Məhkəmə qərarları › İş №1(101)-791/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-791/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-791/2022 10.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi: «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi və mütəxəssis (müəllim-psixoloq) X1 iştirakları ilə qapalı məhkəmə iclasında xx.xx.1972-ci ildə Füzuli rayonu, Gecəgözlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, bina 41, mənzil 59-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müladlicə Müəssisəsində saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən zor tədbiq etməklə aşkar surətdə on dörd yaşına çatmayan şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs təkrarən cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə 2020-ci ilin noyabr ayının axırından 2021-ci ilin may ayının axırınadək olan müddət ərzində müxtəlif tarixlərdə bir neçə dəfə günorta saatlarında qohumu Qanuni nümayəndə məxsus ünvan 1 ünvana qonaq gəlib, həmin mənzildə olduğu müddətdə Qanuni nümayəndə qızı xx.xx.2012-ci ildə anadan olmuş, aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs evdə tək olmasından və köməksiz vəziyyətindən istifadə edib Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonun ekranında təsvir olunan videogörüntüdəki əxlaqsız hərəkətləri göstərdikdən sonra əynindəki şalvarın zəncirbəndini açıb, cinsi qabiliyyətli xarici cinsiyyət üzvünü çıxararaq Zərərçəkmiş şəxs videogörüntüdə təsvir olunan əxlaqsız hərəkətləri etməyi tələb etmiş, onun hərəkətlərindən çəkinərək müqavimət göstərən Zərərçəkmiş şəxs iradəsinə zidd şəkildə biləyindən tutub dartaraq fiziki ağrı yetirməklə, öz cinsiyyət üzvünü azyaşlı qızın əlinə alaraq sıxmasına məcbur edib, cinsi ehtirasını təmin edilməsinə nail olmaqla, təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə Allahşükür qızı onun həyat yoldaşı Şahid3 bibisidir. Azyaşlı Zərərçəkmiş şəxs isə Ülviyyənin qızıdır. O, Humaya qarşı heç vaxt heç bir əxlaqsız hərəkətlər törətməmişdir. Ülviyyə işləri ilə əlaqədar Türkiyədə olduğu dövrdə Ülviyyənin xahişi ilə onun uşaqlarına-yəni qızı Humaya və oğlanları Polad və Sənana arvadı Aynur Ülviyyənin evində qalmaqla qulluq etmişdir. Bu məsələ 2020-ci ilin noyabr ayından 2021-ci ilin may ayınadək davam etmişdir. Həmin ərəfədə o da işdən çıxıb Ülviyyəgilə gəlib şam yeməyi yeyib istirahət etmişdir. Təxmnən 3-4 dəfə isə həmin evdə gecələmişdir. Həmçinin böyük qızları Ləman və Aytən də həmin vaxt Ülviyyənin evində qalmışlar. Necə ola bilər ki, bu qədər insanın yaşadığı evdə və şəraitdə o, Humaya qarşı hər hansı əxlaqsız hərəkət etsin. Onun barəsində polisə Qanuni nümayəndə şikayət etmişdir. O, əvvəllər Ülviyyə ilə birlikdə işləmiş, onunla intim əlaqədə olmuşdur. Lakin sonra intim münasibətlərini Ülviyyə ilə münasibətlərini kəsdiyi üçün sonuncu ondan qisas almaq məqsədilə ondan şikayət etmişdir ki, guya o, onun azyaşlı qızına sataşmışdır. Məhkəmə iclasında azyaşlı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu kimi tanıyır. Belə ki, Fehruzun arvadı Aynur xala anası Ülviyyənin qardaşı qızıdır. Onun 14 yaşlı Polad və 16 yaşlı Sənan adlı qardaşları var. Onlar hamısı anaları ilə birlikdə bir evdə yaşamışlar. Anası Ülviyyə ticarət işləri ilə əlaqədar Türkiyəyə gedib orada olduğu müddət onlara Aynur xala baxmışdır. Amma Aynur xala onların qaldığı evə əri Fehruz, qızları Ləman və Aytənlə birlikdə gəlirdi. Bu vaxt Fehruz mətbəxdə döşəmədə gecələyirdi. Onların 2020-ci ilin payız aylarında birlikdə qaldıqları evdə olduğu zaman Fehruz təxminən 5-6 dəfə evdə adamların olmamasından istifadə edərək onu yanına çağırıb telefonda baxdığı pis şeyləri ona göstərib həmin şeyləri onun üçün etməsini tələb etmişdir. O, imtina etdiyi zaman isə zorla əlindən tutub əlini salırdı şalvarının altına və cinsiyyət orqanının oxalatdırırdı. Hətta bir dəfə Fehruzun cinsiyyət orqanını oxalayanda əlinə maye dəymişdir. O, Fehruzdan soruşmuşdur ki, bu nədir, o isə heç nədir demişdir. Anasına bu hadisəni sonuncu evlərinə qayıdandan sonra demişdir. Anası Aynur xalanı bu məsələni araşdırmaq üçün evinə çağırsa da Aynur xala gəlməmiş və anası onunla birlikdə polisə gedərək Fehruzdan şikayət etmişdir. O, yalan danışmır, hər şeyi olduğu kimi bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs onun doğma qızıdır. Humaydan başqa onun iki oğlu vardır, 14 yaşlı Polad və 16 yaşlı Sənan. O və övladları Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 14, bina 2A, mənzil 26-da yaşayır. Təqsirləndirilən şəxs qardaşı qızı Şahid3 əridir. O, dolanışıq məqsədilə Turkiyyə Respublikasının İstanbul şəhərinə gedib həmin şəhərdən ucuz qiymətə satış üçün geyim paltarları alıb Bakı şəhərinə göndərib sərfəli qiymətə sataraq qazanc əldə edir. Bu səbəbə görə bəzən Türkiyədə bir neçə ay qalmalı olurdu. Türkiyədə qaldığı müddətdə qardaşı qızı Aynurdan pul müqabilində evində qalıb uşaqlarına qulluq etməyi xahiş etmişdir. Sonuncu dəfə 2020-ci ilin noyabr ayında Turkiyə Respublikasının İstanbul şəhərinə gedərkən uşaqlarına yenə Aynur baxmışdır. O, Türkiyə Respublikasında olduğu müddətdə tez-tez uşaqları ilə telefonla əlaqə saxlamış, ona məlum olmuşdur ki, Aynur onun evində qaldığı müddətdə öz qızı Aytəni azyaşlı uşağı Yusiflə birliklə həmin evə qalmağa gətirmiş, həmçinin Aynurun digər qızı Ləman və əri Fehruz da daimi onun yaşadığı evə gəlib getmiş, elə hallar olmuşdur ki, onun evində qalmışlar. Qohumluq münasibətlərini nəzərə alaraq bu hallara göz yummuşdur. 2021-ci ilin may ayının axırı Bakı şəhərinə yaşadığı evə qayıtdıqdan sonra Aynur ailə üzvüləri ilə birlikdə çıxıb öz evinə getmişdir. Hər dəfə evə gəlib-gedən zaman qızı Humay ondan yenə Türkiyəyə gedəcəyini soruşurdu. Axırıncı dəfə isə 26 sentyabr 2021-ci il tarixdə qızı Humay ondan soruşmuşdur ki, «sən yenə Türkiyə Respublikasına gedəcəksən». O, qızından nə üçün onun getməyi ilə maraqlanmasının səbəbini soruşmuş, Humay isə ona demişdir ki, onun Turkiyə Respublikasına getməsini istəmir. Humayın bu sözü onda şübhə yaratmış və ondan soruşmuşdur ki, Turkiyə Respublikasında olduğu müddətdə bir problem olub, bəlkə Aynur onu döyüb və ya incitmişdir. Humay ona demişdir ki, Aynurla onun heç bir problemi yoxdur, amma onun əri Fehruzun yaşadığı evə gəlməsini istəmir. O, Humaydan səbəbini soruşduqda, qızı ona demişdir ki, Fehruz onunla təklikdə qaldıqda ona qarşı əxlaqsız hərəkətlər etmişdir. O, Humaya nə baş verdiyini ətraflı danışmağını demiş və Humay ona demişdir ki, ilk dəfə 2020-ci ilin axırları dəqiq bilmədiyi tarixdə Fehruz onların evində idi. Həmin vaxt oğlanları harasa getmiş, Aynur isə evdə yemək bişirmək üçün tərəvəz lazım olduğundan tərəvəz almaq üçün evdən çıxıb mağazaya getmiş və evdə Fehruzla qızı tək qalmışdır. Həmin vaxt Fehruz qonaq otağında olan divanın üstündə əyləşmiş və əlində olan telefonda nəyəsə baxırdı. Həmin vaxt Fehruz qızı Humayı yanına çağırıb divanda onun yanında oturmasını demişdir. Humay divanda Fehruzun yanında oturduqdan sonra o, telefonu Humaya göstərib demişdir ki, burda qızın etdiyini səndə mənə et. Humay onun telefonunda görmüşdür ki, bir qız yanında olan kişinin cinsiyyət orqanından tutub sıxır. Sonra Fehruz şalvarının qabağını açıb cinsiyyət orqanını çıxarmış və Humaya 1 manat pul verib onun cinsiyyət orqanından əli ilə tutub sıxmasınnı demişdir. Humay onun dediyini etmək istəməmiş və həmin vaxt Fehruz qızı Humayın sağ əlindən tutub cinsiyyət orqanına tərəf aparıb əlini toxundurmuş və bu kimi hallar bir neçə dəfə baş vermişdir. Hətta polisdə Humay ifadə verərkən bilmişdir ki, Humay Fehruzun cinsiyyət orqanına əlini vurduğu zaman əlinə maye axmışdır. Bu halı qızı utandığından ona deməmişdir. Humay bunları ona danışdıqdan sonra o, bərk əsəbləşib Aynura zəng vurub ona tək yaşadığı evə gəlməsini demiş, Aynur ona demişdir ki, şəhərdaxili marşrut avtobuslar işləmir və buna görə onun yaşadığı evə gələ bilməyəcəkdir. O, əvvəl Aynurla danışıb məsələyə aydınlıq gətirməsini düşünmüş, həmin gün axşam vaxtlarında qohumu Aynur ona zəng vurub ona nə səbəbə onun yaşadığın evə gəlməsini soruşmuş, o, danışıq zamanı Aynura əri Fehruzun barəsində qızı Humayın dediklərini demiş, Aynur isə ona cavab vermişdir ki, «heç vaxt mənim ərim belə hərəkət etməz, sən mənim ərimi şərləyirsən». O, bir daha demişdir ki, «gəl evimə danışıb aydınlıq gətirək». Aynur gələcəyini desə də gəlməmiş, o iki gün sonuncunun gəlməsini gözləmiş, lakin Aynur gəlmədiyi üçün 28 sentyabr 2021-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə qızı ilə birlikdə gedərək Fehruzdan şikayət ərizəsi vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kiçik bacısıdır. Bacısı Humaydan başqa onun böyük qardaşı Sənan vardır. Təqsirləndirilən şəxs isə qohumları Aynurun əridir. Anası Ülviyyə ticarət işləri ilə əlaqədar Türkiyə Respublikasına getdiyi zaman qohumları Aynur evlərinə gəlib onlarla qalmaqla onlara baxırdı. O və qardaşı Sənan ali məktəbə qəbul olmaq üçün müxtəlif fənlər üzrə hazırlıq kurslarına gedirdilər. Aynur onların evinə əri Fehruz, iki qızı və nəvəsi ilə birlikdə gəlib qalmışdır. Aynurun əri Fehruz onu və qardaşı Sənanı hava qəbul etmək adı ilə evdə oturmaqlarına imkan vermirdi. Həmin vaxtlarda bacısı Humay evdə Fehruzla qalırdı. Bacısı ona və qardaşı Sənana heç vaxt Fehruz barədə bir söz deməmişdir. Guman edir ki, bacısı 8 yaşlı olmaqla qorxusundan onlara bir söz deməmişdir. Humay başına gələnləri anasına dedikdən sonra və anasının şikayəti əsasında Fehruz tutulduqdan sonra qardaşı Sənan bacısını məktəbə yola salan zaman qarşılarını Fehruzun arvadı Aynur kəsərək Humaydan ərindən şikayət etməməyi tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kiçik bacısıdır. Bacısı Humaydan başqa onun qardaşı Polad vardır. Təqsirləndirilən şəxs isə qohumları Aynurun əridir. Anası Ülviyyə ticarət işləri ilə əlaqədar Türkiyə Respublikasına getdiyi zaman qohumları Aynur evlərinə gəlib onlarla qalmaqla onlara baxırdı. O və qardaşı Sənan ali məktəbə qəbul olmaq üçün müxtəlif fənlər üzrə hazırlıq kurslarına gedirdilər. Aynur onların evinə əri Fehruz, iki qızı və nəvəsi ilə birlikdə gəlib qalmışdır. Aynurun əri Fehruz onu və qardaşı Poladı hava qəbul etmək adı ilə evdə oturmaqlarına imkan vermirdi. Həmin vaxtlarda bacısı Humay evdə Fehruzla qalırdı. Bacısı ona və qardaşı Polada heç vaxt Fehruz barədə bir söz deməmişdir. Sonradan bilmişdir ki, bacısı 8 yaşlı olmaqla qorxusundan onlara bir söz deməmişdir. Humay başına gələnləri anasına dedikdən sonra və anasının şikayəti əsasında Fehruz tutulduqdan sonra o, bacısını məktəbə yola salan zaman qarşılarını Fehruzun arvadı Aynur kəsərək Humaydan ərindən şikayət etməməyi tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs bibisi Ülviyyənin qızıdır. Ülviyyə ticarət məqsədilə tez-tez Türkiyəyə gedərək müəyyən müddətlər orada qalmalı olurdu. Ülviyyənin xahişi ilə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 14, bina 2A, mənzil 26-da yaşayan övladlarına- 8 yaşlı Humaya, 14 yaşlı Polada, 16 yaşlı Sənana o qulluq etmişdir. Bu xidmətinə görə Ülviyyə ona razılaşdıqları məvacibi ödəyirdi. Sonuncu dəfə Ülviyyə 2020-ci ilin noyabr ayında Türkiyə Respublikasına getdiyi üçün o, onun yaşadığı evə gedərək orada qalmışdır. Qaldığı ərəfədə Ülviyənin uşaqlarının yeməyini bişirib, paltarlarını yuyub, evin təmizlik işlərini görmüşdür. Qızı Aytən həmin ərəfədə əri ilə boşandığı üçün azyaşlı oğlu 2018-ci il təvəllüdlü Yusiflə birlikdə daimi onun yanında həmin evdə qalmışdır. Əri Fehruz və digər qızı Ləman mütamadi həmin evə gəlib getmiş, elə hallar olmuşdur ki, onlarda həmin evdə gecələmişlər. Fehruz günorta və axşam işdən çıxdıqdan sonra həmin evə gələrək yemək yeyirdi. Bəzi hallarda elə orada gecələyir, bəzi hallarda isə çıxıb evlərinə gedirdi. Bildirmək istəyir ki, Ülviyyənin kiçik qızı Humay heç vaxt evdə Fehruzla tək qalmamışdır. O və digər ailə üzvləri Ülviyənin uşaqlarına öz övladları kimi yanaşmış və heç bir halda əri Fehruz onun uşaqlarından hansınasa, o cümlədən qızı Humaya qarşı əxlaqsız hərəkətlər etməmişdir Ona görə Fehruzun Humaya qarşı hər hansı əxlaqsız hərəkət etməsinə inanmır. Ülviyyə Türkiyədən qayıtdığı gün o, ailə üzvüləri ilə birlikdə öz evinə çıxıb getmişdir. 25 sentyabr 2021-ci il tarixdə Ülviyyə qızı Humayla birlikdə onlara qonaq gəlmiş, heç bir narazılıq olmamışdır. 26 sentyabr 2021-ci il tarixdə saat təxminən 17 radələrində Ülviyyə ona zəng vurub demişdir ki, «sən tək bizim evə gələ bilərsənmi, amma ərin Fehruzu gətirmə». O, ona demişdir ki, şəhərdaxili marşrutlar işləmir və buna görə onların yaşadığı evə gələ bilməyəcəkdir. O, həmin gün saat 21 radələrində Ülviyyəyə zəng vurub ondan soruşmuşdur ki, nə baş verib və nə üçün o, onu evinə çağırır. Ülviyyə ona demişdir ki, « qızı Humay ona danışıb ki, Fehruz ona qarşı əxlaqsız hərəkətlər etmişdir». O, Ülviyyəyə inanmayaraq demişdir ki, heç bir halda onun əri onun azyaşlı qızına qarşı əxlaqsız hərəkətlər etməz. Elə bu səbəbdən bundan sonra Ülviyyə ilə danışmamış və onun evinə getməmişdir. 28 sentyabr 2021-ci il tarixdə Ülviyyə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gedərək ərindən ərizə verərək şikayət etmişdir. Artıq əri həbsdə olduğu zaman o, Ülviyyəgilin yaşadığı binanın qarşısına gəlmiş, Humayın küçəyə çıxmasını gözləmişdir ki, Humayın özündən hadisə barədə məlumat alsın. Təxminən bir saat gözlədikdən sonra binadan Poladla Humay çıxmış, hər ikisi onu görərək yaxınlaşıb görüşmüşlər. O, Humaya sual vermişdir ki, Fehruz ona qarşı nə isə etmişdirmi? Humay bir az tərəddüd etdikdən sonra başını yelləyərək Fehruzun ona qarşı pis hərəkətlər etdiyini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Humay isə anasının bibisi Ülviyyənin qızıdır. Ülviyyə ticarət məqsədilə tez-tez Türkiyəyə gedərək müəyyən müddətlər orada qalmalı olurdu. Ülviyyənin xahişi ilə anası Aynur Ülviyyəyə məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 14, bina 2A, mənzil 26-da qalaraq Ülviyyənin övladlarına- 8 yaşlı Humaya, 14 yaşlı Polada, 16 yaşlı Sənana qulluq etmişdir. Sonuncu dəfə anası Aynur Ülviyyəgilin evinə 2020-ci ilin noyabr ayında gedərək orada qalmışdır. Yəni həmin vaxt Ülviyyə ticarət məqsədilə Türkiyyəyə getmişdir. Anası ilə birlikdə bacısı Aytən azyaşlı oğlu Yusiflə həmin evdə qalmışdır. Atası Fehruz və o, 3-4 dəfə həmin evə gəlib getmiş, elə hallar olmuşdur ki, onlar da həmin evdə gecələmişlər. Ülviyyənin kiçik qızı Humay heç vaxt evdə atası ilə tək qalmamış, o və digər ailə üzvləri Ülviyənin uşaqlarına öz övladları kimi yanaşmış və heç bir halda atası Fehruz onun uşaqlarından hansınasa, o cümlədən qızı Humaya qarşı əxlaqsız hərəkətlər etməmişdir. Ülviyyə Türkiyədən qayıtdığı gün anası və bacısı evlərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma atası, Zərərçəkmiş şəxs isə anası Aynurun bibisi Ülviyyənin qızıdır. Anasının bibisi Ülviyyə ticarətlə məşğul olduğu üçün tez-tez müəyyən müddətlərə Türkiyəyə getdiyi zaman onun qızı Humay və oğlanları Sənanla Polada anası qulluq etmişdir. Bu ərəfələrdə anası Ülviyyənin evində qalırdı. Axırıncı dəfə 2020-ci ilin noyabr ayının axırlarında anası Ülviyyəgilə getmişdir. Həmin ərəfədə həyat yoldaşı ilə münasibəti pozulduğu üçün korpə uşağı ilə anası ilə birlikdə Ülviyyəgildə yaşamışdır. Arabir həmin evə atası Fehruz və bacısı Ləman gəlib-gedir, bəzi hallarda isə orada gecələyirdilər. Atası heç vaxt Humaya qarşı pis münasibət göstərməmiş, Humayı onlardan seçməmişdir. Yalnız atası tutulduqdan sonra bilmişdir ki, anasının bibisi Ülviyyə polisə şikayət etmişdir ki, guya atası Fehruz onun qızı Humaya qarşı əxlaqsız hərəkət etmişdir. Atasının belə hərəkət etməsinə inanmır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞnin təhqiqatçısının tərtib etdiyi 28.09.2021-ci il tarixli şifahi ərizə protokolundan müəyyən olunur ki, X5 xx.xx.2012-ci il təvəllüdlü qızının yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 14, bina 2a, mənzil 26 ünvanında olan zaman qardaşının kürəkəni olan Təqsirləndirilən şəxs onun evdə olmadığından istifadə edərək qızına qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər etməsini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 28.09.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 14, bina 2a, mənzil 26 olmaqla, üç otaqdan və mətbəxdən ibarətdir. Baxış zamanı Zərərçəkmiş şəxs zal otağında olan divanı göstərib bildirmişdir ki, məhz həmin divanda qohumları Təqsirləndirilən şəxs oğlu əyləşib onu yanına çağıraraq əlindəki mobil telefonun ekranında təsvir olunan videogörüntüdəki əxlaqsız hərəkətləri göstərdikdən sonra həmin hərəkətləri etməyi ondan tələb etmiş, əynindəki şalvarın qabaq hissəsini açıb cinsiyyət üzvünü çıxararaq ona əli ilə tutub sıxmağı tələb etmiş, Zərərçəkmiş şəxs videogörüntüdə təsvir olunan əxlaqsız hərəkətləri etməyi tələb etmiş, bunu etmək istəmədikdə əlindən tutub məcbur etmiş, bunun qarşılığında ona 1 manat pul vermişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri 2020-ci ilin may ayının axırlarına kimi yaşadıqları evdə bir neçə dəfə törətdyini bildirmişdir. Baxış zamanı mənzildə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 28 sentyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizanın 06.10.2021-ci il tarixli, 521 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizanın 21 yanvar 2022-ci il tarixli, 41 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patalogiya aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14.01.2022-ci il tarixli, 42 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Psixiatrik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Zərərçəkmiş şəxs zahiri insanın zahiri görkəmini yadda saxlayıb təsvir etmək, barəsində edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir.Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmamışdır. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri aşkar olunmamışdır. Ekspertiza təhqiqatı zamanı Zərərçəkmiş şəxs Aydın qızı bildirmişdir ki, anası işi ilə əlaqədar arabir İstanbul şəhərinə getmiş, həmin müddət anasının qohumu olan Aynur xala onlarda qalıb ona baxmışdır. Bir dəfə Aynur xala mağazaya düşərkən və qardaşları evdə olmayan vaxt onun əri Fehruz telefonda ona pis video göstərərək həmin hərəkəti etməyi demiş, təxminən beş-altı dəfə bu hal təkrar olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14.01.2022-ci il tarixli, 64 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilmədi, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx.xx.2012-ci il təvəllüdlüdür. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmə baxışı zamanı etdiyi əməlləri etiraf etməməsi, zərərçəkmiş şəxsə qarşı seksual xarakterili zorakıçık hərəkətləri etməməsinə dair ifadəsi cinayət işində olan bütün sübut növləri- zərərçəkmiş şəxsin ətraflı ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təsdiqini tapmışdır. Belə ki, istər ibtidai istintaq zamanı, istərsədə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadələrində Təqsirləndirilən şəxs onun evdə tək olmağından istifadə edərək bir neçə dəfə telefonda olan əxlaqsız görüntüləri ona göstərərək onun cinsiyyət orqanını sıxmağı tələb və məcbur etmiş, hətta bir dəfə əlinə maye tökülməsini hiss etmişdir. Ekspert-psixoloqda müayinə zamanı Zərərçəkmiş şəxs bu səpkidə izah verməklə Təqsirləndirilən şəxs əməllərini təsdiq etmişdir. İstər ibtidai istintaq, istərsədə məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Zərərçəkmiş şəxs qıızının qardaşları X10 və Şahid2 göstərmişlər ki, anaları Ülviyyə Türkiyədə olduğu üçün onlara qohumları Aynur baxmış və onlara qulluq etmiş, lakin evlərində həmin ərəfədə, yəni 2020-ci ilin axırlarından evlərində Aynurun əri Fehruz da qalmış, onları, yəni Poladla Sənanı tez-tez təmiz hava qəbul etmək adı ilə evdən bayıra çıxarmışdır. Təqsirləndirilən şəxs, onun arvadı Şahid3, qızları Şahid5 və Şahid4 ifadələrində təsdiq etmişlər ki, qohumlarvı Qanuni nümayəndə 2020-ci ilin noyabr ayının axırlarında Türkiyyəyə getdikdə onun uşaqlarına öz evində Aynur qulluq etmiş, Təqsirləndirilən şəxs isə tez-tez həmin evə getmiş, müəyyən günlərdə isə orada gecələmişdir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi tam sübuta yetirilmişir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarını müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti azyaşlı və köməksiz vəziyyətdə oln şəxsə qarşı törətsə də, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində onun hərəkətləri cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulduğu üçün bu hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X4 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini, əməlin azyaşlı şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş əməl xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs oluna azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu 28.09.2021-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakını müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 270 AZN (iki yüz yetmiş manat) pul «KREDO» Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “28” sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 270 AZN (iki yüz yetmiş manat) pul «KREDO» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar