildə yolun sağ kənarında aksiya təşkil etmişdir. Ana yolu tutmamış və yolu kəsməmişdir. X29 tıxac onlara görə yaranmamışdır. İctimai qaydanı pozmaq niyyəti olmamış, sadəcə olaraq yük maşınlarının ora düzülməsi üçün sürücülərə göstəriş vermişdir. Dinc aksiyanı həyata keçirməkdə məqsədi müvafiq dövlət orqanından icazə vərəqəsinin verilməsinə nail olmaq olmuşdur. 2021-ci ildən şirkətlərinə müvafiq icazə vərəqəsi verilsə də ilin sonunda icazə vərəqəsinin əldə edilməsi zərurəti yaranmışdır Belə ki, Rusiyaya, Belarusiyaya daşıma həyata keçirə bilməmişdir. İcazə vərəqələrinin verilməsi barədə müraciətlərinə aylarla cavab verilməmişdir. İcazə vərəqəsinin verilməməsi ilə bağlı dövlət orqanına elektron formada da müraciət etmişdir.Məhkəməyə müraciət etmə prosesi uzun uzun olduğundan mallarının xarab ola bilmə ehtimalı olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadə verərək göstərmişdir ki, şirkət tərəfindən iki yük avtomobilİ ilə Belarusiyaya daxil olmuşdur. Belarusiyada olarkən gömrükdə onlara Yurinin nömrəsi verilmiş və ona çatdırılmış malların gömrüyə bəyan edilməsi üçün sonuncu ilə telefon əlaqəsi yaradılması xahiş edilmişdir. Razılaşmaya əsasən şirkət tərəfindən ona məhsulların verilməsi barədə göstəriş verildikdən sonra məhsulları Yuriyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Məhsulun pulunun ödənilməsi üçün Yuriyə şirkətin hesab nömrəsini vermişdir. Həmin zaman yük avtomobilinin “paduşkası” partlamışdır. Onlar ətrafdan Yurinin avtomobili ilə yük avtomobilinə ehtiyat hissəsi də axtarmışdırlar. Yuriyə məhsulun pulunun köçürüldüyü təqdirdə şirkət tərəfindən məhsulun ona veriləcəyi barədə şirkətdən zəng gözlədiyini bildirmişdir. Yuri isə həm məhsulun, həm də daşımanın pulunu Türkiyəyə həmin şirkətə köçürüldüyü barədə məlumat vermişdir. Şirkət isə onlara məhsulları Yuriyə verdikdən sonra pulu onların hesablarına köçürüləcəyini qeyd etmişdir. Yuriyə iki gün vaxt verilmiş, iki gün sonra pul verilmədiyi üçün Belarusiyanı tərk etmişdir. Məhsulların saxlama müddəti 1 həftə olmuşdur. Məhsulları Rostova gətirmişdir, lakin oğlu Rəmişin toyu olduğu üçün yük avtomobilini orada Vüsalın yanında qoyub Azərbaycan Respublikasına geri qayıtmışdır. Rostovda olarkən pomidor məhsullarının artıq xarab olduğunu görmüşdür. Pomidor məhsulları zibilliyə verilmişdir.Məhsulları Vüsal adlı şəxsə təhvil verərkən Yurini məlumatlandırmamışdır. Məhsullar Rostov bazarındakı zibillik üçün xüsusi ərazidə məhv olunmuşdur. Məhsulların zibilliyə verilmə sənədi olmamış, məhsulun sahibi məhv etmədə iştirak üçün çağırılmamışdır. Bundan öncə də başqa hal üzrə daşıma haqqı həmin şirkət tərəfindən ödənmədiyindən belə hərəkətə yol vermişlər. Göndərən pulu məhsullar təyinat məntəqəsinə çatan zaman vermişdir. Yuriyə münasibətdə daşıma “CPT” beynəlxalq daşıma şərtləri əsasında həyata keçirtmişdir. Pomidor məhsullarının Türkiyədə məhv olunmasına dair sənədləri olsa da, Rostovda məhsullar məhv edilərkən həmin məhsulların məhv etmə sənədi olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 15 il pomidor və digər məhsulların satışı ilə də məşğul olmuşdur. Türkiyədə olarkən Rəmişin ortağı Fərid adında şəxs ona pomidor ticarəti ilə məşğul olduğunu bildirdikdə, həmin şəxsə Türkiyəni tanıdığını, onlara kömək edə biləcəyini söyləmiş, lakin pomidor məhsullarının daşınmasını etibarlı şirkət olduqları üçün ya “Lider”, ya da “Səlcuqlu qardaşları” firmasına həvalə edəcəyini qeyd etmişdir. Həmin ərəfədə pomidor məhsullarının çıxışına hər firma icazə vermədiyi üçün həmin firmalar onlardan 7 000 dollar əlavə pul istəmişdirlər. Rəmişin ortağı və onun işlərini görən şəxs onların da məhsul daşınması fəaliyyəti ilə məşğul olduqlarını, Rəmişin firması ilə məhsulun daşınması barədə razılıq əldə edilməsini təklif etmişdir. Həmin şəxslərə hər adama etibar etmədiyini bildirsə də, həmin vaxtlar Türkiyədən Rusiyaya məshul daşınması ilə bağlı bəzi qadağalar olmuş və Rəmiş ona həmin məhsulları aparmaq üçün firmasının qadağası olmadığına inandırmışdır. Rəmiş hətta ona həmin firmalardan fərqli olaraq 5 000 dollar müqabilində pomidor məhsullarının daşınmasını həyata keçirə biləcəyini qeyd etmişdir. 20-21 ton pomidor məhsulunun Türkiyənin Antalya şəhərindən Rusiyaya göndərilməsinə dair Rəmişin şirkəti ilə razılıq əldə edilsə də məhsullar təyinat məntəqəsinə çatdırılmamışdır. Məhsulların pulu tərəfindən Antalyada ödənilmişdir. Məhsullar yük avtomobilinə özünün, Rəmişin ortağının və onun işlərini görən şəxsin iştirakı ilə yüklənmişdir. Onunla birlikdə Rəmiş və ortaqları da öz məhsullarını yük avtomobilinə yüklədikləri üçün hər hansı problem olacağından şübhələnməmişdir. Rəmiş və ortaqlarına “əgər siz də yük avtomobilinə məhsul yükləyəcəksinizsə sizinlə razılaşaram” demişdir. Məhsulları “Cherry” deyilən pomidor və 50 lik, 60 lıq “kalibr” deyilən növə aid bahalı pomidor məhsulları olmuşdur. Eyni vaxtda iki yük avtomobili arxa-arxaya Türkiyədən Rusiya ərazisinə yola düşmüşdür. Gedəndə ona “siz mənə gömrük pulunu, 5 000 dolları və avtomobilin pulunu ödəyin” deyilmişdir. Avtomobil Rusiyaya çatdıqdan sonra gömrük pulu, yol pulu və digər xərclərinin verilməsi barədə Rəmişə məlumat verilmişdir. Onlar üç nəfər-özü, İftixar və Elman şəriklilk qaydasında pomidor məhsullarını avtomobilə yükləmişlər. Elman, İftixar, Anar və qohumu Bakıya qayıtdıqdan sonra Memar Əcəmidəki “Mc Donalds”da Rəmişə 16 000 dollar pul vermişlər. Məhsulların xarab olması ilə bağlı riski daşıyıcı şirkət daşımışdır . Məhsulları qarşılamaq və satmaq üçün o və Rəmişin ortaqları Rusiya ərazisinə gəlmişdir. Onun pomidor məhsullarının yükləndiyi avtomobil birinci yola çıxsa da Rəmiş və ortaqlarının pomidor məhsulunun yükləndiyi avtomobil Rusiyaya çatmış, ona isə məhsullarının yükləndiyi avtomobilin yolda olduğu bildirilmişdir. Fəridgilin məhsullarını üç günə özü bazarda satıb pullarını sahiblərinə vermişdir. Rəmiş ona demişdir ki, ikinci avtomobil saxlanıldığı üçün yolda olan üçüncü avtomobildəki məhsulları ona verəcək. Həmin məhsullar da gəlib çıxmamışdır. On gün keçdikdən sonra Azərbaycana gəlmişdir.Məhsulların təyin olunan məntəqəyə çatmaması barədə Fəridi xəbərdar etmişdir. Fərid də məhsulların əvəzinə avtomobili satmağı təklif etmişdir. Belə ki, Rəmiş etibar qazanmaq üçün özünə məxsus avtomobilini Fəridin adına keçiritmişdir. Məhsullar təyinat məntəqəsinə çatmadığı təqdirdə avtomobil satılmalı, satış pulu isə onlara ödənilməli olmuşdur. Həmin avtomobil iki hissədən kabina və arxa hissədən ibarət olmuş, hər ikisinin qiyməti ayrı-ayrılıqda eyni məbləğ təşkil etmişdir. Bu barədə məlumatdan isə həmin avtomobilə müştəri tapdıqdan sonra xəbərdar olmuşlar. Belə ki, Rəmiş avtomobilin yalnız “kabina” hissəsini Fəridin adına keçirtmişdir. Avtomobilin qiyməti yüklənilən pomidor məhsullarının qiymətini qarşılamamışdır. Belə ki, məhsulun dəyəri 21 000 dollar olmuş, əlavə olaraq ona 16 000 dollar və avtomobilin “radar” cərimələri ödənilmişdir. Rəmişin o dövrdə dediyinə görə həmin avtomobilin qiyməti 50 000 manat olmuşdur. Avtomobilə müştəri gətirildikdə avtomobilin “kabina”hissəsi 15 000 manat dəyərində qiymətləndirilmişdir. Həmin müştəri demişdir ki, avtomobilin yalnız “kabina” hissəsi onun adına keçirilib. Avtomobil uzun müddət satılmamışdır. Sonradan Fəriddən alınmış etibarnamə əsasında həmin avtomobillə yük daşınması həyata keçirilmişdir. Pulun qaytarılmaması ilə bağlı aralarında mübahisələr yaranmışdır. Fəridin köməkliyi ilə Rəmişdən 7 000 dollar pulu geri almışdır. Rəmiş 37 000 dollardan 7 000 dolları geri qaytarmışdır. 30 000 dollar hələ də ödənilməmiş qalmışdır. Pomidor məhsularının sərhəddən keçməmə səbəbi sənədlərin qaydasında olmaması, pomidor məhsullarının keyfiyyətsiz olması olmuşdur. Pomidor məhsullarına həkimdən xəstəliyin olmamasına dair göndərildiyi ölkədən arayış alınmalı olmuşdur. Göndərdiyi məhsulların sağlamlıq vəziyyətinə dair sənədi olmuşdur. Belə ki, pomidor məhsulları yola çıxmamışdan öncə qida agentliyindən gəlib ümumi məhsuldan bir-iki yeşik məhsulu seçmə üsulu ilə götürüb analiz etmişlər. Xəstəliklə bağlı sənədi olmayan məhsulu gömrükdən keçirmək mümkün deyildir. Səhv etmirsə birinci olaraq ona və ortaqlarına məxsus məhsulun yükləndiyi avtomobili yola düşmüşdür. Lakin hansı avtomobilin tez çatması sürücüdən və gömrükdə olan növbədən asılıdır. Digər yük avtomobilinin sürücüsü avtomobilin sənədlərində problem olduğu üçün yolda saxlanıldığı barədə məlumat vermişdir. Sonradan ona məhsullarda xəstəlik aşkar olunduğundan təyinat mətəqəsinə çatdırılmaması bildirilmişdir. Nə avtomobilin, nə də məhsulların aqibətini bilməmişdir. Məhsulların xarab olması ilə bağlı ona hansısa sənəd təqdim edilməmişdir. Rəmişlə, onun atası və ortağı ilə əlaqə saxlasa da ona məhsulların saxlanıldığı yerdən yüklənib təhvil veriləcəyi bildirilmişdir. Məhsulların xəstə olması barədə ona 1 ay sonra məlumat verilmişdir. Məhsulun xarab olmasına dair videogörüntüyə baxmışdır. Onların məhsullarının yükləndiyi avtomobilin qeydiyyat nömrəsini gördüyündən ona təqdim edilən videogörüntüdə olan yük avtomobilinin onun məhsullarının yükləndiyi avtomobil olmasını təsdiq edir. Rəmişi həmin hadisəyə qədər tanımamış, onu 16 000 dolları verərkən görmüşdür. Rəmişə həm onun Fəridin qohumu olduğu üçün, həm də onlarla birlikdə məhsul apardıqları üçün etibar etmiş, daşınma pulunu daha az məbləğdə razılaşdığı üçün məhsullarının onun vasitəsilə daşınmasına qərar vermişdir. Fərid bir dəfə avtomobili onun adına keçirməyi təklif etsə də Rəmiş avtomobilin açarlarını ona verməmişdir. Avtomobilin satışı prosesində Rəmiş həmişə mübahisələr yaratmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, 2018-ci ildə Anar, Elman və Türqan, pomidor məhsulu ticarəti üçün Türkiyəyə getmişlər. Türqan ona bir qohumunun gəldiyini və onunda məhsul aparacağını bildirmiş və onlarla iş görməyi təklif etmişdir. 21000 dollarlıq pomidor məhsulunu Türkiyədən Moskvaya çatdırılması üçün Rəmişin maşınına yükləmişdir. Rəmiş 16000 dolları yerindəcə verməyi tələb etmişdir. Gömrük haqqının yol haqqının olduğunu və məhsulu “qaçaq” yolla keçirəcəyi barədə Rəmiş onlara məlumat vermişdir. Lakin məhsulu təyinat məntəqəsinə göndərilməmişdir. Rəmiş ona məhsulun tutulduğunu bildirmişdir. Məhsulun tutulmağının səbəbi onun qaçaq yolla keçirilməsi olmuşdur. Məhsul tutulduqdan sonra Təqsirləndirilən şəxs2 danışdığı video görüntü atılmışdır. Həmin videogörüntüyə əsasən məhsul bazarda satılmışdır. Ona həmin məhsulun tutulduğu bildirilsə də, məhsulun bazarda satıldığını əks etdirən videogörüntülərdəki məhsul qutularından anlamışdır. Birgə əməkdaşlıqdan ona ümumi 37000 dollarlıq ziyan dəymişdir. Rəmişə çoxsaylı müraciətlər etdikdən sonra sonuncu həmin məbləğdən 7000 dolları ona geri qaytarmışdır. Türkiyədən məhsul alarkən Təqsirləndirilən şəxs1 adamlarına da onun üçün məhsul alması üçün köməklik göstərmiş, fabrikdə olan Məhəmməd adlı dostu ilə qiyməti Təqsirləndirilən şəxs1 üçün danışmışdır.Uzun müddətdir ki, pomidor alqı-satqısı ilə məşğul olmuşdur. Yüklədiyi pomidor məhsulunun qiyməti normal bazar qiymətinə uyğun olmuşdur. Məhsulu özü seçmiş, maşını özü yola salmışdır. Maşın Belarusiya istiqamətində yola düşmüşdür. Məhsulların satışından 15-16 min dollar gəlir əldə etməli olmuşdur. Aldığı məhsulun xəstəliyi ilə bağlı ona əvvəl məlumat verilməmişdir. Rəmişin özü üçün pomidor yüklədiyi avtomobil ünvana çatmışdır. Həmin məhsullar hətta Anar tərəfindən satılmışdır. Rəmiş ona məhsulun tutulduğunu və pullarını qaytaracağını bildirmişdir. Rəmiş razılaşmanın şərtlərini Anarla müəyyən etdiyini və öz aralarında həll edəcəyini bildirmişdir. Məhsulu maşına özü yükləmişdir. 21000 dollar məhsula, 16000 dollar isə təqsirləndirilən şəxsə əlbəəl pul vermişlər. Qeyd etdiyi məbləğlər həm məhsulun qiyməti, həm daşıma pulu, həm də gömrük pulu olmuşdur. Həmin məbləğin bir hissəsi məhsulun qaçaq yolla keçirilməsi üçün verilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, 2018-ci ildə İftixar, Anar və o ortaq şəkildə pomidor ticarəti ilə məşğul olmaq üçün Türkiyəyə getmişdirlər. Məhsulun türk şirkəti ilə göndərilməsi mümkün olmadığından İftixarın dostu Rəmiş ilə razılaşmışlar. Rəmişlə danışıqlar Anar tərəfindən aparmışdır. Razılaşmaya əsasən pomidor məhsulu Rəmişin avtomobilinə yüklənmiş, daşıma və gömrük pulu məhsul Rusiyaya çatdırılmasından sonra ödənilməli olmuşdur. Lakin Bakıya gəldikdən sonra orada Anar Rəmişə daşıma üçün 16000 dollar pul vermişdir. Pomidor məhsuluna isə onlar üçü birgə 21000 dollar pul ödəmişlər. Rəmiş onlara məhsulun çatmayacağı təqdirdə pulun özü tərəfindən ödəniləcəyini bildirmişdir. Ümumi 37 000 dollar ziyan dəymiş, Rəmiş tərəfindən həmin məbləğdən 7000 dollar qaytarılmış, 30000 dollar isə bügünə kimi ödənilməmiş qalmışdır. Rəmiş mallar yükləndikdən 7-8 gün sonra pomidor məhsulunun çatacağını bildirsə də, məhsul ünvana çatdırılmamışdır. Rəmiş də onlarla yanaşı satmaq üçün bir yük maşını pomidor yükləmiş, həmin yük maşını onların maşınından sonra yola çıxsa da daha əvvəl təyinat məntəqəsinə çatmışdır. Malların zibilliyə boşaldılması barədə Rəmiş ona videogörüntü göndərmişdir. Zibilliyə boşaldılan malların dəqiq onların olduğunu bilməmişdir. Anarın əmisi oğlu Fərid onları Rəmişlə tanış etmiş, Rəmiş ona görə özünə məxsus avtomobili etibarnamə əsasında təminat qismində etibar qazanmaq üçün Anara vermişdir. Onlar qarant qismində aldıqları həmin tırı satmağa cəhd etmişdirlər, lakin satılmamışdır. Digər tərəfdən maşın onların pulunun qarşılığını ödəyə bilməmiş, belə ki satış zamanı 15000 manat məbləğində dəyərləndirilmişdir. Rəmiş qalan pulu imkanı olanda qaytaracağını demişdir. Bütün pomidor məhsulları, yəni həm Rəmişin satmaq üçün aldığı və təyinat məntəqəsinə çatdırılan pomidor məhsulu, həm də xəstə olduğu iddia edilən pomidor məhsulları eyni yerdən alınmış, satış zamanı pomidorun xəstə olması barədə onlara hər hansı məlumat verilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verərək göstərmişdir ki, İran ərazisindəki “Seyid Cəfər” adlı şirkətdən Mir Taha adlı şəxsə əlbəəl 55 000 dollar pul verərək bir yük maşını limon məhsulunu Təqsirləndirilən şəxs1 məxsus yük daşıma maşınına yüklənmiş, məhsul üç günə “Food City” bazarında satılması üçün Moskva şəhərinə çatdırılmalı olmuşdur. “Food Citydə” məhsulları Məhəmməd adlı şəxs qarşılamalı olmuşdur. Rəmişi məhsullar avtomobilə yüklənənə qədər tanımamış, onunla əvvəllər məhsul daşınması ilə əlaqədar razılaşması olmamışdır. Adətən daşınma təsadüfi şəkildə seçilmişdir, yəni mallar yola salınarkən hansı yükdaşıma maşını olsa onlara yüklənilərək göndərilmişdir. Ətrafındakı sürücülər və ticarətçilərdən məhsulları daşıyan yük avtomobilin sahibi Rəmiş haqqında əldə etdiyi məlumata əsasən sonuncu barəsində mənfi rəy eşitmədiyindən malın onun vasitəsilə daşınmasına qərar vermişdir. Həmçinin məhsulların daşınması üzrə həmişə Azərbaycana məxsus yükdaşıma avtomobillərinə üstünlük vermişdir. Bundan başqa Rəmişin gündəlik daşıma fəaliyyəti ilə məşğul olduğunu bildiyi üçün ona etibar etmişdir. Əvvəldən razılaşdırılmış daşıma xərci, rüsum və kirayə xərcləri 3000 dollara yaxın məbləğ təşkil etmişdir. İran ərazisində Əhməd adlı nümayəndə tərəfindən Rəmişə daşıma haqqı kimi təxminən 1000 dollar məbləğində pul verilmiş, pulun qalan hissəsinin ödənilməsi isə malların təyinat məntəqəsinə çatdırılması ilə şərtləndirilmişdir. “Logistika” avtomobillərinə Rəmiş və atası nəzarət etmişdir. Məhsullar Moskvaya çatmadığına görə onlar avtomobili idarə edən,Rəmişin sürücüsü Azərlə əlaqə saxlamış, Azər adlı şəxs malın çatmamasının səbəbini bilmədiyini qeyd etmişdir. Həmin vaxt ətrafda olan sürücülərdən Təqsirləndirilən şəxs2 Moskva yaxınlığında olmasını, avtomobillərin həmin ərazidə saxlanılmasını, avtomobillərin qeydiyyat nömrələrinin çıxarılmasını eşitmişdir. Yük daşıma fəaliyyəti ilə məşğul olan Şahid9 Moskva şəhərinə çatmamış 70 km məsafədə məhsulların başqa avtomobillərə yüklənərək aparılmasını bildirmişdir. Mallar təyinat məntəqəsinə çatmadıqdan sonra Rəmiş haqqında məlumat toplamağa başlamışdır. Rusiya ərazisində daşıma fəaliyyəti ilə məşğul olan şəxslərlə əlaqə saxlamış, ona Rəmişin bu kimi halları bir neçə dəfə etdiyi, Azərbaycanlıları nüfuzdan saldığı bildirilmişdir. Məsələni aydınlaşdırmaq üçün Rəmişlə Xırdalanda görüşsə də sonuncu ona hədə qorxu gəlmişdir. Rəmişə məhsulların təyin olunmuş əraziyə çatdırmalı olduğu bildirilmiş ,o isə bu xidmət əvəzi 10000 dollar pul verilməsini tələb etmişdir. Qeyd etdiyi məbləğ bazar qiymətindən çox olmuşdur. Rəmiş aldadıldığını, məhsulları onlara verməyəcəyini bildirmişdir. Onun məqsədi əvvəldən məhsulların mənimsənilməsi olmuşdur. Belə ki, Rəmişin məhsulları verməmək üçün səbəbi olmamışdır, “invoys” sənədində rüsumun məbləği az yazıldığı üçün məhsulları çatdırmadığını bəhanə etmişdir. Çünki Rəmişə ***-**** dollar məbləğində əlavə pul təklif edilmiş, lakin sonuncu həmin məbləğlə razılaşmamışdır. Ona vurulan zərər ödənilməmişdir. Qaimə ilə məhsulların “respekt” firması tərəfindən qəbul edilməsindən məlumatı olmamışdır. Məhsulların göndərilməsi haqda sənədləşmədə adı,həmin məhsulların ona aid olmasını təsdiq edən sübutu olmuşdur. Məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 2018-ci ilin fevral ayında Türkiyədən Belarusiya ərazisində satmaq üçün pomidor məhsulu əldə etmişdir. Fevral ayının 24-də iki pomidor məhsulu olan yük avtomobili gömrük məntəqəsinə gəlmişdir. Bütün gömrük ödənişlərini ödəmiş, ölkə ərazisinə idxal olunan məhsulların qanunla müəyyən edilmiş qaydada bəyan edilməsini həyata keçirmişdir. Məhsullar “** XE ***” və “** SZ ***” dövlət qeydiyyat nömrəli avtomobillər vasitəsilə daşınmışdır. Təqsirləndirilən şəxs2 məhsulların boşalmalı olduğu yerə getməsini xahiş etdikdə, sonuncu ona avtomobildə nasazlıq yarandığını bildirərək həmin yerə gedə bilməyəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2la birlikdə yük avtomobili üçün ehtiyat hissəsi əldə etməyə getmiş, lakin müvafiq ehtiyat hissəsini tapa bilmədiklərindən və müvafiq iş gününün sonu olması səbəblərindən ehtiyat hissəsinin növbəti gün axtarılması barədə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs2 gömrükdə gözləmələrini xahiş etmişdir. Səhər gömrük məntəqəsinə gəldikdə avtomobillərin orada olmadığını görmüşdür. Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng çatmaması səbəbindən sonuncu ilə əlaqə saxlamaq mümkün olmamışdır. Məhsulların təyinat məntəqəsinə aparılmasını düşünmüş, lakin yük avtomobilləri oraya da getməmişdir. Bir müddət sonra xatırlamadığı nömrədən ona zəng gəlmişdir. Mobil telefonda ona deyilmişdir ki, 10 000 dollar ödəndikdən sonra məhsullar geri qaytarılacaq. Ödənişi etdiyini nə üçün ikinci dəfə ödəniş etməli olduğunu soruşmuş, məhsulların ona qaytarılmayacağı təqdirdə polisə müraciət edəcəyini bildirmişdir. Bundan sonra həmin nömrəyə bir müddət zəng çatmamışdır. Sonra yenidən ona zəng edilmiş və həmin pul məbləğinin ödənməyəcəyi təqdirdə məhsulların ona verilməyəcəyi qeyd edilmişdir. Özünə məxsus məhsulların geri qaytarılması məqsədilə 10 000 dollar pul vəsaitini tapsa da həmin şəxslərlə telefon əlaqəsi saxlaması mümkün olmamışdır. Daha sonra ibtidai istintaq dövründə ona bildirilmişdir ki, həmin şəxslərin başqa müştəriyə də borcları olduğu üçün ona məxsus olan pomidor məhsullarının hesabına başqa şəxslərin borcları ödənilmişdir. Ona ümumilikdə təxminən 60 000 dollar zərər vurulmuşdur. Həmin məbləğin 47 000 dollar hissəsi məhsullara görə Türkiyə Respublikası şirkətinə ödənilmiş, qalan məbləğlər isə gömrük rüsumu və məhsulun idxalının rəsmiləşdirməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs2 ona gömrüklə bağlı zəng etmişdir. Pulu ondan istəyən şəxsin yük avtomobillərinin sahibi olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs2 daşıma pulunun şirkət tərəfindən ödənilib-ödənilməməsini bilmir. Onlar tərəfindən məhsulun dəyərinin 80 faizi ödənilmiş, qalan 20 faiz isə məhsullar çatdırıldıqdan sonra ödənilməsi razılaşdırılmışdır. Türkiyə şirkətinə daşıma haqqını da ödəmişdir. Ona daşıma haqqının ödənilməməsinə dair məlumat verilməmişdir.Ondan tələb edilən 10 000 dollar həmin məbləğin 20 faizini təşkil etməmiş, əlavə olaraq istənilmişdir. Avtomobillər gömrükdə açılan zaman sağlam vəziyyətdə olmuş, məhsulların xarab olmasına dair məlumatı olmamışdır. Eşitdiyinə görə ona aid məhsullar Rusiya ərazisinə keçirilərək baha qiymətə satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, 2018-ci ildə Təqsirləndirilən şəxs1la ortaq qismində pomidor ticarəti ilə məşğul olmaq məqsədilə Vüsal adlı şəxslə Türkiyəyə getmişdir. Türkiyədə olarkən qohumu Zərərçəkmiş şəxs2 da orada olmuşdur. Anar və onun ortaqları İftixar, Elman adlı şəxslər də pomidor ticarəti ilə məşğul olmaq üçün məhsulları Rəmişlə daşınması barədə qərara gəlmişdir. Rəmiş həmin vaxt Azərbaycanda olmuşdur. Anar və onun ortaqları daha sonra daşıma haqqına dair məsələləri həll etmək üçün Azərbaycana gəlmişdir. Anar və Rəmişi özü tanış etmişdir. Anar onun uzaqdan qohumu olsa da, Rəmişlə daha yaxın olmuşdur . Rəmişə aid yük maşınlarından biri onlara, digəri isə Anar və ortaqlarına məxsus pomidor məhsulu ilə yüklənmişdir. Rəmişlə onun ortaqlığı məhsulun satışından əldə etdikləri pulun yarıbayarı bölünəcəyinə əsaslanmışdır. Pomidorların seçilməsi üçün İftixar adlı şəxs onlara köməklik göstərmişdir. Pomidor məhsulunun Antalya şəhərindən yüklənərək Moskva şəhərində yerləşən “Food City-də” satılması planlaşdırılmışdır. Yük maşınlarının hərəkət trayektoriyasını bilməmişdir. Rəmişlə onun ortaqlığı yalnız pomidorların alışı və satışı ilə bağlı olmuşdur. Məhsulun gömrükdə sənədləşdirməsi məsələlərindən xəbəri olmadığı üçün bu işlə Rəmiş məşğul olmuşdur. Anar və ortaqları tərəfindən göndərilmiş yük maşınının Moskvaya gedib çatmadığını bilmişdir. Lakin həmin məhsulun aqibətindən xəbəri olmamışdır. Anar onunla birlikdə Moskvaya gedərək Rəmişlə özünün ortaqlıq şəklində Rusiyaya çatdırılmış pomidorların satışına köməklik göstərmişdir. Məhsullar yük maşınlarına sıra ilə yüklənmiş və fərqli vaxtlarda yola salınmışdır. Səhv etmirsə birinci Anar və ortaqlarına məxsus pomidor məhsulunun yükləndiyi yük maşını yola salınmışdır. Yük maşınları yola düşdükdən sonra Anar Azərbaycana özü isə Rusiyaya getmişdir. Yük maşınlarının Rusiyanın Moskva şəhərinə 2-3 günə çatması planlaşdırılmışdır. Pomidor məhsullarının hamısı eyni yerdən və eyni firmadan alınmışdır. Anara aid olan pomidor məhsullarından qurd çıxdığını eşitmişdir. Lakin Rəmişlə onun satmaq üçün bazara çatdırdıqları pomidor məhsularında çürümə olmadığı üçün hamısı satılmışdır. Pomidor məhsulları Türkiyədən alınarkən İftixar bir qutu pomidor məhsulunda qurd olduğunu gördüyü üçün həmin qutu yenisi ilə əvəz edilərək sertifikatlaşdırılıb yola salınmışdır. Anar və ortaqlarına məxsus pomidor məhsulunun sonrakı aqibətindən xəbəri olmamışdır. Eşitdiyinə əsasən Anar və ortaqlarına məxsus pomidor məhsulları hansısa zibilliyə atılmışdır. Anar Rəmişə inanmadığı üçün pomidor məhsullarının təyinat məntəqəsinə çatdırılana qədər Rəmişdən təminat vasitəsi istəmiş , sonuncu isə özünə məxsus yük maşınlarından birini onun adına keçirtmişdir. Sonralar həmin yük maşınının onun adından çıxarılmasını həm Rəmişdən, həm də Anardan xahiş etmiş, lakin Anar ona yük maşınının adına keçirilməsi üçün pulunun olmadığını bildirdikdə Rəmiş yük maşınının Təqsirləndirilən şəxs2 adına etibarnamə ilə verilməsini xahiş etmişdir. Pomidor məhsulları təyinat məntəqəsinə çatmadıqdan sonra yük maşını Anarın adına keçirilməli olmuşdur. Yük maşınının həmin məhsulların əvəzində Anara verildiyindən Anarın özü xəbərdar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Rəmiş beynəlxalq yükdaşıma ilə məşğul olmuşdur. Zəkrəm Təqsirləndirilən şəxs1 atası kimi köməklik göstərmişdir. Özü də yükdaşıma ilə bağlı Rəmişə köməklik göstərmişdir.Onlar müxtəlif məhsulları Türkiyədən Ukraynaya, Belarusiyaya, Moskvaya çatdırmışdır. Pulların ödənilməsində iştirak etməmişdir. Pul ödənişləri sürücülər tərəfindən məhsullar təhvil verildikdən sonra edilmişdir. Ödənişlər çox vaxt nağd qaydada edilmişdir. Belarusiyaya daşıdığı məhsullar ödənişlər edilmədiyi üçün təhvil verilməmişdir. Belarusiyaya məhsul daşınarkən orada Təqsirləndirilən şəxs2 və sürücü olmuşdur. Belarusiyaya daşıdıqları məhsul Türkiyə vətəndaşı tərəfindən adını xatırlamadığı Belarusiya vətəndaşına satılmışdır. Həmin şəxsə əvvəllər məhsul verilməmişdir. Yük maşınına nə qədər, hansı keyfiyyətdə və çeşiddə məhsulun yüklənməsi barədə məlumatlardan xəbəri olmamışdır. Yalnız məhsulun pomidor olduğunu bilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 onun uzaq qohumudur. O, Rəmişlə 2018-ci ilin yanvar ayından 2018-ci ilin sentyabr ayına kimi Rəmişin təklifi ilə Rəmişə kömək etməyə başlamışdır. Rəmiş özünə məxsus olan avtomobillərlə beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirmişdir. O da gələcəkdə bu fəaliyyətlə məşğul olmağı istəmişdir. Əsasən bu işi öyrənmək üçün Rəmişə kömək etmişdir. 2018-ci ilin fevral ayının təxminən ortalarında Rəmişin göstərişi ilə o, Rüfət adlı tanımadığı şəxslə telefonla danışmışdır. Rüfət adlı şəxs Türkiyədən Belarusiyaya 2 maşın yük olduğunu, onu neçəyə apara biləcəyini soruşmuşdur. O, Rəmişin tapşırığı ilə həmin şəxslə 2 maşına görə 11.000 ABŞ dollara razılaşmışlar. Rəmiş özü həmin şəxslə danışmamış, ona demişdir ki, o, danışsın ki, işi özü öyrənsin. Yəni maklerlə işləsin. Gələcəkdə bu işi görəcəyi üçün təcrübə toplasın. O, Rüfətlə danışmışdır. Türkiyədə olan Rəmişin 2 maşını həmin yüklərin daşınması üçün Antalya şəhərinə göndərilmişdir.Yüklər maşınlara yüklənmiş və avtomobillər Belarusiyaya getmişdir. Avtomobillər Belarusiyada olan zaman bilmişdir ki, Rəmişin sən demə Rüfət adlı şəxslə əvvəldən aralarında haqq hesab vardır. Rəmiş xüsusi ilə onun Rüfətlə danışmağını istəyib ki, Rüfət həmin maşınların Rəmişin olduğunu bilməsin. Rəmiş Rüfətlə əlaqəyə çıxmışdır. Rüfətdən ona əvvəldən verməli olduğu borcu da daxil olmaqla 25.000 ABŞ dolları pul tələb etmişdir. Bu arada bilmişlər ki, mal əslində Belarusiyada Yuriy adlı şəxsə məxsusdur. Yuriy isə ona yazmışdır ki, o pulu tam olaraq Mirtan şirkətinə ödəmişdir. Yuriy yadına gəlir ki, 10.000 ABŞ dollara kimi pul təklif etmişdir ki, Rəmiş malını versin. Lakin Rəmiş malı Yuriyə verməmişdir. Atası ilə danışıqlarından belə anlamışdır ki, onlar yalandan güya avtomobillərdən birinin paduşka deyilən pnevmasmın xarab olduğunu demişlər ki, vaxt qazansınlar və avtomobilləri Belarusiyadan çıxarsınlar. Amma əsl həqiqətdə isə Yuriy avtomobillərin yanından getdikdən sonra Rəmişin tapşırığına əsasən Rəmişin atası digər sürücü ilə birlikdə oradan uzaqlaşmışlar. Avtomobillər Rəmişin tələbi ilə Belarusiyadan Rusiyaya keçmişdir. Rüfət və Yuriy tələb edilən məbləği Rəmişin hesabına keçirməmişlər. Buna görə də pomidor Rəmişin tapşırığıına əsasəın Rusiyanın Moskva şəhərində ki, bazara gətirilmişdir. Bazarda pomidoru sata bilməmişlər. Çünki mal artıq xarab olmaq üzrə olmuşdur. Bundan sonra isə Rəmişin və atasının əlaqələri ilə pomidorları Rastov şəhərində satmağı planlamışlar. Yenə də Rəmişin idarəetməsi ilə mallar Rostov şəhərinə gətirilmişdir. Rastovda bazarda pomidorların satışını həyata keçirməyə başlamışlar. Bu arada Rəmişin qız toyu ilə bağlı Rəmişin atası Azərbaycana qayıtmışdır. O, isə pomidortların satışına nəzarəti həyata keçirmək üçün Rəmişin tələbi ilə Rostov şəhərinə uçmuşdur. Oraya getdikdə isə artıq pomidorların tam xarab olduğunu görmüşdür. Video çəkiliş edib Rəmişə və atasına atmışdır. Bundan sonra isə yerdə qalan pomidorlar onun tərəfindən zibilliyə tullanılmış və bu barədə video çəkmiş və onu Rəmişə göndərmişdir. Zibillikdən sənəd almamışdır. Sonradan bilmişdir ki, Rəmiş zibillikdən sənəd almışdır. O, bu barədə məlumatlı deyidir. O, artıq xarab olmuş pomidorları Rastovda bazardakı zibilliyə tullamışdır. Ona zibilliyə tullanma ilə bağlı heç bir sənəd verilməmişdir. Sonra isə Rəmişin yenə də göstərişi ilə orada sürücü olan Rauf adlı şəxslə pomidorun satışından əldə edilmiş ona verilmiş puldan 5.000 rus rublunu Rəmişə vermişdir. Həmin pullar təxminən 12000-13000 ABŞ dolları olmuşdur. Sonra o, Azərbaycan Respublikasına qayıtmış və pullan Rəmişə vermişdir. Ona isə bu işi gördüyü üçün heç nə verməmişdir. O, sonradan bilmişdir ki, Yuriy adlı Belarus vətəndaşı şikayət etmişdir. Əslində başqasının malı olduğunu bilən Rəmiş əvvəldən Rüfətin ona olan borcunu qaytarması üçün xüsusilə hazırladığı planı həyata keçirmiş, bunun üçün ondan istifadə etmiş, Rüfət adlı şəxsdən həmin malların çatdırılması xərcləri də daxil olmaqla 25000 ABŞ dolları ona pul verməsini tələb etmişdir. Lakin qeyd etdiyi kimi Rüfətlə razılığla gələ bilməmişlər. Rüfətin nə üçün Rəmişə pul verməli olduğunu isə bilmir. O, Rüfəti görməmiş, sonuncu ilə bir neçə dəfə telefonla danışmışdır. Telefon nömrəsi yadında deyildir. Rəmişin atasının pnevma oyunu isə onlar tərəfindən xüsusi hazırlanmış oyun olmuşdur. O, bunların şahididir. Belə ki, Rəmiş görmüşdür ki, Rüfət onun pulunu ödəmir. Get gedə isə vəziyyət pisləşir. Yuriy şikayət edəcək və maşınlardakı malları Belarusiyadan buraxmayacaqlar. Buna görə də atası ilə belə bir oyun oynadılar ki, maşının birində pnevmanın xarab olduğunu desinlər və bunun üçün vaxt qazansınlar. Əslində sürücü tərəfindən boşaldılıb doldurulan pnevmanı özləri boşaltmışlar və Yurini inandırmışlar ki, gecə vaxtı pnevma xarab olmuşdur. Maşın buna görə gedə bilmir. Yuriy gedəndən sonra isə maşını saz vəziyyətə gətirərək qeyd etdiyi kimi Belarusiya Respublikasını tərk etmişlər. Sonradan isə pomidorların bir hissəsini satmışlar. Bundan əlavə 2018-ci ilin təxminən aprel ayının əvvəllərində Rəmişin sinif yoldaşı olan Fəridlə birlikdə Türkiyə Respublikasının Antalya şəhərinə getmişdir. Fəridlə Rəmiş şərikli oradan Moskva şəhərinə pomidor vurmalı imiş. O isə onlara kömək etməli imiş. İşlərinin müqabilində isə ona Rəmiş müəyyən qədər maaş verəcəkdir. Həm də qeyd etdiyi kimi bu işdə təcrübə toplamalı imiş ki, gələcəkdə bu işləri görə bilsin. O, Fəridlə birlikdə bu İşləri gördüyü zaman Fəridin uzaq qohumu kimi tanıdığı Zərərçəkmiş şəxs2 və sonuncunun ortaqları əvvəllər tanımadığı Zərərçəkmiş şəxs4 Sirali oğlu və Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Onlar da Türkiyədən Moskva şəhərinə pomidor vurmaq istəmişlər. Onlar öz mallarının aparılması üçün Rəmişlə danışmışlar. Rəmiş həmin vaxt Bakı şəhərində olmuşdur. Anargil orada onların aldığı şirkətdən 20 ton təzə pomidor almışlar. Bunun üçün 21.000 ABŞ dolları pul ödəmişlər. O, sonradan eşitmişdir ki, Anargil Rəmişə söhbət etmişlər, Anar Rəmişə Bakı şəhərində 16.000 ABŞ dolları pul vermişdir. Rəmiş onların 1 maşın malını Moskva şəhərinə aparmağı öz öhdəsinə götürmüşdür. Sonradan o, Fəridlə birlikdə Bakı şəhərinə, oradan isə Moskva şəhərinə getmişdir ki, gələn malları orada qarşılasınlar və satışını həyata keçirsinlər. Bu arada Anarda Moskva şəhərinə olmuşdur. Onlar orada olduğu zaman Anarla birlikdə qalmışlar. Rəmişin göndərdiyi maşınlardan bir ədədi Moskva şəhərinə gəlib çıxmışdır. Onlar həmin maşını qarşılamışlar. Anar, Fərid və o, həmin maşında olan pomidorun satışını təşkil etmişlər. Bu arada Moskvada olmuşlar. Lakin Rəmişin 2-ci maşını, yəni Anargilin malı gəlib çıxmamışdır. Bununla bağlı Anar Rəmişə telefonla danışmışdır. Rəmiş problemlər yarandığını, lakın malın gələcəyini demişdir. Anar isə gözləmişdir. Sonradan isə eşitmişdir ki, Anargilin malı güya xəstə olmuş və məhv olmuşdur. Bu barədə Rəmiş Anara video görüntü atmış və bundan sonra onların aralarında söz söhbət yaranmışdır. Bundan sonra isə Fəridin malı satılıb qurtarmış və onlar Bakıya qayıtmışlar. 2018-ci ilin təxminən avqust ayında o, Rəmişdən ayrılmışdır. 2018-ci ilin yanvar ayında Rəmiş ondan bir neçə dəfəyə 56.000 manat pul almışdır ki, guya ona DAF markalı fura alacaq və o da Rəmişlə birlikdə işləyəcəkdir. Elə onun üçün də Rəmişlə birlikdə işləmişdir ki, bu işləri öyrənsin. Rəmiş söz verdiyi vaxt ona avtomobil almamış və onu aldatmışdır. Sonradan ondan şikayət edəcəyini demişdir. Onun təkidi ilə 20.000 manatını qaytarmışdır. 2019-cu ilin təxminən aprel ayında Rəmiş həmin pulun əvəzi olaraq özünə məxsus olan 99XE844 dövlət nömrə nişanlı DAF markalı avtomobili bacısının əri X21 mülkiyyətinə vermişdir. O, həmin avtomobili 29.000 manata satmışdır. Rəmiş yerdə qalan pulunu ona verməmişdir. Lakin qohum olduğu üçün həmin pulu Rəmişdən tələb etməmişdir. Hazırda həmin pulu Rəmişdən tələb etmir. Rəmişdən şikayətçi deyildir. Ona verilən suallaar ətrafında cvab olaraq bildirmişdir ki, O, Şahid17 tanıyır. Kamil ilə hazırda əlaqəsi yoxdur. Rəmiş həmin vaxtlar Xırdalan şəhərində Ər-Riyad ticarət mərkəsində ofisdə işləmişdir. Rəmiş onun yanında saxta sənəd düzəltməsə də o, bundan şübhələnmişdir. Çünki çoxlu sayda sürücülər Rəmişə müraciət etmişlər. Rəmiş ondan gizli olaraq onlara səfər sığorta şəhadətnaməsi vermişdir. Lakin bunu necə düzəltdiyini bilmir. Düşünmüşdür ki, Rəmiş iş otağındakı kompyüterlə düzəltmişdir. İş otağında rəngli printeri olmuşdur. Yəqin ki, həmin printerlə çap etmişdir. Lakin o, bunların tam şahidi olmamışdır. Hazırda həmin cihazların harada olmasını bilmir. O, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində izahat vermişdir. Orada heç bir təzyiq olmadan izahat vermişdir. Orada da Rəmiş tam etiraf etmiş və həmin sənədin özü tərəfindən düzəldildiyini bildirmişdir. Şahidin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri arasındakı ziddiyyəti onunla bildirmişdir ki, “Pnevmanın” qəsdən boşaldılmasını Rəmişdən eşitmişdir. Rəmişin toyu olacağı üçün onun atası Rostovdan Rəmişin yanına gəldiyi üçün və maşınların sahibsiz qalmaması üçün Rostova yollanmışdır. Məhsulun alışından 20 gündən sonra Rostova getmişdir. 20 gün müddət keçdiyi üçün məhsulun bir qisminin keyfiyyətini itirdiyini görmüşdür. Onlara deyilmişdir ki, xarab olmayan pomidorları başqa maşına yükləsinlər ki, qalan məhsul da xarab olmasın. 12000 dollara yaxın məhsul satılmışdır ki, yanacaq pulu ödənilsin. Pulu səhv etmirsə, Rəmişə vermişdir. Zərərçəkmiş şəxs2 tanımışdır. Moskvaya pomidor satmaq üçün Anar, Fərid və özü getmişdir. Moskvaya birinci çatan yük maşını Fərid və Rəmişin dediyinə görə onlara məxsus məhsul olmuşdur. Anar və ortaqlarına aid olan yük maşını onlar orada olduğu vaxt gəlib çıxmamışdır. Anara məxsus pomidor məhsulu sərhəddən keçirilərkən həmin məhsullardan qurd aşkar olunduğuna görə ünvana çatdırılmamışdır. Pomidorun satışından ona pul verilməmişdir. Pomidor məhsulunu onlara satan Mehmet adlı şəxs məhsulun xəstə olmasına dair onlara hər hansı məlumat verməmişdir. Məhsullar maşına yüklənərkən Fərid də, Anar da, Anarın iki dostu da orada olmuşdur. Fərid və Rəmiş şərikli pomidor satışını həyata keçirmişlər. Anar və ortaqları isə Rəmişin daşıma xidmətlərindən istifadə etmək qərarına gəlmişlər. Həmin vaxt Türkiyədən göndərilən məhsullar qurd aşkar olunması səbəbi ilə geriyə qaytarılmışdır. Rəmiş və Anarın arasında məhsulların geri qaytarılmayacağı barədə sövdələşmə olmuşdur. Bundan başqa o bir neçə sürücünün Rəmişdən şikayət etməsi, habelə sonuncunun 2020-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması səbəblərindən Rəmiş tərəfindən saxta sənədlər hazırlanmasından şübhələnmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadə verərək göstərmişdir ki, onu Rəmiş işə götürmüşdür. Yük avtomobili ölkə ərazisində pomidor məhsulu ilə yüklənərək Türkiyəyə getmiş, orada Təqsirləndirilən şəxs2 Rusiya ərazisinə məhsul aparılmalı olduğunu bildirmişdir. Onlar Fethiye ərazisindən pomidor məhsullarını yük avtomobilinə yüklədikdən sonra gəmi ilə Odessa ərazisinə, yəni Ukraniyaya oradan da Belarusiya ərazisinə keçirmişlər. Onlar deyilən tarixə, yəni 3 günə Belarusiyaya çatmışdırlar. Zərərçəkmiş şəxs1 isə Belarusiya şirkətinin işçisi olmuşdur.Gömrükdən keçən zaman problem olmamışdır. Yük maşını açılmış və daşınan məhsulda hər hansı problemin olması müşahidə edilməmişdir. Belarusiyada idarə etdiyi avtomobilinin təkərinin “poduşkası” partlamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ilə təmir üçün harasa getmişdir Avtomobilin təkərinin partlaması onun sürətinə təsir etməmiş, təxminən üç saat sonra avtomobil hərəkətə gətirilmişdir. Əvvəlcədən razılaşdırılmış plana əsasən məhsullar Belarusiyaya çatmalı olsa da, Belarusiyada olarkən Təqsirləndirilən şəxs2 məhsulların Moskvaya çatdırılmalı olacağını bildirmişdir. Moskvada olarkən məhsulların Belarusiya şirkətinə məxsus olduğunu bilmiş, Təqsirləndirilən şəxs2 məhsulun sahibi pulu köçürmədiyi üçün Rostova getməli olduğu barədə ona məlumat vermişdir. Rostovda olarkən yük avtomobilinin plombunu Təqsirləndirilən şəxs2 özü açmış, məhsullarda çürümə olduğunu gördükdən sonra orada olan qohumlarının əli ilə bazarda işləyən fəhlələri çürük məhsulları seçmək üçün gətirmişdir. Həmin ərəfədə Rəmişin toyu olduğundan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasına gedəcəyini, toyu yola verib 4-5 günə qayıdacağını bildirərək, avtomobillərin yanında mühafizəçi kimi qalmasını ona tapşırmışdır. Orada məhsulların içindən sağlam vəziyyətdə olan hissələr qadın fəhlələr tərəfindən seçilərək satılmışdır. Lakin bir rus qadını aldığı bir qutu pomidoru növbəti gün qaytararaq xarab olduğunu bildirmiş və onları sahə rəsininə şikayət etmişdir. Orada olan digər sürücülər məhsulların sahibinin başqa şəxs olduğunu sahə rəisinə bildirmişdir. 10 günə yaxın orada qaldıqdan sonra Rəmişə zəng edib havanın soyuq olduğunu, avtomobilin yanacağının olmadığını və pulunun bitdiyini söyləmişdir. Rəmiş ona bir gün də gözləməli olduğunu bir nəfərin gəlib ona pul verərək yola salacağını bildirmişdir. Sənədlərin hamısı Təqsirləndirilən şəxs2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onunla eyni kənd sakinidir, hətta uzaqdan uzağa onunla qohumluğu da vardır. Təxminən 2019-cu ilin sonlarında o, Əlikramı İranda sitrus meyvələrin satışı ilə məşğul olan İranın Təbriz şəhərində yaşayan uzun illərdir ki, tanıdığı Əhməd Məşhuni adlı şəxslə tanış etmişdir. Bir neçə dəfə Əlikram həmin şəxsdən mal almış və satmışdır. 2020ci ilin təxminən mart ayının sonlarında Əlikram ona zəng vuraraq Əhməddən almaq istədiyi limonun pulunu onun vasitəsilə vermək istədiyini qeyd etmişdir. Bundan sonra Əhmədlə danışmış, Əhməd pulu Əlikramdan götürməyini, onun dediyi adama çatdırmağını xahiş etmişdir. 2020-ci ilin təxminən mart ayının son günlərində Əlikramla Bakı şəhərində hazırda xatırlamadığı yerdə görüşmüşdür. Əlikram ona içərisində 53.000 ABŞ dolları olan pul bağlamasını vermişdir. Həmin günün səhəri qeyd olunan pul vəsaiti Əhmədin göstərdiyi şəxsə çatdırılmışdır. X43 getməli olmuşdur. Sonradan məhsulun yükləndiyi yük maşını Rusiyaya ərazisinə daxil olsa da sahibinə çatdırılmadığını bilmişdir. Bir dəfə Rəmişlə telefon vasitəsilə əlaqə saxlayıb danışsa da xeyri olmamışdır. Rəmiş ona sənədin dəyişdiyini, dövlətə zərər vurulduğu kimi bəhanələr gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadə verərək göstərmişdir ki, 7-8 il bundan öncə Rəmişlə arasındakı anlaşılmazlıq rəhbəri olduğu "xxxx" MMC fəaliyyəti ilə əlaqədar olmuşdur. Rəmişə məxsus yükdaşıma avtomobilləri ilə daşınan mallar(salfetka məhsulu) ünvana çatmamışdır. O, Rəmişdən şikayət etdikdən sonra məhsullar ünvanına çatdırılmışdır. Bundan sonra şikayətini geri götürmüşdür. Hal-hazırda Rəmişlə arasında hər hansı mübahisə mövcud deyildir. Həmin zaman Rəmişlə iş birliyi olmamışdır. Rəmişin onun idarə etdiyi şirkətə məxsus qaimədən necə istifadə etdiyini bilməmişdir. Rəmişə məxsus yük avtomobil onun qaiməsi ilə məhsul daşımasına baxmayaraq həmin məhsullar ünvanına çatmamış və qaimə onun şirkətinə aid olduğu üçün onu narahat etmişlər. Rəmiş ona sürücünün qaiməni səhv verdiyini bildirmişdir. Qaimələrin Rəmişin əlinə necə keçdiyini bilməmişdir. Yük avtomobilinin nömrəsindən həmin avtomobilin Rəmişə aid olmasını tapmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tanıyır. Alimdən 2019-cu ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Həmin şikayətin mahiyyəti üzrə bildirmişdir ki, o, fiziki şəxs qismində fərdi olaraq "xxxx" MMC şirkətini yaratmış və hazırda beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 tanıyır. Rəmiş arasında hazırda anlaşılmaz vəziyyət yoxdur. O, 18 iyul 2018-ci il tarixdə Türkiyədə olan zaman bilmişdir ki, Rəmiş ona məxsus olan MMC adından Türkiyədən Rusiyaya mal aparmış, beynəlxalq qaiməni saxtalaşdırmışdır. Bunu necə etdiyini, harada etdiyini, hansı formada etdiyini bilmir. Özünə məxsus olan avtomobillə yük daşımış, pul qazanmış və onun adına olan beynəlxalq qaimədən istifadə etmişdir. O, bunu Türkiyədə olduğu zaman bilmiş və Rəmişlə aralarında söz-söhbət yaranmışdır. Belə ki, hazırda adı yadında qalmayan sürücü vasitəsi ilə xatırlamadığı avtomobili ilə Rusiyaya yük göndərmişdir. Avtomobil Rusiya sərhədini keçərkən məlum olmuşdur ki, onun şirkəti adına Rəmiş tərəfindən göndərilmiş yük Qazaxıstan Respublikasında boşaldılmalı olduğu halda Rusiya Federasiyası ərazisində boşaldılmışdır. Buna görə onu Rusiya Federasiyasının gömrük orqanı 174.000 rus rublu, həmin vaxt milli pulla təxminən 12.000 manat cərimə etmişlər. Yəni Rəmiş ona təxminən 12.000 manat maddi ziyan vurmuşdur. O, həmin vaxt aydınlaşdırmış və məlum olmuşdur ki, bu hadisə Rəmişin tərəfindən edilmişdir. O, həmin cəriməni ödəmişdir. Çünki cəriməni ödəməsə avtomobili gömrük postundan çıxarmamışlar. Cəriməni ödədikdən sonra avtomobilini buraxmışlar. Sonra o, 2019-cu ilin yanvar ayında Azərbaycan Respublikasında Rəmişdən şikayət etmişdir. Sonra isə Rəmişlə söhbət etmiş və aralarında olan anlaşılmaz vəziyyəti həll etmişlər. Rəmişin ona pul verməyəcəyini bilmişdir. Hazırda Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Həmin hadisələr Türkiyə və Rusiya Federasiyası ərazisində cərəyan etmişdir. Cərimə ödədiyi qəbzlər onda yoxdur. Rəmişin sənədi saxtalaşdırdığını təsdiq edən heç bir sənədi yoxdur. O, bunları yalnız Rusiya Federasiyasının gömrük orqanı tərəfindən avtomobili saxlandığı zaman bilmişdir. Yəni sürücü və orada olan əməkdaşın deməsi ilə bunu bilmişdir. Gərək olan cəriməni ödədikdən sonra avtomobilini buraxmışlar. Saxta sənədlər onda yoxdur. X18 hansı gömrük postunda olmasını indi xatırlamır. Cərimə ödəyi qəbzlər onda yoxdur. Rəmişlə söhbəti əsnasında Rəmiş bu hadisəni özü tərəfindən edilmədiyini bildirmişdir. O, hesab etmişdir ki, Rəmişin heç bir günahı yoxdur. Rəmişin ona kriminal aləmdə olan dostları vasitəsi ilə hədə-qorxu gəlməsi məsləsində isə, o, Rəmişə zəng vurub bu barədə Rəmişlə danışanda telefonda mübahisə etmişlər. Mübahisə əsnasında bir-birinə sözlə hədə-qorxu gəlmişlər. Lakin bu telefonda olmuşdur. Sonradan görüşmüş və vəziyyəti müzakirə edərək məsələni öz aralarında həll etmişlər. O, Rəmişdən şikayətçi deyildir. Rəmişin hərəkətləri nəticəsində ona maddi ziyan vurulmamışdır. Buna görə də zərərçəkmiş kimi tanınmağına lüzum qalmamışdır. Nəzərə alınmasını xahiş etmişdir. Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyətləri aydınlaşdırılarkən ibtidai istintaq dövründə verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadə verərək göstərmişdir ki, tərəfindən ibtidai istintaq dövrümdə ifadə verilərkən X29 hərəkət yolu bağlanılmış, bununla bağlı atasının adından istifadə edildiyi bildirilmişdir. Atasının adından nəyə görə istifadə edildiyini bilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid14 Güzaran oğlunun ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, X6 onun atasıdır. Atası, 2019-cu ilin iyul ayında Rusiya Federasiyasının Dağıstan Respublikasında yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmişdir. Onda olan məlumata görə atası qəflətən ürək tutmasından dünyasını dəyişmişdir. Atası sürücü işləmişdir. 1-ci dəfə idiki, Rusiyaya mal daşıyan avtomobillə mal aparan zaman yolda başına belə bir hadisə gələrək dünyasını dəyişmişdir. Atasının həmin vaxt idarə etdiyi avtomobil Namiq adlı şəxsə məxsus olmuşdur. Bu barədə ətraflı məlumatı yoxdur. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 adını ilk dəfədir ki, eşidir. Atası heç bir zaman məhkum olmamışdır. Şahid17 tanımır. Onun atası heç bir zaman saxta sənəd düzəltmə və ya bu kimi fəaliyyətlə məşğul olmamışdır. Onun atası savadsız bir insan olmuşdur. Hökümağa nəinki saxta sənəd düzəlmək iqtidarında olmamış, heç mobil telefonla normal davranmaq və ya ondan istifadə edərək danışmaq iqtidarında olan bir şəıxs olmamışdır. O, buradan bu qənaətə gəlmişdir ki, həmin şəxs atasının vəfat etdiyini 100 faiz bilir. Buna görə də bu hadisənin atası tərəfindən törədildiyini deyərək məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. O, heç bir zaman eşitməmişdir ki, atası saxta sənəd düzətsin və ya bu kimi hər hansı bir söhbət etsin. Belə bir xüsusatı ilk dəfədir ki, eşidir. Atasının ölməsini təsdiq edən sənədin ksero surətini istintaqa təqdim etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, hadisə günündən bir gün əvvəl axşam radələrində Rəmiş avtomobilləri aparıb X29 saxlamaq lazım olduğunu ona bildirmişdir. Avtomobili orada saxladıqdan sonrakı hadisələrdən xəbəri olmamışdır. Hadisə yerinə getdikdə artıq onunla birlikdə üç yük avtomobili gətirildiyini, həmin avtomobilərin sürücülərinin olmadığını görmüşdür. Avtomobili yolun sağında saxlamış, açarını Rəmişə verərək oradan uzaqlaşmışdır.Avtomobilin biri yolun əks istiqamətində digər ikisi düz istiqamətdə saxlanılmışdır. Həmin yol səhv etmirsə, iki zolaqdan ibarət olmuşdur. Yük avtomobili yolun sağında, digər sürücülər isə yolun solunda saxlanmışdır. Yük avtomobildən düşdükdən sonra həmin yoldan bir taksi heç bir problem olmadan keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadə verərk göstərmişdir ki, idarə etdiyi avtomobil Rəmişin göstərişinə əsasən X29 saxlanılmışdır. Avtomobil yolunun məhdudlaşdırılması səbəblərini bilməmişdir. Rəmiş sadəcə olaraq yük avtomobilini göstərdiyi ərazidə saxlamağını tapşırmışdır. İdarə etdiyi yük avtomobilindən başqa orada 2 yük avtomobili də olmuşdur. Avtomobili qeyd edilən yerdə saxladıqdan sonra oradan uzaqlaşmışdır. Yük avtomobilinin üzərində şüarların olmasını internet vasitəsilə görmüşdür. Həmin şüarlar idarə etdiyi avtomobilin üzərində olmamışdır. Yük avtomobilini yolun əks istiqamətində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1la əvvəllər bir yerdə işləmiş, çilingərlik fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 ondan yük avtomobilini Bakı şəhəri, Nərimanov rayonu ərazisinə gətirilməsini tələb etmiş, o da avtomobili Təqsirləndirilən şəxs1 olduğu yerə Bakı şəhəri, Nərimanov rayonu, X44 ərazisinə gətirmiş, avtomobili həmin ərazisdə yolun düz istiqamətində birinci zolaqda saxlamış və açarlarını Təqsirləndirilən şəxs1 vermişdir. Ondan avtomobilin həmin yerdə saxlanması səbəbləri soruşulmamışdır. Orada olan zaman başqa iki avtomobilin də yolda düz istiqamətdə saxlanıldığını müşahidə etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Rəmişin şirkətə məxsus yük avtomobillərinin hərəkəti üçün icazə vərəqəsi ala bilmədiyinə görə X25 Xidmətindən narazı olduğunu eşitmişdir. Lakin narazılığın məhz nədən ibarət olmasını bilməmişdir. xx.xx.2022-ci il tarixdə, saat 03:30 radələrində evdə olarkən Rəmiş öz mobil telefon nömrəsindən onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub demişdir ki, taksiyə minib şirkətin “DAF” markalı yük avtomobillərinin saxlandığı, Lökbatan qəsəbəsində yerləşən Bakı Logistika Mərkəzinin qarajına getsin. O nə üçün ora getmək lazım olduğunu soruşduqda konkret olaraq bir söz deməmiş, onunla vacib işi olduğunu bildirmişdir. O da yaşadığı evdən çıxıb taksi ilə Lökbatana getmişdir. Həmin qaraja çatanda görmüşdür ki, şirkətin sürücüsü kimi tanıdığı Elvin oradadır və yük avtomobilinin birinin mühərrikini işə salmışdır. Çatandan sonra Rəmişə zəng vurub çatdığını demişdir. Rəmiş digər iki yük avtomobilinin açarlarının qarajda olduğu yeri deyib ona həmin yük avtomobillərini də işə salmağı tapşırmışdır. O da onun dediyi kimi etmişdir. Təxminən 5 dəqiqə sonra isə ilk dəfə gördüyü Bəxtiyar adlı şəxs də qaraja taksi ilə gəlmiş və gələn kimi Rəmişə zəng edərək qarajda olduğunu demişdir. Rəmiş onlara tapşırmışdır ki, avtomobilləri işə salıb qarajdan çıxarsınlar. O sükanda olanda ona demişdir ki, yük avtomobili ilə “Dərnəgül” yoluna çıxsın və Bəxtiyar da digər “DAF” markalı avtomobili onun arxasınca sürsün. Elvinin isə idarə etdiyi avtomobillə Xocasən yoluna çıxdığını görmüşdür. O Dərnəgül yoluna çıxdıqdan sonra Rəmiş zəng edərək Əzizbəyov körpüsünə çatı sağa dönərək X44nə girməyi və özünün onları qarşılayacağını demişdir. “DAF XF 105.460” yük markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili isə Bəxtiyar idarə etmişdir. Təxminən saat 04 radələrində, Nərimanov rayonu ərazisində X45 çatmağa az qalmış görmüşdür ki, Rəmiş və digər sürücü Elvin artıq iki ədəd yük avtomobilini prospektin üzü X53 istiqamətində yerləşən, iki zolaqlı, birtərəfli hərəkət üçün nəzərdə tutulmuş sağ köməkçi yolunun sol tərəfində, hərəkət istiqamətinin əksinə saxlamışdır. Rəmiş ona işarə edib avtomobili onların saxladığı avtomobillərin düz qarşısında saxlamağını demişdir. Birinci o, sonra Bəxtiyar onun arxasında avtomobili saxlamışdır. Həmin yol iki zolaqlı, bir istiqamətli yol Rəmişdən nə üçün avtomobilləri bu cür bir-birinin qarşısında saxladıqlarını olmaqla nəqliyyat axınının sıx olduğu yoldur. Avtomobildən düşüb evə getməyi demişdir. O da avtomobilin qapısını bağlayıb açarı Rəmişə verərək soruşmuşdur, Rəmiş isə ona belə lazım olduğunu demişdir. Təxminən 3-5 dəqiqə orada qaldıqdan sonra Rəmiş avtomobilin qapısını baxlayıb açarları ona verərək taksiyə oturub yaşadığı evə getmişdir. Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, cinayət işi materiallarında olan dindirmə protokolları tərəfindən oxunmadan imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadə verərək göstərmişdir ki, məhkəmədə nə iş üzrə çağrıldığını bilmir. İbtidai istintaq dövründə müstəntiqə ifadə verməmişdir. Bu işlə bağlı heç nədən xəbəri olmamışdır. Yük maşınlarına nəzarət etmək üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 köməklik etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, X23 onun qayınatası, Təqsirləndirilən şəxs1 isə onun qaynıdır. Təxminən 2-3 il bundan əvvəl qaynı Rəmiş ona demişdir ki, onun adına bir ağır tonnajlı yük avtomobili və bir qoşqu almaq istəyir. O, qohum olduğu üçün buna etiraz etməmiş və razılığını bildirmişdir. Bundan bir neçə gün sonra Rəmiş onunla əlaqə saxlayıb Xırdalan qəsəbəsinə aparmış və orada tanımadığı bir nəfər şəxsdən onun adına bir ədəd "Dəf' markalı dövlət qeydiyyat nişanı yadında qalmayan ağır tonnajlı yük avtomobili və bir ədəd ağır tonnajlı yük avtomobilinə məxsus "Shmitz" markalı dövlət qeydiyyat nişanı yadında qalmayan qoşqu almışdır. Bundan sonra Rəmiş ona demişdir ki, Rusiya Federasiyasına və Türkiyə Respublikasına ağır tonnajlı yük avtomobilləri ilə yük vuraraq aparırlar. Ona təklif etmişdir ki, həmin yük avtomobillərindən birinin üstündə nəzarətçi kimi duraraq həmin ölkələrə getsin. O buna razılıq vermiş va bundan sonra bir neçə dəfə müxtəlif yük avtomobilləri ilə Rusiya Federasiyasına və Türkiyə Respublikasına gedib qayıtmışdır. Hər dəfə də nəzarətçi kimi getdiyinə görə qaynı Rəmiş ona pul vermişdir. Lakin bir neçə dəfə gedib-qayıtdıqdan sonra ailəsi ilə maraqlana bilmədiyinə görə Rəmişə işləmək İstəmədiyini bildirmişdir. Bundan sonra taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, X14 və X30 tanımır, onlarla heç vaxt tanış olmamış və onlarla heç bir münasibəti yoxdur. Rüfət Quliyevi, Rauf Məmmədovu, Vüsal və Aleksandr adlı şəxsləri tanımır və onlarla da heç bir münasibəti yoxdur. O, "Mirtan" türk firmasını tanımır və həmin firma ilə heç vaxt əlaqə saxlamamışdır. Həmin firmanın rəhbərliyi və ya nümayəndəsinin də kim olmasını bilmir. O Zərərçəkmiş şəxs1 üçün mal daşınması barədə "Mirtan" türk firması ilə müqavilə bağlamamışdır. O, heç vaxt Belarusiya Respublikasına yük aparmamış və X14 tanımır və sonuncu ilə hansısa müqavilə bağlamamışdır. Şahid ifadəsi elan edildikdən sonra ibtidai istintaq dövründə tərəfindən verilmiş ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, Nərimanov rayonu ərazisində yaşayır, hadisə günü səhər saat 6-7 aralığında işə gedərkən iş yerinə yaxın olan yolda yük avtomobillərinin saxlanıldığnı görmüşdür. Polis əməkdaşları buna görə ona yaxınlaşıb həmin ərazidə yük avtomobilini görüb-görmədiklərini soruşduqda hadisəni gördüyümü bildirmişdir. Binanın komendantı Aliyə adlı şəxs ona hər ikisinin baş verənləri görməsi səbəblərindən ərizə yazmalarını təklif etmişdir. İzahatını Polis İdarəsində əlyazma ilə latın qrafikası yazmışdır. Məhkəmə iclasında elan edilən Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu X44 79 ünvanında yerləşən X15 ofis meneceri işləyir. Adətən hər gün səhər saat 05 radələrində işə gedir. 17 fevral 2022-ci il tarixdə, saat 05 radələrində o, yenə də adəti üzrə iş yerinə gəldiyi zaman Bakı şəhəri, Nərimanov rayonu, X44 79 ünvanının qarşısında yolun hərəkət hissəsində 4 ədəd iri həcmli yük daşıyan avtomobillərin üz-üzə saxladıldığını görmüşdür. Görmüşdür ki, həmin avtomobilləri ora düzən şəxs avtomobilləri xüsusi ilə üz üzə düzdürür ki, birazdan həmin yolda tıxac yaransın. O, orada olan tanımadığı bir neçə şəxsə öz iradını bildirmişdir. Lakin həmin şəxslərdən sonradan tanıdığı Rəmiş adlı şəxsə ona «işinlə məşğul ol» dediyi üçün oradan uzaqlaşmışdır. Bundan bir neçə saat sonra həmin avtomobillər yolda olan çoxsaylı nəqliyyat vasitələrinin hərəkətini tamamilə iflic vəziyyətə gətirmişdir. Belə ki, həmin tırlann üzərində Dövlət Avtomobil xidməti rəisi Anar Rzayevin şöbə müdiri Malik Əliyevə icazə vərəqələri verməmələri səbəbi ilə etiraz ifadələri yazılmışdır. Həmin tırlar yolun hərəkət hissəsində etiraz etmək məqsədilə qəsdən hərəkətsiz qalaraq həmin yolda olan onun kimi çoxsaylı insanların rahatlığını pozmuşdur. Nəqliyyat vasitələrinin isə hərəkətini qəsdən məhdulaşdıraraq iflic vəziyyətə gətirmişlər. O da buna görə həmin tırların sürücülərinə yaxınlaşıb etdikləri hərəkətin düzgün olmadığını, digər yol hərəkət iştirakçılarının normal hərəkətinə mane olduqlarını bildirirək onlara öz iradını bildirmişdir. Həmçinin onun kimi bir neçə nəfər tanımadığı şəxslər həmin tırların sürücülərinə yaxınlaşaraq onlara öz iradlarını bildirmişlər. Həmin şəxslərdən sonradan tanıdığı Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrinin hərəkətlərində süni tıxacın yaranmasına səbəb olaraq ictimai qaydanı kobud surətdə pozmaqla nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil edib bu cür hərəkətlərdə fəal iştirak etmişdir. Şahid ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrindəki arasında onunla izah etmişdir ki, yazdığı ifadəsinin mahiyyətini hal-hazırda xatırlamır. Hadisəni görsə də avtomobillərin yolda nə üçün saxlanıldığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək bildirmişdir ki, o, X44 79/3 dəki binanın sədridir. Hadisə günü səhər radələrində işə gedərkən yolda 4-5 tır görmüş, tırlar yolun düz istiqamətində sağ tərəfdə dayandığını görmüşdür. Sonradan 18-ci Polis Bölməsindən zəng gəlmiş və Baş İdarəyə getməsini xahiş etmişlər. O da deyildiyi kimi etmişdir. Tırların üzərində hansısa şüar,hadisə yerində isə özündən başqa mülki şəxs görməmişdir. Yalnız tırları və onların düzülüşünü görmüşdür. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu X44 79/2 ünvanında yerləşən yaşayaış binasında yaşayan sakinlərin komitəsinin sədridir. Adətən hər gün səhər saatlarında piyada yürüş həyata keçirir. 17 fevral 2022-ci il tarixdə saat 05 radələrində o, yenə də adəti üzrə piyada yürüşlə X45 doğru piyada getdiyi zaman sakinlər komitəsinin sədri olduğu yaşayış binasının arxa tərəfində Bakı şəhəri, Nərimanov rayonu, X44 79 ünvanının arxa hissəsində yolun hərəkət hissəsində 4 ədəd iri həcmli yük daşıyan avtomobillərin üz-üzə saxlanıldığını görmüşdür. Görmüşdür ki, həmin avtomobilləri ora düzən şəxs avtomobilləri xüsusi ilə üz-üzə düzdürür ki, birazdan həmin yolda tıxac yaransın. O, orada olan tanımadığı bir neçə şəxsə öz iradını bildirmişdir. Lakin həmin şəxslərdən sonradan adının Rəmiş olduğunu bildiyim şəxs ona "sənlik deyil, işinlə məşğul ol” dediyi üçün oradan uzaqlaşmışdır. Bundan bir neçə saat sonra saat təxminən 08 radələrindən başlayaraq həmin avtomobil yolunda olan çoxsaylı nəqliyyat vasitələrinin hərəkətini tamamilə iflic vəziyyət düşmüşdür. Belə ki, həmin fırların üzərində Dövlət Avtomobil xidməti rəisi Anar Rzayevin şöbə müdiri Malik Əliyevə icazə vərəqələri verməmələri səbəbi ilə etiraz ifadələri yazılmışdır. Həmin tırlar yolun hərəkət hissəsində etiraz etmək məqsədilə qəsdən hərəkətsiz qalaraq həmin yolda olan onun kimi çoxsaylı insanların rahatlığını pozmuşdur. Nəqliyyat vasitələrinin isə hərəkətini qəsdən məhdulaşdıraraq iflic vəziyyətə gətirmişlər. O, da buna görə həmin tırların sürücülərinə yaxınlaşıb etdikləri hərəkətin düzgün olmadığını, digər yol hərəkət iştirakçılarının normal hərəkətinə mane olduqlarını bildirirək onlara öz iradını bildirmişdir. Həmçinin onun kimi bir neçə nəfər tanımadığı şəxslər həmin tırların sürücülərinə yaxınlaşaraq onlara öz iradlarını bildirmişlər. Həmin şəxslərdən sonradan eşitdiyi Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrinin hərəkətlərində süni tıxacın yaranmasına səbəb olaraq ictimai qaydanı kobud surətdə pozmaqla nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil edib bu cür hərəkətlərdə fəal iştirak etmişdir. Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasındakı zidiyyətləri onunla izah etmişdir ki, polis İdarəsində fiziki və psixoloji təzyiqə məruz qalmamışdır. Lakin ibtidai istintaq dövründəki ifadəsini tam oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadə verərək bildirmişdir ki, sayt rəhbəri olarkən müxbiri ona zəng edərək hansısa bir sahibkarın şikayəti olduğunu demişdir.Onlar avtomobil nəqliyyat xidmətinin qarşısına gəldikdə həmin əraziyə kimsə gəlməmiş, oradan qayıtdıqda X29 tır markalı yük avtomobilləri görmüşdürlər. Mərkəzi yol olduğu üçün 102 xidmətinə və Nərimanov rayon Polis İdarəsinə zəng etmiş,avtomobillərin yolu kəsdiklərini bildirmişdir.Səhər saatları olduğu üçün avtomobillərin dayandığı yerdə gediş-gəlişə məhdudiyyətlər yaranmışdır. Hadisə yerində olan 3 avtomobilin üzərində etiraz əlaməti olaraq yazılar görmüş, nə üçün yolu kəsdiklərini dəqiq bilməmişdir. Tırları gördükdəkləri anda yolda tıxac olmamış, polis əməkdaşları gəldikdən sonra tıxac yaranmışdır. Yol iki zolaqlı olmuş, avtomobillərdən ikisi hərəkət istiqamətinin düz hissəsində yəni, üzü şəhər istiqamətində, bir avtomobil əks istiqamətdə, hamısı bir cərgədə dayanmışdırlar. O özü jurnalist kimi fəaliyyət göstərmişdir. Rəmişgildən tırlar saxlanılan ərazidən 200-300 metr uzaqlıqda olan avtomobil nəqliyyat xidmətinin qarşısında müsahibə alacaqmışlar. Tırları yolda gördükdə həmin sahibkar olduğunu düşünüb 102 xidmətinə məlumat vermişdir. Onlar Polis əməkdaşları yolu bağladığı üçün oradan keçə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanımış, Təqsirləndirilən şəxs1 bir-iki dəfə görmüşdür. Təqsirləndirilən şəxslə habelə icraatda iştirak edən digər şəxslərlə heç bir düşmənçiliyi, ədavəti və qohumluq münasibətləri olmamışdır.O özü və Təqsirləndirilən şəxs2 tır sürücüsü olmuşdur. X34 məhsul yükləyən dostu gömrük məntəqəsini keçdikdən sonra məhsullar olan yük avtomobilindən xəbər ala bilmədiklərini ona zəng edib bildirmişdir.Həmin vaxt o,Rusiya ərazisində olmuş, iki-üç gün avtomobili axtarmışdır. Dayısı da sürücü işləmiş, Təqsirləndirilən şəxs2 Rostov ərazisində görmüş, avtomobillərin orada olduğunu zəng edərək bildirmişdir. Təqsirləndirilən şəxs1 mobil nömrəsini əldə etmiş, edilən hərəkətin düzgün olmadığını bildirmişdir. Rəmiş ona İran ərazisindən keçdikdən sonra məhsulların “İnvoys” qiymətinin dəyişdirildiyini demişdir. Avtomobilin Moskvaya gəlməli olduğunu,lakin həmin avtomobilin Rostovda tapıldığını təqsirləndirilən şəxsə bildirmişdir. Söhbət “whatshapp” qrupuna yayılmış, Abdulla, Loğman adlı şəxslər və digərləri Rəmişə zəng edib hərəkətini tənqid etmişdir. X31 getməli, “Food city” ərazisinə çatdırılmalı olmuşdur. “CMR” qaiməsini görsə də, möhrürü oxumaq mümkünsüz olduğundan həmin qaimədə firmanın adını oxuya bilməmişdir. İndiyə kimi hansısa məhsulu təyinatı üzrə deyil,başqa şirkətə göndərmək kimi bir hal olamamışdır. Məhsuların yoxa çıxması barədə məlumatı həmin məhsulları İranda yükləyən şəxs yəni, əmisinin dostu vermişdir. Əlikram adlı şəxslə eyni kənddəndir. Əlikram ondan İranda yük avtomobilinin olduğunu soruşmuş, olmadığı üçün məhsulları həmin vaxt İranda olan Rəmişin avtomobilinə yükləmişdir. Əlikram daşıma haqqının kim tərəfindən verildiyini bilmişdir. X7 getməli olduğu halda, məhsular haradasa satılmış,yük avtomobili yenidən Rostova qayıdıb məhsul yüklənmiş, Azərbaycana qayıtmışdır. Rəmiş ona “invoys” u dəyişib avtomobilin üzərindən oğurluq etdiklərini bildirmiş və əlavə 4 000 dollar haqq istəmişdir. Bu barədə Rəmişlə 16 dəqiqəlik səsli danışıqları olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X17 ifadə verərək bildirmişdir ki, o, yük avtomobili ilə daşıdığı məhsulların sahibinin kim olduğunu bilməmiş, məhsulları Türkiyədə avtomobilə yükləyib Rusiyaya təhvil verməli olmuşdur. Belarusiyada gömrükdə məhsullarda xəstəlik aşkar edildiyinə görə məhsulların daşınmasında maneəçilik yaranmışdır. 2015-ci ildə Türkiyədə baş vermiş təyyarə qəzası ilə əlaqədar Rusiya ilə hava yolu bağlandığı üçün məhsulları Belarusiyadan keçməklə aparmaq məcburiyyətində qalmışlar. Tranzit keçiddə Rusiya və Belarusiyaya aid gömrük ittifaqı olduğu üçün məhsulların gömrük məntəqəsində yoxlanılma ehtimalı olmuşdur. Nəticədə pomidor məhsullarında xəstəlik aşkar olunduğu üçün məhsullar Türkiyəyə qaytarılmışdır. Onlara pul verilmiş, məhsullar isə Türkiyəyə qaytarılıb orada məhv olunmuşdur. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı **-YB-*** olmuş, məhsulları apararkən onlarda xəstəlik olduğunundan xəbərdar olmamışlar. Məhsulların məhv olunmasına dair Zonquldak limanında onlara akt vermişlər.Həmin sənədin harada olduğunu bilməmiş, aktın yük göndərənə verildiyini güman etmişdir. Məhsullar Belarusiyada məhv ediləcəyi təqdirdə məhsul sahibinə pul verilməli olduğundan mallar Türkiyəyə qaytarılmışdır.Həmin dövrdə Türkiyə və Rusiya arasında siyasi mübahisələr yarandığı üçün sağlam məhsulları da xəstə məhsul kimi qələmə verirmişlər. Təqsirləndirilən şəxs1 xidmət haqqı 9 000 dollar olmuş və ona Türkiyədən Rusiyaya məhsulları aparmaq üçün 6 000 -7 000 dollar pul ödənilmişdir. Təqsirləndirilən şəxs1 onun haqqını yük təhvil verildikdən 1-2 ay sonra Xırdalan ərazisində vermişdir. Onlar məhsulların gömrükdə süni şəkildə xəstə adı ilə geri qaytarılmasını ehtimal edirmişlər. Belə problem olduğu təqdirdə bunu məhsulun sahibi həll etməli imiş. Məhsulların sahibinin gömrükdə olan məsələlərlə bağlı xəbəri var imiş, lakin malların sahibi ilə o əlaqə saxlamamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, fərdi olaraq sürücülük fəaliyyəti ilə məşğuldur. 2018-ci ilin təxminən iyul ayının əvvəllərində səfər sığortası almaq istəmişdir. Bununla bağlı yadında adları qalmayan sürücü yoldaşları ona ********** nömrəsini vermişlər ki, bu nömrə ilə əlaqə saxlasın. Sığortanın əməkdaşıdır. Həmin şəxsin ondan başqa şəxslərə saxta sığorta şəhadətnaməsi düzəldib-düzlətmədiyini bilmir. O, həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs ona adını deməmişdir. Adını, soyadını və ata adını soruşmuşdur. O, anket məlumatlarını vermişdir. Birazdan zəng vurmuşdur. Həmin şəxs sığorta şəhadətnaməsinin hazır olduğunu demişdir. Birazdan həmin şəxsin yanına getmişdir. Həmin şəxsin ofisi Xırdalan şəhərində Riyad Ticarət Mərkəsində olmuşdur. Onu orada onu ora yönəlmiş şəxsin göstərişləri ilə Vüsal adlı şəxs qarşılamışdır. O, Vüsala 100 manat vermiş, həmin şəxs bir otağa getmiş və ona 1 ədəd səfər sığorta şəhadətnaməsi vermişdir. O, həmin şəhadətnaməni götürmüş və həmin şəxsə 100 manat verərək oradan getmişdir. Həmin sənədlərini bir neçə gündən sonra avropaya getmək üçün Latviya səfirliyinə təqdim edəndə səfər sığortasının saxta olduğunu demişlər. Bundan sonra isə həmin sənədi Paşa Sığortanın nümayəndəsinə vermişlər. O, orada bilmişdir ki, həmin sənəd saxtadır. Sonradan həmin işlə bağlı Paşa Sığortanın müraciəti əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanmışdır. O, orada bu faktla bağlı ifadə vermişdir. Orada ona indi yadında qalmayan polis işçisi demişdir ki, bu iş Təqsirləndirilən şəxs1 tərəfindən törədilmişdir. Lakin o, bunu tam dəqiq xatırlamır. Həmin sənədin kim tərəfindən düzəldildiyini bilmir. O, sənədin saxta olduğunu yalnız onu aşkar edildiyi zaman bilmişdir. Həmin vaxta kimi ona verilmiş sənədin saxta olduğundan məlumatı belə olmamışdır. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, X3 tanımır. O, nə Rəmişi şəxsən tanımış, nə də ki, X3 tanımır. Sənədin kim tərəfindən düzəldilməsini bilmir. O, həmin sənədi 100 manata almışdır. Sonradan Rəmişin yadında qalmayan yaxını ona həmin pulu qaytarmışdır. Ona heç bir maddi ziyan dəyməmişdir. Şikayətçi deyildir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs2 tanımır. 2015-ci ilin 27 aprel tarixində ona məxsus olan **-XE-*** dövlət nömrə nişanlı DAF markalı yük maşınını X11 etibarnamə əsassında satmışdır. Bununla bağlı 6 saylı notariat kontorunda etibarnamə vermişdir. Sonradan isə həmin maşının Çingiz Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 satılması barədə məlumat almışdır. Həmin şəxslərlə onun heç bir əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs1, Şahid2 tanımır. Rüfət Quliyevi, Rauf Məmmədovu, Vüsal və Aleksandr adlı şəxsləri tanımır. Onun həmin şəxslərlə heç bir tanışlığı olmamış, heç bir anket məlumatları və əlaqə vasitələrini bilmir. Hal-hazırda onun adına 2012-ci il buraxılışlı **-XX-*** dövlət nömrə nişanlı X61 184 OLS markalı yük maşını, **-XL-*** dövlət nömrə nişanlı SX3314DT366 qoşqu, **-KK-*** dövlət nömrə nişanlı X61 184 LS yük maşını vardır. Onun ümumiyyətlə Türkiyənin «Mirtan» şirkəti ilə heç bir əlaqəsi yoxdur. Onun həmin kompaniya ilə bağlı heç bir əlaqəsi, yaxud iş birliyi olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs1 adlı şəxslə hər hansı yükün daşınması üçün müqavilə bağlamamış və həmin şəxsi tanımır. Belarus Respublikasına 41.200 kq çəkidə tomatın daşınması barədə heç bir məlumatı yoxdur. O, bununla əlaqədar olaraq heç bir yük maşını yaxud qoşqu verməmiş, ümumiyyətlə heç vaxt Belarus Respublikasına yük göndərməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 əri, X13 oğludur. Əri Zəkrəm uzun illər fiziki şəxs qismində beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur. 2017-ci ildən isə oğölu Rəmiş atasının məşğul olduğu fəaliyyətlə məşğul olmağa başlamışdır. O, xx.xx.2019-cu ildə "xxxx" MMC-ni təsis etmişdir. MMC-ni təsisi etdiyi vaxtdan oğlu Rəmiş MMC-nin direktoru kimi işləmişdir. Rəmiş MMC- nin bütün işlərini həyata keçirmişdir. O yalnız MMC-nin hüquqi olaraq təsisçisidir. xx.xx.2022-ci ildə Rəmiş öz xahişi ilə direktor vəzifəsindən işdən azad edilmişdir. Həmin vəzifəyə Rəmişin bibisi X12 təyin edilsədə bu barədə dövlət orqanına məlumat verə bilməmişlər. X5 Rəmişə xx.xx.2022-cİ il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində X29 yoldakı avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı verdiyi göstərişdən məlumatlı deyildir. Bunları Rəmiş yaxşı bilir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1lə dostluq münasibəti var, təxminən 20 ildir ki, bir-birini tanıyır, aralarında mübahisə və fikir ayrılıqları heç vaxt olmamışdır. Zərərçəkmiş şəxs1 fərdi sahibkarlıq fəaliyyətini həyata keçirir. Bu zaman o, dostunun FS kimi qeydiyyatdan keçən zaman hansı fəaliyyət növünü göstərdiyini deməyə çətinlik çəkir. Yaxın əlaqəsi olduğundan, Y.A Qnoyanik. fərdi sahibkarlıq fəaliyyətini necə həyata keçirdiyini ətraflı şəkildə bildirir. Belə ki, ona məlum olduğu qədər 2018-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 və "X54 ve Dış Ticaret LTD STİ" (bundan sonra - "Mirtan") türk şirkəti arasında malın, məhz Belarus Respublikasına kənd təsərrüfatı məhsullarının tədarük edilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Qnoyanik tədarükçüdən mal əldə edib, bu zaman malın hər tədarükü üçün tədarükün şərtlərinin təsvir edildiyi ayrıca spesifikasiyalar tərtib edilmişdir. Müqavilə üzrə tədarüklərin şərtlərindən biri malın çatdırılmasnm Minsk CRT şərtləri əsasında həyata keçirilməsi imiş, başqa sözlə türk şirkəti əldə edilən malın daşınması üçün nəqliyyat vasitəsi təqdim etməli imiş. Belə ki, 2018-ci ilin fevral ayında spesifikasiyaya əsasən Zərərçəkmiş şəxs1 türk şirkəti təzə pomidor tədarük etməli imiş. Ona məlum olduğu qədər malın həcmi 41.200 kq təzə pomidor təşkil etmişdir. Beləliklə xx.xx.2018-ci ildə mobil telefonla Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 adlı bir sürücü əlaqə saxlamış və Minsk rayonu Sennitskiy küçəsi Şitomiriçi k. ünvanı üzrə yerləşən 06650 nömrəli BTS-2 "Beltamojservis" RUM gömrük rəsmiləşdirməsi məntəqəsinə mal çatdırdığını bildirmişdir. Söz gedən mal iki ədəd yarımqoşqulu yük dartıcıları ilə çatdırılmışdır. Qeyd edilmiş nəqliyyat vasitələrini əvvəllər tanımadığı Rauf Məmmədov və Təqsirləndirilən şəxs2 idarə etmişdir. Həmin şəxsləri Qnoyanikin danışdıqlarından tanımışdır. Qnoyanikin sözlərindən ona həmçinin məlum olmuşdur ki, müvafiq tədbirlər kompleksi bitdikdən sonra, malın olduğu avtomobillər gömrük zonasını tərk etməli olduğu zaman, qeyd olunmuş nəqliyyat vasitələrindən birində, məhz yarımqoşquda pnevmoyastıq partlamışdır. Qeyd edilmiş gündə, məhz xx.xx.2018-ci ildə ehtiyat hissəsini almaq mümkün olmamış, çünki bütün mağazalar artıq bağlı olmuşdur. Bu səbəbdən də Qnoyanik Təqsirləndirilən şəxs2lə onun və ikinci sürücünün səhərə qədər "Beltamojservis" RUM BTS-2 yaxınlığında yerləşən avtomobil dayanacağında qalacaqları barədə razılaşmışdır. Qnoyanik sabahısı günü səhər, yəni xx.xx.2018-ci ildə ehtiyat hissəsi almaqda yardım etmək fikri olmuşdur. Zərərçəkmiş şəxs1 yalnız Cəfərov Zəkramla danışmış, çünki Rauf Məmmədov rus dilində danışa bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2a saz vəziyyətdə olan nəqliyyat vasitəsindəki malı Zaslavl ş. yerləşən anbara çatdırmasını təklif etmiş, amma sonuncu X48 Respublikasına ilk dəfədir gəldiyini, ərazini yaxşı tanımadığını və rus dilini bilmədiyini bildirmişdir. Əldə edilmiş razılaşmaya əsasən xx.xx.2018-ci ildə Zərərçəkmiş şəxs1 Minsk rayonu, Şitomiriçi k’ndind’ yerləşən "Beltamojservis" RUM BTS-2 yaxınlığında yerləşən avtomobil dayanacağına gəlmiş, amma qeyd edilmiş nəqliyyat vasitələri orada olmamışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2la əlaqə saxlamağa cəhd göstərmiş, lakin sonuncu telefon zənglərinə cavab verməmişdir. Beləliklə, Zərərçəkmiş şəxs1 malların olduğu nəqliyyat vasitələrinin harada olduğunu müəyyən etməyə kömək etmək üçün "Mirtan" türk şirkətinin nümayəndəsi ilə əlaqə yaratmış və ona qeyd edilmiş şirkətin Zərərçəkmiş şəxs1 üçün Belarus Respublikasına yük daşımaq üçün nəqliyyat vasitəsi tapmaqda yardım göstərməsi üçün Aleksandr adlı kişiyə (tel. +**********23) müraciət etdiyi məlum olmuşdur. Aleksandr öz növbəsində eyni xahiş ilə nəqliyyat xidmətlərini həyata keçirən Rüfət Quliyev (həmin vaxt Türkiyədə olan) müraciət etmişdir. Rüfət oxşar təkliflə Vüsala, sonuncu isə Azərbaycan Respublikası, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Təqsirləndirilən şəxs1 nəqliyyat xidməti göstərməyə razılaşmış və atası Təqsirləndirilən şəxs2ı və Məmmədov Raufu göndərmişdir. Rəmişlə əlaqə yarada biləndə (Aleksandrın ona verdiyi +**********55 mobil telefon nömrəsi ilə) sonuncu Rüfətin onun qarşısında borc öhdəliyinin olduğunu və sonuncu həmin öhdəliyi yerinə yetirməyənədək malın anbara daxil olmayacağını bildirmişdir. O, Rüfətin həmin malla heç bir əlaqəsinin olmadığını Rəmişə izah etməyə çalışmış, amma Rəmiş inanmamış və onun borcunun qaytarılmasını tələb etmişdir. Sonradan Rəmiş telefon zənglərinə cavab verməmişdir. Rüfətin Rəmişə 15.000 ABŞ dolları məbləğində borcu olduğunu başa düşmüşdür. X40 çatacaq qeyd edilmiş malın çatdırılmasına görə də 10.000 ABŞ dolları tələb etmişdir. Rüfətlə danışan zaman (əlaqə nömrəsi +**********69) sonuncunun Rəmişdən nəqliyyat vasitəsi sifariş etdiyi barədə xəbərinin olmadığı məlum olmuşdur. Rüfət Rəmişə borcu olduğunu inkar etmişdir. Bundan başqa, Rüfət Rəmişin malın çatdırılması üzrə öhdəliklərini lazımi şəkildə yerinə yetirmədiyini və bunun nəticəsində malın xarab olduğunu, Rüfətin zərər çəkdiyini və öz növbəsində yükün çatdırılmasına görə xidmət haqqını ödəməkdən imtina etdiyini qeyd etmişdir. Rüfət həmçinin Qnoyaniklə yaranan vəziyyətlə heç bir əlaqəsinin olmadığını izah etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Qnoyanik tərəfindən əldə edilən malın çatdırılmasına görə sifariş alanda Rüfətin onlara borclu olduğu pul vəsaitlərinin qaytarılması üçün əvvəlcədən plan hazırlayıblar. Aleksandrla əvvəlcədən tanış deyildir, həmin şəxs barəsində ilk dəfə türk şirkətinin nümayəndəsindən öyrənmişdir. Həmçinin Rüfətlə, Vüsalla, Rəmişlə, Zəkramla və Raufla tanış deyildir, həmin şəxsləri dostunun başına gələn hadisə zamanı tanımış və bu barədə bu sorğu zamanı məlumat vermişdir. Barəsində danışdığı Aleksandr Ukrayna, Kiyev şəhəri Naberejnaya küçəsi ev 24 ünvanında yaşayır. Baş verən hadisə haqqında izah etməyə başqa bir şey yoxdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 2016-cı ildən tanıyır, onunla FS Zərərçəkmiş şəxs1 arasında mühasibat xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Zərərçəkmiş şəxs1 fərdi sahibkarlıq fəaliyyətini həyata keçirir. Fərdi sahibkar kimi qeydiyyatdan keçən zaman Zərərçəkmiş şəxs1 fəaliyyət növünü - meşə materiallarının, sanitar-texniki avadanlıqlarını və tikinti materiallamın topdan satışı göstərmişdir. Bu zaman xx.xx.2017-ci ildə Belarus Respublikasımın ticarət reyestrinə xx.xx.2017-ci il tarixli ərizə əsasında fəaliyyət növü ilə, məhz ticarət obyektləri olmadan topdan ticarətlə bağlı dəyişikliklər daxil edilmiş, xüsusilə FS Zərərçəkmiş şəxs1. meyvə və tərəvəzlərin topdan satışını həyata keçirmişdir. xx.xx.2018-ci ildə FS Zərərçəkmiş şəxs1 və "X54 ve Dış Ticaret LTD STİ" (bundan sonra - "Mirtan") türk şirkəti arasında spesifikasiyaya əsasən malın çatdırılması haqqında 190 nömrəli müqavilə bağlanmışdır. Qeyd edilmiş müqaviləyə əsasən FS iuikyjmnhbg vc tədarükçüdən mal almışdır. Bu zaman tədarük edilən hər mal üçün malın, onun qiymətinin, ödəniş və tədarük şərtlərinin təsvir olunduğu ayrıca spesifikasiya (hər partiya üçün) tərtib edilmişdir. xx.xx.2018-ci ildə bir tərəfdən FS Zərərçəkmiş şəxs1 və digər tərəfdən qeyd edilmiş "Mirtan" şirkəti arasında xx.xx.2018-ci il tarixli 190 nömrəli müqaviləyə 19 və 20 nömrəli növbəti spesifikasiyalar bağlanmışdır. Onlara əsasən tərəflər malın təzə pomidor olduğu, hər bir spesifikasiya üzrə tədarükün həcminin 20600 kq təşkil etdiyi barədə razılığa gəlmişlər. Bu spesifikasiyalara əsasən təzə pomidorun bir kiloqramının qiyməti 0.86 ABŞ dolları, hər bir spesifikasiya üzrə ümumi qiyməti 17.716,00 ABŞ dolları təşkil edir. Hər iki spesifikasiya üzrə malın ümumi qiyməti 35.432 ABŞ dolları təşkil etmişdir. Qeyd olunmuş spesifikasiyalara əsasən malın ödənişi Alıcı tərəfindən tədarükçünün hesablaşma hesabına hər spesifikasiya üzrə 12.978,00 ABŞ dolları ölçüsündə qabaqcadan ödəniş şəklində, qalan hissəsi isə Malın Alıcının anbarına boşaldıldığı andan iki bank günü ərzində pul vəsaitlərinin bank köçürməsi yolu ilə həyata keçirilmişdir. Spesifikasiyalara əsasən bu malın ödənişi xx.xx.2018-ci ildə həyata keçirilmiş və bu barədə 10 586,87 Avro məbləğində 273 nömrəli ödəniş tapşırığı və 10 586,87 Avro məbləğində 272 nömrəli ödəniş tapşırığı təsdiq edir. Bu spesifikasiyalar üzrə ödənişlər "Mirtan" türk şirkətinin hesabına pul vəsaitlərinin daxil olmasını sürətləndirmək üçün ödəniş 29 tarixində Belarus Respublikasının MB kursu üzrə Avro ilə həyata keçirilmişdir. Bu spesifikasiyalara əsasən malın tədarük şərtləri - CPT Minsk, yəni İnvoysun qiymətinə malın və nəqliyyat xidmətlərinin qiyməti daxildir. Digər sözlə bu spesifikasiyalara əsasən türk şirkəti əldə edilən malın çatdırılması üçün nəqliyyat vasitəsini icarəyə götürməli idi. Belə ki, Türkiyədə **-ZA-*** qeydiyyat nişanlı yarımqoşqu ilə **-SZ-*** qeydiyyat nişanlı "DAF" yük dartıcısına, həmçinin **-ZE-*** qeydiyyat nişanlı yanmqoşqu ilə **-XE-*** qeydiyyat nişanlı "DAF" dartıcıya təzə pomidorların yüklənməsi həyata keçirilmişdir. Sənədlərə məhz 06650/240218/0009138 və 06650/240218/0009135 nömrəli gömrük bəyannamələrinə əsasən xx.xx.2018-ci ildə mal, Minsk rayonu, Sennitskiy k/s, Şitomiriçi k. ünvanı üzrə yerləşən 06650 nömrəli "Beltamojservis" RUM BTS-2 gömrük rəsmiləşdirməsi məntəqəsində gömrük təmizləməsi prosedura keçmişdir. Zərərçəkmiş şəxs1 sözlərindən ona məlum olmuşdur ki, müvafiq tədbirlər kompleksi bitdikdən sonra malın olduğu avtomobillər gömrük zonasnıı tərk etməli imiş. Bu zaman qeyd edilmiş nəqliyyat vasitələrindən birində pnevmoyastıq partlamışdır. Qeyd edilmiş gün nəqliyyat vasitəsini təmir etmək mümkün olmamış, çünki hər şey bazar günü axşam vaxtı baş vermişdir. Zərərçəkmiş şəxs1 sürücülərdən biri ilə qeyd edilmiş malın olduğu nəqliyyat vasitələrinin səhərə qədər "Beltamojservis" RUM BTS-2 yaxınlığındakı avtomobil dayanacağında qalacaqları barədə razılaşmış, səhər isə Zərərçəkmiş şəxs1 lazımi ehtiyat hissəsinin axtarışında onlara yardım göstərəcəkdir. Ertəsi gün səhər vaxtı, xx.xx.2018-ci ildə əvvəlcədən əldə edilmiş razılığa əsasən Zərərçəkmiş şəxs1 qeyd olunmuş avtomobil dayanacağına gəlmiş, amma orada nə avtomobilləri, nə də sürücüləri aşkar etməmişdir. Görülən tədbirlərlə həmin şəxslərin həmçinin malları tapmaq mümkün olmamış və bununla bağlı Zərərçəkmiş şəxs1 müvafiq ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Sonradan Zərərçəkmiş şəxs1 sözlərindən ona məlum olmuşdur ki, malın qaytarılması üçün sonuncuya 25.000 ABŞ dolları məbləğində ödənişin həyata keçirilməsi haqqında tələb irəli sürülmüşdür. Bu tələbin kim tərəfindən İrəli sürüldüyünü deməyə çətinlik çəkir, malın çatdırılmasını həyata keçirən nəqliyyat şirkətinin rəhbəri tərəfindən irəli sürüldüyünü ehtimal edir. xx.xx.2018-ci ildə tərəflərindən baş verən hallar barəsində Azərbaycan Respublikasının Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən izahatlar alınmış, izahatın surəti əvvəlcədən yoxlama materiallarına əlavə olunmuşdur. Bakı şəhərinə gedən zaman həmçinin Zərərçəkmiş şəxs1 üçün malların çatdırılması xidməti göstərən nəqliyyat şirkətinin rəhbəri Rəmişlə görüşə bilmişdir. Rəmiş Zərərçəkmiş şəxs1 mallarının olduğu nəqliyyat vasitələrinin onun göstərişi ilə avtomobil dayanacağını tərk etdikləri və söz gedən təzə pomidorları satdıqları Rusiya Federasiyasına getdikləri faktını inkar etməmişdir. Beləliklə, Rəmiş digər şəxslərə göstərilən nəqliyyat xidmətinə görə ona ödənilməyən pul vəsaitlərini qaytarmaq istəmişdir. Bu yük (təzə pomidorlar) sığortalanmamışdır. Baş verən digər hallar ona məlum deyil. Hadisə nəticəsində Yuriyə 78.847,32 belarus rublu maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 Nikalayeviçin ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, valideynləri X26 və X16 ilə birlikdə yaşayır. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 lə tanışdır. Onunla 2017 ildə "Mirtan" şirkətinin vasitəsi ilə telefonla danışarkən tanış olmuşdur. Zərərçəkmiş şəxs1 yük daşımalarında əməkdaşlıq etməyi təklif etmişdir. Sonradan həmin şəxslə heç bir əlaqəsi olmamışdır. Şahid2lə tanış olduğuna əmin deyildir, lakin Zərərçəkmiş şəxs1 şirkətində işləyən Viktor adlı şəxsi tanıyır. Həmin ildə ’’Mirtan" şirkətinin vasitəsi ilə tanış olmuşdur. Sonradan onunla da heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2 tanımır, əvvəllərdə həmin şəxs barəsində heç bir məlumatı olmamışdır. Rüfət Quliyev, Rauf Məmmədov, Vüsal, Aleksandr, X12, Şahid15, Şahid12 yalnız Rüfət Quliyevlə tanıyır, sonuncu ilə "Vayber" sosial şəbəkəsinin beynəlxalq nəqliyyat bölməsində tanış olmuşdur. 2018 ildə Rüfət Quliyevlə işlə əlaqədar münasibət saxlamış, hal-hazırda heç bir əlaqəsi yoxdur. O, beynəlxalq daşınmalar üzrə 30 menecerdən sifarişləri qəbul edir, beynəlxalq yük daşınmalar üçün nəqliyyat vasitələri tələb olunan tədarükçü axtarır. "Mirtan" Türk şirkəti ilə tanışdır, həmin şirkət barəsində hansı şəraitdə məlumat əldə etdiyini xatırlamır. Həmin şirkətlə 2014 ildən 2019 ilədək əməkdaşlıq etmiş, "Mirtan" şirkətinin rəhbərliyi və nümayəndələrini tanımışdır. Zərərçəkmiş şəxs1 üçün nəzərdə tutulan yükün təchiz edilməsi haqqında şirkətlə müqavilə bağlamamışdır, Çünki bunu ekspeditor yox, ya yük daşıyan ya da yükü alan şəxs etməlidir. O vaxtlar ekspeditor vəzifəsində işləmişdir. Bu vəziyyət yalnız "Mirtan" şirkətinin nümayəndələrinə məlum olmalıdır, çünki malı onlar yükləmiş və gömrük sənədlərini rəsmiləşdirmişlər. Qeyd edilən mal nə vaxt, harada yüklənmiş, təchiz etmənin vaxtı müəyyən edilməsi barədə məlumat yoxdur. "Mirtan" şirkəti tərəfindən hansı nəqliyyat vasitələrinin istifadə edildiyini xatırlamır. O, yalnız Rüfət Quliyevi tanıyır və nəqliyyat vasitələrini məhz Rüfət Quliyev təmin etmişdir. Tomatın təchiz edilməsi ilə o, məşğul olmamış, bununla yalnız Rüfət Quliyev məşğul olmuşdur. Minsk-Beltamojservis nəqliyyat-logistika mərkəzi Respublika unitar müəssisəsi barədə məlumatı yoxdur, çünki tomatın təchizatı ilə o, məşğul olmamış, bununla yalnız Rüfət Quliyev məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 Aieksandroviç üçün nəzərdə tutulmuş malın satılması barədə məlumatı yoxdur. 41200 kq təzə tomat harada, kimə və nə vaxt satılması barədə məlumatı yoxdur, ola da bilməz, çünki bu onun vəzifə borcuma aid deyildir. Rüfət Quluyevin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zəkrəm oğlunun qarşısında borc iltizamı haqqında ona heç nə məlum deyil, çünki o, yalnız Rüfət Quliyevi "Mirtan" şirkəti ilə tanış etmiş, Rüfət Quliyevlə "Mirtan" şirkəti arasında olan digər razılaşmalar barədə onun məlumatı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 17 fevral 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında protokoldan” ,ona əlavə edilmiş fotoşəkillərdən və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, 17 fevral 2022-ci il tarixdə gecə saatlarında Nərimanov rayonu, H.Əliyev prospekti 87/89 ünvanının qarşısında 04 ədəd DAF XF markalı yük maşınları (TİR) naməlum şəxslər tərəfindən saxlanılmışdır. Yük maşınlarının 02 ədədi digər 02 ədəd yük maşınlarına əks istiqamətə dayanmışdır.**-AB-*** dövlət nömrə nişanlı ön, arxa **-ZA- *** d/n/n DAF XF yük maşınına baxış zamanı salon hissəsindən və saxlanc yerlərindən müxtəlif sənədlər aşkar olundu.**-BX-*** ön dövlət nömrə nişanlı 50-ZA-30 arxa dövlət nömrə nişanlı yük maşınına baxış zamanı salon hissəsindən və saxlanc yerlərindən müxtəlif sənədlər aşkar olundu. **-AB-*** dövlət nömrə nişanlı DAF XF markalı yük maşınlarından heç birində pul, dəyərli əşyalar və qanunsuz əşyalar olmamışdır. 04 ədəd yük maşınlarının qoşqularının qapıları bağlı olduğu üçün yük yerlərinə baxış keçirmək mümkün olmamış,baxış zamanı qeyd olunan yük maşınlarının hadisə yerində fotoşəkilləri çəkilmişdir( cild 1, iş vərəqi 4-8). 15 mart 2022-ci tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” X1 müşahidə kameralarından 17 fevral 2022-ci il tarixdə saat 04:35-dən saat 11:30-dək olan müddət ərzində TŞ-6-026, həmin gün saat 08:30-dan saat 11:30-dək olan müddət ərzində protokol yolu 028 nömrəli kamerasından 48 nömrəli kamerasına kimi (şəhərin mərkəzi istiqamətinə) qeydə alınmış video görüntülər arxivləşdirilərək götürülmüşdür. Həmin video görüntülərdən «TŞ6-0261-2022-02- 17_08h29min00s000ms», «TŞ6-0261 -2022-02- 17_10h30min00s000ms» və «TŞ6- **********7_11h10min00s000ms» adlı fayllara baxış keçirərkən müəyyən olunmuşdur ki, 17 fevral 2022-ci il tarixdə saat 04:35-dən başlayaraq Bakı şəhəri, Nərimanov rayonu, X44 79 ünvanında yolun hərəkət hissəsində Təqsirləndirilən şəxs1 **-ZA-*** qeydiyyat nömrəli yarımqoşqusu olan **-AB-*** dövlət qeydiyyat nişanlı "DAF XF 105.460 markalı" yük avtomobilini idarə edərək həmin avtomobili saxlayır. Bundan sonra o, digər sürücülərin idarə etdikləri **-ZA-*** qeydiyyat nömrəli yarımqoşqusu olan **-VR-***, **-ZA-*** qeydiyyat nömrəli yarımqoşqusu olan 01- AB- 113 və **-ZA-*** dövlət qeydiyyat nömrəli yarımqoşqusu olan **-BX-*** dövlət qeydiyyat nişanlı "DAF XF 105.460 markalı" yük avtomobillərini üz-üzə saxlanmasını təşkil edir və özü bu prosseslərdə fəal iştirak edir. Avtomobillərin qapılarını bağlayaraq oradan uzaqlaşırlar. Daha sonra həmin avtomobillərin hərəkətsiz saxlanılması saat 08 radələrindən başlayaraq yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkətlərində süni tıxacın yaranmasına, ictimai qaydanı kobud surətdə pozmaqla nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olur. Həmin yerə yolun istiqamətini dəyişmək, yaranmış süni tıxacın nisbətən aradan qaldırılmasını azaltmaq məqsədi ilə əlavə polis qüvvələri cəlb edilir. Həmçinin avtomobillərin təxliyyə olunmasına üçün aktiv işlər görülür. Saat 11.30-da 62(altmış iki) ədəd mp4 formatlı faylların olması müəyyən olunmuş, həmin diskdə olan “N028-002-2022-02-17_09h30min00s000ms” “N**********.02.17_10h30min00s000ms” adlı fayllara baxış keçirərkən müəyyən olundu ki, 17 fevral 2022-ci il tarixdə saat 08.30-dan saat 11.30-dək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, X44 79 ünvanından başlayaraq avtomobil yolunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Koroğlu Stansiyası” istiqamətində 30 dəqiqəlik intervalla 1 dəqiqəlik videogörüntülərdən görünür ki, qeyd edilən avtomobil yolunda Bakı şəhəri Nərimanov rayonu, X44 79 ünvanında Təqsirləndirilən şəxs1 təşkilatçılığı ilə qəsdən saxlanılmış avtomobillərin fonunda nəqliyyat vasitələrinin hərəkəti iflic vəziyyətə düşmüş, nəqliyyat vasitələrinin hərəkətlərində süni tıxac yaranmış, ictimai qaydanı kobud surətdə pozmaqla nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olmuşdur. Tıxacın qarşısının alınması və nəqliyyatın normal fəaliyyətini tənzimləmək üçün cəlb edilmiş yol patrul xidmətinin əməkdaşları əlavə yolda olan avtomobilləri baş yola, baş yoldan isə digər istiqamətlərə yönəltməklə nisbətən tıxacın qarşısını almağa çalışırlar. Qeyd edilən yolda intensiv hərəkət saat 11:30 normallaşır. Bu barədə müvafiq protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir ( cild 6, iş vərəqi 80-84). 9 iyul 2019-cu il tarixli sənədlərin məhkəmə-texniki ekspertizası rəyindən görünür ki, Şahid17 adına olan xx.xx.2018-ci il tarixli, 52114-09025 nömrəli səfər sığortası şəhadətnaməsi elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu (printer, çoxatdıcı qurğu) vasitəsilə çap olunmuşdur. Həmin sənəddə olan möhür əksinin və imzaların təsvirləri bir başa icra olunmayıb, elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə çap olunmuşdur. Həmin möhür əksinin təsviri xx.xx.2018-ci il tarixli 52382-064012 nömrəli, xx.xx.2018-ci il tarixli, 52382-064948 nömrəli, xx.xx.2018-ci il tarixli, 52382-171130 nömrəli şəhadətnamələrdə olan “PAŞA Sığorta Şirkəti” Sığorta Əməliyyatları Departmenti Şəhadətnamələr üçün məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Təqdim olunmuş sənəddə olan möhür əksinin təsviri paşa sığortaya məxsus “PAŞA Sığorta Şirkəti”Sığorta Əməliyyatları Departmenti” Şəhadətnamələr üçün” №2 məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir ( cild 1, iş vərəqi 272-274). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X58 xx.xx.2022-ci il tarixli, 2209 nömrəli məktubun məzmunundan görünür ki, X38 və Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına görə adı yuxarıda göstərilən xəstəxanada müalicədə olmayıblar ( cild 6, iş vərəqi 102-105). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli **********94 saylı məktubun məzmunundan görünür ki, Əmlak Məsələləri Dövlət xidmətinin tabeliyində olan “daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X58in ərazi idarələridə mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir ( cild 7, iş vərəqi 177). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 2 mart 2022-ci il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş Abşeron rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli hökmü ilə 2 il islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmiş və təyin edilmiş islah işləri cəzası 2 aya endirilmişdir. Təqsirləndirilən şəxs 9 sentyabr 2020-ci ildə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 6, iş vərəqi 85-89). Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs1 ilə tanışı Şahid9 arasında mobil telefonla danışdıqları zaman qeydə alınmış səs yazısını özündə əks etdirən, Təqsirləndirilən şəxs1 ilə Şahid9 arasında apanlmış danışıqlardan ibarət 01 ədəd CD diskdən görünür ki, onlar arasında aparılmış danışıqların məzmunu aşağıdakı qaydada olmuşdur : Təqsirləndirilən şəxs1: Alo Şahid9: Alo, salam aleykum. Təqsirləndirilən şəxs1: Əleykümə salam. Şahid9: Rəmişdi danışan? Təqsirləndirilən şəxs1: Bəli qardaş Rəmişdi. Şahid9: X36 Ərkivandan. Yük məsələsinə görə zəng etdim, Abdulla da sənə zəng edibe bu söhbətə görə Təqsirləndirilən şəxs1: Bəli Şahid9: Bu qardaş nə məsələdiye bu uşaqlar mənə çıxıblar? Təqsirləndirilən şəxs1: sənə quzu kəsərəme, mən hamıya bir-bir desəm sənin başıva dönüm, Abdullaya bir demişəm, Loğman bir zəng eliyib, Loğmana bir demişəm, mən day yorularam, çənəm çıxar yerindən.. Şahid9:Yoxu qardaşımsan bu nə məsələdi? Bu bizim bu ümumi Azərbaycan şoferi qardaş mənə zəng eliyib, dostum satmalı malı orda. Sən orda daşışmısan maqa adlı uşaqdı. Bu İranlının.. Təqsirləndirilən şəxs1: Vallah bilmirəm, bilmədim bu arvadın neçə dənə əri var, yalan olmasın 20 nəfər... Şahid9: Yoxe, yox sən indi, mal hardadı, bunu hara aparıbsan, bu camahatın malın aparıb çatdırmaq lazımdı axı qardaş, başıva dönüm sənin. Təqsirləndirilən şəxs1: Qardaş çatdırmalıyame, camaat pox yeyib ənkə böyüyünün ağzıyla mənim maşınımda invoysu dəyişib, məndən xəbərsiz Şahid9: Necə harda bu invoys harda dəyişib dədə? Mən 15 ildi işdiyirəm, sən indi diyirsən. Təqsirləndirilən şəxs1: Təzəsən. Şahid9: 15 ildi təzəyəm? Təqsirləndirilən şəxs1: Təzəsən, bəli təzəsən. Şahid9: Hə Təqsirləndirilən şəxs1: O invoysu dəyişməynən adi baxırsansa, deməli əyri iş o qədər olur ki, uje düz iş kimi gedir. Elə bilirlər ki, bu düz işdi, belə də olmalıdı. Şahid9: Onun qaqa bi dənə mənə qulay aq mən səndən yaşda böyüyəm, Rəmiş sənin atovu da tanıyıram, aton da bizi tanıyır. Yəni belə 15 ildi işliyirəm, deməli sən hələ uşaqsan bizim yanımızda bu işlərdə. Biz belə işləri heç vaxt.. Təqsirləndirilən şəxs1: Mənim ali savadım var, mənim hüquqi tərəfdən bildiyimi də sən bilmirsən, mənim elədiyim işlərdə də bəlkə sən heç vaxt eləməmisən. Yaşnan ölçmə. İşnən nəticəynən, ortada nə var, nəticə. Şahid9: Bəs sən bunun adın nə qoyubsan axı? Sən deyirsən ki... Təqsirləndirilən şəxs1: Adın nə qoymamışam, sənədlər mənim əlimdədir, ad qoydu söhbəti deyil, əlimdə sənədlər var jivoy, sonra harasa dirənəndə mənim əlimdə sənədlər var jivoy, rastomojkanın deklorasiyası, İrannan dəyişən invoys, Azərbaycanın tranzit peçatları var, heç kim ad qoymur, elə necə var elədi. Şahid9: İn yox, sən ad qoymaq deyəndə sən, buna deyibsən ki, mən buları eliyirəm mənə 4.000 dollar pul verin, Təqsirləndirilən şəxs1: Yox eliyiblər uje, danışsaydılar bəlkə aşağı olardı. İndi 10.000 qabağa düşübsə 4.000 də bizi görməlidi. Şahid9: Sən deyirsən ki, mənə 4.000 dollar pul ver, mən malı gətirim verim Təqsirləndirilən şəxs1: Hə. Şahid9: Axu bu qaqa, bu nə dərəcədə doğrudu. Bu bizə aidiyyəti olmuyan şeyi ərdi. Təqsirləndirilən şəxs1: Gəlsinlər onda, hüquq mühafizə orqanları var, gəlsinlər gömrüyə, Şahid9: Hə Təqsirləndirilən şəxs1: Rusiyadan da sorğu versinlər ki, qardaş bu mal 50.000-nən gedib, 10.000-lik invoysu itəliyiblər, əgər bu normal bir işdirsə mənim boynum qıldan incədi. Desələr ağdı mən də çıxarıb camahatın malın verəcəm. Xarab olsa da malın pulunu verəcəm. Əgər bu düz işdisə, siz buna normal baxırsınızsa.. Şahid9: Mən bir sürücü kimi sənə zəng eləmişəm ki, dostumdu o, özü də Abdulla sənə deyib ki, gör nə deyəirəm. Təqsirləndirilən şəxs1: De Şahid9: Mənim əmimin dostlarının malıdı bu. Bunlar sonradan, mən özüm də Rusiyadayam. Bular mənə çıxıblar ki, belə bir söhbət. Dedim ola bilməz axı, şofer kimdi ki, buna gedə deyə ki, mən invoys dəyişibsən, bizə aidiyyatı olmuyan şeylərdi. Təqsirləndirilən şəxs1: Deyirsən 15 ildi işliyirəm, ama sən boşuna işləmisən o 15 ili. Acığıva gəlməsin. Bunu gəl abada səvyyəsində danışaq, görək mən düz deyirəm, yoxsa sən düz deyirsən. Qardaş invoys dəyişmək qeyri leqal bir işdi, Şahid9: İnvoys harda dəyişilib? Təqsirləndirilən şəxs1: İnvoys dəyişilib İran xarabadan çıxanda Astaraya girəndə. İranın 50.000 İranın ixrac bəyannaməsi var, əgər ölkədən Azərbaycana pomidor çıxır, ölkədə onu bəyan eliyirlər ki, ay qardaş bu mal 20.000-di, ölkədən çıxır. Bu onun ixrac bəyannaməsində qeyd olunur. Həmin ixrac bəyannaməsində yazılan rəqəm, sənin invoysunda əks olunmalıdı. 11.000 kimi burdan çıxardırlarsa sən rusa 11.000 kimi girmək məcburiyyətindəsən. Başa düşürsən bunu? Yəni 10.000 disə bunu 5.000 kimi eliyirlərsə deməli burda invoys dəyişib, 5.000-i 11.000 edib bunlar. Şahid9: Sən neçə ildi işləyirsən? Sənin aton bilirəm ki, mənim yaşım qədər onun stajı var. 2004-dən o kişini tanıyıram. Sən ineçə ildi işləyirsən bu işdə? Bu savad sahibsən. Təqsirləndirilən şəxs1: İşləməyimi sən buraxe, mən gözüm minus ikidi, oxumaqdan gözüm kor olub, yəni mən bildiyimi sən bilə bilməzsən. Şahid9: Ola bilər. Təqsirləndirilən şəxs1: Sən mənim kimi beş il bir, ola bilər beş il hüququ oxuyasan, gözün minus iki ola, üzr istiyirəm kor olasan ki, mən uzağı görmürəm. Şahid9: Bu işlərdə Rəmiş mənə qulaq as, sən balacasan biraz qalaq as. Abdalla sənə nə dedi? Məsələn bizim iki-üç maşınımız varsa Abdullanın 50 maşını var. Təqsirləndirilən şəxs1: Üzr istiyirəm, kimə məcbur deyiləm ki, mən Abdulla onu öz işinə qiymət verir-vermir özü bilər. Abdallaynan münasibət var, yaxşıdı. Allah canını sağ eləsin. Şahid9: Qaqa deyirsən ki, belə mən hüquq bilirəm, belə başım çıxır filan, bular dövləti hükümətİ aldadıb, sən bəs bunun adını nə qoyursan? Deyirsən mənə 4.000 dollar pul ver, mən malı gətirim verim sənə Təqsirləndirilən şəxs1: Mən də adını qoyuram ki, mənim maşınımda risk eliyib pul tutublar, mən də indi pul tuturam. Şahid9: Sənin maşının hansı gömrükdə dayandırılıb, ona bir problem yaradılıb ki, sən bu günləri.. Təqsirləndirilən şəxs1: Gərək dayandırılaydı? İndi mənim Gürcüstanda iki dənə maşınım tutulub, kliyenti hardan tapım mən? Şahid9: O nəynən tutulub? O nə məsələdi? Təqsirləndirilən şəxs1: İnvoys dəyişib də, həmin poxdu da, bə başıva gəlib sənin belə bir iş? Sən yaşa baxma ki, əmələ bax. Mənə day, siqaretdən belə üzümüz üzlər görüb.... Gərək başıva gələ ki, başmaqçı olasan. O boyda Dünyamalı, 20 dənə maşının yiyəsi Avropadan gələndə şokaladın invoysu dəyişmədi, Estoniyadan rusa çıxanda. O məndən az bilir ya çox bilir? 2.000 dollar pul verdilər dəyişmədi. Dedi, özü də özü gətirir maşını. Dedi mənim burda sroka getməyə halım yoxdur. Pox yeyib axı o məndən icazəsiz invoy dəyişib. Kimsə də dəyişirsə mən onun işinə qorışa bilmərəm. Şahid9: O, gör sənə nə deyirəm, o birincisi sürücünün otvestvennostidi, ona sən heç... Təqsirləndirilən şəxs1: Ay sağol, bəli. Şahid9: Sürücü bu işləri görə bilər, sən.. Təqsirləndirilən şəxs1: Sürücü necə görə bilər, dədəsinin mahdı sürücünün? Mənim maşınımda sürücü narkotik keçirə bilər? Şahid9: O ona otvestvennidə, əlbəttə ki, özü istəsə, sən ona otvestvenni deyilsən ki, sabah sənin sürücün nə isə bir hərəkət eliyirsə ona otvestvennisən? Sən cavabdehsən ona? Təqsirləndirilən şəxs1: Bəs mənim maşınım? Şahid9: Sənin maşının hər halda bizim uşaqların siqareti tutuldu maşında eşidirsən, qulaq as, gör nə deyirəm, maşın bir ay dayandırılandan sonra, adamları tutdular sudit elədilər, neynədilər, maşın yiyəsinin də maşınını verdilər. Yəni maşın orda otvestinnist daşımır. Təqsirləndirilən şəxs1: Bəli, maşını verdilər, neçə aydan sonra verdilər? Şahid9: Bir ay çəkdi, maşını verdilər. Maşın yiyəsi də maşının kirayələrini vermədi. Təqsirləndirilən şəxs1: Dünyamalının maşını 6 kabinkada dərman keçirmişdi, bir əlivin içi boyda. 100.000 bahalı psixotrop dərmanlar idi şoferə pul vermişdilər ki, bunu kabinkada gizlin keçir, orda alarığ. Qırmızı körpüdə tutlar. Bir üç ilin söhbətidi. Karoçe sözümün canı, şoferi ilişdirdilər, maşında ilişdi 6 ay qaldı orda. İndi həmin kliyent o oğul istiyirəm, var o 6 ay pustoyu Dünyamalıya ödüyə ya yox. Maşın çıxır, maşın sroka getmir. Şahid9: Gör nə deyirəm, sənin işin düz işdə deyil, çünki ay mənə pul verin.. Təqsirləndirilən şəxs1: Mən ona qiymət verə bilməzsən.. Şahid9: Niyə verə bilmirəm mən? Təqsirləndirilən şəxs1: Ona tə stajun, nə təhsülün yol verir. Sənin ona qiymət verməyivə çox var. Şahid9: Sənə bəs indi 4.000 dollar versəydilər, bui ş düzələcəydi? Təqsirləndirilən şəxs1: Əlbəttə düzələcəydi. Şahid9: Bəs sən buna nə ad qoyacaqdın? Deyəcəkdin ki, mən. Təqsirləndirilən şəxs1: Necə yanı? Pul qazananda deyirdilər orda 10.000 qabaq düşürük. Gələ bu 2.000 sənin, 5.000 də biz düşürük qabağa. Bui ş belə görülür. Yoxsa sən mənim maşınımda... Şahid9: Sən bunu harda opredelit eliyibsən ki, bu invoys dəyişilib? İnvoys İrada verilib adama.. Təqsirləndirilən şəxs1: Sən ona atveçat dura bilirsən dəyişmiyib? Sənə sübut eliyirm dəyişilib. Gəl bir dənə maşının açarından oynuyaq. MSən açarı qoyarab, uduzsam verməsəm itin balasıyam. Uduzan da verməsə elə həminki qaydada. Razısan ona gəl gedək. Şahid9: Yoxe mənim o qədər savadım yoxu sənə deyəm Təqsirləndirilən şəxs1: Bax görürsən Şahid9: Mən sənə bir sürücü kimi, bir yerli kimi. Dala atmadıme qaqa, sənə deyirəm ki, Təqsirləndirilən şəxs1: Allah canıvı sağ eləmisən, zəng eləmisən yerli kimi. Mən qulluğumuzda 24 saat hazır. Bax gömrüyün məsələsində də, o birisində də canımnan, nə bilim pul tərəfdən, başımnan, hüquqi tərəfdən nə lazım oldu bu döyüşlərdə... Şahid9: Rəmiş gör sənə nə deyirəm. Gör sənə nə deyirəm bir böyük kimi. Əgər burda bu söhbəti eliyib, bunu məsələn dövlətə versəydin, bu işi aydınlaşdırsaydalar bu başqa, sən burda pul tələb eliyirsən axı. Bəs bunun adı? Təqsirləndirilən şəxs1: Bəs mən nə deyirəm, bu işdə adam qabağa düşüb, düşməyib? Onu bir dənə mənə de. Şahid9: Vallah heç mənim onunçün maraqlanmamışam, mənə aidiyyatı olan o 3.000 sənin, qardaş o 500 dollar veriblər sənin maşımva? Təqsirləndirilən şəxs1: Mən sənə iki saatdı deyirəm, deyirəm ki, 50.000-di bunun qiyməti. Bu 50.000 kimi Azərbaycanı keçib, Rusiyaya 50.000 kimi girsəydi mənim qardaşım, bu 20 faiz dövlətə vergi kimi dövlətə ödəməli idi. Bu da eliyir, 10.000 dollar. Bu da eliyib onu 11.000 dollar, ödüyüb 1.800 dollar dövlətə. Burda 8.000 dollar bu yetim qabağdı. Qardaş bunun bir halalığın alarlar ki, qardaş gələ bu 2.000 dolları, gələ bu 3.000 dolları. Sən də ye, mən də yeyim. Bunu tək yemək olmaz. Şahid9: Bunu mən səndən eşidirəme qaqa. Səndən bu söhbətləri eşidirəm. Mən 15 ildi. Təqsirləndirilən şəxs1: Öyrən də gorumuza aparmuyacuyuğ. Oxumuşuğ ki, bilmiyəni bildirəy. Bildirəm. Bu invoys Şahid9: Gör qardaş sənə nə deyir. Təqsirləndirilən şəxs1: Bi dənə qoyulaq as qoy deyim. Şahid9: Hə Təqsirləndirilən şəxs1: Mən sənə qulaq asdım, sən də mənə qulaq as. Türkyənin Vaykikinin şmotka cin gedir, ən bahalı yük, Almataya. Daşıyırdıq onu 600-700 min qiymətidi, bir tirin. Onu eliyirlər 150-200 min. Niyə? 500.000-ə 20 faiz nə qədər eliyir? 10.000 dollar. Çıxardır İstambulda 2.000 sənin cibivə basır, deyir elə bunu da yolan qoy. O yoluna qoy, bu yolan qoy, o yolnan da gedir. Sən 100.000 qabaq düşəcəysən mən qumar oynamalıyam? Şahid9: Mən bax bu günləri, bu yük işləmiyən yük olsaydı sən bu söhbətləri eliyərdin yenə? Yəni bu adamın malın sən elə burda, sən elə qurd ürəyi yeyibsəne qaqa. 50.000 malın mayasıdı, sən iki gündü saxlıyıbsan, gizlədibsən maşını orda burda bilmirəm. Təqsirləndirilən şəxs1: Görürsən də necə oğullar var, qurd ürəyi yeyən yox şir ürəyi yeyən. Olar sənənddə də götü poxludu, belə də götü poxludu. Harda da nə vaxt deyillər, varam söhbətdə. Yənin bunun adı qanunsuz deyil, məni qanunsuz bui şin içinə soxublar, ya olar da yanacaq mənə yanacam. Onun başqa yolu yoxdu. Şahid9: Sən düz, nə bilim vallah, hərənin öz fikri var, Təqsirləndirilən şəxs1: Sən hə düzü qanunu bilmirsən, elə mənə demək istəyirsən ki, düz iş görmürsən. Şahid9: Qardaş fakt sənin maşının zadın, əgər sənin maşınıvı, gör sənə mən nə deyirəm, tərəziyə düşərdi, gömrüydə ilişərdi, Gör sənə nə deyirəm. Təqsirləndirilən şəxs1: Ay qardaş Şahid9: Hə Təqsirləndirilən şəxs1: Bilmirsüz, hərə bir tərəfdən qınıyır. Ama bu iranlılar it oğlu itlər mal çıxarda bir dənə nömrə nədi ,malı kim alacağ verməmişdilər, Niyə? Ona görə ki, sabah mal tulanda, mal yananda biz heç kimi tapa bilməyək. Şahid9: O söhbət olmuyub. O mal. Yoxe qulaq asda. Adam var maxaçkalada o satmalı idi. Elə bil ki, onun borcu var bu adama. Deyir mən aparıb Sokvada xadavoydu, satım. Bu söhbət olub. Ona görə sənə adres zad verilməyib. Nömrə verilməyib. Təqsirləndirilən şəxs1: qardaş indi misalçün, mal mənimdi də, misalçün, düzdü, pul verib almışam. Mən kimə satacam, hə bilmirəm. Ən azı bir də nömrə verərlər ki, bu yetim bu malın yiyəsidi, indi sabah kimə yönəldər, deyər qardaş bunu ver Həsənə, Hüseynə mən verərəm. Şahid9: İndi qaqa. Bildime day bu böş söhbətləri eləmiyəy, gör nə deyirəm sənə. İndi bu qaqaş, sən Moskvadakıyla danışıbsan? O bizim dostumuzdu. Onana sözün düz gəlmiyib. Təqsirləndirilən şəxs1: Sən kimi deyirsəne? Şahid9: Məhəmməd. Maqa adlı oğlandı. Təqsirləndirilən şəxs1: Vallah danışıbey. Yanı gördü yuxarıynan genəlir qabağıda o, dediy sən bildivi elə, mən də bildiyimi eliyim. Şahid9: Hə elə olubda söhbət? Təqsirləndirilən şəxs1: Mənim də genələn adamdan xoşum gəlmir. Şahid9: Yox, genəlir neyniyir, hərənin öz işidi. Telefonda çox adam, nəysə danışa bilər. Təqsirləndirilən şəxs1: Adam söznən yox əməlnən genələr... Şahid9: İndi sən qaqa elə 4.000 deyib durubsan. Bu adam batıb gedir, bu zərərdəydilər bura qədər. Təqsirləndirilən şəxs1: Salamat da batmasın, o elə batsın Həştərxan batan kimi batsın. Şahid9: İndi sən bu 4.000-ni nətər istiyirsən? Sən bunnan razılaşacaqsan? Təqsirləndirilən şəxs1: Alacağ, verəcək, mal elə gedəcəy. Gələrəm verərəm nisyə söhbəti yoxdu. Şahid9: İndi sənə pul çatmalıdı ki, Bakıda maşın hərəkət eləsin. Təqsirləndirilən şəxs1: Bəl, bəli. Şahid9: İndi snən şoferin xaladenikzad işlədir? Təqsirləndirilən şəxs1: Yox elə qoymuşam zibilliyin böyründə qalıb, sarımısan adamı? Xaladelİnikə qoymusansa xaladelnik işliyər də yəqin ki. Şahid9: Sənin şoferin də kəllə mayallağ adamdı. Çoxdan tanıyıram. Təqsirləndirilən şəxs1: qardaş biz şoferi biliriy niyə göndərmişik. Bir reyslik gedib, məndə işliyəsi halı yoxdu. Həmdə İrana girib çıxmaq gürcüyə görə problem idi. O məndə birinci reysdi gedir. Şahid9: Qoy indi mən danışım aşaqlarnan. Deyim adam pulunu istəyirdə. Deyir mənim 4.000-i versin. Təqsirləndirilən şəxs1: Yox a kimşi qanunnan çıxıb bunlar pul qazanacaq. Şahid9: bunun aşağı yeri var sənədə, yəxsa elə 4.000-di? Təqsirləndirilən şəxs1: Yox elə bir dollar da yoxdu. Şahid9: 4.000 dollar sənə versinlər, 3.900 dollar da sənə kirayədən qalır? Təqsirləndirilən şəxs1: 7.100 Şahid9: Oldu brat qoymən uşaqlara çıxıb görüm indi, ancaq bu işi mən sənə heç məsləhət görmürəm, bu yaxşı iş deyil. Təqsirləndirilən şəxs1: Qaqa sən özüvə nə məsləhət görürsən özüvə gör. İncimə mənim sözümdən. Şahid9: Sağol, sağol. Təqsirləndirilən şəxs1: Sağol, sağol. 1 mart 2022-ci il tarixli Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilməsi haqqında protokoldan görünür ki, tərəflər ilkin ifadələrində qeyd etdikləri xüsusatları birbirlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 6, iş vərəqi 1-5) 1 mart 2022-ci il tarixli Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs1 üzləşdirilməsi haqqında protokoldan görünür ki, tərəflər ilkin ifadələrində qeyd etdikləri xüsusatları bir birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 6, iş vərəqi 6-10) 1 mart 2022-ci il tarixli Zərərçəkmiş şəxs4 Şirəli oğlu və Təqsirləndirilən şəxs1 üzləşdirilməsi haqqında protokoldan görünür ki, tərəflər ilkin ifadələrində qeyd etdikləri xüsusatları bir birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 6, iş vərəqi 11-16) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə əməllərinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 233-cü, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməllərinə görə cinayət məsuliyyəti həmin Məcəllənin 320.1-ci maddəsində nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etmə, yəni dələduzluq əmmələrinə görə cinayət məsuliyyəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə müəyyən edilmişdir. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 233, 320.1-ci maddələri ilə ittiham elan edilməsi üçün əsas olan işin faktiki hallarını mübahisələndirərək zərərçəkmiş şəxsləri aldatmadığını, zərərçəkmiş şəxs qismində tanınmış şəxslərlə aralarında olan mübahisənin mülki xarakterli olması, tərəfindən saxta sənədin hazırlanmaması, 17 fevral 2022-ci il tarixə keçən gecə, saat 04:39 dəqiqədən başlayaraq yük avtomobillərini avtomobil yolunun X44nin ünvan 11 ünvandan keçən hissəsində nəqliyyat vasitələrinin yerləşdirilməsində məqsədlərinin süni tıxacın yaranmasına səbəb olmaqla nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətini pozmağa yönəlməməsi barədə, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 məhsulları verməməkdə məqsədlərinin ona məxsus olan əmlakın ələ keçirilməsi olmaması haqqında məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - hadisə yerinə baxış protokolu, Təqsirləndirilən şəxs1 və Şahid9 arasında olan telefon danışıqlarını əks etdirən CD disk, zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxsin üzləşdirmə protokolları, şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 münasibətdə törədilmiş dələduzluq epizodu üzrə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, avtomobilin penvamyastığının partlaması sadəcə yük avtomobilinin Belarusiyadan çıxarmaq məqsədilə uydurulmuş oyun olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 həm məhsulun, həm də daşıma haqqını əvvəlcədən ödədiyini bildirsə də, Rəmişin tələb etdiyi 10.000 ABŞ dollarını da verməyə razılaşmış, lakin sonuncu həmin məhsulu ona verməmiş, malların xarab olduğunu görərək satılması üçün əlaqələrinin çox olduğu Rostov şəhərinə aparmış, orada məshulun bir hissəsi tərəfindən satılmış 12000-13000 dollar gəlir əldə edilmiş və həmin pullar Rəmişə verilmişdir. Qalan məhsulun xarab olduğunu və zibillikdə məhv edildiyini bildirsə də Vüsal İmaverdiyev həmin məhv edilməyə dair hər hansı zibil sənədinin əldə etməməsini göstərmişdir. (Cİld 6, səh 31) Zərərçəkmiş şəxs5 münasibətdə törədilmiş dələduzluq epizodu üzrə Təqsirləndirilən şəxs1 İrandan göndərilən malları -təyinat məntəqəsinə, yəni sahibi olan Respekt firmasına çatdırılması, əslində həmin məshula görə onu narahat edən şəxslərin çox olması, Zərərçəkmiş şəxs5 malin sahibi kimi qəbul etmədiyindən qaimə sənədlərində malın qiymətinin az göstərilməsi səbəbindən pul istəməsinin bəhanə olması barədə ifadələri də Şahid10 həmin məhsula görə ödənişi birbaşa Zərərçəkmiş şəxs5 alması və məhsul göndərən Əhməd adlı şəxsin dediyi ünvana çatdırması barədə ifadələri ilə təkzib edilir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş CD diskdən görünür ki, təqsirləndirilən şəxslə Şahid9 aralarında olan söhbətdə də, malların sahibinin başqa şəxs olması bildirilməmiş, “Respekt ” firmasının adı çəkilməmişdir. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 münasibətdə yol verilmiş dələduzluq epizodu ilə bağlı məhkəmə qeyd edir ki, həm zərərçəkmiş şəxs, həm də təqsirləndirilən şəxslər həmin dövrdə Rusiyaya birbaşa Türkiyədən mal aparılmasının mümkün olmamasını, məhz bu səbəbdən mallar gizli yolla Belarusiya sərhəddindən keçməklə Rusiya ərazisinə göndərildiyini bildirmişdir. Təqsirləndirilən şəxsə məxsus pomidor məhsulunun yükləndiyi yük avtomobilinin zərərçəkmiş şəxslərə məxsus pomidor məhsulunun yükləndiyi abtomobildən gec yola düşməsinə baxmayaraq digər avtomobillərdən tez təyinat məntəqəsinə çatması, pomidor məhsullarının hər üç avtomobilə eyni anbardan yüklənməsinə baxmayaraq yalnız zərərçəkmiş şəxslərə məxsus pomidor məhsulunda xəstəliyin aşkar edilməsi, habelə o vaxtlar malın sərhəddən idxal edilməməsi üçün belə hadisələrin olması barədə halların (məhsullarda suni şəkildə xəstəliyin aşkar edilməsi) təqsirləndirilən şəxsə məum olmasına baxmayaraq hadisələrin qarşısını almaması, pomidor məshullarının, həmin məhsullarda xəstəliyin Belarusiya sərhəddində aşkar edilməsinə baxmayaraq orada məhv edilməməsi, məhv edilmək üçün Türkiyəyə qaytarılması və məhv edilməsinə dair həmin tarixlərə təsadüf edilən hər hansı sənədin təqdim edilməməsi, habelə zərərçəkmiş şəxslərin çoxsaylı şikayətlərindən sonra vurulmuş ziyandan 7000 ABŞ dollarının zərərçəkmiş şəxslərə qaytarılması təqsirləndirilən şəxsin niyyətinin əvvəlcədən zərərçəkmiş şəxslərə məxsus əmlakın ələ keçirilməsinə yönəlmiş olmasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 233, 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama daxil olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama daxil olan həmin Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət isə böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Təqsirləndirilən şəxslər qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 233-cü maddələri, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 178.3.2ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 233-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddələrinin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək iki il keçdikdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə şəxs barəsində cinayət işi başlanılmır və ya başlanılmış cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdirsə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən 04 iyul 2018-ci il tarixli, 52114-09025 nömrəli səfər sığortası şəhadətnaməsinin saxtalaşdırılıb hazırlanması ilə bağlı Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulan əməl 2018-ci ilin iyul ayında törədilmişdir. Məhkəmə qeyd edilən səbəblərdən hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 28 iyul 2018-ci il təvəllüdlü və 15 noyabr 2020-ci il təvəllüdlü iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs2 65 yaşa çatmasını, himayəsində sol tərəfli L4-L5 fəqərəarası disk yırtığı xəstəliyindən əziyyət çəkən 61 yaşlı arvadının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını, barəsində cəzasını ağırlaşdıran halların olmamasını tərəfindən vurulmuş ziyanın bir qismini qaytarmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 233-cü maddələrinin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə qanunun qeyd edilən tələbini, habelə Təqsirləndirilən şəxs1 tərəfindən yükdaşıma fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar dələduzluq cinayətinin törədilməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edərkən həmin Məcəllənin 46.2-cı maddəsinə əsasən həmçinin əlavə cəza qismində yükdaşıma fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsi qanuni və əsaslıdır. Bundan başqa Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2 və 233-cü maddələri ilə təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən qismən toplanmalıdır. Təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 65 yaşına çatmış şəxsdir. Himayəsində 63 yaşlı həyat yoldaşı vardır. X62 tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli epikriz sənədlərindən görünür ki, arvadı Şahid16 sol tərəfli L4-L5 fəqərəarası disk yırtığı xəstəliyindən əziyyət çəkir, xəstəyə minimal hərəkət tövsiyyə edilir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 törədilməsində təqsirli bilindiyi əməllərdən biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmaqla həmin Məcəllənin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 17 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 38-39), Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 87-92). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə maddə 346.1.17 və 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 73 ( yetmiş üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 271). İş materiallarından görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 Şiralı oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən mülki iddia ərizələri təqdim edilmişdir. Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş iddia ərizəsində Təqsirləndirilən şəxs1 cinayət nəticəsində ona vurulmuş ziyana görə cavabdeh tərəfindən ödəniləcək günədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına nisbətə olan məzənnə ilə 52000 (əlli iki min) ABŞ dollları məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş iddia ərizəsində Təqsirləndirilən şəxs1 cinayət nəticəsində onlara vurulmuş ziyana görə cavabdeh tərəfindən ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına nisbətə olan məzənnə ilə Zərərçəkmiş şəxs2 13000 (on üç min) ABŞ dollları, Zərərçəkmiş şəxs4 12000 ( on iki min) ABŞ dolları, Zərərçəkmiş şəxs3 12000 (on iki min) ABŞ dolları, ümumilikdə 37000 (otuz yeddi min) ABŞ dolları məbləğində pulun tutularaq onlara ödənilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs1 nümayəndəsi Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili X9 tərəfindən verilən , digər nümayəndəsi Nümayəndə tərəfindən müdafiə edilən iddia ərizəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş ziyana görə 66.988.68 ( altmış altı min doqquz yüz səksən səkkiz manat 68 qəpik) pulun tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki-Prosessual Məcəllənin 106-cı maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktı sübut etmə vəzifəsindən azad edir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 məhkəmədə ifadə verərkən onlara 37000 ABŞ dolları ziyan dəydiyini bildirsələr də məhkəmə iclasında həmin məbləğdən 7000 ABŞ dollarının ödənilməsini, ödənilməmiş məbləğin 30000 ABŞ dolları təşkil etməsi faktını təsdiq etmişlər. Lakin ödənilməmiş 30000 ABŞ dollarıının hansı paylarla onlara çatmalı olması barədə tərəflərindən məhkəməyə hər hansı dəlil təqdim edilməmişdir. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 isə cinayıt nəticəsində vuurlmuş ziyandan hər hansı məbləğ ödənilməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 Şiralı oğlu, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia ərizəsi qismən, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili X9 tərəfindən verilmiş iddia ərizəsi tam təmin edilməli, Təqsirləndirilən şəxs1 tərəfindən ümumilikdə 30000 ( otuz min ) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü məzənnəsi ilə bərabər paylarla Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 Şiralı oğlu, Zərərçəkmiş şəxs3, 52000 (əlli iki min) ABŞ dolları məbləğində pul vəsaiti isə ödəniş günü məzənnəsi ilə Zərərçəkmiş şəxs5 ödənilməlidir. Cinayət nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş ümumilkdə 66.988.68 ( altmış altı min doqquz yüz səksən səkkiz manat 68 qəpik) manat təşkil edən pul vəsaiti isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrıayrılıqda 33.494, 34(otuz üç min dörd yüz doxsan dörd manat otuz qəpik) manat olmaqla tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 233, 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 –ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə yükdaşıma fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 5(beş) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 233-cü maddələri ilə təyin olunmuş cəzalar həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaqla ona qəti olaraq 02 (iki) il müddətinə yükdaşıma fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 73 (yetmiş üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş ziyana görə Zərərçəkmiş şəxs2 13.000 (on üç min) ABŞ dollları, Zərərçəkmiş şəxs4 12.000 ( on iki min) ABŞ dolları, Zərərçəkmiş şəxs3 12.000 (on iki min) ABŞ dolları, ümumilikdə 37.000 (otuz yeddi min) ABŞ dolları məbləğində pulun tutularaq onlara ödənilməsi barədə iddia ərizəsi qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 ödəniş günü məzənnəsi ilə ümumilikdə 30.000 (otuz min) ABŞ dolları tutularaq bərabər paylarla hər biri 10.000 (on min ) ABŞ dolları olmaqla Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs1 ödəniş günü məzənnəsi ilə 52000 (əlli iki min) ABŞ dolları tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. Cinayət nəticəsində vurulmuş ümumilkdə 66.988.68 ( altmış altı min doqquz yüz səksən səkkiz manat altmış səkkiz qəpik) manat təşkil edən pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 33.494, 34 (otuz üç min dörd yüz doxsan dörd manat otuz dörd qəpik) manat olmaqla tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar