Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-790/2025 17.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər Kərimova Mahirə Nəzər qızı və X2 ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Güvən Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi 12/14-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan "Məhəmməd" adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7 ünvanında yerləşdirdiyi 01 ədəd polietilen bağlamada 02 ədəd polietilen bağlamalarda ayrı- ayrılıqda təmiz çəkiləri 520,0 və 1770,0 qram olmaqla ümumi təmiz çəkisi 2290,0 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, 07 avqust 2024-cü il tarixdə "Məhəmməd" adlı şəxsin təlimatı ilə istifadəsi üçün narkotik vasitə veriləcəyi müqabilində ayrı-ayrı yerlərə yerləşdirmək şərti ilə götürüb saxlamaqla daşımış, 07 avqust 2024-cü il tarixdə saat 01:30-da Bakı şəhər, Nərimanov RPİ- nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7 ünvanında saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş,üzərində şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 ədəd polietilen bağlamanın içərisindən 02 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 520,0 və 1770,0 qram olmaqla ümumi təmiz çəkisi 2290,0 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuanan aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o dostları ilə Xocalı prospektində bir kafedə oturub yeyib içən zaman ürəklərindən narkotik qəbul etmək keçmişdir. O ancaq nəşə çəkir. Bir nəfər narkotik satan şəxsə zəng etmişlər. Həmin şəxs ona demişdir ki, “gəl mən sənə 5 qram narkotik verərəm”. Onlar da 3 nəfər olmuşlar. Onlar birlikdə nəşəni götürməyə getmişlər. Onlar artıq razılaşdıqları yerə çatan zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər onları tutub polis bölməsinə aparmışlar. Polis bölməsində polislər narkotik vasitəni stolun üstünə qoyaraq bildirmişlər ki, “bu narkotik vasitə sənindir”. O heç razılaşdıqları ünvana gedib çatmamış, hadisə yerində əlinə sellofan torba belə almamışdır. Onun mobil telefonu yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini polislər ona zor tətbiq etdiklərinə görə vermişdir. Onu tutan polis işçisi olmamış, sağ qolunda əlindən çiyninə qədər tatuajı olan cavan bir oğlan olmuşdur. Həmin şəxslər 3 nəfər olmuşlar və onu tutub bölməyə gətirmişlər. Bölmədə onun qolunu burub incitmişdirlər. O əvvəllər CM-nin 177.2.1 və 177.2.4 maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Narkotik vasitəni götürməyə Ayaz və Ayazın dostu ilə getmişdir. Ayazın dostunun adını bilmir. Onlar bir yerdə oturub yeyib içmişlər və spirtli içki qəbul etmişlər. Onlar daha sonra 5 qram nəşə götürməyə getmişlər. O özünü narkotik istifadəçisi olduğuna görə və 5 qram nəşə dalınca getməyinə görə təqsirli bilir. 2 kiloqram marixuana onun deyildir. O, heç kimə narkotik vasitə aparıb verməməmiş və heç kimdən də narkotik vasitə almamışdır. Onun birinci məhkumluğu da işlədiyi şadlıq sarayındakı yeyintiyə görə olmuşdur. Şadlıq sarayında pandemiya vaxtı televizoru və kondisioneri söküb aparmışlar, hamısı onun boynuna qalmışdır. Onlar dostları ilə “Xətai” kafesində oturub yeyib içmişlər. Avqust ayının 7-də təxminən saat 12 radələri olarmış. Nəşə çəkməyi Ayazgilə o təklif etmişdir. Ayazgil də nəşə çəkən olmuşlar. O, narkotik satan şəxsə kimin telefonundan zəng olunmasını bilmir. Onun umumiyyətlə telefonu olmamışdır. Ayaz və Ayazın dostunu tutmamış, yalnız onu tutmuşlar. Onlar həmin yerə taksi ilə getmişlər. Xətai metrosundan həmin yerə təxminən 2- 3 kilometr məsafə var. Taksini onun telefonu ilə sifariş vermişlər. Sonradan sərxoş olduğuna görə telefonu elə kafedə qalmışdır. Onun Redmi markalı telefonu olmuşdur. Telefonda ***-***-**-** nömrəsi olmuşdur. Telefon yadından çıxıb restoranda qalmışdır. Onlar konumla hərəkət etməmişlər. Onlar narkotiki satan həmin şəxslə Nərimanov metrostansiyasının yanında görüşəcəkləri barədə razılaşmışlar. Şəkil atılmış, lakin həmin şəxsi tanımır. O nəşə çəkir. Onu elə Nərimanov metrostansiyasının yanında tutmuşlar. Telefonla danışdığı adamı tanımır. Polislər onu ifadə verməyi üçün döymüşlər. Döyülməyi barədə heç kimə şikayət verməmişdir. İfadəsini özü imzalamış, amma o latın qrafikası ilə yazıb oxuya bilmir. Nə yazıblarsa oxuya bilmədən imza etmişdir. Latın həriflərini bilmir, kiril hərifləri ilə yazıb oxuyur. Tərcüməçiyə ehtiyacı yoxdur. Azərbaycan dilini bilir, amma hərifləri kirilcə bilir. Onu gecə saat 1 də tutmuşlar. Onun üzərinə gecə saat 4-də baxış keçirilmişdir. Üzərinə baxış videoçəkilişlə vəkilin iştirakı ilə keçirilmişdir. Ona polislər təklif etmişlər ki, stolun üstündəki narkotik vasitənin onun olmasını boynuna götürsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 1 ildən çoxdur ki, narkotik vasitə istifadə edir. Belə ki, bir neçə vaxt əvvəl İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxs ilə “Whatsapp” ani mesajlaşma xidməti vasitəsi ilə tanış olmuşdur. Təxminən 2-3 gün bundan qabaq “Məhəmməd” adlı şəxslə əlaqə saxladıqda Məhəmməd adlı şəxs ondan narkotik vasitələri sata biləcəyi etibarlı şəxslərin olub-olmamasını soruşmuşdur. O, bildirmişdir ki, elə bir tanışı yoxdur. Məhəmməd adlı şəxs ona Bakı şəhərində ona göndərəcəyi ünvandan narkotik vasitələri götürərək digər bir ünvana aparıb qoymağı və bunun qarşılığında ona öz istifadəsi üçün narkotik vasitə təklif etmişdir. O, da narkotik vasitə istifadəçisi olduğu üçün Məhəmməd adlı şəxsin bu təklifi ilə razılaşmışdır. 07 avqust 2024-cü il tarixdə “Məhəmməd” adlı İran vətəndaşı ona “Whatsapp” vasitəsi ilə məkan göndərmişdir. O, tanışı Ayazla əlaqə saxlayıb onunla birlikdə Nərimanov rayonu ərazisinə getməsini xahiş etmişdir. Ayaz da onunla razılaşmış və həmin məkana, yəni Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsinə Ayaz ilə birlikdə gəlmişdir. O, Ayazdan xahiş etmişdir ki, onu kənarda gözləsin. Bundan sonra o, orada olan göy rəngli sellofan paketi götürmüş, lakin paketin içərisində nə olmasını Ayaza deməmişdir. Daha sonra Ayazla birlikdə oradan uzaqlaşmaq istədikdə onları polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və onları polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olan zaman ona hüquq və vəzifələri izah edildikdən sonra ona müdafiəçi təyin edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə xidməti otaqların birində üzərinə baxış keçirilmişdir. O, əlində olan göy rəngli sellofan paketi təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən göy rəngli sellofan paketin içərisinə baxış keçirilmiş və oradan üzəri yapışqanla bağlanmış sellofan paket aşkar edilmişdir. Həmin paketin içərisinə baxış keçirilmiş və spesifik qoxuya malik, yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Daha sonra həmin bağlama ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğunu imzalarla təstiq etmişlər. Bundan başqa o, ifadəsində göstərmişdir ki, həqiqətən Ayazın onun narkotik vasitə götürməyi üçün getməyi barədə məlumatı olmamışdır. O, Ayaza bu barədə əvvəlcədən deməmişdir. İlkin araşdırma zamanı izahatında Ayazın məlumatı olmasını bildirsə də, bu həqiqətə uyğun deyildir. Polis əməkdaşlarının yanında o, qorxduğu üçün ilkin belə göstərmişdir. Azerfon MMC-yə məxsus ***-***-**-** nömrəni istifadə etmiş, saxlanılan vaxt üzərində mobil telefon olmamış, mobil telefonum evdə olmuş, Məhəmməd adlı şəxs ona məkanı əvəlcədən göndərmiş və o, bunu yadında saxlamışdır. (cild 1, iş vərəqə 109-111) Məhkəmə iclasında ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o İran vətəndaşını 1-2 gün olarmış ki tanıyırmış. İranlı şəxs ona qeyd edilən miqdarda narkotik vasitə verməzdi. Onun nömrəsinə zəng vuran şəxs iranlı olmuşdur. İranlı özü onun nömrəsini hardansa tapmışdır. O əvvəllər həmin iranlı şəxsdən narkotik vasitə almamışdır. O aradabir marixuana istifadə edirmiş. O hər dəfə 5 qram marixuananı 50-60 manata alırmış. O özü usta işləyir. O 5 qram marixuananın arxasınca getmişdir. O iranlı şəxsə pulu karta atacaqmış, hələ göndərməmişdir. İranlı şəxs ona marixuananı gedib götürməyini, pulun sonra ata biləcəyini demişdir. Onlar saxlanıldığı şəxslərlə birlikdə içki içmişlər, lakin narkotik vasitə istifadə etməmişlər. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə burada dediklərini demişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1011/2024 saylı qərarında qeyd edilən və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, hadisə günü tanımadığı şəxs tərəfindən onun mobil telefonuna zəng gəldiyini və polis əməkdaşları tərəfindən aşkar edilərkən götürülmüş narkotik vasitənin qeyd etdiyi ünvana aparmasını və bunun müqabilində də narkotik vasitənin yarısını ona verəcəyini bildirmiş, o da bu təkliflə razılaşmışdır. Lakin daha sonra qeyd edilən ünvana apararkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən şiddət və təzyiqə məruz qalmamışdır. (cild 1, iş vərəqə 127-132) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1011/2024 saylı qərarında qeyd edilən ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, barəsində həbs seçilən zaman məhkəmədə o cür ifadə verməmişdir. Məhkəmədə ona təsir edən olmamışdır. O, həbs qətimkan tədbiri seçilən zaman ifadə verməmişdir. Şahid2 onu saxlamamış, o Şahid2 idarədə görmüşdür. Saxlanılan zaman içkili vəziyyətdə olmuşdur. İdarədə ifadə almazdan əvvəl onun ayılmağını gözləməmişlər. İçkili olma səviyyəsini yoxlamaq üçün heç bir müayinə aparmamışlar. Onu bölməyə “Prius” markalı avtomobillə aparmışlar. Şahid3 onu saxlamamışdır. Şahid3 başqa 5-6 nəfər şəxs onu saxlamışdır. Şahid3 ona qarşı fiziki təsir göstərməmişdir. Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş, Nərimanov RPİ NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, Nərimanov RPİ-yə “Rasim” adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Onlar 2024-cü ilin avqust ayının 7-də gecə saat 01:30 radələrində X15 küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq idarəyə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs göy rəngli sellofanda büküm təqdim edərək narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sorğu zamanı bu narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşından götürdüyünü, İranlının göstərişi ilə müxtəlif yerlərə qoyacağını və qarşılığında iranlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupu Şahid3 və ondan ibarət olmuşdur. Əməliyyat məlumatı Şahid3 daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman yanında başqa bir şəxs də olmuş, həmin şəxsin üzərinə də baxış keçirilmiş, lakin heç bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs gecə 01-01:30 radələrində saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs üzərində mobil telefon olub-olmadığını xatırlamır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi ilə bağlı olmuşdur. Narkotik vasitələrin satışı ilə bağlı məlumat olmamışdır. Təqsirləndirilən şəxs üzərinə idarədə baxış keçirilmişdir. Baxış zamanı müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman Rasim ayıq vəziyyətdə olmuş, sərxoş olmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman şəxsi avtomobilləri ilə getmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri ərazisində «Rasim» adlı şəxsin mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Nərimanov rayon Polis İdarəsinin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Rasim» adlı şəxsin cinayət başında ifşa etmək məqsədi ilə 07 avqust 2024-cü il tarixdə o, və Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 01:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7 ünvanının qarşısında zahiri əlamətlərinə uyğun «Rasim» adlı şəxsə və yanında olan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və anket məlumatları barədə sual verilmişdir. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digəri isə Şahid1 kimi təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və Şahid1 Bakı şəhər Nərimanov RPİ-nə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs və Şahid1 razılaşaraq birlikdə Polis İdarəsinə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə ilk olaraq Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs sağ əlində saxlamış olduğu göy rəngli üzərində qara rəngli “BMW” yazılı sellofan paketi masanın üzərinə qoymuş və təqdim etdiyi 01 ədəd göy rəngli selofana bükülmüş bükümün içərisində maddənin narkotik vasitə “marixuana” olmasını və həmin bükümü xx.xx.2024-cü il tarixdə axşam saatlarında sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı adının “Məhəmməd” kimi bildiyi şəxsin ona bildirdiyi məkandan Nərimanov ərazisindən götürdüyünü və digər ünvana catdirmasını bunun qarşılığında isə “Məhəmməd”-in ona öz istifadəsi ücün narkotik vasitə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar ot şəkilli, spesifik iyə malik kütlə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Bundan başqa bildirmişdir ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid1 üzərindən iş üzrə əhəmiyyət kəsb edən narkotik vasitə, psixotrop maddə və ya sübut əhəmiyyət kəsb edən əşya aşkar olunmamış və götürülməmişdir. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə saxlanılaraq polis idarəsinə gətirilən Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində, satışmda şübhəli olması ilə bağlı hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. (cild 1, iş vərəqə 157-159) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş, Nərimanov RPİ NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadə verərək göstərmişdir ki, “Rasim” adlı şəxsin Nərimanov rayonu ərazsinində qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Nərimanov RPİ-yə məlumat daxil olmuşdur. Məlumat əsasında şöbə rəisi Şahid2la birlikdə 2024-cü ilin avqust ayının 7-də gecə saat 01:30 radələrində X15 küçəsində zahiri görünüşcə Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yanında Ayaz adlı şəxs də olmuşdur. Həmin şəxsləri idarəyə dəvət etmişlər. İdarədə şəxslərin üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən göy rəngli sellofanda narkotik vasitə marixuana aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupu Şahid2 və ondan ibarət olmuşdur. Qrupun rəhbəri Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs təxminən saat 01:30 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxlayan zaman yanında Ayaz adlı şəxs olmuş, Rasim və Ayaz hər ikisi piyada olmuşlar. Saxlanılarkən onlara müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxs üzərinə idarədə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bağlamada narkoik vasitə marixuanaya bənzər maddə aşkar edilmişdir. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Ayaz adlı şəxsin üzərindən narkotik vasitə aşkar edilibedilmədiyini xatırlamır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni İran vətəndaşından aldığını, İranlının deyəcəyi yerlərə qoyacağını bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs ayıq olmuşdur. Əməliyyat tədbiri zamanı piyada gəzirmişlər. Onun xidməti avtomobili də yaxın ərazidə olmuş, səhv etmirsə, həmin avtomobillə idarəyə aparmışlar. Təqsirləndirilən şəxs saxlayan zaman qolu döyməli olan şəxs iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri ərazisində «Rasim» adlı şəxsin mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Nərimanov rayon Polis İdarəsinin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Rasim» adlı şəxsin cinayət başında ifşa etmək məqsədi ilə 07 avqust 2024-cü il tarixdə mən, Nərimanov RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olundu. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 01:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7 ünvanının qarşısında zahiri əlamətlərinə uyğun «Rasim» adlı şəxsə və yanında olan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və anket məlumatları barədə sual verilmişdir. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digəri isə Şahid1 kimi təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və Şahid1 Bakı şəhər Nərimanov RPİ-nə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs və Şahid1 bizimlə razılaşaraq birlikdə Polis İdarəsinə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə İdarəsinə ilk olaraq Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs sağ əlində saxlamış olduğu göy rəngli üzərində qara nəngli “BMW”yazılı sellofan paketi masanın üzərinə qoymuş və təqdim etdiyi 01 ədəd göy rəngli selofana bükülmüş bükümün içərisində maddənin narkotik vasitə “marixuana” olmasını və həmin bükümü xx.xx.2024-cü il tarixdə axşam saatlarında sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı adının “Məhəmməd” kimi bildiyi şəxsin ona bildirdiyi Nərimanov ərazisindən götürdüyü və digər ünvana catdirmasını bunun qarşılığında isə “Məhəmməd”-in ona öz istifadəsi ücün narkotik verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar ot şəkilli, spesifik iyə malik kütlə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir.Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Bundan başqa Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid1 üzərində iş üzrə əhəmiyyət kəsb edən narkotik vasitə, psixotrlp maddə və ya sübut əhəmiyyət kəsb edən əşya aşkar olunmamış və götürülməmişdir. Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində, satışında şübhəli olması ilə bağlı hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. (cild 1, iş vərəqə 160-162) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 1 il müddətdir ki, düşəndə narktik istifadə edir. 07 avqust 2024-cü il tarixdə axşam saatlarında tanışı Rasim ona bildirmişdir ki, onunla birlikdə Nərimanov rayon ərazisinə getsin. O, da Rasimlə razılaşmış və birlikdə təxminən Nərimanov metrosunun yaxınlığında Rasimin gedəcəyi ünvana çatmışlar. Rasim ona bildirmişdir ki, onu bir qədər kənarda gözləsin. Bir qədər sonra Rasim əlində içərisində nə olmasını bilmədiyi bağlama ilə geri qayıtmışdır. Oradan uzaqlaşmaq istədikdə onlara polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olan zaman ona hüquq və vəzifələri izah edildikdən sonra ona müdafiəçi təyin edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə xidməti otaqların birində üzərinə baxış keçirilmişdir. Üzərindən narkotik vasitə və qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Polis idarəsində ona məlum olmuşdur ki, Rasimin əlində olan bağlamanın içəsrisində narkotik vasitə olmuşdur. X11 rayonuna gəlməyinin məqsədini bilməmiş, Rasim ona birlikdə getməyini təklif etmiş, o, da Rasimin xahişinə görə birlikdə gəlmişdir. Rasimin əvvəlcədən narkotik vasitə götürməsini bilsəydi Rasimlə birlikdə getməzdi. O, ilkin saxlanılarkən qorxduğu üçün və Rasimlə birlikdə saxlanıldığı üçün əlacsız qalıb bu kimi izahat vermişdir. Lakin əsl həqiqətdə onun Rasimin narkotik vasitə götürmək üçün Nərimanov rayonu ərazisində getməsindən məlumatı olmamışdır. Rasim də bu barədə ona deməmişdir. Rasim özü də bunu təsdiq etmişdir. (cild 1, iş vərəqə 88-89) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “Rasim” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, həmçinin, xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində ünvan 6 ünvanın qarşısında olacağı və üzərində mütəmadi narkotik vasitə saxlaması, həmin şəxsin geyimi və xüsusi əlamətləri barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 3) xx.xx.2024-cü il tarixli əməliyyat qrupunun təşkil edilməsi haqqında protokoldan və “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Rasim” adlı şəxsin tam şəxsiyyətini, yaşadığı ünvanı, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə Nərimanov RPİ-də əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 4-6) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-nə gətirilmişdir. (cild 1, iş vərəqə 9) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və potokoldan görünür ki, Təqsirləndirilən şəxs Fuad oğlu xx.xx.2024-cü il tarixdə, saat 03:00-da Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 22-23, 25-26) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində, paltarında, paltarlarının ciblərində əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində saxlamış olduğu göy rəngli, üzərində qara rəngli “BMW” yazılı sellofan paketi masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşyanın olub-olmaması sual edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi cins şalvarın sol, sağ yan, arxa ciblərinə, həmçinin, ətrafına baxılmışdır. Lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş, o ayaqqabılarını çıxarıb silkələmiş və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan üst başını səliqəyə salması tələb edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli sellofana bükülmüş büküm barədə məlumat verməsi bildirilmişdir. Təqsirləndirilən şəxs bir şəffaf sellofana bükülmüş bükümdə olan maddənin narkotik vasitə marixuana olmasını və həmin bükümü xx.xx.2024-cü il traixdə, axşam saatlarında sosial şəbəkə vasitəsi ilə tanıdığı İran islam respublikasının vətəndaşı “Məhəmməd” kimi tanıdğı şəxsin ona bildirdiyi Nərimanov rayonu ərazisindən götürdüyü və digər ünvana çatdırmasını, bunun qarşılığında isə “Məhəmmədin” ona öz istifadəsi üçün narkotik verəcəyini bildirmişdir. Bundan sonra 01 ədəd göy rəngli üzərində qara rəngli “BMW” yazılı olan bağlama qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərinə polis əməkdaşları tərəfindən heç bir baxış keçirilmədiyi və ona qarşı polis əməkdaşları tərəfindən Polis İdarəsinə gətirilən və Polis İdarəsində olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 33, 35-36) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və potokoldan görünür ki, Şahid1 xx.xx.2024-cü il tarixdə, saat 06:15-də Azərbaycan Respublikası CMnin 234-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 50-51, 53- 54) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid1 üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Baxış zamanı Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Rasim ilə birlikdə Nərimanov rayonu ərazisindən narkotik vasitəni götürmək üçün gəldiyini və həmin narkotikdən öz istifadəsi üçün də götürəcəyini bildirmişdir. Şahid1 saxlanılan zaman onun üzərinə polis əməkdaşları tərəfindən heç bir baxış keçirilmədiyi və ona qarşı polis əməkdaşları tərəfindən Polis İdarəsinə gətirilən və Polis İdarəsində olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 61-62, 63-64) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1300 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd polietilen bağlamada iki ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 520,0 qram və 1770,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. QEYD: Marixuananın ümumi çəkisi 2290,0 qram, tədqiqata cəmi sərf edildi 0,1 qram, qalıq 2289,9 qram.(cild 1, iş vərəqə 71-74) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 1942/2024 saylı qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin rəisi Şahid2 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin əməliyyat işləri üzrə rəis müavini Cavid İsmayılzadə tərəfindən təsdiq edilmiş 07 avqust 2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (cild 1, iş vərəqə 77) DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin inzibati binasında Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçı, polis kapitanı X7 RPİ-nin NMB-nin əməkdaşlarının və müdafiəçi X5 iştirakları ilə Təqsirləndirilən şəxs özlərini təqdim etməsini təklif edir və həmin şəxslər özləri barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxlamış olduğu göy rəngli üzərində qara nəngli “BMW” yazılı sellofan paketi masanın üzərinə qoyur və təqdim etdiyi 01 ədəd göy rəngli selofana bükülmüş bükümün içərisində maddənin narkotik vasitə “marixuana” olmasını və həmin bükümü xx.xx.2024-cü il tarixdə axşam saatlarında sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı adının “Məhəmməd” kimi bildiyi şəxsin ona bildirdiyi Nərimanov ərazisindən götürdüyü və digər ünvana catdirmasını, bunun qarşılığında isə “Məhəmməd”-in ona öz istifadəsi ücün narkotik verəcəyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar ot şəkilli, spesifik iyə malik kütlə sübut əhəmiyyəti kəsb etdiyindən götürülüb qablaşdırılır. Bundan başqa digər DVD diskə baxış keçirilmiş və baxış keçirilərkən müəyyən edilmişdir ki, Nərimanov RPİ-nin inzibati binasında Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçı, polis kapitanı X7 RPİ-nin NMB-nin əməkdaşlarının və müdafiəçi X6 iştirakları ilə Şahid1 özlərini təqdim etməsini təklif edir və həmin şəxslər özləri barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Şahid1 üzərinə şəxs axtarış zamanı iş üzrə əhəmiyyət kəsb edən narkotik vasitə aşkar olunmamışdır. (cild 1, iş vərəqə 90) Şübhəli şəxs qismində iştirakına xitam verilməsi və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1 cinayət prosesində şübhəli şəxs qismində iştirakına xitam verilmiş və o saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. (cild 1, iş vərəqə 91) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 94-95) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 98-100) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1011/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 avqust 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 127-132) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbin verdiyi 03 oktyabr 2024-cü il tarixli, 299 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1988/1989-cu tədris ilində 8d sinfini Azərbaycan bölməsi üzrə bitirib. 529403 saylı şəhadətnamə almışdır. (cild 1, iş vərəqə 137) DİN-nin BƏSİİ-nin verdyi tələbnamədən görünür ki, Kərimov X9 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 1, iş vərəqə 145-149) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi xx.xx.2024-cü il tarixli, 12401 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 151) Telefon məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və narkotik vasitələrin satışına dair sms yazışmaları müəyyən edilməmişdir. (cild 1, iş vərəqə 153-156) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5478 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostumlyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 164-165) Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2337 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 1, iş vərəqə 166-168) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.2 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 cinayət işi üzrə əlbirliyi və təqsirliliyi təsdiq olunmadığından barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-ü maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, iş üzrə CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasların olmaması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 2290,0 qram narkotik vasitə qrudulmuş marixuana maddi sübut kimi tanınsın və ekspertiza tədqiqatından qalıq qalmış 2289,9 qram narkotik vasitə qrudulmuş marixuana saxlanmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, iş üzrə şəxsi axtarış və götürmə aparılmalarına dair video görüntünü əks etdirən 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qrudulmuş marixuananı əldə etdiyi istintaqa məlum olmayan «Məhəmməd» adlı şəxsin şəxsiyyətini müəyyən edərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. (cild 1, iş vərəqə 176-187) Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 189-190) Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan (AZEMİS) görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Tamerlan adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən o dostları ilə Xocalı prospektində bir kafedə oturub yeyib içən zaman ürəklərindən narkotik qəbul etmək keçdiyini, bir nəfərin narkotik satan şəxsə zəng etdiklərini, dostları ilə birlikdə nəşəni götürməyə getdiklərini, telefonu olmadığını, onlar artıq razılaşdıqları yerə çatan zaman bir neçə nəfər mülki geyimdə şəxslərin onları tutub polis bölməsinə apardığını, polis bölməsində polislərin narkotik vasitəni stolun üstünə qoyaraq “bu narkotik vasitə sənindir” dediklərini, onun hadisə yerində əlinə sellofan torba almadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini polislərin ona zor tətbiq etdiklərinə görə verdiyini, onu tutan şəxsin polis işçisi olmadığını, sağ qolu çiyninə qədər tatuaj olan cavan bir oğlan olduğunu, həmin şəxslərin 3 nəfər olduğunu, bölmədə onun qolunu burub incitdiklərini, özünü narkotik istifadəçisi olduğuna görə və 5 qram nəşə dalınca getməyinə görə təqsirli bildiyini, 2 kiloqram marixuananın ona məxsus olmadığını, onu Nərimanov metrostansiyasının yanında tutduqlarını, polislərin onu ifadə verməyi üçün döydüklərini, polislərin ona stolun üstündəki narkotik vasitənin onun olmasını boynuna götürməyini dediklərini, İran vətəndaşını 1-2 gün olarmış ki tanıdığını,onun nömrəsinə zəng vuran şəxsin iranlı olduğunu, İranlı şəxsin özünün onun nömrəsini hardansa tapdığını, Şahid2 onu saxlamadığını, Şahid2 idarədə gördüyünü, saxlanılan zaman içkili olduğunu, Şahid3 onu saxlamadığını, Şahid3 başqa 5-6 nəfər şəxsin onu saxladığını söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-20-10/2-349 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuş, təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilmiş, təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və xəsarət izləri aşkar edilməmiş, hər iki saiddə postimyeksion xoralar və çapıq toxumalar, hər iki ətrafda postimyeksion xoralar və çapıq toxumalar aşkar edilmişdir. Bundan başqa Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 50/2-15869 saylı məktubdan görünür ki, Kərimov X8 RPİ-nin MSYnə daxil olarkən bədəni üzərinə baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət aşkar olunmamışdır. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Nərimanov RPİ-nin NMB-nin rəisi Şahid2 və Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 hər biri ayrı-ayrılıqda ifadələrində Nərimanov RPİ-yə “Rasim” adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, əməliyyat qrupunun Şahid3 və Şahid2 ibarət olduğunu, 2024-cü ilin avqust ayının 7-də gecə saat 01:30 radələrində X15 küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq idarəyə dəvət etdiklərini, Təqsirləndirilən şəxs saxlayan zaman yanında Ayaz adlı şəxs olduğunu, idarədə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif olunduğunu, Təqsirləndirilən şəxs göy rəngli sellofanda büküm təqdim edərək narkotik vasitə marixuana olduğunu, narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşından götürdüyünü, İranlının göstərişi ilə müxtəlif yerlərə qoyacağını və qarşılığında iranlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini bildirdiyini, tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmadığını, Təqsirləndirilən şəxs saxlayan zaman Rasimin ayıq vəziyyətdə olduğunu, sərxoş olmadığını, Təqsirləndirilən şəxs saxlayan zaman şəxsi avtomobilləri ilə getdiklərini, sonuncunu saxlayan zaman qolu döyməli olan şəxsin iştirak etmədiyini bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarış və götürmənin audio-video ilə aparılması, şəxsi axtarış və götürmə prosesində təqsirləndirilən şəxsin cinayət əməllərini etiraf etməsi və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, döyülməsi nəticəsində məcburiyyət qarşısında cinayəti etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Nərimanov RPİ-nin inzibati binasında Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçı, polis kapitanı X7 RPİ-nin NMB-nin əməkdaşlarının və müdafiəçi X5 iştirakları ilə Təqsirləndirilən şəxs özlərini təqdim etməsini təklif edir və həmin şəxslər özləri barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxlamış olduğu göy rəngli üzərində qara rəngli “BMW” yazılı sellofan paketi masanın üzərinə qoyur və təqdim etdiyi 01 ədəd göy rəngli selofana bükülmüş bükümün içərisində maddənin narkotik vasitə “marixuana” olmasını və həmin bükümü xx.xx.2024-cü il tarixdə axşam saatlarında sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı adının “Məhəmməd” kimi bildiyi şəxsin ona bildirdiyi Nərimanov ərazisindən götürdüyü və digər ünvana catdirmasını, bunun qarşılığında isə “Məhəmməd”-in ona öz istifadəsi üçün narkotik verəcəyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar ot şəkilli, spesifik iyə malik kütlə sübut əhəmiyyəti kəsb etdiyindən götürülüb qablaşdırılır, iştirak edən şəxslər tərəfindən üzəri imzalanır. Həmin şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024cü il tarixli “mənzilə baxış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilmiş əməliyyat tədbiri məhkəmə nəzarəti qaydasında yoxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)-1942/2024 saylı qərarı ilə “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və Nərimanov RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis mayoru Cavid İsmayılzadə tərəfindən təsdiq edilmiş 07 avqust 2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində daşımaqla saxlamasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlər ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi, ibtidai istintaq zamanı eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 ədəd polietilen bağlamanın içərisindən 02 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 520,0 və 1770,0 qram olmaqla ümumi təmiz çəkisi 2290,0 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuanan aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi küllü miqdarda narkotik vasitəni üzərində daşımasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Kərimov X9 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. "Məhkəmə Hökmü Haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən halı, iş üzrə cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun faktiki tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 07 avqust 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2289,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və götürmə aparılmalarının görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2289,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və götürmə aparılmalarının görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-790/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-790/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver