Məhkəmə qərarları › İş №1(101)-792/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-792/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-792/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X9 və X15, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2 , müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosunun vəkili X4, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 iştirakı ilə, 2 mart 1962-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməmiş, Zaqatala rayon məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkir, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında kirayədə yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda cəza çəkməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 birinci qrup əlillik təqaüdü düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından suiistifadə edib bu adla Zərərçəkmiş şəxs2 7 fevral 2017-ci il tarixdə, saat 11 radələrində ünvan 4 ünvanında yerləşən «Keşlə bazarı»nın yaxınlığında 500 manat, 1 mart 2017-ci il tarixdə saat 12 radələrində həmin ünvanda 500 manat, 3 mart 2017-ci il tarixdə saat 10 radələrində həmin ünvanda 1000 manat, 17 mart 2017-ci il tarixdə saat 12 radələrində həmin ünvanda 1000 manat, 6 aprel 2017-ci il tarixdə saat 11 radələrində həmin ünvanda 500 manat, 10 aprel 2017-ci il tarixdə saat 11 radələrində həmin ünvanda 500 manat, bundan başqa, Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirməklə sonuncuya guya özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verib inandırıb guya həmin nazirlik üçün Mənzil X19 tərəfindən inşa edilən sosial binalardan mənzillər ayrılması, Zərərçəkmiş şəxs2 üçün həmin binalardan 4 otaqlı mənzil verilməsini təşkil edəcəyinə dair vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 ünvan 4 ünvanında yerləşən «Keşlə bazarı»nın yaxınlığında 19 aprel 2017-ci il tarixdə saat 14 radələrində 1000 manat, 24 aprel 2017-ci il tarixdə, günorta saatlarında həmin ünvanda 600 manat, 29 aprel 2017-ci il tarixdə, günorta saatlarında həmin ünvanda 500 manat, 1 may 2017-ci il tarixdə saat 11 radələrində həmin tarixdə 200 manat, 4 may 2017-ci il tarixdə saat 12 radələrində həmin ünvanda 150 manat, 18 may 2017-ci il tarixdə saat 10 radələrində həmin ünvanda 150 manat, 19 may 2017-ci il tarixdə saat 11 radələrində həmin ünvanda 50 manat, 22 may 2017-ci il tarixdə saat 11 radələrində həmin ünvanda 200 manat, 17 iyun 2017-ci il tarixdə saat 13 radələrində həmin ünvanda 500 manat, 1 iyul 2017-ci il tarixdə saat 10 radələrində həmin ünvanda 500 manat, 6 iyul 2017-ci il tarixdə saat 12 radələrində həmin ünvanda 50 manat, 15 iyul 2017-ci il tarixdə saat 11 radələrində həmin ünvanda 500 manat və 12 yanvar 2018-ci il tarixdə saat 15 radələrində ünvan 5 ünvanda yerləşən «Nərimanov» parkının qarşısında 100 manat, ümumilikdə isə 8500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verib inandırıb guya həmin nazirlik üçün Mənzil X19 tərəfindən inşa edilən sosial binalardan mənzillər ayrılması, Zərərçəkmiş şəxs11 üçün həmin binalardan 3 otaqlı mənzil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs11 7 iyul 2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən 18 saylı Notariat Ofisində 35000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs11 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verib inandırıb guya həmin nazirlik üçün Mənzil X19 tərəfindən inşa edilən sosial binalardan mənzillər ayrılması, Zərərçəkmiş şəxs5 üçün həmin binalardan 3 otaqlı mənzil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadadarq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs5 17 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115/9 ünvanında yerləşən 52 saylı Notariat Ofisində 25000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verib inandırıb guya həmin nazirlik üçün Mənzil X19 tərəfindən inşa edilən sosial binalardan mənzillər ayrılması, Zərərçəkmiş şəxs3 üçün həmin binalardan 4 otaqlı mənzil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs3 28 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı Notariat Ofisində 30000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verib inandırıb Zərərçəkmiş şəxs10 övladı X10 əlillik təqaüdü düzəldəcəyi və sonuncunun ali məktəbə ödənişli əsaslarla qəbul olunacağı halda ödənişdən azad etdirəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs10 2021 -ci ilin may ayının sonunda sonuncunun yaşadığı ünvan 10 ünvanında 1000 manat, 2021-ci ilin may ayının sonunda ünvan 11 ünvanında yerləşən “Funda” hospitalının yaxınlığında Zərərçəkmiş şəxs10 iş yoldaşı Şahid6 vasitəsilə göndərdiyi 4000 manat, bundan başqa, Zərərçəkmiş şəxs10 əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirməklə guya işlədiyi Elm və Təhsil Nazirliyinə Mənzil X19 tərəfindən inşa edilən sosial binalardan mənzillər ayrılması, Zərərçəkmiş şəxs10 üçün həmin binalardan 2 otaqlı mənzil verilməsini təşkil edəcəyinə dair yalana vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla sonuncudan 2021-ci ilin avqust ayının sonunda ünvan 12 ünvanında yerləşən “Funda” hospitalının yaxınlığında 8000 manat, ümumilikdə isə 13000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verib inandırıb guya həmin nazirlik üçün Mənzil X19 tərəfindən inşa edilən sosial binalardan mənzillər ayrılması, Zərərçəkmiş şəxs1 üçün həmin binalardan iki mənzil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 2021-ci ilin iyun ayının əvvəllərində saat 15 radələrində ünvan 11 ünvanında yerləşən “Funda” hospitalının yaxınlığında 8000 manat, 2021-ci ilin iyun ayının ortalarında saat 17 radələrində qrup üzvü Şahid7 ilə birlikdə ünvan 13 ünvanında yerləşən “Xaçapuri" restoranının yaxınlığında 34000 manat, 5 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 tanışı X18 tərəfindən Göyçay rayonu ərazisində poçt vasitəsilə onun adına göndərilmiş 5000 manat, 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 tərəfindən Ucar rayonu ərazisindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsindəki “Milliön” ödəmə terminalından qrup üzvü Şahid7 kart hesabına göndərilmiş 3400 manat, 2021-ci ilin iyul ayından həmin ilin sentyabr ayının əvvəllərinə kimi olan müddət ərzində hissə-hissə olmaqla ünvan 12 ünvanında yerləşən “Funda" hospitalının yaxınlığında 22600 manat, 2021-ci ilin sentyabr ayının əvvəllərində saat 11 radələrində ünvan 14 ünvanındakı binanın qarşısında 10000 manat, ümumilikdə isə 83000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, qrup üzvü Şahid7 ilə öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verib inandırıb guya həmin nazirlik üçün Mənzil X19 tərəfindən inşa edilən sosial binalardan mənzillər ayrılması, Zərərçəkmiş şəxs4 üçün həmin binalardan 3 otaqlı mənzil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs4 9 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115/9 ünvanında yerləşən 52 saylı Notariat Ofisində 15000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verib inandırıb guya həmin nazirlik üçün Mənzil X19 tərəfindən inşa edilən sosial binalardan mənzillər ayrılması, Zərərçəkmiş şəxs7 üçün həmin binalardan mənzil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs7 9 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115/9 ünvanında yerləşən 52 saylı Notariat Ofisində 9000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verib inandırıb guya həmin nazirlik üçün Mənzil X19 tərəfindən inşa edilən sosial binalardan mənzillər ayrılması, Zərərçəkmiş şəxs8 üçün həmin binalardan 2 otaqlı mənzil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs8 17 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində ünvan 12 ünvanında yerləşən “Funda” hospitalının qarşısında 500 manat, həmin tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, X26 küçəsi, “İnşaatçılar" metrosunun yaxınlığında 10000 manat, ümumilikdə isə 10500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş X17 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verib inandırıb guya həmin nazirlik üçün Mənzil X19 tərəfindən inşa edilən sosial binalardan mənzillər ayrılması, Zərərçəkmiş şəxs9 üçün həmin binalardan 2 otaqlı mənzil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs9 21 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı Notariat Ofisində 10000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verib inandırıb guya həmin nazirlik üçün Mənzil X19 tərəfindən inşa edilən sosial binalardan mənzillər ayrılması, Zərərçəkmiş şəxs9 üçün həmin binalardan mənzil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs6 22 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı Notariat Ofisində 7000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verib inandırıb guya həmin nazirlik üçün Mənzil X19 tərəfindən inşa edilən sosial binalardan mənzillər ayrılması, Zərərçəkmiş şəxs9 üçün həmin binalardan mənzil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs12 26 sentyabr 2021-ci il tarixdə sonuncunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 77 ünvanında 4000 manat, 30 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 149 ünvanında 2800 manat, ümumilikdə 6800 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs12 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun illər piano müəlliməsi olmuş, lakin tamahının ucbatından başına belə bir hadisə gəlmişdir. Onun heç vaxt şəxsi evi olmadığından, bir neçə iş görüb özünə şəxsi ev almaq istəmişdir. Bir neçə il bundan əvvəl adını çəkmək istəmədiyi bir tanışı vasitəsilə bir neçə nəfərə MİDA tərəfindən inşa edilən sosial binalardan mənzil verilməsini təşkil etmiş, həmçinin əlillik dərəcəsi verilməsini həll etmiş və bunu yaxın dost-tanışları eşidərək öz qohum və tanışlarına məlumat vermişlər. Bundan sonra sosial mənzil və əlillik dərəcəsi verilməsi məsələsinin həlli ilə bağlı müxtəlif şəxslər ona müraciətlər etməyə başlamışlar. Həmin şəxslərdən pullar alsa da, onların işlərini həll edə bilməmiş və şəxsi ehtiyacları olduğu üçün aldığı pulları xərcləmişdir. Əvvəllər onun üçün iş görmüş şəxslə əlaqəsi itmiş və vətəndaşlardan pul alanda güman etmiş ki, özü hansısa yolla mənzil və əlillik məsələsini həll edə bilər, lakin həll edə bilməmişdir. Barəsində şikayət etmiş şəxslərdən Zərərçəkmiş şəxs2 onun bacısı vasitəsilə tanımışdır. Qiyamətə əlillik dərəcəsi veriləcəyini bildirib ondan 15000 manat pul almışdır. Lakin sonradan o, Ruqiyyənin işini düzəldə bilməmiş, ondan aldığı pulu da hissə-hissə şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra o, Şahin və onun iş yoldaşı Rəşad vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs5 mənzil verilməsi məsələsini həll edəcəyinə söz verib 25000 manat pul almışdır. Lakin sonradan Muradın işini düzəldə bilməmiş, ondan aldığı pulu da hissə-hissə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, yenə də mənzil verilməsi məsələsinin həlli ilə bağlı Zərərçəkmiş şəxs11 35000 manat, onun qardaşı Zərərçəkmiş şəxs3 Musa oğlundan 8500 manat pul almışdır. Lakin sonradan Kəmalə və Qabilin işlərini düzəldə bilməmiş, onlardan aldığı pulu da hissə-hissə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa yenə də sosial mənzil verilməsi məsələsinin həlli ilə bağlı Zərərçəkmiş şəxs6 7000 manat, Zərərçəkmiş şəxs7 9000 manat, Zərərçəkmiş şəxs8 10500 manat, Zərərçəkmiş şəxs9 10000 manat, X5 6800 manat pul almışdır. O, həmin pulları müxtəlif yerlərdə və müxtəlif vaxtlarda Bakı şəhərində almışdır. Onların da işlərini həll edə bilməmiş və başqa borcları olduğu üçün onlardan aldığı pulları borclarına və şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin Zərərçəkmiş şəxs10 mənzil məsələsi və qızına əlilliklə bağlı təqaüd düzəltməklə bağlı iki dəfəyə 13000 manat pul almışdır. Onun da işini həll edə bilməyib pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Adı çəkilən şəxslərin əksəriyyətindən pulu aralarında notariat kontorunda bağlanan kredit müqaviləsi ilə almışdır. Pul aldığı vətəndaşın ona inanması üçün ona təklif edirdi ki, aralarında kredit müqaviləsi bağlansın ki, vətəndaşın əlində pulu verməsinə dair bir rəsmi sənəd olsun. Lakin pulları həmin şəxslərdən borc almamış, hər birinə mənzil və təqaüd məsələsinin həllinə söz verib pulu almışdır. O, yuxarıda göstərilən şəxslərdən pulları özü tək almış və heç kimə də verməmişdir. Yalnız Zərərçəkmiş şəxs1 aldığı 83000 manatı tanışı Şahid7 ilə bölmüş, həmin pulun 42000 manatını Kəmaləyə vermişdir. O, Kəmaləni Anara yalandan mənzil verilməsi işi məşğul olan təşkilatda qeydiyyat işlərini həll edən şəxs kimi təqdim etmişdir. Anar, Kəmalə və onun bir görüşü olmuşdur. Kəmalə özü də ona demişdir ki, hansısa şəxslər vasitəsilə Anarın mənzil məsələsini həll edəcək. Ona gorə də o, Anardan aldığı pulun yarısını Kəmaləyə vermişdir. Anar özü də Kəmalənin kartına pul göndərmişdir. O, Anardan pulları bir neçə ay ərzində hissə-hissə Nərimanov rayonu ərazisində almışdır. Anardan hər dəfə pul alanda Kəmaləyə bu barədə məlumat vermiş və aldığı pulu da onunla bölüşmüşdür. Çünki həmin zaman o, Montin qəsəbəsində Kəmalənin evində qalmışdır. O zamanadək isə Xırdalanda kirayədə yaşamış, sonradan kirayə pulunu verə bilmədiyi üçün oradan çıxıb müvəqqəti Kəmalənin evində qalmışdır. Anardan pulları da Kəmalənin evində qaldığı müddətdə almışdır. Kəmalə ilə bacısı Təranə vasitəsilə tanış olmuşdur. Təranə xəstəxanada işləyəndə o, bir neçə dəfə tanışlarını onun yanına aparmış və orada onunla tanış olmuş, aralarında münasibət yaranmışdır. Təranə ilə də aralarında pul məsələsi olmuş, lakin sonradan onu öz aralarında həll etmişlər. O, Anara qədər Kəmalənin iştirakı olmadan bir neçə şəxsdən mənzillə bağlı pul almış və işləri həll edə bilməmişdir. Kəmalə demişdir ki, onun hansısa tanışı bu işi həll edə bilər, ona görə də Anardan aldığı pulun yarısını Kəmaləyə vermişdir. Lakin Kəmalə də işi həll edə bilməmişdir. Anardan alınan pul da xərcləndiyi üçün onu qaytara bilməmişdir. Anara söz vermişdir ki, yaxın vaxtlarda ona təyin ediləcək 400 manat pensiyanın hər ay 200 manatını Anara verəcək və bugündə bildirir ki, o, pensiyasından Anara 200 manat verə bilər. O, pul aldığı şəxslərə demişdir ki, həmin sosial mənzillər Təhsil Nazirliyi üçün ayrılıb və onun satışını ona tapşırmışlar. Əsl həqiqətdə isə onun Təhsil Nazirliyi ilə bir əlaqəsi yoxdur, sadəcə bilirmiş ki, həmin mənzillər həqiqətən Təhsil Nazirliyinə ayrılmışdır. Şahinə də söz vermişdir ki, ona da sosial mənzil düzəldəcək və hətta ondan pul da almışdır. Həmin zaman sadəcə Şahindən maşını ilə onu müxtəlif yerlərə aparmasını xahiş etmiş və ona yol pulu vermişdir. Şahinin onun törətdiyi hərəkətlərdə iştirakı və onunla hər hansı formada əlbirliyi olmamışdır. Sadəcə Şahin də inanmışdır ki, ona mənzil düzəldəcək və ona görə də onun yanından aralanmır, hətta özü də bir neçə tanışına mənzil barədə demiş və o, həmin şəxslərdən də pullar almışdır. O, vətəndaşlardan aldığı puldan bir manat da olsun Şahinə pul verməmişdir. Şahin pul aldığı vətəndaşların mənzil məsələsinin alınmayacağını bilməmiş və güman etmişdir ki, öz mənzili ilə bərabər digərlərinin də mənzilləri alınıb veriləcək və hətta bəzi hallarda yanında pul aldığı vətəndaşlara demişdir ki, özü də ondan mənzil alır. Lakin nəticədə heç kimin mənzil məsələsi alınmamışdır. O, Şahindən aldığı pulun bir hissəsini qaytarıb onunla razılaşmış və Şahin ondan şikayət etməmişdir. Hazırda evi yoxdur. Zərərçəkmiş şəxslərin pulunu qaytarmağa onun imkanı yoxdur, yalnız təyin ediləcək pensiyasının 200 manatını hər ay Zərərçəkmiş şəxs1 ödəməyə hazırdır. Aldığı pul vəsaitlərini adlarını çəkmək istəmədiyi şəxslərə vermişdir. Şəxsi evinin olmasını xəyal edib ümidləndiyindən yalan danışmışdır. Bu həyatda ən çox şəxsi evinin olmasını istəmiş, ona görə də bu gün cəzasını çəkir. Onunla birlikdə şəxslərə ev verilməsinə köməklik göstərən şəxslərin adlarını çəkmək istəmir. Zərərçəkmiş şəxslərə evləri təhvil verdikdən sonra aldığı pullarla evinin olacağını zənn edirdi. Pulu verdiyi şəxslərin adını çəkə bilməz. Kəmalə ilə harada tanış olmağını xatırlamır. Pul vəsaitlərini hansı vəzifəli şəxslərə verməyilə bağlı suala cavab verə bilməz. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərdən pul vəsaitlərini əlbəəl almışdır. Zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitlərini qaytarmağa imkanı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ələddin Qarayevin yanına başqa şəxslər də aparmış həmin şəxslərə əlillik dərəcəsi təyin etməyə köməklik göstərmişdir. Ələddin Qarayevə pul vəsaitlərini verirdi, lakin pul vəsaitlərini kimə verdiyini bilmirdi. O, Qiyamət xanımın bacısından da “əlillik” düzəltmək üçün pul almış, lakin həmin şəxsin verdiyi pulu Ələddin Qarayevdən götürüb Qiyamət xanımın bacısına qaytarmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən may ayında da dostu Şahid2 gözəllik salonunda işləyən həyat yoldaşının İradə adlı müştərisinin güzəştli şərtlərlə sosial mənzillərin alınmasında köməklik etməsini bildirmişdir. Rəşad həmin qadının telefon nömrəsini öyrənib ona vermiş və İradə ilə telefonda danışıb sosial mənzillərin satışı ilə maraqlanmışdır. İradə sosial mənzil təşkil edə biləcəyini təsdiqləmiş və görüşməyə razılaşmışdır. Belə ki, 2021-ci il iyun ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki «Funda» klinikasının yaxınlığında olan kafelərdən birində dostu Rəşadla birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Söhbət əsnasında İradə özünü ona Təhsil Nazirliyinin işçisi kimi təqdim edərək təhsil işçiləri üçün Yasamal və Nərimanov rayonu ərazilərində ayrılmış 10 ədəd sosial mənzillərin satışının özünə tapşırıldığını bildirmişdir. İradə onun hərbiçi olduğunu öyrənəndə isə hərbçilərə də sosial mənzillər verildiyini demişdir. O, Nərimanov rayonu ərazisindən 4 otaqlı sosial evlərdən mənzil almaq istədiyini dedikdə, İradə də 4 otaqlı mənzilin qiymətinin 55000 manat olacağını və 2021-ci il avqust ayında mənzilin ona təhvil veriləcəyini bildirmişdir. O, evlərə baxmaq istədiyini bildirəndə isə İradə tikinti sahəsinə kənar şəxslərin buraxılmaması səbəbindən göstərə bilməyəcəyini demişdir. O, razılaşıb və elə həmin günü, 2021-ci il iyun ayının birinci ongünlüyündə Nərimanov rayonu ərazisindəki «Funda» klinikasının yaxınlığında saat təxminən 15 radələrində İradəyə 8000 manat pul vermişdir. 2021-ci il iyun ayının ikinci ongünlüyündə saat təxminən 17 radələrində Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən «Xaçapuri» kafesinin yaxınlığında İradə ilə görüşmüşlər və ona 34000 manat pul vermək üçün onun avtomobilinə oturmuşlar. Həmin vaxt İradə avtomobildə arxa oturacaqda oturmuş və sosial mənzil almağı üçün əlavə olaraq 34000 manat pulu təklikdə İradəyə vermişdir. İradə də zəng edərək Kəmalə adlı qadını olduqları yerə dəvət etmişdir. Kəmalə gəlib avtomobildə qabaq sağ oturacaqda oturmuş, İradə isə həmin vaxt ona verdiyi pulları saymışdır. Belə ki, İradə Kəmalə ilə telefonla danışanda onun adını, soyadını verib qeyd etməyi və artıq pulu aldığını bildirmişdir. Pulu alandan sonra onları yaxınlıqda yerləşən orta məktəbin yanında maşınından düşürmüş və sonradan ona məlum olmuşdur ki, onlar hər ikisi həmin ərazidə kirayədə yaşayırlar. Rayona qayıtmış və bir müddət sonra ikinci ev almaq istədiyindən İradə ilə növbəti dəfə görüşəndə ona demişdir ki, eləcə də endirimlə alacağı ikinci 4 otaqlı mənzilin 45000 manat pulunu hissə-hissə ödəyəcəyi barədə razılaşmışlar. Bundan sonra birinci dəfə o, 2021-ci ilin iyul ayının 5-də Göyçay rayon poçtundan İradənin adına 5000 manat pul göndərmişdir. Belə ki, həmin pulu onun başqa işi olduğu üçün xahişi əsasında dostu X18 göndərmişdir. Bir neçə gün sonra isə Kəmalənin təkidi ilə Ucar rayonu ərazisindəki «Azpetrol» yanacaqdoldurma məntəqəsindəki «Milliön» ödəmə terminalından Kəmalənin ona göndərdiyi bank kartına 3400 manat pul göndərmişdir. Daha sonra isə 2021-ci il sentyabr ayının təxminən 10-na kimi olan müddətdə İradəyə hissə-hissə olmaqla 5 dəfəyə cəmi 32600 manat pul vermişdir. Həmin 32600 manatın hamısını, o cümlədən sonuncu 10000 manatı 2021-ci il sentyabr ayının ilk ongünlüyündə saat təxminən 11 radələrində «Funda» Tibb Mərkəzinin yaxınlığında, daha dəqiqi Nərimanov rayonu, Arif Heydərov küçəsi 40-48 ünvanındakı binanın qarşısından keçən yolun kənarında İradəyə vermişdir. İradə söz vermişdir ki, sentyabr ayında mənzillər təhvil veriləcək. Lakin sonra İradə mənzillərin 2021-ci ilin oktyabr ayında veriləcəyini desə də, yenə mənzillər verilməmişdir. Artıq o, İradədən pulunu qaytarmasını tələb etmiş, əks təqdirdə ondan şikayət edəcəyini bildirmiş, İradə isə bir qədər də gözləməyi təklif etmişdir. 2021-ci ilin noyabr ayında İradənin Zaqatala polisi tərəfindən həbs olunduğunu eşitmişdir. Zaqatala RPŞ-nin əməkdaşı ilə əlaqə saxladıqda ərizə verməyi təklif etmişlər. O, İradənin pul ödəməsi ilə maraqlananda İradənin zərərçəkmişlərə ödəmək üçün pul verməməsi səbəbindən o da şikayət etməmişdir. 1 sentyabr 2022-ci il tarixdə Kəmalənin cəlb olunmamasını və məsuliyyətdən kənarda qalmasını öyrənib ona görə də şikayət ərizəsi ilə müraciət etmişdir. O, pulları verəndə Təqsirləndirilən şəxs və Şahid7 sənəd almamışdır. İradəyə 34000 manatı vermək üçün görüşərkən sonuncu Kəmaləyə zəng etmiş və onun da adını qeyd etməyi tapşırıb artıq pul aldığını söyləyərək çağırmışdır. Kəmalə də yanlarına gələrək İradəyə pul verməyinin şahidi olmuşdur. İradə ona demişdir ki, Kəmalə ev verilməsi ilə məşğul olan təşkilatda qeydiyyat işlərinə baxır. Bundan sonra Kəmalə bir dəfə ona İradənin mobil telefonu ilə zəng edib ikinci ev üçün təcili 3400 manat verilməsini tələb etmiş və pulu ödəmək üçün ona bank kartının şəklini göndərmiş, o da «Milliön» ödəmə terminalından 3400 manatı həmin hesaba köçürtmüşdür. Pulu köçürəndən sonra Kəmalə ona qonaqlıq verəcəyini dediyindən Bakı şəhərində olanda da həqiqətən Kəmalə «Xaçapuri» kafesində qonaqlıq vermiş, Həmin qonaqlıqda ondan başqa İradə və onun qardaşı Əhməd iştirak etmişlər. İradəyə hər dəfə pul verəndə sonuncu onun yanından Kəmaləyə zəng edib ondan hansı məbləğdə pul aldığını Kəmaləyə deyirdi. Bundan sonra Kəmalə ilə 2021-ci ilin oktyabr ayında görüşmüşlər. Belə ki, Kəmalənin və İradənin yaşadığı evə gəlib İradəni axtaranda qapını Kəmalə açmışdır. Kəmalədən pulu ilə maraqlananda isə İradənin pulu Bəxtiyar adlı şəxsə verdiyini, cavab vermələri üçün 10 gün gözləməyini istəmiş və söz vermişdir ki, onun pulunun 60000-65000 manat hissəsini qaytaracaq. Bundan sonra Kəmalə ilə telefonla danışmış və 10 gün keçdiyini, pulunun isə verilmədiyini bildirmişdir. Kəmalə də ona hələ araşdırdığından bir ay da gözləməyini istəmişdir. O, Kəmalədən də şikayət edəcəyini bildirmişdir. Dostunun həyat yoldaşının vasitəsilə İradə xanımla tanış olmuşdur. İradə xanım Təhsil Nazirliyində işlədiyini bildirmişdir. O, hərbiçi olduğundan İradə xanım ona güzəştli mənzil verilə biləcəyini demişdir. İradə ona 4 otaqlı mənzil verəcəyini bildirmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2021-ci ildə övladları Bakı şəhərində təhsil aldıqlarından güzəştli şərtlərlə mənzil almaq istəmiş və bu səbəbdən həyat yoldaşı Elxan bu məsələ ilə bağlı maraqlanmağa başlamışdır. 2021-ci ilin yay aylarında Elxan ona demişdir ki, tanışı Şahinə bu barədə məlumat vermiş və Şahinin tanışı İradə adlı xanım Yasamal rayon ərazisində MİDA tərəfindən inşa edilən yaşayış binalarından ucuz qiymətə mənzil təşkil edə bilir. Onlar evdə məsləhətləşdikdən sonra həmin yaşayış kompleksindən 3 otaqlı mənzil almaq qərarına gəlmişlər. Şahin yoldaşı Elxana mənzili almaq üçün İradəyə ilkin ödəniş kimi 15000 manat ödəmək lazım olduğunu demişdir. Evdə cəmi 5000 manatları olmuş, ona görə də Elxan Şabran rayonunda yerləşən Beynəlxalq Bankdan 10000 manat kredit götürmüşdür. 9 sentyabr 2021-ci ildə Şahinlə birlikdə metronun «İnşaatçılar» stansiyasının yaxınlığında yerləşən «Bravo» marketin yanında İradə ilə görüşmüşlər. İradə özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim edərək bildirmişdir ki, 15 mənzil Təhsil Nazirliyinin işçiləri üçün ayrılmış və satışı özünə tapşırılmışdır. İlkin ödəniş 15000 manat ödəmək lazım olduğunu və həmin pulu notarius vasitəsilə qəbul edəcəyini demişdir. Onlar evə baxmaq istədiklərini deyəndə İradə Şahinin avtomobilində Yasamal rayonu ərazisində MİDA tərəfindən inşa edilmiş yaşayış binalarının birinə aparmışdır. Həmin binaların qarşısına çatıb avtomobildən düşəndən sonra kompleksin işçiləri onları qarşılamış və blokların birində mənzillərə baxmışlar, 3 otaqlı mənzili bəyənmişlər. Onlar razılaşmışlar və kredit müqaviləsi bağlanması üçün İradənin təklifi ilə Qara Qarayev prospektində yerləşən 52 nömrəli dövlət notariat kontoruna getmişlər. İradənin deməsinə görə 15000 manatı Təhsil Nazirliyinin hesabına köçürəcəkmiş. Notariat Kontorunda İradə ilə aralarında kredit müqaviləsi bağlanmış və o, 9 sentyabr 2021-ci il tarixdə, günorta saatlarında 15000 manatı notariusun depozit hesabına keçirtmiş, elə həmin vaxtı onların yanlarında İradə 15000 manatı notariusun xəzinəsindən qəbul edib götürmüşlər. İradə mənzillərin satışının 15 oktyabr 2021-ci il tarixində olacağını söyləmişdir. O, binaların açılışı olacağını və Prezidentin gələcəyini demişdir. Bundan sonra mənzillərin sahiblərinə paylanacağını və hər ay mənzilin ödənişinə başlamalı olacaqlarını demişdir. 20 oktyabr 2021-ci ildə o, telefon vasitəsi ilə İradə ilə əlaqə yaratmış və satışın nəticəsi ilə maraqlanmışdır. İradə ona mənzillərin satışında gecikmələr olmasını və özünün onunla əlaqə yaradacağını demişdir. Bundan sonra müəyyən müddət keçəndə o, İradə ilə təkrar əlaqə yaradıb maraqlananda müxtəlif bəhanələr gətirmişdir. Daha sonra Şahin onlara İradənin xəstəxanada olduğunu söyləmişdir. Həmin ərəfədə isə İradə telefonlarına cavab vermirdi. Bundan sonra o, İradənin dələduzluğa görə həbs olunması barədə məlumat almışdır. İradənin ondan mənzil təşkil etmək üçün 15000 manat almasını bildirmiş və DİN-in 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs onu aldatması barədə məlumat vermişdir. O, güzəştli mənzil almaq istədiyindən Şahin adlı şəxs onları İradə xanımla tanış etmişdir. İradə xanım Təhsil Nazirliyində yüksək vəzifədə çalışan adını xatırlamadığı şəxsin adını çəkmişdir. Ona dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının əvvəllərində dostu Şahinin vasitəsi ilə tanımışdır. Belə ki, Şahin ona Təqsirləndirilən şəxs adlı qadının MİDA-da güzəştli şərtlərlə ev düzəldə bildiyini demişdir. O da Bakı şəhərində ev almaq istədiyi üçün Şahindən Təqsirləndirilən şəxs nömrəsini alıb ona zəng vuraraq danışmışdır. Bir gün sonra isə Bakı şəhərinə gələrək 20 Yanvar dairəsi yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. O, Təqsirləndirilən şəxs ilə görüşən vaxt sonuncu ona özünü Azərbaycan Respublikası Təhsil Nazirliyində şöbə müdiri kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs MİDA-da və digər dövlət orqanlarında tanışları olduğunu deyərək müxtəlif problemləri həll etməyi bacardığını demişdir. X32 bir neçə şəxsə əlillik pensiyası belə düzəltdiyini bildirmişdir. Həmin vaxt İradə ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «MİDA»-dan 3 otaqlı mənzili 65 min manata düzəldə biləcəyini demişdir. O da İradə ilə razılaşmışdır. Bildirmək istəyir ki, normalda MİDA-da 3 otaqlı evin qiyməti 70-80 min manata başa gəlir, o isə nağd formada ödəniş etdiyi üçün 65 min manata ala biləcəyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs ona həmin evə görə verməli olduğu 65 min manatın 9 min manatını əvvəlcədən verməyini bildirmişdir. Təqsirləndirilən şəxs valideynlərini Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən MİDA-ya məxsus binalara apararaq binanı göstərmişdir. Həmin vaxt binanın komendatı da onların yanında olmuşdur. Təqsirləndirilən şəxs həmin binanın komendantı ilə birlikdə validyenlərini tikilmiş hazır binanın 3-cü mərtəbəsində yerləşən 3 otaqlı evə aparmışdır. O, artıq Təqsirləndirilən şəxs valideynlərinə evi də göstərməsindən sonra ona inanmış və pul vermək qərarına gəlmişdir. Bundan sonra o, yaşadığı İsmayıllı rayonuna getmiş və «Access Bank»-ın İsmayıllı filialından 9 min manat pul götürmüşdür. Həmin götürdüyü pulla bir yerdə Bakı şəhərinə getmiş və 9 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, “Xalqlar Dostluğu” adlanan ərazidə yerləşən Notariat ofisində Təqsirləndirilən şəxs 9000 manat pul vermişdir. Həmin vaxt onlar arasında kredit müqaviləsi bağlanmış və notarius tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ondan pulu alanda 2021-ci ilin oktyabr ayının 20-nə qədər və ya 2021-ci ilin noyabr ayının sonlarına qədər evin təhvil veriləcəyini demişdir. 27 noyabr 2021ci il tarixdə Təqsirləndirilən şəxs Zaqatala rayon polis şöbəsi tərəfindən dələduzluq etdiyi üçün tutulması barədə xəbər portallarından oxumuş və onun şəklini görmüşdür. Bundan sonra da Zaqatala rayon polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs pul verdikdən təxminən 10 gün sonra mobil telefonla əlaqə saxlayaraq sənədlərin nə yerdə olması ilə maraqlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs zəng vurub sənədlərlə məşğul olan Kəmalə adlı qadınla bir yerdə olduğunu deyərək onu həmin qadınla danışdırmışdır. Həmin zaman Kəmalə adlı qadın sənədlərinin hazırlanaraq Asan xidmətə getdiyini bildirmişdir. Onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi var, dəymiş ziyanın tam şəkildə ödənilməsini xahiş edir. İradə xanım evlə bağlı ona heç bir sənəd təqdim etməmişdir. O, mənzilin ilkin ödənişi etdikdən sonra qalan məbləği aybaay ödəyəcəkdi. İradə xanıma şəxsiyyət vəsiqəsinin kserosurətini vermiş, lakin İradə xanım ona zəng edəndə anket məlumatlarını soruşub sənədlərin “Asan” Xidmətdə hazırlandığını bildirmişdir. İradə xanım Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində çalışdığını bildirmişdir. İradə xanım yüksək vəzifədə çalışan şəxslərlə münasibəti olduğunu bildirdiyindən ona inanmışdır. İradə xanım komendantla birlikdə ona, həmçinin ondan sonra valideynlərinə mənzili göstərmiş, lakin bu hadisələrdən sonra həmin əraziyə gedib mənzilə baxmaq istəsə də, onu ora buraxmamışlar. Ona dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən sentyabr ayının əvvəllərində güzəştli şərtlərlə, yəni daxili kredit yolu ilə mənzil almaq istədiyindən internet səhifələrində müvafiq elanlara baxırdı. Sosial şəbəkələrin birində sosial evlərin kreditlə satılması barədə elan görmüş və elanda olan nömrə vasitəsilə əlaqə saxlamışdır. Cavab verən şəxs adını İlkin olaraq təqdim etmiş və İlkin adlı şəxsə sosial evlərlə maraqlandığını bildirəndə İlkin də İradə adlı qadının telefon nömrəsini verib sosial evlərlə onun məşğul olduğunu bildirmişdir.O, İlkinin verdiyi nömrə ilə əlaqə saxladıqda cavab verən qadın adının İradə olmasını bildirmişdir. Ona sosial mənzil almaq üçün növbədə olduğunu, qeydiyyata düşsə də evlərin satışının dayandırıldığını bildirərək ondan mənzilləri necə satıldığını soruşmuşlar. İradə isə Təhsil Nazirliyində işlədiyini və sosial evlərin satışının onlara tapşırıldığını demişdir. O, hərbiçi olduğunu deyəndə İradə də hərbiçilərə və müharibə veteranlarına birinci növbədə mənzil verildiyini bildirmişdir. Söhbət əsnasında ilkin ödəniş olunmasının səbəbini maraqlananda İradə də mənzilin sənədlərini vaxtında hazır etmələri və satış başlayan kimi internetdə adlarını daxil etmələri üçün ilkin ödəniş aldıqlarını bildirmişdir. O, hətta 3 otaqlı mənzil üçün ilkin ödəniş təxminən 7000 manat etsə də, nə üçün çox pul aldığını soruşduqda İradə də ilkin ödənişi nə qədər çox versə, bir o qədər onun xeyrinə olacağını bildirmişdir. Ətraflı danışandan sonra razılaşmış və 10 sentyabr 2021-ci il tarixdə İradə ilə Yasamal rayonu, «Asan» Xidmətin yaxınlığında görüşmüşlər. İradənin gəldiyi «VAZ» markalı avtomobillə sosial binalar kompleksinə getmişlər. Onlar ora çatanda tanımadığı şəxslər onları qarşılamış və binaların birində 2-ci mərtəbədə yerləşən 1, 2, 3 və 4 otaqlı, sonra 3-cü mərtəbədəki mənzilləri göstərmişdir. O, 2 otaqlı mənzil almaq istədiyini deyəndə İradə də ilkin olaraq 10000 manat ödəniş etməli olacağını bildirmişdir. Orada olanda başqa bir şəxs də gəlmiş ki, həmin şəxs gələndə İradə ona həyətdə maşında gözləməyi tapşırmış və özü həmin şəxsə mənzil göstərmişdir. O, maşında oturanda taksi sürücüsü də İradənin vasitəsi ilə mənzil aldığını demişdir. Bundan sonrakı günlərdə İradə özü dəfələrlə zəng vurub mənzili almağa tələsdirmişdir. O da təqaüdü hər ayın 15-də yükləndiyi üçün ilkin ödəniş etməkdən ötrü nəğd pulu olmadığından yalnız sentyabr ayının 15-dən sonra kredit götürüb onunla görüşəcəyini demişdir. Odur ki, 17 sentyabr 2021-ci ildə saat 12 radələrində «Ekspress bank»ın 20 yanvar filialından 10500 manat kredit götürmüş və İradə ilə telefonla danışıb pulu ödəməyə hazır olduğunu söyləmişdir. İradənin təklifi ilə saat təxminən 14:00 radələrində Nərimanov rayonu ərazisindəki «Funda» tibb mərkəzinin qarşısında görüşmüşlər. Söhbət əsnasında o, bank sənədlərini İradəyə göstərib 10500 manat kredit aldığını demişdir. İradə də ondan pulu verməyini istəmişdir. Lakin o, yenidən mənzillərə baxmağı və pulu notariusda verməyi təklif etsə də, sonradan notariusun rüsum tutması səbəbindən imtina etmişdir. Sonra İradə onun yanında kiminləsə telefonla danışmış və sənədləri hazırlayan qadına 500 manat hörmət etmək lazım olmasını bildirmişdir. O da 500 manatı həmin qadına çatdırması üçün İradəyə vermişdir. Bundan sonra onlar yenidən Yasamal rayon ərazisindəki sosial binalara getmişlər. Yola düşəndə bir nəfər təxminən 42-45 yaşlarında İradənin MTN-nin əməkdaşı kimi təqdim etdiyi şəxs də onlarla gəlmişdir. İradə həmin şəxsə də ev təşkil etdiyini bildirmişdir. Sosial binada İradə əvvəl göstərdiyi mənzilləri bir daha onlara göstərməmişdir. O, imkan tapıb həmin şəxsdən həqiqətən MTN-də işləyib-işləməməsini, İradənin dələduz olub-olmamasını soruşanda o, MTN-də işlədiyini təsdiq edərək özünün də İradədən mənzil aldığını və İradə iş görən olduğunu bildirmişdir. Mənzillərə baxıb kompleksin həyətindən çıxmışlar və Yasamal rayonu, Şərifzadə küçəsindəki «inşaatçılar» metrosunun yaxınlığındakı «Oba» marketin yanına gəlmişlər. Orada onlarla gələn şəxs taksidə gözləmiş, İradə isə «Kardinal» kafesinin yanındakı sürətçıxarma məntəqəsinə getmişlər. İradə hər ikisinin şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və öz şəxsiyyət vəsiqəsinin surətinin arxa tərəfində öz xətti ilə ondan 10000 manat borc alması barədə iltizam yazdırmışdır. Sürətçıxarma məntəqəsindən çıxıb binanın arxasında həyətdə saat təxminən 17:00 radələrində 10000 manat pulu təklikdə İradəyə vermişdir. İradə pulu sayıb götürmüşdür. İradə onu həmin zaman o qədər özünə inandırmışdır ki, onun iltizamda pulu mənzillə bağlı deyil, guya borc almasını yazmasına o qədər də əhəmiyyət verməmişdir. İradə bildirmişdir ki, belə yazsa məsləhətdir, o da heç nə deməmişdir. İradə 2021-ci il sentyabr ayının sonu və ya oktyabr ayının əvvəlləri mənzillərin açılışının olacağına söz verdiyindən həmin müddəti gözləyib ona zəng vurmağa başlamışdır. Lakin İradə hər dəfə ya xəstə olmasını, ya qardaşının vəfat etməsini bəhanə edib vaxtı uzatmış, sonra isə ümumiyyətlə telefonlarına cavab verməmişdir. Bir müddət sonra iş yerində sosial evlərin satışı ilə məşğul olan qadının həbs olunduğunu demişlər. O, özü də televizorda bu xəbəri görmüş və DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. İlkin adlı şəxsin nömrəsini internet səhifələrində güzəştli mənzil satışı ilə bağlı elanlarda görüb zəng etmişdir. Təqsirləndirilən şəxslə barışmamışlar. Ona dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən sentyabr ayında özünə güzəştli şərtlərlə sosial binalardan mənzil almaq istəyirdi. Bununla əlaqədar internetdə satılan evlərlə tanış olarkən 2021-ci ilin sentyabr ayının əvvəllərində iş yoldaşının statusunda ilkin ödənişi 20000 manat olan evlərin satılmasını oxumuşdur. Həmin şəxsə zəng edərək həmin evlərlə maraqlanmışdır. Həmin şəxs ona bildirmişdir ki, bir nəfər qadın həmin mənzillərin satışı ilə məşğul olur və qadının telefon nömrəsini ona vermişdir. O, nömrəyə zəng etmiş və telefona cavab verən qadın adının İradə olduğunu bildirmişdir. İradəyə satılan mənzillərlə maraqlandığını bildirəndə, o, neçə otaqlı mənzil almaq istədiyini soruşmuşdur. O da 2 otaqlı mənzil almaq istədiyini demişdir. İradə Yasamal rayon ərazisində sosial təyinatla tikilən yaşayış binalarından təşkil edə biləcəyini və ilkin 20000 manat ödəməli olduğunu demiş, hətta mənzillərin fotoşəklini ona göndərmişdir. O, mənzilə baxmaq istədiyini deyəndə növbəti gün axşam tərəfi onunla Nərimanov rayonu «Araz» marketin qarşısında görüşmək barədə razılaşmışlar. İradə ilə görüşəndən sonra avtomobilində İradənin təklifi ilə Yeni Yasamal qəsəbəsinə getmişlər. Hündürmərtəbəli yaşayış kompleksinin həyətinə daxil olub binaların birinin qarşısında avtomobili saxlamışdır. Yeni Yasamal ərazisində sosial evlər tikilməsini bildikdə bu barədə ondan maraqlanmışdır. İradə Təhsil Nazirliyində işlədiyini həmin evlərdən 20 mənzilin Təhsil Nazirliyinə ayrılmasını və satılmasının ona tapşırıldığını qeyd etmişdir. Binanın həyətində onları mühafizəçi qarşılayaraq salamlaşmış, İradə ilə danışığından bir-birlərini tanıdıqlarını başa düşmüşdür. İradə 3 və 4-cü mərtəbələrdə 2, 3 və 4 otaqlı mənzilləri göstərmiş və o, 2 otaqlı mənzili almaq istədiyini bildirmişdir. İradə ilkin olaraq 2 otaqlı mənzilə görə 20000 manat ödəməli olduğunu, bir il ərzində heç bir ödəniş etməyəcəyini, bir ildən sonra ayda 300 manat olmaqla 20 il müddətində ödəmə edəcəyini izah etmişdir. O da fikirləşəcəyini demiş və bundan sonra ondan hansı sənəd verməli olduğunu maraqlanmış, İradə isə sənədlərin evdə olmasını söyləmişdir. Onlar İradənin evinə gedəndə yolda İradə ona meyvə satışı ilə məşğul olana da mənzil satdığını demiş və həmin şəxsi göstərəndə tanıyıb Ülfət olduğunu bilmişdir. Nərimanov rayonunda yerləşən evinin qarşısına getmişlər. O, həyətdə gözləmiş, İradə isə evdən başqa şəxsin adına müqavilə gətirmişdir. O, pulu hansı sənədlə ödəyəcəyini soruşanda isə notarius müqaviləsi göstərmiş və İradəyə inanmışdır. 2 gün sonra İradə mobil telefonuna zəng etmiş və bir mənzil qaldığı üçün onun cavabını gözlədiyini, “əgər almırsansa istəyən olduğundan sənə göstərdiyim mənzili satacam” demişdir. O isə cəmi 10000 manatı olmasını bildirəndə İradə də ona ilkin ödənişi 10000 manat edə biləcəyini, lakin bu barədə Ülfətin bilməməsini demişdir. Onunla razılaşmış və 21 sentyabr 2021-ci ildə, səhər saatlarında 10000 manat ödəniş etmək üçün ona zəng etmiş, pulun hazır olduğunu və vermək istədiyini demişdir. İradə pulu ancaq notarius vasitəsilə götürəcəyini söyləmiş və 9 nömrəli notariusda görüşmək barəsində onunla razılaşmışlar. Həmin gün, saat 17:00 radələrində notariusda görüşmüş və kredit müqaviləsi bağlamışlar. O, 10000 manatı həmin notariusun içərisində fəaliyyət göstərən «Muğanbank» vasitəsi ilə İradənin hesabına köçürtmüş, İradə elə həmin vaxtı yanında notariusun xəzinəsindən 10000 manatı qəbul edib götürmüşdür. İradə notariusa taksi ilə gəlmiş və həmin sürücünü üzdən tanımışdır. Səhərisi gün sürücünü görüb hara getdiklərini soruşduqda sürücü ona bildirmişdir ki, pulu ondan alandan sonra İradə Yasamal rayonu ərazisinə getmiş və pulu kiməsə vermişdir. İradə mənzilin 20 oktyabr 2021-ci ildə veriləcəyini söyləmişdir. O,həmin müddətə kimi gözləmiş və İradəyə zəng etmiş, İradə müharibə ilə əlaqədar mənzillərin verilməsinin gecikməsini söylədiyindən məcbur olub gözləmişdir. Sonra dəfələrlə onun nömrəsinə zəng etsə də, cavab verməmişdir. Sonra ona məlum olmuşdur ki, İradəni tutub və Zaqatalaya aparmışlar. Bir həftə gözləyib yenə onun telefon nömrəsinə zəng etməyə başlamış, telefona zənglər çatsa da, cavab verilməmişdir. Bir müddətdən sonra növbəti dəfə zəng edəndə tanımadığı bir şəxs zəngə cavab vermiş və onun İradəni axtardığını bilmiş, İradənin Zaqatala RPŞ-də dələduzluğa görə həbs olunması barədə məlumat vermişdir. Ondan nə üçün zəng etdiyini soruşanda olanları danışmışdır. Polis əməkdaşı Bakı şəhərinə ezamiyyətə gələndə onunla görüşəcəyini demişdir. Həqiqətən o, Bakı şəhərində olanda onu Yasamal RPİ-nə dəvət etmiş və ərizə yazdırtmışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi var, dəymiş ziyanın tam şəkildə ödənilməsini xahiş edir. Hadisədən sonra digər zərərçəkmiş şəxslər ona İradə xanımın Ülfətin meyvətərəvəz satdığı dükanın guya ona məxsus olduğunu zərərçəkmiş şəxslərə bildirmişdir. Ülfətlə bu barədə danışdıqda həmin məlumatın yalan olduğunu bildirmişdir. Bu hadisədən qabaq əvvəllər ev almamışdır Təqsirləndirilən şəxslə barışmamışlar. Notariusda İradə və ondan başqa “mercedes” markalı avtomobili olan şəxs olmuş, həmin şəxs də İradəyə pul verdiyini bildirsə də, daha sonra həmin şəxsin pul vermədiyi məlum olmuşdur. O, İradəyə 10000 manatı vermiş və onlar borc müqaviləsi adı ilə rəsmiləşdirmişlər. Notorius sənədində borc müqaviləsi olduğu qeyd edilmiş, lakin İradənin ona verdiyi qəbzdə isə 10000 manat pulu ondan sosial evlərdən mənzil vermək üçün aldığı qeyd edilmişdir. Ona dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci il fevral ayında bacısı Mükafət Şəki şəhərindən yol maşını ilə onlara gələrkən maşında sərnişin qismində olan İradə adlı qadınla tanış olmuşdur. Söhbət zamanı da bacısı İradəyə onun xəstəlikləri və mənzil şəraiti barədə danışmışdır. İradə isə bacısına ona əlillik dərəcəsi düzəltmək və mənzil təşkil etmək imkanı olduğunu söyləyib kömək edəcəyini vəd etmişdir. O, bacısını «Keşlə» bazarının qarşısında qarşılayanda onunla bir maşında gələn İradə ilə tanış olmuşdur. Həmin vaxt da İradə onunla əlaqə saxlamaq üçün telefon nömrəsini almış, həmçinin Təhsil Nazirliyində işlədiyini desə də, lakin hansı vəzifədə işləməsini deməmişdir. Həmin vaxt söhbət əsnasında İradə ona 3000 manat pulun müqabilində 1-ci qrup əlillik düzəltmək imkanı olduğunu demiş, həmçinin İradə ona mənzil növbəsinə də yazdırıb ev verdirəcəyini vəd etmişdir. İradəylə razılaşmış və növbəti gün, yəni 7 fevral 2017-ci il tarixdə Nərimanov rayonu, Ə.Əliyev küçəsində Keşlə bazarının yanında küçədə bacısı Mükafətin yanında 1-ci qrup əlillik düzəltməsi üçün İradəyə 500 manat pul vermiş və qalan 2500 manat pulu da hissə-hissə verəcəyini bildirmişdir. İradə pulu alandan 5-7 gün sonra onu Z.Əliyeva adına göz klinikasına Ələddin adlı həkimin yanına aparmışdır. Həkim gözünü müayinə etmiş və dərman töküb dəhlizdə gözləməyini xahiş etmişdir. İradə isə Ələddinlə başqa otağa keçib nə isə danışandan sonra İradə otaqdan çıxıb yanına gəlmişdir. Həkimlə nə danışdığını ona deməmişdir. Bundan sonra 2017-ci ilin mart ayında Nərimanov rayonu, Ə.Əliyev küçəsində Keşlə bazarının yanında küçədə 500 manat, mart ayının üçündə Nərimanov rayonu, Ə.Əliyev küçəsində Keşlə bazarının yanında küçədə 1000 manat və mart ayının 17-də yenə də Nərimanov rayonu, Ə.Əliyev küçəsində Keşlə bazarının yanında küçədə 1000 manat olmaqla cəmi 2500 manat pulu 1-ci qrup əlillik düzəltməsi üçün İradəyə vermişdir. Bütün bu pulların hamısını İradəyə təklikdə vermişdir. Lakin sonradan İradə 1-ci qrup əlillik düzəltməsi üçün əlavə 1000 manat pul istəmişdir ki, o da həmin məbləği 2017-ci il aprel ayında eyni ünvanda Nərimanov rayonu, Ə.Əliyev küçəsində Keşlə bazarının yanında küçədə təklikdə İradəyə vermişdir. Bununla da İradəyə 1-ci qrup əlillik düzəltməsi üçün ümumilikdə 4000 manat pul vermişdir. Bundan əlavə olaraq İradə ona Nərimanov rayonu ərazisində yeni tikilən hündürmərtəbəli binalardan 4 otaqlı mənzil verdirəcəyini vəd etdiyindən hissə-hissə olmaqla ona cəmi 4500 manat da pul vermişdir. İradənin onu göz həkiminə apararaq müayinə etdirməsi onda İradəyə qarşı inam yaratmışdır. Mənzilə görə hissə-hissə verdiyi həmin pulları İradə hər dəfəsində təkid edərək müxtəlif səbəblər, yəni, guya ki, mənzilin orderi üçün, mənzil məsələsinin tez alınması üçün, mənzilin kommunal xidmətlərinin quraşdırılması və sair üçün ondan almışdır. Artıq bundan sonra İradənin söz verdiyi kimi 1-ci qrup əlillik məsələsini həll etmədiyini görüb ondan şübhələnməyə başlamışdır. Belə ki, hər dəfəsində maraqlananda müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Sonradan isə İradə telefonu ümumiyyətlə açmamış və o, İradənin Zaqatalada dələduzluğa görə həbs olunduğunu eşitmişdir. Bununla əlaqədar Zaqatala RPŞ-nə getmiş və İradənin tutulmasını dəqiqləşdirəndən sonra aidiyyəti üzrə polisə şikayət etmişdir. O, daha sonra İradənin onu apardığı “Ələddin” adlı həkimin çalışdığı klinikaya getmiş, orada olan şəxslər həmin həkimin 2 il əvvəl işdən çıxdığını bildirmişlər. Ona dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Bakıxanov qəsəbəsində yerləşən «Korona» restoranında aşbaz işləyir. Həmin restoranda birlikdə Zərərçəkmiş şəxs11 da işləmişdir. Kəmalə ona Təqsirləndirilən şəxs adlı qadın barədə məlumat verib bildirmişdir ki, İradə sosial evlərdən mənzil satır, özü də İradəyə mənzil almaq məqsədilə pul vermişdir. O da Bakı şəhərində kirayədə yaşadığından özünə mənzil almaq istəmiş və bu səbəbdən də Zərərçəkmiş şəxs11 xahiş etmişdir ki, onu həmin İradə ilə görüşdürsün. Zərərçəkmiş şəxs11 ona İradənin telefon nömrəsini verdiyindən 2021-ci ilin təxminən əvvəllərində İradəyə zəng edərək Kəmalə kimi sosial ev almaq istədiyini bildirmişdir. Həmçinin ayda 200 manat ödəyə biləcəyini deyərək alacağı mənzilin ilkin və aylıq ödənişlərinin az olmasını xahiş etmişdir. İradə ilkin olaraq nə qədər pul ödəyə biləcəyini soruşanda o, 7000 manat ödəyə biləcəyini bildirmişdir. İradə razılaşaraq Nərimanov rayon ərazisində yerləşən 9 nömrəli Notariat Kontorunda görüş təyin etmişdir. 22 sentyabr 2021-ci il tarixdə Nərimanov rayon ərazisində yerləşən 9 saylı Notariat kontorunda görüşmüşlər. İradəni təxminən 30 dəqiqə notariusun yanında gözlədikdən sonra Təqsirləndirilən şəxs qara rəngli nömrəsini və markasını bilmədiyi avtomobillə gələrək avtomobildən ona notariusa daxil olmağını əli ilə işarə etmişdir. İradə sənədsiz heç nə etmədiyini bildirib birlikdə notariusun yanına keçmişlər. Belə ki, elə həmin günü, yəni 22 sentyabr 2021-ci il tarixdə saat təxminən 14:00 radələrində İradə ilə aralarında kredit müqaviləsi bağlanmış, o, notariusun kassasına 7000 manat ödəmişdir. Kredit müqaviləsinin bir nüsxəsi və 7000 manat ödəməyi barədə qəbz ona verilmişdir. Sonra isə İradə elə həmin vaxtı 7000 manat pulu notariusun kassasından götürmüş və kredit müqaviləsinin vaxtı tamam olanda yenə notariusa gələcəklərini, 7000 manatı qaytaracağını, kredit müqaviləsinin ləğv olunacağını, sonra da 7000 manatı verəcəyini demişdir. Həmçinin 7000 manatı ilkin ödəniş edəcəyini və müqavilənin müddəti bitəndə notariusun yanında ona qaytarması üçün əlavə 7000 manat gətirməyini demişdir. O isə yenidən 7000 manat tapmaq imkanı olmadığını bildirmiş və İradə razılaşaraq özünün yoluna qoyacağını bildirmişdir. İradə 2021-ci il oktyabr ayının sonunda sosial binaların açılışı olacağına, Prezident gələcəyinə və bundan sonra mənzilin açarlarının veriləcəyinə söz vermişdir. O, vaxt tamam olduqdan sonra İradəyə dəfələrlə zəng etsə də, İradə telefona cavab verməmiş və «whatsapp» vasitəsi ilə səsli mesaj göndərərək Prezidentin müharibə ilə əlaqədar gələ bilməməsi səbəbindən ləngidiyini demişdir. O yenə də gözləmiş və sonuncu dəfə İradəyə səsli mesaj göndərib ağlaya-ağlaya maddi vəziyyətinin çox ağır olmasını, faiz verdiyini, əgər iş düzəlmirsə, pulunu qaytarmasını demişdir. Həmin mesajdan sonra ona zəng edilərək İradənin həbs olunub Zaqatala RPŞ-də saxlanıldığı məlumatı verilmiş və DİN-in 102 xidmətinə zəng edib cinayət barədə məlumat verməyi məsləhət görülmüşdür. O, da DİN-nin 102 xidmətinə zəng edəndən sonra Nərimanov RPİnin 17-ci Polis bölməsinə dəvət olunmuş, orada da ərizə vermiş və izahatı alınmışdır. Ev almaq üçün İradəyə sürücüsünün yanında notariat ofisində 7000 manat pul versə də, ona bir manat belə qaytarmamışdır. İradənin yanında olan sürücü 35-40 yaşında azsaçlı bir kişi olmuşdur. Ona dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının əvvəllərində bacısı Zərərçəkmiş şəxs11 həyat yoldaşı Əli Əliyevin vasitəsi ilə tanımışdır. Belə ki, Əli özünə məxsus evi satıb ev almaq istədiyindən həmin vaxt da İradlə Musayeva ilə tanış olmuşdur. İradə də MİDA-dan güzəştli şərtlərlə Əliyə sosial ev ala biləcəyini demiş və onlar razılaşmışlar. Bu barədə Əli ona da bildirmişdir. Onun ailə üzvlərinin sayı çox olsa da 2 otaqlı mənzildə yaşadıqlarından o da mənzilini dəyişmək qərarına gəlmişdir. Bu məqsədlə o, 2021-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt özünü ona Azərbaycan Respublikası Təhsil Nazirliyinin yüksək vəzifəli işçisi kimi təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs MİDA-da və digər dövlət orqanlarında tanışları olduğunu deyərək problemləri həll etməyi bacardığını demişdir. İradə ona Təhsil Nazirliyinin hansısa vəzifəli şəxsinin dövlət tərəfindən ona verilmiş təxminən 10-12 mənzili ucuz qiymətə satdığını bildirmişdir. İradə demişdir ki, həmin şəxs mənzillərin satışını qeyri-rəsmi olaraq ona həvalə edib. İradə həmin şəxsin adını ona deməkdən imtina eləmişdir. İradə hazırda əllərində təxminən 2-3 mənzil qaldığından ona da mənzil almağında köməklik edə biləcəyini demişdir. Həmin görüşdə İradə ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «MİDA»-dan 4 otaqlı mənzili 80000 manata sata biləcəyini demişdir ki, o, onunla razılaşmışdır. Eləcə də İradə ona normalda MİDA-da 4 otaqlı evin qiymətinin 120-130 minə başa gəldiyini, o, isə nağd formada ödəniş edəcəyi üçün 80 minə ala biləcəyini, həmin məbləğin 30 min manatını da əvvəlcədən verəcəyini bildirmişdir. Lakin o, həmin vaxt İradəyə inanmadığı üçün pul verməkdə tərəddüd etmişdir. Bundan sonra 2021-ci ilin avqust ayının ortalarında İradə Müsayeva özü ona zəng edərək onu Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən MİDA-ya məxsus binalardan birinə aparmışdır. Belə ki, həmin vaxt adını bilmədiyi binanın komendatı onları qarşılayıb tikilmiş hazır binanın 3-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzilə aparmışdır, İradə də həmin mənzili göstərib ona alacağını bildirmişdir, O, artıq Təqsirləndirilən şəxs mənzili göstərməsindən sonra ona inanmış və pul vermək qərarına gəlmişdir. İradə onun inamını daha da artırmaq üçün ona verəcəyi həmin pulu notarius vasitəsi ilə verməyini təklif etmişdir. O da İradənin bu təklifindən sonra inamı daha da artmış və 28 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 9 saylı Notariat ofisində İradə ilə aralarında borc (kredit) müqaviləsi bağlanmışdır və 30000 manat pulu o, Notariat Kontorunun xəzinəsi vasitəsilə İradəyə təhvil vermişdir. İradə elə həmin anda onun yanında notariusun xəzinəsindən 30000 manatı qəbul etmişdir. Borc müqaviləsinin bağlanmasına səbəb kimi İradə hazırda alacağı mənzilin sənədlərinin hazır olmaması ilə izah etmişdir. İradə pulu götürəndən sonra mənzilin sahibinə çatdıracağını və təxminən sentyabr ayının ortalarına kimi onların mənzilə köçəcəklərini bildirmişdir. Sonradan İradə noyabr ayının sonlarına qədər mənzilin sənədləşməsinin düzələcəyini demişdir. Lakin noyabr aynda İradə artıq müxtəlif bəhanələr gətirərək guya ki, Prezidentin Qarabağda olması səbəbindən mənzillərin açılışının gecikdiyini demişdir. 27 noyabr 2021-ci il tarixdə isə o, Təqsirləndirilən şəxs Zaqatala rayon Polis şöbəsi tərəfindən dələduzluq etdiyi üçün tutulması barədə xəbər portallarından oxumuş və onun şəkilini görmüşdür. Bundan sonra o, Zaqatala rayon Polis şöbəsinə gələrək müvafiq ərizə ilə müraciət etmişdir. Sonradan da Təqsirləndirilən şəxs başqa şəxslərə qarşı da eyni qaydada dələduzluq edərək pullarını ələ keçirməsini öyrənmişdir (cild 3, iş vərəqə 194-197). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında qonşuluqda yaşayan və uşaqlıqdan tanıdığı İlkin ona hansısa nazirlikdə yüksək vəzifədə işləyən Təqsirləndirilən şəxs adlı tanışının mülkiyyətində Yasamal rayonu ərazisindəki «qanlı gölün» ətrafında olan sosial binalarda 10-a yaxın mənzili olmasını və həmin mənzilləri də ucuz qiymətə satmasını bildirmişdir. Belə ki, İlkin özü və dayısı Rəşad da həmin mənzillərdən almaq istədiklərindən ona da almağı təklif etmiş və ona maraqlı gəldiyi üçün razılaşmışdır. O, mənzilə baxmaq istədiyini İlkinə deyəndə isə İlkin təşkil edərik baxarsan demişdir. Bir neçə gündən sonra İradə onun mobil telefonuna zəng vurub mənzilə baxa biləcəklərini bildirmiş və İradə ilə Yasamal rayon ərazisində sosial evlərin tikildiyi ərazidə görüşmələrini razılaşmışlar. Odur ki, İradə ilə 2021-ci il iyul ayının ortalarında «qanlı göl» deyilən ərazidə görüşmüşlər. O, anası ilə getmiş, İradə isə İlkinin dayısı Rəşad və onun dostu Şahid6lə birlikdə Şahinin avtomobilində gəlmişdir. O, İlkinə və Rəşada mənzilə baxmağa gedəcəyini deməmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs 3 otaqlı mənzil almaq istədiyini demiş və satdığı mənzillərin harada yerləşdiyini soruşmuşdur. İradə də onları Yasamal rayonu ərazisində yerləşən hündürmərtəbəiı yaşayış binalarından birinin 1ci mərtəbəsindəki mənzilinə aparıb göstərmişdir. Bildirir ki, onlar mənzilə baxmağa gələndə yaşayış kompleksində bir nəfər onları qarşılayıb mənzilin qapısını açmış və göstərmiş, lakin həmin şəxsin MİDA-nın işçisi olması və ya mənzili təmir edən işçi olmasını o bilməmişdir. Mənzil 3 otaqdan və sanitar qovşağından ibarət olmuş, təmirli olsa da yaşayış olmamışdır. O, mənzili bəyənmiş və İradə həmin mənzili 65000 manata satdığını, ilkin olaraq 25000 manat ödənməli olduğunu, mənzilə köçəndən sonra isə kreditlə hissə-hissə qalan məbləğin ödənməli olacağını bildirmişdir. Həmçinin İradə nazirlikdə olan tanışlarının sosial evlərdən 10 mənzilin satışını ona tapşırdıqlarını desə də, hansı Nazirlikdə işləmələrini, konkret mənzillərin satışını ona kimin tapşırmasını, pulu hara və kimə ödəyəcəyini deməmişdir. O, həmin təkliflə razılaşmış və fikirləşdikdən sonra məlumat verəcəyini İradəyə demişdir, 17 avqust 2021-ci il tarxdə o, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaratmış və pulun hazır olduğu barədə məlumat vermişdir. İradə də Nizami rayon ərazisində yerləşən 52 saylı Notariat kontoruna gəlməyini təklif etmişdir. Həmin günü günorta saatlarında o, qohumu İlham, anası Lütfü, qonşuları İlkinin dayısı Rəşad, eləcə də Rəşadın dostu Şahid6lə 52 saylı Notariat kontoruna getmişlər. İradə notariusda ona evin çıxarışını 1 aydan sonra verəcəyini, 25000 manata dair isə kredit müqaviləsi, yəni borc müqaviləsi bağlayacaqlarını bildirmişdir. O, İradəyə inandığından etiraz etməmiş və elə həmin günü, yəni 17 avqust 2021-ci il tarixdə, saat 17 radələrində onunla kredit müqaviləsi bağlayaraq 25000 manat pulu Notariat Kontorunun xəzinəsinə qoymuş, İradə də şəxsən gözünün qarşısında 25000 manat pulu xəzinədən götürmüşdür. İradə mənzilin çıxarışını 1 aydan sonra verəcəyini vəd etsə də, nə çıxarışı, nə də evin açarlarını ona verməmiş və müxtəlif bəhanələr gətirməyə başlamışdır. 2021-ci ilin noyabr ayında o, televiziya xəbərlərində Təqsirləndirilən şəxs dələduzluq cinayətləri törətdiyinə görə tutulduğunu, istintaqın Zaqatala RPŞ-nin İstintaq bölməsində aparıldığını öyrənmiş və aidiyyəti üzrə şikayət ərizəsi ilə müraciət etmişdir (cild 3, iş vərəqə 151-154). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən yay aylarında özlərinə güzəştli şərtlərlə, yəni daxili kredit yolu ilə mənzil almaq istəmişlər ki, bu məqsədlə də o, internet səhfələrində müvafiq elanlara baxmışdır. 5 iyul 2021-ci il tarixdə də «İnstagram» sosial şəbəkəsində güzəştli mənzillərin satışı elanına rast gəlmiş və həmin səhifəyə yazdıqda hazırda xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamağı tövsiyyə olunmuşdur. O, da həmin nömrə ilə əlaqə saxladıqda özünü İlkər kimi təqdim edən oğlanla danışmış və İlkər həqiqətən də hazırda Yasamal rayonu ərazisində güzəştli şərtlərlə mənzillərin satışı ilə məşğul olduqlarını, lakin bu işlə onun özünün deyil, İradə adlı qadının məşğul olduğunu bildirib onunla görüşməli olacağını demişdir. Odur ki, onlar səhərisi gün görüşmələri barədə razılaşmışlar. 6 iyul 2021-ci il tarixdə saat təxminən 16 radələrində «H.Aslanov» metrosunun yaxınlığındakı kafelərdən birində İlkərlə görüşmüşlər. İradə isə hansısa işləri olması səbəbindən görüşə gəlməmiş və səhərisi gün görüşəcəkləri barədə razılaşmışlar. Həmin görüşlərində İlkər ona sadəcə özünün də İradənin vasitəsilə güzəştli mənzil aldığını və heç bir problem olmadığını bildirmişdir. Səhərisi gün, yəni 7 iyul 2021-ci il tarixdə saat 10 radələrində Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisindəki «Bakı» kinoteatrının yaxınlığındakı kafedə o və həyat yoldaşı Əli Əliyev yenidən İlkərlə görüşmüşlər. Bir qədər sonra polis formasında olan bir nəfər şəxs olduqları yerə gəlmiş və adının Şahin olmasını demişdir. Söhbət əsnasında Şahin də İradə adlı qadından güzəştli şərtlərlə mənzil aldığını və çox razı olduğunu, iradənin xeyirxah insan olduğunu və narahat olmamağını demişdir. Bundan sonra İlkər çıxıb getmiş və o, Şahinlə bir neçə saat gözlədikdən sonra İradə onların yanına gəlmişdir. Söhbət zamanı İradə özünü onlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin işçisi kimi təqdim etmiş və Təhsil Nazirliyinin hansısa vəzifəli şəxsinin dövlət tərəfindən ona verilmiş təxminən 10 mənzili təmir etdirərək ucuz qiymətə satdığını bildirmişdir. İradə bildirmişdir ki, həmin şəxs mənzillərin satışını qeyri-rəsmi olaraq ona həvalə etmişdir. İradə həmin şəxsin adını bildirməmiş, onlar da soruşmamışlar. Belə ki, hazırda əllərində təxminən 2-3 mənzil qaldığından ona də mənzil almalarında köməklik edə biləcəyini demişdir. Həmçinin satılan mənzillərin Yasamal rayonu ərazisində sosial binalarda yerləşdiyini və onların almaq istədikləri 3 otaqlı mənzilin qiymətinin 70000 manat olacağını, ilkin olaraq 35000 manat ödəyəcəklərini, noyabr ayında mənzillərin təmiri yekunlaşandan sonra mənzilə köçəcəklərini və qalan 35000 manatı da uyğun bir şəkildə hər ay hissə-hissə ödəyəcəklərini bildirmişdir. Onlar mənzilə baxmaq istəsələr də, İradə yalnız açılışdan sonra mümkün olacağını demişdir. Deyilən şərtlər onları qane etdiyindən razılaşmış və həyat yoldaşı evə gedərək 35000 manat pulu gətirmişdir. Belə ki, o və həyat yoldaşı Əli İradə ilə birlikdə Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisindəki 18 saylı Notariat Kontoruna getmişlər. Şahin isə işləri olmasını bildirib çıxıb getmişdir. Elə həmin günü, yəni 7 iyul 2021-ci il tarixdə saat 15 radələrində 18 saylı Notariat Kontorunda onunla Təqsirləndirilən şəxs arasında 35000 manata dair borc müqaviləsi bağlanmış və 35000 manat pulu o, Notariat Kontorunun xəzinəsi vasitəsilə İradəyə təhvil vermişdir. İradə elə həmin anda onların yanında notariusun xəzinəsindən 35000 manatı qəbul etmişdir. Borc müqaviləsinin bağlanmasına səbəb kimi İradə hazırda alacaqları mənzilin sənədlərinin hazır olmaması ilə izah etmişdir, iradə pulu götürəndən sonra mənzilin sahibinə çatdıracağını və noyabr ayında da onların mənzilə köçəcəklərini bildirmişdir. Bir neçə gün sonra İradə “WhatsApp” proqramı vasitəsilə ona hansısa mənzillərin videosunu göndərərək onların mənzilinin də eyni olacağını demişdir. Həmin videoda İradə və Şahindən başqa tanımadığı şəxslər də görünmüşlər. Bundan sonrakı müddətdə o, tez-tez İradə ilə əlaqə saxlamışdır ki, hər dəfəsində İradə ona narahat olmamağını, mənzildə təmir işlərinin getdiyini və noyabr ayında söz verdiyi kimi mənzilə köçəcəklərini demişdir. Lakin noyabr aynda İradə artıq müxtəlif bəhanələr gətirərək guya ki, Prezidentin Qarabağda olması səbəbindən mənzillərin açılışının gecikdiyini demişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs başqa şəxslərə qarşı da eyni qaydada dələduzluq edərək pullarını ələ keçirməsi səbəbindən həbs olunduğunu öyrənmiş və bundan sonra o, aidiyyəti üzrə şikayət ərizəsi ilə müraciət etmişdir. Bildirir ki, onun İradədən güzəştli şərtlərlə mənzil alacağını qardaşı Zərərçəkmiş şəxs3 və iş yoldaşı Zərərçəkmiş şəxs6 da bildiyindən onlar da İradədən eyni şərtlərlə mənzil almaları üçün pul vermişlər, Belə ki, mənzil almaları üçün Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs3 30000 manat, iş yoldaşı Zərərçəkmiş şəxs6 isə 7000 manat pul vermişlər. İradə onların da pulu ələ keçirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, mənzil alınması ilə bağlı o, yalnız İradə ilə danışıb ona pul vermiş, başqa heç kimə pul verməmişdir. Həmin zaman İlkərın nömrəsini bilmiş, hazırda isə ona qalmamış və İlkərin hər hansı anket məlumatını bilmir (cild 3, iş vərəqə 138-141). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Şahid6 2020-ci ilin əvvəllərindən komandiri olduğu manqada işə başlamış və həmin vaxtdan da iş yoldaşı kimi aralarında münasibət yaranmışdır. Bir dəfə Şahin xalasının həyat yoldaşı üçün təqaüd düzəltməsi məqsədilə getmək istədiyini bildirib ondan icazə alanda o da bu işi kiminlə və hansı qaydada həll etdiyini maraqlanmışdır. Şahin də Təhsil Nazirliyində işləyən İradə adlı tanışının vasitəsilə təqaüdü düzəltdiyini bildirmişdir. 2021-ci il may ayının sonlarında da növbəti söhbətlərində Şahinə fiziki qüsurlu olan qızı İranənin xəstəliyi ilə bağlı təqaüd düzəltdirmək istədiyini bildirmişdir ki, o, da bu barədə tanışı İradə xanımla danışıb xəbər edəcəyini demişdir. Növbəti gün Şahin bir nəfər qadınla yaşadığı Xətai rayonu, Neapol küçəsi, ev 19 A, mənzil 510-a gəlmişdir. Şahinin yanındakı İradə adlı qadın özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim etmiş və qızının xəstəlik sənədlərini istəmişdir. Həmçinin İradə 5000 manat müqabilində qızının təqaüdünü düzəldə biləcəyini, eləcə də qızı ali məktəbin ödənişli fakültəsinə qəbul olunacağı təqdirdə ödənişdən azad etdirəcəyini demişdir. O, razılaşmış və öz evində Şahinin iştirakı ilə iradəyə ilkin olaraq 1000 manat pul vermişdir. İradə pulu alandan sonra 2021-ci ilin sentyabr ayına kimi qızının təqaüdünü düzəldəcəyinə söz verib Şahinlə çıxıb getmişlər. Təxminən 2 gün sonra, yəni 2021-ci il may ayının sonlarında qalan 4000 manat pulu da Şahin yaşadığı evə gəldiyindən İradəyə çatdırması üçün ona vermişdir. Bu barədə İradəyə zəng edib məlumat vermişdir. Təxminən 3-4 gün sonra İradə ilə telefonda qızının xəstəlik sənədləri ilə bağlı danışanda İradədən Şahinə verdiyi 4000 manat pulun ona çatıb-çatmadığını soruşmuşdur ki, İradə də pulun tam olaraq ona çatdığını təsdiqləmişdir. Bundan sonra 2021-ci ilin yay aylarında Şahinlə söhbətləri zamanı tanışı İradənin həm də sosial evlərin satışı ilə məşğul olmasını bildirmişdir. Sonra o, Şahinlə birlikdə İradə ilə görüşmüş və İradə Yasamal rayonu ərazisindəki «qanlı gölün» ətrafında olan sosial binalardakı mənzillərin satışında köməklik edə biləcəyim demişdir. Belə ki, o, 2 otaqlı mənzil istədiyini deyəndə İradə də ilkin 8000 manat verməli olacağını, qalan məbləği də mənzili onun adma sənədləşdirəndən sonra hər ay dövlətə ödəməli olacağını bildirmişdir. O, 2021-ci ilin avqust ayında İradə və Şahinlə birlikdə sözügedən binalarda baxıb bəyəndiyi mənzil üçün də 2021-ci il avqust ayının sonunda Nərimanov rayonu ərazisindəki «Funda» Klinikasının yaxınlığında küçədə təklikdə İradəyə vermişdir. İradə pulu alandan sonra 2021-ci il oktyabr ayının sonuna kimi mənzillərin paylanacağını bildirmişdir. Həmin ərəfələrdə onun evində bir müddət yaşamış bacanağı Zərərçəkmiş şəxs12 oğlu İlkin də İradə ilə onların evinə gəlib-gedərkən tanış olmuşdur. Sonradan da İlkinin və onun Murad adlı dostunun da Yasamal rayonu ərazisindəki «qanlı gölün» ətrafında olan sosial binalardakı mənzillərdən almaları üçün İradəyə pul verdiklərini öyrənmişdir. 2021-ci il sentyabr ayında İradə ilə əlaqə saxlayıb qızının təqaüdü ilə maraqlananda İradə hazırda qazilərin təqaüdləri ilə bağlı problemlər yarandığından narahat olmamağını və tezliklə qızının təqaüdünü düzəldəcəyini demişdir. Bu minvalla hər dəfəsində İradə vaxtı uzadaraq qızının təqaüdünü həll etməmişdir. Həmçinin mənzil məsələsini də həll etməyərək müxtəlif bəhanələr gətirmişdir. Nəhayət 2021-ci il noyabr ayının sonlarında İradənin başqa şəxslərə qarşı dələduzluq etməsi səbəbindən Zaqatala polisi tərəfindən həbs olunduğunu öyrənmişdir. O, həmin vaxt pulunu qaytarmayacağını güman etdiyindən əvvəlcə İradədən şikayət etməmişdir. Lakin sonradan Nizami Rayon Polis İdarəsində eyni əməllərinə gorə İradənin barəsində cinayət işinin istintaqının aparıldığını öyrənmiş və bu səbəbdən də hazırda şikayət etmək qərarına gəlmişdir (cild 1, iş vərəqə 15-18). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs12 Faiq oğlunun hüquqi varisi X11 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, bir ildir ki, tanıyır. İradə ilə o, bacısının əri Zərərçəkmiş şəxs10 iş yoldaşı Şahin vasitəsi ilə tanış olmuşdur. Şahin bacısının əri Rəşada bildirib ki, İradə sosial mənzillər və pensiyalar düzəltmək imkanına malikdir. Rəşad sosial mənzil almaq üçün İradəyə 8000 manat, övladına pensiya düzəltmək üçün 2000 manat ödəmişdir. O və əri oğlu Sübhana Bakı şəhərində mənzil almaq istəmişlər. Sübhan həmin ərəfədə təzə evlənmişdir və Bakı şəhərində kirayədə yaşayırdı. Bu səbəbdən tanış olmaq istəmişdir. Şahin İradəni onların yaşadığı evə gətirmişdir. İradə bildirmişdir ki, Təhsil Nazirliyində işləyir, lakin nə işlədiyini deməmişdir. İnşa edilən sosial mənzillərdən Təhsil Nazirliyinin işçilərinə ayrılmış və həmin mənzillərin satışı ona həvalə olunmuşdur. Bundan başqa əlillər və qazilər üçün də tikilən yaşayış binalarından mənzil, avtomobil təşkil etmək, xarici ünıversitetiərin diplomlarını təsdiq etmək imkanı varmış. Həmin ərəfədə əri Ramana qəsəbəsinin «Şuşa» şəhərciyindən 2 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin sənədlərində problem olduğu üçün evin tikintisi ləngiyirmiş. İradə bildirmişdir ki, 10.000 manat müqabilində sosial evlərdən 82 kv.m ölçülü 3 otaqlı mənzil təşkil edə bilər. Hətta onları, qohumlarını aparıb həmin mənzilləri göstərmişdir. Onlar almağa razılıq vermişlər, lakin 10.000 manatları olmadığına görə əri ona ilkin olaraq 4000 manat, qalan pulu isə hissə-hissə verilməsini təklif etmişdir. İradə razılıq verəndən sonra xx.xx.2021-ci ildə kirayədə yaşadığı Xətai rayonu, Babək prospektində yerləşən evdə mərhum əri İradəyə 4000 manat ödəmişdir. İradə söz vermişdir ki, xx.xx.2021-ci il tarixdə mənzili ala biləcəklər. Bundan sonra əri İsmayıllı rayonuna getmiş və orada olan torpaq sahəsini satıb Bakıya qayıtmış və satışdan əldə olunan 2800 manatı Nizami rayonu ərazisində «Ağ çiçəyim» dükanının arxasındakı notariusun qarşısında İradəyə vermişdir. Onlar notariusda borc müqaviləsi bağlamaq istəmişlər, lakin rüsum ödəməyə pulları olmadığından İradə qəbz yazmağını təklif etmişdir. Onlar razılaşmışlar və qəbz verərək ev alqışına görə xx.xx.2021ci ildə 6800 manat almasını təsdiq etmişdir. Bundan sonra internetdən öyrənmişdirlər ki, Təqsirləndirilən şəxs Zaqatala şəhərində dələduzluğa görə tutulmuşdur. Onun dayısı şikayətlə Zaqatalada müraciət etmişdir. Əri isə xəstə olduğu üçün müraciət edə bilməmişdir. 2021-ci ilin mart ayının 11-də əri baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu Sübhanın internetdə elan verib-verməməsini bilmir. Onu göstərə bilər ki, İradə onları inandırmış, hətta demişdir ki, tanışlardan, qohumlardan istəyən olsa müraciət etsinlər. Onun özü də bu barədə qohumlarına məlumat vermişdir. Oğlu Sübhanın başqa rolu olmayıb. İradə satdığı mənzillərə görə onun oğluna pul verməmişdir. Onlar İradəyə inanmışlar. İradənin hərəkətləri nəticəsində maddi ziyan mərhum əri İsrəfilə dəymişdir. Onun və ailəsinin İradədən şikayətləri var, 6800 manatın qaytarılmasını ondan tələb edirlər. Əlavə edir ki, oğlu Sübhanın telefonunda İradəyə pul verdikləri yer və onun pulu alması barədə qəbz yazmasının görüntüləri var, istintaqa təqdim edə bilərlər (cild 2, iş vərəqə 253-261). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, «9111» taksi şirkətində sürücü işləyirdi. Təqsirləndirilən şəxs 3 ildir ki, tanıyır. Onunla sərnişin kimi tanış olmuşdur. İradə onun mobil telefonuna zəng edərək onu hər hansı ünvana aparmağını xahiş edirdi. Təqsirləndirilən şəxs ən çox 1 nömrəli Ruhi-əsəb xəstəxanasına və başqa klinikalara, Təhsil Nazirliyinə getmişdir. O, iki dəfə İradəni Zaqatala rayonuna da aparmışdır. Münasibətləri sürücü sərnişin münasibəti olmuşdur. Təqsirləndirilən şəxs ona heç vaxt hansısa məbləğdə pulu kiməsə çatdırmaq üçün verməmiş və belə xahişi olmamışdır. Tural adlı şəxsi tanımamış və görməmişdir. Lakin İradə həmişə Turaldan danışaraq demişdir ki, «Tural məni bədbəxt edib, pullarımı almışdır». Hansı pulları, nə üçün ona verilməsini İradə danışmamışdır. Rəşad və İlkin adlı şəxsləri görməmiş və tanımamışdır. İradə tez-tez Kəmalə və Təranə bacıları ilə görüşmüşdür. Təranə xəstəxanada işləyirdi. İradə və Kəmalə bir-biriləri ilə daimi mübahisə edir və təhqir edirdilər. Bir dəfə İradəni Zaqatala rayonundan evinə gətirəndə İradə özü ilə olan yükü evə daşımağını xahiş etmişdir. İradənin yükünü mənzilə daşıyanda İradənin evində olan Kəmalə İradə mənzilə daxil olandan sonra onu təhqir etməyə başlamışdır. İradə ona cavab verməmişdir. İradə Təhsil Nazirliyində işlədiyini bildirmişdir. İradəni həmin Nazirliyə də aparmışdır. İradə ona sosial evlərdən mənzil almağı təklif etməmişdir. Onun evi yox idi, kirayədə qalırdı. İradə ilə Yasamal rayonunda inşa edilən yeni tikililərə getməmiş, avtomobilində İradə həmin mənzilləri göstərmək üçün heç kimi aparmamışdır. İradənin Bəhruz adlı tanış sürücüsü olmuşdur. Bəhruzu bir neçə dəfə görmüşdür. Onun soyadını, atasının adını bilmir, «Mercedes» markalı avtomobili vardı. Avtomobilin dövlət qeydiyyat nişanını xatırlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində xalasının həyat yoldaşı Rəhimlə söhbət zamanı sonuncu Təqsirləndirilən şəxs adlı qadının onun üçün təqaüd düzəltdiyini bildirmişdir. Rəhimin İradə ilə harada tanış olduğunu bilməmiş, onlar hələki telefonla danışmışlar. Rəhim ondan xahiş etmişdir ki, sənədlərini İradəyə verməsi üçün Bakı şəhərinə onunla birlikdə getsin. Razı olmuş və Rəhimlə birlikdə Bakı şəhərinə gələrək 5 nömrəli xəstəxanının yanında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. İradə Rəhimin təqaüd məsələsini həll edəcəyinə söz vermiş və bir müddət sonra Rəhimin təqaüd məsələsini də həll etmişdir. Rəhimin işi həll olunana qədər İradə ilə telefonda bir neçə dəfə danışdığından aralarında ünsiyyət yaranmışdır. Ona görə də İradə dost-tanışda təqaüd düzəldirmək istəyən olarsa, həmçinin Yasamal rayonu ərazisindəki “MİDA” sosial evlərindən mənzil almaq istəyən olarsa pul müqabilində özünün tanışları vasitəsilə həll edə biləcəyini demişdir. Bu barədə ətrafında olan insanlara, həm də iş yerində bildirmişdir. İş yoldaşı Rəşad övladı üçün təqaüd düzəltdirmək istədiyindən İradəni onun evlərinə gətirməyini xahiş etmişdir. O da İradəni öz avtomobili ilə götürərək Rəşadın yaşadığı Əhmədli qəsəbəsindəki evinə aparmışdır. Onlar özləri danışmışlar və İradə Rəşada söz vermişdir ki, övladının təqaüd məsələsini həll edəcək. Həmin zaman Rəşad özü evində İradəyə 1000 manat pul vermişdir. Daha sonra 2021-ci ilin may ayının sonlarında Rəşad ona demişdir ki, İradəyə 4000 manat pul verməlidir və özünün işi olduğu üçün xahiş etmişdir ki, onun evinə gedib 4000 manatı götürüb İradəyə çatdırsın. O da elə həmin günü Rəşadın evinə gedib 4000 manatı ondan götürmüş və həmin günü axşam saatlarında Nərimanov rayonu ərazisindəki “Funda” klinikasının yanında İradə ilə görüşüb 4000 manatı ona vermişdir. Daha sonra Rəşad özü də İradə ilə telefonla danışıb 4000 manatın ona çatdığına əmin olmuşdur. Ona məlum olmuşdur ki, Rəşad sosial evlərlə bağlı qohumlarına məlumat verdiyindən onun qohumlarından bir neçəsi də sosial evlərlə bağlı İradəyə pul vermişlər. İradə isə onların işini həll etməmiş və pullarını da qaytarmamışdır. Sonradan da həmin şəxslər pullarının ələ keçirilməsi ilə bağlı polisə şikayət etmişlər. Rəşad onun iş yoldaşıdır. Rəşadın xahişi ilə İradə ilə Rəşadı görüşdürmüşdür. Təqsirləndirilən şəxs Rəşadın uşağına təqaüd düzəltməli idi. Rəşadın qohumları Mida evləri ilə bağlı İradəyə pul vermişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 doğma qardaşıdır. Anar hərbçidir və «N» saylı hərbi hissədə qulluq edir. Anar Bakı şəhərindən mənzil almaq istəmiş və buna görə də dost-tanışa bu barədə demişdir ki, münasib mənzil olduqda ona bu barədə məlumat versinlər. 2021-ci ilin təxminən sentyabr ayının əvvəlləri olardı ki, Anar Bakı şəhərinə gəlmişdir. Anarla zəngləşən zaman Anar onu Nərimanov rayonu ərazisində yerləşən «Xaçapuri» kafesinə dəvət edərək bildirmişdir ki, yoldaşlarladır. Həmin gün saat 18-19 radələrində həmin kafeyə gəlmiş və burada Anarı, sonradan adlarını bildiyi İradə və Kəmaləni görmüşdür. Masanın başında Anar oturmuş, onun sol tərəfində İradə, sağ tərəfində isə Kəmalə oturmuşdur. Anar həmin qadınları təqdim edərək bildirmişdir ki, işlə bağlı yoldaşlardır. O, Anardan dəqiqləşdirməmişdir ki, nə işlə bağlıdır. Onlar oturub çörək yemişlər. Masanın arxasında oturan zaman İradəyə tez-tez zəng edirdilər və İradə də telefona cavab vermək üçün masadan durub telefona cavab verirdi. Arada olan söhbət zamanı Anar Kəmalə və İradəyə demişdir ki, heç olmasa birini düzəltsinlər, əgər düzəlmirsə pulu qaytarsınlar. Kəmalə Anara demişdir ki, narahat olmasın, düzələcək, hər şey qaydasındadır. Həmin söhbətlər zamanı İradə narahat görünmüşdür. Anardan nə məsələ olmasını soruşmuş, Anar isə demişdir ki, sonra söhbət edərik. Onlar yemək yeyəndən sonra kafedən çıxmışlar. Anar sosial evlərə və işə görə İradəyə pul verdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə həyat yoldaşı Rəşadla bir məktəbdə oxumuşlar, ailəvi dostdurlar və hal-hazırda da bir-birilərinə gediş-gəlişləri vardır. Anar Bakı şəhərindən mənzil almaq istəmiş və hətta bir neçə dəfə Rəşad onunla müxtəlif mənzillərə baxmağa getmişdir. «SA Studio» qadın salonunda saç ustası işləyir. İşlədiyi salona saç düzəltdirmək üçün İradə adlı qadın gəlmişdir. Söhbət zamanı İradə bildirmişdir ki, Təhsil Nazirliyində işləyir və sosial mənzilləri ucuz qiymətə təşkil edə bilər. Bu barədə həyat yoldaşı Rəşada söyləmişdir. Rəşad həmin İradənin mobil telefonunu öyrənib ona deməyini xahiş etmişdir. O, İradənin telefonunu öyrənib Rəşada vermiş və sonra Rəşad Anara zəng edib İradə barədə məlumatı və telefonunun nömrəsini vermişdir. 2021-ci ilin təxminən may ayının üçüncü ongünlüyündə Rəşad axşamüstü evə qayıdanda söyləmişdir ki, Anarla bir yerdə İradə ilə görüşmüşdür. Eyni zamanda Rəşad bildirmişdir ki, İradəyə inanmır və Anara bu haqda demişdir, hətta Anar İradəyə sosial mənzil üçün beh vermək istəyəndə Anarı beh verməyə qoymamışdır. Bu əhvalatdan sonra İradə növbəti dəfə salona gələndə onunla söhbət zamanı bildirmişdir ki, ali məktəblərə tələbə qəbul etdirə bilir. Həmin dövrdə oğlu da orta məktəbi bitirdiyindən İradəyə demişdir ki, oğlunu da ali məktəbə qəbul etdirsin. İradə demişdir ki, bu mümkündü, lakin buna görə ona 2500 manat verməlidir. O, İradəyə demişdir ki, oğlunu ali məktəbə qəbul etdirsin və sonra ona 2500 manatı verər. Lakin İradə buna razılaşmamışdır və bildirmişdir ki, pulu əvvəlcədən vermək lazımdır. Buna görə də, nə əvvəl pul vermiş, nə də İradə oğlunu ali məktəbə düzəltmişdir. Sonralar eşitmişdir ki, Anar İradə ilə əlaqəni davam etdirib və ondan ucuz qiymətə sosial mənzillər almaq istəyərək İradəyə cəmi 83000 manat pul vermişdir. Sonra internetdən məlum olmuşdur ki, İradə dələduzluq etdiyinə görə polis tərəfindən tutulub və beləliklə də, Anara heç bir mənzil təşkil etməyib və pullarını ələ keçirmişdir. O, İradənin dediklərini edəcəyinə inanmırdı. İradə Təhsil Nazirliyində işlədiyini bildirmişdir. Oğlunun ali məktəbə qəbul olunması təklifini İradə etmişdir. Təqsirləndirilən şəxs onların evində olmamışdır. O, ailəsi ilə bağlı İradəyə heçnə deməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə bir məktəbdə oxumuş, ailəvi dostdurlar və hal-hazırda da bir-biriləri ilə gediş-gəlişləri vardır. Anar Bakı şəhərindən mənzil almaq istəmiş və hətta bir neçə dəfə onunla müxtəlif mənzillərə baxmağa getmişdir. Həyat yoldaşı Şahid3 qadın salonunda saç üstası işləyirdi. 2021-ci ilin təxminən may ayının ortalarında evdə söhbət zamanı Sevda bildirmişdir ki, onun iş yerinə İradə adlı qadın müştəri kimi gəlir və həmin İradə ona bildirmişdir ki, Təhsil Nazirliyində işləyir və sosial mənzilləri ucuz qiymətə təşkil edə bilər. Sevdaya həmin İradənin mobil telefonunu öyrənib deməsini xahiş etmişdir. Sevda İradənin telefonunu ona verdikdən sonra Anara zəng edib ona İradə barədə məlumatı və telefonunun nömrəsini vermişdir. Sonradan Anar zəng edib bildirmişdir ki, İradə ilə danışmış və sonradan gəlib Bakıda İradə ilə görüşəcək. Eyni zamanda Anar demişdir ki, İradə ilə görüşə bir yerdə gedərlər və o da razılaşmışdır. 2021-ci ilin təxminən may ayının üçüncü ongünlüyündə Anar Bakıya gəlmiş və onlar bir yerdə İradə ilə Montin qəsəbəsində çay evində oturaraq çay içmişlər. Aralarında olan söhbət zamanı İradədən harada işləməsi barədə soruşmuş və birinci dəfə Təhsil Nazirliyində, ikinci dəfə müəllimə işlədiyini, üçüncü dəfə isə təqaüdçü olduğunu bildirmişdir. Eyni zamanda İradə imkanlı adam kimi özünü göstərməyə çalışmış, ucuz qiymətə sosial mənzil düzəltmək qabiliyyəti olmasını, həmin mənzillərin Nərimanov rayonu ərazisində yerləşdiyini bildirmişdir. Hətta aralarında olan söhbət zamanı görmüşdür ki, Anar İradəyə mənzil üçün beh vermək istəyir. İradədən şübhələndiyi üçün Anarın ayağını basmış və beh verməyə qoymamışdır. İradəyə isə bildirmişdir ki, onlar fikirləşsin və ona fikirləri barədə məlumat verəcəklər. Bundan sonra çay evindən çıxmışlar və İradə onlardan ayrılmışdır. O, Anara bildirmişdir ki, İradəyə inanmır və ona beh vermək lazım deyildir. Anar onunla razılaşmış və onlar yeyib-içməyə getmişlər. Həmin gün axşam Anar yaşadığı rayona qayıtmışdır. Həmin dövrdə oğlu orta məktəbi bitirmiş və İradə bu haqda Sevdadan eşitdikdə oğlunu ali məktəbə düzəldə biləcəyini bildirmiş, lakin əvvəlcədən ona 2500 manat pul verilməsi şərtini demişdir. Lakin yoldaşı Sevda əvvəlcədən pul verməkdən imtina etmiş və buna görə də, İradə oğlunu ali məktəbə qəbul etdirməkdən imtina etmişdir. Sonralar görmüşdür ki, Anar tez-tez Bakıya gəlir. Anarın tez-tez Bakıya gəlməsinin səbəbini soruşanda Anar bildirmişdir ki, İradə ilə danışıb, sonuncu ona ucuz qiymətə sosial mənzil düzəldəcək və buna görə Anar mənzilin pulunun 42000 manatını artıq İradəyə vermişdir. Anarı danlamış, lakin Anar inadla bildirmişdir ki, İradəyə inanır. Bundan sonra Anarla zəngləşən zaman sonuncu bildirmişdir ki, İradə onun zənglərinə cavab vermir, mümkündürsə, İradəni tapsın və onunla əlaqələndirsin. O, özü də İradənin telefon nömrəsinə zəng etmiş, lakin İradə cavab verməmişdir. Sonralar Anar Bakıya gələndə özü İradəni tapıb görüşmüşdür. Anar İradə ilə görüşdükdən bir müddət sonra isə Anardan ona məlum olmuşdur ki, İradəyə ikinci sosial mənzil üçün daha 41000 manat da vermişdir. Daha sonra isə internetdə hansısa saytda Anarla bir yerdə görmüşdür ki, İradə dələduzluğa görə polis tərəfindən tutulmuşdur. O və Anar başa düşmüşlər ki, İradə Anarı aldadıb və heç bir mənzil düzəltməyəcək, sadəcə olaraq dələduzluq edib onun pulunu ələ keçirmişdir. Məhkəmədə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bacısı X6 vasitəsi ilə tanımışdır. Belə ki, İradə bacısı Təranənin işlədiyi «Avrasiya» hospitalına gələrək özünü iş adamı kimi təqdim edib oraya uşaqları müalicəyə gətirirdi. Aralarında olan söhbətlər zamanı İradə bildirmişdir ki, Təhsil Nazirliyində işləyir və həmin nazirliyə ayrılmış sosial mənzillərin satışı ilə məşğuldur. Buna görə də, bacısı Təranə və həmin hospitalın işçiləri ona inanaraq ondan həmin sosial mənzillərdən almaq üçün İradəyə pul vermişlər. Onun bacısı Təranə də sosial mənzil almaq üçün və qızına diplom almaq üçün ümumilikdə İradəyə 54000 manat pul vermişdir. Həmin mənzilin alınması ilə əlaqədar olaraq o, mütəmadi olaraq İradə ilə görüşür və ondan ya mənzil, ya da ki, pulu tələb etmişdir. 2021ci ilin iyun ayının əvvəllərində İradə ona zəng vurub Nərimanov rayonunda yerləşən «Xaçapuri» kafesinin yanına çağırmışdır. O, həmin dövrdə İradəyə 10000 manat verməli imiş, çünki İradə bacısı Təranə üçün sosial mənzil düzəldəcəyinə söz vermişdi. O, «Xaçapuri» kafesinin yanına gələndə orada İradəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 avtomobilində oturduğunu görmüşdür. Həmin vaxt İradə ona bildirmişdir ki, Anar hörmətli adamdır və o da sosial mənzil almaq istəyir. O, Anardan soruşmuşdur ki, mənzilə görə pulu İradəyə notariusla verir, ya yox ?, Anar ona cavab vermişdir ki, İradəyə inanır və buna görə də pulu ona heç bir sənədsiz verir. Sonra Anar onları yaxınlıqda olan məktəbin yanına kimi aparmış və o, avtomaşından düşəndən sonra İradəyə özündə olan 10000 manat pulu vermişdir. Beləliklə də, o, bacısı Təranə ilə bır yerdə İradəyə 2 ədəd 3 otaqlı mənzilə görə cəmi 64000 manat pul vermişlər. Bundan bir müddət sonra o, İradəni sosial mənzillərin alınmasına görə yaşadığı Montin parkının yanında olan evinə çağırmışdır. Söhbət zamanı İradə ona bildirmişdir ki, Zərərçəkmiş şəxs1 təcili pul göndərməlidir, çünki işdən onu buraxmırlar. Lakin İradənin kartı yoxdur. Eyni zamanda İradə bildirmişdir ki, Vüqar adlı şəxsə də pensiya düzəldir və onun bank kartı var. O, İradəyə demişdir ki, Vüqarın kart nömrəsini versin və Anar pulu həmin nömrəyə köçürtsün, İradə ona bildirmişdir ki, Vüqarı başa sala bilməyəcək, ona görə ondan xahiş etmişdir ki, Vüqarla o, danışsın. O, İradənin telefonu ilə Vüqarla danışmış və ona başa salmışdır ki, İradənin «WhatsApp» nömrəsinə kartın nömrəsini göndərsin. Vüqar öz bank kartının nömrəsini İradənin telefon nömrəsinə göndərmişdir. Sonra İradə öz telefonu ilə Anara zəng etmiş və o, Anarla danışaraq ona Vüqarın bank kartının nömrəsini göndərmişdir ki, pulu həmin karta köçürsün. Anar Vüqarın bank kartına 3400 manat pul göndərmişdir. X28 göndərdiyi pulu Vüqardan alıb-aimamasmı o, bilmir. Bundan bir müddət keçəndən sonra o, «Xaçapuri» kafesində olan zaman İradəyə zəng etmişdir ki, mənzil məsələsi ilə maraqlansın. İradə ona bildirmişdir ki, işləri ilə məşğul imiş və onun harada olmağı barədə soruşmuşdur. O, İradəyə bildirmişdir ki, «Xaçapuri» kafesindədir. Belə olduqda İradə ona demişdir ki, Anarla bir yerdədir və onun yanına kafeyə gəlmək istəyir. O, razılıq vermiş və bir az vaxt keçdikdən sonra İradə, onun yanında Anar kafeyə gəlmişlər. O, həmin vaxt çörək yeyirmiş və onlar da onun yanında oturmuşlar və yemək sifariş etmişlər. Aralarında olan söhbət zamanı o, Anardan soruşmuşdur ki, o, İradənin sosial mənzil düzəldəcəyinə inanırmı? Anar öz növbəsində ondan soruşmuşdur ki, «mən İradə Hə bir yerdə işləmirəm ki?». O, öz növbəsində İradədən soruşmuşdur ki, «bəyəm biz bir yerdə işləyirik ki?» İradə başını yelləmişdir ki, yox. Bundan sonra Anar ondan soruşmuşdur ki, o, nə işlə məşğuldur və o, cavab vermişdir ki, müsiqi müəlliməsi işləyir. Kafedə yemək yedikdən sonra onlar bir yerdə kafedən çıxmışlar və o, onlardan ayrılıb evinə getmişdir. Bir müddət sonra o, «YouTube» şəbəkəsində görmüşdür ki, İradəni Zaqatala polisi dələduzluğa görə tutub. Beləliklə də, İradə ona və bacısı Təranəyə sosial mənzil düzəltməmiş və onların ümumilikdə 64000 manat pulunu ələ keçirmişdir. O, rəsmi olaraq Nərimanov RPİ-yə ərizə ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, İradə Musayevə düzgün ifadə verməyib. O, Zərərçəkmiş şəxs1 2 mənzilə görə 83000 manat pul alınmasında iştirak etməmişdir və nə də həmin 83000 manatın 45000 manatını İradə ona verməmişdir. Əksinə olaraq Təqsirləndirilən şəxs bacısı Təranə və onun üçün 2 ədəd sosial mənzil düzəltmək adı ilə onlardan cəmi 64000 manat pul almışdır və nəticədə onlar nə mənzil əldə etməmişlər, nədə ki, pulları qaytarılmamışdır. Zərərçəkmiş şəxs1 düzgün ifadə vermir, belə ki, həmin vaxt o, İradəyə zəng vurub onun yerini soruşmuş, çünki o, İradəyə ona və bacısı Kəmaləyə sosial mənzillər düzəltməsi üçün əvvəl verilmiş 54000 manata əlavə olaraq 10000 manat da verməli imiş, Buna görə də, o, İradə harada olmasını ondan soruşduqdan sonra onun yanına gəlmiş və görmüşdür ki, İradə Anarla bir yerdə maşında oturublar. Onlar onu da avtomobilə dəvət etmişlər və ona orada məlum olmuşdur ki, Anar sosial mənzil almaq üçün İradəyə pul vermişdir. Hətta o, Anardan onun İradəyə pulu notarius vasitəsi ilə verib-verməməsi barədə soruşmuşdur. Anar cavab vermişdir ki, İradəyə etibar etdiyi üçün pulu heç bir sənədsiz verib. O, Anara və İradəyə qonaqlıq verməmişdir və nədə ondan bank kartı vasitəsi ilə 3400 manat almamışdır. Həmin kart nömrəsini İradənin tanışı Vüqar adlı şəxs İradənin «WhatsApp» nömrəsinə göndərib və o, nömrəni İradənin xahişi ilə onun telefonundan Anara göndərmişdir (cild 3, iş vərəqə 80-83). Məhkəmədə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində özünə kreditlə ev almaq istəmişdir. Bununla əlaqədar tanışlarından xahiş etmişdir ki, belə imkan olsa ona məlumat versinlər. Tanışı Fazil adlı şəxs ona demişdir ki, Şahin adlı şəxs kreditlə evlər təşkil edir və ona Şahinin telefon nömrəsini maraqlanmaq üçün vermişdir. O, həmin nömrə ilə əlaqə yaratmışdır. Şahinə ev almaq istədiyini bildirmişdir. Şahin bildirmişdir ki, 1 nəfər qadın var, o, həmin məsələlərə baxır və “20 Yanvar” metrostansiyasında görüşməyi razılaşmışlar. xx.xx.2021-ci il tarixdə o, arvadı Ruqiyyə ilə getmişdir. “20 Yanvar” metrostansiyasına çatanda Şahin zəng etmiş və Yasamal rayonunda sosial evlərin olduğu ünvanı verib görüş yerini ora dəyişmişdir. O və Ruqiyyə onun dediyi ünvana getmişlər. Şahin tanımadığı bir qadınla gəlmişdir. Qadın İradə olduğunu, Təhsil Nazirliyində işləməsini, Nazirliyə 15 mənzil ayrılmasını və satışının ona tapşırılmasını bildirmişdir. Onlar 3 otaqlı mənzil almaq istəmişdilər. Yasamal rayonunda tikilən binaların həyətinə daxil olmuşlar, İradə onlara üç otaqlı təmirli və mətbəx mebeli ilə mənzili göstərmişdir. İradə izah etmişdir ki, ilkin ödəniş kimi 15000 manat verməlisən, evə köçəndən sonra aylıq nə qədər ödəniş edəcəyi barədə məlumat veriləcəkdir. Onlar evi bəyənmişlər və şərtlərlə razı olmuşlar. Oradan Şahinin avtomobilində metronun «Xalqlar dostluğu» stansiyası yaxınlığında yerləşən 52 saylı Notariusa getmişlər. İradə bildirmişdir ki, 15000 manatı borc müqaviləsi ilə qəbul edəcək. Oktyabr ayında evlər təhvil veriləcəkdir. Bildirmək istəyir ki, ilk dəfə Şahinlə danışanda sonuncu da ona demişdir ki, ev üçün 15000 manat ilkin ödəniş etmək lazımdır. Onların evində 5000 manatı vardı. Qalan 10000 manatı ABB-nin Şabran filialından xx.xx.2021-cı ildə kredit götürmüşdür. Bu səbəbdən görüşə gələndə artıq 15000 manat onlarda hazır olmuşdur. 52 nömrəli notariusda kassaya 15000 manatı ödəmişdir. Arvadı Ruqiyyə ilə İradə arasında borc müqaviləsi bağlanmışdır. Ödədiyi 15000 manat İradəyə verilmişdir. Bundan sonra Şahinin avtomobilində o və Ruqiyyə metronun “Koroğlu” metrostansiyasına gəlmişlər. Orada onlar maşından düşmüşlər, İradə isə Şahinlə getmişdir. Müddət tamam olanda o və Ruqiyyə ona zəng etmişlər, evlərin verilməsi ilə maraqlanmışlar. İradə onları əmin etmişdir ki, narahat olmasınlar mənzillər tezliklə paylanılacaqdır. Bundan sonra telefona cavab verməməyə başlamış, 2021-ci ilin noyabr ayında onun nömrəsinə zəng edəndə isə bir nəfər tanımadığı şəxs cavab vermiş və İradənin Zaqatala RPİ-də həbs olunduğu barədə məlumat vermişdir. Bundan sonra Ruqiyyə də şikayət ərizəsi yazmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, borc müqaviləsi bağlanmasının, nə üçün pulun satıcı olan təşkilatın hesabına ödənilməməsinin səbəbini Təqsirləndirilən şəxs soruşduqda sonuncu demişdir ki, pulu o, özü köçürəcəkdir. Şahinin soyadını, atasının adını, ünvanını, yaşayış yerini o, bilmir, telefon nömrəsini hazırda xatırlamır. Şahin demişdir ki, polis orqanlarında işləyir, İradənin onları aldatmasından sonra o, Şahinə zəng edib iradını bildirəndə sonuncu məlumat vermişdir ki, İradə onun özünü də aldatmışdır (cild 2, iş vərəqə 126-129). Məhkəmədə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 İsrəfil oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, bir ildir ki, tanıyır, İradə ilə o, xalasının əri Zərərçəkmiş şəxs10 iş yoldaşı Şahin vasitəsi ilə tanış olmuşdur. Şahin xalasının yoldaşı Rəşada bildirmişdir ki, İradə sosial mənzillər və pensiyalar düzəltmək imkanına malikdir. Rəşad sosial mənzil almaq üçün İradəyə 8000 manat, övladına pensiya düzəltmək üçün 2000 manat ödəmişdir. O, da mənzil almaq istəmiş, bu səbəbdən tanış olmaq istəmişdir. Şahin İradəni onun yaşadığı evə gətirmişdir. İradə bildirmişdir ki, Təhsil Nazirliyində işləyir, lakin nə işlədiyini deməmişdir. İnşa edilən sosial mənzillərdən Təhsil Nazirliyinin işçilərinə ayrılıb. Həmin mənzillərin satışı ona həvalə olunub. Bundan başqa əlillər və qazilər üçün də tikilən yaşayış binalarından mənzil, avtomobil təşkil etmək, xarici universitetlərin diplomlarını təsdiq etmək imkanına malikdir. Həmin ərəfədə atası Ramana qəsəbəsinin «Şuşa» şəhərciyindən 2 sot torpaq sahəsi almış, həmin torpaq sahəsinin sənədlərində problem olduğu üçün evin tikintisi ləngimişdir. İradə bildirmişdir ki, 10.000 manat müqabilində sosial evlərdən 82 kv.m ölçülü 3 otaqlı mənzil təşkil edə bilər. Hətta onu, atasını, anasını və başqa qohumlarını aparıb həmin mənzilləri göstərmişdir. O, almağa razılıq vermişdir. Lakin 10000 manatları olmadığına görə atası ona ilkin olaraq 4000 manat, qalan pulu isə hissə-hissə verilməsini təklif etmişdir, İradə razılıq verəndən sonra xx.xx.2021-ci ildə kirayədə yaşadığı Xətai rayonu, Babək prospektində yerləşən evdə atası ona 4000 manat ödəmişdir. İradə söz vermişdir ki, xx.xx.2021-ci ildə mənzili ala biləcəklər. Bundan sonra atası İsmayıllı rayonuna getmiş və orada olan torpaq sahəsini satıb Bakıya qayıtmışdır və satışdan əldə olunan 2800 manatı Xətai rayonu ərazisində «Ağ çiçəyim» dükanının arxasındakı notariusun qarşısında 2800 manatı ona vermişdir. Onlar notariusda borc müqaviləsi bağlamaq istəmişlər. Lakin rüsum ödəməyə pulları olmadığından İradə qəbz yazmağını təklif etmişdir. Onlar razılaşmışlar və qəbz verərək ev alqışına görə xx.xx.2021-ci ildə 6800 manat almasını təsdiq etmişdir. Bundan sonra internetdən öyrənmişlər ki, Təqsirləndirilən şəxs Zaqatala şəhərində dələduzluğa görə tutulmuşdur. Onun dayısı şikayətlə Zaqatalada müraciət etmişdir. Atası isə xəstə olduğu üçün müraciət edə bilməmişdir. 2021-ci ilin mart ayının 11-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat etmişdir, İradə ona demişdir ki, ona müştəri tapsa evin qiymətindən aşağı məbləğə düzəldəcək. O, internetdə elan verməmişdir. Düzdür, tanışlarına bir nəfər qadının sosial mənzil təşkil etməsi barədə məlumat vermişdir. Ola bilər ki, kim isə onun adından elan vermişdir. O, İradə barədə qonşusu Zərərçəkmiş şəxs5 da bildirmişdir. Onlar da İradəyə mənzil almaq üçün pul vermişlər və şikayət ərizəsi ilə müraciət etmişlər. Onun adı sənədlə Sübhan olsa da, İlkin çağırırlar. O, elan verməmişdir, ola bilər kim isə onun adından elan verib. O, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs11 tanımır. Bir qadınla telefonla danışmışdır. Qadın ondan sosial mənzillərlə maraqlanmışdır. O, qadına bildirmişdir ki, evi o, yox, İradə adlı qadın satır, o, özü də almışdır və İradənin telefon nömrəsini ona vermişdir. Çingizi o, ümumiyyətlə tanımır. Bundan başqa o və ailəsi İradəyə inanmışdırlar. Bu səbəbdən qohumlarına, tanışlarına da onun barəsində bildirmişdir. İradə əldə etdiyi puldan müştəri tapdığına görə ona verməmişdir. İradənin hərəkətlərindən maddi ziyan mərhum atasına dəymişdir. Onun və ailəsinin İradədən şikayətləri var, 6800 manatın qaytarılmasını ondan tələb edirlər. Şahin onun qohumu Zərərçəkmiş şəxs10 iş yoldaşı olub. Onlar mühafizə polisində işləmişlər. Şahin İradəni öz avtomobilində gəzdirmiş, lakin rolunun nədən ibarət olmasını bilmir. Təqsirləndirilən şəxs aldığı pulu kimə verəcəyi barədə ona bildirməmişdir. O, İradənin ayrı-ayrı şəxsləri aldatmasını bilməmişdir. Bilsə atası ona sosial mənzil üçün pul verməzdi. Sosial mənzillərin satış şərtləri barədə məlumatı olmamışdır (cild 2, iş vərəqə 246-250). Cinayət işinin materiallarında olan 19 iyul 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokolundan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə təsdiq etmişlər (cild 3, iş vərəqə 251-255). Cinayət işinin materiallarında olan 19 iyul 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 3, iş vərəqə 256-259). Cinayət işinin materiallarında olan 19 iyul 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 3, iş vərəqə 260-263). Cinayət işinin materiallarında olan 19 iyul 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 3, iş vərəqə 264-267). Cinayət işinin materiallarında olan 20 iyul 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 3, iş vərəqə 268-272). Cinayət işinin materiallarında olan “əşyanın götürülməsi və videogörüntülərə baxış keçirilməsi barədə” 8 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs12 hüquqi varisi X3 təqdim etdiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs12 tərəfindən pul verilməsinin görüntülərinin qeydə alındığı 1 ədəd diskə baxış keçirilmiş, diskdə 7 ədəd video fayl olması aşkar olunmuş, 1-ci fayl açılanda küçədə Təqsirləndirilən şəxs və bir nəfər şəxsin görüntüləri gəlmişdir. 2-ci video görüntüdə Təqsirləndirilən şəxs tikilidə yazı yazması görünür. 3-cü faylda Təqsirləndirilən şəxs həmin yerdə yazı yazması və yazdıqlarını sözlə ucadan deyərək xx.xx.2021-ci ildə Zərərçəkmiş şəxs12 ev almaq üçün 6800 manat almasını bildirir. 4-7-ci fayllarda da Təqsirləndirilən şəxs həmin yerdə yazı yazması görünür. Baxışda iştirak edən Sevda Bəşirova bildirmişdir ki, fayllarda Təqsirləndirilən şəxs evə görə aldığı 6800 manata görə qəbz yazmasının görüntüləridir. 1-ci faylda Təqsirləndirilən şəxs ilə olan şəxs isə Şahın adlı şəxsdir. X36 rayonu Qara Qarayev prospekti 119 ünvanda yerləşən parfümeriya mağazasında xx.xx.2021-ci ildə verilmişdir (cild 2, iş vərəqə 262-263). Cinayət işinin materiallarında olan qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs12 6800 manat almasını təsdiq etmiş və öz xətti ilə qəbzi yazaraq imzalamışdır (cild 2, iş vərəqə 265). Cinayət işinin materiallarında olan 8 oktyabr 2022-ci il tarixli “əşyaya baxış keçirilməsi barədə” protokoldan görünür ki, ibtidaİ İstintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi onun Təqsirləndirilən şəxs və Şahid7 ilə danışıqlarının və yazışmalarının yazıldığı 1 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə «Təqsirləndirilən şəxs yazıları», «Təqsirləndirilən şəxs səs yazıları» və «Şahid7 səs yazıları» adlı 3 ədəd qovluq aşkar olunur, 1-ci qovluq açılanda 8 ədəd fayl müəyyən edilmiş, fayllarda olan «Whatsapp» yazışmalarına baxış keçirilərkən mətnlərinin oxşar olması, fayllarda məktub yazan şəxsin hansısa şəxsə gözləməyi, hazırda danışa bilmədiyi, işi həll etmək istədiyi, həftənin 2-ci günü çalışıb görüşəcəyi, şad xəbər verəcəyi, işi başa çatdıracağı, nəyisə götürə bilmədiyini, pulu qaytarmağa çalışdığını, yaddan çıxartmadığını, hansısa adamla pulların qaytarılması barədə danışdığı kımı cümlələr işlətməsi məlum olmuşdur. Yazışmalarda müraciətlərdən məlum olur kı, «WhatsApp» yazışmaları Anar adlı şəxslə aparılmışdır. «Təqsirləndirilən şəxs səs yazıları» qovluğu açılanda audio yazı ilə olan 19 fayl müəyyən edilmişdir və ardıcıcıl olaraq səsləndirilmişdir. Səsləndirmə zamanı ancaq bir qadının Şəki ləhcəsi ilə danışığı olması aşkar edilmişdir. Danışıqqların mətni oxşardır. Bütün danışıqlarda həmin qadın bir qədər gözləməyi, hamının yığılıb işi həll edəcəklərim, danışdığı şəxsə məlumat verəcəyini, onunla danışacağını, pulu tam qaytarmaq istədiyini, adamların bir yerə yığıla bilməməsini, özünün pulu gətirib verəcəyini, pulu yarımçıq götürmək istəmədiyini bildirir. Həmin qovluqda videogörüntü ilə olan 2 ədəd fayllar var. Fayllar açılanda onlarda üzü görsənməyən bır nəfərin hansısa təmir olunmuş, lakin yaşayış olmayan mənzili çəkməsi və mənzil barədə məlumat verməsi, mənzilin mətbəxini çəkərkən bir qadının görüntüyə düşməsi və onun Təqsirləndirilən şəxs olması görünür. 2-ci faylda da bir nəfərin başqa təmir olunmuş mənzili çəkməsi, çəkilişdə üç nəfərin olması, onlardan birinin xüsusi geyimdə olması, 1 nəfərin qadın olması görüntüyə gəlir. «Şahid7 səs yazıları» faylı açılanda 2 qovluq aşkar edilmişdir. 1-ci faylda səs yazıları aşağıdakılardan ibarətdir: qadın : axşamınız xeyir, necəsiz? Həftənin 2-ci günü xəbər olacaq ki, hara yanaşasız. Siz allah bağışlayın. Sabah zəng edə bilərsiniz. 2-ci faylda olan səs yazılan «Allah vurmuşnan danışa bilməmişəm, ancaq məlumat var ki, bizə söz vermişlər ki, ayın 10-na qədər, amma tələsdirəcəyim, sabai əlimizdə olacaq, sabah günün yarısına qədər məlumat verəcəklər». Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 1-ci və 2-ci qovluqda olan «WhatsApp» yazışmaları, audio yazılar Təqsirləndirilən şəxs ilə olan yazışmalar və danışıqlardır. Zərərçəkmiş şəxs1 İrad Musayeva və Şahid7 mənzil almaq üçün verdiyi 83000 manatın qaytarılmasını tələb edir. Təqsirləndirilən şəxs hər dəfə gözləməyi, pulu kimdənsə alıb qaytaracağını, məsələnin həll olunması üçün bu işdə olanların bir yerə toplaşacağını, pulu tam alıb qaytarmaq istədiyini bildirir, Video görüntüləri ona Təqsirləndirilən şəxs göndərmişdir. Həmin videolarda sosial mənzillərin görüntüləridir. Daha bir fayl Şahid7 ilə olan danışığıdır, Şahid7 da pulun qaytarılmasını tələb edir, o, isə məsələnin tezliklə həll olunacağını bildirir (cild 1, iş vərəqə 34-35). Cinayət işinin materiallarında olan “zərərçəkmişin ifadəsinin yerində yoxlanması barədə” 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş və istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əyani təsvir etmişdir (cild 1, iş vərəqə 45). Cinayət işinin materiallarında olan qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi tanışı X18 tərəfindən 5 iyul 2021-cı il tarixdə Göyçay rayon poçtu vasitəsilə Təqsirləndirilən şəxs 5000 manat göndərilmişdir (cild 3, iş vərəqə 218). Cinayət işinin materiallarında olan 28 avqust 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X8 Təqsirləndirilən şəxs 30000 manat verməsini təsdiq edən, onlar arasında notariat ofisində kredit müqaviləsi bağlanmışdır (cild 1, iş vərəqə 147). Cinayət işinin materiallarında olan 9 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs 15000 manat verməsini təsdiq edən, onlar arasında notariat ofisində kredit müqaviləsi bağlanmışdır (cild 1, iş vərəqə 155). Cinayət işinin materiallarında olan 22 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs 7000 manat verməsini təsdiq edən, onlar arasında notariat ofisində kredit müqaviləsi bağlanmışdır (cild 1, iş vərəqə 189). Cinayət işinin materiallarında olan 9 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs 9000 manat verməsini təsdiq edən, onlar arasında notariat ofisində kredit müqaviləsi bağlanmışdır (cild 1, iş vərəqə 216). Cinayət işinin materiallarında olan qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs8 10000 manat almasını təsdiq edən qəbzi öz xətti ilə yazaraq imzalamışdır (cild 1, iş vərəqə 293). Cinayət işinin materiallarında olan qəbzin və 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə 10000 manat məbləği Zərərçəkmiş şəxs9 sosial evlərdən mənzil vermək üçün almasını təsdiq edən qəbzi öz xətti ilə yazaraq imzalamış, həmçinin Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs 10000 manat verməsini təsdiq edən, onlar arasında notariat ofisində kredit müqaviləsi bağlanmışdır (cild 2, iş vərəqə 16 və 17). Cinayət işinin materiallarında olan 25 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs12 hüquqi varisi X3 təqdim etdiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs12 tərəfindən pul verilməsinin görüntülərinin qeydə alındığı 1 ədəd disk, Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs12 6800 manat almasını təsdiq edən öz xətti ilə yazıb imzaladığı qəbzin surəti, Zərərçəkmiş şəxs1 təqdim etdiyi onun Təqsirləndirilən şəxs və Şahid7 ilə danışıqlarının və yazışmalarının yazıldığı 1 ədəd DVD disk, Zərərçəkmiş şəxs1 tanışı X18 tərəfindən 5 iyul 2021-ci il tarixdə Göyçay rayon poçtu vasitəsilə Təqsirləndirilən şəxs 5000 manat göndərilməsini təsdiq edən qəbzin surəti, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 28 avqust 2021-ci il tarixli kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 9 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 9 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surəti, Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs8 10000 manat almasını təsdiq edən öz xətti ilə yazıb imzaladığı qəbzin surəti, Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surəti və Təqsirləndirilən şəxs eyni tarixdə həmin məbləği Zərərçəkmiş şəxs9 sosial evlərdən mənzil vermək üçün almasını təsdiq edən öz xətti ilə yazıb imzaladığı qəbzin surəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 4, iş vərəqə 1-34). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Musayeva X14 Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilmişdir (cild 2 iş vərəqə 171-195, cild 3, iş vərəqə 97-99 və 230-239). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı Zaqatala Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsqızının törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Zaqatala rayon məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli tutulduğu 25 noyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 171-195). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Zaqatala rayon məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmü ilə hazırkı tarixədək çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli və hazırda cəza çəkməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğluna, Zərərçəkmiş şəxs3, X1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 , Zərərçəkmiş şəxs10 və zərərçəkmiş şəxs X12 hüquqi varisi X13 mülki iddia verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxslərə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə maddi sübutlar: -Zərərçəkmiş şəxs12 hüquqi varisi X3 təqdim etdiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs12 tərəfindən pul verilməsinin görüntülərinin qeydə alındığı 1 ədəd disk, Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs12 6800 manat almasını təsdiq edən öz xətti ilə yazıb imzaladığı qəbzin surəti, Zərərçəkmiş şəxs1 təqdim etdiyi onun Təqsirləndirilən şəxs və Şahid7 ilə danışıqlarının və yazışmalarının yazıldığı 1 ədəd DVD disk, Zərərçəkmiş şəxs1 tanışı X18 tərəfindən 5 iyul 2021-ci il tarixdə Göyçay rayon poçtu vasitəsilə Təqsirləndirilən şəxs 5000 manat göndərilməsini təsdiq edən qəbzin surəti, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 28 avqust 2021-ci il tarixli kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 9 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 9 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surəti, Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs8 10000 manat almasını təsdiq edən öz xətti ilə yazıb imzaladığı qəbzin surəti, Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 21 sentyabr 2021ci il tarixli kredit müqaviləsinin surəti və Təqsirləndirilən şəxs eyni tarixdə həmin məbləği Zərərçəkmiş şəxs9 sosial evlərdən mənzil vermək üçün almasını təsdiq edən öz xətti ilə yazıb imzaladığı qəbzin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Zaqatala rayon məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmü ilə hazırkı tarixədək cəza çəkdiyi müddət qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğluna, Zərərçəkmiş şəxs3, X1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və zərərçəkmiş şəxs X12 hüquqi varisi X7 mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübutlar: -Zərərçəkmiş şəxs12 hüquqi varisi X3 təqdim etdiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs12 tərəfindən pul verilməsinin görüntülərinin qeydə alındığı 1 ədəd disk, Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs12 6800 manat almasını təsdiq edən öz xətti ilə yazıb imzaladığı qəbzin surəti, Zərərçəkmiş şəxs1 təqdim etdiyi onun Təqsirləndirilən şəxs və Şahid7 ilə danışıqlarının və yazışmalarının yazıldığı 1 ədəd DVD disk, Zərərçəkmiş şəxs1 tanışı X18 tərəfindən 5 iyul 2021-ci il tarixdə Göyçay rayon poçtu vasitəsilə Təqsirləndirilən şəxs 5000 manat göndərilməsini təsdiq edən qəbzin surəti, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 28 avqust 2021-ci il tarixli kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 9 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 9 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surəti, Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs8 10000 manat almasını təsdiq edən öz xətti ilə yazıb imzaladığı qəbzin surəti, Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 21 sentyabr 2021ci il tarixli kredit müqaviləsinin surəti və Təqsirləndirilən şəxs eyni tarixdə həmin məbləği Zərərçəkmiş şəxs9 sosial evlərdən mənzil vermək üçün almasını təsdiq edən öz xətti ilə yazıb imzaladığı qəbzin surəti cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar