Məhkəmə qərarları › İş №1(101)-791/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-791/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-791/2025 31.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X7 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - X1, zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş 93 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 12:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla, həmin saxta sənəddən bilə-bilə istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə dayısı X4 məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 6 ünvanında yerləşən 200,8 m2 və 497 m2 sahələri olan, iki çıxarışlı obyektləri icarəyə götürüb işlədəcəyinə dair yalan vəd verib aldadaraq, X6 Federasiyasından ona göndərdiyi həmin obyektləri satmaq hüququ olmadan idarə edilməsi üçün Moskva şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 77AQ3853414 nömrəli etibarnaməni istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırmaqla, 07 aprel 2021-ci il tarixdə bilə-bilə saxta sənədlərdən istifadə edərək, ünvan 3 ünvanında yerləşən 21 saylı notariat kontorunda Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 6 ünvanında yerləşən 957.000 manat dəyərində 200,8 m2 sahəsi olan obyekti alqı-satqı müqaviləsi ilə tanışı Şahid1 adına rəsmiləşdirməklə özgəninkiləşdirib ələ keçirmiş, 13 aprel 2021-ci il tarixdə həmin obyekti Bakı şəhər 19 saylı notariat kontorunda Şahid1 adından Şahid2 adına alqısatqı müqaviləsi ilə girov qoyub sonuncudan aylıq 12.000 manat əlavə qazanc ödəmək şərti ilə 338.000 manat pul götürmüş, nəticədə zərərçəkmiş şəxs X4 957.000 manat, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 3.Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmaqla barəsində cinayət təqibinin Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə davam etdirilməsini xahiş etmişdir. Sübutların tədqiqi: 4.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, Şahid2lə aralarıda alqı-satqı olmuşdur. O, Şahid2 faizə pul verən şəxs kimi tanımışdır. Həmin şəxs özünü vicdanlı alıcı kimi təqdim etmiş, lakin hamı Şahid2 faizə pul verən şəxs kimi tanımışdır. X16-satqını girov müqaviləsi şəkilində etmişlər, amma girov müqaviləsi bağlamamışlar. Aralarında olan danışığa əsasən hər ay on iki min manat ödəniş şərti ilə Elçin ona ümumilikdə üç yüz qırx səkkiz min pul vermişdir. Həmin dövr pandemiya olmuş, işləri yaxşı getmədiyindən aralarında anlaşılmazlıq yaranmışdır. Onların üç yüz qırx səkkiz minlik razılaşmaları iki yüz kavdart metrlik obyekti Elçinin adına rəsmiləşdirmələri barəsində olmuşdur. Razılaşmalarına görə Şahid1 həmin obyekti üç yüz qırx səkkiz minə Elçinə satmışdır. O, obyekti etibarnamə ilə Samirə, Samirə də müqavilə üzrə Elçinə satmışdır. Əmlak isə dayısı X4 aid olmuşdur. Obyekti Samirə yetmiş minə satmışdır. Samirlə Elçinin arasında alqı satqı olmuş, lakin əmlak girova qoyulmuşdur. Dayısı Fəxrəddin isə həmin obyekti ona etibarnamə ilə idarə etmək üçün, yəni icarəyə vermək üçün vermişdir. Razılaşmalarına əsasən obyektin alqı-satqısını yetmiş minə rəsmiləşdirmişlər ki, həmin obyekti daha sonra Elçinə sata bilsinlər. Alqı-satqı müqaviləsini isə əslində girov üçün bağlamışlar ki, Elçindən pulu götürüb obyekt üçün istifadə edərək sata bilsinlər. Alqı-satqı edərkən notariusa hansısa pulu depozitə qoymamış, sadəcə dövlət rüsumu ödənişini etmişlər. Alqı-satqı baş tutmuş və Elçindən üç yüz qırx səkkiz min pulu götürmüşdür. Obyektin satışı zamanı orada üç makler Nurlan, Elman və Elməddin olmuş, Elçini də həmin maklerlərin sayəsində tanımışdır. Maklerlər Elçingili gətirərək həmin şəxslərin faizə pul verdiklərini bildirmişlər. Elçin obyektə baxış keçirəndən sonra beş yüz yetmiş minə qiymətləndirmişlər. İki gün sonra onlarla görüş keçirmiş, həmin görüşdə də Rövşən və Elçin iştirak etmişdir. Onlar girov müqaviləsini ona görə imzalamamışlar ki, Elçin vəzifəli şəxs olduğunu və ona görə də müqavilə bağlaya bilməyəcəyini demişdir. Götürdüyü həmin pulu obyektlərə xərcləmiş və altı ay ərzində də hər ay Şahid2 on iki min manat pul ödəmişdir. O, bu hərəkətləri həyata keçirərkən dayısının xəbəri olmamışdır. Ödənişləri kəsik-kəsik etdiklərindən onların aralarında anlaşılmazlıq yaranmışdır. Elçin artıq onlardan obyekti təhvil vermələrini tələb etmiş və danışıqları bir ay belə ödəmədə gecikmə olanda obyektin təhvil verilməsi ilə bağlı olmuşdur. Həmin şəxs də araşdıraraq obyektin əsl sahibinin onun dayısı olduğunu tapmışdır. Onun etibarnamədə belə bir səlahiyyəti olmamış və Elçin onun dayısının heç bir şeydən məlumatının olmadığını bilmişdir. Bundan sonra dayısı Azərbaycana gəldiyini və burada razılığa gələcəklərini bildirmişdir. Dayısı gəldikdən sonra nə qədər razılığa gəlmək istəsələr də Elçin razılaşmamış və pulların üzərində artıqlaması ilə öz pulunu istəmişdir. 5.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, dayısı Rusiyada yaşamış və münasibətləri həmişə yaxşı olmuşdur. O, dayısından etibarnamə ilə həmin obyektlərin idarəetməsini ona verməsini xahiş etmişdir. Etibarnaməni tərcümə və təsdiq etdirib orada ona bütün səlahiyyətlərin verildiyini görmüşdür. O, etibarnamə sənədi üzərinə hansısa düzəliş etməmişdir. Obyektlərin təmirinə ehtiyac olduğundan satmış və obyektin sahibi bildiyi halda razılıq verməyəcəyini bildiyindən satış edərkən məlumat verməmişdir. O, aldığı pulu həmin obyektlərə xərcləmişdir. Etibarnamə ona bütün obyektlərlə bağlı verilmişdir. Şahid1 onun yaxın dostu olmuş və Şahid2 çıxarış tələb etdiyindən obyekti Samirin adına rəsmiləşdirmişdir. Onlar aralarında müqavilə bağlamağı tələb etsələr də Elçin razılaşmamışdır. Müqavilə bağlanıldıqdan təxminən altı ay keçəndən sonra Şahid2 özü onun dayısına məlumat vermişdir. O, obyektlə bağlı dayısına hansısa aylıq ödəniş etməmişdir. Obyektlərin əsaslı təmirə ehtiyacı olduğundan Faizə pul götürmüşdür. Təmiri dayısının fikri olmadan etmək istəmiş və bu səbəbdən təmir üçün dayısından pul istəməmişdir. O, Elçini faizə pul verən şəxs kimi maklerlərin vasistəsi ilə tapmışdır. Elçinlə obyektin daxilində maklerlə birlikdə görüşmüş, Elçin faizə pul vermək üçün əvvəlcə obyektin şəraitinə baxmış və ona görə obyektdə görüşmüşlər. Alqı-satqı etmək üçün Elçinlə 19 saylı notariusa getmiş, Elçin notariusa daxil olub müdiriyyətlə danışandan sonra onlara “etibarnamə ilə alqı-satqı etmirik, gedin çıxarışla gəlin” demişlər. Bundan sonra Elçin onu 21 saylı notariusa yollayaraq öz aralarında alqı-satqı etmələrini demişdir. Onlar Elçinin məsləhəti ilə Nərimanovdakı notariusda Samirin adına alqı-satqını etmişlər. Həmin vaxt notariusda alqı-satqı hüququnun olmaması barədə şübhəyə düşmüşdür. Əvvəlcə notariusa verdiyi sənəddə heç bir dəyişilik olmamış, hansı sənədi vermişsə, həmin sənədi də yenidən notariusa təqdim etmişdir. Dayısının subay olması ilə bağlı isə heç kimə sənəd verməmişdir. Etibarnaməni obyektin Samirə satılmasından əvvəl Elçinə vermiş və etibarnamə təxminən üç gün Elçində qalmışdır. Razılıqlarına əsasən onlar Elçinə aylıq on iki min pul ödənişi etməli, bir il sonra isə üç yüz qıx səkkiz min ödənişi tamamlamalı və Elçin obyekti onların adına qaytarmalı idi. Obyektin alqı-satqısı zamanı Elçini inandırmaq üçün Rusiyada yaşayan Hüseyn adlı tanışlarını dayısı kimi təqdim etmişdir. Danışıq zamanı görüntülü şəkildə ekran görüntüsü telefonun yaddaşına yazılmış, həmin vaxt Elçinə şərt qoyulmuşdur ki, bir il müddətində obyekt satılmayacaq, əgər girov müqaviləsi bağlanılmasa biri-birilərini düzgün başa düşsünlər və Elçin həmin şərtlərlə razılaşmışdır. Rövşən adlı şəxs pulun sahibi olmuş, sadəcə Şahid2 həmin şəxsin adından alqı-satqıları həyata keçirmişdir. Rövşən əvvəllərdə heç bir işə qarışmamış, onların aralarında mübahisələr yaranmağa başlayanda üzə çıxaraq pulun sahibi olduğunu bildirmişdir. Həmin vaxt Elçin də sadəcə imzanın sahibi olduğunu və pulun ona məxsus olmadığını bildirmişdir. O, Əmlakları banka girov qoyaraq kreditlə pul əldə etməyi təklif etsə də banklar etibarnaməyə razılaşmamışlar. Onlar bir il ərzində biznesdən üç yüz qırx səkkiz min qazanıb obyekti geri alacaqlarını fikirləşmişlər. Elçinin verdiyi üç yüz otuz səkkiz mindən səksən mini Elçinin özünə qaytarılmışdır. Yerdə qalan iki yüz mindən artıq məbləği də oyektlərin təmiri və avadanlıqlarına xərcləmişdir. Pandemiya və müharibə başladığından isə işləri dayanmışdır. Əldə edilən puldan Samirə heç bir şey verməmiş, Samir yaxın dostu kimi onun yanında olmuş və heç bir şeydən məlumatı olmamışdır. 6.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, X5 onun doğma dayısıdır. Fəxrəddin uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Dayısı Fəxrəddinin özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 6 ünvanında yerləşən 200,8 m2 və 497 m2 sahələri olan, iki çıxarışlı qeyri yaşayış sahəsi olmuşdur. Fəxrəddin həmin obyektləri ayrı-ayrı şəxslərə icarəyə vermişdir. Lakin, sonradan həmin obyektlərin bir hissəsi bağlanmış və icarəçilər oradan çıxmışlar. 2021-ci ilin əvvəllərində Fəxrəddindən xahiş etmişdir ki, qeyd olunan obyektin 200,8 m2 olan hissəsini işlətmək üçün ona icarəyə versin, həm oyekti işlədər, həm də obyektin qalan hissəsinə nəzarət edər. Həmin obyektdə geyim mağazası açacağını demiş, lakin aylıq icarə haqqı barədə bir söz danışmamışlar. Fəxrəddin də onunla razılaşmışdır. Lakin, Fəxrəddin Rusiya Federasiyasında yaşadığından onunla icarə müqaviləsi bağlaya bilməmişdir. Bunun üçün 2021-ci ilin aprel ayının əvvəllərində Fəxrəddinə zəng vurub bildirmişdir ki, obyektin rəsmi olaraq icarəyə verilməsi üçün əlində rəsmi sənədi yoxdur, buna görə də çətinlik çəkir. Fəxrəddindən həmin obyektlərin idarə edilməsi üçün etibarnamə istəmiş, Fəxrəddin də orada olan bütün obyektlərinin idarə edilməsi üçün ona Rusiya Federasiyasında etibarnamə yazdırmışdır. Lakin, Covid 19 pandemiyası ilə əlaqədar yollar bağlı olduğundan dayısı Fəxrəddin etibarnamənin əslini yox, surətini ona email ünvanı vasitəsi ilə göndərmişdir. Etibarnaməni aldıqdan sonra gedib obyektin qalan hissəsində çalışan icarədarlara rəsmi müqavilə bağlamağı təklif etmişdir. Lakin, həmin şəxslər onunla razılaşmamışlar. Onlarla razılaşa bilmədiyi üçün onları obyektdən çıxarmışdır. Bundan sonra qərara gəlmişdir ki, həmin obyekti təmir etdirib səliqəyə salsın və daha sonra normal icarəyə verə bilsin. Fəxrəddinə təklif etmişdir ki, həmin obyektin hamısını tanışı Şahid1 ilə birlikdə ikisi işlədəcək, hər ay ona icarə haqqı olaraq 5.000 manat pul verəcəklər. Fəxrəddin də onunla razılaşmışdır. Daha sonra Fəxrəddinə bildirmişdir ki, həmin obyektin müəyyən yerlərini təmir etdirmək lazımdır, lakin obyekti təmir etdirmək üçün vəsaitləri yoxdur. Fəxrəddin də demişdir ki, “mənim pulum yoxdur, əgər pulunuz varsa, sizə sərf edirsə təmir etdirib işlədin, istəmirsizsə elə olduğu vəziyyətdə başqalarına icarəyə verin”. Bundan sonra qərarlaşdırmışdır ki, həmin obyekti alqı-satqı ilə girov qoyub pul götürüb həmin pulla obyekti təmir etdirib işlətsinlər. Bu məqsədlə maklerlərlə maraqlanmış və Samirin tanışları olan Elməddin və İlqar adlı maklerlərdən öyrənmişdir ki, Şahid2 aylıq 4% olmaqla sələmə pul verir. Lakin həmin maklerlərin anket məlumatlarını bilmir. Onların vasitəsi ilə Elçinlə görüşmüş və Elçin faizə pul vermək üçün onlardan girov istəmişdir. Elçinə Fəxrəddinə məxsus olan ünvan 4 ünvanında yerləşən 200,8 m2 sahəli obyekti göstərib oranı girov qoymağı təklif etmişdir. Daha sonra Elçin qiymətləndirmə şirkəti gətirib obyekti qiymətləndirmiş və şirkət obtyektə 570.000 manat qiymət qoymuşdur. Elçin isə obyektin dəyərinin təxminən 60% qədər faizə pul verə biləcəyini demişdir. Beləliklə həmin obyekti girov qoymaqla Elçindən 350.000 manat pul götürülməsi və ona aylıq 12.000 manat faiz ödənməsi barədə razılaşmışlar. Həmçinin Elçin pulu verməsi üçün gərək obyektin onun adına rəsmiləşdirilməsini bildirmişdir. Elçinlə razılaşmış və obyektin Fəxrəddinə məxsus olduğunu, sonuncunun bu işdən məlumatı olduğunu demişdir. Bundan sonra alqı-satqı edib obyekti Elçinin adına rəsmiləşdirmək üçün Yasamal rayonunda yerləşən 19 saylı notariat kontoruna getmişlər. Lakin, notarius bildirmişdir ki, həmin sənədlə alqı-satqı oluna bilməz. Çünki etibarnamədə obyektin satılmasına icazə verilməyib, yalnız idarə edilməsinə icazə verilib. Alqı-satqı alınmadığı üçün Elçin təklif etmişdir ki, ya etibarnamə dəyişdirilsin, ya da obyekti çıxarışla öz adına keçirib sonra onunla alqı-satqıya getsinlər. Bundan sonra Samirə təklif etmişdir ki, dostu olduğu üçün ona etibar etdiyindən, obyekti onun adına rəsmiləşdirib, sonra Elçinin adına alqı-satqı edib girova qoysun. Samir də etiraz etməmişdir. xx.xx.2021-ci il tarixdə Samirlə birlikdə 21 saylı notariat kontoruna gedib orada Fəxrəddinə məxsus obyekti alqı-satqı yolu ilə Samirin adına rəsmiləşdirmişdir. Notariusda demişdir ki, guya obyekti 70.000 manata Samirə satır. Orada dövlət rüsumunu ödəmişlər. Həmin alqı-satqı müqaviləsinə əsasən Samir Əmlak Məsələləri Dövlət Komitəsindən öz adına çıxarış almışdır. Bundan sonra Elçinlə danışıb Samirin adına çıxarış aldığını deyib görüşmək istədiyini bildirmiş, Elçin isə təklif etmişdir ki, Fəxrəddinlə onu danışdırsın, birdən onun məlumatı olmaz. Elçinlə heç bir problem olmadığını deyib razılaşmış, lakin Fəxrəddinin bu işdən, yəni ona məxsus obyekti girov qoyub pul götürmək istəməyindən və obyektin başqa şəxsin adına keçiriləcəyindən məlumatı olmamışdır. Buna görə də qərara gəlmişdir ki, başqa bir şəxsi dayısı kimi təqdim edib Elçinlə danışdırsın. Bu məqsədlə Rusiyada yaşayan Hüseyn adlı tanışına vəziyyəti izah edib xahiş etmişdir ki, özünü onun dayısı kimi təqdim edib Elçinlə danışsın, lakin obyektin satılmadığını, yalnız girov üçün addan-ada keçirilməsinə razılıq verdiyini bildirsin. Hüseyn də, etiraz etməyərək onunla razılaşmışdır. Bundan sonra Hüseynin adını öz telefonunda dəyişərək “Dayı” kimi qeyd etmiş, Elçinlə görüşəndə ona Hüseynin nömrəsini vermişdir. Həmin vaxt Elçin “Whatsapp” vasitəsi ilə Hüseynə görüntülü zəng etmiş, Zəng edərkən Hüseynlə olan danışıqlarını da “Ekran kaydı” vasitəsi ilə yaddaşa yazmışdır. Həmin vaxt Hüseyn özünü onun dayısı Fəxrəddin kimi təqdim etmiş, Elçinə obyektin satılmadığını, sadəcə faizə pul götürmək üçün onun adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Elçin onunla danışdıqdan sonra problem olmadığını düşünmüş və xx.xx.2021-ci il tarixdə onlarla birlikdə 19 saylı notariat kontoruna getmişdir. Orada Samir obyekti alqı-satqı ilə Elçinin adına rəsmiləşdirmiş və dövlət rüsumları ödənildikdən sonra Elçin onlara 338.000 manat pul vermişdir. Həmin pulun təxminən 20.000 manatını obyektin təmirinə xərcləmiş, bir hisəsi ilə ticarətə başlamaq üçün geyim əşyaları, vitrin üçün tələb olunan ləvazimatları almışdır. Bir hissəsini isə aylıq 12.000 manatdan 6 ay müddətinə Elçinə faiz ödəmiş, 7-ci ayı isə 8.000 manat pul vermişdir. Ümumilikdə 7 ay ərzində Elçinə 80.000 manat faiz ödəmiş, həmin vaxtlar pandemiya olduğu üçün işləri çətinləşmiş və Elçinin faizini verə bilməmişlər. Artıq faiz ödəyə bilmədikləri üçün Elçin ona dayısı kimi təqdim etdiyi şəxslə özü əlaqə saxladıqda məlum olmuşdur ki, əslində həmin danışdığı şəxs Fəxrəddin deyilmiş. Daha sonra Elçin Fəxrəddinin öz nömrəsini tapıb onunla əlaqə saxlamış və məsələdən Fəxrəddinin də məlumatı olmuşdur. Fəxrəddin gəldikdən sonra bu barədə mülki qaydada məhkəməyə müraciət etmişdir. Dayısı Fəxrəddinin ona verdiyi etibarnamə özünün tərəfindən saxtalaşdırılmamış, həmin etibarnamənin hansı şəraitdə və kim tərəfindən saxtalaşdırılması ilə bağlı heç bir məlumatı olmamışdır. Həmçinin Samirin də etibarnamənin saxtalaşdırılması ilə bağlı, nə də ki, obyektin özgəninkiləşdirilməsi ilə bağlı Samirlə hər hansı bir razılaşmaları olmamışdır. Hətta notariusda obyektin Samirin adına rəsmiləşdirilməsi zamanı Samir tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Samirin adına alqı-satqı etmək üçün pulu olmamışdır. Buna görə də, notariusdan xahiş etmişdir ki, ödəniş edilmədən alqı-satqını həyata keçirsin. Notarius da onun xahişini nəzərə almışdır. Samir yalnız onun xahişi ilə obyektin adına keçirilməsinə razılıq vermişdir. Samirin bu işdə heç bir rolu olmamışdır. Obyekti girov qoyduqdan sonra Elçindən aldığı puldan da Samirə hər hansı bir məbləğdə pul verməmişdir. Elçindən aldığı pulun təxminən 200.000 manat hissəsini Fəxrəddinə məxsus obyektin və onun arxa hissəsində yerləşən digər obyektin təmirinə sərf etmiş, pulun bir hissəsini paltar alqı-satqısı biznesinə yatırmış, 80.000 manat isə faiz kimi Elçinin özünə vermişdir. 30.000 manata özünə Kia Optima markalı **-HY-*** qeydiyyat nişanlı avtomobil almış, lakin sonradan həmin avtomobili satmış və pulunu da xərcləmişdir (İİ cild, səh. 296-299). 7.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 2005-ci ildən Səbail bazarından əmlak almış, müxtəlif illərdə aldığı əmlaklarla orada ümumilikdə 700 kvadrat mülkü olmuşdur. Həmin yerdə 200 kvadratlıq ərazini aptekə icarəyə vermiş, 2020-ci ildə onlar oradan çıxmışlar və həmin yer boş qaldığından bacısı oğluna oranı işlətməsini təklif etmişdir. Həmin yeri verməyinin üzərindən 2-3 ay keçəndən sonra Vüsal ona zəng edərək iş görmək üçün etibarnamənin lazım olduğunu bildirmişdir. O da Moskvadan istifadə, işlətmə və icarəyə vermə ilə bağlı etibarnamə vermişdir. Vüsal hər şeyin yaxşı olduğunu və işlədiklərini bildirmişdir. O, pandemiya dövrü olduğundan gəlib-gedə bilməmişdir. 2021-ci ildə Elçin onunla əlaqə saxlayaraq həmin yerin ona məxsus olmasını bildiyini və yeri ona satdıqlarını demişdir. Elçin ona ayda on iki min pul verdiklərini, lakin noyabr ayından həmin ödənişi də dayandırdıqlarını bildirmişdir. Elçin bununla bağlı ona çıxarış da yollamışdır. Bakıya gəlib Elçinlə görüşmüş və həmin vaxt Elçin altı ay on iki min ödədiklərini, yeddinci ayda səkkiz min ödəniş etməyi təklif etsə də ödəmədiklərini bildirmişdir. Elçin aylıq öənişin faiz olduğunu bildirməmiş, amma ona ayda on iki min ödəniş etdiklərini demişdir. Vüsala isə ayda on iki min almaq şərtilə üç yüz otuz səkkiz min verdiyini demişdir. Elçin Vüsalgillə razılıqlarının bu qaydada olduğunu bildirmişdir. Vüsal danışıqlarına əsasən oradan faizə pul götürüb obyekti təmir edəcəklərini demişdir. Elçin əvəllər bankda işlədiyindən belə işlərdən başı yaxşı çıxmış və ona görə də Vüsalgili aldatmışdır. O, məsələnin həll olmadığını görərək məhkəməyə müraciət etmiş, Apellyasiya Məhkəməsində işə baxılarkən işi udmuş, Vüsalgil barəsində xüsusi qərar çıxarılmış və iş korrupsiyaya verilmişdir. Həmin vaxt pandemiya dövrü olduğundan “Skype” vasitəsilə danışaraq prokurorluğa öz izahatını vermiş, 8-9 ay işdən heç bir xəbər çıxmamış və daha sonra Ali Məhkəmədə guya Elçinin vicdanlı alıcı olmağı barədə qərar çıxarılmışdır. Azərbaycana gəlib prokurorluqdan işi maraqlandıqda Nərimanov prokurorluğunda işin icraatının dayandırıldığını bildirmişlər. 8.Zərərçəkmiş şəxs X5 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, o, Vüsala etibarnamə vermiş və etibarnamənin məzmunu obyektin istifadəsi ilə bağlı olmuşdur. Etibarnmənin əvvəlcə surətini, Vüsal istəyəndən sonra isə əslini də vermişdir. Samir Vüsalın dostu olmuş, həmin şəxsi tanımamışdır. Alqı-satqı barəsində ona ümumiyyətlə məlumat verilməmişdir. Bu günki gündə həm 200 kvadratlıq, həm də ümumilikdə bütün obyektlər onun sahibliyindədir. Elçin özü səs yazılarında bildirmişdir ki, obyekti almaq fikri olmamış, amma onlar özləri ödəniş etməmişlər. Vüsal onlara pul lazım olduğundan danışıb maklerlər vasitəsi ilə faizə pul verən kimi Elçini tapdıqlarını və Elçinin də obyekti beş yüz yetmiş bir minə qiymətləndirdiyini bildirmişdir. Elçin özü “çıxarışla gəlin ki, biz əmlakı alqı satqı edək” demişdir. Girov yox, alqı satqı ilə faizə pul verilməsi də Elçinin şərti olmuşdur. Bu barədə ona Elçin özü bildirmişdir. Vüsal ona obyektlə bağlı pul ayırmağı təklif etsə də imkanı olmadığından verə bilməmişdir. Alqı-satqı ilə bağlı notariusdan ona heç bir zəng gəlməmiş və onun heç bir məlumatı olmamışdır. Ona dəymiş ziyanın ödənilmədiyini, hazırda şikayətinin Elçinə qarşı olduğunu, dələduzluğu Elçinin etdiyini və Vüsala qarşı hansısa şikayətinin olmadığını bildirmişdir. 9.Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma bacısı oğludur. Özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 6 ünvanında yerləşən 200,8 m2 və 497 m2 sahələri olan, iki çıxarışlı qeyri yaşayış sahəsi vardır. Rusiya Federasiyasında yaşadığı üçün həmin obyektləri ayrı-ayrı şəxslərə icarəyə vermişdir. Lakin, sonradan həmin obyektlərin bir hissəsi bağlanmış və icarəçilər oradan çıxmışlar. 2020-ci ilin yay aylarında bacısı oğlu Vüsal ondan xahiş etmişdir ki, qeyd olunan obyektin 200,8 m2 olan hissəsini işlətmək üçün ona icarəyə versin. Belə ki, Vüsal bildirmişdir ki, həm oyekti işlədər, həm də obyektin qalan hissəsinə nəzarət edər, həmçinin Vüsal obyektdə geyim mağazası açmaq istədiyini demişdi. Vüsal onun bacısı oğlu olduğu üçün fikirləşmişdir ki, obyektin bir hissəsini ona işlətmək üçün icarəyə versin və Vüsal bununla ailəsini dolandırsın, həm də onun digər obyektinə və icarədarlarına nəzarət etsin. Bundan sonra Vüsalla razılaşmışdır. 2020-ci ilin oktyabr ayının əvvəllərində Vüsal ona zəng vurub bildirmişdir ki, obyektin rəsmi olaraq icarəyə verilməsi üçün əlində rəsmi sənədi yoxdur, buna görə də çətinlik çəkir. Vüsal ondan həmin obyektlərin idarə edilməsi üçün etibarnamə istəmişdir. Qeyd etdiyi kimi Vüsal onun bacısı oğlu olduğu üçün ona etibar edib inanmış, buna görə də, xx.xx.2020-ci il tarixdə obyektlərinin idarə edilməsi üçün Rusiya Federasiyasında Vüsalın adına etibarnamə yazdırmışdır. Lakin, həmin vaxtlar Covid 19 pandemiyası ilə əlaqədar yollar bağlı olduğundan həmin etibarnamənin əslini göndərə bilməmiş, buna görə də, email ünvanı vasitəsi ilə etibarnaməni Vüsala göndərmişdir. Aradan bir neçə gün keçdikdən sonra Vüsal ona zəng vurub bildirmişdir ki, həmin obyektin hamısını tanışı Şahid1 ilə birlikdə özləri işlətmək istəyir. Bunun üçün ona hər ay icarə haqqı olaraq 5.000 manat pul təklif etmiş, özü də Vüsalla razılaşmışdır. Daha sonra Vüsal bildirmişdir ki, həmin obyektin müəyyən yerlərini təmir etdirmək lazımdır, lakin obyekti təmir etdirmək üçün vəsaitləri yoxdur. Vüsala demişdir ki, “mənim pulum yoxdur, əgər pulunuz varsa, sizə sərf edirsə təmir etdirib işlədin, istəmirsizsə elə olduğu vəziyyətdə başqalarına icarəyə verin”. Bir müddət sonra Vüsal ona zəng vurub bildirmişdir ki, şəriki Samirlə birlikdə obyektin bir hissəsini təmir etdirəcəklər. Onların obyektini təmir etdirdiklərini fikirləşdiyi üçün bir müddət onlardan icarə haqqı tələb etməmişdir. Hərdən Vüsalla danışıb ondan maraqlananda Vüsal bildirmişdir ki, obyektdə təmir işləri gördürürlər. Lakin, onların təmir üçün haradan pul tapdıqlarını və nə qədər pul xərclədiklərini bilməmişdir. 2021-ci ilin sonlarında bir nəfər şəxs ***-***-**-** saylı mobil nömrədən ona zəng vurub özünü Elçin kimi təqdim edərək bildirmişdir ki, Vüsal və Samir onun obyektini ona 350.000 manata satmışlar. Elçinə bildirmişdir ki, necə ola bilər ki, Vüsalgil onun obyektlərini ona sata bilər, Vüsala yalnız obyektlərin idarə edilməsi ilə bağlı etibarnamə vermiş, etibarnamənin də əsli özündədir. Həmin vaxt Elçin adlı şəxs bildirmişdir ki, Vüsalgil ona verdiyi etibarnaməni saxtalaşdıraraq guya onun razılığı əsasında obyektini ona satıblar. Elçin bildirmişdir ki, obyekti aldıqdan sonra onlara icarəyə verib, bir neçə ay onlar aylıq 12.000 manat icarə pulunu veriblər, lakin sonradan nə aylığı ödəmirlər, nədə pulu geri qaytarmırlar ki, obyekti geri qaytarsın. Elçin xahiş etmişdir ki, Bakı şəhərinə gəlib həmin məsələni onunla müzakirə edib aydınlaşdırsın. Həmin vaxt Covid-19 pandemiyası ilə bağlı gediş-gəliş olmadığı üçün Azərbaycana gələ bilməmişdir. Təxminən iki ay keçdikdən sonra Bakı şəhərinə gəlmiş, Elçinlə Bakı şəhərində görüşüb söhbət edən zaman Elçin bildirmişdir ki, Vüsalla Samir həmin obyektləri ona 350.000 manata satıblar. Belə ki, Vüsala verdiyi etibarnaməni saxtalaşdıraraq ona satıblar. Həmçinin Elçin bildirmişdir ki, Vüsalgil ona pulun bir hissəsini qaytarıb, lakin geri qalan hissəsini qaytarmırlar və heç cür Vüsalgildən pulu geri ala bilmir. Elçin təklif etmişdir ki, əgər pulu ona qaytarılsa obyektini geri qaytarar. Bundan sonra Vüsalla görüşmüş, Samir isə həmin vaxt artıq Rusiya Federasiyasına getmişdir. Vüsal bildirmişdir ki, həmin obyekti Samirlə birlikdə Elçinə girov qoyub pul götürüblər, həmin götürdükləri pulun bir hissəsi ilə obyekti təmir etdiriblər, geri qalan pulu isə hara xərclədikləri ilə bağılı ona konkret bir söz deməmişdir. Vüsala verdiyi etibarnamənin necə saxtalaşdırılması, obyektin Elçinin adına necə keçirilməsini soruşduqda Vüsal bəhanə gətirərək, verdiyi suallardan yayınmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Vüsal dostu Samirlə birlikdə ona məxsus qeyd edilən obyektin idarə edilməsi üçün verdiyi etibarnaməni saxtalaşdırmış, daha sonra Samirlə öz arasında alqı-satqı edərək, guya obyekti 70.000 manata Samirə satmış, 4 gün sonra isə Samirin adından alqı-satqı edilərək, obyekt 338.000 manata Elçinə satılmışdır. Söhbət zamanı Vüsal qısa vaxt ərzində Elçinin pulunu qaytarıb obyekti geri alacaqlarını bildirmişdir. Lakin, Vüsalgil obyektinin ona geri qaytarılması ilə bağlı heç bir iş görmədikləri üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsinin qərarı əsasında obyekti özünə geri qaytarılmış, lakin sonradan Elçin Vüsalgildən pulunu geri ala bilmədiyi üçün məhkəmənin qərarından Apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsi də, onun xeyrinə qərar qəbul etməsinə baxmayaraq, Ali məhkəmə tərəfindən həmin qərar ləğv edilmiş və baxılması üçün iş yenidən Apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında Elçin vicdanlı alıcı kimi tanınmış və ona məxsus obyektin Elçinə verilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bacısı oğlu Vüsal ona verdiyi etibarnaməni saxtalaşdırdıqdan sonra xx.xx.2021ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon ərazisində yerləşən 21 saylı notariusda obyekti alqı-satqı yolu ilə Samirin adına rəsmiləşdirərək ələ keçirmişdir (İİ cild, səh. 20-24). 10.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, onun Vüsalla əvvəldən tanışlığı və ortaqlığı olmuşdur. Bayıl ərazisində olan obyektlə bağlı faizə pul götürülməsi Vüsalın özünün fikri olmuşdur. Elçinlə birlikdə notariusa getmişlər və notariusdan onlara çıxarışla gəlmələri deyilmişdir. Sonradan gəlib obyekti onun adına keçirərək çıxarış vermişlər. Vüsalda baş etibarnamə olduğundan həmin obyekti onun adına keçirmişdir. Obyekti Elçinin adına keçirdikdən sonra üç yüz qırx min manat pul verilmiş və hər ay on iki min faizi ilə birlikdə onlardan pul götürmüşlər. Sonradan pandemiya olduğundan pulun ödənilməsində çətinliklər başlamışdır. O, əvvəlcə Vüsalla birgə başqa obyektlərdə işləyərək meyvə satmışdır. Daha sonra başqa obyektləri açaraq birlikdə işlətməyə başlamışlar. O, Vüsalla şərik yox, işçi kimi işləmişdir. 11.Şahid1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, notariusa müraciət edəndə notarius baş etibarnamənin olduğunu demiş və onlar da əmlakı onun adına keçirmişlər. O, notariusda etibarnamə ilə Elçinin adına əmlakı keçirməyə icazə verilmədiyini və ancaq çıxarışla gəlməli olduqlarının deyilməsini eşitmişdir. Elçindən götürülən puldan ona heç bir şey verilməmiş, hamısı obyektlərdə işlərə sərf olunmuşdur. O, yaxın adamı olduğundan və ona etibar etdiklərindən əmlakın adına keçirilməsinə razılıq vermişdir. Vüsaldan soruşduqda dayısının da obyektin satılmasına razı olduğunu bildirmişdir. O, Vüsaldan obyektlə bağlı pullar götürdüklərindən dayısının məlumatının olub-olmamasını soruşmamışdır. Alqı-satqı müqaviləsində yetmiş min olduğu yazılmış, lakin bununla bağlı o, notariusda pul verməmişdir. Həmin pulu Elçinin özünün verdiyini və ya notariusun özünün elə göstərdiyini bilməmişdir. Daha sonra Elçinlə bağlanmış müqavilədə üç yüz qırx min manata satılmışdır. Bildiyi qədər Fəxrəddin müəllim Vüsala obyektin istifadəsi üçün etibarnamə vermişdir. Onlara obyekti təmir edərək işlətmək üçün pul lazım olmuş, ona görə də bununla bağlı maklerlərə müraciət edəndə Elçingili onlara faizə pul verən kimi təqdim etmişlər. Elçinə faizə pul verməsi üçün maklerlər müraciət etmişlər. Bunun müqabilində onlardan obyekti istəmişlər, onlar isə obyekti girov qoymaq istəmişlər. Elçinin tanıdığı notariusa gedəndə onların niyyəti həmin əmlakı girov qoymaq olmuşdur. Əmlak onun adına keçiriləndə Elçin də orada iştirak etmiş və məlumatı olmuşdur. Verilən pulla bütün obyekt tam olaraq təmir edilmiş, həmin puldan ona bir qəpik də verilməmişdir. Gördükləri işlərdən ona hansısa məbləğ verilməmiş, işləməyə təzə başlamışlar və ayda on iki min qazanc götürmüşlər. Onun gözünün qabağında Vüsal hər ay əlbəəl on iki min faiz çatdırmışdır. O, etibarnaməni satış hüququ olan vaxt görmüş və etibarnaməni həm rus, həm də azərbaycan dilində oxumuşdur. Heç bir vaxt satış hüququnun olmadığı etibarnaməni görməmişdir. Şahid2 etibarnamə ilə alqı-satqı olmasına etiraz etdiyi vaxtda həmin etibarnaməni ilk dəfə görmüşdür. Elçin onun adına çıxarış çıxarıldıqdan sonra alqı-satqı etməyi təklif etmişdir. Onların hansısa notariusa yaxınlaşarkən satış hüququnun olmadığının deyilməsi halı olmamışdır. Etibarnaməni oxumağı üçün ilk dəfə Təqsirləndirilən şəxs ona vermişdir. Zərərçəkmiş şəxsin subay olması barədə arayışdan onun ümumiyyətlə məlumatı olmamışdır. Vüsal etibarnamə ilə alqı-satqının alınmadığını deyərək yanında işlədiyindən obyekti onun adına keçirməyi təklif etmişdir. Həmin dövrlərdə Türkiyəyə getmiş və getməkdə məqsədi oradan Rusiyaya uçuş etmək olmuşdur. X14 dayısı adı ilə Elçinlə danışdıracaq tanışı olmamış və ümumiyyətlə orada olmamışdır. Həmin danışığı kimin təşkil etməsini bilməmişdir. Alqı-satqı zamanı banka qoyulan yetmiş mini Elçin və notarius təşkil etmişlər. Həmin pulu da götürəndən sonra Vüsal və Elçinə təhvil verərək oradan çıxmışdır. Həmin vaxt Vüsal on iki min bir aylıq faizi Şahid2 təqdim etmişdir. Alqı-satqıda Şahid2 də özü iştirak etmiş və Elçin də, o da notariusun yanında olmuşlar. 12.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2021ci il tarixdə tanış olmuşlar və onunla əvvəllər bər-bər salonları işlətmişlər. Həmin ərəfədə Vüsal bildirmişdir ki, dayısı Fəxrəddinin Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 6 ünvanında yerləşən 200,8 m2 və 497 m2 sahələri olan, qeyri yaşayış sahəsi vardır, dayısı həmin obyektləri işlətmək üçün ona veribdir. Vüsal ona təklif etmişdir ki, həmin obyektləri icarəyə götürüb birlikdə işlətsinlər. Bundan sonra birlikdə gedib həmin obyektlərə baxmışlar. Həmin zaman Vüsalın dayısı Fəxrəddin Bakı şəhərində olmuşdur. Fəxrəddinlə görüşmüşlər, həmin zaman Fəxrəddinlə razılaşmışlar ki, obyektləri götürüb təmir etdirdikdən sonra qeyd olunan obyetkləri müxtəlif sahələr üzrə işlədib hər ay ona 5.000 manat icarə pulu verəcəklər. Bundan sonra obyektlərdən birini qadın gözəllik salonu kimi təmir etdirməyə başlamışlar, həmin bir obyektin təmiri üçün ümumilikdə təxminən 10.000 manata yaxın öz şəxsi vəsaitindən pul xərcləmişdir. Eyni zamanda obyektlərdən birini də meyvə mağazası kimi təmir etdirməyə başlamışlar. Fəxrəddin isə Rusiya Federasiyasına getmişdir. Vüsala demişdir ki, həmin obyektlərə vəsait qoyurlar, gələcəkdə hər hansı bir problem olmaması üçün dayısı Fəxrəddindən həmin obyektlərin idarə edilməsi üçün etibarnamə alsınlar. Vüsal da bildirmişdir ki, dayısı Fəxrəddinlə bu barədə danışacaqdır. Sonradan Vüsal demişdir ki, Fəxrəddinlə danışıbdır, sonuncu onun adına obyektlərin idarə edilməsi üçün etibarnamə verəcəkdir. Bir neçə gün sonra Vüsal bildirmişdir ki, dayısı Fəxrəddin onun adına etibarnamə göndəribdir. Belə ki, həmin vaxtlar pandemiya olduğu üçün ölkələr arası gediş-gəliş dayandırılmış, bu səbəbdən Fəxrəddin etibarnamənin surətini göndərmişdir. Vüsal ona etibarnaməni göstərmiş, etibarnaməyə baxıb rus dilində tərcümə edib oxuyanda görmüşdür ki, Fəxrəddin həmin obyektlərin həm idarə edilməsi, həm də, alqı-satqısı ilə bağlı etibarnamə vermişdir, yəni Vüsalın həmin obyektləri alqı-satqı etməyə hüququ çatırdı. Obyektlərin təmiri üçün qoyduğu vəsait bəs etməmiş, Vüsal da bildirmişdir ki, həmin obyektləri dayısının verdiyi etibarnamə əsasında alqı-satqı etməyə hüququ çatır, obyektlərin təmiri və obyektləri işlətmək üçün vəsait olmadığından, obyektləri girov qoyub pul götürəcəkdir. Bundan sonra Vüsal obyektləri girov qoymaq üçün vasitəçi axtarmış və maraqlandıqda məlum olmuşdur ki, Elçin adlı şəxs girov əsasında faizə pul verə bilir. Bundan sonra Vüsal Elçin adlı şəxslə əlaqə saxlamış, sonuncu dostu ilə gəlib obyektlərə baxış keçirmiş, orada Elçinlə Vüsal razılaşmışlar ki, Elçin obyektləri alqı-satqı yolu ilə girov götürüb 340.000 manat pul verib hər ay onlardan 12.000 manat pul alacaqdır. Bundan sonra dəqiq tarixlər yadında deyil, Elçin və Vüsal alqı-satqı etmək üçün notariusa getmişlər, sonradan Vüsal bildirmişdir ki, notariusda alqı-satqı alınmayıbdır. Vüsal ona təklif etmişdir ki, onunla yaxın dost olduğundan və ona güvəndiyi üçün obyektləri onun adına alqı-satqı etsin, sonra kupça alıb onun adından Elçinin adına alqısatqı etsinlər. Özü də etiraz etməmişdir. Bundan sonra hazırda yadında qalmayan bir notariusa getmişlər və orada həmin obyektlər 70.000 manata özünün adına alqı-satqı olunmuş, lakin hər hansı bir məbləğdə pul ödəməmişdir. Yalnız notariusda göstərilmişdir ki, guya 70.000 manat ödəməklə həmin obyektləri alır. Daha sonra isə başqa bir hazırda yadında qalmayan notariusa getmişlər, orada da, həmin obyektlər özünün adından Elçinin adına alqı-satqı olunmuşdur. Alqı-satqı zamanı Elçin 340.000 manat pulu sənədləşmə onun adına olduğu üçün banka onun adına köçürmüş, özü də həmin pulu bankdan götürüb Vüsala vermişdir. Vüsal və Elçin çıxıb getmiş, sonradan Vüsal ona demişdir ki, həmin puldan Elçinə bir aylıq faiz pulu olan 12.000 manatı pul ödəmişdir. Vüsal həmin vəsaitdən həmin obyektlərin təmirinə onun nəzərincə 150.000 manat pul xərcləmişdir. Həmçinin Elçinə hər ay 12.000 manat olmaqla 10 ay faiz pulu verilmişdir. Həmçinin 10.000 manat Fəxrəddinə icarə pulu, 10.000 manat isə Elçini Vüsalla calaşdıran vasitəçilərə verilmişdir. Bundan başqa obyektlərə təxminən 100.000 manata yaxın avadanlıq və məhsullar alıb işlətməyə başlamışlar. Lakin pandemiya olduğundan işləri düz getmədiyi üçün Elçinin aylığını gecikdirmişlər. Elçin də bildirmişdir ki, bu barədə zəng vurub Fəxrəddinin özü ilə danışacaqdır, sonradan Elçin ona zəng vurub bildirmişdir ki, həmin sənədlərin qabağında saxtalaşdırma olubdur, özü isə ona demişdir ki, özünün bu barədə heç bir məlumatı yoxdur. Özünün adından qanuni etibarnamə ilə Elçinin adına alqı-satqı edilmişdir, Vüsal da ona qanuni etibarnamə ilə alqı-satqı etmişdir. X5 tərəfindən Təqsirləndirilən şəxs adına qeyd olunan obyektlərin yalnız idarə edilməsi üçün verilmiş etibarnamənin kim tərəfindən və necə saxtalaşdırılması barədə heç bir məlumatı yoxdur. Vüsalın Elçinlə guya dayısı kimi təqdim etdiyi Hüseyn adlı şəxsi danışdırması barədə heç bir məlumatı olmamış və Hüseyn adlı şəxsi ümumiyyətlə tanımamışdır (İİ cild, səh. 122- 125). 13.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvəllər tanımamış, Nurlan adlı maklerin vasitəsi ilə tanımış və maklerin özünü də sayt vasitəsi ilə tanımışdır. Makler ona Səbail rayonunda, Səbail bazarı deyilən yerdə yatırım məqsədli obyekti ala biləcəyini demişdir. Qiyməti bir qədər baha olduğundan bununla bağlı öz dostu ilə məsləhət etmişdir. O, dostu Rövşən və digərləri görüşüb müzakirələr apararaq əmlakın sənədlərinə baxış keçirmişlər. Rövşən əslində onunla şərik olmuş, lakin bütün sənədləşmə onun adına aparılmışdır. Aralarında olan razılaşmadan sonra həmin vaxtlar pandemiya dövrü olduğundan etibarnaməni yazmış şəxslə görüntülü danışmağı tələb etmiş, dərhal telefonu ona təqdim etmişlər, lakin telefon nömrəsinin ona verilməsini və özünün birbaşa danışmaq istədiyini bildirmişdir. O, görüntülü şəkildə danışaraq icazəsini almış, lakin danışdığı şəxsin hazırda zərərçəkmiş şəxs olub-olmadığını deyə bilmir. Hətta özünün pasportunu ona yollamasını istəmiş və hazırda da onun telefonunda həmin şəxsin pasportu qalmaqdadır. Razılıq olandan sonra əvvəlcə onun tanıdığı notariusa getmişlər, orada notarius etibarnamənin tərcüməsinin olmasına baxmayaraq Rusiyadan verildiyindən bu işə girmək istəmədiyini bildirmişdir. O, Vüsalgilə dayısı Fəxrəddinin onunla telefonda danışarkən xəstəliyi ilə bağlı Rusiyada olduğunu, daha sonra gələcəyini bildirdiyini demiş və imkan varsa təkrar danışmağı təklif etmişdir. Razılıq olandan sonra Fəxrəddinlə notariusda danışmış və Fəxrəddin problem olmadığını, iki günə ölkəyə gələcəyini bildirmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra onunla əlaqə saxlayaraq öz alarında alqı-satqı etdiklərini və obyektə çıxarışlarının olduğunu bildirmişlər. Onlar bununla bağlı notariusda təkrar görüşəndə Samirin adına artıq çıxarış olmuşdur. Notariusun Emin adlı əməkdaşı daşınmaz əmlakı reyestrdə yoxlayaraq heç bir probleminin olmadığını və rahat şəkildə alqı-satqı ediləcəyini bildirmişdir. Daha sonra orada alqı-satqı etmişlər. Onun aldığı obyektin sahəsi ümumilikdə iki yüz kvadrat olmuş, həmin ərazi ümumilikdə yeddi yüz kvadratdan artıq olsa da, onun aldığı hissə daha yaxşı olmuşdur. Razılıqlarına əsasən aldığı sahə və digər sahələri işlədib müştəri taparaq daha baha qiymətə satacaqdılar. Onun əmlakını da işlətdiklərindən aylıq on iki min ödəniş etmişlər. Onun əmlakı aldığı qiymət üç yüz qırx min manat olmuşdur. 14.Şahid2 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, icarə haqqı kimi razılıqları aylıq on iki min olmuş, amma aylıq həmin məbləğ ödənilməmiş, aylıq 6-8 min icarə haqqı ödəmişlər və icarə müqavilələri şifahi şəkildə bağlanılmışdır. Onu icarədən aldığı pul ümumilikdə otuz altı min manat olmuşdur. Aylıq on iki min icarə təklifini Vüsalgil özləri etmişlər. Pulların verilməsində Samir də Vüsal da iştirak etmişdir. Obyekti icarəyə götürdükdən sonra gördükləri iş geyim mağazası və gözəllik salonu olmuşdur. Zərərçəkmiş şəxslə onların danışıqları videogörüntü vasitəsi ilə olmuş, pandemiya vaxtı olmuş, zərərçəkmiş şəxs həkimdə olduğunu, əməliyyat olunduğunu və maskanı çıxara bilməyəcəyini demişdir. Zərərçəkmişin əlaqə nömrəsini ona Vüsal vermişdir. Onun təşəbbüsü ilə zərərçəkmiş şəxslə danışığı sonradan onların aralarında konflikt yaranan vaxt baş vermişdir. Həmin vaxt Samirin hərəkətlərindən şübhələnmiş, Samir “sən bizi bu obyektdən çıxara bilməzsən, burada nələr olduğunu bilmirsən” demişdir. Danışıqları vaxtı Fəxrəddin heç bir şeydən məlumatının olmadığını bildirmiş və heç bir əməliyyat aparmamasını xahiş etmişdir. Səhv etmirsə notariusdakı alqı-satqını Emin adlı şəxs həyata keçirmiş, həmin vaxt orada həm Vüsal, həm də Samir iştirak etmiş və alqı-satqı Samirlə həyata keçirilmişdir. O, Fəxrəddinlə görüntülü danışaraq alqı-satqıya razılığını almış, bundan sonra problemlər yarandığından böyükləri kimi təkrar Fəxrəddinlə danışmağı lazım bilmişdir. Onunla Rövşən alqı-satqının aparılması üçün pulu birlikdə qoymuşlar. Daha sonra alqı-satqı olan zaman notarius rus etibarnaməsi olduğundan müqaviləni təsdiq etməkdən imtina etmiş, ona görə də məcbur olub təkrar danışmalı olmuş, notariusda təkrar danışanda görüntülü danışmamışlar, amma özünün gələcəyini və etibarnamə ilə bağlı yaranmış problemi aradan qaldıracağını bildirmişdir. Həmin danışıqdan bir neçə gün sonra artıq əmlakın Samirin adına olduğunu demişlər. O, notariusa yaxınlaşaraq alqı-satqı edə bilib-bilməyəcəklərini sorumuş, onlar da edə biləcəklrini demişlər və bundan sonra alqı-satqını etmişlər. O, əmlakın mükiyyətçisi kimi Fəxrəddin müəllimi tanımış, Vüsalı etibarnaməsi olan şəxs, Samiri də Vüsalın xalası oğlu kimi tanımışdır. Əmlakı almazdan nə qədər əvvəl qiymətləndirməni etdikləri yadında qalmamış və qiymətləndirmənin təşəbbüskarı o, olmuşdur. Səhv etmirsə əmlaka beş yüz minə yaxın qiymət qoymuşlar. Qiymətləndirmə şirkəti onun daimi işlədiyi şirkət olmamışdır. O, əmlakın Samirin adına keçirildiyi müqaviləni görmədiyindən həmin əmlakın Samirin adına neçəyə rəsmiləşdirilməsindən məlumatı olmamışdır. Onlar əmlakı adlarına rəsmiləşdirəndən sonra bir neçə dəfə qiymətləndirmək istəmişlər və həmin əmlaka ümumiyyətlə heç dörd yüz min dəyər verən olmamışdır. O, satış hüququ olmayan etibarnaməni görməmiş, hansısa notariat orqanı onlara alqı-satqını həyata keçirə bilməmələri ilə bağlı hansısa məlumat verməmişdir. Onun dostu Rövşən satış hüququnun verildiyi etibarnaməni görmüş, əgər Rövşən satış hüququnun olmaması barədə etibarnaməni görsə idi bu barədə əvvəldən məlumatlı olardılar. O, dostu Rövşən və Təqsirləndirilən şəxs alqı-satqının həyata keçirilməsi ilə bağlı birlikdə notariusa getmələri, notariusun təqdim edilən sənədlərdə satış hüququnun olmaması barədə onlara məlumat verməsi halı olmamışdır. Onlar notariusa yaxınlaşmış, notarius onlara xaricdən verilən etibarnamələrlə problemlərin olduğunu və buna görə də alqı-satqı edə bilməyəcəyini demişdir. 19 saylı notariat orqanına getdikləri vaxt etibarnamənin özündə və tərcümə hissəsində alqı-satqı hüququnun olması yazılmışdır. Onun 19 saylı notariusla tanışlığı olmuş, 21 saylı notariusu ümumiyyətlə tanımamışdır. O, sonradan problemlərdən məlumatlı olanda 21 saylı notariusa yaxınlaşmış və orada nələrin baş verdiyini soruşanda onu həmin sənədlərlə tanış etmişlər. Həmin vaxtadək alqı-satqının hansı notariusda olduğunu bilməmişdir. Sonradan da araşdırarkən tərcümənin 9 saylıda edildiyi məlum olmuş, bununla bağlı Rəşadətlə danışaraq bir çox şeyləri aydınlaşdırmışdır. O, yetmiş minin ödənilməsi ilə bağlı notariusa sənədlər təqdim etməmiş, ümumiyyətlə obyektin Samirə satılmasında iştirak etməmiş, həmin vaxt natariusda olmamış və alqı-satqının harada olmasını bilməmişdir. Satılmaq hüququnun yazılması ilə bağlı etibarnaməni mart ayında özlərinin alqı-satqısı olmazdan əvvəl görmüş, satılmaq hüququnun olmaması ilə bağlı etibarnaməni isə ancaq Vüsal dayısı gələdən sonra görüşəndə görmüşdür. O, Vüsalın dayısı kimi təqdim edilən şəxslə bağlı videodanışıq materiallarını heç kimə təqdim etməmişdir. O, faizə pul verməklə məşğul olmamışdır. Təqsirləndirilən şəxsin əmlakı faktiki girov qoyması və bununla bağlı əslində ondan pul istəməsi yalandır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 15.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2021-ci ilin əvəllərində özünə mənzil almaq üçün əmlak vasitəçilərinə müraciət etmişdir. Əmlak vasitəçilərindən biri ona ucuz qiymətə, yəni 400.000 manata Səbail rayonu ərazisində “Səbail bazarı” adlanan yerdə 200.8 kvm ərazisi olan qeyri-yaşayış sahəsinin satıldığı bildirmiş, bu təklif marağını çəkdiyi üçün dostu Şahid9 ilə danışaraq həmin qeyri yaşayış sahəsinin qiyməti ilə maraqlanmışlar. Belə ki, həmin obyekti Rövşənlə birlikdə şərik almaq istəmişdir. Bundan sonra qiymətləndirmə üçün adını hazırda xatırlamadığı "xxxx" ASC-nə aid olan şirkətə müraciət etmiş, qiymətləndirmə zamanı ümumilikdə 7 mağaza və digər ticarət obyektlərdən ibarət qeyri-yaşayış sahəsinin ümumi dəyərinin 570.000 manat olması müəyyən edilmişdir. Bundan sonra həmin qeyri yaşayış sahəsini satan Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin zaman Şahid1 da onun yanında olmuşdur. Həmin zaman Vüsal bildirmişdir ki, obyektlər dayısına məxsusdur, o da dayısının səlahiyyətli nümayəndəsidir. Həmçinin Vüsal bildirmişdir ki, digər obyektlərin təmiri və işlədilməsi üçün vəsait lazım olduğundan obyektin 200.8 kvm ölçülü hissəsini satırlar. Bundan sonra Vüsal və Samirlə həmin obyekti 340.000 manata razılaşmışdır. Vüsal ona dayısı tərəfindən verilmiş etibarnaməni göstərmiş, etibarnamə rus dilində olduğundan və etibarnaməni tam oxumasa da görmüşdür ki, dayısı Fəxrəddin tərəfindən Vüsala etibarnamə verilmişdir. Həmin vaxt onlara bildirmişdir ki, hər ehtimala qarşı əmlakan sahibi ilə də danışmaq istəyir. Bundan sonra Vüsal ona +7 966 ***-**-** saylı mobil nömrəni verib demişdir ki, dayısı Fəxrəddinin nömrəsidir. Həmin vaxt yəni, xx.xx.2022-ci il tarixdə onların yanında həmin nömrəyə “Whatsapp” vasitəsilə görüntülü zəng vurmuş, həmin şəxslə telefonda tanış olmuşdur. Qeyd olunan obyektin 200.8 kv hissəsinin etibarnamə əsasında satılması ilə bağlı məlumat vermiş, həmin şəxs də bildirmişdir ki, obyektin satılmasına heç bir etirazı yoxdur. Həmçinin həmin şəxs xəstəxanada olduğunu bildirmiş və pandemiya dövrü olduğu üçün üzündə tibbi maska olmuşdur. Həmin şəxsin Fəxrəddin olmağından əmin olmaq üçün ondan sənədinin fotoşəklini göndərməsini xahiş etmiş, həmin şəxs də ona “Whatsapp” vasitəsilə Fəxrəddin Mustafayevə məxsus pasportun fotoşəklini göndərmişdir. Bundan sonra həmin şəxsin Fəxrəddin olmasına inanmış və obyektin özü tərəfindən alınmasına razılıq vermişdir. Bir neçə gün sonra Vüsal, Samir və özü birgə 19 Saylı Notariat ofisinə getmişlər. Orada olarkən xüsusi notarius Təqsirləndirilən şəxs dayısı X5 tərəfindən verilmiş etibarnamənin həqiqi olub-olmamağını öyrənmək üçün ümumi notarius sisteminə girib etibarnaməni yoxlamışdır. Lakin, sistemdə həmin tarixli və nömrəli etibarnamənin mövcud olması görünsə də, məzmun görsənmədiyi üçün notarius alqı-satqı etməkdən imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yanında dayısı Fəxrəddin Mustafayevə zəng edərək onunla danışmağına şərait yaratmış və video görüntü ilə danışarkən həmin şəxs qeyri yaşayış sahəsinin ona məxsus olduğunu və əmlakın alqı satqısına həqiqətən özünün razılıq verdiyini bildirmişdir. Lakin qeyd etmişdir ki, ümumilikdə təxminən 1000- 1200 kvm ərazisi olan qeyri yaşayış sahəsindən yalnız 200.8 kvm ərazisi olan 7 ticarət obyektinin satılmasına razılıq verir və digər obyektlərlə bağlı hər hansı problemin olmamasını xahiş etmişdir. Eyni zamanda etibarnamə ilə bağlı yaranan məsələni də, aradan qaldıracağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hər şeyi qaydasına qoyacağını və təkrarən onunla əlaqə saxlayacağını bildirmiş, bir neçə gün sonra Vüsal onunla əlaqə saxlayıb artıq obyekti Samirin adına keçirdiyini və əlində çıxarış sənədi, yəni kupça olduğunu bildirmişdir. Vüsal təklif etmişdir ki, yenidən görüşüb alqı-satqıya getsinlər. Özü də, tanışları ilə maraqlanmış və bildirmişlər ki, adına çıxarış olan şəxs özü alqı-satqı edirsə heç bir problem yoxdur. Buna görə də, yenidən Şahid1 və Təqsirləndirilən şəxsla görüşmüş və 19 Saylı Notariat ofisinə getmişlər. Həmin notariusda Şahid1la aralarında alqı-satqı etmişlər, 338.000 manat pulu notariusda depozit hesabına qoymuşdur. Alqısatqı müqaviləsi təsdiq edildikdən sonra müqaviləni, onlar da öz pullarını götürüb getmişlər. Vüsal və Samirlə əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin obyekti aldıqdan sonra onlara aylıq 12.000 manata icarəyə verəcəkdi. Buna görə də, alqı-satqıdan sonra obyekt özünün olsa da onların istifadəsində qalmışdır. Danışıqlarına əsasən 4 ay müddətində ticarət obyektləri Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən biznes məqsədi ilə istifadə olunmuş və onlar ümumilikdə icarə haqqı olaraq təxminən 40.000 manat məbləğində pul vermişlər. Həmçinin Vüsal və Samir obyektlərin müəyyən hissəsini, eləcə də, ona aid olan obyekti də təmir etdirməyə başlamışlar. 4 ay sonra onlar icarə haqqını verə bilməmiş, onlardan tələb etmişdir ki, obyekti işlədə bilmirlərsə və icarə haqqını verə bilmirlərsə obyektdən çıxsınlar. Vüsal isə bildirmişdir ki, onları obyektən çıxara bilməz. Bundan sonra yuxarıda qeyd etdiyi Fəxrəddinə məxsus +7 966 ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamaq istəmiş, lakin nömrə işləməmişdir. Həmçinin həmin nömrəyə mesaj da yazmışdır. Lakin, mesajı həmin nömrəyə çatmamışdır. Buna görə də, Facebook sosial şəbəkəsində Fəxrəddin Mustafayevin adına olan şirkəti tapmış və orada qeyd olunan nömrə ilə əlaqə saxlamışdır. Telefona elə Fəxrəddin cavab vermiş və ona olanlar barədə məlumat vermişdir. Həmin vaxt Fəxrəddin ona bildirmişdir ki, obyektlərin satılması ilə bağlı heç bir məlumatı olmayıbdır. Bacısı oğlu Vüsala obyektlərin idarə edilməsi üçün etibarnamə vermişdir. Fəxrəddin demişdir ki, dekabr ayında özü gələcəkdir və birlikdə oturub söhbət edərlər. Lakin Fəxrəddin 2022-ci ilin yanvar ayında gəlmiş, bir neçə dəfə onunla görüşüb məsələni müzakirə etmişlər, onların danışıqlarından məlum olmuşdur ki, Vüsal dayısının razılığı olmadan ona məxsus obyekti satıbdır. Fəxrəddin söz vermişdir ki, bir ay ərzində bacısı oğlu ilə məsələni aralarında həll edib problemi aradan qaldıracaqlar. Lakin, sözünü tutmamış və 2022-ci ilin mart ayında bilmişdir ki, Fəxrəddin Mustafayev həmin obyekt üzərinə həbs qoyulması üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda həmin ilin aprel ayında alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ləğv edilməsi ilə bağlı Binəqədə Rayon Məhkəməsinə mülki qaydada müraciət etmişdir. Bundan sonra aralarında məhkəmə prosesləri başlamış və Vüsalın Fəxrəddin tərəfindən verilmiş etirbanamənin saxtalaşdırılması ortaya çıxdığı üçün məhkəmə tərəfindən xüsusi qərardad çıxarılaraq Respublika Prorkurorluğuna göndərilmişdir. Daha sonra onu Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət etmişlər, orada gedib ifadə vermişdir. Məhkəmə çəkişmələri zamanı həm Binəqədi Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi guya onun Təqsirləndirilən şəxs 338.000 manat borc verdiyini və borcun əvəzi olaraq həmin qeyri yaşayış sahəsini onun adına rəsmiləşdirildiyini qət etmiş və bu səbəbdən də həmin qeyri yaşayış sahəsilə bağlı aralarında olan etibarnamə etibarsız hesab edilərək ləğv edilmişdir. Lakin, sonradan Ali Məhkəmə tərəfindən Apellyasiya Məhkəməsinin qərarı ləğv olunmuş, işə yenidən həmin məhkəmədə baxılmış və özü vicdanlı ahcı kimi tanınaraq, qeyd olunan obyekt məhkəmə qərarına əsasən özünə verilmişdir (İİ cild, səh. 154-157). 16.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs notariat hərəkətlərini aparana kimi tanımamışdır. Sonradan da həmin şəxs onun yaddaşında qalmamışdır. Vüsal iş materialında olduğu kimi təqribən 2021-ci ildə notariat ofisinə müraciət etmiş, Rusiya Federasiyasında təsdiq edilmiş, Azərbaycan Respubikasında notariat təsdiqi edilmiş əmlakın satılması ilə bağlı tərcümə olunmuş etibarnamənin əsasında yaxınlaşmışdır. Rusiyadan gələn etibarnamənin özündə də, tərcüməçi tərəfindən tərcümə edilərək təsdiq edilmiş varinatında da satmaq səlahiyyətləri qeyd edilmişdir. Həmin etibarnamə onlar tərəfindən Rusiya Federasiyasının Notariat ofisləri Palatasında yoxlama aparılmış, həmin etibarnamənin ləğv edilməsi barədə heç bir məlumat qeyd edilməmiş, həmin vaxt etibarnamə qüvvədə olmuşdur. Eyni zamanda əməkdaşlar həmin notariusla əlaqə saxlayaraq etibarnamənin qüvvədə olub-olmadığını soruşmuş, cavabında isə işdə olmasa belə etibarnamənin qüvvədə olduğunu güman etdiyini bildirmişdir. Bunun əsasında noariat hərəkətləri aparılmışdır. Sonradan 5-6 ay sonra başqa notariat ofisində başqa bir alıcı ilə aparılan hərəkət zamanı etibarnamədə satış hüquqlarının olmadığı müəyyən edilmşdir. Sonradan baş verənlərlə bağlı onların məlumatları olmamışdır. Alqı-satqı olarkən həyat yoldaşının razılığını da tələb etmişlər və onlara nikahda olmaması ilə bağlı arayış təqdim edilmişdir. Həmin arayış da digər notariat ofisində təsdiq olunmuşdur. Onların isə həmin arayışı Rusiyada yoxlamaq imkanları olmamışdır. 17.Şahid3 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən alqı-satqı notariat hərəkətləri aparılmış, alıcı Samir adlı şəxs, satıcı isə Təqsirləndirilən şəxs olmuşdur. Bayıl tərəfdə olan daşınmaz əmlak satılmış, obyekt tərəflərin razılığı ilə yetmiş min manata qiymətləndirilmişdir. Obyektin qiyməti ilə bağlı soruşulduqda uçuq vəziyyətdə olması ilə bağlı həmin qiymətə razılaşdırdıqları bildirilmişdir. Obyektin satış qiyməti ilə bağlı pulun ödənilməsi üçün banka yollamışlar. Onlar etibarnaməyə baxanda həm rus, həm də tərcümə variantında sərəncam hüququ yazılmışdır. Daşınmaz əmlakın alqı-satqısı aparılan zaman mülkiyyət hüququ haqqında sənəd, nikahda olan həyat yoldaşı varsa onun razılığı tələb edilir. Alqı-satqı zamanı mülkiyyət hüququ ilə bağlı sənədin əsli tələb edilir. Nigah haqqında şəhadətnamənin əsli varsa əsli, yoxdursa onun notarial qaydada təsdiq edilmiş surəti tələb edilir. Alqı-satqı zamanı xarici vətəndaş özü iştirak edirsə onun miqrasiya orqanında qeydiyyatı ilə bağlı sənədi tələb edilir. Şəxsin özü iştirak etmirsə və ya miqrasiya qeydiyyatı yoxdursa istənilə ölkədə verdiyi etibarnamə əsasında başqa şəxs iştirak edə bilər. Rusiya ilə Azərbaycan arasında razılaşma olduğundan oradan verilən etibarnamələrə apostil sənədi tələb edilmir. Mülkiyyət haqqında sənədin əsli olmadan onların alqı-satqı həyata keçirmək hüququqları yoxdur. Onlara mülkiyyət haqqında sənədin əsli təqdim edilmiş, lakin notariat işinin içinə surətini qoymuşlar. Vüsalın etibarnaməsinin əslini görüb-görmədiyi yadında qalmamış, etibarnamənin əsli və ya onun əsli ilə düz olması barədə notarial təsdiqlər onlara təqdim edilmişdir. Ola bilər ki, şəxs onlara etibarnamənin əslini təqdim etmiş, onlar həmin sənədin surətini çıxararaq işə əlavə etmişlər və onun əsasında alqı-satqı həyata keçirilmişdir. Sərəncam hüququnun verilməsi ilə bağlı etibarnamənin əsli olmuşdur. Sənədin əslini görəndə surətini çıxararkən üzərinə “əsli ilə düzdür” qeydiyyatı aparılmalıdır. Ola bilsin ki, notariat işi zamanı texniki səhvə yol verilmiş və həmin qeyd yazılmamışdır. Etibarnamənin həqiqətən hazırda da qüvvədə olmasını sistem vasitəsi ilə müəyyən etmişlər. Rusiya Palatasından həmin dövr üzrə çıxarış etmişlər, Palataya girişlərində mətn göstərilməmiş, sadəcə olara etibarnamənin qüvvədə olması barədə qeyd edilmişdir. Şübhə etdikləri halda onların səlahiyyətiləri var ki, aidiyyəti üzrə sorğu edərək etibarnamənin əslini, məzmunu və qüvvədə olmasını sorğulasınlar. Rusiyadan etibarnamə təqdim edildikdə onların vəzifəsi onu yoxalamaqdır, bundan başqa şifahi şəkildə telefon zəngi edə bilirlər. Onlar əmlakın alqı-satqısı zamanı şübhələnməmişlər. Bu işlə bağlı rəsmi rüsumdan başqa ona əlavə olaraq hansısa ödəniş olmamışdır. O, sənədləşdirmə zamanı hər-hansısa problemin olmasını hiss etməmiş və etibarnməni vermiş şəxslə hansısa əlaqə saxlamamışlar. Obyektin neçəyə satılması ilə bağlı tərəfləri dinləyərək qiymət müəyyən etmişlər. Onlar ödəniş olması ilə bağlı banka yönəltmişlər və ödəniş etdikdən sonra bankın qəbzi ilə onlara yaxınlaşmışlar. Etibarnamə əsasında alqı-satqı edərkən onların əmlakın mülkiyyətçisinə zəng etmək kimi bir vəzifə öhdəlikləri olmamış, onlar etibarnamə sənədinin özünü yoxlamışlar. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 18.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 20 avqust 2010-cu ildən 2013-cü ilin oktyabr aymadək Şirvan şəhər 1 saylı notariat kontorunda dövlət notariusu, 2013-cü ilin oktyabr ayından 2014-cü ilin dekabr aymadək isə Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu işləmişdir. 2014-cü ilin dekabr ayından hazırki vaxtadək Bakı şəhər 21 saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləyir. 07 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.m olan qeyri yaşayış sahəsinin alqı-satqı edilməsi üçün 21 saylı notariat ofisinə müraciət etmişlər. Belə ki, X5 tərəfindən Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərində verilmiş xx.xx.2020-ci il tarixli, ** AQ ***3414 saylı etibarnamə əsasında ona məxsus Səbail rayonu, X15 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.m olan qeyri yaşayış sahəsinin 70.000 manata Şahid1 satılması üçün müraciət olunmuşdur. X2 Təqsirləndirilən şəxs verilmiş xx.xx.2020-ci il tarixli, ** AQ ***3414 saylı etibarnamənin mövcud olub-olmaması üçün Rusiya Federasiyasının Federal Notariat Palatasının elektron sistemində yoxlanılmış, həmin nömrə və həmin tarixdə verilmiş etibarnamənin mövcud olması müəyyən edilmişdir. Həmçinin əməkdaşları tərəfindən Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən həmin etibarnaməni təsdiq etmiş notarius Yelena Xodnoviçkə telefon vasitəsilə zəng vurularaq əlaqə saxlanılmış, sonuncu işdə olmadığını, həmin etibarnamənin qüvvədə olduğunu şifahi şəkildə təsdiq etmiş, lakin mətnin tam olaraq necə olduğunu dəqiq xatırlamadığını, satış hüququnun orada qeyd edilməsini güman etdiyini bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası MM-nin 225.4-cü maddəsinin tələblərinə əsasən X1 ailə vəziyyəti barədə məlumat satıcı Təqsirləndirilən şəxs tələb edilmiş və sonuncu tərəfindən Moskva şəhər VVAQ idarəsi tərəfindən təsdiq edilmiş, eyni zamanda notarial qaydada təsdiq edilmiş Fəxrəddin Mustafayevin subay olmasına dair arayışı təqdim etmişdir. Qeyd olunan sənədin yoxlanılması üçün hər hansı bir üsul, vasitələri olmadığından, eyni zamanda “Notariat haqqında” Qanunda və “Notariat hərəkətlərinin aparılması haqqında” təlimatda, həmçinin digər normativ aktlarda qeyd olunan sənədin yoxlanılması üçün hər hansı üsul, vasitə və tələb olmadığından, notariat işinə əlavə edilmişdir. Bundan başqa qeyd olunan obyektin bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı olması ilə bağlı indiqatorlardan istifadə edilmiş, səbəbi isə tərəflərdən soruşulmuşdur. Əmlakı etibarnamə əsasında satan Təqsirləndirilən şəxs qeyri yaşayış sahəsinin uçuq və dağınıq formada olduğunu, həmin yerin təmiri və tikintisi üçün 300.000 manatdan artıq vəsait lazım olduğunu bildirmiş, bu səbəbdən əmlakı qarşılıqlı razılıq əsasında real dəyərindən aşağı qiymətə satdığını demişdir. Hər iki tərəf müqavilə şərtləri ilə razı olduqları üçün alıcı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs 70.000 manat pulun ödənilməsi barədə bank qəbzi təqdim edildikdən sonra tərəfindən müqavilənin təsdiq edilməsindən imtina edilməsinə əsaslar olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş etibarnamənin həm rus dili versiyasında, həm də, tərcüməsində satmaq hüququnun olması qeyd olunmuşdur. Etibarnamənin həqiqiliyi isə tərəfindən yuxarıda qeyd etdiyi kimi sistem tərəfindən və şifahi formada yoxlanılmışdır. Həmin etibarnamənin saxta olması barədə heç bir məlumatı və şübhəsi olmamışdır. Alqı-satqı ilə bağlı 70.000 manat pulun ödənilməsi üçün onları banka göndərmiş, bir neçə dəqiqə sonra onlar notariat ofisinə yaxınlaşıb ona 70.000 manat pulun ödənilməsi barədə bank qəbzi təqdim etmişlər. Ödəniş ona olunmadığı üçün onların həqiqətən pul ödəyib-ödəməmələrini görməmiş və bu barədə məlumatı olmamışdır (İİ cild, səh. 214-216). 19.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2003-cü il tarixindən başlayaraq, Bakı şəhəri 9 saylı Notariat ofisində işləmiş və hazırki cinayət işi üzrə tərcümələri təsdiq etmişdir. Onun təsdiq etdiyi tərcümə mərkəzinin sənədlərini həmin şirkətin direktoru Şahid8 gətirmişdir. Onlara gətirilən tərcümələrin düzgün tərcümə edilib-edilmədiyinə o, yoxlamamış, sadəcə olaraq ona gətirilən imzanın həqiqiliyini təsdiq etmişdir. Əgər imzanı təsdiq edirsə sənədin özünü görməyinə ehtiyac olmamışdır. O, cinayət işində olan materialdakı tərcüməçinin imzasının həqiqiliyini təsdiq etmişdir. 20.Şahid4 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, tərcüməçinin imzasının həqiqiliyini təsdiq edərkən onun əslini mütləq görmüşdür. Onlar işə baxarkən orada heç bir problem olmamış, sonradan həmin sənəd saxtalaşdırılmışdır. Onlar 2020-ci ildə nömrə ilə Rusiyada olan palataya daxil olaraq həqiqiliyini yoxlamışlar. Həmin sistemlə etibarnamənin nömrəsini görə bilsələr də məzmununu görməmişlər. Notariat sistemi ilə bağlı qanunvericilikdə tərcüməçinin imzasının həqiqiliyini təsdiq edərkən sənədin əslinin olmasının tələb edilməsi ilə bağlı deyə bilər ki, sənədin əslini görərkən həm də surətini təsdiq edirlər, sənədin əsli olmayanda isə ancaq tərcüməçinin imzasını təsdiq edirlər. O, sənədin əslini görməmişdir. “Əsli ilə düzdür” möhürü sənədin surəti çıxarılıb işin içinə tikilən zaman vurulmuşdur. O, cinayət işi materiallarında olan sənədlə tərcüməçinin imzasını təsdiq etmişdir. Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 21.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2000-ci ilin yanvar ayının 30-dan 2011-ci ilədək dövlət və baş dövlət notariusu, 2011-ci ildən isə xüsusi notarius olaraq fəaliyyət göstərmişdir. 2003-cü ildən isə 9 saylı Notariat ofisinin xüsusi notariusu vəzifəsində işləyir. Hər hansı sənədin bir dildən digər dilə tərcüməsi müvafiq tərcümə mərkəzlərində işləyən tərcüməçilər tərəfindən həyata keçirilir və onların məsul şəxsləri tərəfindən Notariat ofisinə təqdim edilir. Bundan sonra xüsusi notarius olaraq tərəfindən imza nümunəsi notariat ofisində olan tərcüməçilərin imzaları təsdiq edilir. İmzası olmayan tərcüməçilər isə əyani olaraq iştirak edirlər. Notariat Hərəkətlərinin Aparılması Qaydaları Haqqında təlimata əsasən yalnız tərcüməçinin imzasının həqiqiliyini təsdiq edir. Onun mətnində nə yazılması ilə əlaqədar heç bir yoxlama aparmamalıdır və yanlışlıq olarsa buna görə məsuliyyət daşımır. Belə ki, qeyd edilən təlimatın 133 maddəsində qeyd edilmişdir ki, sənədi tərcüməçi tərcümə etdikdə, onun imzasının həqiqiliyinin təsdiqi, sənədlərdə imzanın həqiqiliyinin təsdiqi qaydasında aparılır. Bu halda notarius tərcüməçi tərəfindən tərcümə edilmiş sənədin mətninə görə məsuliyyət daşımır. X5 tərəfindən Təqsirləndirilən şəxs verilmiş etibarnamənin rus dilindən azərbaycan dilinə tərcüməsi adını hazırda xatırlamadığı tərcümə mərkəzinin əməkdaşı tərəfindən 13 mart 2021-ci il tarixdə 9 saylı Notariat Ofisinə təqdim edilmiş, tərcüməçi Şahid5 tərəfindən imza edilmiş etibarnamənin tərcüməsindəki imzanın həqiqiliyi tərəfindən təsdiq edilmişdir. Bu zaman 9 saylı Notariat Ofisində işləyən Şahid7 tərəfindən həmin sənədlər yoxlanılmış, imzanın uyunluğu təsdiq edilmiş və notariat sənədi hazırlanaraq imzanın təsdiqi üçün ona təqdim edilmiş və tərəfindən həmin imzanın həqiqiliyi təsdiq edilmişdir (İİ cild, səh. 222-224). 22.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Nərimanov rayonu, Ağa Nemətulla 45 A ünvanında yerləşən tərcümə mərkəzində tərcüməçi kimi işləmişdir. İşlədiyi mərkəzdə ingilis dilində tərcümə fəaliyyəti ilə məşğul olmuşdur. O, həmin sənədləri tərcümə etməmiş, çünki notariusda da imzasını ingilisazərbaycan, azərbaycan-ingilis dillərinə tərcüməçi kimi qeydiyyatdan keçirmişdir. Rus- Azərbaycan dillərində heç bir notarius onun imzasını təsdiq etməmişdir. O, həmin sənədi nə görmüş, nə imza etmiş, nə də ki, həmin sənəd onların mərkəzlərinin sisteminə daxil olmamışdır. 23.Şahid5 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, cinayət işi materiallarına əlavə edilmiş sənəddə olan imza ona məxsusdur, lakin onun tərəfindən icra edilməmişdir. Onların imza nümunələrini müdiriyyət hazır vəziyyətdə düzəltmiş, onlar həmin imzaları kopya edərək sənədlərə yerləşdirmişlər. Onun imzasının oraya yerləşdirilməsindən məlumatı olmamışdır. Onun imzasının kim tərəfindən icra edilməsi ilə bağlı müraciət etmək istəmiş, lakin müstəntiq buna ehtiyac olmadığını demişdir. Onların imzaları komputerdən sənədə köçürülərək çap edilən zaman ağ qara formasında çapdan çıxmış, yəqin ki, notarius da həmin sənədi təsdiq etmişdir. Bütün sistem rəhbərlik tərəfindən elə qurulmuşdur ki, onlar imzalarını komputerdən yerləşdirmişlər. Notariusla müəssisə arasında sistem yaradılmş, onlar tərcüməni edərək sistemə yerləşdirmişlər və notarius da həmin sənədin çıxarışını etmişdir. Həmin sistemi onlar yox, orada olan adminlər işlətmişlər. O, Ceyhun adlı şəxsi tanımamış və həmin şəxsin onlarla işlədiyini bilmişdir. Onların işləri ancaq ofis daxilində olduğundan başqa şəxslərlə əlaqələri olmamışdır. Həmin dövrdə onların rəhbərləri Esmira Həsənəliyeva olmuşdur. O, imzasının elektron imza olduğunu bilmiş, lakin imza elektron olmamış, komputerdə hazır imza olmuş və kopyalanıb sənədin içinə qoyulmuşdur. Ümumiyyətlə həmin sənədi görməmişdir. Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 24.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 2016-cı ildən hazırki vaxtadək Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən tərcümə mərkəzində tərcüməçi vəzifəsində işləyir. Tərcüməni azərbaycan və rus dillərindən ingilis dilində edir və ya ingilis dilindən azərbaycan və ya rus dillərinə tərcümə edir. Rus dilindən azərbaycan dilinə və ya azərbaycan dilindən rus dilinə hər hansı tərcümə etməmiş və hazırda da etmir. Ona təqdim edilmiş X5 tərəfindən Təqsirləndirilən şəxs Rusiya Federasiyasında verilmiş etibarnamə özünün tərəfindən tərcümə edilməmiş, özünün elektron imzası olsa da, tərəfindən icra edilməmiş və 9 saylı Notariat kontoruna göndərilməmişdir. Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən tərcümə mərkəzinə ümumiyyətlə Notariat kontorlarından sənədlər tərcümə edilməsi vahid elektron sistemə yüklənməklə göndərilir və tərəfindən tərcümə edildikdən və elektron imza edildikdən sonra həmin sistem vasitəsilə müvafiq notariusa geri qaytarılır. Odur ki, həmin etibarnamənin kim tərəfindən tərcümə edilməsi və elektorn imzası saxtalaşdırılaraq istifadə edilməsi barədə hər hansı məlumatı yoxdur. Eyni zamanda kim tərəfindən notariat kontoruna təqdim edildiyini bilmir. İşlədiyi tərcümə mərkəzi ümumiyyətlə hər hansı notariat kontoruna kağız şəklində tərcümə göndərmir. Eyni zamanda özü rus dilindən azərbaycan dilinə və ya əksinə azərbaycan dilindən rus dilinə tərcümə etmir (İİ cild, səh. 229-231). 25.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, onlar etibarnamənin əslini tərcüməyə tikmişlər və həmin tərcüməni onlara Şahid8 təqdim etmişdir. 26.Şahid7 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, notariat işləri aparılarkən imzaları onlar təsdiq etmişlər və imza ilə təsdiqi notarius etmişdir. Sənədi gətirən şəxs barəsində məlumatlar tərcümədə qeyd ediləmişdir. Sənədi tərcüməçinin imzası ilə 1 saylı Tərcümə Mərkəzinin işçisi olan Şahid8 özü gətirmişdir. Onlar ancaq gətirilən tərcümə edilmiş sənədin seriyasını yoxlamışlar, Rusiyada qeydiyyatda olubolmamasını və hazırda qüvvədə olmasını yoxlamışlar. Tərcüməçilərin imza nümunələri onlarda mövcud olmuş, onlar da həmin nümunələri yoxlayaraq həqiqiliyini təsdiq etmişlər. Onlar imzalarla bağlı zəng edərək tərcümə mərkəzindən soruşurlar. Həmin vaxt xanımın özü ilə danışaraq soruşmuşlar və imzasının düz olduğunu bildirmişdir. Sənədi kimin gətirməsi hissəsi boş saxlanılmış, onlar bununla bağlı oraya qeyd yerləşdirməmişlər. Sənədin surət təsdiqi olanda Şahid8 adını yaza bilərlər, lakin imza təsdiqində həmin qeyd yazılmır. 27.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, tərcümə mərkəzində kuryer vəzifəsində işləmiş, həmin insanları ümumiyyətlə tanımamış və həmin sənədi gətirib heç kimə təhvil verməmişdir. 28.Şahid8 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, kuryer kmi hansı sənədləri apardığını görmüş, sənədlə bağlı ödəmələri ona müştərilər etmiş və sənədi çatdırmaq üçün birbaşa müştəri ilə görüşüb təhvil vermişdir. Şahid5 azərbaycaningilis dilləri üzrə tərcüməçi işləmişdir. Günay həm də rus dilinə tərcümələri etmiş, amma əsas ixtisası ingilis dilində tərcümələr olmuşdur. O, ümumiyyətlə işdə olan etibarnaməni görməmişdir. Validə xanımı tanımış, Validə xanım üçün sənədləri aparmış, lakin işdə olan sənədi o, aparmamışdır. Əgər Validə xanımın dediyi kimi həmin sənədi o, özü gətirsə idi, notariat kontorunda şəxsiyyət vəsiqəsini alıb surətini çıxararaq əlavə edərdilər. Eyni zamanda şəkili çəkilərdi. Həmin sənəd ümumiyyətlə ona verilməmiş, həmin sənədi görməmiş və bu barədə kimsə bir söz deməmişdir. O, Şahid5 tanımamış, Günay xanım idarənin tərcüməçisi olmuş, vizual olaraq Günay xanımı görməmiş, lakin adını bilmişdir. Şahid5 elektron formada bir imzası olmuş və həmin imza da tərcümə mərkəzində olmuşdur. 29.Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2008-2012-ci illərdə 1 saylı Notariat Kontorunun yanında yerləşən “X13” tərcümə mərkəzində kuryer vəzifəsində işləmişdir. 2012-ci ildən 2017-ci ilədək Noterdam tərcümə mərkəzində işləmişdir. 2017-ci ildən isə fərdi olaraq 1 saylı Notariat ofisinin ətrafında tərcümə etdirmək və notarius ofisinə təqdim etmək üçün xidmət göstərmişdir. Bu halda hər hansı tərcümə mərkəzində işləməmiş və vətəndaşlardan fərdi qaydada sənədləri götürərək tanıdığı tərcümə mərkəzlərində tərcümə etdirərək Notariat ofislərində təsdiq etdirmişdir. Göstərdiyi xidmət müqabilində də müştərilərdən tərcümənin çətinliyinə və həcminə uyğun olaraq 10-30 manat arası məbləğində pul almışdır. X5 tərəfindən onun bacısı oğlu Təqsirləndirilən şəxs Rusiya Federasiyasında verilmiş özünə məxsus Bakı şəhəri ərazisində yerləşən daşınmaz əmlakın idarə olunması (satmaq hüququ olmadan) səlahiyyətini verdiyi etibarnəmənin tərcüməsini etdirməmiş və həmin tərcüməni təsdiq etdirmək üçün heç bir notariat ofisinə təqdim etməmişdir. Ümumiyyətlə bu sənədlə və orada adları çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur. xx.xx.2021-ci il tarixdə X5 tərəfindən onun bacısı oğlu Təqsirləndirilən şəxs Rusiya Federasiyasında verdiyi etibarnamənin tərcüməsini və digər sənədləri həmin notariusa özü aparmamışdır (İİ cild, səh. 217-219). 30.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, onlar Elçinlə 12 ildir dost olmuşlar və ara-sıra birlikdə işlər görürmüşlər. Pandemiyadan əvvəl Elçinə obyekt olsa alıb təmir edərək satmağı bildirmişdir. Bir müddət keçəndən sonra Vüsalın məsələsi ortaya çıxmışdır. Bununla bağlı onlar görüşmüşlər və əvvəlcə sənədləri gətirmişlər. Bundan sonra ikinci görüşləri olmuş, həmin görüşdə bir neçə şəxslər də iştirak etmişlər və orada onların biznes planının müzakirəsi də olmuşdur. Bundan sonra onlar obyekti qiymətləndirməyə vermişlər və qiymətləndirmə normal çıxmışdır. Alqı-satqı olmazdan əvvəl onlar təqsirləndirilən şəxsin dayısı ilə danışmışlar. Dayısı ilə danışıqları görüntülü formada olmuşdur. Həmin danışıqda onunla Elçin iştirak etmişdir. Onlar obyektin satılmasına razılıqlarının olub-olmadığını və buna icazə verib-vermədiklərini soruşmuşlar. 31.Şahid9 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, onlar alqısatqı olmazdan əvvəl etibarnaməni görmüşlər və həmin etibarnamə rus dilində olmuşdur. Onlar etibarnaməni görəndən sonra dayısı ilə danışmışlar, daha sonra etibarnaməni notariusa verəndə bu sənədlərlə alqı-satqının mümkün olmadığını demişlər. Yasamalda yerləşən notarius onlara bu sənədə alqı-satqı hüququ verilmədiyini bildirmişdir. Obyekt Elçinə satılandan 4-5 gün, bir həftə əvvəl etibarnamədə alqı-satqı hüququnun yazılmadığını bilmişlər. Onlar təqsirləndirilən şəxsin dayısı ilə alqı-satqı hüququ olmadığını biləndən daha əvvəl danışmışlar. Alqı-satqı hüququnun olmaması barədə danışıqda o, Elçin və Vüsal iştirak etmişdir. Vüsal etibarnamədə alqı-satqı hüququnun olmadığını eşitmişdir. O, Elçinlə şərik olmuş, alqı-satqının aparılmasında iştirak etmiş, lakin alqısatqının hansı notariusda keçirilməsi yadında qalmamışdır. Elçinə etibarı olduğundan müqaviləni ortaq şəkildə imzalamamışlar. Elçinlə münasibətləri tamamilə qarşılıqlı etimad əsasında qurulmuşdur. O, özü alqı-satqı proseslərində birbaşa iştirak etməmiş və notariusla özü üzbəüz danışmamışdır. Təqsirləndirilən şəxsin onlardan faizə pul götürməsi ilə bağlı dedikləri tamamilə yalandır. Qarşı tərəf alqı-satqıdan sonra müəyyən bir dövr ərzində onlara ödəmələr etmişdir. Obyekt onlara satıldıqdan sonra təqsirləndirilən şəxs obyektdə müəyyən qədər təmir işləri aparmışdır. Lakin yüz minlik təmir işlərinin aparılmasından məlumatı yoxdur. Növbəti alqı-satqının həyata keçirilməsi zamanı konkret çıxarış sənədi gətirdiklərindən, daha əvvəlki sənəddə alqı-satqının hansı qaydada olması ilə maraqlanmamışdır. O, Şahid1 problemlər başlayandan sonra tanımışdır. 32.«Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, səh. 139-140). 33.«Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında» 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 202-203). 34.Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 1(101)- 2519/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 26 dekabr 2024-cü il tarixdən hesablamaqla “həbs" növündə qətimkan tədbiri seçilmişdir. 35.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 247-248). 36.İş materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onun mülkiyyətinə heç bir ziyan vurulmadığını, ona görə də Təqsirləndirilən şəxs vurulmuş ziyanı tələb etmədiyini və onunla barışdığını bildirmişdir. 37.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü bir uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 38.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 39.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 40.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 41.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 42.Belə ki, Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmaqla barəsində cinayət təqibinin Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə davam etdirilməsini xahiş etmişdir. 43.Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən, o, dayısı Fəxrəddin Mustafayevin ona göndərdiyi etibarnaməni istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırmaqla, xx.xx.2021-ci il tarixdə bilə-bilə saxta sənədlərdən istifadə edərək, ünvan 7 ünvanında yerləşən 957.000 manat dəyərində 200,8 m2 sahəsi olan obyekti alqısatqı müqaviləsi ilə tanışı Şahid1 adına rəsmiləşdirməklə özgəninkiləşdirib ələ keçirmiş, xx.xx.2021-ci il tarixdə həmin obyekti Bakı şəhəri 19 saylı notariat kontorunda Şahid1 adından Şahid2 adına alqı-satqı müqaviləsi ilə girov qoyub sonuncudan aylıq 12.000 manat əlavə qazanc ödəmək şərti ilə 338.000 manat pul götürmüşdür. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmanı ehtiva edir. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə nəzərdə tutulmuşdur. 46.Beləliklə, qanunun yuxarıda şərh olunan normalarının mənasına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti rəsmi sənədləri özü saxtalaşdırmayan, digər şəxslər tərəfindən saxtalaşdırılan rəsmi sənədlərdən onların saxta olduğunu bilə-bilə istifadə edən şəxslər ola bilər. Rəsmi sənədi saxtalaşdırmış şəxs gələcəkdə ondan istifadə edərsə, onun əməli yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir. 47.Qeyd edilən epizod üzrə Təqsirləndirilən şəxs verilmiş itihamın məzmunundan göründüyü kimi o, özü qanunsuz olaraq sənəd saxtalaşdırıb, sonra ondan istifadə etməklə zərərçəkmiş şəxsin obyektini alqı-satqı müqaviləsi ilə tanışının adına rəsmiləşdirməklə özgəninkiləşdirib ələ keçirmişdir. 48.Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə törətdiyi cinayət əməli Həmin Məcəllənin 320.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan, əməli həmin maddə ilə tövsif edilməli və ona elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalıdır. 49.Məhkəmə, göstərilən halları və işin faktiki hallarını nəzərə alıb, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissənin xaric olunmasını əsaslı sayır. 50.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 51.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 52.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, toplanılmış sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 53.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X8rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 54.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla, həmin saxta sənəddən bilə-bilə istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə tövsif edilməlidir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 56.Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 58.Həmin Məcəllənin 75.2 və 75.3-cü maddələrinin tələblərinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) inayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 60.Həmin Məcəllənin 44.2-ci maddəsinə göstərilir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə; 44.2.2. bu Məcəllənin 39.1.12ci maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə; 44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda - təqsirləndirilən şəxsə cəza təyin etməklə; 44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda - təqsirləndirilən şəxsə cəza təyin etməklə. 61.Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. 62.Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyindən, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə cəza təyin edilməməlidir. 63.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 64.Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 65.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 67.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 68.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12ci maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 70.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 71.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. 73.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 74.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 75.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 76.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 77.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 78.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 79.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 80.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 81.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığ - 26 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. 82.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 83.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 84.İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 85.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 10 (on) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə qeyd olunan maddə ilə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 10 (on) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 10 (on) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 26 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar