Məhkəmə qərarları › İş №1(101)-798/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-798/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-798/2021 14.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, müdafiəçilər: «Fides» Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi2 iştirakı ilə 2 yanvar 1966-cı ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, ev 244, mənzil 6-da qeydiyyatda olub, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, nömrəsiz evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1986-cı ildə Abşeron rayonu Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan «Aslan» adlı şəxslə ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2020-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən X6 arxa hissəsində sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə 1,990 qram və külli miqdarda 120,180 qram çəkidə narkotik vasitə heroini əldə edib, daşıyaraq üzərində saxlamış, 11 oktyabr 2020-ci il tarixdə saat 19:00 radələrində yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi nömrəsiz fərdi evin həyətində qanunsuz əldə etdiyi heroininin 1,990 qram çəkidə hissəsini satmaq məqsədi ilə Təqsirləndirilən şəxs1 vermiş, həmin gün saat 19:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən Binəqədi kənd məsçidinin yaxınlığında saxlanılıb üzərində təmiz çəkisi 1,990 qram olan heroin aşkar edildikdən sonra əməliyyat axtarış davam etdirilərək saat 21:45 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi nömrəsiz fərdi evin yaxınlığında Təqsirləndirilən şəxs2 saxlanılaraq ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,638 qram və 68,542 qram, ümumi təmiz çəkisi 120,180 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun 2020-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «X10»nin arxa hissəsində qanunsuz vahid niyyətlə əldə etdiyi 1,990 qram və külli miqdarda 120,180 qram çəkidə heroininin 1,990 qram çəkidə hissəsini satmaq məqsədi ilə 11 oktyabr 2020-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi nömrəsiz fərdi evin həyətində Təqsirləndirilən şəxs2 əldə edib daşıyaraq üzərində saxlamış, 11 oktyabr 2020-ci il tarixdə saat 19:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən Binəqədi kənd məsçidinin yaxınlığında saxlanılıb ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,990 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar aşkar edildikdən sonra əməliyyat axtarış davam etdirilərək saat 21-45 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi nömrəsiz fərdi evin yaxınlığında Təqsirləndirilən şəxs2 saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,638 qram və 68,542 qram, ümumi təmiz çəkisi 120,180 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ildən narkotik vasitə heroindən istifadə edir. Gün ərzində təxminən bir qram heroini çəkmək yolu ilə qəbul edir. İşsiz olduğundan tutulmamışdan 3-4 ay əvvəl heroinin satışı ilə məşğul olmağa başlamışdır. Bu yolla özünün də istifadə etdiyi narkotikin pulunu çıxartmışdır. 10 oktyabr 2020-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu Kənd Binəqədi adlanan ərazidə Samir adlı şəxsdən 40 manata təxminən 2 qram heroin almış, az bir hissəsini istifadə etmiş və qalanını özündə saxlamışdır. Səhəri gün, 11 oktyabr 2020-ci il tarixdə arvadı ilə birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu X2 baş çəkmək üçün Salyan rayonuna getmişdir. Həmin vaxt tanışı Elçin adlı şəxs ona zəng edib, narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. O, Salyan rayonunda olduğunu, axşam saatlarında Bakıya qayıdacağını deyib, gözləməsini bildirmişdir. Həmin gün axşam saatlarında evə qayıtmış, özündə olan təxminən 2 qrama yaxın heroini evində usta işləyən Təqsirləndirilən şəxs1 verib, Elçinə çatdırmasını xahiş etmişdir. Taleh heroini götürüb getmişdir. 11 oktyabr 2020ci il tarixdə, saat 20 radələrində evdə olarkən polis əməkdaşları evinə gəlib, onun narkotik vasitələrin satışında şübhəli olduğunu bildirərək, 43-cü polis bölməsinə dəvət emişlər. Bölmədə polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalmışdır. Belə ki, polislər ondan əvvəlcə narkotik vasitəni harada gizlətdiyini soruşmuşlar. Daha sonra polis əməkdaşları onda narkotik vasitə olmadığına əmin olduqdan sonra, özlərində olan 120 qram narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoyub, həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyini tələb edərək, əks halda üzərinə 1 kq narkotik vasitə qoyub sənədləşdirəcəklərini demişlər. Əvvələr heç vaxt polisə düşmədiyinə görə qorxmuş və polislərin təklifi ilə razılaşmışdır. Sonra onu təhqiqatçının yanına aparmışlar. Orada üzərinə şəxsi axtarış aparılarkən, polis əməkdaşlarının ona verdiyi narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuş və yalandan həmin narkotiki Nəsimi rayonu ərazisində yerləşən «Semaşka» xəstəxanasının arxasından aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Özünü CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildən narkotik vasitə olan heroini çəkmək yolu ilə istifadə edir. 1 oktyabr 2020-ci il tarixdən etibarən tanışı Təqsirləndirilən şəxs2 evində usta işləmişdir. Həmin ərəfədə Məhəmmədlə o, hərəsi 20 manat pul qoyub, təxminən 2 qram narkotik vasitə heroin almışdır. 10 oktyabr 2020-ci il tarixdə axşam saatlarında Məhəmmədin evində işləyərkən sonuncu ona bir bükümdə həmin narkotik vasitə heroini verib, tanışı Elçin adlı şəxsə çatdırmasını xahiş etmişdir. O, həmin bükümü Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi kənd məscidinin yaxınlığında Elçin adlı şəxsə vermişdir. Səhəri gün 11 oktyabr 2020-ci il tarixdə saat 19:00 radələrində Məhəmmədin evinin həyətində olarkən sonuncu onu yanına çağırıb, cibindən bir sellofan bükülünü çıxartmış, həmin bükülüdən bir qədər götürərək əlində olan qara rəngli siqaretin kağızına bükmüş və həmin bükülünü yenidən Elçinə aparıb verməyini xahiş etmişdir. O, həmin bükümü Məhəmmədən götürüb Binəqədi qəsəbəsinin yaxınlığında olan məscidin qabağına gəlmişdir. Orada Elçini gözləyərkən polis əməkdaşları yaxınlaşıb, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bölmədə ona müdafiəçi təqdim edilmiş və videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən qara rəngli siqaretin kağızında olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılmış və içərisindən spesifik iyə malik qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarına həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Özünü CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİN-nin BNMİ-də baş əməliyyat müvəkkili vəzifəsində çalışır. İdarəyə Abşeron rayonu sakini Taleh adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və rəhbərliyin razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 11 oktyabr 2020-ci il tarixdə saat 19:00 radələrində o, qrup üzvləri BNMİ-nin əməliyyat müvəkkili Şahid2, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları Şahid4 və Şahid3 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Kənd Binəqədi məscidinin yaxınlığına gəlmişlər. Saat 19:30-da Təqsirləndirilən şəxs1 müəyyən edib saxlamış və onu ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs1 müdafiəçi dəvət edilmişdir. Bundan sonra polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyub, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən açılmış və içərisindən spesifik iyə malik qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. Bunun ardınca aşkar edilən kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanmış və möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik vasitənin heroin olduğunu və ona 11 oktyabr 2020-ci il tarixdə tanışı Məhəmmədin Elçin adlı şəxsə çatdırması üçün ona verdiyini bildirmişdir. Daha sonra Məhəmməd adlı şəxsin ifşa edilməsi üçün Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 11 oktyabr 2020-ci il tarixdə saat 21:30 radələrində o, qrup üzvləri Şahid2 və Şahid4 ilə birlikdə Məhəmmədin yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Axundov küçəsinin qarşısına gəlmişlər. Saat 21:45-də Təqsirləndirilən şəxs2 yaxınlaşıb onu saxlamış və 43cü PB-nə dəvət etmişlər. Orada sonuncunun hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur. Sonunucu əynində olan şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş və içərisində 120 qram narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və içərisindən spesifik iyə malik qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə heroini 5 gün əvvəl Nəsimi rayonu ərzisində yerləşən X6 arxasında adını xatılamadığı şəxsdən aldığını, 11 oktyabr 2020-ci il tarixdə onun evində usta işləyən Təqsirləndirilən şəxs1 tanışı Elçin adlı şəxsə çatdırması üçün 1,5 qram heroin verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd şəfaf sellofan bükümlər zərfə qoyaraq qablaşdırmış və iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və ibtidai istintaq zamanı dindirilərək ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid4 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. İşin 1-ci cildinin 46-50-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 12 oktyabr 2020-ci il tarixli 6/2133 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «zərflər üçün № 213» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs1...» və sair yazılar, imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi - 1,990 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı l) daxildir. İşin 1-ci cildinin 95-99-cu vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 12 oktyabr 2020-ci il tarixli 6/2135 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün № 213» dairəvi möhür əksi, «X1 üzərindən ...» və sair yazılar, imzalar olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 51,638 qram; 68,542 qram; ümumi təmiz çəkisi 120,180 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı l) daxildir. İşin 2-ci cildinin 10-13-cü vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 23 noyabr 2020-ci il tarixli 6/2325 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «X1 üzərindən ...» və sair yazılar olan zərfdə (№1) 2 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Bu heroin kütlələri kimyəvi tərkiblərinə görə üzərində «Təqsirləndirilən şəxs1...» və sair yazılar olan zərfdə (№ 2) 1 ədəd bükümdəki heroin kütləsi ilə kimyəvi tərkiblərinə görə öz aralarında fərqlidir. İşin 2-ci cildinin 29-30-cu vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 28 dekabr 2020-ci il tarixli, 3540 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 27-28-ci vərəqlərindəki məhkəmə narkoloji ekspertizasının 28 dekabr 2020-ci il tarixli, 3541 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 4-5-ci vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 3 noyabr 2020-ci il tarixli, 2201 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs2 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikasının CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İşin 2-ci cildinin 2-3-cü vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 3 noyabr 2020-ci il tarixli, 2202 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs1 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikasının CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İşin 1-ci cildinin 37-39-cu vərəqlərindəki 11 oktyabr 2020-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs1 qara rəngli cins şalvarının ciblərini açması tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan qara rəngli kağız bükümü açması təklif olunmuşdur. Sonuncu həmin kağız bükülülərin açaraq içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddələri göstərərək, həmin maddənin narkotik vasitə-heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri həmin gün saat 19-radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, Binəqədi məsçidinin yaxınlığında yaşayan Məmməd adlı şəxsdən götürərək adını unutduğu şəxsə çatdırmalı olduğunu bildirmişdir. Bundan sonra həmin kağız bükülü içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisi və ölçüsünü müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin İçərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan qara rəngli kağız büküm zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. İşin 1-ci cildinin 87-89-cu vərəqlərindəki 11 oktyabr 2020-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan yaşıl və boz rəngli kletkalı köynəyinin sol döş cibindən bir ədəd ağ rəngli «Kent» yazılı siqaret qutusu, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli «Samsung» markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 qara rəngli şalvarının ciblərini açması tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan bir ədəd siqaret qutusunun içərisini boşatması təklif olunmuşdur. Siqaret qutusundan siqaretdən başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan iki ədəd şəffaf rəngli selofan bükülülərin hər birini ayrı-ayrılıqda açması təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bükülüləri ayrı-yrılıqda açaraq içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddəni göstərərək onun narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni beş gün əvvəl günorta saatlarında Semaşka xəstəxanasının arxa hissəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən qramını 12 manatdan olmaqla ümumilikdə 120 qram şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin 120 qramdan 1.5 qramım bü gün tanıdığı Taleh adlı şəxsə vermişdir. Bundan sonra həmin iki ədəd şəffaf rəngli selofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və ölçüsünü müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan iki ədəd şəffaf rəngli selofan büküm zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. İşin 1-ci cildinin 33-34-cü vərəqlərindəki DVD diskdəki məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Rəşad Bayramov tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 şəxsi axtarışı və götürmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD diskə müstəntiqin xidməti kompüterinin DVD qurğusu vasitəsi ilə baxış keçirilərkən, şəxsi axtarış və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir. İşin 1-ci cildinin 31-32-ci vərəqlərindəki DVD diskdəki məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Sənan Quliyev tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 şəxsi axtarışı və götürmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD diskə müstəntiqin xidməti kompüterinin DVD qurğusu vasitəsi ilə baxış keçirilərkən, şəxsi axtarış və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir. İşin 1-ci cildinin 243-246-cı vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşin 2-ci cildinin 43-58-ci vərəqlərindəki «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üstündən aşkar edilib götürülmüş 1,990 (tədqiqatdan sonra 1,9) qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üstündən aşkar edilib götürülmüş, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,638 qram və 68,542 qram olmaqla ümumi təmiz çəkisi 120,180 (tədqiqatdan sonra 120,060) qram narkotik vasitə heroin və iki ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitələr Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş, disklər isə iş materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 25-26-cı vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 76-77-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 203-204-cü vərəqlərindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 22 aprel 2009-cu il təvəllüdlü Quliyev Rasim və 21 iyul 2010-cu il təvəllüdlü Quliyeva Rəhimə adlı iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə özlərini qismən təqsirli bildilər. Onların bu ifadələri ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə ifadələrinə tənqidi yanaşır. Yuxarıda sadalanan və biri-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 11 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 11 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üstündən aşkar edilib götürülmüş 1,990 (tədqiqatdan sonra 1,9) qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üstündən aşkar edilib götürülmüş, iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,638 qram və 68,542 qram olmaqla ümumi təmiz çəkisi 120,180 (tədqiqatdan sonra 120,060) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 327 (üç yüz iyirmi yeddi) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 163 (yüz altmış üç) manat 50 (əlli) qəpik olmaqla dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üstündən aşkar edilib götürülmüş 1,990 (tədqiqatdan sonra 1,9) qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üstündən aşkar edilib götürülmüş, iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,638 qram və 68,542 qram olmaqla ümumi təmiz çəkisi 120,180 (tədqiqatdan sonra 120,060) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd DVD disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 327 (üç yüz iyirmi yeddi) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 163 (yüz altmış üç) manat 50 (əlli) qəpik olmaqla dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar