Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-794/2025 07.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,429 qram psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,429 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 03 avqust 2024-cü il tarixdə saat 22.30 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən digər cinayət işi üzrə istintaq şöbəsi tərəfindən verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən Nizami RPİ -nin inzibati binasına gətirilmiş, orada 04 avqust 2024-cü il tarixdə saat 00.35 radələrində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan qara rəngli çantanın içərisində bir bükümdə təmiz çəkisi 4,429 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi və içərisində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd şüşə kolba aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 9) görünür ki, Nizami RPİnin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 həmin şöbənin rəisinə raportla məruzə edərək xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Əliağa Şıxlınski küçəsi, ev 16 ünvanının qarşısında olduğu müəyyən edildiyini, ona yaxınlaşıb xidməti vəsiqə ilə özlərini təqdim etdikdə, həmin şəxs qaçmağa cəhd etdiyi və tərəflərindən saxlanıldığını, həmin şəxs narkotik aludəçisi olduğunu, tutulmaqdan qorxduğu üçün onlardan qaçmaq istədiyini bildirməsi barədə məlumat vermişlər.
4. 04.08.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, xx.xx.2024-cü il tarixdən, saat 22:30-dan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.
5. 04.08.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29-30) görünür ki, Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın içərisindən01 ədəd ağ şəffaf sellofanın içərisində olan ağ kristal halında spesifik iyə məxsus olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu və 01 ədəd gümüşü rəngli elektron tərəzini və psixotrop maddə olan metamfetamini qəbul etdiyi şüşə və plasmas boru aşkar olunaraq götürülmüşdür.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə mütamfetamini xx.xx.2024-cü il tarixdə sosil şəbəkə vasitəsi ilə tanış olduğu İİR vətədaşı kimi tanıdığı “Samirə” adlı qadınla Vatsapp vasitəsi ilə əlaqə saxlayaraq həmin Samirə adlı qasının M-10 hesabına 100 (yüz) manat pul göndərdiyini bundan sonra həmin Samirə aslı qadın ona Xırdalan dairsi adlanan ərazidən çəkil və məkan ona göndərmiş o isə qeyd olunan ünvandan psixotrop maddə olan mütamfetamin götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd şəffaf sellofanın içərisində olan ağ kristal halında spesifik iyə məxsus olan maddə 01 ədəd gümüşü rəngli elektron tərəzi və psixotrop maddə olan metamfetamini qəbul etdiyi şüşə və plasmas boru müvafiq eskpertizaya təqdim olunması üçün protokol iştirakçılarının və onun özünün iştirakı ilə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 162 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış, şəxsi axtarış və götürmənin əks olunduğu CD disk protokola əlavə edilmişdir.
6. Məhkəmə kimyəvi ekspertizasının 04 avqust 2024-cü il tarixli 3-16- 16/2- 6/3975 saylı rəyindən (cild 1, iş vərəqə 35-40) görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,429 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd elektron tərəzinin üzərində və 01 ədəd şüşə kolbanın içərisində psixotrop maddə metamfetaminin izləri müəyyən edildi. Elektron tərəzinin üzərində və kolbanın içərisində metamfetaminin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və Təqsirləndirilən şəxs məxsus 01 büküm metamfetaminlə eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 4,329 qram təşkil edir.
7. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərardan (cild 01, iş vərəqə 54) görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, 4(007)-214/2024 nömrəli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 68-70) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır.
9. Məhkəmə-narkoloji ekspertizanın 6127 saylı 09 sentyabr 2024-cü il tarixli rəyindən (cild 1, iş vərəqə 86-87) görünür ki, əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserinə qeydiyyata alınması məsləhət görülür.
10. 24.09.2024-cü il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 89) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Samsung A 12» markalı mobil telefon aparatına baxış keçirilmiş, həmin mobil telefon aparatı ***-***-**-** saylı sim nömrələrlə işlənilir. Telefona yüklənmiş votsap proqramı ***- ***-**-** saylı nömrə ilə istifadə edilir, mobil telefon aparatının «kontaktlar» bölməsində İran İslam Respublikasına aid olan «+989 30 *** ** ** Adnan 2», «+989 30 *** ** ** alah bana yetər», «+989 93 *** ** ** Araz Kazino», «+989 03 *** ** ** Biliş», «+989 05 *** ** ** Eli balaca», «+989 90 *** ** ** Eli ivv», «+989 90 *** ** ** Eli iş», «+989 05 *** ** ** K», «+989 37 *** ** ** Leooo», «+989 37 *** ** ** Royale Yobru», « + 989 94 *** ** ** Rza Samirə», «+ 989 14 *** ** ** Samirə», «+ 989 14 *** ** ** Yaver», cəmi 13 ədəd nömrələrin mövcudluğu müəyyən olunur. Təqsirləndirilən şəxs mobil telefonundan götürülmüş məlumatların 5 ədəd fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur.
11. 26.09.2024-cü il tarixli video yazıya baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 98-99) görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 04 avqust 2024-cu il tarixli protokola əlavə etdiyi 01 ədəd «DVD»diskdə qeydə alınmış videoyazısınına baxış keçiririlmişdir, baxış zamanı müəyyən olmuşdur ki, diskdə olan «VİD_20240804_003354» adlı faila daxil olduqda müəyyən olunur ki, faylda 11 dəqiqə 21 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru X9 RPİ-nin TŞ-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə Nizami RPİ-nin TŞ-nin xidməti otağında şəxsi axtarı keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın içərisindən bir ədəd elektron tərəzi, bir ədəd şüşə kolbası və bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilib götürülür. Həmin psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs votsap vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından aldığını, həmin psixotrop maddənin həm özünün istifadəsi həmdə satış məqsədi ilə əldə etdiyi etiraf etmişdir.
12. Doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqəsindən (cild 1, iş vərəqə 102-103) görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X6 vardır.
13. 10.10.2024-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 108) görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsində olan məlumatlarına baxış keçirilmiş, həmin sənədlərə baxış keçirilərkən istintaq marağı kəsb edən hər hansı bir xüsusatlar aşkar edilməmişdir.
14. 01.11.2024-cü il tarixli iş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında qərardan (cild 1, iş vərəqə 126-132) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham edlan edilməsi, ********* saylı cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə digər cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi, Nizami RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung A 12” markalı mobil telefon aparatı və üzərində olan ***-***-**-** saylı sim nömrə, istintaq üçün sübut əhəmiyyəti kəsb etdiyindən məhkəmənin hökmünə qədər Sabunçu RPİ-nin İŞ-də saxlanılması qərara alınmışdır. xx.xx.2024-cü il təqsirlədirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 136) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır.
15. Tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs sol said nahiyyədə köhnə çapıq, qarın ön divarında köhnə çapıqlar qeyd olunmuş, bel nahiyyəsində su çiçəyindən sonra qalan dəri ləkələri qaldığı müəyyən edilmiş və o obyektiv müayinə zamanı hər hansı şikayəti olmadığını, həbs olunmadan zədə almadığını və aspirasyon yol ilə həşiş istifadə etməsi barədə bildirmişdir.
16. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını bildirməsi barədə məlumat əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində material üzrə araşdırma aparılaraq 06 fevral 2025-ci il tarixə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya idarəsinin xx.xx.2024-cü il tarixli 21-1/3-25640 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsində təqsirli bilinib, barəsində aylıq qazancından 20 faiz məbləğində pul tutulmaqla, 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxstəyin edilmiş 06 ay müddətinə islah işləri cəzası çəkilməmişdir.
18. Məhkəmədə şahid qismində dindirilmiş Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumata çevik reaksiya verilərək dərhal rəhbərliyə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Nizami RPİ-nə daxil olmuş əməliyyat məlumatı əsasında, 03 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılmış və Nizami RPİ-nə gətirilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs qaçdığı üçün mobil telefonu yerə düşmüşdür. Həmin telefon polis əməkdaşı tərəfindən götürülərək təhqiqatçıya təhvil verilmişdir. Nizami RPİ-də, xidməti otaqların birində, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və bu zaman 01 ədəd şəffaf rəngli, sellofan paketdə metamfetamin və 01 ədəd elektron tərəzi ələ keçirilmişdir. Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı narkotik vasitələri Samirə adlı, digər anket məlumatları məlum olmayan İran vətəndaşından əldə etdiyini bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, elektron tərəzi Təqsirləndirilən şəxs üzərində, əl çantasında olmuşdur. O, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edərək bildirişdir ki, sonuncunun dedikləri tamamilə yalandır və özünümüdafiə xarakterlidir. Onlar Təqsirləndirilən şəxs Navahi küçəsində saxlayan vaxt taksidən düşüb qaçmağa başlamış və həmin vaxt mobil telefonu da düşüb zədələnmişdir. Onların Təqsirləndirilən şəxs söymək və ya vurmaq üçün heç bir səbəbləri olmamışdır.
19. Məhkəmədə şahid qismində dindirilmiş Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X7 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nə daxil olmuş əməliyyat məlumatı əsasında, 03 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılmış və Nizami RPİ-nə gətirilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs qaçdığı üçün mobil telefonu yerə düşmüş, həmin telefon polis əməkdaşı tərəfindən götürülərək təhqiqatçıya təhvil verilmişdir. Nizami RPİ-də, xidməti otaqların birində, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və bu zaman 01 ədəd şəffaf rəngli, sellofan paketdə metamfetamin və 01 ədəd elektron tərəzi ələ keçirilmişdir. Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı narkotik vasitələri Samirə adlı, digər anket məlumatları məlum olmayan İran vətəndaşından əldə etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edərək bildirişdir ki, sonuncunun dedikləri tamamilə yalandır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
20. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 02 avqust 2024-cü ildə dostunun ad günü tədbirinə gedən zaman taksi çağırmış və ad günü tədbirinin təşkil edildiyi yerə getmişdir. Həmin yerə çatanda taksidən düşmüş, bu zaman polis əməkdaşları onu saxlamışlar. Onu saxlayan şəxslər polis olduqları barədə məlumat verməmişlər, əllərinə qandal vurulmuşlar, bundan sonra başına şillə ilə vura-vura onu Polis bölməsinə aparmışlar. O, polislərdən kim olduqlarını, onu haraya apardıqlarını soruşmuş, həmin şəxslərin polis əməkdaşları olduqlarından xəbəri olmamışdır. Polis əməkdaşları gedəcəkləri yerdə kim olduqlarını biləcəyini demişlər. Polislər onu tutan kimi telefonu əlindən almışlar. O, həmin yerdən qaçmağa cəhd belə etməmiş, qaçmaq istəsə belə, bu alınan iş olmamışdır. Onu təhqir edə-edə, başından vura-vura Nizami Rayon Polis İdarəsinə gətirmişlər. Nizami RPİ-də onu saçından tutaraq başına şillə ilə, belindən təpiklə vurmuşlar. Onun həmin vaxt iki həftəlik hamiləliyi olmuş, həmin gün də həkimə getməli olmuş, lakin hazırkı məsələyə görə həkimə gedə bilməmişdir. Polislərə hamilə olmasını bildirsə də, polislər də ona elə hər polisə düşən hamilə olur demişdir. Daha sonra polisl rəisi gəlmiş və ona ömürlük iş verəcəklərini demişdir. O, guya iran vətəndaşı üçün video çəkib göndərmiş, iran vətəndaşı ilə narkotikin alqı-satqısı barədə razılıq əldə etmişdir. Halbuki iran vətəndaşı ilə heç bir razılaşması olmamışdır. Cinayət işində taksi şoferi olan İlkin adlı şəxs olmuş, narkotiki sonuncudan almışdır. Taksi şoferi olan İlkin onun tanıdığı bir oğlanla dost olmuşdur. İlkin onunla bir yerdə olmaq üçün tanıdığı oğlanı tutdurmuşdur. Həmin oğlan hazırda həbsdədir. İlkin isə, bir müddət Rusiyaya qaçaraq orada gizlənmiş, bundan sonra təhdidlə təzyiq altında ona video çəkdirmişdir. Həmin videonu isə İlkin iran vətəndaşına göndərmiş, nəticədə onun adından iranlıdan narkotik vasitə götürmüşdür. İranlı da elə bilmişdir ki, onun iranlıya borcu var, lakin onun həmin narkotikdən heç bir xəbəri olmamışdır. O, öz uşağını güclə saxlayır, narkotik satışı ilə məşğul olsaydı, onun pulu olardı. Onun uşağı xəstədir, müalicəyə ehtiyacı var. O, narkotik istifadəçisi olmuş, həftədə 1 dəfə istifadə etmiş, aldığı narkotikin dəyəri də 10-15 manat olmuşdur. Əgər narkotik satışı ilə məşğul olsaydı uşağını müalicə etdirər, özünün də imkanı olardı. X18 uşağını əlindən alacaqları, uşaq evinə verəcəkləri, ona da ömürlük cəza təyin edəcəkləri barədə təhdid etmişlər. Ən sonda sənədlərə qol çəkməyini istəmişlər. Onun çantasını açaraq içinə tərəzi və metamfetamin qoymuşlar. Onun həmin metamfetamin və tərəziyə əli dəyməmişdir. Həmin vaxt onun üzərində kolba yazısı olan şüşə narkotik olmuş, bundan başqa üzərində narkotik olmamışdır. O, həmin vaxt sistem vurmuşdur deyə özündə olmamış, nə dediklərini anlamamışdır. Polislər ona təzyiq göstərdiklərinə görə polislərin dedikləri ilə razılaşmış, narkotiki boynuna götürmüşdür. Cibindən iki ədəd alışqan aşkar etmişlər. Guya axtarışda çantasından başqa heçnə çıxmamış, ancaq tərəzi, kolba və metamfetamin çıxmışdır. Hətta bir polis əməkdaşı ona ona demişdir ki, “ged məhkəməyə və gəl, əgər səni buraxsalar, bu dəfə səni 10 kiloqram narkotiklə tutub içəriyə qoyaram”. O da həmin polisə üzərində narkotik olmadığını, uşağı olduğunu, insafının olmasını və əgər üzərinə narkotik qoyacaqsa, onu narkotikin satışı ilə deyil, istifadəçisi ilə rəsmiləşdirməsini istəmişdir. İlkin adlı şəxsin bir neçə onun kimi qurbanı vardır. Bir neçə qızı da təhdid edərək videolar çəkdirərək iran vətəndaşına göndərmişdir ki, özünü iranlının yanında yaxşı etsin. O, Samirə adlı qızı da tanımışdır. Sonuncu ilə hər dəfə İlkin danışmışdır. İlkin ona demişdir ki, ya birlikdə olacaqlar, ya da onu tutduracaq. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, həmin ifadəni ona təzyiq edərək almışlar. İttiham aktında yazılanları sonradan görmüş, həmin yazıları əvvəldən bilməmişdir. O, bir ildir ki, narkotik vasitə, metamfetamin istifadə etmişdir. Metamfetamini İlkin adlı şəxsdən almışdır. O, Samirə adlı şəxsi tanımışdır, həmin şəxs iranlıdır və sonuncunu İlkində tanıyır. İlkin onun telefon nömrəsini öz telefon nömrəsinə daşımış, öz telefonundan onun adından Samirə ilə danışmışdır. Buna görə də Samirə də mesajları əslində İlkinə yazmış, lakin ona yazdığını zənn etmişdir. Onun mobil telefonuna baxış keçirilməsi barədə protokolla tanış edilməmiş, lakin telefonuna baxış keçirildiyini bilmişdir. Onun üzərində saxlanıldığı zaman çanta olmuş, içərisində qanunsuz başqa əşyalar olmamış, bir ədəd şəxsi istifadəsi üçün kolba olmuşdur. Çantasında tərəzi və qanunsuz maddələr olmamışdır. Onun əri yoxdur, boşanmışdır. Üç yaşında uşağı vardır. İndi uşağına anası baxır. Anası işə gedəndə uşağı qonşuda qoyur, axşam gəlib götürür. Atası xəstədir, əlil yatağında yatır. Polislər onu saxladıqları yerdə üzərində axtarış keçirməmişlər. Şübhənin mahiyyəti barədə polislər ona məlumat verməmişlər. Ona qarşı polislər tərəfindən edilmiş zorakılıq barədə heç bir orqana şikayət etməmişdir. Üzərində heç bir xəsarət izi olmamışdır. Şahid3 tanımışdır. X11 da danışmışdır. Onun qızını İlkin həbs etdirmişdir. bu barədə sübutlar, yəni səs yazıları Aynurun telefonunda olmuşdur. Türkan da Aynurun qızıdır. Samirəni İlkinin vasitəsilə tanımışdır. Samirə ilə danışmamış, əlaqə saxlamamış, İlkin Samirə ilə danışanda o da sonuncu ilə danışmışdır. X14 ilə çox danışmış, İlkinin nəyə görə öz telefonu ilə deyil, onun telefonu vasitəsilə Samirə ilə danışdığını bilməmişdir. İlkin ilə yaxın münasibətləri olmuşdur. Sonuncunun iki idir tanıyır. İlkin öz adına telefon nömrəsi işlətməmişdir. İlkin taksi fəaliyyəti ilə məşğul olmuşdur. İlkin onun telefonu ilə 5-6 dəfə Samirə ilə danışmış, sonuncudan nisyə narkotik vasitə istəmiş və həmin narkotik vasitənin pulunu Samirəyə verməmək fikrində olmuşdur. İlkin ondan istifadə edərək Samirədən həmin narkotik vasitəni əldə etmişdir. İlkin onun barəsində video çəkmişdir. Həmin videoda göstərilir ki, guya o, Samirədən 200 qram narkotik vasitə almış, pulu ödəməsə bu videonun dövlət orqanlarına verilməsinə etiraz etmədiyini bildirmişdir. Bu videonu çəkməyəcəyi təqdirdə onun barəsində dövlət orqanlarına verəcəyini demişdir. Samirədən narkotik vasitəni İlkin almış, onu isə Samirəyə borclu kimi göstərmişdir. İlkinin məqsədi Samirədən pulsuz narkotik vasitə alması olmuşdur. Burada faktiki olaraq Samirəyə o borclu qalmış, bu borcu da ödəməli olmuşdur. O, həmin videoda Samirədən 200 qram narkotik vasitə aldığını, pulunu qaytarmasa onu videonun dövlət orqanlarına verilməsinə etiraz etmədiyini bildirmiş, lakin ona göndərilən narkotikin miqdarı 200 qram deyil, 10 qram olmuşdur. Həmin videonu çəkdirmələrinin səbəbi onun qarşısına qoya biləcəkləri tutarlı sübutun olmasıdır. Onun videolarının İlkin tərəfindən çəkilməsinə dair şahidləri olmuşdur. Həmin şahidlər Aynur və qızı Türkandır. Bu barədə səs yazıları vardır. Uşağın atası İlkin olmamış, başqası olmuşdur. Onun barəsində cinayət işinin başlanmasını İlkin təşkil etmişdir.
21. Müdafiə tərəfinin vəsatəti əsasında Şahid3 əlavə şahid qismində dindirilmişdir. O, ifadəsində göstərmişdir ki, onun qızı X12 şərləyərək həbs olunmasına nail olmuşdur. Onda olan məlumata görə İlkin Murquzov hazırda ABŞ-dadır. İlkin Murquzov Təqsirləndirilən şəxs da şərləmişdir. İlkin Murquzov əvvəlcə Təqsirləndirilən şəxs məcburi narkotik vasitə çəkdirmiş, daha sonra onun videosunu çəkərək şantaj etmiş, birlikdə ailə kimi yaşamağı təklif etmişdir. Təqsirləndirilən şəxs onu rədd etdikdə isə X10 həbs etdirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsnın narkotik maddə istifadəçisi olduğu haqda eşitmiş, lakin bunun şahidi olmamışdır. O, eşitmişdir ki, Təqsirləndirilən şəxs Samirə adlı İran vətəndaşından narkotik vasitə götürərək, satmışdır. Lakin bunun şahidi olmamışdır. İlkin Murquzov ona Təqsirləndirilən şəxsnın həm narkotik istifadəçisi olduğunu, həm də satışı ilə məşğul olduğunu demişdir. İlkin Murquzov özü İran vətəndaşına qızın əleyhinə ifadə verməyi, qarşılığında isə 500,00 Azərbaycan manatı borcunu siləcəyini təklif etmişdir. İlkin Murquzovun hansı qızın əleyhinə şahidlik etmək üçün İran vətəndaşına təklif etdiyini bilmir. İlkin Murquzov səs yazısında sadəcə qız demişdir. O, Vüsalənin narkotik satması barədə məlumatı İlkin Murquzovdan və Nurlan adlı şəxsdən eşitmişdir. Nurlan adlı şəxs narkotacirdir və İlkin Murquzov xalası oğludur. O, qızı Türkandan narkotik istifadəsi və ya satışı ilə məşğul olub-olmadığını soruşmuş, sonuncu isə cavabında belə bir işlə məşğul olmadığını bildirmişdir. Onun Təqsirləndirilən şəxs inciməyinə tək səbəb, onun qızı Türkana atdığı səs yazısı olmuşdur. Həmin səs yazısında Təqsirləndirilən şəxs Türkana “Türkan qaç, anan səni axtarır.” demişdir. O, qızı Türkana bu sualı vermiş, sonuncu isə cavabında heç vaxt Təqsirləndirilən şəxs narkotik almadığını və sonuncunun narkotik satmadığını demişdir. İlkin Murquzov barəsində heç bir araşdırma aparılmamışdır. O, eşitmişdir ki, İlkin Murquzov hazırda Türkiyə Respublikasında qeydiyyatındadır. İlkin Murquzov onun qızı Türkanı da, Təqsirləndirilən şəxsnı da şərləyərək məsuliyyətə cəlb olunmalarına səbəb olmuşdur. O, Təqsirləndirilən şəxs barəsində bildirmişdir ki, sonuncu da hədəqorxu qurbanıdır.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
22. CM-nin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
24. Maddə 18.4.4 Residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır.
25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
28. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
29. Maddə 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardan biridir.
30. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
31. Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
32. Maddə 68.1.3. Hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər hesablanır.
33. Maddə 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
34. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
35. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
36. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
37. Maddə 139. cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
38. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
39. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
40. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
41. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
42. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
43. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
44. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
45. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
46. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
47. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
48. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
49. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı
50. Qərarın 9-cu bəndi. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
51. Qərarın 10-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CM-in 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
52. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
53. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Qərarı
54. cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
55. cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
Avropa Məhkəməsinin president hüququ:
56. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
57. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır.
58. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır.
59. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə üzərində aşkar olunmuş psixotrop maddə və elektron tərəzinin polis əməkdaşlarının ona verdiklərini, fiziki təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda psixotrop maddə metamfetamin olmamasını, polis əməkdaşlarının fiziki və psixoloji təzyiqi nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir.
60. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını iddia etdiyindən qeyd edilən halı yoxlamaq üçün əldə edilmiş tibbi kitabçadan məlum olmuşdur ki, sol said nahiyyədə köhnə çapıq, qarın ön divarında köhnə çapıqlar qeyd olunmuş, bel nahiyyədə su çiçəyindən sonra qalan dəri ləkələri qaldığı müəyyən edilmiş və o obyektiv müayinə zamanı hər hansı şikayəti olmadığını və həbs olunarkən zədə almadığını bildirmişdir.
61. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir.
62. X1 Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasıı bildirməsi barədə məhkəmənin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində material üzrə araşdırma aparılaraq 6 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmişdir.
63. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarətin olmasını və tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, işgəncəyə və digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və iddia olunan halların həqiqət olmaması nəticəsinə gələrək hesab edir ki, o, məhkəmədə yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaq və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə belə nətiəcəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni saxlanılan zaman döyülməsi və sair formada işgəncəyə məruz qalması, psixotrop maddənin özünə məxsus olmasını qəbul etməyə məcbur edilməsinə dair hallar baş verməmişdir.
64. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilən zaman (həmçinin ibtidai istintaq orqanı tərəfindən) onun narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmasını, Samirə adlı iran vətəndaşı ilə aralarında narkotikin alışı və satışı ilə bağlı razılaşmanı əks etdirən yazışma, danışıq və ya digər hər hansı bir formada sonuncu ilə əlaqə yaratmasını, digər şəxslərin ondan narkotik və psixotrop maddələr almasını təsdiq edən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin aid olduğu mobil operatordan əldə edilmiş məlumatdan da görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini təsdiq edən heç bir sms məlumat mövcud deyil.
65. Məhkəmə xüsusi xüsusi olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs özünə məxsus çantasında elektron tərəzinin aşkarlanması onun narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr satdığı və ya satmaq niyyətində olduğu şəxslərin dairəsini müəyyən etməmiş, həmçinin Samirə adlı iran vətəndaşı ilə aralarında narkotik vasitələrin daşınması, saxlanması və gələcəkdə sonuncunun dediyi yerlərə qoyulması ilə əlaqədar əvvəlcədən aralarında razılığa gəlindiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən o, məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə eyniməzmunlu ifadə verərək narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir.
66. Həmçinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 heç vaxt Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğunun şahidi olmadığını, İlkin Murquzov adlı şəxsin Vüsaləni də qızı Türkana böhtan atdığı kimi oyun quraraq həbs etdirdiyini və onun Təqsirləndirilən şəxs inciməyinə tək səbəbin onun qızı Türkana atdığı səs yazısı olduğunu bildirmişdir. Həmin səs yazısında Təqsirləndirilən şəxs Türkana “Türkan qaç, anan səni axtarır” demişdir. O, qızı Türkana bu sualı vermiş, sonuncu isə cavabında heç vaxt Təqsirləndirilən şəxs narkotik almadığını və sonuncunun narkotik satmadığını demişdir. Təqsirləndirilən şəxs narkotik maddə istifadə etməsi və satışı ilə məşğul olmasını heç vaxt görməmiş, ona bu barədə məlumatı İlkin Murquzov adlı ortaq tanışları demişdir. İbtidai istintaq zamanı Şahid3 şahid qismində dindirilmiş, X5 Təqsirləndirilən şəxs məcbur edərək hakimiyyət nümayəndəslərinə qarşı söyüş söyməsi ilə bağlı video çəkdiyini, İlkin Murquzovun bu barədə ona özünün məlumat verdiyini, əlində belə qurbanların sayının çox olduğunu, Təqsirləndirilən şəxs narkotik maddə satışı ilə məşğul olmasını İlkin Murquzovdan eşitdiyini bildirmişdir.
67. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir.
68. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 36-cı bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
69. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
70. Məhkəmə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni məhz satış məqsədilə olmadan şəxsi istehlak miqdarından artıq əldə edərək üzərində saxlamışdır.
71. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 34-cü bəndi).
72. Təqsirləndirilən şəxsn təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 22-ci bəndi)
73. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 23,24,25 və 26-cı bəndləri).
74. Məhkəmədə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
75. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsində təqsirli bilinib barəsində 06 ay müddətində 20% islah işləri cəzası təyin olunmuşdur. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir.(qərarın 17-ci bəndi)
76. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. (qərarın 30-cu bəndi)
77. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır (qərarın 24-cü bəndi).
78. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsın təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
79. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 27-ci bəndi).
80. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 11,68-70). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 23, 36 və 37-ci bəndləri).
81. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
82. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
83. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4,429 qram çəkidə olan psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və bir ədəd şüşə kolbası məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut olan cinayət işi materiallarında saxlanılan bir ədəd “Samsung A2” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. (qərarın 42-ci bəndi).
84. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
85. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 43-cü bəndi).
86. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə istintaqı mərhələsində göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülməlidir.
87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsirli bilinib barəsində təyin edilmiş aylıq qazancından 20% məbləğində pul tutulmaqla, 06 ay müddətində islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 4,429 qram çəkidə olan psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və bir ədəd şüşə kolbası məhv edilsin, şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, iş üzrə maddi sübut olan cinayət işi materiallarında saxlanılan bir ədəd “Samsung A2” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov