Məhkəmə qərarları › İş №1(101)-797/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-797/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-797/2025 11.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2000-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Çalxanqala kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,491 qram təşkil edən xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 avqust 2024-cü il tarixdə, saat 12:05 radələrində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində yerləşən “Verona” şadlıq sarayının yaxınlığında saxlanılmış və üzərində video çəkilişlə keçirilən şəxsi axtarış nəticəsində əynində olan qara rəngli qısa şalvarın (şortun) sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,491 qram təşkil edən xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni şəxsiyyəti müəyyənləşdirilməmiş İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı olan Ramin adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacaq ünvanlar barədə İİRı vətəndaşı Ramin adlı şəxsdən 05 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi 218 ünvanında gizlədilmiş külli miqdarda olmaqla ümumi təmiz çəkisi 1915,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi 218 ünvanının qarşısına daşımış, 06 sentyabr 2024-cü il tarixdə, saat 00:05 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi 218 ünvanını yaxınlığında saxlanılmış və üzərində video çəkilişlə keçirilən şəxsi axtarış nəticəsində əynində olan açıq boz rəngli idman şalvarının alt hissəsindən 01 ədəd qara rəngli sellofana bükümdə təmiz çəkisi 1915,0 qram təşkil edən külli miqdarda bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin və qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini təsdiq etdiyini bildirib məhkəmədəki ifadəsində göstərdi ki, o, əvvəllər ayaqqabı ustası olmuş, Türkiyədə isə ayaqqabı istehsalı ilə məşğul olmuşdur. Tutulmazdan təxminən 1 il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamış, hətta tərgidə bilməsi üçün 06 ay reabilitasiya da olunmuşdur. 27 avqust 2024-cü il tarixdə aşkar olunmuş psixotrop maddə metamfetamini səhər saatlarında üzdən tanıdığı lakin adını bilmədiyi İran vətəndaşından Suraxanı rayonu ərazisində 20 manata almış və istifadə etməsi üçün əynindəki qara rəngli şortun sol yan cibinə qoyaraq üzərində saxlamışdır. 27 avqust 2024-cü il tarixdə isə ittihamda göstərilən ünvanda, yəni Xəzər rayonu ərazisində “Verona” şadlıq sarayının yaxınlığında üç nəfər polis əməkdaşları tərəfindən saxlanılmış, video çəkilişlə üzərində şəxsi axtarış aparılmış, çəkilişlə aparılan şəxsi axtarış zamanı o, üzərində saxladığı içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə olan 01 ədəd şəffaf sellofan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra o, və aşkar olunan maddə yaxınlıqda olan 3-cü PŞ-nə təhvil verilmişdir. Polis Şöbəsində vəkil dəvət olunmuş, onun iştirakı ilə hüquq və vəzifələri ona izah olunmuş və video çəkiliş aparılmaqla üzərinə təkrarən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, saxlanılan zamanı üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş içərisində metamfetamin psixotrop maddəsi olan bükümü təqdim etmiş, suallar ətrafında təqdim etdiyi maddənin metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu, həmin maddəni 27 avqust 2024-cü il tarixdə, səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı İran vətəndaşından 20 manata alaraq şəxsi istifadəsi üçün qara rəngli şortunun, yəni qısa şalvarının sol yan cibinə qoyaraq üzərində saxladığını bildirmişdir. Bundan başqa o, üzərində olan özünə məxsus qara rəngli “Redmi” markalı mobil telefonu polisə təqdim etmişdir. Ondan aşkar edilmiş psixotrop maddə və mobil telefon götürülərək zərfə qoyularaq qablaşdırılmış, zərf 244 saylı möhürlə möhürlənmişdir. Yekunda protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun özü və iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsirlər olmamışdr. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında ondan 06 sentyabr 2024-cü il tarixdə, 1915,0 qram külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib götürülməsi faktı ilə əlaqədar özünü təqsirli bilərək göstərdi ki, o, 07 sentyabr 2024-cü il tarixdə gedib ittihamda göstərilən narkotik vasitəni Bakı şəhərində Nərimanov rayonu ərazisindən götürmüşdür. Narkotik vasitə onun nəşə kimi tanıdığı marixuana olmuşdur. O, narkotik vasitəni götürdükdən 5 dəqiqə sonra polis onu saxlamış və onları bölməyə aparmışlar. Belə ki, o, narkotik vasitəni istifadə etməyə başlayanda sosial şəbəkələrin birində özünü İran vətəndaşı kimi təqdim edən Dilarə adlı qadınla tanış olmuş, tanışlıq zəminində Dilarə onun narkotik vasitələrdən istifadə etdiyini öyrənmiş və narkotik vasitə və ya psixotrop maddə lazım olacağı halda ona təşkil edə biləcəyini bildirmişdir. Məhz buna görə də, o, Dilarə ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayıb sonuncudan istifadə etmək məqsədi ilə nisyə narkotik vasitə alaraq istifadə etmişdir. Lakin satış məqsədilə ondan narkotik götürməmişdir. Razılaşmalarına əsasən Dilarənin göndərəcəyi narkotik vasitələri o, aparıb onun deyəcəyi yerə qoymalı və qoyduğu yerin məlumatlarını konum tətbiqi ilə Dilarəyə göndərməli idi. İranlı bunun müqabilində mənə 1000 mant pul verməyi öhdəsinə götürmüşdür. Əvvəllər həmin iranlı ilə onun arasında hər hansı danışıq, razılaşma olmamışdır. Sonuncu, yəni hazırda tutulması ilə əlaqədar olan iş üzrə iranlı ona konum, yəni narkotikin qoyulduğu yer barədə məlumat və səs atmış, danışarkən tanışının polis olduğunu, konum göndərdiyi yerə qoyacağını və arxayın gedib götürməyi demişdir. Ona görə də sentyabr ayının 7-nə keçən gecə o, gedib narkotiki qoyulduğu yerdən götürmüşdür. Narkotiki götürdüyü yer Bakı şəhərində Nərimanov rayonu ərazisi olmuşdur. Küçəni bilməmiş, amma dəmirin arxasında olmuşdur. Narkotiki götürmüş, yola çıxan kimi onu polislər tutmuş və polis bölməsinə aparmışlar. Götürdüyü narkotik vasitə “nəşə”, yəni marixuana olmuşdur. O, saxlanılan vaxt polislər onun telefonunu götürmüşdür. O, tutulmazdan əvvəl telefonundan narkotiklə bağlı şəkilləri pozmuş, lakin konumu silməyi unutmuşdur. Bölmədə olarkən İran vətəndaşından zəng gəlmiş, zəngdən sonra o, çölə çıxarılmış və “İranlıya de ki, malı götürmüşəm, arxayın olsun” sözlərini deməyi tapşırmışlar. Ona görə də o, iranlıya malı götürdüyünü, artıq 5dəqiqəyə evə çatacağını demişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, polislər hücumla onun üstünə tökülmüş, o da qorxmuşdur. O, saxlanıldıqdan sonra ona qarşı polis tərəfindən fiziki təzyiq olmuş, ona xəsarət yetirilmiş, dizlərində yara əmələ gəlmiş, həm də onu döymüşlər. Dizlərindəki xəsarət onu tutan vaxt yaranmışdır. Onu tutarkən yerə yıxmış, onu sürümüş, onu maşına mindirmək istəmiş, lakin o, maşina minmək istəməmişdir. Onu saxladıqları yerdə videoçəkiliş aparılmamış, videoçəkliliş vəkilin iştirakı ilə edilmişdir. Vəkili də polisin özü təyin etmişdir. Videoçəkilişdən də qabaq onun qabağına başqa növdən olan nakrotik qoyulmuş, lakin o, götürməmişdir. O, Bakı İstintaq Təcridxanasına keçirildikdən sonra orada tibbi müayinədən keçmiş, lakin onun qeyd etdiklərini və ya gördüklərini qeyd edib-etməmələrini o, bilməmişdir. Xəsarətlərlə əlaqədar prokuroluqdan nümayəndələr Təcridxanaya gəlmiş, ondan izahatlar almış, o da olanı demişdir. O, müstəntiqə ifadə verərkən ona qarşı ittihamda göstərilən narkotiklə bağlı təzyiq edilməmişdir. İbtidai istintaq zamanı da əməlini etiraf edib eyni ifadəni vermişdir. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışında tədqiq olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitəni istifadə etməyə başlayanda sosial şəbəkələrin birində özünü İİR vətəndaşı kimi təqdim edən Dilarə adlı qadınla tanış olmuşdur. Tanışlıq zamanı Dilarə onun narkotik vasitələrdən istifadə etdiyini öyrəndikdən sonra ona bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə lazım olanda ondan ala bilər. Buna görə də, o, Dilarə ilə “Whatsapps” proqramı vasitəsi ilə əlaqə saxlayıb sonuncudan istifadə etmək məqsədi ilə nisyə narkotik vasitə alaraq istifadə etmişdir. Beləcə Dilarənin ona vermiş olduğu narkotik vasitələrə görə sonuncuya 700 manat borcu yaranmış və maddi imkanı olmadığı üçün pulu verə bilməmişdir. Buna görə də Dilarə ona narkotik vasitə göndərməyi və həmin narkotik vasitələri onun xırda bükümlərə bölüb deyəcəyi ünvanlara qoymağı ona təklif etmiş, razılaşdığı təqdirdə narkotik qoyacağı ünvanların şəklini və konumunu “WhatsApp” proqramı vasitəsi ilə ona göndərməyi tapşırmışdır. Onlar aralarında bu qaydada razılaşdıqdan sonra Dilarə narkotik vasitələrin atıldığı yerlərin şəklini və konumunu “WhatsApp” proqramı vasitəsi ilə ona göndərmiş, o da həmin ünvanlara gedərək oradan narkotik vasitəni götürüb xırda bükümlərə bölərək Dilarənin dediyi ünvanlara qoyub şəkil və konumunu Dilarəyə göndərməyə başlamışdır. Onlar bu qayda ilə təxminən 07 ay işləmiş və bunun qarşılığında Dilarə ona həm istifadə etmək üçün narkotik vasitə vermiş, həm də borcundan silmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, o, Şahid1 tutulmazdan 1 ay əvvəl tanımış, Şahid1 də onun kimi narkotik vasitələrdən istifadə etdiyi üçün bir neçə dəfə Anarla birlikdə narkotik vasitə heroin istifadə etmişlər. Ramin adlı İran vətəndaşını isə tutulmazdan təxminən 10 gün əvvəl Dilarənin vasitəsi ilə tanımışdır. Dilarə onu Raminlə tanış edən zaman sonuncunun da narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. 05 sentyabr 2024-cü il tarixdə, saat 21 radələrində Anarla əlaqə saxlayıb Abşeron rayonu Masazır qəsəbəsində görüşmüş, sonra Anarla birlikdə Abşeron rayonunun Masazır qəsəbəsindən çıxaraq birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Titanik” adlı hotel-restorana getmişlər. Oteldə olan zaman Anarla birlikdə istifadə etmək məqsədilə narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək qərarına gəlmişdir. Buna görə də, o, “WhatsApp” proqramı vasitəsi ilə Raminin istifadəsində olan +98 ********** saylı mobil nömrə ilə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq istifadə etmək məqsədi ilə ondan 10 qram narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. 05 sentyabr 2024-cü il tarixdə Ramin “WhatsApp” proqramı vasitəsi ilə ona narkotik vasitənin qoyulduğu yerin konumunu göndərmişdir. Buna görə də o, Anara narkotik vasitənin qoyulduğu yerdən götürməyi təklif etmiş, həmin narkotik vasitədən istifadə etməsi üçün Anara da verəcəyini bildirmişdir. Anar onunla razılaşdıqdan sonra onlar birlikdə konumda göstərilən Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi 218 ünvanında yerləşən yaşayış binalarının həyətinə getmişlər. Orada Anar kənarda dayanıb gözləmiş, o isə narkotik vasitənin qoyulduğu yerə yaxınlaşaraq qara rəngli sellofana bükülmüş bükümü götürən zaman o, həmin narkotikin 02 kiloqram olmasını görmüşdü. Buna görə də İran vətəndaşı Raminlə əlaqə saxlayıb sonuncudan narkotik vasitənin 02 kiloqram olması ilə bağlı soruşmuş və Ramin ona həmin narkotik vasitəni hər birində 01 kiloqram olmaqla 02 ədəd bağlamaya bölərək deyəcəyi ünvanlara qoymağı tapşırmış, qarşılığında ona 1000 manat pul verəcəyini bildirmişdir. O, etiraz etməmiş və 01 ədəd qara rəngli sellofana bükülmüş bükümü əynində olan açıq boz rəngli idman şalvarının və qara rəngli qısaqol köynəyin alt hissəsinə, yəni özünün qarın hissəsinə keçirib Anarın yanına getmişdir. Həmin gün, yəni 06 sentyabr 2024-cü il tarixdə, saat 00:05 radələrində o, Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi 218 ünvanının qarşısında Anarla birlikdə olan zaman iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onlara özlərini təqdim etmələrini istəmişlər. Onun üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarının suallarına cavab verməyib yayınıb getməyə çalışsa da, mümkün olmadığından onlar özlərini təqdim etmişlər. Həmin vaxt polis əməkdaşları üzərlərində qanunla qadağan olunmuş əşya və ya maddə olduğu halda, könüllü təqdim etməyi bildirmişlər. O, çıxılmaz vəziyyətdə olduğunu görüb əynində olan açıq boz rəngli şalvar və qara rəngli qısaqol köynəyin alt hissəsində gizlətdiyi 01 ədəd qara rəngli sellofana bükülmüş bağlamanı çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şahid1 isə üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən götürülmüş və bundan sonra onları Nərimanov RPİ-nin 16-cı PŞnə aparmışlar. Polis şöbəsində narkotik vasitə qurudulmuş marixuananı təqdim etməsi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu onlar imzaları ilə təsdiq etmişlər. Bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə olduğu halda könüllü olaraq təqdim etməyi bildirmişlərilər. O da əynində olan açıq boz rəngli idman şalvarının sol yan cibində 10 ədəd 1 manat, 1 ədəd 10 manat, sağ yan cibindən «Redmi Not 9» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq üzərimdə başqa heç nə olmadığını bildirmidir. Bundan sonra polis əməkdaşları onlara təqdim etdiyi qara rəngli selofana bükülmüş 01 ədəd bükülünü təhqiqatçıya təqdim edərək saxlanılarkən həmin bükülünün onun üzərindən aşkar edildiyini bildirmişlər. Həmin qara rəngli sellofan bükümə baxış keçrilən zaman içərisində bitki mənşəli, narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükülünü instaqram sosial şəbəkədə tanış olduğu İran vətəndaşı Ramin adlı şəxsin vasitəsi ilə qoyulduğu Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi 218 ünvandan yaşayış binalarının həyətində gizlətdiyi yerdən götürdüyünü, Raminin istəyi üzrə həmin qara rəngli selofanda 2 kq marixuana narkotik vasitəsinin olması, həmin narkotik vasitəni 1 kq olmaqla 2 selofana yerləşdirdikdən sonra alıcılarının götürmələri üçün “WhatsApp” proqramı vasitəsi ilə ona göndəriləcək məkanlara qoyacağı tapşırdığını, bunun qarşılığında Raminin ona 1000 manat pul veriləcəyini bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin bükümdə olan bitki kütləsi qablaşdırlaraq möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, o, həmin narkotik vasitəni İran vətəndaşı Ramin adlı şəxsin vasitəsi ilə qoyulduğu Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi 218 ünvanından götürmüş, həmin narkotik vasitəni Raminin istəyi üzrə iki yerə bölüb sonuncunun deyəcəyi ünvanlara qoymağı planlaşdırmış, buna görə Ramin ona 1000 manat pul verəcəyinə söz vermişdir. O, İran vətəndaşı Dilarə adlı qadınla narkotik vasitələrin satışı ilə məşğul olmuş, Dilarə ona narkotik vasitələrin qoyulduğu yerlərin konumunu göndərmiş, o da həmin yerə gedərək narkotik vasitəni götürüb xırda bükümlərə bölərək Dilarənin dediyi ünvanlara qoyaraq həmin yerin şəklini və konumunu sonuncuya göndərmişdir. Bu qayda ilə o, Dilarə adlı qadınla təxminən 7 ay işləmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir (iş vərəqə: cild İ, səh.139-142, cild İİ, səh. 114-118). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, hadisədən təxminən 2 il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamış, lakin heç vaxt satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni adətən Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən əldə edərək istifadə etmişdir. Təqsirləndirilən şəxsla dostluq münasibətində olmuş, onun da narkoman olduğunu bilmiş, birlikdə narkotik istifadə etmişlər. Hadisə günü o, Masazırda olmuş, sonra Röyalla görüşüb birlikdə «Çayka» otelə getmiş və orada ikisi birlikdə marixuana çəkmək istəmişlər. 10 qram marixuna almaq istəmiş, bunun üçün pulu telefondan Röyalın kartı ilə onun dediyi şəxsə atmışlar. Onların məqsədi Röyalın alacağı 10 qr narkotiki birlikdə çəkmək olmuşdur. Bunun müqabilində o, Röyala hər hansı məbləğdə pul verməyi planlaşdırmamış, Röyal onu həmin narkotikə qonaq edəcəkmiş. Onların arasında həmin narkotik vasitənin pulunun bölünməsi ilə bağlı sövdələşmə olmamışdır. O, Röyalın danışdığı İran vətəndaşını görməmiş, amma İran vətəndaşı onun telefonuna konum atmışdır. Danışıqlardan sonra onlar 10 qram narkotik vasitəni götürməyə getmiş, narkotik vasitəni Röyal götürmüş və Röyalın narkotik vasitəni götürdüyünü o, görmüşdür. Amma getdikləri yerdə narkotik vasitə 2 kq çıxmışdır. Narkotik vasitəni götürüb tərpənən zaman heç bir dəqiqə keçməmiş 16-ci PB-nin əməkdaşları onları saxlayıb bölməyə gətirmişlər. Orada narkotik vasitəni boyunlarına götürmədikləri üçün polislər onlara hədə-qroxu gəlinmiş, zor tətbiq edilmiş və polislər nə demişlərsə, onlarla razılaşmışlar. Onlara həmin 2 kq narkotiki ikisinində birinin boynuna götürməsi tələb olunmuşdur. Röyal həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmiş, o isə 10 qr almağa getdiyini demişdir. Sonra onları bir-birindən ayırmış, Röyal da hər şeyi boynuna almışdır. Narkotik vasitə onların yanında çəkilmədiyindən dəqiq miqdarını bilməmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, o, Röyalla birlikdə narkotik alsalar da, Röyal özü ona narkotik satmamış, o, Röyala narkotik vasitə üçün pul verməmişdir. Ona ilkin olaraq narkotik vasitənin istifadəsi ilə bağlı ittiham verilmişdir. Belə ki, o, həmin gün narkotik vasitədən istifadə etmişdir. O, məhkəməyə çıxarılmış və 206-ci maddə ilə cərimə olunub evə buraxılmışdır. Onu daha sonra ifadə almaq üçün çağrılmış, ancaq tutmamışdır. Röyal onun yanında ifadə verməmiş, o, Röyalın ifadəsini oxumamışdır. Lakin Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən edilmiş ziddiyyətlərlə bağlı Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri məhkəmə istintaqı prosesində elan olunmaqla tədqiq edldi. Şahid1 tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmazdan təxminən bir ay əvvəl tanımış, münasibətləri dostluğa çevrilmişdir. Röyalın da onun kimi narkotik vasitələrdən istifadə etməsini öyrənib bilmiş, hətta onunla birlikdə 5-6 dəfə narkotik vasitə qurudulmuş marixuana alaraq istifadə etmişlər. Röyal bir büküm narkotik vasitə qurudulmuş marixuananı ona 10 manata satmışdır. 05 sentyabr 2024-cü il tarixdə, saat 21 radələrində Röyal ilə əlaqə saxladıqıdan sonra onlar Abşeron rayonunun Masazır qəsəbəsində görüşmüşlər. Görüşməkdə məqsədi Röyaldan narkotik vasitə əldə etmək olmuşdur. Sonra Röyal ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsindən çıxaraq Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Titanik” adlı hotel-restorana getmişlər. Oteldə olan zaman Röyal narkotik vasitə olan qurudulmuş marixuana əldə edəcəyini və ona da həmn narkotik vasitədən satacağını bildirmişdir. Buna görə də, Röyal “WhatsApp” proqramı vasitəsi ilə tanımadığı İran vətəndaşı kimi bildiyi Ramin adlı şəxslə əlaqə saxlayaraq istifadə etmək məqsədi ilə 10 qram narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. Röyal həmin narkotik vasitədən ona da verəcəyini bildirmişdir. 05 sentyabr 2024-cü il tarixdə Ramin “WhatsApp” proqramı vasitəsi ilə Röyala narkotik vasitənin qoyulduğu yerin konumunu göndərmişdir. Buna görə də, Röyal ona narkotik vasitəni qoyulduğu yerdən götürüb istifadə etmələrini təklif etmişdir. O, razılaşmış və birlikdə Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi 218 ünvanında yerləşən yaşayış binalarının həyətinə getmişlər. Orada o, kənarda dayanıb gözləmiş, Röyal isə narkotik vasitənin qoyulduğu yerdən götürmək üçün getmişdir. Artıq 06 sentyabr 2024-cü il tarixə keçən gecə, saat təxminən 00:05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi 218 ünvanının qarşısında Röyal narkotik vasitəni götürüb ona yaxınlaşan zaman iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onlardan da özlərini təqdim etmələrini istəmişlər. Onlar da özlərini polis əməkdaşlarına təqdim etmişlər. Həmin vaxt polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü təqdim etməyi tələb etmişlər. O, üzərində qanunla qadağan olunmuş heç bir əşya və maddə olmadığını bildirmişdir. Röyal isə əynində olan boz rəngli şalvar və qara rəngli qısaqol köynəyin alt hissəsində, yəni qarın hissəsində gizlətdiyi 01 ədəd qara rəngli sellofana bükülmüş bağlamanı çıxarıb polis əməkdaşlarına təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən götürülmüş və onları Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində Röyalın narkotik vasitə qurudulmuş marixuananı təqdim etməsi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu onlar imzaları ilə təsdiq etmişlər. Bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd «Samsung» və 01 ədəd «Redmi Not» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı o, narkotik vasitələrdən istifadə etdiyini, Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana alaraq istifadə etdiyini, 05 sentyabr 2024-cü il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsində Röyalla görüşüb, birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, «Taxta bazarı» ərazisində yerləşən «Titanik» hotel-restorana getdiyini, orada olan zaman Röyalın “WhatsApp” proqramında danışdığı Ramin adlı şəxsin göndərdiyi narkotik vasitəni götürmək üçün birlikdə ünvan 2 ünvanda yaşayış binalarının ərazisinə getdiyini, Təqsirləndirilən şəxs oraya qoyulmuş bağlamanı götürdükdən sonra polis əməkdaşları tərəfindən 06 sentyabr 2024-cü il tarixdə, saat 00:05 radələrində saxlanılaraq polis şöbəsinə gətirildiyini, İran vətəndaşının Təqsirləndirilən şəxs narkotik vasitə verəcəyini sonuncudan eşitdiyini, özünün qəbul etməsi üçün narkotik vasitəni Təqsirləndirilən şəxs almalı olduğunu bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. O, Röyaldan 5-6 dəfəf narkotik vasitə qurudulmuş marixuana əldə edərək istifadə etmişdir. Röyal bir dəfəlik istifadə etmək üçün bir büküm narkotik vasitəni ona 10 manata satmışdır(iş vərəqə: cild İ, səh. 97-100). Cinayət işinə məhkəmə baxışı xamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 05 sentyabr 2024-cü il tarixdə Şahid1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuş, o, və Rafiq birlikdə məlumata uyğun olaraq 06 sentyabr 2024-cü il tarixdə, saat 00:05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi 218 ünvanının qarşısına getmiş, əməliyyat tədbiri olaraq güdmə həyata keçirmiş və onlar orada xarici görkəm əlamətlərinə görə Anarın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin yanında başqa şəxslə birlikdə orada olmasını, özlərini şübhəli apardıqlarını görüb, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özlərini təqdim etmələrin xahiş etmişlər. Əməliyyat tədbirinin keçirilməsində ikisindən başqa heç kəs olmamışdır. Həmin şəxslər tabesizlik göstərib qaçmağa başladıqlarından onlar həmin şəxslərin arxasınca qaçaraq onları tutub saxlamış, onların özlərinin vasitəsi ilə onların şəxsiyyətini müəyyənləşdirmiş, onlardan biri özünü Şahid1, digəri isə Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. X8 üzərlərində qeyri-qanuni maddə və ya əşya olduğu təqdirdə çıxarıb təqdim etmələrin təklif etmişlər. Bundan sonra Röyal əynində olan açıq boz rəngli idman şalvarının alt hissəsindən 01 ədəd qara rəngli sellofana bükülmüş bükülünü təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şahid1 isə üzərində qanunla qadağan olunmuş heç bir maddə və əşya olmadığını bildirmişdir. Röyalın təqdim etdiyi həmin büküm onlar tərəfindən götürülmüş və X6 RPİ-nin 16-cı PŞ-nə aparmışlar. Hadisə yerində də video qeydlər edilmiş və materiala əlavə olunmuşdur. Polis şöbəsində onun tərəfindən Röyalın narkotik vasitə qurudulmuş marixuananı təqdim etməyi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğu iştirakçılar, Anar və Röyalın özləri tərəfindən imzalarla təsdiq edilmişdir. Anarla Röyalın barəsində araşdırma aparılması təhqiqatçı Asif Qubadova həvalə edilmiş, sonuncu ilk olaraq Şahid1 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkillərin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Şahid1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Anara üzərində qeyri-qanuni maddə və ya əşya olduğu çıxarıb təqdim etməsi təklif edilmişdir. Anar da əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd «Samsung» və 01 ədəd «Redmi Not» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa heç nə olmadığın bildirmişdir. Bundan sonra Anarın üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Şahid1 narkotik vasitələrdən istifadə etdiyini, Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana alaraq istifadə etdiyini, 05 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində Röyalla görüşüb birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, «Taxta bazarı» ərazisində yerləşən «Titanik» hotel-restorana getdiyini, orada olan zaman Röyalın “WhatsApp” proqramında danışdığı Ramin adlı şəxsin göndərdiyi narkotik vasitəni götürmək üçün birlikdə ünvan 2 ünvanda yaşayış binalarının ərazisinə getdiyini, Təqsirləndirilən şəxs oraya qoyulmuş bağlamanı götürdükdən sonra polis əməkdaşları tərəfindən 06 sentyabr 2024-cü il tarixdə, saat 00:05 radələrində saxlanılaraq polis şöbəsinə gətirildiyini, İran vətəndaşının Təqsirləndirilən şəxs narkotik vasitə verəcəyini sonuncudan eşitdiyini, özünün qəbul etməsi üçün narkotik vasitəni Təqsirləndirilən şəxs almalı olduğunu bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Anar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, Bundan sonra təhqiqatçı Asif Qubadov Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkillərin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Röyala üzərində qeyri-qanuni maddə və ya əşya olduğu təqdirdə çıxarıb təqdim etməsi təklif edilmiş, bundan sonra Röyal əynində olan açıq boz rəngli idman şalvarının sol yan cibindən 10 ədəd 1 manat, 1 ədəd 10 manat, sağ yan cibindən «Redmi Not 9» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa heç nə olmadığını bildirmişdir. Həmin vaxt o, Röyalın saxlanılan zaman təqdim etdiyi qara rəngli selofana bükülmüş 01 ədəd bükülünü təhqiqatçıya təqdim edərək saxlanılarkən həmin bükülünün Röyalın üzərindən aşkar edildiyini bildirmişdir. Həmin qara rəngli selofan bükümə baxış keçrilən zaman içərisində bitki mənşəli, narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Röyal həmin bükülünü instaqram sosial şəbəkədə tanış olduğu Ramin adlı İran vətəndaşının vasitəsi ilə qoyulduğu Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi 218 ünvandan yaşayış binalarının həyətində gizlədildiyi yerdən götürdüyünü, həmin qara rəngli selofanda 2 kq marixuana narkotik vasitəsinin olması, həmin narkotik vasitəni Raminin istəyi üzrə hər birində 1 kq olmaqla 2 ədəd sellofan kisəyə yerləşdirdikdən sonra alıcılarının götürmələri üçün “WhatsApp”-da ona göndəriləcək məkanlara qoyacağını tapşırdığını, bunun qarşılığında Raminin ona 1000 manat pul veriləcəyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Röyalın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Röyal tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İstər saxlanılarkən, istər polis bölməsinə gətirilərkən və ya istərsə də bölmədə hər iki şəxsə qarşı istər fiziki və ya istərsə də qeyri təzyiq formasından istifadə olunmamış, qanun pozuntusuna yol verilməmişdir. Bundan baqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində məhkəmə istintaqında şahid qismində dindirilmiş həmkarı Şahid2 ifadəsinə uyğun ifadə verərək, işin halları ilə bağlı onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 27 avqust 2024-cü il tarixdə, həmkarları - Şahid6 Al qulu oğlu və X2 ilə birlikdə Xəzər RPİ-nin 3-cü polis şöbəsinin inzibati ərazisində xidmət apararkən Binə qəsəbəsində H.Hasilov küçəsində yerləşən “Verona” şadlıq sarayının yaxınlığında iki nəfər şəxsə yaxınlaşıb onların narkotik vasitələrin istirfadəsində və gəzdirilməsində şübhəli olmaları qənaətinə gəlmiş və onlara yaxınlaşaraq polis əməkdaşları kimi özlərini təqdim etmiş və onların şəxsiyyəti ilə maraqlanmışlar. Onlardan biri özünü Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayan X5, digəri isə Suraxanı rayonu, Hövsan qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişlər. Hər iki şəxsin deməsinə görə onlar Naxçıvan MR doğumlu olmuşlar. Həmin şəxslər zahirən narkotik vasitə aludəçisinə də bənzədikləri üçün, sonunculara üzərində də hər hansı narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərinə görə üzərlərində hər hansı bir narkotik vasitə və yaxuda psixotrop maddə olub-olmadığlarmı soruşmuşalr. Üzərlərinə video görüntü ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şortun sol yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə götürülmüş və Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılaraq orada qablaşdırılmışdır. Bundan sonra raportla rəhbərliyə məruzə olunmuş, ilkin təhqiqat araşdırmasının aparılması Xəzəz RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis leytenantı Rəşad Cavadova həvalə etmişdir. Təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş, vido çəkilişlə onların üzərində bir daha şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündən götürdükləri 01 bükündə olan psixotrop maddəyə bənzər kütlə ekpertizaya təqdim edilməsindən ötrü təhqiqatçı tərəfindən götürülmüş və protokollaşdırılmışdır. Saxlanılan şəxslərə qarşı heç bir mərhələdə heç bir formada təzyiq göstərilməmişdir. Bundan baqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid6 ifadəsində məhkəmə istintaqında şahid qismində dindirilmiş həmkarı Şahid4 ifadəsinə uyğun ifadə verərək, işin halları ilə bağlı onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilən Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid5 ifadəsin məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş və sonuncunun məhkəmədə şahid qismində dindirilmiş həmkarları Şahid4 və Şahid6 ifadəsinə uyğun ifadə verməsi təsdiq olunmuşdur(iş vərəqə: cild İİ, səh. 34-36). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 06 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi 218 ünvanının qarşısında Nərimanov RPi-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın alt hissəsində saxladığı 01 ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Keçirilmiş istintaq hərəkətinin video görüntüsü yüklənmiş 01 ədəd DVD formatlı disk şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 10-11). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 06 sentyabr 2024-cü il tarixdə baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 16-cı PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qara rəngi sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq möhürlənmiş və keçirilmiş istintaq hərəkətinin video görüntüsü yüklənmiş 01 ədəd DVD formatlı disk şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 41-43). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “əməliyyat axtarış tədbiri, şübhəli şxəsin üstünün yoxlanılması və əşyanın götürülməsi haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, 27 avqust 2024-cü il tarixdə baxılan iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində yerləşən “Verona” şadlıq sarayının yaxınlığında saxlanılaraq üzərinə video çəkilişlə şəxsi axtarış aparılmış və bu zaman onun əynində olan qara rəngli şortun (burada: qısa şalvar) sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümündə metamfetamin psixotrop maddəsinə şübhəli maddə aşkar edilmişdir. Keçirilmiş istintaq hərəkətinin video görüntüsü yüklənmiş 01 ədəd DVD formatlı disk şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 219-220). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, protokolun tərtib olunduğu 27 avqust 2024-cü il tarixdə baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 3-cü PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop madə metamfetamin qablaşdırılaraq möhürlənmişdir. Keçirilmiş istintaq hərəkətinin video görüntüsü yüklənmiş 01 ədəd DVD formatlı disk şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 244-246). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/1487 saylı rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamada olan maddə bitki mənşəli kütlə olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və təmiz çəkisi 1915,0 qram təşkil edir(iş vərəqə: cild İ, səh. 72- 75). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4361 saylı rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №244” möhür əksi, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs..” əl yazısı və s. adlar, soyadlar imzalar olan zərfdəki 01 ədəd bükümdə olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və təmiz çəkisi 0,491qram təşkil edir(iş vərəqə: cild İ, səh. 251-255). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 24 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bağlamada ilkin təmiz çəkisi 1915,0 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və həmin narkotik vasitənin ekspertiza tədqqatından sonra qalıq qalmış 1914,95 qram çəkidə olan hissəsi saxlanış üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir(iş vərəqə: cild İ, səh. 198-200). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 18 noyabr 2024-cü il tarixli qərarından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq 01 ədəd bükümdə götürülmüş ilkin təmiz çəkisi 0,491 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və həmin narkotik vasitənin ekspertiza tədqqatından sonra qalıq qalmış 0,441 qram çəkidə olan hissəsi saxlanış üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir(iş vərəqə: cild İİ, səh. 62-84, 141). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6607 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: cild İİ, səh. 55-56). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2872 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ekspertiza tədqiqatı mərhələsində hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur(iş vərəqə: cild İİ, səh. 50-52). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin video görüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış prosesində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan açıq boz rəngli idman şalvarının alt hissəsindən 01 ədəd qara rəngli sellofana bükülmüş bükümdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsinə şübhəli bitki mənşəli, kütlənin aşkar edilib götürülməsi bir daha təsdiq olunmuşdur(iş vərəqə: cild İ, səh. 101- 102;103-104). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin video görüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, baxış prosesində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli şortun sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə metamfetamin psixotrop maddəsinə şübhəli maddə aşkar edilib götürülməsi bir daha təsdiq olunmuşdur(iş vərəqə: cild İİ, səh. 5-6). İbtidai istintaq orqanının 18 noyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması proseslərinin video görüntülərinin yükləndiyi 04 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh. 62-84). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «mobil telefona baxış keçirilməsi haqqında» 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesində ondan götürülmüş 01 ədəd “Redmi A9” markalı mobil telefon aparatındakı qeydlərə baxış kerilmiş və baxış zamanı mobil telefonda olan “WhatsApp” mobil tətbiqinin Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi, “WhatsApp” proqramında “Ramin Emi” adı altında qeyd edilmiş İran İslam Respublikasına məxsus +98********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə arasında 05 və 06 sentyabr 2024-cü il tarixdə aşağıdakı məzmunda : -Röyal: «Əmi, götürdüm malı, nigaran qalma, yaxşı, başına dönərəm»; -“Ramin Emi”: «Ay ürəyim, cavab ver də, Allah xeyrini versin, Allah xeyrini versin, cavab ver bizə»; -Röyal: «Əmi, götürdüm, evə çatım, səni yığıram»; -“Ramin Emi”: «Ay üzərim, məni yığ görüm salamatçılıqdı?» məzmununda səsli mesajların göndərilməsi müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, “Ramin Emi” adı ilə qeyd edilmiş İran İslam Respublikasına məxsus +98********** saylı mobil nömrənin narkotik vasitəni əldə etdiyi İran islam Respublikasının vətəndaşı Ramin adlı şəxsə məxsus mobil nömrə olduğunu bildirmişdir(iş vərəqə: cild İ, səh. 105-106, 107-111). İbtidai istintaq orqanının 18 noyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesində götürülmüş ona məxsus olan 01 ədəd “Redmi A9” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh. 62-84). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyini və «Ramin» adlı şəxsi müəyyənləşdirmək məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, səh. 62-84, 86-88). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən qurudulmuş marixuana narkotik vasitəsinin kütləsi xeyli miqdar daxil olmaqla aşağı həddi 5,0 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, metamfetamin psixotrop maddəsinin kütləsi xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1915,0 qram qurudulmuş marixuana narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da nəzərdə tutulmuş qurudulmuş marixuana narkotik vasitəsinin start külli miqdar həddindən təqribən 4 dəfə çox olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMnin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində, həmçinin məhkəmə baxışında verdiyi ifadələrində səmimi etirafı, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, ondan həm narkotik vasitə və həm də psixotrop maddə aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq qurudulmuş marixuana narkotik vasitəsini külli miqdarda əldə etməklə saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda metvmfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və o, həmin maddəlrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində polis əməkdaşları tərəfindən saxlanılanılarkən və daha sonra fiziki təzyiqlərə məruz qalması barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci, 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi, o cümlədən Təqsirləndirilən şəxs qarşı fiziki təzyiqlər göstərilməsi, ona xəsarətlər yetirilməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş Təqsirləndirilən şəxs adına açılmış 7405/24 saylı tibbi kitabçanın 12-ci bölməsində bədən xəsarətləri ilə əlaqədar aparılan qeydlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə BİT-ə daxil olmuş və üzərində aparılan tibbi müayinə prosesində Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, obyektiv müayinə zamanı bədən səthində köhnə çapıqlar aşkar edilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin onun həmin hökm üzrə olan məhkumluğu ödənilməmişdir(iş vərəqə: 176-197). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhər Probasiya İdarəsindən təqdim olunan 18 mart 2025-ci il tarixli, 3-16-21-1/2-15047/2025 saylı rəsmi arayışdan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, hazırda baxılan iş üzrə şübhəli olaraq tutulduğu 06 sentyabr 2024-cü il tarixədək təyin olunan cəzanın 06 (altı) ay 11 (on bir) gününü çəkmiş, lakin təyin olunan cəzanın 2 (iki) il 2 (iki) ay 15 (on beş) günü çəkilməmiş qalmışdır (iş materialları). Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs apzadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya - azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və baxılan cinayət işi üzrə cinayət hadisəsinin baş verdiyi tarixə təyin olunan həmin cəzanın bir hissəsinin çəkilməmiş qalmasını nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan hökm üzrə olan məhkumluğu ödənilməmiş və götürülməmişdir, həmçinin qeyd olunan bu məhkumluq cinayətlərin residivini yaratmayacaqdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələblərinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğunun ödənilməməsi və götürülməməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan sanksiya hədlərində, cinayətlərin və hökmlərin məcmusuna görə cəza təyinetmənin prinsiplərinə əməl etməklə ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 66.3-cü Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinin tələblərinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə baxılan iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci, 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayətlərin məcmusuna görə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini, həmçinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə ona təyin edilmiş 02 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından 2 (iki) il 2 (iki) ay 15 (on beş) gününün çəkilməmiş qalmasını və hər iki hökm üzrə təyin olunan cəzaların Azərbaycan Respublikası CM-nin 67.1-cü maddəsinə əsasən tamamilə və ya qismən birləşdirilməli olmasını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il 2 (iki) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə müəyyən edilməli və məhz bundan sonra yeni hökm üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzası Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə müəyyən olunan 01 (bir) il 01 (bir) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, sonuncunun ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını, məhkumluğu olmasına baxmayaraq həmin məhkumluğun onun əməlinin cinayətlərin residivini yaratmadığını və Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhrum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində 06 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 1 (bir) gün müddətində həbsdə saxlanılmış, müvafiq məhkəmənin 07 sentyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2, 158.2.1 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində «asılılıq sindromu» (narkomaniya xəstəliyi) aşkar olunması nəzərə alınmalı və onun İİ dərəcəli əlil olması əsası ilə barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,441 qram çəkidə psixotrop maddə metamfetamin və 1914,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və disklərə baxış keçirilməsi proseslərinin videogörüntülərinin yükləndiyi 04 ədəd DVD formatlı disklər cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs götürülmüş, cinayət işinin materiallarında saxlanılan 01 ədəd “Redmi A9” markalı mobil telefon onun özünə qaytarılması üçün Təqsirləndirilən şəxs cəza çəkdiyi X7 göndərilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 182 (bir yüz əksən iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) ay 15 (on beş) günü Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-ci il tarixli hökmü üzrə müəyyən edilmiş və çəkilməmiş 01 (bir) il 01 (bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,441 qram çəkidə psixotrop maddə metamfetamin və 1914,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və disklərə baxış keçirilməsi proseslərinin videogörüntülərinin yükləndiyi 04 ədəd DVD formatlı disklər cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs götürülmüş, cinayət işinin materiallarında saxlanılan 01 ədəd “Redmi A9” markalı mobil telefon onun özünə qaytarılması üçün Təqsirləndirilən şəxs cəza çəkdiyi X7 göndərilsin. İş üzrə məhkəmə məsrəfləri – 182 (bir yüz əksən iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar