Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-791/2024 18.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X5, X7, X8 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və X3, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri "As Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, işləməyən, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y,Qasımov 18 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək ünvan 2 ünvanda yaşamış, 27 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 may 2023cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2- ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə şəxsiyyəti müəyyənləşdirilməmiş “Anar” adlı şəxslə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək naməlum vaxtda və naməlums şəraitdə Bakı şəhəri ərazisinə gətirilməklə gizlədilmiş narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri qrup üzvü “Anar”ın verəcəyi pul qarşılığında gizlədildiyi yerdən götürüb onun göstərişinə uyğun formada müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi sonuncuya vəd verib razılaşdıqdan sonra, “Anar” adlı şəxsin göstərişi ilə xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində ünvan 3 ünvanının yaxınlığında 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,730 qram çəkidə psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,170 qram çəkidə narkotik vasitə tiryək, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 95,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, metadon təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan, ümumilikdə 30 ədəd metadon həbləri və preqabalin təsir edici maddəsinin ümumi miqdarı 18,9 qram olmaqla külli miqdarda, ümumilikdə 98 ədəd preqabalin kapsullarını gizlədildiyi yerdən taparaq qanunsuz olaraq əldə etməklə, üzərində saxlayaraq daşımış, bundan sonra Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılaraq, ünvan 5 yerləşən Nərimanov RPİ-nin inzibati binasına aparılıb oradakı xidməti otaqda müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı üzərində “KAPAR” yazısı olan qara rəngli sellofan paketin içərisindəki 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 1,730 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,170 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 95,0 qram olan bitki mənşəli kütlə - çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində “Mehtadone 40” markalanma göstərici olan metadon təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən, hər konvolyutda 10 ədəd olmaqla 3 ədəd konvolyutda, ümumilikdə 30 ədəd qəhvəyi rəngli üzərlərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə olan metadon tərkibli dərman həbləri, üzərində “Preqabalin Kpka 150 mq” markalanma göstəricisi olan preqabalin təsiredici maddəsinin ümumi miqdarı 10,5 qram təşkil etməklə külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla, 5 (beş) ədəd konvolyutda, ümumilikdə 70 ədəd ağ-sarı rəngli preqabalin tərkibli dərman preparatı olan kapsullar, üzərində “Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan preqabalin təsiredici maddəsinin ümumi miqdarı 8,4 qram təşkil etməklə külli miqdar, hər konvalyutda 14 ədəd olmaqla, 2 (iki) ədəd konvolyutda, ümumilikdə 28 ədəd ağ-qəhvəyi rəngli preqabalin tərkibli dərman preparatı olan kapsullar, üzərində tiryək narkotik vasitəsinin izləri olan, üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzi, üzərində psixotrop maddə metamfetamin izləri olan “gümüşü” rəngli elektron tərəzi və üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd qaşıq aşkar edilib qablaşdırılaraq götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib özündə saxlamaqla daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, işlədiyi gözəllik salonunda qızlar arıqlamaq üçün «patı» iştifadə etdiklərini danışarkən eşitmişdir. O, dünyaya uşaq gətirəndən sonra, yəni sonuncu hamiləliyi başa çatandan sonra çəki almış, kökəlmişdir. Odur ki, arıqlamaq məqsədi ilə «patı» istifadə etməyi planlaşdırmış və uşağı doğulandan 3 ay sonra narkotikdən istifadə etməyə başlamışdır. Bundan sonra İnstaqram şəbəkəsi vasitəsilə Anar adlı şəxslə tanış olmuş və istifadə etməsi üçün ondan narkotik sifariş etmişdir. O, Anarın adın öz telefonunda elə Anar kimi də yazmış, onun iki mobil nömrəsi olmuş, nömrələr Türkiyə Respublikasına məxsus nömrə olmuşdur. O, Anarın özünü heç vaxt görməmiş, yalnız zənglə danışmışdır. Əvvəllər bir neçə dəfə narkotik alıb istifadə etsə də, sonuncu dəfə çox pulu olmadığından 1 qram «patı» almışdır. Narkotik əldə etdiyi həmin gün narkotik almağa getmiş, gecə saat 1 və ya 2 radələrində polis tərəfindən tutulmuşdur. Əməliyyatçılar onun yaşadığı evə daxil olub evi axtarmağa başlamışlar. Onun üstündə ancaq özünün istifadəsi üçün aldığı narkotik vasitə olmuş, evində başqa narkotik bükümləri olmamışdır. Narkotik almaq üçün ödənişi «Point», «Milli ön» ödəniş sistemləri vasitəsi ilə ödəmişdir. O, ödəniş edərkən anasına məxsus bank kartlarından istifadə etməmiş, öz adına bank kartı olmuşdur. Narkotik aldıqdan dərhal sonra bir hissəsini istifadə etdiyindən həmin vaxt lomkada, yəni narkotik təsiri altında olmuşdur. O, narkotiki çəkmə yolu ilə qəbul etmişdir. Həyat yoldaşı gecə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olmuş, onun narkotik istifadəçisi olduğunu, hara gedib-gəldiyini bilməmişdir. Lakin polis əməkdaşları onun üzərindən aşkar etdikləri narkotiklə kifayətlənmək istəməmiş, ona şillə vurub onların dedikləri miqdarla razılaşmağını tələb etmişlər. Həmin vaxt onun evdə olmayan anası Zeynəb “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə görüntülü zəng edib onun üzünün qızartılı vəziyyətdə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, elə həmin gecə o, yaşadığı evdən Polis Bölməsinə aparılmış, bölmədə narkotikləri boynuna götürməyəcəyi təqdirdə qardaşının və həyat yoldaşının da məhkəməyə veriləcəyi ilə onu hədələmişlər. Məhz bu səbəbdən o, polislərin dedikləri ilə razılaşası olmuşdur. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, çəkilişdə vəkil də iştirak etmişdir. Çəkiliş zamanı tapşırılan hansısa sözü düz demədikdə Toqğrul adlı polis əməkdaşı bir az onun üstünə əsəbləşsə də, ona Toğrul tərəfindən təzyiqlər olmamışdır. Çəkilişdən sonra heç bir dindirmə olmamışdır. Dindirilərkən müstəntiqə də eyni sözləri demiş, yazılanlara oxumadan qol çəkmişdir. O, yalnız Kürdəxanıya (burada: Bakı İstintaq Təcridxanası) gedəndən sonra nəyə qol çəkdiyini dərk etməyə başlamışdır. Təcridxanada xəsarəti olub- olmaması yoxlanılmış, lakin xəsarət aşkar edilməmişdir. O, narkoloji ekspertizada da «patı» istifadəçisi olduğunu demişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu müvafiq olaraq 27 may və 28 may 2023-cü il tarixli ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan əvvəl təxminən 3 il müddətində narkotik vasitələrdən çəkməklə qəbul etmiş və istifadə etdiyi narkotik vasitələri Bakı şəhərində müxtəlif yerlərdən tanmadığı şəxslərdən alıb əldə etmişdir. Bir çox hallarda isə “instagram” sosial şəbəkəsində təsadüfən tanış olduğu Anar adlı şəxsdən almışdır. Anarla “instagram” sosial şəbəkəsi vasitəsi ilə yazışdıqda narkotik vasitələrdən istifadə etdiyini ona demiş, Anar da özünün narkotik vasitələrin satışı ilə məşğul olduğunu və Bakı şəhərində ona bir qədər ucuz qiymətə müxtəlif növ narkotik vasitələr çatdıra biləcəyini, alacağı narkotik vasitələrin pulunu isə online formada onun dediyi kart hesabına göndərəcəyini demişdir. O da Anarla razılaşdıqdan sonra 2021-ci ilin sonlarında Anarın +90 554 9671055 saylı nömrəsini özünün telefonunda “Anar(Control)” kimi qeyd etmiş və telefonunun “WhatsApp”ı vasitəsi ilə Anarla mütəmadi olaraq əlaqə saxlayaraq ona özünün istifadəsi üçün narkotik vasitə sifariş vermiş və Anarın dediyi yerlərdən sifariş etdiyi narkotikləri götürmüş, aldığı narkotikin pulunu isə sonuncunun dediyi kart hesablarına göndərmişdir. Bir neçə ay qeyd etdiyi formada Anarla əlaqə saxlayıb ondan narkotik vasitə almışdır. Sonradan isə Anar yoxa çıxmış, onunla heç cür əlaqə saxlaya bilməmişdir. Bir neçə ay sonra isə 2021-ci ilin axırlarında “WhatsApp”da statuslara baxanda Anarın status paylaşdığını görmüş və onunla əlaqə saxlamışdır. Anarla danışdıqda, Anar ona narkotikin satışı ilə məşğul olduğunu, narkotik vasitələrin satışını müxtəlif şəxslərin vasitəsi ilə Bakı şəhərində həyata keçirdiyini bildirmiş, onun da bu qaydalarla işləməsini təklif etmişdir. Belə ki, Anar ona təklif etmişdir ki, onun Bakı şəhərində narkotik vasitə qoyduğu müxtəlif yerlərdən həmin narkotik vasitəni götürüb onun dediyi yerlərə qoymaqla satışını həyata keçirəcəyi təqdirdə, hər işlədiyi gün üçün Anar ona 50 manat pul və həm də istifadə etmək üçün narkotik vasitə verəcəkdir. Anarın təklifi ilə razılaşmış və onunla işləməyə razılıq vermişdir. Bundan sonra +90 554 967 10 55 saylı və 050 571 13 47 saylı nömrələrin “WhatsApp” proqramı vasitəsi ilə Anarla əlaqə saxlamağa başlamış, Anar da Bakı şəhərində narkotik vasitə qoydurduğu yerlərin şəkillərini və “konum”unu ona göndərmiş, o da razılaşdırılmış yerlərdən Anarın gizlətdirdiyi narkotik vasitələri və psixotrop maddələri götürüb özündə saxlamış, bir müddət sonra isə həmin narkotik vasitələri Anarın tapşırığına uyğun olaraq Bakı şəhərində müxtəlif yerlərdə gizlədib şəkillərini və “konum”unu ona göndərmişdir. Anar isə işlədiyi hər gün üçün ona 50 manat pul və istifadə etmək üçün narkotik vasitə vermişdir. Anar onun işlədiyi günün pullarını onun özünün Anara verdiyi müxtəlif kart hesablarına online qaydada köçürmüşdür. Anar narkotik vasitələri çəkərəkən istifadə etməsi üçün 2 ədəd elektron tərəzi də göndərmişdir. Belə ki, Anar narkotik qoydurduğu yerin yanına elektron tərəziləri də qoydurmuş, narkotiki həmin tərəzilər vasitəsi ilə çəkməyini istəmişdir. O da həmin tərəzilər vasitəsi ilə narkotikləri çəkmişdir. Bu formada polis əməkdaşları tərəfindən saxlanılan müddətə kimi mütəmadi olaraq Anarla işləmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, sonuncu dəfə isə 26 may 2023-cü il tarixdə Anar onunla əlaqə saxlayıb Bakı şəhəri, Nərimanov rayonu, A.Aqarunov küçəsi 7A ünvanın qarşısındakı gül dibçəklərinin yanına narkotik vasitə qoydurduğunu bildirmiş, həmin narkotik vasitəni gedib götürməsini istəmişdir. O da razılaşmış və tanımadığı taksi ilə 27 may 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Aqarunov küçəsi 7A ünvanın qarşısına getmiş, oradakı gül dibçəklərinin yanında Anar tərəfindən gizlətdirilmiş qara rəngli sellofandakı bükülünü götürüb yenidən tanımadığı taksi ilə yaşadığı ünvan 4 ünvanına qayıtmışdır. Həmin gün, yəni 27 may 2023-cü il tarixdə, saat 02 radələrində yaşadığı həmin binanın yaxınlığında taksidən düşərək piyada yaşadığı evə tərəf gedən zaman ünvan 4 ünvanının qarşısında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu, Nərimanov RPİ-yə gətirmişlər. Nərimanov RPİ-yə gəldikdən sonra xidməti otaqda iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilməsi təklif edilmiş və bunun üçün hüquqlarının müdafiə edilməsindən ötrü inzibati binaya vəkil dəvət edilmişdir. Polis əməkdaşı ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O da sağ əlində saxladığı 01 ədəd üzərində “KAPAR” yazısı olan qara rəngli sellofan paketin içərisindən 01 ədəd ağ rəngli üzərində qırmızı “Zəka stationery” yazıları olan sellofan paketi və 30 ədəd qəhvəyi rəngli “Methadone 40 Scored Tablets” həbləri, 70 ədəd ağ sarı rəngli “Preqabalin Krka 150 mq tverdıe kapsulı” həbləri, 28 ədəd ağ qəhvəyi rəngli “Preqabalin Krka 300 mq tverdıe kapsulı” həbləri, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş “nəşə” kimi tanınan marixuananı, bundan əlavə 01 ədəd ağ rəngli üzərində qırmızı rəngli “Zəka stationery” yazısı olan sellofan paketin içərisindən isə 01 ədəd üzərində “X11” yazısı olan elektron tərəzi, 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd qara rəngli sellofan bükümün içərisində “patı” kimi tanınan psixotrop maddə metamfetamini, 01 ədəd şəffaf rəngli bükümün içərisindən tiryəki, 04 ədəd sellofan paketləri və 01 ədəd gümüşü rəngli metal qaşığı təqdim etmişdir. Bundan sonra polis əməkdaşı təqdim etdiyi maddələri zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib edib ucadan oxumuşdur. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imzalamışlar. Aşkar olunmuş həmin narkotik vasitələri, psixotrop maddə və güclü təsir edən maddələri Anarın tapşırığına uyğun olaraq 27 may 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Aqarunov küçəsi 7A ünvanın qarşısındakı gül dibçəklərinin yanından götürmüş və Anarın tapşırığına uyğun olaraq onları Bakı şəhərində müxtəlif yerlərə qoyacaqmış. Anarla olan razılaşmalarına əsasən onun Bakı şəhərində narkotik vasitə qoyduğu müxtəlif yerlərdən həmin narkotik vasitəni götürüb onun dediyi yerlərə qoymaqla satışını həyata keçirmiş, narkotikin satışı ilə bağlı kimdənsə pul almamış, sadəcə götürdüyü narkotik vasitəni Anarın dediyi yerlərə qoymuş, həmin narkotik vasitələri isə kimlərin götürdüyünü bilməmişdir. Gördüyü bu işin qarşılığında Anar hər işlədiyi gün üçün ona 50 manat pul vermiş, həmçinin də istifadə etməyi üçün ona narkotik vasitə vermişdir. Anarın kimliyini o, dəqiq bilməmiş, onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlamış, heç vaxt üzünü görə bilməmişdir. Anar özü tanınmağını istəməmişdir. Anar onunla +90 554 967 10 55 saylı və 050 571 13 47 saylı nömrələr vasitəsi ilə əlaqə saxlamışdır. Aşkar olunmuş narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddələrin kim tərəfindən və hansı şəraitdə Bakı şəhəri, Nərimanov rayonu, A.Aqarunov küçəsi ərazisinə gətirilərək gizlədilməsi barədə heç bir məlumatı olmamışdır. Özünün bank kartı olmadığından anası Şahid5 adına olan bank kartından istifadə etmiş və Anar bir çox hallarda həmin bank kartına pul göndərmişdir. Həmin bank kartının nömrəsini hazırda yadında saxlamamışdır(iş vərəqə: 189-190, 59-62, 75-77). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 Bəhmən oğlu ifadəsində göstərdi ki, 27 may 2023-cü il tarixdə Bakı şəhər sakini, hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs Nərimanov və Sabunçu rayonları ərazilərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində, o cümlədən narkotik vasitə, psixotrop maddə gəzdirməsi, saxlaması, daşıması və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı ilə əlaqədar Təqsirləndirilən şəxs anket məlumatları dəqiqləşdirilmiş və Sabunçu rayonu ərazisində müvafiq əməliyyat-axtarış keçirilməsinə icazə verilməsi üçün Bakı şəhər BPİ-nin rəhbərliyinə məruzə edilmişdir. Belə bir tədbirin keçirilməsi üçün icazə verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə müvafiq qərar qəbul edilmiş, Nərimanov RPİ-nin NMB-nin rəisi Qasım Hüseynovun rəhbərliyi ilə Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və sonuncu 27 may 2023-cü il tarixdə, gecə saat 02:00 radələrində ünvan 7 ünvanının qarşısı və ətraf ərazilər onun özü və əməliyyat qrupunun digər üzvü Şahid2 tərəfindən əməliyyat müşahidəsinə götürülmüş, onun binanin tinindən dönüb gəldiyini görmüşlər. Lakin onlar Səmanın həmin ünvanadək haradan və nə ilə gəldiyini görə bilməmişlər. Səma həmin ünvanının qarşısında piyada hərəkətdə olarkən binanın qabağında onlar tərəfindən saxlanılmışdır. Səma saxlanılarkən tək olmuş, onun yanında heç kim olmamışdır. Saxlanıldığı yerin onun yaşadığı blokun qabağı olmasını Səma özü sonradan onlara demişdir. Saxlanılarkən Təqsirləndirilən şəxs əlində sellofan torba olmuşdur. Onlar özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs özünün vasitəsi ilə onun anket məlumatlarını bir daha dəqiqləşdirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edilmiş, üzərində narkotik vasitə saxlayıb-saxlamaması ondan soruşulduqda, o, dərhal ağlamağa başlamış, sonra əlindəki sellofan torbada narkotik vasitə və psixotrop maddə, eləcə də güclü təsir edən dərman preparatları olduğunu etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-yə gətirilmiş, onun saxlanılması ilə bağlı İdarə rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs ilə bağlı araşdırma təhqiqatçıya həvalə olunmuşdur. Şübhəli şəxs kimi Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və İdarənin inzibati binasında xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışda onun, əməliyyat müvəkkili Şahid2 və qadın cinsindən Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 və müdafiəçisinin iştirakları təmin edilmiş, əməliyyat müvəkkili Şahid4 isə mobil telefon vasitəsi ilə şəxsi axtarış prosesini videolentə almışdır. Şəxsi axtarışdan əvvət təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd, üzərində “KAPAR” yazısı olan qara rəngli sellofan paketin içərisindən 01 ədəd ağ rəngli, üzərində qırmızı “Zəka stationery” yazıları olan sellofan paketi və 30 ədəd qəhvəyi rəngli “Methadone 40 Scored Tablets” həbləri, 70 ədəd ağ sarı rəngli “Preqabalin Krka 150 mq tverdıe kapsulı” həbləri, 28 ədəd ağ qəhvəyi rəngli “Preqabalin Krka 300 mq tverdıe kapsulı” həbləri, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş yaşıl rəngli ot şəkilli kütləni, bundan əlavə 01 ədəd ağ rəngli üzərində qırmızı rəngli “Zəka stationery” yazısı olan sellofan paketin içərisindən isə 01 ədəd üzərində “X11” yazısı olan elektron tərəzi, 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd qara rəngli sellofan bükümün içərisindən ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar kütləni, 01 ədəd şəffaf rəngli bükümün içərisindən qara rəngli, tiryəkə oxşar kütləni, 04 ədəd sellofan paketləri və 01 ədəd gümüşü rəngli metal qaşığı təqdim etmiş və təqdim etdiyi predmetləri 27 may 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Aqarunov küçəsi 7A ünvanın qarşısından Anar adlı şəxsin tapşırığı ilə onun dediyi yerlərə qoymaq məqsədilə götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi predmetler qablaşdırılaraq götürülmüşdür. Şahid - əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də İdarədə olduğu zaman ona qarşı heç bir fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Daxil olmuş əməliyyat məlumatında Səmanın narkotik vasitələri və digər qadağan edilmiş proeparatlar haradan və nə qədər götürəcəyi qeyd olmasa da, onun nə vaxt evə qayıdacağı barədə onlara məlumat verilmişdir. O, Səmanın yaşadığı evdə olmamış, evə baxış keçirməmişlər. Şəxsi axtarışla bağlı video çəkiliş bitdikdən sonra o, sənədləşmələrə imza etmiş və çıxıb getmişdir. Səmanın MSY-ə nə vaxt təhvil verildiyini o, bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş Nərimanov RPİ-nin NMB-nin digər əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 Bəhmən oğlu ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin ifadəsində Təqsirləndirilən şəxs saxlanılarkən onun narkotik təsiri altında olmasını, tək olduğunu, sonuncunun blokda saxlanıldığını, evinə girilmədiyini və evinə baxış keçirilmədiyini, saxlanılarkən və ya sonra polis tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada fiziki və ya psixoloji təsir göstərilmədiyini qeyd etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 cinayət işinin məhkəməyədək icraatı mərhələsində verdiyi ifadəsini təsdiq edib məhkəmədəki ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə gəzdirməsi, saxlaması və daşıması və satışında şübhəli şəxs kimi 27 may 2023-cü il tarixdə, saat 02 radələrində ünvan 7 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİyə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılmasında eyni cinsdən olan şəxs kimi o da iştirak etmişdir. Belə ki, Nərimanov RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla onun müdafiəçisinin, onun, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə təhqiqatçı özünü, sonra isə onları təqdim etmişdir. Videoçəkən Tural adlı əməkdaş olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan 01 ədəd üzərində yazısı olan qara rəngli sellofan paketin içərisindən 01 ədəd ağ rəngli, yazıları olan sellofan paketi və 30 ədəd “Methadon» həblərini, müxtəlif dərman tabletlərini, 01 ədəd içərisində yaşıl rəngli ot kütləsi olan şəffaf rəngli sellofan bükümü, 02 ədəd elektron tərəzini, 01 ədəd qara rəngli sellofan bükümdə metamfetamin psixotrop maddəsinə oxşar kütləni, 01 ədəd şəffaf rəngli bükümdə tiryək narkotik vasitəsinə oxşar kütləni, 04 ədəd sellofan paketləri və 01 ədəd gümüşü rəngli metal qaşığı çıxarıb təqdim etmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs sorğu- sual zamanı təqdim etdiyi predmtləri 27 may 2023-cü il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Aqarunov küçəsi 7A ünvanın qarşısından Anar adlı şəxsin tapşırığı ilə onun dediyi yerlərə qoymaq məqsədilə götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi predmetler qablaşdırılaraq götürülmüşdür. Bundan sonrakı real şəxsi axtarış şəxsən onun tərəfindən həyata keçirilmiş, lakin onun üzərindən başqa bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış prosesində saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada zor tətbiq olunub-olunmaması soruşulmuş, Təqsirləndirilən şəxs «yox» cavabı vermişdir. Cinayət işi üzrə məhkəmə baxışında şahid qismində dindirilən Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirində, onun saxlanılmasında iştirak etmədiyini göstərdi, yalnız sonuncunun üzərində şəxsi axtarış aparılarkən videoçəkiliş apardığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini sonadək videolentə aldığını qeyd edib, məhkəmədə dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha bütövlükdə təsdiq etmişdir. Cinayət işi üzrə məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilən şahid - Təqsirləndirilən şəxs anası Şahid5 ifadəsində göstərdi ki, onun ikinci qızı Səmranın toy ərəfəsi olduğundan o, məşğul olmuş, amma işlərini bitirib böyük qızı, barəsində cinayət işinə baxılan qızı Səmanın hal-əhvalını tutmaq üçün saat təqribən 24 radələrində ona zəng etmişdir. Səma taksidə olduğunu bildirdikdə, onun yanında uşağın da səsi gəldiyi üçün o, Səmadan gecə vaxtı taksidə nə etdiyini, hara getdiyini soruşmuşdur. Səma ona “evə çatım, xəbər edəcəyəm” cavabını vermiş, lakin haradan gəldiyini ona deməmişdir. Səma taksidən telefon vasitəsi ilə ona şəkil atmış, o, Səmanın uşaqla bir yerdə olduğunu görmüşdür. Az sonra o, Səmaya təkrar zəng eləmiş, Səma zəngə cavab verdikdə onun yanından səs-küy gəldiyini eşitmişdir. Səmanın həyat yoldaşı ilə dava etdiyini fikirləşib, taksi sifariş edərək Səmanın yaşadığı ünvana getmiş, onlara çatanda evdən səs-küy gəldiyini eşitmiş, evin isə dağınıq olduğunu görmüşdür. Evdə kənar şəxslər olmuş, Səma isə uşağı qucağına sıxıb oturmuşdur. Evdə olan kənar şəxslər uşağı Səmadan alıb ona vermiş, Səmanın isə qollarına girib evdən onu çıxarmışlar. Səmanın “Razin”dəki 13-cü polis bölməsinə aparıldığını öyrənib, səhəri gün bölməyə getmişlər. Şahid5 ifadəsinin davamında göstərdi ki, Səma evdən aparılarkən onun əlində sumka olmamışdır. Səmanın özünün ayrı ailəsi olmuş, Səma onun plastik bank kartlarından istifadə etməmiş, o, heç vaxt kartlarını Səmaya verməmişdir. Səma “Razin”də Ramiz Qəmbərov küçəsində, o isə ailəsi ilə birlikdə eyni qəsəbədə Yusif Qasımov küçəsi ev 18-də yaşamışdır. Onun bank kartlarından onunla bir evdə qalan qızı Səmra və oğlu istifadə etmişdir. Onun həyat yoldaşı xaricdə işləmiş, onun kartına pulları həyat yoldaşı göndərmişdir. Onun kartlarına kənar şəxslər tərəfindən heç vaxt 20, 30 azn pul göndərilməmişdir. Şahid5 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı şahidin məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid5 tədqiq olunan ifadəsində yalnız özünə məxsus “LeoBank” və “KapitalBank”a aid plastik bank kartlarını müvəqqəti istifadə etməsi üçün qızı Təqsirləndirilən şəxs verdiyini, Səmanın həmin kartlar vasitəsi ilə hansı bank əməliyyatları etməsini, kimə pul göndərdiyini və ya kimin ona pul göndərdiyini bilmədiyini, Səmanın narkotik vasitələrdən istifadə etməsindən məlumatının olmadığını bildirmişdir (iş vərəqə: 134-135). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid5 yalnız ifadəsini sonadək oxumadan dindirmə protokolunu imzalamasını bildirməklə kifayətlənmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 27 may 2023-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərinə onu saxlamış polis əməkdaşlarının, videoçəkiliş aparmış əməliyyat müvəkkili Şahid4 və qadın əməkdaş Şahid3 iştirakları ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd üzərində “KAPAR” yazısı olan qara rəngli sellofan paketin içərisindən 01 ədəd ağ rəngli, üzərində qırmızı “Zəka stationery” yazıları olan sellofan paketi və 30 ədəd qəhvəyi rəngli “Methadone 40 Scored Tablets” həblərini, 70 ədəd ağ sarı rəngli “Preqabalin Krka 150 mq tverdıe kapsulı” həblərini, 28 ədəd ağ qəhvəyi rəngli “Preqabalin Krka 300 mq tverdıe kapsulı” həblərini, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş yaşıl rəngli bitki tərkibli kütləni, 01 ədəd ağ rəngli, üzərində qırmızı rəngli “Zəka stationery” yazısı olan sellofan paketin içərisindən 01 ədəd üzərində “X11” yazısı olan elektron tərəzini, 01 ədəd gümüşü rəngli elektron tərəzini, 01 ədəd qara rəngli sellofan bükümün içərisindən ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar kütləni, 01 ədəd şəffaf rəngli bükümün içərisindən qara rəngli, tiryəkə oxşar kütləni, 04 ədəd sellofan paketləri və 01 ədəd gümüşü rəngli metal qaşığı təqdim etmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şəxsi axtarış zamanı təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi predmteləri 27 may 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Aqarunov küçəsi 7A ünvanın qarşısından Anar adlı şəxsin tapşırığı ilə onun dediyi yerlərə qoymaq üçün götürdüyünü bildirmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki, aşkar olunan narkotik vasitəyə, psixotrop maddəyə və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrə şübhəli maddələr təhqiqatçı tərəfindən qablaşdırılmış, DİN-nin «Zərflər üçün» möhürü ilə möhürlənərək götürülmüşdür. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış keçirilməsi və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə:27-28). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan, iş materiallarına əlavə olunmuş şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi «1 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında» 27 may 2023-cü il tarixli protokoldan görünür ki, DVD formatlı diskdə olan videogörüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» eyni tarixli protokolun məzmununa uyğundur, ziddiyyətlər müəyyən edilməmişdir və videoçəkiliş zamanı prosesual pozuntulara yol verilməmişdir(iş vərəqə:58). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan bir ədəd DVD formatlı diskə yüklənmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərindən görünür ki, qeyd olunan videogörüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» və «1 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında» 27 may 2023-cü il tarixli protokolların məzmununu özündə ehtiva edir və hər hansı pozuntuya yol verilməmişdir (iş materialları). Cinayət işinə məhkəmə baxışı zamanı işdə olmaqla tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 27 may 2023-cü il tarixli, 6/3058 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 44” dairəvi möhür əksi,” (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan polietilen bağlamada aşağıdakılar müəyyən edilmişdir: - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,730 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 1 (bir) bükümdə təmiz çəkisi 4,170 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; - üzərində “Preqabalin Kpka 150mq” markalanma göstəricisi olan 5 (beş) ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, ümumilikdə 70 ədəd ağ-sarı rəngli kapsul, preqabalin tərkibli dərman preparatıdır və 70 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 10,5 qram təşkil edir (üzərindəki göstəricisinə əsasən bir kapsulda 0,150 qram preqabalin olmaqla); - üzərində “Preqabalin Kpka 300 mq.” markalanma göstəricisi olan 2 (iki) ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, ümumilikdə 28 ağ-qəhvəyi rəngli kapsul, preqabalin tərkibli dərman preparatıdır və 28 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 8,4 qram təşkil edir (üzərindəki göstəricisinə əsasən bir kapsulda 0,3 qram preqabalin olmaqla); - üzərində “Mehtadone 40” markalanma göstəricisi olan 3 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd, ümumilikdə 30 ədəd qəhvəyi rəngli üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatıdır və 30 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla); - üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan tiryəkin, “gümüşü” rəngli elektron tərəzinin və bir ədəd qaşığın üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. Tiryək və metamfetamin iz şəklində olduğu üçün, onların təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiq olunan rəydəki qeydlərə əsasən 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər. Preqabalin tərkibli dərman preparatı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Ən nəhayət, tədqiq olunan rəyin qeyd hissəsindən görünür ki, dəqiq çəkiləri müəyyənləşdirilmiş 1,730 qr. metamfetaminin 0,1 qr. tədqiqata sərf edilmiş, 1,630 qr. qalıq qalmışdır, 4,170 qr. tiryəkin 0,1 qr. tədqiqata sərf edilmiş, 4,070 qr. qalıq qalmışdır, 98 ədəd preqabalin kapsulunun 8 kapsulu tədqiqata sərf edilmiş, 90 kap. (66 və 24) qalıq qalmışdır, 30 ədəd metadon həbindən 4 həb tədqiqata sərf edilmiş, 26 həb qalıq qalmışdır(iş vərəqə:38-43). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməbioloji ekspertizasının 27 may 2023-cü il tarixli, 7/780 nömrəli rəyindən görünür ki, tədiqaqata təqdim edilmiş üzərində “...İştirak etdi imza....imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan bir ədəd sellofan bağlamada içərisində olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır və təmiz çəkisi 95,0 qram təşkil edir. Tədqiq olunan rəyin qeyd hissəsindən görünür ki, üzərində tədqiqat aparılmış, təmiz çəkisi 95,0 qram təşkil edən marixuana narkotik vasitəsinin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 94,95 qram hissəsi isə qalıq qalmışdır(iş vərəqə:44-47). Tədqiq olunan sənədlərlə müəyyən olundu ki, ibtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 02 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 95,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 4,170 olan narkotik vasitə tiryək, 30 ədəd metadon həbi, təmiz çəkisi 1,730 qram olan psixotrop maddə metamfetamin və 98 ədəd preqabalin kapsulu, üzərində narkotik vasitə tiryək izləri olan, üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzi, üzərində psixotrop maddə metamfetamin izləri olan “gümüşü” rəngli elektron tərəzi və üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd qaşıq iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 94,95 qram narkotik vasitə qurudulmuş marixuana, 4,070 qram narkotik vasitə tiryək, 1,630 qram psixotrop maddə metamfetamin, 26 ədəd metadon həbi və 90 ədəd preqabalin kapsulu, həmçinin üzərində narkotik vasitə tiryək izləri olan üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzi, üzərində psixotrop maddə metamfetamin izləri olan “gümüşü” rəngli elektron tərəzi və üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd qaşıq saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir(iş vərəqə: 191-209, 225). Məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsindən əldə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********03 saylı və +**********92 saylı mobil telefon nömrələrinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində anten dairəsi, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər haqqında məlumatların yerləşdirildiyi 01 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, tədqiq olunan Təqsirləndirilən şəxs məxsus hər iki mobil telefon nömrələrinin anten əhatə dairəsinin və hərəkət trayektoriyası həqiqətən də xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi əazisindən hərəkətə başlayıb Nərimanov rayonu ərazisinə gəlmiş, həmin gün saat 02 radələrində yenidən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi ərazisinə qayıtmış, daha sonra isə həmin gün 02:10 dəqiqədən etibarən Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən hərəkət başlayıb Nizami rayonu ərazisindən keçməklə Nərimanov RPİ-yə gətirilmişdir(iş vərəqə: 131). Tədqiq olunan sənədlərlə, həmçinin müəyyən olundu ki, ibtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 02 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd “DVD” formatlı və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrin anten dairələrinə dair məlumatların əks olunduğu Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsi tərəfindən təqdim edilən 01 ədəd disk iş üzrə maddi sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 191-209). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizanın 17 iyun 2023-cü il tarixli, 3857 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixosmulyatroların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 173-174). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov RPİnin NMB-nin rəisi Qasım Hüseynov tərəfindən qəbul edilmiş 17 iyun 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməs haqqında” həmin qərar qanunauyğun hesab edilmişdir(iş vərəqə:99-101). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1689 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükə kəsb etmir. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə:176-178). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 02 iyun 2023-cü il tarixli əməliyyat tapşırığının 15 iyul 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: 102, 132). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələrinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 211-213). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahının konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş hapzırda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahıya (İ və İİ siyahılar) əsasən tiryək narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,5 qram, külli miqdar olmaqla aşağı həddi 50 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 5000 qram, metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 400 qram, qurudulmuş marixuana narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 5 qram, külli miqdar olmaqla aşağı həddi 500 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 50000 qram, metadon narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,02 qram, külli miqdar olmaqla aşağı həddi 1,6 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 160 qram, həmçinin “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş hapzırda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahıya əsasən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələr külli miqdar təşkil etməsələr də, ondan aşkar edilib götürülmüş “Preqabalin Kpka 150mq” markalanma göstəricisi olan preqabalin təsiredici maddəsinin ümumi miqdarı 10,5 qram, hər konvalyutda 14 ədəd olmaqla, 5 (beş) ədəd konvolyutda, ümumilikdə 70 ədəd ağ-sarı rəngli preqabalin tərkibli dərman preparatları və “Preqabalin Kpka 300mq” markalanma göstəricisi olan preqabalin təsiredici maddəsinin ümumi miqdarı 8,4 qram təşkil edən, hər konvalyutda 14 ədəd olmaqla, 2 (iki) ədəd konvolyutda, ümumilikdə 28 ədəd ağ-qəhvəyi rəngli preqabalin tərkibli dərman preparatı külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq metadon, tiryək, qurudulmuş marixuana kimi müxtəlif növlərdə olan narkotik vasitələrini, həmçinin metamfetamin psixotrop maddəsini xeyli miqdarda, daha sonra isə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən “Preqabalin Kpka 150mq” və “Preqabalin Kpka 300mq” preparatlarını külli miqdarda əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik vasitələri və psixotrop maddələri, eyni zamanda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qabaqcadan əlbir olduğu şəxsin tapşırığı ilə alacağı pul müqabilində sonuncunun deyəcəyi yerlərə qoyması, yəni satışını həyata keçirməsi ilə əlaqədar qismən etirafı, onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli olması ilə bağlı əməliyyat orqanının məlumatları, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizaların rəyləri təqsirləndirilən şəxsin müxtəlif növlərdə olan narkotik vasitələri, psixotrop maddəni və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, keçirilən ekspertiza yolu ilə Təqsirləndirilən şəxs psixosmulyatroların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur ki, qeyd olunan bu hal psixotrop maddələrin təsiri nəticəsində yarana bilən xəstəliklərə aiddir. Lakin Təqsirləndirilən şəxs metamfetamin psixotrop maddəsindən başqa daha üç növdə narkotik vasitələrin, eyni zamanda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin külli miqdarda aşkar edilməsi, onun qeyd olunan maddə və vasitələri satış mənsədilə qanunsuz olaraq əldə edib saxlamasına və daşımasına şübhə yeri qoymur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs olaraq satış məqsədilə qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib özündə saxlamaqla daşıması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə özünü təqsirli bilməməsini, məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülməsi qeyd olunan 1 qr. “patı” istisna olmaqla, ittihamda göstərilən narkotğik vasitələrin, psixotrop maddələrin və külli miqdarda güclü təsir edən maddələrin ona aid olmaması barədə verdiyi inkaredici və ziddiyyətli ifadələri, barəsində olan sübutların qanun pozuntusu, o cümlədən sillə mlə vurulmaqla ona qarşı fiziki və psixoloji təsirlər göstərilməsi, saxlanılan vaxt yeni narkotik vasitə qəbul etməsi ilə əlaqədar “lomkada” olması, yəni özündə olmaması nəticəsində əldə olunması, ittihamda göstərilən narkotik vasitələrəi və digər maddələri boynuna götürməyə məcbur edilməsi barədə göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 may 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmədə izahat vermiş Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlində özünü təqsirli bilərək əməlindən səmimi peşiman olduğunu bildirmiş, lakin saxlanılarkən, şəxsi axtarışa məruz qoyularkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanun pozuntusuna yol verilməsi barədə məhkəməyə məlumat verməmişdir(iş vərəqə: 85-90). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qarşı məhkəməyədək icraat mərhələsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməmiş, sonuncu polis tərəfindən hər hansı qanunsuzluğa məruz qalması barədə aidiyyatı orqanlara müraciət etməmiş və zərurət olmadığından qeyd olunanlarla bağlı araşdırma aparılmamışdır. Bundan başqa, məhkəmə, məhkəmə istintaqı zamanı əlavə şahid kimi dindirilən Təqsirləndirilən şəxs anası Şahid5 məhkəmədəki ifadəsini qeyri-obyektiv, reallığı əks etdirməyən, qızını müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Şahid5 məhkəməyədək və məhkəmə baxışı mərhələsində verdiyi ifadələrinin müqayisəli təhlili ilə müəyyən edildi ki, Şahid5 məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar barədə tədqiq olunan, cinayət işinin məhkəməyədək icraatı mərhələsmində vermiş olduğu həmin ifadəsində ümumiyyətlə bəhs etməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(iş vərəqə: 119-120). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X4 adlı bir nəfər uşağı vardır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal olaraq nəzərə alınır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin təsnifatına görə ağır cinayətlərə aid olmasını, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmasına baxmayaraq, hal-hazırda onda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması səbəbindən onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin olunacağı təqdirdə, onun xx.xx.2022-ci il təvəllüdlü oğlu X2 on dörd yaşına çatmasınadək Təqsirləndirilən şəxs təyin olunacaq cəzasının çəkilməsinin təxirə salınmasını məhkəmədən xahiş etmişlər (cinayət işinin materialları). Məhkəmə xx.xx.2022-ci il təvəllüdlü azyaşlı X2 anası - baxılan iş üzrə Təqsirləndirilən şəxs himayəsində olmasını, Təqsirləndirilən şəxs azadlıqdan məhrum ediləcəyi təqdirdə onun ailə şəraitinə, ən əsası isə azyaşlı uşağının böyüdülməsinə ciddi təsir göstərəcəyini nəzərə alıb, belə nəticəyə gəlir ki, azyaşlı X4 on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum cəzasının çəkilməsinin təxirə salınması məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində cəzanın çəkilməsinin təxirə salınmasına nəzarət müəyyən olunmalı və bu nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmə baxışı mərhələsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış təmiz çəkisi 95,0 qram olan qurudulmuş marixuana narkotik vasitəsinin 94,95 qram hissəsi, təmiz çəkisi 4,170 olan tiryək narkotik vasitəsinin 4,070 qram hissəsi, 30 ədəd metadon həbindən 26 ədəd metadon, təmiz çəkisi 1,730 qram olan metamfetamin psixotrop maddəsinin 1,630 qram hissəsi, ümumi miqdarı 98 ədəd təşkil etmiş preqabalin kapsulundan 90 ədəd preqabalin kapsulu, üzərində narkotik vasitə tiryəkin izləri olan üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzi, üzərində psixotrop maddə metamfetaminin izləri olan “gümüşü” rəngli elektron tərəzi və üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd qaşıq məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd “DVD” formatlı disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrin anten dairələrinə dair məlumatların yükləndiyi 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə-kimyəvi və məhkəməbioloji ekspertizalarının keçirilməsinə ümumilikdə 184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci sərf olunmuşdur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın və ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum elmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan 05 fevral 2022-ci il tarixdə anadan olmuş uşağı X4 on dörd yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış təmiz çəkisi 95,0 qram olan qurudulmuş marixuana narkotik vasitəsinin 94,95 qram hissəsi, təmiz çəkisi 4,170 olan tiryək narkotik vasitəsinin 4,070 qram hissəsi, 30 ədəd metadon həbindən 26 ədəd metadon, təmiz çəkisi 1,730 qram olan metamfetamin psixotrop maddəsinin 1,630 qram hissəsi, ümumi miqdarı 98 ədəd təşkil etmiş preqabalin kapsulundan 90 ədəd preqabalin kapsulu, üzərində narkotik vasitə tiryəkin izləri olan üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzi, üzərində psixotrop maddə metamfetaminin izləri olan “gümüşü” rəngli elektron tərəzi və üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd qaşıq məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd “DVD” formatlı disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrin anten dairələrinə dair məlumatların yükləndiyi 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – cəmi 184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-791/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-791/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver