Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-792/2020 21.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X6 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1966-cı il yanvarın 22-də Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci il fevralın 29-da saat 19 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Xaçmaz şəhəri, Fəhlə küçəsi ilə Ramil Sadıqov küçəsinin kəsişməsində olan marketin yaxınlığında dayandığı zaman keçmiş arvadı Zərərçəkmiş şəxs Ramil Sadıqov küçəsi ilə yol getdiyini görəndə boşandıqdan sonra xəyanət etməsi ilə bağlı onda şübhələr yaranmış, bununla əlaqədar həmin şəxsi psixi gərginlik keçirməsində günahkar sayıb qisas almaq niyyəti ilə göstərilən küçədəki 4 №-li evin qarşısında üstündə gəzdirdiyi məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən vuraraq sonuncuya sol tərəfdə bir ədəd qabırğanın sınığı, sol bel nahiyəsində üç ədəd, sağ yarı nahiyəsində iki ədəd, sol diz nahiyəsində bir ədəd kəsilmiş yaralar ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və daxili qanaxma, hemorragik şok ilə müşaiyət olunan, nazik bağırsağın, müsariqənin, dalağın zədələnməsi ilə döş və qarın boşluğuna işləmiş bir ədəd kəsilmiş-deşilmiş yara ilə nəticələnən xəsarətlər yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 1986-cı ildə bağladığı nikahdan 1987-ci il təvəllüdlü Ruslan və 1990-cı il təvəllüdlü Rəşad adlı övladları vardır. Xasiyyətcə qısqanc olduğundan bu zəmində arvadı ilə aralarında baş verən ailədaxili mübahisələr nəticəsində 2017-ci ildə boşanmışlar, bir müddət ötmüş X10 şəhərindən Azərbaycana qayıdaraq ünvan 2 ünvanında yerləşən öz ata evində qardaşı Şahid2 ilə birlikdə yaşamışdır. O, həmin dövrdə Rusiyanın Novosibirsk şəhərində qalmaqla hər il Xaçmaz rayonuna gəlibgetmişdir. 2020-ci il fevralın 07-də Azərbaycana qayıdıb ünvan 1 ünvanında tək yaşamağa başlamışdır. Evləndikləri dövrdə təsdiqini tapmasa da Nailənin ona xəyanət etməsi şübhəsi ilə yaşamış və bu düşüncələr ona psixi cəhətdən pis təsir etmişdir. Bununla bağlı bir neçə dəfə müalicə almış, səhhəti nisbətən yaxşılaşsa da bir müddət keçmiş dərmanları qəbul etmədikdə vəziyyəti yenidən pisləşmişdir. 2020-ci il fevralın 20-də saat 1630 radələrində evdə spirtli içki qəbul etmiş, Nailə barəsindəki fikirlər onu rahat buraxmadığından güdmək üçün sonuncunun işlədiyi, Xaçmaz şəhərinin Bakı prospektində yerləşən «Zeytun» restoranının qarşısına gəlmiş, Nailənin işdən tək çıxaraq Xaçmaz dairəsinə tərəf getdiyini və Mübarizin avtomobilinə əyləşdiyini görmüş, eyni hal 2020-ci il fevralın 22-də də baş vermişdir. 2020-ci il fevralın 23-də həmin yerdə gözləsə də arvadının işə gəlmədiyini başa düşdüyündən qəzəblənmiş, mütəmadi spirtli içkidən istifadə etməyə başlamaqla Nailəyə xəsarət yetirərsə, sakitləşəcəyini fikirləşmiş, 2020-ci il fevralın 29-da saat 19 radələrində evdə spirtli içki qəbul edib mətbəx bıçağını götürərək Xaçmaz şəhərindəki Fəhlə küçəsi ilə Ramil Sadıqov küçəsinin kəsişməsindəki marketin qarşısında dayanmış, göstərilən vaxt sonuncunun öz bacısı Şahid1 və Mübarizin övladı Şahid5 ilə birlikdə yaşadıqları evə tərəf getdiklərini təsadüfən görmüşdür. Gödəkçəsinin sol iç cibindəki bıçağı çıxarmaqla sağ əlinə götürüb Nailəyə arxadan yaxınlaşmış, çiynindən sol əli ilə tutaraq geriyə çəkmiş və bədəninin müxtəlif nahiyələrinə xatırlamadığı sayda zərbələr endirdikdən sonra sonuncu yerə yıxılmış, ürəyi soyuduğundan daha heç bir xəsarət yetirməmiş, onlara astaca yanaşan Naziməyə bıçağı könüllü verməklə oradan çıxıb getmiş, Əminə yaxınlıqda yox idi, sonradan Xaçmaz Rayon Polis Şöbəsinə yollanaraq təslim olmuşdur. Onun Nailəni öldürmək niyyəti olmamış, Nailəyə qəsdən bədən xəsarəti yetirmək istəmişdir. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, hərəkətlərindən çox peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, keçmiş əri Təqsirləndirilən şəxs ifrat dərəcədə hər şeydən şübhələnməyə başladığından, müalicəsinin nəticəsi olmadığından 2017-ci ilin dekabr ayında sonuncudan ayrılmaqla boşanmışlar, Rusiyada yaşayan qardaşlarının yanına gedib orada üç ay ərzində qalaraq Azərbaycana qayıtmaqla ünvan 1 ünvanında övladı Ruslan və gəlini ilə bərabər yaşamışdır. Bəhruz bu dövrdə hər dəfə Rusiyadan evə qayıdanda o, Xaçmaz şəhərinin Ramil Sadıqov küçəsində yerləşən öz ata evində qalmışdır. 2020-ci il fevralın 29-da saat 19 radələrində bacısı Şahid1 və qardaşı Şahid2 övladı Şahid5 ilə birgə Xaçmaz şəhərindəki apteklərdə eynəklərə baxıb piyada evə qayıdan zaman kimsə qəflətən sol qarın nahiyəsindən ona zərbə endirməsi təsirindən yerə yıxılmış, Bəhruzu və əlindəki bıçağı görərək sonuncunun onu həmin alətlə vurduğunu anlamışdır. Göstərilən anda bədənində hər hansı ağrı hiss etməmiş, Nazimə kənarda dayanmaqla hadisəni görməmiş, Əminə isə oradan qaçıb evə getmişdir. Bəhruz əlindəki bıçağı Naziməyə verərək uzaqlaşmış, ayağa durmaqla onun xahişi ilə yaxınlıqda yaşayan keçmiş qaynı oğlu Şahid3 onu «Tofaş» markalı avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2020-ci il fevralın 29da saat 19 radələrində bacısı Zərərçəkmiş şəxs və qardaşı Şahid2 övladı Şahid5 ilə birlikdə Xaçmaz şəhərindəki Ramil Sadıqov küçəsinə yenicə daxil olduqda arxadan onlara yaxınlaşan ayaq səslərini eşitdiyi vaxt bacısı yerə yıxılmış, o, geriyə dönüb arxada Təqsirləndirilən şəxs əlində bıçaqla dayandığını müşahidə etmiş, lakin sonuncunun Nailəni vurub-vurmadığını görməmişdir. Həmin zaman yanlarında olan Əminə qaçaraq evə getmişdir. Bacısı yerə yıxıldıqdan sonra Bəhruz bıçağı könüllü ona verməklə hadisə yerindən uzaqlaşmış, üzərindəki qan ləkələrini gözünə çarpanda Nailəyə göstərilən alətlə Bəhruz tərəfindən xəsarət yetirildiyini başa düşmüşdür. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, valideynləri ilə bərabər ünvan 3 ünvanında yaşayır. 2020-ci il fevralın 29-da saat 19 radələrində özünə məxsus «Tofaş» markalı avtomobillə Xaçmaz şəhərindəki Ramil Sadıqov küçəsi ilə hərəkətdə olarkən oradakı evlərdən birinin qarşısında qadınların qışqırıq səsini eşidib aşağı endikdə əmisi Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs yerdə uzandığını, Şahid1 isə bacısının yanında dayandığını görmüşdür. O, sonuncuları avtomaşınına əyləşdirərək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş yetkinlik yaşına çatmayan 2005-ci il 20 iyun təvəllüdlü Şahid5 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən bibisi olan Şahid1 ilə analoji ifadə vermişdir (iş vərəqi 166-169). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən ilə ifadəsində göstərmişdir ki, 2020-ci il fevralın 29-da saat 20 radələrində taksi fəaliyyəti ilə məşğul olarkən ailə üzvləri ona zəng etməklə hadisə barədə məlumat vermişlər (iş vərəqi 173-176). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid4 dayısı olan Şahid2 ilə analoji ifadə vermişdir (iş vərəqi 139-142). İş materiallarındakı Xaçmaz Rayon Polis Şöbəsinin tərtib etdiyi 2020-ci il 29 fevral tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsini könüllü boynuna alıb 2020-ci il fevralın 29-da saat 19 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs qısqanclıq zəminində bıçaqla vurduğunu bildirmişdir (iş vərəqi 6). İş materiallarındakı 2020-ci il 29 fevral tarixli 98 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətindədir (iş vərəqi 12). İş materiallarındakı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2020-ci il 29 fevral tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bıçağın qara rəngli dəmir materialdan ibarət tiyəsinin bir tərəfi kəsici, digər tərəfi küt kənara malik olmaqla səthi dalğavaridir, ucu deşici xassəyə malikdir, tiyənin sol tərəfindəki səthində, dəstəyə yaxın yerdə «Zeptef» yazısı vardır (iş vərəqi 17-19). İş materiallarındakı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2020-ci il 01 mart tarixli protokoldan görünür ki, Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 4 ünvanındakı hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir predmet və əşya aşkar edilməmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 20- 22). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 2020-ci il 01 mart tarixli 138 nömrəli rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş daxili qanaxma, hemorragik şok ilə müşaiyət olunan nazik bağırsağın, müsariqənin, dalağın zədələnməsi ilə döş və qarın boşluğuna işləmiş bir ədəd kəsilmiş-deşilmiş yara deşici-kəsici alətin təsirindən törənməklə dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya, sol tərəfdə bir ədəd qabırğanın sınığı, sol bel nahiyəsində üç ədəd, sağ yarı nahiyəsində iki ədəd, sol diz nahiyəsində bir ədəd kəsilmiş yaralar isə iti uclu və ya iti kənarlı kəsici əşyanın (ola bilsin, bıçağın) təsirindən törənməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aiddir, müddəti 2020-ci il fevralın 29na uyğundur (iş vərəqi 25-26). İş materiallarındakı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2020-ci il 01 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 1800-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 37). İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin 2020-ci il 01 mart tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs həmin Məcəllənin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 45- 46). İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2020-ci il 03 mart tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il martın 01-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 64). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 2020-ci il aprelin 15-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 94-95). İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin 2020-ci il 11 may tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsindən həmin Məcəllənin 29,120.1.-ci maddəsinə tövsif edilmişdir (iş vərəqi 106-107). İş materiallarındakı Xaçmaz Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 22 may tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid1 Təqsirləndirilən şəxs ilə ayrı-ayrılıqda üzləşdirilərkən ifadələrini təsdiq etmişlər, sonuncu isə deyilənlərlə razı olduğunu bildirmişdir (iş vərəqi 150-157). İş materiallarındakı Xaçmaz Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 22 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi mətbəx bıçağını tanımışdır (iş vərəqi 158-159). İş materiallarındakı Xaçmaz Rayonu İcra Hakimiyyəti başçısının X12 Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 22 may tarixli 2217 nömrəli arayışdan və ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (iş vərəqi 163 və 165). İş materiallarındakı Xaçmaz Rayon Prokurorluğunun tərtib etdiyi 2019-cu il 02 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən sonuncu Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri göstərərək ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 170-172). İş materiallarındakı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq olunan 2020-ci il 31 may tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır (iş vərəqi 178). İş materiallarında olan Xaçmaz Rayon Prokurorluğunun 2020-ci il 02 iyun tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci maddəsindən həmin Məcəllənin 126.1.ci maddəsinə tövsif edilməklə sonuncunun əməlində Azərbaycan Respublikasının CM-nin 126.2.3.-cü, 126.2.4.-cü və 221-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanması rədd olunmuşdur (iş vərəqi 196-206). İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2017-ci il 05 dekabr tarixli qətnaməsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 1986-cı il dekabrın 18-də Xaçmaz Rayon VVAQ şöbəsində bağlanan nikah qeydinin pozulması qət edilmişdir (iş vərəqi 210). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- X4» X11 kompleks-ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2020-ci il 24 aprel tarixli 773 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmiş, onun ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 212-214). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin canlı şəxsin ekspertizasının 2020-ci il 08 iyun tarixli 3/407; 3/424 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı mətbəx bıçağı soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişiklik edilməməklə təyinatı dəyişdirilməmişdir, ekspertiza tədqiqatının dəyəri 128 manatdır (iş vərəqi 216-220). İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin 2020-ci il 19 iyun tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs götürülən bir ədəd palto, bir ədəd köynək, bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd retuz və Şahid1 təqdim etdiyi bir ədəd mətbəx bıçağı maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün Xaçmaz Rayon Polis Şöbəsinə verilmişdir (iş vərəqi 230-231). İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin 2020-ci il 20 iyun tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2020-ci il 22 iyun tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, əməlində Azərbaycan Respublikasının CM-nin 228.4.-cü maddəsinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs götürülən bir ədəd paltonun, bir ədəd köynəyin, bir ədəd maykanın, bir ədəd şalvarın, bir ədəd retuzun və Şahid1 təqdim etdiyi bir ədəd mətbəx bıçağının maddi sübut kimi tanınması nəzərə alınmışdır (iş vərəqi 236-247). Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş 2020-ci il 20 avqust tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmaqla ailələrini bərpa etmişlər, sonuncuya qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilib tədqiq edilən ibtidai araşdırmadakı şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasının, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs 2020-ci il martın 01-dən 2020ci il sentyabrın 21-dək həbsdə saxlanıldığı 06 (altı) ay 20 (iyirmi) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmə-dən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəyyən edilmədıyin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilmiş Zərərçəkmiş şəxs götürülən bir ədəd palto, bir ədəd köynək, bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd retuz və Şahid1 təqdim etdiyi bir ədəd mətbəx bıçağı məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən 105 iş saatı, məhkəmə istintaqında isə Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Xaçmaz rayon Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 630 manat, Müdafiəçi vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 180 manat köçürülməlidir. Təqsirləndirilən şəxs tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2020-ci il martın 01-dən 2020-ci il sentyabrın 21-dək həbsdə saxlanıldığı 06 (altı) ay 20 (iyirmi) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 02 (iki) il 11 (on bir) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın və barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Təqsirləndirilən şəxs haqqında seçilən həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbsdən azad edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından ibtidai istintaqda göstərilən hüquqi yardımla əlaqədar X3 vəkil işlədiyi Xaçmaz rayon Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 630 manat, Müdafiəçi vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 180 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilmiş Zərərçəkmiş şəxs götürülən bir ədəd palto, bir ədəd köynək, bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd retuz və Şahid1 təqdim etdiyi bir ədəd mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-792/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-792/2020
21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver