Məhkəmə qərarları › İş №1(101)-791/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-791/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-791/2021 09.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, sürücü işləyən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 150-də qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 09 oktyabr 2020-ci il tarixdə istifadəsində olmuş Samsung A30 markalı mobil telefonundakı ***-***-**-** nömrə ilə «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ilə «Məhəmməd» adlı, «Maqa» ləqəbli şəxsin həmin mobil tətbiqdə qeydiyyatdan keçmiş +98 914 *** ** ** nömrəsi ilə əlaqə yaradıb narkotik vasitə və psixotrop maddə sifariş verdikdən sonra 330 manat pulu həmin gün saat 17:06-da sonuncunun göndərdiyi, «xxxx» ASC tərəfindən buraxılmış, şəxsiyyəti istintaqa məlum olmayan ALİEV ELMAN adlı şəxsə məxsus 4169 7413 8827 3243 saylı VİSA kartın «xxxx» ASC- də olan ******************** saylı bank hesabına ünvan 1 ünvanında yerləşən «Dad» marketdə quraşdırılmış Million elektron ödəmə terminalı vasitəsi ilə köçürüb, bunu təsdiq edən qəbzin şəklini qeyd edilən tətbiq vasitəsi ilə «Məhəmməd» adlı, «Maqa» ləqəbli şəxsə göndərməklə «Məhəmməd» adlı şəxsin eyni tətbiq vasitəsi ilə ona yolladığı marşruta uyğun olaraq 09 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Suraxanı rayonu Səməd bəy Mehmandarov küçəsində yerləşən «Birlik» idman klubun yaxınlığına, avtomobil yolunun kənarındakı yaşıllıq zolağına gəlib orada şərtləşdirilmiş ağacın dibinə istintaqla müəyyən edilməmiş şəxs tərəfindən naməlum şəraitdə qoyulmuş külli miqdarda ümumi təmiz çəkisi 11,393 qram kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»i və külli miqdarda təmiz çəkisi 4,702 qram kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin»i götürüb satış məqsədi ilə, qanunsuz olaraq əldə edərək idarə etdiyi «Saipa» markalı Az **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlayıb Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsindəki komendant saatı rejimi ilə əlaqədar yaradılmış stasionar posta qədər daşımış, postdan keçərkən, özünü şübhəli apardığına görə həmin tarixdə saat 22:20 radələrində ərazidə xidmət aparan Sabunçu rayon Polis İdarəsinin Post Patrul xidməti bölüyünün əməkdaşları tərəfindən avtomobillə birlikdə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 13-cü polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 23:45-dən 10 oktyabr 2020-ci il saat 00:05-dək olan müddətdə polis bölməsinin inzibati binasının həyətində «Saipa» markalı Az **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilində Təqsirləndirilən şəxs iştirakı ilə axtarış aparılan zaman satış məqsədi ilə qanunsuz əldə edib saxlayaraq daşıdığı, külli miqdarda iki ədəd iki ədəd şəffaf selofan bükümlərində 8,791 və 2,602 qram, ümumi xalis çəkisi 11,393 qram kustar üsulla hazırlanmış narkotik vasitə «heroin», külli miqdarda bir ədəd şəffaf selofan bükümdə 4,702 qram kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin», eləcə də üzərində narkotik vasitə «heroin»in izi olan elektron tərəzi bir ədəd sarı rəngli selofan torbanın içərisində avtomobilin salonunun arxa oturacaqda aşkar edilərək götürülmüşdür.. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, təxminən 2018-ci ildən etibarən «kokos» və «şüşə»dən istifadə edir. Narkotik vasitələrə olan tələbatını ödəmək uçun yaşadığı Yasamal rayonunda «İnşaatçılar» metrostansiyasının yanında bu vasitələri satan, üzdən tanıdığı adamlardan almış və arabir narkotik vasitələri internet vasitəsi ilə «onlayn» satış qaydasında da almışdır. Bundan sonra öz istəyi əsasında o, Yasamal rayonunda yerləşən narkoloji dispanserdə metadon proqramına terapevtik müalicəyə yazılmışdır. Evdə bu barədə heç kəs bilməmişdir. Bundan sonra o, proqramın müalicəsindən kənara çıxıb yenə də normadan artıq narkotik vasitələri istifadə etməyə başlamışdır. 09 oktyabr 2020-ci il tarixdə saat 08-də o, gecə növbəsindən işdən çıxıb evə gəlmişdir. Həmin gün o, qərara gəlmişdir ki, gələcəkdə istifadə etmək üçün narkotik vasitə «kokos» və «şüşə» alsın. Həm də ki, həmin gün o, Balaxanı qəsəbəsində olan bağ evinə gedib orada əl üz yuma yerini düzəltdirmək istəmişdir. Ona görə də o, uşaqlıq dostu və Xırdalan şəhərində yaşayan Raminlə «20 yanvar» metrostansiyasının yanında görüşüb onun Etibar adlı tanışından götürdüyü «Saipa» markalı avtomobillə Balaxanı qəsəbəsinə yola düşmüşlər. Saat 15 radələrində o, Ramini həmin evdə qoymuş və evin həyətini səliqə səhmana salmışdır. Bundan sonra o, «VVhats App»la «Maqa» ləqəbli şəxsin profilinə daxil olmuş və 9 qram heroin, 5 qram metamfetamini sifariş etmişdir. Sonra Maqa ona fototəsvirlə təqdim etdiyi bank kartına 330 manat Balaxanı qəsəbəsində olan marketdəki million aparatından köçürüb, qəbzi telefonla çəkərək «VVhats App» proqramı ilə həmin «Məhəmmədə» göndərmiş və xahiş etmişdir ki, sifarişini verdiyi narkotik vasitələri rahat və yaxın bir yerə qoymasını təşkil etsin. Bir qədər sonra Məhəmməd ona narkotik vasitələrin gizlədildiyi yerin dəqiq şəkilini və səs mesaj göndərmişdir. Həmin yer Suraxanı rayonunda Mehmandarov küçəsində idman kompleksinin və elektrik stansiyasının yanında, yol qırağında olan zeytun ağaclarından biri olmuşdur. Bundan sonra o, həmin yerə gedib narkotik vsitələri götürmüşdür. O, «Neftçilər» metrosunun yanına getmək üçün Bakıxanov dairəsinə gəlmiş və orada olan postda xidmət aparan polis işçiləri onları saxlamışlar. O, icazə sənədini təqdim etmiş, polis əməkdaşı isə Raminin icazənin olub-olmamasını öyrəndikdə Ramin icazənin və ümumiyyətlə şəxsiyət vəsiqəsinin üzərində olmadığını demişdir, Polis əməkdaşı onların maşından çıxmalarını demiş və sonra da başqa polis əməkdaşları çağırmışdır. Gələn polis əməkdaşları onları öz maşınlarına mindirmiş və onları Bakıxanov qəsəbəsində yerləşən 13-cü polis bölməsinə gətirmişlər. Digər polis əməkdaşı isə onun idarə etdiyi avtomobili sürə-sürə həmin polis bölməsinin həyətinə gətirmişdir. Bundan sonra onu və Ramini ayrı-ayrı otaqlara salmışlar. Sonra ona bildirmişər ki, şəxsi axtarış keçiriləcək, onun hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkil də dəvət olunub ona təqdim edilmişdir. Sonra polis əməkdaşları onun üstünü yoxlamışlar, heç bir şey tapmamışlar, lakin, idarə etdiyi avtomobildən «kokos», «şüşə» və elektron tərəzi aşkar edilib götürülmüşdür. Bununla bağlı o, sorğu-sual olunmuşdur. Polis əməkdaşlarına olduğu kimi danışmışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 sentyabr 2020-ci il tarixdən etibarən ölkədə olan hərbi vəziyyətlə bağlı komendant saatı rejiminin tətbiqinə başlanılmışdır. Bu rejimə riayət etmək üçün bütün inzibati ərazilərdə olduğu kimi, Sabunçu rayonunun ərazisində də axşam saat 21-dən sonra polis əməkdaşları və hərbi qulluqçularından İbarət stasionar postlar yaradılmışdır. Xidmət etdiyi bölmədə tərtib olunmuş qrafikə əsasən 09 oktyabr 2020-ci il tarixdə o, Bakıxanov qəsəbəsində Rüstəm Rüstəmov küçəsində yerləşən avtomobillərin dairəvi hərəkəti qovşağında yaradılmış posta xidmətə göndərilmişdir. Saat 21:00-də o, posta xidmətə çıxmış və hərbi qulluqçularla xidmətə başlamışdır. Saat 22 radələrində «Neftçilər» metrostansiyası istiqamətində hərəkətini davam etdirmək üçün posta tünd göy rəngli «Saipa» markalı avtomobil yaxınlaşmışdır. Avtomobildə qabaq oturacaqlarda iki nəfər 35- 40 yaşında kişi cinsli şəxslər əyləşmişdir. O, onların adlarının icazə portalında olubolmamasını yoxlamaq uçun planşetlə adlarını yoxlamış, sürücünün icazəsi aşkar olunsa da yanında oturan adını xatırlamadığı sərnişinin adının çıxmadığını aşkar etdikdən sonra onlar özlərini şübhəli aparmağa başlamışlar. Bu iki oğlanın narahat olmalarını onların avtomobildə qanunla daşınması qadağan olunmuş predmetlərin olmasında onu şübhələndirmiş və yoxlanılmaları üçün o, efir vasitəsi ilə yaxında xidmət aparan post patrul bölüyünün əməkdaşlarını köməyə çağırmışdır. Az sonra, avtopatrulda xidmət aparan iki nəfər polis serjantı yaxınlaşmış və o, həmin iki nəfəri polis serjantlarına təhvil verib xidmətini davam etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, «Saipa» markalı avtomobildə 13-cü polis bölməsində axtarış aparılan zaman külli miqdarda narkotik vasitə və elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verməklə, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri Quşçuluq yaşayış massivində qeydıyyatsız evdə ailəsi ilə birlikdə yaşayır. Santexnika, kafel və metlaxın quraşdırılması üzrə fərdi qaydada usta işləməklə ailəni dolandırır. Bir il qabaq «kokos» adlı narkotik vasitədən çəkmə yolu ilə istifadə etməyə başlamışdır. 13-cü polis bölməsi tərəfindən tutulmamışdın, təxminən 2- gün qabaq narkotik vasitələrin qanunsuz istifadəsinə görə Abşeron Rayon Polis İdarəsi tərfindən tutulmuş, məhkəmə onu azadlığa buraxmışdır. Xırdalan şəhərinə o, Yasamal rayonunda yerləşən «Sovetski» deyilən ərazidən köçmüşdür. Təqsirləndirilən şəxsla o Yasamal rayonunda bir məhəllədə böyümüş, o vaxtdan da münasibətləri vardır. Tutulmamışdan 3 gün əvvəl o Vurğunun Balaxanı qəsəbəsindəki evdə təmir işləri görmüş, həmin evə getmək üçün «20 yanvar» metrostansiyasının yanında görüşdükdən sonra Təqsirləndirilən şəxs avtomobili ilə onu aparıb-gətirir. 09 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində danışdıqları kimi o Vurğunla «20 yanvar» metrostansiyasının yanında görüşmüş və sonuncunun idarə etdiyi «Saipa» markalı avtomobillə onlar sonuncunun Balaxanı qəsəbəsindəki evinə yola düşmüşlər. Təxminən bir saata onlar həmin evə çatmış, o mətbəx dolabını düzəldirmiş, Vurğun isə həyətdə iş görmüşdür. İşlərini bitirdikdən sonra saat 20 radələrində onlar Vurğunun evindən çıxmış və sonuncu onu Xırdalan şəhərinə aparmalı olmuşdur. Balaxanı qəsəbəsindən onlar Bakıxanov qəsəbəsinə gəlmiş və oradan «Neftçilər» metrostansiyası İstiqamətində hərəkətdə olarkən Bakıxanov qəsəbəsində dairənin yanında komendant rejimi ilə bağlı yaradılmış postda polis əməkdaşı onları saxlatdırdı. Vurğun icazə sənədini təqdim etmiş, lakin onun sənədi olmadığından polis əməkdaşı onlara maşından düşməyi demişmə digər polis əməkdaşlarını çağırmışdır. Gələn polis əməkdaşları onları Bakıxanov qəsəbəsində yerləşən polis bölməsinə aparmışlar. Onu və Vurğunu ayrı-ayrı otaqlara salmışlar. Sonra ona üstünə baxış keçiriləcəyi barədə bildirilmiş, hüquq və vəzifələri izah olunaraq vəkil dəvət olunmuşdur. Sonra o axtarışa məruz qalmış, heç bir şey aşkar edilməmişdir. Sorğusual zamanı ifadəsini dəqiqləşdirən Şahid4 Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib idarə etdiyi avtomobildə daşıdığını bilmədiyini, sonuncu dəfə Abşeron Rayon Polis İdarəsi tərəfindən tutulmamışdan bir gün əvvəl «kokos» adlı vasitəni çəkmə yolu ilə istehlak etdiyindən, 10.10.2020-ci il tarixdə tibbi müayinədən keçərkən sidiyində opium tərkibli narkotik vasitələrin istifadə halların olması aşkar olunduğunu, polis postunda saxlanılmamışdan qabaq avtomobilin qabaq oturacaqda əyləşdiyini, arxa oturacaqda tikinti materiallarının olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və ya onların prekusorlarının satışı ilə məşğul olub-olmaması bilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 10 oktyabr 2020-ci il tarixli 6/2121 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, üzərində «Vət.Təqsirləndirilən şəxs idarə etdiyi...» sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,791 qram, 2,602 qram ümumi təmiz 11,393 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 4,702 qram olan ağ rəngli kristalik formada kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) dixildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) dixildir. Təqdim edilmiş bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Təqdim edilmiş 1 ədəd elektron tərəzidə narkotik vasitə olan heroin iz şəkilində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmadı. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxs tərəfindən təqdim edilmiş narkoloji ekspertizanın 30 noyabr 2020-ci il tarixli, 3328 №-li ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidləri tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə ambulator-psixiatrik ekspertizasının 12.01.2021-ci il tarixli 39 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, məhkəmə iclasında ifadə verərkən narkotik vasitənin satışı ilə əməşqul olmamasını, yalnız öz istifadəsi üçün əldə etməsini bildirməkdə, o, məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, Vassap danışıq yazılarından çıxarışlar, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs, himayəsində 3 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 09 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Sabunçu rayon polis idarəsində sxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,313 qram heroin, 4,652 qram metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Üzərində Təqsirləndirilən şəxs yazısı olan bir ədəd kompakt disk, Azerfon MMC-dən təqdim olunmuş bir ədəd kompakt disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung A30» markalı mobil telefona baxış protokoluna əlavə olunmuş, printerlə üzərində çap edilmiş 17 ədəd A4 formatlı ağ kağız və bir ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, X1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi möalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabunçu rayon polis idarəsində sxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,313 qram heroin, 4,652 qram metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Üzərində Təqsirləndirilən şəxs yazısı olan bir ədəd kompakt disk, Azerfon MMC-dən təqdim olunmuş bir ədəd kompakt disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung A30» markalı mobil telefona baxış protokoluna əlavə olunmuş, printerlə üzərində çap edilmiş 17 ədəd A4 formatlı ağ kağız və bir ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Müdafiəçi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar