Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-793/2022 08.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X14 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X12, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 1 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,225 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində daşıyaraq üzərində saxlamış, Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 avqust 2021-ci il tarixdə saat 12:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi, Sabunçu rayon Polis İdarəsinin Dövlət X19 yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binsaında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,225 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 3 ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,160 qram, 0,192 qram, 4,564 qram olmaqla ümumi təmiz çəkisi 4,916 qram psixotrop maddə metamfetamin və 1 ədəd qəhvəyi rəngli kağız bükümündə təmiz çəkisi 21,120 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 03 noyabr 2021-ci il tarixdə saat 21:30 dəqiqədə Xəzər rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Rahat” marketin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqlardan birində üzərində video çəkilişlə şəxsi axtarış aparılan zaman sağ əlində olan qara rəngli əl çantasının ön cbindən 3 ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0.160 qram, 0,192 qram, 4,564 qram olmaqla ümumi təmiz çəkisi 4,916 qram kustar üsull hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd qəhvəyi rəngli kağız bükümündə təmiz çəkisi 21,120 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4 3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünü yalnız narkotik vasitələrin və psixotrop maddələrin istifadə etməkdə təqsirli bilir. Belə ki, o uzun müddətdir narkotik vasitə heroin və metamfetamindən istifadə edir. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Narkotik vasitələri ayrı-ayrı vaxtlarda tanımadığı şəxslərdən alırdı. 02.08.2021-ci il tarixdə Zabrat qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində 1 büküm narkotik vasitə olan heroin almış, həmin narkotik vasitəni istifadə etmək üçün özündə saxlamışdır. 02.08.2021-ci il tarixdə günorta saatlarında Sabunçu rayon Polis İdarəsinin Dövlət X19 yaxınlığında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək onu 15-ci Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək 15-ci Polis Bölməsinə gəlmiş, polis əməkdaşları xidməti tərəfindən otaqların birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Baxış zamanı polis əməkdaşı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi təklif etdikdən sonra o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş vəziyyətdə narkotik vasitə olan heroini təqdim etmiş, polis əməkdaşlarından biri üzərindən aşkar olunan həmin maddənin nə olduğunu, kimdən və hansı qiymətə aldığını soruşduqda, həmin maddənin kokos kimi tandığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni bir müddət öncə adını bilmədiyi və yalnız üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. 03 noyabr 2021-ci il tarixdə üzərində aparılan şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 3 ədəd şəffaf rəngli sellofan torbalarına bükülmüş içərisində metamfetamin olan psixotrop maddəni və bir ədəd bükümdə narkotik vasitə olan heroini həmin tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Bəyəndim” adlı dükanın yaxınlığında yerdən götürüb əlində gəzdirdiyi qara rəngli əl çantasının ön cibinə qoymuşdur. Qeyd edilən narkotik vasitələri hesaba pul köçürmək vasitəsilə onlayn yolu ilə İran İslam Respublikasının vətəndaşı Yusif Ağa kimi tanıdığı şəxsdən almışdır. Həmin şəxslə onu Teymur adlı şəxs tanış etmişdir. Belə ki, Yusif Ağanın mobil nömrəsini Teymur ona vermişdir. Yusif Ağanı üzdən tanımamış, 03 noyabr 2021-ci il tarixdə özünə məxsus olan mobil telefon vasitəsilə Yusif Ağanın istifadəsində olan hazırda xatırlamadığı nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamış onun dediyi kart nömrəsinə 200 manat pulu aparat vasitəsilə göndərməyini Yusif Ağa adlı şəxs ona demişdir. Yusif Ağanın dediyi kimi 200 manat pulu ödəmə terminalı vasitəsilə yadında saxlamadığı kartın nömrəsinə göndərmiş, daha sonra onunla yenidən əlaqə saxlamış, o isə narkotik vasitələri yuxarıda qeyd etdiyi yerdə qoymuşdur. Eldar ilə birlikdə həmin yerə getmiş, lakin Eldarın bu məsələdən xəbəri olmamışdır. 03.11.2021-ci il tarixdə axşam saatlarında Eldarın yaşadığı ünvana gedən zaman Xəzər rayonu, Buzovna qəsəbəsi, “Rahat” marketin yaxınlığında iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmiş, həmin polis əməkdaşları ondan adını soruşduqda onlara özünü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmiş və o, könüllü olaraq polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına getmişdir. Orada polis əməkdaşlar tərəfindən ona narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Polis Şöbəsinə gətirilməsini bildirilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulma haqqında qərar ona elan olunmuşdur. Bundan sonra polis əməkdaşları, videoçəkiliş aparmaqla üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarışa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim edilməsi təklif edildikdə o, sağ əlində olan qara rəngli əl çantasının ön cibindən 3 ədəd şəffaf sellofan bükümündə olan olan metamfetamini və 1 ədəd qəhvəyi rəngli kağıza bükülmüş heroini təqdim etmişdir. Üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitə və psixotrop maddəni heç kimə satmamış, narkotik vasitə psixotrop maddə istifadəçisi olduğundan bədənində şiddətli ağrılar olur. Şəxsi istifadəsi üçün aldığı narkotik vasitə və psixotrop maddədən bəzən onun kimi narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərə pay vermişdir. Bunun müqabilində həmin şəxslərdən heç vaxt pul və ya digər maddi nemət almamış, heç bir maddi və ya digər şəxsi maraq güdməmişdir. Yusif Ağa kimi tanıdığı şəxsi heç vaxt görməmiş, onun kim olduğunu da bilmir, onun narkotik vasitə və psixotrop maddəni haradan gətirməsi barədə məlumatı olmamış, onun İran İslam Respublikasının vətəndaşı olması barədə dəqiq məlumatı yoxdur, onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəngləşdiyi nömrənin İran İslam Respublikasına aid mobil nömrə olmasına və özünü “Yusif Ağa” kimi təqdim etməsinə görə onun İran İslam Respublikasının vətəndaşı olmasını fikirləşmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixi təsir göstərilməmiş, həmçinin zor tətbiq edilməmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 noyabr 2021-ci il tarixdə işlədiyi idarəyə Təqsirləndirilən şəxs qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə idarə rəhbərliyinə raportla müraciət etmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunduqdan sonra əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra mən və Xəzər rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Şahid4la birlikdə 03 noyabr 2021-ci il tarixdə saat 21:30 dəqiqədə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində “Rahat” marketin yaxınlığında biri zahirən Təqsirləndirilən şəxs bənzəyən və özünü şübhəli aparan iki nəfər şəxsi görüb həmin şəxslərə yaxınlaşmış, Şahid4la birlikdə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxslərdən özlərini təqdim etməyi xahiş etmiş, həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs kimi, digəri isə özünü X2 təqdim etmiş, Şahid4la birlikdə Təqsirləndirilən şəxs və X4 onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onları saxlamış və onları Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin inzibati binasına dəvət etdikdə, onlar buna etiraz etmədikdən sonra onları Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin inzibati binasına gətirərək barələrində araşdırma aparılması üçün Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Arif Rzayevə təhvil vermişdir. Arif Rzayev Təqsirləndirilən şəxs oğlunun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra özü, Şahid4 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli əl çantasının ön cibindən 3 ədəd şəffaf sellofan bükümünü və 1 ədəd qəhvəyi rəngli kağız bükümünü çıxarıb təqdim edərək 3 ədəd şəffaf selllofan bükümündə olan kütlələrin psixotrop maddə metamfetamin, 1 ədəd qəhvəyi rəngli kağız bükümündə olan kütlənin isə narkotik vasitə heroin olduğunu, həmin psixotrop maddə və narkotik vasitəni 03.11.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Bəyəndim” dükanının yaxınlığında internet vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Yusif Ağa adlı şəxsdən onlayn yolla 200 manata şəxsi istifadəsi üçün aldığını, şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini və bundan başqa üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd şəffaf sellofan bükümü açıldıqda içərisində bərk formalı, şəffaf rəngli kristal parçaları olması, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qəhvəyi rəngli kağız bükümü açıldıqda isə içərisində qəhvəyi rəngli, spesifik iyə malik kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs oğlunun üzərində aparılan şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd şəffaf sellofan bükümü və 1 ədəd qəhvəyi rəngli kağız bükümü içərisi boş olan zərfə qoyulub qablaşdırılmaqla üzəri möhürlənmişdir. Daha sonra Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Arif X1 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra Şahid4 və müdafiəçinin iştirakı ilə X3 üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi aparılmadan öncə X4 üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. X8 onun üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmetin olmadığını bildirmiş, bundan sonra X3 üzərində şəxsi axtarış aparılmış, onun üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilməzdən öncə və şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki zor və ya psixi təzyiq göstərilməsinin şahidi olmamış, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsi barədə məlumatları olmamış, lakin bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. Təqsirləndirilən şəxs və X5 əvvəllər tanımamış, onlarla aralarında hər hansı ədavət və qərəzli münasibət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. “Aydın” adlı şəxsin qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan olunan narkotik vasitələri əldə etməsi, saxlaması və onun qəbulu ilə məşğul olması barədə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və “Aydın” adlı şəxsi cinayət başında ifşa etmək məqsədilə 02 avqust 2021-ci il tarixdə ondan və Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş, sonra keçirilmiş tədbirlər nəticəsində 02.08.2021-ci il tarixdə günorta saatlarında Sabunçu rayon Polis İdarəsinin Dövlət X21 yaxınlığında zahiri əlamətləri “Aydın” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqim edib onu 15-ci Polis Bölməsinə dəvət etmiş, o razılaşaraq onlarla birlikdə 15-ci Polis Bölməsinin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən müdafiəçinin iştirakına ehtiyac görmədiyini bildirərək bu barədə ərizə yazmış, bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükümünü təqdim edərək bildirdi ki, bükümdə olan kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir, həmin narkotik vasitəni 02 avqust 2021-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində tanıdığı şəxsdən 20 manata almışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbiri və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı sonuncuya qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə ifadəsi elan edilmiş tədqiq edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 cinayət işinin 163-166-cı vərəqlərində olan ifadəsindən görünür ki, şahid əməliyyat tədbirində iştirak etmiş Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan edilməklə edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 04 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Nizami Həmidov tərəfindən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 03 ədəd şəffaf sellofan bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,160 qram, 0,192 qram, 4,564 qram olmaqla ümumi təmiz çəkisi 4,916 qram psixotrop maddə metamfetamin və 01 ədəd qəhvəyi rəngli kağız bükümündə təmiz çəkisi 21,120 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 03 noyabr 2021-ci il tarixdə saat 21:30 dəqiqədə Xəzər rayon Polis İdarəsinin Cinayət- Axtarış Şöbəsi və Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Rahat” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasında xidməti otaqlardan birində üzərində video çəkilişlə şəxsi axtarış aparılan zaman sağ əlində olan qara rəngli əl çantasının ön cbindən 03 ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0.160 qram, 0,192 qram, 4,564 qram olmaqla ümumi təmiz çəkisi 4,916 qram kustar üsull hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd qəhvəyi rəngli kağız bükümündə təmiz çəkisi 21,120 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır. (cild 01, iş vər. 1) İşdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında" 03 noyabr 2021-ci il tarixli protokol və və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 04.11.2021-ci il tarixli protokoldan görünür görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,”Rahat” marketin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparılmışdır. Həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X17 tərəfindən Daxili işlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları Şahid4, Şahid3 və həmçinin Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Aydin Baqdayevə üzərində qanunsuz olaraq gəzdirdiyi əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs o zaman sağ əlində olan qara rənqli əl çantasının ön cibindən 3 ədəd şəffaf rəngli sellofan torba və 1 ədə qəhvəyi rəngli kağıza bükülmüş bükümləri çıxarıb təqdim edərək, həmin 3 ədəd şəffaf rəngli sellofan torbalarına bülükmüş bükümlərin içərisində psixotrop maddə olan “metamfetamin” olduğunu, digər 1 ədə qəhvəyi rəngli kağıza bükülmüş bükümün içərisində isə narkotik vasitə olan “heroin” olduğunu bildirərək masanın üzərinə qoymuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri03.1102021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində “Bəyəndim” dükanın yaxınlığına internet şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Yusif Ağa adlı şəxsdən onlayn vasitəsilə 200 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd bükülünün içindəki bərk formalı şəffaf rəngli kristal formalı psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddə və bir ədəd bükülünün içindəki qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə olan “heroin”-ə bənzər maddə olması müəyyən edildi. Aşkar olunmuş 3 ədəd şəffaf rəngli sellofan torbaların içərisində olan psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə və 1 ədəd qəhvəyi rəngli kağızın içərisində olan narkotik vasitə “heroin”-ə bənzər maddə bir ədəd kağız zərfə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün 193 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış və götürmə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin həyətində, axşam vaxtı, süni işıqlandırma şəraitində keçirilmişdir, baxış və götürmə zamanı "Hisense” markalı videokameradan istifadə etməklə vıdeoçəkiliş aparılmışdır Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxıl olmamış, protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola bir ədəd DVD disk əlavə olunmuşdur (cild 01. ış vər 40-42, 87). İşdə olan tutma haqqında protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə ittiham elan olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 4(003)- 444/2021 saylı qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 noyabr 2021-ci il tarixdə hesablanmışdır (cild 01, iş vər. 28-29, 101-102, 116- 118). Materialların məhkəmə ekspertizasının 04.11.2021-ci il tarixli, 6/4897 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.160 qram, 0,192 qram, 4,564 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 21,120 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. (cild, iş.vər. 75-82) İşdə olan “cinayət işinin icraata qəbul edilməsi haqqında” 04 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 03 avqust 2021-ci il tarixdə Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kaoitanı Cavid İsayev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Nizami Həmidovun icraatına qəbul edilmişdir. (cild 01, iş vər. 173) İşdə olan “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 04 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Nizami Həmidov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işlərinin bir icraata birləşdirilməsinə dair qərar qəbul olunmuşdur. (cild 01, iş vər. 175-176) “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 03 avqust 2021-ci il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Cavid İsayev tərəfindən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,225 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində daşıyaraq üzərində saxlaması, Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 avqust 2021-ci il tarixdə saat 12:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi, Sabunçu RPİ-nin DYPŞ-nin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,225 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır. (cild 01, iş vər. 179) İşdə olan tutma haqqında protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə ittiham elan olunmuş, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi , polis kapitanı X10 04 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 190, 229, cild 02, iş vər. 1). İşdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında" 02 avqust 2021-ci il tarixli protokol və və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 04.11.2021-ci il tarixli protokoldan görünür görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs oğlunun 02.08.2021-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə 1,225 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi, 03.11.2021-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən sağ əlində qara rəngli əl çantasının ön cibindən 03 ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,160 qram, 0.192 qram, 4,564 qram olmaqla ümumi təmiz çəkisi 4,916 qram psixotrop maddə metamfetaminin və 01 ədəd qəhvəyi rəngli kağız bükümündə təmiz çəkisi 21,120 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürüldü. Şəxsi axtarış və götürmə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin həyətində, axşam vaxtı, süni işıqlandırma şəraitində keçirilmişdir, baxış və götürmə zamanı "Hisense” markalı videokameradan istifadə etməklə vıdeoçəkiliş aparılmışdır Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxıl olmamış, protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola bir ədəd DVD disk əlavə olunmuşdur (cild 01. iş vər 207-208, cild 02, iş vər. 44). Materialların məhkəmə ekspertizasının 02.08.2021-ci il tarixli, 6/3247 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №161”dairəvi möhür əksi olan və vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər maddə” yazısı və imzalar qeyd edilmiş zərfdəki bir ədəd polietilen bükümdə təmiz çəkisi 1,225 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-n siyahısına (Siyahı İ) daxildir. (cild 01, iş vər 215-220). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 24.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr dəfələrlə məhkum olunmaqla, sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05.07.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 02, iş vər. 15-17) Məhkəmə-narkoloji ekspertizasının 01.10.2021-ci il tarixli, 3723 nömrəli rəyindən görünür ki: Müayinə zamanı X7 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər 18-19). Məhkəmə-narkoloji ekspertizasının 30.12.2021-ci il tarixli, 5373 nömrəli rəyindən görünür ki: Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər 35-36). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Sıyahılar»-ından "Narkotik vasitələri" əhatə edən İ siyahısının 5-ci qrafasına əsasən narkotik vasitə heroinin təmiz çəkisi 0,15 (sıfır tam yüzdə on beş) qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, 2 (iki) qramdan yuxarı olması külli miqdar, habelə İİ siyahının 67-ci bəndinə əsasən 2 qram pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək ış materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün işin faktiki hallarına uyğun olan ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı həmçinin işin digər halları nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd edilən faktiki halların nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifı məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin X11 02 avqust 2021ci il tarixdən 04 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün azadlıqdan məhrumetməyə bərabər tutulmalı və həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 03 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: Bakı şəhəri Xəzər RPİ-nin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş: - təmiz çəkisi 1,225 (bir tam, mində iki yüz iyirmi beş) qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,175 (bir tam, mində yüz yetmiş beş) qram olan narkotik vasitə heroin; təmiz çəkisi 4,916 (dörd min tam, doqquz yüz on altı) qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 4,826 (dörd min tam, səkkiz yüz iyirmi altı) qram olan narkotik vasitə metamfetamin; təmiz çəkisi 21,120 (iyirmi bir min tam, mində yüz iyirmi) qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 21,020 (iyirmi bir min tam, mində iyirmi) qram olan narkotik vasitə heroin; - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə 02.08.2021-ci il və 03.11.2021-ci il tarixlərdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 173,58 manat (yüz yetmiş üç manat əlli səkkiz qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X6 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Sabunçu RPİ-nin MSY-də saxlandığı 02 avqust 2021-ci il tarixdən 04 avqust 2021-ci il tarixədək olan müddət, cəmi 02 (iki) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Maddi sübut: Bakı şəhəri Xəzər RPİ-nin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş: - təmiz çəkisi 1,225 (bir tam, mində iki yüz iyirmi beş) qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,175 (bir tam, mində yüz yetmiş beş) qram olan narkotik vasitə heroin; təmiz çəkisi 4,916 (dörd min tam, doqquz yüz on altı) qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 4,826 (dörd min tam, səkkiz yüz iyirmi altı) qram olan narkotik vasitə metamfetamin; təmiz çəkisi 21,120 (iyirmi bir min tam, mində yüz iyirmi) qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 21,020 (iyirmi bir min tam, mində iyirmi) qram olan narkotik vasitə heroin; - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə 02.08.2021-ci il və 03.11.2021-ci il tarixlərdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 173,58 manat (yüz yetmiş üç manat əlli səkkiz qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov
Məhkəmə qərarları › İş №1(101)-793/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-793/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver