Məhkəmə qərarları › İş №1(101)-798/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-798/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-798/2020 15.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X9,müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, tərcüməçi X3 iştirakları ilə « 15 » oktyabr 2020-ci il Bakı şəhərində xx xxxx 1979-cu ildə İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada ticarətlə məşğul olmuş, İran İslam Respublikası, Tehran şəhəri, Meydan Qəzvin, Xiyabani Qəzvin, Ruberui doxaniyat, Xiyabani Mircəlili, Hadimədət küçəsi, ev 33 ünvanında qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 29,206.3.1, 29,206.3.2 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs digər külli miqdarda psixotrop maddə sayılan metamfetaminin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasında külli miqdarda psixotrop maddəni təkrar əldə edib daşıyaraq və saxlayaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli təkrar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına təkrar keçirmiş, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə təkrarən əldə edib, daşıyıb, saxladığı külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasından Yaponiyaya göndərmək üçün təkrarən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyə cəhd etməsi ilə bağlı əməllərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olan digər şəxslərlə külli miqdarda psixotrop maddə sayılan metamfetaminin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, ümumi cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin dekabr ayının əvvəllərində tanışı Azərbaycan Respublikasının vətəndaşı Şahid1 ilə telefon əlaqəsi yaradaraq içərisinə saxsı qablar yerləşdirilmiş 2 ədəd qutunu Bakı şəhərində qəbul edib poçt göndərişi ilə Yaponiyaya göndərilməsini xahiş etdikdən sonra cinayətkar dəstənin digər üzvləri ümumi cinayətkar niyyətə uyğun olaraq Şahid1 xəbərsiz şəkildə qəsdən qutuların yan və alt hissələrinə təmiz halda çəkisi 1019,86 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin hopdurulduğu lövhələri yapışqanla yapışdırılmış müxtəlif kağız parçalarının arasına yerləşdirərək, psixotrop maddənin daşınmasını pərdələmək üçün içərisinə saxsı qablar yığmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq və daşıyaraq həmin iki ədəd karton qutunu xx xxxxxx 2019-cu il tarixdə Şahid1 göndərmək üçün şəxsiyyəti istintaqa məlum olmayan Tehran-Bakı sərnişin avtobus sürücüsü vasitəsilə gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, avtobus sürücüsü onları Bakı şəhərində Bakı Beynəlxalq avtovağzalda işləyən törədilən cinayətdən xəbəri olmayan tanışı İran İslam Respublikasının vətəndaşı Şahid4 Şahid1 çatdırılması üçün vermiş və həmin tarixdə sonuncu Bakı Beynəlxalq avtovağzalın qarşısında qutuları qəbul etmiş, lakin şübhələnərək onların içərisində qanunla qadağan olunmuş əşyaların olmasından ehtiyat edib həmin tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verməklə qutuları təqdim etmiş, qeyd edilən tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin qutulara baxış keçirilərkən içərisində saxsı qablar olan iki ədəd karton qutuların yan və alt hissələrinə yapışqanla yapışdırılmış müxtəlif kağız parçalarının arasındakı preslənmiş ağ rəngli lifli materiallardan ibarət lövhələrin tərkibində təmiz çəkisi 1019,86 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bununla da Khani X4 miqdarda psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən Yaponiya istiqamətində gizli keçirməyə cəhd edərək iradəsindən asılı olmayan səbəblərə görə baş çatdıra bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olan digər şəxslərlə külli miqdarda psixotrop maddə sayılan metamfetaminin təkrarən satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni təkrarən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, ümumi cinayətkar niyyətə uyğun olaraq xx xxxxxx 2019-cu ildə tanışı Şahid1la yenidən mobil telefonla əlaqə yaradaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərəcəyi içərisində pərdə formasında tekstil məmulatı olan 1 ədəd bağlamanı Azərbaycan Respublikasının Astara şəhərində qəbul edib poçt göndərişi ilə Yaponiyaya göndərilməsini xahiş etdikdən sonra cinayətkar dəstənin digər üzvü ümumi cinayətkar niyyətə uyğun olaraq təkrar Şahid1 xəbərsiz şəkildə qəsdən üzərinə təmiz çəkisi 6988,75 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini daşınmasını pərdələmək üçün pərdə formasında olan tekstil məmulata hopdurmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq və daşıyaraq şəxsiyyəti istintaqa məlum olmayan Tehran-Astara sərnişin avtobus sürücüsü vasitəsilə gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, bundan sonra avtobus sürücüsü onları törədilən cinayətdən xəbəri olmayan tanışı Azərbaycan Respublikasını vətəndaşı X1 təhvil vermiş və həmin tarixdə o, cinayətkar qrupun üzvünün tapşırığı əsasında pərdəni Astara şəhərində yerləşən “Sahil” restoranının yaxınlığında Şahid1 təhvil verdikdən sonra sonuncu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verməklə qutuları təqdim etmiş, xx xxxxxx 2019-cu il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin qutulara baxış keçirilərkən pərdə məmulatının bir hissəsinə təmiz çəkisi 6988,75 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin hopdurulduğu müəyyən edilərək götürülmüş, bununla da Khani X4 miqdarda psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən Yaponiya istiqamətində gizli keçirməyə cəhd edərək iradəsindən asılı olmayan səbəblərə görə baş çatdıra bilməmişdir. Bundan əlavə o, təkrarən eyni niyyətlə istintaqa məlum olan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, ümumi cinayətkar niyyətə uyğun olaraq xx xxxxxx 2019-cu ildə Şahid1la yenidən əlaqə yaradaraq içərisinə güldan yerləşdirdiyi 1 ədəd qutunu Bakı şəhərində qəbul edib poçt göndərişi ilə Yaponiyaya göndərməsini xahiş etdikdən sonra cinayətkar dəstənin digər üzvləri istintaqa məlum olan şəxslərlə ümumi cinayətkar niyyətə uyğun olaraq təkrar Şahid1 xəbərsiz şəkildə qəsdən qutunun yan və alt hissələrinə təmiz çəkisi 525,28 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin hopdurulduğu lövhələri eyni üsulla yerləşdirərək, psixotrop maddənin daşınmasını pərdələmək üçün içərisinə güldan qoymuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq və daşıyaraq həmin karton qutunu xx xxxxxx 2019-cu il tarixdə Şahid1 göndərmək üçün şəxsiyyəti istintaqa məlum olmayan Tehran-Bakı sərnişin avtobus sürücüsü vasitəsilə təkrarən gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, avtobus sürücüsü onları Bakı şəhərində Bakı Beynəlxalq avtovağzalda işləyən törədilən cinayətdən xəbəri olmayan tanışı İran İslam Respublikasının vətəndaşı Şahid4 Şahid1 çatdırılması üçün vermiş və həmin tarixdə sonuncu Bakı şəhəri, Mehdiabad qəsəbəsi istiqamətində gedən yolda yerləşən “Araz” marketin qarşısında qutunu qəbul etdikdən sonra qeyd edilən tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verməklə qutuları təqdim etmiş, qeyd edilən tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin qutuya baxış keçirilərkən içərisində karton qutunun yan və alt hissələrinə yapışqanla yapışdırılmış müxtəlif kağız parçalarının arasındakı preslənmiş ağ rəngli lifli materiallardan ibarət lövhələrə təmiz çəkisi 525,28 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin hopdurulduğu müəyyən edilərək götürülmüş, bununla da Khani X4 miqdarda psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən Yaponiya istiqamətində gizli keçirməyə cəhd edərək iradəsindən asılı olmayan səbəblərə görə baş çatdıra bilməmişdir. Həmçinin, o, təkrarən eyni niyyətlə istintaqa məlum olan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, ümumi cinayətkar niyyətə uyğun olaraq xx xxxxxx 2019-cu ildə Şahid1la yenidən əlaqə yaradaraq içərisinə saxsı qablardan ibarət çay dəsti yerləşdirilmiş 1 ədəd qutunu Bakı şəhərində qəbul edib poçt göndərişi ilə Yaponiyaya göndərilməsini xahiş etdikdən sonra cinayətkar dəstənin digər üzvləri ilə ümumi cinayətkar niyyətə uyğun olaraq Şahid1 xəbərsiz şəkildə qəsdən qutunun yan və alt hissələrinə təmiz çəkisi 706,91 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetaminin hopdurulduğu lövhələri eyni üsulla yerləşdirərək, psixotrop maddənin daşınmasını pərdələmək üçün içərisinə saxsı qablardan ibarət çay dəsti yığmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq və daşıyaraq həmin karton qutunu xx xxxxxx 2019-cu il tarixdə Şahid1 göndərmək üçün şəxsiyyəti istintaqa məlum olmayan Tehran-Bakı sərnişin avtobus sürücüsünün vasitəsilə təkrarən gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, sonra avtobus sürücüsü onu Astara şəhərində yerləşən parkın qarşısında təhvil vermiş və xx xxxxxx 2019-cu ildə sonuncu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verməklə qutunu təqdim etmiş, qeyd edilən tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin qutuya baxış keçirilərkən qutunun yan və alt hissələrinə yapışqanla yapışdırılmış müxtəlif kağız parçalarının arasındakı preslənmiş ağ rəngli lifli materiallardan ibarət lövhələrə təmiz çəkisi 706,91 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin hopdurulduğu müəyyən edilərək götürülmüş, bununla da Khani X4 miqdarda psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən Yaponiya istiqamətində gizli keçirməyə cəhd edərək iradəsindən asılı olmayan səbəblərə görə baş çatdıra bilməmişdir. Bundan başqa, o, təkrarən eyni niyyətlə istintaqa məlum olan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, ümumi cinayətkar niyyətə uyğun olaraq xx xxxxxx 2019-cu ildə Şahid1la yenidən əlaqə yaradaraq içərisinə güldan yerləşdirdiyi 1 ədəd qutunu Bakı şəhərində qəbul edib poçt göndərişi ilə Yaponiyaya göndərilməsini xahiş etdikdən sonra cinayətkar dəstənin digər üzvləri cinayətkar niyyətə uyğun olaraq Şahid1 xəbərsiz şəkildə qəsdən qutunun yan və alt hissələrinə təmiz çəkisi 666,44 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin hopdurulduğu lövhələri eyni üsulla yerləşdirərək, psixotrop maddənin daşınmasını pərdələmək üçün içərisinə güldan yerləşdirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq və daşıyaraq həmin karton qutunu xx xxxxxx 2019-cu il tarixdə Şahid1 göndərmək üçün şəxsiyyəti istintaqa məlum olmayan Tehran-Bakı sərnişin avtobus sürücüsü vasitəsilə təkrarən gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, sonra avtobus sürücüsü onu Bakı şəhərində yerləşən “Hilton” otelinin qarşısında Şahid1 təhvil vermiş və həmin tarixdə sonuncu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verməklə qutunu təqdim etmiş, xx xxxxxx 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin qutuya baxış keçirilərkən qutunun yan və alt hissələrinə yapışqanla yapışdırılmış müxtəlif kağız parçalarının arasındakı preslənmiş ağ rəngli lifli materiallardan ibarət lövhələrə təmiz çəkisi 666,44 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin hopdurulduğu müəyyən edilərək götürülmüş, bununla da Khani X4 miqdarda psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən Yaponiya istiqamətində gizli keçirməyə cəhd edərək iradəsindən asılı olmayan səbəblərə görə baş çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə Azərbaycan Respublikasına növbəti səfərlərinin birində Azərbaycanın Astara sərhəd keçid məntəqəsinin qarşısında taksi fəaliyyəti ilə məşğul olan Şahid1la tanış olmuş, həmin ildən etibarən də hər dəfə Azərbaycana gələndə Şahid1 onu Astara şəhərində yerləşən sərhəd keçid məntəqəsinin qarşısında qarşılayaraq taksi kimi istifadə etdiyi avtomobillə Bakı şəhərinə gətirmişdir. 2019-cu ilin sentyabr ayının sonlarında İran İslam Respublikasında cəza çəkmə müəssisəsində cəza çəkən tanışı Mohammad Kərbalai istifadə etdiyi “İnstagram” hesabına mesaj yazaraq hal-əhval tutub onun mobil telefon nömrəsini istəmiş, o da Mohammadla vaxtı ilə dostluq münasibətləri olduğundan öz mobil telefon nömrəsini vermiş, bir neçə gün sonra istifadə etdiyi mobil telefonunda olan “Whatsapp” mesajlaşma proqramına tanımadığı nömrədən Mohammad adlı tanışı tərəfindən zəng edilmiş, telefon danışıqları zamanı sonuncu Azərbaycan Respublikasında etibar etdiyi hər hansı tanışının olubolmaması barədə maraqlanmış, o da belə bir tanışının olduğunu bildirərək, hansı məqsədlə maraqlandığını soruşmuş, Mohammad Kərbalai isə ona Bakı şəhərində olan bir nəfərə 1000 ABŞ dolları verilməsinin lazım olduğunu bildirərək etibar etdiyi tanışı vasitəsi ilə həmin pulu göndərmək istədiyini bildirmişdir. Bu barədə Şahid1 xəbər vermiş, sonuncu öz razılığını bildirmişdir. Şahid1 aldığı bank hesab kodunu Mohammad adlı tanışına göndərmiş, sonuncu isə sözü gedən 1000 ABŞ dollarını həmin hesaba köçürmüşdür. Mohammad həmin xidmətə görə Şahid1 zəhmət haqqı kimi təxminən 100 ABŞ dolları da göndərmişdir. Daha sonra Mohammad adlı tanışı ona Bakı şəhərində 1000 ABŞ dollarını qəbul edəcək şəxsin adının Məmməd olduğunu bildirərək mobil telefon nömrəsini göndərmiş, o da həmin məlumatları Şahid1 göndərmişdir. Təxminən 15 gün sonra Mohammad adlı tanışı onunla yenidən əlaqə yaradaraq Bakı şəhərində olan Məmməd adlı tanışında istilik cihazı olduğunu, həmin cihazı Şahid1 Məmməd adlı şəxsdən götürüb Avstraliyaya yola sala bilib-bilməyəcəyi barədə maraqlanmış və həmin işə görə də Şahid1 xərclərdən başqa 400-500 ABŞ dolları pul verəcəyini də vəd vermişdir. O da bu barədə Şahid1 xəbər vermiş, sonuncu da həmin təkliflə razılaşmışdır. Daha sonra o Mohammad adlı tanışına Şahid1 razı olduğunu bildirmiş, Mohammad isə həmin istilik cihazının Bakı şəhərində olan tanışı Məmməd adlı şəxsdə olduğunu bildirərək həmin cihazı ondan götürməyini və sonradan Avstraliyaya göndərməyini xahiş etmişdir. Daha sonra Mohammad adlı tanışı Şahid1 əvvəlcədən göndərdiyi bank hesabına cihazın göndərilməsi üçün nəzərdə tutulmuş pulu göndərmiş, sonuncu da tapşırığa uyğun olaraq istilik cihazını Məmməd adlı şəxsdən təhvil alıb, göndərmək üçün hava limanında sənədləşməni aparmağa başlamışdır. O, Mohammad adlı şəxsin narkotik alveri ilə məşğul olduğu üçün cəza çəkdiyini bildiyindən həmin istilik cihazın içərisində narkotik vasitənin olmasından şübhə etmiş və bu barədə ondan maraqlanmış, lakin Mohammad qızdırıcı cihazın bir neçə ölkənin sərhədindən keçirilərək Bakı şəhərinə gətirilməsini, hər hansı problemin olacağı təqdirdə sərhədlərin birində tutulacağını əsas gətirmişdir. Lakin buna baxmayaraq o, yenə də Mohammad adlı tanışının sözünə inanmayaraq tez-tez bu barədə maraqlanmış, Şahid1 tərəfindən həmin istilik cihazı göndərilməmişdən bir gün qabaq o, yenə də Mohammad ilə əlaqə saxlayıb istilik cihazında nəsə gizlədibgizlətməmələri barədə soruşmuşdur. Nəhayət Mohammad istilik cihazının içərisində İranda “qara” kimi deyilən tiryək adlı narkotik vasitəni gizlədərək Avstraliyaya göndərməsini təşkil etdiyini etiraf etmiş, bu barədə ona vaxtında nədən xəbər verilmədiyini Mohammaddan soruşsa da, sonuncu narahat olmamağı, həmin malı, yəni narkotik vasitəni yaxşı gizlətdiyini, heç bir rentgen cihazında aşkar olunmayacağını bildirmişdir. Bu haqda bildikdən sonra o bir az rahatlaşsa da, yenə də Şahid1 görə narahat olmuş, lakin bu barədə ona məlumat verməmişdir. Ertəsi gün Şahid1 istilik cihazını Avstraliyaya yola salmış, buna görə isə X12 Novruzova bildiyinə görə zəhmət haqqı kimi təxminən 400-500 ABŞ dolları, ona isə 100 ABŞ dolları məbləğində pul vermişdir. Həmin hadisədən 13 gün sonra Mohammad istilik cihazında olan “qara” kimi tanınan tiryək adlı narkotik vasitənin Avstraliya polisi tərəfindən tutulması barədə ona xəbər vermiş, o da Mohammaddan onunla Şahid1 aqibətlərinin necə olacağı barədə maraqlanmış, Mohammad isə Avstraliyada tutulan adamın bütün təqsiri öz boynuna götürdüyünü bildirmişdir. 2019-cu ilin dekabr ayının əvvəlində Mohammad Kərbalai onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək bundan sonra qardaşı Rza adlı şəxslə iş görməyini tapşıraraq, harasa getdiyi üçün özünün əlaqə saxlaya bilməyəcəyini bildirmişdir. 2019-cu ilin dekabr ayının 15-də Rza adlı şəxs onunla əlaqə saxlayaraq Şahid1 adına 5 ədəd içərisində qabqacaq olan qutu göndərəcəyini və həmin qutuların Azərbaycan Respublikasından Şahid1 vasitəsi ilə Yaponiyaya göndəriləcəyini bildirmişdir. O, istilik sistemi ilə baş verən hadisəni Rza adlı şəxsə xatırladaraq həmin qutuların içərisində narkotik vasitə olub-olmaması barədə maraqlanmış, ilk öncə Rza adlı şəxs narkotik vasitənin olmamasını bildirsə də, sonradan qutuların içərisinə İran İslam Respublikasında “şüşə” kimi tanınan metamfetamin adlı psixotrop maddənin olduğunu və həmin maddəni yaxşı gizlətdiyini, heç bir yerdə aşkar edilə bilinməyəcəyini, skan cihazlarının həmin narkotik vasitəni görə bilməyəcəyini demişdir. Bundan sonra o, Şahid1la əlaqə saxlayaraq içərisində qab-qacaq olan qutular göndərəcəyini, həmin qutuları Bakı şəhərində təhvil alıb sonradan isə ayrı-ayrılıqda Yaponiyaya göndərilməli olduğunu bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Rza adlı şəxs ona fars dilində olan bir sənədin fotoşəklini və avtobus sürücüsünün nömrəsini göndərərək Şahid1 həmin sənəd əsasında sürücüdən qutulardan ikisini götürə biləcəyini demiş, o da Rza adlı şəxsin tapşırığına uyğun olaraq Şahid1 ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb sonuncuya həmin fotoşəkli göndərəcəyini və onu təqdim etməklə Bakı şəhərində olacaq tanışından içərisində xrustallar olan bağlamanı qəbul etməyi xahiş etmişdir. Həmin gün Şahid1 qeyd etdiyi üzərində fars dilində yazılar olan sənədin fotoşəkilini göndərmiş, xx xxxxxx 2019-cu il tarixdə isə Mahirə Mohammadın qardaşı olan Rza adlı şəxs tərəfindən Bakı şəhərində olan tanışının ***-***-**-** saylı mobil telefon nömrəsini göndərərək bağlamaları həmin sənədin fotoşəklini təqdim etməklə ondan təhvil almağı tapşırmışdır. Həmin gün Şahid1 qutuları təhvil alaraq fotoşəkilini çəkib ona göndərmiş, o da xatırladığı qədəri ilə qapağının rənginin yaşıl, qutusunun rənginin qızılı olan və üzərində “Florance M.Y” sözləri yazılmış qutuların fotoşəkilini Rza adlı şəxsə göndərərək onların Bakı qəbul edilməsini təsdiq etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Rza adlı şəxs onunla yenidən əlaqə saxlayaraq içərisinə “şüşə” kimi tanınan metamfetamin adlı psixotrop maddənin hopdurulduğu parça olan 1 ədəd bağlamanı Bakı şəhərində Şahid1 tərəfindən götürülməsini tapşırmışdır. Bu haqda Mahirdən xahiş etdikdən sonra sonuncu xx xxxxxx 2019-cu il tarixdə içərisində parça olan bağlamanı Hafiz ləqəbli Şahid3 adlı şəxsdən Astara şəhərində qəbul edib ona bağlamanın fotoşəkillərini göndərmiş, o da həmin fotoşəkilləri Rza adlı şəxsə malın qəbul edilməsini təsdiq etmək üçün göndərmişdir. xx xxxxxx 2019-cu il tarixdə Rza adlı şəxs ona yenidən zəng edərək psixotrop maddə sayılan metamfetaminin gizlədildiyi növbəti qutunun Şahid1 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qəbul edilməsini tapşırmış, o da bu barədə Şahid1 xəbər vermişdir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 13 radələrində o Şahid1la yenidən əlaqə saxlayaraq göndərdiyi bağlamanın Bakı şəhərində yerləşən avtovağzalda avtobusların birində olduğunu bildirərək götürməyini tapşırmışdır. Bundan sonra Şahid1 bağlamanı qəbul edib fotoşəkilini ona, o isə üzərində “Florance M.Y” sözləri yazılmış qutunun fotoşəkilini Rza adlı şəxsə təhvil alınmasının təsdiq etmək üçün göndərmişdir. xx xxxxxx 2019-cu il tarixdə Rza adlı şəxs bir daha ona zəng edərək psixotrop maddə sayılan metamfetamin gizlədildiyi növbəti qutunun Şahid1 tərəfindən elə həmin gün qəbul etməyi tapşırmış, o da bu barədə sonuncuya xəbər vermişdir. Bundan sonra Şahid1 üzərinə “Florance M.Y” yazıları həkk edilmiş içərisində çay dəsti olan qutunu həmin gün Astara şəhərində avtobus sürücüsündən təhvil aldığını ona bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə həmin qutuların göndərilməsi üçün Rza adlı şəxs tərəfindən ona göndərilən puldan o, 500 ABŞ dollarını gördüyü işlər müqabilində zəhmət haqqı kimi Şahid1 göndərmiş, 240 ABŞ dolları və 200 avronu isə qazanc kimi özünə saxlamışdır. Həmçinin Mohammad və Rza adlı tanışları ilə növbəti danışıqlarının birində sonuncular tərəfindən Bakı şəhərindəki tanışları Şahid2 olan təxminən 4000-5000 ABŞ dolları məbləğində pulun olduğu bildirilməklə, həmin pulun bir hissəsinin psixotrop maddənin Azərbaycan Respublikası ərazisindən Yaponiyaya göndərilməsini təşkil etdiyinə görə zəhmət haqqı kimi ona veriləcəyi barədə vəd verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Rza adlı şəxs növbəti dəfə onunla əlaqə saxlayaraq içərisinə psixotrop maddə sayılan metamfetamin gizlədildiyi qutunu Azərbaycan Respublikasına göndərdiyini bildirərək Şahid1 tərəfindən təhvil alınmasını tapşırmış, o da bu barədə sonuncuya xəbər vermişdir. xx xxxxxx 2019-cu il tarixdə Şahid1 qeyd olunan qutunu təhvil almış və ona bu barədə xəbər verərək qutunun fotoşəkillərini göndərmiş, o da həmin fotoşəkilləri Rza adlı tanışına göndərmişdir. Rza və Məmməd adlı şəxslər tərəfindən qeyd olunan qutuların Yaponiyaya göndərilməsi ilə bağlı aldığı tapşırıqlara baxmayaraq hər qutunu qəbul etdikdən sonra Şahid1 fərqli səbəblər göstərərək poçt məntəqələrinin işləmədiyini və qutuları göndərə bilmədiyini demişdir. xx xxxxxx 2019-cu il tarixdə o, yeni il bayramını qeyd etmək üçün Azərbaycan Respublikası istiqamətində sərnişin daşıma avtobusu ilə yola çıxmış, xx xxxxxx 2020-ci il tarixdə İran-Azərbaycan sərhədini keçən zaman saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına təhvil verilmişdir.Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən də olsa etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid1 Marif oğlu ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ilin yay aylarında Astara gömrük keçid məntəqəsinin qarşısından Bakı şəhərinə sərnişin kimi apardığı Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncuya istifadəsində olan mobil telefon nömrəsini vermiş və bundan sonra onların dostluq münasibətləri yaranmışdır. xx xxxxxx 2019-cu il tarixdə X16 istifadəsində olan +**********62 saylı mobil telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə onunla əlaqə saxlayaraq fars dilində olan bir sənədin şəkilini göndərəcəyini və həmin sənədin fotoşəkilini təqdim etməklə Bakı şəhərində olacaq tanışından içərisində saxsı qablar olan bağlamanı götürməyini xahiş etmiş, o da X16 ilə razılaşmışdır. O, sonuncunun göndərəcəyi bağlamalarda hər-hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olmasından şübhələndiyi üçün dərhal ərizə ilə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edərək bu barədə xəbər vermişdir. xx xxxxxx 2019cu il tarixdə o yenidən X16 tərəfindən verilmiş mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq içərisində qabqacaq olan bağlamanı Binəqədi rayonu ərazisindən Cəfər adlı şəxsdən təhvil almışdır. Daha sonra o, təhvil aldığı bağlamaları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına təhvil vermişdir. xx xxxxxx 2019-cu il tarixdə X16 istifadəsində olan +**********62 saylı mobil telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə onunla yenidən əlaqə saxlayaraq xx xxxxxx 2019-cu il tarixdə içərisində parça olan bağlama göndərəcəyini və həmin bağlamanı qəbul etməyini xahiş etmişdir. Bundan sonra o, X16 tərəfindən göndərilən qutularda qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmasından şübhə etdiyinə görə ərizə ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Astara rayon şöbəsinə müraciət etmiş, sonra isə X16 tərəfindən göndərilmiş nömrə ilə əlaqə saxlayaraq Astara gömrük keçid məntəqəsinin yaxınlığında yerləşən “Sahil” restoranının yanında görüşmək barədə razılığa gəlmiş, orada Hafiz ləqəbli Şahid3 adlı Astara rayon sakinindən bağlamanı götürmüş və bu haqda Rezaya məlumat vermişdir. X16 ilə aralarında olan söhbətləri zamanı sonuncu ona İran İslam Respublikasından göndərdiyi bağlamaların hər birini ayrı-ayrılıqda Yaponiyada olan tanışlarının adına poçt vasitəsi ilə göndərməsini tapşırmış, qeyd edilən bağlamalardan əlavə olaraq da yaxın zamanda 3 ədəd bağlama da göndərəcəyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında X16 istifadəsində olan +**********62 saylı mobil telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə onunla yenidən əlaqə saxlayaraq xx xxxxxx 2019-cu il tarixdə adına göndərdiyi növbəti bağlamanı avtobus sürücüsündən qəbul etməyini xahiş etmişdir. X15 tapşırığına uyğun olaraq tanımadığı avtobus sürücüsü ilə əlaqə saxladıqdan sonra Bakə şəhər avtovağzalında üzərində “Florance M.Y” yazıları həkk edilmiş qutunu sonuncudan qəbul edib bu haqda Rezaya telefonla məlumat vermişdir. xx xxxxxx 2019cu il tarixdə günorta saatlarında X16 istifadəsində olan +**********62 saylı mobil telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə onunla yenidən əlaqə saxlayaraq növbəti bağlamanı qəbul etməyi xahiş etmişdir. Həmin gün X15 əvvəlcədən göndərdiyi +**********99 saylı mobil telefon nömrə ilə əlaqə saxlayıb Astara şəhərində yerləşən parkın qarşısından üzərində “Florance M.Y” yazıları həkk edilmiş bağlamanı avtobus sürücüsündən təhvil almış, sonra isə Rezaya məlumat vermişdir. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında X16 istifadəsində olan +**********62 saylı mobil telefon nömrəsi ilə “Whatsapp” proqramı üzərindən növbəti dəfə onunla əlaqə saxlayaraq xx xxxxxx 2019-cu il tarixdə adına göndərdiyi yeni bağlamanı qəbul etməyini xahiş etmiş və həmin gün də Bakı şəhərində yerləşən “Hilton” hotelinin qarşısından avtobus sürücüsündən üzərində “Florance M.Y” yazıları həkk edilmiş qutunu təhvil almışdır. Rezanın xahişi ilə təhvil aldığı qutularda qanunla qadağan olunmuş əşyaların olmasından şübhələndiyinə görə hər dəfə bu haqda DTX-ya məlumat verib qutuları könüllü olaraq təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayının əvvəlində İran İslam Respublikasının Tehran şəhərində yaşayan Əsgər adlı uzaq qohumu “Whatsapp” adlı proqram vasitəsilə onunla əlaqə saxlayaraq İranda yaşayan yaxın dostunun olduğunu, İranda xaricə yük göndərməsində embarqo olduğunu bildirərək ondan həmin yükləri müəyyən məbləğdə zəhmət haqqı müqabilində adına göndərəcək malları Azərbaycandan xarici ölkələrə göndərməsini, bununla əlaqədar Hüseyn adlı tanışının istifadəsində olan +**********24 saylı nömrəsi ilə “Whatsapp” adlı proqram vasitəsilə əlaqə saxlamağını xahiş etmişdir. O da Hüseyn adlı şəxslə əlaqə saxlamış, söhbətləri zamanı həmin şəxsin adının Məhəmməd olduğunu bilmiş və adına İran İslam Respublikasından Azərbaycan Respublikasına içərisində kafel olan iki qutu göndərəcəyini, həmin qutunu Azərbaycandan Yaponiyanın Narita şəhərinə göndərilməsini xahiş etmişdir. Məhəmməd ona yükün göndərilməsi ilə bağlı olan xərclər üçün 1000 ABŞ dolları göndərəcəyini söz vermişdir. Bir müddət sonra Məhəmməd Azərbaycanda olan tanışı Şahid1 ilə ona 1000 dollar məbləğində pul göndərdiyini bildirərək sonuncudan pulu Bakı şəhərində təhvil almağını tapşırmışdır. O da Şahid1la görüşmüş və sonuncudan Məmməd adlı şəxs tərəfindən göndərilən pulu təhvil almışdır. xx xxxxxx 2019-cu il tarixdə o, həmin qutunu “Mənsurun kargosu” deyilən yerdən götürmüş və həmin qutuları X11 hava limanından Yaponiyanın Narita şəhərinə “Mohsen Keshtkarrezaie, Japan, Narita” kimi qeyd edilən ünvana göndərmişdir. Daha sonra Məhəmməd adlı şəxs onunla yenidən əlaqə saxlayaraq adına İran İslam Respublikasından qızdırıcı aparatın göndərildiyini, həmin aparatı da eyni qaydada Sədərəkdə karqo şirkətindən götürməyini, sonradan isə Avstraliyanın Sidney şəhərinə göndərməyini tapşırmış və yükün göndərilməsi üçün ona 4000 ABŞ dollarının göndərdiyini bildirmişdir. O, Baki şəhərində tanımadığı şəxsdən Bakı şəhərində 4000 ABŞ dolları pulu təhvil almışdır. Həmin ərəfədə o birinci göndərilən yükü, yəni kafelləri Yaponiyaya göndərmiş, lakin qeyd edilən yükü həmin ölkədə təhvil alanın olmaması, həmin yükün hansı səbəblə təhvil alınmaması, yükün içərisində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması, yükün göndərilməsində onu tələsdirməkləri, nə qədər lazım olsa həmin işə görə pul xərcləməyini tələb etmələri onu çox narahat etmişdir. İstilik cihazı göndərilməmişdən əvvəl o Məhəmməd adlı şəxslə “Whatsapp” proqramı vasitəsi ilə dəfələrlə danışmış, həmin danışıqlarda Yaponiyada olan yükün niyə təhvil alınmaması barədə suallar vermiş, Məmməd adlı şəxs isə cavab olaraq yükü götürəcəklərini bildirmişdir. Bütün bunlar onda həmin cihazın içərisində hər-hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olması şübhəsini yaratmış, həmin səbəbdən də o karqo şirkətinə zəng edərək yükü göndərməmələrini bildirmiş və Məmməd adlı şəxsə zəng edərək mallarını göndərmədiyini, bu işlə hərhansı əlaqəsinin olmasının istəmədiyini bildirmiş, Məmməd adlı şəxs də bundan narazı olduğunu, Şahid1 malı gəlib ondan götürəcəyini bildirmişdir. Həmin gün o, Şahid1la Sədərəkdə karqonun anbarı olan həyətində görüşərək yükü Mahirə təhvil vermişdir. Qeyd olunan kafel məmulatının və istilik cihazının daşınması, saxlanılması, göndərilməsi və gömrük xərcləri üçün Məmməd adlı şəxs tərəfindən ona göndərilən ümumilikdə 4975 ABŞ dollarından bir hissəsin kafelin göndərilməsi üçün xərcləmiş, qalan 3600 ABŞ dolları, 51 manatı və xərclərə dair mövcud olan qəbzləri istintaqa könüllü şəkildə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ilin təxminən dekabr ayında İran İslam Respublikasının vətəndaşı əslən Azərbaycanlı olan özünü ona Cəlal adı ilə təqdim edən şəxslə tanış olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Cəlal adlı şəxs istifadəsində olan +**********43 saylı mobil telefon nömrəsindən “Whatsapp” proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına adına içərisində pərdə olan bağlama göndərdiyini, həmin bağlamanı Astara sərhəd keçid məntəqəsində qəbul etməyini, sonradan da həmin bağlamanı poçt vasitəsi ilə Yaponiyaya göndərməyini tapşırmışdır. Cəlal adlı şəxslə razılaşdıqdan sonra o, həmin bağlamanı Astara sərhəd keçid məntəqəsinin yaxınlığında yerləşən mağazanın sahibi Arzu adlı qadından götürmüş və bu barədə Cəlal adlı şəxsə xəbər vermişdir. Lakin sonradan həmin bağlamanın içərisində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmasından şübhə etdiyi üçün o, bağlamanı xaricə göndərməmək qərarına gəlmiş, bu səbəbdən də Cəlal adlı şəxsə zəng edərək yalan olaraq həmin bağlamanı göndərmək üçün ondan 1500 manat pul istənildiyini, həmin məbləğdə pulunun olmadığını bildirib bağlamanı göndərməkdən imtina etdiyini demişdir. Cəlal adlı şəxs isə ona tanışlarından borc pul götürüb bağlamanı göndərməyini xahiş etsə də, o, heç kəsdən pul götürə bilməyəcəyini bildirmiş, bundan sonra isə Cəlal adlı şəxs həmin bağlamanı özündə saxlamağını tapşırmış, bir müddət sonra isə yenidən zəng edərək qeyd olunan bağlamaların Mahir adlı şəxs tərəfindən götürüləcəyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək qeyd edilən bağlamanı götürmək istədiyini bildirmiş, xx xxxxxx 2019-cu il tarixdə o, Şahid1 zəng edərək həmin gün günorta saatlarında Astara gömrük keçid məntəqəsinin yaxınlığında yerləşən “Sahil” restoranının yaxınlığında Şahid1la görüşərək qeyd edilən bağlamanı sonuncuya təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 23 və xx xxxxxx 2019-cu il tarixlərdə Bakı şəhərində İran İslam Respublikasının Tehran şəhərindən Bakı şəhərinə sərnişin daşıma ilə məşğul olan tanışı Hüseyn adlı şəxs tələsdiyini və yola çıxmalı olduğunu bildirərək ümumilikdə içərisində qab-qacaq olan üzərində “Florance M.Y” yazıları həkk edilmiş 3 ədəd qutuları Bakı şəhərində olan Şahid1 adlı şəxsə təhvil verməyi xahiş etmişdir. Ona görə də xx xxxxxx 2019-cu il tarixdə o, Şahid1 zəng edərək 2 ədəd qutunu təhvil vermək istədiyini bildirmiş, bundan sonra həmin gün saat təxminən 21 radələrində Bakı şəhər avtovağzalının qarşısında Şahid1la görüşərək qutuları ona təhvil vermişdir. İkinci dəfə isə xx xxxxxx 2019-cu il tarixdə Hüseyn adlı tanışının xahişi ilə yenidən Şahid1 ilə yenidən əlaqə saxlayaraq Mehdiabad qəsəbəsinə gedən yolda yerləşən “Araz” marketin qarşısında görüşərək daha bir ədəd qutunu sonuncuya təhvil vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 27 nömrəli mütəxəssis arayışının nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 2 ədəd üzərilərində “Florance M.Y” sözləri həkk olunmuş yaşıl çalarlı düzbucaq və dördbucaq şəklində olan içərisində saxsı qablar olan karton qutuların yan və alt hissələrinə yapışqanla yapışdırılmış müxtəlif kağız parçalarının arasındakı preslənmiş ağ rəngli lifli materiallardan ibarət lövhələrin tərkibində təmiz çəkisi 1019,86 (10,60 qram maddə tədqiqatların aparılması üçün istifadə edilmişdir), qalığı 1009,26 qram olan psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 28 nömrəli mütəxəssis arayışının nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd şəffaf polietilen bağlamanı açdıqda içərisində, rulon şəklində bükülmüş, üzərində “Aydın Tekstil” sözləri həkk edilmiş bej rəngli tekstil məmulatın bir hissəsinə hopdurulmuş təmiz çəkisi 6988,75 qram (12,12 qram maddə tədqiqatların aparılması üçün istifadə edilmişdir), qalığı 6976,63 qram olan psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 29 nömrəli mütəxəssis arayışının nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd üzərində “Florance M.Y” sözləri həkk olunmuş yaşıl çalarlı düzbucaq şəklində olan içərisində güldan olan karton qutunun yan və alt hissələrinə yapışqanla yapışdırılmış müxtəlif kağız parçalarının arasındakı preslənmiş ağ rəngli lifli materiallardan ibarət lövhələrin tərkibində təmiz çəkisi 525,28 (10,65 qram maddə tədqiqatların aparılması üçün istifadə edilmişdir), qalığı 514,63 qram olan psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 30 nömrəli mütəxəssis arayışının nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd üzərində “Florance M.Y” sözləri həkk olunmuş yaşıl çalarlı dördbucaq şəklində olan içərisində qab-qacaq dəsti olan karton qutunun yan və alt hissələrinə yapışqanla yapışdırılmış müxtəlif kağız parçalarının arasındakı preslənmiş ağ rəngli lifli materiallardan ibarət lövhələrin tərkibində təmiz çəkisi 706,91 (5,20 qram maddə tədqiqatların aparılması üçün istifadə edilmişdir), qalığı 701,71 qram olan psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 1 nömrəli mütəxəssis arayışının nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd üzərində “Florance M.Y” sözləri həkk olunmuş yaşıl çalarlı düzbucaq şəklində olan içərisində güldan olan karton qutunun yan və alt hissələrinə yapışqanla yapışdırılmış müxtəlif kağız parçalarının arasındakı preslənmiş ağ rəngli lifli materiallardan ibarət lövhələrin tərkibində təmiz çəkisi 666,44 (5,20 qram maddə tədqiqatların aparılması üçün istifadə edilmişdir), qalığı 661,24 qram olan psixotrop maddə - metamfetamindir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 32325 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “1 ədəd sellofan torbada təmiz halda qalıq çəkisi 1009,26 qram ..” sözləri yazılmış bağlamadakı, ümumi çəkisi 1922 qram ağ rəngli materiallardan olan lövhələrin tərkibində ümumi təmiz çəkisi 1003,96 qram, üzərində “ 1 ədəd sellofan torbada təmiz halda qalıq çəkisi 6976,63 qram ..” sözləri yazılmış bağlamadakı, üzərində “Aydın Tekstil” yazısı və çəkisi 11500 qram olan, ağ üzərində qəhvəyi rəngli naxışı olan parçanın arxa hissəsində ağ rəngli süngərə oxşar materiala hopdurulmuş, təmiz çəkisi 6971,33 qram, üzərində: “1 ədəd sellofan torbada təmiz halda qalıq çəkisi 514,63 qram ...” sözləri yazılmış bağlamadakı, çəkisi 975 qram ağ rəngli materiallardan olan lövhələrin tərkibində təmiz çəkisi 509,33 qram, üzərində: “1 ədəd sellofan torbada təmiz halda qalıq çəkisi 701,71 qram ...” sözləri yazılmış bağlamadakı, çəkisi 1362 qram ağ rəngli materiallardan olan lövhələrin tərkibində təmiz çəkisi 696,41 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 786 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş: üzərində “1 ədəd sellofan torbada təmiz halda qalıq çəkisi 661,24 qram ..” sözləri yazılmış bağlamadakı, ümumi çəkisi 1296 qram ağ rəngli materiallardan olan lövhələrin tərkibində ümumi təmiz çəkisi 657,94 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmə-fonoskopik ekspertizasının xx xxxx 2020-ci il tarixli 4/132 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd «Verbatim» markalı DVD diskdə olan mübahisəli fonoqramların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir, mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim edilmiş fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə - X6, «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid2, «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi isə Şahid1 Marif oğluna şəxsə məxsusdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 29,206.3.1, 29,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 10 nömrəli qərarını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Maddi sübutlar- Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9838.97 qram metamfetamin, +**********062 nömrəli sim kart müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş cinayət yolu ilə əldə edilmiş 3840 ABŞ dolları, 51 manat və 200 avro məbləğlərində pul vəsaitləri dövlət nəfinə müsadirə edilməlidir. Ekspertiza xərcləri 528 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 29,206.3.1, 29,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 29,206.3.1 və 29,206.3.2-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Maddi sübutlar- Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9838.97 qram metamfetamin, +**********062 nömrəli sim kart müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş cinayət yolu ilə əldə edilmiş 3840 ABŞ dolları, 51 manat və 200 avro məbləğlərində pul vəsaitləri dövlət nəfinə müsadirə edilsin. Ekspertiza xərcləri 528 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar