Məhkəmə qərarları › İş №1(101)-794/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-794/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-794/2020 18.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibləri-X19 və X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər-Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi-X10 iştirakları ilə, xx xxx 1982-ci ildə Rusiya Federasiyası, Kurqan Vilayəti, Kurqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax şəhəri, şəhəri, Vaqif küçəsi ev 93-də pasport qeydiyyatında olan və hazırda Ədliyyə Nazirliyi PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 263-1.3-cü maddələri ilə, xx xxxx 1988-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Saylıan şəhəri, Heydər Əliyev küçəsi ev 111, mənzil 4-də pasport qeydiyyatında olan və hazırda Ədliyyə Nazirliyi PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, bundan başqa satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2014-cü il tarixdə təxminən saat 18:30 radələrində Bakı-Qazax- Gürcüstan magistral yolunun Ağdaş rayonu ərazisindən keçən 271-ci kilometrliyində AB N 689652 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətində olmaqla, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C200” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və həmin Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni xx.xx.2012-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi alsa da, Yevlax rayon məhkəməsi tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edildiyi üçün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmiş və eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli kimi tələbinə riayət etməmiş, həmçinin hərəkəti istiqamətində 2.4 "Yol verin" və 2.5 "Dayanmadan keçmək qadağandır" üstünlük yol nişanı olmasını, hərəkətdə olduğu yolun Bakı-Qazax magistral yoluna nisbətən ikinci dərəcəli yol olmasını nəzərə alaraq avtomobili yolayrıcına daxil etmədən dayandırmalı, həmin yolla nəqliyyat vasitəsi yaxınlaşmadığına əmin olmalı, əgər həmin yolla nəqliyyat vasitəsi yaxınlaşırsa ona yol verərək hadisənin qarşısını almağa real imkanı olduğu halda, bunları etməyib hərəkətini davam etdirərək ikinci dərəcəli yoldan birinci dərəcəli yola daxil olmuş, bu zaman Bakı şəhəri istiqamətindən gələn sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mersedes Benz” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi onun idarə etdiyi avtomobilin arxa sağ, sonra isə arxa sağ yan tərəfi toqquşmuş, nəticədə idarə etdiyi avtomobildə sərnişin kimi əyləşmiş X2 ehtiyatsızlıqdan qapalı kəllə-beyin travması, beyindaxili qanaxma (subaroxinoidal qanaxma), hər iki ağ ciyərlərin kontuziyası nəticəsində inkişaf edən aspirasion pnevmaniya kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan ölməsinə səbəb olmuş, həmçinin ehtiyatsızlıqdan “Mersedes Benz” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs2 1200 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2, istintaqa məlum olmayan “Ramil” və “Qulam” adlı şəxslərlə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 954.758 qram çəkidə olan, kustar üsulla hazırlanmış narkotik vasitə-heroini, külli miqdarda, yəni 32 qram çəkidə olan, narkotik vasitə-metadon tərkibli 800 ədəd həbdən ibarət dərman preparatlarını və külli miqdarda, yəni 555,0 qram çəkidə olan, kustar üsulla çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, aralarında olan razılaşmaya əsasən həmin narkotik vasitələrdən heroinin 104.758 qram çəkidə, külli miqdarda hissəsini Təqsirləndirilən şəxs2 satış məqsədilə ona vermiş, xx.xx.2020-ci il tarixdə saat 22:40 radələrində o, öz hərəkətlərində şübhə yaratdığından Nərimanov rayon polis idarəsinin 18-ci Polis şöbəsinin və həmin idarənin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/96 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov rayon polis idarəsinin inzibati binasına gətirilmiş, polis idarəsində onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədilə əldə edərək üzərində saxlayıb daşıdığı yapışqan lentlə bağlanmış və şəffaf polietilenə bükülmüş və kustar üsulla hazırlanmış külli miqdarda, yəni 104.758 qram çəkidə olan narkotik vasitəheroin aşkar edilərək götürülmüş, bundan sonra xx.xx.2020-ci il tarixdə, saat 23:30 radələrində Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/72 saylı ünvanın yaxınlığında yuxarıda göstərilən narkotik vasitələrinin qalan hissəsini satış məqsədilə daşıdığı zaman Nərimanov rayon polis idarəsinin ayrı-ayrı xidmət sahələrinin əməkdaşlarının birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov rayon polis idarəsinin inzibati binasına gətirilmiş, polis idarəsində sonuncunun üzərində keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı qara rəngli polietilen torbanın içərisindən, üzəri şəffaf yapışqan lentlə bağlanmış və şəffaf polietilenə bükülmüş 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 400 qram və 450 qram, ümumi təmiz çəkisi 850 qram olan kustar üsulla hazırlanan külli miqdarda narkotik vasitə-heroin, 8 ədəd qutuda, hər qutuda 10 ədəd konvalyut, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumi 800 ədəd həbdən ibarət ümumi çəkisi 32 qram təşkil edən külli miqdarda metadon tərkibli dərman preparatı və üzəri yapışqan lentlə bağlanmış 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 555,0 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1, istintaqa məlum olmayan “Ramil” və “Qulam” adlı şəxslərlə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 954.758 qram çəkidə olan, kustar üsulla hazırlanmış narkotik vasitə-heroini, külli miqdarda, yəni 32 qram çəkidə, 800 ədəd həbdən ibarət olan narkotik vasitə-metadon tərkibli dərman preparatlarını və külli miqdarda, yəni 555,0 qram çəkidə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımış, qabaqcadan aralarında olan razılaşmaya əsasən o, satış məqsədilə həmin heroinin 104.758 qram hissəsini tanışı Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 əldə etdiyi həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə, saat 22:40 radələrində üzərində satış məqsədilə daşıdığı zaman öz hərəkətlərində şübhə yaratdığından Nərimanov rayon polis idarəsinin 18-ci Polis şöbəsinin və həmin idarənin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/96 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov rayon polis idarəsinin inzibati binasına gətirilmiş, polis idarəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədilə əldə edərək üzərində saxlayıb daşıdığı yapışqan lentlə bağlanmış və şəffaf polietilenə bükülmüş 104.758 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüş, bundan sonra xx.xx.2020-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/72 saylı ünvanın yaxınlığında o, yuxarıda göstərilən narkotik vasitələrin qalan hissəsini satış məqsədilə daşıdığı zaman Nərimanov rayon polis idarəsinin ayrı-ayrı xidmət sahələrinin əməkdaşlarının birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov rayon polis idarəsinin inzibati binasına gətirilmiş, polis idarəsində sonuncunun üzərində keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı qara rəngli polietilen torbanın içərisindən, üzəri şəffaf yapışqan lentlə bağlanmış və şəffaf polietilenə bükülmüş 2 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 400 qram və 450 qram, ümumi təmiz çəkisi 850 qram olan kustar üsulla hazırlanan külli miqdarda narkotik vasitə-heroin, 8 ədəd qutuda, hər qutuda 10 ədəd konvalyut, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumi 800 ədəd həbdən ibarət ümumi çəkisi 32 qram təşkil edən külli miqdarda metadon tərkibli dərman preparatı və üzəri yapışqan lentlə bağlanmış 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 555,0 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 263-1.3cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus Yevlax şəhəri, Vaqif küçəsində yerləşən 93 saylı evdə anası X12, arvadı İsayeva Şölə Vüqar qızı, bacısı X18, azyaşlı oğlanları Tofiq və Hüseyn İsayevlərlə birlikdə yaşamışdır. Heç bir psixiatrik xəstəxanada qeydiyyatda deyildir. xx xxxxxx 2014-cü il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi ilə əlaqədar bildirmişdir ki, əvvəllər "Bayburt Grup" şirkətində sürücü vəzifəsində işləmişdir. “Mercedes Benz C 200” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olmuşdur. O, xx.xx.2012-ci il tarixdə AB seriyalı 553724 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi alsa da, Yevlax rayon məhkəməsi tərəfindən xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum olunmuşdur. xx xxxxxx 2014-cü il tarixdə saat təxminən 18:30 radələrində idarə etdiyi “Mercedes Benz C 200” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin vaxtı iş yoldaşları olmuş Şahid8lə, Zərərçəkmiş şəxs1, Murad və Yılmazla birlikdə işlədiyi Ağdaş rayonu, Ləki qəsəbində yerləşən "Bayburt Grup" şirkətindən işdən çıxaraq onun avtomobilində yolda düşmüşdür. Avtomobili o, idarə edirmiş, Yılmaz Şahin avtomobildə qabaq sağda, Rövşən, Murad və Zərərçəkmiş şəxs1 arxada oturmuşdurlar. O, Yevlax rayonuna getmək üçün ikinci dərəcəli yoldan Bakı-Qazax yoluna çıxmaq istəmişdir. Belə ki, o avtomobilin sola dönmə işığını yandırıb Yevlax rayonu istiqamətində dönmə əməliyyatı aparmağa başlamışdır. O, dönmə əməliyyatı aparmamışdan qabaq görmüşdür ki, Bakı şəhəri istiqamətindən təxminən 100 metr aralı məsafədən Yevlax rayonu istiqamətində bir avtomobil gəlir. O, elə zənn etmişdir ki, həmin avtomobil gəlib çatana kimi dönmə əməliyyatını başa çatdıra biləcəm. Ona görə də idarə etdiyi “Mercedes Benz C 200” minik markalı avtomobillə Yevlax rayonu istiqamətində dönmə əməliyyatı aparıb mayili vəziyyətdə olan vaxt Bakı şəhəri istiqamətindən gələn sürücü, adı istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mersedes Benz” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək idarə etdiyi avtomobilin arxa sağ yan tərəfindən vuraraq toqquşmuşdur. Nəticədə idarə etdiyi “Mercedes Benz C 200” minik markalı avtomobildə olan iş yoldaşı Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Zərərçəkmiş şəxs1 Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılmışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onun və hadisəni törətmiş digər sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirmişdirlər. Hadisə zamanı idarə etdiyi “Mercedes Benz C200” minik markalı avtomobildə sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs1 başqa nə o, nə də ki, idarə etdiyi avtomobildə olan sərnişinlərdən heç biri xəsarət almamışdırlar. Sonradan ona məlum olmuşdur ki, onun avtomobilində xəsarət almış Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən ölmüşdür. O, törətdiyi yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Mercedes Benz C 200” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törədən zaman avtomobili 20 km/saat sürətlə idarə etmişdir. Təxminən 3 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Rusiya Federasiyasında uzun müddət yaşadığı üçün orada tanışları çoxdur. Həbs olunmamışdan təxminən bir həftə əvvəl Rusiya Federasiyasında yaşayan tanışı Ramil xatırlamadığı mobil nömrədən qoşulduğu “Whatshapp web" proqramı vasitəsilə “Whatshapp web" proqramına qoşulduğu ***-***-**- ** nömrəsinə zəng etmiş və onlar telefonla bir qədər danışmışdır. Ramillə telefonla danışan zaman Ramil ara-sıra İran İslam Respublikasına getdiyini və orada qaldığını bildirmişdir. Ramil onun narkotik vasitələrdən istifadə etdiyini bildiyini üçün ona təklif etmişdir ki, əgər istəyirsən sənə narkotik vasitələr göndərim sat, pul qazanaq. O, Ramilin təklifi ilə razılaşmışdır. Fikirləşmişdir ki, həmin narkotik vasitələrdən istifadə edər, həm də satıb pul qazanar. xx.xx.2020-ci il tarixdə günorta saatlarında Ramil xatırlamadığı mobil nömrədən qoşulduğu “Whatshapp web" proqramı vasitəsilə “Whatshapp web" proqramına qoşulduğu ***-***-**-** nömrəsinə zəng edərək heroin və metadon həblərini göndərdiyini bildirib, ondan heroini və metadon həblərini götürmək üçün xx.xx.2020-ci il tarixdə axşam saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Xalqlar Dostluğu metrosunun yanındakı Ağ Çiçəyim gül dükanının qarşısında dayanmağını, Təqsirləndirilən şəxs2 adlı ortaq tanışlarının ona bir böyük büküm heroin və 100 ədəd metadon həblərini gətirəcəyini bildirmişdir. Bu səbəbdən o, həmin saatda sözü gedən ünvana gedərək Elvini gözləmişdir. Bir neçə dəqiqə sonra o, Ağ Çiçəyim dükanının qarşısında dayandığı zaman dükanın qabağına, yolun işlək hissəsinin sağ kənarında qara rəngli nömrəsini xatırlamadığı "Peugeot” markalı avtomobil yaxınlaşmışdır. Avtomobilin pəncərəsi açıldıqdan sonra əvvəllər tanıdığı Elvin adlı şəxs onunla salamlaşaraq avtomobildən düşmüş və onun yanına yaxınlaşmışdır. Elvin əlində olan qara rəngli polietilen torbadan göy rəngli sellofanı çıxardaraq ona uzatmışdır. Elvin həmin sellofanın içərisində Ramilin onun üçün göndərdiyi heroin və 100 ədəd metadon həbləri olduğunu bildirmişdir. O, həmin sellofanı götürüb bükümü və metadon həblərini sellofandan çıxardaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Onun Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən taxta bazarının yaxınlığında işi olduğu üçün ora getmiş və orada piyada gəzərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov rayon polis idarəsinin əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları ondan şübhələndiklərini bildirib onlarla birlikdə Nərimanov rayon polis idarəsinə getməli olduğunu bildirmişlər. O, bundan sonra heç bir etiraz etmədən polis işçiləri ilə birlikdə Nərimanov rayon polis idarəsinin xidməti otaqlarından birinə getmişdir. Bir müddət sonra, ora tanımadığı 1 nəfər mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağını təklif edəndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə-heroin olan 1 ədəd bükümü, eləcə də, sol biləyində olan “Casio” markalı qol saatını, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən özünə məxsus pasportu, 1 ədəd “Bakı kartı”nı və 1 ədəd “Araz” marketin bonus kartını, həmin gödəkcənin sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan "Samsung SM-G530H/DV" markalı mobil telefonu və qara rəngli cins şalvarımın kəmər hissəsinə keçirdiyi 01 ədəd bıçağı çıxarıb könüllü onlara təhvil vermişdir. Həmin vaxt təqdim etdiyi bükümün içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, tanışı Ramilin Elvin adlı ortaq tanışı vasitəsilə ona göndərildiyini bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Ondan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, həmin narkotik vasitəni ekspertizaya göndərmək məqsədilə bağlamaya qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və bağlamaların üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt üzərindən narkotik vasitələrin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, göstərilən tarixdə və yerdə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə-heroini tanışı Ramil adlı şəxs ortaq tanışları Təqsirləndirilən şəxs2 vasitəsilə satması üçün ona göndərmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və eyni xarakterli hərəkətlərə yol verməmişdir. Göstərilən tarixdə maddi maraq ucbatından və özünün narkotik vasitə istifadəçisi olduğundan belə hərəkətə yol vermişdir. Ramil Elvin vasitəsilə ona bir büküm heroin və 100 ədəd metadon tərkibli dərman preparatı göndərmiş, lakin həmin 100 ədəd metadon tərkibli dərman preparatını Xalqlar Dostluğu metrostansiyasının yanından Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən taxta bazarına gedərkən hazırda ona məlum olmayan şəraitdə itirmişdir. Bu səbəbdən onun üzərinə keçirilən şəxsi axtarış zamanı həmin 100 ədəd metadon tərkibli dərman preparatı aşkar edilməmişdir. O, Ramilin tanışı olan Qulam adlı şəxsi tanımır. Onunla narkotik vasitənin satışı ilə məşğul olması barədə qabaqcadan razılıq əldə etməmişdir. O, narkotik vasitəni satıb qurtardıqdan sonra Ramil ona həmin narkotik vasitənin pulunu hansı formada ona göndərəcəyini deməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən heç kim zor tətbiq edilməmişdir. O, könüllü olaraq narkotik vasitə-heroini polis əməkdaşlarına təhvil vermiş və həmin narkotik vasitə-heroinin əldə olunma şəraiti haqqında danışmışdır. O, daha sonra göstərmişdir ki, əməllərindən peşimandır, zərər çəkmiş şəxslə barışmışdır. Məhkəmədə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Aydın adlı şəxsə məxsus Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 114-də yerləşən 20 saylı mənzildə arvadı X13, azyaşlı oğlanları Əli və Əbülfəz Məmmədovlarla bir yerdə yaşamışdır. Təqsirləndirilən şəxs1 6 aydır ki, Ramil adlı tanışı vasitəsilə tanıyır, sonuncunu isə 8 aydır ki, Rusiya Federasiyasında yaşayan dostları vasitəsilə Rusiya Federasiyasında tanış olmuş, onunla da, münasibəti yaxşıdır. Qulam adlı şəxsi isə tanımır. Həbs olunmamışdan təxminən 10-15 gün əvvəl Ramil hazırda xatırlamadığı mobil nömrədən qoşulduğu “Whatshapp web" proqramı vasitəsilə “Whatshapp web" proqramına qoşulduğu ***-***-**-** saylı nömrəyə zəng edib ondan hal-əhvalı soruşaraq nə işlə məşğul olduğunu maraqlanmışdır. O, Ramilə hazırda heç bir işlə məşğul olmadığını, həmçinin maddi vəziyyətinin pis olduğunu bildirmişdir. Ramil ona yaxınlarda bir iş olacağını, ona xəbər edəcəyini, o işi gördük sonra ona pul verəcəyini demişdir. O, Ramildən nə iş olduğunu soruşmuşdur. Lakin Ramil işlə bağlı ona heç bir söz deməmiş və növbəti dəfə zəng vuran zaman xəbər edəcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Ramil hazırda xatırlamadığı mobil nömrədən qoşulduğu “Whatshapp web" proqramı vasitəsilə “Whatshapp web" proqramına qoşulduğu ***-***-**-** saylı nömrəyə zəng edib İran İslam Respublikasında olduğunu, oradan Azərbaycan Respublikasına 1 kiloqram 120 qramdan çox narkotik vasitə-heroin, 800 qramdan çox narkotik vasitə-qurudulmuş marixuana və 1100 ədəd metadon tərkibli dərman preparatı göndərəcəyini, ona deyəcəyi yerdən onları götürüb özündə saxlamağını və hissə-hissə ortaq tanışları olan Rafiqə təhvil verməyini, bunun üçün ona 1000-1500 manat zəhmət haqqı veriləcəyini qeyd etmişdir. O, Ramilə bu işin onun üçün problem yarada biləcəyini demişdir. Ramil ona narahat olmamağını, onun işinin yalnız həmin narkotik vasitələri ortaq tanışları olan Rafiqə hissə-hissə təhvil verməkdən ibarət olaçağını və Ramilin özünün mənə pul göndərəcəyini bildirmişdir. O, Ramillə razılaşmışdır. Həmin vaxt ilk dəfə Ramilin yanında olmaqla özünü “Qulam” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə bu barədə danışmış, o, da, onun üçün heç bir problem olmayaçağını bildirmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində Ramil “Whatshapp web" proqramı vasitəsilə ona zəng edib həmin narkotik vasitələri Azərbaycan Respublikasına göndərdiyini, onların Ələt-Astara avtomagistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində, əvvəllər orada yerləşmiş Qaradağ YPX postunun yaxınlığında olan elektrik paylayıcısının arxa tərəfində qoyulduğunu və narkotik vasitələri oradan götürməyini demişdir. O, həmin narkotik vasitələri Ramilin dediyi yerdən götürmək üçün taksi fəaliyyəti ilə məşğul olan tanışı Zamiq Qasımovdan onu idarə etdiyi minik avtomobili ilə Ələt-Astara avtomagistralın Qobustan qəsəbəsi ərazisindən keçən hissəsini aparıb-gətirməsini və buna görə ona 50 manat pul verəcəyini demişdir. Zamiq Qasımov onun ora hansı məqsədlə getməyini bilmədiyindən, onunla razılaşmış və həmin gün, saat 20:30 dəqiqədə onu idarə etdiyi "Peugeot 407” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə aparmışdır. Həmin yerə çatanda bu barədə Zamiq Qasımova heç nə deməyərək avtomobili saxlamasını xahiş etmiş və bir yerə dəyib qayıdacağını bildirmişdir. Zamiq Qasımov avtomobili saxlayandan sonra, o Ramilin dediyi yerdə yerləşən elektrik paylayıcısının arxa tərəfinə keçmiş və orada həqiqətən qara rəngli polietilen torbada nəyinsə qoyulduğunun şahidi olmuşdur. Polietilen torbanı açıb içərisinə baxanda, içərisində bir neçə bükülünün və 1 ədəd elektron tərəzinin olduğunun şahidi olmuşdur. Ramilin deməsinə görə bükülülərin içində narkotik vasitə-heroin, bağlamanın birində narkotik vasitə-qurudulmuş marixuana, digər bağlamada isə metadon həbləri var olmuşdur. O, həmin polietilen torbanı götürüb Zamiq Qasımovun idarə etdiyi avtomobilə oturaraq bu barədə ona heç nə deməmiş və avtomobili Bakı metropoliteninin Xalqlar Dostluğu stansiyasının yaxınlığına sürməsini xahiş etmişdir. Həmin vaxt Zamiq Qasımov polietilen tobanın içərisində nəyin olduğunu bilməmiş və bu barədə ondan heç nə soruşmamışdır. Xalqlar Dostluğu metrostansiyasının yaxınlığına getməkdə məqsədi o, olmuşdur ki, qabaqcadan razılaşdıqları kimi ilkin olaraq satmaq məqsədilə Ramilin ona göndərdiyi içərisində heroin olan bükülülərdən birini və 100 ədəd metadon dərman preparatını Rafiqə versin. Zamiq idarə etdiyi avtomobillə onu qeyd olunan metrostansiyasının yaxınlığına aprandan sonra, orada Rafiqlə görüşmüş, Ramilin göndərdiyi bükülülərdən birini, yəni içərisində 120 qram heroin olan bükülünü və 100 ədəd metadon dərman preparatını ona vermiş, həmin narkotik vasitələri maddələri satandan sonra, digər narkotik vasitələridə hissə-hissə ona verəcəyimi bildirmişdir. Rafiqlə sağollaşandan sonra, onun metronun Xalqlar Dostluğu stansiyası yaxınlığında şəxsi işi olan digər bir tanışını gözləmişdir. Təxminən yarım saat gözləməyinə baxmayaraq o, gəlib çıxmadığı üçün o, Zamiqə idarə etdiyi avtomobillə onu yaşadığı evə aparmasını xahiş etdiyindən, o, yaşadığı evin yerləşdiyi istiqamətə doğru hərəkət etməyə başlamışdır. Avtomobil yolunun Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/72-dən keçən hissəsində yerləşən X17 Məntəqəsinin yaxınlığında Zamiq idarə etdiyi avtomobillə hərəkətdə olan zaman Yol-Patrul Xidmətinin inspektorları və mülki geyimdə olan bir neçə şəxs avtomobili saxlamaqlarını tələb etdiklərindən, Zamiq avtomobili saxlamışdır. Həmin şəxslər onlara yaxınlaşıb özlərini Nərimanov rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim etmiş və ad və soyadını soruşmuşdurlar. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona bildirmişdirlər ki, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağısı barədə məlumatları vardır və bu məlumatın yoxlanılması üçün onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinə getməliyəm. O, çıxış yolu olmadığını dərk etdiyindən, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan idarəyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin Polis İdarəsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən otaqların birinə getmişdir. Aradan 10-15 dəqiqə keçəndən sonra, ora tanımadığı 1 mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağını təklif edəndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əlindəki içərisində narkotik vasitə-heroin olan 2 ədəd bağlamanı, içərisində qurudulmuş marixuana olan 1 ədəd bağlamanı, içərilərində 800 ədəd metadon dərman preparatı olan 8 qutunu və 1 ədəd elektron tərəzini, eləcə də, əynindəki qara rəngli gödəkçənin sol döş cibində içərisində ***-***-**-** saylı mobil nömrə olan Samsung Galaxy A 50 markalı mobil telefonu, 1 ədəd “Bakı kartı”nı və 1 ədəd “Araz” marketin bonus kartını çıxarıb könüllü onlara təhvil vermişdir. Həmin vaxt bağlamaların və qutuların içərilərində nəyin olduğu soruşulanda, o, səmimi olaraq bağlamaların və qutuların içərilərində narkotik vasitə heroin, qurudulmuş marixuana və metadon dərman preparatlarının olduğunu, onların satış məqsədilə Ramil və Qulam adlı şəxslər tərəfindən İran İslam Respublikasından göndərildiyini bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Ondan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, həmin narkotik vasitələri ekspertizaya göndərmək məqsədilə bağlamalara qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o, da, protokolun düzgünlüyünü və bağlamaların üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt üzərindən narkotik vasitələrin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, göstərilən tarixdə və yerdə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri tanışı Ramil və Qulam adlı şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi üçün onların dediyinə görə İran İslam Respublikasından göndərilmiş və 1000-1500 manat zəhmət haqqı müqabilində həmin narkotik vasitələri tanışları olan Rafiqə hissə-hissə verməyi üçün təhvil almışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitələrin Ramil və Qulam adlı şəxslər tərəfindən İran İslam Respublikasından göndərilməsi barədə dəqiq bir söz deyə bilməz. Lakin Ramil və Qulam adlı şəxslərlə danışan zaman onlar həmin narkotik vasitələri İran İslam Respublikasından göndərəcəklərini bildirmişdirlər. Onun Ramil və Qulam adlı şəxslərin şəxsiyyəti, dəqiq anket məlumatları, hazırda harada olmaları və hansı mobil nömrələrdən istifadə etmələri barədə heç bir məlumatı yoxdur. O, Ramil adlı şəxsi Rusiya Federasiyasında olarkən tanış olmuşdur və onun sadəcə adının Ramil olduğunu bilir. Qulam adlı şəxsi isə ümumiyyətlə görməmişdir. Onunla sadəcə Ramil ona “Whatshapp web" proqramı vasitəsilə “Whatshapp web" proqramına qoşulduğu ***-***-**-** saylı nömrəsinə zəng vuran zaman danışmışdır. Lakin danışıqları qurtardıqdan sonra həmin nömrəni mobil telefonundan silmişdir. O, narkotik vasitələri Təqsirləndirilən şəxs1 tam şəkildə verib qurtardıqda sonra Ramil onun gördüyü işin müqabilində ona söz verdiyi 1000-1500 pulu verməliymiş. Lakin Ramil həmin pulu ona necə və hansı formada verəcəyi barədə hər hansı bir məlumat vermişdir. Ramillə telefon danışığı zamanı ona İran İslam Respublikasından Azərbaycan Respublikasına 1 kiloqram 120 qramdan çox narkotik vasitə-heroin, 800 qramdan çox narkotik vasitə-qurudulmuş marixuana və 1100 metadon tərkibli dərman preparatı göndərdiyini bildirmişdir. Lakin o, konkret olaraq həmin narkotik vasitələri tərəzidə çəkmədiyi üçün dəqiq miqdarını bilməmişdir. Həmçinin o, Ramilin ona göndərdiyi narkotik vasitələrdən 1 büküm heroini və 100 ədəd metadon həblərini Təqsirləndirilən şəxs1 vermişdir. Həmin vaxt ona qarşı heç kim zor tətbiq etməmişdir. O, könüllü olaraq narkotik vasitələri polis əməkdaşlarına təhvil vermiş və həmin narkotik vasitələrin əldə olunma şəraiti haqqında danışmışdır. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Sarov kəndində qeydiyyatda olsada faktiki olaraq Bakı şəhəri, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi nömrəsiz evdə ailəsilə birlikdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. xx xxxxxx 2014-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Mersedes Benz” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. Belə ki, o, həmin avtomobili X8 almışdır, lakin onların aralarında rəsmi qaydada alqı-satqı olmamışdır. Həmin avtomobilin dəyəri tərəfindən Əkbərov Rafiqə tam şəkildə ödənilmişdir. Belə ki, Rafiq Əkbərov həmin avtomobil ilə bağlı ona etibarnamə vermişdir və həmin etibarnamə əsasında avtomobili idarə etmişdir. Hadisə ilə bağlı bildirmək istəyir ki, xx xxxxxx 2014-cü il tarixdə saat təxminən 18:30 radələrində idarə etdiyi “Mersedes Benz” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Tərtər rayonuna getmişdir. Həmin vaxt idarə etdiyi avtomobildə özündən başqa arvadı Şahid9 da olmuşdur və o, qabaq tərəfdə onun yanında əyləşmişdir. O, idarə etdiyi “Mersedes Benz” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonu ərazisindən keçən 271-ci kilometrliyində olan vaxt görmüşdür ki, bir avtomobil yolun sol tərəfindən, ikinci dərəcəli yoldan onun yoluna daxil olur. Bunu görüb o, idarə etdiyi “Mersedes Benz” minik markalı avtomobillə siqnal vermiş və dərhal tormoz əyləcinə basmışdır. Lakin həmin vaxt idarə etdiyi avtomobilin qabaq ortası şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz C200” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan tərəfindən dəyərək toqquşmuşdur. Nəticədə “Mercedes Benz C200” markalı avtomobildə olan sərnişin Türkiyə Respublikası vətəndaşı, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Daha sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək Zərərçəkmiş şəxs1 Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparmışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, sənədlərini polis əməkdaşlarına təqdim etmiş və qəzaya uğramış “Mersedes Benz” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onun, digər sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirtmşdirlər. Hadisə zamanı nə o, nə də ki, idarə etdiyi “Mersedes Benz” minik markalı avtomobildə sərnişin kimi əyləşmiş arvadı Şahid9 heç bir bədən xəsarəti almamışdırlar. Sonradan ona məlum olmuşdur ki, hadisə zamanı xəsarət almış Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi zamanı almış olduğu bədən xəsarətlərindən Türkiyə Respublikasında ölmüşdür. Baş vermiş hadisə ilə əlaqədar o, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində istintaqı aparılmış cinayət işi baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Ağdaş rayon məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda barəsində təyin edilmiş cəzaları tam şəkildə çəkib qurtarmışdır. Zərərçəkmiş şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobilə 1200 manat maddi ziyan dəymişdir. Belə ki, hadisədən xeyli müddət sonra o, avtomobili cərimə meydançasından götürdükdən sonra avtomobili təmir etdirmişdir. Avtomobilin təmirinə və ehtiyyat hissələrinin alınmağına ümumilikdə 1200 manat pul xərcləmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri 42-ci məhəllə, ev 1, mənzil 45-də yaşayır. Özü rəsmi olaraq "Bayburt Grup" şirkətində topoqraf vəzifəsində işləyir. Mersedes Benz C 200 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 və Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 əvvəllər tanıyırmış, belə ki, onlar onun işlədiyi "Bayburt Grup" şirkətində işləyirlər. Mersedes Benz markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx xxxxxx 2014-cü il tarixdə saat təxminən 18:30 radələrində o, iş yoldaşları Zərərçəkmiş şəxs1, Murad və Yılmaz Şahin birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi Mersedes Benz C 200 markalı 99-BM- 652 dövlət qeydiyyat nişanlı avtomobillə işlədikləri və Ağdaş rayonu Ləki qəsəbində yerləşən "Bayburt Grup" şirkətindən Bakı-Qazax yoluna çıxıb, Yevlax rayonu istiqamətində getmək istəmişdirlər. Həmin vaxt Yılmaz Şahin qabaq tərəfdə sürücünün yanında, onlar isə avtomobilin salonunda arxa oturacaqda əyləşmişdirlər. Onlar avtomobillə Bakı-Qazax yoluna çıxıb, Yevlax rayonu istiqamətində dönmə əməliyyatı aparıb mayılı vəziyyətdə olan vaxt Bakı şəhəri istiqamətindən gələn sürücü, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Mersedes Benz markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək onlar olan avtomobilin arxa sağ yan tərəfindən vuraraq toqquşmuşdur. Nəticədə avtomobildə olan sərnişin Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Sonra Muradla o, avtomobildən özləri çıxmış, digərilərini isə oraya toplaşan şəxslər avtomobildən çıxarmışdırlar. Sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmiş və təcili tibbi yardım maşını hadisə zamanı xəsarət almış Zərərçəkmiş şəxs1 Yevlax MRX-ya aparmışdır. Hadisə zamanı o, heç bir bədən xəsarəti almamışdır. Hadisədən əvvəl sürücü Rafiq idarə etdiyi Mersedes Benz C 200 markalı avtomobillə saatda 20 km/saat sürətlə dönmə əməliyyatı aparırmış və heç bir spirtli içki qəbul etməmişdir. Hadisə zamanı o, arxa oturacaqda əyləşib telefonla məşğul olduğu üçün Bakı-Qazax yolu ilə sürücü Farizin idarə etdiyi Mersedes Benz markalı avtomobilin gəlməsini görməmişdir. Toqquşmamışdan əvvəl onların avtomobili ilə toqquşmuş avtomobilin tormoz vermə səsini eşitmiş və həmin avtomobil onların avtomobilinə bərk dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Tərtər rayonu Sarov kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Mersedes Benz C 200 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 və Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Mersedes Benz markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 onun əridir. xx xxxxxx 2014-cü il tarixdə saat təxminən 18:30 radələrində əri Zərərçəkmiş şəxs2 idarə etdiyi Mersedes Benz markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Tərtər rayonuna gedirmiş. Həmin vaxt o, avtomobildə qabaq tərəfdə ərinin yanında əyləşmişdir. Onlar avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonu ərazisindən keçən 271-ci kilometrliyində olan vaxt görmüşdürlər ki, bir avtomobil yolun sol tərəfindən, ikinci dərəcəli yoldan onların yollarına daxil olur. Bunu görüb əri Fariz idarə etdiyi Mersedes Benz markalı avtomobilə siqnal və tormoz vermişdir. Lakin həmin vaxt idarə etdiyi avtomobilin qabaq ortası sürücü, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 idarə etdiyi Mersedes Benz C 200 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan tərəfindən dəyərək toqquşmuşdur. Nəticədə həmin Mersedes Benz C 200 markalı avtomobildə olan sərnişin Türkiyə Respublikası vətəndaşı, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 xəsarət almış və hadisə yerinə gələn təcili tibbi yardım maşını onu Yevlax MRX-ya aparmışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişdirlər. Hadisə zamanı nə o, nə də ki, əri Fariz heç bir bədən xəsarəti almamışdırlar. Hadisədən əvvəl əri Fariz avtomobili asta sürətlə idarə edirmiş. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinə xx.xx.1983-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Salyan şəhəri, H.Əliyev küçəsi, ev 111, mənzil 4-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 114-də kirayənişin yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin əməliyyat məlumatında Təqsirləndirilən şəxs2 xx.xx.2020-cu il tarixdə təxminən saat 23:30 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/72 ünvanda yerləşən “Azpetrol” yanacaq dolduma məntəqəsinin yaxınlığında yolun əks istiqamətində hərəkətdə olan qara rəngli “Peugeot 406” markalı avtomobildə olacağı göstərilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə tərəfindən Polis İdarəsinin rəhbərliyinə raportla məruzə olunub icazə alındıqdan sonra, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul olunmuşdur. Bundan sonra qeyd olunan tədbirin keçirilməsi üçün ondan, Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsininə əməliyyat müvəkkili, polis leytenantı X3, Nərimanov RPİ-nin Dövlət Yol Polis Şöbəsinin inspektoru, polis baş serjantı X1, Nərimanov RPİ-nin Dövlət Yol Polis Şöbəsinin inspektoru, polis kiçik serjantı Şahid6, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid5, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid3 və Nərimanov RPİ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə saat 23:25 radələrində əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/72 ünvanına gəlmişdirlər və orada özlərinə mövqe seçib, həmin ərazini əməliyyat müşahidəsi altına almışdırlar. Təxminən 5 dəqiqə sonra Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə əməliyyat məlumatında göstərilən qara rəngli “Pegeuot 406” minik markalı avtomobili gəldiyini görmüşdürlər. Bundan sonra dərhal Nərimanov RPİ-nin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları idarə etdikləri **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobili ilə həmin avtomobilə dayanması əmri verdi. Həmin avtomobili idarə edən şəxs idarə etdiyi avtomobili yolun sağ hissəsinə verərək avtomobili saxlamışdır. Bundan sonra onlar həmin avtomobilə yaxınlaşıb özlərinə təqdim etmiş və həmin şəxsdən ad və soyadını soruşmuşdurlar. Avtomobili idarə edən şəxs özünü təqdim edərək X20, sərnişin isə Təqsirləndirilən şəxs2 olduğu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirmişdirlər və bu məlumatın yoxlanılması üçün onları Nərimanov rayon Polis İdarəsinə dəvət etmişdirlər. X20 və Təqsirləndirilən şəxs2 heç bir etiraz etmədən onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinə getməyə razılıq verdilər. X20 və Məmmədov X16 rayon Polis İdarəsinə gətirildikdən sonra bu barədə tərəfindən raportla idarə rəhbərliyinə məruzə edilmiş və raportun icrası idarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyevə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən ilk öncə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs2 təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya olub-olmadığını soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı qara rəngli polietilen torbanı könüllü təqdim edərək içərisində narkotik maddələr hesab olunan heroin, qurudulmuş marixuana və metadon həbləri olduğunu bildirmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman 01 (bir) ədəd şəffaf rəngli polietilen torbanın içərisində qurudulmuş ot halında olan maddə, üzərilərinə göy rəngli qələmlə “Guli 500” yazıları yazılmış və şəffaf rəngli polietilenlə bağlanmış 02 (iki) ədəd bükülü, üzərində əl yazma ilə “Guli min 1000” yazıları, eyni zamanda çap hərifləri ilə 100 Sco-red Taplets “Methadone 40” yazıları yazılmş və şəffaf rəngli polietilenlə bir-birilərinə bağlanmış hər birinin içərisində 100 (yüz) ədəd həblər olan 08 (səkkiz) ədəd qutuda 800 (səkkiz yüz) ədəd həb və üzərində “DBJB:500gx0.01g; 2 X AAA; MADE İN JAPAN” yazıları yazılmış elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, könüllü təqdim etdiyi polietilen torbanın içərisində olan narkotik maddələri tanışı Ramil adlı şəxs İran İslam Respublikasında yaşayan Qulam adlı şəxs vasitəsilə satmaq məqsədi ilə ona göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əynində olan yaşıl rəngli qolsuz gödəkcəsinin sol döş cibindən 01 (bir) ədəd “Samsung A 50” modelli mobil telefon cihazı, həmin gödəkcənin sol yan cibindən üzərində “Bakı Kartı” yazılmış 01 (bir) ədəd, “Araz Supermarket” bonus kartı yazılmış 01 (bir) ədəd plastik kartlar və sağ əlinin adsız barmağında gümüşü rəngli üzük aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilsədə əşya və maddə aşkar edilməmişdir. Ondan aşkar edilərək götürülmüş narkotik vasitələr bağlamalara qoyulub üzəri möhürlənmiş, həmin bağlamaların üzəri o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş. Protokol Təqsirləndirilən şəxs2 və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Nərimanov rayon Polis İdarəsinə gətirilən X11 üzərinə və idarə etdiyi “Pegeuot 406” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə video cəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Belə ki, təhqiqatçı tərəfindən ilk öncə X11 hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi X14 təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra X11 üzərinə video cəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən X14 üzərində qanunsuz əşya olub-olmadığını soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. X20 üzərində heç bir qanunsuz əşya və maddə olmadığını bildirmişdir. Bundan sonra X11 üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı X11 üzərində hər hansı bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra X11 idarə etdiyi “Pegeuot 406” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılsada, avtomobildən hər hansı bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Avtomobildə axtarışla bağlı da təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid6 və Şahid5 ifadələrində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru vəzifəsində işləyir, polis serjantıdır. xx.xx.2020-ci il tarixdə saat 22:40 radələrində xidməti zərurət ilə əlaqədar ilə Nərimanov RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/96 ünvanının yaxınlığında olduqları zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını görmüşdürlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Həmin şəxslə söhbət edən onun narkotik vasitə və ya digər güclü təsiredici maddələrin təsiri altında olması onlarda şübhə doğurduğundan onlar həmin şəxsi Nərimanov RPİ-nə dəvət etmişdirlər. Həmin şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Nərimanov RPİ-nə gəlmişdir. Onlar həmin şəxsi Nərimanov RPİ-nin Növbətçi Hissəsinə təhvil vermişdilər. Nərimanov RPİ-də məlum olmuşdur ki, tərəflərindən polis idarəsinə gətirilən şəxs xx.xx.1982-ci il tarixdə X5 şəhərində anadan olmuş, Yevlax şəhəri, Vaqif küçəsi 93-də qeydiyyatda olan Təqsirləndirilən şəxs1dur. Bununla bağlı onlar polis idarəsinin rəhbərliyinin adına raport yazmışdırlar. Raportun icrası Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Orxan Məmmədova həvalə olunmuşdur. xx xxxx 2020-ci il tarixdə Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinə xx.xx.1983-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Salyan şəhəri, H.Əliyev küçəsi, ev 111, mənzil 4-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 114-də kirayənişin yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin əməliyyat məlumatında Təqsirləndirilən şəxs2 xx.xx.2020-cu il tarixdə təxminən saat 23:30 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/72 ünvanda yerləşən “Azpetrol” yanacaq dolduma məntəqəsinin yaxınlığında yolun əks istiqamətində hərəkətdə olan qara rəngli “Peugeot 406” markalı avtomobildə olacağı göstərilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən Polis İdarəsinin rəhbərliyinə raportla məruzə olunub icazə alındıqdan sonra, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul olunmuşdur. Bundan sonra qeyd olunan tədbirin keçirilməsi üçün ondan, Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsininə əməliyyat müvəkkili, polis leytenantı X3, Nərimanov RPİ-nin Dövlət Yol Polis Şöbəsinin inspektoru, polis baş serjantı X1, Nərimanov RPİ-nin Dövlət Yol Polis Şöbəsinin inspektoru, polis kiçik serjantı Şahid6, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid5 və Nərimanov RPİ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə saat 23:25 radələrində əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/72 ünvanına gəlmişdirlər və orada özlərinə mövqe seçib, həmin ərazini əməliyyat müşahidəsi altına almışdırlar. Təxminən 5 dəqiqə sonra Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə əməliyyat məlumatında göstərilən qara rəngli “Pegeuot 406” minik markalı avtomobili gəldiyini görmüşdürlər. Bundan sonra dərhal Nərimanov RPİ-nin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları idarə etdikləri **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobili ilə həmin avtomobilə dayanması əmri verdi. Həmin avtomobili idarə edən şəxs idarə etdiyi avtomobili yolun sağ hissəsinə verərək avtomobili saxlamışdır. Bundan sonra onlar həmin avtomobilə yaxınlaşıb özlərinə təqdim etmiş və həmin şəxsdən ad və soyadını soruşmuşdurlar. Avtomobili idarə edən şəxs özünü təqdim edərək X20, sərnişin isə Təqsirləndirilən şəxs2 olduğu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirmişdirlər və bu məlumatın yoxlanılması üçün onları Nərimanov rayon Polis İdarəsinə dəvət etmişdirlər. X20 və Təqsirləndirilən şəxs2 heç bir etiraz etmədən onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinə getməyə razılıq verdilər. X20 və Məmmədov X16 rayon Polis İdarəsinə gətirildikdən sonra bu barədə tərəfindən raportla idarə rəhbərliyinə məruzə edilmiş və raportun icrası idarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyevə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən ilk öncə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs2 təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya olub-olmadığını soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı qara rəngli polietilen torbanı könüllü təqdim edərək içərisində narkotik maddələr hesab olunan heroin, qurudulmuş marixuana və metadon həbləri olduğunu bildirmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman 01 (bir) ədəd şəffaf rəngli polietilen torbanın içərisində qurudulmuş ot halında olan maddə, üzərilərinə göy rəngli qələmlə “Guli 500” yazıları yazılmış və şəffaf rəngli polietilenlə bağlanmış 02 (iki) ədəd bükülü, üzərində əl yazma ilə “Guli min 1000” yazıları, eyni zamanda çap hərifləri ilə 100 Sco-red Taplets “Methadone 40” yazıları yazılmş və şəffaf rəngli polietilenlə bir-birilərinə bağlanmış hər birinin içərisində 100 (yüz) ədəd həblər olan 08 (səkkiz) ədəd qutuda 800 (səkkiz yüz) ədəd həb və üzərində “DBJB:500gx0.01g; 2 X AAA; MADE İN JAPAN” yazıları yazılmış elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, könüllü təqdim etdiyi polietilen torbanın içərisində olan narkotik maddələri tanışı Ramil adlı şəxs İran İslam Respublikasında yaşayan Qulam adlı şəxs vasitəsilə satmaq məqsədi ilə ona göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əynində olan yaşıl rəngli qolsuz gödəkcəsinin sol döş cibindən 01 (bir) ədəd “Samsung A 50” modelli mobil telefon cihazı, həmin gödəkcənin sol yan cibindən üzərində “Bakı Kartı” yazılmış 01 (bir) ədəd, “Araz Supermarket” bonus kartı yazılmış 01 (bir) ədəd plastik kartlar və sağ əlinin adsız barmağında gümüşü rəngli üzük aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilsədə heç əşya və maddə aşkar edilməmişdir. Ondan aşkar edilərək götürülmüş narkotik vasitələr bağlamalara qoyulub üzəri möhürlənmiş, həmin bağlamaların üzəri o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş. Protokol Təqsirləndirilən şəxs2 və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Nərimanov RPİ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid4 ilə birlikdə tərəflərindən Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, təhqiqatçı tərəfindən ilk öncə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs1 təqdim edildikdən sonra sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya olub-olmadığını soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən, üzərində göy rəngli qələmlə “Guli 120” yazıları yazılmış, şəffaf sellofana bükülərək şəffaf yapışqanla bağlanmış, içərisində qəhvəyi rəngli toz halında maddə olan 01(bir) ədəd bükümü çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisində narkotik vasitə olan heroindir. Həmin narkotik vasitəni, Elvin adlı şəxs ona vermişdir Bundan başqa Təqsirləndirilən şəxs1 sol əlinin bilək hissəsinə bağlanmış “CASİO G-SHOCK” yazısı olan 01(bir) ədəd qara rəngli qol saatını, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən özünə məxsus C00411870 nömrəli Azərbaycan Respublikası vətəndaşının pasportunu, üzərində “Bakı Kart” yazısı olan 01(bir) ədəd plastik kartı və öz adına Kapital Bank tərəfindən verilmiş 01(bir) ədəd **********756191 nömrəli plastik kartı, həmin gödəkçənin sol yan cibindən isə “SAMSUNG” markalı ağ rəngli mobil telefon cihazını çıxardaraq təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, əynində olan qara rəngli cins şalvarın kəmər hissəsinə ön tərəfdən keçirdilərək, üstü əynində olan köynəklə örtülmüş, qara rəngli dəri örtüyün içərisindən, tutacağı gümüşü rəngli metaldan hazırlanmış, tiyəsinin hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan 01(bir) ədəd bıçağı təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddə və 01(bir) ədəd bıçaq ayrı-ayrılıqda qablaşdırılaraq üzəri möhürlənmiş, həmin qablaşdırmanın üzəri tərəflərindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak digər şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 ilə birlikdə Nərimanov rayon Polis İdarəsinə gətirilən X11 üzərinə və idarə etdiyi “Pegeuot 406” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Belə ki, təhqiqatçı tərəfindən ilk öncə X11 hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi X14 təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra X11 üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən X14 üzərində qanunsuz əşya olub-olmadığını soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. X20 üzərində heç bir qanunsuz əşya və maddə olmadığını bildirmişdir. Bundan sonra X11 üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı X11 üzərində hər hansı bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra X11 idarə etdiyi “Pegeuot 406” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılsada, avtomobildən hər hansı bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Avtomobildə axtarışla bağlı da təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid4 ifadəsində Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX alayının 8-ci tağımının inispektoru vəzifəsində işləyir. Mersedes Benz C 200 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1, Mersedes Benz markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx xxxxxx 2014-cü il tarixdə saat təxminən 18:30 radələrində xidməti ərazisində olan vaxt məlumat daxil olmuşdur ki, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonu ərazisindən keçən 271-ci kilometrliyində iki ədəd Mersedes Benz markalı avtomobillər toqquşmuş, xəsarət alanlar var. Alınmış məlumat əsasında qeyd olunan əraziyə getmiş və hadisə yerində ona məlum olmuşdur ki, sürücü, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 idarə etdiyi Mersedes Benz C 200 markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobillə "Yol ver" və "Dayanmadan keçmək qadağandır" yol nişanlarının tələbini pozaraq ikinci dərəcəli yoldan birinci dərəcəli yola daxil olub sola doğru hərəkət etmiş və həmin vaxt Bakı şəhəri istiqamətindən yolun birinci hərəkət hissəsi ilə düzünə hərəkətdə olan sürücü, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Mersedes Benz markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək həmin Mersedes Benz C 200 markalı avtomobilin əvvəlcə arxa sağ, sonra isə arxa sağ yan tərəfindən vuraraq toqquşmuşdur. Nəticədə avtomobillərin birində olan sərnişin Türkiyə Respublikası vətəndaşı, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 xəsarət almış və onu xəstəxanaya aparmışlar. Mersedes Benz markalı avtomobil yola daxil olduğu andan toqquşma yerinə kimi 29 metr məsafə qət etmişdir. Həmin məsafə Mersedes Benz C 200 markalı avtomobilin arxa tərəfindən, baş yola daxil olduğu yerə qədər olan məsafədir. Sonra sürücülərin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, avtomobillər Qazax rayonu istiqamətində hərəkət etdikdə avtomobil yolunun sağ tərəfindən mərkəzə tərəf 2 metr məsafədə toqquşmuşdur. Hadisə baş verən ərazi yaşayış sahəsi hesab edilmir və ərazidə sürət həddi 60 km/saatdır. Baxış zamanı hadisə yerində qəzaya uğrayan Mersedes Benz markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 17 metr uzunluğunda tormoz izi aşkar olunmuşdur. Sonra sürücülərin sərxoş olub-olmamasını yoxlamaq üçün onları həkim müayinəsindən keçirmişlər. Sonradan ona məlum olmuşdur ki, hadisə zamanı xəsarət almış Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi zamanı almış olduğu bədən xəsarətlərindən Türkiyə Respublikasında ölmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 06/08 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs2..” yazısı olan bağlamadakı: 2 (iki) ədəd üzərləri şəffaf yapışqan lentlə bağlanmış və şəffaf polietilenə bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 400 qram və 450 qram, ümumi təmiz çəkisi 850 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərin və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Zavod üsulu ilə qablaşdırılmış, üzərində “Methadone 40 (methadone HCİ 40 mq) exp: 2021/21/02” yazısı olan 8 ədəd qutuda, hər qutuda 10 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumi 800 ədəd, üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 800 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 32 qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla) bir ədəd üzərində “Digital Scale 500gx0,01g” yazısı olan elektron tərəzinin üzərində narkotik vasitə olan-heroinin izləri vardır. Heroinin ümumi təmiz çəkisi – 850 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 849,8 qram. 800 həbdən 8 həb tədqiqata sərf edildi, qalıq 792 həb. Cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 07/03 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədiqata təqdim olumuş üzərində “Şübhəli şəxs.....Təqsirləndirilən şəxs2” yazılar və imzalar olan kağız paketdə 1(bir) ədəd üzəri skoçla bağlanmış şəffaf polietilen bağlamada təmiz çəkisi – 555,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 555,0 qram, tədqiqata istifadə olundu cəmi – 0,02 qram, qalıq 554,98 qram. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/11 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs1...” yazısı olan zərfdə ki, 1 (bir) ədəd bağlamada, təmiz çəkisi 104,758 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Cinayət işinə əlavə olunmuş məhkəmə-ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3/19 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet kustar üsulla hazırlanmış suvenir tipli bıçaqdır, soyuq silah hesab edilmir. Cinayət işinə əlavə olunmuş narkotik vasitələrin əlavə-kriminalistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/158 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat obyekti № 59” ştamp əksi olan paketlərdəki, vət.Təqsirləndirilən şəxs2 götürülmüş 2 ədəd bükümdə olan heroinlər, vət. Təqsirləndirilən şəxs1 götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs2 götürülmüş heroinin ümumi təmiz çəkisi xx xxxx 2020-ci il tarixli 06/08 saylı və Təqsirləndirilən şəxs1 götürülmüş heroinin təmiz çəkisi xx xxxx 2020-ci il taruxku 6/11 saylı ekspert rəylərində göstərilib. Təqsirləndirilən şəxs2 heroinin ümumi təmiz çəkisi 849,8 qram, tədqiqata sərf edildi ümumi 0,1 qram, qalıq 849,7 qram. Təqsirləndirilən şəxs1 heroinin təmiz çəkisi, 104,658 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 104,608 qram. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 946 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 950 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 659 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı bir psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tətbiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qərara almışdır ki, Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə, də Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 668 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı bir psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tətbiqinə əsasən Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə, də Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263-1.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, əməllərindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə olunmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını və himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263-1.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs1 əsas cəza ilə yanaşı nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaların əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nərimanov rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 792 həb metadon tərkibli dərman preparatı və 554,98 qram narkotik vasitə-qurudulmuş marixuana, bir ədəd elektron tərəzi, qalıq qalmış 849,7 qram heroin, eləcə də, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 104,608 qram narkotik vasitə-heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi Nərimanov rayonq Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz C200”minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı və Mersedes Benz minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 02 ədəd DVD-R formatlı disklər cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X21 tərəfindən 50 (əlli), Təqsirləndirilən şəxs2 «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X9 tərəfindən 45 (qırx) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkillər X21 oğlu tərəfindən Təqsirləndirilən şəxs1 göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı 300 (üç yüz) manat, X9 tərəfindən Təqsirləndirilən şəxs2 göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsi hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosuna hesabına köçürülməlidir. Həmçinin məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi isə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxslərə məhkəmədə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri 14 saylı Vəkil Bürosunun hesabına hər biri üçün ayrı-ayrılıqda 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərcləri ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 271 (iki yüz yetmiş bir) manat 23 (iyirmi üç) qəpik məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum olunmaqla 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzalar qismən toplanılsın və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum olunmaqla 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Nərimanov rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 792 həb metadon tərkibli dərman preparatı və 554,98 qram narkotik vasitə-qurudulmuş marixuana, bir ədəd elektron tərəzi, qalıq qalmış 849,7 qram heroin, eləcə də, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 104,608 qram narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut kimi Nərimanov rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz C200”minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı və Mersedes Benz minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 02 ədəd DVD-R formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərə hüquqi yardım göstərmiş vəkillər X15 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı 300 (üç yüz) manat, X4 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsi hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosuna hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri 14 saylı Vəkil Bürosunun hesabına hər biri üçün ayrı-ayrılıqda 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərcləri ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 271 (iki yüz yetmiş bir) manat 23 (iyirmi üç) qəpik məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar