Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-793/2025 12.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma əməlini törətmişdir.
İşin faktiki halları:
2. Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs daha əvvəldən tanıdığı Zərərçəkmiş şəxs vasitəsilə Şahid4 ondan alacağı tikinti materiallarının əvəzinə ona verilmiş “Mercedes-Benz” markalı C modelli **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə baş etibarnamə verilməsi üçün xx.xx.2024-cü ildə Zərərçəkmiş şəxs zəng etmiş, sonuncu isə onun təklif etdiyi tikinti materiallarının qiyməti ilə razılaşmayaraq avtomobili geri tələb etmiş və bununla əlaqədar aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmiş və onlar məsələyə aydınlıq gətirmək üçün ünvan 3 ünvanda yerləşən «İnterturan» mebel salonunun qarşısında görüş təyin etmişlər. xx.xx.2024-cü ildə saat 20:30 radələrində Təqsirləndirilən şəxs həmin ünvana gəlmiş, Zərərçəkmiş şəxs tanışları Şahid1 və qeyriləri ilə birlikdə gəldiyini görmüş və ona təklikdə danışmağı təklif etmişdir. Həmin təklifə əsasən Zərərçəkmiş şəxslə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi «Xəzər» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna əyləşərək söhbət etmişlər. Söhbət əsnasında Zərərçəkmiş şəxs ona verdiyi avtomobili geri qaytarmasını yenidən tələb etmiş və heç bir hüquqi və faktiki əsas olmadan Təqsirləndirilən şəxs öz üstünlüyünü nümayiş etdirməklə ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək xuliqanlıq niyyəti ilə avtomobilində saxladığı təsərrüfat-məişət təyinatlı dəftərxana bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sağ əlinə, döş qəfəsinə zərbələr vurmuş və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən İİ və İİİ barmaqlarının arasının kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yaraları, ümumilikdə həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid olan sol plevra boşluğuna nüfuz edən döş qəfəsinin sol yarısının ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olmaqla yanaşı, həm sürücü, həm də avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs hadisə baş verməmişdən əvvəl təxminən 6 ay müddətdir ki, Bakıxanov qəsəbəsində yeni tikilən “Məhkəmə Ekspertiza Mərkəzinə” yük daşıyarkən tanımışdır. Sonuncu onun avtomobil satışı ilə məşğul olduğunu bildiyindən ondan müxtəlif markalı avtomobillər barədə soruşmuşdur. Həmin vaxtlarda onun Şahin adlı dostu sonuncuya məxsus olan **-DD- *** dövlət nömrə nişanlı “Mercedes C klass” markalı avtomobili 25.000 dollara satmaq istədiyini ona bildirmişdir. Növbəti dəfə Təqsirləndirilən şəxs ondan avtomobil barədə soruşduqda o, sonuncuya həmin “Mercedes C klass” markalı avtomobili təklif etmişdir. Təxminən xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs avtomobili görmək üçün “Vorovski” adlanan əraziyə gəlmişdir. Avtomobilə baxdıqdan sonra sonuncu ilə Şahin avtomobil qarşılığında Təqsirləndirilən şəxs ona sement verməsinə razılaşmışlar. Şahin Təqsirləndirilən şəxs sementin qiymətlərini ona göndərməsini və ona yekunda nə qədər sement verəcəyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs avtomobili sürərək getmişdir. Şahin, o və Təqsirləndirilən şəxs arasında ödəniləcək pul barədə söhbətlər edilmişdir. Sonuncu avtomobilin qarşılığında verəcəyi sementin qiymətini ona göndərmiş, həmin sementlərin qiymətinə baxarkən sonuncunun göndərdiyi sementin qiyməti münasib olmadığından Təqsirləndirilən şəxs avtomobili qaytarmasını istəmişdir. Bu zaman sonuncu sementə dair yeni qiymətlər təklif edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sementə dair yeni qiymət göndərsə də, onlar həmin qiymətlə də razılaşmamışlar. xx.xx.2024-cü ildə təxminən saat 19:00 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək avtomobilə dair baş etibarnamə istəmişdir. O, Təqsirləndirilən şəxs bildirdiyi qiymətlə razı olmadıqlarını bildirərək sonuncudan avtmobili geri qaytarmasını tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona qarşı qeyri-etik ifadələr işlədərək avtomobili ondan heç kimin ala bilməyəcəyini bildirmiş, o, Təqsirləndirilən şəxs danışığına diqqət etməsini desə də sonuncu eyni hərəkətlərə davam etmiş və o da Təqsirləndirilən şəxs qarşı qeyri-etik ifadələr işlətmişdir. Bundan sonra sonuncu whatsapp tətbiqi ilə ona konum göndərərək söhbət etməyi təklif etmişdir. O, dostu Kamrana zəng etmiş, sonuncu digər dostları Elturan və İlkinlə birlikdə çayxanada olduqlarını bildirmiş və o, Kamrana məsələ barədə məlumat vermişdir. Daha sonra idarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillə xx.xx.2024-cü ildə saat 20 radələrində dostlarının əyləşdiyi kafeyə getmiş və dostları Elturan, Kamran, İlkinlə görüşmüşdür. Onlara Təqsirləndirilən şəxs onu təhqir etməsini, sonuncu ilə görüşməyə gedəcəyini, avtomobil məsələsinin olduğunu, sonuncu ilə söhbət etdikdən sonra avtomobili ondan alacağından dostlarından birinin onunla getməsini istəmişdir. Kamran, Elturan və İlkin üçü də onunla getmək istədiklərini bildirmiş, o da Təqsirləndirilən şəxslə söhbət gərginləşəcəyi halda məsələni həll etməkdə kömək etmələri, həmçinin, mübahisənin daha da böyüməməsi üçün dostlarının üçünün də onunla getmələrinə razı olmuşdur. O, idarə etdiyi avtomobillə yanında olan dostları ilə birlikdə ona göndərilən konuma gəlmiş və Təqsirləndirilən şəxs zəng edərək göndərdiyi konumda olduğunu bildirmişdir. Bu zaman sonuncu ona konumu səhv göndərdiyini, ona “İnterturan” mebel salonunun yaxınlığına gəlməyini bildirmiş və onlar dostları ilə birlikdə “İnterturan” mebel salonun yaxınlığına getmişlər. O, avtomobili saxlamış, onlar avtomobildən düşmüş və Təqsirləndirilən şəxs orada olduğunu görmüş və onunla salamlaşmışlar. O, Təqsirləndirilən şəxs avtomobilə əyləşərək söhbət etməyi təklif etmiş və o, Təqsirləndirilən şəxs məxsus olan avtomobilin sağ ön oturacağına əyləşmişdir. Sonuncu avtomobilə əyləşmiş və avtomobili işə salaraq hərəkət etməyə başlamışdır. Bu zaman sonuncunun spirtli içki qəbul etdiyini hiss etmişdir. Bir qədər hərəkət etdikdən sonra o, Təqsirləndirilən şəxs verdikləri “Mercedes” markalı avtomobilin yanına getməyi təklif etmişdir. Sonuncu isə getməyəcəyini deyərək onun ünvanına nalayiq ifadələr işlətmiş, o da onun ünvanına nalayiq ifadə işlədən zaman Təqsirləndirilən şəxs tərəfdən onun sol sinə nahiyəsinə zərbə dəydiyini hiss etmişdir. Təqsirləndirilən şəxs ona yumruq vurduğunu zənn edərək sağ əlini ona tərəf apararkən sonuncu əlində olan kəsici alətlə onun sağ əlinin işarət barmağı ilə orta barmağımın arasını kəsmiş, bu zaman əlini arxaya tərəf çəkmiş, Təqsirləndirilən şəxs əlindəki kəsici alətlə onun sinəsinin orta hissəsinə bir neçə dəfə zərbə vurmuşdur. Sonuncu avtomobili söndürərək avtomobildən yerə düşmüş və o da avtomobildən düşmüşdür. O, özünü qorumaq üçün yerdə olan mişar daşını götürərək Təqsirləndirilən şəxs tərəf atmış, daha sonra yenidən sonuncu ona tərəf gəldiyindən yerdən mişar daşı götürərək Təqsirləndirilən şəxs tərəf atmışdır. O, köynəyinin və əlinin qan olduğunu görərək ona məxsus olan Prius markalı avtomobilə tərəf getmiş, avtomobilin arxa oturacağına əyləşərək İlkinə onu xəstəxanaya aparmasını bildirmiş və “X10” aparmışdır. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, aralarında olan razılaşmaya əsasən o Təqsirləndirilən şəxslə görüşmək üçün da 3 dostu ilə birlikdə getmiş, bu vaxt sonuncu tək olmuşdur. Çöldə söhbət edərkən yanında olan insanlara problem yaranmaması üçün Təqsirləndirilən şəxs maşında oturmağı təklif etmişdir. Sonuncunun avtomobilində söhbət edərkən Təqsirləndirilən şəxs ona qarşı qeyri-etik ifadələr işlətmiş və o da Təqsirləndirilən şəxs qarşı qeyri-etik ifadələr işlətmişdir. Bundan sonra sonuncu onu rezakla vurmuş, o da avtomobildən düşüb yerdən mişar daşı götürüb Təqsirləndirilən şəxs tərəf atmışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxslə eyni məktəbdə oxumuş və aralarında dostluq münasibətləri olmuşdur. xx.xx.2024-cü ildə Elturan və Kamran adlı dostları ilə Günəşli qəsəbəsində yerləşən çayxanada çay içirmişlər. Həmin gün saat 20:00 radələrində Zərərçəkmiş şəxs onların olduqları çayxanaya gəlmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs bir şəxsin özünə qarşı qeyri-etik ifadələr işlətməsini bildirmiş və birlikdə həmin şəxsin yanına getməyi istəmişdir. O, Elturan, Kamran və Zərərçəkmiş şəxs sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən “İnterturan” mebel evinin yaxınlığına getmiş, sonuncu avtomobili orada saxlamış və avtomobildən düşərək getmişdir. Bu zaman onlar da Zərərçəkmiş şəxs ardınca getmişlər. Sonuncu orada dayanan Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüşdür. Onlar birlikdə Təqsirləndirilən şəxs yolun kənarında dayanan qara rəngli “Xəzər” markalı avtomobilinə tərəf getmişlər. Sonuncu həmin vaxt çox aqressiv şəkildə onlara arxasınca gəlməməyi bildirmişdir. Onlar Təqsirləndirilən şəxs avtomobilinin yanına çatmışlar, sonuncu öz avtomobilinin sürücü tərəfdən qapısını açaraq “heç kimin avtomobilə minə bilməyəcəyini, ancaq Zərərçəkmiş şəxs minəcəyini və söhbət edərək məsələni həll edəcəklərini” bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs haradan çıxardığını görmədiyi sarı dəstəkli oboy bıçağını yanında saxladığını da görmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobilinin ön sərnişin oturacağına əyləşmiş, sonuncu da əyləşdikdən sonra avtomobil hərəkət etmişdir. Onlar da Zərərçəkmiş şəxs avtomobilinə əyləşmişlər və o, avtomobili Təqsirləndirilən şəxs avtomobilinin arxasınca sürmüşdür. Sonuncunun avtomobili təxminən 30 metr getdikdən sonra dayanmış, o da avtomobili həmin avtomobilin arxasında saxlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs sinəsini tutaraq Təqsirləndirilən şəxs avtomobilindən düşmüş və o, Zərərçəkmiş şəxs sinəsinin qanadığını görmüşdür. Təqsirləndirilən şəxs avtomobilin qapısını açaraq avtomobildən düşmüş və əlində olan sarı dəstəkli oboy bıçağı ilə Zərərçəkmiş şəxs üzərinə doğru getmişdir. O, onlara tərəf getmiş, sonunculara dayanmaqlarını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs əlində olan oboy bıçağı ilə onun arxasınca qaçmışdır. O, sonuncunun ona xəsarət yetirməməsi üçün qaçmış və Təqsirləndirilən şəxs də ona çata bilmədiyini görərək əlinə aldığı mişar daşını ona tərəf atmış, lakin o, qaçdığından kubik ona dəyməmişdir. Təqsirləndirilən şəxs ona çata bilmədiyindən ondan kənarlaşmış, uca səslə qeyri-etik ifadələr işlətməyə başlamışdır. Elturanla Kamran Zərərçəkmiş şəxs avtomobilə mindirmişlər. O, avtomobilə əyləşərkən Təqsirləndirilən şəxs onun üzərinə gəldiyini və ünvanına qeyrietik ifadələr işlətdiyini eşitmişdir. Sonuncunun hərəkətlərinin qarşısını almaq və onlardan əl çəkməsi üçün avtomobilin qarşısında olan daşı götürərək Təqsirləndirilən şəxs atmaq istəyərkın sonuncu kənara qaçmış və daş sonuncunun avtomobilinin qırılmış arxa şüşəsindən salonuna düşmüşdür. Daha sonra o, avtomobilə minmiş, Elturan və Kamranla birlikdə C.E.X6 aparmışlar. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs kimisə vurmaq niyyəti olmamışdır, sonuncu, Kamran, Elturanla birlikdə başqa yerə çay içməyə gedəcəkdilər. Yol boyu Təqsirləndirilən şəxs aqressiya ilə, qışqıra-qışqıra danışırmış. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə avtomobilə minərkən sonuncunun əlində oboy bıçağı olmuş, o, həmin bıçağı Zərərçəkmiş şəxs avtomobilə mindikdən sonra Təqsirləndirilən şəxs əlində görmüşdür. Təqsirləndirilən şəxs avtomobildən düşən zaman əlində həmin bıçaqla Zərərçəkmiş şəxs üzərinə qaçmaq istəyərkən onlar yaxınlaşmış, bu zaman Təqsirləndirilən şəxs onun üzərinə qaçmış, çata bilmədiyi üçün onun tərəfə mişar daşı atmış və daş ona dəymədiyi üçün həmin daşı götürüb Təqsirləndirilən şəxs tərəf atmışdır.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxslə uşaqlıq dostu olmuşdur. xx.xx.2024-cü ildə Elturan və İlkin adlı dostları ilə Günəşli qəsəbəsində yerləşən çayxanada çay içirmişlər. Həmin gün saat 20:00 radələrində Zərərçəkmiş şəxs onların olduğu çayxanaya gəlmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs bir şəxsin özünə qarşı qeyri-etik ifadələr işlətməsini bildirmiş və birlikdə həmin şəxsin yanına getməyi istəmişdir. O, Elturan, Kamran və Zərərçəkmiş şəxs sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən “İnterturan” mebel evinin yaxınlığına getmiş, sonuncu avtomobili orada saxlamış və avtomobildən düşərək getmişdir. Bu zaman onlar da Zərərçəkmiş şəxs ardınca getmişlər. Sonuncu orada dayanan Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüşdür. Onlar birlikdə Təqsirləndirilən şəxs yolun kənarında dayanan qara rəngli “Xəzər” markalı avtomobilinə tərəf getmişlər. Sonuncu həmin vaxt çox aqressiv şəkildə onlara arxasınca gəlməməyi bildirmişdir. Elturanla İlkin Təqsirləndirilən şəxs avtomobilinə tərəfə getmişlər. Sonuncu öz avtomobilinin sürücü tərəfdən qapısını açmış, Zərərçəkmiş şəxs avtomobilə əyləşməyi bildirmişdir. Bu zaman Elturan Təqsirləndirilən şəxs birlikdə söhbət etməyi, yaxud onların çöldə söhbət etməklərini bildirmiş, lakin Təqsirləndirilən şəxs heç kimin qarışmamasını, Zərərçəkmiş şəxslə danışıb məsələni həll edəcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobilinin ön sərnişin oturacağına əyləşmiş, sonuncu da əyləşdikdən sonra avtomobil hərəkət etmişdir. Onlar da Zərərçəkmiş şəxs avtomobilinə əyləşmişlər və İlkin avtomobili Təqsirləndirilən şəxs avtomobilinin arxasınca sürmüşdür. Sonuncunun avtomobili təxminən 30 metr getdikdən sonra dayanmış, İlkin də avtomobili həmin avtomobilin arxasında saxlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs sinəsini tutaraq Təqsirləndirilən şəxs avtomobilindən düşmüş və o, Zərərçəkmiş şəxs sinəsinin qanadığını görmüşdür. Təqsirləndirilən şəxs avtomobilin qapısını açaraq düşmüş və əlində oboy bıçağı ilə Zərərçəkmiş şəxs üzərinə doğru getmiş, uca səslə təhqiredici sözlər deyərək Zərərçəkmiş şəxs üzərinə getmişdir. Sonuncu yerdən daş götürərək Təqsirləndirilən şəxs tərəf atmış, lakin daş sonuncunun avtomobilinə dəymişdir. Bu zaman Zərərçəkmiş şəxs arxa tərəfə getmiş, Elturan və o da Zərərçəkmiş şəxs doğru getmişlər. Təqsirləndirilən şəxs əlində olan oboy bıçağı ilə onlara tərəf gəldiyini gördükdə o və Elturan yerdən daş götürərək Təqsirləndirilən şəxs tərəf atmışlar, lakin daş sonuncuya dəyməmiş, avtomobilinə dəymişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs avtomobilə əyləşdirərək Medical Plazaya aparmışlar. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əlində dəmir olmuş və sonuncu Zərərçəkmiş şəxs avtomobildə xəsarət yetirmişdir. Avtomobildən düşdükdən sonra sonuncu əlində dəmirlə Zərərçəkmiş şəxs üzərinə gəldiyindən onlar Təqsirləndirilən şəxs tərəf daş atmış və həmin daş sonuncunun avtomobilinə dəymişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, adı Şahid olsa da hər kəs onu “Şahin” adı ilə tanımışdır. 2019-cu ildən “İRS” və "xxxx" MMC-nin direktoru olaraq işləmişdir. Həmin MMC-lər binaların kommunal xidmətlərinin təmini fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs təxminən bir il müddətdir ki, tanımışdır. Sonuncu ilə aralarında avtomobil alqı-satqısı olmuşdur. Zərərçəkmiş şəxs vasitəçiliyi ilə avtomobil aldığından sonuncunun avtomobil alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. 2024-cü ilin aprel ayında uzaq qohumu olan Natiq özünə məxsus olan **-DD-*** dövlət nömrə nişanlı “Mercedes” C klass markalı avtomobilini satmaq istədiyini ona bildirmişdir. O da Natiqə avtomobili satmaqda kömək edəcəyini bildirmişdir. Sonuncu avtomobili 24.000 (iyirmi dörd min) dollara satdığını demiş, o da avtomobil barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. 2024-cü ilin iyul ayının əvvəlində sonuncu ona zəng edərək avtomobili Təqsirləndirilən şəxs almaq istədiyini, sonuncunun avtomobilin qarşılığında sement verəcəyini və həmin sementləri Şahid4 alaraq əvəzində ona 25.000 (iyirmi beş min) dollar məbləğində pul verəcəyini bildirmiş, o da Zərərçəkmiş şəxslə razılaşmışdır. Təxminən xx.xx.2024-cü ildə o, avtomobili “Varovski” adlanan əraziyə gətirmiş, həmin vaxt Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs orada olmuşlar. O, sonuncunun sözünə uyğun olaraq avtomobili onlara təhvil vermiş və 3-5 günə 25.000 (iyirmi beş min) dollar pulu ona verəcəklərini bildirmişlər. 1 həftə sonra o, Zərərçəkmiş şəxs zəng edərək pulun verilməsini tələb etmiş, sonuncu ona Təqsirləndirilən şəxs sementi verdiyi qiyməti razılşmadıqlarından alqı-satqının uzandığını bildirmişdir. O, avtomobili Zərərçəkmiş şəxs verdiyindən həmin avtomobili ona qaytarmasını tələb etmişdir. xx.xx.2024-cü ildə o, Zərərçəkmiş şəxs zəng edərək avtomobil barədə soruşmaq istəyərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona aboy kəsmək üçün istifadə olunan alətlə xəsarət yetirməsini və “X10” getdiklərini bildirmişdir. O, həmin xəstəxanaya getmiş, orada Zərərçəkmiş şəxs əməliyyat olunacağı ona bildirilmişdir. 2024-cü ilin avqust ayının sonlarında o, **-DD-*** dövlət nömrə nişanlı “Mercedes” C klass markalı avtomobili Zərərçəkmiş şəxs təhvil almışdır. Avtomobil tam saz vəziyyətdə olmuş və heç bir nasazlığı olmamışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, yaşayış və qeyri-yaşayış məntəqələrinin təmir işləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2023-cü ildən sonuncu tikinti materiallarının satışı ilə məşğul olduğundan tanımışdır. 2023-cü ildə o, Nərimanov rayonu ərazisində qeyri-yaşayış obyekti tikintisinə başlayarkən beton lazım olduğundan Təqsirləndirilən şəxs ona avtomobil barteri qarşılığında həmin obyektə beton verə biləcəyini bildirmişdir. Lakin daha sonra həmin obyektdə işlər baş tutmadığından beton alver məsələsi alınmamışdır. Zərərçəkmiş şəxs taksi sürücüsü həmçinin qazel və yük avtomobillərinin sürcüsü kimi tanımışdır. 2024-cü ilin iyul ayında sonuncu ona yaxınlaşaraq Təqsirləndirilən şəxs ondan avtomobil istədiyini və onun Şahid adlı dostunun avtomobilini tikinti materiallarının barter qarşılığında verə biləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs tikinti materialları uyğun qiymətə olduğu halda ala biləcəyini bildirmişdir. xx.xx.2024-cü ildə o, “Bağçasaray” şadlıq sarayında olarkən Zərərçəkmiş şəxs ona zəng edərək şadlıq sarayının dayanacağında olduqlarını Təqsirləndirilən şəxs ona sözü olmasını bildirmişdir. O, dayanacağa gəlmiş və orada Təqsirləndirilən şəxslə görüşmüşdür. Sonuncu ona məsələni həll etməkdə köməklik etməyi və o da Təqsirləndirilən şəxs qiymət münasib olarsa tikinti materiallarını ala biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ona tikinti materialları barədə Təqsirləndirilən şəxs verdiyi qiymət kağızını təqdim etmiş və o, qiymətlərin baha olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona zənglər etsə də o, onu narahat etməməsini, Zərərçəkmiş şəxslə danışmasını bildirmişdir. Daha sonra ona zənglər etsə də narahat etməsi səbəbindən zənglərinə cavab verməmişdir. xx.xx.2024-cü ildə saat 20:00 radələrində Təqsirləndirilən şəxs yenidən ona zəng etsə də cavab verməmiş, daha sonra ona səs göndərərək onun üzərinə adam göndərdiyini bildirərək onu təhqir etmişdir. Daha sonra Zərərçəkmiş şəxs zəng etdikdə sonuncunun telefonunu başqa bir şəxs açmış və Zərərçəkmiş şəxs xəstəxanada olmasını bildirmiş, həmin vaxt onun hadisədən xəbəri olmuşdur. Məhkəmə iclasında Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə onun arasında vasitəçilik etmiş, mal Zərərçəkmiş şəxs veriləcək və o da sonuncudan malları alacaqmış. Zərərçəkmiş şəxs malların qarşılığında veriləcək avtomobili Təqsirləndirilən şəxs verərkən o da orda olmuşdur.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 5 il müddətdir ki, "xxxx" MMC-də ekspert-mütəxəssis olaraq işləmişdir. xx.xx.2022-ci ildə daxili lizinq müqaviləsi əsasında BB220961 qeydiyyat şəhadətnaməli, **-PN-*** dövlət nömrə nişanlı avtomobili Təqsirləndirilən şəxs vermişdir. Sonuncu 2024-cü ilin iyul ayınadək müqaviləyə müvafiq olaraq aylıq 410 manat məbləğində ödənişi etmişdir. Sonuncu həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. 2024-cü ilin iyul ayından isə aylıq ödənişləri etmədiyindən etibarnamə ləğv edilmiş və hazırda həmin avtomobil “Azərmaş MMC”-nin mülkiyyətindədir. Avtomobilə ümumilikdə 1.003 manat məbləğində maddi ziyan dəymişdir. Bununla əlaqədar heç bir şikayət və tələbi yoxdur.
9. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxslə eyni məktəbdə oxumuş və aralarında dostluq münasibətləri olmuşdur. xx.xx.2024-cü ildə Elturan və Kamran adlı dostları ilə Günəşli qəsəbəsində yerləşən çayxanada çay içmişlər. Həmin gün saat 20:00 radələrində Zərərçəkmiş şəxs də onların olduqları çayxanaya gəlmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs bir şəxsin özünə qarşı qeyri-etik ifadələr işlətməsini bildirmiş və birlikdə həmin şəxsin yanına getməyi istəmişdir. O, İlkin, Kamran və Zərərçəkmiş şəxs sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən “İnterturan” mebel evinin yaxınlığına getmiş, sonuncu avtomobili orada saxlamış və avtomobildən düşərək getmişdir. Bu zaman onlar da Zərərçəkmiş şəxs ardınca getmişlər. Sonuncu orada dayanan Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüşdür. Onlar birlikdə Təqsirləndirilən şəxs yolun kənarında dayanan qara rəngli “Xəzər” markalı avtomobilinə tərəf getmişlər. Sonuncu həmin vaxt çox aqressiv şəkildə onlara arxasınca gəlməməyi bildirmişdir. Təqsirləndirilən şəxs öz avtomobilinin sürücü tərəfdən qapısını açmış, Zərərçəkmiş şəxs avtomobilə əyləşməyi bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs birlikdə söhbət etməyi, yaxud onların çöldə söhbət etməklərini bildirmiş, lakin Təqsirləndirilən şəxs heç kimin qarışmamasını, Zərərçəkmiş şəxslə danışıb məsələni həll edəcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobilinin ön sərnişin oturacağına əyləşmiş, sonuncu da əyləşdikdən sonra avtomobil hərəkət etmişdir. Onlar da Zərərçəkmiş şəxs avtomobilinə əyləşmişlər və İlkin avtomobili Təqsirləndirilən şəxs avtomobilinin arxasınca sürmüşdür. Sonuncunun avtomobili təxminən 30 metr getdikdən sonra dayanmış, İlkin də avtomobili həmin avtomobilin arxasında saxlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs sinəsini tutaraq Təqsirləndirilən şəxs avtomobilindən düşmüş və o, Zərərçəkmiş şəxs sinəsinin qanadığını görmüşdür. Təqsirləndirilən şəxs də avtomobildən düşmüş, həmin vaxt sonuncunun əlində sarı rəngli dəstəyi olan bıçaq olduğunu və Zərərçəkmiş şəxs tərəf hücum etdiyini görmüşdür. Sonuncu yerdən götürdüyü kubiki Təqsirləndirilən şəxs tərəf atmış, lakin daş ona yox avtomobilinə dəymişdir. Sonuncunu Zərərçəkmiş şəxs uzaqlaşdırmaq üçün Kamranla birlikdə yerdən daş götürərək Təqsirləndirilən şəxs tərəf atmışlar, lakin daş ona yox maşınına dəymişdir. Daha sonra onlar Zərərçəkmiş şəxs avtomobilə əyləşdirərək Medical Plazaya aparmışlar.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/6657 nömrəli rəyindən görünür ki, “Xəzər” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobilin hazırkı təmir-bərpa xərci 1003,00 manat müəyyən edilir. Dəyişdirilməli hissələrin qiyməti – 355,00 manat, təmir-bərpa işlərinin qiyməti – 495,00 manat, ƏDV – 153 manatdır. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir (İİ cild i/v 14-17).
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 753 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli pnevmatoraks ilə müşayiət olunan sol pnevra boşluğuna nüfuz edən döş qəfəsinin sol yarısının ön səthinin 01 ədəd; döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən 02 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ əlin İİ,İİİ barmaqları arasının kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər – deşicikəsici əşyanın (ola bilsin divar kağızı kəsən bıçaq) təsirindən törənmişlərdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü ildə alınması mümkündür. Sol tərəfli pnevmatoraks ilə müşayiət olunan sol pnevra boşluğuna nüfuz edən döş qəfəsinin sol yarısının ön səthinin 01 ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, döş qəfəsinin sol yarısının ön səthinin daxil nüfuz etməyən 02 ədəd deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, sağ əlin İİ,İİİ barmaqları arasının kəsilmiş yaraları sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Xəsarətin lokalizasiya və xüsusiyyətini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin öz boyu hündürlüyündən yıxılma nəticəsində, həmçinin özü tərəfindən özünə yetirməsi nəticəsində alınması inandırıcı deyil (İ cild i/v 199-203).
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 maddi sübutların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 382-2024/MTKŞ nömrəli rəyi və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində 02 ədəd, ön səthinin orta nahiyəsinin aşağı hissəsində 01 ədəd (cəmi 03 ədəd); maykanın ön səthinin sol yarısının yuxarı hissəsində 02 ədəd və ön səthinin orta nahiyəsinin yuxarı hissəsində 01 ədəd (cəmi 03 ədəd) kəsilmiş zədələr vardır. Bu zədələr iti kənara malik olan hər hansı bir kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdilər. Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış, kəsici xassəyə malik, təsərrüfat-məişət təyinatlı dəftərxana bıçağıdır (“rezak”-dır) və soyuq silah hesab olunmur. Təqdim olunmuş dəftərxana bıçağının üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir (İ cild i/v 204-211).
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli, 2322 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Sonuncu hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Sonuncunun barəsində tibbi xarakterli məcbur müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur (İ cild i/v 212- 214).
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 maddi sübutların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 526/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrup: O (İ). Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni alındı. H anticeni O (İ) qrupunun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə O (İ) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs məxsus ola bilər (İ cild i/v 218-221).
15. xx.xx.2024-cü il tarixli könüllü təqdim etmə haqqında protokoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etməsi ilə divar kağızı kəsmək üçün istifadə edilən bıçaq götürülmüşdür. 01 ədəd divar kağızı kəsmək üçün istifadə edilən bıçağa baxış keçirildi, baxış zamanı məlum oldu ki, həmin oboy bıçağının tutacaq hissəsi sarı rənglidir, üzərində olan qırmızı rəngli mexanizm vasitəsilə açılıb bağlanır, bağlı vəziyyətdə uzunluğu 11 sm, açıq vəziyyətdə isə uzunluğu 17 sm-dir, üst hissəsi boz rənglidir və boz rəngli hissədən 3 sm uzunluğunda gümüşü rəngli iti uclu və kəsmək üçün yararlı kəsici hissəsi mövcuddur. Həmin kəsici hissəsində qırmızı rəngli qana bənzər ləkələr vardır (İ cild i/v 50-51).
16. xx.xx.2024-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi avtomobilə baxış keçirilmişdir. Həmin avtomobil ünvan 4 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nin həyətində saxlanılmış, avtomobil girişdən sağda saxlanılmışdır. Avtomobilin dövlət qeydiyyat nişanı **-PN-***-dir, qara rənglidir və “Xəzər” markalıdır. Avtomobilin buferi sağ hissədən zədələnmiş, dövlət qeydiyyat nişanı əzilmiş, sağ ön oturacağının üzərində 01 ədəd mişar daşı vardır, sağ ön şüşəsi sınıq haldadır, avtomobilin salonunun ön hissəsində şüşə parçaları tökülmüşdür. Avtomobilin arxa şüşəsi sınıq haldadır, arxa sol hissədə kiçik ölçülü əzik vardır. Avtomobilin salonunun arxa hissəsində şüşə qırıntıları və 01 ədəd daş parçası vardır. Avtomobilin oturacaqları qara rəngli olmaqla parça materialındandır (İ cild i/v 52-55).
17. xx.xx.2024-cü il tarixli əşyanın götürülməsi, baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, paltarlara baxış keçirilərkən köynəyin tünd yaşıl rəngli, qısaqol olması, sol döş hissəsində “BOSS” sözü yazılması, köynəyin ümumi uzunluğunun 65 sm, eninin 32 sm olması, üzərində mərkəz tərəfdən sola doğru 02 ədəd, orta nahiyəsinin aşağı hissəsində 01 ədəd zədələr olması, üzərində tünd rəngli qanabənzər ləkələr olması, maykanın ağ rəngli, qolsuz olması, uzunluğunun 63 sm, eninin 45 sm, boyunluq nahiyəsində “İlke” etiketinin olması, üzərində ön mərkəz hissədə 02 ədəd, mərkəz hissədə 01 ədəd ümumilikdə 03 ədəd zədənin olması, üzərində qanabənzər ləkənin olması müəyyən edilmişdir (İ cild i/v 58-60).
18. Hadisənin görüntülərinin gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü ildə qeydə alınmışdır. Yolun sağ hissəsində qara rəngli avtomobil dayanmışdır. Kənarda şəxslər dayanaraq həmin istiqamətə baxırlar. Zərərçəkmiş şəxs dayanmış qara rəngli avtomobilin sağ hissəsindən çıxaraq səkinin yanında dayanır, avtomobilin sol hissəsindən Təqsirləndirilən şəxs onun üzərinə gəlir, Zərərçəkmiş şəxs yerdən daş götürərək atır. Həmin zaman ağ rəngli avtomobil qara rəngli avtomobilin arxasında saxlayır. Avtomobilin sağ hissəsindən qara rəngli paltar geyinən şəxs, sol ön hissədən ağ köynəkli şəxs qara rəngli avtomobilə tərəf gəlirlər. Bir nəfər şəxs əlini göyə qaldıraraq əlində olan əşya ilə ağ rəngli köynək geyinmiş şəxsin arxasınca qaçır. Daha sonra bir nəfər qadın daş ilə Təqsirləndirilən şəxs tərəf gəlir. Sonuncu avtomobilin ön hissəsinə gələrək aşağı əyilir və yenidən ağ rəngli avtomobilə tərəf gedir. Daha sonra orada olan şəxslərdən birinin əlində olan nəyisə atdığı Təqsirləndirilən şəxs arxaya çəkildiyi görünür (İ cild i/v 9).
19. 01.11.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd dəftərxana bıçağı və Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək və 01 ədəd mayka maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (İİ cild i/v 55-70).
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 2500 manat cərimə cəzasına məhkum edilmiş və sonuncu xx.xx.2018-ci ildə cəriməni tam şəkildə ödəmişdir (İ cild i/v 109-110)
21. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 2500 manat cərimə cəzasına məhkum edilmişdir (İ cild i/v 141-143).
22. 06.02.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan tam həcmdə ödənilmiş, sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə ən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir (İİ cild i/v 201).
23. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 31-32).
24. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 103-105).
25. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2024-cü ilədək uzadılmışdır (İİ cild 133-135).
26. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır (İİ cild 147-148).
27. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild 158-159).
28. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 anası X1, atası Təqsirləndirilən şəxsdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
29. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-in 126.2.4cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, direktoru olduğu tikinti materiallarının alqı-satqısı və daşınması fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-ni 2019-cü ildə təsis etmişdir. Təxminən bir il müddətdir ki, tikinti işi ilə məşğul olduğundan Şahid4 tanımış və sonuncu ilə aralarında tez-tez ticarət əlaqələri olmuşdur. 2024-cü ilin iyul ayının əvvəlində Şahid4 ona zəng edərək Masallıda yanmış bazarı tender vasitəsi ilə qazandığını, tikinti üçün material almaq istədiyini, lakin əvəzində avtomobil verə biləcəyini bildirmiş və o da bu təkliflə razılaşmışdır. xx.xx.2024-cü ildə Şahid4 sürücüsü kimi tanıdığı Zərərçəkmiş şəxs ona zəng edərək, Şahid4 “Vorovski” adlanan əraziyə gəldiyini və onun gəlib avtomobillərə baxmağına dair şərait yaradılacağını bildirmişdir. O da avtomobil aqlı-satqısı ilə məşğul olan Elçin adlı şəxs ilə əlaqə yaradaraq sonuncuya tikinti materialları ilə avtomobil barter etmək istədiyini və bu məsələdə ona kömək etməsini xahiş etmişdir. Həmin gün sonuncu ilə birlikdə “Varovski” adlanan əraziyə getmiş, Şahid4la görüşdükdən sonra binanın zirzəmisində olan avtomobillərə baxmışlar. Bu zaman **- DD-*** dövlət nömrə nişanlı “Mercedes C klass 300” markalı avtomobili 25.000 dollar müqabilində ona verməyə razılaşmışlar. O da avtomobilin qarşılığında Şahid4 ona göndərəcəyi siyahıya müvafiq tikinti materiallarını sonuncuya verəcək və bundan sonra sonuncu avtomobilə dair ona etibarnamə verməli idi. Bu səbəbdən tez-tez Zərərçəkmiş şəxs vasitəsilə Şahid4la əlaqə saxlamışdır. O, həmin avtomobilin qarşılığında Şahid4 42.500 manat, yəni 25.000 dollar dəyərində sement verməliymiş. Bundan sonra o, öz avtomobilini, razılaşdıqları avtomobili isə Elçin sürmüş, avtomobili 8-ci kilometr ərazisindəki “Baxçasaray” şadlıq evinin həyətində saxlamışdır. xx.xx.2025-ci ildə Şahid4 zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Razılaşdıqları maşın da onda qalmış, daha sonra Zərərçəkmiş şəxs gəlib avtomobili aparacağını bildirmişdir. O isə Zərərçəkmiş şəxs həmin avtomobili ona Şahid4 verdiyini və sadəcə sonuncu bu barədə bildirdikdən sonra gəlib avtomobili apara biləcəyini bildirmişdir. Həmin müddət ərzində də Şahid4 zəng etmiş, lakin sonuncu zənglərə cavab verməmişdir. O da Zərərçəkmiş şəxs “Şahid4 onun zənglərinə cavab verməsini, ondan əksik kişinin oğlu olmadığını, barter etmək istəmədiyini, avtomobilini də gəlib aparmasını” deməyi bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona qarşı qeyri-etik ifadələr işlədərək onun Şahid4 dediklərinə görə ünvanını göndərməsini və onunla söhbətə gələcəyini bildirmişdir. Bundan sonra o da Zərərçəkmiş şəxs ünvanını göndərmişdir. O, yaşadığı evin yaxınlığındakı aptekə çatarkən Zərərçəkmiş şəxs və sonuncunun yanında olan üç nəfər şəxs ona yaxınlaşmışlar. O, Zərərçəkmiş şəxs atası yaşında olduğunu, yanındakı şəxslərin uzaqlaşmasını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona məxsus olan “Xəzər” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobilinin sağ ön oturacağına və o da sürücü oturacağına əyləşmişdir. O, avtomobili hərəkətə gətirərək dayanacaqda saxlamaq istəmişdir ki, Zərərçəkmiş şəxslə sakit şəkildə söhbət etsinlər. Avtomobili idarə edərkən təxminən 30 metr hərəkət etdikdən sonra Zərərçəkmiş şəxs avtomobilin içərsində ona yumruq atmış, daha sonra arxaya çəkilib təpiklə vurmuşdur. O, qəza edəcəyindən ya da adam vuracağından ehtiyat edərək əl əyləcini çəkmiş və avtomobil sönmüşdür. O, tikinti işi ilə məşğul olduğundan sürücü istiqamətdə qapının əşya qoymaq üçün olan hissəsinə qoyduğu divar kağızı kəsmək üçün istifadə edilən bıçağı sol əli ilə götürərək Zərərçəkmiş şəxs qorxutmaq məqsədilə sonuncuya tərəf bir neçə dəfə yaxınlaşdırmışdır. O, avtomobildən düşmüş, Zərərçəkmiş şəxslə gələn üç nəfər şəxs arxadan maşınla gəldiklərindən maşını saxlamış və ona tərəf gəlmişlər. Həmin vaxt bir şəxsin əlində çəkic və birində taxta olmuşdur. Zərərçəkmiş şəxs yerdən götürdüyü daşı avtomobilinin sağ yan şüşəsinə atmış və daş avtomobilin şüşəsini sındıraraq avtomobilin içərisinə düşmüşdür. Daha sonra sonuncu yerdən daş götürərək yenidən avtomobilə tərəf atmış və daş avtomobilin sağ arxa yan şüşəsini də sındırmişdır. Həmin vaxt Zərərçəkmiş şəxslə birlikdə gələn şəxslərdən biri yerdən götürdüyü mişar daşını avtomobilinin arxa şüşəsinə atmış, digər şəxs əlində olan çəkiclə onun üzərinə hücum edərək vurmaq istəmişdir. Həmin vaxt onun ailə üzvləri də aptekdən çıxmışlar. Oraya kənar şəxslər yığışdığından fürsətdən istifadə edərək qaçıb aptekə girmişdir. Ürəyində olan problemlə əlaqədar aptekdən dərman alıb atdıqdan sonra DİN-in 102 qaynar xəttinə zəng edərək məlumat vermiş və bundan sonra 25-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. O, aboy bıçağını polis əməkdaşlarına könüllü olaraq təhvil vermişdir. Onun Zərərçəkmiş şəxs vurduğu bıçağın ölçüsü 10 sm olmuş, lakin ittihamda zərərçəkmiş şəxsə 12 sm bıçaq vurduğu qeyd edilmişdir. Bu müddət ərzində onun bütün biznesi batmış, hətta istintaq müddəti ərzində **-DD-*** dövlət nömrə nişanlı “Mercedes C klass 300” markalı avtomobili cərimələrini ödəməklə sahibinə təhvil vermişdir. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs telefonda ona qarşı qeyri-etik ifadələr işlədərək ondan ünvanını göndərməsini istəmişdir. Həmçinin sonuncu onun göndərdiyi ünvana özündən başqa üç nəfərlə birlikdə gəlmişdir. Bundan başqa onun Zərərçəkmiş şəxs xəsarət yetirmək niyyəti olmamış, avtomobildə sonuncu onu yumruq və təpiklə vurduqdan sonra özünü müdafiə etmək məqsədilə məcbur qalaraq oboy bıçağı ilə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir.
30. Daha sonra azyaşlı uşağının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
31. Maddə 126.1. Sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
32. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
33. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
34. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 35.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 36.Maddə 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
37. Maddə 70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.
38. Maddə 70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər.
39. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi:
40. Maddə 181.1. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
41. Maddə 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
42. Maddə 21.3. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
43. Maddə 28.5. şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
44. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
45. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 46.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 47.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
48. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
49. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 50.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 51.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
52. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxmaq hüququna malikdir.
53. Maddə 351.2 və 351.3.4. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı:
54. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
“Azərbaycan Respublikası CPM-in 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarı:
55. Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarı:
56. Qərarın 6-cı bəndinə əsasən xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarı:
57.Qərarın 25-ci bəndi. Şərti məhkum etmə, haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır.
“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarı:
58. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
Avropa Məhkəməsinin president hüququ:
59. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
60. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolu, fotoşəkillər və digər toplanmış sübutlarla qismən təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar vardır(hökmün 46-cı bəndi).
61. Belə ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsa xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayəti törətməsi ittihamı verilsə də, cinayət işinin materiallarında olan və ibtidai istintaq orqanının istinad etdiyi sübutların hər hansı biri Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi qənaətinə gəlinməsinə kifayət etmir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir.
62. Məhkəmə hazırkı cinayət işinin hallarını nəzərdən keçirərək hesab edir ki, hadisənin ictimai yerdə baş verməsinə baxmayaraq xuliqanlıq cinayətinin subyektiv cəhətinin mütləq şərti olan cinayətin motivi – xuliqanlıq niyyəti Təqsirləndirilən şəxs əməlində öz əksini tapmamış, tərəflər arasındakı mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamışdır. Münaqişəyə Zərərçəkmiş şəxs təşəbbüskar hərəkətləri səbəb olduğundan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz (hökmün 56-cı bəndi).
63. Belə ki, cinayət işinin hallarından açıq-aydın görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə münaqişəyə çəkmişdir. Hadisənin baş vermə səbəbi isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə telefonda bir-birilərinə qarşı qeyri-etik ifadələr işlətdikdən sonra sonuncu ilə görüşə getməsi, həmçinin Zərərçəkmiş şəxs dostları İlkin, Elturan və Kamranı da özü ilə birlikdə Təqsirləndirilən şəxslə olan görüşə aparması, daha sonra sonuncuya avtomobilə keçib söhbət etməyi təklif etməsi və avtomobildə olarkən Təqsirləndirilən şəxs ona yumruq vurduğunu zənn edərək ona təpiklə zərbə yetirməsi olmuşdur. Bu səbəbdən də baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi işin faktiki hallarına uyğun deyildir.
64. Bundan başqa məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması digər mötəbər sübutların olmadığı bir halda əməlin xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilməsi üçün əsas vermir.
65. Beləliklə, məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlar əsasında Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.
66. Bununla da, məhkəmə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir.
67. Beləliklə məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər, ekspert rəyləri, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, avtomobilə baxış keçirilməsi, əşyanın götürülməsi və baxış keçirilməsi, könüllü təqdim etmə protokolları, fotoşəkillər və digər iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 44 və 52-ci bəndləri).
68. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir.
69. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmiş, sonuncu qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
70. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsinə əsasən üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (hökmün 31-ci bəndi). 71.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
72. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs evli olmaqla himayəsində biri az yaşlı uşağının, evə qazanc gətirən yeganə şəxs olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncuya vurulmuş ziyanı tamamilə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsə ən yüngül cəza verilməsini xahiş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.
73. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.
74. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir.
75. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, yüngülləşdirici halları, yəni evli olmaqla himayəsində bir az yaşlı uşağının, evə qazanc gətirən yeganə şəxs olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanı tam şəkildə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını və ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini, əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də, məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir (hökmün 37 və 38-ci bəndləri).
76. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsa təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır (hökmün 40-cı bəndi).
77. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir.
78. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilməlidir.
79. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir.
80. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və hadisənin gedişatını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübutlar, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılma anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək, 01 ədəd mayka və 01 ədəd dəftərxana bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
81. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 39, 48 və 51-ci bəndləri).
82. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılma anbarında saxlanılan 01 ədəd dəftərxana bıçağı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək və 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli