Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-792/2025 21.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X5 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə 28 avqust 2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, subay, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qaradağ rayonu, Puta qəsəbəsi fərdi evdə yaşayan, 06 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)- 171/2024 saylı, 08 iyul 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(002)-220/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində 06 noyabr 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 06 noyabr 2024-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanının qarşısında yerləşən istirahət parkında əvəllər tanıdığı Şahid ilə zarafatlaşarkən həmin vaxt parkda gəzintidə olan Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq zarafat edərəkə nalayiq ifadələr işlətməsinə irad bildirməsini və ünvanına nalayiq ifadə işlədilməsini bəhanə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, şəxslər üzərinə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzəli hərəkət edərək üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb silah qismində istifadə edərək əvvəlcə Zərərçəkmiş şəxs1 sol qarın nahiyəsinə bir zərbə vuraraq S-vari bağırsağı zədələyərək qarının ön səthinin sol yarısının aşağı hissəsindən keçərək qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnməklə yetirildiyi anda Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olan ağır dərəcəli xəsarət, daha sonra isə həmin bıçaqla bir dəfə Zərərçəkmiş şəxs2 sol bud nahiyəsinə vuraraq sol bud nahiyyəsinin arxa səthinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xeyli vaxtdır ki, Zərərçəkmiş şəxs2 tanıyır, sonuncu ilə münasibətləri yaxşı olmuşdur. Son günlər Fizuli ilə yaşadığı ünvan 4 ünvanında binanın sakinlər üçün olan istirahət parkında görüşürdü. Belə ki, həmin parka gələrək orada olan qurğularda idmanla məşğul olurdu. 04 iyul 2024-cü il tarixdə, saat 20:00 radələrində həmin parkda olan qurğularda idmanla məşğul olarkən dostu Şahid görmüşdür. Aydına yaxınlaşaraq görüşdükdən sonra öz aralarında zarafatlaşmağa başlamışlar. Bu zaman tanışı Zərərçəkmiş şəxs2 və digər tanışı Zərərçəkmiş şəxs1 yanlarından ötüb keçirdilər. Fərhadla Fizuli yanlarından keçərkən onun Aydınla nalayiq formada zarafat etdiyini gördüyü üçün Füzuli dayanıb zarafatı yığışdırmağını tələb edərək ona irad bildirmişdir. Fizuliyə “zarafatı Aydınla mənim aramdadır necə etdiyimizi özümüz bilərik, sən öz yoluna davam et” sözlərini demişdir. Fizuli isə ünvanına nalayiq sözlər işlədərək yoluna davam etmişdir. Fizulinin arxasınca gedərək Fizuliyə “nə üçün mənim ünvanıma nalayiq ifadələr işlətdin” sözlərini demiş, Fizuli isə ona əl-qol ataraq uzaqlaşıb getməyini tələb etmişdir. Fizulinin heç bir səbəb olmadan ünvanına nalayiq ifadələr işlətməsi və nalayiq ifadələrə görə ondan üzr istəməməsi səbəbindən bərk əsəbləşmiş, üzərində gəzdirdiyi bıçağı çıxarıb Fizulinin üstünə getmişdir. Bu zaman Fizulinin yanında olan Zərərçəkmiş şəxs1 üstünə gəlmiş, həmin vaxt Fərhadın döyməyə gəldiyini güman etmiş, bilməyərəkdən bıçaqla Fərhadın qarın nahiyəsindən bir dəfə, sonra isə üstünə gələn Fizulinin sol ayağının bud nahiyyəsinə bıçaqla bir dəfə vurmuşdur. Fizuli ilə Fərhadın xəsarət aldıqlarını görüb özünü itirmiş, bıçağı hadisə yerində tullayıb oradan uzaqlaşmışdır. Hadisə zamanı yanlarında Aydın olmuş, münaqişə təxminən 5-6 dəqiqə ərzində baş vermiş, hadisə zamanı onu heç kim döyməmiş, xəsarət yetirməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, zərərçəkmiş şəxslər ilə aralarında ədavət olmayıb. Zərərçəkmiş şəxsləri 2-ci dəfə vurmaq niyyətim olmayıb. Sonuncular xəsarət alandan sonra özləri qalxıb getmişlər. Əvvəlcə Fizuli ona bir yumruq zərbəsi vurmuşdur. Sonuncu ona zarafatla “küçük”, “bicbala” demişdir və o, sonuncunun bu sözlərinə görə onu bıçaqla vurmuşdur. Zərər çəkmiş şəxslərə aralarında barışıq əldə etmişlər, törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 dostudur, Təqsirləndirilən şəxs da tanıyır, sonuncu ilə də yaxın münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə 20:00 radələrində yaşadığı binanın həyətində yerləşən istirahət parkında dostu Zərərçəkmiş şəxs1 ilə bir yerdə gəzən zaman əvvəllər tanıdığı Nihadla Aydın adlı şəxsin parkda idmanla məşğul olduqlarını görmüşdür. Sonuncuların yanından keçərkən biri-biriləri ilə zarafat edərək nalayiq ifadələr işlədiklərini eşitmişdir. O, şəxslərin hər ikisini tanıdığı üçün yanlarında dayanmış, Nihada “burada nalayiq ifadələr işlətməyin” sözlərini demişdir. Nihad isə onun sözlərini düzgün başa düşməyib onunla mübahisə edərək yaxşı elədiyini bildirmişdir. O, zarafat üçün Nihada “küçük” deyib sonuncuların yanından aralaşmışdır. Bundan sonra Nihad onun arxasınca gələrək ona “niyə mənim ünvanıma nalayiq ifadələr işlətdin” sözlərini demişdir. Nihadın aqressiv və əsəbi olduğunu başa düşüb sonuncudan uzaqlaşmasını tələb etmiş, Nihadın onunla dava etmək niyyətini olmasını bildiyi üçün sonuncunu kənara itələyib aralaşmış, Fərhadla gəzməyi davam etdirmişdir. Elə bu zaman Nihad üzərindən bıçaq çıxarıb onun üstünə gəlmiş, dostu Fərhad Nihadı sakitləşdirmək məqsədi ilə Nihada tərəf gedərək sakit olmasını bildirmiş, lakin Nihad sakitləşmək əvəzinə əlindəki bıçaqla Fərhadın qarın nahiyəsindən bir dəfə vurmuşdur. O, Fərhada yaxınlaşıb Nihadı kənarlaşdırmaq istəyərkən sonuncu əlindəki bıçaqla onun sol ayağının bud nahiyəsindən bir dəfə vurmuşdur. Nihad hər ikisinin xəsarət aldığını görüb oradan qaçıb uzaqlaşmışdır. Fərhadın xəsarətinin ciddi olduğunu görüb dərhal X11 stansiyasına zəng etmişdir. Hadisədən sonra səs-küyə binada yaşayan xatırlamadıı şəxslər onlara yaxınlaşmışdırlar. TTY gecə gələcəyini başa düşdükləri üçün orada olan şəxslərlə köməkləşib yola çıxmışlar, tanımadığı bir maşını saxlatdırıb Lökbatan qəsəbəsində yerləşən X11 Stansiyasına gəlmiş, oradan da TTY avtomaşını ilə X8 aparılmışdırlar. Ona verilmiş suallara cavab olara göstərmişdir ki, əli ilə Nihadi itələmişdir ki, sonuncu ondan uzaqlaşsın, bu zaman sonuncu yerə yıxılmış, bundan sonra ayağa qalxaraq bıçaq çıxartmışdır. təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, sonuncu ilə aralarında barışıq əldə ediblər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X3 dostudur. Təqsirləndirilən şəxs tanıyır, lakin onunla heç bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində dostu Zərərçəkmiş şəxs2lə ünvan 3 ünvanın qarşısında yerləşən parka gəzməyə gəlmişdir. Həmin vaxt üzdən tanıdığı “Nihad” adlı şəxsin sonradan adını bildiyi “Aydın” adlı şəxslə birlikdə parkdakı idman alətlərinin yanında dayandıqlarını görmüşdür. Onlar Nihadgilin yanından keçib gedərkən Nihadla Aydının biri-biriləri ilə nalayiq formada zarafat etdiklərini görmüşlər. Həmin vaxt Fizuli sonunculara yaxınlaşmış, o isə bir qədər aralıya getmişdir. Bir qədər keçdikdən sonra Fizuli onun yanına gəlmiş, Nihad isə Fizulinin arxasınca gələrək sonuncuya “niyə mənim ünvanıma nalayiq ifadələr işlətdin” sözlərini demişdir. Fizuli isə Nihada aralaşıb getməsini tələb etmişdir. Həmin vaxt sonuncular arasında mübahisə yaranmış, Fizuli Nihadı kənarlaşdırmaq məqsədi ilə itələyib sonuncuya tərəf gəlmişdir. Elə bu zaman Nihad əynindəki şalvarının kəmərinin sağ hissəsindən bıçağı çıxarıb Fizuliyə tərəfə gəldiyini görmüş, dostu Fizulini qorumaq üçün araya girmiş, Nihada sakit olmasını bildirmişdir. Lakin Nihad onun sözlərinə məhəl qoymayıb həmin bıçaqla bir dəfə onun qarınının sol tərəfindən vurmuş, o da kənara çəkilmişdir. Bundan sonra Nihad Fizuliyə yaxınlaşaraq əlindəki bıçaqla Fizulinin sol baldırından bir dəfə vurmuş, Fizulinin baldırından qanaxma başlamışdır. Nihad onları vurduqdan sonra qaçıb getmiş, Nihad gedərkən bıçağı özü ilə apardığını və ya oraya tullayıb-tullamadığını görməmişdir. Hadisədən sonra ətrafda olan tanımadığı şəxslər onlara yaxınlaşmış, TTY stansitasına zəng olunmuş, lakin TTY həkimlərinin gec gələcəyini bildikləri üçün oradakı adamların köməyi ilə yola çıxmışlar, tanımadığı bir maşın saxlatdırıb Lökbatan qəsəbəsində yerləşənə TTY stansiyasına gəlmişlər, orada həkimlər onlara tibbi yardım göstərdikdən sonra TTY avtomaşını ilə X7 aparılmışdırlar. Sonda təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, sonuncu ilə aralarında barışıq əldə etdiklərini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs dostudur, sonuncu ilə münasibəti yaxşı olmuşdur. O, adətən ünvan 3 ünvanının qarşısında yerləşən istirahət parkında idmanla məşğul olur, dostu Təqsirləndirilən şəxs həmin yerdə idmanla məşğul olurmuş. 04 iyul 2024-cü il tarixdə saat 20:00 radələrində o, yenə həmin parkda olan qurğularda idmanla məşğul olarkən orada yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs görmüş, Nihada yaxınlaşaraq sonuncu ilə zarafatlaşmağa başlamışdır. Bu zaman əvvəllər tanıdığı lakin yaxın münasibətdə olmadığı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onların yanından keçmişlər. Həmin vaxt Fizuli Nihada irad bildirərək nə üçün nalayiq formada zarafat etdiyini soruşmuş, Nihad isə Fizuliyə “Aydınla zarafatımız var özümüz bilərik” sözlərini demişdir. Fizuli onların yanından aralaşıb gedərkən Nihadın ünvanına nalayiq ifadə işlətmiş, Nihad da Fizulinin arxasınca getmişdir. O isə olduqları yerdə qalıb idmanla məşğul olmuşdur. Nihadgil parkın sürüşkənlər olan yerində dayanmış, sonuncular arasında mübahisə baş vermişdir. X10 ilə Fərhadı bıçaqla vurmuş və parkdan qaçıb getmişdir. O, dərhal Fizuligilin yanına yaxınlaşmış, hər iki şəxsin xəsarət aldığını görmüş və Fizuli ilə Fərhadın xəstəxanaya getmələri üçün onların taksiyə minmələrinə köməklik etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli № 464 rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət S-vari bağırsağı zədələyərək qarın boşluğuna qarının ön səthinin sol yarısının aşağı hissəsindən keçərək bir ədəd nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2024cü il tarixli, 546 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət- sol bud nahiyəsinin arxa səthinin deşilmiş-kəsilmiş yarası iti kənara və iti uca malik əşya təsirindən törənmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasna səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin materiallarında olan kompleks Ambulator məhkəmə-psixatrİk və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2514 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında omuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. N. Abbasovun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs yaş xüsusiyyətlərinə və əqli imkanlarına görə hadisə zamanı etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarında olmuşdur. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qeyd edilən hadisə zamanı psixi-emosional halında hirslilik əmələ gəlmişdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs psixi inkişafını nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, cinayətlərdən biri təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmçinin məhkəmə xuliqanlıq cinayətinin obyektiv cəhətdən ifadə olunduğu xuliqanlıq əməlləri ilə bağlı qeyd edir ki, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında həmçinin göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmənın 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci və 86-cı maddələrinə müvafiq olaraq, məhkəmə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hazırda müvafiq orta-ixtisas təhsili almasını, tərbiyə şəraitini, o cümlədən, valideynlərinin boşanaraq ayrı yaşamasını, hazırda valideynlərindən birinin – anasının himayəsində olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərər çəkmiş şəxslərlə aralarında barışıq əldə etməsini, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X13 tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ildə ümumi orta təhsil bazasından (9-cu sinifdən) 3 illik texniki peşə təhsili almaqla Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə daxil olub. Hal-hazırda “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” ixtisası üzrə əyani təhsilalma formasında 3-cü kursda təhsil alır. Aylıq təqaüdü 66 manatdır, dərslər həftə içi beş gün olmaqla saat 08:30-da başlayır, 15:10-da bitir. Təhsilini 2027-ci il 30 iyun tarixində bitirəcək. Həmçinin məhkəmə cəza təyin edərkən hadisənin zərər çəkmiş şəxslərin əxlaqsız ifadələri nəticəsində baş verməsini də nəzərə alır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində zarafat üçün Nihada “küçük” dediyini, bundan sonra Nihadın ona bıçaq xəsarəti yetirdiyini, həmçinin Təqsirləndirilən şəxs da anoloji məzmunlu ifadə verərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona “bicbala”, “küçük” dediyini, bundan sonra əsəbləşərək sonuncunun üstünə getdiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, törətdiyi əməldən səmimi peşman olmasını və zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən hallar hesab edir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 11 sentyabr 2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrin surətlərindən və məhkəmə iclasında təqdim etdiklərin ərizələrdən görünür ki, sonuncuların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə nəzər alır ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlini törədərkən və hökmün çıxarıldığı tarixə 18 yaşına çatmamışdır. Qüvvədə olan Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında” Qanunun 1-ci maddəsinə əsasən, uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 11-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yetkinlik yaşına çatmamasını, hazırki ailə və tərbiyə şəraitini, zərər çəkmiş şəxslərin şikayətçi olmamasını və aralarında barışıq əldə etdiklərini, sonuncunun ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını cəmiyyətdən təcrid olunmaqla müvafiq rejimli tərbiyə müəssisəsində çəkəcəyi təqdirdə bunun onun tərbiyəsinə ehtimal olunan mənfi təsirini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrumetmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsində isə on dörd yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə biləcəyi cinayət əməllərin siyahısı göstərilir. Bununla bağlı məhkəmə qeyd edir ki, baxmayaraq ki, Təqsirləndirilən şəxs hazırki cinayət işində törətməkdə təqsirli bilindiyi cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb edilə bilməsi üçün cinayət qanunu ilə müəyyən edilmiş yaş həddinə çatsa da, nəzərə alınmalıdır ki, hazırki cinayət əməllərini törətdiyi zaman Təqsirləndirilən şəxs 16 yaşı tamam olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdən 06 noyabr 2024-cü il həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə növündə cəza müddətinə hesablanmamalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Hazırki cinayət işi üzrə maddi sübut qismində tanınmış hər hansı predmet müəyyən edilməmişdir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-792/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-792/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver