Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-793/2023 12.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1990-cı il tarixdə Lənkəran rayonu Türkəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu Türkəkəran kəndində qeydiyyatda olan və tutulana qədər Bakı şəhəri, Nəsimi rayonu, Rasim Səfərov küçəsi ev 149-da kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,447 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 23 avqust 2022-ci il tarixdə saat 18:30-da ünvan 1 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən təmiz çəkisi 2,447 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,167 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 13,382 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 14 sentyabr 2022-ci il tarixdə saat 22:30-da ünvan 3 ünvanda yerləşən X9 həyətində olarkən özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən təmiz çəkisi 5,167 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 13,382 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olduğunu bildirib ifadələrində göstərdi ki, özü narkotik vasitə istifadəçisidir. O, saxlanılmazdan əvvəl onunla birlikdə 1 saylı X7 metodon içən şəxslərdən biri, anasının xəstə olmasını bildirərək ondan 40 manat borc pul almışdır. 23 avqust 2022-ci il tarixdə həmin şəxs ona borclu olduğu pulun əvəzinə 2 qram narkotik vasitə olan heroini və 7 manat pul verməyi təklif edəndə, o, həmin şəxsin təklifini qəbul etmişdir. Bu zaman polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmışlar. Həmin vaxt polis bölməsində onun üzərindən aşkar olunan iki qram narkotik vasitə heroin ona məxsus olmuşdur. Lakin ittiham aktında qeyd olunan digər narkotik vasitə ona aid olmamışdır. Onun üzərimdə iki qram narkotik vasitə heroin olub. Üzərindən 13 qram narkotik vasitə aşkar olunanda onu polislər döyüb. Polislər onu şahid qismində çağırılanda da döymüşdülər. İstintaq təcridxanasına daxil olanda onun üzərində xəsarət olmayıb. O döyülmüşdü, lakin üzərində izlər olmamışdı. İstintaq təcridxanasına daxil olanda döyüldüyünü deməmişdir. Onu təzyiq göstərən polis əməkdaşlarını üzdən tanıyır. Onu niyə döydüklərini bilmir. Necə və bədənin harasına vurduqlarını bilmir. Döyülmək deyəndə o, onun əllə, ayaqla vurulmasını nəzərdə tutmur. Onu elə döyməyiblər. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əmllərini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir: “ Heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamış, heç vaxt məhkum olunmamışdır. Təqribən 6 aydır ki, narkotik vasitədən istifadə edir və hal-hazırda bununla bağlı onda qismən asılılıq yaranmışdır. O, adətən istifadə etdiyi narkotik vasitələri yaşadığı “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxslərdən alırdı. Təxminən 2 həftə əvvəl adını bilmədiyi, onunla birlikdə 1 saylı KTM-də metodon içən şəxslərdən biri anasının xəstə olmasını bildirərək ondan 40 manat borc pul almışdır. xx.xx.2022-ci il tarixdə həmin şəxs borclu olduğu pulun əvəzinə narkotik vasitə olan heroini və 7 manat pul verməyi təklif etdikdə o da həmin şəxsin təklifini qəbul edib narkotik vasitəni alaraq əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün saat 18 radələrində yaşadığı ərazinin yaxınlığında olan zaman, 2 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirərək ondan kim olduğunu və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istədikdə, o özünü itirmiş və şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün polis əməkdaşları onu 20-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, növbədə olan vəkilin hüquqlarını müdafiə etməsini istəmişdir. Daha sonra vəkil polis bölməsinə dəvət olunmuş və vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutulmuş, həmin vaxt ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra təhqiqatçı üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını demişdir. Həmin vaxt vəkili şəxsi axtarışda iştirak etməkdən imtina etmiş, o da buna etiraz etməmişdir. Sonra polis bölməsinə dəvət olunmuş qadının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparıldıqda üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmadığı, olduğu təqdirdə könüllü təqdim etməyi təklif edilmişdir. Həmin vaxt o, əynində olan açıq qəhvəyi rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan büküm, 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinası və 1 cüt bijuteriya sırğa çıxarıb təqdim etmiş və bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə, günorta saatlarında, 1 saylı KTM-in (Semaşka) həyətində metadon suyu içərkən, ona 40 manat pul borclu olan tanımadığı şəxsdən, həmin borcun qarşılığında aldığını bildirmişdir. Daha sonra bir nəfər qadın tərəfindən onun üzərinə şəxsi axtarış aparılmış, lakin heç bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə aşkar olunmamışdır. Sonra təqdim etdiyi narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, 7 manat pul və sırğa isə ona qaytarılmışdır. Sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi protokola imza etmişdir. Bundan başqa, 14 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu Mirəli Qaşqay küçəsində tanımadığı şəxsdən 300 manata “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin və 75 manata “kakos” kimi tanıdığı narkotik vasitə hesab olunan heroini almışdır. Elə həmin günü, yəni 14 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində ünvan 4 ünvanında yerləşən X8 həyətində olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olmalarını bildirib onu 20-ci polis bölməsinə dəvət etmişlər. O, öz razılığı ilə polis bölməsinə gəlmiş, bölmədə olan otaqların birində təhqiqatçı tərəfindən sənədləşmə aparılmış, onun istəyi ilə hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkillə təmin edilmişdir. Bundan sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuş, həmin proses mütəxəssis tərəfindən video kamera ilə görüntüyə alınmışdır. O da verilmiş suala cavab olaraq üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin və “kakos” kimi tanıdığı narkotik vasitə hesab olunan heroin olmasını bildirmişdir. Daha sonra masaya yaxınlaşaraq əynində olan sarımtıl (süd rəngli) cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş 02 (iki) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlərin birini açdıqda onun içərisində kristal şəkilli dənəvari maddə olan və digər bükümü açdıqda isə onun içində tünd qəhvəyi rəngli maddə olan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddələr boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib ekspertizaya göndərilmişdir. Bundan sonra həmin videogörüntüyə onlar baxmışlar və protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır”. Məhkəmədə elan olunub araşdırılmış digər ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərmişdir: “ O, təxminən 1 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Həmin heroini və metamfetamini öz istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitə heroinləri və psixotrop maddə metamfetamini aldığı şəxsləri üzdən tanısa da, adlarını, soyadlarını, atalarının adını və başqa məlumatlarını bilmir, hansı mobil telefon nömrələrindən istifadə etdiklərini də bilmir, həmin şəxslərin birindən əvvəllər bir dəfə narkotik vasitə alıb istifadə etmişdir. Metadon suyunu tanımadığı şəxsdən əldə etmiş, həmin şəxsin kim olmasını bilmir. Onun bank hesabı yoxdur. Nəsimi RPİ-nin 20-ci polis bölməsinə gətirilərkən və PB-də olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Onun üzərinə Nəsimi RPİ-nin 20-ci PBdə yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir”. Şahid2 ifadələrində Nəsimi RPİ-nin 20-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyiyni bildirib göstərdi ki, 14 sentyabr 2022-ci il tarixdə bölmənin yetkinlik yaşma çatmayanların işləri üzrə inspektoru Şahid3 ilə xidməti əraziləri olan Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində 1 saylı X9 həyətində olarkən saat 22:30 radələrində bir nəfər qadının özünü şübhəli apardığını görüb, həmin qadına yaxınlaşmışlar və özlərini təqdim edərək həmin qadından şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsini xahiş etmişlər. Həmin qadın sənədinin üzərində olmadığını bildirmişdir. Həmin qadının davranışlarında və danışıqlarında şübhəli məqamlar olduğundan və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onlar həmin şəxsi 20-ci polis bölməsinə dəvət etmişlər. Həmin qadın da etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olarkən həmin qadının Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və şifahi söhbət zamanı sonuncu narkotik vasitə alüdəçisi olduğunu bildirdiyi üçün tərəflərindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin təmin edilməsi ilə bağlı rəhbərliyə raportla müraciət olunmuşdur. Polis bölməsində raportla rəhbərliyə müraciət etdikdən sonra baş təhqiqatçı Tuqay Mehtiyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümünü çıxarıb onları masanın üzərinə qoymuş və həmin bükümlərin birində narkotik vasitə heroin, birində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin heroini və metamfetamini 14 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu Mirəliqaşqay küçəsində tanımadığı şəxsdən heroini 75 manata, metamfetamini isə 300 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr baş təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs heç kim artıq söz belə deməyib. Onu nə döyən, nə də sözlə hədələyən olmayıb. O, saxlanılanda özü narkomaniyadan əziyyət çəkən xəstə adam olub. Özü hər şeyi etiraf edib. Şahidlər Şahid3 və Şahid4 Şahid2 eyni məzmunlu ifadə verib onun ifadələrində göstərdiyi halları təsdiq etdilər.. Məhkəmədə elan olunub araşdırılmış istintaq zamanı ifadələrində şahid qismində dindirilmiş Əliyev X5 RPİ-nin 20-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyiyni bildirib göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə bölmənin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Şahid3 ilə xidməti əraziləri olan Bakı şəhəri, ünvan 5 ünvanın qarşısında bir nəfər qadının özünü şübhəli apardığını görüb, həmin qadına yaxınlaşaraq özlərini təqdim edib həmin qadından şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsini xahiş etmişlər. Həmin qadın sənədinin üzərində olmadığını bildirdikdə qadının davranışlarında və danışıqlarında şübhəli məqamlar olduğundan və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından qadını 20-ci polis bölməsinə dəvət etmişlər. Həmin qadın etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olarkən qadının Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və şifahi söhbət zamanı sonuncu narkotik vasitə alüdəçisi olduğunu bildirdiyi üçün tərəflərindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin təmin edilməsi ilə bağlı rəhbərliyə raportla müraciət olunmuşdur. Polis bölməsində raportla rəhbərliyə müraciət etdikdən sonra təhqiqatçı Elşən Rəsulov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümünü çıxarıb onu masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 23 avqust 2022-ci il tarixdə günorta saatlarında 1 saylı KTM-in həyətində metadon suyu içərkən ona 40 manat pul borclu olan tanımadığı şəxsdən həmin borcun qarşılığında aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Eyni zamanda Şahid1 ifadəsində Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmadığını göstərmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən onun əynində olan açıq qəhvəyi rəngli idman şalvarının sol yan cibindən bir bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan sarımtıl (süd rəngli) rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Məhkəməkimyəvi ekspertizasının 24 avqust 2022-ci il tarixli, 6/4492 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №188” möhür əksi, “Şübhəli şəxs...Təqsirləndirilən şəxs...” və sair sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,447 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Məhkəməkimyəvi ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 6/5195 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Şübhəli şəxs : (imza) Təqsirləndirilən şəxs...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,167 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 №-li zərfdəki bir ədəd paketdə təmiz çəkisi 13,382 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 2767 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-pisixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. O, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2,447 qram və 5,167 qram narkotik vasitə heroin, 13,382 qram psixotrop maddə metamfetamin 06 yanvar 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməyib, ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərdi. Onun bu ifadələri müzakirə olunarkən onun bu iddiası təsdiqini tapmadı. Çünki o, təqsirsizliyini sübuta yetirmək vəzifəsi daşımamasına baxmayaraq o, özünün müdafiəsi üçün bəyan etdiyi halları təsdiq edən sübutları təqdim etməli idi. O isə bunu etmədi. Məhkəmədə araşdırılan sübutlar onun bu iddiasını təkzib etdi. Bu səbəbdən də məhkəmə, onun bu ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində onun polis əməkdaşları tərəfindən döyüldüyunü göstərib, ifadəsinin sonunda belə hal olmadığını göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini onun təqsirləndirilən şəxs kimi ifadə verməkdə sərbəstlik hüququndan sui istifadə edib özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyini, onun əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 110 (yüz on) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizasının hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) saat hüquqi yardım göstərilməsi və bu xidmətə görə ona 240 (iki yüz qırx) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsi və Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmiş iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2,447 qram və 5,167 qram narkotik vasitə heroin, 13,382 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs iş ilə birləşdirilmiş ********* nömrəli cinayət işi üzrə 23 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulması, 25 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi, hazırkı iş üzrə 14 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 16 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halları nəzərə alıb onun şübhəli şəxs qismində tutulub saxlanıldığı və həbsdə saxlanıldığı müddətləri ona təyin olunacaq cəza müddətinə daxil edilməsini əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ikinci dərəcəli əlil olması, imun çatışmamazlığı, (Spid) xəstəliyindən əziyyət çəkməsi, himayəsində azyaşlı uşağın olması müəyyən edildi. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 5932 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin uşaqların bibisi X2 yanında qaldıqlarını və onların da gələcəkdə onun yanında qalacaqlarını bildirdi. Məhkəmə həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsın 23 avqust 2022-ci il tarixdən həmin ayın 25-ə qədər şübhəli şəxs qismində həbsdə olması ona təyin olunmuş cəza müddətinə daxil edilsin, onun tərəfindən çəkilməli cəzanın qalıq müddəti 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün kimi müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 110 (yüz on) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 240 (iki yüz qırx) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 110 (yüz on) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 2,447 qram və 5,167 qram narkotik vasitə heroin, 13,382 qram psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-793/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-793/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver