Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-79/2025 17.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Nümayəndə1, Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Nümayəndə3, müdafiəçi- Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Zərərçəkmiş şəxs MMC-də baş mühasib vəzifəsində işləmiş, məhkum olunmamış, Qax rayonu, Qax şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 7-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 42, mənzil 65-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Bakı şəhəri Səbail rayonu Hacıbabayev qardaşları 4C ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-də baş mühasib vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə, həmin cəmiyyətlə bağlanmış xx.xx.2019-cu il tarixli maddi məsuliyyət cavabdehliyinə dair razılaşmaya əsasən ona etibar edilmiş bütün maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbələrini aydınlaşdırmaq, “işəgötürən”in iş yerində olan, “işçi”nin istifadə etməsinə icazə verilən və verilməyən istənilən əmlakla, avadanlıq, cihaz, ləvazimat, sənədlə ehtiyatlı, səliqəli davranmaq, onların istifadə qaydalarına riayət etmək, zədələnməsinə, məhv olmasına şərait yaradan şəkildə istifadəyə özü tərəfindən və ya üçüncü şəxsə təqdim edildiyi təqdirdə həmin üçüncü şəxs tərəfindən yol verilməməsini təmin etmək, ona etibar edilmiş inventarın, görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada sənədləşməsini tərtib edib tələb olunan yerlərə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etmək və digər səlahiyyətlərə məsul şəxs olmaqla qeyd olunan MMC-nin nəzdində fəaliyyət göstərən “Hotellər”üzrə toplanaraq ona təhvil verilmiş pul vəsaitlərini özü istədiyi təyinatlara, yəni bəzi hallarda bazarlıq etmək, bəzi hallarda kondisioner təmir etdirmək adı ilə və digər yollarla xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 3350 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 6000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 1700 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1568 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 2800 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 4595 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 6240 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2096 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 5720 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 3432 manat, xx.xx.2022-ci il tarixdə 1798 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 8266 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 3500 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 1600 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2681,40 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1807 manat olmaqla ümumilikdə maddi məsuliyyətində olan 148.153,40 manat dəyərində pul vəsaitini kassa məxaric orderləri, qəbzlər və silgi aktları tərtib etmədən kassadan məxaric edərək özünün şəxsi ehtiyaclarına sərf etməklə ona etibar olunmuş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ilin mart ayından Zərərçəkmiş şəxs MMC-də mühasib, 2020-ci ilin avqust ayından həmin MMC-də baş mühasib vəzifəsində işləmişdir. 19 sentyabr 2022-ci il tarixdə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. Oksana Əfəndiyeva onun işlədiyi Zərərçəkmiş şəxs MMC-də onun rəhbəri olmuş, Oksananın tapşırıqları əsasında işləmiş, bütün maliyyə-mühasibat əməliyyatlarının hesabatlarını, ödənişləri, mədaxil və məxaric qəbzlərini, xidməti fəaliyyəti ilə bağlı müvafiq göstərişləri şirkətin maliyyə direktoru Oksana Əfəndiyeva vermişdir. O, Oksana Əfəndiyevaya tabe olmuş, görülən işlərlə sonuncuya mütəmmadi olaraq hesabatlar hazırlayıb təqdim etmişdir. İlk növbədə bildirmək istəyir ki, işlədiyi yerdə hesabat forması olmuş və o hər ayın sonunda müvafiq hesabatları hazırlayıb otel direktorlarına göndərmiş, onlar da həmin hesabatları imzalı şəkildə təsdiq edəndən sonra həmin yekun hesabat Oksana Əfəndiyevaya verilmiş, Oksana da həmin otellərin bütün xərc və gəlirlərinə baxmış, imzalanmış sənədlər təsisçilər Azər Əsgərov və Rəşad Məmmədova təqdim olunmuşdur. Hər ay hesablaşmaları bu formada aparmış, kassa hesabatı kassir Şahid1lə onun arasında bir həftədən-bir şifahi razılaşdırılmışdır. Hər ayın sonu yekun olaraq kassa sənədinin üzləşməsi aparılaraq kassaya nə qədər vəsaitin daxil və xaric olunduğu qeyd olunmuş, Elçin, Oksana və bu əməliyyatlar onların arasında razılaşdırılmışdır. Ona qarşı, bəzi vəsaitləri kondisioner təmiri, bazarlıq adı altında silgi aktları olmadan xərcləməsinə dair ittiham irəli sürülmüşdür. Bununla bağlı məhkəmənin diqqətinə çatdırır ki, o, iş materiallarında olan sənədləri bir-bir tədqiq etdiyi zaman, həmin sənədlərin bir çoxunun silgi aktlarını tapmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə 2000, xx.xx.2022-ci il tarixdə 2000, xx.xx.2022-ci il tarixdə 2000, xx.xx.2022-ci il tarixdə 3000, xx.xx.2022-ci il tarixdə 2800, ümumilikdə 11800 manat vəsait Azər Əlizadə və Ceyhun adlı şəxslərin adına ödənilsə də, həmin ödənişlərin hamısı onun adına mənimsəmə adı ilə qeyd olunmuş, iş belə sənədləşdirilmişdir ki, guya o həmin ödənişlər üçün akt tərtib etməmişdır. Vurğulayır ki, həmin ödənişlərin göstərişini ona Oksana Əfəndiyeva vermişdir. Bununla bağlı Oksananın ona göndərdiyi səsyazısını təqdim edir və xahiş edir ki, qeyd olunan məbləğ ittihamdan çıxarılsın. Bundan başqa bildirir ki, şirkətin Renat Səfərov adlı əməkdaşı bazarlıq adı ilə bir çox tarixlərdə onun adına xərclər yazmışdır. Belə ki, sözügedən xərc adı ilə 9,14,16 mart 2022-ci il tarixlərində 1500,2000,3000,2000,1000,1000 manat kimi xərclərdə onun adına mənimsəmə kimi qeyd olunmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, irəli sürülən ittihamda həmin vəsaitləri Renat Səfərovun əvəzinə onun imza çəkib xərclədiyi qeyd olunmuşdur. Lakin imza nümunələri və aktların nömrələri ekspertizaya göndərilmiş və ekspertizadan gələn cavabda imzaların Renat Səfərova məxsus olduğu qeyd olunmuşdur. Həmin imzaların Renata məxsus olmasına dair Renatın ona yazdığı mesajlar da mövcuddur. Renatla onun arasında hər ay, hər həftə, hər gün pul verdiyi vaxtlarda üzləşmə aparılmış, Renat bazarlıq edib gəldikdə bazarlıq sənədlərini gətirmiş, həmin aktlar əsasında da onun tərəfindən ödənişlər olunmuşdur. Yəni Renatla onun arasında hər hansı bir məbləğin artıq ya da əskik olması kimi bir hal baş verə bilməzdi, çünki həmin hesabatlar hər ayın sonunda otel rəhbərlərinə göndərilmiş, rəhbər şəxslərə aylıq xərclər barədə məlumat verilmiş, otelin hesabatı hər ay onların özünə təqdim olunmuşdur. Ekspertizadan gələn rəydə qeyd olunmuşdur ki, imzalar Renat Səfərova aiddir, lakin ittiham aktında həmin məbləğlər onun adından azaldılmamışdır. Həmin məbləğlərin də adından çıxarılmasını xahiş edir. Bundan başqa qəlyan ödənişləri ilə bağlı 12 may 2022-ci ildə 2000, 14 iyul 2022-ci ildə 1600 manat olmaqla, ümumilikdə 3600 manat məbləğ onun üzərinə yazılsa da, burada da rəhbərliyin təsdiq etmədiyi sənədlər əsasında xərclər olmuşdur. Qəlyan sənədinin ödənişinə dair onda müvafiq akt və Oksana Əfəndiyevanın səs yazısı vardır. Həmin 2000 manat ödənişə dair akt sənədində Oksananın imzası olmuşdur. Bundan başqa SaiPiEm adlı şirkətə geri qaytarma (otkat) adı ilə 8 aprel 2022-ci ildə 6240 manat, 14 aprel 2022-ci ildə 5720 manat, 7 may 2022-ci ildə 8266 manat, ümumilikdə 20266 manat məbləğin geriqaytarılması (otkat) olmuş, buna baxmayaraq bu məbləğin də guya onun tərəfindən mənimsənildiyinə dair ittiham irəli sürülmüşdür. Lakin onlar Saipiem Şirkəti ilə korporativ işləmiş və hər satdıqları otağa görə 10 faiz məbləğ onlara geriqaytarma “otkat” kimi verilmişdir. Həmin göstərişi Elçin Zeynalabdin, hər hesaba daxil olan məbləğ zamanı ona e-mail şəklində yazmışdır ki, daxil olan vəsaitin 10 faizi Saipiem şirkətinə geri qaytarılsın. Odur ki ona qarşı irəli sürülmüş ittihamdan həmin il ərzində Saipiemdən daxil olan bütün vəsaitlərin bank hesabından çıxarılmasını xahiş edir. Onun 10 faizinin nə qədər olduğu hesablansın və bu zaman bilinəcək ki, ittiham əsaslıdır yoxsa əsassızdır. Elçin Zeynalabdin ona elektron poçtda yazaraq 1832, 2845 manat məbləğin Saipiem şirkətinə geri qaytarılmalı olduğunu bildirmiş, o da verilən göstərişi icra etmişdir. Eyni zamanda qeyd edir ki, ona sonradan məlum olmuşdur ki, sözügedən geriqaytarmalar yəni “otkat”lar Saipiem şirkətinə çatmamışdır. Bildirir ki, o pulu imzalı akt əsasında ödənişi icra edib Elçin Zeynalabdinə vermiş, lakin onun tərəfindən verilən həmin pulların nəyə sərf edildiyi barədə onda məlumat yoxdur. Ona qarşı irəli sürülmüş ittihamda 13 iyun 2022-ci ildə 3500, 3000 manat məbləğ vəsaitləri kondisioner təmiri adı altında aktlaşdırma olmadan xərclədiyi qeyd sa da bu doğru deyil. Hər iki məbləğin üzləşmə aktları onda var. Həmin aktda Renatın, Oksananın, Anar, Etibar və Bəşir adlı əməkdaşların imzası olmasına baxmayaraq, bütün bu məbləğlər ona elan edilmiş ittihamda onun adına yeyinti kimi yazılmışdır. 14 mart 2022-ci il tarixdə 4595 manat məbləğ “Service Charge” adı altında silinib mənimsənilmə kimi onun adına yazılıb. Bununla bağlı qeyd edir ki, oteldə olan alverin 10 faizi işçilərə ödənilmişdır. Menecer pulu ofisiantlar arasında bölüşdürmüş və Oksana həmin ödənişlərin cədvəlini təsdiq etdikdən sonra o da ödənişi təsdiq etmişdir. X6 20 nəfər arasında bölüşdürülmüşdür. Giyotin pəncərə sisteminin ödənişi ilə bağlı Ceyhun Əlizadənin onda səs yazıları var ki, Ceyhun həmin səs yazısında ödənişlə bağlı ofisə gəldiyini və ona ödəniş olunmasını xahiş etdiyini bildirir, lakin həmin ödənişlər də ittihamda onun adına yazılmışdır. Eyni zamanda silinən pulların təyinatında ceyran otu kimi xərclər də var ki, hansı ki bu da təxminən 1700 manatlıq xərcdir. Məhkəmənin diqqətinə çatdırır ki, bu xərclə də onun hər hansı əlaqəsi olmamışdır. Bundan başqa Oteldə kamera çəkilişi adlı xərc mövcuddur ki, guya bu iş üçün ödənilməli olan pul da onun tərəfindən mənimsənilmişdir. Bildirir ki, bu iş üçün ödəniş olunmasına dair ona göstəriş verilmiş, o da buna uyğun məxaric tərtib etmişdir. İşlədiyi “Saphir” qrupa aid olan “Sosyete” restoranında müğənni üçün ödəniş adı altında onun tərəfindən pulun silinib mənimsənilməsi ilə bağlı ona ittiham irəli sürülsə də, o bu məbləği mənimsəmişdir. Şirkətin əməkdaşı Renatın səsyazısı da var ki, Renat etdiyi bazarlıq xərclərinə dair məxaric qəbzlərinə özü imza etdiyini danışıq zamanı qəbul etmişdir. Həmin bazarlığın bütün pulları Renata ödənilmiş, onun Renatın əvəzinə imza çəkməsi halı da mövcud olmamışdır. Məhkəmənin diqqətinə çatdırı ki, problemli məbləğlər o işdə olmadığı müddət ərzində xərclənmiş və onun adına yazılmışdır. İttihamda qeyd olunan məbləğlərin yarısı Renatdan alınmış, bəzi vəzifəli şəxslər Renata həmin məbləğləri mənimsədiyini bildirmiş, lakin buna baxmayaraq Renat cinayət məsuliyyətinə cəlb olunmamış, ona qarşı ittiham irəli sürülməmişdir. “Sosyete” restoranına çəkilən xərclərin bir çoxu onun adıma yazılmış, ordan kassa mədaxil və məxaricləri e-mail vasitəsi ilə hər günün sonunda onun, Oksananın, Elçinin e-mailinə getmiş, eyni zamanda excel faylda gündəlik hesabatlara əlavə edilmişdir. Müğənni, qəlyan, Giyotin pəncərə sisyteminə ödəniş və digər təyinat ödənişlərinin hamısı hamısı həmin hesabatlarda əks olunmuşdur. Onun özünə məxsus korporativ e-poçtu olmuş, onda outlook hesabı olmamışdır. Kassa fayllarının birində otelin gəliri, xərci, rəhbərliyin təsdiq etdiyi və etmədiyi ödənişlər qeyd olunmuşdur. Sonradan onu ittiham edən şəxslər özləri istədikləri foramada cədvəl tərtib edərək məbləğləri təhrif etmiş və məmimsəmədiyi vəsaitləri onun adına yazaraq, hazırda qanunsuz və əsassız yerə ittiham olunmağına səbəb olmuşlar. Elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Bu işdən başqa öz şəxsi işləri də olmuş, sahibkarlara aylıq mühasibatlıq xidməti göstərmiş, həmin ərəfələrdə aylıq gəliri 2500 manat olmuşdur. Kassada məxaric orderini tərtib etmək və kassadan pulun təyinatı üzrə başqa hesablara köçürmək onun vəzifəsi olmuş, bu əməliyyatları "xxxx" mühasibatlıq sistemi vasitəsi ilə işləmiş, şirkətin bütün daxili hesabatları Excell formatında aparılmışdır. Bir çox ifadələrdə 1C proqramından istifadə ediliyi bildirilsədə, lakin şirkətdə Excel proqramından istifadə olunmuşdur. Sadəcə 1C proqramının köhnə bir bazası “backup” olaraq şirkətdə mövcud olmuşdur. Lakin həmin proqramdan istifadə olunmamış, 1C proqramından yalnız lazım olduqda məxaric sənədlərini əllə yazmamaq üçün blank çap edilməsində istifadə etmişlər. Bütün ödənişlərin sifarişləri ilk növbədə ona gəlmiş, sonra akt yazılmış, daha sonra isə o bu barədə məxaric sənədi yazmışdır. O, bu sənədi imzaladıqdan sonra sənəddə adı qeyd olunan şəxs gedib kassadan pulunu götürmüşdür. Sənədi pulu alan şəxs imzalamış, altında da Oksananın ya e-poçt yazışması, ya aktı ya da başqa bir sənəd olmuşdur. Oksana Əfəndiyeva maliyyə direktoru olmuş, şirkətin ümumi maliyyə direktoru onun işlədiyi dövrdə ilk növbədə Rauf Qasımov, daha sonra Elçin Zeynalabdin, bundan sonra Anar Hüseynov olmuşdur. Vurğulayır ki, ittihamın 120000 manatdan çox hissəsi 2022-ci ilə aid olduğu üçün, onda olan sənədlərin əksər hissəsi 2022-ci ilə aiddir. 4 mart 2021-ci il tarixdə 2000 manat kassa məxaric orderinin təyinatını xatırlamır, o bu məbləğləri mənimsəməmiş, həmin məbləğlərin hamısının alt sənədi omuşdur. Ümumi məbləğin demək olar ki, ekspertizaya verilən sənədlərin hamısı yenidən ittihamda onun adına yazılmışdır. İttihamdakı məbləğlərin bir hissəsi Renata məxsus olmuş, bunu Renat da etiraf etmiş, ekspertiza da təsdiq etmişdir ki, imza ona məxsus deyil, yəni ittihamda qeyd olunan 52000 manat əsassızdır. 96000 manatla bağlı hissədə isə onu deyə bilər ki, Giyotin pəncərə sisteminin ödənişi ilə bağlı aktlar mövcud olmuş, və həmin aktlar hazırda ondadır. 15000 manat kondisioner təmiri ilə bağlı aktlar da mövcud olmuş, lakin məxaric orderləri onda deyil. 96.000 manat ziyanla bağlı həmçinin vur]ulay;r ki? Elçin Zeynalabdin maliyyə direktoru olmuş və Saipiem şirkətinə ödəməli olduğu 10% geriqaytarmanı (otkatı) ödəməmiş, həmin pula özünə məxsus bağda səfirlik əməkdaşlarına qonaqlıq vermişdir. O, Elçinin göstərişi ilə məxaric qəbzi tərtib edib həmin ödənişi vermişdir. Həmin kassa-məxaric orderlərinin təyinatı Saipiem şirkətinə geri qaytarma olmuşdur. Pulu kassadan Elçin özü götürmüş, sonradan həmin pulu kimə verdiyini və nəyə xərclədiyini o bilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, həmin vəsaitdən ona heç bir halda pul verilməmişdir. Bu məbəğlərin başqa şirkətə geriqaytarma (otkat) kimi ödənildiyini Oksana Əfəndiyeva da bilmiş, göstərişi də özü vermişdir. İttihamda qeyd olunub ki, guya o Saipiem şirkətinə köçürülməli olan pul vəsaitlərinin 20300 manatını xərcləmişdir. Lakin bəzi ödənişlər var ki, Saipiem şirkətinə ödənilmiş və təyinatında da Saipiem geri qaytarma qeyd olunmuşdur. Qalan təxminən 76000 manat məbləğin 15000 manatın “kondisioner xərci” adı altında onun tərəfindən mənimsənildiyi qeyd olunsa da, həmin məbləğlərin də aktları olmuşdur. X4 səsyazılarında da mövcuddur. Sənədləri Oksana özü təsdiq etmiş, o da, öz növbəsində sənəd ona gəldikdə kassadan ödənişi ayırmışdır. Həmin akta otelin texniki rəhbəri Etibar Hüseynov, təchizatçı Renat Səfərov, texniki servis dəstəyini verən vəzifəli şəxs Bəşir Şahvəliyev və Oksana Əfəndiyeva imza etmiş, bir aktda 5 nəfərin imzası olmuşdur. İşlədiyi şirkətdə əmrləşmə, göstəriş mövcud olmuş və maliyyə direktorunun-yəni Oksana Əfəndiyevanın imzası olmadan onun kassadan pul ayırması mümkünsüz olmuşdur. 76000 manat məbləğin 15000 manatı kondisioner təmirinə təyinat üzrə xərclənmişdır. Ona qarşı qurulan bu saxta, uydurma ittihamı bununla əlaqələndirir ki, şirkətdə onun heç bir əlaqəsinin olmadığı yeyintilər olduğu üçün, işlədiyi şirkət ailə şirkəti olduğu üçün, Renat, Elçin, Oksana bu yeyintilərin məsuliyyətindən kənarda saxlanılaraq, bütün məsuliyyət onun üzərinə atılmışdır. Məhkəmənin diqqətinə onu da çatdırır ki, Elçin onun direktoru olsa da, onun heç bir sənəddə adı keçmir, Renat şirkətin təchizatçısı olmuş, şirkətin təsisçisinin ən yaxın qohumu olduğu üçün himayə olunmuşdur. Bütün bu şəxslər təsisçinin yaxın adamları olduğu üçün qara siyahıdan çıxarılmış və qurban kimi onu-şirkətlə hər hansı əlaqəsi olmayan, şirkətə CV ilə işə düzələn bir nəfəri-yəni onu qurban seçərək öz yeyintilərini örtbasdır etmək üçün yeyintiləri himayədən kənar qalan adamın, yəni onun üzərinə atmışlar. 61000 manatla bağlı isə qeyd edir ki, həmin pulun 3600 manatı qəlyan ödənişi olmuşdur. Həmin vaxt şirkətə məxus restoranın direktoru Ayxan Məmmədov olmuş, Ayxanla onun arasında həmin ödənişin olmasına dair yazşıma və aktların göndərildiyinə dair sübut da olmuşdur. Qəlyan xidməti göstərən şəxslər restoranda qəlyan xidməti göstərsələr də, onların ödənişi obyektin posterminalına vurulmuş, daha sonra üzləşmə olmuş və həmin pulun müəyyən hissəsini geriqaytarma etmişlər. Müğənnilərə, kamera çəkilişləri və qəlyan ödənişlərinə təxminən 5000 manat ödəniş olmuşdur. Bu ödənişləri şirkətə məxsus “Sosyete” restoranın kassasından özləri tərəfindən götürülmüş, restoranın müəyyən dövriyyəsi olmuş, günün sonunda Excel formasında hesabat tərtib olunaraq nə qədər xərcləri olduğunu qeyd etmişlər. Daha sonra həmin Excel faylını ona, Oksana və Elçinə email formasında göndərmişdir. Auidit ifadəsində də bildirmişdir ki, o heç bir sənədi şəxsən özü götürməmiş, ona sadəcə verilən sənədlər əsasında audit aparmış və ona verilən maliyyə sənədlərinin hamısı təhrif olunmuşdur. Ona aktların, qəbzlərin çoxu verilməmişdir. Auditin keçiriləcəyi barədə vaxtında məlumatlandırılmamış, ona bildiriş auditin keçirilməsindən 1 saat öncə gəlmişdir. Hesab edir ki, auditin keçirilməməsində iştirak etməməsi üçün süni olaraq maneə yardılmışdır. Fəvvarələr meydanında gedən təmirlə bağlı baş ofisə ödəniş olunması üçün 11 və 21 aprel 2022-ci il tarixdlərdə 5000 manat olmaqla ümumilikdə 10000 manatı “Azman Holdinqin” baş kassiri Niyaz Orucova ödəmiş, həmin şirkətlərdən baş ofisə müəyyən ödənişlər edilmişdir. Bu məbləğlərin hər ikisi ona ittiham edilmiş, lakin bu ödəniş baş ofisə ödəniş kimi getdiyi üçün aktı olmamışdır. Bu hal yalnız baş ofisə ödəniş edilməsində baş vermiş, digərlərinin heç birində belə bir şey olmamışdır. Məbləğ 10000 manat olmuş, bunu Niyaz Orucov da təsdiq edə bilər. Digər bütün xərclərin də hamısının aktı mövcuddur. Qalan 39000 manatla bağlı da aktlar var, ola bilər ki bir-ikisində akt olmasın, məsələn baş ofisə kredit ödənişi verilmiş, şirkətə aid “manqal” restoranının tikintisi ilə bağlı bankdan kredit götürmüşlər, kredit vaxtı çatanda kassada vəsait olmadıqda, hansı şirkətin kassasında vəsait varsa, kreditin vaxtı çatanda ödənilmişdir. Onun baş mühasib olduğu dövrdə olan kəsrlə bağlı deyə bilər ki, bu kəsr onunla əlaqəli olmamış, ümumiyyətlə yoxlama düzgün aparılmamışdır. Bəlkə də heç ittihamda qeyd olunan məbləğ qədər yeyinti də olmamışdır. Şirkətdə vahid bir sistem olmamış, daxili mühasibatlığın necə getdiyini heç kim bilməmiş, o da, həmin qaydada işləmişdir. Sistemdə bəzi xərclər görünsə də, əslində həmin xərclər mövcud olmamışdır. Buna görə də şirkətin sənəd üzərində çıxardığı yoxlamada bu qədər boşluqlar olmuşdur. Ümumiyyətlə Saphire MMC-nin dövriyyəsi yüksək olmamışdır. Əməliyyatları aparmaq üçün sistemə, kassa faylına parolla daxil olunmuş, bu parolu Oksana Əfəndiyeva və o bilmiş, sonradan iş otağında olan digər işçi Süleyman Qulamovun da həmin parolu bildiyini və fayla daxil olaraq müdaxilə etdiyini bilmişdir. Saipem şirkətinə geriqaytarmalar olmuş, ittihamda qeyd olunmayan başqa xərclər də olmuş, digərləri isə təsdiqini tapmışdır. Onda həmin tarixə aid olan yazışmalar var ki, bu yazışmaların məzmunundan aydın olur ki, həmin ödənişləri Elçin Zeynalabdin bildirir ki, Saipem şirkətinə vəsait qaytarılmalıdır. Qalan məbləğləri şirkət rəhbərliyi və digər işçilər onun üzərinə yıxıb ki, guya həmin vəsaitləri o mənimsəmişdir. Rəhbərliyin təsdiq etmədiyi bütün məbləğlər onun adına yazılmışdır. Renata ödənişi kassadan etmiş, Renat pulu bəzən otellərdən, bəzən “Sosyete” restoranından götürmüşdür. Renata sənədsiz ödəniş etməmiş, vəsait onda olduğu vaxt ödənişi o etmiş, Elçində olduğu vaxtlarda isə Elçin ödəniş etmişdir. Elçin ofisdə olmadığı vaxtda pulu ona vermiş, ofisə qayıtdıqda isə ona geri qaytarmışdır. Pulları otağında kassada saxlamışdır. Kassa əməliyyatarının aparılması üçün fayla giriş parolunu sadəcə o və Oksana Əfəndiyeva bilmişdir. Şahid1lə aralarında olan kassa faylı açıq fayl olmuş, digər fayl isə mühasibatlığa aid olan başqa fayl olmuşdur. Həmin fayl hazır sənəd olmuş, o hesabatı həmin fayl üzərindən davam etmişdir. Faylda parol da olmuş, faylların biri serverdə olmuş hansı ki, onu Şahid1 də açmış və o işləmədiyi vaxtlar özü də lazımi xərcləri əlavə etmişdir. Digər fayl isə sadəcə onlar üçün olmuş və kimsə ona müdaxilə etməmişdir. Şirkətə aid “Fidelio” proqramına müdaxilə etmək mümkün olmuş, fidelio üzrə hesabat aparmaq üçün şərait yaradılmamış, bununla bağlı sənədlər həmin vaxt ofisdə olmamış, sənədlər yoxa çıxarılmışdır. Hazırda məhkəməyə təqdim etdiyi aktların heç biri həmin vaxt ofisdə olmamışdır. Kompüterində bu sənədlər olmamış, kompüterinə müdaxilə edilmişdir. Ofisə çağırıldıqda və ona yoxlama üçün vaxt verildikdə aktları və məxaric sənədlərini tələb etmiş, lakin ona heç bir sənəd təqdim olunmamışdır. Buna görə də həmin vaxt oradakı əskikliyi aşkar edib ortaya çıxara bilməmişdir. Onu elə bir vəziyyətə salmışlar ki, orada nəyisə axtara biləcək vəziyyətdə olmamış, hərə bir tərəfdən ona təhdid, hədəqorxu gəlmişlər. Gecə saat 4-ə kimi ofisdə qalmış, saxlanılmış, həmin vaxt qısnamaya məruz qalmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, ittihamda bazarlıq xərcləri adı altında qeyd olunan xərc otel və restoranların qonaqları üçün mətbəxə alınan bazarlığa ayrılan vəsait olmuşdur. Şirkətə aid 5 otelin hər birinin restoranı və bundan əlavə də bir restoran fəaliyyət göstərmişdir. Bazarlıq məsələsinə təchizatçı Renat Səfərov baxmışdır. Baş aşpaz Aleks qonaq sayına uyğun olaraq gündəlik otelin sərfiyyatı barədə sifarişləri Renat Səfərova vermiş, Renat Səfərov isə həmin sifarişə uyğun olaraq gün ərzində lazım olan bazarlığı etmiş və gətirib Aleksə təhvil vermişdir. Hər ikisi arasında bu zaman təhvil-təslim imzalandıqdan sonra Renat həmin bazarlıq qaimələrini ona təqdim etmişdir. Renat bazarlığı müxtəlif market və bazarlardan aldığı üçün rəsmi qaimə olmamış, qara bazar qaiməsi olmuşdur. O da Renatın verdiyi qaimələr əsasında ona ödəniş etmişdir. Orada bir çox xərclər olmuşdur ki, Renat Səfərovun adı yazılmış, lakin buna görə ona ittiham irəli sürülmüşdür. Otelə bazarlıq edilməmişdən qabaq otelə qonaq giriş sayı müəyyən olunaraq ay ərzində hesabat hazırlanmışdır. Oteldə olan qonaq sayına uyğun olaraq ay ərzində otelə bazarlıq olunmuşdur. Həmin bazarlıq norması da Renat, Aleks və digər rəhbər şəxslər tərəfindən təsdiqlənmişdir. Hansısa ayda bu bazarlıq norması 10 min yox, 20 min olduqda, yəni normadan artıq xərc olduqda onu bütün restoran şəbəkələrin baş aşpazı Aleks baxıb təsdiqləmişdir. Daha sonra Renatın hesabatı edilmiş, ondan sonra hesabat təsisçiyə Oksana Əfəndiyeva vasitəsilə göndərilmişdir. Hansısa ay xərc artranda heç kim ona xərcin hansı səbəbdən artması barədə sual verməmişdir. Ay ərzində standart 20 min xərc olmuşsa, hansısa tədbir, banket və ya bayramla əlaqədar bu xərc 30-40 min ola bilərdi, bu halda da həmin norma faiz nisbətinə uyğun olaraq artırılmışdır. Digər hallarda bazarlıq xərcləri demək olar ki, eyni olmuşdur. Yəni əgər bir ayda bu norma daha çox olmuşsa, növbəti ay həmin norma azaldılmış, xərclərin çox olduğunu da hamı görmüşdür. Təqdim olunan hesabatlarda göstərilən rəqəmlər heç vaxt şişirdilməmiş, artıq silinmənin olduğunu bilməmiş, çünki hesabatlar ay ərzində təqdim olunmuşdur. Əgər bir ayda bu norma daha çox, növbəti ay həmin norma azaldılmışdırmışsa, yəni o xərclərin çox olduğunu da hamı görmüşdür. O bu halda bu bazarlığı məsrəf edərdi ki, ya gərək Renata qaimələrə uyğun pul verməzdi, ya da Renat, Aleks və yaxud digər bazarlığı təsdiq edən şəxslərlə əlbir olub ki, o bazarlığın məbləği azaldardı. Təqdim olunan hesabatlarda göstərilən rəqəmlərin heç vaxt şişirdildiyi, artıq silinmənin olduğunu bilinməmiş, çünki hesabatlar ay ərzində təqdim olunmuşdur. Oksana Əfəndiyeva səhər saat 9-dan axşam saat 6-a qədər ofisdə olmuş, ofisdə olmadığı hallarda isə telefonla aktiv yazışmışlar. Hər saniyə, hər dəqiqə Oksanadan xərclərin təsdiqini almışdır. Ofisdə olduğu halda daxili telefon vasitəsilə, olmadığı hallarda isə Oksana xanım ona votsap üzərindən bütün xərclərin göstərişini vermişdir. Oksana xanımla ünsiyyətləri bu formada olmuşdur. Oksana xanımla kassa hesabatı hər günün sonunda olmuş, günün sonunda kassa hesabatını həm Oksana xanım, həm kassir Şahid1 görmüşdür. Bundan əlavə Oksana xanımla hər ay bütün hesabatların üzləşməsini aparmışlar. Otelin həm bazarlıq, həm təmir işləri üzrə xərclərinin hesabatı aparılaraq təsdiqlənmişdir. Oksana xanıma hər otel üzrə ayrı hesabat təqdim etmiş, hər hesabatın sonunda da xərclərinin açıqlaması, təsnifi olmuşdur. Məsələn, kondisionerə 3 min xərc çəkilibsə, bu xərcin təsdiqedici və ya sifariş sənədi olmuş, ya da electron poçta təsdiq gəlmişdir ki, bu xərc üçün bu qədər vəsait ayrılmalıdır. Oksana xanım təsdiqedici sənəd, sonra da təsdiqedici sənədin ödənişə dair göstərişə ( bu göstəriş də yazılı şəkildə votsapda olurdu) baxmış, hansısa xərc uyğun gəlmədikdə isə Oksana xanım ay sonunda bu xərcin çəkilməməsini sistemə işləmişdir. Daha sonra otel tərəfindən bu xərclə bağlı sorğu göndərilmiş, bu sorğuya da texniki və ya təchizat şöbəsi tərəfindən baxılaraq aydınlaşdırılmışdır. Oksana xanım isə hesabatı təsisçilərə vermişrdir. Bildiyi təsisçilər Azər Əsgərov və Rəşad Məmmədov olmuşdur. Adnan Süleymanov adlı şəxs təsisçinin köməkçisi vəzifəsində çalışmış, üçüncü mərtəbənin girişində nümayəndə kimi oturmuşdur. İttihamda qeyd olunmuşdur ki, onun tərəfindən Adnan Süleymanovun adına da vəsait silinib. Guya kvars qumunun alınması ilə əlaqədat pul silinmişdir. Bütün hovuzların təchizatına adını xatırlamadığı bir nümayəndə baxmışdır. Kvarsın pulunu verəndə də hesabat tərtib olunmuş, bütün məsələlər Oksana Əfəndiyevanın iştirakı ilə aparılmışdır. Bütün təsdiqedici sənədlərin əsli ofisdə ona məxsus qovluqların içərisində olmuş, ödənişlərə dair orijinal qəbzlər isə kassir Şahid1 otağında olmuşdur. O işdən çıxanda həmin sənədləri heç kim ondan istəməmiş, otaqda olmuşdur. Məhkəmənin diqqətinə onu da çatdırır ki, Renatla onun arasında istintaq zamanı üzləşmə keçirilməmişdir. Bildirir ki, Renat missal üçün apreldə olmuş bazarlığın pulunu iyunda götürmüş, bəzən tədbir, yaxud qonaq sayı çox olanda bazarlıqlar nisyə şəkildə edilmiş, sonra hesab əsasında köhnə dövrün bazarlığı adı ilə hissə-hissə hesabdan silə-silə bu ödəniş adı altında kassadan pulu çıxarmışlar. Renat bazarlıq edəndə sənədləri ona gətirib təqdim etmiş, daha sonra kiməsə borclu qalanda pul Renata ödənilmişdir ki, borc bağlansın. Sənədlər olan otağa hamının giriş imkanı olmuş, otaqda da 7-8 nəfər əyləşmişdir. Sənədlər açıq şkaflarda olmuş, hər kəsin sənədlərə müdaxilə imkanı olmuşdur. Rauf Tağıyev bazarlıqda nümayəndələrdən biri olmuş, o, bütün şəbəkələrdə onlara bazarlığı verən rəhbər olmuşdur. Rauf Tağıyevdən hansı məhsullar alınıbsa, Rauf Tağıyevin sənədləri onlara daxil olmuşdur. Rauf Tağıyevin adına borc yaranandan sonra da ödəniş sənədi yaranmış, ödənişi də X10 vasitəsilə çatdırmış, yaxud ödənişi onların göndərdiyi nümayəndəyə təqdim etmişdir. İstintaq zamanı Rauf Tağıyevlə üzləşməmişdir. Mixail Yermakov da Rauf Tağıyevin komandasından olan şəxs olmuşdur. “Maxsim submarine” restoranı otelin içində olan bir restorandır olmuş və şirkətlər qrupuna aid olmuşdur. Əvvəl bir yerdə fəaliyyət göstərilsə də sonra da ayrılmışlar. Həmin restoranın bazarlığını da Renat etmişdir. Bildiyi qıdər sonradan həmin restoran kirayəyə verilmiş, bununla əlaqədar bazarlıq xərcləri də azalmışdır. Ruslan Əhmədov təmir işini aparan şəxslərdən biri olmuş, təmir xidmətini göstərən şirkətin işçisi olmuşdur. X11 ödənişi ondan qəbul etmişsə sənəddə onunla Ruslanın, yox, əgər Şahid1 qəbul edirdisə, sənəddə Ruslan və Elçinin imzası olmuşdur. X11 başqa nümayəndə göndərmışsə sənəddə nümayəndənin və verən tərəfin imzası olmuşdur. Qazanxananın təmir işləri ilə bağlı qüsur aktı və ya alış sayı tərtib olunduqda qazanxana üçün hansı təmir işi görülmüşdür. Texniki şöbənin rəhbəri Etibar Hüseynov bu xərclərin çəkilməsi ilə bağlı göstəriş verən sənəd vermışdır. İbtidai istintaq zamanı Etibar Hüseynovla üzləşməmişdır. Şamil Bağırov adlı şəxs “Sosyete” restoranının administratoru olmuş, müğənnilər də tədbirlərdə, banketlərdə, bayram günlərində iştirak etmış, Şamilin göstərişi ilə həmin müğənnilərə vəsait ayrılmışdır. Orxan Qocayev otelin işçisi olmamış, reklam çəkilişini aparan şəxs olmuşdur. Otelin meneceri tərəfindən onlara göstəriş verilmişdir ki, hansısa tədbir, banketdə çəkiliş aparılmışsa, həmin şəxsə vəsait ayrılsın, o şəxsin adı, soyadı da ona otel tərəfindən təqdim olunmuş, o da həmin şəxsə vəsait ayırmışdır. Rüstəm Əliyev onların işçi olmuş, həm də Renatın köməkçisi sayılmışdır. Renat gələ bilmədiyi hallarda bazarlığın ödənişini ona vermişlər. Giyotin pəncərə sistemi işini Azər adlı şəxs görmüş, Bakı şəhəri Nizami küçəsində yerləşən restoranın cam şüşələrinın yığılmasını Azər adlı şəxs etmışdır. Sonradan həmin şüşələrdə ləkələr yarandığından həmin şəxsi şüşələrdəki ləkələri aradan qaldırması üçün sonradan dəvət edib akt tərtib olunmuşdur. Bir neçə şüşənin dəyişilməsi və məbləği barədə akt tərtib olunmuş, həmin aktdan sonra şüşə dəyişdirildikcə hissə-hissə ödəniş olmuşdur. Həmin ödənişə dair göstəriş ona Oksana Əfəndiyeva tərəfindən verilmış, həm də Azər adlı şəxsin özünün səs var ki, işləri bitirmiş, ödənişi yaxınlaşıb haradan əldə edə bilər. Bundan əlavə olaraq işlərin görülməsinə dair yekun akt olmuşdur ki, işlər görülüb bitib, akt təsdiqlənib və imzalanıb, həmin aktı imzalayan şəxslərdən biri otelin meneceri Leyla, restoranın administratoru Şamil, Ayxan olmuşdur. Oksana xanım da yekun olaraq ödəniş olunan sənədi sonradan ona yönləndirmişdir. X7 yanında işçi olmuş, vəsaiti götürmək üçün onu da göndərmişdir. Şüşələrin bərpası üçün müəyyən qədər məbləğ ayrılmış, o məbləğ ödənilsə də, həmin məbləğlə ona ittiham verilmiş, həmin məbləğin hamısı onun üzərinə yazılmışdır. Giyotin pəncərə sistemləri ilə bağlı da sənəd olmuş, həmin sənədlə bağlı səs yazısını da təqdim etmişdir. Şirkətdəı Servis haqqı adlı ödəniş olmuşdur ki, hər restorandan gələn dövriyyənin 10 faizi ofisiantlara, köməkçilərə ayrılmışdır. Həmin 10 faizin ayrılması üçün birinci növbədə bölgü aparılmış, bölgü restoranın administratorları tərəfindən aparıldıqdan sonra maliyyə direktoru Oksana Əfəndiyeva tərəfindən təsdiqlənmiş və bundan sonra ofisiantlara, ofisiant köməkçilərinə, mətbəx aşpazlarına və aşpaz köməkçilərinə həmin 10 faizin bir qismi ödənilmişdir. Ümumilikdə, servis haqqı bir restoranın 10-15 nəfər əməkdaşı arasında bölünmüşdür, bununla bağlı onda səs yazıları da var. Servis haqqı üçün akt tərtib olunmuş, həmin aktı da Oksana Əfəndiyeva imzalayıb vermişdir. Ayxan Məmmədov adlı şəxs “Sosyete” restoranının meneceri olmuşdur. Saipiem şirkərti onlarla korporativ müqavilə ilə işləyən şirkət olmuş, onların qonaqları da onların Saphir Qrupa aid otellərində qalmışdır. Razılaşmaya görə hər otaqa görə 10 manat tutulub həmin şirkətə verilməli idi. Rəsmi blankla daxil olan pullar qeyri-rəsmi şəkildə həmin şirkətə qaytarılmış, bu şirkətlə bağlı ödənişlərin məxaricinə Elçin Zeynalabdin qol çəkmişdir. Həmin vəsaitin alınmasını da Elçin ona electron poçt vasitəsilə bildirmişdir. Saipiem şirkətinə Hər bir ödəniş üçün electron poçta məlumat göndərilmiş, bundan sonra da Elçin yaxınlaşıb vəsaiti götürmüşdür. Bunlar kassadan gedən qeyri-rəsmi ödənişlər olmuş, onun qeyri-rəsmi olmasını sonradan bilmişdir. Əslində bu ödənişlər heç o şirkətə çatmamış, Elçin bu ödənişi özü götürmüş, odur ki, ödəniş ünvanına çatmamışdır. Vəsaitin kimə, hansı nümayəndəyə verildiyini də bilmir. Niyaz Orucov holdinqin baş kassiri olmuşdur. Onlarda vəsait olduqda maliyyə direktoruna bildirilmişdir ki, baş kassirə ödəniş olunmalıdır. Niyaz Orucovla onun arasında hər ödənişdən sonra üzləşmə aparılmış, bu üzləşmə sənədlərinin bəziləri də işə əlavə olunmuşdur. İbtidai istintaq zamanı Niyaz Orucovla üzləşməmişdir. “Sosyete” restoranında qəlyan xidməti veririlmiş, onların hər hansı bir pos-terminalı və ya digər avadanlığı olmadığına görə, bu qəlyan satışlarının hamısı onlarda restoranda olan pos-terminala vurulmuşdur. Ödənişlər rəsmi olaraq onlar tərəfindən qəbul olunmuş, ayın sonunda da qəlyan şirkəti ilə üzləşmə aparılaraq özlərinin pos-terminaldan çıxarış çıxarılmışdır. Razılaşmaya görə qəlyan satışı üzrə əldə olunan 50 faizi qəlyan xidməti göstərən şirkətin, 50 faizi isə özlərinin olmalı idi. Yenə də bu ödənişin edilməsi üçün akt yazılmış, aktı restoranın meneceri onlara göndərmiş, aktda neçə ədəd qəlyanın satılması, qəlyan satışlarının qiymətləri göstərilmişdir. Yenə də Oksana Əfəndiyeva təsdiq edəndən sonra o bu ödənişi qəlyan şirkətinə vermişdir. Həmin şəxslərin kim olduğunu bilmir. Kondisioner təmiri ilə bağlı da bir şirkət onlara xidmət etmişdir. Aylıq hansısa avadanlığın təmiri lazım olduqda həmin şirkətə akt yazılmışdır. Etibar Hüseynov da məsul şəxs sayılmış, o həmin aktı təsdiqləmişdir. Təmir hansı otelə lazımdırsa hənim otelin meneceri də xərci təsdiqləmişdir. Bu xərci əvvəlcə ümumi direktor, daha sonra maliyyə direktoru təsdiqləmiş, ondan sonra da akt ona gəlmiş və o vəsaiti vermişdir. Mürşüd Həmidov şirkətin işçisi olmamış, elə bir adamı da tanımamışdır. Niyaz Orucovun adına yazılan 5000 manat fəvvarələrin təmiri üçün olmuş, həmin təmir işi üçün baş ofisdən ayrılan vəsait olmuşdur. 1807 manatlıq sənədin aktı olmuş, akta əsasən də ödəniş etmişdir. Ofisdə də o sənədin şəklini çəkmişdir. Sonuncu dəfə avqust ayında ofisdə olmuş, həmin sənədlər orada olmuşdur. Yoxlama aparılan zaman bu sənədlərin heç biri ordan çıxmamışdır. Hazırda əlində olan sənədlərin heç biri orada olmamışdır. Məzuniyyətdən qayıdan zaman ona çatışmazlıq olduğu deyilmişdir. Hansı ki, işə qayıdana kimi bütün bu sənədlərə baxış keçirilmişdir. Ona sənədləri verməyərək sənədlərin olmadığını demişlər. Həmin sənədlərin olmamasını ona Şahid4, Oksana Əfəndiyeva və orada yoxlama keçirən şəxslərdən bir nəfər demişdir. Həmin sənədlər auditə təqdim olunmamış, lakin həmin sənədlər orada mövcud olmuşdur. İşdən çıxardıldıqdan sonra onu işə yaxınlaşmağa qoymamışlar. Digər sənədlərin hamısı sonradan tərtib olunmuşdur. X12 Zeynalabdinin yerinə təyin edilən direktor, Şahid3 isə Oksana Əfəndiyevanın yerinə yeni təyin olunmuş maliyyə direktoru, Şahid1 isə onların kassir olmuşdur. Yekun olaraq, şirkətin digər vəzifəli şəxsləri tərəfindən törədilmiş talama hallarının ört-basdır edilməsi üçün qurban seçilmiş, onun tərəfindən şirkətə aid hər hansı məbləğ mənimsənilməmişdir. Odur ki, ona bəraət verilməsini Məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, o, özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, 2019cu ilin mart ayından Zərərçəkmiş şəxs MMC-də mühasib, 2020-ci ilin avqust ayından həmin MMC-də baş mühasib vəzifəsində işləmişdir. 19 sentyabr 2022-ci il tarixdə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. Vəzifəsinə ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumt vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, ona etibar olunmuş inventarın, görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada sənədləşməsini tərtib edib tələb olunan yerlərə təqdim etmək və sair əmək funksiyalarını yerinə yetirməkdən ibarətdir. O, 2019-cu il tarixdə işə başlayanda otellərdən pulun yığılması və qaimələr birbaşa xəzinədar, baş kassir Şahid1 tərəfindən icra edilmişdir. 2021-ci ildən sonra Şahid1 ofisdə olduğu vaxtlar qısaldığından və ödənişləri edə bilmədiyi üçün, həmin vəsait müəyyən müddətdə ödənişlərin edilməsi üçün ona etibar edilmişdr. Şahid1 otellərdən pulu toplayaraq qaimə ilə birlikdə gətirib ona təhvil vermişdir. Elçindən pulları götürüb hesabat və qeydlərini apardıqdan sonra bütün vəsaitlər qaimələrlə birlikdə özünə qaytarılmışdır. Bu hal uzun müddət davam etmişdir. O, hər iki və üç gündən bir Elçinə qaimələri və pulları təhvil vermiş, bundan başqa mütəmadi olaraq kassa qalığı qarışılıqlı müqayisə edilərək yoxlanılıb kassa bağlanmışdır. Həmin hesabatlar maliyyə direktoru vəzifəsi daşıyan Oksana Əfəndiyevaya və təsisçiləri olan Rəşad Məmmədov və Azər Əsgərova verilmişdir. Şirkətdə işdən çıxana qədər fəaliyyəti belə davam etmişdir. Bundan başqa şirkətin nəzdində olan otellərdən sifarişlər gəlidkcə o, kassa məxaric orderləri tərtib edib pul onda olduğu halda onun tərəfindən, Şahid1 olduğu halda isə sonuncu tərəfindən kassadan götürülərək təyinatı üzrə göndərilmişdir. Belə ki, 2022-ci ilin avqust ayında o, məzuniyyətə çıxmışdır. Məzuniyyətdən beş gün sonra işə çağırılmış, işə gələrkən kassa fayllarına, kompyuterinə müdaxilə olunduğunu aşkar etmişdir. Onun kompyuterinə maliyyə direktoru Oksana Əfəndiyevanın və Şahid1 giriş icazəsi olmuşdur. O, heç bir məbləğdə pul vəsaiti mənimsəməmiş, öz vəzifələrini tam qanuni olaraq yerinə yetirmişdir. O, işə başladığı zaman MMC-də «1-C» mühasibatlıq sistemi olmamış, işə gəldiyində maliyyə direktoru Oksana Əfəndiyeva ona "xxxx" mühasibatlıq sistemi ilə işləyəcəyini bildirmişdir. O, işə başlayanda artıq bu proqram mövcud olmuş, heç bir dəyişiklik etməmiş, eləcə də bu dəyişikliyi etmək onun səlahiyyətində olmamışdır. Baş mühasib vəzifəsində işlədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 27.050,00 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə 121.103,40 manat, ümumilikdə 148.153,40 manat məbləğində çatışmazlığın əmələ gəlməsi mümkünsüz olmuş, çünki o, mütəmadi olaraq üç gündən bir məsul şəxslər, yəni Oksana və Elçinlə birlikdə yoxlama aparıb, təsisçilərə hesabat vermişlər. O, kassir tərəfindən ona verilmiş orderlərlə bağlı əməliyyatlar edib əldə qalan pulları kassada sistemə yerləşdirmiş və bundan sonra orderləri Şahid1 qaytarmışdır. xx.xx.2022-ci il tarixli orderə isə onun tərəfindən heç bir düzəliş olmamışdır. Hər otel üzrə gündəlik olaraq gün sonu otellərin dövriyyəsi üzrə hesabat rəsmi şəkildə Oksan Əfəndiyeva və Şahid1 email ünvanına təqdim olunmuşdur. Əgər hər hansı bir çatışmamazlıq aşkar olunsa idi səlahiyyətli şəxslər bunu müəyyən edərdi və eyni zamanda növbəti günü səhər bunu aşkar etməli və müvafiq tədbirlər görməli idilər. Bundan başqa o, ifadəsində göstərmişdir ki, pulun kassadan məxaric olunması üçün ona beş səlahiyyətli şəxsin imzası tələb olunmuşdur. Həmin şəxslər öncəliklə qrupun rəhbəri olan Anar müəllim, daha sonra maliyyə direktoru Oksana Əfəndiyevanın, filial rəhbəri olan direktorun, sifariş hansı şöbədən daxil olurdusa həmin şöbənin mütəxəssisinin imzaları olduqdan sonra kassadan məxaric oluna bilərdi. Eləcə də o, ifadəsində Zərərçəkmiş şəxs MMC-yə izahatı özü yazdığıını, imzanın ona məxsus olduğunu bildirmişdir. Həmin izahat məzuniyyətdən qayıtdığı ilk iş günü ona öz otağına daxil olmağa imkan vermədən birbaşa şirkətin hüquqşünası Müslümün otağına çağırmışlar, Müslüm onunla şifahi danışmışdır. Bu zaman otağa şəxsiyyətini tanımadığı Seyfəl adlı şəxs daxil olmuş və onu rayondakı ailəsilə təhdid edərək zorla həmin izahatı yazdırmışlar. Həmin izahat onun öz istəyi ilə yazılmamış, təsir altında yazılmışdır. Əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə və kommersiya sirrinin rejiminə əməl edilməsi barədə razılaşmanın üzərindəki işçi qrafasında imzalar ona məxsusdur. Onun işlə bağlı maddi məsuliyyəti olmuş, bununla əlaqədar MMC ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. Həmçinin, ifadəsində göstərmişdir ki, Şahid1 tərəfindən ona verilmiş pul vəsaitlərini və qaimələri hesabat və qeydlərini apardıqdan sonra sonuncuya qaytarması ilə bağlı aralarında heç bir təhvil təslim aktı tərtib edilməmişdir. Cinayət işi materiallarının 2-ci cildinin 14-16-cı vərəqlərinə əlavə edilmiş Təqsirləndirilən şəxs Elçin qızının "xxxx" MMC-nin direktoru İlham Əhmədova yazmış olduğu izahatının məzmunundan görünür ki, 19 mart 2019-cu ildən mühasib vəzifəsində, 19 avqust 2020-ci ildən baş mühasib vəzifəsində çalışmışdır. Rəsmi və qeyri-rəsmi hesabatların tərtibi, əmək haqqı, məzuniyyət haqlarının hesablanması, bəyənnamələrin tərtibi, bank və kassa uçotu ilə məşğul olmuşdur. Kassa hesabatlarında və Fidelio sistemində yaranmış çatışmazlıqlarla bağlı bildirmək istəyir ki, kassa sənədlərinin qəbulu və təhvili zamanı itirilmiş müəyyən sənədlər aşkarlanmışdır, Fidelio sistemində xeyli sayda səhv əməliyyatlar aparılmış və fərqlər yaranmışdır. O, bütün bunların araşdırılmasında iştirak etmiş, müəyyən məbləğlər aşkarlanmış və qalıq məbləğin təsdiqi öz əksini tapmamışdır. Bu məsələdə məsuliyyətli şəxs birbaşa özü olmuşdur. Aparılmış araşdırmalar zamanı 2022-ci ilin 01 yanvar ayından 19 avqust 2022-ci il tarixinədək 97193 manat çatışmazlıq aşkar edilmişdir. 2021-ci il üzrə araşdırma aparmadığı və yoxlamalarda iştirak etmədiyi üçün bu dövrə aid olan məsələlərlə bağlı dəqiq fikri yoxdur, lakin ilkin audit rəyinə görə 2021-ci il üzrə 25395 manat çatışmazlıq aşkar edilmişdir. Həmçinin 2020-ci ilin müəyyən dövründən işləməyinə baxmayaraq, çox az bir dövrünü çalışsa da, həmin ilkin hesabatlar barədə bir fikir söyləyə bilmir. Eyni zamanda bildirmək istərdi ki, kassadan məxaric olunan bütün pullar kassa məxaric sənədləri əsasında verilib və surətləri özündə, originalları kassirdə saxlanılıb. Verilən suallara cavab olaraq bildirir ki, fəaliyyəti dövründə vahid mühasibatlıq sistemi qurulmadığından və sonralar 1C proqramından Excel proqramına keçməkləri səbəbindən kassaya tam nəzarət etmək mümkün olmamışdır və bu səbəbdən də mühasibatlıqda boşluq yarandığından həmin pullar müxtəlif üsullarla mənimsənilmişdir. Həmin məbləğin az bir hissəsi onun səyləri nəticəsində, digər hissəsi isə ona məlum olmayan şəxslər tərəfindən mənimsənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayından hal hazıradək Zərərçəkmiş şəxs MMC-nin hüquqşünası vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC-yə yeni direktor təyin edilmiş və maliyyə sənədlərinə baxış keçirilən zaman uyğunsuzluq aşkar olunmuşdur. Uyğunsuzluğun aydınlaşdırılması məqsədilə müstəqil audit yoxlaması cəlb olunmuş, audit yoxlaması nəticəsində 148.153 manat məbləğində pul vəsaitlərinin mənimsənilməsi müəyyən olunmuşdur. Sabiq baş mühasib Təqsirləndirilən şəxs ilk əvvəl etiraf etməsə də, 2022-ci ilin hesabatlarını yoxlaması üçün ona vaxt verilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs şərait yaradılsa da, o, hər hansı maliyyə sənədi təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs maddi-məsul şəxs olmuşdur. 2020-ci ilədək Zərərçəkmiş şəxs MMC-yə daxil olan pulların saxlanıldığı seyf xəzinədar Şahid1 otağında olmuş, Şahid1 otellərdən yığıb gətirdiyi pulu Təqsirləndirilən şəxs təqdim etmişdir. Pandemiya dövründə Şahid1 tez-tez işdə olmadığı və müəyyən xərclər üçün pul lazım olduğu üçün pulların saxlanıldığı seyf Təqsirləndirilən şəxs otağına yerləşdirilmiş, həmin dövrdə də mənimsəmə baş vermişdir. Pullar 5 oteldən “Sapphire Baku”, “Sapphire City”, “Sapphire İnn”, “Sapphire Marine” və "xxxx" otellərindən toplanılmışdır. Otellərdə xidmətlə əlaqədar nağd və köçürmə əməliyyatları olmuş, Şahid1 yalnız nağd vəsaitləri otellərdən təhvil-təslim aktı formasında qəbzlərlə təhvil almışdır. Həmin qəbzlər daxili təhvil-təslim aktları olmaqla, ciddi hesabat blankı hesab olunmurdu. Şahid1 pulu hesabata daxil etməsi üçün Təqsirləndirilən şəxs vermişdir. MMC-nin nəzdində olan oteller üzrə toplanmış pul vəsaitinin hesabatının aparıldığı «X8» ilə Təqsirləndirilən şəxs tərtib etdiyi hesabatlar arasında fərq yaranmışdı. Direktor və təsisçiyə hər ayın sonu Təqsirləndirilən şəxs hesabat təqdim etmiş, gündəlik olaraq hesabatlar yoxlanılmamışdır. Şahid2 maliyyə direktoru vəzifəsində olmaqla vəzifəsi Təqsirləndirilən şəxs işinə nəzarət etmək olmuşdur. Şahid1 pulu hesabata daxil etməsi üçün Təqsirləndirilən şəxs verdikdən sonra Çinarə müəyyən xərcləri çıxdıqdan sonra qalıq pulu xəzinəyə daxil etməsi üçün Şahid1 geri qaytarmışdır. Həmin xərclərlə bağlı sorğuları otellər təqdim etmiş, sorğu Təqsirləndirilən şəxs və sorğu verən şəxs olmaqla 2 imza ilə imzalanırdı. Ola bilsin ki, bəzi hallarda sorğuda digər şəxslərin də imzaları olmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə izahat yazarkən ona heç bir təzyiq göstərilməmiş, hədə qorxuya məruz qalmamışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ibtidai istintaq dövründə verdiyi ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin avqust ayından hal hazıradək Zərərçəkmiş şəxs MMC-nin hüquqşünası vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs MMC hotellərin idarə edilməsi ilə məşğuldur. MMC hazırda beş brend ilə təmsil olunan regional otellər şəbəkəsidir. “Sapphire Baku”, “Sapphire City”, “Sapphire İnn”, “Sapphire Marine” və "xxxx". Şirkətin hüquqi ünvanı Səbail rayonu Səid Rüstəmov küçəsi ev 11a-da yerləşir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən MMC-nin mühasibi vəzifəsinə, əmək müqaviləsinə dəyişikliklər edilməsi ilə bağlı əmrə əsasən xx.xx.2020-ci il tarixdən baş mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Təqsirləndirilən şəxs ilə eləcə də xx.xx.2019-cu il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Təqsirləndirilən şəxs əmək funksiyalarına mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodik-normativ və başqa rəhbər materialları, müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını, uçot və hesabatı, hesabatların plan və korrespondensiyasının, hesabat üzrə sənəd dövriyyəsini təşkil edilməsi və s. aid olmuşdur. Bundan başqa Şahid1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək MMC-də inkassator-xəzinədar vəzifəsində işləmişdir. Anar Hüseynov Zərərçəkmiş şəxs MMC-nə yeni direktoru təyin olunduqdan sonra tərəfindən sərbəst auditor dəvət olunaraq MMC-nin maliyyə şöbəsində son üç ilin audit yoxlaması aparılmış və müəyyən edilmişdir ki, MMC-nin nəzdində olan oteller üzrə toplanmış pul vəsaiti «X8» üzrə MMC-nin balansına mədaxil edilsə də, faktiki olaraq 2021-ci il üzrə kassaya 2.009.677,83 manat pul daxil olmuşdur. O cümlədən 1.590.523,10 manat sənədləri olan xərclərə, 382.466,90 manat rəhbərliyin təsdiq etdiyi sənədsiz xərc məbləği müəyyən edilmişdir. Nəticədə 27.050 manat pul vəsaiti naməlum şəraitdə kassadan mənimsənilmişdir. 2022-ci ilin 18 avqust dövrünədək kassaya 2.016.089,68 manat pul daxil olmuşdur. O cümlədən, sənədləri olan xərc məbləği 161.473,18 manat, rəhbərliyin təsdiq etdiyi sənədsiz xərc məbləği 1.696.425,90 manat, müəyyən edilmişdir. Nəticədə 121.103,40 manat pul vəsaiti yenə də naməlum şəraitdə kassadan mənimsənilmişdir. Qeyd etdiyi pul vəsaitləri “Sapphire City”, “Sapphire İnn”, “Sapphire Marine” və "xxxx" otellərindən xəzinədar Şahid1 qaimə əsasında təhvil verilmiş, sonuncu həmin pulları və qaimələrin bir nüsxəsini şirkətə gətirib baş mühasib Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi dövrlərdə daxil olmuş pulları kassaya təhvil verməyib özündə saxladığından, pulların sonrakı təyinatları bərədə özbaşına qərarlar qəbul etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, baş mühasib Təqsirləndirilən şəxs tərəfindən MMC-nin rəhbərliyi və təsisçilərinə məlumat vermədən əvvəllər istifadə olunan “1C 8.3” mühasibatlıq hesabat sistemindən özbaşına çıxaraq adi qeydiyyatdan keçməmiş "xxxx" proqramı ilə işləməyə başlamış, bütün tələblərə zidd olmasına baxmayaraq xəzinəni öz şöbələrinə götürmüş, kassa jurnalı və qalıq dövriyyə cədvəli tərtib etməyərək MMC-nin maliyyə şöbəsindən pul vəsaitlərinin yeyilməsi üçün münbit şərait yaratmışdır. Yoxlama ərəfəsində maliyyə şöbəsində istifadə olunan kompyuter avadanlıqları kooperativ audit proqramı vasitəsilə tələb yaranan müddətdən həmin anadək olan əməliyyatların izlənməsi həyata keçirilmişdir. Nəticə etibarilə baş mühasib Təqsirləndirilən şəxs istifadəsində olan kompyuterdə 2 ədəd kassa faylı aşkar edilmiş, 1-ci fayl şifrəsiz, 2-c fayl şifrəli olmuşdur. 1-ci fayla maliyyə direktoru Şahid2, baş mühasib Təqsirləndirilən şəxs və kassir Şahid1 giriş izni olmuşdur. Lakin 2-ci fayl şifrəli olduğundan Şahid1 və Şahid2 bu fayldan məlumatı olmamışdır. Həmin şifrəli kassa faylı təxminən 2019-cu ildən 2022-ci ilin avqust ayınadək yəni, Təqsirləndirilən şəxs fəaliyyəti dövrünə təsadüf etmişdir. Həmin fayllara audit yoxlaması zamanı baxış keçirilmiş və nəticə də yekun audit aktı tərtib edilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olan kompyuter əməliyyatlarına baxış zamanı çox az hallarda “1-C” mühasibatlıq sistemindən, əsasən "xxxx" proqramından istifadə edildiyi aşkar edilmişdir. “1-C” mühasibatlıq sistemindən yalnız blankların çapı üçün istifadə edilmiş, "xxxx" proqramından isə əsas olaraq mədaxil və məxaric əməliyyatları aparılmışdır. Təqsirləndirilən şəxs MMC-də tətbiq olunan «1-C» mühasibatlıq sistemindən özbaşına olaraq, "xxxx" mühasibatlıq sisteminə keçid etmiş və həmin proqramdan istifadə etmiş, bu barədə də maliyyə direktoruna və digər səlahiyyətli şəxslərə məlumat verməmişdir. Belə ki, audit olunaraq məlumatlar toplanılmış, sistemdə olan, gündəlik və həftəlik satışlarla bağlı qeydlər aparılan “Fidelio” hesabatlarına baxış keçirilmişdir. Həmçinin, baş mühasib Təqsirləndirilən şəxs istifadə etdiyi "xxxx" proqramına da baxış keçirilmiş, müəyyən edilmişdir ki, MMC-nin nəzdində fəaliyyət göstərən “Hotellər”üzrə toplanaraq baş mühasib Təqsirləndirilən şəxs təhvil verilmiş pul vəsaitlərini sonuncu istədiyi təyinatlara, yəni bəzi hallarda bazarlıq etmək, bəzi hallarda kondisioner təmir etdirmək adı ilə və digər yollarla yönləndirərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 27.050,00 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə 121.103,40 manat məbləğində olan 148.153,40 manat dəyərində pul vəsaitini mənimsəmişdir. Təqsirləndirilən şəxs pul vəsaitlərini kassadan rəhbərliyi məlumatı olmadan, hər hansı bir təsdiq edici sənəd olmadan götürmüş, pulun götürülməsini və hər hansı iş üzrə yönləndirilməsini təsdiq edən məxaric orderləri və qəbzlər olmadan ələ keçirmişdir. Yalnız bu barədə Təqsirləndirilən şəxs "xxxx" proqramında qeyd etmişdir. Yoxlama zamanı Çinarənin istifadəsində olan kompyuterdən "xxxx" proqramının məlumatları əsasında götürülmüş pul vəsaitlərinə dair kassa əməliyyatlarının cədvəli istintaq zamanı təqdim edilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə izahat yazarkən sonuncunun nə Şahid4 tərəfindən nə də digər şəxslər tərəfindən təhdid edilməmiş, əksinə Çinarənin ailə üzvləri və əmisi ilə danışılıb, məlumat verilmişdir. Çinarə izahatı sərbəst şəkildə yazmışdır. Ona heç bir təzyiq göstərən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi və əvvəlki məhkəmə iclasında verdiyi ifadələrini təsdiq edərək ifadəsində göstərdi ki, 2017-ci ilin əvvəllərində "xxxx" MMC-də direktor müavini vəzifəsində iş fəaliyyətinə başlamış, hal-hazırda da həmin vəzifədə çalışır. Onların oturduğu ofisin içində "xxxx" MMC-də fəaliyyət göstərmişdir. 2020-ci ilin ortalarında həmin şirkətdə direktor işləyən Elçin Zeynalabdin, maliyyə direktoru Oksana xanım olmuşdur. Oksana xanım ona yarım ştat iş təklif etmiş, o da, xəzinədar vəzifəsini icra etməyə başlamışdır. 2021-ci ilin ortaları ya axırına yaxın həmin işi icra etməyə vaxtı çatmadığı üçün, yenə Oksana xanımın göstərişi ilə o bütün kassanı Təqsirləndirilən şəxs təhvil vermişdir. İşlədiyi dövrdə o və çirkətin digər əməkdaşları otellərdən kassanı, nağd pulu götürüb Çinarə xanıma təhvil vermişlər. Çatışmazlıq necə baş verdiyi ilə bağlı onu deyə bilər ki, o, pulları Çinarə xanıma gətirib vermiş, o da bütün xərclərin hamısını öz kassası üzərindən etmişdir. 2021-ci ilin ortalarında Elçin Zeynalabdinin yerinə Anar müəllim təyin olunmuşdur. Anar müəllim təyin olunanda da 3 ilin auditi keçirilmiş, elə bu zaman çatışmazlıq üzə çıxmışdır. Həmin dövrdə də bütün pullar Çinarə xanım da olduğuna görə cavabdeh şəxs Təqsirləndirilən şəxs olmuşdur. Bu çatışmazlığın yaranmasında onun heç bir rolu olmamışdır. Belə ki, bu kimi halın baş verməsi mümkün olmamışdır. Çinarə xanım “Fidelio” proqramı vasitəsilə bütün otellərin günlük satışına nəzarət etmiş, gün ərzində hansı kassada nə qədər pul olduğunu görmüşdür. Ondan başqa da əməkdaşlar olub ki, onlar da obyektlərdən pulları gətirib Çinarə xanıma vermiş, o da pulu qəbul edəndə Fidelio proqramına baxıb, onlardan pulu qəbul etmişdir. Orada əksik və ya artıq olsaydı, Çinarə xanım bunu görürdü. Onun əsas vəzifəsi "xxxx" MMC-də direktor müavini olmuş, yarım ştat da "xxxx" MMC mühasib vəzifəsi olmuşdur. Otel və onun arasında pul alınarkən qəbz olurdu ki, o oteldən hansı məbləğdə pulu alır. Otelləri bir şəbəkə olaraq bir-birilə bağlayan Fidelio proqramı olmuşdur. Həmin proqrama Çinarə xanım nəzarət etmişdir. Qonaq gələndə otellərin qeydiyyat masası (resepşn) qonağı qəbul edir, qonağın ad soyadını qeyd edəndə müəyyən olunmuş məbləğ sistemdə avtomatik görünmüşdür. Sistemdə yəğılan məbləğ aydın görünmüş, o da yığılan pulu aktla təhvil alıb Çinarə xanıma vermişdir. Həmin dövrdə işlədiyi "xxxx" MMC-də iş çox olduğuna görə daha çox tikintidə olmuşdur. Etibar olunan şəxs kimi kassa Çinarə xanıma verilmiş, maliyyə direktoru o vaxtı Oksana xanım olmuş, həmin məsələlərə Okasana xanım nəzarət etmişdir. 2021-2022-ci ildə Saphir Qrupda biraz boşluq olmuşdur. Həmin dövrdə kassa kitabı Çinarə xanımda olmalı idi, yəni o işdən çıxmışdı deyə kitab Çinarə xanımda idi. Kassa kitabına Çinarə xanım özü nəzarət edirdi. Çinarə xanımın kassa kitabına nəsə yazdığını görməmişdir. İşlədiyi dövrdə məxariclə bağlı sənədləri işləmişdir. Bütün xərclərin hamısının sənədləri olmuş, xəzinə onda olmamışdır. Həmin sənədləri maliyyə direktoru Oksana xanım təsdiq etmişdir. 2021-ci ilin martından 2022-ci ilədək xəzinədar Çinarə xanım olmuş, pullar fiziki olaraq Çinarə xanımda saxlanılmışdır. Onda pul olmamışdır. Çinarə xanımın oturduğu otaqda özündən başqa 5 nəfər də işçi olmuşdur. Audit zamanı müəyyən edilmişdir ki, kassa Çinarə xanımda olduğu vaxt məxaric sənədlərində məbləğləri alan şəxslərin imzası yox, Çinarə xanımın öz imzası olmuşdur. Məxaric sənədinə özü imza edərək sözügedən sənədi saxtalaşdırmışdır. Sənəddəki imzalara maliyyə direktoru kimi Oksana xanım özü nəzarət etmişdir. Ayın bağlanmasına görə Oksana xanım həm məxariclərə, həm də mədaxillərə özü sistemdə də, sənəd üzrə də yoxlamalı olmuşdur. Onun vəzifəsi həmin dövrdə pulu gətirib Çinarə xanıma vermək olmuş, işin gedişatından xəbəri olmamışdır. O pulla aktı bir yerdə gətirib verəndən sonra o müəyyən vaxt Çinarə xanımda qalmışdır. 2020-ci ildə Çinarə xanımdan əvvəl orada Kənan adlı başqa baş mühasib olmuş, sonradan Kənan işdən ayrılmışdır. Kənanda yeyinti, əksiklik heç vaxt olmamışdır. Kənan gedəndən sonra Oksana xanımın etibar etdiyi şəxs kimi Çinarə xanım baş mühasib vəzifəsinə təyin olunmuşdur. Pul məsələlərində problem olmasın deyə həmin dövrdə mühasib işini ona vermişlər. Belə ki, o, Saphir qrup üçün etibarlı insan olmuş, sırf buna görə də yarımştat ona Saphir Qrupda iş verilmişdir. O, Hal-hazırda da həmin şirkətdə işləyir. Çinarə xanım işlədiyi şirkətdə həm baş mühasib, həm də xəzinədar vəzifəsini icra etmişdir. Oksana xanım vəzifədə ondan yuxarı olmuş, şifahi qaydada hansı işi görəcəyi barədə ona göstəriş vermişdir. Məhkəmənin diqqətinə çatdırır ki, 27 yaşından Saphir Qrup MMC-də işləyir. İşlədiyi müddətdə 1-ci dəfədir ki, belə bir hadisə baş verir. Hesab edir ki, bu problemlərin yaranmasında Oksana xanımın səhlənkarlığı böyük rol oynamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, uzun müddətdir "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləmişdir. Təxminən 2022-ci ilin oktyabr ayından hal hazıradək yarımştat olaraq Zərərçəkmiş şəxs MMC-də inkassator-xəzinədar vəzifəsində işləmişdir. Vəzifəsi nağd məbləğlərin mədaxil, məxarici və nağd pulların inkasasiya olunmasından ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən MMC-nin mühasibi vəzifəsinə, əmək müqaviləsinə dəyişikliklər edilməsi ilə bağlı əmrə əsasən xx.xx.2020-ci il tarixdən baş mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Anar Hüseynov Zərərçəkmiş şəxs MMC-nə yeni direktoru təyin olunduqdan sonra tərəfindən sərbəst auditor dəvət olunaraq MMC-nin maliyyə şöbəsində son üç ilin audit yoxlaması aparılmış və müəyyən edilmişdir ki, MMC-nin nəzdində olan oteller üzrə toplanmış pul vəsaiti «X8» üzrə MMC-nin balansına mədaxil edilsə də faktiki olaraq 2021-ci il üzrə kassaya 2.009.677,83 manat pul daxil olmuşdur. O cümlədən 1.590.523,10 manat sənədləri olan xərclərə, 382.466,90 manat rəhbərlini təsdiq etdiyi sənədsiz xərc məbləği müəyyən edilmişdir. Nəticədə 27.050 manat pul vəsaiti naməlum şəraitdə kassadan mənimsənilmişdir. 2022-ci ilin 18 avqust dövrünədək kassaya 2.016.089,68 manat pul daxil olmuşdur. O cümlədən, sənədləri olan xərc məbləği 161.473,18 manat, rəhbərliyin təsdiq etdiyi sənədsiz xərc məbləği 1.696.425,90 manat müəyyən edilmişdir. Nəticədə 121.103,40 manat pul vəsaiti yenə də naməlum şəraitdə kassadan mənimsənilmişdir. O, işlədiyi müddət ərzində “Sapphire City”, “Sapphire İnn”, “Sapphire Marine” və "xxxx" otellərindən pul vəsaitlərini müvafiq qaimə əsasında təhvil alıb həmin pulları və qaimələri şirkətin maliyyə şöbəsinə gətirib baş mühasib Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan başqa oteller üzrə toplanmış pul vəsaiti otellər tərəfindən «X8»na işləndiyindən və bunu da Çinarə bildiyi üçün sonuncuya verdiyi pulları bir neçə hallarda bazarlıq etmək adı ilə, bir neçə halda kondisioner təmir etdirmək adı ilə kassadan pulları götürmüş və mənimsəmişdir. Yoxlama zamanı da toplanmış pul vəsaitlərinin «X8» üzrə MMC-nin balansına mədaxil edilsə də faktiki olaraq naməlum şəraitdə yəni, kassa məxaric orderləri olmadan mənimsənildiyi müəyyən edilmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, pul vəsaitlərini otellərdən rəsmi imza çəkib qəbul etməyinə baxmayaraq həmin pul vəsaitlərini qaimə ilə birlikdə Çinarəyə verərkən aralarında hər hansı bir təhvil qəbul aktı yazılmamışdır. Otellərdən yığdığı və Təqsirləndirilən şəxs təqdim etdiyi pullarla bağlı kassa hesabatları yazmamış, eyni zamanda Çinarə də ondan kassa hesabatlarını tələb etməmişdir. O, otellərdən pul vəsaitini yığarkən qaimə tərtib edilmiş, o, qaimənin “təhvil aldı” qrafasına imza edərək pulu qəbul etmişdir. Qaimə üzərində pulun məbləği, tarixi, təhvil verən, təhvil alanın imzaları öz əksini tapmışdır. Qaimədəki qeydləri həmin gün təhvil verən kimdirsə o da yazmışdır. Belə ki, pulu təhvil alarkən bu barədə otel tərəfindən «X8»na işlənilmişdir. Bundan sonra o, qaimə və pulu gətirib Çinarəyə təqdim etmişdir. Kassa Çinarədə olduğuna görə, həmçinin sonuncuya həvalə edildiyinə görə Çinarəyə verdiyi pullar və qaimələr Çinarədə qalmışdır. Çinarə özü qeydləri aparıb pulu özündə olan kassaya mədaxil etməli idi. Pulun ona qaytarılmasına heç bir əsas olmamışdır. Həmin ərəfədə işləri çox olduğundan və ofisə gec gec gəldiyindən maliyyə direktoru Oksana Əfəndiyeva kassanı qeyri rəsmi Təqsirləndirilən şəxs tapşırmış, buna görə də bütün pullar Çinarədə toplanılmışdır. Eləcə də ifadəsində bildirmişdir ki, yoxlama ərəfəsində maliyyə şöbəsində istifadə olunan kompyuter avadanlıqları kooperativ audit proqramı vasitəsilə tələb yaranan müddətdən həmin anadək olan əməliyyatların izlənməsi həyata keçirilmişdir. Nəticə etibarilə baş mühasib Təqsirləndirilən şəxs istifadəsində olan kompyuterdə 2 ədəd kassa faylı olmuş, 1-ci fayl şifrəsiz idi. Həmin fayla kassir kimi onun, baş mühasib Təqsirləndirilən şəxs və Şahid2 giriş izni olmuşdur. Lakin 2-ci fayl şifrəli olduğundan, nə maliyyə direktorunun, nə də kassir kimi onun bu fayldan məlumatı olmamışdır. Həmin şifrəli kassa faylı təxminən 2019-cu ildən 2022-ci ilin avqust ayınadək yəni, Təqsirləndirilən şəxs fəaliyyəti dövrünə təsadüf etmişdir. Həmin fayllara audit yoxlaması zamanı baxış keçirilmiş və nəticə də yekun audit aktı tərtib edilmişdir. Faylların açılmasında və audit aktının tərtib edilməsində o, iştirak etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan kompyuter əməliyyatlarına baxış zamanı çox az hallarda “1-C” mühasibatlıq sistemindən, əsasən "xxxx" proqramından istifadə edildiyi aşkar edilmişdir. “1-C” mühasibatlıq sistemindən yalnız blankların çapı üçün istifadə edilmiş, "xxxx" proqramından isə əsas olaraq mədaxil və məxaric əməliyyatları aparılmışdır. Çinarə MMC-də tətbiq olunan «1-C» mühasibatlıq sistemindən özbaşına olaraq, "xxxx" mühasibatlıq sisteminə keçid etmiş və həmin proqramdan istifadə etmiş, bu barədə ona və digər səlahiyyətli şəxslərə də məlumat verməmişdir. Belə ki, audit olunaraq məlumatlar toplanılmış, sistemdə olan, gündəlik və həftəlik satışlarla bağlı qeydlər aparılan “Fidelio” hesabatlarına baxış keçirilmişdir. Həmçinin, baş mühasib Təqsirləndirilən şəxs istifadə etdiyi "xxxx" proqramına da baxış keçirilmiş, müəyyən edilmişdir ki, MMC-nin nəzdində fəaliyyət göstərən “Hotellər”üzrə toplanaraq baş mühasib Təqsirləndirilən şəxs təhvil verilmiş pul vəsaitlərini sonuncu istədiyi təyinatlara, yəni bəzi hallarda bazarlıq etmək, bəzi hallarda kondisioner təmir etdirmək adı ilə və digər yollarla yönləndirərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 27.050,00 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə 121.103,40 manat məbləğində olan 148.153,40 manat dəyərində pul vəsaitini mənimsəmişdir. Təqsirləndirilən şəxs pul vəsaitlərini kassadan rəhbərliyi məlumatı olmadan, hər hansı bir təsdiq edici sənəd olmadan götürmüş, pulun götürülməsini və hər hansı iş üzrə yönləndirilməsini təsdiq edən məxaric orderləri və qəbzlər olmadan ələ keçirmişdir. Yalnız bu barədə Təqsirləndirilən şəxs "xxxx" proqramında qeyd etmişdir. Yoxlama zamanı Çinarənin istifadəsində olan kompyuterdən "xxxx" proqramının məlumatları əsasında götürülmüş pul vəsaitləri kassa əməliyyatlarına dair cədvəldə öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi və əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Erebus MMC-də baş mühasib, Saphire MMC-də maliyyə direktoru vəzifəsində, Təqsirləndirilən şəxs isə baş mühasib vəzifəsində işləmişdir. Yeyinti olmasından şübhə olduğu üçün şirkətdə audit keçirilmiş, audit nəticəsində məbləğdə əskiklik olduğu aşkar olunmuşdur. Çinarə xanım da bu vaxtı məzuniyyətdə olmuş, məzuniyyətdən qayıtdıqdan sonra ona bu problem barədə məlumat verərək izah verməsini tələb etmişlər. Çinarə heç bir yoxlama etməyəcəyini, bu əməli törətdiyini, kassadan pul götürdüyünü bildirərək maşının pulu ilə əskik olan məbləği aradan qaldıracağını bildirmişdir. Bir müddət keçdikdən sonra Çinarə bu əməli törətmədiyini, bunu başqa kimsə etdiyini bildirmişdir. Auditi o çağırmamış, bu barədə qərarı da o verməmişdir. Audit şirkət rəhbərliyi tərəfindən dəvət olunmuşdur. Dövri olaraq şirkətin fəaliyyəti audit olunmuş, problem olmayanda onlara heç bir məlumat verilməmiş, problem olanda isə artıq müdiriyyət tərəfindən məlumat verilmişdir. Çinarə bu əməli törətdiyini, maşınını satıb pulu ilə yaranmış çatışmazlığı aradan qaldıracağına söz vermişdir. Çinarə kassadan pul götürdüyünü etiraf etmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Çinarənin kompüterində iki ədəd excel faylı var. onlarda olan faylda başqa bir məbləğ, Çinarənin faylında başqa məbləğ olmuş, müqayisə aparanda Çinarənin 148000 manat mənimsədiyi aşkar olmuşdur. Audit yoxlama aparanda da iki ədəd fayl olduğunu bildirmişdir. Bu iki fayla baxanda iki fayl arasında 148 min manat fərq olmuşdur. O Çinarənin kompüterinə, fayllara hər hansı bir müdaxilə etməmiş, hər kəs öz kompüterində işləmişdir. Sistemdə də kimin kompüterinə daxil olduğu da görünmüşdür. Kompüterə, fayllara kimin daxil olduğunu o sistemdən görə bilməmiş, bunu informasiya texnologiyaları üzrə mütəxəssis görə bilmişdir. Şirkətdə dövriyyə ayda 60-70 min manat, ildə isə dövriyyə azı 600 min olmuşdur. Çinarə ilə çoxdan işlədiyi üçün onun, ona inanməş, Çinarənin belə bir əməl törədə biləcəyi barədə onda şübhə yaranmamışdır. Çinarə həm mühasib olmuş, həm də kassaya baxmışdır. Kassaya dair əməliyyatların aparılması ilə bağlı göstərişlərin bəzilərini Çinarəyə o, bəzilərini isə Elçin vermişdir. Onun və Elçinin göstərişi olmadan Çinarə hüquqi baxımdan heç kimə kassadan ödəniş edə bilməzdi. Kassanı faktiki olaraq açıb yoxlamamış, pulu saymamışdır. Ancaq hesabat verəndə görmüşdür. Çinarə ona pul çatışmazlığı barədə heç nə deməmiş, həmişə pul verdiyi üçün kassanı yoxlamamışdır. Hər dəfə bazarlıq olunduqdan sonra kassada qalıq qalmış, o kassanı heç vaxt yoxlamamışdır ki, kassada qalıq qalıb, yoxsa yox. Xərci o etsə də kassada qalan pulu yoxlamamışdır. Çinarə xanımla onun kassada nə qədər pul qalması, hansı xərclərin edilməsi ilə bağlı yazışmaları olmuşdur. Bu yazışmaları gündə dəfələrlə də, bir neçə gündən bir də etmişlər. Şüşələrin təmiri ilə bağlı Çinarə xanımın ödəniş kimi 8000 manat verməyi üçün göstəriş verib-vermədiyini xatırlamır. Bu məsələlərdən 3 il keçdiyi üçün yadında qalmamışdır. Onlarda siyahı olmuş, servis haqqı kimi gəlirin 10 faizi hansı ofisiantlar, aşpazlar arasında bölünmüşdür. Çinarə xanım servis haqqı kimi ödənişi yalnız kassadan, nağd formada edə bilmişdir. Rusiya İqtisad Universitetində təhsil almaqla "xxxx" Neft Şirkətində işləmişdir. Əvvəlki işində heç vaxt belə bir maliyyə pozuntusu olmamış, belə hadisə ilə birinci dəfədir ki, qarşılaşır. Çinarənin belə hadisə törətməsinin səbəbini bilmir. Çinarə ilə yazışmaları çox olduğuna görə giyotin şüşə ilə bağlı ödəniş üçün göstəriş verməsini xatırlamır. Məhkəmənin diqqətinə çatdırır ki, Çinarə geri qayıdıb ödənişlərə dəyişiklik etdiyi üçün bütün bunlar baş vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2006-cı ildən hal hazıradək Erebus MMC-də baş mühasib vəzifəsində işləyir. Eyni zamanda 2018-ci ildən xx.xx.2022-ci il tarixədək hazırkı vaxta kimi Zərərçəkmiş şəxs MMC-də maliyyə direktoru vəzifəsində işləmişdir. Vəzifəsinə şirkətin maliyyə vəziyyəti ilə bağlı təhlillər aparılması və xidmət səviyyəsinin artırılması ilə bağlı təkliflər verilməsi, ilkin mühasibat və maliyyə sənədlərinin hazırlanmasına, hesablaşmaların və ödəniş öhdəliklərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarlaşdırılmasmm həyata keçirilməsinə, mühasibatlıq uçotu və hesabatının təşkilinin yoxlanılması, şirkət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablaşmalarının (həmçinin mühasibat uçotu registlərində) düzgün əks etdirilməsi və ona nəzarət etmək, daxil olan pul vəsaitlərnin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibatlıq uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, əmək haqqının ödənilməsi hesablan, dövlət qurumlarına ödəmələrin, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitlərinə nəzarət etmək, pul vəsaitlərin və mal-material qiymətlərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak, lazımi qaydada müvafiq işlərin hüquq-mühafizə orqanların verilməsinin idarə olunmasını təmin etimək və sair əmək funksiyalarını yerinə yetirməkdən ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Zərərçəkmiş şəxs MMC-nin mühasibi vəzifəsinə, əmək müqaviləsinə dəyişikliklər edilməsi ilə bağlı əmrə əsasən xx.xx.2020-ci il tarixdən baş mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Çinarə onun direktor olduğu maliyyə şöbəsinin baş mühasibi olmuşdur. Belə ki, Anar Hüseynov Zərərçəkmiş şəxs MMC-nə yeni direktoru təyin olunduqdan sonra tərəfindən sərbəst auditor dəvət olunaraq MMC-nin maliyyə şöbəsində son üç ilin audit yoxlaması aparılmış və müəyyən edilmişdir ki, MMC-nin nəzdində olan oteller üzrə toplanmış pul vəsaiti «X8» üzrə MMC-nin balansına mədaxil edilsə də, faktiki olaraq 2021-ci il üzrə kassaya 2.009.677,83 manat pul daxil olmuşdur. O cümlədən 1.590.523,10 manat sənədləri olan xərclərə, 382.466,90 manat rəhbərlini təsdiq etdiyi sənədsiz xərc məbləği müəyyən edilmişdir. Nəticədə 27.050 manat pul vəsaiti naməlum şəraitdə kassadan mənimsənilmişdir. 2022-ci ilin 18 avqust dövrünədək kassaya 2.016.089,68 manat pul daxil olmuşdur. O cümlədən, sənədləri olan xərc məbləği 161.473,18 manat, rəhbərliyin təsdiq etdiyi sənədsiz xərc məbləği 1.696.425,90 manat müəyyən edilmişdir. Nəticədə 121.103,40 manat pul vəsaiti yenə də naməlum şəraitdə kassadan mənimsənilmişdir. Bununla da, Təqsirləndirilən şəxs tərəfindən işlədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə MMCyə mədaxil olunmuş ümumilikdə 148.153,40 manat pul vəsaiti onun tərəfindən mənimsənilmişdir. Təqsirləndirilən şəxs MMC-də tətbiq olunan «1-C» mühasibatlıq sistemindən özbaşına olaraq, "xxxx" mühasibatlıq sisteminə keçid etmiş, MMC-yə daxil olmuş pul vəsaitlərini MMC-in kassasına təhvil vermək əvəzinə, özündə saxlayaraq təyinatını dəyişmiş və bu yolla külli miqdarda olan pul vəsaitlərini mənimsəmişdir. Çinarənin «1-C» mühasibatlıq sistemindən "xxxx" mühasibatlıq sisteminə keçməsini isə o, sonradan bilmiş və Çinarə ona əvvəlki sistemin tələblərə cavab vermədiyini bildirib, yeni mühasibatlıq sistemi ilə əvəz etdiyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi dövrlərdə daxil olmuş pulları kassaya təhvil verməyib özündə saxladığından, pulların sonrakı təyinatları bərədə özbaşına qərarlar qəbul etmişdir. Təqsirləndirilən şəxs bu əməllərindən onun heç vaxt məlumatı olmamış və Çinarəyə heç vaxt belə bir əməllərin icra edilməsi üçün göstəriş verməmiş, əksinə audit yoxlamasında şəxsən özü iştirak etmiş, Çinarənin işlədiyi dövrdə kassa məxaric orerləri tərtib etmədən kassadan müxtəlif məbləğlərdə pul götürməsi aşkar edilmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, yoxlama ərəfəsində maliyyə şöbəsində istifadə olunan kompyuter avadanlıqları kooperativ audit proqramı vasitəsilə tələb yaranan müddətdən həmin anadək olan əməliyyatların izlənməsi həyata keçirilmişdir. Nəticə etibarilə baş mühasib Təqsirləndirilən şəxs istifadəsində olan kompyuterdə 2 ədəd kassa faylı olmuş, 1-ci fayl şifrəsiz idi. Həmin fayla maliyyə direktoru kimi onun, baş mühasib Təqsirləndirilən şəxs və kassir Şahid1 giriş izni olmuşdur. Lakin 2-ci fayl şifrəli olmuş, nə onun, nə də kassir Şahid1 bu fayldan məlumatı olmamışdır. Həmin şifrəli kassa faylı təxminən 2019-cu ildən 2022-ci ilin avqust ayınadək yəni, Təqsirləndirilən şəxs fəaliyyəti dövrünə təsadüf etmişdir. Həmin fayllara audit yoxlaması zamanı baxış keçirilmiş və nəticə də yekun audit aktı tərtib edilmişdir. Faylların açılmasında və audit aktının tərtib edilməsində o, iştirak etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan kompyuter əməliyyatlarına baxış zamanı çox az hallarda “1-C” mühasibatlıq sistemindən, əsasən "xxxx" proqramından istifadə edildiyi aşkar edilmişdir. “1-C” mühasibatlıq sistemindən yalnız blanklarm çapı üçün istifadə edilmiş, "xxxx" proqramından isə əsas olaraq mədaxil və məxaric əməliyyatları aparılmışdır. Təqsirləndirilən şəxs MMC-də tətbiq olunan «1-C» mühasibatlıq sistemindən özbaşına olaraq, "xxxx" mühasibatlıq sisteminə keçid etmiş və həmin proqramdan istifadə etmiş, bu barədə ona və digər səlahiyyətli şəxslərə də məlumat verməmişdir. Belə ki, audit olunaraq məlumatlar toplanılmış, sistemdə olan, gündəlik və həftəlik satışlarla bağlı qeydlər aparılan “Fidelio” hesabatlarına baxış keçirilmişdir. Həmçinin, baş mühasib Təqsirləndirilən şəxs istifadə etdiyi "xxxx" proqramına da baxış keçirilmiş, müəyyən edilmişdir ki, MMC-nin nəzdində fəaliyyət göstərən “Hotellər”üzrə toplanaraq baş mühasib Təqsirləndirilən şəxs təhvil verilmiş pul vəsaitlərini sonuncu istədiyi təyinatlara, yəni bəzi hallarda bazarlıq etmək, bəzi hallarda kondisioner təmir etdirmək adı ilə və digər yollarla yönləndirərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 27.050,00 manat, 01.01,2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə 121.103,40 manat məbləğində olan 148.153.40 manat dəyərində pul vəsaitini mənimsəmişdir. Təqsirləndirilən şəxs pul vəsaitlərini kassadan rəhbərliyi məlumatı olmadan, hər hansı bir təsdiq edici sənəd olmadan götürmüş, pulun götürülməsini və hər hansı iş üzrə yönləndirilməsini təsdiq edən məxaric orderləri və qəbzlər olmamışdır. Yalnız bu barədə Təqsirləndirilən şəxs "xxxx" proqramında qeyd etmişdir. Yoxlama zamanı Çinarənin istifadəsində olan kompyuterdən "xxxx" proqramının məlumatları əsasında götürülmüş pul vəsaitlərinə dair kassa əməliyyatlarının cədvəlində öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi və əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, hal-hazırda "xxxx" MMC-də maliyyə direktoru işləyir. "xxxx" MMC-nin təsisçilərindən birinin qohumu olan Seyfəl müəllimlə dostdur. Seyfəl müəllim otellərində nəsə bir uyğunsuzluq olduğunu və ona baxmağını xahiş etmişdir. Başqa oteldə işlədiyi üçün vaxtı olmamış, avqust ayında 6-bazar günü otelə getmiş, onların ilkin sənədlərinə baxmış və həqiqətən də orada daxil olan pullarda əskiklik müşahidə etmişdir. Təqsirləndirilən şəxs tanımamış, ora gələndə iki dəfə görmüşdür. Təqsirləndirilən şəxs 6-cı gün və bazar günlərində gəlməmiş, sənədlərlə üzləşmə olduğu zaman gəlmişdir. Həmin ilkin sənədlər əsasında ona qovluqlar və Fidelio proqramından çıxarışlar vermişlər. Həmin qovluqlarda kassadan çıxarışlar olmuşdur. Həmin sənədləri üzləşdirdikdə, həqiqətən də orada 2021 və 2022-ci illər ərzində toplam təxmini 150.000 manata yaxın məbləğ yeyinti olduğunu aşkar etmişdir. Bu çatışmamazlıq aşkar olunandan sonra lisenziyalı audit çağırılmış, auditin imzası ilə sənədləri təsdiq etmişlər. "xxxx" MMC-də Fidelio proqramı işlədilmişdir. Həmin ilkin proqrama əsasən bunların mühasibatlığını yoxladıqda oradan əskikliyi müşahidə etmişdir. Otelin aylığı sistemdə görünmür, ilkin proqram sırf qonaqlarla bağlı pulu, ancaq gələn pulu və oradan hara getdi həmin pulu göstərir. Bildirir ki, pulun xərclənmə istiqamətinə dair məbləğlər otelin məxaric-mədaxil proqramda deyil, o mühasibatlıq proqramında olmalı idi. Ona verilən məlumata görə onlar da 1C proqramını alsalar da istifadə etməmişdilər. Kassa əməliyyatları excel proqramında aparılmışdır. Həmin proqram ilə fidelio proqramını müqayisə etmişdir. Kassada bəzi xərclər göstərilsə də, həmin xərclərin sənədi olmamış, lakin pulun böyük əksəriyyəti mədaxildən getmişdir. Pulun silinməsinə nəzarət edən bildiyinə görə Çinarə xanım olmuş, maliyyə direktorunun dediyinə görə o, ayda bir dəfə nəzarət etmişdir. Hazırki dövrdə daxil olan pullara özü nəzarət edir. Ofis və otellər başqabaşqa yerdə olduğu üçün oteldən nə qədər pul gələcəyini onlar heç görmədən sistem vasitəsi ilə baxır, sənəd gətirilən zaman məbləğ eyni olduqda əsas Fidelio proqramı ilə qəbul edir. Otellərin təsisçilərini indi tanıyır, həmin şəxslər sənədlərdə Səbinə və Adilə xanımdır. O, subordinasiya olduğu üçün təsisçilərlə görüşməmiş, yalnız direktoru tanımışdır. Direktorla Çinarə xanımın yeyintilərini müzakirə etmiş olsa da, mühasibatlıq sənədini lisenziyalı audit yoxlayıb tərtib etmişdir. Sənəddəki imza onun imzasıdır, sənədləri qovluqlarla bir yerdə auditə o təqdim etmişdir. Direktor təsisçilərlə sənədləri müzakirə etmişdir. Renat Səfərovu tanımır, onu bir dəfə görmüşdür. Renat Səfərovun sənədlərini görməmiş, bazarlığı bildiyi qədər Renat Səfərov etmiş, amma onun sərd etdiyi məbləğlərdən bəzilərinin təsdiqedici sənədi olmuş, bəzilərinin olmamışdır. Şahid2 işə necə nəzarət etməsini bilmir, normalda maliyyə direktoru kassaya məsuliyyət daşıyır, baxıb yoxlamalıdır. İşin qaydası belə imiş ki, kassir kassa işlərini görməli, nə qədər pul gəldiyinə, nə qədər pul çıxdığına baxmalı və yoxlamalı idi. İşə yeni gələn zaman maliyyə üzrə hesabatı Oksana xanımdan almış, ona verilən sənədlər əsasında işini davam etdirmişdir. Şahid3 ibtidai istintaq zamanı Şahid2 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq dövründə verdiyi və əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, 2004-cü ildən hal hazıradək Saypiem Neft Şirkətində keyfiyyətə təminat və audit şöbəsinin koordinatoru vəzifəsində işləyir. O, tutduğu vəzifəyə uyğun olaraq maliyyə, təchizat və s. yoxlamalar həyat keçirir. Anar Hüseynov Zərərçəkmiş şəxs MMC-yə yeni direktor təyin olunduqdan sonra 2022-ci ilin avqust ayında sərbəst auditor dəvət olunaraq MMC-nin maliyyə şöbəsində son üç ilin audit yoxlaması aparılmışdır. Həmin ərəfədə o, da yoxlamalarda iştirak etmək üçün dəvət edilmişdir. Lakin bu rəsmi şəkildə olmamışdır. Yoxlama nəticəsində baş mühasib Təqsirləndirilən şəxs istifadəsində olan kompüterdə 2 ədəd kassa faylı aşkar edilmişdir. 1-ci fayl şifrəsiz olmuş, həmin fayla maliyyə direktoru Şahid2, baş mühasib Təqsirləndirilən şəxs və kassir Şahid1 giriş izni mövcud olmuşdur. Lakin 2-ci fayl şifrəli olmuş və kassir Şahid1 bu fayldan məlumatı olmamışdır. Həmin şifrəli kassa faylı təxminən 2019-cu ildən yəni, Təqsirləndirilən şəxs fəaliyyəti dövrünə təsadüf etmişdir. Həmin fayllara audit yoxlaması zamanı baxış keçirilmiş və nəticə də yekun audit aktı tərtib edilmişdir. Faylların açılmasında və audit aktının tərtib edilməsində o, rəsmi şəkildə iştirak etməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan kompüter əməliyyatlarına baxış zamanı çox az hallarda “1-C” mühasibatlıq sistemindən, əsasən "xxxx" proqramından istifadə edildiyi aşkar edilmişdir. “1-C” mühasibatlıq sistemindən yalnız blankların çapı üçün istifadə edilmişdir. "xxxx" proqramından isə əsas olaraq mədaxil və məxaric əməliyyatları aparılmışdır. Çinarə MMC-də tətbiq olunan «1-C» mühasibatlıq sistemindən özbaşına olaraq, "xxxx" mühasibatlıq sisteminə keçid etmiş və həmin proqramdan istifadə etmiş, bu barədə də maliyyə direktoruna və digər səlahiyyətli şəxslərə məlumat verməmişdir. Belə ki, audit olunaraq məlumatlar toplanılmış, sistemdə olan, gündəlik və həftəlik satışlarla bağlı qeydlər aparılan “Fidelio” hesabatlarına baxış keçirilmişdir. Həmçinin, baş mühasib Təqsirləndirilən şəxs istifadə etdiyi "xxxx" proqramına da baxış keçirilmiş, müəyyən edilmişdir ki, MMC-nin nəzdində fəaliyyət göstərən “Hotellər”üzrə toplanaraq baş mühasib Təqsirləndirilən şəxs təhvil verilmiş pul vəsaitlərini sonuncu istədiyi təyinatlara, yəni bəzi hallarda bazarlıq etmək, bəzi hallarda kondisioner təmir etdirmək adı ilə və digər yollarla yönləndirərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 27.050,00 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə 121.103,40 manat məbləğində olan 148.153,40 manat dəyərində pul vəsaitini mənimsəmişdir. Təqsirləndirilən şəxs pul vəsaitlərini kassadan rəhbərliyi məlumatı olmadan, hər hansı bir təsdiq edici sənəd olmadan götürmüş, pulun götürülməsini və hər hansı iş üzrə yönləndirilməsini təsdiq edən məxaric orderləri və qəbzlər olmadan ələ keçirmişdir. Yalnız bu barədə Çinarə "xxxx" proqramında qeyd etmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs ofisə dəvət olunub, etdiyi əməli etiraf edərək dəymiş zərəri tez bir zamanda ödəyəcəyini bildirmişdir. Hətta istifadəsində olan işlədiyi dövrdə nağd şəkildə aldığı avtomobili satacağını da demişdir. Həmin vaxt Çinarə şəxsən özü izahat yazaraq etdiyi əməli etiraf etmiş, yaranmış çatışmazlığı öz üzərinə götürmüşdür. Bundan bir neçə gün sonra Çinarə dəymiş ziyanı ödəməyəcəyini, heç bir məbləğdə pul vəsaitini mənimsəmədiyini demişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Çinarə Zərərçəkmiş şəxs MMC-yə izahat yazarkən sonuncunu təhdid edən olmamışdır. Əksinə Çinarəyə izah etmişdir ki, gördüyü işlə bağlı ailə üzvlərinə məlumat versin. Həmin vaxt Çinarə onlara əgər atası bilsə gəlib onları bıçaqlayacağını da demişdir. Çinarə izahatı sərbəst şəkildə yazmışdır. Çinarəyə heç bir təzyiq göstərən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq dövründə verdiyi və əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 2019cu ilin may ayından 2022-ci ilin iyul ayınadək "xxxx"in tərkibində fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-də İnformasiya Texnologiyaları üzrə mütəxəssis vəzifəsində işləmişdir. Anar Hüseynov Zərərçəkmiş şəxs MMC-yə yeni direktor təyin olunduqdan sonra 2022-ci ilin avqust ayında sərbəst auditor dəvət olunaraq MMC-nin maliyyə şöbəsində son ilin audit yoxlaması aparılmışdır. Təqsirləndirilən şəxs məxsus kompüterdə audit zamanı iki ədəd excel fayl aşkar olunmuş, onun biri şifrəli, biri şifrəsiz olmuş, fayllardan birinin niyə şifrəli, birinin niyə şifrəsiz olduğunun mahiyyətini o bilməmişdir. O sadəcə faylları aşkar edib aidiyyəti üzrə faylları auditə yönləndirmişdir. Audit aparan şəxsin kim olduğunu bilmir. Məhkəmənin diqqətinə çatdırır ki, Çinarə ilə Elçin arasında olan elektron poçt üzərindən məktublaşmalara baxmaq mümkün olmamışdır. Belə ki, şirkətə məxsus e-poçtdakı məlumatlar müəyyən müddət ərzində orada qalır. Zaman keçdikcə həmin məlumatlar avtomatik silinir. Bu da məlumatların saxlama yerinin məhdud olması ilə əlaqədardır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin may ayından 2022-ci ilin iyul ayınadək "xxxx"in tərkibində fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-də İT mütəxəssis vəzifəsində işləmişdir. Anar Hüseynov Zərərçəkmiş şəxs MMC-nin yeni direktoru təyin olunduqdan sonra 2022-ci ilin avqust ayında sərbəst auditor dəvət olunaraq MMC-nin maliyyə şöbəsində son üç ilin audit yoxlaması aparılmışdır. Həmin yoxlama ərəfəsində o, maliyyə şöbəsində istifadə olunan kompyuter avadanlıqlarını kooperativ audit proqramı vasitəsilə tələb yaranan müddətdən həmin anadək olan əməliyyatların izlənməsini həyata keçirmişdir. Nəticə etibarilə baş mühasib Təqsirləndirilən şəxs istifadəsində olan kompyuterdə 2 ədəd kassa faylı olmuş, 1-ci fayl şifrəsiz idi. Həmin fayla maliyyə direktoru Şahid2, baş mühasib Təqsirləndirilən şəxs və kassir Şahid1 giriş izni var idi. Lakin 2-ci fayl şifrəli idi və kassir Şahid1 bu fayldan məlumatı olmamışdır. Həmin şifrəli kassa faylı təxminən 2019-cu ildən yəni, Təqsirləndirilən şəxs fəaliyyəti dövrünə təsadüf etmişdir. Həmin fayllara audit yoxlaması zamanı baxış keçirilmiş və nəticə də yekun audit aktı tərtib edilmişdir. Faylların açılmasında və audit aktının tərtib edilməsində o, iştirak etməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan kompyuter əməliyyatlarına baxış zamanı çox az hallarda “1-C” mühasibatlıq sistemindən, əsasən "xxxx" proqramından istifadə edildiyi aşkar edilmişdir. “1-C” mühasibatlıq sistemindən yalnız blankların çapı üçün istifadə edilmişdir. "xxxx" proqramından isə əsas olaraq mədaxil və məxaric əməliyyatları aparılmışdır. Belə ki, audit olunaraq məlumatlar toplanmış və araşdırılması üçün yeni təyin olunmuş maliyyə direktoru İbadət müəllimə yönləndirilmişdir. Bundan sonra maliyyə diektoru İbadət müəllim ondan sistemdə olan, gündəlik və həftəlik satışlarla bağlı qeydlər aparılan “Fidelio” hesabatlarını tələb etmişdir. O, 2019-cu ildən həmin dövrədək “Fidelio” proqramına baxış keçirmiş və onun tərəfindən hər il üçün ayrı-ayrılıqda hesabat tərtib edilərək İbadət müəllimə təqdim edilmişdir. Sonradan öyrəndiyinə görə keçirilmiş audit yoxlaması nəticəsində baş mühasib Təqsirləndirilən şəxs tərəfindən 2021-ci il və 2022-ci il ərzində MMC-yə məxsus külli miqdarda pul vəsaiti mənimsənildiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 30 ildən artıqdır ki, hüquq mühafizə orqanlarının apardığı işlərdə audit qismində fəaliyyət göstərir. 26 oktyabr 2022-ci il tarixdə Sapphire Group MMC-dən onunla əlaqə saxlanılmış, audit yoxlama keçirilməsinin lazım olduğu barədə məlumat verilmiş və bu məqsədlə şirkətlə müqavilə bağlamışdır. Daha sonra müəssisəsin maliyyə-təsərüfat fəaliyyətini yoxlamağa başlamış, yoxlanış zamanı müəssisədə demək olar ki, mühasibət uçotunun yox dərəcəsində olması müəyyən edilmişdir. Kassanın faəliyyəti ilə bağlı onu deyə bilər ki, şirkətin tabeçiliyində olan ayrı-ayrı müəssisələrdə pullar yığılmış və mühasibatlığa təhvil verilmişdır. Mühasibatlıq da pulları uçota almış, bunu 1C proqramında görmüş, C1 proqramı ilə cədvəl qurmuş, mühasibatlıqda olan qaydaya görə nə qədər pulun mədaxil və məxaric olması, nə qədər pulun qanunsuz xərclənməsi cədvəldə qeyd olunmalıdır. O 2021-ci ilin yanvar ayından 2022-ci ilin avqust ayına kimi əhatə edən dövrün auditini keçirmiş və 2021-ci ildə kassaya 2.009.677.83 manat nağd pul vəsaitinin mədaxil olunduğunu müəyyən etmişdir. Təqdim olunmuş sənədlərə əsasən 1.590.523.10 manat pulun xərclənməsini təsdiq edən sənədlər olmuş, rəhbərliyin təsdiq etdiyi sənədsiz xərc məbləği 382466.95 manat, rəhbərliyin xəbəri olmadan götürülmüş pul vəsaiti 27050 manat olmuş və bu vəsaitin 2021-ci ilin sonuna kimi nəyə xərclənməsi məlum olmamışdır. 2022-ci ildə 2010689.68 manat pul mədaxil edilmiş, həmin vəsaitin sənədləri olan xərc məbləği 161473.18 manat, rəhbərliyin təsdiq etdiyi sənədsiz xərc məbləği 169.96425.9 manat, rəhbərliyin məlumatı olmadan götürülmüş məbləğ 121103.40 manat olmuşdur. Nəticədə müəyyən olunmuşdur ki, kassada 148153.40 manat çatışmazlıq var. Həmin pulun 27050 manatı təmiz çatışmazlıq, qalan pul 121103.40 manat xərclənsə də, təsdiqedici sənədləri olmamışdır. Eyni zamanda, Səbail rayon prokurorluğunun məktubu əsasında bu iş tərəfidən təkrarən araşdırılmış və həmin nəticə təsdiq edilmişdir. 3 ildən çoxdur auiditin aparılması üçün elektron kağızlardan istifadə olunur. Eləcə də mühasibat uçotu üçün 1C və Fidelio proqramlarından istifadə edilir. Hər kompüterdə proqramlaşdırılmış 1C proqramı və Fidelio proqramı olur. Lakin oteldə Fidelio proqramı istifadə olunmadığı üçün 1C proqramında olan qeydiyyatları götürmüş və ona təqdim olunan kassa-məxaric orderləri əsasında auidit aparmışdır. Kassa-məxaric orderlərinin surəti olmadığı üçün sənədlərin əsli ilə işləmişdir. Təqsirləndirilən şəxs pulu qəbul edəndə və xərci təsdiqləyəndə sənəddə imzası olmalı halda sənədlərin bəzisində onun imzası olmuş, bəzisində isə imza olmamışdır. Təqsirləndirilən şəxs sənədi qəbul etmədiyini deyə bilməz, baş mühasib kimi onun gələn pulları dərhal uçota alması vəzifə borcu olmuş, əgər etməmişdirsə bu onun səhlənkarlığıdır. 2021-ci ildə hesab üzrə 27050 manat pul çatışmazlığı olub, həmin pul ortada olmadığı üçün məsuliyyət Təqsirləndirilən şəxs üzərinə düşür. Təqsirləndirilən şəxs cavabdeh olduğu hesab kassa hesabı olmuş, 27050 manat çatışmazlıq olmuş, fiziki olaraq isə pul olmamışdır. Pulun kimin tərəfindən götürüldüyünü müəyyən edə bilməmişdir. Hadisə 1 il bundan əvvəl olmuş, kassada 27050 manat çatışmazlıq olduğu aşkarlanmışdır. Baş mühasib dərhal bunu rəhbərliyə bəyan etməli və rəhbərlik bunu araşdırılmalı idi ki, bu pulu Şahid1 kassaya verməyib, yoxsa Təqsirləndirilən şəxs həmin pulu götürüb və qeydə almayıb. Rəydə müəssisəyə nə qədər ziyan vurulduğu yazılır, kiminsə həmin pulu “yediyini” qeyd etmirlər. Daha sonra ibtidai istintaqda, məhkəmədə nə qənaətə gəlinəcəksə, bu onların öz səlahiyyətidir. Əvvəllər özəl mülkiyyət olmadığı üçün, dövlət mülkiyyəti olduğu üçün heç kimin ixtiyarı yox idi ki, hansısa vəsaiti mənimsəsin. Bu mövzuda vicdan məsələsi də var, burada yazılır ki rəhbərliyin təsdiq sənədsiz xərc məbləği 169.96425.9 manat olmuşdur, həmin xərclər də müvafiq sənədlərdə öz əksini tapır, hər sahibkarın bir dəftəri var və hər şeyi yazıb orada yoxlayırlar. Səhv etmirəsə mehmanxanada kondisioner təmiri və digər xərclərlə bağlı qeydlər yazılsa da onlara aid qəbzlər olmamışdır. Usta gəlib 30-dan çox kondisoner təmir edirsə, bunun qəbzləri olmalı idi, indi hamının VÖEN-i var. O bütün alt sənədlərinə baxmış, kassa hesabatlarında kassaməxaric orderi ayrıca tikilsə də, digər təsdiq edilməyən sənədlər də olmamışdır. Şirkətin 1C üzrə məlumatlarını ona mühasibatlıq, daha doğrusu Təqsirləndirilən şəxs əvəz edən mühasib vermişdi. Təqsirləndirilən şəxs audit yoxlaması barədə teleqram göndərilsə də gəlməmişdir. Audit 20 gün ərzində aparılmış, 26 oktyabr tarixində başlanılmış Təqsirləndirilən şəxs də xəbərnaməli teleqram göndərib xəbər vermişdir. Audit rəyini tərtib etdikdən sonra prokurorluğa getmiş, müstəntiq Təqsirləndirilən şəxs zəng edib audit rəyi ilə tanış olması üçün çağırmış, Təqsirləndirilən şəxs isə ölkə xaricində olduğunu demişdir. Nəzərə alınmayan 148153.40 manat pulun təsdiqedici sənədləri olmamış, sadəcə mehmanxana xərcləri olaraq qeyd olunmuş, lakin qəbzi olmamışdır. Pulun qəbzi yoxdursa, kassa Çinarədə olduğu üçün deməli pulu o ələ keçirib. Baş xəzinədar pulu Təqsirləndirilən şəxs təhvil verib, bəzi təhvil-təslim aktlarında imza olmuş bəzilərində isə olmamışdır. Təhvil aktlarında yuxarıda “qəbul etdim”, aşağıda “təhvil verdim” yazılır, bu yazılar bəzi aktlarda olmamışdır. Şahid6 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsi elan edildikdən sonra hazırki ifadəsi ilə əvvəlki ifadəsi arasında yaranmış ziddiyyətə bağlı bildirdi ki, əvvəlki ifadəsini qismən təsdiq edir. Belə ki, Şahid1 pulu otellərdən təhvil-qəbul aktı ilə götürüb və pulu təhvil-qəbul aktı ilə əsas müəssisəyə vermiş, əgər verməmiş olsaydı, bu aşkara çıxaraq problem yaranardı. Əvvəlki ifadəsində pulu Şahid1 özündə saxlayıb deməmişdir. Təqsirləndirilən şəxs bu işin yaranmasına səbəbkardır. O, otellərdən gələn pullara gündəlik nəzarət etsəydi, bu iş bu həddə çatmazdı. Çünki Təqsirləndirilən şəxs qəbul etdiyi bəzi təhvil aktlarında imzası olmuş, bəzilərində isə olmamışdır. Təqsirləndirilən şəxs xəbərnaməli teleqram göndərmişdir. Onlara yoxlamada təqsirləndirilən şəxsin özünün də gəlib iştirak etsin. Audit aparılanda Şahid1 digər otellərdən pul vəsaitlərini götürməsi ilə bağlı təhvil-qəbul aktları olmuş, bəzilərində Təqsirləndirilən şəxs pulu qəbul etməsi barədə imzası olmuş, bəzisində olmamışdır. Rəsmiləşdirilməyən məbləğin miqdarı xeyli olmuşdur. Şahid1 günahı olduğunu desə də, Təqsirləndirilən şəxs baş mühasib olduğu üçün əsas günahkar odur, çünki o gündəlik otellərdən gələn pula nəzarət edir. Kompüterdə mədaxil olunma ilə bağlı rəsmi uçot aparılmış, o da bunu yoxlamış, Şahid1 təhvil aldığı pulların mədaxil edilməsində bir səhv olmamış, problem məxaricdə olmuşdur. Aparılan uçotda həmin gün kassada nə qədər pul olduğu görünür. Rəhbərlik 121103.40 manat pulun xərclənməsinə dair təsdiqedici qəbzlər olmadığı üçün həmin xərcləri qəbul etmir. Təqdim olunan 1C proqram məlumatlarının mötəbərliyinin şübhə doğurduğunu, müdaxilələr edilə bildiyini demişdir. Ona mədaxil və məxaric orderləri təqdim edilmiş, mötəbərliyinin şübhə doğurduğunu, müdaxilələr edilə bildiyini demişdir. Burda söhbət mənimsəmədən getmir. Məxaric orderi yazılarkən xərcləri təsdiq edən sənədlərin adı, tarixi, nömrəsi, hamısı öz əksini tapmalıdır. Həmin xərclərdə kassa-məxaric orderinin arxasına tikilməlidir. Bu hal audit kitabında yazılıb. Kitabda nə yazılıbsa o da kitaba uyğun hərəkət etmişdir. Təqsirləndirilən şəxs vəzifə təlimatında, vəzifə öhdəliklərində mühasib öhdəlikləri var. Baş mühasib maliyyə tabeliçiyində olan bütün mühasiblərə iş bölgüsü aparmalıdır. Çinarə xanımın imzası olan vəzifə təlimatını tədqiq edib-etməməyimi xatırlamır, lakin işə götürülərkən hamısı ilə elektron qaydada əmək müqaviləsi bağlanılıb, əmək müqaviləsinin 5-ci bəndində bütün işçilərin tutduğu vəzifədən asılı olmayaraq onun məsuliyyəti, müəssisəyə vurduğu ziyanla bağlı hamısı yazılır. Maddi məsuliyyət müqaviləsinin olub-olmadığını xatırlamır, amma əmək müqaviləsinin 5-ci bəndində hamısı yazılmışdır. “Mühasibat uçotu” haqqında Qanunda və audit kitabında yazılb ki, maliyyə şöbəsi, hamısı ardıcıllıqla baş mühasib əgər tabeçiliyində mühasiblər varsa iş bölgüsü aparmalıdır, həmin bölgü əsasında vaxtaşırı 2-3 aydan bir onların icrasını yoxlamalıdır. Təqsirləndirilən şəxs və digərləri hamısı həmin audit aktını imzalamışdır. Orada komputerlərdə parol olduğu üçün heç kim girə bilməz, yalnız parolu bilən girə bilərdi. Excel proqramıdır, ona 1C-də deyilir, Excel də. 1C-lə Excel proqramlarının işləmə prinsipi eynidir, burada biraz incəlik var, 1C proqramlaşdırılmış olur, ora girmək, orada silmək mümkün deyil, proqramlaşdırılmamış, lisenziyalaşdırılmamış 1Cdir. Excel və 1C proqramının ikisində ora yazmış, amma lisenziyasızdır. İstintaqda Excel proqramı olub, 1C proqramı olmamışdır. Audit keçirdiyi şirkət Exceldən başqa mühasibat sənədi təqdim etməmiş, ancaq Excel elektron qaydada təqdim edilib. Həmin Excel cədvəlini çap edib götürmüş, onun üstündə işləyib cədvəllərə əlavələr etmişdir. Tərtib etdiyi aktı təsdiq edir. Bildirir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda ifadə verməyə gəlməzdən əvvəl xəstələndiyi ümün saat 11 radələrində venasına 3-4 iynə vurulmuş, saat 3-də iclasa gəlmiş, iclas zamanı səhhəti qənaətbəxş olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən xx.xx.2019- cu il tarixli, № AT/048 saylı icazəyə əsasən fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC-nin qanuni təmsilçisi X3 ilə 26 oktyabr 2022-ci il tarixli bağlanmış müqaviləyə əsasən Zərərçəkmiş şəxs MMC-nin xəzinədarı Şahid1 xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi dövrün fəaliyyətini yoxlamaya təqdim olunmuş kassa və C-1 proqramı üzrə uçot məlumatlarına əsasən audit yoxlamasını aparmışdır. Audit yoxlamasında iştrak etmək üçün, Zərərçəkmiş şəxs MMC-in xəzinədarı Şahid1 və baş mühasib Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanına Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən 10 noyabr 2022-ci il tarixində ”Famko kuryer və kargo” MMC vasitəsi ilə xəbərnaməli teleqram göndərilmişdir. Həmin teleqramın qəbul olunmasına dair bildirişdə Təqsirləndirilən şəxs imza etmişdir. Təqsirləndirilən şəxs audit yoxlamasında iştrak etməsi barədə teleqram vasitəsi ilə məlumat verilsə də naməlum səbəbdən iştrak etməmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də baş mühasib Təqsirləndirilən şəxs xx.xx.2019 ci il tarixdən əmək müqaviləsinə əsasən mühasib, xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi qeydə alınmış, xx.xx.2020- ci il tarixdən baş mühasib təyin edilmiş,xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Təqsirləndirilən şəxs ilə xx.xx.2019 ci il tarixdə müqavilənin 2.1 bəndinə əsasən müddətsiz əmək müqaviləsi, xx.xx.2019 ci il tarixdə tam maddi məsuliyət haqqında müqavilə bağlanmışdır.Yuxarıda qeyd olunan müqavilələrdə Təqsirləndirilən şəxs onun maddi məsuliyyət daşıması barədə rəsmi bildirilmişdir. İnkassator-xəzinədar Şahid1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022- ci il tarixədək "xxxx" MMC-də İnkassator- xəznədar vəzifəsinə işləmişdir. Baş mühasib Təqsirləndirilən şəxs yoxlama dövründə müəssisənin xəzinə əməliyyatları üzə hesabatları 01.0.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tərtib olunmasına nəzarət etməmişdir. Belə ki, mühasibat uçotu haqqında qanunun tələbləri və xəzinə əməliyyatlarına dair təlimatın tələblərinə əməl edilməmişdir. Mühasibat sənədlərinin uçot prinsiplərinin uyğunsuzluğu, maliyyə hesabatlarının tərtibi və mühasibat uçotu üzrə qanunvericilik və normativ aktların tələblərinə müvafiq olmadığı aşkar olunmışdır. Müəssisənin rəhbərliyi tərəfindən 1C mühasibatlıq proqramı alınsa da naməlum səbəbdən tətbiqinə başlanılmamış və mühasibatlıq sistemində ciddi boşluq yaranmış, nəticədə əsas mühasibatlıq hesabatlarından kassa əməliyyatları üzrə balans hesabatı, dövriyyə qalıq cədvəli yuxarıda qeyd olunan dövrlərdə tərtib olunmamışdır. Audit yoxlaması zamanı Zərərçəkmiş şəxsMMC-nin mühasibatlığında olan kompyüterin qeyri-rəsmi məlumatlarına əsasən, məlumatlar cədvəl formasında götürülmüş mühasibatlıqda mövcud olan sənədlər qeydiyyatlar, aktlar və s. mədaxil və məxariclər üzrə siyahılaşdırılmış və aşağıda qeyd olunan nəticə əldə olunmuşdur. Zərərçəkmiş şəxs MMC-nin baş mühasibi Təqsirləndirilən şəxs nəzarətsizliyindən inkassator-xəzinədar Şahid1 kassa hesabatları yazmamış və ondan kassa hesabatlarını tələb etməmişdir. Yoxlama dövründə kassa hesabatlarını yazmaq qeyri rəsmi Şahid1 həvalə edilmişdir. Kassa hesabatları olmadığına görə yeni təyin olunmuş mühasibatlıq tərəfindən təqdim edilmiş mövcud olan sənədlərə, qeydiyyatlara, aktlara və s. əsasən hər aylar üzrə tərtib olunmuş cədvələ və xidmət haqlarından yığılmış nağdı pul vəsaitlərinə dair nəticə cədvəlləri tərtib olunaraq aşağıda qeyd olunan nəticə müəyyən olunmuşdur. 2021-2022-ci ilin 8 ayında otellərdən qəbul edilmiş pul vəsaitinə dair kassa mədaxil orderləri yazılmamışdır. Buna da səbəb otellərdən pul verilərkən kassa məxaric orderləri tərtib edilməməsi, yalnız Şahid1 qaimə əsasında pulları toplamasıdır. Yoxlamaya təqdim olunmuş qısalmış formada tərtib olunmuş kassa məxaric orderinə oxşar qaimə formasında sənədləşmə aparılmışdır. Həmin qaimədə əməliyyat tarixi, pul vəsaitini verən şəxsin adı soyadı, pul vəsaitinə təhvil alan şəxsin adı soyadı və hər iki tərəfin təhvil verənin və təhvil alanın imzaları vardır. Pul vəsaitini əsasən qəbul edən əsasən Şahid1, Nəsibulla Dadaşov, bəzi hallarda isə Təqsirləndirilən şəxs və digərləri olmuşdur. Pul vəsaitini otellərdən qəbul edən Şahid1, Nəsibulla Dadaşov və digərləri Zərərçəkmiş şəxsMMC-nin baş mühasibi Təqsirləndirilən şəxs təhvil verərkən aralarında təhvil təslim aktları yazılmamışdır. “Fidelio” proqramına əsasən Zərərçəkmiş şəxsMMC-nin 2021-ci ildə 2.009.677.83 manat nağd pul vəsaiti gətirilmişdir. Həmin dövürdə sənədləri olan xərc məbləği 1.590.523.10 manat, rəhbərliyin təsdiq etdiyi sənədsiz xərc məbləği 382466.95 manat, rəhbərliyin məlumatı olmadan götürülmiş məbləğ 27050 manat olmuşdur. 2022 ci ildə 2010689.68 manat nağdı pul vəsaiti gətirilmişdir. Həmin dövrdə sənədləri olan xərc məbləği 161473.18 manat, rəhbərliyin təstiq etdiyi sənədsiz xərc məbləği 1696425.9 manat, rəhbərliyin məlumatı olmadan götürülmiş məbləğ 121103.40 manat olmuşdur. Zərərçəkmiş şəxsMMC baş ofisinin kassasına 2021, 2022-ci ilin 20 avqust tarixinədək dövürlərdə “Sapphire City hotek Baku”,Bayıl otel”,Marina hotel” və “Sapphire İNN hotel Baku” müəssələrindən (27050+121103.40) = 148153.40 manat nağdı pul vəsaiti uçota alınmamış və mənimsənilmiş və nəticədə Zərərçəkmiş şəxsMMC-nə ziyan vurulmuşdur. Yoxlama zamanı eksel formatını filter etməklə rəhbərliyin məlumatı olmadan götürülmiş 2021-ci ildə 27050 manat, 2022-ci ilin 8-ayında götürülmiş məbləğ 121103.40 manat (27050+121103.40), ümumilikdə 148153.40 manat pul vəsaitinin götürülməsi metodunu təhlil edərkən müəyyən olundu ki, əsasən bir neçə hallarda bazarlıq etmək adı ilə, bir neçə halda kondisionerləri təmir etdirmək adı ilə pul vəsaiti götürülmiş lakin həmin götürülmiş pul vəsaitini təstiq edən sənədlər olmamışdır. Audit zamanı yuxarıda qeyd olunan dövrlər üzrə kassanın fəaliyyəti ilə bağlı hər hansı "xxxx"MMC-nin baş mühasibi Təqsirləndirilən şəxs tərəfindən hər hansı qabaqlayıcı tədbirlər görməmişlər. Təqsirləndirilən şəxs kassada olan pul vəsaitini özü istədiyi xərclər təyinatlarına yazmaqla ümumilikdə 2021-ci ildə 27050 manat, 2022-ci ilin 8-aymda götürülmiş məbləğ 121103.40 manat (27050+121103.40) cəmi 148153.40 manat məbləğ əsaslanmasını təstiq edən sənədlər olmadan götürmüşdür. Bundan başqa o, ifadəsində bildirmişdir ki, müəssisənin rəhbərliyinin əmri əsasında bir nəfər ayrılaraq kassa əməliyyatları aparılması həvalə edilməli, həmin şəxs mədaxil olunan və məxaric olunan pul vəsaitlərinə dair mədaxil və məxaric orderləri yazmalı, maliyyə direktoru və baş mühasib, eləcə də pul verən və pul alan şəxslər kassa mədaxil və məxaric orderlərində imza etməlidirlər. Amma burada həmin dövrdə rəhbərlik tərəfindən işçi ayrılmadığı üçün kassa hesabatları tərtib edilməmiş, buna da baş mühasibin nəzarəti olmamış, yalnız baş mühasib Təqsirləndirilən şəxs bu əməliyyatı rəhbərliyin göstərişi ilə qeyri qanuni kassa əməliyyatının aparılmasını öz üzərinə götürmüşdür. Nəticə də yoxlama zamanı müəyyən edilmişdir ki həqiqətən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 148153.40 manat kassada çatışmazlıq yaranmışdır. Yoxlama dövründə Zərərçəkmiş şəxsMMC tərəfindən ona 2021-ci üzrə rəhbərlik tərəfindən təsdiq edilmiş dövriyyə cədvəli təqdim edilmiş və həmin cədvələ əsasən də müəyyən etmişdir ki, 2021-ci ildə rəhbərliyin məlumatı olmadan götürülmiş məbləğ 27050 manat olmuşdur. Eləcə də, yoxlama dövründə Zərərçəkmiş şəxsMMC tərəfindən ona 2022-ci ilin 8 ayı üzrə rəhbərlik tərəfindən təsdiq edilmiş dövriyyə cədvəli təqdim edilmiş və həmin cədvələ əsasən də müəyyən etmişdir ki, 2022-ci ilin qeyd olunan dövründə rəhbərliyin məlumatı olmadan götürülmiş məbləğ 121103.40 manat olmuşdur. Zərərçəkmiş şəxsMMC tərəfindən ona təqdim edilmiş 2021-2022-ci ilin 8 ayı üzrə cədvəllərə baxaraq bu qənaətə gəlmişdir. Cinayət işinin 2-cü cild 74-80-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs MMC-də baş mühasib işləmiş Təqsirləndirilən şəxs istifadəsində olan «HP» markalı personal modelli kompyuterə baxış keçirilməsi barədə, 26 may 2023-cü il tarixli protokoldan görünür ki, kompyuterin ekranında olan iş masasında müxtəlif növ proqramlar və həmçinin mühasibatlığa məxsus ümümi paylaşım qovluğunda yerləşən kassa qovluğunda bir ədəd şifrələnmiş və bir ədəd şifrəsiz «Excel» faylları olmuş, həmin «Excel» fayllarında isə müxtəlif «sheet»lərdən ibarət hesabatlar yer alır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan kompyuterə yazılmış şirkətlər üçün nəzərdə tutulmuş «Teramind» adlı audit proqramına baxış keçirtdikdə onun 29 avqust 2022-ci il tarixdə səhər saat 09:59:22-dən etibarən 30 avqust 2022-ci il saat 01:17:21-dək olan müddət ərzində apardığı əməliyyatlarda onun tərəfindən “Yanvar 2021- 16 avqust 2022” adlı fayla daxil olaraq yanvar ayından etibarən hesabatda olan rəqəmləri köçürərək avqust ayının hesabatlarına daxil etməklə düzəlişlər etməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə səhər saat 09:59:22-dən etibarən 30 avqust 2022-ci il saat 01:17:21-dək olan müddət ərzində apardığı əməliyyatların çıxarışları çap edilərək protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 222-229-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə (kontraktı) əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də mühasib vəzifəsinə, xx.xx.2020-ci il tarixli əmrə və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən baş mühasib vəzifəsinə təyin edilmiş, onunla xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilə, həmin tarixdə kommersiya sirrinin rejiminə əməl edilməsi barədə razılaşma bağlanmış, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Bağlanmış əmək müqaviləsi və vəzifə təlimatında “əmək funksiyaları” bəndində mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam, əmrlərini, metodik-normativ və başqa rəhbər materialları, müəssisə, idarə və təşkilatın mühasibat hesabının metod və formalarını, uçot və hesabatı, hesabatların plan və korrespondensiyasını, hesabat sahələri üzrə dövriyyəsinin təşkilini, sənədlərin rəsmişlədirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını, hesablama texnikasının istismarı qaydalarını, iqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını öz öhdəsinə götürmək vəzifələrini daşımağı göstərilmişdir. İmzalanmış tam maddi məsuliyyət haqqında müqavilədə, mühasib və ya baş mühasib vəzifəsində işləyən “İşçi” ona etibar edilmiş bütün maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalı, müəssisənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbələrini aydınlaşdırmalı, “işəgötürən”in iş yerində olan, “işçi”nin istifadə etməsinə icazə verilən və verilməyən istənilən əmlakla, avadanlıq, cihaz, ləvazimat, sənədlə ehtiyatlı, səliqəli davranmalı, onların istifadə qaydalarına riayət etməli, zədələnməsinə, məhv olmasına şərait yaradan şəkildə istifadəyə özü tərəfindən və ya onun tərəfindən üçüncü şəxsə təqdim edildiyi təqdirdə həmin üçüncü şəxs tərəfindən yol verilməməsini təmin etməli, ona etibar edilmiş inventarın, görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada sənədləşməsini tərtib edib tələb olunan yerlərə təqdim etməli, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. Cinayət işinin 2-ci cild 14-16, 3-cü cild 1-428,4-cü cild 1-368-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış izahatda kassa sənədlərinin qəbulu və təhvili zamanı itirilmiş müəyyən sənədlər olduğunu, “Fidelio” sistemində səhv əməliyyatlar aparıldığını, bu məsələ də məsuliyyətli şəxsin birbaşa özü olduğunu, 2021-ci il tarixdən 19 avqust 2022-ci ilədək kassa hesabatlarında məbləğlərin əksik olduğunu, fəaliyyəti dövründə “1C” proqramından “Excel” proqramına keçməsi səbəbindən kassaya tam nəzarət etməsi mümkün olmadığından və bu səbəbdən də mühasibatlıqda boşluq yarandığından həmin pulların müxtəlif üsullarla mənimsənildiyini, həmin məbləğin müəyyən bir hissəsi onun səhvləri nəticəsində mənimsənildiyini, onun tərəfindən şirkətə vurulmuş maddi ziyanın hal hazırda mülkiyyətində olan **-BB-*** dövlət nömrə nişanlı “FAW” markalı avtomaşını satmaqla ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Cinayət işinin 1-ci cild 172-174-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Nümayəndə1 təqdim etdiyi 01 (bir) ədəd kompakt diskdə olan görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs hansısa sənədi gətirib Şahid1 verməsi, daha sonra sonuncunun Təqsirləndirilən şəxs A4 formatında sənədləri və bükülü halda pul vəsaitini qaytarması, bundan sonra Təqsirləndirilən şəxs oradan getməsi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 69-79-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 noyabr 2022-ci il tarixli auditor aktından görünür ki, Zərərçəkmiş şəxs MMC-nin baş mühasibi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs kassada olan pul vəsaitini özü istədiyi xərclər təyinatlarına yazmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 148153.40 manat məbləğdə pul vəsaitini əsaslanmasını təsdiq edən sənədlər olmadan götürmüşdür. Cinayət işinin 1-ci cild 78-81-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-ci il tarixli 9/9077 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin kassasında əmələ gəlmiş 148.153,40 manat məbləğində çatışmazlıq iş materiallarında olan sənədlərə (kassa məxaric orderləri, təhvil təslim aktları, audit hesabat və .s) əsasən öz təsdiqini tapır. Yaranmış çatışmazlığın dövrlər üzrə olmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 27.050,00 manat məbləğində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə 121.103,40 manat məbləğində olduğu müəyyən edildi. Cinayət işinin 2-ci cild 40-59-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 aprel 2023-cü il tarixli təkrar auditor aktına əsasən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, rəhbərliyin məlumatı olmadan götürülmüş məbləğ 2021-ci i ldə 27050 manat, 2022-ci ilin 8 ayında götürülmüş məbləğ 121.103,40 manat, ümumilikdə 148.153,40 manat pul vəsaiti əsasən bir neçə hallarda bazarlıq etmək adı ilə, bir neçə halda kondisioner təmir etdirmək adı ilə götürülmüş, lakin həmin götürülmüş pul vəsaitini təsdiq edən sənədlər olmamışdır. 2021-2022-ci il avqust ayının 18-dək göstərilən məbləği Təqsirləndirilən şəxs istifdəsində olan excel proqramında qeydə alınan məbləğ kimi öz əksini tapsada, lakin həmin məbləğin götürülməsini təsdiq edən kassa məxaric orderləri, qəbzlər, silgi aktları olmadan götürülmüşdür. Cinayət işinin 2-ci cild 67-71-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-ci il tarixli 9/3171 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin kassasında əmələ gəlmiş 148.153,40 manat məbləğində çatışmazlıq iş materiallarında olan sənədlərə (kassa məxaric orderləri, təhvil təslim aktları, audit hesabat və .s) əsasən öz təsdiqini tapır. Yaranmış çatışmazlığın dövrlər üzrə olmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 27.050,00 manat məbləğində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə 121.103,40 manat məbləğində olduğu müəyyən edildi. Cinayət işinin 2-ci cild 1-4-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/214 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adından olan xx.xx.2022-ci il tarixli izahatın hər vərəqinin aşağı hissəsindəki imzalar və sonuncu vərəqində “İmza: Məmmədli” soyadı qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 2-ci cild 84-cü vərəqində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə mühasibatlıq ekspertizası zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan, “Excel” proqramından götürülmüş kassa əməliyyatlarına dair cədvəl, həmin tarixlərdə kassaya mədaxil olan pul vəsaitlərinə dair cədvəl, təhvil-qəbul aktları və kassa məxaric sənədləri öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edə biləcəyi üçün xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 194-195-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs adında xx.xx.2021-ci il tarixdən “Mazda CX-7” markalı **-UM-*** və xx.xx.2022-ci il tarixdən “FAW CA6455A6D- T77” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. Cinayət işinin 1-ci cild 205-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 193-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri X5 üzrə Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 192-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Respublika Psixatriya xəstəxanasından daxil olmuş 1991 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixatriya xəstəxanasına müraciət etməmiş və orada qeydiyyatda durmur. Cinayət işinin 1-ci cild 191-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Narkoloji mərkəzdən daxil olmuş 1283 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinə əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qax RİHB-nın Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, audit materialları, üzləşdirmə və digər istintaq hərəkəti protokolları, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 Vaquf oğlu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 148 153.40 ( yüz qırx səkkiz min yüz əlli üç manat qırx qəpik) manat, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilən 439 (dörd yüz otuz doqquz) manat məbləğində dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq Zərərçəkmiş şəxs MMC-nin nəfinə ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, heç bir mənimsəmə əməlinə yol vermədiyini, şirkətin nəzdində olan otellərdən sifarişlər gəlidkcə kassa məxaric orderləri tərtib edib təyinatı üzrə göndərməsini, kassir tərəfindən ona verilmiş orderlərlə bağlı əməliyyatlar edib qalan pulları kassada sistemə yerləşdirməsini, Zərərçəkmiş şəxs MMC-yə verdiyi ilkin izahatı təzyiq altında yazmasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, cəzadan yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və ifadəsinə tənqidi yanaşır. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talaması, yəni Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı faktiki tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 21-ci bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 179.3.2-ci maddəsi ilə tövsif edilməli və həmin ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş Qax RİHB-nın Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və cəzasını ağırlaşdıran hallara dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, CMnin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, gənc olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə həmin Məcəllənin 179.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmalı və təyin ediləcək cəzanın əvvəli onun barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni 17 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan, “Excel” proqramından götürülmüş kassa əməliyyatlarına dair cədvəl, həmin tarixlərdə kassaya mədaxil olan pul vəsaitlərinə dair cədvəl, təhvil-qəbul aktları və kassa məxaric sənədləri cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş hüquqi şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək cinayət nəticəsində vurulmuş maddi zərərə görə 148 153.40 ( yüz qırx səkkiz min yüz əlli üç manat qırx qəpik) manat pul vəsaiti və 439 (dörd yüz otuz doqquz) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC -nin nəfinə ödənilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə baxış iclaslasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək icraata qəbul etmiş, müvafiq mülki iddiaya münasibətdə Zərərçəkmiş şəxs MMC mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə müvafiq mülki iddiaya münasibətdə mülki cavabdeh qismində tanınmışdır. Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət-Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, müvafiq mülki iddialar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun, vaxtında yazılı formada verilmiş, cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilmiş, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirliliyi tam sübuta yetirildiyindən, zərərçəkmiş hüquqi şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin mülki iddiası tam təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 148 153.40 ( yüz qırx səkkiz min yüz əlli üç manat qırx qəpik) manat pul vəsaiti və 439 (dörd yüz otuz doqquz) manat dövlət rüsumu təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət-hüquqi tədbir olaraq xüsusi müsadirə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi müəyyən edilmişdir. Hazırki cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən, xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğluna münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə xətşünaslıq və məhkəmə mühasibatlıq ekspertizaları ilə əlaqədar 489 (dörd yüz səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmənin başlanğıcı 17 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar-xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan, “Excel” proqramından götürülmüş kassa əməliyyatlarına dair cədvəl, həmin tarixlərdə kassaya mədaxil olan pul vəsaitlərinə dair cədvəl, təhvil-qəbul aktları və kassa məxaric sənədləri cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 148 153.40 ( yüz qırx səkkiz min yüz əlli üç manat qırx qəpik) manat pul vəsaiti və 439 (dörd yüz otuz doqquz) manat dövlət rüsumu, ümumilikdə 148 592,40 (yüz qırx səkkiz min beş yüz doxsan iki manat qırx qəpik Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC -nin nəfinə ödənilsin. Təqsirləndirilən şəxs 489 (dörd yüz səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-79/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-79/2025
17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver