Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-796/2022 19.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1976-cı il tarixdə Füzuli rayonunun Aybasarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, 5 saylı yataqxana, otaq 79-da yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satmaqla qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 02 noyabr 2021-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsində “Çentralnı” deyilən yerin yaxınlığında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 5,311 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 03 noyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi,’’Tayqa” marketin yaxınlığında saxlanılaraq, Binəqədi rayonu, X6 küçəsi 6 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada saat 22:20 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara gödəkçənin sol yan cibindən 10 ədəd şəffaf rəngli sellofan bükümlərdə təmiz çəkisi 0,330 qarm, 0,295 qarm, 0,350 qram, 0, 374 qram, 0,425 qram, 0,409 qram, 0,330 qram, 0,365 qram, 0,303 qram, 2,090 qram və 01 ədəd gümüşü rəngli falqa kağızına büküimüş təmiz çəkisi 0,040 qram, ümumi təmiz çəkisi 5,311 qram olan külli miqdarda qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisidir. 02 noyabr 2021-ci il tarixdə günorta saatlarında Binəqədi qəsəbəsində “Mərkəz” deyilən yerin yaxınlığında bir nəfər təxminən 30-35 yaşlarında şəxsdən 01 ədəd bükümdə heroini almış və onu üzərində saxlamışdır. 03 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ’’Tayqa” marketin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları olduqlarını, üzərində narkotik vasitə olmaqda və narkotik vasitələrdən istifadə etməkdə şübhələri olduğunu bildirib, onu Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, baxış zamanı əynindəki gödəkçənin cibindən 01 ədəd bükümü çıxararaq könüllü şəkildə təqdim etmiş və içərisində heroin olduğunu bildirmişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 noyabr 2021-ci il tarixdə Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi, 5 saylı yataqxana yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəhbərliyinə raportla məruzə etmiş, əməliyyat axtarış tədbirlərinin keçiriləmsi üçün ondan və sahə inspektoru polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə saat 20 radələrində Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ’’Tayqa” marketin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilərək 5-ci Polis Bölməsinə dəvət edilmişdir. Bölmədə onların iştirakı ilə video çəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən on ədəd şəffaf rəngli selofana bükülmüş və bir ədəd gümüşü rəngli falqa kağızına bükülmüş spesfik iyi olan narkotik vasitə heroinə bənzər maddəni çıxarıb masanın üstünə qoymuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddə narkotik vasitə heroini özü istifadə etmək üçün 02 noyabr 2021-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsində “Çentralnı” deyilən yerin yaxınlığında tanımadığı şəxsdən satış məqsədi ilə əldə etdiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru polis leytenantı Şahid2, Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini təsdiq etmişdir. 03 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokoluna görə Təqsirləndirilən şəxs tərəfindən əynində olan qara gödəkçənin sol yan cibindən on bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroini çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərdən on ədəd şəffaf rəngli selofana bükülmüş və bir ədəd isə gümüşü rəngli falqa kağızına bükülmüş bükümlərin içindəkilərin heroinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş on ədəd şəffaf rəngli selofana bükülmüş və bir ədəd gümüşü rəngli falqa kağızına bükülü kağız zərfə qablaşdırılaraq DİN-in zərflər üçün nəzərdə tutulmuş 174 nömrəli möhürü ilə möhürlənmişdir. 03 noyabr 2021-ci il tarixli şəxsi axtarışın video görüntüsünün baxış protokoluna görə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışda Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru Nihad Məmmədli xidməti otağında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə sahə inspektoru polis leytenantı Şahid2 əyləşmiş, video çəklişi Binəqədi RPİ-nin KTQ- nun inspektor kriminalisti polis mayoru X2 iştirak etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “FLY” markalı mobil telefonu, on ədəd şəffaf rəngli selofana bükülmüş və bir ədəd gümüşü rəngli falqa kağızına bükülünü xidməti otaqda olan masanın üzərinə qoyur, təhqiqatçı Nihad Məmmədli tərəfindən soruşduqda Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Rafiq adlı şəxslə “WhatsApp” sistemi vasitəsi ilə tanış olduğunu, ondan özü istifadə etmək üçün narkotik vasitə heroin sfariş etdiyini, Rafiq zəng vurarar onun etdiyi sfarişləri Binəqədi rayonu, Garaybəyli küçəsində yerləşən “Tayqa” marketin qarşısındakı kolluğa qoyulduğunu, “kakos” kimi tanıdığı heroini Rafiqlə 150 manata razılaşdığını, həmin pulu «MİLLİ ÖN» terminalı vasitəsi ilə Rafiqə ödədiyini bildirir. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilir, o, üzərində başqa heç bir əşyanın olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və onun üzərindən başqa heç bir əşyanın olması müəyyən olunmur. Həmin maddələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-nin 174 nömrəli möhürü ilə möhürlənərək iştirakşılar tərəfindən imzalanmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzəriə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işində saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 04 noyabr 2021-ci il tarixli, 6/4895 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Azərbaycan Respublikası DİN-nin zərflər üşün №174” dairəvi möhür əksləri olan, “Tərtib etdi...” ad, soy ad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki on ədəd şəffaf rəngli seffofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,330 qarm, 0,295 qarm, 0,350 qram, 0, 374 qram, 0,425 qram, 0,409 qram, 0,330 qram, 0,365 qram, 0,303 qram, 2,090 qram və bir ədəd gümüşü rəngli falqa kağızına bükülmüş təmiz çəkisi 0,040 qram, ümumilikdə təmiz çəkisi 5,311 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. On bir ədəd bükümdə olan heroinlər xarici görnüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş on bir ədəd bükümdə ümumi çəkisi 5,311 qram olmaqla narkotik vasitə heroin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilərək saxlanması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkolojı ekspertizasının 04 yanavr 2022-ci il tarixli, 27 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs «opioidlər»in nəticəsində yaranan asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliyi olub- olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatrik ekspertizanın 27 dekabr 2021-ci il tarixli, 3085 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Törətdiyi əməl barəsində anlaqli hesab edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarışın video görüntüsünün baxış protokolu, məhkəmə-kimyəvi ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının, məhkəmə-psixiatrik ekspertizasının rəyləri və digər istintaq sənədləri iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və sübut etmənin predmeti olduğundan həmin prosessual sənədlər sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü qismən təqsirli bilməsi və narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi və öz müdafiəsi üçün gətirdiyi digər dəlillər iş üzrə şahidlərin ifadələri, «şəxsi axtarış və götürmə keçirilməsi haqqında» protokol, şəxsi axtarış aparılarkən «Panasonic» markalı video kamera vasitəsi ilə video çəkiliş üçün istifadə edilmiş 01 (bir) ədəd CD disk, məhkəmə-kimyəvi ekspertizanın 04 noyabr 2021-ci il tarixli, 6/4895 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizanın 04 yanavr 2022-ci il tarixli, 27 nömrəli rəyi, əldə edilmiş maddi sübutlar və iş üzrə toplanmış digər materiallarla tam təsdiq olunaraq sübuta yetirildiyindən təkzib edilmişdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olması, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən xəstə anasının himayəsində olması, qardaşının Qarabağ döyüşlərində iştirak etmiş və Qarabağ qazisi olması, onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış və Bakı şəhər Binəqədi rayon məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 03 noyabr 2021-ci il tarixdən hesablanmaqla barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübutlar: - Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş on bir ədəd bükümdə təmiz çəkisi 5,311 qram olmaqla, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 5,091 qram qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən istifadə edilmiş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 114 (yüz on dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 114 (yüz on dörd) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar: - Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlardan sonra qalıq çəkisi 5,091 qram qram çəkidə narkotik vasitə heroin məhv edilsin. -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən istifadə edilmiş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-796/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-796/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver