Məhkəmə qərarları › İş №1(101)-797/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-797/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-797/2024 18.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, sürücü fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, 10 may 2023-cü il tarixdə, saat 17 radələrində Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 116 ünvanının qarşısında şübhəli bilinərək saxlanılıb, Baki şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-yə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 07 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,393 qram, 1,169 qram, 0,335 qram, 0,355 qram, 0,364 qram, 0,392 qram, 0,325 qram, ümumi təmiz çəkisi 3,333 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 10 may 2023-cü il tarixdə, saat 17:00 radələrində maşınla hərəkətdə olduğu zaman onu yol polisi əməkdaşları saxlamışlar. Onun cərimələri olduğu üçün yol polisindən yayınmağa çalışmışdır. Yol polisi əməkdaşları onu saxladıqdan sonra Nizami RPİ-nin 23-cü PB-in əməkdaşları gəlmişlər. Üzərinə axtarış keçirmişlər və narkotik vasitə aşkarlamışlar. Sonra onu 23-cü PB-nə gətirmişlər, bölməyə öz razılığı ilə getmişdir. Bölmədə narkotik vasitəni öz istifadəsi üçün aldığını bildirmişdir. Ona üzərindən aşkar olunan narkotik vasitənin külli miqdarda olduğunu bildirmişlər. O, üzərindən aşkarlanan narkotik vasitənin külli miqdarda olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu 10 may 2023-cü il tarixdə, saat 17:00 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları saxlamışlar. Onu saxlayarkən ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiq olmamışdır. Sadəcə əlinə qandal vurub öz razılığı ilə PB-nə aparmışlar. Üzərinə baxış zamanı aşkar olunan narkotik vasitənin çəkisi 3 qram idi. Dövlət hesabına təyin olunmuş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Üzərində aşkarlanan narkotik vasitə 7 bükümdə idi. Narkotik vasitəni öz istifadəsi üçün almışdır. Narkotik vasitədən qazi olduğu üçün istifadə etmişdir. Orada baş verən hadisələri, ölüm hallarını xatırlamasın deyə istifadə etmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Narkotik vasitə satan şəxslərin nömrələrini də tanımadığı şəxslərdən almışdır. 1 ilə yaxındır narkotik vasitə istifadə edir. Əvvəllər heç vaxt narkotik vasitə istifadə etməmişdir. İxtisası üzrə əvəllər proqramçı kimi işləmişdir. Sonra işdən çıxmış və taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. O, 3 aydır ki taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitə almaq üçün işləyirdi. O, subaydır, ailəni atası saxlayır. Evdə əlil iki bacısı var, işləyib onlara da kömək edirdi. Narkotik vasitəni satan şəxslə əlaqə saxlayırdı, ona narkotik vasitəni qoyacağı yeri deyirdi, pulunu da görüşürək əlbəəl verirdi. Telefonda yazışdığı şəxslər narkotik vasitə aldığı şəxslərdir. Onlarla narkotik vasitə almaq məqsədilə danışırdı. Narkotik vasitəni hər dəfə müxtəlif şəxslərdən alırdı. İstintaq zamanı ona qarşı hər hansı bir təzyiq hədə-qorxu olmamışdır. İfadəsini özü yazıb qəbul etmişdir, orada üzərindən aşkarlanan narkotik vasitənin şəxsi istifadə üçün olduğunu bildirmişdir. Narkotik vasitəni aldığı zaman onun 7 büküm olduğunu bilmirdi, götürməyə getdiyi zaman qutuda 7 büküm olduğunu görmüşdür. Narkotik vasitəni alan zaman onun 7 bükümdə olmasını o, sifariş etməmişdir. 3.333 qr narkotik vasitənin külli miqdar olduğunu bilmirdi. Narkotik vasitə aldığı şəxsə yenidən yaxınlaşmasın deyə narkotik vasitəni çox sifariş etmişdir. Yol polisi onu saxlamış, sənədlərini ondan götürmüş, sonra maşınını onların arxası ilə sürməsini bildirmişlər. Maşınını onların maşınının arxası ilə sürürdü, sonra polis maşını ondan uzaqlaşıb getmişdir. O da fürsətdən istifadə edərək qaçmaq istəmişdir. Bağırov körpüsünün altına girəndə yol polisi əməkdaşları yenidən maşınının arxası ilə gəlmişlər. Bu zaman “Opel” markalı iki maşın və yol polisi ona yaxınlaşmışlar. Orada üzərinə baxış keçirmişlər və onu PB-nə aparmışlar. Müharibədən sonra onda kəllə-beyin travması olmuş, baş hissəsində ağrılar olurdu. Müharibədə kəşfiyyat zamanı onların xidməti maşını dərədən aşmış, başındakı qoruyucu kaska əyilmiş, üzərinə adamlar düşmüş, başına boru dəymiş, travmanı oradan almışdır. Müharibədə yaşadıqlarından onda kontuziya olmuşdur. Gündəlik istifadəsi üçün dozanı yarım qram istifadə etmişdir. Hər gün yarım qram, bəzən də gün aşırı istifadə edirdi. Heç vaxt narkotik vasitənin yüksək təsiri altında sükan arxasında olmamışdır. Yarım qram narkotik vasitəni bir dəfəyə istifadə etməmiş, gün ərzində istifadə etmişdir. Narkotik vasitəni müharibədə olduğu zaman da istifadə etmişdir. Müharibədən sonra psixoloji müalicələr almış, dərmanlar istifadə etmişdir. Şahid1 dedikləri düzdür, lakin kuryer kimi fəaliyyət göstərməmişdir. O, üzərindən aşkar olunan narkotik vasitəni sadəcə öz istifadəsi üçün almışdır. Şahid2 dedikləri doğrudur. Qəbul etdiyi dərmanları anası müəyyən apteklərdən almışdır. Ona yazılan dərmanları gündəlik qəbul edirdi. Axırıncı dəfə saxlanılmazdan 1-2 ay əvvəl həkim tərəfindən ona yazılmış dərmanları qəbul etmişdir. Yenidən həkim yanına gedib müayinə olunduqdan sonra dərmanları içməyə davam etməli idi, lakin dərmanlar onu yatızdırdığı üçün getməmişdir. Həkim təyinatı ilə yazılmış dərmanları içirdi, yaxşı təsir edirdi, amma dərmanları içdikdə ona yuxu gətirirdi. Həkim təyinatı ilə yazılan dərmanları qəbul etdikdə yaxşılaşmış, amma dərmanları içməyi dayandırdıqdan sonra səhhətində problemlər yenidən yaranmağa başlamışdır. Səhhətində problemlər yaransa da yenidən həkimə müraciət etməmişdir. Həkim təyinatı əsasında yazılan dərmanları qəbul etdikdən sonra yaxşı olduğu üçün dərman qəbul etməyi dayandırmışdır. Dərmanları dayandırdığı üçün yenidən səhhətində yaranmış fəsadlarla bağlı qəbul etdiyi dərmanlarla eyni tərkibli narkotik vasitə qəbul etməyə başlamışdır. ***- ***-**-** mobil nömrə ona məxsusdur. “Zehra 2” adlı şəxslə yazışması olub, amma o, sonuncuya yazmışdır. NFC saat ilə bağlı mesaj mətni o, yazmışdır. “1 qram kola mənə ver” mesaj mətnini o, yazmışdır. Cəmil M adlı şəxsə “yarı istəyən olsa var” mesaj mətnini o, yazmamışdır. Bəli telefonunda Cəmil M adlı şəxsin mobil nömrəsini qeyd etmiş, amma sonuncuya ünvanlanmış mesaj mətnləri o, yazmamışdır. Nermin Zeng adlı şəxsə “patı vermisən kiməsə” mesaj mətnini o, yazmışdır, çünki Nermin Zəng adı ilə qeydiyyatda olan şəxsdə patı olduğunu bilmişdir, sadəcə qalıb-qalmadığını soruşmaq üçün yazmışdır. Nermin zeng adlı şəxsdən patının qalıb-qalmamağını öyrənmək üçün o vaxt protokolda qeyd olunan kimi ifadəsini bildirmişdir. Nuraye adlı şəxslə yazışmada “otu götürmək istəyən sən idin” mesaj mətnləri ona aid deyil, qarşı tərəf ona yazmışdır. O da həmin vaxt Nuray adlı şəxsə cavab olaraq “mən 5 qram kola istəyirdim” mesaj yazmışdır. Eli Opel Y T adlı şəxsi tanımır, ona məxsus mobil nömrəni elə belə qeydiyyata almışdır. Eli Opel Y T adlı şəxsə narkotik vasitə almaq üçün yazmışdır. Eli Opel Y T adlı şəxslə birgə narkotik vasitə qəbul etmək üçün sonuncunun narkotik vasitə əldə etmək imkanları var idi. Eli Opel Y T adlı şəxslə birgə narkotik vasitə əldə etmiş və biryerdə istifadə etmişlər. Metamfetamin istifadə etmiş, amma heroin də narkotik vasitə olduğu üçün istifadə etmişdir. “Dərt eləmə, 1 saata ancaq gələssən, 15 manat yandı, 65 tema + 15 80 manat, Gəll,” mesajlarını o yazmışdır, “Pulu vur karta” mesajlarını Zəhra 2 adlı şəxs ona yazmışdır. “Yarı istiyən olsa var” mesajını Cəmil M adlı şəxs ona yazmışdır. Cəmil M ona görə ona bu formada təklif edirdi ki, yanında narkotik vasitə istiyən olanda sonuncuya desin. Nərmin Zəng adlı şəxslə yazışmalarında olan “Patı vermisən kiməsə” mesajını o, yazmışdır. X9 həmin narkotik vasitə ilə bağlı ona təklif etmişdir, o da həmin narkotik vasitənin qalıb-qalmadığını öyrənmək üçün müraciətini o cür ifadə etmişdir. “Pt verəcəm birinə” mesajını Nərmin Zəng ona yazmışdır. “Tərəzimidə götürmürəm” mesajını Nərmin Zəng ona yazmışdır. “Amma mənə kola düzəltmək lazımdır” mesajını isə o, Nərmin Zəngə yazmışdır. OPEL Y T şəxsli adamla birlikdə narkotik vasitə etmək üçün əlaqə saxlamış, yazışmışdır. NFC saatla bağlı əvvəlki məhkəmə iclasında ola bilər ki, suala səhv cavab vermişdir. Cəmil M adlı şəxslə əlaqə saxlayıb danışmışlar, bir yerdə gedib narkotik vasitə götürmüşlər. Yarı istəyən olsa var sözünü yazdığı vaxt narkotik vasitə satan şəxsin yanında olmuşdur. O da Cəmilin narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün gəldiyi yerdə satışda belə bir maddənin olduğunu bildirmişdir. Nərmin Zəng adlı şəxslə danışığında “tərəzimidə götürmürəm” cümləsini yazsa da tərəzi olmamış və tərəzidən istifadə etməmişdir. “Ay Qız” “Pt” verecem birinə” cümləsində pul verəcəm demək istəmişdir. “Pt” ifadəsindəki P hərfi pul deməkdir t hərfi isə təyin olunmuş şəxs deməkdir. NFC saatla bağlı Eli Opel Y T adlı şəxslə danışığında niyyəti ona məxsus saatı satmaq üçün kimlərəsə təklif etmək olmuşdur. Cəmil M adlı şəxslə danışığı zamanı foto şəkili atdığı vaxt narkotik vasitə satan şəxs yanında oturmuşdur, o da sadəcə təklif üçün şəklin çəkib atmışdır. Şübhəli şəxs qismində dindirilmə protokolunu oxumadan imza etmişdir, qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi vaxtdan təqsirləndirilən şəxs qismində dindirilmə protokolunda sərbəst ifadə vermiş və imza etmişdir. Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi vaxtdan təqsirləndirilən şəxs qismində dindirilmə protokolunda “əldə etdiyim puldan avtomobilimə yanacaq alırdım” ifadəsində bildirmək istəmişdir ki, narkotik vasitə almaq istəyən şəxslə birgə narkotik vasitə satıcısının yanına gedib narkotik vasitə alarkən onun avtomobili ilə getdikləri üçün dəyəri 25 manat olan narkotik vasitəyə görə 30 manat alırdı. 25 manatı narkotik vasitə satıcısına verirdi, qalan 5 manatı isə avtomobilinə yanacaq vururdu. Birgə narkotik vasitə istifadə etdiyi şəxslərin heç birinin avtomobili olmadığı üçün onun avtomobili ilə gedirmişlər. Sadəcə birgə narkotik vasitə istifadə etdiyi şəxslərə kömək məqsədi ilə narkotik vasitə satıcısının yanına aparırdı. O, birgə narkotik vasitə istifadə etdiyi şəxslərlə birgə narkotik vasitə almağa gedəndə heç bir gəlir əldə etməmiş sadəcə, apardığı üçün narkotik vasitəyə verilmiş 30 manat pulun 25 manatını narkotik vasitə satana, 5 manat isə özünə götürüb avtomobilinə yanacaq pulu etmişdir. O, məhkəmədən cəza təyin edərkən Vətən müharibəsinin veteranı olmağını, müharibədə aldığı xəsarətlərlə bağlı ağrılarının olmağını, ailə üzvlərinin yaşlı, atasını təqaüdçü olmağının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü irəli sürülün ittiham üzrə, təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, İİ Qarabağ döyüşlərində iştirak etmiş və Vətən müharibəsi iştirakçısıdır. 10 may 2023-cü il tarixdə, saat 17:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 116 ünvanında YPX-nin əməkdaşları ilə sözlü mübahisə edən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib, onu Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə dəvət etməsinə görə onlara etiraz etmədən birlikdə Nizami RPİ-nin 23-cü PB-yə getmiş, Polis bölməsində xidməti otaqların birində polis əməkdaşları, dəvət olunmuş müdafiəçi-vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən, sonra videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı bir qeyri-qanuni əşyaların olub-olmaması, əgər varsa təqdim etməsi bildirilməsinə görə əynində olan tünd mavi rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd özünə məxsus «Chevrolet Cruze» markalı, ** TT *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin açarını, həmin gödəkcənin sol yan cibində özünə məxsus göy rəngli, kiçik ölçülü, şəxsi istifadəsi üçün aldığı, içərisində 7 ədəd büküm olan şəffaf sellofana bükülmüş kakos kimi bildiyi narkotik vasitəni təqdim etmiş, sonra bununla bağlı protokol tərtib olunmuş, o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O, hər gün narkotik vasitədən istifadə etməsini, üzərində olan göy rəngli, kiçik ölçülü karton qutunun içərisində olan 7 ədəd büküm olan şəffaf sellofana bükülmüş adını kakos kimi bildiyi narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamasını, 7 ədəd bükümdə olan narkotik vasitəni bu gün Suraxanı rayonu ərazisində sosial şəbəkə vasitəsilə tanış olduğu, lakin tanımadığı İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 125 manata almasını, təxminən bir il müddətdir narkotik vasitə heroin qəbul etməsini, həmin narkotik vasitələri inyeksiya yolu ilə deyil, sadəcə çəkərək qəbul etməsini, narkotik vasitələri müxtəlif və heç kimin görmədiyi yerlərdə qəbul etməsini və bu barədə başqa heç kimin məlumatının olmamasını, narkotoik vasitələri anket məlumatlarını tam bilmədiyi “Eliş” adlı şəxsdən almasını, yuxarıda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı olan şəxs özünü «Əli» kimi təqdim etməsini və +**********17 mobil nömrəsini istifadə etməsini, onunla «WhatsApp» sosial şəbəkə vasitəsi ilə əlaqə qurmasını bildirmişdir. O, üzərindən aşkar olunmuş «Samsung» markalı, «Galaxy A54» modelli üzərində «***-***-**-**» «Azerfon» mobil nömrə olan mobil telefona baxış zamanı «WhatsApp» proqramında - +**********08 «Azercell» mobil operatorundan istifadə olunan və «Eli Opel Y T» adı ilə qeydiyyatdan keçmiş şəxsin yazışmalarında «Bu məndəki saatda NFC də var», «Gör barter kimsə ele ya özün istəsən xəbər elədə mənə qaqa temaynan zadnan dəyişməyə istyirem», sonra 30 saniyəlik səsdə «saatın dəyərinin 120 manat olması, tema ilə barter etmək istəməsi, bir yerdə kayf etmək istəməsi» kimi səs göndərməsi, telefon xüsusiyətləri barədə fotoşəkil və mətn yazıları müəyyən olunması; həmçinin +**********66 «Azerfon» mobil operatorundan istifadə olunan və «Zehra 2» adı ilə qeydiyyatdan keçmiş şəxsin yazışmalarında «şad xeber var», «1 qrrşam kolq», «mene ver nolar», «1.5 kola», «65 tema+15 80 manat», «pulu vur karta» kimi mətn yazıları müəyyən olunması; həmçinin +**********90 «Azerfon» mobil operatorundan istifadə olunan və «Cemil M» adı ilə qeydiyyatdan keçmiş şəxsin yazışmalarında «Yarı istiyən olsa var», «Hansınnandı» «Şam yoxsa o biri», «Təzə», «Bomba kimi tema», «yoxe şam temadandıda yeqinki», «Cunki her yerde onnandı axı», «ayağının üstündə kağızın arasında tünd qəhvəyi rəngli kütlənin fotoşəklini göndərməsi», «şamdıda», «Uzu şam kimi donur», «şam deyil», «ayağının üstündə kağızın arasında tünd qəhvəyi rəngli kütlənin fotoşəklini göndərməsi», «indi işdəyəm sabah dadına baxaram», «gələ bilirsən gəl 20 manat ona verim, 20 manat yol pulu», «gələ bilsəm gələrəm, çünki pula çox ehtiyacım var», «ya da brat gəlmə, mən işdən çıxa bilməyəcəm, sabah işdən çıxanda gələrəm» kimi səs göndərməsi müəyyən olunması; həmçinin +**********31 «Bakcell» mobil operatorundan istifadə olunan və «Nermin Zeng» adı ilə qeydiyyatdan keçmiş şəxsin yazışmalarında «80 100 düzəlsə», «Patı vermisən kiməsə», «Gülüm», «Pul düzəldək», «Məhəmməddən götürmək üçün», «Pt verecem birine», «Terezimide götürmürəm», «Amma mənə kola düzəltmək lazımdır» kimi mətn yazışması müəyyən olunması; həmçinin «Samsung» markalı, «Galaxy A54» modelli üzərində «***-***-**-**» «Azerfon» mobil nömrə olan mobil telefona baxış zamanı «Google Fotoqraflar» proqramında «Nuraye» adı ilə qeydiyyatdan keçmiş «Otu götürmək istiyən sən idin», «Mən 5 qram kola istiyirdin» mətn yazısının olması kimi fotoşəkil müəyyən olunması barədə suala cavab olaraq, özünə məxsus mobil telefonda yazılan mətnlərə dair həmin şəxslərin ondan narkotik vasitə istəməsinə görə həmin şəxslərə hərdən narkotik vasitə sataraq qazanc əldə etməsini bildirmişdir. Ona narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan «Əli» adlı şəxsdən alıb əldə etməyini bildirməsinə görə həmin şəxsin ona satdığı narkotik vasitəni başqa şəxsə və ya şəxslərə satmağınızdan əvvəlcədən məlumatının olması barədə suala bu barədə həmin şəxsə heç bir məlumat verməməsini bildirmişdir. O, saxlanılan vaxtı və üzərinizə axtarış aparılan vaxtı polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamasını və polis bölməsində xidməti otaqda üzərinə baxış zamanı narkotik vasitəni özünün könüllü olaraq polis əməkdaşlarına təqdim etməsini bildirmişdir. Onu YPX əməkdaşları saxlamaq istədikdə üzərində narkotik vasitə olmasına görə tutulacağından qorxaraq avtomobili saxlamamış, saxladıqdan sonra YPX əməkdaşları ilə arasında sözlü mübahisə olmuş, dava olmamış, onlara qarşı müqavimət olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 ilə inzibati ərazidə xidmətdə olduğu zaman Chevrolet Cruze markalı avtomobilin yanlarından sürətli keçməsini görmüşlər. Daha sonra həmin avtomobilin arxasınca YPX-nin xidməti avtomobilinin getməsinin şahidi olmuşlar. Şahidi olduqları hadisənin xidmət apardıqları ərazi olduğu üçün YPX-in xidməti avtomobilinin arxasınca getmişlər. YPX-nin xidməti avtomobilinin və Cruze markalı avtomobilinin dayandıqlarını görmüşlər və dərhal nə baş verdiyini öyrənmək üçün onlara yaxınlaşmışlar. Cruze markalı avtomobilin sürücüsünün heç bir sənədinin olmaması və özünü şübhəli apardığı üçün Cruze markalı avtomobilin sürücüsünü Nizami RPİ-nin 23-cü PB-yə dəvət etmişlər. YPX-nin əməkdaşı baş verən hadisə ilə bağlı raport yazaraq 23-cü PB-nin NH-a təqdim etmişdir. Daha sonra isə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən 1 ədəd avtomobilin açarı, 2 ədəd mobil telefon və 1 ədəd qab aşkar olunmuşdur. Qabın içərisindən 7 büküm narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qabın içindəkinin nə olduğu soruşulanda narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs razılığı ilə idarə etdiyi avtomobilə baxış keçirtmişlər, lakin avtomobildən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə, təxminən 17:00 radələrində baş vermişdir. Təqsirləndirilən şəxs YPX-nin əməkdaşı təfindən saxlanıldığı yer hərəkətin məhdud yer olduğu yer kimi qiyabi yadında qalmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı vaxt heç bir narazılıq bildirməmiş və heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan qabı özü təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Heç bir əməliyyat məlumatı deyildir. Sadəcə bir avtomobilin sürətlə onları ötüb keçməsi və arxasınca YPX-nin xidməti avtomobilinin getməsi onlarda şübhə yaratmışdır. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etmək üçün və hər hansısa bir cinayətlə bağlı axtarışının olub-olmamasını yoxlamaq üçün Nizami RPİ-nin 23-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman tərəzi aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan qab bağlı vəziyyətdə idi. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və üzərindən aşkar olunan narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından 130-140 manata aldığını və kuryer kimi fəaliyyət göstərdiyini bildirmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə H.Əliyev prospekti 116 ünvanında xidmətdə olduqları zaman 1 avtomobilin sürətlə keçməsini və arxasınca YPX-nin xidməti avtomobilinin getməsini görmüşlər. Şahidi olduqları hadisə onlarda şübhə yaratdığı üçün nə baş verdiyini öyrənmək üçün həmin avtomobillərin arxasınca getmişlər. YPX-nin əməkdaşı ilə Təqsirləndirilən şəxs mübahisə etdiyini görmüş və yaxınlaşmışlar. Daha sonra avtomobilin sürücüsü özünü şübhəli apardığı üçün Nizami RPİ-nin 23-cü PB-yə dəvət etmişlər. 23-cü PB-də Təqsirləndirilən şəxs növbədə olan təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olumuş, təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Uzun müddət xidmət aparan polis əməkdaşı olaraq vətəndaşın şübhəli aparmaq məqamlarını başa düşə bilirlər. Baş verən hadisə təsadüfi hadisə idi. Təqsirləndirilən şəxslə bağlı heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən tərəzinin aşkar olunub-olunmaması yadında deyil. Təqsirləndirilən şəxs üzərindən şəffaf sellofanda 7-8 büküm narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələr qabın içərisində idi. İçərisindən narkotik vasitə aşkar olunan qabın açıq və ya bağlı olması yadında deyil. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təzyiq göstərməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, BPİ DYPİ-yə bilavasitə tabe olan YPXA-nın MEB-in İİ tağımının YPX inspektoru vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. 10 may 2023-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi ərazisində xidmətdə olan vaxtı «Chevrolet Cruze» markalı, ** TT *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin «Giriş qadağandır» yol nişanının tələbini pozmasına görə saxlamaq istədikdə sürücü avtomobili təhlükəli idarə edərək, Çerniyayevski küçəsi istiqamətində hərəkət edərək dalanda dayanmış, sürücüyə yaxınlaşaraq sənədlərini yoxladıqda sürücülük hüququnun məhdudlaşdırılması və çoxlu sayda ödənilməyən cərimə borcunun olması müəyyən olunmuş, sürücü idarə etdiyi avtomobili kənara çəkməsini bildirərək, yüksək sürətlə Heydər Əliyev prospekti istiqamətində hərəkət edərək, dəfələrlə manevr qaydalarını pozmuş, sürücü avtomobili idarə edərək, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis bölməsinə çatmamış zavodun həyətinə daxil olmaq istədikdə saxlanılmış, həmin vaxtı ərazidə xidmətdə olan Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və bölmənin CA üzrə kiçik əməliyyat müvəkkili, polis kiçik serjantı Şahid2 yaxınlaşıb özlərini təqdim edərək, avtomobilin sürücüsünün hərəkətləri şübhə doğurduğu üçün bölməyə dəvət olunmuş və həmin şəxs etiraz etmədən bölməyə getmiş, polis bölməsində bu barədə raport tərtib olunmuş, həmin vaxtı ona həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. O, həmin şəxsi əvvəllər tanımamasını və onunla heç bir münasibətinin olmamasını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİnin 23-cü Polis bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. 10 may 2023-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə birlikdə bölmənin inzibati ərazisi, yəni Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 116 ünvanında xidmət aparan vaxtı «Chevrolet Cruze» markalı, ** TT *** dövlət qeydiyyat nişanlı minik avtomobili yüksək sürətlə yanlarından keçməsini, həmin avtomobilin arxası ilə DYPİ-nin YPXA avtomobilinin getməsini görüb şübhə yaratdığı üçün onların arxası ilə getmiş, YPXA-nın əməkdaşı həmin sürücünü saxlamasına görə onlara yaxınlaşanda sürücünün YPXA əməkdaşı ilə sözlü mübahisə etməsini görüb özlərini təqdim etmiş, sürücünün özünü şübhəli və hərəkətlərindən özünü narkotik vasitə aludəçisi kimi aparmasını görüb onu Nizami RPİ-nin 23-cü PB-yə dəvət etmiş, həmin şəxs etiraz etmədən onlarla birlikdə bölməyə getmiş və bu barədə raport tərtib olunmuş, polis bölməsində xidməti otaqların birində şəxsiyyəti ona sonradan Təqsirləndirilən şəxs kimi məlum olmuş şəxsə qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, sonra onun, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis leytenantı X4, dəfət olunmuş müdafiəçi-vəkilin və videoçəkiliş aparan Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olmaması və əgər varsa təqdim etməsi bildirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd avtomobil açarı, həmin gödəkcənin sol yan cibindən 1 ədəd göy rəngli kiçik ölçülü karton qutu, qutunun içərisində 7 ədəd şəffaf polietilenə bükülmüş içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd «Samsung» markalı mobil telefonları təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə soruşduqda heç bir əşya olmadığını bildirməsinə baxmayaraq, üzərində axtarış aparılmış və qadağan olunmuş qeyri-qanuni əşya və sairə aşkar olunmamış, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülər barədə soruşduqda, «kakos» kimi adlanan narkotik vasitə olmasını, sosial şəbəkə vasitəsi ilə tanış olduğu tanımadığı İran İslam Respublikası vətəndaşından Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisindən 125 manata almasını bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd göy rəngli kiçik ölçülü karton qutunun içərisində 7 ədəd şəffaf polietilenə bükülmüş bükülülər, 2 ədəd «Samsung» markalı mobil telefonlar ayrı-ayrı zərfə qoyulub qablaşdırılaraq, möhürlənmiş və bu barədə protokol tərtib olunaraq, protokol və zərf iştirakçılar tərəfindən imzalanmış, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd avtomobil açarı isə özünə qaytarılmışdır. Bundan sonra həmin günü, yəni 10 may 2023-cü il tarixdə, saat 18:50 radələrində onun, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis leytenantı X4, dəfət olunmuş müdafiəçi-vəkilin və videoçəkiliş aparan Bakı şəhəri, Nizami RPİ-nin 23cü PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus idarə etdiyi və bölmənin qarşısında dayanmış «Chevrolet Cruze» markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyinə dair qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunduqdan, sonra avtomobildə qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olmaması və əgər varsa təqdim etməsi bildirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs avtomobildə heç bir qeyri-qanuni əşya və sairənin olmamasını bildirməsinə baxmayaraq, avtomobilə baxış keçirilmiş və heç bir qeyri-qanuni əşya və sairə aşkar olunmamış, bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin vaxtı Təqsirləndirilən şəxs qarşı Polis bölməsində heç bir fiziki zor və təzyiq olunmamasını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:40-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 17:00-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 15) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd avtomobil açarı, həmin gödəkcənin sol yan cibindən 01 ədəd göy rəngli kiçik ölçülü karton qutu, qutunun içərisində yeddi büküm olmaqla şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli olan maddə deməsinə görə “kakos” olan narkotik maddəni, qara rəngli cins şalvarının sağ yan cibindən “Samsung“ markalı 01 ədəd qara rəngli mobil telefonu və həmin şalvarın arxa sağ cibindən 01 ədəd qara rəngli ağ zolaqlı “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olduğunu və həmin maddəni sosial şəbəkə vasitəsilə tanış olduğu tanımadığı İran İslam Respublikasının vətəndaşından Suraxanı rayon, Qaraçuxur qəsəbəsi ərazisindən 125 manat verib özü istifadə etmək məqsədi ilə üzərində saxlayaraq daşımasını bildirmişdir. (İ cild, i.v. 27-28, 57) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2724 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…imza Təqsirləndirilən şəxs...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,393 qram, 1,169 qram, 0,335 qram, 0,355 qram, 0,364 qram, 0,392 qram, 0, 325 qram, ümumi çəkisi – 3,333 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” na (Siyahı İ) daxildir. (İ cild, i.v. 44-44) xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı üzərindən aşkar olunmuş 01 ədəd «Samsung» markalı, «Galaxy A54» modelli və 01 ədəd «Samsung» markalı, sadə şəkildə mobil telefonlara baxış keçirilmiş və baxış zamanı 01 ədəd «Samsung» markalı, «Galaxy A54» modelli mobil telefonun üzərində «***-***-**-**» «Azerfon» mobil nömrə aşkar olunmuş, baxış zamanı 01 ədəd «Samsung» markalı, sadə şəkildə mobil telefonun üzərində «***-***-**-**» «Azercell» mobil nömrə aşkar olunmuşdur. «Samsung» markalı, sadə şəkildə mobil telefonun üzərində «***-***-**-**» «Azercell» mobil nömrə olan mobil telefona baxış zamanı yaddaş kitabçasında ümumiyyətlə heç bir mobil və ya digər ev(stasionar) nömrələrin qeydiyyata alınması, həmçinin hər hansı bir nömrəyə zəng(lər) olunması, eləcə də heç bir fotoşəklin olması müəyyən olunmamış, həmçinin baxış zamanı 01 ədəd «Samsung» markalı, «Galaxy A54» modelli üzərində «***-***-**-**» «Azerfon» mobil nömrə olan mobil telefona baxış zamanı «WatshApp» proqramında - +**********08 «Azercell» mobil operatorundan istifadə olunan və «Eli Opel Y T» adı ilə qeydiyyatdan keçmiş şəxsin yazışmalarında «Bu məndəki saatda NFC də var», «Gör barter kimsə ele ya özün istəsən xəbər elədə mənə qaqa temaynan zadnan dəyişməyə istyirem», sonra 30 saniyəlik səsdə «saatın dəyərinin 120 manat olması, tema ilə barter etmək istəməsi, bir yerdə kayf etmək istəməsi» kimi səs göndərməsi, telefon xüsusiyyətləri barədə fotoşəkil və mətn yazıları müəyyən olunmuş, +**********66 «Azerfon» mobil operatorundan istifadə olunan və «Zehra 2» adı ilə qeydiyyatdan keçmiş şəxsin yazışmalarında «şad xeber var», «1 qrrşam kolq», «mene ver nolar», «1.5 kola», «65 tema+15 80 manat», «pulu vur karta» kimi mətn yazıları müəyyən olunmuş, +**********90 «Azerfon» mobil operatorundan istifadə olunan və «Cemil M» adı ilə qeydiyyatdan keçmiş şəxsin yazışmalarında «Yarı istiyən olsa var», «Hansınnandı» «Şam yoxsa o biri», «Təzə», «Bomba kimi tema», «yoxe şam temadandıda yeqinki», «Cunki her yerde onnandı axı», «ayağının üstündə kağızın arasında tünd qəhvəyi rəngli kütlənin fotoşəklini göndərməsi», «şamdıda», «Uzu şam kimi donur», «şam deyil», «ayağının üstündə kağızın arasında tünd qəhvəyi rəngli kütlənin fotoşəklini göndərməsi», «indi işdəyəm sabah dadına baxaram», «gələ bilirsən gəl 20 manat ona verim, 20 manat yol pulu», «gələ bilsəm gələrəm, çünki pula çox ehtiyacım var», «ya da brat gəlmə, mən işdən çıxa bilməyəcəm, sabah işdən çıxanda gələrəm» kimi səs göndərməsi müəyyən olunmuş, +**********31 «Bakcell» mobil operatorundan istifadə olunan və «Nermin Zeng» adı ilə qeydiyyatdan keçmiş şəxsin yazışmalarında «80 100 düzəlsə», «Patı vermisən kiməsə», «Gülüm», «Pul düzəldək», «Məhəmməddən götürmək üçün», «Pt verecem birine», «Terezimide götürmürəm», «Amma mənə kola düzəltmək lazımdır» kimi mətn yazışması müəyyən olunmuş, həmçinin «Samsung» markalı, «Galaxy A54» modelli üzərində «***-***- **-**» «Azerfon» mobil nömrə olan mobil telefona baxış zamanı «Google Fotoqraflar» proqramında - «Nuraye» adı ilə qeydiyyatdan keçmiş «Otu götürmək istiyən sən idin», «Mən 5 qram kola istiyirdin» mətn yazısının olması kimi fotoşəkil müəyyən olunmuşdur. (İ cild, i.v. 52-53) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 59, 61-62) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(007)-225/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 81-84) İ-12225 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. 122346 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. (İ cild, i.v. 94) 0375728 saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Fizuli Xocavənd istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. (İ cild, i.v. 95-96) Azərbaycan Respublikası Müdafiə Nazirliyi 877 nömrəli Hərbi Hissənin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-cü il tarixdə “Barotravma” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. (İ cild, i.v. 97) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 123-124) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X8 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4002 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 127-128) xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, baxış zamanı «**********75_SMS» yazılan mətn sənədində heç bir mətn müəyyən olunmamış, həmçinin baxış zamanı «**********75» yazılan mətn sənədində +**********75 «Azercell» mobil nömrəsinə müxtəlif mobil nömrələrdən danışıq zənglərinin xaric və daxil olması müəyyən olunmuş, baxış zamanı «Antenna» yazılan «Microsoft Excel» sənədində – xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi (sonuncu Mərdanov qardaşları küçəsi ərazisinin tarixi yoxdur) olan müddət ərzində **********75 mobil telefon nömrəsinin Bakı şəhərinin müxtəlif ərazilərindəki anten dairələrində telefon danışıqları aparılması göstərilmiş, baxış zamanı «Abunəçilər» yazılan «Microsoft Excel» sənədində – 36 nəfər abunəçinin qeydiyyatdan keçməsi müəyyən edilmişdir. (İ cild, i.v. 140-145) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 hüquqi Şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2037 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (İ cild, i.v. 153-156) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-335/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 158-159) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınan videoçəkilişin köçürüldüyü bir ədəd DVD formatlı disk, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** “Azercell” mobil nömrəsindən daxil olan və çıxan zənglərə dair "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,333 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,983 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanması üçün Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** Azerfon mobil nömrə olan 1 (bir) ədəd “Samsung” “Galaxy A54” modelli mobil telefon cinayət işinin materiallarında saxlanılmışdır. (İ cild, i.v. 160-161) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-375/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 209-211) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, narkotik vasitəni öz istifadəsi üçün alması, narkotik vasitəni alan zaman onun 7 bükümdə olmasını sifariş etməməsi, narkotik vasitə aldığı şəxsə yenidən yaxınlaşmasın deyə narkotik vasitəni çox sifariş etməsi və s. ilə bağlı verdiyi ifadələri onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «Samsung» markalı, «Galaxy A54» modelli üzərində «***-***-**-**» «Azerfon» mobil nömrə olan mobil telefona baxış zamanı «WhatsApp» proqramında müəyyən edilmiş mətn yazıları, həmçinin aşkar edilmiş narkotik vasitənin 7 bükümdə olması, miqdarı Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitə əldə etməsi ilə bağlı verdiyi ifadələri tam şəkildə təkzib edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən, həmçinin təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünə məxsus mobil telefonda yazılan mətnlərə dair həmin şəxslərin ondan narkotik vasitə istəməsinə görə həmin şəxslərə hərdən narkotik vasitə sataraq qazanc əldə etməsini etiraf etmişdir. Daha sonra ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən Təqsirləndirilən şəxs mobil telefonda yazılan mətnlərə dair həmin şəxslərin ondan narkotik vasitə istədiklərini, özü də narkotik aludəçisi olduğu üçün həmin şəxslərə kömək məqsədilə hərdən narkotik vasitə verib əvəzində aldığı pula idarə etdiyi avtomobilə yanacaq aldığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsi cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak etməsini, onun “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almasını, müharibə veteranı olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da azadlığı faktiki məhdudlaşdırılmış, həmin tarixdə, saat 17:40-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlanma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin 4(007)-375/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 55 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,983 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişin köçürüldüyü bir ədəd DVD formatlı disk, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** “Azercell” mobil nömrəsindən daxil olan və çıxan zənglərə dair "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** Azerfon mobil nömrə olan 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy A54” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə (sahibinin razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,983 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişin köçürüldüyü bir ədəd DVD formatlı disk, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** “Azercell” mobil nömrəsindən daxil olan və çıxan zənglərə dair "xxxx" MMCdən daxil olmuş bir ədəd CD formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***- **-** Azerfon mobil nömrə olan 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy A54” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə (sahibinin razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar