Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-796/2021 13.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 9 noyabr 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya Xəstəxanasında 16-cı şöbənin müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeyliyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü üçün şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir: belə ki, o, 2011-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya Xəstəxanasında həkim-psixiatr, 2018-ci ildən isə həmin xəstəxananın 16-cı şöbəsinin müdiri vəzifəsində işləməklə Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları” üzrə şöbə (bölmə) müdirinin nümunəvi vəzifə təlimatına əsasən, şöbənin (bölmənin) funksiya və vəzifələrinə uyğun olaraq, fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi, şöbədə (bölmədə) müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarının təkmilləşdirilməsi, işin forma və metodlarının, şöbənin fəaliyyətinin planlaşdırılmasının, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsinin təmin edilməsi qaydalara və standartlara uyğun olaraq xəstənin individuallaşdırılmış aparılma taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunun müəyyən edilməsi, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicənin təyin və nəzarət edilməsi, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsi və müstəqil surətdə aparılması, tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edilməsi, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinin təmin edilməsi, tibbi-sosial ekspertiza üçün zəruri sənədlərin hazırlanması, şöbənin (bölmənin) həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, şöbənin (bölmənin) işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlərin görülməsi, tibbi sənədləşdirmənin aparılmasının keyfiyyətinə nəzarətin həyata keçirilməsi səlahiyyətlərinə malik, ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə, öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların müvafiq qaydada yerinə yetirilməsinə, qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi ilə bağlı sənədləşdirmənin aparılmasına məsuliyyət daşıyan təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.5-ci bəndində nəzərdə tutulmuş əsaslar üzrə şəxsin əlilliyinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan Biləsuvar rayon Mərkəzi xəstəxanasında fəaliyyət göstərən Həkim Məsləhət Komissiyası tərəfindən Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əliliyin qiymətləndirilməsi” Qaydalarının 1 və 2-ci bəndlərinə əsasən, “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlənməsi yolu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılması ilə əlaqədar, işlədiyi həmin şöbəyə müayinədən keçməsi və xəstəliyə uyğun müvafiq kitabçadan (xəstəlik tarixindən) çıxarış verilməsi üçün göndərilmiş Şahid1 həmin şöbədə ambulator qaydada real şəkildə hər hansı müayinədən keçmədən, üzərində normativ qaydalarla müəyyən olunan tibbi proseduralar aparılmadan, guya 1 aydan artıq müddətdə şöbədə müayinə olunmasına və gələcəkdə barəsində İİ qrup əlillik dərəcəsinin təyin edilməsinə əsas verəcək diaqnoz yazılmaqla ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış verilməsinə görə 2020-ci ilin iyun ayının sonu-iyul ayının əvvəllərində işlədiyi həmin xəstəxananın Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X13 küçəsi 69/71 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid1 özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, həmin niyyətlə 2 iyul 2020-ci il tarixdə qeyd edilən xidməti otağında Şahid1 həmin pulun 300 manatını şəxsən alıb sonuncunu hər hansı müayinəyə cəlb etmədən, onun mümkün xəstəlikləri üzrə hər hansı tibbi prosedur həyata keçirməyib, habelə, qalan 300 manatı da həmin xidməti otağında 5 avqust 2020-ci il tarixdə Şahid1 aldıqdan sonra həmin otaqda tamah niyyətilə rəsmi sənəd olmaqla xidməti istifadəsinə verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə ambulator kitabçadan (xəstəlik tarixindən) TQS №027 057800 nömrəli çıxarışın məzmununa diyircəkli qələmlə xx xxxx 1955-ci il təvəllüdlü Şahid1 6 iyul 2020-ci il tarixdə həmin xəstəxanaya daxil olmaqla 10 avqust 2020-ci il tarixdə çıxmasına və sonuncuya XBT-10 F070 kodu üzrə əsas xəstəliyinin mərkəzi sinir sisteminin üzvi xəstəliyi, davranış pozuntuları diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatları yazıb, həmin rəsmi sənədin arxa hissəsində öz ad və soyadı qarşısında imzalamaqla xidməti istifadəsində olan üzərində “ARSN RK ******* Təqsirləndirilən şəxs Həkim Psixiatr” yazıları həkk edilmiş dairəvi möhürlə təsdiq edib həmin xəstəxananın arxivinə təqdim etməklə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla Şahid1 maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində istəməklə almışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 311.2 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildə X6 ilə ailə həyatı qurmuş, bu nikahdan 2011-ci il təvəllüdlü qızı Dəniz və 2013-cü il təvəllüdlü oğlu Xaqani dünyaya gəlmişdir. 2011-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini psixiatr ixtisası üzrə bitirmişdir. 2011-ci ildə əmək fəaliyyətinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatrik xəstəxanasında başlamışdır. Həmin xəstəxana 2019-cu ilin sonunda publik hüquqi şəxs statusu almışdır. Xəstəxanada 16-cı şöbədə kişi şöbəsində həkim psixiatr işləmişdir. 2018ci ildən isə xəstəxananın 16-cı şöbənin müdiri vəzifəsində işləyir. Həmin şöbədə kişi cinsindən olan xəstələr stasionar müalicə almışlar. Xəstəxanaya müraciət edən xəstələrə həkim məsləhət komissiyası tərəfindən diaqnoz qoyulmuş və sonra bu xəstələr müafiq şöbələrə göndərilmişdir. Şöbə müdiri kimi vəzifəsi müraciət edən xəstələri şöbədə yerləşdirmək, onlara diaqnoz üzrə təyinat vermək, müalicələri təyin etmək və sair işlərdən ibarət olmuşdur. Şahid1 2020-ci ilin iyul ayında tanımış, onunla heç bir münasibəti olmamış, sonuncunu Qoca adı ilə tanıdığı şəxsə görə tanımışdır. 2020-ci ilin iyul ayında xəstəxanaya gəlib-gedərkən qiyabi olaraq tanıdığı soyadını bilmədiyi Qoca adlı şəxs ona müraciət edərək bir nəfər dostunun əlillik almaq üçün Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmək istədiyini, onun müvafiq diaqnoz qeyd olunmuş epikrizə ehtiyacının olduğunu və əvvəllər psixiatrik xəstəxanada müalicə aldığını bildirmişdir. Həmin şəxsə dostunun xəstəliyinə dair sənədləri də götürərək onun yanına gəlməsini demişdir. Qoca ondan bu işin neçəyə başa gələcəyini soruşmuş, sonuncuya əgər əvvəllər xəstəxanada müalicə alıbsa 600 manat müqabilində epikriz verəcəyini demişdir. Sonra həmin Qoca adlı şəxs onun yanına Şahid1 ilə birlikdə gəlmişdir. Artıq Sulduz özü onunla danışaraq psixiatrik xəstəxanada əvvəllər stasionar müalicə aldığını, hazırda isə müalicə almaq istəmədiyini, epikriz almaq istədiyini bildirmişdir. Sulduz ona 300 manat pul gətirdiyini, qalan pulu da sonra verəcəyini demişdir. Sulduzdan əvvəlki epikrizini istəmiş, sonuncu isə ona əvvəlki epikrizlərinin evdə olduğunu bildirmişdir. Sulduzdan 300 manat pulu götürmüş və arxivdən Sulduzun əvvəlki epikrizini taparaq həmin epikrizdə yazılan diaqnozu köçürərək həmin diaqnoz əsasında Şahid1 gündüz stasionarında müalicə təyin etmişdir. Sulduz ilə aralarında olan razılığa əsasən Sulduz özü gələrək xəstəxanın gündüz stasionarı şöbəsində xəstələrin qeydiyyatı jurnalında imzalar etməli olmuşdur. Sulduzun gündüz stasionarına gəlib-gəlməməsini bilməmişdir. Sulduz bir neçə dəfə onunla mobil telefon vasitəsi ilə danışmışdır. Sulduz hər dəfə ondan epikrizinin hazır olub-olmamasını soruşmuş, sonuncuya 1 ayın tamam olmasının vacib olduğunu demişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Sulduz ona yaxınlaşaraq söz verdiyi pulun qalan hissəsini yəni 300 manatı təqdim etmiş, həmin pulu otağında götürmüşdür. Əvvəldə pulu Sulduzdan öz otağında götürmüşdür. Sulduzdan pulu alarkən otaqda tək olmuşdur. Sulduzdan pulu alandan sonra bir neçə gün sonra yaxınlaşaraq arxivdən epikrizini götürməsini demişdir. Sulduz arxivdən epikrizini götürmüş və bundan sonra Sulduzu görməmişdir. Sulduzdan aldığı pulu şəxsi ehtiyaclarına sərf etmiş və həmin puldan heç kimə verməmişdir. Şahid1 adına tərtib olunmuş 06.07.2020-ci il tarixdən 10.08.2020-ci il tarixə kimi stasionar müalicə almasına dair 10.08.2020-ci il tarixli 057800 №-!i ambulator kartadan çıxarışda «Müalicə həkimi» qrafasındakı imza ona məxsusdur. Şahid1 adına tərtib olunmuş 10.08.2020-cİ il tarixli 057800 №-li ambulator kartadan çıxarış sənədini dəftərxanaya təqdim edərək, ümumi qaydada xəstəxananın baş həkimi Şahid5 tərəfindən üçkünc möhür ilə təsdiq olunmasına nail olmuşdur. Şahid1 ona müraciət etməsi, cəmi 600 manat pul verməsi barədə xəstəxanada heç kimə, o cümlədən Şahid5 məlumat verməmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1992-1993-cü illərdə Qarabağ müharibəsi zamanı Qubadlı rayonu ərazisində aparılan hərbi əməliyyatlarda könüllü iştirak etmiş, hərbi əməliyyatlar zamanı başından sağ bud nahiyyəsindən yaralanmışdır. Sonradan müvafiq hərbi hospitallarda müalicə almış, hospitallarda xəstə çoxluğu ilə bağlı həkim göndərişi ilə müalicəsini davam etdirilməsi üçün yaşadığı Biləsuvar rayonuna göndərilmişdir. Həmin vaxtdan dəfələrlə müxtəlif xəstəxanalarda başından aldığı xəsarətlə bağlı müalicələr almışdır. Onun başından aldığı xəsarət onda əsəb, gərginlik, nevroz, hallusinayasiya görmə kimi problemlər yaratmışdır. 2017-ci ildən əlillik dərəcəsini almaq üçün ilk dəfə mürciət etmişdir. Həmin vaxt xəstəliyi ilə bağlı müvafiq sənədləri təqdim etmişdir. 2017-ci ilin iyun-iyul aylarında dəqiq xatırlamadığı tarixdə ilk dəfə Biləsuvar mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsinə müraciət etmişdir. Həmin şöbədə komissiya tərəfindən sənədləri qəbul edilmiş, elektron sistem vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. 1 ay sonra həmin şöbədən onu çağırıb əlillik dərəcəsi verilməsindən imtina edilməsi barədə qərar qəbul olunduğu və ambulator müalicə məsləhət görüldüyü, müalicədən sonra yenə sənədlərinin yoxlanılması üçün göndəriləcəyi deyilmiş və ona Respublika 1 saylı psixiatrik xəstəxanasına göndəriş verilmişdir. Təxminən 25 gün müddətində Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatrik xəstəxanada stasionar qaydada müalicə alıb yenidən rayona qayıtmışdır. Bu dəfə də eyni qaydada sənədlərini Biləsuvar MRX-yə təqdim etmiş, sənədləri qəbul edib elektron formatda sistemə göndərilmiş, bundan təxminən 1 ay sonra yenidən onu çağırıb barəsində əlillik dərəcəsi verilməsindən imtina edilməsi barədə qərar qəbul olunduğu və ambulator müalicə məsləhət görüldüyü, müalicədən sonra yenə sənədlərinin yoxlanılması üçün göndəriləcəyini demişlər və ona Respublika 1 saylı psixiatrik xəstəxanasına göndəriş verilmişdir. Təxminən 25-30 gün müddətində Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatrik xəstəxanada stasionar qaydada müalicə alıb yenidən rayona qayıtmışdır. Yenidən sənədləri qəbul edilib sistemə yüklənilsə də eyni qaydada ona 1 ay sonra imtina cavabı verilmişdir. Sonradan bir müddət müraciət etməyinin mənasız olmasını başa düşdüyündən artıq sənədlərini verməmişdir. Xatırlamadığı tanışından Respublika 1 saylı Psixiatrik xəstəxanasında Səriyyə adlı şöbə müdirinin lazımi sənədi hazırlayıb verməsini, verdiyi sənədlə əlillik dərəcəsinin təyin olunmasını eşitmiş və 2020-ci ilin iyun ayının əvvəllərində 1 saylı Respublika Psixiatrik Xəstəxanasına gedərək, orada 16-cı şöbənin müdiri X1 qəbulunda olmuş və problemini danışıb kömək etməsini xahiş etmişdir. Səriyyə həkim lazım olan sənədləri hazırlayacağını, həmin sənədlə asanlıqla ona əlillik təyin olunacağını, lakin buna görə 600 manat pul verməli olduğunu demişdir. Buna imkanı olmadığını, kasıb adam olduğunu desə də Səriyyə həkim əks halda işinin alınmayacağını bildirmişdir. Həkimin qəbulundan çıxıb evə qayıtmış, qarşılaşdığı korrupsiya faktı ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmək qərarına gəlmiş və bir neçə gün sonra həmin idarəyə gedib baş verənlər barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdikdən sonra onun üzərinə gizli çəkiliş aparatı qoyulmuş, sonradan hazırda dəqiq xatırlamadığı tarixdə, cari ilin iyun ayının sonlarında Səriyyə həkimin qəbuluna getmiş, işini düzəltmək üçün gəldiyini demiş, Səriyyə həkim 600 manat pulu verəcəyinə əmin olduqdan sonra onun bir ay müddətinə həmin şöbədə müalicə olunmağı ilə bağlı hansısa tibbi sənəd verəcəyini, həmin sənəd əsasında tez bir zamanda əlillik dərəcəsi ala biləcəyini demişdir. Sonuncuya razı olduğunu demiş, Səriyyə həkim üzərində pul olub-olmadığını soruşmuş, üzərində 600 manat pul olmadığını, bir-iki günə 300 manat gətirəcəyini bildirmişdir. Bundan bir iki gün sonra üzərində gizli çəkiliş qurğusu ilə Səriyyə həkimin qəbuluna getmiş, qəbul otağında Səriyyə həkimə 300 manat pulu vermişdir. Həmin vaxt Ssənədinin nə zaman hazır olacağını soruşmuş, Səriyyə həkim onun guya həmin xəstəxanada 1 ay 5 gün müalicədə olmağı ilə bağlı sənədi avqust ayının əvvəllərində verəcəyini demiş, daha sonra sağollaşıb oradan getmişdir. İlk 300 manat pulu 02.07.2020-ci il tarixdə Səriyyəyə vermiş, razılaşdıqları kimi təxminən bir ay sonra yəni 05.08.2020-ci il tarixdə yenidən Səriyyə həkimin yanına üzərində olan gizli çəkiliş aparatı ilə getmiş, Səriyyənin xidməti otağında olarkən sənədinin hazır olub-olmadığını soruşmuş, Səriyyə sənədinin hazır olmadığını demiş, ondan pulun qalığını gətirib gətirmədiyini soruşanda gətirdiyini demiş, Səriyyə pulun qalığını verməsini və bir neçə gün sonra sənədi götürə biləcəyini demişdir. Bundan sonra, 3 ədəd 100 manatlıq əskinas formasında 300 manat pulu yenidən xidməti otağında Səriyyə həkimə vermişdir. Pulu verəndən sonra Səriyyə mobil telefon nömrəsini kiçik kağızda yazıb ona vermiş, bir həftə sonra zəng etməyini tapşırmışdır. Səriyyənin dediyi kimi öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun hazırda xatırlamadığı mobil nömrəsinə təxminən 12-14 avqust tarixlərində zəng edib sənədinin hazır olub-olmadığını soruşmuş, təsdiq cavabı aldıqdan sonra Səriyyənin xidməti otağına gedərək ondan epikrez sənədini almışdır. Həmin sənəddə onun qeyd olunan xəstəxanada müalicə adldığı qeyd olunsa da, lakin həmin xəstəxanada 2020-ci ildə heç bir müalicə almamışdır. Səriyyədən epikrez sənədini alandan sonra 5 saylı TSEK-ə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2011-ci ildə 2 №-li tibb baza məktəbini bitirmiş, 2012-ci ildən hazırki günədək Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 saylı X5 hüquqi şəxsdə əmək fəaliyyətinə başlamışdır. 2013-cü ildən Xəstəxanada gündüz stasionarı şöbəsində tibb bacısı vəzifəsində işləyir. Tibb bacısı kimi vəzifəsi şöbəyə daxil olan xəstələri «Xəstəlik imza» jurnalında qeydiyyata almaq, xəstələrə tibbi xidmət göstərmək və sair işlərdən ibarət olmuşdur. Şöbənin müdiri Şahid2 olmuş, şöbədə ondan başqa kiçik tibb bacısı soyadını bilmədiyi Rəfiqə adlı qız işləmişdir. Xəstəxanaya müraciət edən xəstəni əvvəlcə baş həkim qəbul etmiş, bundan sonra ümumi şöbədə xəstənin adına xəstəlik tarixi açılmışdır. Xəstəni müalicə edən həkim xəstəyə müvafiq olaraq gündüz stasionarı şöbəsində müalicə alınmasına dair qərar qəbul etdikdə həmin xəstə onun işlədiyi şöbəyə daxil olmuşdur. Xəstələr həmin şöbədə səhər saat 09:00-dan gündüz saat 16:00-a kimi gələrək həkimlərin yazdıqları müvafiq müalicələri qəbul etmişlər. Xəstələr həmin şöbədə müalicə alsalar da, onların həkimləri başqa şöbələrin həkimləri olmuşdur. Xəstələr həftədə 6 gün ərzində gündüz stasionarında müalicə almışlar. Onların müalicə olunma müddətlərini müalicə həkimləri özləri müəyyən etmişlər. Şahid1 xatırlamır və gündüz stasionarında 210-220 nəfər xəstə müalicə alır. Onların hamısının ad və soyadını dəqiq xatırlamır. Şöbədə xəstələrin qeydiyyatı jurnalı fəaliyyət göstərir. Həmin jurnalı o, tərtib etmişdir. Şahid1 adını jurnala o yazmışdır. Lakin onun özünü xatırlamır. Xəstələr gündəlik xəstəxanada olduqları üçün hər gün jurnala imza etmilər. Şahid1 adının qarşısında jurnalda imzalar vardır. Həmin imzaların kim tərəfindən çəkilməsini bilmir. Həmin jurnalda ondan başqa şöbədə kiçik tibb işçisi işləyən Rəfiqə də qeydlər aparmışdır. Lakin Sulduzun əvəzindən xəstələrin qeydiyyatı jurnalında kimin imza etməsini bilmir. Şahid1 müalicə həkimi Təqsirləndirilən şəxs olmuşdur. Səriyyə özü Sulduzun müalicəsinə nəzarət etməli olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1997-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, həmin vaxtdan hazırki günədək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı X5 hüquqi şəxsdə əmək fəaliyyətinə başlamışdır. 2016-cı ildən xəstəxanada gündüz stasionarı şöbəsinin müdiri vəzifəsində işləyir. Vətəndaşlar xəstəxananın qəbul şöbəsinə müraciət etmişlər. Həmin xəstələrə müalicə həkimləri təyin olunmuş və əgər müalicə həkimi xəstənin özü və ətrafdakılar üçün təhlükəli olmadığını hesab edərsə gündüz stasionarında müalicə almalarına dair qərar qəbul edir və xəstələr müalicə olunmaları üçün rəhbərlik etdiyi şöbəyə göndərilirlər. Gündüz stasionarında xəstələrin qeydiyyatı jurnalı var, şöbədə müalicə alan xəstələr stasionarda olduqları günlərdə həmin jurnalda imza etmişlər. Qeyd olunan jurnalı şöbənin tibb bacısı Şahid3 tərtib edərək, jurnala nəzarət etmişdir. Gündüz stasionarı şöbəsində xəstələr onların müalicə həkimləri tərəfindən yazılan dərman preparatlarını qəbul etmişlər. Onlar gün ərzində şöbədə olmamış, xəstələr şöbəyə həftənin 6 günü müalicə almaq üçün gəlib-getmişlər. Bazar günləri və bayram günləri xəstələrin şöbəyə gəlmələri tələb olunmamışdır. Onların həmin günlərdə qəbul etməli olduqları dərman preparatları əvvəlcədən özlərinə verilmişdir. Gündüz stasionar şöbəsinin həkimi kimi öz xəstələrini müalicə etmiş, şöbədə müalicə alan digər həkimlərin xəstələri ilə onun əlaqəsi olmamışdır. Sadəcə olaraq onlara yazılmış müalicənin icra olunmasına ümumi nəzarət etmişdir. Şahid1 xatırlamır, sonuncu onun xəstəsi olmadığı üçün onun xəstəliyi barəsində heç nə deyə bilmir. Şahid1 Təqsirləndirilən şəxs xəstəsi olmuşdur. Şahid1 adını jurnala Könül yazmış, özü heç vaxt jurnalda qeydlər aparmamışdır. Xəstələr xəstəxanada olduqları günlərdə jurnalda ad, soyad və ata adlarının qarşısında imza etmişlər. Şahid1 adının qarşısında jurnalda imzalar vardır. Həmin imzaların kim tərəfindən çəkilməsini bilmir. Heç bir xəstənin əvəzindən həmin jurnala imza etməmiş və tabeliyində olan işçilərə belə bir göstəriş verməmişdir. Təqsirləndirilən şəxs Şahid1la nə kimi münasibətlərinin olmasından məlumatı olmamışdır. Səriyyənin Sulduzdan pul alıb-almaması barədə heç nə deyə bilmir. Sənədlər əsasında Şahid1 Səriyyənin xəstəsi olduğunu müəyyən etmişdir. Səriyyə onunla heç vaxt Şahid1 barədə söhbət etməmiş, sonuncu ilə bağlı ondan heç bir xahiş etməmişdir. Şahid1 onun şöbəsində müalicə alması qeyd olunsa da, müalicə həkimi Təqsirləndirilən şəxs olduğu üçün Sulduzun müalicəsinə görə Səriyyə cavabdehlik daşımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2018-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 13 saylı Peşə liseyini bitirmişdir. 2020-ci ilin iyun ayında 1 saylı X5 hüquqi şəxsdə əmək fəaliyyətinə başlamışdır. Xəstəxanada gündüz stasionarı şöbəsində kiçik tibb bacısı vəzifəsində işləmişdir. Kiçi tibb bacısı kimi vəzifəsi şöbəyə daxil olan xəstələrin analizlərinin verilməsinə nəzarət etmək, təmizlik etmək, şöbə müdirinin göstərişlərini icra etmək və sair işlərdən ibarət olmuşdur. Həmin şöbədə bir həkim, 1 nəfər tibb bacısı və 2 nəfər kiçik tibb bacısı fəaliyyət göstərmişdir. Həkim və şöbə müdiri Şahid2 olmuşdur. Şöbədə tibb bacısı işləyən Şahid3 xəstələrin qeydiyyatına nəzarət etmişdir. Şahid1 xatırlamır, işə qəbul olunduğu vaxtdan gündüz stasionarında çoxlu sayda xəstələr müalicə olunmuşlar. Xəstələrin hamısının ad və soyadını dəqiq xatırlaya bilmir. Şöbədə olan xəstələrin qeydiyyatı jurnalını tibb bacısı Şahid3 tərtib etmiş və Şahid1 adını jurnala Könül yazmışdır. İşlədiyi dövrdə heç vaxt jurnalda qeydlər aparmamış, xəstələr gündəlik xəstəxanada olduqları üçün hər gün jurnala imza etmişlər. Şahid1 adının qarşısında jurnalda olan imzaların kim tərəfindən çəkilməsini bilmir. Xəstələrin qeydiyyat jurnalı ilə işləmədiyi üçün həmin jurnalda kimlərin imza etməsini bilmir. Şahid1 müalicə həkimi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs özü Sulduzun müalicəsinə nəzarət etməli, onun davamiyyətini yoxlamalı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2008-ci ildən 1 №-li Respublika Psixiatrik Xəstəxanada baş həkim vəzifəsində işləyir. 2012-ci ildə Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən xəstəxanada dispanser şöbəsi ləğv olunmuşdur. Nazirin göstərişinə əssən dispanser şöbəsinin bütün arxivi yeni yaradılmış Psixi Sağlamlıq Mərkəzinə təhvil verilmişdir. 2008-ci ildə xəstəxanaya baş həkim vəzifəsinə təyin olunandan sonra xəstələrin qeydiyyat jurnallarını elektron daşıyıcılara köçürülməsinə dair göstəriş vermişdir. Həmin vaxtdan xəstələrin qeydiyyatı elektron formada aparılır. Təqsirləndirilən şəxs onun rəhbərlik etdiyi xəstəxanada 16-cı şöbənin müdiri vəzifəsində işləmişdir. Səriyyə yaxşı əməkdaş kimi xarakterizə edilmişdir. Səriyyə ilə bir iş yoldaşı kimi münasibəti olmuşdur. Şahid1 tanımır və sonuncu ilə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Şahid1 600 manat pul almasından məlumatı olmamışdır. Bu barədə 05 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs xidməti otağında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməakdaşları tərəfindən axtarış aparılarkən bilmişdir. Səriyyənin Şahid1 600 manat pul alaraq adına 06.07.2020-ci il tarixdən 10.08.2020-ci il tarixə kimi stasionar müalicə almasına dair 10.08.2020-ci il tarixli ambulator kartadan çıxarış tərtib etməsindən məlumatı olmamışdır. Səriyyə bu barədə ona heç nə deməmişdir. Ümumiyyətlə xəstələrə epiqrezləri onların müalicə həkimləri tərtib edirlər. Epiqrez sənədi əvvəlcə qəbul şöbəsində yoxlanılır, qəbul şöbəsində xəstənin adı, soyadı və ata adı aşkar olunduqdan sonra sənəd təsdiq olunması üçün baş həkimin müavinlərinə təqdim olunur. Sonda isə o, sənədə xəstəxananın möhürünü vurur. Şahid1 xəstəxanada qeydiyyatda olmuş və əvvəllər xəstəxanada müalicə almışdır. Səriyyə onun adına epiqrez arayışı tərtib etdikdən sonra bu arayış qəbul şöbəsində yoxlanılmış və xəstənin adı aşkar olunduğu üçün həmin sənəd təsdiq olunması üçün ona təqdim olunmuşdur. Şahid1 2020-ci ilin yay aylarında xəstəxanada faktiki olaraq müalicə alıb- almamasına dair heç nə deyə bilmir. Çünki onun müalicəsinə müalicə həkimi Təqsirləndirilən şəxs nəzarət etmişdir. Şahid1 adına tərtib olunmuş 10.08.2020-ci il tarixli ambulator kartadan çıxarış sənədində üçkünc möhür xəstəxanaya məxsusdur. Həmin möhür onda olur və xəstəxananın baş həkimi kimi ona təqdim olunan tibbi sənədlərə, o cümlədən ambulator tibbi kartalardan çıxarış sənədlərinə qeyd olunan möhürü vurur. Şahid1 adına tərtib olunan sənədə möhür vurmuş, lakin Şahid1 xəstəxanada faktiki müalicə almadığını və tibbi arayışı almaq üçün kiməsə pul verdiyini bilməmişdir. İşdə olan Şahid1 11 avqust 2020-ci il tarixli ərizəsindən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək xəstəliyi ilə bağlı əlillik dərəcəsi almaq üçün tələb olunan tibbi arayışı əldə etmək məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya xəstəxanasının 16-cı şöbəsinin müdiri X2 müraciət etdiyini və sonuncunun ondan 600 manat pul tələb etdiyini qeyd etmişdir (1-ci cild iş vərəqi 9-15). İşdə olan Binəqədi rayon məhkəməsinin 04.11.2020-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-dən Təqsirləndirilən şəxs Akif qızına məxsus ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, sms məlumatlar götürülmüş və həmin məlumatlara baxış keçirilmişdir (1-ci cild iş vərəqi 111-114). İşdə olan 5 yanvar 2021 -ci il tarixli baxış protokolundan görünür ki, 10.08.2020-ci il tarixdə saat 08:40-da Şahid1 məxsus ********** nömrəsindən Təqsirləndirilən şəxs ********** nömrəsinə zəng daxil olaraq 67 saniyə, eyni gündə saat 12:46-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 37 saniyə, həmin gün saat 12:58- da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 1 saniyə, eyni gündə saat 12:59-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 14 saniyə və həmin gün saat 13:19-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 16 saniyə danışıq olduğu müəyyən olunmuşdur (1-ci cild iş vərəqi 144). İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 29 yanvar 2021-ci il tarixli 4/60 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Şahid1 adına tərtib olunmuş 10.08.2020-ci il tarixli ambulator tibbi kartadan çıxarış sənədində «Müalicə həkiminin imzası» qrafasında imza Təqsirləndirilən şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Həmçinin qeyd olunan rəyə əsasən ekspert tədqiqatına təqdim edilmiş gündüz stasionarı xəstələrinin qeydiyyatı jurnalında Şahid1 adının qarşısındakı imzalardan iyul ayı üzrə 6 və 7 tarixlərində imzalar Şahid1 tərəfindən icra olunmuşdur. Qeyd olunan ekspertiza rəyinə əsasən ekspert tədqiqatına təqdim edilmiş gündüz stasionarı xəstələrinin qeydiyyatı jurnalında Şahid1 adının qarşısındakı digər imzalar Şahid1, Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin imzaların Şahid4 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır (1-ci cild iş vərəqi 235-240). İşdə olan Binəqədi rayon məhkəməsinin 04.11.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeydiyyata alınmış video görüntülərin yazıldığı CD diskə baxış keçirilmişdir (1-ci cild iş vərəqi 145- 147). İşdə olan 8 yanvar 2021 -cä il tarixli baxış protokoluna əsasən, həmin CD diskdə olan «1» və “2”video faylında Təqsirləndirilən şəxs ilə Şahid1 arasındakı dialoqun qeydiyyata alındığı müəyyən olunmuşdur. İşdə olan məhkəmə-fonoskopik ekspertizasının 8 dekabr 2020-ci il tarixli 4/1092 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Şahid1, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur (1-ci cild iş vərəqi 124-134). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin baş direktoru Şahid5 02.12.2011 -ci il tarixli 2334 №-li əmrinə əsasən Əliyeva (Tanverdiyeva) X11 psixiatr vəzifəsinə qəbul edilmiş, 19.02.2018-ci il tarixli 50 saylı əmrə əsasən isə Təqsirləndirilən şəxs 16-cı psixiatrik kişi şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, 23.09.2020-ci il tarixli 1913-K saylı əmrə əsasən vəzifədən azad olunmuşdur (1-ci cild iş vərəqi 89-103). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 16-cı psixiatrik kişi şöbəsinin müdiri olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012- ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları” üzrə şöbə (bölmə) müdirinin nümunəvi vəzifə təlimatına əsasən, şöbənin (bölmənin) funksiya və vəzifələrinə uyğun olaraq, fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi, şöbədə (bölmədə) müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarının təkmilləşdirilməsi, işin forma və metodlarının, şöbənin fəaliyyətinin planlaşdırılmasının, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsinin təmin edilməsi, qaydalara və standartlara uyğun olaraq xəstənin individuallaşdırılmış aparılma taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunun müəyyən edilməsi, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicənin təyin və nəzarət edilməsi, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsi və müstəqil surətdə aparılması, tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edilməsi, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinin təmin edilməsi, tibbi-sosial ekspertiza üçün zəruri sənədlərin hazırlanması, şöbənin (bölmənin) həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, şöbənin (bölmənin) işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlərin görülməsi, tibbi sənədləşdirmənin aparılmasının keyfiyyətinə nəzarətin həyata keçirilməsi səlahiyyətlərinə malik, ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə, öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların müvafiq qaydada yerinə yetirilməsinə, qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi ilə bağlı sənədləşdirmənin aparılmasına məsuliyyət daşıyan təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmuşdur (1-ci cild iş vərəqi 89-103). İşdə olan 28 yanar 2021-ci il tarixli qərardan görünür ki, Şahid1 adına tərtib olunmuş 5 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə ambulator kitabçadan (xəstəlik tarixindən) TQS № 027, 057800 nömrəli çıxarış və 2020-ci il üzrə xəstələrin qeydiyyatı jurnalı öz xüsusiyyətinə və əlamətlərinə, üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 9-15). İşdə olan 5 sentyabr 2020-ci il tarixli axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xidməti otağında axtarış zamanı sonuncunun xidməti otağından götürülmüş 819 manat pul vəsaiti saxlanılması üçün Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabına keçirilmişdir (1-ci cild iş vərəqi 87-88). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 163). İşdə olan 5 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Binəqədi rayon məhkəməsinin 9 sentyabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırılma əlavə qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 37-57, 64- 71). İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2 azyaşlı övladı - 14.12.2011ci il təvəllüdlü Dəniz Tanverdiyeva, 16.01.2013-cü il təvəllüdlü Xaqani Tanverdiyev onun himayəsindədir. İşdə olan 27 yanvar 2021-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü üçün şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə alması, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsi özünün ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 311.2 və 313-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 313-cü maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 313-cü maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmiş, Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını da nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 311.2 və 313-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən təyin olunan cəzanın şərti olaraq tətəbiq edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində şərti məhkum etməni «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edilməlidir. Belə ki, qərarda qeyd edilir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X3 xidməti otağında axtarış zamanı aşkar olunmuş və Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq depozit hesabında saxlanılan 819 (səkkiz yüz on doqquz) manat məbləğində pul vəsaitinin 600 (altı yüz) manatı dövlət nəfinə müsadirə edilməli qalan məbləğ isə X4 qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Şahid1 adına tərtib olunmuş 5 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə ambulator kitabçadan (xəstəlik tarixindən) TQS № 027, 057800 nömrəli çıxarış və 2020-ci il üzrə xəstələrin qeydiyyatı jurnalı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə xərcləri - 132 (yüz otuz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin; Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza - 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası Bakı şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs X3 xidməti otağında axtarış zamanı aşkar olunmuş və Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq depozit hesabında saxlanılan 819 (səkkiz yüz on doqquz) manat məbləğində pul vəsaitinin 600 (altı yüz) manatı dövlət nəfinə müsadirə edilməklə, qalan məbləğ X4 qaytarılsın. İş üzrə maddi sübutlar - Şahid1 adına tərtib olunan 5 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə ambulator kitabçadan (xəstəlik tarixindən) TQS №027, 057800 nömrəli çıxarış və 2020-ci il üzrə xəstələrin qeydiyyatı jurnalı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri 132 (yüz otuz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-796/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-796/2021
13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver