Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-790/2022 27.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, 23.11.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Buzovna yolunun sol tərəfində naməlum şəxsdən satış məqsədi ilə külli miqdarda 01 ədəd qara rəngli sepli əl çantasının içərisindən 06 ədəd bükümdə ümumi çəkisi 16,700 qram psixotrop maddə metamfetamin və külli miqdarda 06 ədəd bükümdə ümumi çəkisi 4,288 qram olan narkotik vasitə heroin online vasitəsi ilə əldə edib üzərində saxlayaraq daşımış və həmin gün, yəni, 23.11.2021-ci il tarixdə saat 20:00 dəqiqədə Xəzər RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən şübhəli bilinərək Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Buzovna yolunun sol tərəfində saxlanılaraq 2-ci Polis Şöbəsinə gətirilmiş və Polis Şöbəsindəki xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən 01 ədəd qara rəngli sepli əl çantasının içərisində 06 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 14,160 qram, 0,50 qram, 0,440 qram, 0.560 qram, 0,597 qram, 0,443 qram olmaqla ümumi çəkisi 16,700 qram ağ rəngli kristal şəkilli maddələr, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış külli miqdarda, 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İİ Siyahısına daxil edilən psixotrop maddə metamfetamin, 06 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,653 qram, 0,780 qram, 0,716 qram, 0,627 qram, 0,695 qram və 0,817 qram olmaqla ümumi çəkisi 4,288 qram qəhvəyi rəngli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış külli miqdarda 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ Siyahısına daxil edilən narkotik vasitə olan heroin və üzərində narkotik vasitənin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, isti aqlay daşları hazırlama sexində işləyir. O, tutulmamışdan təxminən 4 ay əvvəl narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin qəbul etməyə başlamışdır. Həmin narkotik vasitələri tanımadığı müxtəlif şəxslərdən əldə edirmiş. Lakin, son 1 ayda isə internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, hal-hazırda adını xatırlamadığı şəxdən alırmış. Həmin şəxs ona X11 vətəndaşı olduğunu, lakin uzun müddətdir Bakı şəhərində yaşadığını demişdir. O, həmin şəxsin anket məlumatlarını və telefon nömrəsini bilmir. O, həmin şəxsə onlayn pul göndərirmiş, həmin şəxs də onun üçün metamfetamini və ya heroini müxtəlif yerlərə qoyurmuş, bu barədə ona məlumat verəndən sonra həmin yerdən götürürmüş. Sonucu dəfə 23.11.2021-ci il tarixdə günorta saatlarında o, yenə də həmin şəxslə «Whatsapp» vasitəsi ilə danışıb heroin və metametamin istəmişdir. Heroinin 1 qramını 20 manatdan, metamfetaminin 1 qramını 16 manatdan razılaşmışlar. Həmin şəxs 23 noyabr 2021-ci il tarixində təxminən günortadan sonra Buzovna qəsbəsində, Buzovna-Mərdəkan yolunun kənarına əl çantasını içində metamfetamin və heroin qoyacağını, gedib oradan götürməyini bildirmişdir. O da həmin gün Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində, həmin şəxsin dediyi yerdən narkotik vasitəni götürmüş və işlədiyi ofisə gəlmişdir. Təxminən saat 20 radələrində iki nəfər mülki geyimli şəxslər ofisə gəlmişlər. Həmin vaxt narkotik vasitə onda olmuşdur. Onu Xəzər RPİnin 2-ci PŞ-nə gətirmişlər. Ofisdə olan tərəzini də götürmüşlər. Polis Şöbəsində vəkilin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçiriləkən, o, əl çantasını və onun içərisində olan 01 ədəd elektron tərəzini, 01 ədəd göy rəngli qutuda ağ-qara rəngli borucuq, 01 ədəd qaşıq kimi istifadə etdiyi dəmir, metamfetamini istifadə etmək üçün 01 ədəd şüşə qab, 01 ədəd ağ sellofana bükülmüş halda psixotrop maddə olan metamfetamin, 1 ədəd kibrit qutusunuda psixotrop maddə olan metamfetamin, digər kibrit qutusunda isə narkotik vasitə olan heroini təqdim edib masanın üzərinə qoymuşdur. Sorğu zamanı da narkotik vasitəni haradan əldə etdiyini etiraf etmişdir. Cəmi 16 qram metamfetamin, 4 qram isə heroin olmuşdur. Hərəkətindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu Xəzər rayonu, Buzovna-Mərdəkan yolunun kənarında saxlamamışlar. Ofisdə olmuş, onu oradan PŞ-nə gətirmişlər. Tərəzi ofisdə olmuşdur. O, aqlay işi ilə məşğul olmuşdur. Ofisdə hərdən bir tərəzi lazım olurmuş. Narkotik vastənin satışı ilə məşğul olmamışdır. Elan olunmuş cinayət işinin 24-27-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolu qismən təsdiq edir, imza onun imzasıdır, onu ofisdə saxlamışlar, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda saxlamamışlar. O, həmin protokolu oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmu, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 29-cu vərəqəsində olan izahatında, 52-54 və 114-115-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... 23.11.2021-ci il tarixdə saat təxminən 20.00 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Buzovna yolunun sol tərəfində olan zaman 2 nəfər mülki geyimli özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər mənə yaxınlaşdı, özlərini polis əməkdaşları kimi təqdim etdilər və mən özümü şübhəli apardığıma görə onlar məndən narkotik vasitə və ya psixotrop maddə istifadə edib-etməməyimi soruşdular. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatını və ifadələrini qismən təsdiq edir. Onu ofisdə saxlamışlar, Xəzər rayonu Buzovna-Mərdəkan yolunda saxlamamışlar. Bu hissəni təsdiq etmir. İzahatı oxumadan imza etmişdir. O, ***-***-**-** nömrəli telefon işlətmişdir. Hərəkətindən peşmandır. Elan olunmuş cinayət işinin 56-58-ci vərəqələrində olan mobil telefonun götürülməsi və baxış keçirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolda olan danışdığı şəxslər onun tanışlarıdır, elan olunmuş protokolda olan şəxslərin anket məlumatlarını xatırlamır. Danışdığı şəxslərə o, narkotiki pulla vermirmiş. Pul barədə danışıq olsa da, pul vermirmişlər. Elə olurmuş ki, onlar bir yerdə narkotikdən istifadə edirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin 2-ci PB-də baş əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. 23.11.2021-ci il tarixdə saat təxminən 20 radələrində xidməti işlə əlaqədar olaraq idarənin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xidməti işlə əlaqədar Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunan kənarında olan zaman bir nəfər şəxsin yolun kənarına əli boş gələrək oradan qayıdarkən əlində çanta olduğunu görmüşlər. Bu onlarda şübhə yaratdığından ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib vəsiqələrini göstərmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, Təqsirləndirilən şəxs Xəzər Rayon Polis İdarəsinin 2-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə 2-ci polis şöbəsinə gəlmişdir. Orada bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmiş, xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin və onların iştirakıyla videoçəkiliş etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olduğu halda onu təqdim etməsi təklif olunmuşdur. Toğrul əlində olan çantanı masanın üzərinə qoymuş və həmin çanta təhqiqatçı tərəfindən açılmışdır. Çantanın içində olan böyük bükümdə ağ rəngli kristal hissəciklər olan psixotrop maddə olan maddə, 1 ədəd elektron tərəzi, 1 ədəd üzərində «HONOR CHOİCE» yazıları olan göy rəngli qutu və onun içərisində 1 ədəd spiral alışqan, 1 ədəd qara-ağ xətli boru, 1 ədəd qaşıq tipli nikelə oxşar dəmir, 1 ədəd şüşə qab, 2 ədəd kibrit qotusu çıxarılıb masanın üzərinə qoyulmuşdur. Kibrit qutuları açılmış və 1-ci kibrit qutusunun içərisindən 6 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə, digər kibrit qutusundan isə 5 ədəd bükümdə ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin əşyalar narkotik vasitə olan heroin və metamfetamindir və həmin narkotiki öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etmişdir. Bundan sonra həmin əşyalar kağız zərfdə qablaşdırılıb üzəri imzalanaraq möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunaraq, hər hansı bir təklif və ya əlavə daxil olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs ofisdən aparmamışlar. Təqsirləndirilən şəxs özü narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də tədqiq etmişdir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 noyabr 2021-ci il tarixli Xəzər RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Xəzər RPİ-nin 2-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 raportundan görünür ki, 23.11.2021-ci il tarixdə saat 20:00 radələrində Buzovna qəsəbəsi, Mərdəkan-Buzovna yolunun sol tərəfində inzibati ərazidə xidmətdə olan zaman bir nəfərin özünü şübhəli apardığını görüb, ona yaxınlaşaraq 2-ci polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxsin xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs əlindəki qara rəngli əl çantasında psixotrop maddə və narkotik vasitə olduğunu bildirmişdir. Cinayət işinin 24-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 noyabr 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki 01 ədəd qara rəngli sepli əl çantasını, həmin əl çantasının içərisindən 1 ədəd tərəzi, 1 ədəd göy rəngli qutu, həmin qutunun içərisindən 01 spiral alışqan, 1 ədəd qara-ağ xətli boru, 01 ədəd qaşıq tipli dəmir, 01 ədəd şüşə qab, 01 ədəd büküm ağ rəngli salafana bükülmüş, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, 02 ədəd kibrit qutusu, kibrit qutularının birinin içərisində 05 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, digər kibrit qutusunun içərisində isə 06 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələri təqdim edərək, təqdim etdiyi əşyaları və narkotik vasitə heroin və metamfetaminə bənzər maddələri qara rəngli əl çantası ilə birlikdə İran İslam Respublikası vətəndaşının ona verdiyi məlumat əsasında sataraq pulunu ödəməsi üçün Mərdəkan şosesində yerdən götürərək üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş 1 ədəd elektron tərəzi, 1 ədəd üzərində HONOR CHOİCE yazıları olan göy rəngli qutu və onun içərisində 1 ədəd spiral alışqan, 1 ədəd qara-ağ xətli boru, 1 ədəd qaşıq tipli nikelə oxşar dəmir, 1 ədəd şüşə qab, 2 ədəd kibrit qotusu və kibrit qutularının içərisində olan 6 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, digər kibrik qutusunun içərisində olan 5 ədəd bükümdə ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Samsung-J5” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 34-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli 6/5196 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 193” dairəvi möhür əksi “Vət: Təqsirləndirilən şəxs” yazı və imzalar olan zərfdə 6 ədəd bükümdə hər birininin ayrıayrılıqda təmiz çəkiləri 14,160 qr, 0,050 qr, 0,440 qr, 0,560 qr, 0,597 qr və 0,443 qram olmaqla ümumi çəkisi 16,700 qram ağ rəngli kristal şəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsullar hazırlanmış psixotrop maddə metamfetamindir, 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,653 qr, 0,780 qr, 0,716 qr, 0,627 qr, 0,695 qr və 0,817 qram olmaqla, ümumi çəkisi 4,288 qram qəhvəyi rəngli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdə olan bir ədəd elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri, şüşə borucuğun daxilində və dəmir predmetin üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. Heroin və metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mükün deyildir. Bir ədəd ağ-qara kağız borucuğun səthində narkotik vasitə və psixotrop maddələrin izləri yoxdur. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr" in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 56-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 noyabr 2021-ci il tarixli təqdim edilmiş mobil telefonun götürülməsi, baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sms mətnlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş «Samsung J1 və Huavei» markalı mobil telefonlara baxış keçirilmişdir. “Samsung J1" markalı mobil telefonda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi vardır, həmin nömrə ilə kontaktda Magic Boy, İsidorra, Azad Votsap adı kimi qeyd olunan, eləcə də ***-***-**-** və ***-***-**-** mobil nömrəli abonentlərlə yazışmalar və səs yazıları vardır. “Huawei" markalı mobil telefonu ise yarasız halda olduğundan ona baxış keçirilməsi mümkün olmamışdır. 22.11.2021-ci il tarixdə "Magic Boy" adlı şəxs (***-***-**-**) Toğrula: - "Salam necəsən, hardasan, dişim ağrıyır, mənə dərman vacid nolar yarım, berk ağrıyıree dişim, hardasan". 23.11.2021-ci il tarixdə Toğrul "Magic Boy" adlı şəxslə yazışması; Toğrul - "mənə dünən bir şey çatmadıyee, siz gəldiz mən sizə pulsuz ot verdim, hələ taksinin de pulunu verdim. Başa düşmədime mən elvin bəyəm pulsuz isteyirdiki otu" "Magic Boy" - "ot elvinlikdi mənlik deyil, mən daş istədim, dedim ona desin sənə bugün verəcəkdim pulunu" Toğrul "men burda ot becərirəmki bəyəm, mən özümü oda közə vururam ki, 5 manat qazanım işimi qurum" "Magic Boy": "mən ot istəməmişəm" 21.11.2021-ci il tarixdə (***-***-**-**) mobil nömrəsi ilə Toğrulun yazışması: ***-***-**-**-"nəşə heçnədə qaqa cani" Toğrul isə həmin mobil nömrəyə- "ola bilmez mümkün deyil, haminki otdu, başqası yoxdu, hamiya da ondan vermişəm. Özüm də ondan çəkirəm qaqa" məzmunlu mesaj göndərmişdir. ***-***-**-**- "Az olduğuna görə deyirəm" Toğrul - "məzələnirsən, 2 qram ot qoyurame mən brat. Problem yoxdu sənnən təmiz 10xət çəkildi". 23.11.2021-ci il tarixdə ***-***-**-** mobil nömrəli şəxslə Toğrulun yazışması: ***-***-**-** - "Brat maşınsızam, 3 dənə ot lazımdı, keçə bilirsən bu yana" Toğrul - "həminki yerə gəl görüşək brat, şərab evinin yanına”. ***-***-**-** - "He problem yoxdu, 30 m verəcəm brat, ne qalar haq sesab eliyərik. Yuska çatsın yığsın, gəlirlər brat?" Toğrul - "qaqaş yuskaya yığ, yoldadı, yığ Yusife 23.11.2021-ci il tarixdə ***-***-**-** mobil nömrəli şəxslə Toğrulun yazışması: - ***-***-**-** -(səs yazısı) Toğrul, Salam brat, bağışla səni narahat eliyirəm, brat birden ikiye bizim aramizda bele bir şey olmayıb, qaqaş amma bu dəfəki əmnətlər nəsə brat ürəkaçan olmadiya qardaş. Vallah brat yeni pis başa düşmə qərdeşim, brat kolanı bura sixirsan içindon su çixir qaqaşım, o birisi dəki safsem nol vəziyyətdədi brat, qardeş cani brat nol da nol, P varaa yani konkret noldu qaqaşım". 20.11.2021-ci il tarixdə Toğrulun "İsidorra" adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsi ilə yazışması: Toğrul -isa astanovkada gözləyir, favoritin qabağındakı, muğayət ol. diqqətli ol, rahat yanaşma" "İsidorra"-"yaxşi brat" Toğrul -"qaqaş benzin vur gəl yanıma" 21.11.2021-ci il tarixdə "İsidorra" adlı şəxslə: "İsidorra" - "gəldi pul?" Toğrul - "həri qaqaş, çox sağol, gəldin xəbər et" İsidorra" - "gələcəm könülnən pramoy evə gedəram, sən harasa gedəsi olsan, fuadin yanında bir dənə yarım qoy (daş) götürərəm, Brat met neçə olar aramışzda? Dənəsi Toğrul - "yoxumdu bu dəqiqə" Toğrul - "yaxşı, padruqası yoxdu? Qaqaş sən daş isteyirsən 05?" "İsidorra"-"1/1 daş torpaq" 22.11.2021-ci il tarixde "İsidorra" adlı şəxslə: "İsidorra" - "Bratka Salam, ne var na yox, hardasan, mənə brat gül lazımdır, şəhərə gediram, ay qaqaş, yarım gül düzəlt imkan olan kimi" 12-23 noyabr 2021-ci il tarixlərdə Toğrulun "Azad" adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsi ilə yazışması: Toğrul "qaqaş neynirsən, 30 dənə çiçək nəzərində saxla, pulu karta vuranda deyəcəyam" Azad - "çiçək yoxdu brat, pul düzüb-qoşaq alarıq" Toğrul - "qaqaş pul 210 qalıb atacam sənə, üstünü də nə olsa ataram brat" Azad -"ok brat" Toğrul-"Tahir mal almalıdıree mənə, həciynən təmizəm, Tahirə 200 artıq atmışam" Azad - "brat oraynan danışmışam cəmi ordada 50 qalıb, brat hə yox eliyək alaq onu, bölək adama 25/25, sonra pulları yığaq yenə görək hardan nə tapırıq. Bu uje qutardi, cəmi 50si qalıb, dedim saxla, pulu düzəldib aliram indi səndən onu, ona görə deyirəm hə yox elə götürək onu, tez işimizi görək. Mənə də lazımdı. Brat pulu gör neynirsən" Toğrul – yaxşı qaqaş, Fuadın yanındayam Rüstəmnən, brat pul var 239 manat var" Azad -"1 də mal istəyirdim, 1 dənə də borcum var sənə 15 manat Toğrul - "mal yoxumdu" Azad - "heç yoxdu çəkməyə?, heç olmasa bir az, ot daa gec olar hə?. brat" Toğrul-"sənöl heçnə yoxdu, pul gəldi?, burdayam isagildə, gözləyirəm" Azad - "çəkməyə zada İsada zadda yoxdu?, alanda qaytararam" Toğrul - "var, yarı varıdı" Azad - " Nisyə alaram öz adıma səninçün. Nə lazımdı daş, torpaq? Bu barədə sabah danışaram onnan" Toğrul - "ala bilirsən gedək al da" Azad- "daha bağışla qardaşımsan, əziyyət verirəm sənə, indi yox sabah. Brat götürmədi, yazdım baxmadı nəsə, mal üçün yazmışdım ona 2 qram alım. Zəng də elədim açmadı. Sən narahat olma da, sabah nə alındırsam sənə də vərəcəm. Niyə narahat olursan?, Gəlirsən brat indi?" Toğrul - "çatdım" Azad -"dururama yerimden, gözləyirəm səni, heç olmasa bir iki tüstü vurum yatım da, belə yorğunçuluqdu, kayf da yox" Toğrul - "çatmışam çıx" Azad "Sabah saat neçəyə lazımdı sənə bilim brat?, həll edim o vaxta, nə götürmüşdüm bölüşdük hamıya dağıtdım fsyo, qalmadı brat, səninçün ama sabah alaram verərəm, problem yoxdu, narahat olma" Toğrul - "ok" Azad - "ok, sənə axşama lazım olar yəqinki, pulu yəni o vaxta həll eliyə bilərsən 8-ə zada?" Toğrul- "he brat, elə axşamçağına olsa zordu. Özümdə də varee brat" Azad - "yaxşı, pulu düzələn kimi de mənə götürüm fitilliyim gəlim verim. Məndə də hələ var, az qalıb ama, 40 zad olar. Birigünə yenə nəsə eliyəcəm. O günki kimi, amma sabah səninkini nağd alıb verəcəm sənə, ona görə deyirəm ki, verərsən vurduğunu da çıxardıb üstünə qoyub elə özünə alıb verəcəm. Nə isə, öpürəm brat, gecən xeyrə" Cinayət işinin 128-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayevin 26 noyabr 2021-ci il tarixli maddi sübut kimi tanıma və saxlama haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zaman aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 4,168 qram çəkidə narkotik vasitə olan heroin, 16,580 qram çəkidə psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi, 1 ədəd şüşə borucuq və 1 ədəd qaşıq tipli nikelə oxşar dəmir iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işinin 139-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-dən daxil olmuş 29 dekabr 2021-ci il tarixli, 057-15810 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs əldə etmiş olduğu narkotik vasitənin mənbəyini, Kəbleyi adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 157-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 25 yanvar 2022-ci il tarixli, AZF/LGL-2064/22 saylı məktubdan görünür ki, ***-***-**-** mobil nömrəsi X1 adına qeydiyyata alınmışdır. Cinayət işinin 159-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 10 yanvar 2022-ci il tarixli, 349 saylı məktubdan görünür ki, ***-***-**-** mobil nömrəsi X2, ***-***-**-** mobil nömrəsi isə X7 adına qeydiyyata alınmışdır. Cinayət işinin 160-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 13 yanvar 2022-ci il tarixli, BKC/LGL-686/22 saylı məktubdan görünür ki, ***-***-**-** nömrəsi X9, ***-***-**-** mobil nömrəsi X6, ***-***- **-** mobil nömrəsi X3, ***-***-**-** mobil nömrəsi isə "xxxx" MMC adına qeydiyyata alınmışdır. Cinayət işinin 164-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 fevral 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilə zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunmuş əl çantasının içərisindən içərisində 1 ədəd böyük bükümdə ağ rəngli kristal hissəciklər olan psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi, 1 ədəd üzərində “HONOR CHOİCE” yazıları olan göy rəngli qutu və onun içərisində 1 ədəd spiral alışqan, 1 ədəd qara-ağ xətli boru, 1 ədəd qaşıq tipli nikelə oxşar dəmir, 1 ədəd şüşə qab, 2 ədəd kibrit qotusunun olması aşkar olunur. Kibrit qutuları açıldıqda, 1-ci kibrik qutusunun içərisindən 6 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroin, digər kibrit qutusundan isə 5 ədəd bükümdə ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetamin aşkar edilmiş, bununla bağlı protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə heroin və metamfetamin olduğunu, Mərdəkan-Buzovna yolunun kənarından götürdüyünü bildirmişdir. Cinayət işinin 174-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 14 fevral 2022ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi və ayrıca icraatın ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri əldə etdiyi Kəbleyi adlı şəxsin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq ayrılmış cinayət işinə əlavə olunmuş, həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri ilə bağlı "xxxx" və "xxxx" MMC-yə göndərilmiş sorğulara cavab gəlmədiyindən, alınmış cavablara ayrılmış cinayət işində qiymət verilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və polis əməkdaşlarının onu ofisdə saxladıqlarını, Xəzər rayonu Buzovna-Mərdəkan yolunda saxlamadıqlarını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinin “Whatsapp” proqramında aparılan sms danışıqlarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 135-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 29 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 137-138-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı – 03.08.2012-ci il təvəllüdlü X10 və 04.09.2007-ci il təvəllüdlü X5 vardır. Cinayət işinin 168-169-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsinin 06 yanvar 2022-ci il tarixli 32 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 23 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 13-14-cü vərəqələrində olan 23 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 121-124-cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 4(003)-477/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zaman aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 4,168 qram çəkidə narkotik vasitə olan heroin, 16,580 qram çəkidə psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi, 1 ədəd şüşə borucuq və 1 ədəd qaşıq tipli nikelə oxşar dəmir məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zaman aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 4,168 qram çəkidə narkotik vasitə olan heroin, 16,580 qram çəkidə psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi, 1 ədəd şüşə borucuq və 1 ədəd qaşıq tipli nikelə oxşar dəmir məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-790/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-790/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver