Məhkəmə qərarları › İş №1(101)-795/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-795/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-795/2025 29.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, Ələkbərli Roman Nəriman oğlu və X18 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2arəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 178.3.2-ci, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədləri və möhürü istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənədlərdən təkrarən istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda ziyan vurmaqla əmlakını, habelə əmlak hüquqlarını ələ keçirərək dələduzluq əməlini törətmişdir.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs özgənin əmlak hüquqlarını aldatma və etibardan sui-istifadə etmə yolu ilə saxta sənədlər əsasında ələ keçirmək, gələcəkdə ələ keçirilmiş həmin əmlakı özününki kimi təqdim edərək təkrarən aldatma yolu ilə başqalarına satmaqla külli miqdarda əmlak ələ keçirmək məqsədilə, Şahid2 Möysün oğlu, X25, Şahid1, Şahid17, X52 və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, aralarında hazırladıqları cinayətkar plana və rol bölgüsünə uyğun olaraq birlikdə bilə-bilə yalan məlumatlar daxil etməklə mülkiyyət hüququnu təsdiq edən saxta sənədlər hazırlayıb ondan istifadə edərək torpaq sahələrinə dair hüquqları ələ keçirib, cinayətkar qrupun digər üzvlərinin gələcəkdə tapacağı müştərilərə satmaqla daha çox aldatma yolu ilə əmlak əldə etmək və aralarında bölmək barədə razılaşmış, əməlin icrası ilə bağlı Dövlət Torpaq və Xəritəçəmə Komitəsi tərəfindən verilmiş A№414910 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən xx.xx.2013-cü ildə Zərərçəkmiş şəxs7 adına ilkin qeydiyyatdan keçmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-252 saylı ünvanında yerləşən 0.12 torpaq sahəsinə dair əmlak hüquqlarını qanunsuz hazırladıqları saxta sənədlər əsasında ələ keçirib satmaq üçün, 2017-ci ilin yanvar ayının sonu fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə və şəraitdə həmin bağ sahəsinin guya Zərərçəkmiş şəxs7 tərəfindən E.Z.Əsgərova etibarnamə verilməsi görüntüsü yaratmaqla etibarnamə verilmədiyi halda Zərərçəkmiş şəxs7 guya qeyd olunan torpaq sahəsini Bakı şəhəri 18 saylı notariat ofisində alqı-satqı ilə bağlı olan hüquqlarını etibar etməsinə dair xx.xx.2015-ci il tarixli, 1786 reyestr nömrəli etibarnaməni qrup üzvü Şahid1 aldığı tapşırıq əsasında tərtib etdirib, daha sonra möhürləri və imzaları rəqəmsal qurğu vasitəsi ilə kompüterə köçürərək rəngli printerdə çap etdirib saxtalaşdırmaqla qanunsuz hazırladıqdan sonra, Şahid1 vasitəsi ilə qrup üzvü Z.E.Əsgərova çatdırmış, Şahid1 və Z.E.Əsgərov birlikdə 2017ci ilin fevral ayının əvvəllərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı Şəhər ərazi idarəsinə getmiş, Şahid1 göstərişi əsasında Z.E.Əsgərov binaya daxil olmaqla xx.xx.2015-ci il tarixli saxta etibarnaməni sonuncu müəssisəyə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi) təqdim edib həmin qurumdan ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs7 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 405 nömrəli reyestr kitabının 38407 vərəqində reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli xx.xx.2013cü il tarixli çıxarışın dublikat sənədini əldə etdikdən sonra, artıq qeyd olunan torpaq sahəsini ələ keçirməyə yönələn planlarını icra etmək məqsədilə razılığa əsasən qrupun digər üzvü Şahid17 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-252 saylı ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin guya sonuncuya satılması görüntüsünü yaratmaqla daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmadığı halda Z.E.Əsgərovun guya qeyd olunan torpaq sahəsini Bakı şəhəri 6 saylı notariat ofisində Şahid17 satması barədə xx.xx.2017-ci il tarixli AN-İ№ ******* nömrəli alqı satqı müqaviləsini qrup üzvü Şahid1 aldığı tapşırıq əsasında tərtib etdirib, daha sonra möhürləri və imzaları rəqəmsal qurğu vasitəsi ilə kompüterə köçürərək rəngli printerdə çap etdirib saxtalaşdırmaqla qanunsuz hazırladıqdan sonra, həmin sənədi Şahid1 vasitəsi ilə qrup üzvü Şahid17 çatdırmış, Şahid17 isə bilə-bilə həmin hüquq verən saxta daşınmaz əmlakın alqı-satqı müqaviləsindən istifadə edib 2017-ci ilin mart ayının əvvəllərində Azərbayacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı Şəhər ərazi idarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi) təqdim edib sonuncunun adına xx.xx.2017-ci il tarixli, ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsindən çıxarışı əldə etməklə Zərərçəkmiş şəxs7 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-252 saylı ünvanında yerləşən 0.12 ha torpaq sahəsi, yəni əmlakı və həmin torpaq sahələrinə dair əmlak hüquqlarını qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək külli miqdarda, yəni 150.000 (yüz əlli min) manat ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən rəsmi sənədləri isifadə etmək məqsədi ilə təkrarən qanunsuz hazırlamaqla saxtalaşdırmış və biləbilə hüquq verən saxta sənədlərdən təkrarən istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid16 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, notarial sahədə çalışmış şəxs olaraq tanındığından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ev və torpaq kimi daşınmaz əmlakların üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirib mülkiyyət çıxarışı almaq üçün ona müraciət edən ayrı-ayrı şəxslərə köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarlarını qazandıqdan sonra qanunsuz hazırladıqları saxta sənədlər əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatının təşkili ilə bağlı yalan vəd verib təkrarən özgələrin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə bir neçə cinayətin törədilməsi üçün qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək ona 2018-ci ilin dekabr ayında xx.xx.2014-cü ildə vəfat etmiş Fərəczadə Həcər Nəcəfovnanın adına sənədləşdirilmiş ünvan 5 ünvanda yerləşən 0,1091 ha ərazisi olan boş torpaq sahəsi üzərində Şahid13 mülkiyyət hüquqlarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinində dövlət qeydiyyatının həyata keçirilərək rəsimləşdirilib Dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciət edən Zərərçəkmiş şəxs2 müəyyən məbləğdə pulun müqabilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinində, habelə notariatda işləyən tanışları, əlaqələri vasitəsi ilə istənilən şəxsin ev, torpaq kimi daşınmaz əmlakları üzərində mülkiyyət hüquqlarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinində dövlət qeydiyyatının həyata keçirilməsini təşkil edərək, rəsmiləşdirmək imkanlarına malik olduğunu yalandan bildirib ona və qrupun digər üzvlərinə yaranmış inam və etimaddan istifadə edərək, qrupun digər üzvləri ilə razılaşdırılmış qaydada təkrarən 2019-cu ilin yanvar ayının ikinci yarısında Bakı şəhəri 39 saylı xüsusi notariat ofisində kargüzar vəzifəsində işləyərkən Zərərçəkmiş şəxs2 hissə-hissə ödəmək şərti ilə ümumilikdə 7000 manat məbləğində pulun müqabilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinində, habelə notariatda işləyən tanışları və əlaqələri vasitəsi ilə ən geci iki ay ərzində mərhum H.N.Fərəc-zədənin adından tanışı X6 arvadı Şahid13 adına qanuni yolla “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməni əldə edib mərhum H.N.Fərəczədənin adına sənədləşdirilmiş həmin ünvan 5 ünvanda yerləşən 0,1091 ha ərazisi olan boş torpaq sahəsi üzərində Şahid13 mülkiyyət hüqüqlarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində dövlət qeydiyyatının həyata keçirilməklə rəsimləşdirilməsini təşkil edib dövlət reyestrindən çıxarışı ona təqdim edəcəyinə dair yalan vədlər verərək aldadıb Zərərçəkmiş şəxs2 vahid niyyətlə xeyli miqdarda əmlakını bir qrup şəxs tərəfindən əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış, etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, Zərərçəkmiş şəxs2 ona inanıb razılaşdıqdan sonra o, həmin yalan vədlərinə inanmış Zərərçəkmiş şəxs2 ilkin olaraq 3.000 (üç min) manat məbləğində pulunu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran yolunun kənarında yerləşən “Karvan” şadlıq evinin qarşısında, bundan sonra vahid qəsdlə cinayət əməllərinə davam edərək eyni vədlərlə daha 2.000 (iki min) manat məbləğində pulunu 2019-cu ilin yanvar ayının sonlarında eyni məkanda, bundan sonra vahid qəsdlə cinayət əməllərinə davam edərək eyni vədlərlə daha 2.000 (iki min) manat məbləğində pulunu 2019-cu ilin fevral ayının birinci yarısında ünvan 6 ünvanda yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Zərərçəkmiş şəxs2 şəxsən təhvil götürdükdən sonra vahid qəsdlə cinayət əməllərinə davam edərək vədlərinin icra müddətini müxtəlif bəhanələrlə uzadıb 2020-ci ilin yanvar ayında artıq heç bir yerdə işləmədiyi dövrdə Zərərçəkmiş şəxs2 verdiyi həmin vədləri ilə bağlı daha 3000 (üç min) manat da verməli olduğunu yalandan bildirib inandırmaqla daha 3.000 manat məbləğində pulunu 2020-ci ilin yanvar ayının ikinci yarısında Bakı şəhəri, Nərimanov rayonu, X82 küçəsi 20 saylı ünvanda yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Əmlak Xidmətləri Məkanında, bundan sonra vahid qəsdlə cinayət əməllərinə davam edərək həmin vədləri ilə bağlı eyni qaydada daha 1.000 (bir min) manat məbləğində pulunu 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa- Nardaran yolunun kənarında yerləşən “Karvan” şadlıq evinin qarşısında, bundan sonra vahid qəsdlə cinayət əməllərinə davam edərək həmin vədləri ilə bağlı eyni qaydada daha 500 (beş yüz) manat məbləğində pulunu 2020-ci ilin fevral ayının ortalarında eyni məkanda Zərərçəkmiş şəxs2 şəxsən təhvil götürməklə, Zərərçəkmiş şəxs2 həmin vədlərlə ümumilikdə 11.500 (on bir min beş yüz)manat məbləğində əmlakını vahid niyyətlə alıb ələ keçirmiş, lakin Zərərçəkmiş şəxs2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirib Dövlət reyestrindən çıxarışı təşkil edəcəyi ilə bağlı verdiyi vədlərinə əməl etməyərək, bu istiqamətdə heç bir iş görməyib həmin pulu əvvəlcədən olan razılaşmaya əsasən qrupun digər üzvləri ilə aralarında bölərək şəxsi ehtiyac və məsrəflərinə sərf edib, həqiqi cinayətkar məqsədini pərdələmək, görüntü yaratmaq üçün Şahid13 şəxsiyyətini təsdiq edən sənədlər barədə məlumatları, həmin torpaq sahəsi ilə bağlı plan-sxem və digər sənədləri götürərək özündə saxlayıb, özünə olan güvəni qazanmaq və Zərərçəkmiş şəxs2 inandırmaq məqsədilə aralarında olan razılaşmaya əsasən qrupun digər üzvü Şahid16 vasitəsi ilə 2020-ci ilin avqust ayında istintaqla müəyyən edilməyən gün, məkan və şəraitdə bilə-bilə qanunsuz hazırlanan üzərində xüsusi qrafik kompüter proqram təminatından istifadə etməklə lazer printerdə çap edilmiş “QR” kod, tamamilə başqa, yəni xx.xx.2019-cu ildə Salyan rayon 2 saylı notariat ofisində X34 və Şahid16 iştirakları ilə aparılmış etibarnamənin təsdiq ediməsi notariat hərəkəti zamanı istifadə edilmiş **********299 nömrəli barkod, hər hansı bir texniki qurğu (skayner, fotoparat və s) vasitəsilə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmiş azərbaycan dilində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri notarius Kərimov X5 №71” məzmunlu mətn, orta dairənin içərisində isə gerb təsvir olunmuş möhür əksi, habelə H.N.Fərəc-zadənin soyadı və ölüm tarixi səhv göstərilmiş, yalan məlumatlar qeyd edilmiş, yəni “08 aprel 2020-ci ildə ölmüş - Bakı şəhəri, D.Bünyadzadə küç, ev 31-15 H.N.Fərac-zadənin vərəsəsi ünvan 9 ünvanında qeydiyyatda olan – Şahid13dır (AZE ********, xx.xx.2012 ASAN 4 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Şəhər Ərazisi İdarəsi tərəfindən xx.xx.2020-ci ildə, **********61 reyster nömrəli, ********* qeydiyyat nömrəli. Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş baş sahəsi 1662 A ünvanında yerləşən 0.1091 ha torpaq sahəsindən ibarətdir. Reysterdə 2V- 1/212 ilə qeyd edilib, informasiya sisteminə daxil olunub. 20 manat haqq alınıb. Vərəsəlik işinin nömrəsi 67. çap tarixi xx.xx.2020 11:27” söz və rəqəmləri yazılmış mətn olan heç vaxtı Bakı şəhəri 42 saylı dövlət notariat ofisində xüsusi notarius vəzifəsində işləməmiş Şahid15 adından tərtib olunaraq əvəzindən imza edilmiş rəsmi sənəd sayılan saxta xx.xx.2020-ci il tarixli, 2V- 1/212 reyster nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməni 2020-ci ilin avqust ayının sonuncu on günlüyündə istintaqa məlum olmayan məkanda Təqsirləndirilən şəxs təhvil götürməklə Bakı şəhəri, Nərimanov rayonu, X82 küçəsi 20 saylı ünvanda yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Əmlak Xidmətləri Məkanında Zərərçəkmiş şəxs2 şahidliyi ilə şəxsən Şahid13 təqdim edib ümumi göstərişləri əsasında həmin saxta sənədi sonuncu tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə əlaqədar onun verdiyi vədlə bağlı xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizə ilə Bakı şəhəri, Nərimanov rayonu, X82 küçəsi 20 saylı ünvanda yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Əmlak Xidmətləri Məkanına verilməklə ünvan 11 ünvanda yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmasına nail olaraq ondan bilə-bilə istifadə etməklə həmin əməlləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni Zərərçəkmiş şəxs2 vahid niyyətlə, ümumilikdə 11.500 (on bir min beş yüz) manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən bilə- bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən istifadə edilməsinə nail olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid16 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək notarial sahədə çalışmış şəxs olaraq tanındığından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ev və torpaq kimi daşınmaz əmlakların üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirib mülkiyyət çıxarışı almaq üçün ona müraciət edən ayrı-ayrı şəxslərə köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarlarını qazandıqdan sonra qanunsuz hazırladıqları saxta sənədlər əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatının təşkili ilə bağlı yalan vəd verib təkrarən özgələrin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə bir neçə cinayətin törədilməsi üçün qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək ona 2020-ci ilin avqust ayının əvvəllərində xx.xx.2008-ci ildə vəfat etmiş X10 xüsusi mülkiyyətində olmuş və sağlığında R.H.Məmmədov tərəfindən aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs3 satılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 902 saylı ünvanda yerləşən 0,12 hektar torpaq sahəsi olan bağ evi üzərində Zərərçəkmiş şəxs3 mülkiyyət hüquqlarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində dövlət qeydiyyatının həyata keçirilərək rəsmiləşdirilib Dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciət edən sonuncunun tanışı X11 dinləyib yaranmış fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs3 söyləməsindən ötrü M.C.Rüstəmova müəyyən məbləğdə pulun müqabilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində, habelə notariatda işləyən tanışları, əlaqələri vasitəsi ilə istənilən şəxsin ev, torpaq kimi daşınmaz əmlakları üzərində mülkiyyət hüquqlarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində dövlət qeydiyyatının həyata keçirilməsini təşkil edərək rəsimləşdirmək imkanlarına malik olduğunu yalandan bildirib ona və qrupun digər üzvlərinə yaranmış inam və etimaddan istifadə edərək, qrupun digər üzvləri ilə razılaşdırılmış qaydada təkrarən 2020-ci ilin avqust ayının birinci yarısında M.C.Rüstəmov vasitəsi ilə müraciət edən Zərərçəkmiş şəxs3 10.000 (on min) manat məbləğində pulun müqabilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinində, habelə notariatda işləyən tanışları və əlaqələri vasitəsi ilə ən geci üç ay ərzində mərhum R.H.Məmmədovun adından Zərərçəkmiş şəxs3 adına qanuni yolla “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməni əldə edib mərhum R.H.Məmmədovun adına sənədləşdirilmiş həmin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 902 saylı ünvanda yerləşən bağ evi və həmin bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində Zərərçəkmiş şəxs3 mülkiyyət hüqüqlarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinində dövlət qeydiyyatının həyata keçirilməklə rəsimləşdirilməsini təşkil edib Dövlət reyestrindən çıxarışı Zərərçəkmiş şəxs3 təqdim edəcəyinə dair yalan vədlər verərək aldadıb sonuncunun xeyli miqdarda əmlakını bir qrup şəxs tərəfindən əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, Zərərçəkmiş şəxs3 ona inanıb razılaşdıqdan sonra o, həmin yalan vədlərinə inanmış sonuncunun 10.000 (on min) manat məbləğində pulunu ünvan 12 ünvanda yerləşən 17 saylı uşaq poliklinikasının arxa tərəfində M.C.Rüstəmovdan şəxsən təhvil götürərək ələ keçirmiş, lakin Zərərçəkmiş şəxs3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirib Dövlət reyestrindən çıxarışı təşkil edəcəyi ilə bağlı verdiyi vədlərinə əməl etməyərək, bu istiqamətdə heç bir iş görməyib həmin pulu əvvəlcədən olan razılaşmaya əsasən qrupun digər üzvləri ilə aralarında bölərək şəxsi ehtiyac və məsrəflərinə sərf edib, həqiqi cinayətkar məqsədini pərdələmək, görüntü yaratmaq üçün Zərərçəkmiş şəxs3 şəxsiyyətini təsdiq edən sənədlər barədə məlumatları, həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən Seriya RX, ******* nömrəli “çıxarışı”, mərhum R.H.Məmmədovun əvvəl Zərərçəkmiş şəxs3 vermiş olduğu etibarnaməni və digər sənədləri götürərək özündə saxlayıb, özünə olan güvəni qazanmaq və Zərərçəkmiş şəxs3 inandırmaq məqsədilə aralarında olan razılaşmaya əsasən qrupun digər üzvü Xalidə Şahid16 vasitəsi ilə 2020-ci ilin avqust ayında istintaqla müəyyən edilməyən gün, məkan və şəraitdə bilə-bilə qanunsuz hazırlanan üzərində xüsusi qrafik kompüter proqram təminatından istifadə etməklə lazer printerdə çap edilmiş “QR” kod, tamami ilə başqa, yəni xx.xx.2019-cu ildə Salyan rayon 2 saylı notariat ofisində M.N.Novruzov və Şahid16 iştirakları ilə aparılmış etibarnamənin təsdiq ediməsi notariat hərəkəti zamanı istifadə edilmiş **********299 nömrəli barkod, hər hansı bir texniki qurğu (skayner, fotoparat və s.) vasitəsilə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmiş azərbaycan dilində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri notarius Şahid15 Şəhadətnamə №71” məzmunlu mətn, orta dairənin içərisində isə gerb təsvir olunmuş möhür əksi, habelə yalan məlumatlar qeyd edilmiş, yəni “xx.xx.2007-ci ildə təsdiq edilən və reyestrdə 2V-47 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2008-ci ildə ölmüş- ünvan 13 ünvanında qeydiyyatda olmuş- R.H.Məmmədovun vəsiyyətnamə üzrə vərəsəsi ünvan 14 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs3dir (AZE0*******, xx.xx.2012 Səbail RPİ və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri Ərazisi İdarəsi tərəfindən xx.xx.2012-ci ildə, **********22-11301, reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli Çıxarışa əsasən ünvan 16 ünvanında yerləşən mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və ümumi sahəsi 260.9 kv.m olan 6 (altı) otaqlı bağ evindən ibarətdir. Reyesterdə 2V-1/212 ilə qeyd edilib, informasiya sisteminə daxil olunub. 40 manat haqq alınıb. Vərəsəlik işinin nömrəsi.97 çap tarixi xx.xx.2020 11:27” söz və rəqəmləri yazılmış mətn olan heç vaxtı Bakı şəhəri 42 saylı dövlət notariat ofisində xüsusi notarius vəzifəsində işləməmiş Şahid15 adından tərtib olunaraq əvəzindən imza edilmiş rəsmi sənəd sayılan saxta 12 avqust 2020-ci il tarixli, 2V-1/ 212 reyster nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməni 2020-ci ilin avqust ayının ikinci yarısında istintaqa məlum olmayan məkanda Təqsirləndirilən şəxs təhvil götürməklə Bakı şəhəri, Nərimanov rayonu, X82 küçəsi 20 saylı ünvanda yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Əmlak Xidmətləri Məkanında Zərərçəkmiş şəxs3 xx.xx.2020-ci il tarixli etibarnamə üzrə nümayəndəsi M.C.Rüstəmova təqdim edib ümumi göstərişləri əsasında həmin saxta sənədi sonuncu tərəfindən Zərərçəkmiş şəxs3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə əlaqədar onun verdiyi vədlə bağlı 18 avqust 2020-ci il tarixli ********** nömrəli ərizə ilə Bakı şəhəri, Nərimanov rayonu, X82 küçəsi 20 saylı ünvanda yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Əmlak Xidmətləri Məkanına verilməklə ünvan 11 ünvanda yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmasına nail olaraq ondan bilə-bilə istifadə etməklə həmin əməlləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni Zərərçəkmiş şəxs3 10.000 (on min) manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və təkrarən bilə-bilə hüquq verən saxta sənəddən istifadə edilməsinə nail olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X35 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə sonuncu işlədiyi Bakı şəhəri, 6 saylı notariat kontoruna müraciət etmiş, Zərərçəkmiş şəxs1 xx.xx.2015-ci ildə öhdəlik müqaviləsi əsasında X2 aldığı həmin zaman "xxxx" ASCdə ipoteka ilə yüklü edilmiş ünvan 17 ünvanda yerləşən mənzili müqavilə üzrə öhdəliyi yerinə yetirənədək ölmüş Dilşad İsmayılovanm adından çıxarılaraq anası X19 adına rəsmiləşdirilməsinə köməklik edəcəyinə dair yalan vəd verib, bu adla xx.xx.2020-ci ildə işlədiyi həmin notariat kontorunda ondan 8.000 (səkkiz min) manat məbləğində pul alıb Ş.Şahid12la aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 8.000 (səkkiz min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 sonuncunun oğlu X20 Gəmi Təmiri Zavodunda işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq, 2022-cı ilin iyul ayında saat 12:00 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Vergilər İdarəsinin qarşısında 1.200 (bir min iki yüz) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş N.Zərərçəkmiş şəxs4 1.200 (bir min iki yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs6 sonuncunun qardaşı oğlu X3 FHN-də işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq, 11 oktyabr 2022-ci ildə saat 12:00 radələrində Bakı şəhəri Nərimanov rayonu, “köhnə Gənclik” mehmanxanasının yaxınlığında yerləşən 38 saylı notariat ofisində 5.000 (beş min) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs6 5.000 (beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 VAZ- 2106 markalı avtomobilə etibarnamə alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla sonuncudan 2023-cü ilin mart ayında ünvan 18 ünvanın qarşısında 600 (altı yüz) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 sonuncunun bacısı X1 Azərbaycan Respublikası Prezident aparatına işə qəbul etdirmək adı ilə yalandan vəd verib aldadaraq vahid niyyətlə davamlı olaraq ilk dəfə xx.xx.2023-cü ildə saat 12:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun Əhmədli stansiyasının yaxınlağında yerləşən «MCdonalds»-ın qarşısında 8.000 (səkkiz min) manat, ikinci dəfə isə xx.xx.2023-cü ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Günəş» şadlıq evinin qarşısında 2.000 (iki min) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 10.000 (on min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmə məqsədi ilə V.Y.X47 Mədəninə sürücü qismində işə düzəltmək alı ilə yalandan vəd verib aldadaraq vahid niyyətlə davamlı olaraq ilk dəfə xx.xx.2023-cü ildə saat 12 radələrində Nərimanov rayonu ərazisində «Elektroniks» mağazasının yaxınlığında yerləşən «Xal-Xal» çayxanısında 1.000 (bir min) manat, ikinci dəfə isə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Elektroniks» mağazasının qarşısında xx.xx.2023-cü ildə saat 14:00 radələrində 5.000 (beş min) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 6.000 (altı min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci ildə X21 ilə aralarında bağlanmış öhdəlik müqaviləsinə əsasən sonuncudan hazırda yaşadığı ünvan 19 ünvanda yerləşən 66,4 kv metrdən ibarət, 2 otaqlı, 35 saylı mənzili 89.000 manat müqabilində almışdır. Müqavilənin şərtlərinə əsasən müqavilə bağlanan zaman 70.000 manat məbləğində pulu nağd şəkildə D.İ.İsmayılovaya vermiş və mənzillə bağlı banka olan bütün kredit borcu və faizlərin ödənilməsini təmin etmişdir. Həmin müddətdən o, ailə üzvləri ilə birlikdə sözügedən mənzilə pasport qeydiyyatına düşməklə, həmin mənzildə yaşamış, əmlaka faktiki sahiblik etmiş, orada əsaslı təmir işlərini görmüşdür. Sonradan mənzili anasının adına keçirmək məqsədi ilə D.İ.İsmayılovanın ona sağ ikən verdiyi baş etibarnamə ilə və digər sənədlərlə Xətai metrostansiyasının yaxınlığında yerləşən Şahid9 adlı şəxsin müdir olduğu 6 saylı notariat kontoruna gəlmiş, notariat kontorunda işləyən əməkdaşlardan birinə yaxınlaşıb, ona bütün sənədləri təqdim edərək mənzili xx.xx.2015-ci ildə öhdəlik müqaviləsinə əsasən adına keçirilməsinin mümkünlüyünə baxılmasını xahiş etmişdir. xx.xx.2020-ci ildə notariusun qarşısında çöldə tək dayanmış, sonradan adının Ş.Şahid12 olduğunu bildiyi şəxs sənədləri ilə birlikdə notariusun otağına gedərək məsələnin həlli ilə bağlı Ərəstun müəllimin fikrinin öyrənməsi zərurətini bildirmişdir. Ş.Şahid12 hər şeyin qaydasında olduğunu, belə ki, notariusun bu məsələni həll edə biləcəyini deyərək, mənzilin qiyməti 89.000 manat təşkil etdiyindən bank xərcləri, əmlak və notariat rüsumu ödənilmək şərti ilə mənzilin anası X19 adına rəsmləşdirilməsi üçün ümumi olaraq 8.000 manat məbləğində pul tələb olunduğunu bildirmişdir. Onun notariat əməkdaşı olduğunu nəzərə alaraq növbəti dəfə sənədlərinin əsillərini və 8.000 manat məbləğində pulu xx.xx.2020-ci ildə saat 12:00 radələrində notariat kontorunda Ş.Şahid12 vermiş, 8.000 manatı verərkən sonuncudan bir sənəd tələb etmiş, səbəb olaraq da onu tanımamağını göstərmişdir. Sonuncu da ona borc müqaviləsi imzalamağı təklif etmiş, amma işlədiyi yerdə icazə verilmədiyi üçün bunu edə bilməyəcəyini demiş, bu səbəbdən onlar birgə 15 nömrəli notariusa getmiş və xx.xx.2020-ci ildə aralarında 8.000 manat məbləğində pulun verilməsi ilə bağlı borc müqaviləsi bağlanmışdır. Ş.Şahid12 bəzi sənədləri topladıqdan sonra bir neçə günə zəng edərək onu dəvət edib, hazırlanmış sənədləri təqdim edəcəyini bildirmişdir. Lakin bir müddət keçsə də, Ş.Şahid12 heç bir məlumat gəlməmiş, o, narahat olaraq sonuncunun istifadəsində olan ***-***-**-** nömrəyə zəng etmiş, lakin telefon nömrəsinə zəng çatmamışdır. Bununla belə 2021-ci ilin oktyabr ayının ortalarında sonuncu özünə məxsus ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə zəng vurub, mənzilin anasının adına rəsmləşdirilməsi ilə bağlı vərəsəlik işinin Təqsirləndirilən şəxs tərəfindən görüldüyünü, buna görə də, ona 3.000 manat məbləğində pul verdiyi barədə məlumat vermiş, eyni zamanda ***- ***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs istifadəsində olmasını bildirmiş, işin gedişatı ilə bağlı sonuncudan məlumat almasını xahiş etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuş, Ş.Şahid12 dedikləri barədə məlumatlandırmaqla görüşməyi təklif etmişdir. Təqsirləndirilən şəxs razılaşıb onunla görüşdükdə, Ş.Şahid12 dediklərini təsdiq etmiş, sonuncunun tapşırığı əsasında mənzilin anasının adına rəsmləşdirilməsi ilə bağlı sənədləşirmə işlərini gördüyünü bildirərək, bununla bağlı Ş.Şahid12 3.000 manat aldığını etiraf etmişdir. Həmçinin, qısa zamanda anasının adına vərəsəlik şəhadətnaməsini hazırlayaraq, təqdim edəcəyini bildirmişdir. Lakin bir müddət keçsə də, Təqsirləndirilən şəxs da, sənədləşirmə işi ilə bağlı heç bir iş görməmişdir. Bu səbəbdən də o, birbaşa notariat kontoruna gedərək Ş.Şahid12 barəsində maraqlanmışdır. Oradan isə ona sonuncunun bir neçə şəxsi dələduzluq yolu ilə aldadaraq pullarını ələ keçirdiyindən barəsində hüquq mühafizə orqanlarında araşdırma aparıldığı bildirilmişdir. Bundan sonra Şahid9 müraciət etmiş, o, da cavab olaraq bu məsələdən xəbərsiz olduğunu bildirmiş, polis və prokurorluq orqanlarına müraciət etməsini tövsiyə etmişdir.

4. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin axırlarında, yəni təxminən dekabr ayında X26 zəng edərək, onun ünvan 20 ünvanda yerləşən təxminən 11 sot, yəni 0,1091 hektar ərazisi olan boş torpaq sahəsi olduğunu bildirmişdir. Həmin torpaq sahəsi sənədlə H.N.Fərəczədənin adına olmuş, sonuncu 2015-ci ildə ölmüş, onun adından T.Ə.Quliyevin özünə etibarnamə verilməsini qeyd etməklə, torpaq sahəsinin Bakıda yaşayan arvadı Şahid13 adına rəsmiləşdirilməsini istədiyini bildirmişdir. T.Ə.Quliyev ondan əlində olan sənədlərlə həmin torpaq sahəsinə arvadı Şahid13 hüquqlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətində dövlət qeydiyyatının həyata keçirilməsinə və onlara bunu təsdiq edən mülkiyyət çıxarışının verilməsinə köməklik etməsini xahiş etmişdir. O, dostu T.Ə.Quliyevin ona zəngindən sonra Şahid16 (keçmiş soyadı Fərzəliyeva) adlı tanışına müraciət etməsini tövsiyə etmişdir. O, sonuncunu uzun müddət əvvəldən tanımış, Şahid16 ilə zəngləşərək torpaq sahəsini T.Ə.Quliyevin sonuncunun arvadı Şahid13 adına rəsimləşdirilməsi ilə bağlı müraciət etdikdə, Şahid16 müəyyən pulun müqabilində T.Ə.Quliyevin istədiyi mülkiyyət çıxarışını təşkil edə biləcəyini bildirmişdir. O, sonuncu ilə Maştağa qəsəbəsi ərazisində görüşəndə ona DƏDRX-də tanışları olduğunu, çıxarışı təşkil etməyin onun üçün asan olduğunu və ümumilikdə 7.000 manat məbləğində pulun müqabilində həmin DƏDRX-dəki tanış və əlaqələri vasitəsi ilə ən geci iki ay ərzində həmin torpaq sahəsinə dostu T.Ə.Quliyevin arvadı Şahid13 adına çıxarış alıb ona verə biləcəyini bildirmişdir. Qeyd edilənləri necə edəcəyini soruşduqda sonuncu ona notarial qaydada mərhum Həcər Fərəc-zadənin adından Kəmalə Məlikovanın adına vərəsəlik hüququ haqqında şəhadətnamə təşkil edəcəyini, həmin şəhadətnamənin qanuni olacağını, torpaq sahəsinin vərəsəlik yolu ilə Şahid13 verilməsini qeyd edəcəyini bildirmişdir. O, T.Ə.Quliyevin əvəzinə torpağın sənədləşməsinə görə pul verməsi, sonuncu ilə sonra öz aralarında hesablaşmaları barədə razılaşmışdırlar. T.Ə.Quliyev 2019-cu ilin yanvar ayının ikinci yarısında Şahid13 sənədləri götürüb «Karvan» şadlıq evinin qarısında Şahid16 ilə görüşərək, ona həmin torpaq sahəsi üzərində Şahid13 hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təşkil etməsi ilə üçün verdiyi vədi ilə əlaqədar tələb etdiyi puldan 3.000 manat məbləğində pul, habelə sənədləri, yəni H.N.Fərəc-zadənin T.Ə.Quliyevə verdiyi etibarnaməni, Şahid13 şəxsiyyət vəsiqəsini, torpaqla bağlı plan-sxemi vermişdir. Şahid16 ona işi danışdığını, vəd verdiyi kimi iki ay ərzində həmin torpaq sahəsinin Şahid13 adına rəsimləşdirilib ona mülkiyyət çıxarışı verilməsinə nail olacağını və pulun qalanını da tez bir zamanda ona çatdırmasını bildirmişdir. Bir neçə gün sonra, yəni 2019-cu ilin yanvar ayının sonlarında Şahid16 eyni yerdə daha 2000 manat məbləğində pul vermişdir. 2019-cu ilin fevral ayının birinci yarısında X.Ə.Cabarov ilə zəngləşdikdə sonuncu ona öz xidməti işi ilə əlaqədar 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinə ezam olunduğunu bildirmişdir. Həmçinin sonuncu Şahid13 ərizəyə imza etdirərək, sənədin torpaq sahəsinin kökünü yoxlatmaq üçün lazım olduğunu bildirmiş, lakin həmin ərizənin hara ünvanlandığını, həqiqətən göndərilib-göndərilmədiyini bilməmişdir. Eyni gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Şahid16 daha 2000 manat məbləğində pul vermişdir. Lakin sonuncunun bildirdiyi 3 ay tamam olsa da, o, mülkiyyət çıxarışı təşkil etmirmiş, vaxtı uzadırmış, hər dəfə yeni bir bəhanə gətirirmiş. 2020-ci ilin əvvəllərində, yəni yanvar ayının ortalarında Şahid16 onu bu dəfə “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən Əmlak kompeksinin binasında ona artıq buradakı notariat ofisində işlədiyini, ona verdiyi 7000 manat məbləğindəki pulun işin həllinə kifayət etmədiyini, mülkiyyət çıxarışı təşkil edəcəyi tanışlarının əlavə olaraq 3000 manat məbləğində də pul istədiklərini bildirmişdir. O, Şahid16 inandığından 2020-ci ilin yanvar ayının ikinci yarısında ona həmin yerdə, daha 3000 manat məbləğində pul vermişdir. Daha sonra 2020-ci ilin fevral ayının əvvəllərində Şahid16 ona vəd verdiyi mülkiyyət çıxarışının təşkili ilə bağlı əlavə olaraq pul verilməli olduğunu bildirərək, ondan daha 1000 manat məbləğində, həmin ayın, yəni 2020-ci ilin fevral ayının ortalarında eyni yerdə daha 500 manat məbləğində pul almışdır. Yəni, Şahid16 ümumilikdə 7.000 manat məbləğində pulun müqabilində DƏDRX-dəki tanışları və əlaqələri vasitəsi ilə ən geci iki ay ərzində verdiyi vəd ilə əlaqədar ondan ümumilikdə 11.500 manat məbləğində pul almışdır. 2020-ci ilin avqust ayının sonlarına yaxın sonuncu zəng edərək onu və Şahid13 “Ulduz” metrostansiyasının yaxınlığındakı DƏDRX-nın binasına çağırıb aldığı şəxsiyyət vəsiqəsi, etibarnamə, torpaqla bağlı plan-sxemi, habelə ilk dəfə gördüyü, ona təqdim olunan Bakı şəhəri 42 saylı notariat ofisinin xüsusi notariusu Şahid15 adından tərtib edilmiş məzmununda «xx.xx.2020-ci ildə ölmüş Bakı şəhəri, D.Bünyadzadə küç, ev 31-15 Fərac-zadə Həcər Nəcəfovnanın vərəsəsi ünvan 21 ünvanında qeydiyyatda olan- Şahid13dır (AZE ********, xx.xx.2012 ASAN 4 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Şəhər Ərazisi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə, **********61 reyster nömrəli, ********* qeydiyyat nömrəli. Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş baş sahəsi 1662A ünvanında yerləşən 0.1091 ha torpaq sahəsindən ibarətdir. Reysterdə 2V-1/212 ilə qeyd edilib, informasiya sisteminə daxil olunub. 20 manat haqq alınıb. Vərəsəlik işinin nömrəsi 67. çap tarixi xx.xx.2020 11:27» söz və rəqəmləri yazılmış, dairəvi möhürlə təsdiq edilmiş **********299 kodu olan, müvəkkil edilmiş şəxs tərəfindən imza edilmiş bir vərəqədən ibarət xx.xx.2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməni vermişdir. Həmin sənədləri DƏDRX-ə təqdim etməsini, hər şeyin qanuni olmasını və ona mülkiyyət çıxrışı veriləcəyini bildirmişdir. Bakı şəhər Baş Polis İdarəsinə çağırıldıqda adı çəkilən şəhadətnamənin saxta olduğunu, notariatda belə bir şəhadətnamənin tərtib edilmədiyini öyrənmişdirlər. O, bu barədə Şahid16 bildirdikdə o, şəhadətnaməni ona tanışı T.Y,Tağıyevanın hazırlatdırıb təqdim etdiyini, bunun müqabilində ona pul da verdiyini, sonuncunun heçbir problem olmayacağı ilə bağlı ona söz verdiyi qeyd etmişdir. Bu zaman o, sonuncuların əlbir olaraq saxta şəhadətnamə hazırlayadıqlarını anlamışdır. Şahid16 onları aldatdığına görə üzr istəyərək, pulunu qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Polisə şikayətdən sonra sonuncu onun pulunu tam şəkildə geri qaytarmışdır. Şahid16 onlara saxta «qanun üzrə vərəsəlik hüquq haqqında» şəhadətnamə təşkil edəcəyini bildirməmiş, hər şey qanuni olacağını, tanışlarının vasitəsi ilə mülkiyyət çıxarışı təşkil edəcəyini, sistemdə yoxlanıldıqda hər şey qaydasında olacağını bildirmişdir.

5. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, oğlu X36 heç bir yerdə işləmədiyindən onu işə düzəltmək istəmiş və bu işdə ona köməklik etmək üçün yaxın qohumlarına və tanışlarına bildirmişdir. 2022-ci ilin iyul ayında onlarla qonşuluqda yaşayan və uzaq qohumu olan Firudin müəllim Təqsirləndirilən şəxs adlı xanımın olmasını, onun oğlunu işə düzəltməkdə köməklik edə biləcəyini bildirmiş, sonuncuyla görüşməsini təşkil etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs Gəmi təmiri Zavodunda oğlu Nahidi işə düzəltmək imkanının olduğunu bildirərək 01 ay müddətində oğlunu işlə təmin edəcəyini və bu işlərin görülməsi üçün ondan 1300 manat məbləğində pul alacağını bildirmişdir. O, sonuncunun dediyi sənədləri toplayaraq, həmin sənədləri və 1200 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan 1 ay sonra Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamış, sonuncu yaxın günlərdə oğlunun işlə təmin olacağına söz vermişdir. Sonuncu bir müddət ona müxtəlif bəhanələr gətirsə də, sonradan onun zənglərinə cavab verməmiş və o da onun barəsində şikayət etmişdir. O, Təqsirləndirilən şəxs 1200 manat məbləğində pulu Nərimanov metrosunun yaxınlığında yerləşən Vergilər Nazirliyinin Vergilər İdarəsinin inzibati binasının qarşısında vermiş və həmin vaxt yanında heç kim olmamışdır. Pulu verməzdən əvvəl Firudin müəllimlə əlaqə saxlayıb Təqsirləndirilən şəxs pulu veribverməməsini soruşmuş, Firdun isə aparıb verməsini və narahat olmamasını bildirmişdir.

6. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 qızı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs tanımış, onları Telman Həsənov tanış etmişdir, sonuncu isə onunla birlikdə təcili tibbi yardım stansiyasında bir sürücü kimi işləmişdir. Ümumi danışıq zamanı o, onunla işləyən işçi yoldaşlarına bacısı Röyaləyə bir münasib iş axtardığınıqeyd edərək, belə bir iş olsa ona bildirmələrini xahiş etmişdir. 2023-cü ilin aprel-may aylarında Telman Həsənov onun ***-***-**-** whatsapp nömrəsinə ***-***-**-** nömrə ilə yazaraq Prezident Aparatında iş olduğunu, orada bir qadın işlədiyini, həmin qadının da təqaüdə çıxdığını, lakin yerinə təyin olunan adamın pul istədiyi və təxminən 15.000- 16.500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, sonuncuya yalnız 8.000 manat məbləğində pul verə biləcəyini bildirdikdə, onunla razılaşmamış, məbləğin az olduğunu bildirmiş, sonra isə 12.000 manat məbləğində pula razılaşmışdır. Sonuncu ilə 8-ci km qəsəbəsində bazarın qarşısında görüşməyi planlamış, görüş yerinə gedərkən ona zəng edib “sən bir o adamı mənlə tanış et və mən görüm o adam kimdir” deyə bildirmişdir. Bu zaman Telman ona pulu elə onun özünə verməsini bildirmiş və onlar görüş yerini metronun Əhmədli stansiyasına dəyişmişdirlər. O, yaxınlıqda olan ABB bankından özünə aid olan 1.000 manat məbləğində pul çıxardıb, özü ilə götürdüyü 7000 manat məbləğində pulun üstünə qoymuşdur. Görüş yerinə gəldikdə orada Telman da həmin şəxsi gözləmişdir. Təxminən 30 dəqiqə sonra onların yanına bir qadın yaxınlaşmış və bu zaman Telman onun iş düzəldən bu şəxs olduğunu bildirmişdir. Tanışlıqdan sonra Təqsirləndirilən şəxs onu 01 (bir) ay 10 (on) gün müddətinə işi düzəldəcəyinə söz vermiş, o da özündə olan 8.000 manat məbləğində pulu çıxarıb Təqsirləndirilən şəxs oğlu Cavad Cahangirovun avtomobilində vermişdir. Avtomobildə o, Telman, oğlu Cavad və Təqsirləndirilən şəxsnın iştirakı ilə pulu əlbəəl sonuncuya vermişdir. O, 8.000 manat məbləğində pulu verdikdən sonra qalan 2.000 manat məbləğində pulu qızıl girov qoymaqla toplayıb verəcəyini bildirmiş, razılıq əldə edilmişdir. xx.xx.2023cü ildə, saat 17:00 radələrindən sonra “Günəş” şadlıq evinin qarşısında o, 2.000 manat məbləğində pulu oğlu Cavadın yanında Təqsirləndirilən şəxs vermişdir. O, 2.000 manatı məbləğində pulu Təqsirləndirilən şəxs verərkən orada Telman olmamışdır. Lakin, Təqsirləndirilən şəxsnın dediyi müddət başa çatdıqda işin düzəlmədiyi görmüş***-***-**-** və +**********22 bu nömrələrə zəng etmiş, lakin sonuncu nömrələrə cavab verməmiş, sonradan +**********922-nin whatsapp nömrəsinə yazmış və Təqsirləndirilən şəxs ona əlaqə saxlayacağını bildirmişdir.Sonuncu ona yazaraq aldığı 10.000 manat məbləğində pulun əvəzinə 11.000 manat məbləğində pul verəcəyini bildirmişdir.

7. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin oktyabr ayından tanışdır, həmin vaxtlarda o, hərbidən gəlmiş qardaşı oğlu X3 işə düzəltmək istəmiş və o da bu məsələ ilə bağlı bir-neçə tanışlarına bildirmişdir. Qardaşı Təhməzxan zəng edərək Təqsirləndirilən şəxs Bakı şəhərində bu işlə məşğul olduğunu bildirərək ona ***-***-**-** mobil nömrəsini vermişdir. Sonuncu ona qardaşı oğlunu FHN-də 5.000 manat məbləğində pul qarşılığında düzəldə biləcəyini və pulu ona çatdırmalı olduğunu bildirmiş, oda tanımadığı birinə notarius vasitəsi ilə pulu verə biləcəyini qeyd etmişdir. xx.xx.2022-ci ildə 38 saylı notariat ofisinə yaxınlaşmış və orada kredit müqaviləsi bağlamış, notariusun içərisində müqaviləni aldıqdan sonra 5.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş, qardaşı oğlunun işinin nə vaxta hazır olacağını soruşmuşdur. Bu zaman sonuncu ona qardaşı oğlunun işinin 3 ay müddətinə düzələcəyini bildirmiş, 3 ay keçdikdən sonra iş barəsində soruşanda işin düzələcəyi barədə onu arxayın etmişdir. Aldadıldığını başa düşdükdən Təqsirləndirilən şəxs onu get-gələ saldığı üçün bu barədə polis idarəsinə şikayət etmişdir.

8. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında Bakı şəhəri, Nərimanov rayonunda təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu ona bütün sənədləşdirmə işlərini və notarial sənədləri təsdiq etdirə bildiyini və nə vaxt lazım olsa ona bu işdə köməklik edə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini götürmüş, ona VAZ-2106 markalı avtomobilə görə etibarnamə lazım olduğunu bildirmiş, sonuncu isə 600 manat məbləğində pula etibarnaməni düzəldə biləcəyini qeyd etmişdir. O, razılıq vermiş və 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 saylı yaşayış binasının qarşısında görüşmüş, həmin ünvanda sonuncuya 600 manat məbləğində pulu vermişdir. T.Y,Tağıyeva pulu aldıqdan sonra tez bir zamanda etibarnaməni hazır edəcəyinə dair söz vermiş, 6-7 gündən sonra sonuncuya zəng etdikdə, o, telefonları açmamışdır. Ondan xəbər çıxmadığına görə xx.xx.2023-cü ildə Bakı şəhər Baş Polis idarəsinə şikayət etmişdir.

9. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı problemlər olduğundan məhkəmə iclasında iştikak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, ünvan 4də 0,12 hektar fərdi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsi 1990-2000-ci illərdə onun istifadəsində olmuş və sonradan, yəni xx.xx.2013-cü il tarixdə özəlləşdirilərək tam mülkiyyətinə keçmişdir. Torpaq sahəsinin dəyəri 2017-ci ildə 150.000 manatdan artıq olmuşdur. xx.xx.2017-ci ildə günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, Xəzər universitetinin yanındakı 15 nömrəli Dövlət Notariat Kontorunda həmin torpaq sahəsinin alqı-satqı işlərini rəsmiləşdirmək üçün getdikdə ünvan 4də 0,12 hektar fərdi yaşayış sahəsinin mülkiyyətimdə olduğunu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarış sənədinin olmasına baxmayaraq, həmin əmlakın bir sıra saxta sənədlər əsasında E.Z.Əsgərov tərəfindən Şahid17 adına, daha sonra sonuncu tərəfindən Şahid10 adına alqı-satqı yolu ilə rəsmiləşdirməklə özgəninkiləşdirilmişdir. Saxta sənədlərə əsasən, tam mülkiyyət hüququ əldə etdiyi torpağı guya Bakı şəhəri 18 saylı Notariat Kontorunda xx.xx.2015-ci ildə 1796 reyestr nömrəli etibarnamə əsasında E.Z.Əsgərova hüquqlar verdikdən sonra onu təmsil edən E.Z.Əsgərovun xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında adı çəkilən mülkiyyəti Şahid17 satmışdır. Bu alqı-satqı müqaviləsi Bakı şəhəri 6 saylı Notariat Kontorunda rəsmiləşdirilmişdir. xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsi əsasında Şahid17 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarış sənədi əsasında əmlak üzərində tam mülkiyyət hüququ əldə etmişdir. ünvan 4də 0,12 hektar fərdi yaşayış sahəsi üzərində saxta sənədlər əsasında mülkiyyət hüququ əldə etmiş Şahid17 xx.xx.2017-ci ildə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında Şahid10 satmışdır. Adı çəkilən alqı-satqı müqaviləsi Bakı şəhəri 7 saylı Notariat Kontorunda qeydiyyata alınmaqla rəsmiləşdirilmişdir. Bu müqavilə əsasında Şahid10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarış sənədi əsasında əmlak üzərində tam mülkiyyət hüququ əldə etmişdir. ünvan 4də 0,12 hektar fərdi yaşayış sahəsinin saxta yollarla özgəninkiləşdirilməsini təsdiq edən saxta sənədlər hazırki cinayət işi üzrə ilkin araşdırma materiallarına əlavə edilmişdir. Ona qarşı törədilmiş dələduzluq faktı üzrə vurulan maddi ziyan 150.000 manat təşkil etmişdir.

10. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs9 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə onu 2023-cü ilin may ayında X16 tanış etmiş və ona Balaxanı neft mədəninə «Pikap» avtomobilinin sürücüsü kimi işlə təmin edə biləcəyini bildirmişdir. Sonuncu ilə görüşdə ondan 1.000 manat beh istəmiş, xx.xx.2023-cü ildə o, Ə.S.Məmmədov və Təqsirləndirilən şəxs ilə “Hal-Hal” restoranının çayxanasında oturmuş, sonuncu ona “mən səndən 1000 manat məbləğində pulu götürürəm, lakin əlavə pulun məbləğini sənə deyəcəm” deyə bildirmişdir. Ə.S.Məmmədov Təqsirləndirilən şəxs pulu almasını göstrərən qəbz verməsini tələb etmiş, sonuncu öz xətti ilə 1.000 manatın alınmasına görə qəbz vermişdir. Həmin gün Təqsirləndirilən şəxs ona +**********22 whatsapp nömrəsindən zəng edərək işini həll etdiyini və əlavə olaraq 5.000 manat məbləğində pul istədiyini bildirmişdir. Ə.S.Məmmədov ilə məsləhətləşdikdən sonra xx.xx.2023-cü ildə saat 12:00 radələrində yenə də o, sonuncu və Təqsirləndirilən şəxs ilə görüşmüş, gətirdiyi 5.000 manat məbləğində pulu Ə.S.Məmmədovun yanında sonuncuya vermiş və Təqsirləndirilən şəxs ona bir həftə ərzində Balaxanı neft mədəninə sürücü qismində işləyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu aldatmağa başlamış, onun telefonlarını açmamış, ona görə də xx.xx.2023-cü ildə ərizə ilə müraciət etmişdir. O, izahatında xx.xx.2023-cü ildə pulu verdiyini bildirsə də, tarixin düz göstərilmədiyini, 5.000 manat məbləğində pulu xx.xx.2023-cü ildə Ə.S.Məmmədovun yanında verməsini bildirmişdir.

11. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, 1990-cı ildən tanıdığı mərhum X10 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 902 ünvanda 12 sot, yəni 0,12 hektar torpaq sahəsi ərazisi olan bağ evi olmuş, həmin torpaq sahəsinin yalnız bir hissəsini 1,5 m hündürlüyündə daş hasarla hasarlamış və içərisində təxminən 70 m² sahəsi olan bir mərtəbəsi daş ev tikmişdir. Sonuncu həmin evi 1994-cü ildə 7500 ABŞ dollara ona satmışdır. Razılaşmaya əsasən o, həmin bağ evini onun adına rəsmiləşdirməli, yəni torpaq üzərində dövlət qeydiyyatına aldırmalıvə sonradan R.H.Məmmədov həmin bağ evini alqı-satqı ilə onun adına keçirib rəsimləşdirməli idi. Sonuncudan evi aldıqdan sonra orada 260,9 m² ərazisi olan yaşayış evi tikmişdir. 2006-cı ildə 6 saylı notariat kontorunda R.H.Məmmədov öz adından bağ evi üzərində onun huquqlarının dövlət qeydiyyatını təşkil edib mülkiyyət çıxarışı almasıüçün ona etibarnamə vermişdir. Sonuncu 2008-ci ildə rəhmətə getmiş, onunla aralarında olan ilkin razılaşmaya əsasən qeyd edilən etibarnamə ilə DƏDRX-ə müraciət etmiş, həmin müraciət əsasında xx.xx.2012-ci ildə ********** qeydiyyat nömrəsi ilə R.H.Məmmədov Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 902 ünvanda yerləşən 12 sot, yəni 0,12 hektar torpaq sahəsində 260.9 m2 bağ evinin mülkiyyətçisi kimi tanınmış, sonuncunun adına həmin bağ evi ilə bağlı DƏDRX-dən Seriya RX № ******* nömrəli çıxarış» və xx.xx.2012-ci il tarixli “texniki pasport” verilmişdir, çıxarışın əsli ona təqdim edilmişdir. O, torpaq sahəsini öz adına alqı-satqı etmək üçün həmin dövrün qaydalarına əsasən R.H.Məmmədovun adına olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2012-ci il tarixli, 11/22793 saylı arayış da almışdır. Beləliklə, 2012-ci ilin yay aylarının sonunda o, həmin bağ evini öz adına alqı-satqı etmək istədikdə ona torpağı aldığı R.H.Məmmədovun öldüyünü öyrənmişdir. O, mərhum R.H.Məmmədovun ailə üzvlərini də axtardıqda onların Azərbaycanda yaşamadıqları məlum olmuşdur. Ona görə həmin torpaq sahəsini öz adına alqı-satqı edə bilməmiş və baş vermiş hadisəyə qədər həmin bağ evində mərhum R.H.Məmmədovun onda olan sənədləri ilə qalmışdır. M.C.Rüstəmovu təxminən 2015-ci ildən tanıyır, sonuncu özünü ona DƏDRX-nin əməkdaşı kimi təqdim etmiş, müəyyən pulun müqabilində istənilən şəxsə əmlakla bağlı sənədlər təşkil edə, əmlaklarını rəsimləşdirə biləcıyini bildirmişdir. 2020-ci ilin avqust ayının ortalarına yaxın sonuncu ilə təsadüfi görüşündə ona torpaq sahəsi ilə bağlı olan vəziyyəti izah etmiş, o isə həmin bağ evinin onun adına rəsmiləşdirilməsinin mümkün olduğunu, 10.000 manat məbləğində pulun müqabilində ən geci üç ay ərzində onun hüquqlarının DƏDRX-də rəsimləşdirilməsinə nail olub bunu təsdiq edən mülkiyyət çıxarışınının ona təqdim ediləcəyini bildirmişdir. Bunun üçün ona pul ilə yanaşı, şəxsiyyət vəsiqəsinin kserosurəti, onun adına müəyyən işləri görməsindən ötrü verilmiş etibarnamə, mərhum R.H.Məmmədovun adına verilmiş DƏDRX-dən RX seriyalə, ******* nömrəli “çıxarış” və sonuncunun sağlığında ona verdiyi etibarnamənin əsllərinin lazım olduğunu bildirmişdir. 13 avqust 2020-ci ildə sonuncuya 6 saylı notariat ofisində 3 ay müddətinə, yəni 13 noyabr 2020-ci il tarixə qədər hüquqi qüvvəsi olan, onun adından “ASAN” xidmət mərkəzlərində və Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ərazi idarəsində nümayəndəsi qismində olan sənədləri təqdim edib çıxarış almağı, texniki pasport almağı, bölgü sxemini hazırlayıb imza etməyi, cizgi planlamağı, notariat ofislərdə nümayəndəsi olub adından ərizələr verməyi, əvəzindən imza etməyi, bu taprışıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar etməyi ilə əlaqədar etibarnamə vermişdir. Eyni gün onlar notariatdan çıxıb ünvan 24 ünvanda yerləşən iş yerinə gəlmiş, orada işçisi Şahsəddin Muradovun şahidliyi ilə M.C.Rüstəmova tələb etdiyi 10.000 manat məbləğində pul və həmin bağ evinin mülkiyyətçisinin mərhum R.H.Məmmədov olmasını təsdiq edən DƏDRX-dən RX seriyalı, ******* nömrəli “çıxarış”-ın, R.H.Məmmədovun sağlığında ona verdiyi etibarnamənin əslini vermişdir. O, pulu verəndə M.C.Rüstəmovdan heç bir yazılı qəbz almamışdır. Bir neçə ay sonra sonuncu ona bağ evinin onun adına rəsimləşdirilməsindən ötrü artıq ona verdiyi etibarnamə əsasında DƏDRX-nin Bakı şəhər Ərazisinə müraciət etdiyini bildirərək, müraciət zamanı ödədiyi dövlət rüsumları ilə bağlı qəbzləri də göstərmişdir. Qəbzlərdən həqiqətən sonuncunun onun nümayəndəsi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 902 ünvanda yerləşən 12 sot, yəni 0,12 hektar torpaq sahəsində 260.9 m² bağ evi ilə bağlı hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü DƏDRX-nin Bakı şəhər Ərazinə müraciət etdiyi görünmüşdür. M.C.Rüstəmov işi 2021-ci ilin əvvəllərinə qədər uzatmış, bundan sonra o, 2021-ci ilin yaz aylarında sonuncuyla görüşüb, ondan qəbzləri götürüb özü DƏDRX-nin Bakı şəhər Ərazisinə yollanıb orada sənədləşmənin niyə gecikməsini soruşduqda sənədlərin araşdırmada olduğu bildirilmişdir. 2021-ci ilin aprel ayında polisə çağırıldıqda etibarnamə əsasında nümayəndəsi qismində M.C.Rüstəmovun Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 902 ünvanda yerləşən 12 sot, yəni 0,12 hektar torpaq sahəsində 260.9 m² bağ evi ilə bağlı onun hüquqlarının dövlət qeydiyyatını təsdiq etdirib mülkiyyət çıxarışı almaqdan ötrü DƏDRX-nin Bakı şəhər Ərazinə müraciət edərkən mərhum R.H.Məmmədovun adından onun adına həmin bağ evi ilə bağlı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” saxta şəhadətnamə tərtib etdirib təqdim etdiyi müəyyən olmuşdur. Həmin şəhadətnamə ilkin araşdırma zamanı ona təqdim olunduqda polisə “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” 12 avqust 2020-ci il tarixli, 2V-1/ 212 reyestr nömrəli şəhadətnamənin saxta olmasını, R.H.Məmmədovun ona heç vaxt «vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə vermədiyini bildirmişdir. O, həmin şəhadətnaməni ilk dəfə izahat verərkən polisdə görmüş və bundan sonra M.C.Rüstəmovla əlaqə saxladıqdan o, bu işi notariusda işləyən bir qadınla gördüyünü, ondan aldığı puldan həmin qadına pul verdiyini qeyd etmiş, lakin qadının adını verməmişdir. M.C.Rüstəmov aldığı pulu ona geri qaytarmamış, bağ evi ilə bağlı sənədləşməni həyata keçirməmiş, bağ evini adına rəsimləşdirməmiş, sonradan ondan yayınmaqla, əlaqəni kəsmişdir. O, Bakı şəhəri 42 saylı notariat ofisinin xüsusi notariusu Şahid15 adından tərtib edilmiş edilmiş, məzmununda “15 fevral 2007-ci ildə təsdiq edilən və reyestrdə 2V-47 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 10 iyun 2008-ci ildə ölmüş- ünvan 13 ünvanında qeydiyyatda olmuş X10 vəsiyyətnamə üzrə vərəsəsi ünvan 25 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs3dur (AZE0*******, xx.xx.2012 Səbail RPİ və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri ərazisi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə, **********22-11301, reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli Çıxarışa əsasən, ünvan 26 ünvanında yerləşən mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və ümumi sahəsi 260.9 kv.m olan 6 (altı) otaqlı bağ evindən ibarətdir. Reyesterdə 2V-1/212 ilə qeyd edilib, informasiya sisteminə daxil olunub. 40 manat haqq alınıb. Vərəsəlik işinin nömrəsi. 97 çap tarixi xx.xx.2020 11:27” söz və rəqəmlər yazılmış, dairəvi möhürlə təsdiq edilmiş **********299020 kodu olan müvəkkil edilmiş şəxs tərəfindən imza edilmiş bir vərəqədən ibarət 12 avqust 2020-ci il tarixli, 2V-1/212 reyster nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməni nəzərdən keçirmiş, həmin şəhadətnaməni hazırlamadığını, kimin hazırladığını bilmədiyini, onun hazırlanmasında və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmasında iştirakı olmadığı və bundan xəbərsiz olduğunu bildirmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mövsüm oğlu ifadəsində göstərmişdir ki, Şahid1 2017-ci ilin əvvəllərindən etibarən makler kimi tanımış, sonuncu torpaq alqı-satqısı ilə bağlı divarlara öz mobil nömrələrini qeyd etmiş və əlaqə saxladıqda torpaq alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Həmin dövrdə ona Mərdəkan qəsəbəsində yolun kənarında yerləşən ərazidən özü üçün torpaq sahəsi almaq istəmiş, elanlara baxan zaman o, divarda qeyd olunan mobil nömrəyə zəng etmiş, telefonu açan şəxs özünü Zaur kimi təqdim etmişdir. Sonuncu elanda satıldığı bildirilən torpaq sahəsinin özünün ata-babadan qaldığını və torpağa baxmaq üçün görüşə biləcəyini demişdir. O da Şahid1 bu təklifi ilə razılaşaraq həmin gün onunla Mərdəkan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin yaxnlığında görüşərək torpağa baxmaq üçün getmişdir. Əraziyə baxan zaman o, həmin torpaq sahələrindən birini bəyəndiyini bildirmiş, Şahid1 həmin torpaq sahəsinin qiymətini soruşan zaman, sonuncu torpağın bir sotunun qiymətinin 7.000 manat olduğunu demişdir. Eyni zamanda o, torpağın sənədlərinin qaydasında olmadığını, lakin torpaq ata-babasından qaldığı üçün həmin torpağın kök sənədlərinin olmasını bildirmişdir. Şahid1 torpağın sənədlərini qaydasına salaraq həmin torpaq sahəsini ucuz qiymətə sata biləcəyini, lakin sənədləşmə üçün pul lazım olduğunu bildirmişdir. O da buna görə Şahid1 ilkin olaraq 3.000 manat məbləğində pul vermişdir. Sonuncu ilə görüşlərin birində əmisi oğlu Bayramov Ziyəddinə məxsus torpaq sahəsində gələcəkdə parnik işləri təşkil etmək üçün pul əldə etmək məqsədilə sözügedən ərazini banka girov qoymaq barədə danışmış, ona bu işdə köməklik göstərəcəyinə söz vermiş və bu məqsədlə onu xalası oğlu kimi təqdim etdiyi Şahid17 ilə tanış etmişdir. Şahid17la qan qohumu olduğunu ona Şahid1 özü demiş, lakin, sonrakı hadisələr onların aralarında heç bir qan qohumluğunun olmadığını göstərmişdir. Torpağın girov məsələsi ilə bağlı Şahid17, Şahid1 özünü Zaur kimi təqdim edən başqa şəxslə birlikdə gəlmişdir. Həmin Zaur adlı şəxs banka girov qoymaq işində ona kömək edəcəyini qeyd etmiş və Ayna Sultanova heykəlinin yaxınlığındakı "xxxx" ASC-nin filialına çağırmışdır. O, həmin bankın qarşısına çatanda Şahid17 tanışı zəng etmiş və əlində sənədlərlə bankdan çıxıb ona görəcəkləri iş barədə planı hazırlayacağını və bankdan pul götürücəyini demiş, lakin sonradan Zaur onun telefon zənglərinə cavab verməmişdir. Bundan sonra o, Qala kəndinə getmiş və orada Şahid17la birlikdə Şahid1 tapmış, birlikdə söhbət etmək üçün kəndin girişindəki çayxanada oturmuş, sonuncu ona bank işinin alınmayacağını bildirmişdir. O da iş alınmayacaqdısa, bunu əvvəlcədən onlara deməli olduğunu bildirmiş və onunla münasibətlərini kəsmişdir. Sonrakı günlərdə Şahid1 ona zəng edərək görüşməli olduqlarını bildirmiş, onunla "Çin restoranı"nın yaxınlığında yerləşən ofisə getmişlər. Oraya gedən zaman Təranə adlı qadını ona təqdim edərək torpağın sənədlərini həmin qadının hazırladığını demiş və onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Bundan təxminən 15 gün sonra Şahid1lə görüşüb sonuncuya yenidən 3.000 manat pulu sənədlərin düzəlməsi üçün vermişdir. Sonradan onunla əlaqə saxlayaraq verdiyi pullardan başqa daha 6.000 manat pul lazım olduğunu və Təqsirləndirilən şəxs özünün verə biləcəyini qeyd etmişdir. Bu söhbətin ardınca ertəsi gün X22rşısında yerləşən avtodayanacağın yanında 6.000 manat pulu Təqsirləndirilən şəxs ilə görüşərək vermişdir. On gün sonra o, sənədlərin hazır olubolmadığını öyrənmək məqsədilə Təqsirləndirilən şəxs mobil telefonuna zəng etmiş, lakin cavab vermədiyi üçün sonuncunun ofisinə getmiş, ofis isə bağlı olmuşdur. Bir gün sonra təkrarən həmin ofisin yerləşdiyi ünvana gedən zaman, yenə də ofisin bağlı olduğunu və tanımadığı şəxslərin ofisdə təmir işləri apardığı görmüş, həmin şəxslər ona Təqsirləndirilən şəxs ofisdən köçdüyünü bildirmişdirlər. O, Şahid1 torpağın sənədlərinin hazırlanması ilə bağlı işin nə yerdə olması barədə soruşan zaman sonuncu hər müxtəlif bəhanələrlə onu aldatmış, o da artıq bu sözlərdən bezərək, ona torpağı almaqdan imtina etdiyini bildirmiş və onun torpağın sənədlərinin hazırlanması üçün vermiş olduğu 12.000 manat pulu geri verməsini istəmişdir.Sonuncu isə ona əlində pul olmadığını bildirmiş və Mərdəkan qəsəbəsi ərazisində yerləşən torpaq sahələrinin satılacağı halda pulunu geri qaytaracağını və ya əvəzinə torpaq sahəsi də verəcəyini vəd etmişdir. Pulla bağlı əlaqə saxlayan zaman Şahid1 dostu Seymur Mövlayevlə tanışlığı və münasibətləri yaranmış, bir neçə ay sonra yəni, 2017-ci ilin yay aylarında onlarla avtomobillə gedən zaman Şahid1 Bakı şəhərində yerləşən "Dostluq" kinoteatrının yaxınlığında bir nəfər şəxslə görüşməli olduğunu demişdir. Sonuncu tanımadığı həmin şəxsi onlara təqdim edərək adının Asif olduğunu və torpaq sahəsini almaq istədiyini bildirmişdir. Sonrakı günlərdə o, Şahid1 başqa şəxslərə də torpaq satdığını, işində problemlər yarandığı üçün həmin şəxslərə pul verməli olduğunu öyrənmişdir. Şahid1 həmin şəxslərlə görüşən zaman o və Seymur da onunla birlikdə getmiş, Mərdəkan qəsəbəsində yaşayan adlarını bilmədiyi iki nəfər şəxslə görüşmüşdürlər. Həmin şəxslərdən birinin sonradan Şahid1 torpaq məsələsinə görə borclu olduğu şəxs olan Hacının dayısı Fərzəli olduğunu bilmişdir. O, söhbət əsnasında Hacı adlı şəxsin Şahid1 torpaq satdığı şəxslərdən biri olmasını və torpağın pulunu onun dayısı Fərzəli tərəfindən Şahid1 ödənərək Hacının adına sənədləşdirildiyini bilmişdir. Şahid1 Hacı adlı şəxsin dayısı Fərzəliyə torpaq məsələlərinə pul verməli olduğu üçün sənədlərin əslini Fərzəlinin özündə saxladığını da həmin vaxt bilmişdir. Fərzəlinin Şahid1 ona xalası oğlu kimi təqdim etdiyi Şahid17 adına olan sənədlərin əslini özündə saxlamasının səbəbi Şahid1 Fərzəliyə pul borclu olması və yenidən onu aldatmasını istəməməsi olmuşdur. Həmin vaxt Fərzəli Şahid1 onu aldatmaması üçün yeni alıcı ilə mobil telefonla danışmaq istəmiş, alıcı isə onların Şahid1 və Seymurla birlikdə Bakıxanov küçəsində görüşdükləri və torpaq alıcısı olduğunu deyilən həmin Asif adlı şəxs olmuşdur. Sonralar Şahid1 ona istər torpağın həqiqi sahibi Zərərçəkmiş şəxs7 adından başqa şəxsin adına sənədləşdirməsi, istərsə də həmin torpağın Asif İbrahimovun adından kənar şəxsin adına sənədləşdirilməsinin saxta yollarla edildiyini etiraf etmişdir. Belə ki, ona Zərərçəkmiş şəxs7 adından haqqında bəhs etdiyi Təqsirləndirilən şəxs köməkliyi ilə saxta etibarnamə tərtib edildiyini, sonra həmin etibarnamə əsasında saxta alqı-satqı müqaviləsi hazırlatdığını və sənədləri Dövlət Reyestri Xidmətinə təqdim etməklə həqiqi çıxarış sənədi əldə etdiyini bildirmişdir. Bu üsul torpağın Asif İbrahimovun mülkiyyətindən çıxarılması və sənədləşdirilməsi prosesində də istifadə edilmişdir. 2017-ci ilin avqust ayında Şahid1 və o, Asifin ofisinə getmiş, söhbət əsnasında Şahid1 sonuncu ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsini satmaqla bağlı razılığa gəlmişdir, Asif beh olaraq Şahid1 onun yanında 6.000 ABŞ dolları pul vermişdir. Onların arasında olan razılaşmaya əsasən, Şahid1 Asifə götürdüyü pulu iki ay müddətinə qaytara bilməyəcəyi halda həmin torpağı satıb pulu geri qaytarmağı söz vermiş və yerdə qalan pulu isə Asiflə yarı-yarıya böləcəyini demişdir. Lakin, o, həmin şəxslərin torpağın alqı-satqısı ilə bağlı hansı məbləğə razılaşdıqlarını bilməmişdir. Bundan bir neçə gün sonra Asifin almaq istədiyi torpaq sahəsinin bütün sənədləri Hacının dayısı olan Fərzəlidə olduğu üçün Fərzəli, Şahid17, Şahid1, Asif və o, 51 saylı Notariat Kontoruna yollanmış, Asif isə torpağı sənədləşdirmək üçün Şahid17la birlikdə həmin Notariat Kontoruna daxil olmuşdurlar. Bir qədər gözlədikdən sonra Şahid17 və Asif notariat kontorundan çıxmış, baş tutan alqısatqıdan əldə olunan pulla Şahid1 Fərzəlinin pulunu ödəyərək torpağın sənədlərini sonuncudan almışdır. Bundan bir neçə gün sonra Asif ondan həmin kəndə gələrək onunla görüşmüş və Asifə yolun üstündə Bilgəh kəndinə gedən yolun kənarında yerləşən təxminən 12 sot sahəsi olan yer göstərmişdir. Lakin Asif həmin yerlə heç maraqlanmayıb çıxıb getmişdir. Növbəti günlərdə Şahid1 ona zəng edərək Asifin onun Şahid1 yanına gəlməsini xahiş etdiyini bildirmiş, o da Asifin ofisinə yollanmış və Şahid1 həyat yoldaşı və xalası qızı olan Mədinə adlı qadının Asifin ofisində olduqlarını görmüş, aralarında torpaq alqı-satqısı ilə söhbət etmişdirlər. Ertəsi gün, yəni Asifin ofisində torpağın alqı-satqısı məsələsi ilə bağlı razılaşmadan sonra o, Şahid1 həyat yoldaşı Mədinə ilə birlikdə Notariat Kontoruna getmişdirlər. Asif və bir neçə tanımadığı şəxs oraya gəldikdən sonra o, Notariat kontorundan çıxıb çöldə Mədinəni gözləməyə başlamışdır. Mədinə ilə Asif arasında baş tutan alqı-satqının hansı məbləğdə aparılmasını bilməmişdir. O, Asiflə sonuncu dəfə 2018-ci ilin 1-may aylarında "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən "Atatürk parkında"da görüşmüşdülər. Həmin görüş vaxtı orada dostları Seymur və Ramil də olmuşlar, içib söhbət edən zaman Asif Şahid1 barədə irad bildirərək torpağını hələ də əldə edə bilmədiyini və Faizənin adına aldığı torpaq sahəsini Şahid1 saxta sənədlərlə başqa bir nəfərə satdığını bildirmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2017-ci ilin əvvəllərində Xəzər rayonu Şüvəlan qəsəbəsində əmlak satıcısı Novruz və tanışı Z.R,Musayev ona yaxınlaşaraq dostları Şahid17 xəstəsi olduğunu və Mərdəkan rayonu, Arzu Şadlıq evinin yanında yerləşən 0.12 ha torpaq sahəsini satdığını bildirmişdir. Torpağın dəyərinin 90.000 manat məbləğində olduğunu, lakin təcili satdıqlarına görə 60.000 manat məbləğində qeyd olunan torpaq sahəsini sata biləcəyəni qeyd etmişdirlər. O, torpaq sahəsinə baxdıqdan sonra həmin şəxslərə alqı-satqıya edə biləcəklərini bildirmiş və Şahid17 ilə Şahid10 arasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmışdır. O, torpağı bacanağı Faiqin oğlu Hacının adına almışdır. Qeyd olunan torpaq sahəsi üçün 60.000 manat məbləğində pul vəsaitini Şahid17 ödəmişdir. Həmin torpağa çıxarış aldıqdan sonra qeyd olunan torpaq sahəsində tikinti aparmaq istəyən zaman bir nəfər hazırda xatırlamadığı şəxs yaxınlaşaraq torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, o isə öz çıxarışını həmin şəxs göstərib qanuni yolla alqı-satqı etdiyini bildirmişdir. Bundan sonra orada tikintini dayandırıb, Şahid17 hansı səbəbə ona mübahisəli torpaq satdığını bildirmişdir. Bundan sonra Şahid17 ona etibarnamə verməsini, Şahid17 da həmin torpağı girov qoyacağını və ona 30.000 manat pul verəcəyini bildirmişdir. O, Şahid17la razılaşmış, bundan sonra həmin torpaq sahəsinə dair Şahid10 adından Şahid17 adına etibarnamə vermişdilər. Sonradan Şahid17 həmin torpaq sahəsini kimə satması barədə məlumatı olmamışdır. Həmçinin, qeyd olunan torpaq sahəsinin sənədlərinin saxta olması ilə əlaqədar adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs7 Nizami RPİ-yə müraciət etmiş, orada araşdırma aparılmış, lakin araşdırmanın nəticəsi barədə məlumatı olmamışdır.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X45 ilə yaxın münasibəti olduğundan çox vaxt qardaşı Asif Abdullayevin işlədiyi “Güvən” avtomobil kirayə ofisinə gəlib-getmişdir. S.O.Kərimovdan başqa ofisə beş il müddət avtomobil alveri edən kimi tanıdığı Seymur, sonuncunun tanışı kimi Şahid1 adlı şəxslər də gəlib getmişdir. Sonuncunu həm də avtomobil kirayə ofisindən qardaşına digər şəxslərə məxsus avtomobil kirayə götürdüyündən onu müştəri olaraq da tanımışdır. Sonuncu söhbət zamanı torpaq satışı ilə də məşğul olduğunu və hazırda Şüvəlan qəsəbəsində 24 sot torpağı satmaq istədiyini bildirmiş, o da S.O.Kərimovun torpaq almaq istədiyini bildiyindən, sonuncuya bu barədə məlumat vermiş və 2018-ci ilin fevral ayında S.O.Kərimov ilə Şahid1 ofisdə görüşdürmüşdür. Sonuncu torpağı öz adına sənədləşdirib alan şəxsin adına alqı-satqı etməsi üçün qabaqcadan 10.000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. S.O.Kərimov Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən dairənin yaxınlığında Şahid1 ilə görüşərək 10.000 manat məbləğində bir bağlama pulu onun iştirakı ilə sonuncuya vermişdir. Şahid1 isə 10-15 gün müddətində sənədin hazır olacağı vədini vermiş və pulu sənədi hazırlayan Təqsirləndirilən şəxs çatdıracağını bildirmişdir. S.O.Kərimov işi olduğu üçün getdiyindən o özü Şahid1 ilə pulu verəcəyi şəxsi görmək üçün getmişdir. O da guya yolda düşəcəyini deyərək Zaurun özünün kirayə götürdüyü “Accent” markalı ağ rəngli sedan tipli avtomobillə Nizami rayonu, “Planet” şadlıq evinin yaxınlığına getmişdilər. Orada Zaur maşından düşüb onun idarə etdiyi avtomobillə qarşı qarşıya dayanmış qara rəngli Mersedes-Benz markalı **-KM-*** dövlət qeydiyyat nişanlı CK modelli Şahid5 idarə etdiyi avtomobilə yaxınlaşmışdır. Avtomobildən sarı saçlı, sonradan adının Təranə olduğunu bildiyi qadın düşərək Zaurla görüşmüş və Zaur Sahib müəllimdən aldığı pulları Təranəyə vermişdir. O, Zaurun maşınında tək qaldığından istifadə edib avtomobilin qeydiyyat nömrə nişanın mobil telefonu ilə çəkmiş və bu məlumatı Sahib müəllimə ötürmüşdür. Bundan sonra Zaur kirayə götürdüyü avtomobillə onu gətirib ofisin qarşısında düşürməzdən əvvəl yaxınlıqda olan “Murad” çay evində oturub çay içmişlər. Söhbət zamanı ona danışmışdır ki, yaxın 10-15 gün ərzində torpağın sənədləri hazır olacaq, sənəd işlərini Təranə adlı qadın hazırlayır və sənəd hazır olan kimi Təranədən alıb gətirəcəkdir. Təxminən 10-15 gün müddət ərzində Zaur özü yenə də ofisə gəlib gedəndə sənədin hazır olub-olmamasını Zaurdan soruşmuşdur. Zaur isə Təranə dediyi qadına zəng edib nəticəsini soruşduqda etibarnamənin hazır olduğunu demişdir. O, Zaurdan sənədi gətirməsini xahiş etmiş və bu barədə Sahib müəllimə məlumat vermişdir. Gün ərzində onlar yenidən görüşmüş və Zaur ona bir ədəd etibarnamə vermiş və o da həmin etibarnaməni Sahib müəllimə çatdırmışdır. Sahib müəllim isə həmin etibarnamənin qanuni sənəd olub-olmamasını yoxladıqda ona zəng edib saxta olduğunu və Zaurun onları aldatdığını bildirmişdir. O, bu barədə Zaura zəng vurduqda sonuncu belə bir şeyin mümkün olmadığını deyərək onun iştirakı ilə Təranə dediyi qadına zəng etmiş və qadınla hansı məzmunda danışdığını bilməsə də özü indi xatırlamadığı Təranə adlı qadına məxsus mobil nömrəni alıb özü şəxsən qadınla danışmış və Təranə etibarnamənin saxta olmasının mümkün olmayacağını, pulun isə onda olduğunu etiraf etmiş, bütün sənədləri hazırlayacağını bildirmişdir. Sahib müəllim özü dəfələrlə həmin qadınla danışsa da Sahibə müxtəlif vədlər verib aldatmağı davam etdirmişdir. Zaura bu barədə öz narazılığını bildirdikdə Zaur da pulun Təranədə olduğunu demişdir. Aradan müəyyən vaxt keçmiş ona Zaurun yoldaşı zəng edərək Zaurun Nizami RPİ-də həbs olunması barədə məlumat vermişdir. O da bu haqda Sahib müəllimə demişdir. Müəyyən vaxt sonra isə məlum olmuşdur ki, Zaur həbsdən azad olunub və onunla dostluq edən Seymur adlı şəxs həbs olunub. Bununla bağlı Zaurla əlaqə saxlamış və Nizami rayon məhkəməsinin qarşısında olduğunu dedikdə həmin yerə getmişdir. Orada Zauru və Seymurun torpaq məsələlərində adı hallanan Məzahir adlı şəxsi görmüşdür. Onlar öz aralarında Seymurla bağlı kənarda söhbət etmişdilər. Sonradan Sahib müəllimdən ona məlum olmuşdur ki, Zaur anası Esmira ilə birlikdə Sahibdən əlavə olaraq 11.500 manat bir neçə dəfəyə pul alıb aldatmışlar.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Şahid1 onun ögey xalası Esmiranın oğludur. Onunla 6-7 ay müddət ər-arvad olaraq yaşamışdır. Həmin vaxtda Zaur və onun vasitəsi ilə tanıdığı Məzahirin göstərişi ilə sahibi başqa şəxs olan ünvan 27 ünvanında yerləşən 0,2162 ha torpaq sahəsinin sənədlərini saxtalaşdırma prosesində iştirak etmiş və həmin prosesdə onların tapşırığı əsasında reyestr xidmətinə, notariat kontorlarına və sair ünvanlara getmiş və sənədlər üzərində imza atmışdır. Torpaq sahəsi onun adına sənədləşdirildikdən sonra həmin çıxarış sənədi Zaura verilmişdir. Sonuncu ona bildirmişdir ki, Məzahir başqasının adına olan torpaq sahəsini sənədləşdirmək istəyir və bu məqsədlə ona etibarlı biri lazımdır. Zaur da Məzahirin etdiyi təklifi ona edərəkşəxsiyyət vəsiqəsini verməyi xahiş etmiş və o şəxsiyyət vəsiqəsini Məzahirə vermişdir. Hətta Məzahir ona bu işdə iştirakına görə 15.000 manat pul verəcəyinə söz də vermişdir. Ona izah edilmişdir ki, Məzahir, torpağın həqiqi sahibi Asif Yusifovun portal sənədini əldə etdikdən sonra həmin portal sənədi Təranəyə təqdim etməklə Şahid17 adına saxta etibarnamə hazırlatmış, Şahid17 Dövlət reyestr xidmətinə ərizə ilə müraciət edərək, Asif Yusifovun adına olan çıxarış sənədini dublikatını əldə etmiş, daha sonra Məzahirin tapşırığı əsasında Şahid17la onun arasında Təranə tərəfindən saxta alqısatqı müqaviləsi hazırlanmışdır. Həmin müqavilə ona Məzahir tərəfindən Dövlət Reyestr Xidmətinin Suraxanı rayon şöbəsinin qarşısında təqdim edilmiş, o da həmin alqı-satqı müqaviləsinə imza edərək həmin müqaviləni həmin quruma təqdim etmişdir. Məlumat üçün bildirmişdir ki, onunla həmin dövlət qurumuna Məzahir də daxil olmuş, Zaur isə çöldə gözləmişdir. Həmin çıxarış sənədi olan torpaq sahəsi sonradan Zaur və Məzahir tərəfindən Asif İbrahimova satılmalı idi və o bu prosesdə iştirak etmişdir. Belə ki, Zaur ona demişdir ki, Məzahir və Zaur adına olan çıxarış sənədini Asif İbrahimovda girov qoyub ondan müəyyən məbləğdə pul vəsaiti almışlar, torpaq onun adına olduğu üçün Asif müəllim onun tərəfindən özünə etibarnamə tələb etmiş və bu məqsədlə də Məzahirlə 51 saylı notariat kontoruna gəlmiş və həmin notariat kontorunda onun tərəfindən X12 reyestrdə 12676 nömrəsi ilə qeyd edilmiş xx.xx.2017-ci il tarixli etibarnamə verilmişdir. Adına olan çıxarış sənədi Asif müəllimin yanında girova qoyulduğu vaxtlarda Niyaz ona demişdir ki, həmin torpaq sahəsinin həqiqi sahibi ona müraciət edib torpağının ona qaytarılmasını tələb etmişdir. O da bu məqsədlə Niyazla bərabər ünvan 27 ünvanında yerləşən 0,2162 ha torpaq sahəsinin adına çıxarılmış çıxarış sənədini etibarsız hesab etdirmək və torpağı sahibinə geri qaytarmaq üçün Niyazinin tapşırığı ilə reyestr xidmətindən sənədin dublikatını almaq üçün ərizə yazmışdır. Həmin vaxt Zaur və Məzahir onun bu hərəkətlərindən xəbər tutmuşlar. Zaur onunla telefon əlaqəsi yaratmış, ondan taksi ilə metronun Qara Qarayev stansiyasının qarşısına gəlməyini istəmiş, orada Zaurun idarə etdiyi Kia Serato markalı avtomobilə əyləşmişdir. O, bir qədər sonra Məzahirin də arxasınca gəldiyini bilmişdir. Həmin avtomobil Range Rover markalı avtomobil olmuş, maşını Məzahir idarə etmiş və Seymur sərnişin kimi əyləşmişdir. Zaur onu köhnə İnqilab, hazırki Həsən Əliyev prospekindəki Asan Xidmətin qarşısına gətirmişdir. Zaur onu Məzahir və Seymura təhvil vermiş və özü getmişdir. O, Məzahir və Seymurla birlikdə Asan xidmətdəki notariat kontoruna yaxınlaşmış və Məzahir ona 1 gün müddətində yeni şəxsiyyət vəsiqəsi almaq üçün lazım olan rüsumu ödəmiş və elə həmin gün şəxsiyyət vəsiqəsi alınmışdır. Məzahir onun şəxsiyyət vəsiqəsini özündə saxlamışdır. Həmin gün onun üçün yeni şəxsiyyət vəsiqəsinin alınmasına səbəb onun əvvəlki şəxsiyyət vəsiqənin Niyaz tərəfindən alınaraq özündə saxlanılması və geri qaytarılmaması olmuşdur. Sonra Məzahir və Seymur onu sonuncunun Qara Qarayev metrostansiyası yaxınlığındakı evində saxlamışlar. O, həmin mənzildə məcburən saxlanılmamış, ona izah edilmişdir ki, Niyazin niyyəti torpağı həqiqi sahibinə qaytarmaq deyil, o, torpağı yenidən satmaq istəmişdir. Ona görə də o, bir neçə gün Seymurun evində yaşamağa razılıq vermişdir. Səhəri gün Məzahir və Seymur onu Həsən Əliyev prospektində yerləşən Asan Xidmətin nəzdindəki notariat kontoruna gətirərək onun adından Seymurun adına etibarnamə verdirmişdir. Daha sonra bilmişdir ki, Seymur da Zaurun adına etibarnamə vermiş və ünvan 27 ünvanında yerləşən 0,2162 ha torpaq sahəsi onun nümayəndəsi sayılan Zaur tərəfindən Asifə alqı-satqı edilmişdir. Ona heç kim iştirak etdiyi əməliyyatlara görə pul vəsaiti verməmişdir.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Şirvan Abbasov onun oğludur və sonuncu 2020-ci ilin dekabr ayına kimi 6 saylı notariat kontorunda mütəxəssis vəzifəsində çalışmışdır. Şirvan Abbasov öz qulluq mövqeyindən sui-istifadə edərək bir neçə şəxsin pulunu mənimsəyib dələduzluq etdiyi üçün vəzifəsindən azad edilmişdir. Sonuncu cinayəti törətdikdən sonra xx.xx.2020-ci ildən etibarən oğlu Şirvanı görməmiş və onunla hər hansı bir əlaqəsi olmamışdır. O, eşitdiyinə əsasən, Şirvanın dələduzluq edərək bir neçə şəxsin pulunu mənimsədiyi üçün ölkə ərazisini tərk edərək Türkiyə Respublikasına getmişdir. Halhazırda yaşadığı ünvan yəni, ünvan 28nən 4-5 il müddət olar ki, onlara məxsusdur və qızı Aynur Abbasovanın adına rəsmiləşdirilmişdir. Oğlunun ondan ayrı yaşaması səbəbindən törətdiyi əmməllərdən heç bir məlumatı olmamışdır və atası olaraq oğlu Şirvanın dələduzluq etməsi faktına şübhə edir.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə Xalidəyə növbəti dəfə verdiyi vədi ilə bağlı Məzahirlə birlikdə 5.000 manat məbləğində pul verdikdən bir neçə gün sonra Məzahir ona zəng edərək onunla 8-ci kilometr ərazisində görüşdükdə ondan Xalidəyə pul verməyə gedərkən onun da gəlməsini xahiş etmişdir. O, razılaşmış və Məzahir onunla görüşəndən sonra bilmişdir ki, həmin sonuncu Vəluyullah adlı şəxsdən 10.000 manat məbləğində pul almış, Xalidə həmin pulun müqabilində Vəliyullahın qaldığı Bilgəhdəki bağ evinə çıxarış çıxaracaqmış. Məzahir ona bildirmişdir ki, həmin bağ evinin sahibi ölüb, Xalidə həmin bağ evinin sahibinin adından Vəliyullah adlı şəxsə vərəsəlik çıxaracaq, bundan sonra da həmin Vəliyullahın hüquqları dövlət qeydiyyatına alınacaq və ona Dövlət Reyesteri xidmətindən mülkiyyət çıxarışı veriləcəkdir. Vəluyullahı tanımır, onunla Məzahir görüşüb pul almışdır. Beləliklə o, Məzahirin xahişi ilə onu idarə etdiyi Opel Astra minik markalı, az **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xalidənin bildirdiyi yerə, yəni ünvan 12 ünvanda yerləşən 17 saylı uşaq poliklinikasının arxasına aparmışdır. Orada Xalidə onlarla görüşmüş və şəxsən onun şahidliyi ilə X33 n Vəliyullah adlı şəxin Bilgəhdəki bağ evinə mülkiyyət çıxarışı təşkil edilməsindən ötrü 10.000 manat məbləğində pul vermişdir. Xalidə həmin pulu sayıb Məzahirdən götürmüş və ona da bildirmişdir ki, dediyi vaxtda vədini yerinə yetirəcəkdir. Lakin, Xalidə ona verdiyi vədi yerinə yetirmədiyi kimi həmin vədi də yerinə yetirməmişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 notariusda işlədiyi müddətdən tanımış, əvvəllər sonuncunun qanuni vərəsəlik işlərini görmüşdür. Həmin vaxtdan da Mir Daməd onu notariusda işləyən şəxs kimi tanımışdır. 2018-ci ilin sonlarında Mir Daməd ona zəng edərək xarici dövlətdə Rusiya Federasiyasında yaşayan Taleh adında dostunun olduğunu, sonuncunun ünvan 29 ünvanda yerləşən ərazidə 0,1091 hektar torpaq sahəsi olduğunu və həmin topraq sahəsi atasından qalmış olsa da, sənədlərdə Fərəc-zadə Həcər Nəcəfovnanın adına qeyd olunduğunu bildirmişdir. X72-zadənin öldüyünü, sonuncu tərəfindən Talehə verilmiş etibarnamə olduğunu və həmin torpaq sahəsini Talehin arvadının adına rəsmiləşdirib çıxarış verilməsinə köməklik etməyi xahiş etmişdir. Belə ki, həmin torpaq sahəsi üzərində Mir Damədin bildirdiyi şəxsin hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsindən ötrü Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri İdarəsinə müraciət edilməsi üçün mütləq torpağın mərhum sahibi Həcər Fərəc-zədə adından Mir Damədin bildirdiyi Şahid13 adına notarial qaydada təsdiq olunmuş «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə təşkil olunmalı, yaxud da Həcər Fərəczədənin vərəsələrinin adından Şahid13 torpaq alqı-satqı edilməli idi. O, həmçinin notariat ofislərində etibarnamənin yoxlanılması zamanı tərəflərin sağ və ya ölü olmasını görmək mümkün olduğunu bildiyindən Təqsirləndirilən şəxs adlı tanışına müraciət etməyi düşünmüşdür. Sonuncu ona əvvəlcədən notariatlarla sıx əlaqəsi olduğunu, birdən köhnə tarixə, şikayət olmayan etibarnamələr, vəkalətnamələr olsa ona müraciət edə biləcəyini, müəyyən məbləğdə pulun müqabilində notariatda işləyən tanışlarının vasitəsi ilə istənilən şəxsə notarial qaydada rəsmi təsdiq olunmuş vəkalətnamə, etibarnaməni təşkil edə biləcəyini bildirmişdir. Həmçinin həmin sənədləri qanuni sənədə oxşadaraq, imza və möhürü həqiqi notariatın imzası və möhürü ilə edəcəyini, sistemdə də yoxlasalar hər şeyin düz çıxacağını bildirmişdir. 2020-ci ildə artıq Təranə «Şəki» restoranın yaxınlığında icarəyə ofis götürüb evlərin alqı-satqısı ilə məşğul olurmuş, həmçinin müştəriləri olanda notarial əməliyyatların həyata keçirilməsinə yardımçı olurmuş. Ona görə o, şəhadətnaməni Təranənin vasitəsi ilə təşkil edə biləcəyini fikirləşib Mir Damədə həqiqətən telefonda və sonra görüşdükdə 7.000 manat məbləğində pulun müqabilində ən geci iki ay ərzində ünvan 29 ünvanda yerləşən ərazidəki 0,1091 hektar torpaq sahəsi üzərində Şahid13 hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri İdarəsində dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil edərək rəsimləşdirilib bunu təsdiq edən Dövlət reysterindən mülkiyyət çıxarışının ona təqdim olunmasına nail olacağını bildirmişdir. Bunun üçün ona 7.000 manat məbləğində pul, torpaqla bağlı mərhumun Həcər Fərəc-zadənin adına olan order, onlarda olan sənədlər, mərhum Həcər Fərəc-zədənin Taleh Quliyevə və ya Kəmalənin atası Məlki İbrahimovun adına verdiyi etibarnamə, Şahid13 şəxsiyyət vəsiqəsi, Həcər Fərəc-zadənin ölüm şəhadətnaməsi lazımdır. O, Mir Damədə həmin 7.000 manat pulla mülkiyyət çıxarışının alınmasından ötrü rüsumları ödəyəcək, onun Əmlak Məsələləri DƏDRX-də işini görəcəyi adamlara pul verəcək, yerdə qalan pulu da zəhmət haqqı kimi özünə götürəcəkdir. Mir Daməd pulu hissə-hissə verə biləcəyini bildirdikdə o, Mir Damədə pulu hissə-hissə də ödəyə biləcəyini, ilkin olaraq 3.000 manat verə biləcəyini, qalanını da qısa müddətə ödəyə biləcəyini bildirmişdir. Həmin vaxt o, hələ Bakı şəhəri 39 saylı xüsusi notariat ofisində kargüzar vəzifəsində işləyirmiş. O, Mir Damədə bildirmişdir ki, həmin çıxarışın alınmasından ötrü sənədləri toplayıb Kəmaləyə verəcəkdir, Kəmalə də həmin sənədlərlə DƏDRX-ə müraciət edər, oradan da, Kəmalənin adına mülkiyyət çıxarışı veriləcəkdir. O, daha X83 barədə danışmamış, Təranəyə sifariş verib «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə təşkil edəcəyini bildirməmişdir. Mir Daməd razılaşmış və ona bildirmişdir ki, bir neçə günə onunla əlaqə saxlayıb pulu verəcəkdir. 2019-cu ilin yanvar ayının ikinci yarısında Mir Damədlə zəngləşib Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki qayaüstü adlanan yer tərəfdə yerləşən «Karvan» şadlıq evinin qarısında görüşmüşdür. O, həmin görüş zamanı da Mir Damədə bildirmişdir ki, 7.000 manat məbləğində pulun müqabilində ən geci iki ay ərzində ünvan 29 ünvanda yerləşən ərazidəki 0,1091 hektar torpaq sahəsi üzərində Şahid13 hüquqlarının DƏDRX-ə dövlət qeydiyyatının həyata keçirilməklə rəsimləşdirilməsinə nail olub bunu təsdiq edən Dövlət Reysterindən mülkiyyət çıxarışını ona təqdim edəcəkdir. Mir Daməd ilkin olaraq həmin günü ona 3.000 manat məbləğində pul, habelə mərhum Həcər Fərəc-zadənin adına olan order, torpaqla bağlı plan-sxemi, mərhum Həcər Fərəc-zədənin Taleh Quliyevə və ya Kəmalənin atası Məlki İbrahimovun adına verdiyi etibarnamənin əslini, Şahid13 şəxsiyyət vəsiqəsinin, Həcər Fərəc- zadənin ölüm şəhadətnaməsinin, vərəsəliklə bağlı digər xatırlamadığı sənədlərin surətlərini vermişdir. O, Mir Damədə bildirmişdir ki, pulun qalanını da, tez ona çatdırsın. Lakin həmin pulu aldıqdan sonra o, həmin 3.000 manatı Mir Damədin işinə görə deyil, şəxsi məsrəflərinə, xatırlamadığı başqa müştərilərin işinə görə sərf etmişdir. 2019-cu ilin yanvar ayının sonlarında Mir Damədlə zəngləşib ondan pulun qalanını verməsini istəmişdir. Mir Daməd həmin günü onunla yenə də, «Karvan» şadlıq evinin qarısında görüşüb ona mülkiyyət çıxarışının təşkili ilə bağlı verdiyi vədi ilə əlaqədar əlavə olaraq 2000 manat da pul vermişdir. O, həmin 2.000 manatı da Mir Damədin işinə görə deyil, şəxsi məsrəflərinə, xatırlamadığı başqa müştərilərin işinə görə sərf etmişdir. 2019-cu ilin fevral ayının əvvəllərində o, şəxsi başqa işləri ilə bağlı 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində olanda Mir Damədə zəng edib onu həmin mərkəzə çağıraraq orada mülkiyyət çıxarışının təşkili ilə bağlı verdiyi vədi ilə əlaqədar Mir Daməddən əlavə olaraq 2.000 manat da pul almışdır. Həmin pulu da, o, Mir Damədə məlumat vermədən şəxsi məsrəflərinə sərf etmişdir. X53 7000 manat da pul vermişdir. Sonra o, Mir Damədə verdiyi vədin yerinə yetirilmə tarixini uzatmağa başlamışdır. Təranəyə hələ pulla müraciət etməmişdir. 2020-ci ilin yanvar ayında onun yenə başqa işlərinə görə pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, Mir Daməddən yenə də pul alsın. Ona görə Mir Damədə zəng edib demişdir ki, ona verdiyi vədi ilə əlaqədar işlərin aparılması üçün verdiyi 7.000 manat kifayət etmir, əlavə olaraq 3.000 manat da verməlidir. Mir Daməd bu dəfə də ona inanıb razılaşmışdır. O, həmin vaxtı Mir Damədi Əmlak Xidmətləri Məkanının çağırıb orada Mir Daməddən daha 3.000 manat pul almışdır. Həmin vaxtı səhv etmirsə o, Kəmaləgilin adından Əmlaka müraciət etmişdir ki, mərhum Həcərin adına olan torpağın sənədinin kökünü arxivdə yoxlatdırsın. Lakin həmin müraciətin cavabını almağını xatırlamır. O, Mir Damədə bildirmişdir ki, narahat olmasın iş gedir. Bundan sonra o, eyni qaydada, yəni yenə pul lazım olduğunu Mir Damədə bildirib ondan 2020-ci ilin fevral ayında «Karvan» şadlıq evinin qarşısında 1.000 manat və sonra 500 manat olmaqla daha 1.500 manat məbləğində də pul almışdır. Həmin pulları da, o, Mir Damədə demədən ona verdiyi vədi ilə bağlı deyil, şəxsi məsrəflərinə sərf etmişdir. Beləliklə 2020-ci ilin fevral ayının ortalarına qədər o, Mir Daməddən mülkiyyət çıxarışı təşkil etməyi ilə bağlı verdiyi vədi ilə əlaqədar ümumilikdə 11.500 manat manat məbləğində pul almışdır. 2020-ci ilin avqust ayında o, tanışı Təqsirləndirilən şəxs “Şəki” restoranın yaxınlığında yerləşən ofisinə yollanıb orada onunla görüşərək ona müraciət edən Mir Damədin dediklərini bildirmiş, yəni Təranəyə demişdir ki, Mir Daməd adlı bir şəxs var, həmin Mir Damədin tanışı Rusiyada qalır, onların ünvan 30 ünvanda yerləşən ərazidə 0,1091 hektar torpaq sahəsi var, həmin torpaq sahəsi mərhum Həcər Fərəc-zadənin adına sənədləşdirilib, Taleh istəyir ki, həmin torpaq üzərində Şahid13nin hüquqlarının dövlət qeydiyyatı həyata keçirilib mülkiyyət çıxarışı verilsin, Həcər Fərəc-zadə öldüyündən həmin torpaq sahəsini adlarına rəsimləşdirilməmişdir, Həcər Fərəc-zadə sağlığında onlara etibarnamə də vermişdir. Notarial təcrübəsi olan Təranə də onun kimi bilirmiş ki, həmin torpaq sahəsinə Şahid13 adına mülkiyyət çıxarışı alınmasından ötrü mütləq torpaq sahəsinin mərhum sahibi Həcər Fərəc-zadənin adından Şahid13 adına notarial qaydada təsdiq olunmuş «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə təşkil olunmalıdır. Həmin şəhadətnamədə qeyd olunmalıdır ki, guya əvvəl tərtib olunmuş vəsiyyətnaməyə əsasən ölmüş Həcər Fərəc-zadənin vəsiyyətnamə üzrə vərəsəsi Şahid13dır və həmin Kəmalə miras əmlakdan tam hissədə pay almalıdır. Həmin pay da təbii ki, qeyd olunan torpaq sahəsi olmalıdır. O, Təranəyə demişdir ki, artıq bü müraciətə görə müştəridən pul da almışdır. Nə qədər pul aldığını, məbləği Təranəyə bildirməmişdir. Təranəyə demişdir ki, borcun içindədir, ona mərhum Həcər Fərəc-zadənin adından Şahid13 adına «qanun üzrə vərəsəlik hüquq haqqında» şəhadətnaməni təşkil etsin. Təranə ona bildirmişdir ki, onun üçün bu problem deyil, 600 manat pulun muqabilində notariatda işləyən tanışının vasitəsi ilə onun sifariş etdiyi şəhadətnaməni, yəni onların ünvan 30 ünvanda yerləşən 0,1091 hektar torpaq sahəsinin mərhum sahibi Həcər Fərəczadənin adından Şahid13 adına notarial qaydada təsdiq olunmuş «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməni təşkil edəcəkdir. Həmin vəsiyyətnamədə qeyd olunacaqdır ki, guya əvvəl tərtib olunmuş vəsiyyətnaməyə əsasən ölmüş Həcər Fərəc-zadənin vəsiyyətnamə üzrə vərəsəsi Şahid13dır və həmin Şahid13 miras əmlakdan tam hissədə pay almalıdır. Həmin pay da qeyd olunan torpaq sahəsi göstəriləcəkdir. Həmin şəhadətnamə həqiqi şəhadətnamədən fərqlənməyəcəkdir, köhnə tarixə rəsmi qaydada notarial qaydada imza və möhürlə təsdiq olunacaqdır, reysterdən də qeydiyyatdan keçiriləcəkdir. Sistem də yoxlanıldıqda heç bir problem olmayacaqdır. Kəmalə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü həmin şəhadətnaməni başqa sənədlərlə bərabər Əmlak Məsələləri DƏDRX-ə təqdim etdikdə şəhadətnamə problemsiz keçəcək və Kəmalənin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınıb mülkiyyət çıxarışı veriləcəkdir. Mir Daməddən aldığı cəmi 11.500 manat məbləğində pulu da başqa işlərinə görə xərclədiyindən Təranəyə bildirmişdir ki, şəhadətnamənin hazırlanması üçün 600 manat yox 300 manat pul verə bilər. Təranə buna razılaşmışdır. O, Təranəyə inanmış və 2020-ci ilin avqust ayının ortalarında yenidən Təranənin «Şəki» restoranın yaxınlığında yerləşən ofisinə gəlib torpaq sahəsi ilə bağlı Şahid13 adına mülkiyyət çıxarışının alınmasından ötrü DƏDRX-ə təqdim olunması üçün Həcər Fərəc-zadənin adından Şahid13 adına notarial qaydada təsdiq olunmuş «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamənin hazırlanmasından ötrü Təqsirləndirilən şəxs 300 manat pul, həmçinin Mir Damədin ona verdiyi sənədlərdən Həcər Fərəc-zadənin adına olan torpaqla bağlı çıxarışı, etibarnaməni, ölüm kağınızı, Şahid13 şəxsiyyət vəsiqəsinin surətlərini vermişdir. Təranə ona bildirmişdir ki, həmin şəhadətnaməni 2-3 günə verəcəkdir. Bir neçə gündən sonra, yəni 2020-ci ilin avqust ayının ikinci yarısında Təranə onu ofisinə çağırıb orada ona Bakı şəhəri 42 saylı notariat ofisinin xüsusi notariusu X13 adından tərtib edilmiş məzmununda «xx.xx.2020-ci ildə ölmüş-Bakı şəhəri, D.Bünyadzadə küç, ev 31-15 Fərac-zadə Həcər Nəcəfovnanın vərəsəsi ünvan 21 ünvanında qeydiyyatda olan-Şahid13dır (AZE ********, xx.xx.2012 ASAN 4 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Şəhər Ərazisi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə, **********61 reyster nömrəli, ********* qeydiyyat nömrəli. Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş baş sahəsi 1662 A ünvanında yerləşən 0.1091 ha torpaq sahəsindən ibarətdir. Reysterdə 2V-1/212 ilə qeyd edilib, informasiya sisteminə daxil olunub. 20 manat haqq alınıb. Vərəsəlik işinin nömrəsi 67. çap tarixi xx.xx.2020 11:27» söz və rəqəmlər yazılmış, dairəvi möhürlə təsdiq edilmiş **********299 kodu olan, müvəkkil edilmiş şəxs tərəfindən imza edilmiş bir vərəqədən ibarət xx.xx.2020-ci il tarixli, 2V-1/ 212 reyster nömrəli «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməni və əvvəl verdiyi sənədləri təqdim etmişdir. O, şəhadətnaməni nəzərdən keçirdikdə görmüşdür ki, şəhadətnamə rəsmi qaydada reyesterdə qeydiyyata alınmış, Bakı şəhəri 42 saylı notariat ofisinin notariusu tərəfindən İmza və möhürlə təsdiqlənmişdir. Elə zənn etmişdir ki, Təranəgil həmin şəhadətnaməyə görə Bakı şəhəri 42 saylı notariat ofisinin notariusuna ya xahiş edib və ya pul verib almışlar, şəhadətnamə həqiqidir. O, Təranədən həmin xx.xx.2020-ci il tarixli 2V-1/212 saylı qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə ilə bərabər verdiyi sənədləri də almış və daha sonra, yəni 2020-ci ilin avqust ayının ikinci yarısında Mir Daməd və Kəmalə ilə zəngləşib onlarla «Ulduz» metrostansiyasının yaxınlığındakı Əmlak Xidmətləri Məkanının binasının qarşısında görüşüb onlara Təranənin hazırlatdırıb ona verdiyi, həmin 27 iyul 2020-ci il tarixli 2V- 1/212 saylı «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməni və digər sənədləri verib demişdir ki, Şahid13 hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü bu sənədlərlə DƏDRX-yə müraciət etsinlər. Kəmalə də, həmin sənədlərlə hüquqlarının dövlət qeydiyyatına alınıb mülkiyyət Çıxarışı almasından ötrü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin vaxtı ona verdiyi 27 iyul 2020-ci il tarixli 2V- 1/212 saylı qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməni də DƏDRX-yə təqdim etmişdir. Mir Daməd bir müddət sonra ona zəng edib bildirmişdir ki, DƏDRX-yə müraciət etsə də, rüsümü ödəsə də, heç bir həmçinin, müsbət və ya mənfi cavab Verilməmişdir. Daha sonra o, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində istintaq aparıldıqda bilmişdir ki, Təranənin ondan aldığı 300 manat pulun qarşılığında hazırlatdırıb ona təqdim etdiyi, onun də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün Kəmaləyə verdiyi həmin xx.xx.2020-ci il tarixli 2V-1/212 saylı «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə saxtadır, həmin şəhadətnamənin saxtalığı aşkar olunmuş və bununla bağlı artıq Bakı şəhər Baş Polis İdarəsinə müraciət də olunmuşdur. O, Mir Daməddən aldığı 11.500 manatı özü xərcləmiş, həmin puldan yalnız 300 manat Təranəyə vermişdir. xx.xx.2020-ci il tarixli 2V-1/212 saylı «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməni onun sifarişi ilə Təqsirləndirilən şəxs 300 manata hazırlatdırıb ona təqdim etmişdir, həmin şəhadətnaməni də o, 11.500 manat pul aldığı X73 təqdim etmişdir ki, həmin şəhadətnamə ilə hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü DƏDRX-yə müraciət etsinlər. Kəmalə də müraciət etmiş və həmin şəhadətnamənin saxta olması aşkar olunmuşdur. Təqdim olunmuş şəhadətnamədəki imza, möhür onun tərəfindən icra olunmamışdır, şəhadətnamənin hazırlanmasından xəbəri olsa da, hazırlanmasının özündə iştirak etməmişdir. Təranənin həmin saxta şəhadətnaməni harada hazırlatdırdığını bilməmiş, Təranə bu barədə ona heç bir məlumat verməmişdir. o, Əkbər adlı şəxslə danışmamışdır, belə bir hal olmamışdır. Təranənin saxta sənədləri harada və necə hazırdatdırdığını bilmir, Təranə bunu həmişə ondan ona görə gizlədirmiş ki, o gedib birbaşa həmin şəxsə müraciət etməsin, Təranənin özü bundan qazanc əldə etsin. Şəhadətnaməyə görə 2020-ci ilin avqust ayında Təranəyə müraciət etmişdir, lakin Təranənin hazırlatdırdığı şəhadətnamədə tərtibat tarixi bir ay əvvələ, yəni 2020-ci ilin iyul ayının 27-nə göstərilmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, 2017-ci ilin fevral mart aylarında Mərdəkan qəsəbəsi, keçmiş Əncirlik dəmiryol stansiyası yaxınlığında yaşayan, təxminən 25-30 yaşlı üzdən tanıdığı Zaur adlı şəxs ona təklif etmişdir ki, başqasının adına olan lakin faktiki olaraq ona məxsus torpaq sahəsini alqı-satqı yolu ilə onun mülkiyyətinə keçirərək sonradan bir başqasına satışını həyata keçirməklə əldə edəcəyi qazancdan ona pul verə bilər. Zaurun ona deməsinə görə əmlak Zaurun adında olmasa da faktiki ona məxsus olmuş və əmlak sahibi adından tanışı X38 verilmiş etibarnamə əsasında sonuncu tərəfindən alqısatqı müqaviləsi ilə torpaq sahəsi ona satılacaq və dövlət reyestr xidmətindən torpaq sahəsinə tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi alınacaqdır. Zaur demişdir ki, bütün bu işləri özü təşkil edəcək, o isə alqı-satqı müqaviləsində formal olaraq tərəf kimi çıxış edəcək, sonradan reyestr xidmətindən alınan çıxarış sənədi ona sonrakı alqı-satqı müqaviləsini bağlamağa hüquq verəcək. Torpaq sahəsinin Mərdəkan qəsəbəsi ərazisində yerləşdiyini bilmişdir. Həmin torpağın sənəd üzərində kimə məxsus olduğunu əvvəlcədən bilməmişdir. 2017-ci ilin təxminən mart ayının əvvəllərində Zaur onunla mobil telefonla əlaqə saxladığı vaxt o, 2 saylı marşrut üzrə sərnişin daşıyan avtobusu idarə etdiyi üçün marşrut xəttinin son dayanacağına yaxınlaşdığını Zaura bildirmişdir. Marşrutun sonuncu dayanacağı Ayna Sultanova heykəlinin yaxınlığı idi. O, avtobusun qapılarını açdıqda sərnişinlər avtobusu tərk etmişdilər və bir nəfər avtobusa daxil olub ondan adının Elçin olduğunu soruşub dəqiqələşdirmişdir. O, həmin vaxt anlamışdır ki, həmin şəxs Zaurun onunla görüşə göndərdiyi adamdır. Çünki Zaur bu haqda onunla telefonla danışarkən məlumat vermişdir. Zaur ona demişdir ki, E.Z.Əsgərov torpağın sənəd üzərində sahibindən aldığı etibarnamə əsasında onunla notariat kontorunda qeydiyyatda alınmış alqısatqı müqaviləsi bağlamalıdır və bunun üçün həmin alqı-satqı müqaviləsi onunla görüşə gələn adam tərəfindən düzəldiləcəkdir. O, Zaurun dediyi həmin şəxslə görüşmüşdür. Görüşdüyü şəxsin harada işlədiyini bilməmişdir. Həmin şəxs avtobusun içərisində bir neçə sənəd üzərində ona imza etdirmiş, imza atdığı sənədlərin hansı rəsmi sənədlər olduğunu bilməmişdir. Həmin şəxs orta boylu təxminən 20-25 yaşlarında biri idi. Sənədlərə ona imza etdikdən sonra həmin şəxs avtobusdan düşməyini və şəkil çəkmək üçün əlverişli şəraitdə dayanmağını təklif etmişdir. O, həmin şəxsin göstərdiyi yerdə dayanmış və həmin şəxs onun fotoşəkilini çəkmişdir. Dayandığı yer açıq hava şəraitində, Ayna Sultanov heykəlinin yaxınlığında yaşayış binalarının qarşısı idi. Təxminən bir neçə gün sonra Zaur ona təkrar zəng edib Nərimanov rayonu ərazisində yerləşən Dövlət Reyestr Xidmətinin qarşısına çağırmışdır. Zaurla görüşərkən ona alqı-satqı müqaviləsini və xatırlamadığı digər sənədləri qovluqda verib cibindən hazırda xatırlamadığı məbləğdə pul vəsaiti vermişdir ki, həmin sənədlərlə reyestr xidmətinə yaxınlaşıb sənədləri təqdim etsin, verdiyi pul ilə dövlət rüsumunu ödəyib və onun adına çıxarış sənədinin veriləcəyi barədə bildirişi alsın. O, Zaurun dediklərini etmişdir. Onu da əlavə qeyd etmişdir ki, Zaur qovluqda ona sənədləri təqdim edərkən üzərində X27 və onun fotoşəkili olan alqı-satqı müqaviləsində ona aid qrafada imza etməyini də tapşırmışdır, o da həmin yerə imza etmişdir. Hazırda ona təqdim edilən xx.xx.2017ci il tarixli AN-10598809 seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzərindəki imzanın ona məxsus olduğunu təsdiq edir və həmin sənəd ona Nərimanov rayonu ərazisində Dövlət reystri xidmətinin inzibati binası qarşısında Zaur tərəfindən təqdim edilən alqı-satqı müqaviləsindən biridir, həmin müqavilə üzərindəki onun şəkli notarius əməkdaşı tərəfindən Ayna Sultanova heykəli yaxınlığında çəkilən şəkildir. Həmin şəkildə o, sürücü olaraq çalışdığı şirkətin geyim formasındadır. Dövlət reystri xidməti tərəfindən verilən bildirişdə göstərilən tarixdə o, həmin dövlət qurumuna yaxınlaşmış və çıxarış sənədini əldə etmişdir. Hazırda ona təqdim edilən dövlət reystrindən 405 nömrəli reystr kitabının 38407 nömrəli vərəqində qeydiyyata alınmış ******* seriyalı çıxarış sənədi onun həmin dövlət qurumu tərəfindən verilən çıxarış sənədidir. Məlumat üçün bildirmişdir ki, reyestr xidmətindən əldə etdiyi torpaq üzərində tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədini Zaurun istəyi ilə Zaura vermişdir yəni, sənəd onda qalmamışdır. Torpaq sahəsi tam mülkiyyətinə keçəndən bir neçə gün sonra Zaur həmin torpaq sahəsinə müştəri tapdığını bildirmiş və səhəri gün Mərdəkan qəsəbəsində yerləşən Dövlət Notariat kontoruna gəlməyini xahiş etmiş, səhəri gün günorta saatlarında həmin dövlət notariat kontoruna gəlmiş, orada əvəllər tanımadığı əslən Şüvəlan qəsəbəsində yaşayan Fərzəli adlı şəxslə tanış olmuş, Fərzəli torpaq sahəsini qohumu Şahid10 adına alqı-satqı edəcəyini bildirmişdir. O, həmin notariat kontorunda Fərzəli, Zaur və Hacı ilə birgə olmuşdur. Torpaq sahəsi Zaur ilə Fərzəli arasında əvvəlcədən razılaşdırılmış qiymətə, yəni 60.000 manat məbləğində pula satılmışdır. Müqavilədə satıcı tərəf olaraq o, alıcı tərəf olaraq Şahid10 çıxış etmişdir. Müqavilə Mərdəkan qəsəbəsində yətləşən 7 saylı notariat kontorunun xüsusi notariusu Şahid8 tərəfindən möhürlə təsdiq edilmişdir. Alqı-satqı nəticəsində alacağı 60.000 manat məbləğində pul Şüvəlan qəsəbəsindəki bazarda yerləşən Kapital Bankdakı hesab açılaraq köçürülməli və həmin pulu səhəri günü almalı idi. Zaurun istəyi ilə iştirakı ilə səhəri günü adı çəkilən banka gəlmiş, şəxsiyyət vəsiqəni təqdim etməklə hesabına köçürülmüş 60.000 manat pulu bankdan götürmüş və Zaura vermişdir. Zaur əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlarda iştirak etməyinə görə həmin puldan ona 14.000 manat məbləğində pul vermişdir. Təxminən bir neçə ay sonra Fərzəli onunla görüşmüş və ona bildirmişdir ki, torpaq sahəsində tikinti işləri apararkən bir nəfər şəxsin oraya gəldiyini, tikintini dayandırdığını və həmin torpaq sahəsinin həqiqi sahibinin olduğunu ona bildirmişlər. O, məsələni araşdıracağına Fərzəliyə söz verib telefonla Zaurla əlaqə saxlamış, məsələni əslini maraqlanmış Zaur onu əmin etmişdir ki, əmlak Zaura məxsusdur və alqı-satqı əməliyyatlarında heç bir qayda pozuntusu ola bilməz. Lakin, sonrakı günlərdə aşkara çıxmışdır ki, Elnur adından onun adına həyata keçirilmiş alqı-satqı saxtadır, torpaq sahibi Zərərçəkmiş şəxs7 əmlakı ona satmaq üçün X39 heç bir etibarnamə verməmişdir. Məsələ belə olduğu halda Fərzəli torpağı geri qaytarıb pulunu geri tələb etmişdir. Fərzəli Zaurla öz arasında razılaşmışdır ki, Şahid10 adına çıxarılmış çıxarış sənədi Zaura geri qaytarılır və Zaur hissə-hissə həmin pulu Fərzəliyə ödəyir. Zaur bundan sonra Şahid10 adına olan çıxarış sənədini tanıdığı şəxslərin birinin yanında girov qoyaraq 39.000 manat məbləğində pulu Fərzəliyə qaytarmış və qalan məbləği də qısa müddətə qaytaracağına söz vermişdir. Bundan sonra Zaurla Fərzəli öz aralarında nə söhbət etməsindən onun xəbəri olmamış, Fərzəli bir neçə dəfə onunla əlaqə saxlamış və Zaurun bu məsələni həll edəcəyini demişdir. Zaurun Şahid10 adına olan çıxarış sənədini girov qoyduğu şəxs haqqında heçnə bilməmişdir. Müqavilədə yazılanların həqiqi olduğunu təsdiq etmir, çünki müqavilə notariat kontorunda, yəni kontorun yerləşdiyi binada qeydə alınmamış müqavilə üzərindəki fotoşəkil notariat kontorunda çəkilməmiş, Nigara və va səlahiyyətli nümayəndəsi Elnur Əsgərova onun tərəfindən 50.000 manat məbləğində pul ödənilməmiş, müqavilə 6 saylı notariat kontorunda qeydə alınmamışdır.

20. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu Şahid9 məhkəməyə teleqram ünvanlayaraq xidməti işi ilə bağlı məhkəmə iclasında iştikak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid9 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci ildə saat təxminən 18:00 radələrində Bakı şəhəri, 37 saylı notariat ofisinin notariusu X14 ona zəng edədərk işlədiyi notariat ofisinin əməkdaşı X65 Abbasovla birgə iş görərək notariat hərəkətinin keçirilməsi üçün ona 80.000 manat məbləğində pul verməsi barədə məlumat vermişdir. Eyni zamanda Şirvanın dediklərinə görə həyata keçirilən həmin notariat hərəkətinin yekununun xx.xx.2020-ci ilə qalmasını bildirərək bunun səbəbi barədə maraqlanmışdır. Həmin gün qeyd edilən məbləğdə hər hansı notariat hərəkəti keçirilmədiyindən, habelə Şirvanın vəd verdiyi həmin notariat hərəkəti və onun 37 saylı notariat ofisinin əməkdaşı Alim Qasımovdan 80.000 manat məbləğidnə pul alması barədə heç bir məlumatı olmadığı üçün bu barədə Quluya bildirmişdir. xx.xx.2020-ci ildə Alim Quliyevin özü işlədiyi ofisə yaxınlaşaraq Şirvana notariat hərəkətlərinin keçirilməsinə köməklik üçün 80.000 manat məbləğində pul verdiyini bildirmişdir. O da, öz növbəsində bir daha bu barədə məlumatsız olduğunu bildirərək Şirvana köməklik etmək üçün Şirvanın atası Validin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni Alimə verib, hadisə ilə bağlı onunla danışmasını bildirmişdir. Bundan sonra Alim ofisi tərk edərək getmişdir. Bununla belə Şirvan xx.xx.2020-ci ildən etibarən işə gəlməyərək əmək intizamını pozduğuna görə xx.xx.2020-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin bildirmişdir ki, qeyd edilən hadisədən əvvəl Şirvan həmçinin qohumu Ramil adlı şəxsdən notariat hərəkətlərində istifadə etmək adı ilə hazırda xatırlamadığı məbləğdə pul alması barədə məlumatı olmuşdur. Belə ki, bununla bağlı Ramilin özü ona məlumat vermiş, həmçinin həmin pul barədə məlumatının olub-olmamasını maraqlanmışdır. Şirvan tərəfindən götürülmüş sözügedən pul barədə məlumatlı olmadığından, habelə Şirvan tərəfindən götürülmüş hər hansı məbləğdə pul notariat hərəkətlərinin keçirilməsində istifadə edilmədiyindən bu barədə Ramilə bildirmiş, məsələni öz aralarında və ya hüquqmühafizə orqanlarına müraciət etməklə həll etməsini məsləhət bilmişdir. Bundan əlavə Şirvan yol verdiyi nöqsanlarla bağlı işdən çıxarıldıqdan sonra sonradan adını öyrəndiyi İxtiyar adlı şəxs işlədiyi notariat ofisinə gəlib, Şirvanın mənzil sənədləşdirilməsi adı ilə ondan 80.00 manat məbləğində pul alması barədə məlumat vermişdir. Həmin məsələ barədə məlumatlı olmadığından, habelə həmin ərəfədə Şirvan artıq işdən çıxarıldığından, məsələnin mahiyyəti barədə tam məlumat almayıb, İxtiyara Şirvanın qanunsuz hərəkətləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsini məsləhət bilmişdir. Əlavə olaraq bildirmişdir ki, ona təqdim edilən AM-10598809 nömrəli blankda tərtib edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin sürəti ilə əlaqədar həmin müqavilə sürət olmaqla yanaşı saxtadır belə ki, müqavilənin 2-ci vərəqində çalışdığı 6 saylı notariat kontoru və şəxsiyyəti haqqında məlumatlar göstərilsə də müqavilə üzərindəki imza onun tərəfindən icra edilməmişdir. Bundan başqa müqavilənin saxtalığı 40300 nömrə altında reyestr kitabında qeydiyyata alınması bir daha onu göstərir ki, həmin sənəd saxtadır, hazırda reyestr kitabındakı qeydə alınmış ən sonuncu notariat hərəkəti 280 nömrəsi ilə qeydə alınmışdır. Bundan başqa müqavilənin üzərindəki notarius möhürü olduğunu göstərən və müqavilənin hər iki vərəqinə vurulmuş möhür saxtadır, belə ki, notariat kontorunun həqiqi möhüründə “Dövlət notariusu”, “6 saylı Dövlət notariat kontoru” sözləri qeyd olunmamışdır. Bundan başqa müqavilənin saxtalığı ondan görünür ki, müqavilənin sonunda çap tarixi göstəricilərinin yuxarısında qeyd edilmiş ştrix kod ümumilikdə 11 rəqəm olaraq göstərilmişdir, həqiqətdə isə həmin ştrix kod göstəriciləri ümumilikdə 13 rəqəm təşkil etməlidir. Bundan başqa müqavilənin birinci vərəqində «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi sözlərinin yuxarısında Dövlət Gerbi əksi sözlərin üzərinə çıxmışdır, həqiqi blankda isə Dövlət Gerbi əksi ilə «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» sözləri arasında müəyyən məsafə nəzərdə tutulmuşdur. Hazırda ona təqdim olunan saxta müqavilənin məzmununda tərəf olaraq göstərilmiş Zərərçəkmiş şəxs7 əvəzinə E.Z.Əsgərov və Şahid17 tanımır, belə bir şəxslərlə ünsiyyəti olmamışdır. Araşdırma materiallarına 6 saylı notariat kontoruna aid bir ədəd vərəq üzərində ümumi 09 ədəd əksi köçürülmüş möhürü, 01 ədəd vərəq üzərində özü tərəfindən icra edilmiş 09 ədəd imza nümunəsi, “notariat hərəkətlərinin qeyd edilməsi üçün 40 reyestr (daşınmaz əmlakı özgələninkiləşdirilməsi kitabını xx.xx.2017-ci ildə xx.xx.2017-ci il tarixə) qədər olan qeydiyyat kitabının 31, 32, 33-cü səhifələrinin sürətlərini və həmin səhifələrində notariat hərəkətlərində alqı-satqı müqavilələrinin sürətlərini əlavə etmişdir.

21. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 məhkəməyə teleqram ünvanlayaraq səhhətində olan problemlər ilə bağlı məhkəmə iclasında iştikak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, idarə etdiyi avtomobili sahibi Ələddin adlı şəxsdən qarşılıqlı razılaşma əsasında kreditə götürdüyündən baş etibarnamə əsasında idarə etmişdir. 2012-2013-cü illər ərzində Bakı şəhəri, Nizami rayonu ərazisində "xxxx" MMC-də satış üzrə menecer işləmişdir. 2016-cı ildən Bakı şəhəri, Nərimanov rayonu, “Çermet” adlanan ərazidə ev alqı-satqısı, kirayə, avtomobillərin sığortası işi ilə məşğul olan Təqsirləndirilən şəxs ilə birlikdə işləmişdir. Sonuncu qeyd etdiyi işlərlə bağlı müxtəlif şəxslərlə görüşmüş, torpaq, ev alqı satqısı ilə məşğul olmuş, notariat kontorlarına getməklə onlara sənəd alıb vermişdir. O isə avtomobili ilə Təranəni gəzdirmişdir. Həmçinin, kirayə evlərindən aylıq yığılan pulları topladığından, sığorta pullarını yığdığından ona kiçik məbləğdə məvacib qalırmış. Bu kimi işlərlə 2018-ci ilin oktyabr ayına kimi Təranə işləmişdir. 2018-ci ilin əvvəllərində Təranənin yanına gəlib gedən Zaur adlı şəxsi tanımışdır. Sonrakı vaxtlarda Məzahir, Seymur, Çingiz adlı şəxsləri tanımışdır. Həmin şəxslər tez-tez ofisə gəlib gedirmişlər və aralarında ev, torpaq alış verişindən, sənədləşmə işindən danışmışdılar. Zaur adlı şəxslə 2018ci ilin fevral ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Planet” şadlıq evinin qarşısında görüşərkən Təranə xanımı həmin ünvana idarə etdiyi avtomobilində aparmışdır. Maşında gedərkən Zaurla torpaqdan, sənəddən danışıblar və həmin ünvana çatarkən Zaur da ağ rəngli Akccent markalı avtomobillə gəlmişdir. Təranə xanımın danışıqlarından başa düşmüşdür ki, Zaurdan pul götürmək üçün görüşə getmişdir. Həmin vaxt sükan arxasından düşməmiş və Təranə maşından düşərək Zaur adlı oğlanla görüşüb yenidən maşına əyləşmiş və qayıdıb ofisə getmişdilər. Zaurdan hansı məbləğdə pul aldığını nə məqsədlə aldığını bilməmiş və ona bu barədə heç nə deməmişdir. Sonrakı aylarda ofisə Məzahir adlı şəxs Zaurla gəlib getmişdilər. Şəhərin müxtəlif yerlərində 28 May metrostansiyası yaxınlığında, “Gənclik”-də idarə etdiyi avtomobillə Təranə xanımı Məzahirlə görüşə aparmış və həmin şəxslər maşında oturub söhbət edərkən düşüb kənara çəkilib siqaret çəkmiş və söhbətin mahiyyətini bilməmişdir. Təranə dəfələrlə ona zərfdə bağlı vəziyyətdə sənədlər vermiş və onları Binə qəsəbəsində yerləşən notariat kontorunun müdiri Ramiz müəllimə çatdırılması üçün işçilərinə verilməsini xahiş etmişdir. Bəzi vaxtlarda onun özü ilə birlikdə həmin kontora getmişdir. Aralarında hansı sənədləşmə aparıldığını bilməmişdir. O da aparıb həmin zərfləri vermişdir. Zaur adlı şəxs dəfələrlə Təranə xanıma zəng edib ondan sənədin hazırlanmasını tələb etmişdir və Təranə də Zaura yaxın vaxtlarda həll edəcəyini demişdir, ancaq danışığın nədən, kimin sənədindən getdiyini bilməmişdir. 2018-ci ilin may ayında Təranə xanıma Sahib adlı orta yaşlı kişidə zəng etmiş, hətta bir dəfə Təranə xanımı Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən “rent a car”a gətirmiş və Təranə xanım Arzu adlı şəxslə və Sahib müəllimlə görüşmüşlər. Sükan arxasından düşmədiyindən onların aralarında gedən danışıqların mahiyyətini bilməmişdir. Təranə xanım hal-hazırda həmin ofisdə işləməsə də bildiyinə görə fərdi olaraq çalışır, lakin hansı ofisdə çalışdığını bilməmişdir. Bilmişdir ki, ***-***-**-**, 077- ***-**- ** mobil nömrələrindən istifadə edir, özü Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən saatlı bina adlanan binanın arxasındakı 10 mərtəbəli qırmızı rəngli yeni inşa olunmuş binanın 7-ci mərtəbəsində qızı, yeznəsi ilə birlikdə kirayədə qalır. Onun iştirakı ilə Təranə xanımın adlarını qeyd etdiyi şəxslərdən hər hansı məbləğdə pul, sənəd aldığını, verdiyini görməmiş və onun daha hansı işlərlə məşğul olduğunu dərindən bilməmişdir.

22. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu Şahid7 məhkəməyə teleqram ünvanlayaraq işi ilə bağlı məhkəmə iclasında iştikak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid7 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs7 tərəfindən E.Z.Əsgərova verilmiş hüquqların etibar edilməsinə dair xx.xx.2015-ci il tarixli 7E-5-1786 reyestr nömrəli etibarnamə Bakı şəhəri 18 saylı notariat ofisində verilməmiş və rəsmiləşdirilməmişdir. Qeyd olunan etibarnamədə olan imza onun tərəfindən icra edilməmişdir. Bundan başqa müqavilədə göstərilən 7E-5-1786 reyestr nömrəsi saxtadır. Həmçinin etibarnamənin üzərindəki notariusun möhürü olduğunu göstərən möhür saxtadır. Bununla da, qeyd olunan etibarnamə tamamilə saxtadır və onun tərəfindən imza olunmamışdır və 18 saylı notariat ofisində qeydə alınmamışdır.

23. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, 2017-ci ilin mart ayının ortalarında iki ildən artıq müddətdir ki, tanıdığı Elçin adlı şəxs ona mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-252 saylı sahədəki 0,12 hektar fərdi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahəsini 90.000 manat məbləğinə satmaq istəməsi barədə müraciət etmişdir. Elçin ona yaşadığı ev bankın girovunda olduğu üçün real alıcı tapılarsa, torpağınıbir qədər də aşağı qiymətə sata biləcəyini qeyd etmişdir. Evin sənədlərinin olub-olmadığını ilə maraqlandıqda sonuncu torpağın çıxarış sənədinin olduğunu demiş və hətta həmin sənədi ona göstərmişdir. O, Elçini tanışı Ədalətin qohumu olaraq bilmiş və bu münasibətlərə görə tanımışdır. Sonuncu onun alqı-satqı işləri ilə məşğul olduğunu bilmiş və bu səbəbdən də torpaq işi ilə bağlı ona müraciət etmişdir. Həmin ərəfələrdə Elçinə məxsus torpaq sahəsinin digər maklerlər tərəfindən 100.000 manata satışa qoyulduğunu eşitmişdir. O, torpağa müştəri tapmaq məqsədi ilə tanıdığı şəxslərə bu barədə məlumat vermişdir. Tanışları ona Mərdəkan qəsəbəsində «Elit» mağazasının sahibi Fərzəli adlı şəxs həmin torpağı almaq istədiyini bildirmiş, sonuncu onu tanımasa da, o, Fərzəlini uzun müddətdir ki, tanıyır. Belə ki, onun rəhmətlik atası Fərzəlinin yaxın qohumları ilə qızıl ticarəti etmişdir. O, xx.xx.2017-ci ildə günorta saatlarında «Elit» mağazasında görüşmüş və torpaqla bağlı söhbət etmişdir. Söhbət əsnasında Fərzəli ona həmin torpaqla maraqlandığını, lakin torpağın qiymətini 100.000 manata dedikləri üçün həmin torpağı almaqdan imtina etdiyini bildirmişdir. O, Fərzəliyə torpağın həqiqi dəyərini bildirərək, torpaq sahibi ilə anlaşa bilsə, torpağı bir qədər də ucuz qiymətə ala biləcəyini qeyd etmişdir. Sonuncunun xahişi ilə xx.xx.2017-ci ildə axşam saatlarında Elçinlə Fərzəlini «Elit» mağazasında görüşdürmüşdür. O, danışıqlarda iştirak etməmək üçün oraya gəldiyi taksidə əyləşmiş, Elçinlə Fərzəli isə mağazanın qarşısında təxminən 30 dəqiqəyə yaxın söhbət etmişdilər. Fərzəli Elçinin satdığı torpağı əvvəlcədən görmüş və bəyənmişdir. Sonuncu torpağın 62.000 manata satılmasına razılıq vermişdir. Şahid1 göstərdiyi xidmətə görə Fərzəlidən 2.000 manat məbləğində pul almağa razılaşmışdır. xx.xx.2018-ci il tarixdə Elçin alqı-satqı yolu ilə 7 saylı notariat kontorunda bağladığı müqavilə əsasında torpağı 62.000 manata Fərzəliyə satmış, lakin torpağın sənədləşməsi onun yaxın qohumunun adına aparılmışdır. Alqı-satqı işləri başa çatdıqdan sonra Fərzəli göstərdiyi xidmətlərə görə ona 2.000 manat məbləğində pul vermişdir. 2017-ci ilin may-iyun aylarında Elçin ona demişdir ki, Fərzəli onunla görüşmüş və guya torpağın həqiqi sahiblərinin ortaya çıxdığını, həmin şəxslər Fərzəlinin üstünə gedib ondan torpağı geri tələb etdiyini, bu səbəbdən də Fərzəlinin torpağı geri qaytarmaq və pulunu geri almaq niyyətində olduğunu bildirmişdir. O, təkrar Elçinlə əlaqə yaradıb torpağın sənədlərində hansı çatışmazlıq və ya saxtalıq olmasını soruşmuşdur. Sonuncu isə onu torpağın sənədlərində saxtalıq və ya hər hansı problem ola olmadığını, sadəcə olaraq yalandan özlərini torpağın həqiqi sahibi kimi təqdim edən şəxslərin Fərzəlini qorxutduqlarını bildirmişdir. O, Elçinin sözünün həqiqiliyinə inanıb həmin torpağın yenidən satılması və Fərzəlinin pulunun geri qaytarılması işində Elçinə köməklik edəcəyinə söz vermişdir. Bu məqsədlə o, həmin ərəfələrdə tanış olduğu Asifə həmin torpaq sahəsini təklif etmiş, sonuncu torpağa baxmış və bəyənmişdir. Alqı-satqı işinin həlli üçün torpağın sənəd üzərindəki mülkiyyətçisi hesab olunan Fərzəlinin qohumu Hacı adlı şəxs Asiflə alqı-satqı etməli idi. Həmin ərəfədə torpağın sənəd üzərindəki mülkiyyətçisi hesab olunan Fərzəlinin qohumu Hacı təhsilini davam etdirmək üçün xaricə getməli olduğundan gələcəkdə alqı-satqını reallaşdırmaq üçün Hacının adından 7 saylı notariat kontorunda qeydiyyata alınmaqla Elçinə etibarnamə verilmişdir. Asif torpağı almaq işində fikrinin ciddi olduğunu bildirsə də, Fərzəli alqı-satqıdan sonra onun pulunun tam geri qaytarılmasından ehtiyat etdiyi üçün qohum tərəfindən verilən etibarnaməni üzə çıxarmamışdır. Lakin nəticədə Fərzəli, Hacının adına olan çıxarış sənədənin ilkin olaraq Asifdə girov qoyularaq ona olan borcunun bir qisminin ödənilməsinə razılıq vermişdir. Belə olduğu halda, torpağın sənədi Asifdə təxminən 10 gün girovda qalmış və Asif isə bunun əvəzində Elçinə 40.000 manat məbləğində pul vermişdir. Elçin aldığı həmin vəsaitin 1.000 manatını özündə saxlamış və 39.000 manatını isə Fərzəliyə ödəmişdir. Təxminən 10 gün sonra Fərzəli Elçinlə hansısa qaydada razılaşmış, məhz bundan sonra Fərzəli Hacının adından Elçinə verilən etibarnaməni üzə çıxarmış və həmin sənədi Elçinə vermişdir. Elçin həmin sənəd əsasında Asiflə torpağın alqı-satqısını reallaşdırmış, alqı-satqı Elçinlə Asifin arvadı arasında rəsmiləşdirilmişdir. Torpaq sahəsi Elçin tərəfindən Asifə 75.000 manata satılmış, sonuncu qalıq qalmış 35.000 manat məbləğində pulu Elçinə bank vasitəsi ilə ödəmişdir. Sonuncu alqı-satqıdan sonra Asifdən aldığı 35.000 manat məbləğində puldan Fərzəliyə olan borcundan ödəməmişdir.

24. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş xx.xx.2025-ci ildə vəfat etmiş Şahid6 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Şahid1 onun oğludur. 2018-ci ilin fevral ayında oğlu Şahid1 Nizami RPİ-nin İŞ-də dələduzluq cinayəti törətməsinə dair tutularaq saxlandığı və məhkəməyə aparıldığını eşidib Nizami Rayon Məhkəməsinə getmiş və oğlunun həbsdən azad olunmasından sonra onunla söhbət zamanı məlum olmuşdur ki, oğlu özünə aid olmayan torpaq sahələrini Məzahir və adlarını xatırlamadığı digər şəxslərlə birgə saxta sənəd hazırlayaraq satmışlar. Bu barədə məlumatı olduqda Zaura xəbərdar etmişdir ki, bu kimi hərəkətlərindən əl çəksin. Oğlu ona söz versə də onda ayrı yaşadığından hansı işlərlə məşğul olduğunu bilməmişdir. 2018-ci ilin mart ayının əvvəllərində oğlu Zaurun qaynatasına məxsus idarə etdiyi avtomillə evdən çıxıb şəhərə gedərkən Zaur Sahib adlı şəxslə telefonda danışmış və danışıqdan sonra ona demişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsindəki bağ evində yaşayan Sahib müəllimlə onun qısa müddətə görüşü var və yolüstü onlara dönmək lazımdır. O da bir söz deməmiş və oğlunun o vaxt idarə etdiyi avtomobillə qeyd olunan ünvana getmişdilər. Bağ evində onunda bir neçə ay əvvəl tanıdığı Sahib müəllimlə görüşmüşdülər. Sahib müəllimi oğlu Zaurun Nizami rayon məhkəməsinə aparılarkən tanımış və söhbətindən biləmişdir ki, Zaur ona torpaq sahəsi satmaq və sənədləşdirmə aparılması adı ilə Sahibdən 10.000 manat pul almışdır. Oğlu isə həbsdən azad olunduqda danışmışdır ki, Sahib müəllimə söz verdiyi torpağın sənədlərini hyazırlayacaqdır. O isə alınan və satılan torpaq sahəsinin kimə məxsus olduğunu, harada yerləşdiyini bilməmişdir. Bağ evində Sahib müəllim oğlunun yanında ona bir daha demişdir ki, oğlun Zaur ondan 10.000 manat pul almış, sənəd hazırlanmasına söz versə də əməl etməmişdir. Ona əlavə pul vermək istəsə də Zaura inanmır, ona görə də özü Zaurun anası və ya yoldaşının iştirakında pul verməsini istəmişdir. Bu söhbəti danışdıqdan sonra Zaurun iştirakı ilə ona 2.000 manat məbləğində pul vermişdir. Pulu aldıqdan sonra birlikdə çıxıb maşına əyləşmiş və oğlu pulları ondan alıb and aman etmişdir ki, narahat olmağa dəyməz, özü vəd verdiyi işi həll edəcəkdir. O isə pulun kimə çatacağını, hansı sənədin hazırlanacağını bilmədiyindən oğluna inanıb pulu Zaura vermişdir. 2018-ci ilin may ayında Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində xəstəyə baxdığı ünvanda olarkən oğlu ona zəng edərək küçəyə çıxmağını xahiş etmiş və çıxıb oğlu Zaurun idarə etdiyi avtomobilə əyləşmişdir. Zaur ona bildirmişdir ki, Sahib müəllimə vəd verdiyi işi tamamlamaq üzrədir və indi o özü gələcək və onun iştirakı ilə ona pul verəcəkdir. Bir neçə dəqiqə sonra Sahib müəllim özü də həmin ünvana gəlmiş və Zaurun dəvəti ilə olduğu avtomobilə əyləşmişdir. Söhbət zamanı Sahib müəllim ona 7.200 manat məbləğində pul vermiş və təkrarən Zaura inanmamağı, onun vasitə ilə pulu verir ki, sonradan bir problem çıxmasın və ya pulun kimə verildiyini bilsin. Sahib müəllim pulu verəndən sonra çıxıb getmiş və onlar kənarlaşan kimi oğlu Zaur yenə də pulu ondan alıb demişdir ki, arxayın ol artıq hər şeyi özü həll edib və sənədləşmə işləri başa çatmaq üzrədir. Aradan müəyyən müddət keçmiş oğlu Baş Prokurorluq yanında Korrupsiya idarəsi tərəfindən həbs edilmiş və həmin vaxt Sahib müəllim ona zəng edib görüşərək oğlu Zaurun ona vəd verdiyi işləri həll etmədiyini, ondan ümumilikdə 21.500 manat məbləğində pul aldığını və aldatdığını bildirmişdir. O isə Sahibə danışmışdır ki, onun vasitəsi ilə verdiyi 2.000 və 7.200 manat məbləğində pulları Zaur ondan almış və işləri həll edəcəyini dediyini Sahibə bildirmişdir. O vaxtdan sonra oğlu Zauru görməmiş, harada kiminlə yaşadığını bilməmişdir. Oğlu Zaur birinci ailəsindən ayrıldığına görə 2017-ci ildə Vəfa adlı bir qadınla evləndiyini bilir, ancaq harada yaşadıqlarını, konkret olaraq hansı cinayətlər etdiyini dəqiqliklə bilməmişdir. Oğlunu Məzahir adlı şəxslə tez tez görürmüş və oğlu Məzahirlə torpaq alıb satırlar. O, şəxsən Cahandar Orucov adlı şəxsi tanımır, onunla heç bir münasibəti yoxdur, olmamışdır. Oğlu Zaurun onunla nə kimi münasibətlərinin olub olmadığını deyə bilməmişdir.

25. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Faktla əlaqədar qeyd etmişdir ki, Fərid Əhmədovun ərizəsində adları qeyd etdiyi E.Z.Əsgərov, Zərərçəkmiş şəxs7 ilə tanışlığı, münasibəti və ünsiyyəti olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Şahid17 adında və mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-252 saylı sahənin Şahid10 satılması barədə müqavilə çalışdığı notariat kontorunda reystr kitabının 40-96 sırasında qeyd edilməklə informasiya sisteminə daxil edilmiş və rəsmiləşdirilmişdir. Bu əməliyyat keçirilərkən onun vəzifəsi sənədləri yoxladıqdan, tərəflər arasında alqı-satqı məbləğini müəyyən etdikdən və müqavilədə göstəriləcək məbləğin notariusun bankda olan depozit hesabına qoyulduqdan sonra, qəbzin notariusa təqdim edilməsi və tərəflərin həqiqi niyyətini müəyyən edib müqavilənin kompyutor vasitəsi ilə tərtib edilməsinə göstəriş verilməsi olmuşdur. Bundan sonra müqavilənin layihəsi hazırlanmış, Qeydiyyat və Notariat Baş İdarəsinə məlumat verildikdən sonrakı gün həmin İdarədən razılıq gəldikdən sonra tərəflər alqı-satqı müqaviləsini imzalamış, dövlətə rüsum ödənilib reyestr kitabında qeydiyyata alınaraq alqı-satqı müqavilələri onun tərəfindən möhürlənib imzalanır. Bundan başqa, X24 tərəfindən Şahid17 bütün əmlak hüquqlarının etibar edilməsinə dair xx.xx.2017-ci il tarixli ƏN-İ № 609794 nömrəli etibarnamə 7 saylı notariat ofisində verilməmişdir. Həmin etibarnamə saxtalaşdırılmışdır. Belə ki, 18 aprel 2017-ci il tarixdə 7E-3401 reyestr nömrəli etibarnamə X40 tərəfindən Şahid17 verilmişdir. Həmin etibarnamə 7 saylı notariat ofisində verilmişdir. Sonradan həmin etibarnamə saxtalaşdırılmış, yəni reyestr nömrəsi tarix saxlanılmaqla yalnız etibar edənin ad soyadı X15 dəyişdirilmişdir.

26. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid10 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Şahid3 onun xalasının əridir. 2017-ci ilin mart ayının axırlarında qohumu Fərzəli ona bildirmişdir ki, Mərdəkan qəsəbəsində öz adına 12 sot torpaq sahəsi almaq niyyətindədir və bunun üçün şəxsiyyət vəsiqəsi ilə bərabər onunla birlikdə Mərdəkan qəsəbəsində yerləşən notariat kontoruna getməsini xahiş etmişdir. Onlar notariat kontoruna getdikdə orada Şahid17 və arvadı ilə görüşmüşlər. Həmin şəxslərin hər ikisini əvvəllər tanımamış, ilk dəfə orada görmüşdür. X49 qəsəbəsindəki 12 sot torpaq sahəsinin 60.000 manata alınması ilə bağlı torpaq sahibi Şahid17la razılaşdıqdan sonra torpaq sahəsinin sənəd üzərində sahibi olan Şahid17la aralarında əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə 7 saylı notariat kontorunda qeydiyyata alınmaqla təsdiq edilmişdir. Bundan sonra torpağa görə, qohumu Fərzəli kapital bankda Şahid17 adına hesab açdıraraq 60.000 manat məbləğində pulu həmin hesaba köçürmüşdür. Alqı-satqıya görə pul ödənildikdən və alqı-satqı müqaviləsi notariat kontorunda təsdiq edildikdən sonra həmin müqavilə ilə şəxsiyyət vəsiqəsi və digər sənədlərlə birgə torpaq üzərində tam mülkiyyət hüququnun təsdiq edilməsi ilə bağlı dövlət reyestr xidmətinə müraciət etmişdir. Bir müddət sonra dövlət reyestr xidmətindən öz adına mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əldə etmişdir. Qeyd edilən torpaq sahəsini Şahid3 ona hədiyyə etmiş və buna görə də torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. O, X41 və Zərərçəkmiş şəxs7 tanımamış və dövlət reyestr xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 405 nömrəli reyestr kitabının 38407 nömrəli vərəqində qeydiyyata alınmış ******* seriyalı çıxarış sənədini Fərzəliyə vermişdir. Sonuncu da həmin sənədi Elçinə geri qaytarmışdır. Onda olan məlumata görə, torpaq sahəsinin həqiqi sahibi ortaya çıxdığı üçün Fərzəli onun adına aldığı torpağa görə ödədiyi pulu Elçindən geri istəmiş, çıxarış sənədini də Elçinə geri qaytarmışdır. Elçin də həmin sənədi götürüb tanışının yanında girova qoyub Fərzəliyə 39.000 manat məbləğində pul ödəmişdir. Elçin qısa vaxt ərzində qalıq məbləği də qaytaracağına Fərzəliyə söz vermişdir. Lakin hazırkı vaxtadək Fərzəliyə həmin borclu qalmış məbləğ Elçin tərəfindən ödənilməmişdir.

27. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid13 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Cabarova (keçmiş soyadı Fərzəliyeva) Xalidə Əli qızını ailələrinə məxsus ünvan 32 ünvanda yerləşən təxminən 11 sot, yəni 0,1091 ha ərazisi olan boş torpaq sahəsinin sənədləşmə işlərini aparan zaman tanımışdır. Onun əri X6 ata-babalarından qalma ünvan 5 ünvanda yerləşən torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi Fərəczadə Həcər Nəcəfovnanın adına rəsmiləşdirilmişdir. Taleh Rusiya Federasiyasına gedəndən sonra ona bildirmişdir ki, bağ sahəsini Həcər Fərəc-zadənin adından çıxararaq öz adlarına rəsmiləşdirməlidir, Mir Daməd adlı tanışından xahiş edəcəkdir ki, həmin sənədləşmə işlərində onlara köməklik etsin. Bundan sonra Mir Daməd onların yaşadığı evə gələrək onu Talehin göndərdiyini bildirmişdir. Bundan sonra o, bağ sahəsinin Həcər Fərəc-zadənin adına olması ilə bağlı sənədləri, o cümlədən öz şəxsiyyət vəsiqəsini Mir Damədə vermişdir. Daha sonra bir neçə dəfə sonuncu onu Bakı şəhəri, Koroğlu metrostansiyasının yaxınlığında yerləşən 5 saylı "ASAN xidmət" mərkəzinə aparmış və orada o, bir neçə sənədə imza etmiş, bundan başqa Əmlak Xidmətləri Məkanına Mir Daməd və atası ilə gedərək orada ona təqdim olunan sənədlərə də, imza etmişdir. Həmin vaxtlarda da həm 5 saylı "ASAN xidmət" mərkəzində, həmçinin də Əmlak Xidmətləri Məkanında ona sənədləri təqdim edib imza etdirən Xalidə olmuşdur. O, sənədlərin bağ sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı olan sənədlər olduğunu güman etdiyi üçün həmin sənədlərə baxmadan, məzmununu oxumadan imza etmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, sənədlərdə saxtalıq olduğu üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti polisə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli «qanun üzrə vərəsəlik hüquq haqqında» şəhadətnamədən onun və ailə üzvlərinin xəbəri olmamışdır. O, Mir Damədə verdiyi sənədlərin içərisində həmin şəhadətnamə olmamışdır, o sənədi yəqin ki, Xalidə hazırlatdırmışdır. Xalidəyə verilmiş pul məsələsi ilə danışıqlar əri X84 arasında baş vermişdir, Mir Damədin hansı məbləğdə və hansı məqsədlə Xalidəyə pul verməsindən məlumatı olmamışdır.

28. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu Şahid15 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Cabarova (keçmiş soyadı Fərzəliyeva) Xalidə Əli qızı və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla onun heç bir tanışlığı və şəxsi ədavəti olmamış, həmçinin o, Fərəc-zadə Həcər Nəcəfovnanı da, tanımırmış. O, xx.xx.2020-ci il tarixli 67 nömrəli "qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməni nəzərdən keçirərkən şəhadətnamənin saxta olduğunu bildirmişdir. Belə ki, notarius kimi onun adı qeyd edilsə də, o, heç zaman Bakı şəhəri 42 saylı notariat ofisinin xüsusi notariusu işləməmiş, bundan əlavə şəhadətnamədə olan «QR kod» da saxta olmuş, həmin kod heç bir proqram təminatı ilə oxuna bilməzmiş. Həmçinin şəhadətnamədəki imza da onun tərəfindən icra edilməmişdir. Bundan başqa həmin şəhadətnamədəki möhür əksi hazırda istifadə olunan möhür əksi deyil, şəhadətnaməyə vurulmuş möhürdə notariat ofisinin nömrəsi qeyd olunmamış, həmin möhür hazırda istifadə olunmur. Belə ki, 2018-ci ilin dekabr ayından möhürdə notariat ofisinin nömrəsi qeyd olunmağa başlamış, köhnə möhürü Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsinə təhvil vermiş və həmin möhür orada aktla ləğv olunmuşdur. Hazırda istifadə etdiyi möhür əksini, 2020-ci ildə qeyd olunan möhürün istifadə olunmadığını təsdiq edəcək sənədlərin surətini təqdim edə bilər. Bundan başqa, xx.xx.2020-ci il tarixli 67 nömrəli və ona təqdim olunan digər xx.xx.2020-ci il arixli 97 nömrəli şəhadətnamələrdə olan barkodlar eyni, yəni **********299 olmaqla qeyd etmişdir ki, bu da şəhadətnamələrin bir daha saxta olmasını təsdiq edir, çünki barkodda eyni rəqəm yalnız bir notariat hərəkətində qeyd oluna bilər, bu səbəbdən həm xx.xx.2020-ci il tarixli, həm də xx.xx.2020-ci il tarixli şəhadətnamələr saxtadır.

29. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən X17 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Bakı şəhəri 6 saylı xüsusi notariat ofisində aparıcı mütəxəssis kimi işə qəbul edilmiş, 2020-ci il tarixədək həmin vəzifədə işləmişdir. Notariat ofisində aparıcı mütəxəssis kimi işlədiyi müddət ərzində bir çox əqdlərin və etibarnamələrin təsdiq edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verilməsi, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verilməsi və.s bu kimi digər notariat hərəkətlərinin aparılması üçün sənədlərin hazırlanmasında iştirak etmişdir. 2020-ci ilin sentyabr aynın əvvəllərində sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs1 işlədiyi notariat ofisinə gəlib, özü ilə gətirdiyi sənədləri ona təqdim etməklə, öhdəlik müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsində yerləşən mənzilin adlarına rəsmləşdirilməsinin mümkünlüyü ilə bağlı maraqlanmışdır. Sənədlərə baxdığında məlum etmişdir ki, İxtiyar 2015-ci ildə Dilşad adlı xanımla aralarında bağlanmış öhdəlik müqaviləsinə əsasən sonuncunun adına olan "xxxx" ASC-nin Sumqayıt filialında ipoteka ilə yüklü edilmiş həmin mənzili 89.000 manata almış, müqavilənin şərtlərinə əsasən sözügedən mənzilə görə əvvəlcədən 70.000 manat pul ödəmiş, pulun qalan hissəsini isə banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinin digər bəndlərinə əsasən İxtiyarın banka olan ödənişi bitdikdən sonra mənzil sahibi mənzili ona satmağı və ya sənədlərin adına rəsmiləşdirilməsini öz üzərinə götürmüşdür. İxtiyar tərəfindən mənzilin tam dəyəri banka ödənilmiş, lakin mənzil sahibinin ölməsi səbəbdindən mənzilin adına rəsmləşdirilməsi mümkün olmamıdır. Qeyd etmişdir ki, alqı-satqının həyata keçirilməsindən ötrü ilk əvvəl vərəsəlik hüququ haqqında şəhadətnamə tələb olunurdu. Belə ki, qanunvericiliyə əsasən şəhadətnamənin alınması üçün miras qoyanın ölümü haqqında şəhadətnamə, miras qoyanın yaşayış yeri haqqında arayış, vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, Vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri və.s bu kimi sənədlərin toplanılaraq təqdim edilməli, həmin sənədlərin tədqiqindən sonra müvafiq şəxsə vərəsəlik hüququ haqqında şəhadətnamə təqim edilməli və bundan sonra alqı-satqı həyata keçirilərək, mənzilə aid yeni çıxarış alınmalı idi. Bu prossedur isə kifayət qədər uzun və çətin olduğundan olduğundan saxta vərəsəlik hüququ haqqında şəhadətnamə təşkil etməklə, həmin üsulla mənzilə dair çıxarış alınmasına köməklik etməyi qərarlaşdırmışdır. Bununla bağlı tanıdığı fərdi qaydada ev alqı-satqısında vasitəçi işləyən Təranə adlı xanıma müraciət etməyi fikirləşmişdir. Belə ki, Təranə xanımla münasibəti olduğu üçün Təranənin DƏDRX-də işləyən adını bilmədiyi şəxslərlə işgüzar münasibətlərinin, habelə bu kimi işlərlə bağlı digər şəxslərlə şəxsi əlaqələrinin olmasını bilir və buna görə də Təranənin bu məsələni həll edəcəyinə güman etmişdir. Bu səbəbdən İxtiyarla danışdıqda bu işi görəcəyinə dair söz verib, müqabilində 8.000 manat pul istəmişdir. Belə ki, aldığı həmin pulu bank xərclərinə, əmlak məsəllərinin həllinə və notariusun rüsumlarına sərf edəcəyini əlavə etdim. İxtiyar razılaşıb, pulu düzəltdikdən sonra onunla əlaqə saxlayacağını bildirmişdir. İxtiyar ayrıldıqdan sonra Təranə xanımın hazırda xatırlamadığı mobil nömrəsinə zəng vurmaqla İxtiyarın müraciəti ilə bağlı məlumatlandırmışdır. Təranə xanım da, öz növbəsində tanışlarının vasitəsi ilə DƏDRX-də aşkar olunmayacaq şəkildə saxta vərəsəlik hüququ haqqında şəhadətnamə təşkil edə biləcəyini bildirib, müqabilində 3.000 manat məbləğində pul istəmişdir. O, razılaşıb, həmin sənəd tələb olduğu təqdirdə Təranəyə əlavə məlumat verəcəyini bildirmişdir. Bununla belə xx.xx.2020-ci ildə notariat ofisində olduğu zaman, İxtiyar işlədiyi notariat ofisinə gələrək pulu hazır etdiyi barədə məlumat vermişdir. Lakin, məbləğin böyük olduğu üçün, narahatçılıq keçirdiyini, buna görə də pulu ona əlbəəl deyil, notariusun təsdiqi ilə vermək istədiyini bildirmişdir. O, etiraz bildirməyib, İxtiyarın təklifi əsasında Bakı şəhəri, 15 saylı notariat ofisinə gəlmişdir. Həmin notariat ofisinə gəldiyində İxtiyar tərəfindən 8.000 manat pulun ona borc kimi verilməsi rəsmləşdirilməklə, bununla bağlı aralarında borc müqaviləsi bağlanmışdır. Ardınca İxtiyar mənzilə aid hazırda yadında qalmayan zəruri sənədləri, habelə anasına aid şəxsiyyət vəsiqəsini təqdim etməklə, mənzilin anasının adına rəsmləşdirilməsini xahiş etmişdir. O da, pulu və sənədləri götürdükdən sonra, bir neçə gün ərzində zəruri sənədləri toplayıb, şəhadətnaməni hazır etdikdən sonra İxtiyarı məlumatlandıracağını demişdir. Səhəri gün bu məqsədlə Təranə işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, "Mona Liza" şadlıq sarayının arxasında yerləşən ev alqı-satqısı ofisinə gedib, saxta vərəsəlik hüququ haqqında şəhadətnamənin təşkil edilməsindən ötrü İxtiyarın ona təqdim etdiyi mənzillə bağlı zəruri sənədlərin əslini, habelə 3.000 manat məbləğində pulu Təranəyə vermişdir. Sonuncu da öz növbəsində qısa müddətdə şəhadətnaməni hazırlayaraq ona təqdim edəcəyini bildirmişdir. Bundan təxminən bir neçə gün sonra Təranə ilə əlaqə saxlayıb, işin gedişatı ilə maraqlandıqda, Təranə müxtəlif bəhanələr gətirməklə işi bu gün-sabah həll edəcəyini deyib, yayınmağa başlamışdır. O da, məcbur olub İxtiyara yalan vədlər verib, işi ertələməyə davam etmişdir. Həmçinin bildirmişdir ki, Alimlə aralarında baş vermiş narazıçılıq səbəbindən ölkə ərazisini tərk edərək, Türkiyə Respublikasına getmişdir. Respublika xaricində olduğu üçün işin gedişatı ilə maraqlana və işin həlli istiqamətində heç bir iş görə bilməmişdir. İşlədiyi 6 saylı notariat ofisinin xüsusi notariusu olan Şahid9 yuxarıda adları qeyd edilən şəxslərdən hər hansı notariat hərəkətlərininin keçirilməsi üçün pul aldığı barədə heç bir məlumatı olmamışdır. Sadəcə olaraq hər dəfə həmin şəxslərdən pul aldığı zaman inam qazanmaq məqsədi ilə bu barədə Ərəstun müəllimin məlumatlı olması barədə yalan məlumat vermiş və ya pul aldıqdan sonra hər hansı digər işlə bağlı Ərəstun müəllimin otağına giriş-çıxış edib, guya Ərəstun müəllimi görəcəyi işə bağlı məlumatlandırması görüntüsü yaratmışdır. Bir sözlə desək yalnız Ərəstun müəlimin adından istifadə etmişdir.

30. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən X28 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, 2017-ci ilin təxminən yanvar-fevral ayında Zaur yaşadığı evdə olduğu vaxt ona bildirmişdir ki, bacısına və ona yaxşılıq etmək istəyir və bu səbəbdən onlar üçün 2-3 sot torpaq sahəsi alacaqdır. O da həmin torpaq sahəsinin pulunu hissə-hissə ona ödəyəcəkdir. Həmin vaxt Zaurla razılaşmış və bir müddət sonra sonuncu təkrarən yaşadığı evdə onunla söhbət əsnasında özünün telefonu ilə şəklini çəkmişdir. O, şəklini çəkməyinin səbəbini soruşduqda, ona alacağı torpaq sahəsini sənədləşmə işi ilə əlaqədar şəklinin lazım olduğunu bildirmişdir. Bir müddət sonra ona hazırda xatırlamadığı sənədlərə imza atmağını xahiş etmiş, artıq Zaura inandığı üçün Zaurun ona yaxşılıq etməsini zənn edərək təqdim etdiyi sənədləri imzalamışdır. Şahid1 2016-cı ildən etibarən tanımış, aralarında münasibətlər normal olsa da, sonradan Zaurun onun adına saxta sənəd düzəldib satması ona məlum olduqdan sonra münasibətləri pozulmuş, lakin Nizami RPİ-də hazırda araşdırması aparılan işlə bağlı bütün hallar ona məlum olduqdan sonra Zauru tapa bilməmişdir. Sonuncu əvvəllər də onu birneçə dəfə aldatsa da, ünsiyyətcil və şirindil insan olduğundan uzunmüddətli küsülülüyü olmamışdır. Zaur bir-neçə il müddət idi ki, daşınmaz əmlakların alqı-satqı işləri ilə məşğul olduğunu bildiyi üçün sonuncunun vədinə etibar etmişdir. 2017-ci ilin əvvəllərində Zaur ona Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində torpaq sahəsi alacağını vəd edərək müəyyən növ sənədlərə imza atmalı olacağını, bundan sonra isə həmin torpaq sahəsini əldə edəcəyini bildirmişdir. O, savadsız insan olduğundan Zaurun ona torpaq alacağı vədinə inanaraq sonuncu ilə razılaşmış və qısa müddət sonra Zaur müvafiq sənədləri hazırlayandan sonra birlikdə Nərimanov rayonunda yerləşən, adını unutduğu hündür və şüşəli binaya getmişdilər. O, orada olan zaman müəyyən sənədlərə imza atdıqdan sonra fotoşəkili çəkilmiş və orada sonradan adının Elçin olduğunu bildiyi şəxs də sənədlərə imza atmış və fotoşəkili çəkilmişdir. O, həmin şəxsi əvvəllər görməmiş və yalnız Zaurun vasitəsi ilə həmin adını unutduğu obyektdə onunla alqı-satqı zamanı tanış olmuşdur. Dəqiq tarixi xatırlamasa da, 2017-ci ilin fevral-mart aylarında həmin sənədlər əsasında alqı-satqı prosesi başa çatdıqdan sonra Zaur ona işlər tamamlanan kimi qısa müddətdə torpaq sahəsi verəcəyini vəd edərək sağollaşmışdır. Bir müddət sonra Nizami RPİ-nin Cinayət-axtarış idarəsinin əməkdaşları tərəfindən polis idarəsinə aparılmış və üç gün müddətində orada saxlanılmışdır. Ona torpaq sahəsinin sənədlərinin saxta olduğu deyilmiş və həmin zaman məlum olmuşdur ki, qaynı Zaur onu aldatmışdır. O, polis idarəsində olarkən orada Şahid17 və Şahid10 da olmuş və həmin şəxslər də polis əməkdaşları tərəfindən MSY-də saxlanılmışlar. Onun polis idarəsində izahatı alınarkən Elçin sənədin saxta olduğunu və Şahid1lə birlikdə müvafiq saxta sənədi hazırlayaraq oradan qazanc əldə etdiklərini etiraf etmişdir. Şahid17 qanunsuz olaraq hazırladıqları saxta sənəd əsasında əldə etdikləri gəlirdən ona heç bir pay verilmədiyini, ümumiyyətlə bu işdən xəbəri olmadığını izahatında qeyd etmişdir. Həmin hadisədən bir müddət keçdikdən sonra Şahid1 tapmış və həmin dövrdə istifadəsində olan ***-***-**-** nömrəli telefonla Zaurun istifadəsində olan hazırda unutduğu telefon nömrəsi ilə əlaqə saxlamış, Zaurdan başına açdığı bu işin səbəbini soruşduqda telefonu üzünə bağlamışdır. Bir-neçə ay keçdikdən sonra arvadı Çinarə ona Zaurla küsülü qalmamağını, sonuncugilə qonaq getməyi bildirmiş və həmin hadisədən sonra bir-neçə dəfə Zaurun Bayıl qəsəbəsində qaldığı evə getmişdilər. Zaurla yaşadığı evdə həmsöhbət olan zaman Zaur ona adına düzəldilən sənədin saxta olduğunu bildiyini demişdir. O, arvadı Çinarənin təkidlə Zaurla barışmaq tələbinə görə Zaurla bu məsələnin dərinliyinə getməmiş və bir müddət keçdikdən sonra Zaurun çoxsaylı vətəndaşlardan maddi və sair nemət alaraq həmin şəxslərin adına torpağa mülkiyyət hüququ verən saxta sənədlər düzəldərək aldatması səbəbindən hüquq mühafizə orqanları tərəfindən axtarıldığını, hətta sonuncu dəfə Çinarədən 200 manat alıb ortalıqda görünmədiyini məhkum olunmamışdan əvvəl bilmişdir. O, Şahid17, Şahid10, X29, X7 tanımamış, yalnız Şahid17 və Şahid10 tanımışdır. Şahid17 Nərimanov rayonunda yerləşən, adını unutduğu hündür şüşəli binada alqı-satqı prosesi zamanı tanımış, Şahid10 isə Nizami RPİ-yə aparılan zaman orada görmüşdür. O, orada olan zaman həmin iki şəxs də digər kamerada saxlanılmışdır. Ona sənədləri imza edən zaman yalnız qadın cinsli və orta yaşlı şəxs hüquqlarını izah etməmiş, yalnız kameraya baxmağı tövsiyə edilmişdir. O da kimsədən bu barədə hər hansı məlumat soruşmamışdır. Ona torpaq vəd edildiyindən digər məsələlər onun maraqlandırmamışdır. O, Zərərçəkmiş şəxs7 adlı şəxsi tanımır və həmin şəxs tərəfindən ona etibarnamə heç bir zaman verilməmişdir. Qeyd olunan qurulma işlərin hamısı Şahid1 və Şahid17 tərəfindən hazırlanmış, onun bu işlərdən məlumatı olmamışdır. Təqdim edilən sənəd ona tanışdır, üzərində olan şəkillər ona və Elçinə məxsusdur, həmin sənədi götürdükdən dərhal sonra Nərimanov rayonunda yerləşən adını unutduğu, alqı-satqı apardığı inzibati binanın həyətinə çıxan kimi Şahid1 təqdim etmiş, lakin həmin sənədin saxtalaşdırılmasından tamamilə məlumatsız olmuşdur. Zərərçəkmiş şəxs7 18 saylı notariat kontorunda ona etibarnamə verməsi və onun da həmin etibarnamə əsasında ünvan 4dəki 0,12 hektar fərdi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahəsini 50.000 manata Şahid17 satdığı doğru deyildir. Bütün bu işləri onun xəbəri olmadan Zaur təşkil və icra etmişdir. Sonuncu saxta etibarnamə və alqı-satqı müqaviləsi hazırlamışdır. Sonuncunun bu işdə kimlərlə əlbir olduğu barədə məlumatı olmamış, yəni saxta etibarnamə və saxta alqı-satqı müqaviləsinin hazırlanmasında Zaura kimlərin yardım və köməklik etdiyini bilməmişdir. O, həmin sənədləri bilmədən, oxumadan imza etmiş və güman etmişdir ki, imza etdiyi sənədlər Zaurun ona almaq istədiyi torpaq sahəsi üçün olan sənədlərdir.

31. Cinayət işinin XXİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9 məhkəmə iclasına məcburi gətirilmələri qərara alınmışdır.

32. Cinayət işinin XXİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, şahidlər Şahid1, Şahid5, Şahid10, Şahid13 məhkəmə iclasına məcburi gətirilmələri qərara alınmışdır.

33. 22.11.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs ilə barışdığını, şikayəti, iddiası və tələbinin olmadığını bildirmişdir (XİX cild, i/v 133).

34. Cinayət işinin XX cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 ilə barışmış, sonuncuya vurulmuş ziyanı tam həcmdə ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin Zərərçəkmiş şəxs7 ərizədə Təqsirləndirilən şəxs cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir.

Təqsirləndirilən şəxslərin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

35. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham özünü qismən, həmin Məcəllənin 320.1 və 320.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin yay aylarında tanışı Şahid1 işlədiyi ofisə gələrək ona həmin ərazidə 1 otaqlı evin kirayə verilməsində köməklik göstərməyi xahiş etmişdir. Həmin vaxtlar sonuncu onun iş yerinə tez-tez gələrək sənədlərin surətlərini çıxararaq ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Nərimanov rayon şöbəsində qeyri-rəsmi çalışdığını, “makler” olaraq torpaq sahələrinin plan cizgilərinin çəkilməsi, sənədləşdirilməsində köməklik göstərdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs notarial sənədləşmədən yaxşı anlayışı olduğuna görə bu kimi işlərlə bağlı sonuncudan məsləhətlər almışdır. Şahid2 2017-ci ilin əvvəllərindən tanımışdır. Belə ki, sonuncu onun ailəvi tanıdığı Mübariz adlı şəxsin xahişi ilə onun müəyyən işlərinə köməklik göstərmiş, həmin vaxtdan sonra Şahid2 özü də ailəsinin, qohumlarının qeydiyyat məsələsi ilə bağlı müraciət etmiş və ona köməklik göstərmiş, beləcə onlar arasında tanışlıq münasibətləri yaranmışdır. Şahid2 vasitəsilə S.R.Mövlayevi tanımış və sonuncunun köməkliyi ilə yaxın bir tanışını işə düzəltmək istəmiş, lakin alınmamışdır. S.R.Mövlayevi cəmi 2-3 dəfə görmüş və aralarında heç bir münasibəti olmamışdır. Şahid4, S.O.Kərimovu isə 2018-ci ilin ilk aylarından Şahid1 vasitəsilə tanımışdır. 2017-ci ilin fevral aylının sonlarında sonuncu onun iş yerinə gələrək Şüvəlan qəsəbəsində bir nəfər xanımın adına 0.12 ha sahəsi olan torpaq sahəsinin olduğunu və həmin sahənin xanım sahibinin ölkədə olmadığına görə həmin torpaq sahəsinin çıxarışının dublikatını çıxarmaq lazım olduğunu bildirərək və bu işdə ondan köməklik istəmişdir. Söhbət zamanı ona torpaq sahəsinin başqasının olmasını, sahibinin uzun müddət həmin yerə gəlmədiyini və maraqlanmadığını, ona görə də müştəri tapıb həmin yeri sənədləşdirib satmaq istədiyini bildirmişdir. Bunun üçün nədən başlamağı, hansı sənədlərin toplanmasını ondan soruşmuş və o da Şahid1 mülkiyyətçinin özünün adına olan sənədlərin surətlərini də gətirməyi, sənədlərə baxıb Zərərçəkmiş şəxs7 adından Şahid1 etibar etdiyi yaxın adama etibarnamə verilməsini və bundan sonra ardıcıl olaraq sənədləşmənin aparılmasının mümkün olacağını bildirmişdir. Sonuncu özü də bu sənədləşmənin necə toplanması və ardıcıllığını gözəl bilsə də saxta etibarnamə və alqı-satqı müqaviləsinin tərtib olunmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Belə bir sənədləşməni ancaq Həsən Əliyev küçəsində yerləşən 1 saylı Asan Xidmətdə işləyən, soyadını unutduğu Təranənin görə biləcəyini bilərək bu işi həll edəcəyinə söz vermiş, Şahid1 gətirdiyi sənədlərin surətlərini alıb saxlamış və o gedəndən sonra Təranə ilə bu barədə danışmış və sonuncu həm etibarnamə, həm də alqı-satqı üçün 3.000 (üç min) manat pul istəmişdir. O, bu barədə Şahid1lə görüşüb danışdıqda sonuncu yalnız 2.000 (iki min) manat pul verə biləcəyini qeyd etmişdir. Bundan sonra Təranə ilə təkrar danışmış və Təranənin razılığını alandan sonra Şahid1 pulu alıb Təranə ilə həmin ərəfədə yaşadığı Binəqədi rayonu, «Ayna Sultanova» heykəlinin yerləşdiyi parkda görüşərək 1500 (bir min beş yüz) manatını sonuncuya vermiş və qalan 500 (beş yüz) manatını isə özünə götürmüşdür. Təxminən 15-20 gün müddətində Təranə əvvəlcə ona 18 saylı notariat kontorunun möhürü ilə təsdiqlənmiş etibarnaməni və müəyyən vaxt sonra isə alqı-satqısı müqaviləsini təqdim etmişdir. Belə ki, Şahid1 onun ofisinə göndərdiyi E.Z.Əsgərovun telefonla fotoşəklini çəkmiş və Şahid17 adlı şəxsin whatsappla göndərdiyi fotoşəkillərini Təranəyə göndərmiş və bundan bir neçə gün sonra isə Təranə ilə 1 saylı Asan xidmətin qarşısında görüşərək Təranədən xx.xx.2017-ci il tarix qeyd edilmiş, 6 saylı notariat kontorunun möhürü ilə təsdiqlərək imzalanmış AN-10598809 nömrəli daşınmaz Əmlakın Alqı-satqı müqaviləsini alıb götürmüşdür. Şahid1 əvvəlcədən verdiyi etibarnamənin əsasında torpağın çıxarışının dublikatını çıxarmış və həmin dublikatın əsasında isə alqı-satqı müqaviləsi tərtib edilmişdir. Bu hadisələr 2017-ci ilin fevral-mart aylarında baş vermişdir. Bu sənədləşmədən sonra aradan təxminən 6-7 ay keçmiş Şahid1 yenidən ona eyni məqsədlə müraciət edərək əvvəl olduğu kimi etibarnamə və alqı-satqı müqaviləsinin lazım olduğunu bildirmişdir. O, yenə Təranəyə zəng edərək belə bir işin olduğunu demiş və birinci işdən Şahid1 vəd etdiyi məbləğdən borclu qaldığı əlavə 1.500 (bir min beş yüz) manatı istədiyindən bu dəfə sonuncudan 3.000 (üç min) manat pul almış və Asan 1 Saylı xidmətinin qarşısında Təranəyə 2.500 (iki min beş yüz) manat pul vermişdir. Bir neçə gün içərisində Təranə ona 22 nömrəli notariat kontorunun möhürü və dövlət notariusunun imzası ilə təsdiqlənmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsini vermişdir. O, həmin sənədi alıb Şahid1 vermişdir. Şahid2 bu işdə həmişə ondan məsləhət aldığını və sonra Zaurla danışdığını və torpağın alqı-satqısı ilə özünün məşğul olduğunu bildirmişdir. Onun Şahid2 verdiyi məsləhətlər əsasında sonuncu da Şahid1lə danışmış və bu yolla sənədləri toplamışdırlar. Aldığı sənədlərin saxta olduğunu bildiyinə görə həmin sənədləri tərtib edən Təranə barədə Şahid2 və ya Şahid1 heç nə danışmasa da, sonradan bu işlərə dair məsləhətlər alınması üçün məcbur olub Şahid2 və Şahid1 Təranənin yanına göndərməli olmuşdur. Sonra Təranə ilə Şahid2 çox yaxın münasibətlərinin yarandığını, sonuncudan borc adı ilə 1.500 (bir min beş yüz) ABŞ dolları pul aldığını öyrənmişdir. Bundan başqa, 2018-ci ilin ilk aylarında Şahid1 ona yenə eyni qaydada müraciət edərək yaşadığı ərazidə torpaq satılması üçün etibarnamə almağı xahiş etmiş, lakin ona torpaq haqqında heç bir sənəd təqdim etməmişdir. Hətta Arzu adlı dostunun dayısına torpaq almaq istədiyini, pulu Arzudan alacağını, torpaq sənədi olmadığı halda yalnız etibarnamə hazırlanması üçün 6.000 (altı min) manat pul lazım olacağını bildirmişdir. Həmin vaxt artıq Şahid1 onun saxta sənədi kimdən aldığını yaxşı bilmiş, Təranəni yaxşı tanımışdır. Söhbətdən müəyyən vaxt sonra Şahid1 ona zəng edərək Arzudan 6.000 (altı min) manat pulu götürdüyünü, Arzunun özünün ilə onunla görüşə gəldiyini, həmin puldan Arzu kənarlaşandan sonra 2.000 (iki min) manatını Təranəyə verməyi bildirmişdir. Razılıq əldə edildikdən sonra Şahid1 onunla görüşmüş, 6.000 (altı min) manat, həmçinin Məhərrəm Ağayev və Ramin Rüstəmov adlı şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini ona vermişdir. Şahid1 idarə etdiyi avtomobildə polis formasında, sonradan Arzu olduğunu bildiyi şəxsin əyləşməsinə görə sonuncu ondan dediyi 2.000 (iki min) manatı götürə bilməmiş və pulun hamısını ona verib getmişdir. Təxminən 15-20 dəqiqə sonra “Koroğlu” metrostanisyası yolunun kənarında təkrar onunla görüşüb 2.000 (iki min) manatı almışdır. Aldığı 4.000 (dörd min) manat pulun 3.500 (üç min beş yüz) manatını Təranəyə vermiş və 500 (beş yüz) manatı isə ona qalmışdır. Aradan 10-15 gün keçmiş Şahid1 ona zəng edərək torpaq almaq istəyən şəxsin sonuncunu narahat etdiyini və tez bir zamanda saxta etibarnamənin alınıb həmin şəxsə verilməsini istəmişdir. O isə Təranəyə zəng edib sənədin hazır olub olmamasını soruşmuş və Təranə ona özünün problemlərinin olmasını, onunla görüşə bilməyəcəyini və etibarnaməni Ayna Sultanova küçəsində ərzaq mağazasına qoyacağını bildirmişdir. O, X4 adına X30 tərəfindən verildiyi tərtib olunmuş xx.xx.2017-ci il tarixdə guya tərtib edilmiş etibarnaməni alaraq Şahid1 vermişdir. Bir müddət sonra Arzu və dayısı dediyi Sahib adlı şəxslər zəng edərək Şahid1 ona verdiyi 10.000 (on min) manat pulu həmin qaytarmasını tələb etmiş, o isə sonuncunun ona cəmi 4.000 (dörd min) manat pul verdiyini bildirmiş, hətta onlarla üzbəüz görüşmüş, görüş zamanı Sahib müəllim ona Şahid1 həmin saxta etibarnaməni təqdim etdikdən sonra anası ilə birlikdə əlavə olaraq onlardan 10.000 (on min) manatdan artıq pul aldığını bildirmişdir. Bundan başqa, 2020-ci ilin iyul ayında Xalidə müxtəlif şəxslərə külli miqdarda borcunun olmasını bildirərək həmin borclarını bağlamaq üçün evlərin alqı-satqısı ilə bağlı sənədləşdirmə işlərinin aparılması məqsədilə qohumu olan 2 nəfər şəxs üçün saxta yolla vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə hazırlamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığı saxta sənəd hazırlayan Əkbər adlı şəxslə danışmış, sonuncu onunla razılaşıb hər bir vəsiyyətnamə üçün 600 (altı yüz) manat məbləğində pul istəmişdir. Xalidəyə bu barədə bildirdikdə o, hər bir vəsiyyətnamə üçün ən çoxu 300 (üç yüz) manat verə biləcəyini bildirmiş, o da Əkbərin mobil telefon nömrəsini Xalidəyə vermişdir. Əkbər və Xalidə sonradan vəsiyyətnamələrin hazırlanması ilə bağlı öz aralarında danışmış, təxminən 10 gün sonra Əkbər istifadəsində olan onun ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq vəsiyyətnamənin hazır olmasını bildirmişdir. Sonuncu ilə bir neçə gün arayla 2 dəfə görüşmüş və vəsiyyətnamələri almışdır. Bundan sonra hər iki şəhadətnaməni özünün işlədiyi ofisdə Xalidə ilə görüşüb vermiş, sonuncu qabaqcadan danışdıqları, cəmi 600 (altı yüz) manat məbləğində pulu ofisdə ona vermişdir. O da sonradan 600 (altı yüz) manat məbləğində pulun 400 (dörd yüz) manatını 2 ədəd saxta vəsiyyətnamənin hazırlanmasına görə Əkbərə vermiş və qalan 200 (iki yüz) manat məbləğində pulu isə özünə götürmüşdür. Əkbərin sadəcə adını bilmiş və həmin 2 ədəd saxta vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri necə, hansı üsulla və harada hazırlaması barədə məlumatı olmamışdır. Hazırlanmış saxta vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin məzmununu Əkbərə Xalidə onunla telefonla danışarkən əvvəlcədən demişdir. Onun bu proseslərdən və vəsiyyətnamələrin məzmunundan ümumiyyətlə məlumatı olmamışdır. Bundan başqa, təxminən 8-10 il müddət olar ki, notariat sistemində işləməsinə görə tanıdığı Şirvan 2020-ci ilin sentyabr ayında istifadəsində olan mobil nömrəyə zəng vuraraq saxta vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə lazım olmasını bildirmiş, o da Şirvana tanışı olan bir nəfər şəxs vasitəsilə bunu həll edə biləcəyini qeyd etmiş və bunun müqabilində Şirvandan 3.000 (üç min) manat məbləğində pul istəmişdir. Şirvan da onunla razılaşıb sənədin tələb olunacağı və bunun üçün real pul məbləği əlində olan vaxt onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 1-2 gün sonra Şirvan mənzillə bağlı bir neçə sənədi və 3.000 (üç min) manat məbləğində pulu ona təqdim etmişdir. O da sənədləri nəzərdən keçirmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aşkar olunmayacaq formada saxta vərəsəlik hüququ haqqında şəhadətnamə təşkil edə biləcəyini bildirmişdir. Həmin sənədin məzmununu və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin kimdən kimə verilməsi barədə Şirvan özü ona hər hansı bir söz deməmiş, özü də maraqlanmamışdır. Həmin ərəfələrdə müxtəlif şəxslərə külli miqdarda borcları olduğundan Şirvandan almış olduğu 3.000 (üç min) manat məbləğində pulu müəyyən şəxslərə olan borcunun qaytarılmasına sərf etmişdir. Bir neçə gün sonra Şirvan onunla telefon əlaqəsi saxladıqda pulunu borclarına sərf etdiyinə görə Şirvana müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bundan başqa, 2021-ci ilin avqust ayında tanışı Rəna Babayeva telefon əlaqəsi saxlayaraq qızı Nurcahan Babayevanın rəsmi məhkəmə qətnaməsi əsasında ayrıldığı həyat yoldaşı X8 icazəsi olmadan onunla 9 yaşlı nəvəsi Aydan Abbasovanın xəstəliyi səbəbindən ölkə xaricində müalicə olunmasının vacib olmasını, lakin uşağın atası Məhəmməd Abbasovun bunun üçün ona məlum olmayan səbəbdən lazımi etibarnamə verməyə razı olmamasını bildirmişdir. Rəna Babayeva həmin şəxslərin bir-biriləri ilə demək olar ki, uzun müddət əlaqələrinin olmadığını deyirmişdir. Rəna Babayeva bunları danışdıqdan sonra Nurcahanın qızı ilə birlikdə Türkiyə Cümhuriyyətinə getmələrinə köməklik göstərilməsi üçün guya uşağın atası Məhəmməd Abbasov tərəfindən razılıqla bağlı etibarnamənin hazırlanması üçün tanışının olub-olmadığını soruşmuşdur. O da belə bir məsələ ilə bağlı ona müraciət etməyinin yersiz olmasını deyib bundan qəti şəkildə imtina etmişdir. Lakin, Rəna Babayeva nəvəsinin səhhətində problemlərin daha da ağırlaşması ilə bağlı bir neçə dəfə təkidlə xahiş etdiyinə görə sonda məcbur qalıb razılaşmışdır. Bir neçə gün sonra Rəna ilə əlaqə saxlayıb etibarnamə məsələsini həll edəcəyini və bunun müqabilində 1.000 (bir min) manat məbləğində nağd pul alacağını bildirmiş, həmçinin, telefon danışığı zamanı Rənaya tələb olunan müvafiq sənədlərin adlarını deyib həmin sənədlərin kserosurətlərinin hazırlanmasını tələb etmişdir. Rəna da həmin sənədləri qızı Nurcahanın hazırlayıb elə onun vasitəsilə də ona çatdıracağını, lakin 1.000 (bir min) manat məbləğində pula gücü çatmadığına görə bir qədər endirim etməyini xahiş etmiş, o da maraqlanıb etibarnaməni 700 (yeddi yüz) manat məbləğində pula həll edə biləcəyini bildirmişdir. Həmin vaxt hər ikisi təklikdə olmuş və yanında başqa hər hansı bir şəxs yox idi. Görüş zamanı Nurcahan ona özünün və qızı Aydan Abbasovanın ümumvətəndaş pasportlarının, Aydanın doğum haqqında şəhadətnaməsinin və M.R.Abbasovun şəxsiyyət vəsiqəsinin kserosurətlərini və 700 (yeddi) manat məbləğində pulu təqdim etmişdir. O da 700 (yeddi yüz) manat məbləğində pulu və həmin sənədləri qəbul edib bir neçə gün sonra xəbər edəcəyini bildirmişdir. Bundan sonra Tahir adlı şəxslə görüşmüş, sonuncu sənədləri diqqətlə nəzərdən keçirdikdən sonra əvvəlcə etibarnaməni hazırlamaqdan imtina etmiş, lakin, Təqsirləndirilən şəxs həmin şəxsin yaxın qohumu olmasını bildirərək onu çətinliklə razı salmışdır. Daha sonra həmin sənədləri və Nurcahanın verdiyi 700 (yeddi yüz) manat məbləğində pulu Tahirə vermiş, təxminən 1 həftədən sonra Tahirlə görüşmüş, sonuncu hazırladığı sənədləri, yəni M.R.Abbasovun adından X9 verilmiş üzərində «Apostille» yazısı olan etibarnamə xarakterli razılıq məktubunu və həmin razılıq məktubunun ingilis dilində yazılmış mətnini 2 vərəqədə olmaqla ona təqdim etmişdir. Sənədlərə baxarkən artıq etibarnamənin guya M.R.Abbasov tərəfindən X9 verilməsi formasında hazırlandığını yəqin etmiş, həmin sənədləri Tahirdən götürmüşdür. Həmin günü Nurcahanla görüşüb Tahirin verdiyi həmin razılıq məktubunu və onun ingilis dilində yazılmış mətnini 2 vərəqədə olmaqla Nurcahana təqdim etmişdir. Etibarnamənin hazırlanması üçün Nurcahandan aldığı 700 (yedd yüz) manat məbləğində pulun hamısını Tahirə vermişdir. Sonuncu da həmin məbləğdə puldan ona hər hansı bir məbləğdə pul verməmişdir. Həmçinin, sonradan Nurcahan da bu işin müqabilində ona hər hansı bir məbləğdə pul verməmişdir. Bir neçə ay sonra, təxminən 2021-ci ilin noyabr ayının sonları-dekabr ayının əvvəllərində Nurcahan onunla telefon əlaqəsi saxlayaraq artıq Türkiyə Cümhuriyyətində olmasını bildirmişdir. Bu zaman artıq Nurcahanın həmin etibarnamə vasitəsilə ölkə ərazisini hər hansı bir məhdudiyyət olmadan sərbəst tərk etməsini anlamışdır. Nurcahan Babayeva ondan M.R.Abbasovun adından etibarnamə hazırlanmasına kömək göstərilməsi barədə xahiş edərkən M.R.Abbasovun Azərbaycan Respublikasının ərazisində olmasını bildirmişdir və o, bundan məlumatlı olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs4 tanışı vasitəsilə tanımış və sonuncu ona oğlu X20 işə düzəltmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs4 oğlunu Gəmi Təmiri Zavodunda işə düzəldə biləcəyini bildirmişdir. Bu adla sonuncuya yalandan vəd verib aldadaraq, 2022-ci ilin iyul ayında saat 12:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Vergilər İdarəsinin qarşısında 1.200 (bir min iki yüz) manat pulunu alaraq öz ehtiyaclarına xərcləmiş, lakin vətəndaşlardan aldığı pulları heç birinə qaytarmamışdır. Ümumiyətlə digər şəxslərlə əlbir olaraq vətəndaşların torpaq sahələrini düzəltmək adı sənədləri saxtalaşdırıb N.SAxundovaya ümumi 120.000 (bir yüz iyirmi min) manat ziyan vurmuş, bundan əlavə mərhum H.N.Fərəczadənin adına sənədlər saxtalaşdıraraq aldatma yolu ilə 11.500 (on bir min beş yüz) manat pulu Zərərçəkmiş şəxs2 alaraq heç bir iş görməmiş və aldığı pulları öz ehtiyaclarına xərcləmişdir. Əlavə olaraq R.H.Məmmədovun torpaq sahəsi sənədləşdirmək və həmin sənədləri saxtalaşdıraraq 10.000 (on min) manat pulunu alaraq özü üçün xərcləmişdir. xx.xx.2020-cı ildə Zərərçəkmiş şəxs1 8.000 (səkkiz min) manat alaraq bağışlama ilə bağlı sənədlərini düzəltməyə söz versə də, sənədləşmə məsələsi alınmamış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 2021-cı ilin avqust ayında Nurcahan Babayevanın 700 (yeddi yüz) manat pulunu alaraq, xaricdə yaşayan ərinin adından saxta etibarnamə düzəltmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 təxminən iki il olar ki, tanıyır, ona qardaşı oğlunu FHN-nə Yanğından Mühafizə İdarəsinə işə düzəltmək istədiyini bildirmişdir. O isə sonuncuya qardaşı oğlunu FHNnin YMİ-nin Biləsuvar rayon şöbəsinə işə düzəldə biləcəyini demişdir. 2022-ci ildə Zərərçəkmiş şəxs6la Nərimanov rayonu ərazisində yerləşən 38 saylı notariat kontorunda görüşərək sonuncudan qardaşı oğlunun işinə görə 5000 manat almışdır. Lakin, Zərərçəkmiş şəxs6 qardaşı oğlunu işə düzəldə bilməmiş, sonuncudan aldığı 5.000 (beş min) manat pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs8 600 (altı yüz) manat pulunu alaraq ona etibarnamə düzəltməli idi. Lakin, Fəqanı da aldadaraq pullarını mənimsəmişdir. Bundan başqa, Yeganə adlı xanımı hal-hazırda xatırlamadığı kişi cinsli şəxsin vasitəsi ilə tanımışdır. Yeganə ilə telefonda danışan zaman bacısını tibb bacısı kimi işə düzəltmək istədiyini bildirmiş, o isə bacısını işə düzəldə biləcəyini, bunun üçün ilkin olaraq 8.000 (səkkiz min), daha sonra isə 2.000 (iki min) manat pul alacağını bildirmişdir. Yeganə xanım onunla razılaşaraq görüşüb pulu vermək istədiyini bildirmiş, xx.xx.2023-cü ildə, saat 12:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun Əhmədli stansiyasının yaxınlağında yerləşən «McDonalds»-ın qarşısında 8.000 (səkkiz min) manat və xx.xx.2023-cü ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Günəş» şadlıq evinin qarşısında isə 2.000 (iki min) manatı aldadaraq, Zərərçəkmiş şəxs5 ümumilikdə 10.000 (on min) manat məbləğində pulunu onu tibb bacısı kimi işə düzəltmək məqsədi ilə alıb öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2023-cü ilin may ayında Ə.S.Məmmədovun vasitəsi ilə Zərərçəkmiş şəxs9 ilə tanış olmuş, sonuncu Balaxanı neft mədəninə «Pikap» avtomobilinin sürücüsü kimi onu işlə təmin etməsini xahiş etmişdir. O, əvvəl Zərərçəkmiş şəxs9 1.000 (bir min) manat beh qismində almışdır. xx.xx.2023-cü ildə o, Ə.S.Məmmədov və Zərərçəkmiş şəxs9la Nərimanov rayonu ərazisində yerləşən «Baku Elektroniks» mağazasının yaxınlığında saat 12:00 radələrində «Xal-Xal» restoranının çayxanasında oturmuş və Zərərçəkmiş şəxs9 1.000 (bir min) manat məbləğində pulu götürdüyünü, lakin əlavə pulun məbləğini ona deyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs9 razılaşaq pulun verilməsi barədə qəbz vermişdir. Həmin günün üstündən 3 saat keçmiş, o, +**********22 whatsapp nömrəsindən zəng edərək, sonuncuya əlavə 5.000 (beş min) manat məbləğində pul gətirməsini bildirmişdir. Ona görə də xx.xx.2023-cü ildə, saat 16:00 radələrində yenə də o, Ə.S.Məmmədov və Zərərçəkmiş şəxs9la görüşmüş və Vüqardan 5.000 (beş min) manat pulu almış, bir həftə ərzində Balaxanı neft mədəninə sürücü qismində işləyəcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs9 zənglərinə cavab versə də, sonuncunu aldatmağa başlamış və bu yaxınlarda işini həll edəcəyini bildirmişdir. Sonradan ümumiyətlə o, Zərərçəkmiş şəxs9 mobil nömrəsinə cavab verməmiş və aldığı 6.000 (altı min) manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Onun vətəndaşları işə düzəltmək üçün hər hansı bir səlahiyyəti olmayıb, niyyəti aldadaraq onlardan aldığı pulları ələ keçirib şəxsi ehtiyacları üçün xərcləmək olmuşdur. Ümumiyətlə, o, həmin anlarda heç bir məsul vəzifə tutmamış və göstərdiyi əməllərini də dələduzluqla əldə edərək mənimsəmişdir. Tutduğu əməllərdən peşmandır. Həmçinin Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, barələrində məcburi gətirmə barədə qərar çıxarılmış və məhkəmə iclaslarına gəlməyən zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin elan edilməsinə etiraz etmir, onların ifadələri ilə razıdır və məhkəmə iclasına gəlmələri ilə bağlı zərurət olmadığından onlaın iştirakı olmadan işə baxılmasının davam etdirilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs7 və B.M.Vəliyullahı tanımır, özünü onlara qarşı törədilməsi istinad edilən əməllərdə təqsirli bilmir. Zərərçəkmiş şəxs1 3.400 manat, Zərərçəkmiş şəxs4 1.200 manat, Zərərçəkmiş şəxs8 600 manat, Zərərçəkmiş şəxs9 1.000 manat məbləğində ziyan vurmuşdur.

36. Daha sonra yaşını və qadın olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

37. Maddə 178.3.2. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

38. Maddə 320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma: üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

39. Maddə 320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə: min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

40. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

41. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

42. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

43. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

44. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

45. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

46. Maddə 75.1.1. Böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

47. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

48. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

49. Maddə 44.2.1. Bəraəthökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.

50. Maddə 39.1.3. Cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

51. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 52.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

53. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 54.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 55.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

56. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 57.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 58.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

59. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

60. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin President Hüququ:

61. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

62. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər toplanmış sübutlarla tam təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.

63. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etiraf edici, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə onun qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədləri və möhürü istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmasl və bilə-bilə hüquq verən saxta sənədlərdən təkrarən istifadə etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda ziyan vurmaqla əmlakını, habelə əmlak hüquqlarını ələ keçirərək dələduzluq etməsi cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur.

64. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-in 178-ci maddəsi ilə elan edilmiş ittihamın bəzi epizodları üzrə və həmin Məcəllənin 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibini istisna edən hallar mövcuddur və həmin maddələr üzrə sonuncu cinayət məsuliyyətinə cəlb edilə bilməz.

65. Belə ki, Azərbaycan Respublikasının CM-in 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətininayrı-ayrılıqda hesablanmasını istisna etmir.

66. Qərardakı hüquqi mövqedən aydın olur ki, hər bir cinayətə görə məsuliyyətə cəlb etməmüddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz.

67. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz (hökmün 46-cı bəndi).

68. İşin faktiki hallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-in 320.1 və 320.2-ci maddələri üzrə, yəni xx.xx.2015-ci il tarixli, 1786 reyestr nömrəli saxta etibarnamənin və xx.xx.2020-ci il tarixli, 2V-1/ 212 reyestr nömrəli vəsiyyətnamənin hazırlanması əməllərinə görə 2 (iki) illik cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir (hökmün 9 və 11-ci bəndləri).

69. Cinayət işinin hallarından görünür ki, Azərbaycan Respublikasının 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini isə müvafiq olaraq 2017-ci ilin yanvar ayında və 2020-ci ilin avqust ayında törətmişdir.

70. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittihamın Azərbaycan Respublikasının CM-in 320.1 və 320.2-ci maddələri üzrə özünü təqsirli bilmədiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən təqsirli bilinərək cəza təyin edilməməlidir.

71. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi üzrə verilmiş ittihamın 5, 6 və 7-ci epizodları, yəni Zərərçəkmiş şəxs4 oğlunu işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 2022-ci ilin iyul ayında 1.200 (bir min iki yüz) manat, Zərərçəkmiş şəxs6 oğlunu işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq xx.xx.2022-ci ildə 5000 (beş min) manat və Zərərçəkmiş şəxs8 avtomobilə etibarnamə alınmasında köməklik göstərilməsi vədi ilə aldadaraq 2023-cü ilin mart ayında 600 (altı yüz) manat məbləğində pulun ələ keçirməsi epizodları müstəqil olaraq həmin Məcəllənin 178.1-ci maddəsinin tərkib əlamətlərini yaratsa da, qeyd olunan epizodlar həmin ittihamın 1-ci, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs7 xüsusi mülkiyyətində olan torpaq sahəsinə əmlak hüquqlarını qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə sonuncuya külli miqdarda, yəni 150.000 (yüz əlli min) manat məbləğində ziyan vurması epizodundan sonra törədildiyinə görə CM-nin 178.1-ci maddəsinin deyil, 178.2.2-ci maddəsinin tərkib əlamətlərini yaradır və qeyd olunan hal ittihamda rəqəmlə ifadə olunmasa da, müvafiq epizodların fabulasında sözlə ifadə olunmuşdur.

72. Azərbaycan Respublikasının CM-in 16-cı maddəsinə əsasən Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 31-ci bəndində göstərilir ki, əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi üzrə verilmiş ittihamın 5, 6 və 7-ci epizodları CM-nin 178.2.2-ci maddəsinin tərkib əlamətlərini yaratdığına görə həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. 73.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

74. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qadın olmasını, zərərçəkmiş şəxslərə qismən ödəniş etməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır.

75. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

76. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilərək, Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsinə Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilərək Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir (XİX cild i/v 75-76).

77. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməli, sonuncunun ibtidai araşdırma zamanı şübhəli şəxs qismində tutulduğu xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək, yəni 01 (bir) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır.

78. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 44-cü bəndi).

79. İşdə olan tutma protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuşdur (X cild i/v 49, 110-123).

80. İşdə olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1248/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, xx.xx.2024-cü ilədək uzadılmışdır (XX cild i/v 101-108)

81. Cinayət işinin XXİ cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 2524/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin məhkəmə hazırlıq iclası keçirilənəcək dəyişdirilmədən saxlanması qərara alınmışdır.

82. Cinayət işinin XXİ cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 2524/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

83. İş üzrə mülki iddia, maddi sübut yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 47 və 58-ci bəndləri).

84. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

85. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 320.1 və 320.2-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar təqsirli bilinərək ona cəza təyinolunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şühəli şəxs qismində tutulduğu xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni 01 (gün) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2024-cü il tarixdən hesablansın. Zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi xx.xx.2025-ci ilədək 35 saata görə 210 (iki yüz on) manat və xx.xx.2025-ci ilədək 16 saata görə 176 (bir yüz yetmiş altı) manat cəmi olaraq 386 (üç yüz səksən altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar