Məhkəmə qərarları › İş №1(101)-797/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-797/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-797/2023 07.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 16.10 Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Museyib oğlunun iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Məmmədyarov Bulvar küçəsi, ev 7, mənzil 27-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddəni və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin qanunsuz dövriyyəsi ilə məşğul olaraq əldə edib satıb qazanc əldə etmək məqsədilə şəxsiyyəti naməlum Türkiyə Respublikasının vətəndaşı naməlum «Anar» adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək naməlum “Anar” adlı şəxslə internet vasitəsilə danışıqlar aparıb əvvəlcədən aralarında olan razılaşmaya əsasən naməlum tarixdə və şəraitdə Nərimanov rayonu ərazisində sonuncu tərəfindən göndərilmiş şəxsiyyəti naməlum tır sürücüsündən satış məqsədilə qanunsuz olaraq ümumi təmiz çəkisi 23,024 qram olan külli miqdarda narkotik vasitə- “kokain”, tərkiblərində təsir maddəsinin ümumi miqdarı 52,4 qram olan 190 ədəd üzərlərində “X12” göstəriciləri olan bütöv açıq-göy rəngli dərman həbləri və təmiz çəkisi 17,475 qram olan 75 ədəd həb qırıntılarından ibarət külli miqdarda psixotrop maddə- “MDMA”, təsir maddəsinin ümumi miqdarı 14,96 qram olan ümumilikdə 374 ədəd külli miqdarda narkotik vasitə metadon həbləri, təsir maddəsinin ümumi miqdarı 12,9 qram olan ümumilikdə 43 ədəd ağ-qəhvəyi rəngli dərman kapsullarından ibarət külli miqdarda narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsiredici maddə olan preqabalin həblərini əldə edib üzərində və yaşadığı mənzildə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində ünvan 1 ünvanın qarşısında piyada hərəkət edən zaman AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada saat 03:30-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 8,604 qram olan ağ rəngli tozşəkilli maddələrdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə kokain, 1 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 10 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxil olan dərman həbləri olan metadon, həmçinin həmin tarixdə saat 05:00-da Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Ü.Hacıbəyov küçəsi, ev 69, mənzil 37-də yerləşən mənzilə baxış və axtarış keçirilən zaman mənzilin sağ tərəfində yerləşən otaqdakı taxta konstruksiyalı dolabın üst hissəsində sonuncu tərəfindən gizlədilmiş 01 ədəd qara rəngli sellofan torbanın içərisində 06 ədəd kağız və 01 ədəd sellofan büküm olmaqla ümumilikdə 07 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,917 qr, 0,898 qr, 0,938 qr, 0,771 qr, 0,902 qr, 9,151 qr, 0,843 qr olan ümumi təmiz çəkisi 14,420 qram ağ rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə kokain, təsiredici maddəsinin ümumi miqdarı 12,9 qram təşkil edən 03 ədəd üzərilərində “Preqabalin 300 mq” göstəriciləri olan blisterdə 42 ədəd və 01 ədəd açıq vəziyyətdə ümumilikdə 43 ədəd ağ-qəhvəyi rəngli külli miqdarda narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsiredici maddə olan preqabalin həbləri, üzərlərində “Methadone 40” göstəriciləri olan 31 ədəd bütöv, 08 ədəd istifadə olunmuş dərman konvolyutlarında 357 ədəd və 07 ədəd açıq vəziyyətdə, ümumi sayı 364 ədəd olan açıq-qəhvəyi rəngli “FM 40” göstəricili ümumi miqdarı 14,56 qram təşkil edən həbləri, tərkiblərində təsir maddəsinin ümumi miqdarı 52,4 qram olan 190 ədəd üzərlərində “X12” göstəriciləri olan açıq-göy rəngli dərman həbləri və ümumi təmiz çəkisi 17,475 qram olan 75 ədəd həb qırıntılarından ibarət külli miqdarda psixotrop maddə- “MDMA” və 01 ədəd səthində narkotik vasitə kokainə məxsus izlər olan elektron tərəzi aşkarlanaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən əvvəllər istifadə etmişdir. Lakin, daimi istifadəçisi olmamışdır. Əvvəllər məhkəmə məsuliyyətinə cəlb olunmuş və sonradan amnistiya tətbiq olunmuşdur. 15 sentyabr 2022-ci il axşam saatlarında zibil atmaq üçün çölə çıxmışdır. Evə qayıdarkən 5 nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşmış və bir nəfər özünü təqdim etmişdir. Ona yaxınlaşan şəxslər hüquq və vəzifələrini izah etməmişlər. Ondan üzərində nə olduğunu soruşmuşlar və üzərinə baxış keçirmişlər. Üzərində açar və pul kisəsi, telefon var imiş. Üzərində hansısa bir maddə yox imiş. Onu Polis İdarəsinə aparmışlar. Hansı səbəblə ora getdiyini soruşduqda, səbəbini Polis İdarəsində biləcəyini demişlər. Yarı yolda maşını saxlamışlar və demişlər ki, onun evində də nəsə var. Ünvanını soruşmuşlar və yarı yoldan evə qayıtmışlar. Evə baxış keçirmişlər və heç nə tapa bilməyib Polis İdarəsinə aparmışlar. Lakin, evə baxış keçirilməsinə yoldaşı etiraz etmişdir. Amma bu etirazın heç bir nəticəsi olmamışdır. Onun evinə 2 dəfə baxış keçirilmişdir. Birinci dəfə onu yaxalayan zaman yarı yoldan qayıdıb evinə baxış keçirmişlər, ikinci dəfə İdarədən evə qayıdarkən evinə baxış keçirilmişdir. Əvvəlcə onu aşağıda 15 dəqiqə saxlamışlar, sonra evə aparmışlar, ona təzyiq göstərilmiş və o videoçəkiliş zamanı dedikləri yerdən narkotik vasitəni çıxarmışdır. Üzərindən aşkar olunan əşyaları ona Polis İdarəsində qaytarmışlar. Maşında gedən zaman əşyalar onda deyilmiş. Polis İdarəsində ona təzyiq göstərilmiş və döyülmüşdür. Ona demişlər ki, onların məhləsindən marixuana istifadə edənləri tutmuşlar, onlara 10 min manat vermişlər, o da 10 min manat hesab verməlidir, əks halda onu həbsə göndərəcəklərini demişlər. Ona polis əməkdaşlarından Şirəli tərəfindən təzyiq götərilmiş, digərlərinin isə adını bilmir. İstintaq zamanı 1 dəfə ifadə vermişdir. O, izahatı oxumadan imzalamışdır. Çünki ona təzyiq göstərib demişlər ki, imza çəkməsə həyat yoldaşını, qardaşını tutatacaqlar. Onu döyüb yerə yıxmışlar, o da imza çəkmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotikdən əvvəllər istifadə edirmiş. Ekspertiza keçirilmiş, ekspert rəyində narkotik vasitə istifadəçisi olmağı yazılsa da, heç bir məlumatı yoxdur. “Whatsapp” sosial şəbəkəsindən istifadə edir. Anar adlı şəxsi tanımır, onunla heç bir yazışması olmamışdır. O, ***-***-**-** və ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. O, kokaindən istifadə etməmişdir. Ona təzyiq göstərilmiş və o videoçəkiliş zamanı dedikləri yerdən narkotik vasitəni çıxarmışdır. Onu təxminən 01:30-da saxlamışlar. Elan olunmuş cinayət işinin 30-32-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu təzyiq altında imza etmişdir Elan olunmuş cinayət işinin 36-38-ci vərəqələrində olan mənzilə baxış keçirilməsi və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu təzyiq altında imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 27-ci vərəqəsində olan izahatında, 43-46 və 57-60-cı vərəqələrində olan ifadələrində X5 aşağıdakıları göstərmişdir: <<.. mən əynimdə olan qara rəngli şalvarın sağ yan cibindən 1 bükümdə, ağ rəngli, narkotik vasitə kokaini və 10 ədəd metadon həbini təqdim etdim. ...Mən verilən suallara cavab olaraq, üzərimdən aşkar olunmuş narkotik maddələri sosial şəbəkədə tanış olduğum Türkiyə Respublikasında yaşayan Anar adlı şəxsin tapşırığı ilə təxminən 1 ay əvvəl Nərimanov rayonu ərazisində adını bilmədiyim tır sürücüsündən əldə etdiyimi, 4 aydır narkotik maddələrin dövriyyəsini təşkil etdiyimi, həmin işdən təxminən 10000 AZN pul qazanıb şəxsi ehtiyaclarım üçün xərclədiyimi, qurudulmuş marixuanadan istifadə etdiyimi, polis əməkdaşları tərəfindən mənə zor tətbiq edilmədiyini, əlavə olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən yaşadığım mənzildə narkotik vasitə saxladığımı bildirirəm. ...Həmin mənzilin sağ tərəfində yerləşən otaqdakı taxta konstruksiyalı dolabın üst hissəsində gizlətdiyim 1 ədəd qara rəngli, sellofan torbanı təqdim etdim. Həmin torbanın içindən 6 ədəd kağız, 1 ədəd sellofan bükümlərdə ağ rəngli narkotik vasitə kokain, 364 ədəd metadon, 43 ədəd preqabalin, 265 ədəd ekstazi həbləri və 1 ədəd elektron tərəzi aşkar olundu. ..>> Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olumuş izahatı və protokolları təsdiq etmir. İmzalar onun imzasıdır, izahatı və protokolları təzyiq altında imza etmişdir. Elan olunmuş cinayət işinin 99-100-cü və 101-102-ci vərəqələrində olan DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokollara və protokollarda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, protokolda ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlar , yəni - “PRİGEBALİN 300 PGN 1 list 110 AZN, yarım 55 AZN, “4 lista alisu Celie” 100 manat Alim? “Xeber ela alinir tema?” Votsap danışıqlarından xəbəri yoxdur. Protokolu təzyiq altında imza etmişdir. Elan olunmuş cinayət işinin 179-180-ci vərəqələrində olan baxış keçirilməsi haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu təzyiq altında imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Şahid1 və o əməliyyat qrupuna daxil edilmiş. 15 sentyabr 2022-ci il tarixdə saat 02:00 radələrində ünvan 1 ünvanın qarşısında olarkən tərəflərindən tədbirlər keçirilərək ehtimal etdiyləri Orxan adlı şəxsə yaxınlaşmışlar və şəxsə özlərini təqdim etmişlər. Şəxsə barəsində məlumat olduğunu bildirib BNMİ-ə dəvət etmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, hüquqları izah olunmuşdur. Müdafiəçi, təhqiqatçının iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs şalvarın cibindən müəyyən bükümdə həblər, telefon, açar, içərisində ona məxsus olan şəxsiyyət və sürücülük vəsiqəsi, bank kartları və 25 manat dəyərində pul olan pul qabını çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Orxan, etiraf edərək bu həblərin “kokain”, metadon olduğunu, həmçinin yaşadığı mənzildə də narkotik vasitə və psixotrop maddələrin olduğunu demişdir. Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən mənzilə müdafiəçisinin iştirakı ilə baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs mənzilə baxış və axtarış keçirilən zaman qara rəngli sellofan torbanı onlara təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən 06 ədəd kağız, 01 ədəd sellofan bükümlər, 364 ədəd dərman preparatı metadon, 43 ədəd preqabalin, 265 ədəd ekstazi həbləri və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Orxan özü, qeyd olunan narkotik maddələri sosial şəbəkədə tanış olduğu Türkiyə Respublikasında yaşayan şəxsdən əldə etdiyini etiraf etmişdir. Həmçinin, bildirmişdir ki, 6 bağlamada olan narkotik vasitə kokaindir. Kokainin 1 qramı qara bazarda təqribən 400-500 manata satılır. Həmin narkotiklər zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, səhv etmirsə, 23-27 qram kokain də aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən ona qarşı zor, təzyiq göstərilməmişdir. Mənzilə 1 dəfə baxış keçirmişlər. Həmin zaman işçtirak edən təhqiqatçının adını xatırlamır. Təqsirləndirilən şəxs razılığı ilə mənzilə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2 14 sentyabr 20222-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli mqidarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2 14 sentyabr 20222-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli mqidarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətovun 14 sentyabr 20222-ci il tarixli, Ə 301-008-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli mqidarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 30-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 bükümdə ağ rəngli narkotik vasitə kokainə bənzər və 10 ədəd metadona həbinə bənzər kütlələri təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan həmin şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, 01 ədəd açar, içərisində ona məxsus olan şəxsiyyət və sürücülük vəsiqəsi, **********833775, **********777537, **********565862, **********082956 nömrəli bank hesab kartları və 25 manat dəyərində pul əskinası olan pul qabı aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik maddələr sosial şəbəkədə tanış olduğu Türkiyə Respublikasında yaşayan “Anar” adlı şəxsin tapşırığı ilə təxminən 1 ay əvvəl Nərimanov rayonu ərazisində adını bilmədiyi tır sürücüsündən əldə etdiyini, 4 aydır ki, narkotik maddələrin dövriyyəsini təşkil etdiyini və bu işdən təxminən 10.000 manat pul əldə etdiyini, əlavə olaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə də narkotik vasitə saxladığını, ora polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər, mobil telefon, şəxsiyyət və sürücülük vəsiqəsi və bank kartları zərfə qoyulmuş və qablaşdırılaraq götürülmüş, 1 ədəd açar və pul isə özünə geri qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 34-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X2 15 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 36-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 sentyabr 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana Təqsirləndirilən şəxs və sonuncunun həyat yoldaşı X2 iştirakları ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin mənzilin sağ tərəfində yerləşən otaqdakı taxta kontruksiyalı dolabın üst hissəsində gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 6 ədəd kağız, 1 ədəd sellofan bükümlərdə ağ rəngli, narkotik vasitə kokainə bənzər madə, 364 ədəd metadona bənzər həb, 43 ədəd preqabalin, 265 ədəd ekstazi həblərinə bənzər kütlələr və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar edilmiş bükümlər və həblər tərəzidə çəkilmiş, daha sonra qablaşdırılaraq götürülmüşdür. Mənzilə baxış zamanı digər heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik maddələri sosial şəbəkədə tanış olduğu Türkiyə Respublikasında yaşayan “Anar” adlı şəxsin tapşırığı ilə təxminən 01 ay əvvəl Nərimanov rayonu ərazisində adını bilmədiyi tır sürücüsündən əldə etdiyini, 4 aydır ki, narkotik maddələrin dövriyyəsini təşkil etdiyini və bu işdən təxminən 10.000 manat pul əldə etdiyini, narkotik vasitə saxlamasından həyat yoldaşı Ayselin məlumatı olmadığını bildirmişdir. Baxış keçirilməsi zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 48-54-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli, 6/5200 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 8,604 qram olan ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -kokaindir, 1 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda 10 ədəd olan açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir. -üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan kağız yapışdırılmış bağlamadakı 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,917 qr, 0,898 qr, 0,938 qr, 0,771 qr, 0, 902 qr, 9,151 qr, 0,843 qr, ümumi təmiz çəkisi 14,420 qram olan ağ rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə kokaindir, 03 ədəd üzərlərində “Preqabalin 300 mq” göstəriciləri olan blisterdə 42 ədəd və 01 ədəd açıq vəziyyətdə ümumilikdə 43 ədəd ağ-qəhvəyi rəngli dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 12,9 qram təşkil edir, üzərlərində “Methadone 40” göstəriciləri olan 31 ədəd bütöv, 08 ədəd istifadə olunmuş dərman konvolyutlarında 357 ədəd və 7 ədəd açıq vəziyyətdə, ümumi sayı 364 ədəd olan açıq-qəhvəyi rəngli “FM 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 14,56 qram təşkil edir həbləri, 190 ədəd üzərlərində “X12” göstəriciləri olan bütöv açıq-göy rəngli dərman həbləri və təmiz çəkisi 17,475 qram olan 75 ədəd həb qırıntılarından ibarət kütlənin əsas təsiredici maddəsi psixotrop maddə MDMA-dır (metilendioksimetamefatemindir) və tərkiblərində MDMA-nm (metilendioksimetamefateminin) təsir maddəsinin ümumi miqdarı 52,4 qramdır, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə kokainə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. -Kağız paketdəki və çantadakı narkotik vasitə kokainlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 23,024 qramdır. Kokain 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırlan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə videogörüntünü özündə əks etdirən DVD-R diskə təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər proses iştirakçıları ilə birlikdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa, təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 bükümdə ağ rəngli narkotik vasitə kokainə bənzər və 10 ədəd metadona bənzər həbləri, həmin şalvarınının sol yan cibindən "Samsung" markalı mobil telefon, 01 ədəd açar, içərisində ona məxsus olan şəxsiyyət və sürücülük vəsiqəsi, 04 ədəd bank kartları və 25 manat dəyərində pul əsginası olan pul qabını çıxarıb masanın üzərinə qoyur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən çıxan maddələrin 01 ədəd içərisində ağ rəngli tozşəkilli maddənin "kokain", 10 ədəd güclü təsiredici təsirə malik narkotik vasitə metadon olduğunu, qeyd olunan narkotik maddələri sosial şəbəkədə tanış olduğu Türkiyə Respublikasında yaşayan "Anar" adlı şəxsin tapşırığı ilə təxminən 01 ay əvvəl Nərimanov rayonu ərazisində adını bilmədiyi tır sürücüsündən əldə etdiyini, 4 aydır ki, narkotik maddələrin dövriyyəsini təşkil etdiyini və bu işdən xeyli miqdarda pul əldə etdiyini bildirmişdir. Bundan sonra bükümlər olduğu kimi bağlanılaraq, boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış aparılması barədə videogörüntünü özündə əks etdirən DVD-R diskə təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər proses iştirakçıları ilə birlikdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan narkotik maddələri təqdim etməsini təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin sağ tərəfində yerləşən otaqdakı taxta kontruksiyalı dolabın üst hissəsində gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim edir. Həmin torbanın içindən narkotik vasitə kokainə bənzər 06 ədəd kağız, 01 ədəd sellofan bükümlər, 364 ədəd metadon, 43 ədəd preqabalin, 265 ədəd ekstazi həblərinə bənzər maddələr və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan narkotik maddələri sosial şəbəkədə tanış olduğu Türkiyə Respublikasında yaşayan "Anar" adlı şəxsin tapşırığı ilə təxminən 1 ay əvvəl Nərimanov rayonu ərazisində adını bilmədiyi tır sürücüsündən əldə etdiyini, 4 aydır ki, narkotik maddələrin dövriyyəsini təşkil etdiyini və bu işdən xeyli miqdarda pul əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr və elektron tərəzi birlikdə bağlanılaraq, boş zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Cinayət işinin 164-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 dekabr 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan sms mətnlərinə və zənglərə baxış keçirilmiş, baxış zamanı həmin mobil nömrə ilə müxtəlif danışıq əlaqələrinin olması müəyyən edilmişdir. Cinayət işinin 171-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 dekabr 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan sms mətnlərinə və zənglərə baxış keçirilmiş, baxış zamanı həmin mobil nömrə ilə müxtəlif danışıq əlaqələrinin olması müəyyən edilmişdir. Cinayət işinin 179-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonda olan “Whatsapp Business” proqramına daxil olduqda orada həmin proqramın Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi və “Whatsapp Business” və “Whatsapp“ proqramlarında yazışmalarının olması aşkar olunmuşdur. Həmin proqramda “Shako Can” adı ilə qeyd edilmiş şəxsə üzərinə: - “PRİGEBALİN 300 PGN 1 list 110 AZN, yarım 55 AZN” sözləri yazılmış şəkil göndərilmiş, - “Qonşu” adı ilə qeyd edilmiş şəxsdən “4 lista alisu Celie” 100 manat Alim? , - Orik 900 manata 100 q keklikotu var Dadina bax al isteyen olar, cavabında isə “X13” məzmunda mesaj göndərilmiş, - “Mehle Usagi” adı ilə qeyd edilmiş şəxsə “Bax alinir 4 qrama goturerdin”, “Xeber ela alinir tema?” məzmunlu mesajlar göndərilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, “ZZ” adı ilə qeyd edilmiş şəxsin Türkiyə Respublikasında yaşayan “Anar” adlı şəxsin olduğunu və narkotik vasitəni, psixotrop maddəni və güclü təsiredici dərman həblərinin istifadəsi ilə məşğul olduğunu bildirmişdir. Cinayət işinin 195-199-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid1 istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs həm üzərindən, həm də yaşadığı evdən müxtəlif narkotik vasitə və psixotrop maddə aşkar edildiyini bildirmişdir. Cinayət işinin 200-204-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid2 istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs həm üzərindən, həm də yaşadığı evdən müxtəlif narkotik vasitə və psixotrop maddə aşkar edildiyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş və "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms mətnlərini özündə əks etdirən bir ədəd diskə baxış keçirilən zaman aşağıdakı məzmunda mesaj mətnləri müəyyən edilmişdir: -xx.xx.2021-ci ildə saat 10:26:41-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Deyirem adamin var. 10q yaxin elime kecib eridek getsin”; -xx.xx.2021-ci ildə saat 22:47:44-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Canim patini goturmusende duzdurmu?)))”; -xx.xx.2021-ci ildə saat 19:22:51-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “1gile istiren?”; -xx.xx.2021-ci ildə saat 19:22:59-da Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “3 eded 5 dene goturde tema”; -xx.xx.2022-ci ildə saat 18:20:52-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Senın uzun var hele yazırsan? Ne haram narkotik de ne halal olsun k”; -xx.xx.2022-ci ildə saat 13:22:50-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə “Neynirsen? Atiwag pati alag? Ne deyirsen? Var pul?”; -xx.xx.2022-ci ildə saat 22:07:54-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Uje darixiram gelin xahis lirika istyrdi bu goturmusuz?”; -xx.xx.2022-ci ildə saat 18:30:18-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Bratuxa nese tapmaq olar yari ya tam? Ancaq bro pulum sabah axshama verim, hell elemey olar?”. Cinayət işinin 162-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən daxil olmuş 8 dekabr 2022-ci il tarixli, ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və güclü təsriedici dərman həblərini əldə etdiyi Türkiyə Respublikasının vətəndaşı «Anar» adlı şəxsi və tır şoferinin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 220-221-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 29 dekabr 2022-ci il tarixli cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etdiyi Türkiyə Respublikasının vətəndaşı Anar adlı şəxsin və qeyrilərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, onun nə üzərində, nə də evində narkotik vasitə olmadığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi üçün istintaq zamanı fərqli ifadə verdiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ilk ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətdən boyun qaçıqmaq xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün Bakı şəhəri, Binəqədi rayon prokurorluğuna göndərilmişdir. Bakı şəhəri, Binəqədi rayon prokurorluğundan 18 mart 2023-cü il tarixli, 103C-23 nömrəli məktubla daxil olmuş, Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Vəli-zadə Əlövsət Qədim oğlunun 18 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs hər hansı qanunsuzluğa məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon daxil olan və çıxan sms mətnlərinin, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli və Azərbaycan Respublikası «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 18 mart 2016-cı il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “kokain”in 0,02 qramı şəxsi istehlak miqdarından artıq, 1 qramından artıq miqdarda külli miqdar, psixotrop maddə MDMA-nın 0,02 qramı şəxsi istehlak miqdarından artıq, 1 qramından artıq miqdarda külli miqdar, metadonun 0,02 qramı şəxsi istehlak miqdarından artıq, 1,6 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Həmçinin, nəticələri Azərbaycan Respublikası «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 18 mart 2016-cı il tarixli qanununa əsasən, Preqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusutərkibində 5 qramdan artıq olduqda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 115-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 dekabr 2022-ci il tarixli tələbnamədən və cinayət işinin 117-136-cı vərəqələrində olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 1(005)-23/2021 nömrəli hökmündən görünür ki, Rzayev X3 Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 137-139-cu vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 7(006)-137/2021 saylı qərarından görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 1(005)-23/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 8 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsində qeyd edilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. 8 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən müəyyən edilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 168-169-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 sentyabr 2022-ci il tarixli 5304 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 165-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X7 şəxsinin 17 sentyabr 2022-ci il tarixli, 2479 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLl hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirilən halları və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 15 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 23-cü vərəqəsində olan 15 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 93-98-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 4(001)-1064/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış, 22,874 qram narkotik vasitə kokain, 16,975 qram psixotrop maddə olan MDMA, 370 ədəd narkotik vasitə olan metadon həbləri, 40 ədəd güclü təsiredici preqabalin kapsulları, 190 ədəd üzərilərində X12 göstəriciləri olan açıq-göy rəngli dərman həbləri, 01 ədəd elektron tərəzi məhv edilməli, 03 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhküm edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış, 22,874 qram narkotik vasitə kokain, 16,975 qram psixotrop maddə olan MDMA, 370 ədəd narkotik vasitə olan metadon həbləri, 40 ədəd güclü təsiredici preqabalin kapsulları, 190 ədəd üzərilərində X12 göstəriciləri olan açıq-göy rəngli dərman həbləri, 01 ədəd elektron tərəzi məhv edilsin. 03 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar