Məhkəmə qərarları › İş №1(101)-795/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-795/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-795/2020 12.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 35-də qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.1-ci maddələri ilə, xx xxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək CM-nin 67 və 93.1.4-cü maddələri tətbiq edilməklə 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 06 ay 08 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydi-y-yatda olmaqla, faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 06:32-də etibarnamə əsasında idarə etdiyi, Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz 190” markalı “**-BU-***” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə 40 km/saat sürətlə hərəkət edən zaman həmin prospekt ilə Ş.Mirzəyev küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu qaydalara əməl etməyərək yolu soldan-sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncunun sağ incik sümüyün başının qapalı yerinidəyişən sınığı, sağ alın-təpə, sol dirsək və sol əlin arxa nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığına az ağır zərər vurulmasına, həmçinin Zərərçəkmiş şəxs1 “Mercedes Benz 190” markalı “**-BU-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinə 410 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan “Rasim” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və şəraitdə cinayətkar qrupun üzvü “Rasim” adlı şəxs tərəfindən göndərilmiş kustar üsulla hazırlanmış külli miqdarda 42,484 qram çəkidə narkotik vasitə heroinin və külli miqdarda 52,224 qram çəkidə psixotrop maddə metamfetaminin satışını həyata keçirmək və bir hissəsini “Rasim” adlı şəxsin göstərişinə əsasən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 vermək üçün üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 17:49-da Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsində yerləşən 31 saylı binanın qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman onun Təqsirləndirilən şəxs1, və şəxsiyyəti istintaqa məlum olmayan “Rasim” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, təmiz çəkisi 42,848 qram narkotik vasitə heroin bir ədəd ağ rəngli sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 50,153 qram psixotrop maddə metamfetamin bir ədəd ağ rəngli sellofan bükümdə olmaqla əynindəki qara rəngli qısaqol gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli sellofan torbanın içərisində, külli miqdarda 2,071 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd ağ rəngli sellofan bükümdə olmaqla gödəkcəsinin sağ cibindən, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi əynindəki göy rəngli şalvarın arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan “Rasim” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, istintaqa məlum olmayan vaxtda və şəraitdə "Rasim” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq kustar üsulla hazırlanmış külli miqdarda, təmiz çəkisi 29.929 qram narkotik vasitə heroini əldə edib 0,501 qram, 0,497qram, 0,521 qram, 0,500 qram, 0,510 qram, 0,525 qram, 0,508 qram, 0,497 qram, 0,486 qram, 0,514 qram, 0,478 qram, 0,503 qram, 0,495 qram, 0,509 qram, 0,489 qram, 0,471 qram, 0,519 qram, 0,497 qram, 0,475 qram, 5,117 qram, 5,067 qram, 10,250 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 22 ədəd bükümdə və külli miqdarda "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən təmiz çəkisi 8,022 qram psixotrop maddə metamfetamin əldə edib 0,530 qram, 0,555 qram, 0,603 qram, 0,612 qram, 0,563 qram, 0,696 qram, 0,569 qram, 0,620 qram, 0,552 qram, 0,553 qram, 0,521 qram, 0,539 qram, 0,551 qram, 0,558 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 14 ədəd bükümdə qablaşdıraraq üzərində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 18:28-də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 7A saylı binanın qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman onun şəxsiyyəti istintaqa məlum olmayan "‘Rasim" adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 29,929 qran çəkidə narkotik vasitə heroin 22 ədəd bükümdə və 8,022 qram çəkidə psixotrop maddə metamfetamin 14 ədəd bükümdə olmaqla bir ədəd ağ rəngli sellofan torbanın içərisində əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan “Rasim’ adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və şəraitdə cinayətkar qrupun üzvü “Rasim” adlı şəxs tərəfindən göndərilmiş kustar üsulla hazırlanmış külli miqdarda 42,484 qram çəkidə narkotik vasitə heroinin və külli miqdarda 52,224 qram çəkidə psixotrop maddə metamfetaminin satışını həyata keçirmək və bir hissəsini “Rasim” adlı şəxsin göstərişinə əsasən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 vermək üçün üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 17:49-da Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsində yerləşən 31 saylı binanın qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən təmiz çəkisi 42,848 qram narkotik vasitə heroin bir ədəd ağ rəngli sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 50,153 qram psixotrop maddə metamfetamin bir ədəd ağ rəngli sellofan bükümdə olmaqla əynindəki qara rəngli qısaqol gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofan torbanın içərisində, külli miqdarda, 2,071 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd ağ rəngli sellofan bükümdə olmaqla gödəkçəsinin sağ cibindən, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi əynindəki göy rəngli şalvarın arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirimiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs edilməmişdən əvvəl “şüşə” adlandırdığı psixotrop maddə metamfetamindən çəkmək üsulu ilə istifadə etmişdir. Zərərçəkmiş şəxs1 məxsus və etibarnamə ilə idarə etdiyi “Mercedes Benz 190” markalı “**-BU-***” dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin avtomobili o, Zərərçəkmiş şəxs1 günlük 10 manat müqabilində icarəyə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 06:30-da “Qara Qarayev” metrostansiyasının yanından “Neftçilər” metrostansiyası istiqamətində yağışlı havada yaxın vuran işıqlarla 40 km/saat sürətlə hərəkət edərkən “Qara Qarayev” metrostansiyasının yanındakı dörd-yoldan üzü “Neftçilər” metrostansiyası istiqamətində getdiyi vaxt işıqforu keçdikdən sonra qarşısından bir nəfər qadının qəflətən yolu soldansağa doğru keçdiyini görmüşdür. Həmin vaxt əyləci sıxsa da hadisənin qarşısına ala bilməmiş və avtomobilin ön hissəsi ilə piyada qadını vurmuşdur. Zərbənin təsirindən qadın avtomobilin ön kapotunun üzərinə qalxıb, oradan da yolun sağ tərəfinə düşmüşdür. O, avtomobili dərhal saxlayıb həmin qadının yanına qaçıb onu qaldırmağa çalışmışdır. Avtomobil aralıda olduğundan qadını avtomobilə qədər apara bilməyəcəyini fikirləşdiyindən avtomobili geriyə sürərək həmin qadının yanında saxlamışdır. Bundan sonra yenidən qadına yaxınlaşıb onu qaldıraraq avtomobilə əyləşdirmək istəmişdir. Həmin vaxt kənardan bir nəfər polis əməkdaşı da gəlib ona kömək etmişdir. O, qadını avtomobilə əyləşdirdikdən sonra onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. O, Zərərçəkmiş şəxs2 xəstəxanaya aparandan sonra onun xəstəxana xərclərini ödəmişdir. Bundan başqa, o, narkotik vasitələrin istifadəçisi olduğu üçün müxtəlif tanışlardan narkotik axtarmışdır. Hadisədən bir müddət əvvəl “Whatsapp” proqramı vasitəsilə videozənglə Rasim adlı şəxslə tanış olmuşdur. Rasim Biləsuvar rayonu, Xırmandalı kəndindəndir. Rasimlə onu Nicat adlı şəxs tanış etmişdir. Rasimlə Nicatın tam anket məlumatlarını və telefon nömrələrini xatırlamır. O, «Qara Qarayev» metrostansiyası yaxınlığında yerləşən çay evlərindən birində Nicat adlı şəxslə tanış olmuşdur. Nicat da narkotik vasitə istifadəçisi olmuşdur. Bir neçə dəfə ağrıları olduğu üçün Nicatdan metamfetamin almışdır. Lakin, Nicat həmin psixotrop maddəni ona pul müqabilində verməmişdir. Keçən ilin yay aylarında psixotrop maddə tapmaqda çətinlik çəkdiyindən Nicatla görüşlərinin birində ondan Nicatdan narkotik vasitəni kimdən əldə etməsi barədə ona deməsini xahiş etmişdir. Nicat da ona bildirmişdir ki, narkotik vasitələri əslən Biləsuvar rayonundan olan Rasim adlı şəxsdən əldə edir. Nicat ya onun özünün Biləsuvara getməli olduğunu, ya da Rasimin taksi sürücüsü ilə narkotik vasitə və psixotrop maddə göndərməli olduğunu bildirmişdir. Nicatdan onu Rasimlə tanış etməsini xahiş etmişdir. Nicat da ona görə "Whatsapp” vasitəsilə Rasimə videozəng edərək danışmışdır. Danışıq zamanı Nicat onu göstərərək çox etibarlı insan olduğunu və ona güvənə biləcəyini Rasimə bildirmişdir. Nicat bir növ Rasimin yanında onun üçün zamin dayanmışdır. Bundan sonra o və Rasim bir-birilərinin mobil nömrəsini götürmüşlər. Bundan sonra danışıq zamanı Rasimdən ilkin olaraq 3-4 qram psixotrop maddə “şüşə” istəmişdir. Rasim həmin maddələrin bir qramını ona 40 manatdan təklif etmişdir. O, təxminən 200 manatlıq “şüşə” istəmişdir. Rasim taksinin gəldiyini, ona görə də 10 qram göndərdiyini bildirmişdir. 200 manatını həmin sürücüyə verməyini, qalan 200 manatını isə 1 həftəyə verməyini demişdir. O, Rasimlə danışdıqdan 2 gün sonra ona bir nəfər özünü taksi sürücüsü kimi təqdim edən şəxs tanımadığı nömrədən zəng edərək Rasimin ona göndərdiyi əşya olduğunu bildirmişdir. Bundan sonra onlar «Qara Qarayev» metrostansiyası yaxınlığında yerləşən «Planet» şadlıq sarayının qarşısında görüşmüşlər. O, həmin tanımadığı taksi sürücüsündən 10 qram “şüşə” əldə etmişdir. Həmin psixotrop maddə metamfetaminin təxminən 5 qramını özü istifadə etmişdir. Qalan hissəsini isə tanımadığı şəxslərə satıb pul əldə etmişdir. 200 manat pul hazır olduqda Rasimlə əlaqə saxladıqda, Rasim narkotik vasitəni gətirən şəxslə əlaqə saxlayıb pulu ona verməyini bildirmişdir. O, Rasimin deməsinə görə hazırda mobil nömrəsini xatırlamadığı taksi sürücüsü ilə əlaqə saxlayıb yenə də «Planet» şadlıq sarayının yaxınlığında görüşüb 200 manat pulu ona vermişdir. Rasim hər dəfə ona müxtəlif şəxslərlə psixtorop maddə göndərmişdir. Təxminən 1 ay ərzində Rasimdən 2 dəfə psixotrop maddə “şüşə” əldə etmişdir. Hər dəfə miqdarı ya 10 qram ya 15 qram olmuşdur. Təxminən 3-cü dəfədən sonra Rasimdən «kokos» adlanan heroin də istəmişdir. Çünki müştərilər tərəfindən həmin maddəyə təlabat olmuşdur. Rasim «kokos»un qramını ona 20 manata təklif etmişdir. Bundan sonra hər dəfə mal göndərdikdə 10-15 qram «şüşə», 10 qram da «kokos» adlanan heroin göndərməyə başlamışdır. O da malları aldıqdan sonra pulun bir hissəsini vermiş, qalan hissəsini isə satdıqdan sonra göndərmişdir. Bu minvalla o, Rasimdən mütəmadi olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etməyə başlamışdır. Təxminən 2019-cu ilin sentyabr-oktyabr aylarında Rasimdən narkotik vasitə istədikdə, Rasim ona bir nəfər Cavanşir adlı şəxsin mobil nömrəsini verib malı ondan götürə biləcəyini demişdir. O, Rasimdən həmin şəxsin etibarlı olub-olmamasını soruşduqda Rasim narahat olmamağını, etibarlı adam olduğunu bildirmişdir. Ona görə də Cavanşirin istifadə etdiyi mobil nömrəyə zəng edib Cavanşirlə görüşmüşlər. Cavanşirdən 10 qram «şüşə», 10 qram da «kokos» götürmüşdür. Bundan sonra yenə də Rasimdən narkotik vasitə almağa başlamışdır. Hadisədən təxminən 10 gün əvvəl yenə də Rasimdən narkotik vasitə istədikdə ona Cavanşirlə əlaqə saxlamağını bildirmişdir. Yenə də eyni ünvanda Cavanşirlə görüşüb ondan təxminən 15 qram «kokos əldə etmişdir. Əldə etdiyi malların pulunu Rasimə ödəmişdir. x xxxxxx 2019-cu il tarixdə gecə saatlarında Rasimlə əlaqə saxlayıb ondan 10 qram heroin, 10 qram isə metamfetamin istəmişdir. Rasim ona «Qara Qarayev»dən tanıdığı Nicat adlı şəxsin yolüstü Biləsuvara gələcəyini və onunla göndərəcəyini demişdir. Səhəri gün xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Nicat ona zəng vurub Rasimin göndərdiyi malı vermək istədiyini bildirmişdir. X8 küçəsində görüşmüşlər və Nicat ona 3 büküm verib həmin bükümlərin birinin içərisində təxminən 45 qram «kokos», birinin içərisində təxminən 2 qram «şüşə», digər üçüncüsünün içərisində isə təxminən 50 qram «şüşə» olduğunu bildirmişdir. Nicat 50 qram «şüşə»ylə, «kokos»dan 35 qramını Cavanşirə verməli olduğunu bildirmişdir. O, Cavanşirlə danışdıqda Cavanşir içkili olduğu üçün avtomobil idarə edə bilmədiyini deyib, narkotik maddələri gətirib ona verməyini xahiş etmişdir. O, Nicatdan malları götürdüyü yerdə olan zaman, yəni, xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Cavanşirlə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. O, səmimi olaraq üzərində narkotik vasitələrin olmasını etiraf edib həmin maddələrin bir qismini Cavanşirə verməli olduğunu və polis əməkdaşlarına Cavanşirin ifşa edilməsində köməklik edəcəyini bildirmişdir. Bundan sonra Cavanşirlə əlaqə saxlayıb onu Nərimanov rayonu, Z.Bünyadov prospekti 7A ünvanına dəvət etmişdir. Polis əməkdaşları ilə qeyd olunan ünvana getdikdə, Cavanşir orada saxlanılmış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli olması ona izah edilmişdir. Bundan sonra Cavanşir üzərində narkotik vasitə olmasını səmimi etiraf etmişdir. Daha sonra polis əməkdaşları onları özləri ilə birlikdə Baş İdarəyə aparmışlar. Baş İdarədə Cavanşirə və ona müdafiəçi təqdim edilmişdir. Bundan sonra videoçəkilişlə üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan gödəkçənin cibindən qara rəngli sellofanda olan təxminən 50 qram metamfetamini, bir ədəd sellofan bükümdə təxminən 45 qram heroini, digər yan cibindən bir büküm metamfetamini, şalvarının arxa sol cibindən bir ədəd narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyi elektron tərəzini, şalvarın arxa sağ cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, şalvarın sol yan cibindən bir ədəd “Redmi Note7” markalı mobil telefonu, sağ yan cibindən bir ədəd siqareti çıxarıb könüllü olaraq təqdim etmişdir. Siqaret özünə geri qaytarılmışdır. Bundan sonra Cavanşir əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən narkotik vasitə heroin və şüşələri çıxarıb təqdim etmişdir. Narkotik maddələr qablaşdırılıb, möhürlənmişdir. Bundan sonra protokol tərtib edilib, iştirakçılar tərəfindən imzalanmışdır. Rasim adlı şəxs narkotik vasitələri ona 2 dəfə Cavanşir, bir dəfə isə Nicat vasitəsilə göndərmişdir. Həmin şəxslər Rasimin tanıdığı taksi sürücüləri olmuşdur. Rasim həmişə narkotik vasitələri bir-iki böyük büküm halında göndərmişdir. Bükümləri özü elektron tərəzidə bölmüşdür. Onun narkotikdən asılılığı olduğu üçün narkotik vasitəni alıb satmış, həmin narkotik vasitələrdən özü də istifadə etmişdir. O, narkotiki tanımadığı şəxslərə satmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Hərəkətindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 09 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2018-ci ildə azadlığa çıxmışdır. 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən orada cəza çəkən İlham adlı şəxslə tanış olmuşdur. İlham əslən Salyan rayonundan olmuşdur. İlhamla danışıqlar zamanı maddi vəziyyəti yaxşı olmadığı üçün narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmaq istədiyini bildirmişdir. İlham da Biləsuvar rayonundan Rasim adlı şəxsin belə işlərlə məşğul olduğunu bildirmiş və hadisədən təxminən 4 ay əvvəl o, İlhamla birlikdə Biləsuvar rayonuna gedib orada yerləşən çayxanaların birində Rasimlə görüşmüşlər. İlham və Rasim adlı şəxslərin anket məlumatları və telefon nömrələrini xatırlamır. Söhbət zamanı Rasim ona narkotik vasitələr təşkil edə biləcəyini demişdir. Razılaşmalarına görə o, həmin narkotik vasitələri satmalı və onun dediyi adamlara çatdırmalıymış. «Kuryerlik» üçün ona 5-10 qram narkotik vasitə verəcəyini bildirmişdir. O, Rasimlə razılaşmışdır. Orada olan vaxt Rasim ona hədiyyə kimi 2 qram «kokos» vermişdir. Bundan sonra o, mütəmadi olaraq Rasimin hal-hazırda xatırlamadığı nömrəsinə zəng edib ondan narkotik maddələr istədikdə Rasim həmin maddələri müxtəlif şəxslər vasitəsilə ona göndərmişdir. O da pulun bir hissəsini əvvəlcədən, qalan hissəsini isə narkotiki satdıqdan sonra vermişdir. Rasimdən heroinin 1 qramını 27 manata alıb 30 manata, metamfetaminin isə 1 qramını 40 manata alıb 45 manatdan 80 manata qədər olan qiymətlərə satmışdır. İki dəfə Rasimin sözü ilə Fuada narkotik vasitələr vermişdir. Lakin o, buna görə pul almamışdır. Pul məsələlərini onlar öz aralarında tənzimləyirmişlər. Bu yolla Rasimdən təxminən həftədə 2 dəfə, hər dəfə təxminən 15-20 qram həcmində narkotik maddələr əldə etmişdir. Rasim həmin narkotik maddələri tanımadığı şəxslər vasitəsilə ona göndərmişdir. Sonuncu dəfə Rasim təxminən x xxxxxx 2019-cu il tarixdə təxminən 25 qram heroin, 15 qram metamfetamin göndərmişdir. Həmin maddələrin bir hissəsini satmışdır. Bu maddələrə görə Rasimə 2200 manat pul verməliymiş. xx xxxxxx 2019-cu il tarixdə Rasim ona zəng vuraraq Fuad adlı şəxsdən narkotik maddələr əldə edib Nicat adlı şəxsə verməli olduğunu bildirmişdir. O, Fuadla əlaqə saxladıqda həmin narkotik vasitələri Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov 7A ünvanına gətirməsini Fuaddan xahiş etmişdir. Fuad razılaşmış və o, Fuadla görüşmək üçün həmin ünvanda olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsqələrini göstərməklə Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, səmimi olaraq üzərində narkotik vasitələr olmasını bildirmişdir. Bundan sonra onu özləri ilə biriikdə Baş X1 İdarəsinə dəvət etmişlər. O, Fuadın da tutulduğunu öyrənmişdir. Polis İdarəsində olan zaman ona və Fuada vəkil təqdim olunmuşdur. Daha sonra videoçəkilişlə üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı Fuad əynində olan gödəkçənin ciblərindən narkotik vasitə heroini və metamfetamini çıxarıb təqdim etmişdir. Həmçinin Fuadın şalvarının arxa cibindən bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra o, əynində olan gödəkçədən 22 ədəd bükümdə narkotik vasitə heroin, 14 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Fuaddan və ondan aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Hərəkətindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. xx xxxxxx 2019cu il tarixdə saat 06:30-da «Qara Qarayev» metrostansiyasımn yanından yolu soldansağa doğru keçmək istəmişdir, həmin vaxt yağış yağmış və hava tam işıqlanmamışdır. O, yolu keçən zaman qəfildən bir avtomobil onu sağ tərəfindən vurmuşdur. Zərbənin təsirindən avtomobilin sağ tərəfinə, asfaltın üzərinə düşmüşdür. Onu vuran avtomobil qarşıda dayanmış və sürücü şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 gəlib ona yaxınlaşaraq onu qaldırıb aparmaq istəsə də, ayağında ağrılar olduğundan hərəkət edə bilməmişdir. Fuad avtomobilinə əyləşib avtomobili geriyə verib, onun yanında saxlamışdır. Bundan sonra yaxınlıqda olan şəxsin köməkliyi ilə onu avtomobilinə əyləşdirərək 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Xəstəxanada onu müayinə etdikdə, sağ ayaq nahiyəsində sınıqlar olduğu məlum olmuşdur. O, hadisədən sonra işləməmiş, əmək haqqı almamışdır. Ona xəstəlik kağızı verilsə də, işdən əmək haqqını tam almamışdır. Həmçinin də onun müalicə xərlərini təqsirləndirilən şəxs tam ödəməmiş, yalnız xəsatəxana xərclərinin az hissəsini ödəmişdir. Ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişdir. O, təqsirləndirilən şəxsdən dəymiş maddi ziyan 3000 manatı tələb edir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanımışdır. Digər təqsirləndirilən şəxsi isə tanımamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə tanışı X3 5.600 manat nağd pul müqabilində “**-BU-***” dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” avtomobili etibarnamə əsasında almış və həmin etibarnamə əsasında da avtomobili idarə etmişdir. Sonradan Təqsirləndirilən şəxs2la öz aralarında razılaşaraq həmin avtomobili Təqsirləndirilən şəxs2 günlük 10 manat müqabilində icarəyə vermişdir. Təqsirləndirilən şəxs2 həmin avtomobillə taksi kimi fəaliyyət göstərməyə başlamışdır. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsindən istifadə etməsi üçün etibarnamə vermişdir. Fuad da həmin etibarnamə əsasında avtomobili idarə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 avtomobillə Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətməsi və bir nəfər qadına xəsarət yetirməsi barədə ona məlumat verilmişdir. Həmin qəza nəticəsində avtomobilə zərər dəymişdir. Buna görə də o, avtomobili Təqsirləndirilən şəxs2 alıb təmir etdirmişdir. Təmirə ümumilikdə 410 manat pul xərcləmişdir. Fuad cəmi 6 gün olarmış ki, avtomobili ondan götürmüş və Fuaddan aldığı məbləğə görə vergi ödəməmişdir. Hazırda Təqsirləndirilən şəxs2la barışıq əldə etmişlər. Ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonunda yaşayan Təqsirləndirilən şəxs2 Binəqədi rayonunda yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o da iştirak etmişdir. xx xxxxxx 2019-cu il saat 17 radələrində Təqsirləndirilən şəxs2 ünvan 2 saylı ünvanın qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olmasını səmimi etiraf edib, həmin narkotik vasitənin bir hissəsini tanışı Cavanşirlə görüşüb ona verəcəyini demişdir. Fuad həmçinin Cavanşirin də ifşa olunmasında onlara kömək edə biləcəyini demişdir. Bundan sonra Fuad Cavanşirlə əlaqə saxlamış və Cavanşir onu Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 7A saylı ünvanın qarşısına çağırmışdır. Onlar Fuadla birlikdə həmin ünvana gedib, saat 18 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 7A saylı ünvanın qarşısında saxlamışlar. Sorğu zamanı Cavanşir də üzərində narkotik vasitə olmasını səmimi olaraq etiraf etmişdir. Bundan sonra Fuadı və Cavanşiri İdarəyə gətirmişlər. İdarədə videoçəkilişlə Fuad və Cavanşirin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofan torbanın içərisində ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal maddə, bir ədəd ağ rəngli sellofan torbanın içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında maddə, gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan torbanın içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal maddə, əynindəki cins şalvarın sol arxa cibindən bir ədəd elektron tərəzi, şalvarın digər cibindən bir ədəd “Nokia- 1200” markalı mobil telefon, bir ədəd başqa mobil telefon və siqareti çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbadakı maddələrin narkotik tərkibli maddələr olmasını, həmin maddələrin ona xx xxxxxx 2019-cu il tarixdə taksi vasitəsilə Biləsuvar rayon sakini Rasim adlı şəxs tərəfindən göndərilməsini, bir hissəni Təqsirləndirilən şəxs1lə görüşüb ona verəcəyini, Cavanşiri təxminən 2 aydır ki tanıdığını və əvvəllər ondan narkotik vasitə aldığını, Rasimi isə təxminən 4-5 aydır ki tanıdığını və ondan aldığı narkotik vasitələri satmasını, tərəzini isə narkotik vasitələrin çəkisini ölçməyə görə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş siqaret özünə qaytarılmış, digər predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra, digər şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan torbanın içərisində 22 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında maddəni, bir ədəd ağ rəngli sellofan torbada 14 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal maddəni, gödəkçənin sağ yan cibindən bir ədəd “Nokia’' markalı mobil telefonu, gödəkçənin sol yan cibindən avtomobil açarını və əynindəki şalvarın cibindən 411 manat pul vəsaitini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək narkotik maddələrin Rasim adlı şəxsə məxsus olduğunu və Fuadla birlikdə onları satdıqlarını, həmin gün də Fuadla görüşüb ondan narkotik vasitə götürməli olacağını, pul vəsaitlərinin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 411 manat pul özünə qaytarılmış, digər predmetlər zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxslərə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Tənqsirləndirilən şəxslərin evlərinə baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 xx xxxxxx 2019-cu il tarixli raportundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları və həmin məqsədlə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlamaları və daşımaları barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 36-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər əşyalar varsa könüllü surətdə vermələri təklif edilmiş, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofan torbanın içərisində ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal maddəni, bir ədəd ağ rəngli sellofan torbanın içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında maddəni, gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan torbanın içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal maddəni, əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd elektron tərəzini, şalvarın sağ arxa cibindən bir ədəd “Nokia-1200" markalı mobil telefonu, şalvarın sol yan cibindən bir ədəd “Redmi Note 7" markalı mobil telefonu və şalvarın sağ yan cibindən bir qutu “Winston" markalı siqareti çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan torbanın içərisində 22 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında maddəni, bir ədəd ağ rəngli sellofan torbada 14 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal maddəni, gödəkçənin sağ yan cibindən bir ədəd “Nokia" markalı mobil telefonu, gödəkçənin sol yan cibindən avtomobil açarını və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 411 manat pul vəsaitini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi siqaret, Təqsirləndirilən şəxs1 isə təqdim etdiyi 411 manat pul və avtomobil açarı özlərinə qaytarılmış, digər əşyalar isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilərək videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 59-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30488 №-li ekspert rəyinə əsasən aşağıdakılar müyyən edilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...." sözlər və imzalar olan zərfdəki 22 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,501 qram, 0,497 qram, 0,521 qram, 0,500 qram, 0,510 qram, 0,525 qram, 0,508 qram, 0,497 qram, 0,486 qram, 0,514 qram, 0,478 qram, 0,503 qram, 0,495 qram, 0,509 qram, 0,489 qram, 0,471 qram, 0,519 qram, 0,497 qram, 0,475 qram, 5,117 qram, 5,067 qram, 10,250 qram çəkidə olmaqla ümumi təmiz çəkisi - 29,929 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və onlar kimyəvi tərkiblərinə görə eynidirlər. 14 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,530 qram; 0,555 qram; 0,603 qram; 0,612 qram; 0,563 qram; 0,696 qram; 0,569 qram; 0,620 qram; 0, 552 qram; 0,553 qram; 0,521 qram; 0, 539 qram; 0,551 qram; 0,558 qram ümumi təmiz çəkisi - 8,022 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetaminlərdirlər və onlar xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən...." sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 42,484 qram heroindir, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 2,071 qram, 50,153 qram ümumi təmiz çəkisi - 52,224 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər və onlar xarici əlamətlərinə görə və kimyəvi tərkiblərinə görə eynidirlər. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır, heroin və metamfetamin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlərlə və metamfetaminlərlə eynilik aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən....” və üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən....’' sözlər və imzalar olan 02 ədəd zərfdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən....” və üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən....” sözlər və imzalar olan 02 ədəd zərfdəki metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Cinayət işinin 1-ci cild 208-209-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqından qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd elektron tərəzi və ekspertiza tədqiqatından sonra qalıq qalmış Təqsirləndirilən şəxs1 götürülmüş 7,742 qram metamfetamin qalığı, 29,489 qram heroin qalığı və Təqsirləndirilən şəxs2 götürülmüş 52,124 qram metamfetamin qalığı, 42,484 qram heroin qalığı maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 149-151-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılmasına dair” xx xxxxxx 2019-cu il tarixli, 5(005)-668/2019 №-li qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin 1-ci cild 161-ci vərəqəsində olan Nizami RPİ-nin məsul növbətçisi, polis mayoru Kəramət Qələndərovun xx xxxxxx 2019-cu il tarixli raportundan görünür ki, 3 saylı ŞKX-nın tibbi bacısı Musayeva Ş.Mirzəyev küçəsi ilə Q.Qarayev prospektinin kəsişməsində sürücünün “Mercedes” markalı, “**-BU-***” dövlət qeydiyyat nişanla maşının Zərərçəkmiş şəxs2 vurub xəsarət yetirməsi ilə bağlı məlumat vermişdir. Cinayət işinin 1-ci cild 162-168-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçəsinin kəsişməsidir. Hadisə yerində olan yol asfalt örtüklüdür, səthi yaşdır. Hərəkətin nizamlanması işıqforla həyata keçirilir. Hadisə zamanı 1 nəfər piyada vurulmuşdur. Cinayət işinin 1-ci cild 171-ci vərəqəsində olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx xxxxxx 2019-cu il tarixli, 2/10479 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs2 ayıq olmuş və onda alkoqol sərxoşluğu vəziyyəti yoxdur. Cinayət işinin 1-ci cild 184-185-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30374 №-li rəyindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən “Mercedes Benz 190” markalı, “**-BU-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 1-ci cild 187-188-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza PA və ETT Birliyinin xx xxxxxx 2019-cu il tarixli 1261 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 sağ incik sümüyünün başının qapalı yerinidəyişən sınığı, sağ alıntəpə, sol dirsək və sol əlin arxa nahiyyələrinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin 1-ci cild 196-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2019-cu il tarixli 003-15795-1219 saylı məktubla DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş DVD diskə baxış keçirilmiş və həmin diskdə iş üçün əhəmiyyət kəsb edən videogörüntülərin olması müəyyən edilmişdir. Videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 06:32:22-də yolun əks tərəfindəki səkinin yanına bir nəfər əlində çantası olan qadın yaxınlaşır və yolu keçmək üçün avtomobillərin yolu boşaltmasını gözləyir. Saat 06:32:35də yolu əks tərəfə keçmək üçün hərəkətə başlayır və saat 06:32:47-dək hərəkət edərək yolun yarısına kimi gəlir. Saat 06:32:47-də qəfildən müşahidə kamerasının dirəyinə nisbətdə sol tərəfdən bir avtomobil gələrək həmin qadını vurur. Nəticədə qadın yerə yıxılır. Həmin avtomobilin sürücüsü avtomobili irəlidə saxlayır və qaçaraq vurduğu piyada qadının yanına gəlir. Bundan sonra avtomobilə əyləşib arxaya verir və hadisə yerinə gələn bir nəfər şəxsin köməkliyi ilə həmin qadını öz avtomobilinə əyləşdirərək hadisə yerindən gedir. Cinayət işinin 2-ci cild 66-67-ci vərəqələrində olan “Qrand Avtoservis” tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 291 №-li arayışdan görünür ki, “Mercedes Benz 190” Minik markalı, “**-BU-***” dövlət nömrə nişanlı avtomobilin zədələnmiş hissələrinin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə cəmi 410 (dörd yüz on) manat tələb olunur. Cinayət işinin 2-ci cild 54-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd “Nokia” markalı mobil telefona, həmçinin, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “Nokia” markalı və 01 ədəd “Redmi note 7” markalı mobil telefonlara baxış keçirilmiş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 78-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli isə CM-nin 234.4.1, 234.4.3 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan narkotik vasitənin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. 2 qram və ondan artıq olan hissəsi isə külli miqdar hesab olunur. Psixotrop maddə hesab edilən metamfetamin isə 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qram və ondan artıq olan hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 197-198-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 231-232-ci vərəqələrində olan Xətai rayon İHB-nın Əhmədli qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibinə atası X10, anası X4 və qardaşı X7 daxildirlər və Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 3-4-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli, 150 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə, Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədə müvafiq hesab edir.Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarının 23-cü bəndində göstərilmişdir ki, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya əlavə olaraq təyin edildiyi hallarda əsas cəzanın çəkilmə müddəti qurtardıqdan sonra nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın icrası başlayır. Cinayət işinin 1-ci cild 107-ci vərəqəsində olan 52 saylı MKİS-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 1-2-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli, 146 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrədən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 199-201-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən, Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Xalq Məhkəməsinin xx xxxx 1984-cü il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 214-cü maddəsinin 2-ci hissəsi, 153-cü maddənin 2-ci hissəsi və 38-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 1986-cı il tarixdə Qaradağ Rayon Xalq Məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarı ilə 01 il 09 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş; Əzizbəyov Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 1-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək, CM-nin 41-ci maddəsi 5 il şərti sınaq müddəti təyin edilməklə, 5 il müddətə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilmiş; Xətai Rayon Məhkəməsinin xx xxxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2007-ci ildə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə 04 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş; cinayət işinin 1-ci cild 212-225-ci vərəqələrində olan Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək CM-nin 67 və 93.1.4-cü maddələri tətbiq edilməklə 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayət işinin 1-ci cild 227-229-cu vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 7(007)-783/2018 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 06 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətlərin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meyilliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Təqsirləndirilən şəxs1 əməli cinayətlərin təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onlar barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmalarını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 vəTəqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 1-ci cild 121-123-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(005)-1168/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 29-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 124-126-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(005)-1167/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30374 №-li rəyinə əsasən ekspertiza xərci olan 109 (yüz doqquz) manat isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nairliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 71,923 qram heroin, 59,866 qram metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti və dəyəri olmayan digər əşyalar olmadıqda isə məhv edilməlidir; maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs2Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30374 №-li rəyinə əsasən ekspertiza xərci olan 109 (yüz doqquz) manat isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nairliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 71,923 qram heroin, 59,866 qram metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar