Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-792/2023 30.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi Saat 17:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxx 1991-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2.883 qram çəkidə narkotik vasitə-heroini əldə edib özündə saxlamaqla daşımış və 16 sentyabr 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin, X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:15-də Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi 148 ünvanının qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən 01 bükümdə təmiz çəkisi 2.883 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, ünvan 1 ünvanında anası və bacısı ilə yaşamış, atası vəfat etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 3 ay əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. 16 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, ərazisində yerləşən “Vasmoy” bazarı adlanan yerin yaxınlığında, tanımadığı "Cobu” adlı şəxsdən 60 manata narkotik vasitə-heroin almış və evinə qayıtmışdır. Həmin gün saat 22:00 radələrində yaşadığı məhəllənin yaxınlığında, yəni Bakı şəhəri, Nəsimi rayonu, Ə.B.Topçubaşov küçəsində olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik vasitələr və psixotrop maddələrin qanunsuz istifadəsində şübhəli olması səbəbindən şəxsiyyətini dəqiqləşdirmək, ehtiyac olarsa üzərinə şəxsi axtarış keçirilməsindən ötrü polis idarəsinə dəvət etmişlər. O da onlarla razılaşıb Nəsimi rayon polis idarəsinə getmiş, polis idarəsində ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilib, otaqların birində hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmamasını dəqiqləşdirdikdən sonra onu saxlayıb idarəyə gətirən əməkdaşların iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində olan əşya və ya predmetləri təklif edən zaman o, ilk əvvəl əlindəki telefonu sonra isə şalvarının sağ cibindən qara rəngli dəri pulqabını, sol cibindən isə içərisində, həmin gün aldığı və istifadə etmək üçün üzərində saxladığı həmin 01 büküm narkotik vasitə-heroini çıxarıb stolun üzərinə qoymuşdur. Bundan başqa həmin bükümün içərisində olan qəhvəyi rəngli kütlənin el arasında “kakos” deyilən narkotik vasitə heroin olmasını və onu öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun əynindəki paltarlara həmçinin üzərinə şəxsi axtarış keçirilmiş və hər hansı əşya, predmet aşkar edilməmişdir. Sonra həmin bükümə, içərisindəki kütləyə və ləvazimatlara polis əməkdaşı tərəfindən vizual baxış keçirilmiş və ekspertizaya göndərilməsi üçün eyni qaydada zərfə qoyulub qablaşdırılmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xidmət etdiyi Nəsimi rayonu inzibati ərazisində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyyəsi və üzərində daşıması ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanması və Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə bölmənin kiçik inspektoru Şahid2 ilə birgə 16 sentyabr 2022-ci il tarixdə saat 22:00 radələrində sonuncunun yaşadığı evin yaxınlığına gəlmişlər. Həmin gün saat 22:15-də əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs yaşadığı məhəllənin yaxınlığında yəni ünvan 3 ünvanın qarşısında dayanmasını görüb ona yaxınlaşmışlar. Onlar özlərini polis əməkdaşı kimi təqdim edib onu həm şəxsiyyətini dəqiqləşdirmək, həm də üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə Nəsimi RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə getməyə razılıq vermiş və idarədə müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1991-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə saxlanılan şəxsə hüquq və vəzifələri izah olunmuş və mütəxəssis qismində tanınmış kriminalistin iştirakı ilə Nəsimi RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçının Təqsirləndirilən şəxs üzərində olan əşya və predmetleri təqdim etməsi təklifindən sonra sonuncu ayağa qalxaraq ilk öncə sağ əlində saxladığı mobil telefonu sonra isə əynindəki şalvarın sağ yan cibindən qara rəngli pulqabını çıxarıb masanın üzərinə qoymuşdur. Həmin pulqabı əməkdaşlar tərəfindən açıldıqda içərisindən bank kartları, 6 manat pul olması müəyyən olunmuşdur. Ardınca isə şalvarının sol yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Qeyd olunan büküm açılarkən onun içərisindən qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün həmin gün Cobu adlı şəxsdən 60 manata alıb üzərində saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs geyiminə və üzərinə əlavə şəxsi axtarış keçirilmiş lakin hər hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin bükümün içərisindəki qəhvəyi rəngli kütlə təhqiqatçı tərəfindən ekspertiza tədqiqatına göndərilməsindən ötrü eyni qaydada bükülüb zərfə qoylumaqla qablaşdırılıb möhürlənmişdir. Beləliklə də şəxsi axtarışla bağlı çəkilmiş videoçəkiliş iştirakçılara göstərildikdən sonra iştirakçılar tərəfindən hər hansı bir vəsatət, şikayət daxil olmadığına görə şəxsi axtarış yekunlaşdırılmışdır. Məhkəmədə ifadəsi elan edilmiş şahid Nəsimi RPİ-nin X1 polis serjantı Şahid2 Gülməmməd oğlu ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, xidmət etdiyi Nəsimi rayonu inzibati ərazisində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və üzərində daşıması ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanması və Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə bölmənin kiçik inspektoru Şahid2 ilə birgə 16 sentyabr 2022-ci il tarixdə saat 22:00 radələrində sonuncunun yaşadığı evin yaxınlığına gəlmişlər. Həmin gün saat 22:15-də əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs yaşadığı məhəllənin yaxınlığında yəni ünvan 3 ünvanın qarşısında dayanmasını görüb ona yaxınlaşmışlar və özlərini polis əməkdaşı kimi təqdim edib onu həm şəxsiyyətini dəqiqləşdirmək, həm də üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə Nəsimi RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə getməyə razılıq vermiş və idarədə müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1991-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə saxlanılan şəxsə hüquq və vəzifələri izah olunmuş və mütəxəssis qismində tanınmış kriminalistin iştirakı ilə Nəsimi RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçının Təqsirləndirilən şəxs üzərində olan əşya və predmetleri təqdim etməsi təklifindən sonra sonuncu ayağa qalxaraq ilk öncə sağ əlində saxladığı mobil telefonu sonra isə əynindəki şalvarın sağ yan cibindən qara rəngli pulqabını çıxarıb masanın üzərinə qoymuşdur. Həmin pulqabı əməkdaşlar tərəfindən açıldıqda içərisindən bank kartları, 6 manat pul olması müəyyən olunmuşdur. Ardınca isə şalvarının sol yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Qeyd olunan büküm açılarkən onun içərisindən qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün həmin gün Cobu adlı şəxsdən 60 manata alıb üzərində saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs geyiminə və üzərinə əlavə şəxsi axtarış keçirilmiş lakin hər hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin bükümün içərisindəki qəhvəyi rəngli kütlə təhqiqatçı tərəfindən ekspertiza tədqiqatına göndərilməsindən ötrü eyni qaydada bükülüb zərfə qoylumaqla qablaşdırılaraq möhürlənmişdir. Beləliklə də şəxsi axtarışla bağlı çəkilmiş videoçəkiliş iştirakçılara göstərildikdən sonra iştirakçılar tərəfindən hər hansı bir vəsatət, şikayət daxil olmadığına görə şəxsi axtarış yekunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/5289 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN “Zərflər üçün 186 “ dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş maddə, Təqsirləndirilən şəxsimza, iştirakçılar-üç imza tərtib etdi: B.Mirzəyev-imza..» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi-2,883 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: heroin ümumi təmiz çəkisi: 2,883 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 2,833 qram (iş vərəqə 54-58) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X9-narkoloji X5 xx.xx.2022-ci il tarixli 5715 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 155-156) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3087 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosonial-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə araşdırma üzrə zəruri olan hərəkətlərdə iştirak edə bilər. Təqsirləndirilən şəxs özündən uydurmağa, fantaziya etməyə pataloji meyillilik müşahidə olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. (iş vərəqə 175-178) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 xx.xx.2022-ci il tarixli 12059 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmayıb. (iş materialları vərəqə 153) İş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinin inzibati binasında keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən 01 bükümdə narkotik vasitəyə bənzər kütlənin aşkar edilərək götürülməsi faktı təsdiq olunur. (iş vərəqə 46-48) İş materiallarında olan xx.xx.2022-ci il tarixli 60222-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-heroini əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, habelə sonuncunun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. (iş materialları vərəqə 114) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində şalvarının sol yan cibindən 01 bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş və istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qəbul edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (iş vərəqə 83-85) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzəndən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi - 2,883 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 2,833 qram heroin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (iş vərəqə 112) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməsi, səmimi şəkildə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi özünün etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokollar və digər sənədlərlə tam sübut olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 01 bükümdə təmiz çəkisi 2.883 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. İş materiallarından, eləcə də, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş küllü miqdarda narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və üzərində saxlamaqla daşımışdıdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-409/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 11 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)-258/2022 saylı qərarı ilə AR Milli Məclisinin 05.11.21 il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. (iş vərəqə 139-140, 146-150) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilməlidir və onun əməlində cinayətlərin sadə residivi halı müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi halı müəyyən edildiyindən ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla təyin edilməlidir. İş materiallarında olan AR Bakı şəhər İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 41 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş xx.xx.2023-cü il tarixli 98 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır, ailə tərkibi anası- X3 və bacısı- X4 ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 154409 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası- X7 xx.xx.2020-ci il tarixdə ağciyər-ürək çatışmazlığının digər dəqiqləşdirilməmiş formaları səbəbindən vəfat etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, ailəsinin yeganə qazanc gətirəni olmasını, cəzasını yüngülləşdirən hal kimi qeyd edir və CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi (sadə) halını isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(006)-500/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 22, 92-95) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 5715 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 92 (doxsan iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş bir ədəd bükümdə ümumi təmiz çəkisi 2,883 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,833 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 90 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,833 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 92 (doxsan iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 90 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev hakimlər: imza: Telman Hüseynov imza: Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-792/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-792/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver