Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-794/2021 06.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2002-ci ildə Qusar rayonunun Qılah-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Qılahoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Belə ki, o, xx xxxxxxx 2020-ci il tarixdə, günorta saatlarından sonra özlərinə məxsus bağ sahəsini sulamaq üçün gedib orada təxminən 0.5 litrə yaxın spirtli içki olan araq içmiş, təxminən saat 18 radələrİndə Qusar rayonunun Nəcəfkənd-oba kənd sakini olan tanışı Zərərçəkmiş şəxs ona olan 100 manat borcunu qaytarması üçün sonuncunun mobil telefonuna zəng etmiş, Zərərçəkmiş şəxs onun zənglərinə cavab vermədiyi üçün sonuncunun mobil telefon nömrəsinə nalayiq sözlər yazılmış mesaj göndərmiş, Zərərçəkmiş şəxs da ona zəng etdikdən sonra nalayiq söyüşlər söyməsi səbəbindən aralarında mübahisə yaranmış, aralarındakı mübahisəni aydınlaşdırmaq üçün Qılah-oba kəndində yerləşən qəbiristanlığın kənarında görüşmək barədə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs həmin gün, təxminən saat 19 radələrində yaşadığı evin həyətində yerləşən tövlədə saxladığı özünə məxsus açılıb-qatlanan cib bıçağını Zərərçəkmiş şəxs vurmaq məqsədi ilə əvvəlcədən özü ilə götürərək yaşadığı vədələşdikləri qəbiristanlığın kənarına getmiş, orada görüşən kimi heç bir söz demədən əlində olan bıçaqla onunla üzbəüz gələn Zərərçəkmiş şəxs əvvəlcə qarın və sinə nahiyələrinə qəsdən bir neçə dəfə vurmuş, bu zaman aldığı zərbələrin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmasına baxmayaraq onu öldürmək məqsədi ilə sonuncunun bədəninin həyat üçün təhlükəli olan döş qəfəsinin sol tərəfinə, həmçinin digər nahiyələrinə bıçaqla ardarda zərbələr vurmaqda davam etmiş, hadisə baş verərkən orada olan Qusar rayonunun Nəcəfkənd-oba sakini Şahid1 və rayonun Qılah-oba kənd sakini Şahid2 ona mane olmağa çalışsalar da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə bıçaqla vurmaqda davam etmiş, lakin Şahid1 Təqsirləndirilən şəxs tutub kənara çəkərək Zərərçəkmiş şəxs uzaqlaşdırmış, həmin vaxt Zərərçəkmiş şəxs ayağa qalxaraq qaçmasına baxmayaraq Təqsirləndirilən şəxs yenə də sonuncunu vuraraq qəsdən öldürmək niyyətini başa çatdırmaq üçün əlində olan bıçaqla onun arxasınca qaçaraq ona çatıb bıçaqla onun arxa tərəfinə qəsdən bir neçə dəfə də vuraraq öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs ümumilikdə “döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası” ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid, “döş qəfəsinin sol-ön səthinin döş və qarın boşluğuna nüfüz etməyən kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin Ön tərəfinin yuxarı hissəsinin, arxa qoltuqaltı xətti üzrə 4-5-ci qabırğa arasının, sol orta kürək xətti üzrə 7-ci qabırğa nahiyəsinin, sol kürək xətti üzrə, sol bazunun yuxarı 1/3-nin arxa səthin, arxa tərəfdə belin aşağı nahiyəsinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarları”ndan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, lakin Şahid1 onun Zərərçəkmiş şəxs vurmasına mane olmaq üçün onun qarşısını kəsib oradan uzaqlaşdırıb əlindəki bıçağı alaraq ətrafda olan kolluq əraziyə atmasına görə Qocayev X10 Ramiz Xeyirbəyoviçi qəsdən öldürmək niyyəti ilə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən 8 bədən xəsarəti yetirməsinə baxmayaraq, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəldilmiş qəsdən törədilən cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Qusar rayonunun Nəcəfkənd-oba kənd sakini Zərərçəkmiş şəxslə normal münasibətləri olmuş, düşmənçilik və ya ədavətləri olmamışdır. 2020-ci ilin sentyabr ayının Zərərçəkmiş şəxs ondan 100 manat borc pul istəmiş, o da həmin məbləğdə pulu bir neçə gün ərzində verə biləcəyini demişdir. Bir neçə gün sonra tikinti materialları almaq üçün Qusar rayonunun Şirvanlı kəndinə getdiyi zaman yolüstü Nəcəfkənd-oba kəndində yaşayan Zərərçəkmiş şəxsla görüşərək ona 100 manat borc pul vermiş, Ramiz pulu aldıqdan sonra 1-2 həftəyə qaytaracağını bildirmişdir. Təxminən iki həftə keçdikdən sonra Ramizə zəng edərək pulunu qaytarmasını istəmiş, o isə pulu qaytaracağını desə də, sözünə əməl etməmişdir. Bundan bir neçə gün sonra yenidən Ramizdən pulunu istəmiş, lakin o, yenə də sözünə əməl etməyərək pulunu qaytarmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə, günorta saatlarından sonra yaşadığı Qılahoba kəndində yerləşən özlərinə məxsus bağ sahəsini sulamaq üçün gedərək orada təxminən 0.5 litrə yaxın spirtli içki olan araq içmişdir. Təxminən saat 18 radələrində Ramizin ona olan borcunu qaytarması üçün həmin vaxt istifadəsində olan “070 593-78-88” saylı mobil telefon nömrəsindən onun istifadəsində olan “070 550- 45-09” saylı mobil telefon nömrəsinə bir neçə dəfə zəng etmiş, lakin Ramiz onun zənglərinə cavab verməmişdir. Ona görə də onun həmin mobil telefon nömrəsinə ləzgi dilində “qəhbə, telefonu götür, sözüm var deməyə” məzmununda mesaj yazmışdır. Bundan təxminən yarım saat sonra Ramiz onun mobil telefon nömrəsinə zəng edərək ailə üzvlərinə qarşı nalayiq söyüşlər söymüşdür. Aralarındakı mübahisəni aydınlaşdırmaq üçün yaşadığı rayonun Qılah-oba kəndində olan qəbiristanlığın yanında görüşmək barədə razılaşmışlar. Ramizin onu söyməsinə görə çox əsəbiləşdiyindən həmin gün, təxminən saat 19 radələrində yaşadığı evin həyətindəki tövlədə saxladığı özünə məxsus olan qatlanıb-açılan bıçağı götürüb cibinə qoyaraq kəndlərinin qəbiristanlığı istiqamətində piyada hərəkət etmişdir. Ora çatmalarına az qalmış Zərərçəkmiş şəxs öz avtomobili ilə yanından keçmişdir. Ramiz öz avtomobili ilə yanından keçərkən ona saxlaması üçün əli ilə işarə etmiş, Ramiz isə avtomobilini bir az irəli hərəkət etdirdikdən sonra geri dönərək qayıtmış və qəbiristanlıq istiqamətində hərəkət etmişdir. Özü də həmin istiqamətdə getməyə başlamışdır. Qəbiristanlığa çatdıqda görmüşdür ki, Ramizin avtomobili oradadır, özü də avtomobildən enmişdir. Onun yanında başqa şəxslər də olmuşlar, lakin onları tam görə bilməmişdir. Həmin vaxt Ramiz və özü bir-birilərinin üstünə qaçmağa başlamışlar. Üzbəüz gələn kimi əvvəlcədən Ramizi vurmaq üçün götürdüyü bıçaqla onun sinə və qarın nahiyələrinə 3 dəfə vurmuş, Ramiz yerə yıxılmışdır. O, yerə yıxılan zaman yenə də bıçaqla onun qarın, sol kürək və bədəninin digər nahiyələrinə bir neçə dəfə vurmuşdur. Ramiz yerdə çevriləndə onun kürəyindən də vurmuşdur. Bu zaman orada olan şəxslər onun Ramizi vurmasına mane olmaq üçün əlindən bıçağı almaq istəmişlər. Lakin əsəbi soyumadığı üçün yenə də Ramizi vurmaq istəmiş, bıçağı onlara verməmişdir. Oradakı şəxslər onu çəkib Ramizdən uzaqlaşdırmışlar. Bu zaman Ramiz ayağa qalxıb öz avtomobili olan tərəfə qaçmışdır. O da yenə əlində bıçaqla onun arxasınca düşmüşdür. Ramiz avtomobilinin ətrafında ondan qaçmış, özü də onun arxasınca qaçmışdır. Bu zaman orada olan şəxslər onun qarşısına çıxıb ona mane olmuşlar, Şahid1 həmin vaxt ona mane olub kənara çəkib əlindən bıçağı götürmüşdür. O, bundan sonra oradan qaçaraq mobil telefonunu da söndürmüş, gecəni kəndlərinin klubunda keçirmişdir. Səhəri gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə, səhər saatlarında evlərinə gəlmiş, həmin vaxt evdə olan atası Şahid6 onun törətdiyi cinayət hadisəsindən məlumatı olmuş, o, Amilin evdə olması barədə polis əməkdaşlarına məlumat vermiş və polis əməkdaşları ora gələrək onu törətdiyi cinayət hadisəsinə görə Qusar RPŞ-nə aparmışlar. Hadisə təxminən 20-25 dəqiqə davam etmiş, həmin vaxt orada bir neçə şəxs olmuş, sonradan onların həmkəndlisi Şahid2, Qusar rayonu Nəcəfkənd-oba sakinləri Şahid3, Şahid1 və Şahid4 olduqlarını bilmişdir. Ramizin ona qarşı işlətdiyi nalayiq ifadələrdən çox əsəbiləşdiyi üçün əvvəlcədən onu vurmaq məqsədi ilə evlərinin həyətindəki tövlədən götürdüyü bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə xəsarətlər yetirsə də məqsədi onu öldürmək olmamışdır. Özündə olan bıçaqla Ramizin əvvəlcə sinə və qarın nahiyələrinə 3 dəfə, sonra sol kürək nahiyəsinə, arxa tərəfmə və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurmuşdur. Ümumilikdə ona neçə bıçaq zərbəsi vurmasını xatırlamamışdır. Hadisə zamanı əvvəlcə Ramizin sinə və qarın nahiyələrinə 3 dəfə vurub yerə yıxdıqdan sonra ona yenə də zərbələr endirdikdə əsəbi hələ də soyumadığı üçün orada olan şəxslər ona mane olmasa idilər, yenə də ona xəsarətlər yetirəcəkdi. Həmin şəxslər ona mane olmuşlar və onu çəkib Ramizdən uzaqlaşdırmışlar. Ramiz ayağa qalxıb qaçdığı zaman yenə də əlində bıçaqla onun arxasınca düşmüş, ancaq oradakı şəxslər ona mane olub əlindən bıçağı almışlar. Zərərçəkmiş şəxs onu söydüyünə görə çox əsəbiləşmiş, onun hərəkətlərindən bezmiş, onu vurmaq üçün üstündə bıçaq götürmüşdür. Ramizə müxtəlif bədən xəsarətləri yetirərərkən orada olan şəxslər onun Ramizi vurmasına mane olub onu çəkib uzaqlaşdırdıqdan sonra Ramiz ayağa qalxıb qaçarkən yenə də əlində olan bıçaqla onun arxasınca qaçmışdır, lakin bu zaman ona bıçaqla yenidən xəsarətlər yetirib-yetirməməsini xatırlamır. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi cinayət işinin aşağıda şərh edilən halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2-3 il olar tanıyır. 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs 100 manat borc pul istəmiş, Amil də ona həmin məbləğdə borc pul vermişdir. Pulu aldıqdan sonra bir neçə gün ərzində qaytaracağına söz vermiş, ancaq maddi vəziyyəti yaxşı olmadığı üçün Amildən aldığı pulu qaytara bilməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 18 radələrində Amil özünə məxsus olan “070 593-78-88” nömrəli mobil telefonla bir neçə dəfə onun istifadəsində olan “070 550- 45-09” nömrəli mobil telefona zəng etmiş, lakin sükan arxasında olduğu üçün onun zənginə cavab verməmişdir. Bir az sonra isə yaşadığı evdə olarkən Amil onun mobil telefonuna “qəhbə, telefonu niyə götürmürsən” nalayiq sözləri yazılmış mesaj göndərmişdir. Ona görə də Ramizin mobil telefon nömrəsinə zəng edərək niyə onu söydüyünü deyib onun ünvanına nalayiq sözlər İşlətmiş, telefonda Amillə arasında mübahisə yaranmış, ona görə də Qusar rayonu Qılahoba kəndində yerləşən qəbiristanlığın yanında görüşmək barədə razılığa gəlmişlər. Daha sonra isə idarə etdiyi “VAZ-2109” markalı, M657HK05 rus dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı kəndin giriş hissəsinə getmiş, orada həmkəndliləri X15, Şahid1 və Şahid4 ilə görüşmüşdür. Onlara Qılah-oba kəndinə gedəcəyini demiş, onlar da həmin kənddə mağazaya getmək istədiklərini bildirərək avtomobilində əyləşmişlər və Qılah-oba kəndi istiqamətində hərəkətə başlamışlar. Qılah-oba kəndində yerləşən qəbiristanlığı keçdikdən sonra ərzaq mağazasına çatmağa az qalmış görmüşdür ki, yolun kənarında Təqsirləndirilən şəxs dayanıb. Amil ona avtomobili saxlaması üçün işarə etmiş, o da bir az irəlidə avtomobilini saxlayıb geri dönərək qəbiristanlıq istiqamətində hərəkət etməyə başlamışdır. Farid ondan Amillə arasında nə baş verdiyini soruşmuş, qəbiristanlığa çatdıqda onlara Amilin onun mobil telefon nömrəsinə nalayiq sözlər yazaraq mesaj göndərdiyini, bu səbəbdən aralarında mübahisə yarandığını, ona görə qəbiristanlığın yanında görüşmək barədə razılığa gəldiklərini bildirmişdir. Avtomobildən endikdən sonra Faridlə Aleg də düşmüşlər. Bir müddət sonra Amil ora gəlmişdir. Amil gələn kimi gözləmədiyi halda əlində olan bıçaqla onun ürək nahiyəsinə yaxın sol kürək və qarın nahiyələrindən bir neçə zərbə vurub xəsarətlər yetirməsi nəticəsində o, yerə yıxılmış, Amil yenə də əlində olan bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Bu zaman Amilin əlində bıçaq olduğu üçün ondan qaçmağa çalışmış, Farid, Aleg və Marata “bunu tutun, əlində bıçaq var” demişdir. Farid və Qılah-oba kənd sakini Şahid2 yaxınlaşaraq Amilin onu vurmasına mane olmaq istəmiş, Amili çəkib ondan uzaqlaşdırmışlar. O, ayağa qalxıb qaçmış, lakin Amil yenə də əlində bıçaqla onun arxasınca düşmüş və çatıb arxadan sol kürək nahiyəsindən bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Amil əlindəki bıçaqla onun, həmçinin sağ baldırının yuxarı hissəsinə də xəsarət yetirmişdir. Bundan sonra Farid Amilə yaxınlaşaraq onu tutub çəkmiş, bir az kənara aparmış, orada onun əlində olan bıçağı alıb kolluq əraziyə atmışdır. Farid Amili ondan uzaqlaşdırdıqdan sonra qarın nahiyəsindən çoxlu qan axmış, ancaq buna baxmayaraq özü avtomobilinin sükanı arxasında əyləşmişdir. Orada olan şəxslər Amilin onu bıçaqla vurmasına mane olmasaydılar, Amil onu öldürəcəkdi. Çünki Amil əlindəki bıçaqla dayanmadan onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmiş, ondan əl çəkməmiş, hətta arxasınca qaçaraq ona yenə də xəsarətlər yetirmişdir. Avtomobilinin sükanı arxasında əyləşdikdən sonra Aleg Əmirbəyov, Şahid1 və Şahid4 də onun avtomobilində əyləşmişlər. Avtomobilini yaşadığı kənd istiqamətində hərəkət etdirməyə başlamış, yaşadıqları Nəcəfkənd-oba kəndinə çatmalarına az qalmış, həmkəndlisi X4 özünə məxsus olan “VAZ-2107” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlardan öndə yaşadıqları kənd istiqamətində hərəkət etdiyini görmüş, avtomobilinin işıqlarını yandırıb-söndürməklə Şahlara dayanmaq işarəsi vermişdir. Həmin vaxt da Şahlar avtomobilini yolun kənarında dayandırmış, sonra isə Faridlə Aleg kömək edərək onu Şahların avtomobilinə mindirmişlər. Aleg onun yanında, Faridlə Marat isə onun avtomobilində əyləşmişlər. Şahların avtomobilində olarkən onu tez xəstəxanaya çatdırmasmı xahiş etmiş, Şahlar da idarə etdiyi avtomobillə yaşadıqları kəndə daxil olmuşdur. Özünün yaşadığı evə dönən küçə ilə hərəkət edən zaman bibisi Şahid5 ilə rastlaşmışlar. Bu zaman Aleg avtomobildən yerə düşmüş və Cəmiyyətə onun bıçaqlanması barədə məlumat vermişdir. Sonra isə bibisi Cəmiyyət də Şahların avtomobilinə minmiş və onu “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparmışlar. Orada ona tibbi yardım göstərilmiş, təxminən 3 gün qaldıqdan sonra yaşadığı evə qayıtmışdır. Hadisə xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 19 radələrində Qusar rayonu Qılah-oba kəndində yerləşən qəbiristanlığın kənarında baş vermiş, təxminən 10-15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxsin qohumları onun müalicə xərclərini ödəmişlər, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, Təqsirləndirilən şəxs isə rayonun Qılah-oba kənd sakini kimi tanıyır. xx xxxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində həmkəndlisi Şahid3 Rufık oğlu ilə yaşadıqları kənddə yolun kənarında dayanaraq Qılah-oba kəndinə getmək üçün avtomobil axtarmışlar. Həmin vaxt həmkəndliləri Zərərçəkmiş şəxs “VAZ-2109” markalı avtomobili ilə oradan keçərkən dayanmış və sonuncu avtomobildən düşən zaman kiminləsə telefonla danışaraq nalayiq söyüşlər söymüşdür. Ramiz telefonla danışdıqdan sonra onlardan niyə orada dayandıqlarını soruşduqda ona rayonun Qılah-oba kəndində ərzaq mağazasına getmək üçün avtomobil axtardıqlarını demişlər. Ramiz onları həmin kəndə apara biləcəyini demişdir. Həmin vaxt əmisi oğlu Şahid4 da siqaret almalı olduğundan onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra özü, Aleg və Marat birlikdə Zərərçəkmiş şəxs avtomobilinə əyləşərək onunla Qılah-oba kəndinə getmişlər. Həmin gün, saat 19 radələrində Qılah-oba kəndində olan qəbiristanlığı keçdikdən bir qədər sonra Təqsirləndirilən şəxs özlərinin olduqları tərəfə gəldiyini görmüşlər. Amil avtomobili saxlaması üçün Ramizə əli ilə işarə etmiş, Ramiz isə avtomobili saxlamamışdır. O, avtomobili təxminən 20 metr İrəli sürüb ərzaq dükanının yanına çatdıqda avtomobili saxlamadan geri dönüb Qılah-oba kəndində olan qəbiristanlığın yanına sürərək orada saxlamışdır. Həmin vaxt Ramiz mobil telefonunu çıxararaq Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsinə “qəhbə” sözünü yazaraq mesaj göndərdiyini, özünün də onunla mübahisəsini aydınlaşdırmaq üçün həmin kəndə gəldiyini bildirmişdir. Ramiz avtomobildən enmiş, onunla Aleg də avtomobildən düşmüşlər. Marat isə avtomobilin arxa oturacağında əyləşmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs da ora gəlmişdir. Amil gələn kimi Ramizlə onun arasında dava baş vermiş, bu zaman Amil əlində olan bıçaqla Ramizin qarın nahiyəsindən bir neçə dəfə vurmuşdur. Həmin vaxt Ramiz yerə yıxılmış, Amil də Ramizin üstündən ona bıçaq zərbələri ilə yenə vurmuşdur. Ramiz Amilin əlindən çıxmağa çalışaraq onlara demişdir ki, “bunu tutun, əlində bıçaq var.” Amilin Ramizi vurmasına mane olmaq üçün özü onlara yaxınlaşmış, digər tərəfdən də lAmili sakitləşdirmək üçün Qılahoba kənd sakini Şahid2 ora yaxınlaşdığını görmüşdür. X28 vurmasına mane olmaq üçün əlindən bıçağı almağa çalışsalar da, o, sakitləşməmiş, hələ də bıçaqla Ramizi vurmuşdur. Amili güclə tutub özünə tərəf çəkib onu Ramizdən uzaqlaşdırmışdır. Həmin vaxt Ramiz ayağa qalxaraq avtomobili istiqamətində qaçmağa başlamış, Amil yenə də əlində bıçaqla onun arxasınca düşmüşdür. O, Ramizin avtomobilinin ətrafında əlində bıçaqla onun arxasınca qaçmışdır. Lakin o, Amili tutaraq onu bir az kənara aparmış və əlindən bıçağı götürərək orada olan kolluq əraziyə atmışdır. Daha sonra görmüşlər ki, Ramizin qarın nahiyəsindən qan axır. Buna baxmayaraq Ramiz özü sükan arxasına keçərək avtomobili idarə etməyə başlamışdır. Yaşadıqları Nəcəfkənd-oba kəndinə çatmalarına az qalmış həmkəndliləri X4 özünə məxsus olan “VAZ-2107” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlardan öndə yaşadıqları kənd istiqamətində hərəkət etdiyini görmüşlər. Ramiz avtomobilinin işıqlarını yandırıb-söndürməklə Şahlara dayanmaq işarəsi vermiş, Şahlar avtomobilini yolun kənarında dayandırmışdır. X30 Şahların avtomobilinə mindirmişlər. Aleg özü də Şahların avtomobilində əyləşmişdir. Bundan sonra onunla Marat Ramizin avtomobilini aparıb onun yaşadığı evin həyətinin qarşısında qoyaraq getmişlər. Sonra öyrənmişlər ki, Ramizi bibisi Cəmiyyət və həmkəndliləri Şahlar Ziyarov “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparmışlar. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşusudur, Zərərçəkmiş şəxs isə rayonun Nəcəfkənd- oba kənd sakini kimi tanıyır. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 19 radələrində yaşadığı kənddə olan bağ sahələrinə su açmaq üçün qəbiristanlığın yanından keçmişdir. Həmin vaxt orada işıqları yanılı vəziyyətdə “VAZ-2109” markalı avtomobilin olduğunu görmüş və səs-küy eşitmişdir. Ona görə də səs gələn tərəfə yaxınlaşmışdır. Bu zaman orada qonşusu Təqsirləndirilən şəxs əlində olan bıçaqla Qusar rayonu Nəcəfkənd-oba kənd sakini Zərərçəkmiş şəxs bir neçə dəfə xəsarətlər yetirdiyini görmüşdür. Ramiz “bıçaqla məni vurub, bıçağı alın” demişdir. Amilin Ramizi vurmasına mane olmaq üçün dərhal onlara yaxınlaşmış, bu zaman Ramiz yerə yıxılmışdır. Amil isə üstünə çıxaraq əlindəki bıçaqla onun qarın nahiyəsindən xəsarətlər yetirmişdir. Amilin əlindən bıçağı alıb onu Ramizdən uzaqlaşdırmaq istəmiş, lakin Amil sakitləşməmişdir. Həmin vaxt Qusar rayonu Nəcəfkəndoba sakini Şahid1 da Amili tutub çəkərək Ramizdən uzaqlaşdırmaq istəmişdir. Farid Amili dartdıqdan sonra Ramiz Amilin əlindən çıxaraq ondan qaçmağa başlamışdır. Amilə Ramizi bıçaqla vurmağa ehtiyac olmadığım bildirmiş, Amil isə deişdir ki, “öz işimdi, özüm bilərəm.” Amil əlində bıçaqla Ramizin arxasınca düşmüş, həmin vaxt oradakı avtomobilin kənarında Qusar rayonu Nəcəfkənd-oba kənd sakinləri Şahid3 Rufık oğlu və Şahid4 dayanmışlar. Amil Ramizin arxasınca qaçıb ona çatmış və əlindəki bıçaqla arxadan yenə onu vurmuşdur. Bu zaman Şahid1 onların arasına girib Amilin Ramizi yenə vurmasına mane olmuş, onun əlindən bıçağı alıb onu kənara çəkmişdir. Özü i orada çox qalmamış, uzaqlaşaraq yaşadığı evə getmişdir. Məhkəmədə dindirilmiş Şahid3 Rufık oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, Təqsirləndirilən şəxs isə rayonun Qılah- oba kənd sakini kimi tanıyır. Yaşadıqları kənddə ərzaq dükanı olmadığından iki-üç gündən bir qonşu kənd olan Qılahoba kəndində gedib-gəlirlər. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 18 radələrində həmkəndlisi Şahid1 ilə yaşadıqları kənddə yolun kənarında dayanaraq Qılah-oba kəndindəki ərzaq mağazasına getmək üçün maşın axtarmışlar. Həmin vaxt həmkəndliləri Zərərçəkmiş şəxs “VAZ- 2109” markalı avtomobili ilə oradan keçdiyini görmüşlər. Ramiz avtomobildən düşən zaman kiminləsə telefonla danışmış və kiməsə nalayiq söyüşlər söymüşdür. Ramiz telefonla danışdıqdan sonra onun avtomobilinə əyləşərək Qılah-oba kəndindəki ərzaq mağazasına getmək barədə danışmışlar. Həmin vaxt həmkəndlisi Şahid4 da siqaret almalı olduğunu, ona görə də onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra özü, Farid və Marat birlikdə Zərərçəkmiş şəxs avtomobilinə əyləşərək onunla Qılah-oba kəndinə getmişlər. Təxminən saat 19 radələrində Qılah-oba kəndində olan qəbiristanlığı keçdikdən bir qədər sonra Təqsirləndirilən şəxs onların olduqları tərəfə gəldiyini görmüşlər. Amil avtomobili saxlaması üçün Ramizə əli ilə işarə etmiş, Ramiz isə avtomobili bir az irəli sürüb ərzaq dükanının yanına çatdıqda geri dönmüşdür. Ondan avtomobili niyə geri döndərdiyini, Amil ilə nə məsələsinin olduğunu soruşduqda Ramiz heç nə deməyərək avtomobili Qılah-oba kəndində olan qəbiristanlığın yanına sürərək orada saxlamışdır. Ramiz mobil telefonunu çıxararaq Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsinə “qəlibə” sözünü yazaraq mesaj göndərdiyini, özünün də onunla mübahisəsini aydınlaşdırmaq üçün həmin kəndə gəldiyini bildirmişdir. Ramiz avtomobildən yerə enmiş, onunla Farİd də avtomobildən düşmüşlər. Bir müddət sonra Təqsirləndirilən şəxs da ora gəlmişdir. Amil gələn kimi Ramizlə onun arasında dava baş vermiş, Amil əlində olan bıçaqla Ramizin sol kürək və qarın nahiyələrindən bir neçə dəfə vurmuşdur. Ramiz yerə yıxılmış, Amil də Ramizin üstündən ona bıçaq zərbələri ilə yenə vurmuşdur. Ramiz Amilin əlindən çıxmağa çalışaraq onlara demişdir ki, “bunu tutun, əlində bıçaq var”. Amilin Ramizi vurmasına mane olmaq üçün Şahid1 onlara yaxınlaşmış, digər tərəfdən də Amili sakitləşdirmək üçün Şahid2 ora yaxınlaşdığını görmüşlər. Farid və X20 vurmasına mane olmaq üçün əlindən bıçağı almağa çalışsalar da, o, sakitləşməmiş, yenə də bıçaqla Ramizi vurmuşdur. Farid Amili güclə tutub geri çəkib onu Ramizdən uzaqlaşdırmışdır. Həmin vaxt Ramiz ayağa qalxaraq avtomobili istiqamətində qaçmağa başlamışdır. Bu zaman Amil yenə də əlində bıçaqla onun arxasınca düşmüşdür. Ramiz Amilin əlindən qaçmağa çalışsa da, Amil ona çatmış və yenə də bıçaqla ona bir neçə dəfə xəsarətlər yetirmişdir. Bu zaman Şahid1 Amilə yaxınlaşaraq onun əlindən bıçağı alıb Ramizi vurmasına mane olmaq istəsə də, Amil sakitləşməmişdir. Həmin vaxt Farid güclə Amili Ramizdən uzaqlaşdıraraq bir az kənara aparmışdır. Amil ləzgi dilində “öldürəcəm” sözünü demişdir. Farid Amili bir az kənara apardıqdan sonra onun əlindən bıçağı alıb kolluq əraziyə atmışdır. Sonra isə görmüşlər ki, Ramizin qarın nahiyəsindən qan axır, lakin buna baxmayaraq o, özü sükan arxasına keçərək avtomobili idarə etməyə başlamışdır. Yaşadıqları Nəcəfkənd-oba kəndinə çatmalarına az qalmış həmkəndliləri X4 özünə məxsus olan “VAZ-2107” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlardan öndə yaşadıqları kənd istiqamətində hərəkət etdiyini görmüşlər. Ramiz də avtomobilinin işıqlarını yandırıbsöndürməklə Şahlara dayanmaq işarəsi vermiş, Şahlar avtomobilini yolun kənarında dayandırmışdır. Sonra isə özü və X23 avtomobilinə mindirmişlər. Özü də Şahların avtomobilində əyləşmişdir. Faridlə Marat isə Ramizin avtomobilində qalmışlar. Şahlarla birlikdə Ramizi evlərinin qarşısı tərəfə gətirmişlər. Bu zaman orada Ramizin bibisi Şahid5 ilə rastlaşmışlar. Avtomobildən enərək Cəmiyyətə Ramizin bıçaqlandığını, tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmalı olduğunu demiş və oradan uzaqlaşmışdır. Şahlarla Cəmiyyət isə Ramizi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparmışlar. Məhkəmədə dindirilmiş Şahid4 şahidlər Şahid3 Rufık oğlu, Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatyları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma oğludur. 1989-cu ildə X2 ilə ailə həyatı qurmuşdur, birgə nikahlarından dörd oğulları, iki qızları vardır. Böyük oğlu X24 Federasiyasının Dağıstan Respublikasının Maxaçqala şəhərində tikintidə usta, ikinci oğlu Sərkər Qocayev Bakı şəhərində mebel sexində fəhlə işləyirlər. Üçüncü oğlu Təqsirləndirilən şəxs və dördüncü oğlu KTəqsirləndirilən şəxs isə özləri ilə birlikdə yaşamışlar. Qızları isə ailə həyatı qurub evdən köçmüşlər. Amilin gözlərindən biri zərif olduğundan o, həqiqi hərbi xidmətə yararsız hesab olunmuş, hərbi xidmət keçməmişdir. Amil rəsmi olaraq heç bir yerdə işləməmiş, yaşadıqları rayonun Qılah-oba kəndində özlərinə məxsus bağ sahəsinə gedərək fərdi əməklə məşğul olmuşdur. Qusar rayonu Nəcəfkənd-oba kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, onun mərhum atası X25 rayonun Nəcəfkənd-oba kənd sakini kimi tanımışdır, onunla qohumluq, yaxınlıq əlaqələri olmamış, aralarında mübahisə, münaqişə və ya dava- dalaş da olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə yaşadığı evdə olarkən günorta saatlarından sonra oğlu Təqsirləndirilən şəxs evdən çıxıb getmiş, təxminən saat 19- 20 radələrində isə Bakı şəhərində yaşayan oğlu Sərkər Qocayev ona zəng edərək Amilin bir nəfər şəxsi bıçaqla vurmasım bildirmişdir. Nə baş verdiyini aydınlaşdırmaq üçün Amili axtarmaq istəmişdir. Həmin vaxt da Qusar rayon X26 Polis Bölməsinin əməkdaşları evilərİnin qarşısına gələrək Amilin Qusar rayonu Nəcəfkənd-oba kənd sakini Zərərçəkmiş şəxs adlı şəxsi bıçaqla vuraraq xəsarət yetirdiyini deyib onun harada olmasını soruşmuşlar. Onlara Amilin evdə olmadığını, harada olmasını da bilmədiyini demiş, Amilin mobil telefon nömrəsinə zəng etsə də, onun telefonuna zəng çatmamışdır. Sonradan öyrənmişdir ki, Qusar rayonu Nəcəfkənd-oba kənd sakini Zərərçəkmiş şəxs adlı şəxsin oğlu Təqsirləndirilən şəxs 100 manat borcu olmuş, lakin o, borcunu qaytarmamış, ona görə də bir-birilərinə qarşı nalayiq ifadələr işlətmələri səbəbindən aralarında mübahisə yaranmış, aralarındakı mübahisəni aydınlaşdırmaq üçün Qusar rayonu Qılah-oba kəndində yerləşən qəbiristanlığın yaxınlığında görüşmək barədə razılaşdıqdan sonra oğlu Amil ora getmiş, qəbiristanlığın yanında görüşən zaman da əlində olan cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə xəsarətlər yetirmiş, lakin həmin vaxt orada olan şəxslər Amilə mane olub bıçağı əlindən almışlar. Səhəri gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə, səhər saatlarında oğlu Təqsirləndirilən şəxs evə gəlmiş, özü də bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Amildən niyə belə bir hadisə törətdiyini soruşduqda Amil ona cavab verə bilməmişdir. Polis əməkdaşları Amili törətdiyi cinayət hadisəsinə görə Qusar RPŞ-nə aparmışlar. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Qusar rayonu Nəcəfkənd-oba kənd sakini Zərərçəkmiş şəxs isə üzdən tanımışdır, onunla yaxınlıq əlaqələri olmamışdır. Ramizin yaşadığı rayonun Nəcəfkəndoba kəndində ərzaq dükanı olmadığı üçün o, Qılah-oba kəndinə gələrkən onu bir neçə dəfə görmüşdür. Onunla da arasında mübahisə, münaqişə olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə yaşadığı evdə olmuş, həmin gün, təxminən saat 16 radələrində vaxt keçirtmək üçün yola çıxaraq həmkəndliləri ilə söhbət etmişdir. Həmin vaxt öyrənmişdir ki, Qusar rayonu Nəcəfkənd-oba kənd sakini Zərərçəkmiş şəxs adlı şəxsin Təqsirləndirilən şəxs 100 manat borcu olmuş, lakin o, borcunu qaytarmamış, ona görə də bir-birilərinə qarşı nalayiq ifadələr işlətmələri səbəbindən aralarında mübahisə yaranmış, aralarındakı mübahisəni aydınlaşdırmaq üçün Qusar rayonu Qılah-oba kəndində yerləşən qəbiristanlığın yaxınlığında görüşmək barədə razılaşdıqdan sonra Amil ora getmiş, xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 19 radələrində qəbiristanlığın yanında görüşən zaman da Amil əlində olan cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə xəsarətlər yetirmiş, lakin həmin vaxt orada olan şəxslər Amilə mane olub bıçağı əlindən almışlar, səhəri gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə isə polis əməkdaşları Amili törətdiyi cinayət hadisəsinə görə Qusar RPŞ-nə aparmışlar. Özü baş vermiş hadisənin şahidi olmamışdır. Cinayət işinin 1-ci cilinin 144-149-cu vərəqində olan məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 595 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsin sol yan səthinin döş boşluğuna nüfuz edən kəsilmiş- deşilmiş yarası kənarı iti əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Döş qəfəsinin sol-ön səthinin döş və qarın boşluğuna nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin ön tərəfinin yuxarı hissəsinin, arxa qoltuqaltı xətti üzrə 4-5-ci qabırğaarasının, sol orta kürək xətti üzrə 7-ci qabırğa nahiyəsinin, sol kürək xətti üzrə, sol bazunun yuxarı 1/3-nın arxa səthinin, arxa tərəfdə belin aşağı nahiyəsinin daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları kənarı iti əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 1-ci cilinin 219-221-ci vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2309 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs, həmçinin ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətlər aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi məcburi müalicəyə ehtiyacı yoxdur. Onda təlqin, özündən uydurma əlamətləri müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cildinin 92-99-cu vərəqlərində olan Məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 976/2020- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus cins şalvar (kəmərlə) və mayka üzərində olan ləkələrdə insan qanı aşkar olunmuş, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alınmış, aqqlyutininlər isə alınmamışdır, belə olan halda bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən də X11 məxsus ola bilər. Cinayət işinin 2-ci cildinin 100-103-cü vərəqlərində olan Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 619/2020-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön sol nahiyəsində iki ədəd, maykanın ön orta yuxarı bir ədəd, maykanın arxa sol nahiyəsində iki ədəd; şalvarın arxa sağ cibin orta kənarında bir ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur, bu zədələr deşilmiş- kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Cinayət işinin 2-ci cildinin 38-41-ci vərəqlərində olan 28.12,2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Eldarov X1muş “070 550-45-09” saylı mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə, saat 18:36:28-də ləzgi dilində “telefonu götür” sözləri, 18:36:32-də “qəhbə” sözü, 18:42:24-də isə “telefonu götür, deyən sözüm var” sözlərindən ibarət mesajları göndərməsi, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi xx.xx.2020-ci il tarixdə Eldarov X1muş “070 550-45-09” saylı mobil telefon nömrəsinə bir neçə dəfə zəng etməsi və onların arasında danışıqların olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 70-71-ci vərəqlərində olan Qusar RPŞ-nin Samur PB-nin xx.xx.2020-ci il tarixli, 150-718-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə cinayət hadisəsinin bilavasitə şahidlərinin Nəcəfkənd-oba kənd sakinləri Şahid1, Şahid4, Aleq Əmirbəyov və Qusar rayonu Qılahoba kənd sakini Şahid2 olduğu müəyyən olunmuşdur. Bundan başqa müəyyən olunmuşdur ki, 28.10,2020-ci il tarixdə Qusar rayonu Qılah-oba kənd sakini Təqsirləndirilən şəxs evdə olarkən Qusar rayonu Nəcəfkənd-oba kənd sakini Zərərçəkmiş şəxs zəng etmiş, Zərərçəkmiş şəxs telefona cavab vermədiyindən ona mesajla nalayiq söyüşlər yazmışdır. Sonradan mesajı oxuyan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng edərək niyə söyüşlər yazdığını soruşan zaman Təqsirləndirilən şəxs onunla görüşmək üçün Qusar rayonu Qılah-oba kəndində yerləşən qəbiristanlığın yanına çağırmış və Ramizdən bir müddət əvvəl 100 manat pul alıb qaytarmadığına görə həmin pulu qaytarmasını tələb etmişdir. Həmin vaxtı hadisə yerinə Təqsirləndirilən şəxs piyada, Zərərçəkmiş şəxs isə idarə etdiyi avtomaşınla gəlmiş, aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs özü ilə evdən gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir neçə dəfə vurmaqla ona ağır xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirən zaman istifadə etdiyi bıçağı Qusar rayonu Nəcəfkənd-oba kənd sakini Şahid1 Təqsirləndirilən şəxs əlindən alıb kolluğa atmışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında əvvəlcədən hər hansı ədavət və düşmənçilik olmamış, onların özləri və ailələri fərdi əməklə məşğuldurlar. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs alkoqoldan istifadə edirlər. Təqsirləndirilən şəxslə yaxın münasibətdə olan əlavə şəxsləri müəyyən etmək olmamış, onun istifadəsində odlu və ya soyuq silah olması barədə məlumat yoxdur Cinayət işinin 2-ci cildinin 61-63-cü vərəqlərində olan Qusar RPŞ-nın xx.xx.2020-ci il tarixli, 149-24196-1220 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs barəsində Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə araşdırma aparılmış, xx.xx.2005-ci il tarixdə də Azərbaycan Respublikası CPM-nin 40.2.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin 1-ci cildinin 195-ci vərəqlərində olan Qusar RPŞ-nin Samur PB-nin xx.xx.2020-ci il tarixli, 150-659-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə Qusar rayonu Qılah-oba kənd sakini Təqsirləndirilən şəxs Qusar rayonu Nəcəfkənd-oba kənd sakini Zərərçəkmiş şəxs xəsarət yetirən zaman istifadə etdiyi bıçağı Qusar rayonu Nəcəfkənd-oba kənd sakini Şahid1 Təqsirləndirilən şəxs əlindən alıb kolluğa atmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi zaman hadisənin şahidləri Qusar rayonu Nəcəfkənd-oba kənd sakinləri Şahid1, Şahid4, Aleq Əmirbəyov və Qusar rayonu Qılah-oba kənd sakini Şahid2 olmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli, 3 №-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyəti ilə özü ilə bıçaq götürərək zərərçəkmiş şəxslə görüşən həmin bıçaqla qisas almaq məqsədi ilə ona borcu olan və yazıdığı mesaja nalayiq sözlərlə cavab verən Zərərçəkmiş şəxs ümumilikdə səkkiz xəsarət olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa yüngül və ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bıçağı hadisə yerinə getmməzdən özü ilə götürməsi, zərərçəkmiş şəxsə ardıcıl xəsarətlər yetirməsi, hadisə yerində olan şəxslərin köməkliyi ilə zərərçəkmiş şəxs oradan uzaqlaşdırılsa da, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ardınca gedərək yenidən bıçaqla xəsarətlər yeritməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək niyyətinin olmasını təsdiq edir. Odur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamasına dair ifadələrində göstərdikləri məhkəmə istintaqı zamanı təsdiq olunmadığından ittihamı təkzib edən sübut növü kimi qəbul edilməməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları CPM-nin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrı-ayrılıqda və məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, habelə cinayət işinin halları ilə tam təsdiq olunduğuna görə məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokollarını, eləcə də ekspertiza rəylərini mənsubiyyəti, mümkünlüyü üzrə qiymətləndirməklə həmin ifadələri, protokolları və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməllərin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edilib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliyini müəyyənləşdirdiyi sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə tövsif edilmişdir, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 33-cü və 116-117-ci vərəqlərində qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 94-95-ci vərəqlərində olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Qılah-oba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx xxxxxxx 2020ci il tarixli, 129 nömrəli arayış və xasiyyətnaməsİndən görünür ki, Təqsirləndirilən şəxs inzibati ərazi dairəsində yaşadığı müddətdə özünü təvazökar, çalışqan, əməksevər, intizamlı bir gənc kimi tanıtmışdır, yaşadığı kəndin ictimai yerlərində özünü intizamlı aparmış, böyüklərin hörmətini saxlamış, özündən kiçiklərə qayğı ilə yanaşmışdır, təmkinli, ləyaqətli, vətənpərvər bir gəncdir. Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1959-cu il təvəllüdlü Şahid6 (atası), xx.xx.1969-cu il təvəllüdlü X6 (anası), xx.xx.1992-ci il təvəllüdlü X7 (qardaşı), xx.xx.1993-cü il təvəllüdlü X8 (qardaşı) və xx.xx.2003-cü il təvəllüdlü X3 (qardaşı) ibarətdir. Cinayət işinin 1-ci cildinin 137-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxsilə barışıq əldə etməsi, əvvəllər məhkum olunmaması CM-nin 59.1.10, 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli, 1166 nömrəli Fərmanından görünür ki, xx xxxxxxxx 2020-ci il, saat 00.00-dan Azərbaycan Respblikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli Fərmanından görünür ki, xx xxxxxx 2020-ci il, saat 00.00-dan Azərbaycan Respblikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət ləğv edilmişdir. Cinayətin hərbi vəziyyət şəraitində törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.11 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərəkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həvçinin nəzərə alır ki, CM-nin 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə ücündən çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xüsusilə ağır cinayət olmasını, cinayətin törədilmə şəraiti və motivini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna bilər. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin etməklə CM-in 41-ci maddəsinə nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi ziyan, mülki iddia, məhkəmə məsrəfi yoxdur. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Maddi sübut olaraq Qusar Rayon Prokurorluğunda saxlanılan zərərçəkmiş şəxs X22 məxsus bir ədəd uzun qollu mayka və bir ədə cins şalvar CPM-nin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığından məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını təyinatla dövlət hesabına fərdi fəaliyyət göstərən vəkil X18 müdafiə etmiş və müdafiəçi ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə bağlı cinayət prosesində 24 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X18 üçün 144 ( bir yüz qırx dörd) manat ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on il) 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olaraq Qusar Rayon Prokurorluğunda saxlanılan zərərçəkmiş şəxs X22 məxsus bir ədəd uzun qollu mayka və bir ədə cins şalvar məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X18 üçün 144 ( bir yüz qırx dörd) manat ödənilsin. Hökmdən elan olunduğu, (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-794/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-794/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver